“Biz Belarus numunəsini tətbiq edə bilərik”

Dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə yüngül və aqrar sənayenin böyük bir istehsal zəncirini yarada bilər

Aqrar sektor Azərbaycanda ən çox potensialı, ən yüksək perspektivi olan sahədir. Hətta neft sektoru belə onun yanında kölgədə qalar,  əlbəttə bu potensialdan istifadə edə bilsək. Hazırki vəziyyətdə bizim aqrar sektor xaotikdir. Məsələn, bir il bir məhsul həddən çox əkilir, bazarda su qiymətinə olur, istehsalçılar zərərə düşür, o biri il heç kim əkmir və bazarda od qiymətinə olur, istehlakçılar zərər çəkir. Bu kimi çoxsaylı faktlar onu göstərir ki, planlaşdırılmış təsərrüfat sisteminin analoqu yoxdur. Planlaşdırma və tənzimləmə olsa, bu halda kənd təsərrüfatı əkinləri optimal tənzimlənər və bütün məhsullar tələb olunacaq həddə istehsal olunar.

Elçin Bayramlı, ASAM sədri

Bundan əlavə, elektron sistem vasitəsilə xarici bazarlar araşdırıla bilər və bizdə tələbatdan artıq istehsal olunmuş məhsulların ixrac edilməsinə köməklik göstərilə bilər. Ümumiyyətlə, fikrimcə, dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə kənd təsərrüfatı ilə yanaşı, həm də yüngül sənaye (qeyri-ərzqaq) və aqrar sənaye (ərzaq üzrə) böyük bir istehsal zənciri yarada bilər. Ölkənin potensialından istifadə olunar, işsizlik aradan qalxar, paytaxta cəmlənmiş əhalinin müəyyən hissəsi regionlara qayıdar, ÜDM artar, büdcəyə ödənişlər çoxalar, idxaldan asılılıq azalar, ixrac imkanları genişlənər. Beləliklə, tarazlı və davamlı inkişaf prosesi gedər.

Burada innovasiyaların tətbiqi əlbəttə lazımdır, lakin bir şərtlə ki, təbii metodlardan istifadə olunsun, artlq məhsul naminə GMO texnologiyalarından və zərərli kimyəvi dərmanlardan istifadə olunmasın. Biz Belarus nümunəsini götürüb tətbiq edə bilərik. Dünyada ən effektiv aqrar sistemdir. Tam keyfiyyətli, zərərsiz aqrar məhsulların ixracından yaxşı gəlir əldə edir. Dövlət aqrar sektora güzəştli kreditlər və subsidiyaları artırmalı, fermerlərlə növlər üzrə məhsul istehsalının tənzimləməsi üçün koordinasiyalı işləməlidir. İstehsal olunan məhsulları dövlət almalı və özü bazara buraxmalıdır. Əlbəttə, könüllü şəkildə, yəni məhsulunu satmaqda çətinlik çəkənlərdən. ə

Bundan başqa, bazarlar alverçi mafiyasından təmizlənməli, məhsul istehsal edən kəndlilər bazar və yarmarkalara manesəiz giriş imkanı ilə təmin edilməlidir. Bu tədbirlər görülsə, qısa müddətdə ölkədə məhsul bolluğu və ucuzluğu yaratmaq olar. ÜDM- isə azı 2 dəfə artırmaq olar. Təəssüflər olsun ki, Kənd Təsərrüfat Nazirliyi bu istiqamətdə çox zəif işləyir və aqrar potensialımızdan səmərəli istifadə edilmir.

Elçin Bayramlı
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

“Həm sahibkarlar, həm əhali, həm də dövlət qazanacaq”

Elçin Bayramlı: “Azad İqtisadi Zonasının yaradılması qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Yeni yaradılacaq iqtisadi zonanın daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edəcəyi deyilir. Əsasən də investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Vurğulanır ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. İqtisadi zona həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq, məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Azərbaycanın imkanları genişlənəcək.

Elçin Bayramlı

Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən belə zonalarda sürətli iqtisadi inkişaf müşahidə olunur:

 “Bu onunla bağlıdır ki, belə zonalarda fəaliyyət göstərən şirkətlər və ya fiziki şəxslər vergi, kömrük və s rüsumlara cəlb edilmir. Ticarət, istehsal və beynəlxalq daşımalar üçün müvafuq infrastruktur yaradılır. Azərbaycanda belə zonanın yaradılması üçün imkan var. Ölkəmiz əlverişli coğrafi mövqeyinə və nəqliyyat qovşağında yerləşdiyinə görə, bu cür zonaların yaradılması perspektivli hesab edilir. Dünyanın demək olar ki, bütün ölkələri azad iqtisadi zonaların yaradılmasına çalışır. Ancaq bəzi ölkələrdə bu praktiki nəticəsini vermir. Bu layihənin həyata keçirilməsi ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək. Belə zonalara böyük investisiyalar qoyulur. Dolayısı yolla həm yerli sahibkarlar, həm əhali, həm də büdcə bundan qazanır. Bu, həm də, ölkədə qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”.

Elçin Bayramlının sözlərinə görə, dövlət bu zonanın təşkili üçün müəyyən şərait yaradacaq və bir qədər xərcləri də olacaq: “Lakin belə zonaların yaradılması üçün dövlət büdcəsindən o qədər də çox vəsaitlər tələb olunmur. Yalnız investorların qoyduğu kapital hesabına belə zonalar yaranır və inkişaf edir. Onlar invsetisiya qoyurlar və xüsusi güzəştlər nəticəsində qoyduqları sərmayəni qısa zamanda çıxarırlar. Bu addımla dövlət həmin bölgələrin inkişafını təmin etmiş olur, iqtisadi fəallıq artır, məhsul bolluğu və ucuzlu əmələ gəlir. Dövlət birbaşa itirsə də, dolayı yolla daha çox qazanır”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/127934?fbclid=IwAR1z-YW9g6tcuETz6OtNDC2RC8TFjS-wMC1vIrM19mvQ-2q5yqxZx6FPg9A

“Qapalı yerlərdə kütləvi yığıncaqlar qadağası qalmalıdır”

Elçin Bayramlı: «Lakin açıq havada toy və digər əyləncə mərasimlərini keçirmək olar»

Məşhur teleaparıcı Nərgiz Cəlilova “Planet Parni iz Baku” komandasının tanınmış üzvləri Tahir və Cabir İmanov qardaşlarının instaqramda açdıqları canlı yayımda qonaq olub. İnsanların getdikcə aqressivləşməsindən söz açan teleaparıcı  tamaşaçıların efirdə başqa insanların yazıq vəziyyətini görmək istəyindən gileylənib. 

Söhbət əsnasında pandemiya səbəbindən toyların dayandırılmasından bəhs edən teleaparıcı sosial şəbəkələrdə el şənliklərinin sentyabra qədər təxirə salınması xəbərinə sevinənlərin olduğunu və bundan çox böyük təəssüf hissi keçirdiyini deyib: «Toylarla bağlı xəbər çıxdı ki, guya, sentyabr ayına kimi keçirilməsinə qadağa qoyulub. Toylardan bir ordu qədər insan evinə çörəkpulu aparır. Siz sevinirsiniz ki, sabah müğənnilər toysuz, pulsuz qalacaq. Toyları idarə edən təkcə müğənnilər, musiqiçilər deyil. Orada bir ordu insan çalışır. Bu sevincin mənbəyini anlaya bilmirəm. Biz bir-birimizin kədərinə sevinirik».

Elçin Bayramlı, sosioloq

Məsələyə münasibət bildirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı hesab edir ki, pandemiyaya  yoluxma təhlükəsi aktual olduğundan qapalı yerlərdə kütləvi yığıncaqlar qadağası qalmalıdır. Lakin açıq havada toy və digər əyləncə mərasimlərini keçirmək olar:

«Hesab edirəm ki, hökumət bu şəraitdə mümkün olan hər şeyə icazə verib. Bir qədər səbrli olmaq lazımdır. Bu virusun kökü kəsilməsə və ehtiyatlı davranılmasa yenidən alovlana bilər.

Onsuz da son günlərdə yoluxmaların sayı artıb. Əlbəttə, minlərlə adam 1-2 ay işsiz qala bilər və onların maddi vəziyyəti çətinləşəcək. Belə vətəndaşlara  dövlət və cəmiyyət tərəfindən yardımlar edilməlidir. Bu, müvəqqəti çətinlikdir. 1-2 ay maddi çətinlik bu bəlanın bütün əhaliyə yoluxmasından daha az zərərlidir.

Ərazi icra orqanları və bələdiyyələr heç kimin işləmədiyi və heç bir mənbədən gəliri olmayan ailələri müəyyənləşdirməli və onlara siyahı üzrə heç olmasa minimum ehtiyac meyarı həddində kömək edilməsini təşkil etməlidir.

İmkanlı vətəndaşlarımız, xeyriyyə təşkilatları və fondları, həmçinin böyük şirkətlər də bu yardım kampaniyasını davam etdirməlidir. Bu halda həmin kateqoriyadan olan vətəndaşlarımız bu böhranı sosial fəlakətə düçar olmadan ötüşdürə bilərlər».

Şəymən Bayramova

https://sherg.az/xəbər/127693?fbclid=IwAR3sfXNwXTmoISBx_TwDjuOAEfQ_m-rghZQBFOy63MHOjGABzcmu1MwF1oA

“Koronavirus əvvəl Amerikada yayılıb, sonra Çində…”

Elçin Bayramlı: ““Məqsəd müasir texnologilar vasitəsilə qlobal nəzarət və idarətmə sistemi qurmaq, dövlətləri zəiflədib sıradan çıxarmaq, dünya iqtisadiyyatını və insanları istədikləri kimi idarə etməkdən ibarətdir”

Avstraliya koronavirusun yayılmasının səbəblərinin araşdırılması ilə bağlı müstəqil tədqiqatın aparılması çağırışı edib. Dünyanın 116 ölkəsi Avstraliyanın çağırışını dəstəkləyib. Bu barədə ölkənin xarici işlər naziri Maris Peyn deyib. Nazirin sözlərinə görə, dünya koronavirusun yayılma səbəblərini mütləq öyrənməlidir: “Bu, gələcək fəlakətlərdən qaçmaq üçün mühüm əhəmiyyət daşıyır”. Rəsmi Kanberranın təklifini ilk olaraq Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Avropa Birliyinin bütün ölkələri dəstəkləyib. Daha sonra bu çağırışa Afrika ölkələri də qatılıb. Lakin Avstraliyanın bu təklifinə ABŞ və Çin qarşı çıxıb. Çin Avstraliyanın təklifinin qərəzli olduğunu iddia edib. ABŞ isə bu təklifi yalnız Çinə qarşı daha sərt təhqiqatın aparılacağı zaman dəstəkləyəcəyini bildirib.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı «Sherg.az»a deyib ki, məsələ göründüyü qədər sadə deyil və iqtisadi maraqlardan da mühüm məqamlar var. Ekspertin sözlərinə görə, pandemiyanı təşkil edənlər dünya maliyyəsinin azı 80 faizinə sahibdirlər və onların əlavə sərvətə ehtiyacı yoxdur:

“Məqsəd müasir texnologilar vasitəsilə qlobal nəzarət və idarətmə sistemi qurmaq, dövlətləri zəiflədib sıradan çıxarmaq, dünya iqtisadiyyatını və insanların istədikləri kimi idarə etməkdən ibarətdir. Bunu özləri də çəkinmədən açıq şəkildə etiraf ediblər. Ona görə də dövlətlər birgə komissiya yaratmalı və bu problemi dərindən araşdırmalıdır. Yalnız o halda həqiqətlər ortaya çıxa bilər”.

E.Bayramlının sözlərinə görə, pandemiyanın süni şəkildə yayıldığı, qlobal qorxu yaratmağa xidmət etdiyi hamıya aydındır: “Bu bioloji terror hansısa dövlət yox, dövlətlərə tabe olmayan güclü, qlobal qüvvələr tərəfindən təşkil olunub. Bununla bağlı müstəqil təsqiqatçıların, nüfuzlu ailəmlərin çıxışları, göstərdikləri faktlar, sənədlər var. Hətta virusla bağlı müstəqil tədqiqat aparan nüfuzlu alimlərdən bəziləri müəmmalı şəkildə həlak olub. Sonuncu belə hadisə Amerikada baş verib. Virusun mənşəyi, yayılması ilə bağlı tədqiqatlarını başa çatdıran və açıqlayacağını deyən mikrobioloq alim həmin gün öldürülüb. Fikrimcə, bu virus ötən ilin payızında ortaya çıxıb və ilk dəfə Amerikada yayılıb. Sonra Çində baş göstərib və qlobal media vasitəsi ilə hay-həşir başladılıb. Virusun ana tipinin Amerikada yayıldığı faktdır, digər ölkələrdəki törəmə tiplərdir. Bunu baxmayaraq, bu pandemiyanı dövlət olaraq Amerikanın və ya Çinin etdiyini söyləmək mümkün deyil. Çünki ən çox zərər çəkən elə həmin ölkələrdir. Bioloji terroru təşkil edən qlobal qüvvə virus pandemiyasının başlayacağını xeyli əvvəldən etiraf edib, hətta bəzi media resurslarında şifrəli anonslar da verib”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/127504?fbclid=IwAR2eSyIpy0gHKwMpS8OKRnKWc_8nBDWnjVCvDzMOjqECYtIezhbICTiyz1w

“Yoxsulluqdan və xəstəlikdən ölənlərin sayı artacaq”

Elçin Bayramlı: “Əgər pandemiya tezliklə bitməsə, karantin götürülməsə, iqtisadiyyat tez bərpa edilməsə, bütün ölkələrdə ciddi problemlər yaranacaq”

Avropalı ekspertlər Daniel Solomon və Giedrius Stalenis «COVID-19-un Dünya İqtisadiyyatına Təsirləri» haqqında hesabat hazırlayıb. Hesabatda bildirilir ki, koronavirus pandemiyası dünyadakı iqtisadi artımın zəifləməsi və geriləmə ilə nəticələnməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində tələbatın azalmasına, hökumətlərin, biznesin və istehlakçıların davranışlarında dəyişikliyə səbəb olacaq.

Cebhe.info xəbər verir ki, hesabata əsasən, koronavirus ilk növbədə dünyada iqtisadi artımı zəiflədəcək. Bu, özünü ən çox iri iqtisadiyyatlarda və koronavirusun zərər vurduğu ölkələrdə göstərəcək. 2019-cu ildə baş verən iqtisadi artımlar ikiqat simmetriya ilə geriləmə ilə əvəz olunacaq. Hesabat müəlliflərinin fikrincə, COVİD-19 pandemiyası nəticəsində 2020-ci ildə dünyada 3,1% geriləmə (2019-da 3% artım olmuşdu) olacaq. Koronavirus pandemiyası həmçinin qlobal istehlak xərclərinə və istehlakçıların davranışlarına ciddi təsirini göstərəcək. 2020-ci ildə dünyada istehlak xərcləri 4,3% azalacaq. Pandemiya nəticəsində istehlakçı davranışları ilə yanaşı, alışlara münasibət də dəyişəcək. Bu il iqtisadiyyatın sahələri üzrə ən böyük azalma nəqliyyat (-9,3%) və istirahət-əyləncə sektorunda (-9%) qeydə alınacaq. Ev əşyaları və xidmətlərində 8,2%, hotel və restoran sektorunda isə 7,7% geriləmə baş verəcək. Satışların azalması özünü geyim satışlarından tutmuş, tibbi xidmətlər və dərman satışlarına qədər müxtəlif sahələrdə göstərəcək. Yalnız yemək və alkoqolsuz içki satışında artım baş verəcək. Hesabata əsasən, bundan sonra insanlar öz xərclərini daha səliqəli və uzunmüddətə planlaşdıracaq, istehlak xərclərini azaldacaq və qənaətli davaranmağa üstünlük verəcəklər. Özü də bu, təkcə 2020-ci ildə deyil, gələcək dövrlərdə də özünü göstərəcək. Yaşlı insanların onlayn mağazalara axını baş verəcək, nəhayət, COVID-19 bütün dünyanın nağdsız ödənişlərə keçidi üçün katalizator rolunu oynayacaq. COVID-19-un təsirləri özünü qlobal iqtisadiyyatın strukturunda da göstərəcək. Eləcə də, bu hadisə təchizat zəncirini şaxələndirəcək və əmək bazarını avtomatlaşdıracaq.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı bildirib ki, bunu “səliqəli” və “uzunmüddətli planlaşdırma” adlandırmaq insanlıqdan kənar olardı: “Belə araşdırma ola bilməz, olsa belə, obyektiv ola bilməz: «Dünyada törədilmiş bu növbəti böhrandan milyardlarla insan ciddi zərər çəkir, 8 milyarda yaxın insanın azı 6 milyardı kasıb və ya yoxsul vəziyyətdədir və bu böhranla onlar daha da ağır vəziyyətə düşmüş olurlar. Burada hansı səliqədən və ya uzunmüddətli planlaşdırmadan söhbət gedə bilər? Onsuz da dünya əhalisinin azı 70-80 faizi gündəlik tələbatlarını zorla ödəyə bilirdilər. Həm də bütün qitələrdə və bütün dövlətlərdə. Sadəcə, faiz nisbəti var, məsələn Amerikada əhalinin 20 faizi kasıbdırsa, Banqladeşdə 80 faizdir. Bu araşdırmada söhbət onlardan gedə bilməz. Demək, bu araşdırma yalnız 20 faizlik varlı və orta təbəqəyə aid ola bilər və onlar lazımsız xərclərini ixtisar edə, əyləncələrini təxirə sala, xərclərini necə deyərlər, səliqəli və uzunmüddətli planlaşdırma ilə bölüşdürə bilərlər. Kasıb təbəqə isə sadəcə, zəruri ehtiyaclarından nəyisə kəsməyə məcbur olacaq və sizi inandırıram ki, acından, yoxsulluqdan, tibbi xidmət ala bilməməkdən ölənlərin sayı artacaq. Əgər pandemiya tezliklə bitməsə, karantin götürülməsə, iqtisadiyyat tez bərpa edilməsə, bütün ölkələrdə ciddi problemlər yaranacaq”.

Maraqlıdır, bəs Azərbaycanda insanlar hansı xərclərindən kəsəcək?

Ekspert qeyd edib ki, bu, ilk növbədə qeyri-ərzaq məhsullarında olacaq: “Azərbaycanda da qlobal böhranın təsiri ilə sosial və iqtisadi sahələrdə problemlər yaranır, lakin vəziyyət kritik deyil, bizim həm yaxşı maliyyə ehtiyatlarımız var- 50 milyarddan artıq strateji rezerv var, onlar bu günlər üçün yığılıb. Bundan başqa, ərazimiz, torpağımız əhalini ac buraxacaq qədər zəif deyil. Əlbəttə, çətinliklər olacaq, əhalinin əksər hissəsi öz xərclərini azaltmağa məcbur olacaq. Məncə, bu, ilk növbədə qeyri-ərzaq məhsullarında olacaq. İnsanlar geyim, ev təmiri, səyahət, əyləncə, məişət əşyaları üçün xərclərini ixtisar etməyə məcbur olacaq. Kirayədə yaşayanlar üçün ağır olacaq. Çoxuşaqlı aiələr üçün də ağır olacaq, daimi müalicəyə ehtiyacı olan xəstələr üçün də eləcə. Lakin əminəm ki, həm dövlət, həm humanitar təşkilatlar, həm də imkanlı vətəndaşlarımız belə insanlara kömək edəcəklər. Hamımız, cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarının əməli tətbiqi üçün çalışacağıq. Məncə, ilk növbədə aztəminatlı ailələr arasında 3 və ya daha çox uşağı olanlara, kirayədə yaşayanlara və daimi dərmanlar qəbul etməli olanlara dövlət yardımları edilməlidir. Biz bu böhrandan çıxacağıq, lakin bu ağır günlərdə vətəndaş birliyi nümayiş etdirməliyik, əgər içimizdə kimsə acından ölərsə, bu o demək olar ki, biz cəmiyyət və xalq olaraq bir qara qəpiyə də dəymərik. Ümidvaram ki, buna yol verməyəcəyik”.

Tünzalə Rüstəm

https://m.cebhe.info/dunya-xerclerini-azaldir-azerbaycanlilar-neye-pul-xerclemeyecek-207200?fbclid=IwAR2_uuGlZjMg0KQWhDbazHXSg6AbsF1k-u6yAW3F6izQo7M4yoJrFAHzi3k

Sosioloq: “Bəzi məmurlar xalq üçün yox, var-dövlət üçün çalışırlar”

Elçin Bayramlı: “Ona görə də rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək”

“Proses yeni deyil, indiyədək yüzlərlə məmur vəzifədən azad olunub, bəziləri isə həbs edilib”. Bu barədə “Sherg.az”a “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı deyib.

Elçin Bayramlı, sosioloq

Ekspert bildirib ki, rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək: “Cənab Prezident məmurlara dəfələrlə sərt xəbərdarlıqlar edib. Lakin görünür, bəzi məmurlar üçün bu xəbərdarlıqlar ciddi siqnal olmayıb. Onlar üçün əsas dövlətə, xalqa xidmət yox, var-dövlət yığmaqdır. Belələri haqlı cəzasını alırlar. Düşünürəm ki, dövlət strukturlarında islahatlar davam edəcək, optimal, effektiv, çevik dövlət aparatı formalaşacaq. Nəticədə dövlət məmurları ilə əhali arasında qarşısılıqlı etimad daha da artacaq. Əlbəttə, yerli seçkili idarəetmə orqanları daha optimal seçimdir. Dünyanın əksər ölkəsində yerli idarəetmə sistemi belədir. Bölgələrdə icra orqanı rolunda bələdiyyələr çıxış edir. Onlar da seçkili orqan olduğundan insanların istənilən vaxt etimadı doğrultmayan bələdiyyə üzvünü geri çağırmaq, təkrar seçməmək hüququ var. Ona görə də, onlar daha yaxşı işləməyə çalışırlar”.

E.Bayramlının sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə dövlətin, ictimaiyyətin və medianın nəzarəti daha çox olur: “Prezidentin təyin etdiyi məmur isə ümumən ərazinin idarəsinə nəzarət edir. Orada dövləti təmsil edir, lakin qərarı o vermir. Bələdiyyənin işində hər hansı bir çatışmazlıq olduqda həmin məmur yuxarı orqanları məlumatlandırır və qanun çərçivəsində tədbirlər görülür. Nəticədə həm sakinlər razı qalır, həm də dövlətin yükü azalır. Məncə, bizdə də bələdiyyələrə bu səlahiyyətin verilməsinin vaxtıdır”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/126806?fbclid=IwAR3BBV2N-pnwlV2n40_gZj5iLfiSiJsFAJjtq3ZsbPhv8oYw—t6hqk12us

Elçin Bayramlı: Bəzi məhsullarda bahalaşma olacaq

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı «Cumhuriyyət» TV-yə açıqlamasında pandemiya dövründə və sonrasında sosial iqtisadi problemlərin qaçılmaz olacağını və bəzi məhsullarda bahalaşma baş verəcəyini bildirib. Ekspert mövsümlə bağlı ərzaq məhsullarında qıtlıq və bahalaşma gözləmədiyini də qeyd edib.

Нариман Нариманов «Избранные произведения»

Kitabı buradan yükləyə bilərsiniz
http://www.ebooks.az/book_fvW9mRwN.html


Т О М 2
1918—1921
АЗЕРБАЙДЖАНСКОЕ
ГОСУДАРСТВЕННОЕ ИЗДАТЕЛЬСТВО
Баку — 1989
Составитель и автор предисловия
академик Академии наук Азербайджанской ССР
П. А. АЗИЗБЕКОВА
Научный редактор
доктор исторических наук.
Д. П. ГУЛИЕВ
Нариманов Н. Н.
Н 28 Избранные произведения: В трех томах. Т. 2. — Баку: Азернешр, 1989. —
768 с.
0909060000—116
Н М-651-89 13—89 3 К5
ISBN 5—552—00229—6
© Азернешр, 1989

“Çirkli pullar”: Hansı sahələrə yönəldilə bilər?

Elçin Bayramlı: “Bu, əlbəttə, yalnız real sektorda olmalı və yalnız istehsala yönəldilməlidir”

Maliyyə amnistiyası haqqında qanunun qəbulu yendiən gündəmə gəlib. Ekspertlər bildirir ki, bu qanun olmadan “çirkli pul”ların loyal istifadəsi mümkün deyil.

Elçin Bayramlı, sosioloq

Cebhe.info-ya açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı bildirib ki, bu qanunun qəbulu o qədər də asan proses deyil, burada həddən artıq mürəkkəb sosial, iqtisadi, psixoloji faktorlar var: “Ona görə də onun tətbiqi çətinlik yaradır. Hər halda bu pullar haram yolla, bəzən cinayət yolu ilə qazanılıb və xalqdan, dövlətdən oğurlanıb. Buna görə məsuliyyətdən azad etmə, hətta bu cinayətkarlara üstəlik böyük biznes qurmağa icazə verilməsi xeyli dərəcədə ciddi mənəvi, sosial-psixoloji problemlər yaradır. Lakin məsələnin iqtisadi tərəfi də var. Bu pullar onsuz da xalqdan, dövlətdən oğurlanıb və onların geri qaytarılması çox çətindir. Demək, hər bir halda bu pullar itirilmiş sayılır. Bunu etməyəndə, həmin vəsaitlər xarici ölkələrin iqtisadiyyatına qoyulur və bizim pullardan həmin ölkələr, xalqlar bəhrələnir. Demək, mənəvi cəhətdən ağır da olsa, bunu etməyə məcburuq. Bir vaxtlar xalqdan, dövlətdən oğurlanmış bu pullar indi çətin vəziyyətdə xalqımıza, dövlətimizə xeyli fayda gətirə bilər. Yəni qarşımızda duran 2 variantdan yalnız biri faydalıdır və biz bunu seçməyə məhkumuq”.

“Çirkli pul”lara amnistiya olarsa, daha çox hansı sahələrin investisiya qoyuluşuna ehtiyac var?

Ekspert qeyd edib ki, maliyyə amnistiyası elan edilərsə, xüsusi sahələr seçilməli və yalnız ora sərmayə qoyuluşu tələb edilməlidir: «Bu, əlbəttə, yalnız real sektorda olmalı və yalnız istehsala yönəldilməlidir. Bunlar aqrar təsərrüfatlar və aqrar sənaye, yüngül sənaye, dərman sənayesi, İKT kimi sahələrdir. Mən arzu edərdim ki, bizdə vaxtilə ənənəvi mövcud olmuş, effektivliyini sübut etmiş sahələrdən taxılçılıq, pambıqçılıq və tekstil, meyvə-tərəvəzçilik və yeyinti sənayesi, üzümçülük və şərabçılıq, tütünçülük, çayçılıq, baramaçılıq, heyvandarlıq, balıqçılıq, arıçılıq, məişət əşyaları və gündəlik tələbat malları istehsal edən yüngül sənaye sahələri, maşınqayırma, alternativ enerji sahələri, tikinti və təmir materialları və bu kimi həyati vacib sahələrə yönəldilsin. Qısası, qlobal böhran dövrlərində ölkənin ən vacib gündəlik tələbatlarını ödəyəcək istehsal sahələri seçilsin. Həmçinin, bu pullarla ölkəyə istənilən istehsal avadanlıqları və dəzgahların gətirilməsi məhdudiyyətsiz və tam rüsumsuz edilməlidir. Hesab edirəm ki, bunlar edilsə, çox qısa müddətdə ölkəmizdə istehsal dəfələrlə artar, işsizlik minunuma düşər, idxaldan asılılıq azalar, ixrac potensialı artar, büdcə gəlirləri çoxalar və s. İstənilən qlobal böhran vəziyyətlərində ölkəmiz çətin vəziyyətə düşməz. Əminəm ki, hökumət bu prosesi optimal və effektiv şəkildə həyata keçirəcək”.

Tünzalə Rüstəm

https://cebhe.info/bagislanan_ldquo_cirkli_pullar_rdquo_hansi_sahelere_yoneldile_biler-206578?fbclid=IwAR0pEmVgW0Zh6SvIiv66n1tw0dHO8FKfj9-gkow0oUbDikmexolyZI0k1c8

Elçin Bayramlı: “Artıq buna son qoymağın vaxtıdır”

Sosioloq: “Karantin rejimi dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş bərpa edilməli, lakin qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır”.

“Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ölkədə karantin rejiminin nisbətən yumşaldılmasından insanların istifadə etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazım olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı, hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir: “Şişirdilmiş virus pandemiyası bütün ölkələrə olduğu kimi bizim ölkəyə də böyük iqtisadi zərər vurdu, sosial problemlər kəskinləşdi. Artıq buna son qoymağın vaxtıdır. Virusun tüğyan etdiyi bir çox ölkələrdə həyat normala dönüb, iş yerləri, məktəblər açılıb, sadəcə müəyyən qorunma tədbirlərinə riayət edilir.

Elçin Bayramlı, sosioloq-jurnalist

Viruslar, xəstəliklər həmişə var və olacaq. Bu da onların ən zəiflərindən biridir. Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar. Adi qrip viruslarından dəfələrlə çox adam ölürsə, demək bu virusu ciddi qəbul etməyə belə dəyməz. İmmuniteti sıfır olan, xroniki xəstəlikləri çox olan yaşlı adamlar istənilən virus və sair xəstəlikdən ölürlər. Burada qeyri-adi heç nə yoxdur. Məncə yaradılmış qorxudan daha çox adam ölür, nəinki virusdan.

Əlbəttə, bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazımdır. Bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı,hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir. Bir çox müstəqil alimlərin fikrincə, heç bir virus 1 metrdən artıq məsafəyə sıçraya bilməz, ona görə də maksimum 1 metr məsafə saxlamaq kifayətdir.

Fikrimcə, karantin dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş yerləri bərpa edilməli, sadəcə qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır. Çalışmaq lazımdır ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın və insanlar həmin müddətdə respiratorda, əlcəkdə olsunlar.

Hələlik, sərhədləri bağlı saxlamaq olar. Ölkə daxilində isə yoluxma demək olar ki, məhdudlaşıb. Yaxın günlərdə yoluxmanın tam dayanacağını güman edirəm, ya da tək-tük hallar ola bilər”.

Nərminə Umudlu

http://pia.az/artiq-buna-son-qoymagin-vaxtidir-ekspert-343888-xeber.html?fbclid=IwAR1Bn1pPk7NL6w-Bdz3TVo4AoHjVMPAkBabzEf3hr0rewmXcgW2Uq5qbi98

Vəziyyətdən çıxış yolu var: “İstehsal sahələri yaradılmalıdır”

“Dövlət büdcəsində izafi xərclərin ixtisar edilməsi çox vacib addımdır”.  Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, hələlik, maliyyə ancaq sosial müdafiəyə və yeni istehsal sahələrinin yaradılmasına yönəldilməlidir: “İnfrastuktur layihələrin həyati əhəmiyyətli olmayanlarını təxirə salmaq olar. Nəzərə alaq ki, qlobal pandemiyanın yaratdığı iqtisadi böhran bizə də zərər vurub. İndiki şəraitdə ancaq qeyri-neft sektoruna ümid qalır. Bu sahələrdə də cənab Prezidentin qeyd etdiyi kimi son illərdə çox böyük işlər görülüb və inkişaf tempi yüksəlib. Məhz qeyri-neft sektoru neftin ucuzlaşması şəraitində bizi vəziyyətdən çıxarmağa qadirdir. Ona görə də, bu sahələrə daha güclü dəstək verilməli və çoxsaylı yeni müəssisələrin yaradılmasına çalışılmalıdır”.

Elçin Bayramlı

E.Bayramlıya görə, yaranmış beynəlxalq vəziyyət göstərdi ki, turizmə də çox ümid etmək olmaz: “Turizm sahəsi böhran dövrlərində tamamilə sıradan çıxır. Ona görə də, Azərbaycanda ənənəvi sahələri inkişaf etdirməyə çalışmaq lazımdır. Xüsusən, kənd təsərrüfatı, aqrar sənaye, yüngül sənaye, alternativ enerji, dərman sənayesi kimi vacib sahələrə diqqət verilməlidir. Hazırda xarici fondlarda strateji ehtiyatlarımız 1-2 faiz gəlirliliklə saxlanılır. Onların müəyyən hissəsini geri çəkərək ölkə iqtisadiyyatının dediyim sahələrinə sərmayə yatırsaq ,dəfələrlə çox gəlir əldə edə bilərik. Özünüməşğulluq proqramının miqyasını artırsaq, həm istehsal artar, həm sosial problemlər və işsizlik azalar. Hesab edirəm ki, dövlət başçısı, hökumət bu istiqamətdə mümkün olan bütün tədbirlər görür və görəcək. Müvəqqəti çətinlikdir, biz xalq və dövlət olaraq bunun öhdəsindən gələcəyik”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/124966?fbclid=IwAR34D9ODIW5ZJHx5yxcZ-Vx4QiEpnwNvw5kmBQCjaJgOLyhSok94mzlo1n8

Sosioloq: «Hökumət «Kəndə qayıdış» proqramı elan etməlidir

Koronavirus epidemiyası ilə bağlı yaranmış vəziyyət kəndə qayıdış, Bakının yüklənməsi problemini yenidən gündəmə gətirdi. Bir sıra ekspertlər hesab edir ki, pandemiyadan sonra kəndə böyük qayıdış təşviq edilməli, bu istiqamətdə maarifləndirmə gücləndirilməlidir.

Elçin Bayramlı
  • “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizdə əhalinin balanssız yerləşməsi 90-lardan sonra meydana çıxıb- regionlarda zavod və fabriklər bağlandıqdan, təsərrüfatlar işini dayandırdıqdan, işsizlik vüsət aldıqdan sonra əhalinin əksər hissəsi iş tapmaq üçün paytaxta axın edib: “Fikrimcə, hazırda Bakıda, ümumiyyətlə, Abşeron yarımadasında ölkə əhalisinin yarısı — təxminən 5 milyon nəfərə yaxın insan cəmləşib. Respublikada 1,5 milyona yaxın avtomaşının da 1 milyonunun burada olması paytaxtın necə yükləndiyini göstərir. Bu gün paytaxtda cəmləşən kənd əhalisinin böyük əksəriyyətinin kəndlərdə evi, torpağı və s. mülkiyyəti var. Bunlar bir növ daxili qaçqınlardır və öz yurdlarına qayıda bilərlər. Sadəcə onlara öz doğma yerlərində iş qurmaq üçün şərait yaradılmalı, dövlət dəstəyi göstərilməlidir. Bundan sonra Bakıya qeydiyyat və burada müvəqqəti yaşama şərtləri çətinləşdirilməlidir”.

Sosioloqun fikrincə, əhalinin balanslı yerləşməsi, tarazlı və davamlı sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən bir çox proqramlar həyata keçirilib, lakin, bu, elə də böyük effekt verməyib: “Dəfələrlə təklif etdiyim kimi, yenə də qeyd edirəm- hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionlarda yeni müəssisələrin, təsərrüfatların açılmasına daha böyük fikir verməlidir. Çünki, regionlarımızda iş üçün bütün imkanlar var- işi qüvvəsi, xammal, nəqliyyat infrastrukturu, yaxın bazarlar və s. Sadəcə həm dövlət, həm də qeyri-dövlət investisiyaları regionlara yönəldilməli, güzəştli kreditlər, subsidiyalar artırılmalı, vergi və s. güzəştlər tətbiq edilməlidir. Xüsusilə, kiçik sahibkarlığa tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də birdəfəlik həll edə bilər. Bölgələrdə özünüməşğulluq proqramının miqyası və həcmi kəskin artırılmalıdır”.

Ekspertin sözlərinə görə, yaranmış beynəlxalq vəziyyət bir daha göstərdi ki, gəlirlərimizin çox böyük hissəsini əldə etdiyimiz neft sektoruna güvənmək olmaz, qeyri-neft sektorunun inkişafı sürətləndirilməlidir: “Bunun üçün xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığımız strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar, xammal da var, sadəcə istehsal avadanlıqlarını alıb gətrmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq. Xüsusilə də, kənd təsərüfatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. İndiki böhran şəraitində bunun həyati əhəmiyyətli vacib tədbir olduğu gün kimi aydındır. Qlobal iqtisadi böhran ölkələrarası ticarəti xeyi zəiflədib, ekoloji problemlər bir çox ölkələrdə ərzaq və dərman çatışmazlığına səbəb olub. Əgər qlobal vəziyyət bir qədər də gərginləşsə və ya dünyada digər gözlənilməz problemlər də yaransa, ölkələr öz ümidinə qalacaq. Bu şəraitdə biz istənilən qlobal böhranlara və fors-major hallarına hazır olmalıyıq. Bunun üçün də ölkəmizin potensialından maksimum istifadə etməyə məhkumuq. Bizim başqa yolumuz yoxdur”.

Tünzalə Rüstəm

https://m.cebhe.info/olkede-bolluq-yaratmaq-ucun-kendililere-hansi-guzestler-verilmelidir—ekspert-201989?fbclid=IwAR0BiwnJ0UHzu76_0au0py650dxPlKUtwemH7MZkNXgYS-tePaxC35EU480

«Karantin büdcəsi»: “Bir ayı ancaq bu cür yola verə bilərik”- EKSPERT

Bildiyimiz kimi, hazırda Azərbayda koronavirusla mübarizə aparmaq üçün xüsusi karantin rejimi tətbiq olunur.

İctimai iaşə obyektlərinin, ticarət, istirahət və əyləncə mərkəzlərinin, fəaliyyəti məhdudlaşdırılıb. Bu isə iş yerlərinin bağlanmasına, nəticədə insanların iş yerlərindən və gəlir mənbələrindən olması ilə nəticələnib.

Ekspertlər, sosioloqlar ailə büdcəsinə qənaət edilməsini məsləhət görürlər. Maraqlıdır, bəs ailə büdcəsinə necə qənaət edək?

Cebhe.info-nun sualını cavablandıran “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlının fikrinə görə, əvvəlki günlərdən fərqli olaraq, bu günlər qeyri-qida mallarının alınması azaldılmalıdır: “Təbii ki, əvvəlki vaxtla müqayisədə bəzi xərclər azalıb, bir çox insan işə getmir, bu isə nəqliyyat və yemək xərclərinin azalması deməkdir. Həmçinin bu müddətdə kommunal ödənişlərdə, kredit borclarının ödənişində güzəştlər də olacaq. Əvvəllər gündəlik tələbat olmayan malları alırdıqsa, bu günlərdə belə hallardan qaçmalıyıq, yəni bir sıra şeylərdən müvəqqəti imtina etmək olar. Ümumiyyətlə, dünya tarixinə bundan da ağır hadisələr olub, daha səbrli və təmkinli olmaq lazımdır. Daha çox qənaət etməklə, düşünürəm ki, 1 ayı yola verə bilərik. Digər tərəfdən, işsizlər, əlillər üçün sosial paket hazırlanır, bəzi məlumatlara görə, dövlət ən azından 2,5 milyardlıq bir paket tətbiq edəcək. Bunlardan əlavə güzəştlər də olacaq. Həmçinin bələdiyyələr, xeyriyyə cəmiyyətləri də insanlara yardım edəcəklər. Ən azından köməyə ehtiyacı olan insanlar mətbuata, bizə müraciət etsinlər, müxtəlif orqanlardan, yardım fondlarından onlara köməklik olunmasına yardım edəcəyik. Hazırda ən böyük problem sağlığımızdır, özümüzü virusdan qorumağa çalışaq”.

Tünzalə Rüstəm

https://cebhe.info/karantin_budcesi_hansi_xercleri_azaldaq_ldquo_bir_ayi_ancaq_bu_cur_yola_vere_bilerik_rdquo_ekspert-198042?fbclid=IwAR09oNyOhD8gUUssvB9IEK8CxEZXsbDUyeXQCn6FHkIqYj9tWl6DYKUbpsc

«Ekonomist» jurnalında Karonavirus anonsunun deşifrəsi

Karonavirusun anonsunu qlobal satanistlər hələ 2019-un payızında «Economist» jurnalının üz qabığında veriblər. Analitiklər və stratejistlər hələ o vaxt bunu deşifrə etmişdilər və demişdilər ki, 2020-ci il qlobal virus pandemiyası ilə başlayacaq. Elə də oldu.

Bu analitik-stratejist bu virus pandemiyasını, Rusiya və Türkiyə arasında yeni qarşıdurma yaratma planlarını və qlobal plan üzrə digər baş verəcəkləri də 4 ay əvvəlcədən əvvəldən izah edir.

Gömrük rüsumları endirilməlidir

Mötəbər mənbədən əldə etdiyim məlumata görə, Gömrük Komitəsi rüsumları ciddi məbləğdə (50 faizdən 100 faizədək) qaldırmağa hazırlaşır. Bunu da komitənin büdcəyə ödəniş planının 2 dəfəyə yaxın artırılması ilə izah edirlər. Bu baş versə, ölkədə bahalaşma yaradacaq, inflyasiyanı sürətləndirəcək, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək. Ona görə də, dərhal qarşısı alınmalıdır.

Əgər yerli istehsalı qorumaq istəyiriksə, protektionist siyasət aparılmalıdır. Ölkədə istehsalı olan məhsullarda rüsumları qaldırmaq olar, istehsalı olmayan və ya çox az olan məhsullarda isə nəinki qaldırmaq, əksinə, rüsumu endirmək lazımdır. Qızıl, avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə gömrük rüsumlar artırıla bilər.

Dövlət büdcəsini artırmaq istəyiriksə, tamamilə başqa addımlar atılmalıdır. Büdcəni aztəminatlı əhalinin cibindən çıxarılan pulla yolla yox, əsasən, istehsaldan gələn gəlirlə doldurmağa çalışmaq lazımdır. Kölgə iqtisadiyyatı ləğv edilməli, monopoliyanın aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır.

Gömrük Komitəsinin ödəniş planını kəskin artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan məhsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə.

Vergilər üzrə bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 400 (yaxşı olardı ki 500) min manata qaldırılmalıdır. Çünki, bir neçə il əvvələ nisbətdə manat 2 dəfədən çox ucuzlaşıb və hazırki 200 min o vaxtkı 100 min dəyərindədir.

Bundan başqa, Bakı və regionlar arasındakı vergi dərəcəsi fərqi bərpa olunmalıdır. Zərdabın ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektin eyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Gəncə və Sumqayıt istisna) 5 il müddətinə sadələşmiş vergi dərəcəsi 1 faizə salınmalıdır. Ərzaq istehsalı üzrə azı 1 il müddətinə bütün vergilərdən azad olunma tətbiq edilməlidir.

Özünüməşğulluq proqramının miqyası və buna ayrılan maliyyə vəsaiti azı 10 dəfə artırılmalıdır. Şərtləri sadələşdirilməlidir. Proqram yalnız regionlarda tətbiq olunmalıdır.

Gömükdə malın dəyərindən artıq rüsum tətbiq edərək həmin malı istehsal edən xarici şirkətdən daha çox qazanmağa cəhd etmək uğursuz addım olardı. O malı ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bu halda idxaldan asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik tam aradan qalxacaq. İqtisadi təhlükəsizlik, sosial rifahın və siyasi nüfuzun artmasını təmin edəcək.

Bunu etmək üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika infrasturukturu və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 50 milyardlıq valyuta rezervlərindən cəmi 5-6 milyardını ölkə iqtisadiyatına invest etməklə bunu təmin etmək olar. Xüsusən, neftin ucuzlaşmasının fəlakət həddinə çatması fonunda bunu etmək məcburi xarakter alır.
Şimal, cənub və qərb sərhədlərinə yaxın ərazidə quru yolu ilə, şərqdə isə Xəzər dənizi sahilində liman vasitəsilə azad iqtisadi zonalar yaradılmalıdır. Bununla bağlı xüsusi strateji inkişaf dövlət proqramı qəbul olunmalıdır. Hesab edirəm ki, maksimum 5 ilə bu proqramı başa çatdırmaq mümkündür.
Neftin kəskin ucuzlaşması uzunmüddətli olmayacaq. Bu virus hay-küyünə görədir. Bu şəraitdə, hökumət əks-tədbirlər görməlidir,belə ki, ilk növbədə manatın məzənnəsini 1,5-ə qaldırmalıdır. Əvvəla, faktiki olaraq, manatın real məzənnəsi bundan da çoxdur. İkincisi də, ortalığa düşüb valyuta yığmağa cəhd edən küyçülərin keçən dəfəki kimi süni ajiotaj və tələb yaratmasının və manatın ucuzlaşmasına səbəb olmalarının qarşısını almış olar.

Neftin ucuzlaşması müvəqqətidir, bu, heç 1 ay da davam etməyəcək. Qiymət yenidən 50 dolları keçəcək, hətta, bəlkə, 60-ı da keçdi. Bu arada Si Cinpinin Uxana səfər etməsi qlobal ajiotajı səngidəcək və dünya iqtisadiyyatının mühərriki tam gücü ilə işləməyə başlayacaq. Hökumət gömrük rüsumlarını artırmaq fikrindən daşınmalı, əksinə, rüsumu aşağı salmalıdır.

Elçin Bayramlı

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri

Jurnalistlər rəy kimi istifadə edə bilərlər

Xəzər qapalı kanalizasiya hövzəsinə çevrilib- EKOLOJİ FACİƏ

Elçin Bayramlı: “Azərsu»nun hay-küylü reklamına baxmayaraq, onların quraşdırdığı qurğular dənizin çirklənməsinin qarşısını ala bilmir və lazım olan saydan xeyli azdır”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən növbəti monitorinq Qaradağ rayonunun Xəzər sahili ərazilərində keçirilib. Dəniz suyundan nümunələr götürülüb, mikrobioloji təhlillər aparılıb. Monitorinqlərin nəticəsinə görə Qaradağ rayonu ərazisində Xəzəri ən çox çirkləndirən axarların Sahil və Xocasən qəsəbələrində formalaşdığı məlum olub.

İdarənin əməkdaşı Nərmin Babaşovanın sözlərinə görə, bu ərazilərdəki müəssisə və yaşayış massivlərində formalaşan tullantı sular  “Azərsu”nun təmizləyici qurğularının istismara yararsız vəziyyətdə olması səbəbindən, təmizlənmədən dənizə axıdılır. Eyni zamanda, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən “Metanol” zavodunun da tullantı sularının Puta kanalı vasitəsilə dənizə axıdıldığı müşahidə edilib. Monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, Qaradağ rayonu ərazisindən Xəzərə axıdılan tullantı sularda kimyəvi və bioloji çirkləndiricilərin, bağırsaq çöpü bakteriyalarının miqdarı normadan çoxdur”. Nazirliyin əməkdaşının sözlərinə görə aşkar olunan pozuntu hallarının aradan qaldırılması üçün müəssisə və təşkilatlara müvafiq tapşırıqlar verilib, xəbərdarlıq-bildiriş məktubları göndərilib.

“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı da  Xəzər dənizinin həddən artıq çirkləndirildiyini deyib: «Bu da əsasən Volqa çayı və Bakı-Abşerondan qaynaqlanır. Xəzər artıq beynəlxalq qapalı kanalizasiya hövzəsinə dönüb, dənizin flora və faunası yoxa çıxmaq üzrədir. Bu prosesin qarşısı alınmalıdır. Rusiyada bu istiqamətdə ciddi tədbirlər görülür. Bizdə isə vəziyyət getdikcə pisləşir. 5 milyonluq Abşeron yarımadasının bütün kanalizasiya suları, sənaye axıntıları demək olar ki, təmizlənmədən dənizə axıdılır. Artıq dənizdən tutulan balıqların da içalatı qapqara zir-zibil çıxır. Xəzər suyunda aparılan monitorinqlər də göstərir ki, dəniz suyunda çox sayda mikroblar, ağır metallar və sair kimyəvi zəhərli tullantılar var. «Azərsu»nun hay-küylü reklamına baxmayaraq onların quraşdırdığı qurğular, bunun qarşısını ala bilmir və lazım olan saydan xeyli azdır. Əksər qurğular ya artıq istismara yararsızdır, ya da filtrləri çox gec-gec dəyişdirilir, bəzi yerlərdə isə heç qurğu da yoxdur”.

Bir neçə il qabaq  Ekoloq Jurnalistlər Birliyinin layihəsi əsasında monitorinq keçirdiklərini vurğulayan E.Bayramlı qeyd edib ki, monitorinq çərçivəsində Xəzərin Abşeron sahillərində reydlər ediblər, kanalizasiya xətlərinin dənizə birləşən yerlərindəki biabırçı vəziyyəti qeydə alıblar: «Hətta, bu nöqtələrin birinin yaxınlığında böyük ehtimalla həmin zəhərli sulardan ölmüş suiti cəsədi də aşkar etdik. Bu Xəzərin Abşeron sahillərindəki suitilərinin bəlkə də sonuncusu idi. O vaxtdan bəri artıq dəniz sahilində suitiyə rast gəlmirlər. Tanış balıqçılar deyir ki, artıq dənizdə balıq tapmaq da çox çətindir. Bir tərəfdən də neft sənayesinin çirkləndirməsi var. Yəni, dənizimiz məhv olub gedir. Xəzərin okeana çıxışı olmadığından qapalı kanalizasiya hövzəsinə çevrilir. ETSN gec də olsa bu problemi qaldırıb və əsas səbəbkarları da göstərib. Məncə, “Azərsu”, ARDNŞ və iri sənaye müəssisələrinə bununla bağlı çox sərt tələblər qoyulmalı və Xəzərdə ekofaciənin qarşısı alınmalıdır. Dənizə tökülən xətlərlə bağlı jurnalistlərin iştirakı ilə şəffaf monitorinqlər aparılmalı, təmizləyici qurğular yenilənməli və olmayan yerlərdə quraşdırılmalıdır. Xüsusilə, Azərsu bu istiqamətdə dövlət büdcəsindən və sair mənbələrdən ayrılmış vəsaitlərin necə xərcləndiyi ilə bağlı açıq və ətraflı hesabat verməlidir».

Şəymən Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/120300?fbclid=IwAR3QoHE8pK-6SjKQcQFRzR4_P3BFKhdyLvttq22fC1rpLWFYNz-_llOLjjw

Çox ciddi strateji təhlükə: Azərbaycanın içməli su ehtiyatı azalır

Elçin Bayramlı: Qonşularımız da kəssə, bu tərəfə bir qram su keçməyəcək

“Azərbaycan ərazisində içməyə yararlı sular məhdud ehtiyatlara malik olmaqla qeyri-bərabər paylanıb. Hazırda ölkənin yerüstü su ehtiyatları 30-31 kubkilometr təşkil edir, quraq illərdə isə bu ehtiyat 20,3 kubkilometrə qədər azalır”.

Bu barədə fəlsəfə doktoru Yusif İmralıyev sosial şəbəkədə status paylaşıb. Alim yazır ki, yerüstü su ehtiyatlarının mənbələrini çaylar, göllər, su anbarları və buzlaqlar təşkil edir. Ölkəmizin şirin su ehtiyatlarının 70-72 faizi isə ölkə hüdudlarından kənarda formalaşır. Bu, üzərində düşünülməli problemdir.

“Ekoloq jurnalistlər” İctimai Birliyinin sədr müavini Elçin Bayramlı “Şərq”ə açılamasında problemin həqiqətən də ciddi xarakter daşıdığını bildirdi:  “Son illərdə mən bir neçə dəfə bu məsələni qabartmışam. Həqiqətən də vəziyyət ciddidir. Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə olunur. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda keçəlləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildikdən sonra o zonanın təbiətində problemlər yaranıb, yaşıllıqlar quruyur, ot örtüyü azalır. Yəni, problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir. İndidən yay mövsümündə suvarma suyu ilə bağlı ciddi problemlər müşahidə olunur. Ekoloq alimlər 20-30 ildir həyəcan təbili çalırlar ki, belə getsə dünyada su müharibələri başlayacaq. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Hazırda Türkiyə-Suriya-İraq arasında Dəclə və Fərat çaylarının suyu üzərində az qalır müharibə başlasın. Başqa regionlarda da belə təhlükələr yaranıb”.

Ekoloq deyir ki, bununla bağlı ciddi strateji proqram hazırlanmalıdır: “Su israfının qarşısı alınmalıdır. Sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və buradan əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun. Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilsin. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar. Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz.

Məlahət Rzayeva

https://sherg.az/x%C9%99b%C9%99r/119474?fbclid=IwAR2D5YPHwLDHC_T_2mxL-054cApG5k4YSrcwWFsl8H9caDwg3qnQqrFZPT0

Elçin Bayramlı: “Televiziyalar, radiolar və internet saytları ana dilimizin anasını ağladırlar”

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, müstəqil jurnalist Elçin Bayramlı «Şərq» qəzetinə açıqlamasında bu sahədə vəziyyətin acınacaqlı olduğunu deyib: «Konkret olaraq ana dilimizin yiyəsi yoxdur. Dilimizin ən böyük düşməni də mediadır. Media deyəndə əlbəttə qəzet və jurnalları çıxmaq lazımdır, onlarda redaktor, korrektor olur və dilin qayda-qanunlarına riayət edilir. Dilimizdə olmayan sözləri buraxmırlar. Televiziyalar, radiolar və internet saytları isə ana dilimizin anasını ağladır. Dilimizi eybəcər hala salır, əndrəbadi sözlərlə, jarqonlarla, ara sözləri ilə, mənası aydın olmayan qondarma sözlər və ifadələrlə «zənginləşdirirlər». Bunun da səbəbi məlumdur — hərə bir sayt açıb öz savadı dərəcəsində ağlına gələn formada yazır. Televiziya və radiolarda isə savadsız, ucuz işçi qüvvəsinə üstünlük verilir deyə vəziyyət lap dözülməzdir”.

Elçin Bayramlının sözlərinə görə, ana dili milli mədəniyyətin ən əsas elementlərindən biridir, milli sərvətimizdir. Bunu qorumaq dövlətin və cəmiyyətin borcudur: “Əgər cəmiyyət bunu etmirsə, onda dövlət etməlidir. Bu sahədə ciddi bir dövlət orqanı yaradılmalı və ona yüksək səlahiyyət verilməlidir. Ana dilimizi korlayanlara qarşı ciddi tədbirlər görülməlidir. Ən əsası məsələyə fundamental yanaşılmalıdır. Yəni, ucuz işçi qüvvəsi prinsipindən əl çəkilməlidir. Harda savadsız adam var mediadadır. Orta məktəbi belə orta səviyyədə bitirməyən adamın mediada nə işi var? Tədbir, monitorinq, məsləhət, tövsiyə və s. boş şeylərdir və tamamilə effektsizdir. İctimai qınaq sistemi isə bizdə yoxdur. Ana dilimizi qorumalıyıq. Bu, dövlətin və cəmiyyətin borcudur. Ana dilinə sahib çıxmayan xalq və dövlət bir qara qəpiyə dəyməz».

https://sherg.az/x%C9%99b%C9%99r/118694

Bütün özəl marşrutlar “Baku Bus”a verilsin- MÜHÜM TƏKLİF

Elçin Bayramlı: Özəl daşıyıcılar sərnişinlərə yararsız avtobuslarla və qeyri-peşəkar sürücülərlə xidmət edirlər

“Uzun illərdir marşrutlarla bağlı faciəvi hadisələr baş verir, problemlər gündəmə gətirilir, sərt tənqid olunur, ancaq vəziyyət düzəlmir”.

Bunu “Şərq”ə açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, əsas problem özəl sərnişin daşıyıcılarındadır: “Sərnişindaşıma strateji əhəmiyyətli, vacib sahədir və bu işlə dövlət məşğul olmalıdır. Dövlət balansında olan avtobuslarla özəl şirkətlərə məxsus daşıyıcılara nəzər salsaq, fərqi aydın görərik. Özəl daşıyıcılar qəzalı və yararsız avtobuslarla sərnişinlərə xidmət edirlər. İstədikləri vaxt yola düşürlər, yaxud yarım saat artıq gözləyirlər. Üstəlik, sürücülər arasında çox tərbiyəsiz, səriştəsiz və qudurğan adamlar var. Srağagün soyuq havada bir saat 205 nömrəli marşrutu gözlədim, amma gəlib çıxmadı. 120 nömrəli avtobuslar potensial ölüm mənbəyidir. Elə bil, avtobus yolun ortasında tökülüb, dağılacaq”.

Ekspert “Baku Bus”da hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Təklif edirəm ki, bütün özəl marşrutlar ləğv edilsin və “Baku Bus”a verilsin. Dövlət də bu işə nəzarəti gücləndirsin.

Ciddi problem yaradan sərnişinlər də var. Bəzi piyadalar yolun ortasında gəzir, necə gəldi minib-düşürlər. Belələri cərimə olunmalıdır. Hətta öz məsuliyyətsizliyi ilə ölümə, ağır qəzaya səbəb olanlar həbs edilməlidir. Ancaq bu yolla ağılları başına gələr. Məsələnin digər tərəfi isə DYP ilə bağlıdır. Bəzi hallarda yol polisləri ağzınlıq edən avtobus sürücülərinə göz yumurlar. Bunların qarşısı alınmalıdır. Yoxsa qəzaların və ölümlərin sayı artacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/115849?fbclid=IwAR018hlvoLDBCqqOWqoTpbbs4QdfDJV49pVWNeb3FS20iPGOa373hg7RH_o

ABŞ-ın cəhdləri faydasızdır: Çini zəiflətmək mümkün olmadı

Elçin Bayramlı: “Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”

ABŞ Prezidenti Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb. Bu barədə prezident “Twitter” hesabında yazıb. Tramp bildirib ki, “əgər Çinin pulu çatmasa, onlar bunu yaradacaqlar. Niyə Dünya Bankı Çinə borc verir? Çinin kifayət qədər pulu var”. Çinin zaman keçdikcə dünyanın nəhəng iqtisadi gücünə çevrildiyi qarşısı alınmaz reallıqdır. ABŞ özünə rəqib bildiyi Çinin iqtisadi cəhətdən qüvvətlənməsini heç zaman həzm edə bilməyib və buna mane olmaq üçün müəyyən addımlar atıb. Trampın çağırışının məhz bu məqsədlə gündəmə gəldiyi deyilir.

Elçin Bayramlı, ASAM sədri

Amerika rəhbərinin çağırışını “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Trampın tələbi faydasız və mənasızdır.

Ekspertin sözlərinə görə, Amerika onsuz da 20-30 ildir Çini sıradan çıxarmaq, zəiflətmək, iqtisadi inkişafını azaltmaq üçün əlindən gələn hər şeyi edir: “Hətta Yaxın Şərqdə törədilən terror və müharibələrin bir səbəbi də bununla bağlıdır. “Sars” virusu və “Quş qripi” də məhz Çin iqtisadiyyatına zərər vurmaq üçün təşkil olunmuşdu. Lakin bütün bunlar heç bir effekt vermədi. Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, “dünyanın fabriki”nə çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Dünyanın ən böyük investorudur”.

İqtisadçı bəyan edib ki, Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub: “Bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. Trampın bəyanatları ucuz populizmdən başqa bir şey deyil. Amerika tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və 3-cü dünya ölkələrinin sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq çoxdan ifşa olunub. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı. Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/112476?fbclid=IwAR0pCejQDqBrfWcWK-zufd0vbSCjmCtcbwyEbI_SDSVOhuJGPvUXYvzER38

Elçin Bayramlı: “Universitetlər Xocasənə yox, digər iri şəhərlərə köçürülməlidir”

“İlk növbədə özəl universitetlər paytaxtdan çıxarılmalıdır”

Məlum olduğu kimi, Bakının Baş Planında ali təhsil müəssisələrinin Xocasənə köçürülməsi planlaşdırılır. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin nəqliyyat problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Rektor onu da vurğulayıb ki, əgər universitetlər Xocasən gölünün ətrafına köçürülərsə, bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir.

Qeyd edək ki, Xocasən qəsəbəsinin ərazisində metronun “Xocasən” deposunun inşa edilməsi ilə bağlı da açıqlamalar verilib. Məlumatda sərnişin platforması da olacaq Xocasən” deposunun inşasının 5 il müddətində aparılması nəzərdə tutulduğu bildirilib. Amma ali məktəblərin Bakı ətrafında yerləşən Xocasən qəsəbəsinə köçürülməsi ilə bağlı yanaşmalar birmənalı deyil. Hesab olunur ki, bu köçürülmə paytaxtın sıxlıq problemini həll etməyəcək.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinin açıqlamasında bildirib ki, paytaxtda yaranmış əhali sıxlığı təcili tədbirlər görülməsini zəruri edir: “Ölkənin iqtisadi inkişafı birtərəfli gedir. Respublika əhalisinin ən azı 50 faizi Bakı və Abşeron yarımadasında cəmləşib. Bakıda sıxlıq artıq kritik vəziyyətə gəlib çatıb. Belə bir vəziyyətdə Xocasəndə təhsil müəssisələrinin yaradılması üçün yüz minlərlə vəsait qoyulacaq. Bu vəsait boşuna sərf ediləcək. Həmin tələbə kontingenti yenə də Bakı və Bakı ətrafında qalacaq. Məsələn, hər gün Əhmədli qəsəbəsində yaşayan tələbə şəhərin bu biri başına universitetə gəlib-gedəcək, avtobuslardan istifadə edəcək. Bu qədər vəsait qoyulursa, mütləq universitetlər regionlara köçürülməlidir. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Xaçmaz, Şəki, Yevlax, Lənkəran, Naxçıvan kimi iri şəhərlərdə bunun üçün imkan var”.

İqtisadçı deyir ki, ali məktəblərin bölgələrə köçürülməsi regionların inkişafına təkan verə bilər: “Bunun kirayə bazarına, ticarət sahəsinə təsirləri olacaq. Tələbələrin ora köçürülməsi digər sahələrə də təsir edəcək. Yataqxanalar, universitetlərin poliknikaları tikiləcək. Bundan əlavə bu tələbələr üçün də ucuz başa gələcək. Məsələn, əgər tələbə hazırda Bakıda 200-300 manata kirayə qalır, amma regionlarda bu 100 manata, bəlkə də 50 manata başa gələcək. Tələbələr ərzağı da ucuz alacaq, nəqliyyat xərcləri də azalacaq. Bu həm iqtisadi inkişafın regionlar üzrə paylanması, həm tələbələrin mənafeyi baxımdan sərfəlidir. Əks halda, mən qoyulacaq xərci bu başdan batmış hesab edirəm. Doğrudur, şəhərin mərkəzində avtomobil sıxlığı müəyyən qədər azalacaq. Amma tələbələrin heç də hamısı avtomobildən istifadə etmir. Belə davam edərsə, bir neçə ildən sonra 10 milyondan 7-8 milyonu Bakıda olacaq. Azərbaycan paytaxt Bakıdan ibarət bir ölkəyə çeviriləcək”.

Elçin Bayramlıya görə, ilk növbədə özəl universitetlər regionlara köçürülməlidir: “Paytaxtda strateji ali məktəblər qala bilər. Məsələn, Ali Neft Məktəbi, Azərbaycan Tibbi Universiteti, Diplomatiya Akademiyası mütləq Bakıda olmalıdır. Yəni onlar paytaxtla bağlı olan ali məktəblərdir. Məsələn, neft sənayesi Bakıda olduğu üçün Ali Neft Məktəbi paytaxtda olmalıdır”.

Ekspert qeyd edir ki, pedoqoji universitetlərin kiçik rayon mərkəzlərinə aparılması, böyük texnoparkın yerləşməsi və buranın sənaye şəhəri olması nəzərə alınmaqla Texniki Universitetin Sumqayıta köçürülməsi məqsədəuyğundur”.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin tələbə sayı 10 000-ə yaxındır. Dövlət Pedaqoji Universitetinin 7000, Dillər Universitetinin  4900, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 7258 tələbəsi var. Buna özəl ali məktəblərinin tələbələrini də əlavə etsək, bu onminlərlə insan deməkdir. Bir sıra universitetlərin bölgələrə köçürülməsi isə gündəlik olaraq metro və avtobuslarda onminlərlə insanın istifadəsinin azalması, kirayə verilən mənzillərin boşalması deməkdir.

Xatirə Nəsirova

https://cebhe.info/on_minlerle_insani_bakidan_nece_k_ouml_ccedil_uuml_rmek_olar-177811?fbclid=IwAR13gV_NkrwzDo6TEyY0uBJLQOKz9IfLrsI8qksRo8itfOZuJyo17ShUmP4

Elçin Bayramlı: “Yerli istehsalı olmayan məhsullara gömrük rüsumu minimuma salınmalıdır”

“Həm xaricdən gətirilən, həm də ölkədə istehsal olan yağların keyfiyyəti çox aşağıdır”

Ölkəmizdə kərə yağının bahalaşmasının qarşısını alınacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, daxili bazarda kərə yağının qiymətinin sabit qalması təmin olunacaq. “Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov dekabrın 4-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Sherg.az-a açıqlamasında bildirib ki, gömrük rüsumunun azaldılmasının saxlanması qiyməti ucuzlaşdırmasa da, ən azı bahalaşmanın qabağını ala bilər. Amma bu addım o qədər də uğurlu deyil: “Çünki məsələyə fundamental yanaşma yoxdur və gömrük siyasəti optimal deyil. Dövlət protektionist gömrük siyasəti yeritməlidir. Belə ki, yerli istehsalı və istehsal potensialı çox olan məhsullara gömrük güzəştləri tətbiq edib, ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara böyük gömrük rüsumları qoymaq normal hal deyil. O cümlədən süd məhsullarının yerli istehsal həcmi böyükdür və böyük də potensial var. Bu halda təcrübədən də gördüyümüz kimi, xaricdən idxal olunan yağlara aşağı gömrük rüsumunun tətbiqi qiyməti ucuzlaşdırmadı, əksinə, bu vəziyyət yerli istehsalı sıradan çıxarmağa başlayır. Belə ki, yerli süd zavodları və kiçik fermer təsəffüratlarının xaricdən ucuz gələn yağla rəqabət aparmaq üçün keyfiyyəti aşağı salmasına və təbii yağ əvəzinə süni qatqılarla yağ düzəltməsinə şərait yaranır”.

İqtisadçı qeyd edib ki, hazırda həm xaricdən gətirilən, həm də ölkədə istehsal olan yağların keyfiyyəti çox aşağıdır: “Əksər hallarda isə bunlar spredlər, palma yağı və sair kimyəvi maddələrlə düzəldilmiş yağlardır ki, bunlar da əhalinin sağlamlığına ağır zərbə vurur, təhlükəli xəstəliklərin çoxalmasına səbəb olur. Yerli bazarda yağların keyfiyyətinə nəzarət sıfır səviyyəsindədir. Mağazaların vitrinlərinə baxmaq kifayətdir ki, bu sahədə hansı vəziyyətin mövcud olduğunu görəsən”.

ASAM sədri hesab edir ki, gömrük siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir: “Konkret olaraq, qeyd etdiyimiz kimi, yanaşma belə olmalıdır- ölkədə istehsal olmayan və ya çox az olan məhsullara gömrük rüsumu xeyli azaldılmalı, yerli istehsalı yüksək olan məhsullara isə artırılmalıdır. Bu halda həm qiymətlər optimal olacaq, həm də yerli istehsal stimullaşmışacaq. Yeganə problem kimi xaricdən gətirilən və ölkədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək qalır. Ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq. Hələlik isə, bu sahədə vəziyyət acınacaqlıdır”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/111908?fbclid=IwAR12TguBeY6fzFVe0lnYt8kKgnqf_Hgd8wDablH37uYCwOM8YOMm_euVRzA

Bibiheybət yolu niyə çökdü?

Paytaxtın cənub girişi olan Yeni Salyan şossesində bir həftədən çoxdur ki, mərkəz istiqamətindəki hər 3 zolaqda iri çat yaranmışdı. Adi uşaq da bilərdi ki, tezliklə bu yol çökəcək. Üstəlik, kənarı da dərədir. Lakin müvafiq orqanların məsul şəxsləri heç vecinə də almadılar. Gecələr yoldan keçən, normadan 5 dəfə artıq yüklənmiş yük maşınlarının zarıltısından yol kənarındakı evlərdə adamlar yata bilmir. Bu zıppıltıya bu əldəqayırma yol dözərdimi?

DYP-nin də başı xətti tapdayan sürücü güdməyə qarışmışdı deyə birbaşa Azneftə, Prezident Aparatının yaxınlığına girən o maşınları görmürdü. İndi paytaxta əsas giriş yolu bağlanıb, özü də ən strateji yol.

Azəravtoyol utanmaz-utanmaz açıqlama verir ki, 100 metrlik hissənin təmiri bir neçə ay çəkəcək. Yəni, bunların bir neçə ayı azı 5-6 ay deməkdir. Yox, bunlarla bu ölkə çox uzağa gedə bilməyəcək. Belə getsə, Prezident hökuməti tam heyətdə dəyişəcək.
Hələlik isə, bu rüsvayçı fakta görə, cavabdeh məmurlar dərhal həbs olunmalıdır. Azəravtoyol, DYP, Bakı ŞİH məsul şəxsləri ilk növbədə olmaqla.

Bakının Cənub girişi: paytaxtımız haqda ilk mənfi təəssürat

Bu baxımsız ərazi şəhərimiz haqda ilkin təəssüratların müsbət olmasına mane olur və şəhərimizin gözəlliyinə xələl gətirir  

Yeni Salyan Şossesi. Paytaxtın cənub girişi, yəni şəhərin mərkəzinə birbaşa əsas giriş yolu. O qədər də şiddətli olmayan, payız fəslinə xarakterik yağışdan sonra Bibiheybət Məscidi ətrafındakı yolun yenidən sürüşərək çökməsi bu ərazini yenidən ictimai diqqət mərkəzinə gətirdi. Cəmi 5-6 ay əvvəl sürüşmədən təmir olunan yol yenidən bağlandı, rəsmilər bu gün hadisə yerinə baxış keçirdilər…

Görünən isə budur ki Bakının Cənub girişi günü-gündən müasirləşən, abadlaşan paytatımızla müqayisədə çox geridə qalıb. Bibiheybət məscidindən Su İdmanı Sarayınadək uzanan təxminən 2 klometr məsafədə boz çollər, ötən əsrin 30-40-cı illərindən qalma istifadəyə yararsız, hələ də sökülməyən mənasız tikililər, neft gölməçəri insanı məyus edir. Təəssüflə deməliyik ki, bu ərazi Bakının 20-ci əsrin əvvəllərindəki miskin mənzərəsini xatırladır. Şəhərimizə gələn qonaqların ilk gördüyü mənzərə və paytaxtımızla bağlı ilk təəssüratları da, buradan başlayır (fotolara bax).

Məsələ yalnız görüntüdə də deyil. Xüsusilə yay aylarında neft buruqlarının ətrafındakı gölməçələrindən buxarlanan kəskin qoxulu qaz şəhərin ekologiyası və ətrafda yaşayan sakinlərin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir.  Bu xoşagəlməz qoxunu həmin sahədə inşa edilmiş jurnalist binalarının sakinləri də mənzillərində hiss edirlər. Bəzi məlumatlara görə, ərazidə zəif miqyaslı radiaktiv fon da mövcuddur. Küləkli havalarda ətraf toz-dumana bürünür, necə deyərlər, göz-gözü görmür. Baxımsız, qumsal ərazidən qalxan toz-torpaq şosse yolunu görünməz edir və ətrafdakı binaların mənzillərinə dolur.

Maraqlıdır, ərazidəki cinayətkarlıq mənbəyi olan tamamilə köhnə, uçuq, istifadəsiz tikililər kimə lazımdır? Qaranlıq vaxtı belə istifadəsiz və yararsız binalara narkomanların yığışdığı haqda də xəbərlər yayılır. Şübhəsiz, ərazi abadlaşdırılsa, burada yaşıllıq və park salınsa, mövcud problemlər də aradan qalxar.

Nəzərə almaq lazımdır ki, müxtəlif beynəlxalq tədbirlər və idman yarışları zamanı turist qismində respublikamıza gəlmiş qonaqların əksəriyyəti şəhərə bu yolla daxil olurlar. Aşağıda gördüyünüz fotonu Bakıda beynəlxalq velosiped yarışları keçirilərkən lentə almışam. Yüzlərlə əcnəbi velosipedçi bu dəhşətli mənzərələri seyr edə-edə yarışırdı. Üstəlik, bu kadrlar yarışı işıqlandıran xarici mediada da dərc olundu.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında Bakıda aparılan genişmiqyaslı abadlıq, quruculuq və yaşıllaşdırma işləri fonunda paytaxtın əsas girişindəki acınacaqlı mənzərə xoşagəlməz təəssürat yaradır. Bəs, görəsən ARDNŞ-nin Ekologiya İdarəsi, BŞİH-in Yaşıllaşdırma İdarəsi, Ekologiya və Təbii Sərbətlər Nazirliyi bu acınacaqlı vəziyyətlə bağlı nə düşünür? Bu boş və çirkablı ərazidə səliqə-sahman yaratmaq, yararsız tikililəri sökdürmək, ağaclar əkmək dünya miqyaslı və nüfuzlu bir şirkətə çox çətindirmi?

Görünən odur ki, bilavasitə ARDNŞ üçün kadrlar hazırlayan Ali Neft Məktəbinin kampusunun da yerləşdiyi bu ərazi tamammilə «unudulub». Axı burada gələcəyin neftçiləri də təhsil alırlar, heç olmasa, onların səhhətini düşünmək lazımdır. Düzdür, bir neçə il əvvəl burada ağaclar əkilib, qismən yaşıllıq salınıb. Amma ərazinin bərbad mənzərəsi fonunda bu işlər o qədər də nəzərə çarpmır. Neft buruqlarının xeyli hissəsi fəaliyyətini dayandırıb. Əlbəttə, neft ehtiyatlarına malik buruqların ətrafını abadlaşdırmaq, buranı açıq neft muzeyinə çevirmək, ərazidə idman meydançaları və parklar salmaq olar.

Bir müddət əvvəl Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən şəhərin müasirləşdirilməsi və abadlaşdırılması ilə bağlı dəyərli tövsiyə və tapşırıqlarını verdi: «Bilirsiniz ki, mən şəhərdə gedən abadlıq-quruculuq proseslərinə şəxsən nəzarət edirəm, bir çox layihələrin təşəbbüskarı olmuşam. Bu gün Bakı dünyanın ən gözəl şəhəri kimi inkişaf edir. Bakıya gələn qonaqlar, o cümlədən mənim həmkarlarım həmişə paytaxtda gedən quruculuq-abadlıq işləri haqqında öz təəssüratlarını bölüşürlər və qeyd edirlər ki, Bakı doğrudan da dünyanın ən gözəl şəhərlərindən biridir. Biz elə etməliyik ki, Bakı şəhərinin hər bir yeri abad olsun və vətəndaşları narahat edən problemlər aradan qaldırılsın…»

Əlbəttə, bu ərazidə ciddi işlər görülüb- dənizkənarı bulvar Su İdmanı Sarayınadək uzadılıb, ərazi abadlaşdırılıb, yaşıllıq salınıb. Lakin Su İdmanı Sarayından Bibiheybət məscidinədək olan dənizkənarı və yolkənarı ərazi, fotolardan da göründüyü kimi, bərbad vəziyyətdədir. Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Nazirliyi, ARDNŞ bu ərazini abadlaşdıra, yaşıllaşdıra bilər.

Nəzərə almaq lazımdır ki, bu gün Bakıda yaşıllıq sahələrinin həcminin artırılmasına da böyük ehtiyac var. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İ.Nəsiminin 650 illik yubileyi ilə bağlı 650 min ağacın əkilməsi təşəbbüsü ilə şıxış etməsi son dərəcə təqdirəlayiqdir. Bu təşəbbüs və görülən işlər yaşıllıqlarının həcmi az olan Bakı üçün hava və su kimi vacib əhəmiyyət kəsb edir. Ümid edirik ki, yaşıllaşdırma və abadlaşdırma işlərinin mühüm bir qismi də paytaxtımızın cənub girişini əhatə edəcək, müasir şəhərimizin gözəlliyini pozan bu ərazi yaşıllığa çevriləcək.

Paytaxt mərkəzinə ən yaxın ərazi kimi şəhər Cənub istiqamətində inkişaf edir, burada yeni binalar, infrastruktur obyektləri inşa edilir. Dənizkənarı zolağı, eləcə də tarixi «İpək Yolu»nun başlanğıcı olan bu magistral yolun ətrafını abadlaşdırıb yaşıllaşdırsaq, ölkəmiz, paytaxtımız, insanlarımız üçün gözəl bir iş görmüş olarıq.

Elçin Bayramlı,

«Ekoloq Jurnalistlər» İctimai Birliyinin sədr müavini

Çoxuşaqlı ailələrin sayı sürətlə azalır: İki uşaqlı ailə modelinə keçirik- SOS

Elçin Bayramlı: «Əgər aylıq uşaqpulu bərpa edilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə əlavə yardım edilməlidir»

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə bir az daha da artırılsın.  Deputat güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını da təklif edib.

O bildirib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət məkəzlərinin yaradılması üçün vəsait ayrılmasına böyük ehtiyac var: “Sosial təminatı zəif olan, o cümlədən, imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdə yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”.

Elçin Bayramlı. ASAM sədri

Deputatın təklifinin son dərəcə təqdirəlayiq və vacib olduğunu deyən “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı Sherg.az-a bildirib ki, məsələ parlamentdə müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir.

ASAM sədri deyir ki, çoxuşaqlı ailələrin sayı sürətlə azalır və 1-2 uşaqlı ailə modelinə keçirik: “Səbəb də onunla bağlıdır ki, əksər ailələrin 3-5 uşaq böyütmək üçün lazımi maddi imkanları yoxdur. Bu, demoqrafik vəziyyəti pisləşdirir və ailə modelini zəiflədir. Dövlətimizin əlbəttə, bunu həyata keçirmək üçün kifayət qədər maliyyə imkanı var. Hesab edirəm ki, 3 və daha çox uşaq olan ailələrə aylıq yardımlar verilməsi vacibdir. 5 uşaqlı ailələrə edilən yardım əhalinin heç 0,1 faizini belə əhatə etmir və bunun sosial yükü yoxdur. Çünki indiki dövrdə nəinki 5-6, heç 3 uşaqlı ailələrə də rast gəlmək olmur. Yaxşı olardı ki, aylıq uşaqpulu bərpa edilsin və hər uşağa aylıq 100 manat dövlət yardımı edilsin. Əgər aylıq uşaqpulu bərpa edilmirsə, heç olmasa 3 və daha çox uşaqlı ailələrə əlavə yardım edilməlidir”.

Sosioloq təklif edir ki, bu yardımlar tətbiq olunarkən əlbəttə yüksək maddi imkanı ola ailələrə yox, aşağı maddi təminatı olan ailələrə üstünlük verilməlidir: “Bu halda büdcəyə əlavə yük düşməz. Məsələn, aylıq gəliri adambaşına yaşayış minimumundan- 200 manatdan artıq olmayan ailələrə yardım edilə bilər. Bu, mütləq edilməlidir. Çünki, demək olar bütün ölkələrdə bu tətbiq edilir. Bizim maliyyə imkanlarımız yüksəkdir, demək bunu rahatlıqla tətbiq edə bilərik”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/109840?fbclid=IwAR1RVNeKYv81ekPomFeuVahp7K9m3sITdmriUsajNZaeDn99LxN7unkOQys

Şəbəkə marketinqi Azərbaycanda niyə uğur qazana bilmədi?

Elçin Bayramlı: Problem sistemdə deyil, bu sistemə fırıldaqçıların daxil olmasındadır

Bir neçə il əvvəl Azərbaycanda internet üzərindən şəbəkə biznesi olduqca geniş yayılmışdı. Hətta bir sıra tanınmış şəxslər , elm adamları da bu biznesin qurbanları sırasında idi.

Şəbəkə marketinqi ilk dəfə Latın Amerikasında yaranıb, sonralar ABŞ-da yayılmağa başlayıb. “Multi level marketing” termini XX əsrin 70-ci illərində yaranıb. 80-ci illərdən sistem amerikan adı olan – “Network marketing” (şəbəkə marketinqi-red.) adını alıb. Bu sistem hazırda da dünyada mühim yer tutur və illik yüz milyardlarla dollar dövriyyəyə malikdir. Biznesin necə qurulduğu isə bir çoxlarına yəqin ki, məlumdur. Prosesə qoşulan adam məhsul almalı və yeni üzvlər tapmalı idi ki, pul qazana bilsin.

Təəssüf ki, Azərbaycanda insanlar bu biznesin faydasından daha çox ziyanını görüb. Xüsusilə də «Quest.net» şəbəkə biznesinə qoşulanlar pullarını itirməklə bərabər, bu biznes ucbatından daimi işlərini də itiriblər. Yəni it getməklə qalmayıb, ipi də özü ilə aparıb…

Maraqlıdır, Azərbaycanda hələ də şəbəkə marketinqi mövcuddur?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Elçin Bayramlı bildirib ki, sistemin Azərbaycanda uğur qazanmamasına səbəb başqa məqsədlər üçün istifadəsi olub: “Bu barədə birmənalı fikir söyləmək olmaz. Çünki texnologiyanın inkişafı ilə bağlı yeni biznes növləri yaranır. Onlardan da biri   şəbəkə biznesidir. Bu, onlayn ticarətlə bağlı olan bir şeydir. Bir çox ölkələrdə uğurla tətbiq olunur. Problem sistemdə deyil. Bizdə uğur qazanmama səbəbi bu sistemdən başqa məqsədlər üçün istifadə oldu. Hər hansı fabrik məhsulunu satmaq istəyir və əlavə müştəri cəlb edən insanlara satış faizi verir. Bizdə bu sistemlə “Faberlik” şirkəti işləyir. Başqa bir neçə şirkət də bunu tətbiq edir. Kimlərsə bu şirkətlərlə sərbəst əməkdaşlıq edir, özlərinə köməkçilər tapır, məhsulları satır və oradan gəlir əldə edir. Bu, dünyada mövcuddur, satış motivasiyası sistemidir. Sığorta şirkətləri də bu şəkildə işləyir. Bu normaldır, lakin Azərbaycanda insanların vicdanına qalıb. Bizdə bundan sui-istifadə edirlər. Adamları aldadıb, pullarıyığıb aradan çıxırlar».
Ekspert deyir ki, düzgün istifadə olunsa, bu satış sistemi həm alıcılar, həm də istehsalçılar üçün daha sərfəli olar. Dəllallar aradan çıxar: «Bəzən bir məhsul 5 əl dəyişir, bizə gəlib çatana qədər 1 manatlıq məhsul 5 manata satılır. Bu sistemlə gündəlik tələbat mallarının satışını təmin etsələr, bu, yaxşı olar. Alıcı birbaşa istehsalçıdan məhsulu əldə edə bilər, həm də fabrik qiymətinə. Həmin bizneslə məşğul olan adamlar vergi vermirlər, ona görə də məhsulun qiymətini daha ucuz qoya bilərlər. Lakin insanları aldatmağı üstün tuturlar. Azərbaycanda bu biznes demək olar ki, çöküb. Bir neçə sahədə mövcuddur ki, bunlardan başlıcası təbii dərmanlar, kosmetik vasitələr, sağlamlığa təsir edən məhsulların satışı ilə məşğul olan şirkətlərdir. Lakin fırıldaqçılıqla məşğul olan şirkətlərə görə nüfuz qazana bilmədilər. Bizdə LNS adlı şirkət vardı, guya İsveçrə istehsalı olan saatların satışı ilə məşğul idi. Çində 5-10 manata hazırladıb 100-150 manata satırdılar. Başqa biri “Quest” şirkəti idi, 2 min manata saat satırdı, amma heç 200 manatlıq deyildi. Nəticədə şəbəkə biznesi gözdən düşdü”.

Səyad Həsənli

https://cebhe.info/d_uuml_nyada_qaydalara_azerbaycanda_vicdana_qalan_biznes_vergi_vermeseler_de_aldatmagi_se_ccedil_irler-174128?fbclid=IwAR2r9mtmlZEgtHMPs_8YTv4XZXkWolBuTaIE2lmhgHyAAFPD2wmpJXv621E

ASAM rəhbəri: Yolların çoxu keyfiyyətsiz salındığına görə bir neçə ilə sıradan çıxır

“Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır»

“Cənab Prezident paytaxtın mərkəzi hissələri istisna olmaqla, digər şəhər və qəsəbələrin yollarının yaxşı vəziyyətdə olmadığını deyərək onların təmirinə diqqət yetirilməsinin vacibliyini qeyd edib”. Bu fikirləri Sherg.az-a açıqlamasında  “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, həqiqətən də, çox bərbad vəziyyətdə olan xeyli şəhərdaxili, qəsəbədaxili, rayondaxili yollar, küçələr var: “Əminəm ki, dövlət başçısının tapşırıq və tövsiyyələrindən sonra bu problemlərin qısa vaxtda həll edilməsi üçün çalışılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır. Son dövrlərdə həqiqətən də xeyli yollar çəkilib, təmir edilib. Lakin onların çoxu keyfiyyətsiz salındığına görə bir neçə ilə sıradan çıxır, həm vətəndaşların nazılığına və narahatlığa səbəb olur, həm də dövlət büdcəsinə xeyli ziyan dəyir. Məsələn, asfaltın tərkibinə vurulan bitum bahalı bir maddədir, çox vaxt onu normadan xeyli az vururlar, həmin artıq qalan bitumu kənara satırlar, ya da pulunu hesablayıb götürürlər. Lakin o pulun az bir hisəsini bitum üçün xərcləyirlər ki, bu da yolların qısa vaxtda sıradan çıxmasına gətirib çıxarır.

Elçin Bayramlı, ASAM sədri

Agentlik rəhbərliyi bu məsələləri şəffaf və keyfiyyətli şəkildə həll etməlidir. Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır. Yolların dağılmasında digər bir səbəb də normadan 2-3 dəfə çox yüklənmiş yük maşınlarıdır. Bu maşınlar çox baha qiymətə çəkilmiş, təmir olunmuş yolları qısa müddətdə sıradan çıxarır. Bunun qarşısını DYP almalıdır və belə hallarda ciddi cəza tədbirləri və böyük cərimələr tətbiq etməlidir. Ümumiyyətlə, yol infrastrukturu iqtisadi inkişaf üçün də son dərəcə vacibdir və onun yaxşı vəziyyətdə olmasını təmin etmək lazımdır. Ümid edirəm AAYDA bu işin öhdəsindən gələr”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/109021?fbclid=IwAR2aXh9ypwws2vkP4WhpV2yNQeHWC89bYNvZsWlrW1DWpQ9UBLxz9UB1WEc

1 əsrin səs xəzinəsi: Şərqin ilk radiosu

93 yaşlı Ana radiomuz xalqımızın mədəniyyət məbədidir

“Danışan qutu”nun kəşfi insanlığın yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu.

93 yaşın mübarək Azərbaycan Radosu

Radionun yaradıcısı rus mühəndisi Aleksandr Popov 1895-ci ildə elektromaqnit dalğalarını kəşf etmiş və onun ixtirası dərhal təcrübədə sınaqdan keçirilmişdi. Radiotexnikanın inkişafından sonra dünyanın siyasi mərkəzlərində bir-birinin ardınca radiostansiyalar fəaliyyətə başladı. 1922-ci ildə Moskvada Sovet İttifaqının ilk radiostansiyası fəaliyyətə başladı. Bundan cəmi 4 il sonra isə Bakıda bütün müsəlman şərqinin ilk radiosu efirə çıxdı.
1926-cı il noyabrın 5-də “Bakinski raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarda səsucaldan qoyulub və sabah Bakıda radiostansiya işə başlayacaq. Noyabrın 6-da artıq SSRİ-nin ən böyük şəhərlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında quraşdırılmış radiocihazlar xışıldayaraq dilə gəldi. Azərbaycan və rus dillərində qırıq-qırıq “Danışır Bakı stansiyası!” sözləri eşidildi. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyuldu.
İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Universitetinin hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.
Sonrakı dövrdə Ənvər Həsənov, Hüseyn Natiq (Böyük Vətən müharibəsində həlak olmuşdur), Səməd Səmədov, Əsgər Mövsümzadə, Leyla Terequlova, Soltan Nəcəfov, Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani, Nina Petrova, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olundu. Azərbaycan radiosunun verilişləri onun bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı.
1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu.
Görkəmli nasir və şairlərimizin, bəstəkarlarımızın sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, milli mədəniyyət və ədəbiyyatımızın təbliğinə xidmət edirdi.
1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr» yaradıldı. Həmin ilin dekabrında Hüseyn Cavidin «Şeyx Sənan» pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin «Boris Qodunov», C.Məmmədquluzadənin «Ölülər», C.Cabbarlının «Sevil», V.Şekspirin «Hamlet», M.F.Axundovun «Hacı Qara», Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarılırdı. Azərbaycan teatr sənətinin və ədəbiyyatının radioya uyğunlaşdırılması böyük kütlələrin daha çox ədəbi əsərlərlə tanışlığına səbəb oldu. Radiotamaşalar, radiohekayələr, radioromanlar dinləyicilərin maraqla gözlədiyi verilişlər idi.

Radionun 93 yaşı mərasimindən foto

1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. Sonralar daha bir neçə xarici dildə də (cəmi 8 dildə) proqramlar yayımlanmağa başladı.
1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun 2-ci kanalı- «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. «Araz» radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar.
1998-ci ildə “Araz” radiokanalı bağlandı. Yeri gəlmişkən, bir neçə il əvvəl bu adda yeni bir özəl radio açılıb və maraqlı verilişləri ilə dinləyicilərin rəğbətini qazanıb.
Azərbaycan Radiosunun «Sabahınız xeyir», «Axşam görüşləri», «Bulaq», “Vətən”, «Natəvan» qızlar klubu, «Lirika dəftərindən», «Muğam saatı», «Arzu» musiqi poçtu, «Yazıçı və zaman», «Mahnı şəhəri gəzir», «Teatr mikrofon qarşısında», «Ana dili», «Körpü», Ovqat, «Elin sazı, elin sözü», «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi dinləyicilərin ruhunu oxşayan verilişlər radiotariximizə əbədi həkk olunub, onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır. Hətta, bəzi şərq ölkələrində belə onları lentə yazıb indiyədək öz arxivində saxlayan sadiq dinləyicilər var.
Radionun xalqımızın ürəyinə yol tapmış ənənəvi verilişləri arasında dünya efir məkanın ən yaşlı verilişlərindən biri olan, bu günlərdə 50 yaşı tamam olan “Bulaq” verilişinin xüsusi yeri var. “Bulaq” xalqımızın folklor xəzinəsi, ədəbi çeşməsi, mədəni irsininin daşıyıcısı, ana dilimizin, el dilimizin yaşadıcısıdır. 1969-cü ilin noyabrından efirə çıxan «Bulaq» verilişinin araya ərsəyə gəlməsində və yaşadılmasında xidmətləri olan Cəmil Əlibəyov, Mövlud Süleymanlı, Məhluqə Sadıqova, Səməndər Rzayev, Vaqif Əlixanlı, Məmməd Aslan, Abbas Abdulla, Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, Mailə Muradxanlı,  Rasim Balayev, Mikayıl Mirzə, Kamil Vəli, Səidə Quliyeva və digərlərini hörmətlə yad etmək lazımdır. Hazırda «Bulağ»ın saylarını xalq çeşməsindən su içmiş Tahir Talıblı və Əhməd Oğuz qələmə alır.
1993-cü ildən radioda çalışan, hazırda Azərbaycan Dövlət Televiziya və Radiosunun «Xalq yaradıcılığı» redaksiyasının baş redaktoru kimi fəaliyyət göstərən tanınmış şair, yazıçı və tədqiqatçı Tahir Talıblının həm “Bulağ”ın həm də bir sıra digər verilişlərin yüksək səviyyədə hazırlanmasında böyük əməyini qeyd etmək lazımdır. 15 ildən çoxdur ki, “Bulaq” verilişinin ssnerarilərini yazan Tahir müəllimin xalqımızın folklorunun yaşadılmasında və gənc nəsillərə çatdırılmasında böyük xidmətləri var. Onun rəhbərlik etdiyi redaksiyanın hazırladığı «Bulaq», «Gündoğandan günabatana», «Yazıya pozu yoxmuş», «Xeyrə qənşər», «Aşıq gördüyün çağırar» ,»Yerin-yıırdun adın andım», «İlmə», «Şirvan nəfəsi», «Divani saz-söz moclisi», «Dastan saatı», «Qərib axşamlar», «Şirvan şikəstəsi», «Tərəkəmə» folklor rəqs toplusu, «Yurd yeri», «Soyumuz-soykökümüz», “İrəvan Cuxuru” kimi verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
“Bulağ”ın hazrlanmasında son 15 ildə Milli Tele-Radiomuzda və “Azərbaycantelefilm” də redaktor və baş redaktor kimi fəaliyyət göstərmiş tanınmış yazıçı-publisist, etnoqraf, ssenarist Ənvər Çingizoğlunun da böyük zəhmətini qeyd etmək lazımdır. Onun tədqiqatları əsasında hazırlanan verilişlərin xüsusi dinləyici auditoriyası var. Azərbaycan xalqının, eyni zamanda türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri və s. istiqamətlərdə maraqlı tədqiqatlar və ssenarilərlə radiodinləyicilərin rəğbətini qazanan Ənvər Çingizoğlu 100-dək kitabın və 300-ə qədər müxtəlif məzmunlu elmi məqalələrin, onlarla televiziya və radio verilişlərinin ssenari müəllifidir.

“Bulaq”ın hazırki aparıcıları respublikanın xalq artisti Səidə Quliyeva və Səməd Hətəmov verilişin ənənələrinə sadıq qalmaqla yanaşı, özünün yeni, müasir interpretasiyaları ilə onu dinləyicilərə daha da sevdirir.

Radionun əməkdaşı Savalan Talıblının hazırladığı verilişlər, verilişə gətirdiyi yeniliklər dinləyicilərin ürəyindən xəbər verir. Verilişə dəvət olunan qonaqlar, qoyulan mövzular, səslənən mahnılar, şeirlər və sair folklor nümunələri xalqımızın mədəni xəzinəsinin nə qədər zəngin olduğunu ortaya qoyur.

Savalan hazırladığı verilişlərin audio və videoyazısını internet məkanında yerləşdirir, bununla da bütün dünyadan olan dinləyiciləri istədiyi vaxt “Bulaq”la yanaşı radionun digər verilişlərini rahatlıqla dinləmələrinə şərait yaradır.

Radionun bütün digər verilişləri və çox dəyərlidir, sadəcə burada hamısından ətraflı danışmaq mümkün deyil, sadəcə, xalqımızın yarım əsrlik yaddaşına şahid olan bir verilişi misal çəkdik.
Azərbaycan radiosu həm də xalqımızın 1 əsrlik canlı audioarxividir. Burda txminən 1 əsrlik səs yazıları saxlanır. Tez-tez ana radiomuzun efirində ötən əsrin müxtəlif dövrlərinə aid verilişlər təkrar yayımlanır və çox böyük maraqla dinlənir. Bu radiokanalda Azərbaycan və dünya musiqisinin şedevrlərini dinləyə biərsiniz, ara müğənnilərinə burda yer yoxdur. Bir sözlə Azərbaycan radiosunu özünə, mədəni zövqünə, incəsənətə hörmət edənlərin radiosu saymaq olar.
Maraqlıdır ki, əvvəllər radioya qulaq asmaq üçün yalnız bir vasitə var idi- radioqəbuiledici, dinləyici isə bol idi. İndi isə, radio dinləmək üçün vasitələr çoxdur, amma dinləyici azdır. Televiziya və internet insanları daha çox cəlb edir. Lakin radionun (bu sətirlərin müəllifinin də arasında olduğu) öz sadiq auditoriyası var və onlar üçün bunu heç nə əvəz eləmir.
Təəssüflə qeyd etmək lazımdır ki, gənc nəsil arasında ana radiomuzu dinləyənlərin sayı getdikcə azalır. Gənclərin çoxu fasiləsiz olaraq hay-küylü musiqilər verən özəl radioları dinləyirlər. Son illər internet radioların da sayı çoxalır. Bu stansiyalar bütün günü ancaq musiqi və hərdən də bir neçə dəqiqəlik xəbər buraxılışı verirlər. Nə vaxt açırsan, ya rep gedir, ya bədbin türk mahnıları, ya da meyxana filan. Bayağı mövzular, mənasiz söhbətlər, efirə yaraşmayan əcaib səslər… Özəl teleradiolarda vəziyyət elə həddə gəlib ki, Milli Teleradio Şurasının sədri Nuşurəvan Məhərrəmli Azərbaycan radiosunun 93 illiyinə həsr olunmuş bayram mərasimində belə bu problemləri qeyd etdi.
Azərbaycan radiosu isə bütün sahələrdə sanballı proqramlar hazırlayır. Xalq mahnıları, muğamlar, saz havaları, tarixi, mədəni, ədəbi verilişlər xüsusilə maraqla dinlənilir. Bu radioda yerli və əcnəbi müəlliflərin radiopyeslərini, radiohekayələrini, hətta romanlarını da dinləyə bilirik. Üstəlik, uşaq verilişləri, radionağıllar azyaşlılar üçün çox faydalı və maraqlıdır.

Hazırda milli radiomuza dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan əməkdar jurnalist Rəşad Nəsirov rəhbərlik edir. Yaşı çox olmasa da, televiziya və radioda böyük təcrübəyə malik olan bu gənc jurnalistin radioya gətirdiyi yeni nəfəs köhnə ənənələrə xələl gətirməyib, əksinə, ana radiomuzu o ənənələr üzərində müasir texnologiyanın imkanlarından yararlanmaqla daha da peşəkarlaşdırır və yeni dövrə uğurla aparır. Yeni rəhbərin radioada yaratdığı mühit kollektivin daha da əzmlə və ürəklə işləmələrini stimullaşdırır. İşçilərin dediyinə görə, o özünü radionun rəhbəri kimi yox, adi əməkdaşı kimi aparır. Əlbəttə, belə səmimi və yaradıcı mühitdən gözəl işlər gözləmək olar.
Radionun verilişləri və onun arxivi bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik. Radioda səsləndirilmiş mahnılar, pyeslər, hekayələr, romanlar, nağıllar və sair əsərlər xalqımızın qızıl səs fonduna daxildir, orta və yaşlı nəslə bu janr yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq. Çünki o radiomaterilallarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik, milli-mənəvi irsimizə hörmət kimi gözəl xüsusiyyətlər təbliğ olunur.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin yeni təyin olunmuş sədri Rövşən Məmmədov gənc də olsa ana televiziyamızın və radiomuzun 93 illik tarxinə və ənənəsinə yaxşı bələd olan, bu böyük mədəniyyət məbədinin bu ənələlər üzərində inkişafına çalışan perspektivli kadr olduğunu sübut edib. Onun rəhbərliyə başladığı qısa müddət ərzində milli televiziyamız və radiomuz daha maraqlı və rəngarəng olub.

Azərbaycan radiosunu uzun və orta dalğada, həmçinin internet vasitəsilə dünyanın hər yerində dinləmək olur. Səslər dünyasının tarixində bizim də imzamız var. Bu möhtəşəm imzanın arxasında qiymətli audiosənədlər arxivi XX əsrin 100 mindən artıq səs yasısı.
Xalqımızın mədəniyyət məbədlərindən biri olan Azərbaycan radiosunun dünyasını dəyişmiş bütün yaradıcılarının, işçilərinin ruhu şad olsun.
Teleradiomuzun hazırkı kollektivinə isə başda başda Rövşən Məmmədov olmaqla öz müqəddəs missiyasında böyük uğurlar arzulayram.

Bayramın mübarək, Ana!

Elçin Bayramlı

Müstəqil jurnalist, sosioloq

«Astronavtika Konqresinə ev sahibliyi hər ölkəyə həvalə olunmur“

Beynəlxalq Astronavtika Konqresi kimi nüfuzlu bir tədbirdə ev sahibliyi etmək hər ölkəyə həvalə olunmur”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçi Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu göstərən faktlardan biridir: “Texnologiyanın ən yüksək zirvəsi kosmik texnologiyalardır. Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub, Astrofizika rəsədxanamız, alimlərimiz, mütəxəsislərimiz olub. Son dövrlərdə də bu sahədə ciddi işlər həyata keçirir. Kosmik fəzada 2 peykimiz, yüksək texnologiyalarla bağlı institutlarımız və elmi mərkəzlərimiz var. Bütün bunlar kosmik texnologiyalarda bizə ciddi perspektiv vəd edir”.

Elçin Bayramlı: «Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub»

E.Bayramlı qeyd edib ki, ölkəmiz rabitə və yüksək texnologiyalar xidmətləri vasitəsilə dünya bazarına çıxır. Azərbaycanın Beynəlxalq Astronavtika Konqresina ev sahibliyi etməsi bunun həcmi və miqyasını getdikcə artacaq:
“Mövcud və perspektiv peyklərimizin daha səmərəli idarə edilməsi streteji planda böyük iqtisadi dividentlər gətirəcək. Bu, çox böyük və perspektivli bir bazardır. Bununla belə bu, bazarda yüksək texnologiyalara malik fövqəldövlətlərlə rəqabət aparmalısan. Ən azı burada ilkin addımları atmışıq və getdikcə də yerimizi möhkəmlədə və artıra biləcəyik. Bundan başqa, özümüzün informasiya və kommunikasiya təhlükəsizliyimizi təmin edə bilərik. Ümumiyyətlə, bu proses təkcə regionda deyil, bütün dünyada ölkəmizin siyasi və iqtisadi nüfuzunu artıracaq”.
Qeyd edək ki, ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin Azərbaycanda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir.

Yeganə Bayramova

Saxta yollarla sosial yardım almaq mümkün olmayacaq: Ciddi monitorinq aparılır

Elçin Bayramlı: «Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”

“Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin statusu ləğv olunub”. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir vurğulayıb ki, nazirlik tərəfindən ünvanlı sosial yardımla bağlı monitorinqlər davam edir: “Müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparırıq. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”. 

Ekspert  hesab edir ki, saxta yollarla verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir

Nazirin qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı təqdirəlayiq olsa da, bunun çox gecikmiş addım olduğunu deyib. Ekspertin sözlərinə görə, illərdir bu barədə mətbuatda yazılır, televiziya və radioda deyilir, ancaq iradları vecinə alan olmurdu:
Minlərlə vətəndaşa rüşvət müqabilində, saxta yollarla sosial yardım təyin olunub. Halbuki, əsl ehtiyacı olanlara minbir bəhanə ilə maneə yaradılıb. Hamı da bunu bilirdi. Təəssüflər olsun ki, uzun müddət tədbir görülməyib, nəzarət edilməyib. Hətta həmin yardımın ilk 6 ayını onu təyin edən məmurun götürdüyü heç kimə sirr deyildi. Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”.

İqtisadçı bəyan edib ki, bu cür qanunsuz əməllərə yol verənlər cəzalandırılmalıdır:
“Əlbəttə, verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir. Əgər alanın geri qaytarması heç cür mümkün deyilsə,  o zaman onu təyin edən məmurun müvafiq məbləğdə vəsaiti və ya əmlakı müsadirə olunmalıdır. Əsaslı araşdırmalar aparılmalı və haqqı olub ala bilməyən vətəndaşlara yardım və ya müavinətlər verilməlidir. Neqativ addım atan bütün məmurlar həbs olunmalıdır. Ciddi addımların atıldığını görsək, nazirliyin səmimiyyətinə inanmaq olar. Əks halda, əvvəlki vəziyyət müəyyən formada qalacaq”. 

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/108431

Narkotik qədər təhlükəli: Enerji içkiləri «geç partlayan bomba»dır

“Əksər ölkələrdə enerji içkilərinin istifadəsinə məhdudiyyət tətbiq olunur”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, dəfələrlə bu qadağanın tətbiqini təklif etsə də, reaksiya olmayıb: “Axır ki, müvafiq orqanlar təhlükənin fərqinə vardılar. Gecikmiş olsa da, doğru qərar verdilər. Son vaxtlar nəinki gənclər, yeniyetmələr arasında, hətta azyaşlı uşaqlar arasında da energetik içkilərin istehlakı artıb ki, bu çox pis tendensiyadır. Məlum olduğu kimi bu içkilər orqanizm üçün çox zərərli, dağıdıcı təsir göstərir. Xüsusilə də uşaqlara böyük fəsadlar verir. Bu, Rusiyada, Almaniyada, Çində aparılan çoxsaylı elmi tədqiqatlarla sübut olunub.

Energetik içkiləri heç də boş yerə “geç partlayan bomba” adlandırmırlar. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar səhvdir. Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir. Orqanizmin vacib funksiyalarını yerinə yetirən orqanların enerjisini alır. Sonra bu orqanlar fəaliyyətlərini yerinə yetirə bilmir və yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində təzahür edir. Üstəlik, asılılıq yaradır, yəni bir növ narkomaniyadır”.

«Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir»

İqtisadçı vurğulayıb ki, bu qadağa tətbiq olunanda icrasına ciddi nəzarət olunmalı, qadağanı pozanlara qarşı sərt cəza tədbirləri görülməlidir: “Energetik içkilər milli genefondumuzu dağıdan məhsullardan biridir. Üstəlik, sonsuzluqdan tutmuş xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur. Bunu vicdanlı həkimlər, ekspertlər, jurnalistlər ictimaiyyətə izah etməli, maarifləndirməli və bu içkilərə qarşı təbliğat aparmalıdırlar. Ona görə də, valideynlər, o cümlədən müəllimlər uşaqlarının bu içkiləri içməməsinə nəzarət etməlidirlər. Təklif edərdim ki, təkcə məktəblərin yaxınlığında yox, bütün satış məntəqələrində bu içkilərin uşaq və yeniyetmələrə satışı qadağan edilsin. Lap yaxşı olardı ki, ümumiyyətlə ölkədə satışı qadağan edilsin. Dövlət milli genefondu qorumağa məcburdur. Kimlərsə milyonlarla pul qazanacaq deyə bizim genefondumuz dağılmalı, əhali arasında sonsuzluq və digər ağır xəstəliklər yaranmalı deyil. Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bununla bağlı ciddi tədbir görməlidirlər”.

«Sonsuzluqdan tutmuş xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur»

Qeyd edək ki, oktyabrın 18-də energetik içkilərin reklamının qadağan olunması ilə bağlı sənəd hazırlanıb. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunub. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək sənədə görə, məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/107684?fbclid=IwAR0Y-WeUXEi1mRgMS75yrmENBedrWXx2Fbjxorp1yn1kFpVfN3Y_8u9k8H8

Rüşvət verilməsə, alan da olmaz

Elçin Bayramlı: “Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə baxmalıdır”

“Prezidentin çıxışı ölkədə həyata keçirilən islahatların dönməz şəkildə davam etdiriləcəyi ilə bağlı ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradədir”.  Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, dövlət başçısı öz çıxışı ilə hər şeydən xəbərdar olduğunu göstərdi: “Prezident ölkədə həyata keçirilən islahatlara mane olanlara, əhalinin və dövlətin əleyhinə iş aparanlara sonuncu dəfə ciddi xəbərdalıq etdi. Xüsusilə də, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılacağını vurğuladı. Bu işdə jurnalistləri, vətəndaşları da fəal olmağa çağırdı. Rüşvət, korrupsiya faktoru bütün ölkələrdə və bütün dövrlərdə olub. Sadəcə bunu maksiumum azaltmağa cəhd etmək lazımdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. Ancaq ölkənin bütün problemlərinin həllini sadəcə dövlət orqanlarından gözləmək olmaz. Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı davranmalıdırlar. Məlum olduğu kimi, rüşvət verilməsə, onu alan da olmaz. Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə baxmalıdır”.

Ekspertin sözlərinə görə, tezliklə təkcə bu sahədə deyil, əksər sektorda mühüm dəyişiklik olacaq:  “Həm kadr siyasəti, həm idarəetmə sistemi, həm də peşəkar yanaşma ortaya qoyulacaq. Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənəcək, dövlətimiz güclənəcək. Bu da öz növbəsində siyasi nüfuzumuzun artmasını təmin edəcək. Ən əsası odur ki, bunun üçün güclü siyasi iradə ortaya qoyulub. Bu işdə bütün əhali dövlət başçısına dayaq olmalıdır. Bunu edə bilsək, heç bir problem qalmayacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/107430?fbclid=IwAR1HAP9W3cxrlzLz2whlnBVsoRTm-YwYGWyISgFMo8r15Nuj6pAWXjorSvQ

169 saylı məktəb direktorunun qanunsuz əməllərinə son qoyan olacaqmı?- Şikayət

Direktordan poliqlot müəllimə şok sual: “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən?”

Redaksiyamıza Bakıxanov qəsəbəsində çoxsaylı problemləri ilə ad çıxarmış 169 saylı məktəbin müəllimi İbrahim Cəfərov tərəfindən məktub daxil olub. Məktubda məktəbin direktoru Pərvanə Əzimovanın qanunsuz əməlləri, məktəbə yeni təyin olunmuş müəllimə qarşı apardığı çirkin kampaniya haqda maraqlı detallar qeyd olunub.

Məktubu olduğu kimi təqdim edirik:

Şəkildə: ortada haqqı pozulan müəllim- İbrahim Cəfərov

Salam hörmətli redaksiya. Mən İbrahim Cəfərov 2019-cu il tarixində Bərdə şəhərindən Bakı şəhəri 169 saylı məktəbə yerdəyişmə etmişəm. Lakin məktəbə gələrkən direktor Pərvanə Əzimova əsəbi şəkildə mənim niyə məhz bu məktəbə gəldiyimi soruşdu. Niyə bu məktəbi üçüncü göstərdiyimi soruşdu. Bildirdim ki, topladığım bala uyğun düşmüşəm, 12 dərs saatı ilə. Lakin o Bakıxanov qəsəbəsinin kriminal yer olduğunu, burda mənim üçün çətin olacağını, 12 saatla necə dolanacığımı soruşdu. Qeyd etdim ki, mənim üçün bu şərtlər normaldır, bununla belə o, sənədləri qəbul eləmədi, sentyabrda yaxınlaşarsız- dedi.

169 saylı orta məktəb

Sentyabrda yaxınlaşanda isə dedi ki, burda cəmi 6 saat dərs var, gedin başqa məktəbə. Direktor sənədləri götürməyəndə Bakı şəhər Təhsil İdarəsinə getdim və ora təqdim etdim. Mənə özlərini Bakı şəhər Təhsil İdarəinin kadr şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər israrla məni başqa məktəbə yerləşdirmək istəyirdilər, mən isə bildirdim ki, öz məktəbimdə işləyəcəm, əgər faktiki sinif bağlanıbsa, 6 saat dərs saatı varsa belə razıyam.

Məktəbdə direktor məni dərs keçməyə qoymurdu, şagirdlərin gözü qarşısında nə əsasla səni dərsə buraxım deyirdi, mən isə işə qəbul olmağım haqda sənədi ona təqdim etdim. Dərs vaxtı məlum oldu ki, məktəbdə faktiki 6 saatdan çox dərs var. Digər saatları istədikdə “mən də dolanmalıyam, başqa gəlir yerim yoxdur, həyat yoldaşım Qarabağ əlilidir” dedi. Razılaşdım. Sonradan uşaqlardan öyrəndim ki, direktor vəzifəsinə keçəndən sonra 3 il ərzində uşaqlara dərs keçməyib. İndi də bəzi siniflərdə sinifdə 2 müəllim dərs keçir, bu da məncə maliyyə pozuntusudur.

Fərman Əmirov- «Zavuç»

Həmin ərəfədə nazirin qəbulu idi. İsmayıllıda məktəbimizin direktor müavini Fərman Əmirov “şikayətə getmə, demişəm, direktor razıdır, dərs verəcək” deye məni arxayın saldı. Dərsim qayıtdı, ancaq şərləmə kampaniyasına da start verdilər. “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən”, “imtahanda təsadüfən bal yığmısan”, “dərsə gecikdin”, “üzün tüklüdür” və sair kimi əsassız şər-böhtana başladılar.

Mən təklif elədim ki, dərsdən sonra şagirdlərə əlavə pulsuz məşğələlər keçim, direktor dedi ki, olmaz, ancaq sonradan məktəbdə uşaqlar qalıb hazırlaşdığını öyrəndim.

Şagirdlərlə dərslərlə bağlı müzakirələr aparmaq sual-cavab etmək üçün vatsap qrupu açmışdim, direktor buna da etiraz etdi ki, olmaz. Uydurma bir bəhanə gətirdi ki, guya bir valideyn gəlib deyib ki, müəllim qızımla tanış olmaq üçün nömrə istəyib. Halbuki mənim məqsədim şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün əlavə kömək etməyə çalışmaqdan ibarət idi. Qrupa sözlərin düzgün tələffüzü, qrammatik qaydaların izahı və mətinlərin səsləndirilən tərcüməsi daxildir.

Bəzi fənlər var ki, iki ayrı müəllim keçməlidir, sinif də ayrı olmalıdır, bir sinifdə keçirlər, iki müəllim və əlavə sinif yoxdur, bəhanəsi ilə. Bu da ciddi pozuntudur.

169 saylı məktəbin direktoru Pərvanə Əzimova

Dünən digər sinifdə dərs keçmək istədim, həmkarım rus dili müəlliməsi “burda ancaq mən keçə bilərəm, direktor deyib sən keç burda” deyib məni boş sinifə buraxmadı. Mən isə digər sinifdə lövhənin kiçik ölçülü olduğunu və bu günlük burda qaydaları rahat izah etmək üçün böyük lövhəyə ehtiyacım olduğunu bildirdim. Nəticədə məktəbə təcili yardım, polis cağırıldı. Məndən Sabunçu r-nu 13 polis bölməsində izahat alıb buraxdılar. Sabah isə prokurorluğa çağıracaqlar.

Haqqını tələb edən müəllimə qarşı belə belə edərlər? Üç il dərs keçməyən direktor özü müəllim adına layiqdir? Müvafiq orqanlar bu məsələləri araşdırmalı, bu cür qanunsuz hərəkətlərin qarşısını almalıdırlar.

Redaksiyadan

Qeyd edək ki, İbrahim Cəfərov poliqlotdur, ölkəmizdə ən çox əcnəbi dil bilən şəxsdir, 30-dan yuxarı dili yaxşı bilir. Haqqında mətbuatda dəfələrlə yazılıb. İşlədiyi məktəblərdə həmişə öz maaşından xərcləyərək uşaqlara əlavə dərs vəsaitləri alıb, yüzlərlə şagirdə dərsdən kənar pulsuz məşğələlər keçib, öz xərci ilə onları ekskursiyalara aparıb.
Onu da qeyd edək ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən aparılır. İmtahanda iştirak edən müəllimlər rəsmi olaraq topladıqları bala görə müəyyən olunmuş məktəblərdə əmək faəliyyətlərinə başladıqları halda məqalədə adıçəkilən məktəb direktoru imtahandan keçmiş müəllimi öz prinsip və maraqlarına görə qanunsuz olaraq təhsil ocağından uzaqlaşdırmaq istəyir.
Belə bir fədakar və vicdanlı müəllimə qarşı 169 saylı məktəbin direktorunun apardığı çirkin kampaniyaya qarşı Təhsil Nazirliyinin və hüquq-mühafizə orqanlarının reaksiya verəcəyinə əminik.
Cənab Prezidentimizin hökumətin müşavirəsində etdiyi çıxışında dövlət qulluqçularına və məmurlara ciddi xəbərdarlıq etməsindən sonra, ümid edirik ki, müvafiq orqanlar belə hallara daha ciddi yanaşacaq, bu məktəb direktorunun da qanunsuz əməllərinə qarşı ciddi tədbirlər görüləcək.

Elçin Bayramlı

“Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək faizdir”

Elçin Bayramlı: Sosial evlər layihəsi yalnız sözdə qaldı. Mənzillərin çoxunu dəllarlar aldı.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”in suallarını cavablandırıb. Onunla dünyada yaşanan gərginliklər fonunda neftin qiyməti, manatın taleyi, ətin bahalaşmasına səbəb olan amillər, meyvə-tərəvəzin ucuzlaşmaması, kredit faizlərinin yüksək olması, sosial evlərlə bağlı narazılıqlar, ərzaq məhsullarının keyfiyyətsizliyi, «Leş tofiq”lər, istismar müddəti başa çatmış avtomobillərin ekologiyaya vurduğu ziyan, Bakıya verilən suyun tərkibindəki zərərli maddələr və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq.

Söhbəti təqdim edirik.

— Dünyadakı ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-Çin və ABŞ-İran gərginliyini nəzərə alsaq, neftin qiyməti ilə bağlı nə proqnozlaşdırırsınız?

— Yaxın Şərqdə gedən proseslər neftin qiymətinə təsir göstərəcək. Müəyyən bahalaşma olacağını ehtimal edirəm. Çinin və Hindistanın neftə tələbatının sürətlə artdığını, İranla bağlı sanksiyaları, həmçinin OPEK-in hasilatın azaldılması siyasətini nəzərə alsaq bahalaşma qaçılmazdır.

— Manatın məzənnəsi ilə bağlı proqnozunuz necədir, ucuzlaşa bilərmi?

— Manatın məzənnəsinin sabit qalacağını ehtimal edirəm. Amma düzünə qalsa, manat bahalaşmalıdır. Çünki valyuta bazarındakı vəziyyət, neftin qiyməti, ixracın artması kimi faktorlar həddən artıq ucuzlaşmış məzənnənin optimal həddə qaytarılmasını tələb edir. Fikrimcə, optimal məzənnə 1:1 nisbətidir. Lakin bu il maaş, pensiya və müavinətlərin böyük həcmdə artımı dövriyyədə pul kütləsini və müvafiq olaraq manata təzyiqi artırır. Ona görə də hökumətin ehtiyatlı məzənnə siyasəti yürüdərək kursu sabit saxlayacağına əminəm.

— Ətin bahalaşmasına dair xəbərlər yayılır. Niyə bahalaşır?

— Ətin və iaşə müəssisələrində ət yeməklərinin bahalaşmasının səbəbi leş bazarında sensasion ifşalar və bu işlə məşğul olanların həbsidir. Bu həbslərdən sonra leş mafiyası fəaliyyətini müvəqqəti dondurub. Bu da bazarda azı 10 faizlik kəsir yaradıb. «Leş Tofiq» və başqalarının həbsindən sonra Bakının əksər yeməkxanalarında və dönərxanalarda ət yeməklərinin qiyməti qalxıb. Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib.

— Bu il meyvə-tərəvəzin qiyməti ucuzlaşmadı. Hazırda üzümün fəslidi, amma bazarda 2 manatdan aşağı üzüm yoxdur. Halbuki, ötən illər 70-80 qəpiyə satılırdı…

— Bu il bir çox meyvə və tərəvəz hədsiz bol olub. Məntiqlə qiymətlərin xeyli ucuz olacağı gözlənilirdi, lakin bu, baş vermədi. Səbəbi qonşu ölkələrdə meyvə-tərəvəzin bizdən baha olması və nəticədə həmin məhsulların o ölkələrə daşınmasıdır. Həmin ölkələrdə əhalinin gəliri bizdən yüksək olduğundan baha qiymətə ala bilirlər. Bu səbəbdən bəzi işbazlar və təsərrüfat sahibləri özləri məhsulun ixracında maraqlıdırlar. Burda iki yol var: ya bizdə əhalinin gəliri o ölkələrdəki gəlir həcminə çatmalıdır ki, bizim əhali də o qiymətə meyvə-tərəvəz ala bilsin, ya da Kənd Təsərrüfatı Nazirliyi və Gömrük Komitəsi meyvə-tərəvəzin yalnız daxili tələbat həcmindən artıq hissəsinin ixracına icazə verməlidir.

— Bank kreditlərinin faizi ilə bağlı da müəyyən narazılıqlar var. Bəzi banklar elan edirlər ki, guya, 5-6 faiz həcmdə kredit verirlər, amma 20 faizdən aşağı kredit yoxdur…

— Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək faizdir. Dünya ölkələrində 1:10 faiz arasında verilir, bizdə isə 20-30 faiz arasında. Bu da iqtisadiyyatın inkişafına və əhalinin sosial vəziyyətinə çox ağır zərbə vurur. Mərkəzi Bank uçot dərəcəsini əhəmiyyətli həddə aşağı salmalı və bankları müvafiq maliyyə tranşları ilə təmin etməlidir. Xarici fondlardan maliyyə vəsaitlərinin cəlb edilməsini də stimullaşdırmaq olar. Ümumiyyətlə, təklif edərdim ki, xarici fondlarda 1 faiz gəlirliliklə saxlanan 50 milyarda yaxın strateji ehtiyatlarımızdan 5 milyardını ölkəyə gətirib real iqtisadiyyata buraxmaq, kiçik və orta biznesə 3-5 faizlə uzunmüddətli kreditlər vermək çox gözəl olardı. Bu, iqtisadi inkişafa və məşğulluğa çox böyük dərəcədə müsbət təsir edərdi. Ümumdaxili Məhsul və büdcənin gəlirləri artar, sosial rifah yüksələrdi.

— Sosial mənzillərlə bağlı giley-güzar edənlər oldu. Bu sahədəki problemlər nədən qaynaqlanır və onu necə həll etmək olar?

— Sosial evlər layihəsi yalnız sözdə qaldı. Bu mənzillər az qala bazar qiymətinədir. Üstəlik, həmin mənzilləri alanların çoxu evə ehtiyacı olmayan kommersiya məqsədilə əldə edənlərdir. Elə elan saytlarına baxmaq kifayətdir ki, o binalarda xeyli mənzilin satışa çıxarıldığını və kirayə təklif edildiyini görəsən. Halbuki, bu sırf sosial layihə idi və aztəminatlı evsiz əhalinin güzəştli şərtlərlə təminatı üçün yaradılmışdı. Lakin nə bölünmədə ədalətlilik və şəffaflıq oldu, nə də mənzil bazarına ciddi təsir göstərdi. Rahatca demək olar ki, sosial evlər layihəsi elə başdan fiaskoya uğradı. Çünki burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki, jurnalistlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir. Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmalıdır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.

— Ərzağın keyfiyyəti ictimaiyyətdə ciddi narazılıq doğurur. Qida Təhlükəsizliyi Agentliyi hansı addımlar atmalıdır?

— Ərzaq bazarında vəziyyət faciəvidir. Harda saxta keyfiyyətsiz təhlükəli məhsul var, bizim bazar, dükanlardadır. Meyvə-tərəvəzin böyük hissəsi GMO məhsuldur. GMO-nun xərçəng yaratdığı, genlərin funksiyasını dəyişdiyi bu yaxınlarda Fransada aparılmış elmi araşdırmada dəqiq sübut olundu. Emal sənayesi məhsullarının çoxu kimyəvi, qalanı isə keyfiyyətsiz məhsullardır. Xaricdən idxal olunan qida məhsulları da saxta və keyfiyyətsizdir. Harda ən ucuz məhsul var, bizim işbazlar gətirib əhaliyə satır. Yəni əhaliyə qarşı açıq və konkret qida terroru həyata keçirilir. Buna da heç bir dövlət orqanı tam məsuliyyət daşımır. Heç bir nəzarətdən söhbət belə gedə bilməz.

— «Leş Tofiq”lərin sayı artır. Bu barədə nə deyə bilərsiniz?

— “Leş Tofiq” və digərləri ilə bağlı onu deyə bilərəm ki, bu mafiya çox geniş miqyasda və mütəşəkkil fəaliyyət göstərir. Ölkənin əksər kafe, restoran və dönərxanalarını, kolbasa-sosiska sexlərini xəstə və tələf olmuş heyvan leşləri ilə təmin edir. Bu da birbaşa qida terrorudur və əhali arasında ağır xəstəliklərin artmasına səbəb olur. Bu mafiyanın bütün üzvləri ifşa olunaraq həbs edilməlidir. Ümumiyyətlə, bazar-dükan saxta və təhlükəli məhsullardan təmizlənməlidir. QTA-ya gəldikdə deyə bilərəm ki, bu agentlik formal olaraq mövcuddur. Bu fəaliyyətsizliyi ilə də qida təhlükəsizliyi əvəzinə qida təhlükəsi yaradır.

— Mütəmadi olaraq sosial mediada istismar müddətini başa vurmuş, lakin hələ də istifadə olunan avtomobillərin fotosunu paylaşırsınız. Bununla hansı mesajı verirsiniz?

— Ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor istifadə müddətini başa vurmuş avtomaşınlardır. Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG) keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə, kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir. Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu işə artıq başlamaq vaxtıdır.

Artıq dünya ölkələri elektromobillərə keçir. Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar.

Bundan başqa, diqqətə çatdırım ki, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu, mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var.

— Bakıya verilən suyun kimyəvi cəhətdən çox çirkli və təhlükəli olduğuna dair iddialar var. Bu, doğrudurmu?

— Bəli, bu iddianı təsdiqləyirəm. Bakıda əhaliyə verilən suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi onun duru görünməsi ilə ölçülmür. Duruluq sadəcə lilin, toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir. Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də evlərə. Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir.

Ayyət Əhməd

https://sherg.az/x%C9%99b%C9%99r/107267?fbclid=IwAR1CSaD0FdomtY5zEImC5vHpqqeh3NUed-UzJiMpcSBiOGBm9kGV8OLqL74

“Gömrük rüsumlarının azaldılması gözlənilir»

Elçin Bayramlı: «Bu, sosial-iqtisadi inkişafı sürətləndirəcək, ölkədə ucuzluq və bolluq yaranmasına səbəb olacaq»

Konfidensial mənbədən aldığım məlumata görə, hökumətdə gömrük rüsumlarının ciddi səviyyədə azaldılmasına hazırlıq gedir. Bu, iqtisadi və sosial sahə üçün son dərəcə vacib addım olacaq. Analoq.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

Ekspertin sözlərinə görə, idxal üçün hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir, qonşu Gürcüstanla müqayisədə isə dəfələrlə yüksəkdir: “Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir. Misal üçün Çindən idxal olunan 1 manatlıq mal gömrük rüsumları, vergi, kargo və s xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlirki, o da bunu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcburdur. Demək bir mal istehsal yerindəkinə nisbətən bizdə 5 dəfə baha olmuş olur”.

Elçin Bayramlı bildirib ki, rüsumların azalması ticarət həcminin artması ilə yanaşı həm də sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdıracaq: “Belə ki aşağı gömrük rüsumları istehsal üçün lazımi texnologiya, avadanlıq və xammalın ölkəyə daha ucuz gətirilməsinə səbəb olacaq ki, bu da ümumi daxili məhsulun artmasına təkan verəcək.Yeni iş yerləri, yeni istehsal, xidmət və satlş obyekləri açılacaq. Son nəticədə bu dövlət büdcəsinin də gəlirlərinin artmasına, işsizliyin azalmasına, ölkədə məhsul bolluğu və ucuzluğunun yaranmasına səbəb olacaq. Bir sözlə gömrük rüsumları 2 dəfə azaldısa bu özünü həm iqtisadi inkişafın daha sürətlənməsində, həm sosial rifahın xeyli yüksəlməsində göstərəcək”.

Yerli istehsalın qorunmasına gəldikdə, ASAM sədrinin fikrincə, bu istiqamətdə protektionist siyasətin yürüdülməsi də çox vacibdir: “Bu səbəbdən də güzəştlər ölkədə istehsalı olan və daxili bazarı tam və ya xeyli həcmdə təmin edən məhsullara yox, ölkədə istehsalı olmayan və ya istehsalı olub daxili tələbatın çox az hissəsini ödəyən məhsullara tətbiq edilə bilər”.

Türkiyə və Rusiya dollardan imtinaya hazırlaşır: Təzyiqlərdən beziblər

Elçin Bayramlı: “Bir sıra başqa ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər”

Türkiyə və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsi ilə bağlı razılaşma imzalayıblar. Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib. Onun sözlərinə görə, söhbət “Türkiyə ilə ödəmələrdə və müqavilələrdə milli pul vahidlərinin istifadə edilməsi haqqında razılaşma”dan gedir.

Ekspertlərə görə, iki ölkə arasında atılan bu addım bir növ ABŞ-ın iqtisadi sanksiyalarına, ən əsası isə dollar hegemonluğuna qarşıdır. Lakin onların fikrincə, bunun nə dərəcədə effektli olduğunu gələcək zaman göstərəcək.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bunun son dərəcə müsbət addım olduğunu deyib. İqtisadçının fikrincə, getdikcə daha çox ölkə bu metodu tətbiq edəcək: “Artıq bir neçə ölkə belə edir. Çin neft birjasında neftin yuanla satılacağını və kim istəsə yuanı qızıla çevirə biləcəyini bəyan edib. ABŞ dollardan dünyada hegemonluq etmək məqsədi ilə təsir vasitəsi kimi  istifadə edir. Birja və bank maxinasiyaları yolu ilə yüz milyardlarla pul qazanır və ölkələrin iqtisadiyyatını çökdürür. FED adlı qlobal cinayətkar sistem dolların uçot dərəcəsini süni olaraq artırıb-azaltmaqla dünya maliyyə sistemini qarışdırır”.

E.Bayramlı bildirib ki, əksər ölkələr təzyiqlərdən bezdikləri üçün alternativ yollar axtarırlar: “Rusiya, Çin və bəzi ölkələr dollar ehtiyatlarını qızıla çevirir, öz aralarında milli valyutalarla ticarət həyata keçirirlər. Bir sıra başqa ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər. Biz də dollar “təcavüzündən” milyardlarla zərər çəkmişik. Hesab edirəm ki, Rusiya, Çin, Türkiyə və İranla milli valyutalarla ticarətə keçmək lazımdır. Əminəm ki, bu proses davam edəcək və daha çox ölkə qoşulacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/106592?fbclid=IwAR2qe85xNpP27g9Ryj6B0ilIXIzDWm05b8OIXY7QFK-0JbmFo2VlvJ5g580

Bizə atom stansiyası lazımdırmı?- ANALİZ

Xəbər verildiyi kimi, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək təklifi irəli sürüb. “Rosatom”un baş direktoru Aleksey Lixaçov Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən deyib: “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”- o deyib. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.

Nüvə enerjisi: dünyanı hörümçək toru kimi bürümüş gecpartlayan bombalar

Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü il Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən atom qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük “Fukuşima” qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od  sönmədi və alovlanmaqda davam edir.

Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir. 

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə 22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin edir.

Bununla yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var- Avstriya, Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya.

Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib.

 İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?

Atom Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.

Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.

AES-lərin əsas problemi təhlükəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır. “Çernobıl” və “Fukuşima” qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.

Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.

Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi  və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.

Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin…

İlk AES qəzası 1979-cu ildə ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı, minlərlə insan şüalanmaya məruz qalmır, 200 min adam evakuasiya edilmişdi. Hərçənd bəzi Amerika mütəxəsisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.

1986-cı ildə isə SSRİ-də (Çernobıl AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukrayna SSR-in özündə, Belorusiya SSR və RSFSR-də yaşayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şülayanmaya məruz qaldı. Qəza nəticəsində ilk günlərdə 30 insan öldü, sonrakı illərdə isə şüalanmadan ölənlərin sayı artdı.

Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədək Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi göstərdi.

Hazırda “Çernobıl” AES ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər…

In this Thursday, Jan. 25, 2018 photo, an installation of a dome-shaped rooftop cover housing key equipment is near completion at Unit 3 reactor of the Fukushima Dai-ichi nuclear power plant ahead of a fuel removal from its storage pool in Okuma, Fukushima Prefecture, northeast Japan, during an exclusive visit by The Associated Press. The hardest-hit reactor at the Fukushima plant in the March 2011 disaster is moving ahead of the other two melted reactors seven years later in what will be a decades-long cleanup. (AP Photo/Mari Yamaguchi)

Bəşəriyyətə 3-cü- ən güclü xəbərdarlıq: Fukuşima atom faciəsi

Yaponiyada baş verən zəlzələ və sunamidən sonra «Fukusima-1» AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, «Fukusima»da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. «Fukuşima-1» AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. «Fukuşima»nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət «Fukusima»ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar.

ABŞ, SSRİ və Yaponiya qəzaları göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə bu fəlakətin qarşısını almaqda acizdirlər.

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün «soyuq duş» oldu. Halbuki, “Çernobıl” qəzasını «unudan» bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.

Radiasiya Problemləri İnstitutu AES tikilməsini niyə istəyir?

AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir. İnstitutun direktoru Adil Qəribov bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirib ki, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

“Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər. Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır»- A.Qəribov bildirib.

Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.

AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur.

Böyük enerji resurslarımız olduğu halda riskə getməyə dəyərmi?

Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən aktuallaşdırılır.

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.

Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərlidir. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobıl zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi ağır olar.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görərik.

Elçin Bayramlı

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

«Yeni baş nazir iqtisadi islahatları effektiv apara biləcək səviyyədə mütəxəssisdir»

Ekspert: «Əminəm ki, Əli Əsədov ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək»

 “Dövlət başçısı İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişaf kursunu götürüb və sosial-iqtisadi siyasəti əsas prioritet elan edib. Nazirlər Kabineti, baş nazir isə hökumətə, xüsusən də iqtisadi orqanlara rəhbərlik edir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, baş nazir postunun böyük iqtisadi biliyi və təcrübəsi olan şəxsə etibar edilməsi yaxşı haldır: “Əli Əsədovun bu sahədə yüksək təhsili var. Belə ki, dünyanın ən böyük iqtisadi universitetlərindən birini — Moskva Xalq Təsərrüfatı İnstitunu bitirib. Həm də elmi və iş fəaliyyətini iqtisadi sahədə davam etdirib. Sonda Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postu kimi çox vacib vəzifə ona etibar edilib. Bu post isə, məlum olduğu kimi iqtisadi sahədə ən təcrübəli və bilikli mütəxəssisə etibar edilir.

Əlbəttə, Novruz Məmmədov da çox dəyərli bir mütəxəsisdir. Lakin o, siyasi sahədə təcrübəli və dərin bilikli alimdir. Baş nazir postuna da Prezident Administrasiyasnın xarici siyasət şöbəsinin müdiri vəzifəsindən gəlmişdi. Görünən odur ki, o, bir vicdanlı məmur kimi, hökumət rəhbəri kimi elan olunmuş iqtisadi inkişaf kursunu aparacaq mütəxəssis olmadığını, ölkəyə, xalqa böyük fayda verə bilməyəcəyini başa düşüb və dövlət başçısından onu bu postdan azad etməsini xahiş edib. Bu, əlbəttə, son dərəcə təqdirəlayiq səmimi addımdır”.

Elçin Bayramlının sözlərinə görə, NK-ya iqtisadçı mütəxəssisin rəhbərliyi məqsədəuyğun bilinib: “Hesab edirəm ki, bu, son dərəcə düzgün yanaşmadır. Əsas vacib sahə iqtisadiyyatdır. Bütün digər sahələr, hətta siyasət də iqtisadiyyatın çiyinlərində dayanır. Hökumətin çevik fəaliyyəti və iqtisadi islahatları düzgün aparması vacibdir. Ona görə də, hökumət başçısı postunun güclü iqtisadçıya etibar edilməsinin müsbət nəticələr verəcəyinə və ölkə iqtisadiyyatında hökumətin siyasətinin effektiv, operativ və peşəkarcasına həyata keçirilməsinə səbəb olacağına inanıram. Təsadüfi deyil ki, parlamentdə onun namizədliyi yekdilliklə qəbul olundu və əleyhinə bircə nəıfər də səs vermədi.

Yeni baş nazirimiz hörmətli Əli Əsədova uğurlar arzulayıram. Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək. Son nəticədə öz biliyi, təcrübəsi ilə hökumətin içinin səmərəliliyində, ölkə iqtisadiyyatının inkişafının fundamental əsaslarda təmin edilməsində əlindən gələni edəcək”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/106411?fbclid=IwAR204cFGJNr_1yyizQWqHuGNiPz7Vdyt2cbWGFzU8l3p79BiMgvUZ-98NVU

“Leş Tofiq”in həbsindən sonra ət yeməkləri bahalaşdı — Əhaliyə leş yedizdirirmişlər?.

Qida eksperti: “Bu həbsdən sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki, çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda, kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər”.

“Bir “Leş Tofiq” deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini müvəqqəti məhdudlaşdırıblar”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert  Elçin Bayramlı “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun həbsindən sonra Bakının əksər yeməkxalarında və dönərxanalarda ət yeməklərinin qiymətinin qalxma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sentyabrın 12-də keçirdiyi əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. Əməliyyat zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. Dəstə üzvlərinə məxsus Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanaraq mütəşəkkil cinayətkar dəstəyə daxil olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ ki müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.

Maraqlıdır ki, bu həbsdən sonra kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda qiymətlər arıtb.

Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib. Bəs yaranmış bu vəziyyətə görə, yəni uzun illər boyu yeməkxanalarda insanlara leş ətinin yedizdirilməsinə görə AQTA-nın, Baytarlıq Xidmətinin və digər qüurumların hansı məsuliyyəti var? Bakıyeməkxanalarında uzun illər boyu insanlara leş əti yedizdirildiyinə görə bu qurumlar birbaşa məsuliyyət daşıyırmı?

“AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxslərinin istefaya göndərilməli və sərt cəzalandırılmalı olduğunu deyən Elçin Bayramlının fikrincə, bu qida terrorunu ancaq düşmən həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir. Bu mütəşəkkil cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman aidiyyatı orqanların məsul şəxslərinin də daxil olduğunu düşünən qida eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu fakt üzrə genişmiqyaslı təhqiqat aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir:

“Bəli, bu həbsdən sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki, çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda, kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər. Yəni, daha dəqiq desək, əhaliyə qarşı konkret qida terroru həyata keçiriblər. Bir “Leş Tofiq” deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini müvəqqəti məhdudlaşdırıblar.

Bu mütəşəkkil cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman aidiyyatı orqanların məsul şəxsləri də daxildir. Bu fakt üzrə genişmiqyaslı təhqiqat aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir.

Xüsusilə də, AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxsləri istefaya göndərilməli və sərt cəzalandırılmalıdır. Bu qida terrorunu ancaq düşmən həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir.

Mətbuat və tv-lər prosesi diqqətdə saxlamalı, izləməli və əlavə faktları ortaya çıxarmaqda kömək etməlidirlər”.

Nərminə Uumudlu

http://pia.az/les-tofiqin-hebsinden-sonra-kabablar-da-bahalasdi-yemekxanalar-ehaliye-les-yedizdiribler-..-317333-xeber.html?fbclid=IwAR0Yby2dFwXBJjlDEHunOmtpvTqVRxabYkvB9TXX5zWYuxKSqUvFvLr6-IU

Bakını “zəhərdən” necə xilas edək?- Ekoloqdan TƏKLİFLƏR

Elçin Bayramlı: “Hibrid  avtomobillər və elektromobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük vergi rüsumlarından azad edilməlidir”

Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. Artıq  dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir.

Bu günlərdə  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynadığını deyib.

Onun fikrincə, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar.

Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır.

R.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib. Həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.

Ekoloq Jurnalistlər Birliyinin eskperti Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bu ideyanı təqdir edib. Onun fikrincə, ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor avtomaşınlardır:

“Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG) keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə, kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir. Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu işə artıq başlamaq vaxtıdır”.

Elçin Bayramlı bildirib ki, artıq dünya ölkələri elektromobillərə keçir: “Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar”.

Elçin Bayramlının sözlərinə görə, elektriklə işləyən ictimai nəqliyyat vasitələrinin bərpası mümkündür: “Paytaxt nəqliyyatında tramvay və trolleybusun ləğvi yanlış addım idi. Bundan sonra paytaxtda və digər iri şəhərlərdə həm ekoloji vəziyyət pisləşdi, həm sərnişindaşınmada xaos yarandı, həm də gediş qiymətləri bahalaşdı. Xeyli gec də olsa bu nəqliyyat sistemlərinin bərpası vacibdir. Dünyanın bütün iri şəhərlərində bunlar əsas nəqliyyat vasitəsidir. Bu nəqliyyat növləri tam ekoloji təmiz, ucuz və effektiv sistemlərdir. Məsələn, yolları qar, buz, yağış örtəndə tramvay rahatca hərəkət edir, amma avtobuslar edə bilmir. Bunlarda bilet qiymətləri də avtobuslardan azı 2 dəfə ucuz ola bilər. Həm də tramvay avtobusa nisbətən daha dözümlü, daha az servis xərci tələb edən bir vasitədir. Bunlarla yanaşı şəhərətrafı elektrik qatarları tam bərpa edilməli və Abşeron yarımadasının hər tərəfinə marşrutlar olmalıdır. Bunlar həyata keçirilsə, Bakıda həddən artıq çirkli olan hava təmizlənər, nəqliyyat xərcləri azalar, tıxacların azalması mümkün olar. BNA və digər aidiyyatı orqanlar adam düşürmək və ya mindirmək üçün küçə kənarında beş-on saniyə dayanan maşınlara cərimələr yazıb sürücüləri soymaqdansa bu işlərlə məşğul olsunlar. Proqram hazırlanmalı və sürətlə həyata keçirilməlidir. Əks halda Bakıda vəziyyət getdikcə ağırlaşacaq”.

Bəs hibrid mühərrikli avtomobillərin ölkəyə gətirilməsini asanlaşdırmaq üçün nə etmək lazımdır?

E.Bayramlı hesab edir ki, bu cür avtomobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük vergi rüsumlarından azad edilməli, bütün maneələr aradan qaldırılmalıdır:

“Bizdə elektrik enerjisi tələbatdan xeyli artıq istehsal olunur. Avtomobillər daha çoxu elektriklə işləsə benzini xarici ölkələrə idxal edib daha çox gəlir əldə etmək olar və idxal etdiyimiz benzinə verilən pul ölkədə qalar. Bu maşınlar son dərəcə zərərsiz, tam faydalı nəqliyyat vasitəsidir. Ölkəmizin maşın parkının yenilənməsi üçün xüsusi prorqam hazırlanmalıdır. Burada dövlətin stimullaşdırıcı rolu vacibdir. Bir çox ölkələrdə bunu ediblər. Məsələn, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var”.

Elman

https://cebhe.info/bakini_ldquo_zeherden_rdquo_nece_xilas_edek_ekoloqdan_teklifler-167639?fbclid=IwAR2N5HczGj-O-tj4lS4-r4d6HQKzPbj6OQ6Rcq7nDyhQoV3atiDJcjW4Ozo

Əhaliyə qarşı açıq qida terroru: Xərçəngə tutuluruq- SOS

“Bir sıra iaşə obyektlərində əhaliyə qarşı açıq qida terroru həyata keçirilir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, harda saxta, təhlükəli, zəhərli, xarab ərzaq məhsulu varsa, mağazalarda və iaşə obyektlərində realizə edilir:  “Bura əsasən, yeməklər, içkilər və şirniyyatlar daxildir. Belə obyektlərin çoxunda verilən ət yeməkləri tələf olmuş və ya xəstə heyvanların ətidir. Çünki bu cür ət xeyli ucuz başa gəlir və qazancı çox olur. İnsanlarımız isə zəhərlənir, xərçəng də daxil ağır xəstəliklərə tutulur. Leş mafiyası ilə iaşə obyektləri yaxından əməkdaşlıq edirlər. Yəni, bir yox çox “leş tofiqlər” var və onlar bu biznesdən yaxşı gəlir əldə edirlər. Sadəcə biri tutulub. Qida Təhlükəsizliyi Agentliyinin zəifliyi qida terrorunu daha da gücləndirir. Yəni, agentliyin formal olaraq mövcud olması və cavabdeh olduğu sahədə demək olar ki, heç bir ciddi iş görməməsi onların biznesini çiçəkləndirir.

QTA iaşə müəssisələrində tüğyan edən təhlükəli məhsullarla mübarizə aparmaq əvəzinə, qida sektorunda yeganə təmiz sahə olan ət satışının üstünə düşüb. Hansı ki, bu qəssablar kəndlərdən sağlam heyvanlar gətirib insanların gözü qarşısında kəsir və satır”.

Ekspertin sözlərinə görə, mağazalarda kanserogen yağlar, qorxulu tərkibli konvervləşmiş qidalar, ultraximikat şirniyyatlar, saxta şirələr kafe və restoranlarda, dönərxanalarda meydan sulayır: “Belə bir şəraitdə QTA-nın bu sahədə ciddi tədbirlər görmək əvəzinə bütün arsenalı ilə qəssabların üzərinə düşməsi anlaşılan deyil. Deməli, kimlərsə, ət mafiyasının monopoliyasına xidmət edir. Agentlik qida sektorunda ciddi yoxlamalar aparmadığı üçün əhali ağır xəstəliklərə tutulur. Həm qida təhlükəsizliyi, həm də əhalinin sağlamlığı ciddi təhlükə altındadır. GMO məhsulların, toxumların ölkəyə idxalı, istehsalı, satışı qanunlarla qadağan edilsə də, bu məhsullar bazarda azı 90 faiz təşkil edir. Onların reklamı açıq şəkildə aparılır və idxalına da heç bir maneə yoxdur”.

E.Bayramlının sözlərinə görə, güclü kimyəvi dərmanlarla yetişdirilən transgen kartofdan zəhərlənən adamlara “günvurmadan zəhərləniblər” demək çox gülüncdür: “Əslində vəziyyəti tənzimləmək çox asandır. Saxta, keyfiyyətsiz, təhlükəli ərzaq istehsal edən, idxal edən və satanların çox ciddi cəzalandırılması lazımdır. Bunun üçün tez-tez jurnalistlərin iştirakı ilə qəfil yoxlamalar təşkil olunmalıdır. Məhsullar laboratoriyada yoxlanmalı, standartlara cavab vermədiyi halda istehsalçıya, idxalçıya və satıcıya sərt cəza tətbiq olunmalıdır. Bunu etsələr problemi cəmi 1 aya həll etmək olar”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/105492?fbclid=IwAR0OBHJGOKZL_FMOeGkMkLlg89oSCDZd8StkqJK7Rqo1bB4bgVKx31A1LK4

Elçin Bayramlı: “Doing Business”da yüksək mövqeyimiz Prezidentin apardığı islahatların nəticəsidir”

 “Doing Business 2019” hesabatında Azərbaycan 10 ən islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. 2018-ci ilin hesabatında Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.

Hesabata əsasən ölkəmiz «Tikinti üçün icazələrin alınması» və «Kreditlərin alınması» indikatorlarının hər biri üzrə 100 pillə irəliləyərək ciddi nailiyyət əldə edib. Bunlarla yanaşı, ”Kiçik investorların maraqlarının qorunması” indikatoru üzrə dünyada 2-ci yerə yüksəlməyə, “Biznesə başlama” (9-cu yer) indikatoru üzrə isə ilk 10-luğa düşməyə nail olunub. Bütövlükdə “Doing Business 2019” hesabatının 10 indikatorundan 8-i üzrə mühüm irəliləyiş qeydə alınıb.

“Doing Business 2019” hesabatında deyilir: “Avropa və Mərkəzi Asiya bölgəsinə daxil olan Azərbaycan ən yaxşı təkmilləşdirmə göstəricilərinə malik 10 ölkə arasında və qlobal səviyyədə rekorda nail olaraq 8 sahə üzrə islahatlar aparmaqla, 2017-2018-ci illərdə biznes fəaliyyətinin daha da asanlaşdırılmasını təmin edib”.

Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkə elan olunması cari ildə həyata keçirilmiş iqtisadi islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və azad biznesə dövlət dəstəyinin nəticəsidir. Bunu Analoq.az-a “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

Ekspert bildirib ki, sonuncu dünya iqtisadi böhranından sonra Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində ölkədə maliyyə sabitliyi və iqtisadi artım bərpa olunub, bir çox sahələrdə, xüsusilə kənd təsərrüfatı, qeyri-neft sənayesi və digər sektorlarda əhəmiyyətli irəliləyiş əldə edilib: “Sahibkarlığa dəstək məqsədilə biznes mühitinin bütün sahələri, xüsusilə biznesə başlama, tikinti üçün icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, vergilərin ödənilməsi, əmlakın qeydiyyatı, xarici ticarətin aparılması üzrə əhəmiyyətli irəliləyiş baş verib.

Xüsusi ilə bu ilin başlanğıcından etibarən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklər və tətbiq olunan yeni vergi sistemi sahibkarlığın inkişafını təmin etmək üçün ən təqdirəlayiq addımlardandır. Belə ki, sadələşdirilmiş vergi üzrə Bakı zonasında vergi öhdəliyinin 4 faizdən 2 faziə endirilməsi, gəlir vergisi üzrə 75 faiz güzəştin tətbiqi və sair çoxsaylı müsbət dəyişikliklər kiçik vəorta sahibkarlığın inkişafına dövlətin göstərdiyi ən böyük dəstəkdir”.

ASAM rəhbəri əlavə edib ki, elektron hökumətə keçid, xidmət və müraciətlərin elektronlaşdırılması və asanlaşdırılması da prosesə böyük təkan verib: “Həm vaxt itkisinin qarşısı alınıb, həm xərclər azalıb,həm də bürokratik maneələr aradan qalxıb. Bu uğurlar Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin və aparılan islahatların ölkəmizin sosial-iqtisadi inkişafının artmasına səbəb olub. Dövlət başçısı islahatların davam edəcəyini bildirib”.
Elçin Bayramlının fikrincə, islahatların bu templə davam edəcəyi təqdirdə ölkəmizdə kiçik və orta sahibkarlıq daha sürətlə inkişaf edəcək, bunun nəticəsi olaraq ümumi daxili məhsul artacaq, işsizlik səviyyəsi azalacaq, idxaldan asılılıq aşağı düşəcək, ixrac imkanlarımız xeyli artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq: “Son nəticədə əhalinin rifah səviyyəsi xeyli yaxşılaşacaq, sosial müdafiənin daha da yüksəldilməsi üçün dövlətin imkanları xeyli artacaq. Bu islahatların nəticəsi özünü təkcə sosial, iqtisadi sahələrdə yox, həm də elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində də göstərəcək. Tezliklə ölkəmizin sosial, iqtisadi, mədəni mənzərəsi tamamdəyişəcək”.

http://analoq.az/iqtisadiyyat/9723-elchin-bayramli-doing-businessda-yuksek-movqeyimiz-prezidentin-apardigi-islahatlarin-mentiqi-neticesidir.html?fbclid=IwAR3JwTj5WhmVEk3fCpSR_-ZoeU0t3Jx0sCE9Z1175RrC6P2pAPqRhlu75CY

Elçin Bayramlı: “Sosial evlər layihəsi biabırçı hala salındı”

İqtisadçı-alim Vüqar Bayramov öz “Facebook” profilində sosial evlər məsələsinə toxunub. Alim qeyd edib ki, sosial evlər kommersiya evlərinə çevrilib.

Ekspertin sözlərinə görə, son günlər əmlak satışı və kirayəsi ilə məşğul olan internet səhifələrində sosial evlərin kirayə təklif edilməsi halları artıb:

“Sosial evi güzəştli şərtlər ilə əldə edən şəxslərin bir qismi onu daha baha qiymətə kirayə verərək qazanc əldə etməyə çalışır. Nəticədə, sosial evlər kommersiya evlərinə çevrilərək bəzilərinə əlavə gəlir gətirir.

Həmçinin belə hallarda evsiz vətəndaş mənzil sahib olmaqda çətinlik çəkir, başqası isə “ev kolleksiyası” yardır. Bu cür halların qarşısını almaq üçün evi olan şəxslərin sosial evlərə müraciəti məhdudlaşdırılmalıdır. Sosial evlər evi olan deyil, yalnız mənzili olmayana təklif olunmalıdır. Burada müraciət edənin deyil, ailə üzvlərinin adına mənzil olub-olmamasına da baxılmalıdır.

V.Bayramovun iddiasında haqlı olduğunu söyləyən sosioloq Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, sosial evlər layihəsini icraedici orqan biabırçı vəziyyətə saldı: “30 saniyəyə minlərlə ev satırlar. Adından da göründüyü kimi bu sosial evlərdir məhz evi olmayan, gəliri aşağı olan ailələrə ucuz qiymətə və güzəştli şərtlərlə verilməlidir. Bunun üçün müraciət edənlər ətraflı araşdırılmalıdır.

Burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki jurnülietlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir. Hələ mən bu sosial evlərin az qala bazar qiymətinə olduğu məsələsinə toxunmuram.

Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmaldır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.

Kənan Eynuroğlu
https://sherg.az/x%C9%99b%C9%99r/104947

Elçin Bayramlı: «Şimal-Cənub» nəqliyyat dəhizi böyük iqtisadi və siyasi dividentlər vəd edir»

2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən “Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradıldı. Layihənin yaradılmasında məqsəd dövlətlər arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdir. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan, son illərdə üzərinə götürdüyü bütün vəzifələri icra edib. İran sərhəddinə qədər dəmir yolu infrasturukturunun yenilənməsi təmin edilib.

«Şimal-Cənub» layihəsinin reallaşmasında Azərbaycanın rolu və ölkəmizin bu layihədə iştirakı zamanı qazanacağı dvidendlər barədə Sherg.az-a danışan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı bildirdi ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi əsasən Hindistan, İran və digər Asiya ölkələrindən Rusiyaya və Avropaya yüklərin qısa müddətə çatdırılması üçün nəzərdə tutulub.

İqtisadçı vurğulayıb ki, layihə iştirakçı ölkələrin hamısı üçün son dərəcə perpsektivlidir: “Layihədə həmçinin Rusiya və Avropadan İran vasitəsilə Asiya ölkələrinə və Hind okeanı vasitəsilə bütün dünyaya yüklərin qısa zamanda çatdırılması nəzərdə tutulub. Bu istiqamətdə Suveyş kanalından keçən marşrut uzun və dolayı yolla olduğundan yüklərin daşınması ortalama 2 aya yaxın vaxt aparır. «Şimal-Cənub» nəqliyyat dəhlizi vasitəsilə isə bu müddət yarım ayadək azalır. Bu dəhlizlə 15 milyon tona yaxın yük daşınması nəzərdə tutulur”.

E.Bayramlı qeyd edib ki, layihədə Azərbaycan da öz strateji-coğrafi mövqeyi ilə seçilən vacib ölkələrdəndir: “Bu dəhliz ölkəmiz üçün son dərəcə faydalıdır. Ona görə də, 2005-ci ildə biz layihəyə qoşulmuşuq və dəhlizin ərazimizdən keçən hissəsi demək olar ki, hazırdır. Bu istiqamətdə həm dəmiryolu, həm də avtombil yolları modernləşdirilib, çatışmayan hissələr tamamlanıb. Bundan başqa, Xəzər dənizinin imkanlarından daha geniş istifadə edə bilərik. Orta Asiya və Qafqaz arasında gəmi və bərə marşrutları var. Həmin marşrutlar tələbat artdıqca çoxalacaq. Bu dəhliz çərçivəsində tranzit ticarət əməliyyatlarının artması ölkəmizin gəlirlərinin artmasına səbəb olacaq. Eyni zamanda layihənin digər iqtisadi və siyasi dividentləri olacaq. Dəhliz sayəsində yol 1000 km-ə yaxın qısalır, daşınma xərcləri 15 faizə yaxın aşağı düşür, müddət isə 2 dəfə azalır».

ASAM rəhbərinin sözlərinə görə, hazırda dəhlizin Qərb qolu üzrə əsas problem İran ərazisində Rəşt-Astara dəmiryolunun çəkilməməsidir: «Dəhlizin digər qolları Transxəzər və Şərq (Qazaxıstan, Özbəkistan, Türkmənistan keçməklə) marşurtları fəaliyyət göstərir. Türkmənistandan isə dəmiryolu İran dəmiryollarına birləşib. Ona görə də, Rusiyanın və İranın bu Rəşt-Astara dəmiryolunu maliyyələşdirməkdə o qədər də marağı yoxdur. Bunu nəzərə alan Azərbaycan hökuməti dəhlizin İran-Azərbaycan qolunun payını artırmaq üçün İrana kömək təklif elədi. Belə ki, öz dəmiryolunu İran sərhəddinədək çəkən Azərbaycan, dəmiryolunun oradan Rəştə qədər uzadılması üçün İran tərəfinə 500 milyon dollar kredit ayıra biləcəyini bəyan edib. Şübhəsiz ki, dəmiryolunun çatışmayan bu hissəsi də bitəndən sonra dəhliz daha böyük həcmdə işləyə biləcək və buradan ölkəmiz də ciddi faydalanacaq. Çünki dəhlizin Qərb qolu Şərq qoluna nisbətən daha qısa və daha rentabellidir”.

İqtisadçı bildirib ki, hesablamalara görə, dəhlizin tam işləməsi zamanı ölkəmiz təkcə tranzitdən 300 milyondan artıq gəlir götürə bilər: “Layihə tam reallaşdıqda ölkəmiz «Şərq-Qərb» və «Şimal-Cənub» nəqliyyat dəhizlərinin ən iri qovşaqlarından birinə çevriləcək. Bu isə strateji planda çox böyük iqtisadi və siyasi dividentlər vəd edir”.

Yeganə Bayramova
https://sherg.az/x%C9%99b%C9%99r/105238?fbclid=IwAR2-NN1r6xY9iR7warw3kHxIKdLNvrGyqAoAjzjd1DDzbEzQ0xIwDpcoNBk

“Sıfır gömrük rüsumu tətbiq olunarsa, bu, iqtisadi inkişafa təkan verər” — Açıqlama

“Azərbaycanla Türkiyə arasında preferensial ticarət haqqında sazişin imzalanması barədə razılıq əldə edilməsi çox təqdirəlayiq haldır”. Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

Analitik bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək lazımdır:  “Ümumiyyətlə, Azərbaycan İran, Türkiyə, Rusiya və Çinlə iqtisadi əməkdaşlığı gücləndirməlidir. Bunun üçün böyük potensial var. Yaxşı olar ki, qarşılıqlı hesablaşmalarda da milli valyutalardan istifadə olunsun. Bu addımlar atılarsa, qlobal maxinatorların spekulyasiyaları zamanı zərərdən sığorlanmaq mümkün olar. Sıfır gömrük rüsumu bu istiqamətdə ən effektiv addım olacaq. Türkiyə ilə, o cümlədən digər qonşu ölkələrlə sıfır gömrük rüsumu tətbiq olunarsa, həm ölkədə bolluq və ucuzluq yaranar, həm də iqtisadi inkişafa əlavə təkan verilər”.

E.Bayramlının sözlərinə görə, hazırda Amerika və Qərbi Avropa ölkələri Türkiyəni iqtisadi cəhətdən zəiflətməyə, ticarət əlaqələrini məhdudlaşdırmağa çalışırlar:  “Türkiyənin bu vəziyyətdən çıxmasına biz də kömək etməliyik. Ümumiyyətlə, regional formatlarda əməkdaşlığı genişləndirmək lazımdır. Rusiya, İran, Türkiyə, Çin, Gürcüstan, Azərbaycan, Qazaxstan, Belarus kimi ölkələr birgə iqtisadi əməkdaşlıq platformaları işləməlidirlər. İdxalda və ixracatda bir-birilərinə üstünlük verməlidirlər. Bu halda bir sıra mərkəzlərin tabe olmayan ölkələrə qarşı yeritdiyi iqtisadi sanksiya və maliyyə maxinasiyalarını zərərsizləşdirmək mümkün olar. Türkiyə də hazırda belə bir güclü təzyiq qarşısındadır. Əminəm ki, ölkə özünün imkanları və həqiqi müttəfiqlərinin də köməyi ilə bunun öhdəsindən gələcək”.

Qeyd edək ki, 2019-cu ilin sonuna qədər Azərbaycan və Türkiyə arasında preferensial ticarət haqqında saziş imzalanacaq. Saziş, Türkiyə ilə Azərbaycan arasında malların qarşılıqlı tədarükünə sıfır gömrük rüsumunun tətbiq edilməsini nəzərdə tutur.

İsmayıl Qocayev
https://sherg.az/x%C9%99b%C9%99r/104752?fbclid=IwAR204WMmCLU6ODB_LXQJkY-sY_yw4d5G7GWGCXX3w_RkYhn4-k_gyp07EoE

Ekspertdən sensasion açıqlama: “Qida məhsullarının azı 90 faizi ölüm saçır

Elçin Bayramlı: “Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir. Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. AQTA bunu görmür? !”

Hövsanda 1 tona yaxın yararsız quş əti aşkarlanıb. Sentyabrın 11-də Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları və Qida Təhlükəsizliyi Agentliyinin(QTA) nümayəndələri Suraxanı rayonu ərazisində birgə yoxlamalar aparıblar. Araşdırmalar zamanı Hövsan qəsəbəsində 996 kiloqram həcmində insan sağlamlığına ciddi zərər vuran toyuq əti tapılıb. Həmin quş kəsimi sahəsinin Bakı şəhər sakini A.Mürsəlova məxsus olduğu bildirilir.

Götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyasına təhvil verilib.

Məsələyə münasibət bildirən qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Sherg.az”a söyləyib ki, AQTA öz funksiyası olan bu kimi işləri çox gec və az hallarda həyata keçirir:

“Yəni, milyardlarla belə cinayət faktının yalnız bir-ikisi müəyyən edilir. Qalanları nədənsə, hələ də görünmür. Bəs bu agentliyə o qədər işçi, maliyyə, maddi-texniki baza niyə ayrılıb? Ölkədə bəzi məmurların da dəstəyi ilə yerli və xarici işbazlar tərəfindən əhaliyə qarşı açıq şəkildə qorxunc qida terroru həyata keçirilir. Bunun qarşısını almaq üçün AQTA yaradıldı. Lakin bu orqanın fəaliyyəti gözlənilən nəticə vermədi və arzuolunan həddə çatmadı. Agentlik ölkə bazarındakı təhlükəli və saxta məhsuların heç 0,00001 faizini belə aşkar edib qarşısını ala bilmir , ya da ki almır. Nəticədə milyonlarla insan ağır xəstəliyə tutulur, əlil olur, dövlətin səhiyyə xərcləri artır, vaxtsız ölümlər çoxalır.

Beş-on manat artıq qazanmaq naminə açıq şəkildə insanları öldürməyə cəhd edən, daha doğrusu birbaşa öldürən minlərlə işbaz bazar dükanlarda, fabrik-zavodlarda at oynadır. Mağazalarda təbii qida adına demək olar ki, heç nə yoxdur. Burada ən böyük məsuliyyət təbii ki, AQTA-nın üzərinə düşür. Lakin bu agentlik nə mediadakı və sosial şəbəkələrdəki faktlara əhəmiyyət verir. İstehsal müəssisələrində ciddi yoxlamalar aparıb, ciddi genişmiqyaslı tədbirlər görmür.

Hərdənbir hansısa kiçik sexdə və ya dükanda bir neçə keyfiyyətsiz ərzaq tapır bununla da işini bitmiş hesab edir. Necə tapsın ? Axı bütün qida məhsullarına özləri sertifikat verir. Bu məhsulların da azı 90 faizi insan sağlamlığı üçün təhlükəlidir. Pulunu alır, kağızı verir vəssalam”.

E.Bayramlı onu da əlavə edib ki,  eyni zamanda digər cavabeh orqanlar Kənd Təsərrüfatı Nazirliyi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Anti-inhisar Departamenti və Gömrük Komitəsidir: “Ölkədə GMO bitkilərin idxalı, istehsalı, satışı qanunla qəti qadağandır. Lakin bu gün dükan-bazarda satılan meyvə-tərəvəzlərin azı 90 faizi GMO-dur. Hətta bir çox firmalar GMO toxumları və tingləri internetdə, mediada reklam edərək açıq şəkildə satırlar. Mağazalarda kimyəvi maddələrdən düzəldilmiş yağ və digər süd məhsulları doludur. Kolbasa və sosiska məmulatları sahəsində vəziyyət faciəvidir.

Broyler toyuqları və yumurtaları sağlamlıq üçün ən qorxunc təhlükədir. Hər gün şadlıq evlərində kütləvi zəhərlənmələr haqda xəbərlər yayılır. QTA bunu görmür? Niyə gedib yoxlamır ki, bu məhsullarda harda kim tərəfindən və nədən düzəldilir. Bu yoxlamalar jurnalistlərin və ictimai fəalların iştirakı ilə aparılmalıdır”.

Əgər QTA belə işləməyəcəksə, elə ləğv olunsa yaxşıdır.Çünki o yarandıqdan sonra dəyişən yalnız bir şey olub ki, sahibkarların əlavə xərci çıxır. Vəssalam. Ona görə də, mən bu agentliyi Qida Təhlükəsizliyi Agentliyi yox, Qida Təhlükəsi Agentliyi adlandırıram. Buna etirazları varsa məni məhkəməyə versinlər, mən məhkəmədə onlara sübut edərəm bu ada layiq olduqlarını.

İqlim dəyişikliyinə və su müharibələrinə hazırıqmı?

Sənaye əhəmiyyətli meşələrin salınması son dərəcə vacib və qaçılmazdır. Çünki Azərbaycan ərazi nisbətində meşə həcminə görə ən aşağı göstəricisi olan ölkələrdəndir. Meşə sahəsi işğal olunmuş Qarabağ zonası ilə birğə 11 faiz təşkil edir. Qarabağdakı meşələrin ermənilər tərəfindən vəhşicəsinə qırılmasını nəzərə alsaq real rəqəm hardasa 7 faizdir.
Bundan başqa bizdə meşələr oduncaq və sənaye məqsədi ilə gizli və açıq qırılır. Bundan başqa, meşələrdə heyvanların otarılması yeni qalxan pöhrələri məhv edir və meşələrin yenilənməsi prosesi baş vermir.
Respublikada aqrar məqsədlə istifadə olunmayan ucsuz bucaqsız ərazilər var- əsasən Mərkəzi Aran zonasında. Bakıdan Gəncəyə qədər 350 km-lik yolda ağaca, əkinə zada demək olar ki rast gələ bilmirsən. Bu ərazilərdə və Abşeron yarımadasında meşələr salınsa həm ölkənin ekologiyası sağlamlaşar, həm yaşıllıq, gözəllik yaranar, həm də mebel sənayesi üçün ucuz xammal meydana gələr. Meşələr salınan yerlərdə nəmişlik yaranır, su formalaşır, sərinlik olur, qlobal istiləşmənin təsiri azalır, təbii su rezervuarlarında yığılan su tez buxarlanıb getmir.
Yaxın 10-15 ildə dünyada içməli su müharibələrinin başlayacağı artıq şəksizdir. Azərbaycan ərazi və əhali nisbətinə görə içməli su ehtiyatının ən az olduğu ölkələrdəndir. Üstəlik, çayların 90 faizindən çox qonşu ölkələrdə formalaşır ki, dünyada ciddi su qıtlığı yaransa o ölkələrdən bizə bir qram su buraxılası deyil.
Ona görə də, bu istiqamətdə indidən ciddi tədbirlərə başlamaq lazımdır. Mümkün qədər çoxlu su anbarı yaratmaq və kiçik SES-lər lazımdır. Bunlar vasitəsilə həm əlavə elektrik istehsal eləmək olar, həm də bütün əkinlərin və meşələrin suvarılması təmin edilə bilər.
Bu nəhəng layihələrin həyata keçirilməsi üçün 48 milyardlıq strateji ehtiyatlarımızdan cəmi 3 milyardını xərcləmək olar. Bu da nəticədə həm iqtisadi inkişafa, həm ekologiyaya, həm də sosial məsələlərə müsbət təsir edə bilər. Bu xərcləmə ölkəmizə daha çox fayda verə bilər, nəinki həmin vəsaitlərin 1 faizlə xarici fondlarda saxlanması.
Qeyd etdiyim məsələlərlə bağlı Ekologiya Nazirliyi işləyir, çalışır, təkliflər hazırlayır. Ağac kəsilməsinə qarşı mübarizə aparır, böyük cərimələr tətbiq edir, xeyli sahədə yeni yaşıllıqlar salır.
Azərsu-nun isə dünya, daha doğrusu, ölkə vecinə deyil. Nə vaxta kimi Abşeronun bir hissəsinə, Mərkəzi Aran zonasının hamısına Kürün çirkli suyunu içirdəcəklər məlum deyil.
Qlobal iqlim dəyişikliklərinin kəskinləşməsi, içməli su ehtiyatlarının azlığı əksər ölkələri hərəkətə gətirib. Bizdə də artıq işə başlamağın vaxtıdır. Bu işə bivec məmurları vəzifələrdən kənarlaşdırmaqdan və yerlərinə peşəkar və vicdanlı kadrlar qoymaqdan başlamaq olar.
Əhali isə sudan qənaətlə istifadə etməli, ağacların kəsilməsinə imkan verməməli, plastik polietilen kimi məhsullardan az istifadə etməli və ekologiyanı korlamamalıdır. Bu məsələdə dövlətlə cəmiyyət birgə çalışmasa heç bir effekt olmayacaq və biz bu müharibədə uduzacağıq.


Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

“Dünyada taxıl böhranı yaransa, ölkəmiz çətin duruma düşəcək”

Elçin Bayramlı: «Görünür yeli istehsalın artması kimlərəsə sərf eləmir”

Azərbaycan 2019-cu ilin əvvəlindən etibarən Rusiya Federasiyasının Ulyanovsk vilayətindən taxılın ən iri idxalçısı olub.

Rusiya KİV-lərinin xəbərinə görə, bu ilin yanvar-avqust aylarında Ulyanovsk vilayətinin ixrac etdiyi taxılın təxminən 70%-ni Azərbaycan alıb.

2019-cu ilin əvvəlindən Ulyanovsk vilayətindən 25,54 min ton taxıl və taxıl emalı məhsulları ixrac edilib. Azərbaycana tədarükün həcmi 17,81 min ton təşkil edib.

Azərbaycanda taxıl təlabatının yerli istehsal vaistəsilə ödənilməsi illərdir ki, müzakirə mövzusudur. Amma bununla belə, idxal həcmi də durmadan artmaqda.

Ümumiyyətlə, yerli istehsalın taxıla olan tələbatın ödənilməsi səviyyəsinə çatdırılması mümkündürmü?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, vaxtı ilə Azərbaycanda taxıla olan təlabat yerli istehsalla ödənilib: “Baxmayaraq ki, dövlət bu sahəyə subsidiyalar ayırır, müxtəlif yardımlar edir, lakin bunlar ciddi nəticə vermir. Hesab edirəm ki, il ərzində ölkəmizə 1,5 — 2 milyon ton taxıl idxal olunur. Qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə Dövlət Gömrük Komitəsinin (DGK) rəqəmləri adətən düz gəlmir. Məsələn, ölkənin buğdaya olan tələbatı 3 milyon ton olduğu halda KTN 2 milyon ton istehsalın, DGK isə 2 milyon ton idxalın olduğunu bildirir ki, burada da uyğunsuzluq yaranır”.

Ekspertin sözlərinə görə, Dövlət Taxıl Fondunun fermerlərdən məhsul almaması yerli istehsalın artımına əngəl yaradır: “Yararsız olduğu bildirilir, amma Azərbaycanda bu qədər taxıl növləri əkilir, necə olur ki, bunların hamısı yararsız olur, Qazaxıstan və Rusiyadan gətirilən aşağı sort taxıllar yarayır. Görünür yeli istehsalın artması kimlərəsə sərf eləmir”.

Elçin Bayramlı bildirir ki, istehsalın stimullaşdırılması üçün Dövlət Taxıl Fondunun yerli məhsulu alması, dövlətin bu sahəyə subsidiya ayırması vacib şərtlərdəndir: “Çünki taxıl istehsalı rentabelli sahə deyil, ona görə də fermerlər taxıl becərməyə maraqlı deyillər. Əgər dünyada taxıl böhranı yaransa, ölkəmiz çətin vəziyyətə düşəcək”.

Xatirə Nəsirova

https://cebhe.info/ldquo_d_uuml_nyada_taxil_b_ouml_hrani_yaransa_ouml_lkemiz_ccedil_etin_duruma_d_uuml_secek_rdquo_ekspert_idxalin_artma_sebebini_a_ccedil_iqladi-163556

Jurnalistlər Prezidentə müraciət etdi: «Kupçalarımızı vermirlər»

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi, Yeni Salyan şossesi 22 ünvanda yaşayan jurnalistlər tərəfindən

M   Ü   R   A   C   İ   Ə   T

       Hörmətli cənab Prezident.

       Sizin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında  Bakı şəhəri Səbail rayonu ərazisində tikilmiş 255 mənzillik 2-ci binada mənzillə təmin olunmuş jurnalistlər olaraq Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizin bu qayğınız nəticəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib oldu və öz həyat şəraitlərini, yaradıcılıq imkanlarını yaxşılaşdırdı. Bu da öz növbəsində biz jurnalistlərin dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı ilə bağlı tərəfinizdən aparılan daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması, cəmiyyətimizin dünyada və ölkədə baş verənlər haqda məlumatlandırılması və maarifləndirilməsi istiqamətində daha fəal və effektiv işləməyimizə səbəb oldu.

       Hörmətli cənab Prezident. 20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların veriməsi həyata keçirilməyib. Bu da bizim üçün əlavə problemlər yaradır- məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb və bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı  və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.

       Hörmətli cənab Prezident. Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub. Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir. Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdiririlməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq.

                                                      Hörmətlə: Jurnalistlərin 2-ci binasının sakinləri

                                                                                                                               04.09.2019