Elçin Bayramlı: “Uşaq intiharlarında əsas günah valideynlərdədir”

Sosioloq: “İntiharların kəskin artması cəmiyyətdə mənəvi-pxisoloji əxlaqı dəyərlərin dəyişməsinin əyani təzühürüdür”

İntiharların bu qədər artmasında “ədalətsiz cəmiyyət”in yaratdığı sosial bərabərsizliyin payı varmı?..

“Uşaq intiharlarının artması faciəvi hala çatıb. Burada əsas günah valideynlərdədir- demək olar ki, 99 faiz günah valideynlərdədir”.

Bu sözləri sosioloq Elçin Bayramlı son 12 ildə Azərbaycanda intiharların sayının 4 dəfə artmasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son günlər yenidən aktuallaşan intiharlarla bağlı sensasiya sayıla biləcək statistika açıqlanıb.

İqtisadçı Toğrul Vəliyev son 12 ildə Azrbaycanda olan intiharların sayını hesablamağa çalışıb. Onun sözlərinə görə, 2008-2020-ci illərdə intiharların sayı 4 dəfədən çox artıb.

Diqqət çəkən məsələlərdən biri də yeniyetmə və gənclər arasında ingihar edənlərinin sayının artmasıdır. Bu da onu göstərir ki, inrihar cəmiyyətimizin sosial probleminə çevrilir. Və bu intiharların kökündə əsasən maddi problemlər dayanmır.

İntiharların bu qədər artmasının hansı sosial səbəbləri var və bu artımda “ədalətsiz cəmiyyət”in yaratdığı sosial bərabərsizliyin payı varmı?

İntiharların sayının artma səbəblərini PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Özəl televiziyalar və orada çıxış edən bir çox məşhurlar var gücləri ilə insanların- xüsusən yeniyetmə və gənclərin əxlaqını pozmağa, ailə institunu dağıtmağa, uşaq tərbiyəsini lazımsız bir şeyə çevriməyə açıq şəkildə səsləyir”.

Ətrafda çox güclü psixotron təzyiqin, mənəvi terrorun olduğunu vurğulayan sosioloq PİA.az-a bildirib ki, bu terroru bütün ölkədə qlobal mütəşəkkil təşkilat həyata keçirir:

“İntiharların kəskin artması cəmiyyətdə mənəvi-pxisoloji əxlaqı dəyərlərin dəyişməsinin əyani təzühürüdür. Burada sosial problemlərin təsirini əsas götürənlərlə razılaşmıram, bu faktor bəlkə bir neçə faiz rol oynaya bilər. Müqayisə üçün baxın, intiharların səviyyəsi məhz inkişaf etmiş, əhalisinin maddi təminatı yaxşı olan ölkələrdə daha yüksəkdir. Və ya tarixin sosial-maddi cəhətdən ən ağır dövlərində intiharlar çox az olub, amma indi dəfələrlə çoxdur. Misal üçün, bəşər tarixinin 2-ci dünya müharibəsi illərindən ağır dövrü olmayb, onda intiharlar çox cüzi idi.

Sadəcə, müasir dövr özü ilə mənəvi dəyərləri dəyişdirən, maddi həzzləri daha üstün tutan, azadlıq adı altında mütləq anarxik meyilləri gətirən bir prosesə sahiblik edir. Daha doğrusu bunu dövr gətirmir, hansı qüvvələr bu prosesi aparır. Bu konkret qlobal psixotron terrordur. Burada televiziyaların, internetin müstəsna xidmətləri var. Daha doğrusu nəzarətsiz KİV və internet resurslarının da xidməti var. Nəticə də ortadadır.

Elçin Bayramlı: “Uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır”.

Xüsusən də, uşaq intiharlarının artması faciəvi hala çatıb. Burada əsas günah valideynlərdədir- demək olar ki, 99 faiz günah valideynlərdədir. Uşaqlara tərbiyə verməyi arxa plana atıb, onları tam nəzarətsiz buraxıblar. Siz heç əlində kitab qəzet oxuyan və ya bir-biri ilə şahmat oynayan uşaq, yeniyetmə və gəncə rast gəlmisinizmi? Mən rast gəlməmişəm son illərdə.

Azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib yaxalarını çəkiblər kənara. İnternetdə ağla gələn və gəlməyən hər cür təhlükəli materiallar var- hansı ki, psixikaya çox ağır zərbə vurur, dəyərlər sistemini dəyişdirir, əxlaqsızlığı, narsizmi, eqoizmi, həzz və əyləncədən üstün dəyər olmadığını təbliğ edir.

Televiziyaların burada müstəsna rolu var. Xüsusən, özəl televiziyalar və orada çıxış edən bir çox məşhurlar var gücləri ilə insanların- xüsusən yeniyetmə və gənclərin əxlaqını pozmağa, ailə institunu dağıtmağa, uşaq tərbiyəsini lazımsız bir şeyə çevriməyə açıq şəkildə səsləyir. Seriallar, şou verilişlər mənəvi dəyərləri məhv edir. Valideynlər də uşaqları ilə oturub bunlara baxırlar.

Elm sübut edib ki, televiziya insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan teleistehsallar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir.

Mən hələ görməmişəm ki, özəl tv-lərdə alimlər danışa, elm, təhsil təbliğ edilə, intellektual yarışlar təşkil edilə, müasir texnologiyalar öyrədilə. Yalnız dövlət kanallarında bu var. Yəni, ətrafdan çox güclü psixotron təzyiq, daha doğrusu terror var. Özü də bu terroru bütün ölkədə qlobal mütəşəkkil təşkilat həyata keçirir. Bunların ilik dövriyyəsi milyardlarla ölçülür. Uşaqlar bunların caynağına buraxmaq olmaz. Onlar bu qlobal terrorun öhdəsindən gələ bilməz. Ona görə də istisnasız olaraq bütün bu kimi hallarda valideyn günahkardır.

Konkret olaraq uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır”.

Nərminə Umudlu

http://pia.az/intiharlar-cemiyyetimizin-sosial-gercekliyine-cevrilir…-389903-xeber.html

Sərt karantin olarsa, vaksin olunanlara güzəşt ediləcək?

Sosioloq: “Dünyada minlərlə peyvənd olunan yenidən yoluxduğu halda, nəyə əsaslanıb vaksin vurulan şəxslərə xüsusi hüquqlar tətbiq oluna bilər?”

Vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir…

“Dövlət bahalı vaksinləri pulsuz vurmaqdansa, qəpik-quruşa başa gələn qorunma vasitələri ilə insanları təmin etsə, daha faydalı olardı”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunarsa, vaksinləşmə prosesinin hər iki mərhələsini başa çatdırmış şəxslərə güzəştlər tətbiq olunacağı xəbərini PİA.az-a şərh edərkən qeyd edib.

Məlumata görə, koronavirusa yoluxma sayındakı kəskin artımlar yenidən karantin rejiminin sərtləşdirilməsini aktuallaşdırır. Belə vəziyyətdə isə vaksinləşmə prosesinin hər iki mərhələsini həyata keçirənlərə məhdudiyyət tətbiq olunmaması müzakirə edilir. Belə ki, vaksinləşmə prosesinin hər iki mərhələsini yekunlaşdıranlara “SMS icazə” və digər hərəkət məhdudiyyətləri tətbiq olunmaya bilər.

Qeyd edək ki, Prezidentin köməkçisi Şahmar Mövsümov bir müddət əvvəl vaksinləşmə prosesini tam keçmiş vətəndaşlara güzəştlərin tətbiq edilməsinin müzakirə olunduğunu qeyd etmişdi.

Bəs bu ədalətli mövqe olacaq və bu addım əhalinin vaksin vurdurmasına məcbur edilməsi deyil?

Mövzunu PİA.az-ın əməkdaşı “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Tam sağlam, yoluxmamış adamlara niyə məhdudiyyət qoyulmalıdır? Normal məntiqə əsasən, yalnız qorunma vasitələri olmadan ictimai yerlərdə hərəkətə məhdudiyyət qoyula bilər”

Dünyada heç bir vaksinin yenidən yoluxmamağa təminat vermədiyini bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, üstəlik bu vaksinlər şübhəlidir və vaksinləşmə birbaşa kütlə üzərində eksperiment kimi həyata keçirilir. Halbuki elmi tələblərə görə ən azı 3 il sınaq və təcrübələrdən sonra vaksinin kütləvi vurulmasına icazə verilə bilərdi:

“Xeyr! Bu ədalətli yanaşma deyil, insan hüquqlarına, ölkə qanunverciliyinə və beynəlxalq konvensiyalara tam ziddir. Xüsusən də, vaksinlərin faydasız olduğu və vurulduqdan sonra yoluxma hallarının olduğu məlum olandan sonra bu ədalətli yanaşma deyil. Tam sağlam, yoluxmamış adamlara niyə məhdudiyyət qoyulmalıdır? Normal məntiqə əsasən, yalnız qorunma vasitələri olmadan ictimai yerlərdə hərəkətə məhdudiyyət qoyula bilər.

Dünyada heç bir vaksin yenidən yoluxmamağa təminat vermir. Üstəlik bu vaksinlər şübhəlidir və vaksinləşmə birbaşa kütlə üzərində eksperimentl kimi həyata keçirilir. Halbuki elmi tələblərə görə ən azı 3 il sınaq və təcrübələrdən sonra vaksinin kütləvi vurulmasına icazə verilə bilər. Dünyada minlərlə peyvənd olunan yenidən yoluxduğu halda, hansı məntiqə və qanuna əsaslanıb vaksin vurulan şəxslərə xüsusi hüquqlar tətbiq oluna bilər? Hələ nəzərə alsaq ki, xeyli insanlar var ki, onlara xəstəlikləri ucbatından və digər məcburi səbəblərdən vaksin vurula bilməz.

Elçin Bayramlı: “Vaksin vurulması məcburi ola bilməz, bu nəzəri cəhətdən də mümkün deyil. İnsan orqanizmi üzərində qərar verilməsi hüququ yalnız insanın özünə məxsusdur”

“SMS icazə” tətbiq olunsa belə, həyati əhəmiyyətli müəssisələrdə və strateji təyinatlı dövlət orqanlarında işləyənlərin hərəkətinə peyvənd olub-olmamasından asılı olmayaraq qadağa qoyula bilməz. Dövlət bahalı vaksinləri pulsuz vurmaqdansa, qəpik-quruşa başa gələn qorunma vasitələri ilə insanları təmin etsə, daha faydalı olardı.

Vaksin vurulması məcburi ola bilməz, bu nəzəri cəhətdən də mümkün deyil. İnsan orqanizmi üzərində qərar verilməsi hüququ yalnız insanın özünə məxsusdur. Hesab edirəm ki, bu kimi məlumatlar dezinformasiyadır və dövlət belə bir addım ata bilməz”.

Nərminə Umudlu

http://pia.az/-395248-xeber.html?fbclid=IwAR2oRPfDKR4NcKrRz7PD_LV_rWh5PHhQl2tOqh8vpeOUQE6ii1mCDoM0u2c

Ölkədə 2 qüvvə arasında mübarizə gedir

Elçin Bayramlı: “Bir qüvvə virusun yayılmasına çalışır, digəri qarşısını almağa”

İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır. Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər”.

Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı avtobuslarda yaranan sıxlığı və metroların hələ də açılmamasının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Bir çox iş yerlərinin və məktəblərin açılması nəticəsində son günlər avtobuslarda sıxlıq son həddə çatıb. Taksilərin də qiyməti 50 faizə qədər artıb. Bakı Metropoliteninin işləməməsi də, xüsusən günün pik saatlarında avtobuslarda sıxlığın yaranmasına səbəb olur.

Metronun hələ də açılmaması pandemik vəziyyətə necə təsir edir? Metrodakı yoluxma təhlükəsi avtobusdakı təhlükəylə müqayisədə nə qədər böyükdür ki, Operativ Qərargah metronu hələ də bağlı saxlayır? Ən əsası isə hazırda metronun bağlı qalması yoluxma təhlükəsini azaldırmı?

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayınını azaldığını bildirən sosioloq PİA.az-a açıqlamasında qeyd edib ki, hazırda bu üzdın icgimai nəqliyyatda acınacaqlı vəziyyət yaranıb:

“İctimai nəqliyyatda vəziyyət son dərəcə acınacaqlıdır. Virusun sürətlə yayılması və ölkəni fəlakətə düçar etməsi üçün bundan ideal vəziyyət təşkil etmək mümkün deyil. Milyonlarla sərnişin hər gün bir-birinə yapışıq, havasız yerdə gedir. Belə çıxır ki, metronun bağlanmasını təşkil edən və bu vəziyyətdə avobusların sayının artırmaq əvəzinə azaldan qüvvələr virusun sürətlə yayılmasını istəyirlər. Bunun başqa izahı yoxdur və ola da bilməz.

Sosial vəziyyətin ağırlaşması və taksi qiymətlərinin bahalaşması taksidən istifadə edənlərin sayını da azaldıb. Nəticədə, acınacaqlı vəziyyət yaranıb. Belə görünür ki, ölkədə 2 qüvvə arasında mübarizə gedir- bir qüvvə (əks-effektli qərarlar verən və metronu bağlayıb avtobuslarda sıxlıq yaradan Operativ Qərargah və bu vəziyyətdə avtobusların sayını azaldan BNA) virusun yayılmasına və ölkənin çökdürülməsinə çalışır. Digəri isə (Səhiyyə Nazirliyi və TƏBİB) virusun qarşısının almağa və ölkəni fəlakətdən xilas etməyə çalışır. Görək kim qalib gələcək”.

Nərminə Umudlu

http://pia.az/-388930-xeber.html?fbclid=IwAR2-l02219cXWG9CER_YbpYA5l_03_gEZQiOMtw6HH8j-1Erg8U8bpA781U

Sosial narazılıq pik həddə çatıb

Elçin Bayramlı: “Bahalaşma davam edəcək, əhalinin vəziyyəti ağırlaşa bilər”

Son illərdə Azərbaycanda əhali gəlirlərinin azalması fonunda qiymətlərin artımı və cərimələrin artırılması müşahidə edilir.

Ötən ilin dekabrında sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr iki dəfə artırılıb. Bu ilin yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 11 faiz, dizelin 1 litrinin qiyməti isə 33 faiz artırılıb. Fevralın 1-dən isə içməli suyun qiyməti 2 dəfə artırıldı.

Pandemiya vəziyyətinə görə əhali təbəqələrinin gəlirlərinin daha da azalmasının müşahidə olunduğu vaxtda tariflərin artması nəticəsində malların və xidmətlərin qiyməti sürətlə bahalaşdı, sosial rifahın səviyyəsi aşağı düşdü.

Xatırladaq ki, sahibkarlar cərimələrin silinməsi üçün hökumətə müraciət edib. Onların müraciətində qeyd edilib ki, pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.

Sosioloq Elçin Bayramlı bildirib ki, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır: “Bir ildir pandemiya ilə bağlı milyonlarla insan işsiz qalıb, gəliri dayanıb və ya azalıb. Üstəlik də, bahalaşma gedir, inflyasiya sürətlənir ki, bu da aztəminatlı və işsiz əhalinin vəziyyətini daha da çətinləşdirir. Belə bir vəziyyətdə insanlara maskanı burnundan aşağı salıb nəfəs almağa görə minimum əməkhaqqı məbləğində ağır cərimələr yazmaq ədalətsizlikdir. Onsuz da sosial narazılıq pik həddə çatıb. Ölkədə yaşayış minimum təqribən 200 manatdır (196 manat). Bu o deməkdir ki, 5 nəfərlik orta statistik ailənin aylıq gəliri minimum 1000 manat olmalıdır. Lakin ailələrin 80 faizindən çoxunda aylıq gəlir 1000 manatdan azdır, bir çoxunda hətta 500-dən az. Bu o deməkdir ki, bu insanlar faktiki olaraq acından ölməlidirlər, çünki adambaşına yaşamaq üçün 200 manatdırsa və sənə 100 manat və daha az düşürsə, bu artıq mövcudluğun qorunub saxlanılmasına da kifayət etmir”.

E.Bayramlı təklif edir ki, hökumət sosial müdafiəni gücləndirməli, maaş və pensiyaların artmasını təmin etməli, bahalaşmanın qarşısını almalı, vergi və rüsumları aşağı salmalı, cərimələri dayandırmalı, yeni iş yerlərinin yaradılmasını təmin etməli və pandemiyaya görə qadağan olunan obyektlərin fəaliyyətini bərpa etməlidir: “Yanacağın və suyun bahalaşması dolayı yolla bütün sahələrə təsir göstərir və bahalaşma davam edəcək. Bu şəraitdə əhalinin vəziyyəti daha da ağırlaşa bilər. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bu qədər maliyyə yoxdur deməsinlər. Var, özü də artıqlaması ilə. Bunun üçün maliyyə imkanları lazım olduğundan on dəfələrlə çoxdur. Bizim 50 milyarddan artıq strateji ehtiyatlarımız var, bəs onlar nə günlər üçün yığılıb? Həmin vəsaitlərdən istifadə edilməlidir.

Əgər pula qənaət etmək lazımdırsa, yarım milyardlıq 7 ulduzlu idarə binaları tikməyi və bəzək düzək işlərinə milyardlarla pul xərcləməyi dayandırsınlar. Vəsaitlər sosial müdafiəyə və real iqtisadiyyata qoyulmalıdır. Özünüməşğulluq proqramının əhatə dairəsi və maliyyə bazası on dəfələrlə artırılmalıdır. Beləliklə, insanlar özlərinə iş və gəlir təmin edər, məhsul istehsal edər, xidmət göstərər, məşğulluq problemi aradan qalxar, ölkədə iqtisadi aktivlik və pul dövriyyəsi artar, sosial vəziyyət yaxşılaşar. Paralel olaraq, ÜDM və büdcə gəlirləri də artar, idxaldan asılılıq, ölkədən valyuta çıxışı və müvafiq olaraq dövlətin sosial xərcləri azalar və s. Göründüyü kimi, vəziyyəti qəfil və effektli şəkildə yaxşılaşdırmaq üçün çox asan yol var. Hökumət bunu etməlidir. Etməsə çox ciddi problemlər yaranacaq”.

İqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, əhali gəlirlərinin azaldığı nəzərə alınaraq cərimələrdə güzəştlər edilməlidir: “Cərimələr praktik olmalıdır. Yəni cərimədə əsas məqsəd cəza deyil, əksinə profilaktikadır, qaydalara əməl etmək üçün stimullaşdırmaqdır. Təəssüf ki ölkəmizdə cərimələr cəza mexanizmi kimi istifadə olunur. İnsanların və şirkətlərin cərimələnməsi ilə bağlı müəyyən güzəştlər edilə bilər.

İnsanların gəlirləri azalıb. Ünvanlı sosial yardım alan və ya 190 manat birdəfəlik ödəmə alan şəxs cərimələnibsə, hər bir halda həmin şəxsə kompensasiya verilməlidir. Bunun üçün sosial siyasət dəyişməlidir”.

Ekspert bildirib ki, sahibklara da güzəştlər edilməlidir, vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalıdır.

https://www.bizimyol.info/az/news/325098.html?fbclid=IwAR3F_K1oUBuBA920rsOftHQu0t1lGeLZ-Gc8bM2L82CV7w1HHM1NTquUQAA

“İndi yarım milyarda bina tikmək vaxtı deyil”

Elçin Bayramlı: “Xaricdəki 50 milyardın bir hissəsi ölkəyə gətirilməldir. Əlavə gəlirlər də sosial müdafiəyə və Qarabağın bərpasına yönəldilməlidir”

Neft qiymətlərinin bu il yenidən artacağı gözlənilir. Çünki yoluxmanın azalması, peyvənd olunanların sayının artması ilə əlaqədar xəbərlərin yayılması ümidverici gözləntilər qlobal neft bazarları iştirakçılarına da müsbət impulslar ötürür. Sənaye sahəsindəki hərəkətlənmələr, iqtisadiyyatın nisbətən canlanması neft bazarına da müsbət təsir göstərir.

Doğrudur, hələlik Beynəlxalq Enerji Agentliyi (IEA) COVID-19 mutasiyalarının yayılma ehtimalını nəzərə alaraq, ilin ilk rübü üzrə neft tələbi proqnozlarını səsləndirməkdə səbrli davranır. Lakin qlobal neft tələbinin pandemiya səbəbilə itirdiyi həcmin 60%-ni geri qazanacağı və bu il keçən illə müqayisədə sutkada təxminən 5,4 milyon barrel (6%) artımla gündəlik 96 milyon 440 min barrel səviyyəsinə çatacağı təxmin edilir.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, qlobal neft təklifi, keçən ay dekabr ayı ilə müqayisədə sutkada təxminən 580 min barrel artımla gündəlik 93 milyon 630 min barrel olub.

Bu rəqəm, 2020-ci ilin aprel ayından bu yana ən yüksək səviyyədir. Təbii ki, bazarda neftə tələbat artdıqca qiymət artımı da gözləniləndir.

Maraqlıdır, neft ölkəsi olan Azərbaycan qiymət artımından qazanacağı vəsaiti hansı sahələrə sərf edəcək?

«Altay» Sosial İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya deyib ki, nefdən gələn əlavə gəlir sosial sahəyə və daxili istehsalın inkişafına yönəldilməlidir:

“Büdcədə bir barel neftin qiyməti 40 dollar müəyyənləşdirilib. Bu da o deməkdir ki, biz təxminən 50 faiz artıq gəlir əldə edirik. Bunun özü çox böyük göstəricidir. Pandemiyanın səngiməsi ilə əlaqədar bir sıra ölkələrdə, xüsusən də Çində neftə tələbat artır. Yəni neftin qiyməti qalxacaq. Proqnozlar neftin bir barelinin 70 dollaradək bahalaşacağını göstərir.

Üstəlik də Amerikada Bayden hakimiyyətədə gələndən sonra yürütdüyü siyasət neftin bahalaşmasını şərtləndirir. İndi məsələ bizim neftin bahalaşmasından sonra əldə etdiyimiz əlavə gəlirləri necə istifadə etməyimizdir. İlk növbədə sosial müdafiəyə vəsait ayrılmalıdır. Çünki bahalaşma gedir, əhalinin gəlirləri azalır və pandemiya ilə bağlı əhali çox ciddi zərər çəkib.

Yəni, faktiki inflyasiya gedir. İkincisi isə Qarabağda quruculuq proseslərinə vəsait yönəldilməlidir. Çünki orada böyük iş yerləri açmağa şərait var. Əgər bu ərazilərə investisiyalar yönəldilər və iş yerləri açılarsa, o zaman cəmiyyətin də sosial rifahı qaydasına düşər. Bu quruculuq işləri zamanı azad olunmuş ərazilərdə qalan evləri müəyyən qədər təmir edib, əhalinin bir qismini hələlik də olsa, o ərazilərə köçürmək lazımdır.

Büdcə gəlirləri buna tam şəkildə çatmaz. Paralel olaraq, hökumət investisiya imkanlarından da istifadə etməlidir. Xarici investorlar da bu işlərə cəlb edilməlidir”.

E.Bayramlı hesab edir ki, əlavə gəlirləri bahalı bina tikintisinə və vacib olmayan digər sahələrə xərcləyənlər bu işlərini iki il təxirə salsalar, daha yaxşı olar:

“Qaldı neftdən gələn nəzərdə tutulandan əlavə gəlirlərin büdcəyə transfertinə, bu pullar mənasız şeylərə xərclənməməlidir. Pandemiya dövründə 480 milyonluq binalar tikdirmək eşqinə düşənlər bu gəliri havaya sovurmamalıdır.

Heç olmasa, qarşıdakı iki il ərzində bu bahalı binaların, 7 ulduzlu otellərin tikintisi, bəzək- düzək işləri dayandırılmalıdır. Bu, həm pandemiyadan çıxışımız üçün lazımdır, həm də işğaldan azad olunmuş Qarabağda nəhəng infrastruktur işləri görülür, həmin işlərə sərf olunmalıdır. Hökumət bu dəfə çalışmalıdır ki, daha az lazımlı olan istiqamətlərdə xərcləri azaldıb, bu iki ildə əlavə vəsaitləri sosial sahəyə və Qarabağda quruculuq işlərinə, əhalinin oraya köçürülməsinə sərf etsin”.

Ekspert deyir ki, bundan başqa dövlət aqrar sektorun inkişafı üçün xüsusi subsidiyalar ayıra bilər:

“Çünki aqrar sektorumuz sıradan çıxır. Kiçik və orta sahibkarlıq real şəkildə inkişaf etdirilməli, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilməlidir. Bizim vəsaitimiz və bütün imkanlarımız olduğu halda Dünya Bankı gəlib burada özünüməşğulluq proqramları təşkil edir. Bu, bizə yaxşı imic qazandırmır. Axı bizim xaricdə 50 milyardlıq strateji ehtiyatlarımız var və 1 faiz gəlirlə orada yatır.

Bəzən dünyada baş verən məzənnə dəyişikliyi ilə bağlı bu 1 faizi də əldə edə bilmirik. Əgər həmin vəsaitin bir hissəsi yerli iqtisadiyyatın dirçəldilməsinə sərf edilsəydi, 1 yox, 5 faiz gəlir gətirərdi. Nəticədə yerli iqtisadiyyat güclənər, idxaldan asılılığımız azalar, gəlirlər artar və s. Bunun 20-dən çox müsbət tərəflərini saymaq olar. Demirəm ki, 50 milyardın hamısı ölkəyə gətirilsin.

Təbii ki, ölkənin müəyyən qədər strateji ehtiyatı olmalıdır. Amma 50 milyarddan bir neçə milyard gətirib iqtisadiyyata qoymaq olar. Biz xammal satıcısından istehsalçıya çevrilərik. Qarabağın özündə tekstil sənayesinin qurulması üçün kifayət qədər imkanlar mövcuddur. Eyni zamanda, oranın ərzaq sənayesi üçün də imkanları genişdir. Dünyada vəziyyət getdikcə gərginləşir”.

Ekspert qeyd edib ki, əgər pandemiyanın növbəti dalğası ilə əlaqədar əlaqələr kəsilərsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək:

“Çünki yerli istehsal yoxdur. Diş çöpünü belə xaricdən idxal edirik. Deməli, hökumət bu vəsaiti real iqtisadiyyata yönəltməldir. İndi 500 milyona bina tikmək vaxtı deyil. On görə də hökumət gəlirlərlə xərclədiyi vəsait haqqında hesabat verməlidir ki, nə qədər gəlir gəlib, nəyə xərclənib və hansı nəticə əldə edilib. Heç olmasa əlavə gəlirləri istehsal sahələrinə, iş yerlərinin yaradılmasına yönəltmək lazımdır.

İllərdir ki, bu məsələ danışılsa da, heç bir nəticəsi olmur. Bu məsələlər Milli Məclisdə də qaldırılmalıdır. Əgər hər kəsin işi olsa, insanların bahalaşma ilə bağlı narazılığı da olmaz. Əgər neftin qiyməti artırsa, bu, daşınma xərclərinə də sözsüz təsir edir. Nəticədə idxal məhsulları bahalaşır. Bu da son nəticədə əhalinin üzərində qalır. İmkan verilsin ki, xaricdən istehsal dəzgahları gətirilsin. Gömrük orqanları bu məhsullara problem yaratmasın. Həmin avadanlığın sorğusuz-sualsız ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Əgər eyni məhsul ölkədə istehsal olunursa, xaricdən idxal olunan eyni məhsullara əlavə rüsum qoyula bilər. Amma bizdə həmin məhsulların istehsalı yoxdu. Ölkədə sadələşdirilmiş vergi dərəcəsi biabırçı vəziyyətdədir. Məsələn, Bakı ilə hansısa ucqar bir kəndin sadələşdirilmiş vergi dərəcəsi eyni ola bilməz. Əgər şəhərdə 2 faizdirsə, rayon üçün 1 faiz olmalıdır.

Digər tərəfdən, manat güclü olanda da dövriyyə 200 min idi, indi də elədir. Halbuki manat 2 dəfədən çox ucuzlaşıb. Yəni, dövriyyə limiti ikiqat artırılmalıdır ki, sahibkar biznesini inkişaf elədirə bilsin. Əgər bütün bunlar olmasa, bu il bizi ağır vəziyyət gözləyir. Çünki enerji daşıyıcılarının və digər məhsulların qiyməti qalxır, bu da bütün məhsullara təsirsiz ötüşməyəcək.

Əli Bədir

https://m.cebhe.info/xaricdeki_5_milyardin_bir_hissesi_olkeye_getirilmeldir_ldquo_indi_500_milyona_bina_tikmek_vaxti_deyil_rdquo-265249?fbclid=IwAR2ksvwdebKslpmZpzLq7bf6VUuoiIrsVGxASrYtVF-SRUjs04YDQXgVg8U

Azərsu-nun regional idarəsi işçilərinə və abonentlərə necə divan tutur? – ŞİKAYƏT

“Abonentlərə qanunsuz borclar yazılır, əhaliyə çirkli su verilir, işçilər istirahət günləri işlədilir, “leviy” su xətlərindən yığılan pullar mənimsənilir, qohumbazlıq və rüşvət baş alıb gedir…”

TvPress.Az internet qəzetinin redaksiyasına Tovuz rayonundan bir qrup vətəndaşın müraciəti daxil olub. Müraciətdə Azərsu ASC-nin Tovuz şəhərində yerləşən 8 nömrəli Regional Su-Kanal İdarəsinin sakinlərin başına açdığı oyunlardan, idarənin öz işçilərinə qarşı apardığı istismar siyasətindən şikayət olunur. Müraciəti təqdim edirik.

“Hörmətli redaksiya. Azərsu-nun 8 nömrəli Regional Su-Kanal İdarəsi Tovuzda yerləşir. Regional idarədə qohumbazlıq pik həddədir. İdarənin rəisi Darvin Hüseynov Aşağı Quşçu kəndindəndir. Bu şəxs, sahələrdə fəhlə işləmiş və heç bir səriştəsi və təcrübəsi, ixtisas təhsili olmayan öz qohumlarını yuxarı vəzifələrə təyin edib. Vaxtilə Tovuz su təsərrüfatını məhv etmiş və əhaliyə əsassız su borcları yazmış bu adamlar regional idarədə şöbə rəisləri təyin olunur. Hansı ki, bu adamlar mənimsəmə və dələduzluğa görə həbs olunmalıdılar.

Şənbə-bazar günləri şöbəsindən asılı olmayaraq bütün işçilər hamısı əhaliyə yazılmış qanınsuz borcları  yığmağa məcbur edilir. Halbuki, bu borcları vaxtilə bu sahədə işləmiş şəxslər qanunsuz və əsassız yazıblar, indi də onların yerinə gələn işçilər bu borcu zorla almağa çalışırlar.

Tovuzda su sahəsində vəziyyət getdikcə ağırlaşır. Rəsmi istirahət günləri olan şənbə və bazar günləri işçiləri işə çıxmağa məcbur edirlər, işə çıxmayana məcburi ərizə yazdırıb işdən qovurlar.

Borcu olan abonentlərin suyunu kəsməyən işçiləri incidib töhmətlə qorxudurlar. Aidiyyatı olmayan işçilər pul yığımına cəlb edilir. Məsələn, su və kanalizasiya qəzalarını aradan qaldırmaq sahəsində çalışan işçilər, su pulu yığmağa məcbur edilir.

Əhalinin, abonentlərin başına nə oyunlar açılır, deyiləsi deyil.

Tovuz şəhəri, Düz Qırıqlı, Dönük Qırıqlı, Eyyublu, Aşağı Quşçu, Aşağı və Yuxarı Öysüzlü kəndləri, bir sözlə, su ilə təmin olunan bütün ərazilərdə abonentlərə bilərəkdən əlavə borclar yazılır və məcburən ödədirlər. Əvvəlki dövrdə abonentlərdən su pulunu yığıblar, amma çek verməyiblər, pulu mənimsəyiblər, indi həmin şəxslər işdən çıxıb, yeni işçilər yenidən bütün köhnə ödənişləri tələb edirlər.

İdarənin sahə rəisi Etibar Əhmədov sahəni rüşvət mənbəyinə çevirib. Kanalizasiya şəbəkəsinə qoşulmaq üçün 50 manat, su şəbəkəsinə qoşulmaq üçün isə 100 manat alınır. Halbuki, su-kanal sahəsində bütün bu işlər pulsuz, ödənişsizdir. Kodu olmayan bəzi obyektlərə qanunsuz su xətti verilir və oradan alınan pullar mənimsənilir. Baxımsızlıqdan su kanalizasiya axıntıları yollara axır və beləliklə də asfalt örtüyü də sıradan çıxır, dövlətə xeyli zərər dəyir.

Mənbəyini Ermənistandan götürən, Yuxarı və Aşağı Öysüzlü kəndlərindən keçən, heç bir maya dəyəri olmayan çay suyunu heç bir təmizləmə aparmadan əhaliyə içməli su adıyla kubu 60 qəpiyə satıb, pulunu da zorla camaatdan yığırlar. Şəhərə və kəndlərə verilən su da çox çirkli və çöküntülüdür. Zəyəm çayından çəkilən su kəmərində köhnə, çürümüş borulardan istifadə edildiyindən və su təmizlənmədiyindən evlərə verilən su çox pis vəziyyətdədir.

Bina mənzillərinin və həyət evlərinin su sayğaclarının plombu qəsdən sındırılır və buna görə abonentlərə haqsız cərimələr yazılır.

Təkcə abonentlərdən yox, işçilərdən də zorla pul yığırlar, belə ki, hər ay idarənin işçilərinin maaşlarından 2 fonda (Yaşat Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna) zorla pul tuturlar. Az maaşı olan və bu tutulmaya etiraz edənlər vətən xaini kimi damğası vurularaq işdən kənarlaşdırılır.

Bu məsələləri işıqlandırmanızı xahiş edirik ki, bəlkə bu sahədə biabırçılıqlara, qanunsuzluqlara son qoyula”.

İdarənin rəsmi feysbuk səhifəsində abonentləri maraqlandıran heç bir faydalı məlumat, şikayətlərə cavab və problemlərə izah yoxdur. Amma rəsmi səhifədə idarənin rəsmi adını belə düz yaza bilməyiblər. Azərbaycan dilində sukanal sözü yoxdur. Bu su-kanal yazıla bilər, su və kanal yazıla bilər, amma sukanal yazıla bilməz.  Dövlət idarələrinə heç olmasa orta təhsili olan şəxslər işə götürülməlidir, baxça təhsili ilə bu işlər alınmır.

Tovuz rayonundan su təsərrüfatındakı problemlər və qanunsuzluqlar barədə şikayətlər çoxdandır ki var. Lakin Azərsu rəhbərliyi bu problemləri həll etmək və qanunsuzluqları aradan qaldırmaq əvəzinə suyun qiymətinin bahalaşdırılması üçün saxta və əsassız “əsaslar” axtarmaqla və bahalı villa şəhərciyi tikməklə məşğul olduğundan, bu problemlərin qarşısı nəinki alınmayıb, əksinə, getdikcə daha da kəskinləşir. Xüsusən də, mənbəyini Ermənistandan götürən çayların suyunun təmizlənmədən əhaliyə verilməsi çox ciddi təhlükədir. Şikayətçilər su sahəsində digər problemlər barədə də məlumat göndərəcəklərini bildirirlər. Əsasən də, qanunsuz su xətləri barədə. Ümidvarıq ki, yuxarı orqanlar Azərsu-nun insanlarda sosial narazılığı gücləndirən, dövlətə zərər vuran bu fəaliyyəti ilə bağlı ciddi qanuni tədbirlər görəcəklər.

Elçin Bayramlı

TvPress.Az

“Rüşvət verən olmasa alan da olmaz”

Elçin Bayramlı: «Hökumətin düzəlməsi üçün əvvəlcə xalq dəyişməlidir»

«Bir ziyalı şəxs var, burda adını çəkmək istəmirəm, deyir ki, filan məmur məndən rüşvət tələb edir, deyirəm adını çək, yazaq qəzetdə ifşa edək cəzalandırsınlar. Deyir yox, mənim başım ağrımasın»

Baş prokuror  Kamran Əliyev korrupsiyaya qarşı mübarizənin daha da sərtləşəcəyini bildirdi. “Bu cinayətləri törədənlərə qarşı həmin sahədə korrupsiya şəbəkələri müəyyən edilməklə onların məhv edilməsi istiqamətində işlər davam etdirilməlidir. Onları elə məhv etməliyik ki, daha yerində başqa şəbəkələr yaranmasın”, deyən baş prokuror ziyanın ödənilməsi istiqamətində Baş Prokurorluq tərəfindən həyata keçirilən işlərdən də danışıb və qeyd edib ki,  korrupsiya cinayətləri nəticəsində dövlətə və vətəndaşlara vurulmuş ziyanın ödənilməsi çox vacibdir.

Dövlət büdcəsinə və vətəndaşlara vurulan ziyan bərpa edilməlidir. Lakin bir çox hallarda vətəndaşları daha çox onlara vurulan ziyanın ödənilməsi maraqlandırır, nəinki təqsirli şəxsin məsuliyyətə cəlb edilməsi. Təbii ki, bunların hər ikisi təmin edilməlidir, həm vətəndaşa və dövlətə vurulan ziyan bərpa edilməli, həm də təqsirli şəxs məsuliyyətə cəlb olunmalıdır.

Korrupsiya hallarının müəyyənləşdirilməsi, korrupsionerlərin məsuliyyətə cəlb edilməsi və bu sırada elə vətəndaşlara dəymiş ziyanın da ödənilməsi üçün ictimaiyyət nə etməlidir? Bəzən vətəndaşların ziyanın ödənilməsini tələb etdiyini, lakin korrupsiya hallarının aşkarlanmasında fəal olmadıqlarını da görürük.

Məsələ ilə bağlı “Şərq”ə danışan  sosioloq, “TvPress” internet qəzetinin baş redaktoru Elçin Bayramlı vətəndaş cəmiyyətinin belə məsələlərdə passiv olduğunu dedi:

— Vətəndaş cəmiyyəti “mənim işim deyil, mən qarışmıram, mənə nə”, prinsipi ilə qurulmur. Azərbaycanda dövlətin, hakimiyyətin mənbəyi xalqdır və cənab Prezidentimizin çağırışlarında həmişə vətəndaşlar  fəal olmağa, dövlət quruculuğunda, vətəndaş cəmiyyəti quruculuğunda iştirak etməyə, ölkədəki problem və nöqsanların aşkara çıxarılmasında öz töhfələrini verməyə çağrılır. Və dövlət başçısı özü ən sərt şəkildə neqativ halları, problemi deyir, öz vəzifəsini yerinə yetirməyən məmurları sərt tənqid edir. Bundan artıq nə olmalıdır ki, vətəndaşlar başa düşsün ki, vətəndaş məsuliyyəti vacib şeydir?!  Bu gün inkişaf etmiş ölkələrə baxsaq görərik ki, məhz belə cəmiyyətlər qurulub. Bizdə isə bir çox hallarda “mən” “biz”dən üstün tutulduğundan heç kim özünü əziyyətə salmır. Sonra da deyirlər, filan məsələ niyə həll olunmadı?

Mətbuat və QHT fəaliyyətimdə dəfələrlə belə hala rast gəlmişəm — bir yerdə problem var, onunla bağlı müvafiq nazirliyə müraciət edəndə deyirlər ki, bu barədə bizə sakinlərdən bircə nəfər də şikayət etməyib, məktub, zəng daxil olmayıb. Araşdırırıq, həqiqətən də heç kim şikayət etməyib.

Biri nədənsə qorxur, biri çəkinir, bizi özünü kiminləsə pis eləmək istəmir, biri “mən niyə deyim, qoy başqası desin”, fikirləşir və s. Belə vətəndaşlıq olmur, belə cəmiyyət yaranmır. Bizdə cəmiyyətin əvəzinə məmurlarla jurnalistlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri mübarizə aparır, vətəndaşların əvəzinə onların hüquqlarını tələb edirlər. Birisi aparıb məmura zorla rüşvət verir ki, oğlunu işə düzəltsin və ya filan məsələni həll etsin, sonra da deyir, ölkədə rüşvət var. Bəli, rüşvət var, amma sənə görə var. Sən rüşvət verirsən deyə var. Rüşvət verən olmasa alan da olmaz. Bu, adi məntiqdir.

E.Bayramlı qeyd etdi ki, belə təfəkkürlə yaşamaq məqbul sayılmır. Bu təfəkkürlə normal cəmiyyət, normal ölkə qurmaq mümkün deyil. Hökumətin düzəlməsi üçün əvvəlcə xalq dəyişməlidir. Çünki hökumət də, məmurlar da bu xalqdan çıxır, Yeni Zelandiyadan gəlmirlər:

— İndi cənab Prezident islahatlar aparır, ölkəni dəyişməyə, yeni ölkə qurmağa çağırır. Təəssüf ki, vətəndaşlar bu işdə ona lazımi dəstəyi vermirlər. Sizə konkret fakt deyim, bir ziyalı şəxs var, burda adını çəkmək istəmirəm, deyir ki, filan məmur məndən rüşvət tələb edir, deyirəm adını çək, yazaq qəzetdə ifşa edək cəzalandırsınlar. Deyir yox, mənim başım ağrımasın.

Prezident deyir ki, harda rüşvətxor məmur görsəniz məlumat verin, bunlar o məmuru gizlədir, müdafiə edir. Hələ bu ziyalıdır ey. Qısası, vətəndaşlar dəyişməsə, hökumət də, məmurlar da dəyişməyəcək. Bu, konkretdir.

Məlahət Rzayeva

https://sherg.az/xəbər/150317?fbclid=IwAR1q6PPd5eH3b7WAZW7xDr9jtqNSQ8FYlRI4sotqoiwcJzdeQ7tn01kb46Y

Yeni dələduzluq: Xakerlər elan saytları adından vətəndaşları necə soyur? — FOTOFAKT

Son günlərdə yeni bir fırıldaq və soyğunçuluq forması ortaya çıxıb.

Elan saytlarında öz malını satışa qoyan vətəndaşlara naməlum şəxs tərəfindən mesaj göndərilir ki, mən hazırda xaricdəyəm, ona görə də gəlib nağd pul verib götürə bilməyəcəm, pulu sizin kart hesabına köçürmək istəyirəm, zəhmət olmasa kart nömrəsini, Swift kodunu və kart tarixini göndərin. Ya da yazılır ki, məsələn, Lalafo-nun hesabına köçürürəm, pulu ordan götürə bilərsiniz. Bir az sonra telefona mesaj və link gəlir ki, Lalafo.az-dakı profil hesabınıza 500 manat köçürüldü. Link həmin saytın adı ilə başlayır və açılan səhifədə kartın məlumatlarını daxil etmək tələb olunur. Məlumatlar daxil olunduqdan sonra isə hesabınızdakı bütün pullar çıxarılır.

Bundan xəbərdar olan kimi onlayn satış saytları dərhal ön səhifədə bununla bağlı xəbərdarlıq qoyub (saytın foto skrininə bax- red). Lakin artıq neçə nəfər vətəndaş aldadılaraq bank hesabından xeyli pul çıxarılıb. Pulun hansı mənbədən çıxarıldığını da təyin etmək mümkün olmur.

Aşağıdakı fotoda 1 nəfər aldadılan və hesabından 1100 manat pulu oğurlanan (feysbuk skrin fotosuna bax- red) vətəndaşın şikayəti verilib.

Müətəxəssislər belə əməllərə qarşı ehtiyatlı olmağa, hesab nömrəsindən başqa digər məlumatların heç kimə verilməməsini məsləhət görürlər. Ümumiyyətlə, bank kartı istifadə edənlər ən azı bilməlidirlər ki, hesaba ödənişlə, hesabdan ödənişə fərqli kodlar tələb olunur. Hesaba ödəniş və ya köçürmə üçün bank hesab nömrəsi və (əgər kimsə terminaldan pul köçürəcəksə) şəxsiyyət vəsiqəsinin nömrəsi də tələb oluna bilər.

Kartdan ödəniş üçün isə öndə yazılan 16 rəqəmli kod, kartın bitmə tarixi, arxada qeyd olunan 3 rəqəmli Swift kodu tələb olunur- əgər siz bu kodları kiməsə vermisinizsə o sizin hesabdakı bütün pulu çıxara və ya aldığı mal üçün onlayn ödəniş edə bilər.

Ümumiyyətlə, ekspertlər kart hesabları üçün bankdan 3D təhlükəsizlik kodu almaq məsləhət görür.

Ehtiyatlı olun, elekron quldurların tələsinə düşməyin.

Elçin Bayramlı

Sosioloq deputatları sərt tənqid etdi

Elçin Bayramlı: “Ancaq öz maaşlarının, ezamiyyət və məzuniyyət pulunun artırılmasının davasını edirlər”

Milli Məclisin bəzi deputatların ilginc açıqlamaları ilə cəmiyyətin qəzəbinə səbəb olur.

Belə ki, ölkədə maddi böhran halları artıqca, əhalinin sosial problemləri pik həddə çatdıqca deputatların hökumətə yönəlik qəzəbləri azatlmaq üçün etdiyi cəhdlər hiddətə səbəb olur. Onlar sanki yarışa girmişcəsinə cəmiyyətin əsəbinə toxunan açıqlamalar verərək, gündəmi məşğul edirlər.

«TvPress» internet qəzetinin baş redaktoru, sosioloq-jurnalist Elçin Bayramlı Bizimyol.info-ya açıqlamasında bildirib ki, deputatlar daha çox öz maaşlarının, ezamiyyə ödənişlərinin və məzuniyyət pulunun artırılmasının davasını edirlər.

“Deputatların belə çıxışlarına artıq hamı adət edib, ona görə də heç kim təəccüblənmir. Çünki onların bu açıqlamaları heç nəyi dəyişmir, sadəcə, əhalidə qıcıq yaradır. Bunların xalqdan xəbəri yoxdur, bir neçə nəfəri çıxmaq şərtilə. Daha çox öz davalarını döyürlər- maaşlarımız artırılsın, ezamiyyə ödənişlərimiz artırılsın, məzuniyyət pulumuz artırılsın və s. 20-30 faizi ümumiyyətlə iclaslarla da olmur.

Bəzi faydalı təkliflərə gəldikdə, bunlar həmişə elə təklif olaraq qalır, çünki bir iki nəfər bu məsələni qaldırır, digərləri dəstəkləmir və boş söz yığını olaraq qalır. Qısası deputatlar heç nəyi həll eləmir. Hər şeyi hökumət həll edir. Deputatların 90 faizi təklif olunan qanun layihəsinə oxumadan, araşdırmadan səs verirlər”,-deyə E.Bayramlı bildirib.

Sosioloq təklif edirib ki, parlament buraxılsın, yenidən seçkilər keçirilsin: “Parlamentdə deputat sayı rayonların sayını nəzərə alaraq (iri şəhərlərdə 1-dən çox olmaqla) hər rayondan 1 nəfər olmaqla 70 nəfərə endirilsin. Bu 70 nəfər sırf peşəkar, yüksək intellektli, başqa işi olmayan, daimi parlamentdə oturan və xalqla görüşlərdə olan adamlardan seçilsin. Maaşların artırılmasında bəzi ölkələrdə tətbiq olunan qayda tətbiq edilsin- maaş artımı yalnız sonrakı çağırış deputatlar seçildikdə qüvvəyə minsin. Hər deputat məcburi olaraq ayda 1 dəfə mətbuat və seçiciləri qarşısında brifinq edərək hesabat versin. Bundan sonra parlamentdən nəsə gözləmək olar. İndiki halda şəxsən mən heç nə gözləmirəm”.

Ramid İbrahimov

https://www.bizimyol.info/az/news/314230.html

Elçin Bayramlı: “Qurtarın bu komediyanı”

“Bu hərəkətlərinizlə, dövlətə, xalqa, prezidentə xəyanət edirsiniz. Sosial narazılıq yaradır, milli birliyə zərbə vurursunuz. O nazir kreslonuz sizi xalqın, dövlətin cəzasından xilas etməyəcək”

Direktora ad günü töhməti və vətəndaşın küçədə cərimələnməsi… Bütün bunlar ədalət prinsipinə nə qədər uyğundur? İnsanlar küçədə maskasını aşağı endirdiyinə görə 100 manat cərimə olunduğu halda Təhsil Nazirliyinin töhmət qərarını və direktorun qanun qarşısında cavabdehlikdən yayınmasını necə dəyərləndirmək olar?..

Elçin Bayramlı: “Təhsil Nazirliyi belə rüsvayçı malalama cəhdinə görə ictimai qınağa məruz qalmalıdır. Üstəlik nazirliyə yuxarı orqanlardan sərt xəbərdarlıq edilməlidir”.

Xəbər verdiyimiz kimi 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova evində təşkil etdiyi doğum günü məclisi ilə karantin qaydalarını kobud şəkildə pozub.

Nailə Məmmədova fərdi yaşayış evində təşkil etdiyi məclisə onlarla şəxsi dəvət edib. Direktor həmçinin məclisə müğənnilər də çağırıb. Nailə Məmmədovanın evində baş tutan məclisdən çəkilən videogörüntülər iki gündür sosial şəbəkələrdə geniş şəkildə yayılır. Videoların birində direktor məclisə dəvət etdiyi müğənni ilə qucaqlaşır, onlardan hədiyyələr qəbul edir, qonaqlar isə bu anı lentə alır. İkinci videoda isə direktor kəsilən tortu bir-bir qonaqlara özü yedirir. Başqa bir videoda isə Nailə xanım çiyinlərinə Azərbaycan bayrağı taxaraq məclis üçün kəsilən qoyun cəmdəyini parçalara ayırır.

Xatırladaq ki, Nailə Məmmədova bir neçə dəfə sosial şəbəkələrdə və ölkə mediasında gündəm olub. Həm də şair olduğunu iddia edən Nailə Məmmədova yazdığı şeirlərlə sosial şəbəkə istifadəçilərini güldürməyi bacarıb.

Bundan başqa N.Məmmədova rəhbəri olduğu məktəbdə özbaşınalıq, rüşvət və korrupsiya halları ilə bağlı yazlan yazılara görə ona zəng edən jurnalisti təhqir etməsi ilə də diqqət mərkəzinə düşmüşdü.

Qeyd edək ki, ad günü ilə bağlı görüntülər yayıldıqdan sonra Təhsil naziri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədovaya şiddətli töhmət elan olunub. Sosial şəbəkələrdə məktəb direktoru Nailə Məmmədovanın sərt karantin rejimini pozaraq özünə ad günü keçirməsi və buna görə Təhsil Nazirliyinin direktora töhmət verməsi ciddi müzakirə obyektinə çevrilib.

Dünən isə Nailə Məmmədova sosial şəbəklərdə və yerli mətbuatda “üzr” vidosu yayıb. Sözü keçən videoda diqqət çəkən əsas məqam isə xanım direktorun yol verdiyi qanun pozuntusunda qətiyyən özünü günahkar hesab etməməsidir. Sitat: “Əgər mənim bu hərəkətim qəbahəhdirsə, onda mən Azərbaycan xalqından, Azərbaycan prezidentindən üzr istəyirəm”. Yəni Təhsil nazirindən şiddətli töhmət alan və Azərbaycanda karantin rejiminin pozulmasına nümunə yaradan məktəb direktoru “Əgər mənim bu hərəkətim qəbahəhdirsə…”, deyərək özü günahını etiraf etməkdən sadəcə qaçır. Əslində isə qanunlara bir daha hörmətsizliyini açıq şəkildə nümayiş etdirir.

Bu gün isə Nailə Məmmədovanın qardaşı, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov ifrat şəkildə bacısını müdafiə edərək baş verənlərin yayılmasına görə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə qarşı ittihamlar səsləndirib və və bir sıra məmurlara qarşı da təhqiramiz ifadələrdən istifadə edib. İctimai Nəzarət Koalisiyasının sədri olaraq Rasim Məmmədov həmçinin bacısınn əməlini ordumuzun zəfəri ilə küçələrdə sevinc yaşayan insanlarla əlaqələndirərk bildirib ki, inanmazdı ki, belə bir çəkiliş ola bilər. Həmçinin Rasim Məmmədov bacısının hüquqi şəxs olaraq karantin qaydasını pozduğuna görə 3000 min manat cərimə olunduğunu və Təhsil Nazirliyindən şiddətli töhmət aldığını qeyd edib. Maraqlıdır ki, həmin məclisdə iştirak edən müğənni Mətanət İsgəndərlinin cərimə olunması ilə bağlı mətbuatda məlumat yer alsa da, Nailə Məmmədovanın cərimə olunması barədə heç bir məlumat yayılmayıb.

Xatırladaq ki, bundan əvvəl ölkədə Prezident Adminstrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı böyük qalmaqal yaşanmışdı. Həmin vaxt ictimai qydaları pozduğuna görə toy sahibləri, sabiq deputat İlham Əliyev və onun qudası məhkəmə tərəfindən 15 günlük həbs cəzası ilə cəzalandırılmış, toyda iştirak edən Siyavuş Novruzov isə YAP-dakı vəzifəsindən istefa verməyə məcbur qalmışdı.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı ReAl-ın icraçı katibi Natiq CəfərliyəASAM rəhbəri, sosioloq Elçin Bayramlıya müraciət edib.

Bəs insanlar küçədə maskasını aşağı endirdiyinə görə 100 manat cərimə olunduğu halda Təhsil Nazirliyinin töhmət qərarını və direktorun qanun qarşısında cavabdehlikdən yayınmasını necə dəyərləndirmək olar? Hazırda baş verənləri qanunların aliliyi və cəmiyyətdə ədalət prinsiplərinə nə qədər uyğun hesab etmək olar?

Natiq Cəfərli: “Qanuna bu şəkildə yanaşma cəmiyyətdə qıcıq yaradır”.

Buna görə inzibati həbsə qədər cəza növünün olduğunu xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında bildirib ki, direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər:

Buna görə inzibati həbsə qədər cəza növünün olduğunu xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında bildirib ki, direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər:

Təssüf ki, bu cərimə qaydalarından heç biri məktəb direktorun tətbiq edilmədiyini gördük. Amma inzibati həbsə qədər cəza növü var. Direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər. Amma direktora həm vəzifəli şəxs, həm də hüquqi şəxs kimi ciddi şəkildə cərimə tətbiq edilməli idi.

Buna görə inzibati həbsə qədər cəza növünün olduğunu xatırladan Natiq Cəfərli PİA.az-a açıqlamasında bildirib ki, direktorun işində inzibati həbsin olub-olmamasına məhkəmə qərar verə bilər:

“Töhmət inzibati cəza vasitəsi kimi Nazirlik tərəfindən verilib. Dövlətin isə karantin qaydalarının pozulmasına görə öz qayda, qanunları var. Qanuna görə karantin rejimi pozulanda hüquqi, fiziki və vəzifəli şəxslərə tətbiq olunan cərimə və cəza qaydaları var.

Bu baş verməyəndə və qanunun tətbiqində ayrı seçkiliyə yol verildiyində təbii ki, insanlarda ədalətə inam hissinin zədələndiyini görmək mümkündür. Çünki hazırda cərimələrlə qarşı insanlarda sərt reaksiya var. Xüsusən kasıb və imkansız insanlarda. Hətta cuzi hüquq pozuntusuna görə cərimələrin olduğunu görürük. Məsələn maska burnundan aşağı olduqda belə ona cərimə yazırlar. Buna görə də qanuna bu şəkildə yanaşma cəmiyyətdə qıcıq yaradır”.

Elçin Bayramlı: “Müharibədə 3 minədək övladımız canını ona görə qurban vermədi ki, onların 40-ı çıxmamış siz ziyafətlər təşkil edib əylənəsiniz”

Yanvardan etibarən hökumətdə və digər dövlət orqanlarda ciddi yeniləmələrin olacağına əmin olan sosioloq Elçin Bayramlı isə PİA.az-a bildirib ki, harın, bacarıqsız şəxslər işdən uzaqlaşdırılacaq, onların yerinə vicdanlı, peşəkar, savadlı yeni kadrlar gətiriləcək:

“Belə hallar cəmiyyətə çox pis nümunədir. Xüsusən də, bunu özlərini ziyalı hesab edənlər etdikdə. Ümumiyyətlə, məmurlara, ictimai şəxslərə cəzalar daha ağır olmalıdır, çünki onlar neqativ halara yol vedikdə cəmiyyətə və qanunun aliliyinə daha çox zərər vurmuş olurlar.

Bəli, polis yoxsul vətəndaşa maskanı taxdığı, lakin burnunu nəfəs almaq üçün açıq qoyduğuna görə tam qanunsuz və məntiqsiz olaraq (heç bir qanun, heç bir qüvvə insanı oksigen almaq hüququndan məhrum edə bilməz, ondan karbon qazı ilə nəfəs alaraq ölməsini tələb edə bilməz) maaşının yarısı qədər ağır cərimə yaza bilir, amma cəmiyyətin gözü qarşısında saymazyana, lotuyana, başqalarına acıq verirmişcəsinə kütləvi əyləncə mərasimləri təşkil edən varlılar çox yüngül “cəzalandırılır”.

Bu yanaşma dəyişməlidir. Qanun alidirsə, hamıya aid olmalıdır, cənab Prezidentin sözləri ilə desək, heç kimin xüsusi statusu yoxdur, heç kim toxunulmaz deyil, heç kim qanundan üstün deyil. Təhsil Nazirliyi belə rüsvayçı malalama cəhdinə görə ictimai qınağa məruz qalmalıdır. Üstəlik nazirliyə yuxarı orqanlardan sərt xəbərdarlıq edilməlidir.

Elçin Bayramlı: “Bu hərəkətlərinizlə, dövlətə, xalqa, prezidentə xəyanət edirsiniz. Sosial narazılıq yaradır, milli birliyə zərbə vurursunuz”.

Bu direktor və onun kimilərə isə demək istəyirəm ki, bir abrınız, həyanız olsun. Bəzi vətəndaşlarımız uşağına çörək ala bilmir, yoxsulluqdan, pandemiyadan zərər çəkir, adi məişət qayğılarını həll edə bilmir. Siz belə harın məclislərlə nə demək istəyirsiniz ki? Müharibədə 3 minədək övladımız canını ona görə qurban vermədi ki, onların 40-ı çıxmamış siz ziyafətlər təşkil edib əylərnəsiniz. Bir vicdanınız olsun.

Ümumiyyətlə vəzifələrdə belə adamlar nə gəzir? Filankəsin qohumudur, filankəsin kəndçisidir, deyə bunları kim qoyub ora? Qurtarın bu komediyanı. Bu hərəkətlərinizlə, dövlətə, xalqa, prezidentə xəyanət edirsiniz. Sosial narazılıq yaradır, milli birliyə zərbə vurursunuz. O nazir kreslonuz sizi xalqın, dövlətin cəzasından xilas etməyəcək.

Təklif edirəm ki, belə hallar olanda həmin məmuru ora təyin edən daha ciddi cəzalandırılsın.

Dəqiq əminəm ki, yanvardan etibarən hökumətdə və sair orqanlarda ciddi yeniləmələr olacaq, belə bivec, müftəxor, harın, bacarıqsız şəxslər işdən uzaqlaşdırılacaq, onların yerinə vicdanlı, peşəkar, savadlı yeni kadrlar gətiriləcək. Biz müharibədən sonra yeni ölkə qurmalıyıq, burada daha belələrinə yer yoxdur və olmayacaq da. Şələ-külələrini hazırlasınlar”.

Nərminə Umudlu

pia.az

ASAM rəhbəri: “TƏBİB rəhbərliyi dərhal və qeyd-şərtsiz istefaya göndərdilməlidir”

“Ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar?”- Sosioloqdan Ramin Bayramlıya sual

TƏBİB COVİD-ə görə məsuliyyət daşıyan qurumdursa, bəs testlərin qiymətinə niyə cavabdehlik edə bilmir?..

“Bildiyimə görə test xaricdən 15 manat civarında alınır. Amma özəl və “gözəl” klinikalar onu 5 qat qiymətə əhaliyə satıb pandemiya və milli faciə üzərindən yaxşı biznes qurur, milyonlar qazanırlar”.

Bu sözləri sosioloq Elçin Bayramlı TƏBİB-in covid testlərinin qiyməti ilə bağlı verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanda covid testinin qiymətləri əhalinin gəlirlərinə adekvat deyil və bu əhalinin haqlı narazılığına səbəb olur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, testlərin qiymətilə özəl müəssisələr məşğuldur və onlar bu işə baxmırlar.

TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum xəstələrin müalicəsilə məşğuldur:

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik.

Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.

Artıq ölkədə adət halını alıb ki, bu cür məsələlər olanda qurumlar problemi bir-birlərinin üzərinə atsınlar. Təbii ki, bundan da əziyyət çəkən əhali olur.

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Səhiyyə sisteminin bütün rəhbərləri istefaya göndərilməli, Operativ Qərargah üzvləri yenidən təşkil olunmalıdır”.

Virusla müharibənin nəticələri Qarabağ müharibəsində verdiyimiz itkilərimizi keçmək üzrədə olduğunu vurğulayan sosioloq bildirib ki, belə getsə, daha ağır nəticələr olacaq. Problem ondadır ki, əksər vətəndaşlarımız müayinə olunmaq, test etdirmək üçün pul tapa bilmirlər. Nəticədə də yoluxma və ölüm halları artır:

“Başdan deyim ki, bu açıqlamaya görə, TƏBİB sədri Ramin Bayramlı dərhal və qeyd-şərtsiz istefaya göndərdilməlidir. Bu nə deməkdir? Necə yəni, testlərin qiyməti ilə özəl şirkətlər məşğul olur və biz bu işə baxmırıq? Bu ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar? Bu adi proses, adi dərman deyil ki, kim necə istədi satsın.

Əvvəla, qlobal epidemiya ölkələri, əhalini məhv etdiyi, minlərlə vətəndaşımızı öldürdüyü, milli və dövlət təhlükəsizliyimizi təhdid etdiyi bir vaxtda nə özəl klinikabazlıqdır? Bu milli fəlakətdir. Burada heç bir özəldən, gözəldən söhbət gedə bilməz. Bu işlə yalnız dövlət məşğul olmalıdır. Bu testlər bildiyimə görə xaricdən 15 manat civarında alınır. Amma özəl və “gözəl” klinikalar onu 5 qat qiymətə əhaliyə satıb pandemiya və milli faciə üzərindən yaxşı biznes qurur, milyonlar qazanırlar. Hansı ki, bu klinikaların səhiyyə sisteminin başında duranlara məxsus olması haqda ictimaiyyətdə ciddi şübhələr var. Nəticədə yoluxmalar astronomik həddə çatıb ölənlərin sayı xeyli artıb.Əhalinin taleyi üzərində kimlərsə pul qazanmalı deyil.

Elçin Bayramlı: “Əhalinin taleyi üzərində kimlərsə pul qazanmalı deyil”.

İkincisi, niyə vətəndaşlardan müayinə və mülaicə üçün pul alınır? Bəs icbari tibbi sığorta nədən ötrüdür? Bu testləri, dərmanları dövlət gətirməli, dövlət xəstəxanalarının sərəncamına verilməli, vətəndaşlar pulsuz testdən keçməli, pulsuz müayinə və müalicə olunmalıdırlar. Əks halda böyük bir faciə ilə qarşılacağıq. Virusla müharibənin nəticələri Qarabağ müharibəsində verdiyimiz itkilərimizi keçmək üzrədir və belə getsə, daha ağır nəticələr olacaq. Problem ondadır ki, əksər vətəndaşlarımız müayinə olunmaq, test etdirmək üçün pul tapa bilmirlər. Nəticədə də yoluxma və ölüm halları artır.

Üçüncüsü, hesab edirəm ki, TƏBİB-in və Operativ Qərargahın səhv və ziyanlı qərarları sayəsində virusla mübarizədə nəticə vermədi, dövlətin milyardlarla pulu batdı, minlərlə vətəndaşımız öldü, on minlərləsi yoluxdu. Üstəlik, insanların müqaviməti də aşağı düşdü və bu o deməkdir ki, getdikcə yoluxma və ölüm sayı artacaq. Yay mövsümündə hər yeri bağlayıb, insanları dənizdən, havadan, günəşdən məhrum etməklə immuniteti və orqanizmin müqavimətini sıfıra saldılar. Metronu bağlayıb, avtobuslarda sərnişinləri daha sıxlıqda getməyə məcbur etdilər. Virusun yayılmasına daha çox səbəb olacaq obyektləri qoyub, daha az təhlükə olan obyektləri bağladılar. Rahatca deyə bilərəm ki, görülən bütün tədbirlər səhv və effektsiz oldu.

Elçin Bayramlı: “Bu klinikaların səhiyyə sisteminin başında duranlara məxsus olması haqda ictimaiyyətdə ciddi şübhələr var”.

İndi isə, testlər, müayinə və müalicədə ciddi biabırçılıqlar baş alıb gedir. Vəziyyəti ağırlaşan vətəndaşlar xəstəxanalara qəbul olunmur və ölürlər. Apteklərdə dərman tapılmır. Bu məsələlər həll olunmaq əvəzinə polis gecə çöldə yaxın bir neçə yüz metrdə insan olmadığı yerdə tək gəzən adamı saxlayıb maska taxmadığına görə 100 manat cərimə yazır. Halbuki, buna hüquqi və qanuni ixtiyarı yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır.

Qarabağ müharibəsini udduq, virusla müharibəni uduzuruq- məhz bivec, bacarıqsız məmurların ucbatından. Ona görə də, səhiyyə sisteminin bütün rəhbərləri istefaya göndərilməli, Operativ Qərargah üzvləri yenidən təşkil olunmalıdır. Virusla mübarizə proqramı yaradılmalı, bu sahədə uğur əldə etmiş ölkələrin müsbət təcrübəsindən istifadə olunmalıdır”.

Nərminə Umudlu

pia.az

YAŞAT ki, yaşayasan — TƏKLİF

Prezident İlham Əliyevin fərman ilə Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT”) yaradılması çox təqdirəlayiqdir

Fondun vəsaiti müxtəlif mənbələr hesabına formalaşdırılacaq. Bunlar fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, qanunla qadağan olunmayan digər mənbələr ola bilər.

Belə bir fondun yaradılması çox vacibdir. Çünki bu müharibənin nəticələri təkcə dövlətin yox həm də xalqın gücü ilə reallaşır və vətəndaşlarımız, şirkətlərimiz də Vətən müharibəsində qəhrəmancasına həlak olmuş və ya yaralanmış hərbçilərimizin ailələrinə yardım göstərmək istəyirlər.

Xüsusən də, aztəminatlı əsgərlərimiz və şəhid ailələrinə yardımları dövlətlə bərabər, vətəndaşlar da edir və etməlidir. Hazırda bu iş çox pərakəndə və sistemsiz gedir. Bəzən bir ailəyə bir neçə fərqli yerdən yardımlar edilir, hansısa yaddan çıxır. Birinə ehtiyacından artıq, birinə ehtiyacından aşağı yardımlar edilir. Fondun mövcudluğu bu işi mərkəzləşdirilmiş qaydada və sistemli şəkildə aparmağa imkan verəcək.

Bu həm də dövlətimizin onsuz da çox ağır olan yükünü azaldacaq. Məlum olduğu kimi, uzun illərdir dünyada davam edən iqtisadi böhran, neft qiymətlərinin düşməsi, pandemiya və ağır müharibə dövlətimizə on milyardlarla manat zərər vurub. Gəlirlər azalıb, xərclər artıb.

Qarşıda isə, dövlətimizi çox nəhəng işlər gözləyir. Qarabağ demək olar ki tamamilə bərpa olunmalı, minalardan və dağıntılardan təmizlənməli, yüz minlərlə köçkünün qaytarılması üçün evlər tikilməli, yüzlərlə kənd, qəsəbə yenidən tikilməli, azı-7-8 şəhər səhər tam bərpa olunmalı, yol, su, qaz, elektrik, rabitə və s. infsrastruktur yaradılmalı, müəssisələr, dövlət idarələri, məktəblər, baxçalar, xəstəxanalar və sosial obyektlər tikilməlidir. Bunlara ağlagəlməz məbləğdə xərc, zəhmət və vaxt tələb olunur.

Üstəlik, pandemiya ilə bağlı dövlətin nəzərdə tutulmayan xərcləri də kəskin artıb. Belə bir vəziyyətdə xalqımız YAŞAT Fondunun vasitəsilə humanitar və sosial yardımların edilməsində öz köməyini göstərəcək. Dövlətimiz isə onlara müavinətlərdən əlavə xeyli güzəştlər tətbiq edəcək, üstünlüklər yaradacaq, mənzil və avtomobil ehtiyacları həll ediləcək.

Təklif edirəm ki, yüksək vəzifəli dövlət məmurları, deputatlar, yüksək maaş alan şirkət rəhbərliyi, kiçik bizneslə məşğul olan imkanlı fiziki şəxslər öz 1 aylıq əməkhaqlarını bu Fonda köçürsünlər. Sadə vətəndaşlar isə hərə imkanına görə köçürmə edəcək. Bu vəsaitlərin şəffaf toplanması və idarə olunması üçün daxilolmalara və xərclərə ictimai nəzarət imkanı da yaradılmalıdır.

Biz də vətəndaş olaraq bu Qələbəyə öz töhfəmizi verdiyimiz kimi, bu işlərdə də eynisini etməliyik. Hərəmiz əlimizdən gələn qədər. 1 əsrlik respublikla tariximizin ən böyük Qələbəsinin nəticələrini yaşamalı və yaşatmalıyıq.

Necə deyərlər, YAŞAT ki yaşayasan.

Elçin Bayramlı

SİA

Koronavirusa qarşı peyvənd məcburi ola bilərmi?- ŞƏRH

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır…

Ekspert: “Peyvənd məcburi ola bilməz. Xüsusən də hələ elmi nəticələri bilinməyən, uzunmüddətli testlərdə təsdiq olunmayan şübhəli bir peyvənd məcbur ola bilməz”.

“İndi bu virus ona görə aktiv təsirə malikdir ki, bütün dünyada hər 100 nəfərdən 80-nin immuniteti zəifdir. Lakin buna baxmayaraq hər 100 nəfərdən cəmi 1-2 nəfəri ölür. Demək virus immuniteti zəif də yox, sıfır olanları, çoxlu xroniki xəstəlikləri olanları öldürə bilər ki, bunu da hər hansı bir adi virus və ya xəstəlik də edə bilir”.

Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı koronavirus əlehinə peyvəndin məcburi olub-olmamasını PİA.az-a şərh edərkən qeyd edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hesab etmir ki, koronavirus əleyhinə peyvənd məcburi olmalıdır. Bu barədə təşkilatın İmmunitetləşdirmə Departamentinin rəhbəri Keyt O Brayen bildirib.

Bir qədər əvvəl analoji fikirlə Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan da çıxış edib.

Qeyd edək ki, pandemiyanın əvvəlindən dünyada koronavirusa 67 milyon yoluxma qeydə alınıb, virusa yoluxmuş 46 milyon insan sağalıb, eyni zamanda 1,5 milyondan çox pasiyent təhlükəli infeksiyanın qurbanı olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Bəs məcburi peyvənd bu bəladan çıxış yolu ola bilər və bu nədər qanunidir?

Mövzunu PİA.az-ın əməkdaşı ekspert Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Normal immuniteti olan insana nəinki bu virus heç bir xəstəlik yaxın gələ bilməz. Lakin insanların çoxu öz həyat tərzləri ilə özlərini tədricən öldürməyə çalışırlar”.

Bəladan çıxış yolunun peyvənd olmadığını düşünən ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, yüzlərlə xəstəlik var- hərəsinə 1 peyvənd vurulsa, insan orqanizmi ultrakimyəvi anbara dönər:

“Peyvənd məcburi ola bilməz. Xüsusən də hələ elmi nəticələri bilinməyən, uzunmüddətli testlərdə təsdiq olunmayan şübhəli bir peyvənd qətiyyən məcburi ola bilməz. İnsanlara zorla peyvənd vurmaq olmaz. Bu beynəlxalq insan hüquqları konvensiyasına da, Konstitutsiyaya da, bütün qanunlara da zidd bir əməl olardı. Bu, yalnız könüllü ola bilər.

Bəladan çıxış yolu peyvənd deyil. Yüzlərlə xəstəlik var- hərəsinə 1 peyvənd vurulsa, insan orqanizmi ultrakimyəvi anbara dönər. İnsan orqanizminin özündə çox güclü peyvənd var, çox güclü müdafiə sistemi var. Sadəcə, qeyri-təbii həyat tərzi ilə, süni qidalanma ilə, streslə immuniteti sıfıra salmamaq, xroniki xəstəliklər qazanmamaq kifayətdir.

Normal immuniteti olan insana nəinki bu virus heç bir xəstəlik yaxın gələ bilməz. Lakin insanların çoxu öz həyat tərzləri ilə özlərini tədricən öldürməyə çalışırlar. Bunu bir çoxu savadsızlıqdan, bəziləri imkansızlıqdan, bəziləri də bilərəkdən edir. Mənasız hətta effektsiz qorxuducu təbliğata çəkilən xərcləri insanların immunitetinin güclənməsinə, təbii və sağlam həyat tərzinə, iş şəraitinə, idmana sərf etsələr istənilən bəlanın öhdəsindən gəlmək olar.

Elçin Bayramlı: “Müasir insanlar təbiətin bütün qanunlarına tüpürərək yaşayır və həm də sağlam olmaq istəyirlər. Bu, praktiki olaraq mümkün deyil”.

Televiziyalarda insanlara qorxulu əhvalatlar danışıb stress yaratmaq və immun sistemini zəiflətmək əvəzinə, təbii və sadə yollarla immuniteti necə möhkəmləndirməyin qaydaları öyrədilməlidir. Hamı immuniteti gücləndirmək üçün apteklərdə dərman axtarır. İmmuniteti gücləndirən dərmanlar apteklərdə deyil, bazardadır, dükanlardadır. Təbiətin çox güclü dərmanları var, sadəcə, heç kim istifadə etmir. Edənlər isə sağlam və möhkəm olur heç bir xəstəliyə tutulmurlar.

Hətta, bu virusa yoluxanların 99 faizinin sağalması göstərir ki, bu son dərəcə zəif virusdur. İndi bu virus ona görə aktiv təsirə malikdir ki, bütün dünyada hər 100 nəfərdən 80-nin immuniteti zəifdir. Lakin buna baxmayaraq hər 100 nəfərdən cəmi 1-2 nəfəri ölür, demək virus immuniteti zəif də yox, sıfır olanları, çoxlu xroniki xəstəlikləri olanları öldürə bilər ki, bunu da hər hansı bir adi virus və ya xəstəlik də edə bilir.

İmkan daxilində, gündəlik olaraq az miqdarda da olsa bunlardan istifadə edilməlidir — sirkə, limon, sarımsaq, bal, zəncəfil, xurma, zeytun, qaraçörəkotu, bəhməz, mövsümi meyvələr, ədviyyatlar, çiçək çayları və s. Süni emal qidalarından, fast-foddan, energetik içkilərdən, siqaretdən aralı durmaq, havasız yerdə olmamaq, maska ilə burunu bağlamamaq lazımdır- insan oksigenlə yaşayır, karbonla yox.

Elçin Bayramlı: “Kim orqanizminin bioloji strukturuna uyğun yaşayırsa, təbiətin qanunlarına riayət edirsə, onun üçün heç bir təhlükə yoxdur, ola da bilməz”.

Bundan başqa, fiziki hərəkət, imkan olduqca Günəş şüası qəbul etmək, təmiz hava, normal yuxu rejimi və stresdən kənar olmaq da faydalıdır.

Hər hansı bəladan çıxış yolu var. Sadəcə, müasir insanlar təbiətin bütün qanunlarına tüpürərək yaşayır və həm də sağlam olmaq istəyirlər. Bu, praktiki olaraq mümkün deyil. Kim orqanizminin bioloji strukturuna uyğun yaşayırsa, təbiətin qanunlarına riayət edirsə, onun üçün heç bir təhlükə yoxdur, ola da bilməz”.

Nərminə Umudlu

http://pia.az/-377831-xeber.html

Sosioloq: “Belə təhsil ola bilməz və olmamalıdır”

Elçin Bayramlı: “Bunun adını distant təhsil yox, elektron hoqqabazlıq qoymaq daha düzgün olar”.

Distant təhsilin nəticələri necə olacaq? Belə təhsildən şagirdlərin qazanacağı və itirəcəkləri nələr var?..

“Biz ümumiyyətlə distant təhsilə hazırlıqlı deyildik. Üstəlik, pandemiyadan sonra da nazirlik bu işi arzuolunan səviyyədə təşkil edə bilmədi və xeyli problemlər yarandı. Hazırda distant təhsillə bağlı saysız-hesabsız problemlər var”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə distant təhsilin vaxtının uzadılmasını və bu təhsilin çatışmamazlıqlarını PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Yoluxma sayının çox olmasını nəzərə alaraq demək olar ki, distant təhsil hələ dekabrdan sonra da davam edəcək. Amma o da məlumdur ki, çox şagird internet və komputer probleminə görə distant təhsilə qoşula bilmir.

Bəs distant təhsilin nəticələri necə olacaq? Belə təhsildən şagirdlərin qazanacağı və itirəcəkləri nələr var?

Mövzunu PİA.az-ın əməkdaşı ekspert Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Bir ailədən 3 uşaq təhsil alırsa, o ailədə 3 ədəd kompüter və ya planşet hardan ola bilər? Bəzən valideyn smartfonunu uşağa verib işə getməli olur ki, bu da onun öz işinə ciddi problemlər yaradır”.

Həyati əhəmiyətli olmayan bəzi dərslərin, fənlərin müvəqqəti olaraq təxirə salınmasını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bir çıxış yolu tapılmalıdır. Əks halda, təhsil sahəsini dayandırmaq lazımdır. Çünki bu, artıq təhsil deyil:

“Biz ümumiyyətlə distant təhsilə hazırlıqlı deyildik. Üstəlik, pandemiyadan sonra da nazirlik bu işi arzuolunan səviyyədə təşkil edə bilmədi və xeyli problemlər yarandı. Burada əhalinin çox hissəsində uşaqlar üçün əlavə komputerlər və planşetlərin olmaması faktı da ciddi problem yaradır. Bir ailədən 3 uşaq təhsil alırsa, o ailədə 3 ədəd kompüter və ya planşet hardan ola bilər? Bəzən valideyn smartfonunu uşağa verib işə getməli olur ki, bu da onun öz işinə ciddi problemlər yaradır. Nazirlik şagirdlərin planşet və ya notbuklarla təmin edilməsi üçün müvafiq proqram həyata keçirməli idi.

Bundan başqa, ölkənin əksər hissəsində internetin sürəti videobağlantıya müvafiq deyil. Çünki internet provayderlərin çoxu istehlakçı hüquqlarını kobud pozaraq abunə olunan sürətin yarısını belə vermirlər — faktiki trafik çox aşağı olur.

Ümumiyyətlə hesab edirəm ki, distant təhsil çox anormal və effektsiz bir sistemdir. Belə təhsil ola bilməz və olmamalıdır. Şagirdlər, tələbələr real auditoriyada, məktəbdə, sinifdə, müəllimlə canlı ünsiyyətlə dərs keçməlidirlər. Praktiki olaraq, 1 müəllim 30 şagirdlə distant dərs prosesini normal apara bilməz. Şagirdlərin həmin vaxt nə etdiyinə nəzarət də mümkün deyil. Şagird kitabdan köçürə bilər, internetdən cavabı tapıb deyə bilər. Müəllimin real olaraq onun yazısına, dərsə diqqət edib-etməməsinə nəzarət imkanı yoxdur.

Elçin Bayramlı: “Təhsil Nazirliyi real təhsilin bərpası üçün bir variant düşünüb həyata keçirməlidir”.

Göründüyü kimi, distant təhsillə bağlı saysız-hesabsız problemlər var. Mən hələ problemlərin heç də hamısınmı saymadım. Belə vəziyyət müəllimlərin və şagirdlərin psixologiyasını, əsəblərini korlayır, valideynlərə əlavə vaxt, enerji sərfiyyatı ilə bağlı problem yaradır, hətta onların işlə bağlı problemlərinin yaranmasına səbəb olur. Normal real təhsildə ibtidai sinif şagirdini məktəbə qoyub işə gedirdilər, indi valideyn məcburdur evdə olsun. Konkret olaraq, pandemiya digər sahələrdən daha çox təhsil sektoruna ağır zərbə vurdu və təhsili məhv etdi. 1-ci, 2-ci sinifə gedən şagirdləri isə təhsildən kənarda qalmış saymaq olar. Bunun adını distant təhsil yox, elektron hoqqabazlıq qoymaq daha düzgün olar.

Hesab edirəm ki, Təhsil Nazirliyi real təhsilin bərpası üçün bir variant düşünüb həyata keçirməlidir. Tutaq ki, qorunma tədbirlərinə nəzarət edilməklə şagirdlər hissə-hissə sinifdə dərs keçə bilərlər. Məsələn, hər partada yalnız 1 nəfər oturmaqla, 5-10 nəfərlik qruplarla. Həm də, tənəffüsdə yaxın ünsiyyətə imkan verilməmək şərtilə. Tədrisi məktəblərdə 3 növbəli sistemə salmaq və həftənin bütün günləri daxil olmaqla keçirmək olar.

Bundan başqa, həyati əhəmiyətli olmayan bəzi dərslər, fənlər müvəqqəti olaraq təxirə salınmalıdır ki, şagirdlər çox yüklənməsin. Nəsə bir çıxış yolu tapılmalıdır. Əks halda, təhsil sahəsini dayandırmaq lazımdır. Çünki bu, artıq təhsil deyil”.

Nərminə Umudlu

http://pia.az/bele-tehsil-ola-bilmez-ve-olmamalidir-%C2%A0-ekspertden-distant-tehsil-serhi-376725-xeber.html

Virusa yoluxanlar küçədə, ictimai yerlərdə nə gəzirlər?

Elçin Bayramlı: “Yoluxmanın kəskin artmasının əsas səbəbi çöldə gəzən koronaviruslu xəstələrdir,onların niyə belə etdiyinin səbəbləri aydınlaşdırılmalıdır”

İsmayıllıda koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan «Şərq»ə verilən məlumata görə, rayon sakini Vüqar Ziliyevin COVİD-19 testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də o, yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən küçədə hərəkətdə olarkən aşkarlanan həmin şəxs dərhal yaşadığı ünvana geri göndərilib. Onun barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.

Son günlər belə halların sayı durmadan artmaqdadır. Koronavirusa yoluxmuş, müalicəsi davam edən vətəndaşlar karantin qaydalarını pozaraq küçəyə, ictimaiyyət arasına çıxırlar və bununla da virusun daha geniş yayılmasına şərait yaradırlar.

Məsələyə münasibət bildirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, bu cür hərəkətlərin qarşısı sərt şəkildə alınmalıdır. Sosioloq vurğulayıb ki, yoluxmanın kəskin artmasının əsas səbəbi elə budur:

«Əlbəttə, əvvəlcə bunun səbəbi aydınlaşdırılmalıdır. Bu adamlar küçədə, ictimai yerlərdə nə gəzirlər? Əgər buna məcburdurlarsa, yəni son zərurət halıdırsa, məsələn, qida və dərman təminatını edəcək kimsə yoxdursa və ya işləməyə məcburdurlarsa, onda bu məsələlərdə onlara kömək edilməlidir. Dövlət orqanları və ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri belə vətəndaşlara yardım etməlidir».

Ekspert əlavə edib ki, avtobuslarda maskasız sərnişinlərə artıq rast gəlinmir:

«Bəlkə də nadir hallarda ola bilər. Buna digər sərnişinlər sərt reaksiya verməlidirlər. Təəssüf ki, ictimai qınaq azdır. Yoluxanların bir çoxunun xəstəxanalara yerləşdirilməməsi də yoluxmanın artmasına şərait yaradır.

Hər şeyi də inzibati tədbirlərlə tənzimləmək olmur, vətəndaş olaraq biz özümüz də məsuliyyətli olmalıyıq, yolxumuşuqsa,  bu virusu başqalarına keçirməli deyilik. Ya da məsuliyyətsizlik edib yoluxmamıza və sonra başqalarını da yoluxdurmağa şərait yaratmamalıyıq».

Aynurə Pənahqızı

https://sherg.az/xəbər/146761

Açıq havada maska ilə gəzməyin fəsadları — RƏY

Ekspert: “Bu nə deməkdir, açıq havada maska ilə gəzməlisən, özü də burnunu da örtmək şərtilə. Bu birbaşa insan sağlamlığının tam məhv edilməsi deməkdir”.

Ekspertlər və həkimlər hesab edirlər ki, Operativ Qərargahın bu qərarı insanların sağlamlığı üçün birbaşa təhlükə yaradır…

“İnsan oksigenlə nəfəs alaraq yaşayır, oksigen qəbul etmək insanın təməl təbii hüququdur, heç bir qanun və qayda bunu məhdudlaşdıra bilməz”. Bu sözləri sosioloq Elçin Bayramlı açıq havada maska ilə gəzməyin insana ziyanlarını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Operativ Qərargahın qərarına əsasən ölkədə maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirildi.

Belə ki, qərara əsasən, 2020-ci il 21 noyabr tarixindən etibarən xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda müvafiq qaydada tibbi maskalardan istifadə məcburi hesab olundu.

Dünən isə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovun açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək açıqlaması yayıldı. Amma sonra xəbər təkzib edildi.

Ekspertlər və həkimlər hesab edirlər ki, Operativ Qərargahın bu qərarı insanların sağlamlığı üçün birbaşa təhkükə yaradır. Çünki normal oksigen qəbul eləmədiyimiz halda bədənimizdə maddələr mübadiləsi pozulur əsas funksiyalar normal fəaliyyət göstərə bilmir. Digər tərəfdən ekspertlər tərəfindən Operativ Qərargahın bu qərarının təməl konstitutsion haqlara zidd olduğunu da vurğulayırlar.

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Son elmi araşdırmalara görə, virusa qarşı qoyulmuş qaydalar, xüsusən də maskada gəzmək və sərt karantin dövründə evdən bayıra çıxmamaqla bağlı Günəş şüası, yəni D vitamini qəbul edilməməsi insan orqanizminə virusdan 100 dəfə çox zərbə vurur”.

Qapalı məkanlarda nəzarət gücləndirilməli, açıq havada isə insanlara problem yaradılmamalı olduğunu düşünən sosioloq Elçin Bayramlı PİA.az-a açıqlamasında qeyd edib ki, insanları televiziya ilə qorxudub müxtəlif xəstəliklərə düçar etmək əvəzinə, onlara immunitetlərini necə möhkəmləndirmək üçün tövsiyyələr verilməlidir:

“Əlbəttə, virusun yayılmaması üçün qaydalara riayət edilməlidir. Lakin qaydaların da bir məntiqi, hüquqi əsası, bir həddi olmalıdır. Bu nə deməkdir, açıq havada maska ilə gəzməlisən, özü də burnunu da örtmək şərtilə. Bu birbaşa insan sağlamlığının tam məhv edilməsi deməkdir. İnsan oksigenlə nəfəs alaraq yaşayır, oksigen qəbul etmək insanın təməl təbii hüququdur, heç bir qanun və qayda bunu məhdudlaşdıra bilməz.

Amerikada aparılan təcrübə göstərdi ki, maska ilə burunu da örtəndə, insan oksigen əvəzinə ağzından çıxan karbon qazını qəbul edir və nəticədə başda ağciyərlər və beyin olmaqla bütün orqanlar və hüceyrələr oksigensiz qalaraq məhv olur. Yalnız qısa müddətə qapalı yerlərdə olarkən bunu etmək olar. Üstəlik, virus asqırarkən, öskürərkən ətrafa yayıla və kiməsə keçə bilər. Burundan nəfəs almaqla kiməsə keçirə bilməzsən. Demək ağızı bağlamaq kifayətdir.

Siqaretə gəldikdə, o, məhz açıq havada çəkilməlidir, qapalı məkanda yox. Bu hüquq da məhdudaşdırıla bilməz. Düzdür, sonra açıqlama verildi ki, insanların sıx toplaşdığı açıq yerlərdə olmaz, açıq yaxında insanların toplaşmadığı yerlərdə havada qadağa yoxdur.

Son elmi araşdırmalara görə, virusa qarşı qoyulmuş qaydalar, xüsusən də maskada gəzmək və sərt karantin dövründə evdən bayıra çıxmamaqla bağlı Günəş şüası, yəni D vitamini qəbul edilməməsi insan orqanizminə virusdan 100 dəfə çox zərbə vurur və müxtəlif təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Amerika və Avropa ölkələrində apaırılmış klinik müşahidələr göstərib ki, təbliğ olunan yüksək qorxu və tətbiq olunan qadağalar nəticəsində yaranmış ağır xəstəliklər çoxalıb və əvvəldən bu xəstəlikləri olanlar arasında ölənlərin sayı artıb.

Elçin Bayramlı: “Covid-19 virusu ölüm səviyyəsinə görə, hazırda dünyada mövcud olan xəstəliklər və viruslar arasında heç ilk 100-lüyə də düşmür”

Bir məqamı da qeyd edim ki, yoluxma sayının artması testlərin yararsızlığı ilə bağlıdır. Aparılan araşdırmalara görə, dünyada tətbiq olunan testlər 70-90 faiz həcmində səhv nəticə verir. Ölənlərin çoxu da, 70 yaşdan yuxarı və ağır xroniki xəstəlikləri olanlardır ki, onlar ən adi səbəblərdən də dünyasını dəyişirlər. 20-50 yaş arasında bu virusdan sağalma göstəricisi 99,98 faizdir. Bu göstərici ilə Covid virusu ölüm səviyyəsinə görə, dünyada xəstəliklər və viruslar arasında heç ilk 100-lüyə də düşmür.

Qısası, qorunma tədbirləri, insan sağlamlığını məhv etməmək, əksinə sağlamlığa fayda verən formada olmalıdır. Hətta, bəzi ölkələrdə, o cümlədən Türkiyənin, Yunanıstan bəzi bölgələrində sağlam və virusa yoluxan insanlara sadəcə, günəş şüası, dəniz vannası qəbul etdirməklə virusa yoluxma minimuma, virusdan ölüm sayı isə sıfıra endirilib. Şimal ölkələrində isə insanlar həb şəklində D vitamini qəbul edir.

Ona görə də, hesab edirəm ki, qapalı məkanlarda nəzarət gücləndirilməli, açıq havada isə insanlara problem yaradılmamalıdır. İnsanları televiziya ilə qorxudub müxtəlif xəstəliklərə düçar etmək əvəzinə, immunitetlərini necə möhkəmləndirmək üçün tövsiyyələr verilməlidir”.

Nərminə Umudlu

http://pia.az/aciq-havada-maska-ile-gezmeyin-fesadlari-operativ-qerargahin-qerari-saglamligimiza-tehluke-yaradirmi-..-375349-xeber.html

Su ehtiyatlarımız da «işğal»dan qurtuldu — RƏY

Elçin Bayramlı: «Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik»

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarına nəzarətin ələ keçirilməsi, ölkədə olan su çatışmazlığını aradan qaldıra biləcək. Yəni daha əvvəlki illərdə olduğu kimi su problemi yaşanılmayacaq. Ancaq həmin su anbarlarının suyundan istifadə etməkdə tələsmək olmaz. Zamanla su təmizlənməli və istifadəyə yararlı vəziyyətə düşməlidir.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı «Şərq»ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. O qeyd edib ki, məhz buna görə də son dövrlər su təchizatında, xüsusilə də suvarmada böyük çətinliklər yaranırdı:

«Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşacaq. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq. Bundan başqa, təbii çaylar, göllər, yeraltı su hövzələrindən də istifadə olunacaq. Məlum olduğu kimi, ermənilər işğal olunmuş ərazilərdə ekoloji fəlakət törədiblər, bir çox çayların məcrasını dəyişib, onların suyunu borularla kollektorlara və kiçik elektrik stansiyalarına yönəldiblər. Nəticədə, ərazidə quraqlıq və digər ekoloji problemlər yaranıb. Prezidentimizin dediyi kimi, bütün Qarabağ bölgəsi bərpa ediləcək və bu məsələlər də o çərçivədə həll olunacaq».

Elçin Bayramlı diqqətə çatdırıb ki, əsas məsələ ondadır ki, dünyanı su qıtlığı gözləyir:

«Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir”.

«Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşdığı və Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik.

Lakin Qarabağın azad olunması bu problemin aradan qaldırılmasını təmin edəcək. İndi bizi, daha doğrusu, «Azərsu»nu və Su-Meliorasiya ASC-ni çox böyük işlər gözləyir. Ümidvaram ki, qısa müddətdə azad olunan ərazilərdə su sisteminin qaydaya salınması, bərpa olunması, yeni su anbarları, su kanalları və su kəmərlərinin çəkilişi kimi işlər həyata keçiriləcək.

Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusən aqrar sektorumuzda, həmçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik»- deyə, ekspert əlavə edib.

Aynurə Pənahqızı

https://sherg.az/xəbər/145232?fbclid=IwAR28Y8lbg5A6S3XWIDecoGSjSHed4j6NhJ7OT6bS-6QHbupMNVJcoKeXI0E

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? – ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.

İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.

Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.

Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html#gallery-3

Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə…? — ANALİZ

Ekspertlər problemin səbəblərini və çıxış yollarını nədə görürlər?

Qadınların cinsi zorakılığa və insan alveri obyektinə çevrilməsi problemi son illərdə bütün dünyada aktual məsələlərdən birinə çevrilib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Azərbaycanda da belə hallara rast gəlinir. Ölkə qanunvericiliyində gender bərabərliyinin təsbit olunmasına baxmayaraq, qadınlara qarşı zorakılıq, bəzi sahələrdə cinsi ayrı-seçkilik, onların alver predmetinə çevrilməsi tendensiyası narahatlıq yaradır. Bu yazımızda problemin yaranma səbəbləri, nəticələri və çıxış yollarına aydınlıq gətirməyə çalışacağıq.

“Məni dayəlik adı ilə apardılar, fahişəliyə məcbur etdilər….”

Araşdırmalar göstərir ki, hər il Azərbaycandan Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrə əxlaqsızlıq 1000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Həmin ölkəyə çatandan sonra isə, şəxsiyyətlərini təsdiq edən sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəb edilirlər.

Ölkəmizdən qadınlarını əsasən, bu ölkələrdə yüksək əməkhaqqı müqabilində dayəlik işi vədi etməklə aparırlar. Yazımızın qəhrəmanı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü, orta ixtisas təhsilli Aytən də ölkəni bu ümidlə tərk edibmiş. Ailədə zorakılıq və basqı nəticəsində əyalət şəhərlərinin birindən Bakıya qaçıb, burda iş tapa bilməyəndə isə təsadüfən tanış olduğu bir qadının Türkiyədə uşaq baxıcılığı təklifini qəbul edib.

Onunla bərabər daha 11 qadını da Türkiyəyə aparıblar. Qadınlar yalnız İzmirə çatdıqdan sonra real vəziyyətdən xəbərdar olublar. Amma artıq iş-işdən keçibmiş. Onların sənədləri əllərindən alınıb, cinsi istismara məruz qalıblar.

Gündə ən azı 9-10 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyən Aytən qaçmaq üçün çox yola əl atdığını deyir: “Orda bizim kimi qadınlar çoxdur. Savadsızlığımızdan istifadə edib bizə sənəd imzalatmışdılar ki, guya öz istəyimizlə bu işi görürük və avans olaraq 10 min dollar da pul almışıq. Hər dəfə qaçmaq cəhdlərim uğursuzluqla nəticələnirdi, əvəzində möhkəm döyülürdüm. Axır ki, bir dəfə alındı. Mənim kimi zorla bədənlərini satdıqları 2 azərbaycanlı qızla yaxınlıqdakı polis idarəsinə qaça bildik. Bizi müfahizə altına aldılar, sonra Azərbaycana göndərdilər”.

Sosioloq: “Qız tələb olunur» elanlarının məqsədi başqadır

?????????????????????????????????????????????????????????

Qadınların cinsi istismara məruz qalması təkcə iş vədi ilə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. «Sağlam Cəmiyyət» İctimai Birliyinin (SCİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, «Qız tələb olunur» elanlarının əsas məqsədi məlumdur: «Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Əlbəttə, istisnalar var, bəzi işlərə məhz qızlar, qadınlar daha uyğundur, lakin əksəriyyətində başqa məqsədlər güdülür.

Faktlar göstərir ki, əsasən, firma və şirkətlərdə, mağaza, kafe, sauna, restoran və s bu kimi müəssisələrdə bu hallara çox rast gəlinir. İşlə bağlı müraciət edən qadınlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir. Təşkilatımızın araşdrımalarına görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta telekanallar da var».

SCİB sədri deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb etməyə cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “İş yerində qadına belə təklif olunursa, o, müvafiq orqana müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər».

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir. “Adətən, bu problemin kökündə mənəvi dəyərlərin aşınması, işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Bundan başqa, təhsilin və hüquqi maariflənmənin aşağı olmasıdı səbəblər arasındadır”.

Psixoloq: «Əsas səbəb sosial yox, mənəvi-psixoloji problemlərdir»

Son araşdırmalara görə, boşanmaların, tənha qadınların sayında ciddi artım müşahidə olunur. Paralel olaraq, fahişəliklə məşğul olan qadınların da sayı artır. Bunun səbəblərini isə mütəxəssislər bir neçə faktorla bağlayırlar.

Psixoloq Arzu Qarayeva hesab edir ki, burada əsas səbəb sosial problemlər yox, mənəvi-psixoloji problemlərdir: «Televiziyalarda, internetdə müasirlik adı altında mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği gəncləriin tərbiyəsinə ciddi zərər vurur. Onlara maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olması fikri aşılanır. Pulla hər şeyin satın alına biləcəyi, xoşbəxt olmaq üçün yalnız pulun vacibliyi təbliğ olunur, ailə dəyərləri geridəqalmışlıq əlaməti kimi lağa qoyulur. Seriallarda, filmlərdə, şou proqramlarda onlara belə edənlərin zəngin həyatı göstərilir, şüuraltına belə olmağın vacibliyi haqda subliminal mesajlar verilir. Asan qazanc əldə etməyin daha üstün olduğu, əməklə, yaradıcılıqla yaşamağın əziyyətli olduğunu açıqca deyirlər. Bu işlə xüsusi mərkəzlər məşğul olur».

Psixoloq digər faktorların da rolunu qeyd edib: «Düzdür, burada sosial problemlərin də müəyyən payı vardır. Təhsili və peşə təcrübəsi olmayan qadın özünün minimum ehtiyaclarını təmin edəcək əməkhaqqı müqabilində iş tapa bilməyəndə, başqa yollara əl atmağa məcbur olur ki, nəticədə insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur».

Arzu Qarayevanın fikrincə, fahişəliyə aparan yolun başlanğıcında əsasən 2 səbəb durur- biri sosial problemlər, xüsusilə də işsizlik problemi, digəri isə mənəvi deqradasiya- amma ikincinin payı digəri ilə müqayisədə dəfələrlə çoxdur. Zamanla sosial problemlər həllini tapsa və qadınlar işlə təmin olunsa da, ikinci səbəbin aradan qaldırılması mümkün olmur, əksinə, milli-mənəvi dəyərlər getdikcə daha arxa pana atılır.

Statistika bu sahədə vəziyyəti necə göstərir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, ölkəmizdə əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- məsələn humanitar iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%. Lakin digər sahələrdə qadınların çalışması faizi çox aşağıdır.

Yüksək dövlət vəzifələrində də qadınlar yox dərəcəsindədir. Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İranda 4 qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 51 faizini qadınlar təşkil etsə də, Azərbaycan parlamenti üzvlərinin cəmi 16 faizini qadınlar təşkil edir.

Statistikaya görə, son illərdə xarici ölkələrdəki azərbaycanlı miqrantlar arasında qadınların xüsusi çəkisi artır. Onlar bir çoxu iş tapmaq ümidilə başqa ölkələrə gedirlər. Bir qisim gənc xanımlar yaxşı perspektiv üçün təhsilini xaricdə davam etdirməyə çalışır. İş tapmaq istəyilə miqrasya edən qadınlar ən çox Rusiyanı və Avropa ölkələrini, fahişəliklə qazanc əldə etmək istəyənlər isə Türkiyə və ərəb ölkələrini seçirlər.

Xarici ölkələrdə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayı da artır. Təəssüfedici haldır ki, indi xaricə getməyə çalışan azərbaycanlı qadınlar arasında 15-28 yaş qrupuna daxil olan qızlarımız üstünlük təkil edir.

Qanunlar mükəmməldirmi və nəyi dəyişmək lazımdır?

Cinayət Məcəlləsinin 150, 151, 171, 173, 243-cü maddələrində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.

Maddə 108-də isə konkret olaraq cinsi zorakılıq haqqında bənd var- şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətlər- 10 ildən 15 beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.

Cinayət Məcəlləsinin 151-ci maddəsində cinsi istismara təhrik edilən qadının məhkəməyə müraciət edə bilməsi haqda bənd var. Ancaq məhkəmələr əksər halda qarşı tərəfi cərimə etməklə kifayətlənir.

Burada cəmiyyətdə rüsvay olmamaq üçün imtinalar da xüsusi rol oynayır. Ona görə də, əksər qadınlar məhkəməyə müraciət etmirlər.

Elçin Bayramlı

https://sia.az/az/news/social/828134.html

Rusiyanı Azərbaycan və Ermənistanla nə bağlayır? — FAKTLAR

Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır.

Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. https://elchinbayramli.home.blog/2020/10/18/rusiya-kimi-daha-cox-silahlandirib-azərbaycani-yoxsa-ermənistani/ Bu yazıda isə Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.

Rusiyada azərbaycanlıların və ermənilərin sayı

Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.

Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.

Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.

Ruslar hansı ölkədə daha çox yaşayır?

Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.

Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.

Rusiya kiminlə daha çox ticarət edir?

2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.

Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.

Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.

Rusiyanın iqtisadi və investisiya göstəriciləri

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.

Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri «Qazprom», «Transneft» və «Lukoyl»dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.

Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri «Qazprom», «Rusiya Dəmiryolları», BTB», «Rusal» və Rosatom»dur.

Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?

Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.

Ermənistan bu göstəricidə 9-cu yeri tutur.

Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.

Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.

Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi

Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.

2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.

Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.

Elçin Bayramlı

Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.

https://sia.az/az/news/social/830867.html

Cənubi Qafqazda demoqrafik balans: Kimin xeyrinədir? — ANALİZ

Azərbaycan-Gürcüstan-Ermənistan: demoqrafik vəziyyət haqda hesabatlar və proqnozlar nə göstərir?

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda demoqrafiq proseslər ziddiyyətli templə inkişaf edib. Bölgədə ümumi əhali sayı 1 milyon nəfər artsa da, bu, 3 respubikaının sayəsində baş verməyib. Belə ki, təkcə Azərbaycanda əhali 3 milyon nəfər artıb, digər ikisində isə artım baş verməyib, əksinə hərəsində 1 milyon nəfər azalıb, beləliklə də, regionda əhali sayı dəyişməsə də, ölkələr arasında balans xeyli dəyişib. Bəs bu necə mümkün olub? Bu yazıda son 30 ildə Cənubi Qafqaz respublikalarını demoqrafik proseslərin fonunda müqayisə etməyə çalışacağıq.

Cənubi Qafqazın son 30 ildəki demoqrafiyası

BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 30 il ərzində əhalinin ümumi 1 milyon nəfər artıb. 1990-cu ildə bölgənin 3 respublikasında- Azərbaycanda 7, Gürcüstanda 5, Ermənistanda 3 milyon olmaqla 15 milyon nəfər yaşayırdı.

Ötən il isə bu rəqəm 16 milyon nəfər təşkil edib. Yəni, artım 1 milyon təşkil edib. Bu artım isə, son 30 il ərzində əhali artımının dayandığı və azaldığı Ermənistan və Gürcüstanın yox, Azərbaycanın hesabına baş verib.

Azərbaycanda əhalinin artımı (+3 milyon nəfər) nəinki digər 2 respublikadak azalmanı kompensasiya edib, üstəlik, ümumilikdə bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına (+1 milyon nəfər) səbəb olub.

Son statistik göstəricilərə görə, hazırda Ermənistan (2 milyon nəfər) və Gürcüstanın (4 milyon nəfər) əhalisinin sayı bir yerdə götürdükdə (6 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (10 milyon nəfər) 4 milyon nəfər azdır.

Cənubi Qafqaz üçün proqnozlar nə vəd edir?

Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan rəsmi əhalisinin sayından 3 dəfədən artıq, faktiki əhalisinin sayından 5 dəfə çoxdur. Əgər davam edən demoqrafik prosesi əsas götürsək, 2030-cu ildə Azərbaycanın əhalisinin real sayı 11 milyonu keçəcək, Ermənistan və Gürcüstan əhalisi isə artmayacaq. 2030-cu ildə hər 3 qafqazlıdan 2-i azərbaycanlı olacaq.

BMT ekspertlərinin proqnozlarına görə, əsrin ortalarında Ermənistanda əhalinin sayının Azərbaycanda yaşayan əhalinin sayından 6-7 dəfə az olacaq. XXI əsrin 2-ci yarısında isə Azərbaycanda Ermənistan və Gürcüstanın birlikdə götürülmüş əhalisinin sayından təxminən 3 dəfə artıq əhali yaşayacaq.

Belə ki, BMT demoqraflarının proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda 14 mln., Gürcüstanda 3 mln., Ermənistanda 2 mln. nəfər yaşayacaq. 2100-cü il üçün isə bu göstərici müvafiq olaraq 20 mln., 2,5 mln. və 1.5 mln-dur.

Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar vəziyyəti aydın göstərir. Göründüyü kimi, qarşıdakı müddətdə hər iki qonşu ölkədə əhalinin sayında azalma, Azərbaycanda isə artma müşahidə olunacaq.

Lakin məlum olduğu kimi, ölkələrin müqayisəsində say çoxluğu heç vaxt əsas meyar kimi götürülməyib. Biz saydan başqa, bütün digər sahələrdə də üstünük ki, onların da başında elm, təhsil, texnologiya, iqtisadi inkişaf, sosial rihaf gəlir.

Azərbaycan: Demoqrafik inkişafın səbəbləri

Üumiyyətlə, son 30 ildə keçmiş Sovet məkanında ən yüksək artım Azərbaycanda olub- 40%. Son 30 ildə Azərbaycanda əhalinin artım tempi demək olar ki, sabit templərlə davam edib. İllik əhali artımı təxminən 100 min nəfər təşkil edir. Bu isə, ölkədə sosial-iqtisadi vəziyyətin digər 2 respublikaya nisbətən yüksək olması, həmçinin, milli mentalitetlə bağlıdır. Azərbaycanda 1 və 2 uşaqlı ailələr azuşaqlı ailə sayılsa da, digərlərində bu normal sayılır.

Bundan başqa, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial-iqtisadi proqramlar, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, cəmiyyətin tibbi sağlamlığının qorunması və sair faktorlar ölkədə əhalinin artım tempini yüksəldib.

Bütün bunların nəticəsində, ölkədən xaricə miqrasiya minimuma düşüb, əskinə Azərbaycana işləmək və yaşamaq üçün gələnlərin sayı artıb. Məlum olduğu kimi, ölkələrin yaxşı olub-olmamasını ölçən meyarlardan biri də budur. Bu səbəbdən daha çox adamın xaricə köçdüyü Ermənistanla və Gürcüstanla müqayisədə Azərbaycanın yaşamaq və işləmək üçün daha yaxşı ölkə kimi qəbul edilməsi hər şeyi aydın göstərir.

Gürcüstan: Demoqrafik böhranın səbəb və nəticələri

Gürcüstan əhalisi 2020-ci il yanvarın 1-ə təxminən 4 milyon nəfər təşkil edir. Bu, Cənubi Qafqazda 2-ci ghöstərici olmaqla, Azərbycandan 2,5 dfə az, Ermənistandan isə 1, 5 dəfə çoxdur.

1991-ci ildən sonra 1 mln nəfərə yaxın gürcü Rusiyaya miqrasiya etməli olub. Bundan başqa, Gürcüstan vətəndaşı olan azı 50 min nəfər azərbaycanlı da Azərbaycana köçüb. Gürcülər arasında Ukrayna, Polşa, Böyük Britaniya və digər örkələrə miqrasiya edənlərdə az deyildir.

Ölkədə baş verən hərbi qarşıdurmalar və seperatçılıq prosesləri də əhalinin miqrasiyasına ciddi təsir edib. Lakin iqtisadi və sosial problemlər də buna öz təsirini göstərib.

2019-cu ildə ölkədə ümumilikdə, 48 296 körpə doğulub. Bu göstərici 2018-ci ildə 51 138 nəfər təşkil etmişdi. Ölüm halları isə 46 524 nəfərdən 46 659 nəfər qədər artıb.

Ötən il Gürcüstan əhalisinin 20%-i yoxsulluq həddindən aşağıda yaşayıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.

Ümumilikdə, Gürcüstan əhslinin son 30 ildə 5 milyon nəfərdən 4 milyon nəfərədək azalması müşahidə olunub bu da ciddi demoqraik böhran miqyasındadır.

Ermənistan: Demoqrafik vəziyyət faciə həddində

SSRİ tərkibində dotasiya ilə yaşayan Ermənistanın müstəqillik əldə etdikdən sonra bütün xarici yardımlara baxmayaraq, sosial-iqtisadi böhran keçirməsi və nəticədə miqrasiyanın ən yüksək səviyyəyə çıxması bu ölkədə əhali artımını dayandırıb və azaldıb.

Ermənistan İnzibati İdarəetmə Nazirliyinin rəsmi statistik göstəricilərinə görə, son 30 ildə (1990-2020-ci illər) Ermənistanı 1,5 milyon nəfər tərk edib. “İcma və hüquq” qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələrinə görə isə, ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, yoxsulluq və miqrasiya prosesi əhalinin artımını dayandırıb.

Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 300 min nəfər artıb. Hazırda Ermənistanda faktiki 2 milyonluq əhalinin içində yoxsul insanların sayı 1 milyondan artıqdır.

Erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.

USAİD-ın Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir.

Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.

İqtisadi böhtan keçirən, sosial problemlərin ağırlaşdığı ölkədə rəsmi olaraq 3 milyon vətəndaş qeydiyyatda olsa da, müxtəlif yerli və beynəlxaql təşkilatların hesablamalarına görə, ölkədə faktiki olaraq 2 milyon nəfər yaşayır. Qalanları Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə köçüblər və ya əmək miqrasiyası ediblər.

Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin (ağır sosial-iqtisadi vəziyyət və müharibə) aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

Dünya mediası regionun demoqrafik situasiyası haqda

Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış miqrasiya problemindən tez-tez yazır. Ermənistanın yeganə himayədarı Fransanın nüfuzlu agentliyi olan «France-Presse»də dərc olunan «Erməni mühacirəti qadınlardan ibarət kəndlər yaradır» başlıqlı məqalədə Ermənistandan kişilərin kütləvi şəkildə xarici ölkələrə axışdığı bildirilir.

Yazıda bildirilir ki, tarlalarda məhsul yığını vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür. «Onların ərləri və ataları qazanc dalınca əsasən Rusiyaya üz tutublar»,- deyə qeyd olunur.

«Ermənistanı 50 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir, cəmiyyətin qocalmasına səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44%-i özü və uşaqları üçün gələcəyi vətəndə görmür», — deyə yazıda bildirilir.

ABŞ-ın tanınmış «Huffington Post» qəzetində dərc olunan məqaləyə görə, hər il Ermənistanı təqribən 60 min erməni tərk edir. Qəzet yazır ki, əmək qabiliyyətli insanların xarici ölkələrə üz doğum göstəricilərinə də təsir edir, belə ki, hazırda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.

Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.

Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və işğal etdiyi Azərbaycan ərazilərində apardığı ağır müharibəyə görə özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğal olunan ərazilərdən çıxmaq, qonşu ölkələrdə normal iqtisadi əməkdaşlıq qurmaqdır. Bunun üçün hələ də gec deyil.

Elçin Bayramlı

https://sia.az/az/news/social/831037.html

Yollarımızı, küçələrimizi kim, necə və niyə dağıdır?

Son dövrlərlə ölkəmizin yol infrasturkturunda böyük işlər görülüb, magistrallar yenilənib, yeni yollar çəkilib. Görülən bu qədər işlərə, xərclənən bu qədər vəsaitə baxmayaraq bəzi yollarda problemlər yaranır ki, burada da əsas günah şirkətlərə, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür.

Belə ki, yollar və küçələr tərmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin yadına düşür ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəsi bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir.

Özü də, təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır. Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin material tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin torpağın üstündən keçəndən sonra onları qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir.

Elçin Bayramlı

SİA.AZ

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? — ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb.

Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.
Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.
Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html

Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə?- ANALİZ

Ekspertlər problemin səbəblərini və çıxış yollarını nədə görürlər?

Qadınların cinsi zorakılığa və insan alveri obyektinə çevrilməsi problemi son illərdə bütün dünyada aktual məsələlərdən birinə çevrilib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Azərbaycanda da belə hallara rast gəlinir. Ölkə qanunvericiliyində gender bərabərliyinin təsbit olunmasına baxmayaraq, qadınlara qarşı zorakılıq, bəzi sahələrdə cinsi ayrı-seçkilik, onların alver predmetinə çevrilməsi tendensiyası narahatlıq yaradır. Bu yazımızda problemin yaranma səbəbləri, nəticələri və çıxış yollarına aydınlıq gətirməyə çalışacağıq.

“Məni dayəlik adı ilə apardılar, fahişəliyə məcbur etdilər….”

Araşdırmalar göstərir ki, hər il Azərbaycandan Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrə əxlaqsızlıq 1000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Həmin ölkəyə çatandan sonra isə, şəxsiyyətlərini təsdiq edən sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəb edilirlər.
Ölkəmizdən qadınlarını əsasən, bu ölkələrdə yüksək əməkhaqqı müqabilində dayəlik işi vədi etməklə aparırlar. Yazımızın qəhrəmanı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü, orta ixtisas təhsilli Aytən də ölkəni bu ümidlə tərk edibmiş. Ailədə zorakılıq və basqı nəticəsində əyalət şəhərlərinin birindən Bakıya qaçıb, burda iş tapa bilməyəndə isə təsadüfən tanış olduğu bir qadının Türkiyədə uşaq baxıcılığı təklifini qəbul edib.
Onunla bərabər daha 11 qadını da Türkiyəyə aparıblar. Qadınlar yalnız İzmirə çatdıqdan sonra real vəziyyətdən xəbərdar olublar. Amma artıq iş-işdən keçibmiş. Onların sənədləri əllərindən alınıb, cinsi istismara məruz qalıblar.
Gündə ən azı 9-10 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyən Aytən qaçmaq üçün çox yola əl atdığını deyir: “Orda bizim kimi qadınlar çoxdur. Savadsızlığımızdan istifadə edib bizə sənəd imzalatmışdılar ki, guya öz istəyimizlə bu işi görürük və avans olaraq 10 min dollar da pul almışıq. Hər dəfə qaçmaq cəhdlərim uğursuzluqla nəticələnirdi, əvəzində möhkəm döyülürdüm. Axır ki, bir dəfə alındı. Mənim kimi zorla bədənlərini satdıqları 2 azərbaycanlı qızla yaxınlıqdakı polis idarəsinə qaça bildik. Bizi müfahizə altına aldılar, sonra Azərbaycana göndərdilər”.

Sosioloq: “Qız tələb olunur» elanlarının məqsədi başqadır

Qadınların cinsi istismara məruz qalması təkcə iş vədi ilə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. «Sağlam Cəmiyyət» İctimai Birliyinin (SCİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, «Qız tələb olunur» elanlarının əsas məqsədi məlumdur: «Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Əlbəttə, istisnalar var, bəzi işlərə məhz qızlar, qadınlar daha uyğundur, lakin əksəriyyətində başqa məqsədlər güdülür.
Faktlar göstərir ki, əsasən, firma və şirkətlərdə, mağaza, kafe, sauna, restoran və s bu kimi müəssisələrdə bu hallara çox rast gəlinir. İşlə bağlı müraciət edən qadınlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir. Təşkilatımızın araşdrımalarına görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta telekanallar da var».
SCİB sədri deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb etməyə cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “İş yerində qadına belə təklif olunursa, o, müvafiq orqana müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər».
Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir. “Adətən, bu problemin kökündə mənəvi dəyərlərin aşınması, işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Bundan başqa, təhsilin və hüquqi maariflənmənin aşağı olmasıdı səbəblər arasındadır”.

Psixoloq: «Əsas səbəb sosial yox, mənəvi-psixoloji problemlərdir»

Son araşdırmalara görə, boşanmaların, tənha qadınların sayında ciddi artım müşahidə olunur. Paralel olaraq, fahişəliklə məşğul olan qadınların da sayı artır. Bunun səbəblərini isə mütəxəssislər bir neçə faktorla bağlayırlar.
Psixoloq Arzu Qarayeva hesab edir ki, burada əsas səbəb sosial problemlər yox, mənəvi-psixoloji problemlərdir: «Televiziyalarda, internetdə müasirlik adı altında mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği gəncləriin tərbiyəsinə ciddi zərər vurur. Onlara maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olması fikri aşılanır. Pulla hər şeyin satın alına biləcəyi, xoşbəxt olmaq üçün yalnız pulun vacibliyi təbliğ olunur, ailə dəyərləri geridəqalmışlıq əlaməti kimi lağa qoyulur. Seriallarda, filmlərdə, şou proqramlarda onlara belə edənlərin zəngin həyatı göstərilir, şüuraltına belə olmağın vacibliyi haqda subliminal mesajlar verilir. Asan qazanc əldə etməyin daha üstün olduğu, əməklə, yaradıcılıqla yaşamağın əziyyətli olduğunu açıqca deyirlər. Bu işlə xüsusi mərkəzlər məşğul olur».
Psixoloq digər faktorların da rolunu qeyd edib: «Düzdür, burada sosial problemlərin də müəyyən payı vardır. Təhsili və peşə təcrübəsi olmayan qadın özünün minimum ehtiyaclarını təmin edəcək əməkhaqqı müqabilində iş tapa bilməyəndə, başqa yollara əl atmağa məcbur olur ki, nəticədə insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur».
Arzu Qarayevanın fikrincə, fahişəliyə aparan yolun başlanğıcında əsasən 2 səbəb durur- biri sosial problemlər, xüsusilə də işsizlik problemi, digəri isə mənəvi deqradasiya- amma ikincinin payı digəri ilə müqayisədə dəfələrlə çoxdur. Zamanla sosial problemlər həllini tapsa və qadınlar işlə təmin olunsa da, ikinci səbəbin aradan qaldırılması mümkün olmur, əksinə, milli-mənəvi dəyərlər getdikcə daha arxa pana atılır.

Statistika bu sahədə vəziyyəti necə göstərir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, ölkəmizdə əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- məsələn humanitar iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%. Lakin digər sahələrdə qadınların çalışması faizi çox aşağıdır.
Yüksək dövlət vəzifələrində də qadınlar yox dərəcəsindədir. Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İranda 4 qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 51 faizini qadınlar təşkil etsə də, Azərbaycan parlamenti üzvlərinin cəmi 16 faizini qadınlar təşkil edir.
Statistikaya görə, son illərdə xarici ölkələrdəki azərbaycanlı miqrantlar arasında qadınların xüsusi çəkisi artır. Onlar bir çoxu iş tapmaq ümidilə başqa ölkələrə gedirlər. Bir qisim gənc xanımlar yaxşı perspektiv üçün təhsilini xaricdə davam etdirməyə çalışır. İş tapmaq istəyilə miqrasya edən qadınlar ən çox Rusiyanı və Avropa ölkələrini, fahişəliklə qazanc əldə etmək istəyənlər isə Türkiyə və ərəb ölkələrini seçirlər.
Xarici ölkələrdə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayı da artır. Təəssüfedici haldır ki, indi xaricə getməyə çalışan azərbaycanlı qadınlar arasında 15-28 yaş qrupuna daxil olan qızlarımız üstünlük təkil edir.

Qanunlar mükəmməldirmi və nəyi dəyişmək lazımdır?

Cinayət Məcəlləsinin 150, 151, 171, 173, 243-cü maddələrində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.
Maddə 108-də isə konkret olaraq cinsi zorakılıq haqqında bənd var- şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətlər- 10 ildən 15 beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
Cinayət Məcəlləsinin 151-ci maddəsində cinsi istismara təhrik edilən qadının məhkəməyə müraciət edə bilməsi haqda bənd var. Ancaq məhkəmələr əksər halda qarşı tərəfi cərimə etməklə kifayətlənir.
Burada cəmiyyətdə rüsvay olmamaq üçün imtinalar da xüsusi rol oynayır. Ona görə də, əksər qadınlar məhkəməyə müraciət etmirlər.

Elçin Bayramlı

Qida təhlükəs(izliy)i: Saxta qidalar genefondumuzu dağıdır — ARAŞDIRMA

Sosioloq: «Bunları qida saymaq olmaz, bu kimyəvi məhsullar sadəcə, təbii qidanın imitasiyasıdır»

Qida texnoloqu: «Süni kimyəvi qidalar və «fast-fud» yeməklər insanları xəstələndirib öldürür»

Həkim: “Körpə uşaqlarda xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir ki, bu da əsasən, saxta qidalarla bağlıdır”

Ölkəmizdə qida məhsullarının keyfiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Mağazalarda satılan emal qidalarının böyük əksəriyyəti keyfiyyətsiz, saxta və sağlamlıq üçün zərərlidir. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında saxtakrlıq baş alıb gedir. Bu saxta qidalar, genetik modifikasiya olunmuş ərzaq məhsulları, həmçinin qida məhsullarına əlavə edilən çoxsaylı ultrakimyəvi qatqılar insanlarımızda ağır xəstəliklər yaradır, milli genefondumuza ciddi zərbə vurur.

Ekspert: «Vaxtı keçmiş məhsullaırın etiketi dəyişdirilir»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ciddi problemlər yaradır: “Təhlükənin mövcud olduğu əsas sahələrdən biri də süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Qida sahəsində problemlərin olması aptek şəbəkələrində özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”.
Ekspertin fikrincə, kənd təssərrüfatı məhsullarına vurulan kimyəvi dərmanlar və kübrələr də ciddi xəstəliklər yaradır: «Biz bilirik ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müxtəlif gübrələrdən istifadə olunur. Məhsulların təkibindəki bəzi gübrələr insan həyatına mənfi təsir göstərir».
AİB sədri deyir ki, bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri vaxtı keçmiş məhsulların sonrakı taleyidir: «Bizdə olan məlumatlara görə, distribütorlar vaxtı keçmiş məhsulların etiketini dəyişdirib yenidən istehlakçılara təqdim edirlər. Bu məsələnin həlli üçün yollar tapılmalıdır”.

Qida texnoloqu: «Süni kimyəvi qidalar insanları öldürür»

Qida texnoloqu Ağa Salamov isə hesab edir ki, emal olunmuş qidaların çoxunun tərkibi təbii komponentlərdən deyil, süni kimyəvi komponentlərdən ibarətdir. Sadəcə, həmin məhsulun dadını, rəngini verən qatqılar vurulur, istifadə müddətini aryıran maddələr qatılır.
Texnoloq deyir ki, emal olunan qida məhsullarına əlavə olunan kimyəvi qatqı maddələri illər keçdikcə müxtəlif fəsadlar törədir ki, bu da il ərzində 600 milyon insanın zərərli qida istehlak etdikləri üçün müxtəlif xəstəliklərə yoluxmasına və 420 min insanın bu xəstəliklərə tab gətirməyərək ölməsinə səbəb olur.
Ekspertin fikrincə, «fast-fud» qidalar daha təhlükəlidir: «Beyində Oreksin maddəsinin səviyyəsini aşağı salan boş karbohidratlardir. Demək insanlar boş karbohidratlardan da uzaq durmalıdır. Boş karbohidrat dedikdə, təbii ki, çipsilər, rəngli qazlı içkilər, emal olunmuş şəkər və un məmulatları və.s nəzərdə tutulur.
Həmçinin trans yağlar da şiş xəstəliklərinin yaranmasına səbəb olur. Hətta, bədənimizə lazım olan əvəzolunmaz yağ turşularını bizə vermir, əksinə, otaq temperaturunda donmuş halda olan trans yağlar insanlar üçün böyük təhlükə mənbəyidir».

Sosioloq: «Bunlar qida deyil, qidanın imitasiyasıdır»

«Sağlam Cəmiyyət» İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı emal olunmuş qida məhsullarının daha təhlükəli olduğunu deyir: “Bazara ucuz məhsul çıxarmaq üçün emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onlarda qidaya aid heç nə qalmır. Bu gün mağazalarda satılan məhsulların çoxunu qida saymaq olmaz, bunlar sadəcə qidanın imitasiyasıdır. Məsələn, limonadların, şirələrin 99 faizi kimyəvi maddələrdən ibarətdir. Ət və ət məhsullarında da ciddi problemlər var. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün kimyəvi yemlər verilir, hormonal iynələr vurulur. Kobasa-sosiska məmulatıarı barədə isə danışmağa dəyməz, bunlar təhlükəli məhsullardır»
Sosioloqun fikrincə, emal olunmuş qidaların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır: «Qida bazarında əhaliyə təklif olunan yağların azı 90 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağı və ya spreddir. Bir çox süd məhsulları isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir ki, bunları da qida saymaq olmaz.
Bitki yağları da eyni vəziyyətdədir. Mağazada günəbaxan tumunun kiloqramı 2,5 manata satılır, amma günəbaxan yağının litri 1,7 manatdan başlayır. Bu, nəzəri cəhətdən də mümkün deyildir. Konkret sübutdur ki, bu, günəbaxan yağı deyil, naməlum kimyəvi maddədir. Qarşıdalı yağlarında da eyni vəziyyətdir. Bitki yağlarından yalnız bəzi zeytun yağlarını istisna etmək olar».

«Kənd məhsullarında da saxtakarlıq baş alıb gedir»

Kənd təsərrüfatı ərzaq məhsularına gəldikdə, ekspert deyir ki, burada da ciddi probemlər var: «Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın gen strukturunu dağıdır».
Ekspert deyir ki, mağazalardakı vəziyyətdən xəbərdar olan insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar, lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar: «Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar gizli sexlərdə süni nehrə yağları, kimyəvi maddədən və quru süddən süd və süd məhsulları, broyler yumurtarından torpağa bulaşdırmaqla «kənd yumurtası düzəldir», bunları bəzi adamlar vasitəsilə köhnə maşınlarda mağazalara göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır.
Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu saxta nehrə yağları 6-10 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. Kliloqramı 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.

Həkim: «Süni qidalar orqanizmdə xərçəng yaradır»

Həkim-konsultant Aynurə Hidayətqızı deyir ki, hazırda insanlar əvvəlkindən fərqli olaraq, daha çox emala məruz qalmış, kimyəvi qatqılarla zənginləşmiş süni qidalar qəbul edirlər: «Müasir dövrdə daha çox orqanizmdə həll olunmayan, yanmayan və ya həll olsa belə zərərli maddələrlə zəngin olan qida qəbul olunur. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, şlaklar yaranır, immunitet zəifləyir və nəticədə xərçəng və s xəstəliklər yaranır».
Həkim insanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıb: «Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından, limonadlardan, enerji içkilərindən istifadəni məsləhət görmürəm. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. İmmuniteti gücləndirmək, orqanizmi toksinlərdən təmizləmək üçün yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə. Təbii müalicə metodları tətbiq edərkən, mütləq həkimlə məsləhətləşsinlər».
Mütəxəssis valideynləri özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorumağa çağırıb: «Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Valideynlər hər əllərinə keçəni, hər mağazada satılanı uşaqlara yedirtməli deyillər. Uşaqların qidalanmasına nəzarət gücləndirilməlidir. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda, xəstəliklərlə qarşılaşmaları tezləşəcək”.

Elçin Bayramlı

Mövzunu davam etdirəcəyik

https://sia.az/az/news/social/827646.html

Azəriqaz abonentləri «qaz» yerinə qoyur? — ARAŞDIRMA

Abonent: «Sayğacı elə bunların öz işçiləri qəsdən sındırır ki, səhər gəlib abonenti qorxudub filan qədər pulunu alsınlar»

Son 15 ildə Azərbaycanda əhalinin təbii qazla təminatında böyük işlər görülüb. Nəticədə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Hazırda əhaliyə verilən qazın həcmi sutkada 26 milyon kubmetr təşkil edir, ondan 15,3 milyon kubmetr Bakının payına düşür.

Prezdent: «Ölkənin 96%i qazlaşdırılıb, 100%-ə çatacaq»

Prezident İlham Əliyev təbii qazla təminatda yüksək nəticələrin əldə olunmasında ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının böyük rolu olduğunu qeyd edir: «Hazırda IV regional inkişaf proqramı icra edilməkdədir və bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır”.
Göründüyü kimi, əhalinin təbii qazla tam təminatı üçün dövlət rəhbəri səylə çalışır və artıq hədəfə çatmaq üzrəyik. Lakin icraedici orqanın- Azəriqaz-ın səhlənkar və qeyri-effektiv fəaliyyəti bu işlərə kölgə salır, əhalinin bəzi hissələrində narazılıq yaradır.
Burada bir neçə problem var ki, bu yazıda onları ardıcıllıqla qeyd edəcəyik.

«Azəriqaz mənə dəyən zərəri ödəməlidir»

Əsas problemlərdən qaz təminatının tez-tez xəbərdarlıq edilmədən kəsilməsi və bir müddət sonra xəbərdarlıq edilmədən bərpa edilməsidir ki, bu da öz növbəsində qəzalardan, partlayış və yanğınlardan tutmuş, vətəndaşların boğulub ölməsinə kimi ağır faciələrə səbəb olur.
Daha bir problem isə, evlərə keyfiyyətsiz qazın, bir çox hallarda isə qaz yerinə havanın verilməsidir. Belə ki, qazın verilişi bərpa ediləndən sonra bir müddət qaz yerinə hava gəlir ki, bu da həm abonetlərin aldadılması, həm də sayğacların koda düşməsi ilə nəticələnir. Sayğacı çoxları özü aça bilmir və qaz işçilərini çağırır, bir çox hallarda isə ustalar onlardan bunun üçün qeyri-rəsmi 10 manat pul alır.
20-ci sahədə yaşayan abonet Leyla Paşayevanın fikrincə, keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur: «Xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur. Keyfiyyətsiz mədən qazı verilir bu əraziyə, qaz sarı rəngdə yanır. Şəxsən mənim kombi aparatım sıradan çıxdı, gedib kreditlə yenisini aldım, bu aparatların da qiyməti 1000 manatdan ucuz deyil. Mən niyə zərərə düşməliyəm ki, Azəriqaz-a görə? Mənə dəyən zərəri kim ödəməlidir? Əlbəttə, Azəriqaz».

«Ağıllı sayğaclar adamları axmaq yerinə qoyur»

Problemlərdən biri də smart sayğaclardır. Abonetlər bundan da narazıdır. Nərimanov raryonundan abonet Kamran Musayev bunu normal saymır: «Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? Elektrik və su pulunda ənənəvi qayda tətbiq olunur ki, burada da heç bir problem yaranmır. Ay ərzində nə qədər işlətmişik, ayın sonunda da o qədər ödəyrik. Hətta üzrlü səbəbdən ödəniş bir neçə gün gecikəndə də təminat kəsilmir.
İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Bu nə sistemdir? Sən hər dəfə qazı kəsib-buraxanda sayğöac niyə koda düşməlidir ki?
Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Düşürsən küçələrə ödəmə terminalı axtarmağa, o da yaxında tapa bilsən. Ağıllı sayğacmış. Bu ağıllı sayğaclar bizi axmaq yerinə qoyur. Bundansa analoq sayğaclar qoyulmalıdır».

«Sayğacı özləri sındırır, pulunu bizdən istəyirlər»

Sayğaclarla bağlı başqa problem də var. Belə ki, həyət evləri olan ərazilərdə bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər.
Zabrat sakini deyir ki, Azəriqaz öz yaratdığı problemi abonentlərin boynuna yükləyir: «Sayğacları gətirib küçədə quraşdıranda dedik ki, belə etməyin, sonra kimsə sındıracaq, bizə problem yaranacaq, evin bayır divarına vurun, ya da heç olmasa həyətdə darvazanın içəri tərəfinə qoyun. Qulaq asmadılar. İndi gecə bir başdanxarab gəlib sayğacı sındırıb gedir, mən də yaşlı xəstə adamam, evimdə yatıram, səhər açılan kimi Azəriqazdan gəlib deyirlər ki, bəs sayğacı sındırmısınız, 1500 manat ödəməlisiniz. Mən başa düşmürəm, mən bunların sayğaclarına mühafizəçi işinə düzəlmişəm? Gecə yatmaq əvəzinə küçələrdə gəzib sayğacları qorumalıyam? Eşitdiyimə görə, sayğacı elə bunların öz işçiləri sındırır qəsdən ki, səhər də gəlib abonenti qorxudub filan qədər pulunu alsınlar».

Mütəxəssis: «Qaz normadan xeyli aşağı təzyiqdə verilir»

Qeyd edək ki, istehlakçı ilə istehsalçı arasında bağlanan müqavilədə dəqiq göstərilir ki, sayğaclara Azəriqaz cavabdehdir. Xüsusən də, sayğac evdən kənarda, küçədə quraşdırılıbsa, Azəriqaz-ın heç bir haqqı yoxdur abonentdən nəsə tələb etməyə.
Adının açıqlanmasını istəməyən qaz istismar idarəsi işçisi deyir ki, qaz tənzimləyici qurğulara (şkaflar) baxmaq kifayətdir ki, Azəriqaz-ın normativlərə uyğun xidmət göstərmədiyi aydın olsun. Həmin qurğunun texniki kitabında qeyd olunub ki, normativə görə, əhaliyə verilən qazın təzyiqi 30 millibardan aşağı olmamalıdır. Lakin yoxlamalar zamanı görürük ki, təzyiq 20-25 millbardan yuxarı qoyulmur, yəni rəhbərlik işçini buna məcbur edir».
İdarə əməkdaşı qazın təzyqi ilə bağlı problemin olduğunu da əlavə edib: «İyun ayının əvvəlində Azəriqazın mətbuat katibi qeyd etdi ki, evlərdə qazın təzyiqi 18-25 millibardır. İndi gəlin gedib yoxlayaq, evlərdə belə təzyiq varmı? Əlbəttə yoxdur».
Mütəxəssis deyir ki, bu qurğuların çoxunun qapısı ya yoxdur, ya da bağlanmır: «Bu isə o deməkdir ki, strateji əhəmiyyətinə baxmayaraq, küçədən keçən hər bir şəxs bu qurğuya müdaxilə edib, qazın təziyi ilə oynaya bilər. Bu isə partlayışa və insan tələfatına səbəb ola bilər».

Azəriqazın telefonları var, yoxsa yoxdur?

“Azəriqaz”ın əlaqə vasitələrinin «olmamasının» da ciddi narahatlıq doğurduğunu qeyd etməliyik. Hər hansı bir problem, qəza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, “Azəriqaz” telefonlaşdırılıb. Amma şikayətçilər demişkən, necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır.
Fikrimizcə, bu sahədə ciddi qayda-qanun yaradılmalı, vətəndaşlara normal xidmət göstərilməli və narazılıqlar aradan qaldırılmalıdır. Ölkəmizdə əhalinin təbii qazla təminatı sahəsində görülən bu qədər böyük işə Azəriqaz-ın bir neçə məsul şəxsinin məsuliyyətsizliyinin kölgə salmasına imkan veriməməlidir.

Elçin Bayramlı

www.sia.az

https://sia.az/az/news/social/827261.html?fbclid=IwAR20U1gXJxG6qTqMAm0WScU166uNO7zyClSziueRAAkhlYWJO0YKw-qh4yw

Elçin Bayramlı: «Belə çıxır ki, kasıb uşaqları təhsil ala bilməyəcək, təhsil ancaq varlılar üçündür»

«Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək»

Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompyüterləri yoxdur. Ölkədə isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu normal kompyüter almaq imkanında deyil. Digər tərəfdən isə ötən həftə hökümətin xaricdən onlayn alverə qoyduğu limit qüvvəyə minib. Bu da fərdi yolla xaricdən daha ucuz qiymətə ölkəyə kompyüter gətirilməsini qeyri-mümkün edir.

Problemin konkret həll yollarının olduğunu düşünən sosioloq Elçin Bayramlı PİA.az-a açıqlmasında bildirib ki, iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar:

Elçin Bayramlı, sosioloq

“Heç kimə sirr deyil ki, şagirdlərin yarıdan çoxunun evdə kompüteri və şəxsi smart telefonu yoxdur. Ona görə də, onlayn təhsilə bəri başdan necə deyərlər “bir quş”. Texnomağazalarda kompüterlərin qiymətləri əl yandırır və əhalinin 70 faizi onları almaq iqtidarında deyil, özü də indiki çətinlik, işsizlik, gəlirlərin azaldığı və xərclərin artdığı bir vaxtda.

Bu azmış kimi, vətəndaşların şəxsi istifadə üçün xaricdən onlayn aldıqları və gömrükdən ölkəyə keçən malların ümumi dəyər limitinin 3 dəfə azaldılması çox təəccüblüdür. 300 dollara nə ala bilərsən? Normal komputer dünya bazarında 500 dollardan aşağı deyil. Beləliklə, insanların borca-xərcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi yumşaq desək həyasızlıqdır. Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə çıxır ki, Təhsil Nazirliyi açıqca deyir kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür.

Nazirlik, heç olmasa, yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, onda zəhmət çək onlayn təhsili dayandır, normal təhsilə keç, keçə bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını komputerlə və panşetlə təmin et.

Hazırki vəziyyət bütün sistemi dağıdıb. Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur.

Problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar. Mən hələ ölkədə internetin bərbad və çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.

Nərminə Umudlu

PIA.AZ

Bizi aparan yollar…

…kimlər tərəfindən, necə və niyə dağıdılır?

Nəqliyyat Nazirliyi, «Azəravtoyol» və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir

Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların əksər hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Təkcə Avropada 50-dən artıq ölkə olduğunu nəzərə alsaq, bu, çox yüksək nəticə sayılır. Lakin dövlət büdcəsindən milyardlarla vəsait xərclənərək düzəldilmiş yollar qısa müqdətdə sradan çıxır. Burada əlbəttə, yolların keyfiyyətsiz çəkilişi, nəzərdə tutulan bitumun və s maddələrin oğurlanması ilə yanaşı başqa məsələlər də var ki, bu yazıda onlara toxunacağıq.

Bəri başdan deyək ki, burada əsas məsuliyyət Azəravtoyolla yanaşı, həm də şirkətlərin, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür. Belə ki, yollar və küçələr təmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin «yadına düşür» ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəni bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar (qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir. Digər yollarda da belədir. Bu yük maşınlarına DYP heç bir söz deyə bilmir, sanki qanunlar onlara aid deyil. Belə məlum olur ki, həmin maşınlar böyük məmurların şirkətlərinə məxsusdur.

Təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır.

Hazırda da hər gecə həmin yolla normadan ikiqat artıq yüklənmiş və mühərrikin çəkib apara bilmədiyi ağır yük maşınları zarıya-zarıya, guruldaya-guruldaya sürü şəklində fasiləsiz keçərək paytaxın düz mərkəzinə daxil olurlar. Belə bir hala dünyanın heç bir paytaxtında rast gəlmək olmaz. Təsəvvür edin ki, Moskvada belə maşınlar Kremlin yanında gəzib dolaşır… Bu, adamın heç ağlına belə gələ bilməz. Lakin, Bakıda hər şey ola bilər…
Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum çınqıl, və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin materiallar tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin qum-çınqılın üstündən keçəndən sonra onlar qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir. Dövlətimiz pulu yerdən yığmır, bu pullar xalqın böyük əziyyəti hesabına toplanır. Həmin pulları boşa verənlər cavab verməlidir.

Elçin Bayramlı
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

Ekoloji terror ! – Tikinti şirkətləri ağacları məhv edir

Elçin Bayramlı:  “Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalıdırlar, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər”

Xətai rayonunda yerləşən “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kollar məhv edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat daxil olub. Hadisə ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi araşdırma aparıb.

Araşdırma zamanı 29 ədəd ağac və kolun məhv etməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Ağacları kəsən şirkətə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb.

İlk dəfə deyil ki, belə hallarla qarşılaşırıq. İnsanların maddi maraqları üstünlük təşkil edir. Ölkəmizdə ekologiyanın məhvinə çox asanlıqla əl atırlar. Hər dəfə vəzifəli şəxslər ifşa olunur, cərimələnir və məsuliyyətə cəlb edilir. Lakin bu sahədə neqativ hadisələr bitmək bilmir.

Mövzu ətrafında fikrilərini “Sherg.az”la bölüşən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, son vaxtlar belə məqamlara rast gəlinir.  Bəzən şirkətlər cəzalandırılmır, ən azı rəsmi olaraq bu cəzalanma yoxdur.

Ekspertin qənaətincə, cəzalanma olmadığına görə günün günorta çağı hamının gözü qabağında ağacları kəsib doğrayırlar:

“Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecəynən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.

E.Bayramlı qeyd edib ki, bu sahədə cərimələr çox az olduğu üçün şirkətlər rahat formada istədiklərini edirlər:

“Milyonlarla dəyəri olan obyekt və ya binanın tikintisi üçün ağacları kəsərkən 5-10 min manatlıq gülünc cərimə onları dayandıra bilməz. Hətta buna sevinirlər ki, 10 min verəcəyik, amma 10 milyonluq bina tikəcəyik. Yəni bunun səbəbi cəzasızlıq mühitidir, bəzi hallarda isə cəzanın adekvat olmaması. Fikrimcə, cərimələr azı 10 dəfə artırılmalıdır. Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalı, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər. Belə bir qayda tətbiq olunmalıdır”.

Müsahibimizin fikrincə, ETSN gec xəbər tutubsa və ağaclar artıq kəsilibsə, şirkəti cərimə edib, orada bina tikməsinə imkan yaratmaq olmaz:

“Cərimədən sonra həmin ərazidə bu şirkətin yaşıllıq salması və 5 il müddətinə ona qulluq etməli olduğu haqda qərar çıxarılmalıdır. Sakinlər isə ayıq və məsuliyyətli olmalı, belə faktlara rast gələn kimi, dərhal sosial şəbəkələrdə, mətbuatda yaymalıdırlar. Yalnız bu yolla yaşıl soyqırımın qarşısını almaq olar. Son 20 ildə xüsusən Bakıda yaşıllığa, ağaclara qarşı konkret terror həyata keçirilir və onlar kütləvi şəkildə qırılır. Paytaxtımızda yaşıllıq həcmi Sovet dövrü ilə müqayisədə ən azı 2 dəfə azalıb. Halbuki əhali 2 dəfədən çox artıb”.

Vaxtilə yaşıllıq sahələrinin min bir əziyyətlə salındığını deyən E.Bayramlı bildirib ki, indi paytaxtımız ərazisinə və əhalisinə nisbətdə dünyada ən az yaşıllıq sahəsi olan şəhərlərdən birinə çevrilib:

“Ona görə də, həm dövlət, həm də Qeyri Hökumət Təşkilatları (QHT) bu sahədə iş görməlidirlər. Məsələn QHT-lər dövlətdən on minlərlə manat qrant alıb, mənasız və faydasız maarifləndirmə tədbirləri keçirirlər. Pulu belə tədbirlərdə yoxa çıxarmaqdansa, həmin vəsaitə şəhərin imkan olan ərazilərində, həmçinin Abşeron yarımadasının boş sahələrində yaşıllıq salmalıdırlar. Bunun üçün müvafiq orqanlar şərait yaratmalıdır”.

Ekspertin sözlərinə görə, şəhərin özündə boz, çılpaq ərazilər çoxdur:

Paytaxtımızın cənub girişi olan Yeni Salyan şossesinin ətrafı bərbad haldadır. Boz səhra ərazisi, neft buruqları və köhnə xaraba tikililər. Paytaxta daxil olan adamın ürəyi bulanır. Bakı haqda ilk təəssürat çox pis başlayır. Burada böyük yaşıllıq sahəsi salmaq üçün imkan var. Təəssüf ki, bununla heç kim maraqlanmır. Nəticədə Bakıda yaşıllıq artmaq əvəzinə azalır. Bunun da həm ekoloji, həm də paytaxt sakinlərinin sağlamlıq problemlərinin artmasında böyük payı var”.

Yeganə Bayramova

https://sherg.az/xəbər/138205?fbclid=IwAR2VbE1cnKMg6YQTdFYuQWVZYlm_enr1w6DKXwRBSct730nfB7FNwqcvF6A

Sosioloq: «Qaz yerinə hava verilir»

Elçin Bayramlı: “Bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır”

Xəbər verildiyi kimi, “Azəriqaz” İstehsalat Birliyi yeni islahatlara başlayır.

Belə ki, “Azəriqaz” İB-nin tərkibində qazın satışı və istismarı üzrə iki departament yaradılır. Məlumata görə, hazırda mövcud olan 8 Regional Qaz İstismarı İdarəsi (RQİİ) ləğv olunur. Onların bazasında Bakıda yerləşəcək Regionlar üzrə Qazın Satışı və İstismari (QSİ) Departamenti yaradılır.

Rayonlarda əvvəlki qaydalara uyğun Qas İstismar Sahələri yaradılacaq. Həmin sahələr birbaşa “Azəriqaz”a deyil, Regionlar üzrə Qazın Satışı və İstismari(QSİ) Departamentinə tabe olacaq, Departament isə “Azəriqaz”a”. Ekspertlər hesab edir ki, “Azəriqaz” SOCAR tərkibindən çıxmasa apardığı islahatların heç bir nəticəsi olmayacaq. Çünki qazın hasilatı ilə satışı bir əldə cəmləşə bilməz.

“Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında problemi “Azəriqaz”ın ARDNŞ-in tərkibində qalmasında deyil, sayğaclarda gördüyünü bildirib:

““Azəriqaz” bütün fəaliyyəti boyu istehlakçıların zərər çəkməsinə, onların əlavə problemlərlə qarşılaşmasına səbəb olub. Onun ARDNŞ-in tərkibində olub-olmaması burada heç bir rol oynamır. Problemlərdən birincisi smart sayğaclardır. Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Bundansa analoq sayğaclar qoyulmalıdır. Bundan əlavə, bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər. Keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur. Bundan başqa, xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur”.

Sosioloq “Azəriqaz”ın əlaqə vasitələrinin olmamasının da ciddi narahatlıq doğurduğunu vurğulayıb:

“Daha bir problem isə “Azəriqaz”ın telefonlarının olmamasıdır. Hər hansı bir problem, qəza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Mən uzun illərdir Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “Azəriqaz”ı telefonlaşdırmağa çağırıram. Hərçənd onlar deyirlər ki, “Azəriqaz»ın telefonları var. Amma necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır. Dediyim məsələlər həll olunmasa, qazın satışının başqa cür formada həyata keçirilməsi heç nəyi dəyişməyəcək. Yəni bunlar həll olunmasa, işə yanaşma dəyişməsə, yuxarı orqanın ciddi nəzarəti təmin olunmasa, abonentlərin hüquqları qorunmasa, kosmetik dəyişikliklərin, strukturun başqa cür qurulmasının heç bir xeyri ola bilməz”.

Əli Bədir

Cebhe.info

Anbarda qalan 10 milyon maska: Yerli maska niyə satılmır?

Elçin Bayramlı: «Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır»

Azərbaycanda bir qədər əvvəl koronavirusla əlaqədar olaraq istehsalına başlanmış gigiyenik maskaların satışında ciddi problem yaranıb.

“Bakı Tikiş Evi”nin sahibi Səkinə Babayeva istehsal etdikləri maskaların satışında problem olduğunu bildirib. İstehsalçının sözlərinə görə, vergidən yayınmaqla gömrükdən keçirilən tibbi maskalar ucuz gətirildiyi üçün ölkədəki satışı əngəlləyir.

Xanım istehsalçı istehsal etdikləri yerli maskanın xaricdən gətirilən maskalardan daha keyfiyyətli olduğunu da iddia edib. Səkinə Babayevə hazırda anbarda 10 milyon maskanın müştəri gözlədiyini bildirib.

Maraqlıdır, hər ikisi də 30 qəpiyə olduğu halda nəyə görə yerli deyil, xarici maskalara üstünlük verilir?

Məsələyə münasibət bildirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında deyib ki, yerli maskaların satılmamasında bir nömrəli səbəbkar istehsalçı müəssisənin özüdür:

“Hamı maskadan istifadə edir və bu məcburidir. Biz həmin istehsal müəssisəsinin gündəlik istehsal həcmini bilmirik. Ola bilər ki, təklif tələbdən artıqdır. Ola bilər ki, ilkin istehsalda xaricə ixrac etmək də nəzərdə tutulub və indi edə bilmirlər. Nəticədə məhsul anbarda qalıb. Daha bir səbəb isə insanların özlərinin maska hazırlaması ola bilər. İnsanların maddi gəlirlərinin azaldığını da hesaba qatsaq, bu, normaldır.

Başqa bir təsir gömrükdən müxtəlif üsullarla maska keçirilməsi ola bilər. Səbəb isə xaricdə həmin tibbi maskanın çox ucuz olmasıdır. 3-5 qəpiyə olan maska ölkəmizə gətirilib 30 qəpiyə satılır.

Məsələnin digər tərəfi tibbi maska istehsal edən “Bakı Tikiş Evi”nin xaricə maska ixrac edə bilməməsidir. Buna səbəb nədir? Əgər məhsulu keyfiyyətlidirsə, asanlıqla xaricə ixrac edə bilər. Çünki dünyanın hər yerində karantin şərtləri hakimdir və hər kəs maska taxır. Demək yerli istehsalımız keyfiyyətli deyil. Əgər rəqabətə davamlı olsaydı xaricə satmaq da asan olardı.

Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır. Axı yerli istehsal xaricidən ucuz olmalıdır. Əgər məqsəd yalnız pul qazanmaqdırsa, daha bunun harası yerli istehsal oldu? Əvvəl xaricdən gətirilib 10 qəpiyə satılan maska indi yerli istehsal olduğu halda hansı iqtisadi əsasla 30 qəpiyə satılır? Üç dəfə bahalaşma- bu cinayət faktıdır. Çindən gələn maskalar bütün gömrük ödənişlərinə və digər vergilərə baxmayaraq 10 qəpiyə satılırdı. Bu, vəziyyətdən istifadə edərək külli miqdarda pul qazanmaqdır.

Gömrük nəzarətsizliyinə gəldikdə isə, əgər gömrük haqqında belə iddialar varsa, niyə araşdırma aparılmır? Amma yenə də xaricdə maskanın ölkəyə gəlməsinə də şərait yaradan “Bakı Tikiş Evi”dir. Əgər bu keyfiyyətli maska istehsal edib ucuz satsa, bu rəqabətə heç bir idxalçı monopolist dözməz. Məqsəd yerli istehsaldırsa, fabrik buna getməlidir. Yəni yerli istehsal elə olmalıdır ki, əhali də ona maraq göstərsin. Bütün bu problemlərin yeganə səbəbi “Bakı Tikiş Evi” özüdür. Əgər belə olmasaydı, xaricdən müxtəlif xərclər ödəməklə ölkəyə maska gətirənlər bu rəqabətə dözə bilməzdi”.

Əli Bədir

Cebhe.info

Sosioloq: BNA rəhbərliyi istefa verməlidir

Elçin Bayramlı: “Bu, həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır”

Bu sözləri sosioloq Elçin Bayramlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev «Arb24″ün efirində sosial ayrıseçkiliyə yol açan fikirlər səsləndirib. Şöbə müdiri bildirib ki, ancaq imkanlı adamlar taksidən istifadə etməkidir. Aztəminatlı ailələr isə avtobusdan istifadə etməlidir: “Taksilərin qiyməti az qala avtobus qiymətinə bərabərləşib. Yəni bu belə olmalı deyil. Taksidən istifadə etmək əvvəllər olduğu kimi müəyyən imkanlara bağlı olmalıdır”.

Normalda dövlət həmişə rəqabətin və ucuzluğun yaranmasına çalışmalıdır. Rəsmi dövlət qurumunun bu açıqlaması hansı anlama gəlir? BNA-dan gələn bu açıqlama ölkədə bəzi məmurların monopoiyaya can atmaq və faktiki olaraq sosial bərabərsizlik formalaşdırmaq kimi dəyərləndirilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

BNA-nin fəliyyətinin ölkəyə xeyir yox, zərər verdiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir:

“Əvvəla qeyd edim ki, bu həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır. Məhz bu səbəbdən bu gülünc açıqlama ictimaiyyətin qəzəbinə səbəb olub və yüz minlərlə insan bunu sosial şəbəkələrdə, mətbuatda açıq ifadə ediblər. Belə bir açıqlamanı verən məsul şəxs dərhal işdən azad edilməli, BNA rəhbərliyi istefa verməlidir. Xüsusilə də ona görə ki, BNA-nın yaratdığı şərait həm xalqa, həm də dövlətə zərər vurur. Daha az avtobusla daha çox sərnişin daşıyaraq daha çox gəlir əldə etmək həvəsi həm virusun yoluxmasını artırır, həm xəstə və yaşlı vətəndaşların böyük əziyyətlə mənzil başına getməsiə səbəb olur. Bu vəziyyəti hesab edirəm ki, BNA qəsdən təşkil edib, çünki bu vəziyyətin başqa izahı yoxdur və ola da bilməz.

Əgər biz bazar iqtisadiyyatı adı verilən kapitalizm sistemində yaşayırıqsa, bu sistemin 2 təməl qanunu var: tələb-təklif, bir də azad rəqabət. Taksi sektorunda bu 2 tələbə riayət olunduğu üçün burada çox yaxşı bir mühit yaranıb. Qiymətlər həddən artıq münasib və hamı üçün əlçatan, rəqabət aparan şirkətlər çox, xidmət də əla. Üstəlik on minlərlə insan özünü işlə təmin edib və bu da sosial narazılığı azaldır. Bu vəziyyətdən narazılıq etmək yumşaq desək anormallıqdır. Bu sektor özəl şirkətlərdə və fiziki şəxslərin sahəsi olmalıdır, dövlətin bu sektora müdaxiləsi, yəni bazar iştirakçısı kimi fəaliyyəti yolverilməzdir.

Bu halda azad rəqabət qanunu pozulur. Ona görə də, dövlət bu sektorda iştirakçı olmamalı, sadəcə nəzarət edici və tənzimləyici orqan funksiyasını yerinə yetirməlidir. Nəzarət deyərkən də qiymətlərə qarışmaq, əlavə bürokratik əngəllər yaratmaqdan yox, sadəcə vətəndaşların hüququnun pozulması və onların aldadılmasının qarşısının alınmasından söhbət gedə bilər.

Kütləvi ictimai nəqliyyatda isə tam əksinin olması məqsəduyğundur. Çünki kütləvi sərnişin daşımaçılığı strateji sahədir. Ona görə də, yerüstü və yeraltı nəqliyyatda sərnişin daşımaçılığında dövlətə ya da bələdiyyələrə üstünlük verilməlidir. Əksər ölkələrdə belədir. Yaxşı olardı ki, müvafiq orqanlar vətəndaşların razı qaldığı, on minlərlə insanın özünə iş yeri tapdığı taksi sektoruna müdaxilə etməkdənsə, vaxtilə naməlum səbəbdən və cinayətkarcasına məhv edilmiş ekoloji təmiz, ucuz və dözümlü nəqliyyat vasitələrinin- tramvay, trolleybus və şəhərətrafı elektrik qatarlarının bərpasına girişsinlər.

Dünyanın bütün mədəni ölkələrində bu nəqliyyat sistemləri uğurla fəlaiyyət göstərir. Bizdə isə, onlar kimlərinsə biznes maraqları naminə ləğv edildi, nəticədə həm sərnişindaşımada xaos yarandı, həm şəhərlərin ekoloji mühitinə çox ağır zərbələr vuruldu, həm də sərnişindaşıma qiymətləri daha yüksək olan avtobusların ümidinə qaldıq. 10 ildən çoxdur tramvay və trolleybusun bərpa olunacağı haqda boş vədlər dövriyyəyə buraxılsa da bu istiqamətdə bircə addım da atılmayıb. Bakı-Sumqayıt xəttəində elektrik qatarı buraxmaqla işlərini bitmiş hesab ediblər, halbuki Sovet vaxtı Bakı ətrafı, Abşeronun bütün kənd və qəsəbələrinə çoxsaylı marşrutlarla elektriçkalar işləyirdi və onlar ildə milyonlarla sərnişin daşıyırdılar.

Bu nəqliyyat sistemləri bərpa olunsa paytaxtdakı dəhşətli təxac və iflic olmuş şəhər küçələri problemi də həllini tapar. Vətəndaş taksiyə o vaxt ehtiyat duymaz ki, başqa paytaxtlarda, iri şəhərlərdə olduğu kimi müasir, rahat və sərfəli nəqliyyat vasitələri sistemi olsun. Yoxsa sərnişin yarım saat- bir saat ayaqüstündə, sıxlıqda əzabla niyə getməlidir ki?

Məsələn baxsınlar, Moskvaya, Kiyevə, Romaya, İstanbula, Minksə, Berlinə və s. Avropanın ən böyük şəhəri olan Moskvada ətrafı ilə birlikdə 25 milyonadək insan yaşayır, amma heç orada Bakıdakı kimi dəhşətli tıcaxlar olmur. Eləcə də digər şəhərlərdə. Səbəb sadəcə, müxalif nəqliyyat sistemlərinin olması və onların optimal idarə olunmasıdır.

Daha bir maraqlı məqam isə odur ki, avtobuslar daha bahalı yanacaq olan benzin və dizellə işləyəndə və indikilərdən daha az sərnişin götürəndə gediş haqqı 20 qəpiklə işləyə bilirdilər, amma indi yeni avtobuslar daha çox sərnişin daşıyır 2-3 dəfə azxərcli yanacaqla işləyir, amma 30-40 qəpiklə işləyirlər. Bu paradoksu nə ilə izah edə bilərlər ki? Heç nə ilə. Səbəb sadəcə daha çox gəlir əldə etməkdir vəssalam.

Yeri gəlmişkən, 100 milyon xərc çəkilib qurulan nəqliyyatın “intellektual” idarəetmə sistemi necə oldu? Əlbəttə, dövlətin pulu batıb getdi. Bütün bunları onu göstərir ki, BNA ölkəyə xeyir yox, zərər verir. Bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir.

Onu da qeyd edim ki, bunlar marşrutları qəsdən elə qurublar ki, bir yerdən digərinə getmək üçün 90 faiz hallarda azı 2 avtobus dəyişməlisdən. Yəni məqsəd hər sərnişindən daha çox pul çıxarmaqdır. Sərnişin həm 2 qat xərcə düşür həm vaxtı enerjisi əsəbi gedir”.

Nərminə Umudlu

pia.az

Qlobal ekoloji kataklizmlər başlayır!

Elçin Bayramlı: “Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır”

Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Bu qənaətə ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri gəliblər. Onların dediyinə görə, Qrenlandiyada qarın yağması əriyən buz hissələrini əvəz edə bilmədiyi üçün kritik məqam yetişib.

Keçən əsrin 80-90-cı illərində Qrenlandiya ildə təxminən 450 milyard ton buz itirirdi, lakin bu itki qar yağması ilə kompensasiya edildi. XXI əsrdə isə Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir.

ABŞ tədqiqatçıları qeyd edir ki, hazırda Qrenlandiyanın buz təbəqəsi sürətlə öz kütləsini itirir. Bu isə qlobal istiləşməyə təkan verən növbəti bəşəri problemdir.

Sözügedən məsələ barədə “Sherg.az”a danışan Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı vəziyyətin kifayət qədər ciddi olduğunu düşünür:

“Nəinki Qrenlandiya, bütün Arktika və Antarktida əriyir. Özü də 20-30 ildir, bu ərimə sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxıb. Hətta təxminən 10 il qabaq BMT baş katibi Arktikanın əriməsini öz gözləri ilə görmək üçün gəmi ilə şimal qütbünədək getdi. Əvvəllər buz təbəqəsindən yaxınlaşmağın mümkün olmadığı yerlərə adi gəmi ilə rahatca gedib gəldi.

Bu proses qlobal istiləşmənin real təsviridir. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Təkcə kiçik Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, əlavə şərhə ehtiyac qalmır.

Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq alimləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, nə bilim, kosmosda baş verən hansı proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Ekspertin sözlərinə görə, əsas təqsirkar insanların özləridir: “Kapitalizm planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Digər tərəfdən də öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaqda biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz ,necə deyərlər, “bir balaca” gecikmişik. BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.

Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 3 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər.

Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun camaatı dünya əhalisinin cəmi 3 faizini təşkil edir.

Çin və Hindistan deyirlər ki, biz də bu qədər əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Özü də burada yeganə problem istiləşmə və buzlaqların əriməsi deyil”.

Kənan Novruzov

“Şərq” qəzeti

«Əhaliyə qarşı “yağ terroru” gedir»

Elçin Bayramlı: «Mağazalarda yağların qiymətləri açıq cinayətin göstəricisidir»

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

2020-ci ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 37,7% artıb. Bu ilin 7 ayında 50 957 min ABŞ dolları (36,6% artım) dəyərində 10 300 ton (37,7% artım) kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında 37 305 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ölkəmizdə kərə yağının istehsalı hansı durumdadır, niyə idxal göstəricilərinin ciddi şəkildə artımı müşahidə olunur?

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyir ki, Azərbaycanda yağ istehsalının aşağı olmasının bir sıra səbəbləri var: “Texniki əkinlərin, xüsusilə pambıqçılığın inkişafı heyvandarlıq sahələrinin hesabına baş verdi. Örüş yerlərində pambıq əkilməsinə başlanması kiçik sahibkarlara böyük ziyan vurdu. Onların süd istehsalı əhəmiyyətli dərəcədə azaldı. Pambıqçılığı boş sahələrin hesabına inkişaf etdirmək əvəzinə heyvandarlıq sahələrində həyata keçirdilər”.

Elçin Bayramlı deyir ki, ölkədə kərə yağının təbii istehsal imkanları olmadığına görə, suni yollarla yağ istehsalına önəm verilir: “Məsələn, hər il ölkəyə 60-70 min ton palma yağı gətirilir. Bu təbii yolla yağ istehsalından qat-qat ucuz başa gəlir. Süddən yağ istehsal edilən zaman onu qiyməti 17 manatdan aşağı olmur. Bu da bizim istehlakçılar üçün əlçatan deyil. Buna görə də xaricdən palma yağı, quru süd, kimyəvi maddələr idxal olunur və onlardan kərə yağının dadına oxşayan keyfiyyətsiz yağlar istehsal olunur. Hətta mağazalarda 3 manata da yağlar var”.

Ekspertin sözlərinə görə, xaricdən gətirilən yağların da əksəriyyəti keyfiyyətsizdir: “Təbii kərə yağlarını yalnız Belarus mağazalarında tapmaq olur ki, onların qiyməti də 18-19 manatadır. Bunu da əhalinin 95 faizi ala bilmir. Bitki yağları da saxta və zəhərlidir. Çünki 2-3 manata bitgi yağının istehsalı nəzəri cəhətdən də mümkün deyil. Günəbaxan tumunun kiloqramı 2,5 manat olduğu halda 1,6 manata da günəbaxan yağları var. Bu necə ola bilər — bu qiymətin özü sübut edir ki, bu bitgi yağı deyil, tamamilə kimyəvi, zəhərli məhsuldur. Deyərdim ki, əhaliyə qarşı “yağ terroru” gedir. Qida Təhlükəsizliyi Agentliyi isə bununla mübarizə aparmaqdansa, kiçik, zəif sahibkarları cəzalandırmaqla məşğuldur”.

?

İqtisadçı deyir ki, mağazalara satılan digər süd məhsulları – pendir, şor, xamaların da böyük bir hissəsi saxtadır: “Üzərinə “İvanovka” və s. yazılan məhsulların hamısı kimyəvi maddələrdən hazırlanır. Pendirin kiloqramının 3-4 manata olması mümkün deyil, 20-30 qəpiyə xama satılır, halbuki xama ən bahalı süd məhsulu hesab olunur. Bu qiymətlər açıq cinayətin göstəricisidir”.

Eiçin Bayramlı bildirir ki, heyvandarlığın inkişafından nə qədər danışılsa da ölkədə nə ət, nə də süd istehsalı təlabatı ödəmir: “Ət idxalı da eyni ilə artmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi isə idxal monopolislərinə şərait yaratmaqla məşğuldur”.

Xatirə Nəsirova

Cebhe.info

В Азербайджане детям делают ядовитые прививки

Несмотря на протесты ВОЗ, считающиеся вредными для европейцев препараты, признаны безвредными для жителей стран третьего мира

В последнее время во всем мире растет число случаев тяжелых последствий прививок у детей. В Азербайджане многие родители отказываются от вакцинации детей, ссылаясь на неясность состава ввозимых в страну препаратов, а то и присутствие в них токсичных веществ.

Так, у Ахмеда Рахманова сын после вакцинации заболел синдромом аутизма. В результате кропотливого изучения проблемы он выяснил, что по нормам Всемирной Организации Здравоохранения для лиц среднего и пожилого возраста крайняя норма приема ртути составляет 0,1 мкг на килограмм веса. Однако его новорожденному сыну сделали прививку 0,025 мг (25 мкг!) ртути и от 0,25 до 0,4 мг алюминия, хотя наукой установлено губительное влияние этих металлов на человеческий организм и по отдельности, не говоря уже о совокупном.

А.Рахманов сообщил, что его сыну сделали также прививку AKDS, в составе которой (0,5 мл) содержатся консерванты тимерасол (0,01%) и алюминий, из чего следует, что это более легкий препарат по сравнению с вакциной от гепатита B.

По его словам, фактически новорожденным вводятся с вакцинами тяжелые металлы в 75-80 раз больше нормы: «Мы здесь говорили только о AKDS и вакцине от гепатита B, однако новорожденным делают более 10 прививок».

Парадоксально, что почти все врачи в один голос заявляют о важности и необходимости прививок, но на вопрос об их составе ответить затрудняются.

Так, по словам доктора медицинских наук Адиля Гейбуллы, вакцинация детей, в том числе от неизлечимого заболевания гепатит B, необходима, и эта мера принимается повсюду в мире. С другой стороны, подчеркнул эксперт, в Азербайджане вопреки общепринятым нормам перед вакцинацией не проводится анализ крови пациента для выяснения возможной реакции организма на входящие в состав препарата вещества: «Не исключены аллергические реакции на дополнительные элементы в составе вакцины, которые могут привести к сердечным заболеваниям у детей».

По его словам, нередко производители лекарств выходят за рамки норм содержания консервантов, установленных ВОЗ, добиваясь более длительной сохранности препарата, и с этим может быть связано повышенное содержание ртути.

Заместитель директора Института физиологии НАНА Афик Газиев выразил мнение, что ртуть может вводиться в организм только в лечебных целях и только на основе индивидуально установленной специалистом дозы.

Известный врач Марк Сиркус писал: «Тяжелые металлы в составе вакцин используются уже давно, но основные проблемы в связи с вакцинами появились после 1992 года. Многие фармакологические компании в погоне за дешевизной вдвое увеличили содержание консервантов в составе вакцин. Несмотря на протесты ВОЗ, постепенно эти показатели были признаны рекомендуемыми для стран третьего мира. Говоря конкретнее, состав, считающийся вредным для европейцев, признан безвредным для жителей стран третьего мира».

По единогласному мнению ученых, чрезмерное содержание ртути в составе вакцин чревато непредсказуемыми последствиями: скапливаясь в организме, ртуть приводит к заражению различных органов и тканей, вызывая различные заболевания, в первую очередь, поражая нервную систему и приводя к серьезным изменениям центральной и периферической нервной системы.

В соответствии с национальным вакцинационным календарем Азербайджана, в первые 12 часов после рождения детям делаются прививки от гепатита B, на 4-7-й день – от BSJ, OPV, туберкулеза, от полиомиелита, затем комбинированную прививку от гемофилии B, дифтерии, коклюша, тетануса, гепатита, QPM, витамин A, от краснухи, кори, паротита, AGDT.

Исследованиями Американского центра контроля заболеваний выяснено, что у детей, привитых от HIV, вероятность заражения гемофилией в 5 раз больше, чем у не проходивших эту прививку. В одной из статей в журнале New England Journal отмечается, что 80% детей, заразившихся коклюшем до 5-летнего возраста, ранее были привиты от этого заболевания.

Известны случаи порождения вакцинами аллергии от тех или иных продуктов питания. Некоторое время назад в Турции 3-месячные младенцы после прививки отказались от материнского молока и стали принимать только искусственное детское питание.

В журнале Epidemiology American Journal опубликовано исследование группы ученых, согласно которому среди детей, привитых от AKDS, смертность в первые три дня в 8 раз больше, чем у не прошедших эту вакцинацию.

Эти данные свидетельствуют о том, что многие вакцины подрывают иммунитет организма. В Азербайджане же этот момент усугубляется еще и многократно повышенным содержанием в составе препаратов тяжелых металлов, противопоказанных для человеческого организма.

Эльчин Байрамлы

Vesti.ru

09.03.2013

Sosioloq: «Hər uşağa görə ayda minimum 100 manat verilməlidir»

Elçin Bayramlı: Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.

Uzun zamandır ictimaiyyətin müzakirə etdiyi uşaq pulu məsələsi parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında yenidən gündəmə gətirilmişdi. Çoxsaylı təklifləri nəzərə alan Milli Məclis bu istiqamətdə addım ataraq uşaqpulu ilə bağlı işçi qrup yaradıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, Milli Məclisin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

Təşəbbüsü “Şərq”ə dəyərləndirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, məsələ uzun illərdir müzakirə olunsa da, ortada nəticə yoxdur. İqtisadçının sözlərinə görə, dünyanın əksər ölkəsində mövcud olan bir müavinətin Azərbaycanda olmaması başadüşülən deyil:

“İqtisadiyyatı bizdən dəfələrlə zəif, dövlət büdcəsi az olan ölkələrdə belə uşaqpulu verilirsə, bizdə də bərpa olunmalıdır.

Ermənistanda  əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 100 dollar alır. Bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir.

Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq 200-300 manat ekvivalentindədir. Bundan başqa, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və sonrakı uşaqların hər birinə 13 min manat,  üçüncü uşaqdan etibarən isə ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir.

Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinəti nəzərdə tutulub. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir.

Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, müavinət uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir”.

Ekspert bildirib ki, əksər ölkələrdə iri məbləğdə birdəfəlik ödəniş, ya da yaşayış minimumu qədər aylıq müavinətlər ödənilir:

“Azərbaycanda belə bir təcrübə olub. Əvvəlki dönəmlərdə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu”  ödənilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunurdur. Son illərdə azuşaqlı ailələrin sayı artıb.

Artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, bunun da əsas səbəbi sosial vəziyyət, yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 30 faizdir. Azərbaycanda 50 yaşadək olan hər 1000 qadına düşən doğum sayı sürətlə azalmaqdadır.

Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.

Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı edilməlidir. Ölkəmizin gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/135564?fbclid=IwAR26uL-P4asqbXcxYox5tfGsWGEMuiSBew7YFYneS2ZqN_4qvw_TL0TOR40

TƏBİB öz işinin öhdəsindən gələ bilmir

Elçin Bayramlı: “Vətəndaşlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var”

“İcbari tibbi sığortanın tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar”

Səhiyyə sistemində ikitirəlik və TƏBİB-in qeyri-peşəkarlığı nələrə yol aça bilər?..

Sosioloq: “TƏBİB bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir”.

“Səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin”. Bu sözləri sosioloq Elçin Bayramlı TƏBİB-in analizlərin cavabında texniki xəta olması açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib. Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı ifrata varırlar.

İndiki dövrdə insanlarda ciddi psixoloji problemlərin ortaya çıxmasına səbəb olan belə qeyri-peşəkarlığı və TƏBİB-in öz işinin öhdəsindən gələ bilməməsi kimi dəyərləndirmək olarmı?

Diigər bir ciddi problem isə son zamanlar səhiyyə sistemində ikitirəliyin günü gündən özünü daha çox biruzə verməsidir.

“TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir”

TƏBİB-in probleminin yalnız baş verən texniki səhv olmadığını vurğulayan sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxalarda pis şərait və baxımsızlıqla bağlı problemlər sosial şəbəkələrdə müzakirə obyektidir:

“Əlbəttə, bu texniki səhvdir və bütün sahələrdə belə səhvlər olur. Fikrimcə, bunu şişirtməyə və kimisə təhqir etməyə ehtiyac yoxdur. Tənqid etmək olar, çünki tənqid daha məsuliyyətli olmağa dəvət edir. TƏBİB-in problemi bu texniki səhv deyil, tamam başqa məsələlərdir. Vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var və bütün bunlar sosial şəbəkələrdə müzakirə obyekti olur.

Bundan başqa icbari sığortanın tətbiqi ilə bağlı ciddi problemlər və gecikmələr var. O tənqidçilər bu məsələlərin üzərinə fokuslansalar daha faydalı olar, yoxsa adi bir texniki səhvdən kütləvi şou düzəltmək lazım deyil, bundan cəmiyyətə heç bir fayda yoxdur. Lakin TƏBİB də bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir ki, kimdəsə qəsdən edildiyinə dair şübhə qalmasın.

Mən hesab edirəm ki, TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir. Ola bilər yeni təşkilatdır hələ tam formlaşamayıb. Üstəlik, səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin. Vətəndaşlar da çaş-baş qalır, bilinmir Səhiyyə Nazirliyi nə ilə məşğuldur, TƏBİB nə iş görür. Axı səhiyyə sistemi vahid sahədir. Burada vahid orqan olmalıdır və idarəetmədə qarışıqlıq olmamalıdır. Ölkədə ən vacib sahənin səhiyyə olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu həm də milli təhlükəsizliyə daxil olan sahədir. Dünyada bütün ölkələrdə icbari tibbi sığortanın lap çoxdan tətbiq olunduğunu da bilirik. Heç olmasa o ölkələrin təcrübələrindən yararlansınlar. Bizdə bu sistemin tətbiqi 20 ildən çox müzakirə olundu. Nəhayət bu sistemin tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar.

Hazırda vətəndaşların çoxu normal tibbi xidmət ala bilmirlər. Yenə də onların həkimlərə, dərmanlara çoxlu xərci çıxır, bir çoxunun pulu olmadığına görə müalicə, hətta müayinə belə oluna bilmir. Buna nəhayət son qoyulmalıdır”.

Nərminə Umudlu

pia.az

Ekspert “Azərsu”dan cavab gözləyir!- “Milyardlarla pul nəyə, necə xərclənib?!”

“Aidiyyəti orqanı problemlərin həllinə çağıran mənim kimi adamları susdurmağa çalışırdılar”

“Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar?!”

“Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi, həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması, istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.

Bu barədə «Sherg.az»a danışan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, problem çoxdan həll olunmalı idi:

“Uzun illərdir, televiziya və mətbuatda bu təklifləri verirdik, yaxında problem yaranacağını deyirdik, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazdımı?

Onlar bu işləri görməkdənsə, konkret problemlərin yaranacağını deyən və qabaqlayıcı tədbirlər görülməsinə çağıran mənim kimiləri susdurmaq üçün çalışırdılar. İndi cavab versinlər- milyardlarla pul hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Kabinetlərdə oturub qarnını və cibini yoğunlatmaqla deyil. Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”.

Ekspert sözügedən layihənin müsbət nəticə verəcəyinə inanır:

“Tədbirlər Planına gəldikdə, bir daha deyirəm, bu çox təqdirəlayiqdir və nəzərdə tutulanlar həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır.

Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə. Cənab Prezidentin sərəncamla təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan 10 yeni su anbarı, artezianların qazılması və qrunt sularından istifadə, həmçinin dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlər təqdirəlayiqdir.

Sözsüz ki, bu sahəyə cavabdeh orqanlar indiyədək dövlətin milyardlarla pulunu havaya sovurduğuna bu işləri görsəydi bu gün su problemi yaranmazdı”.

Kənan Novruzov

https://sherg.az/xəbər/134108?fbclid=IwAR01XRNvMSP_8GqCjdSsEz9GvmjINrBLESB2P0xYSN0aF2U4RJUkr2lnHqk

Ətin qiyməti qalxır: Səbəb monopoliyadır

Elçin Bayramlı: “Alverçi və monopolist mafiyası dövlətə və xalqı ağır zərərlər vurur, iqtisadi sabotaj və sosial böhran yaradır»

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib. Lakin bu idxala və yay mövsümü olmasına baxmayaraq, mal ətinin qiyməti artıb. Maraqlıdır, yay mövsümündə ətə tələbatın az olduğu halda qiymət artımı varsa, o zaman payız və qış aylarında daha böyük artımın şahidi ola bilərikmi?

«Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, payızda qiymətlərin daha da artacağı şübhəsizdir:

«Aydın məsələdir ki, yay mövsümündə ətə tələbat azalır. Bununla bağlı olaraq qiymətlər də azalmalıdır, nəinki artmalı. Əgər belə bir vəziyyətdə qiymət artırsa, payızda tələbat artanda qiymətin daha da yüksələcəyi şübhəsizdir. Bu vəziyyət heyvandarlıq sektorunun acınacaqlı vəziyyətə olmasının göstəricisidir. Hətta ət idxalının 37 faiz artması belə kömək etmədi. Bu o deməkdir ki, heyvandarlıqda, xüsusən ət istehsalında vəziyyət biabırçılıqdır. Heyvandarlığın tənəzzülə uğramasının bir çox səbəbləri var. Onlardan biri də örüşlərin, otlaq sahələrinin texniki bitkilərin, xüsusən də pambıqçılıq üçün ayrılmasıdır. Halbuki bu məqsədlə istifadəsiz torpaqlar ayrılmalı idi. Bir sahəni ləğv edib yerində ondan daha az gəlir verən sahənin yaradılması çox gülməlidir. Respublikamızda o qədər boş torpaqlar var ki, onlarda pambıq, tütün və s. texniki bitkilərin əkinlərini təşkil etmək olardı. Lakin məmurlar, rayon rəhbərləri özlərinə əziyyət verməyiblər. Axı həmin sahələrə su çəkilməlidir, müəyyən infrastruktur qurulmalıdır. Ondansa hazır münbit otlaq sahələrini götürüb pambıq əkini ediblər».

Heyvandarlığın tənəzzülə uğradığını deyən ekspert bunun digər səbəbini bu sahədəki monopoliyada görür: «Digər bir səbəb də, ət sahəsindəki monopoliyadır. Təsəvvür edin ki, respublikanın bütün rayonlarından, xarici ölkələrdən Bakıya ət gətirilir. Bunların hər birinin maya dəyəri fərqli olsa da, bütün ətlər eyni standart qiymətə satılır. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Kim təyin edir bu qiymətəri? Bəlkə, biri rayondan gətirdiyi heyvanı 2-3 manat ucuz satmaq istəyir? Olmaz, onu dərhal sıradan çıxararlar. Ət monopoliyasına son qoyulmalıdır. Lakin biz əksini görürük, bir neçə ay əvvəl bütün ət kəsimi məntəqələrini, qəssabxanaları bağlayaraq, ət kəsimini bir əldə cəmləşdirilmiş böyük mərkəzlərdə etmək cəhdinə girişdilər, lakin etirazlar olduğundan bu alınmadı. Bu adamlar zərərsizləşdirilməlidirlər. Onlar dövlətə və xalqı ağır zərərlər vururlar, iqtisadi və sosial böhran yaradırlar, sabotaj edirlər».

E.Bayramlı bu sahədə yaranan xoşagəlməz durumu həm də kəndlilərin bazarlara buraxılmaması ilə əlaqələndirib: «Daha bir səbəb, kəndlilərin, kiçik təsərrüfat sahiblərinin bazarlara buraxılmamasıdır. Dəfələrlə dediyimiz kimi, bazarlar alverçi mafiyası tərəfindən tam ələ keçirilib. Buna son qoyulmalıdır. Hətta Kənd Təsərrüfatı Nazirliyinin təşkil etidiyi yarmarkalarda belə qiymətlərlə bazarla eyni olur. Hətta bəzən bazardan baha olur. Bu nə biabırçılıqdır? KTN rəhbərləri istefa verməli və ölkəyə vurduqları zərərə görə bütün əmlakları müsadirə edilməlidir.

Bəli, payızda ətin qiymətində bahalaşmanın olacağı qaçılmazdır. Bu sadə bazar qanunudur — tələb-təklif münasibətləri. Bəlkə, hanısa ölkədən ucuz və keyfiyyətsiz ət idxalı təmin etməklə bunun qarşısını almaq istəyəcəklər, amma bu çıxış yolu deyil. Çıxış yolunun nə olduğunu KTN-də yaxşı bilirlər, sadəcə bunu etmək onlara sərf etmir».

Naibə

Cebhe.info

«Ya karantin götürülməli, ya da əhaliyə sosial yardım edilməlidir»

Elçin Bayramlı: “Səhv tədbirlər 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır”

Sosioloq: “Bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir”.

Xəbər verdiyimiz kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Hazırda karantin ucbatından işləməyən insanların ciddi sosial problemlərlə üzləşdiyi də bəllidir. Xüsusən işdən məhrum edilən insanların böyük qismi kredit və kommunal xərcləri ödəməkdə çox çətinlik çəkirlər.

Hökümətin işdən məhrum edilən insanları güzəştlərdən də məhrum etməsini necə dəyərləndirmək olar? Xüsusən öz iradəsi kənarında işləməkdən məhrum edilən insanlara kredit və kommunal güzəştlərin tətbiq olunması doğru addım olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?”

Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən də ödənişlər tələb olunduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, 5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır:

“Heç bir ölkədə karantin 5 ay uzadılmadı və heç bir ölkədə paytaxt belə uzun müddət qapalı şəhər elan olunmadı. Neçə aydır milyonlarla insan işindən, gəlirindən məhrum olub və ağır vəziyyətə düşüb. Onların çox az qisminə kiçik bir sosial yarım edilib. Bütöv bir ailəyə cəmi 190 manat. Bu pul heç bir nəfərin minimal ehtiyac məbləği deyil. Özü də, bir çox işsiz, yoxsul kənarda qala-qala, maddi imkanı yaxşı olanlara verilib. Bu yardımı ala bilməyən milyonlarla insan tam çarəsiz vəziyyətdə qalıb.

Dəfələrlə dediyimiz kimi, Operativ Qərargahın bütün tədbirləri mənasız, effektsiz və zərərlidir. Həm sosial, həm iqtisadi böhran yaradır. Hamıya məlum olduğu kimi, bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir.

Elçin Bayramlı: “Bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir”

Bu vəziyyətdə insanların kredit və kommunal borcları üçün heç bir güzəşt edilmir. Məsələn 10 gün işıqpulunu ödəməyəndə gəlib elektriki kəsirlər. Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən ödənişlər tələb olunur. ödəniş olmadıqda isə cərimə faizləri gəlir.

5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır. Üstəlik, hansısa bir ucqar kənddə adamın yoluxma şansı Bakıdakından 100 dəfə azdır. Bu o deməkdir ki, belə səhv tədbirlər bu 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır.

Hesab edirəm ki, bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir. Bizim xarici fondlarda 50 milyardlıq strateji ehtiyatlarımız var. Həmin vəsait bu fondlarda heç bir gəlir də gətirmir. Mən hələ də başa düşmürəm ki, niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?

Əgər bunu edə bilmiriksə və ya etmək istəmiriksə, onda karantin dərhal ləğv edilməli, insanlar işlərinə qayıtmalıdır. Vətəndaşlarımız evdə acından ölməli deyil”.

Nərminə Umudlu

pia.az

Qız tələb olunur (Pamflet)

Elçin Bayramlı

Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində və ya internetdə bir qədər gəzişsələr, yanıldıqlarını anlaya bilərlər.

Mümkün olan bütün yerlərə yapışdırılan, vakansiya saytlarında yerləşdirilən  saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”…

Bu tendensiyanın bir müsbət cəhəti var- bu da ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını dürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan.  Öz aramızdı, bunlar deyəsən Azərbaycanı ərəb ölkələri ilə səhv salıblar.

Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir ki, qadın hüquqlarının ilk bərqərar olduğu ölkələrdən olan Azərbaycanda qadına hörmət və ehtiram yüksək səviyyədədir. Bizdə hətta az qala matriarxal cəmiyyət quruluşudur”. (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla və şübhəylə dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Mən indi bunu sizə, Şərif demişkən sübutalni, dakumentalnı başa salaram. Cəmiyyətimizdə qadınların mövqeyi kişilərdən üstündür. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə və digər sahələrdə də üstünlüyü zərif (etiraf edim ki, az qala çaşıb “zəif” deyəcəkdim, son yarımsaniyədə r hərfini əlavə etdim) cinsin nümayəndələri təşkil edirlər. Məsələn, təhsil və səhiyyədə qadın kontingenti 70-80% təşkil edir. Elə bu salondakı iştirakçıların da üçdə ikisi qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin çoxu qadındır? Bir çox ailələri qadınlar dolandırır. İş elanlarına baxsanız görərsiniz ki, 80 faizdən çoxu qız, qadın işçi tələb olunur.

?????????????????????????????????????????????????????????

Hətta, bəzi qəhrəman qadınlarımız Dubaydan, Türkiyədən ölkəmizə bilirsinizmi nə qədər pul göndərirlər? Bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların əhəmiyyətli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə vaxt əyləşərək getdiyini xatırlamıram.

Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur”.

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda gurultulu və uzunsürən alqışlar başladı. Ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi…

Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi sayılmır”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil.

Nədən danışırdıq, hara gəlib çıxdıq… Həə, deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə vazkeçilməz şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm.

Bir dəfə birisinə dedim ki, bütün dünyada işçiləri cinsinə görə yox, faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə görə götürürlər, mənə güldü ki, “bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz”.

Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır, qız!

Modern.az

Bakı. 2012.

Azərbaycanda koronovrusla mübarizə niyə effektsiz oldu?

Elçin Bayramlı: “Pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi”

Sosioloq: “VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri ortadadır”

Bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?…

Qonşu Gürcüstanda Azərbaycan və Ermənistana nisbətdə demək olar ki, koronaya yoluxma çox cuzidir. Ölkənin 3,7 milyonluq əhalisindən, bütünlükdə min nəfərdən də az adam virusa yoluxub, onlardan isə cəmi 15 nəfəri ölüb. Müqayisə üçün xatırladaq ki, əhalisinin sayı Gürcüstana yaxın olan Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, ümumi xəstələrin sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb. Azərbaycanda isə 21 916 yoluxma baş verib, 274 nəfər yoluxmadan həyatını itirib.

Əlbəttə ki, Ermənistanla müqayisədə Azərbaycan, necə deyərlər “toya-bayrama” getməlidir, lakin Gürcüstanla müqayisədə vəziyyət demək olar ki, acınacaqlıdır.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) öz qapılarını, koronavirusun yayılması baxımından təhlükəli hesab etmədiyi 15 dövlətin vətəndaşlarının üzünə açıb. Gürcüstan bu siyahıda Aİ-yə daxil olmayan yeganə postsovet ölkəsidir.

Bəs Gürcüstan bu nəticəyə necə nail olub? Misal üçün, bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlıya müraciət edib. Mövzunu PİA.az-a şərh edən sosioloq bildirib ki, karantin rejimi boyu işlər sistemli və məntiqli aparılmadı, yarı-yarımçıq, qarma-qarışıq bir proses aparıldı və nəticə fiasko oldu. Bu görülən tədbirlər isə əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu və əhalidə haqlı narazılıq yaratdı:

“Ümumiyyətlə, bu pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi.

Təəssüf ki, bir çox ölkələrlə müqayisədə bizim bütün bu sahələrdə xeyli zəif olduğumuz ortaya çıxdı. Bu həm də həyata keçirilən tədbirlərin effektivlik dərəcəsində də özünü biruzə verdi. Əminliklə demək olar ki, bizdə görülən tədbirlər əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu. Və əhalidə haqlı narazılıq yaratdı.

Elçin Bayramlı: “Prosesə məsul məmurlar həm əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar”.

Məncə lap başdan məsələni bircə aya həll etmək olardı. İlk xəstələr meydana çıxanda dövlət bir ay müddətində ölkəni tam bağlamalı, fövqəladə vəziyyət elan etməli, adambaşına azı 100 manat ödəyərək insanların işə və sair yerlərə getməsinin qarşısını ala bilərdi. Bir ay ərzində təmaslar olmadığından virusun yayılması dayanardı, mövcud olan beş-on xəstə də müalicə olunardı. Əgər bir ailəyə üzvlərinin sayından asılı olaraq 300-500 manat ödənilsəydi, o 1 ay işləməməyini problem bilməzdi və 1 ay evdə qalmaqla özünü xilas etməyə çalışardı. Son nəticədə dövlətin xərcləri də, iqtisadi itkiləri də indikindən dəfələrlə az olardı.

Hamımız bilirik ki, əksər ölkələrdə dövlət heç bir şərt və ya ayri-seçkilik qoymadan əhaliyə sosial yardımlar verdi və bu da karantin dövrünün effektiv aparılmasını təmin etdi. Uşağı evdə ac qalan insanı heç bir qüvvə evdə saxlaya bilməz.

Göründüyü kimi, çox sadə yolu kənara atıb, mürəkkəb, qarmaqarışıq bur proses aparıldı və nəticədə fiakso baş verdi. Çünki prosesə məsul məmurlar əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar. Sonra gördülər ki, insanlar acından öləcək, işə icazə verdilər, başqa məhduyyətlər qoydular və s. Verilən pul da əsasən imkanlılara, işləyənlərə verildi, halbuki bu yardım məhz işsizlərə və yoxsullara verilməi idi. Misal üçün VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri isə ortadadır”.

Nərminə Umudlu

pia.az

Su böhranının əsil səbəbləri və çıxış yolları

1 aydır ki, Azərbaycanda su problemi yaranıb. Ölkənin şah damarı Kür çayının mənsəbinə yaxın hissələrində su kəskin azalıb. Kürün deltasında çay suyu minimuma düşdüyündən Xəzər dənizin suyu geri- çaya axır. Mingəçevir su anbarında suyun səviyyəsi yarıbayarı azalıb. Hazırda, Bakının Əhmədli, Günəşli qəsəbələrində, Xırdalan, Sumqayıt şəhərlərində, Kürün mənsəbinə yaxın rayonlarda ciddi su qıtlığı yaşanır və əhali əziyyət çəkir. Təkcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Problemlə bağlı aidiyyatı orqanların açıqlamaları həqiqətəuyğun deyil.

Dəfələrlə dediyimiz kimi, problem su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki, heç kim artıq su pulu ödəməyi xoşlamır. Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Ədalət naminə qeyd etməliyik ki, bu səbəblər sırasında quraqlığın da müəyyən payı vardır.

Əlbəttə, Kür çayının quruması problemin əsas səbəblərindən biridir. Bu isə, əsasən,Türkiyənin Kürün mənbəyində su anbarı tikərək Kürün suyunu ora yönəltməsi və bu sudan yalnız öz məqsədləri üçün istifadəyə çalışması ilə bağlıdır. Lakin, Kürdə suyun kəskin azalmasının tək səbəbi bu da deyil, problem həm də, Kürə axan kiçik çayların (Araz qolu da daxil olmaqla) yaratdığımız ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır.

Bəzi məlumatlara görə, Azərsu xeyli həcmdə suyu yaşıllıq təsərüfatlarına, necə deyərlər, “aformut” eləyir, oradan da həmin biznes obyektlərinə yönəldilir və beləliklə həm limitsiz su israfına yol verilir, həm də uzaq ərazilərdən min bir əziyyət cə xərclə gətirilən xeyli həcmdə içməli suya görə vəsait dövlət büdcəsindən yayındırılır.

Bu kimi məsələlər Ekologiya Naziriyi, Azərsu, Su və Melorasiya kimi aidiyyatı orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün heç bir tədbir görməyiblər. Halbuki, son illərdə biz dəfələrlə bu problemin başverəcəyini və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik. Lakin bu həyəcan siqnallarına təəssüf ki heç bir reaksiya verilməyib və heç bir tədbir görülməyib. Buna görə də, həmin dövlət orqanların məsul şəxsləri ciddi cəzalandırılmalıdırlar.

Problemdən çıxış yollarınıda dəfələrlə göstərmişik. Volqadan su gətirmək kimi utopik layihələr irəli sürmək əvəzinə, bu tədbirlər görülsə, daha yaxşı olar. Onları ümumiləşdirərək qısa formada qeyd etməyi özümə borc bilirəm.

1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdırıraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssiələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

Ümumiyyətlə, başa düşməliyik ki Azərbaycan əhaliyə nisbətdə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir və bu su ehtiyatının da 70 faizi ölkədən kənarda formalaşır. Əgər dünyada su böhranı başlasa (alimlər 30 il dən çoxdur bunun baş verəcəyini deyirlər və proseslər də bunu göstərir ki həmin vaxt yaxınlaşıb) biz çox ağır vəziyyətə düşəcəyik. Qonşu ölkələr sadəcə olaraq həmin 70 faizin bəri keçməsinin qarşısını alacaq və o suyu özlərinə sərf edəcəklər.

Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec də olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Ношение маски: лицемерие или слабоумие? — Воздушный террор

Какова истинная причина добровольного ношения масок? Страх заразиться коронавирусом или желание приспособиться к тотальному контролю? За сколько секунд уровень СО2 под маской достигает критического уровня? Какими словами, кроме матерных, назвать тех кто заставляет носить маски ещё и детей?

“Karantinin uzanması əhalini ağır vəziyyətə salıb”

Elçin Bayramlı: “Əgər karantin uzadılırsa, işləyə bilməyən bütün vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir”

Sərt karantin rejiminin daha 2 həftə uzadılması narazılıq yaradıb. Çünki hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir…

Sərt karantin rejiminin daha 2 həftə uzadılması söylənilir. Buna baxmayaraq hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir. Misal üçün bütün gəlirlərindən məhrum edilən insanlar kommunal xərcləri, kreditləri, icarə haqqı və digər xərcləri ödəməlidir. Saytımıza müraciət edən çox saylı insanlar isə ehtiyac içində olduqlarını və buna baxmayaraq hökümətdən heç bir yardım ala bilmədiklərini bildirirlər. Bu insanların çoxusu uşaqlarının cəstə olsuqlarını və işləyə bilmədiklərinə görə dərman ala bilmədiklərin qeyd edirlər.

Bəs bu karantin günlərində hökümətin hansı sosial güzəştlərə getməliydi?

 “Bizdə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər”. Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı karantin günlərində hökümətin sosial siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi”.

Karantin elan edib SMS-lə icazə verilməsi qaydasının tam mənasız olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda da sıxlıqdır, küçələrdə isə tıxacdır. Demək, bu tədbir tam mənasızdır:

“Karantinlə bağlı ölkədə çox ciddi sosial böhran yaranıb. Əhalinin əksər hissəsi işini itirib və ya işinə gedə bilmir. Nəticədə milyonlarla insan bütün gəlirindən məhrum olub və hazırda çətin vəziyyətdədir. Sosial yardımın isə məbləği çox az idi və yanız bir dəfə oldu, o da çox az vətəndaşa ödənildi. İşsizlərin, yoxsulların çoxuna verilmədi. Çünki bizdə işsizlərin böyük hissəsi qeydiyyatda deyil və bu adamlar əsasən müxtəlif yerlərdə günəmuzd çalışırlar.

Məsələn, faktiki işsiz olan, lakin əvvəlki illərdə VÖEN-I açıq olub sonra bağlanmış vətəndaşlara ağlasığmaz bəhanə göstərilərək yardım verilmədi. Yəni, tutaq ki, vətəndaş keçən il bir iş görüb, 500 manat qazanıb, bunun vergisini də ödəyib sonra iş olmadığından VÖEN-I bağlayıb və hazırda da işsizdir. Ona dedilər ki, sənin VÖEN-in bağlıdır və sənə düşmür. Amma VÖEN-ı açıq olan, hər ay çoxlu pul qazanan və uzun aylar gəliri olmasa da, yaşamaq üçün maliyyə ehtiyatı olanlara yardım ödənildi. Qısası belə çıxdı ki, işsizlərə, bir manat belə pulu olmayanlara sosial yardım verilmir, amma işləyənlərə, pulu çox olanlara verilir. Belə absurd qərar dünya tarixində görünməmişdir. Faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi. Bunu sosial şəbəkələrdə minlərlə vətəndaşın özü yazır.

Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı. Demək olar ki, bu tədbirlər tam əks effekt verdi və yoluxma azalmaq əvəzinə daha da artdı. Artıq gün kimi aydındır ki, bu görülən tədbirlər fayda vermir, fayda vermədiyi kimi, iqtisadiyyata və insanlara zərər verir. Ona börə də sərt karantin rejimi ləğv edilməlidir. Məsələn, 5 milyon insanın toplaşdığı Bakı-Abşeron zonasından çıxışa qadağa qoymaq burada virusun daha çox və sürətlə yayılmasını təmin etdi. Halbuki, insanlar ucqar kəndlərə gedəcəkdi və orada yoluxma şansı Bakıdakından azı 100 dəfə aşağıdır.

Elçin Bayramlı: “Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı”

Karantin elan edib SMS-lə icazə verilməsi qaydası tam mənasızdır. Çünki onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda sıxlıqdır, küçələrdə tıxacdır. Demək, bu tədbir tam mənasızdır. Ya tam karantin elan edəcəksən, ya da karantini ləğv edəcəksən.

Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, ölkələr 2 yoldan birini seçir. Ya əhaliyə normal məbləğdə sosial müavinət verir və müəyyən müddətə karantin elan edir, bununla bağlı da heç bir sosial problem yaranmır. Ya da karantin elan etmir, sadəcə qorunma tədbirlərini gücləndirir və insanlar işləri ilə məşğul olur, yenə da sosial problem yaranmır. Bizdə isə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər.

Konkret, əgər karantin uzadılacaqsa, vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir. Burada başqa variant yoxdur ola da bilməz”.

Nərminə Umudlu

http://pia.az/-351724-xeber.html?fbclid=IwAR11pJfcergi_shzSv-5RJvgG1doxMP20wnhr0MzUoX47Y6K9ILPNtaxpbE

“Böyük ekoloji və sosial fəlakət gəlir”

Elçin Bayramlı: “Kürün hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir”

Son aylar Kür çayının səviyyəsində nəzərəçarpan azalma müşahidə olunur. Xəzər dənizinin suyunun Qafqazın ən böyük çayı olan Kürün suyuna qarışması regionu ciddi ekoloji böhranla üz-üzə qoyub. Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir. Məhsullar məhv olur.

AMEA-nın Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasını və dəniz suyunun çay dərəsinə dolmasını bir neçə səbəblə izah edib. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

Bundan əlavə, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi də suyun azalmasına gətirib çıxarıb.

Əsas amillərdən biri isə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Kür çayının ölkəmizin şah damarı olduğunu deyən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu çaydan ölkə iqtisadiyyatının, təsərrüfatının və əhalinin əhəmiyyətli bir hissəsi asılıdır. E.Bayramlı vurğulayıb ki, hazırda çayın hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir:

“Bu kimi hadisələrin baş verəcəyi haqda uzun illərdir, həyəcan təbili çalırdıq, lakin ciddi reaksiya verilmədi. Məlumatlara görə, Kürün bu vəziyyətə düşməsinin əsas səbəbi Türkiyənin çayın mənbəyində tikdiyi böyük su anbarıdır. Qonşu dövlət çayın suyunu anbara yönəldir, oradan da əslində suya o qədər ehtiyac olmayan Qara dəniz sahili ərazilərə. Nəticədə bizdə çox ciddi ekoloji fəlakət yaranır. Buna görə Türkiyəyə nota verilməlidir və izahat tələb edilməlidir. Bundan başqa, ölkəmizdə də yaşıllığın qırılması, təbiətə divan tutulması, su ehtiyatlarının səmərəli istifadə edilməməsi kimi işlərin nəticəsində ekoloji və sosial böhranlar yaranır”.

Ekspert bildirib ki, hazırda Muğan zonasında Kür çayı sahilindəki rayonlarda ciddi su qıtlığı yaranıb: “Əhali içməli suyu kənar yerlərdən gətirdir, təsərrüfatlar isə yanıb gedir. Dənizdən geri çaya axan duzlu dəniz suyu çayın flora və faunasına zərər vurur. Hesab edirəm ki, bu vəziyyətə əsas cavabdehlər Ekologiya Nazirliyi, Azərsu, Su-Melorasiya kimi dövlət orqanlarıdır. Vaxtında heç bir tədbir görməyiblər. Kürə tökülən kiçik çayların qurumasının səbəbləri araşdırılmayıb və qarşısının alınması üçün heç bir tədbir görülməyib. Elə indi də bir ciddi hərəkət görünmür. Problemin səbəbini aşkar edib bununla bağlı ciddi fəaliyyətə başlamayıblar”.

E.Bayramlı Kür çayındakı problemin qlobal və iqlim dəyişmələri ilə birbaşa əlaqəsi olduğunu diqqətə çatdırıb: “Dünya ciddi su probleminin astanasındadır. Əksər ölkələr xeyli əvvəldən bununla bağlı müəyyən tədbirlər görüblər. Bu problem qarşısında bizim ölkə hazırlıqsız vəziyyətdədir. Uzun illərdir təklif edirdik ki, çoxlu kiçik su anbarları yaradılsın, dəniz suyunu şirinləşdirən zavodlar tikilsin, yeraltı su hövzələrindən istifadə genişləndirilsin. Lakin bunlar təklif olaraq qaldı və heç bir reaksiya verilmədi. Dünyada ciddi su böhranı yaransa, qonşu ölkələr transsərhəd çaylarının bütün suyunu özlərinə istifadə edəcək və biz tərəfə su gəlməyəcək. Biz isə su ehtiyatının ən az olduğu ölkələrdənik və su ehtiyatının 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Hesab edirəm ki, bu problemin qarşısının vaxtında alınması üçün heç nə etməyən müvafiq orqanların rəhbərləri istefaya göndərilməli, roblemin həll üçün tədbirlər əmümükn qədər tez müddətdə başlanmalıdır. Tezliklə problemin həlli təmin edilməsə, daha ciddi ekoloji, sosial və iqtisadi böhranın yaranacağı şübhəsizdir”.

Yeganə Bayramova

«Koronavirusa qarşı mübarizədə əsas silah immunitetin gücüdür”

Elçin Bayramlı: “Yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin”

“Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır”

COVİD-19 xəstələrinin sayının  günü-gündən artması  Azərbaycanda həkim çatışmazlığı məsələsini gündəmə gətirib. Xəstə sayı artdığına görə son günlər «103» təcili tibbi yardım xidmətinin də üzərinə çox yük düşür. «103»ə zəng edəndə çox vaxt ya məşğul olurlar, ya da digər xəstələrin yardımına tez çatmaq onlar üçün çətin olur. Eyni zamanda vəziyyətin daha da ağırlaşması fonunda  infeksionist həkimlərin, virusoloqların sayının az olması bütün ixtisas həkimlərinin koronavirusla mübarizəyə səfərbər olmasını gündəmə gətirib.

Belə ki, problemdən çıxış yolu kimi Azərbaycanda ehtiyat tədbirləri olaraq COVİD-19-la mübarizədə həm özəl, həm də dövlət xəstəxanalarında işləyən bütün ixtisas həkimlərinə bu virusun müalicəsinə görə hazırlıq kurslarının keçirilməsi  təklif olunur.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva hesab edir ki, eyni həkimlərin çiyninə çox yük düşməməlidir: «Onların immun sistemi zəifləyə bilər, növbəli şəkildə bu yükü azaltmaq lazımdır. Həkimlər anidən baş verə biləcək hər şeyə hazırlıqlı olmalıdırlar. Hər birimiz bu xəstəliyə tutula bilərik. Buna görə də təcili surətdə ilkin tibbi yardım kursları təşkil olunmalıdır və COVİD-19-a qarşı birgə mübarizə aparılmalıdır».

Y.Abdiyeva əlavə edib ki, hazırlıq kursları onlayn webinar seminarlar formasında da təşkil edilə bilər. Respublikanın hər yerində — həm xəstəxana, həm də poliklinika həkimlərinə təlimin keçirilməsi vacibdir.

Sözügedən təkliflə bağlı “Sherg.az”a açıqlama verən «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı isə hesab edir ki, koronavirusa qarşı mübarizə aparmağın başlıca yolu immunitetin güclənməsindən keçir. Bunun üçün də sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas kifayətdir:

«Vaxtında mikrobiologiya, virusologiya elminə fikir vermədik, bu sahədə alimlər yetişdirmədik, məktəb yaratmadıq.  Sovet dövründən qalan elmi-texniki bazanı da dağıtdıq, indi bunun nəticəsini görürük. Fikrimcə, təcili olaraq azı 100 nəfər infeksionist həkim virusla mübarizədə effektiv mübarizə aparıb qalib gəlmiş və ya virusologiya elmi güclü inkişaf etmiş ölkələrə qısamüddətli təcrübəyə göndərilməlidir- Çin, Almaniya, Rusiya və s.

Bununla yanaşı, bu virusla mübarizədə effektiv dərmanlar olmadığından və virus tez-tez mutasiyaya uğradığından yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin.

Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır. Sağalanların ən azı 90 faizi öz immunitetlərinin sayəsində buna nail olublar, ölənlərin də azı 90 faizi immuniteti zəif, ağır xroniki xəstəlikləri olan yuxarı yaşlılardır. Adi məntiqlə aydın olur ki, orqanizmin immunitetinin gücləndirilməsi üçün hər şey edilməlidir.

Təəssüflə qeyd etməliyəm ki, nə ÜST, nə alimlər, nə həkimlər insanları immunitetlərini gücləndirməyə çağırıb, bunu təbliğ edirlər. Elə yapışıblar ki  əlinizi yuyun, maska taxın və s. Təcrübə də göstərir ki, bunlar yoluxmanın qarşısının alınmasında effekt vermir, əksinə bunlara riayət etdikcə yoluxma daha da sürətlənir. Mən demirəm qorunma tədbirləri olmasın, əksinə bunlar vacibdir, lakin ən vacib şeylər bunlar deyil.

Nüfuzlu alimlər deyir ki, immunitet ən vacibidir. Hələ yoluxmamamış insanlara bu təbliğ edilməlidir ki, yoluxduqları təqdirdə orqanizm öhdəsindən gələ bilsin. Sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas immunitetin güclənməsi üçün kifayətdir. Bunu təmin edə bilməyən yoxsul təbəqəyə xüsusi dövlət yardımları edilməlidir. Bunun üçün müvafiq maliyyə imkanlarımız kifayət qədərdir. 50 milyardlıq starteji rezervlərimizi bu günlər üçün yığmışdıq, xalqımızın bundan ağır günü olmayacaq, ona görə də təklif edirəm ki, həmin ehtiyatlardan bir neçə milyardı bu ümummilli bəla ilə mübarizəyə cəlb edilsin və xalqımız tezliklə bu fəlakətdən qurtulsun».

Şəymən Bayramova

https://sherg.az/xəbər/130920

Azərbaycanda içməli su problemi yarana bilərmi? — TƏHLÜKƏLİ MƏQAM

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər?..

Vahid Məhərrəmli: «Ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik«

Elçin Bayramlı: «Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki yoxa çıxıb»

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ötən həftə deyib ki, qlobal istiləşmə hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir. Ölkəmizdə isə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi vəziyyəti kritik həddə yaxınlaşdıra bilər.

Nazir müavini su ehtiyatlarının azalması barədə fikirlərini bölüşərək bildirib ki, Azərbaycan dünyanın bir hissəsi olduğuna görə, qlobal problemlərin aktuallığı ölkəmizdə də özünü göstərir. Son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir. Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz aşağı düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur.

Qeyd edək ki, Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq Xəzər dənizinin duzlu suyu çayın mənsəbinə daxil olub və hazırda Neftçala rayonunda içməli su ilə bağlı kritik vəziyyət yaranıb. Rayonun şəhər və qəsəbələrində içməli su çatışmadığı kimi, əkin sahələrinin suvarılmasında da ciddi problemlər ortaya çıxır. Həmçinin rayonun heyvandarlıq sahəsi də sudan ciddi şəkildə qıtlıq çəkməkdədir.

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər? Həmçinin böhran yaranarsa, vəziyyətin qarşısı hansı yollarla alına bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmliyə və Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlıya müraciət edib.

Vahid Məhərrəmli: “Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir”

Dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərinin, kolluqları, ağacların məhv eilməsinə diqqət çəkən mütəxəssis PİA..az-a açıqlamasında əlavə edib ki, əslində bu da su mənbələrinin məhv edilməsi deməkdir:

“Əvvəla onu qeyd edim ki, onsuz əvvəllər də Azərbaycanda hava isti keçirdi. İndi isə ümumi dünya üzrə havanın temperaturu bir dərəcə artıb. Azərbaycanda da havanın kəskin dəyişməsi hiss olunur. Amma Azərbaycanda payız, yaz aylarında intensiv yağışlar yağanda, yağış sularını yığmaq lazımdır. Bunun üçün süni göllər formalaşdırılmaq lazımdır bə bu işlərə biz əslində çoxdan başlamalıydıq.

Həmçinin uzun illərdir ki, Azərbaycan ekologiyasına müxtəlif qurumlar və sadə vətəndaşlar tərəfindən ciddi ziyan vurulur. Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir. Çünki yağışlar yağanda bitki örtüyü suyu canına hopdurur. Sonra o su bulaq kimi torpağın altından gedir və başqa yerdən çıxır. Bu da içməli su mənbəyidir.

Hətta çoxlu sayda heyvanları dağ yamacına çıxarmışdılar. Bununla da oranın ot örtüyünü məhv etdilər. İndi də yağış yağan kimi dağ torpaqlarını yuyur çaya aparır. Həm də bulaqların hamısı quruyub. Yəni faktiki olaraq ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik. İndi isə əsas məsələ məhv edilən ekosistemin təcili bərpa olunmasına çalışmaqdır”.

Elçin Bayramlı: “30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, həmçinin, yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə xeyli əvvəldən lazımi işlərə start veriblər”

Artıq bəzi rayonlardan əkinləri suvarmaq üçün suyun olmadığı siqnallarının gəldiyini bildirən ekoloq jurnalist, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə etdiyini, kəndlilərə vermədiyini vurğulayıb:

“Problemin yaranmasının məsuliyyəti konkret olaraq “Azərsu” ASC-nin, o cümlədənMeliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşür. Bunların uzun illərdir davam edən effektsiz fəaliyyətləri, daha doğrusu fəaliyyətsizlikləri ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! Problemin olacağını əvvəlcədən görmək heç də çətin deyildi. Ona görə də prosesi əvvəldən araşdırıb müvafiq tədbirlər görüb qarşısını almaq olardı. Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Yaranmış bu vəziyyətə görə məsul şəxslər cavab verməlidirlər.

Bəli, problem qlobaldır. Baş verənlər əsasən antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Lakin əksər ölkələrin müvafiq dövlət orqanları bu problemin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün çox-çox əvvəldən lazimi tədbirlər görməyə başlayıblar. Axı bu yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qtılığı yaşayan ölkələrə içməli suyun satılmas haqda müqavililələr bağlayıb və dərinlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

Bəli, hələ ki, vəziyyət kritik deyil, amma kritikliyə doğru gedir. Bunlar istəyir ki, biz yataq, problem kritik həddə çatandan sonra həyəcan təbili çalaq? Əvvəlcədən tədbirlər görmək olmazmı? Bunlar boş-boş danışmaqdansa, zəhmət olmasa, gördükləri tədbirləri açıqlasınlar, görək neyləyiblər.

Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Bu sahədə araşdırma aparıb yazan başqa həmkarlarım da eləcə. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki, yoxa çıxıb, arx səviyyəsinə düşüb. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Elçin Bayramlı: “Məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər”

Artıq bəzi rayonlardan siqnallar gəlir ki, əkinləri suvarmaq üçün su yoxdur, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə edir, kəndlilərə vermirlər. Məsələn elə dünən Tovuzun kəndlərindən mənə bu barədə məlumat veriblər. Bu o deməkdir ki, problem həll olunmasa, ciddi məhsul qıtlığı yarana bilər.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır. Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müsəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Nərminə Umudlu

http://pia.az/-350432-xeber.html

«Karantin tədbirləri dəyişdirilməlidir»

Elçin Bayramlı:  “Ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalıdır”

«Pandemiya dövründə öz absurd, effektsiz və qeyri-adekvat qərar və tədbirlərilə ölkəni və xalqı daha ağır vəziyyətə salan Operativ Qərargah ləğv edilməli, Qərargahın qərar verən rəhbərləri cəzalandırılmalı, yenidən Fövqəladə Qərargah yaradılmalı və virusla mübarizəyə düzgün yollarla davam edilməlidir». Cebhe.info xəbər verir ki, bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı söyləyib.

Onun sözlərinə görə, ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalı, digər tədbirlər isə gücləndirilməlidir: “Metro dayandırılmalı, avtobuslarda 15-20-dən artıq sərnişin götürmə qadağan edilməli, avtomobillərdə hərəkətə tam icazə verilməlidir.

Kütləvi yığıncaqlar təşkil edənlərin əmlakı müsadirə edilməli, mağazalarda sıxlığa imkan verilməməli, açıq bazarlar və yarmarkalar işləməli, qadın salonları və bərbərxanalar, masaj salonu və kafelər bağlanmalıdır. Yalnız açıq havada stolları olan kafe və restoranların işləməsinə icazə verilməlidir. İnsanların parklara, təbiət qoynuna və çimərliklərə getməsinə maneə yaradılmamalıdır.

Əhalinin immunitetinin gücləndirilməsi üçün maarifləndirici təbliğat aparılmalıdır. Həmçinin respiratorların pulsuz paylanması, ya da qiymətinin 10 qəpiyə salınması təmin edilməlidir. Spirt və ya digər dezinfeksiya məhsullarının qiyməti 2-3 dəfə endirilməlidir.

Bu tədbirlər nəticəsində işi dayanan vətəndaşlara minimum ehtiyac meyarı həddində maddi yardım ödənilməlidir. İqtisadi və sosial problemlərin kompensasiyası üçün strateji rezervlərimizin müəyyən hssəsindən istifadə edilməlidir, həmin ehtiyatlar məhz bu günlər üçün yığılmışdır».

Tünzalə

https://m.cebhe.info/elcin-bayramli-quotkarantin-tedbirleri-guclendirilmelidirquot-216083?fbclid=IwAR0XlqrKz5gm7UdhyUN5FDTuJnGrYGQ_ARSFkAPQSeHAO1S-zNnIdgrfY8w

Abşeronu boz sahələrdən qurtarmaq lazımdır

Elçin Bayramlı: “Bakıya gələn içməli suyu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər, ona görə də…”

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısının diqqət çəkdiyi məsələlərdən biri də ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı olub.

Ölkə rəhbəri vurğulayıb ki, xüsusən Bakı və Abşeron yarımadasında ətraf mühitin qorunması çox vacib məsələdir: “Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər”.

Elçin Bayramlı, EJB-nin sədr müavini

Prezidentin diqqət çəkdiyi məsələ ilə bağlı “Şərq”ə danışan Ekoloq Jurnalistlər Birliyinin (EJB) sədr müavini Elçin Bayramlı bildirib ki, dövlət başçısının bu istiqamətdəki fəaliyyəti çox təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, Abşeron zonası ekoloji cəhətdən az qala böhran həddindədir:

“Burada təbii resurslar yoxdur. Meşə fondu, yeraltı su mənbələri, çaylar və s. mövcud deyil. İqlimi sərtdir və torpaqların əksəriyyəti qeyri-münbitdir. Ona görə də bölgədə yaşayış üçün şərait münasib deyil. Bu səbəbdən həmin zonada yaşıllıq sahələrinin sürətlə artırılmasına ehtiyac var. Həmçinin, neftlə çirklənmiş torpaqların təmizlənməsi daha sürətlə davam etdirilməlidir. Məsələn, şəhərin mərkəzinə əsas giriş yolu olan Yeni Salyan şossesi boyu çox bərbad bir mənzərə müşahidə olunur. Xüsusilə, Bibiheybət məscidindən mərkəzə doğru Su İdmanı Sarayının yanınadək bir neçə kilometrlik məsafədə yaşıllığı olmayan boz çöllük, çoxu xarab olmaqla çox cüzi neft çıxaran köhnə buruqlar, xarabalığa oxşar tikililər şəhərə girişdə mənfi təəssürat yaradır. Burada buruqlardan çıxan qazlar havanı korlayır. Külək əsəndə toz-torpaq böyük bir ərazini bürüyür. Başqa ərazilərdə də belə yerlər var”.

E.Bayramlının fikrincə, Bakı buxtasının təmizlənməsi işinə də başlanmalıdır: “Bu iş üçün xüsusi gəmilər var. Onlar dənizin üzərindəki neft təbəqəsini yığır və elə həmin yanacaqla da işləyir. Əlavə olaraq, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsə yaxşı olar. Bunun sayəsində Abşeronda nəhəng yaşıllıq sahələri salmaq və onların daimi suvarılmasını təmin etmək olar. Bakıya gələn içməli suyu bu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər. Nəzərə alaq ki, Abşeron yarımadasında yaşıllığın saxlanması üçün başqa zonalara nisbətən dəfələrlə çox həcmdə su tələb olunur, onda aydın olur ki, bu zavodlar çox vacibdir. Bu işləri həyata keçirmək üçün özümüzdə də köhnədən qalma təcrübəli mütəxəssislər, alimlər, müvafiq institutlar var. Lazımi maliyyə imkanları mövcuddur. 50 milyardlıq strateji rezervlərimizin kiçik bir hissəsindən bu məqsədlə istifadə edə bilərik”.

EJB nümayəndəsi hesab edir ki, müsbət xarici təcrübədən də yararlanmaq olar: “Lazımi texnki avadanlıqları xaricdən almaq mümkündür. Fikrimcə, bununla bağlı bir proqram qəbul olunmalıdır. Burada təkcə dövlətin yox, ictimaiyyətin də fəal iştirakı şərtdir. Ayda 1-2 dəfə kütləvi iməciliklər etməklə böyük və faydalı iş görmək olar. Ümidvaram ki, tezliklə bu sahədə vəziyyət dəyişəcək. Ən əsası, bunun üçün ortada siyasi iradə var”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/130389?fbclid=IwAR1PNwCvHuSESztwNwHeTS0CgwYTiOcEBD6OdVfotWRh9cV2PfOchs—9iU