Elçin Bayramlı: “Keyfiyyətli çay xaricə, zay məhsul isə bizə satılır”

Xəbər verdiyimiz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb.

KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq. Əvvəlcə, onu qeyd edək ki, bu sahə üzrə ciddi çatışmazlıqlar var.

Belə ki, Azərbaycanda çayçılıq artıq əvvəlki qədər inkişafda deyil. Həmçinin, çaylarla bağlı digər problemli məsələ odur ki, bu gün içdiyimiz çayların əksəriyyətində rəng var.

Bu insan orqanizminə olduqca ziyanlıdır. Həmçinin, yerli istehsalçılara şərait yaradılmır. Bu necə tənzimlənməlidir? Azərbaycan çayı şöhrətini geri qaytara bilərmi? Sadalanan problemlər həllini necə tapacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı Elçin Bayramlı bildirib ki, son 30 ildə çayçılıq da tənəzzül başlayıb:

“Qeyd edim ki, iqisadiyyat üçün çayçılıq çox əhəmiyyətli sahələrdəndir. Çünki, bizim aqrar sektorun vaxtilə böyük şöhrət qazanmış, yaxşı gəlir gətirmiş, böyük potensialı olan əsas sahələri arasında çayçılıq da var. Çayçılığın inkişafı ötən əsrin 20-ci illərindən başlayıb. Çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1930-cu illərdə başlanılıb. Getdikcə, bu sahədə böyük inkişaf baş verdi. Artıq 70-ci illərdə çay plantasiyalarının 13 min hektara, yaşıl çay yarpağı istehsalı 35 min tona çatmışdı. 14 çay emalı fabriki, 2 çay paketləyici fabrik fəaliyyət göstərirdi ki, bu müəsisələr respublika əhalisinin quru çaya olan ehtiyacının 70 faizinin ödəyir, üstəlik İttifaq respublikalarına və xarici ölkələrə idxal da edilirdi. Çayçılıqda biz keçmiş SSRİ üzrə Gürcüstandan sonra 2-ci yeri tuturduq və bu sahədən respublikamız yüksək gəlir əldə edirdi.

Təəssüf ki, sonralar çayçılıqda tənəzzül başladı. Təsəvvür edin ki, 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdü. Yəni, çay əkini sahələri 25 dəfə, çay istehsalı isə 70 dəfə azalmışdı ki, bu da çayçılığın tam sıradan çıxması demək idi. Artıq ölkənin tələbatının demək olar ki, 99 faizi idxal hesabına ödənilirdi. Təəssüf ki, subtropik zonalarda yaşayanlar çay əkin sahələrini tərəvəz sahələri ilə əvəzlədilər, çayçılığa maraq tamam itdi, dövlət isə bu gəlirli sahənin bərpasına inkişafına çox gec fikir verdi.

2012-ci ildə «Çayçılıq haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu sahənin dirçəldilməsi dövlət səviyyəsində işlər isə yalnız 2016-2017-ci illərdən etibarən görüldü. Lakin hələ də, 50 il qabakı səviyyənin 10-da 1-nə qayıda biməmişik. Keçən il çay idxalı, ixracı 10 dəfə üstələyib. 2018-ci ildə «Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı» təsdiq edildi. Artıq bu sahədə ciddi işlərə başlanır, ümid edirəm ki, qısa müddətdə çayçılıq sektorunun keçmiş nüfuzunu bərpa edə biləcəyik və qeyri-neft sektorunda ölkəmizin əsas gəlir mənbələrindən birinə çevriləcək. Bu sahənin bərpası, əlbəttə, xeyli insanın işlə təmin olunması və həmin bölgələrin iqtisadi-sosial inkişafına da müsbət təsir edərdi”.

Sosioloqun fikirlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi çayların keyfiyyətinə nəzarət etmir:

“Bu gün satışda olan çaylara gəldikdə, deməliyəm ki, onların əksəriyyəti keyfiyyəsiz, kimyəvi maddələrlə zəngin, təbiiliyi və özünəməxsus dadı qalmamış çaylardır. Bu da təbii ki, orqanizmə zərər vurur. Xüsusən də, ucuz qiyməti olan çaylar. Məlum olduğu kimi, əsl çay minimum 10-15 dəqiqə dəm aldıqdan sonra rəngli olur. İndiki çayları isti suya atılan kimi dərhal rəng alır. Bu, ola bilməz, demək konkret kimyəvi boya vurulub. Paket çaylar daha təhlükəlidir. Çay stəkanda və ya dəm çaydanında 5-6 saat qalandan sonra elə vəziyyətə düşür ki, adamın ürəyi bulanır. Kimyəvi boyanı stəkandan yuyub təmizləməkk çətin olur. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bu məhsulların keyfiyyətinə nəzarət etmir. Nəticədə, insanlarımız həm pul verirlər, həm də xəstəlik qazanırlar. Buna ciddi nəzarət olunmalıdır”.

O qeyd edib ki, Azərbaycanda bu sahəyə daha çox diqqət ayrılsa, həm iş yerləri artar, həm ciddi rəqabət mühiti formalaşar:

“İstehsalda rəqabət məsələsinə gəldikdə, təəssüf ki, bu sahədə də ciddi problemlər var. Belə ki, “Azərsun” digər qida məhsullarında olduğu kimi, bu sahədə də monopoliya yaratmağa cəhd edir. Halbuki, istənilən sahənin inkişafı üçün orda sağlam rəqabət olmalı, çoxsaylı şirkətlər fəaliyyət göstərməlidir. Bundan başqa, kiçik və orta təsərrüfatlara dəstək verilməlidir. Xüsusən də, güzəştli və uzunmüddətli kreditlər ayrılmalıdır. Çünki, çay bitkisinin məhsul verməsi üçün 7-8 il vaxt tələb olunur. Lakin, məhsula düşəndən sonra çay kolları 50-100 il məhsul verir.

Mütəxəssislərin rəyinə görə, ölkəmizdə 20 min hektardan çox ərazi çay becərilməsinə imkan verir. Bu, az olmasa da, çox da deyil. Ona görə də, həmin torpaqlarda başqa bitkilərin əkilməsinə yol verilməməlidir. Çayçılıq təkcə əkin sahəsi demək deyil, bu həm də sənaye sahəsidir. Plantasiyalar artsa emal fabrikləri də artacaq və aqrar-sənaye zənciri yaranacaq. “Azərsun” bir neçə çay fabriki açıb, çayı xaricdən idxal edir, burda sadəcə paketləyir. Bu çaylardan müəyyən hissəsi, düzünü desək, keyfiyyətli olan hissəsi reeksport olunur, ölkə bazarına isə keyfiyyətsiz, ucuz məhsullar ötürülür. Mən özüm və dostlarım xarici ölkələrdən “Azərsun”-un çaylarını alıb içmişik, onlar həm dadı, həm ətri, həm dəmləmə vaxtı cəhətdən burada satılan çaylarından tamam fərqlidir. Belə çıxır ki, keyfiyyətli məhsul xaricə, zay məhsul vətəndaşlarımıza satılır.Bu necə yanaşmadır?

Çayçılıq üçün gözəl imkanlara malik olan Azərbaycanın xaricdən çay almaq üçün ildə 50 milyon dollar xərcləməsi arzuolunan deyil. Əgər çayçılığa dövlət səviyyəsində diqqət artırılsa, bu sahədə monopoliya cəhdləri aradan qaldırılsa, sizi əmin edirəm ki, tezliklə bu sektorda çox ciddi inkişaf əldə olunar, nəinki özümüzü tam təmin edə bilərik, xaricə də baha qiymətə keyfiyyətli məhsul ixrac edə bilərik. Beləliklə, işsizlik probleminin həllindən tutmuş, dövlət büdcəsinin artmasına qədər çox sahədə yaxşı nəticə əldə olunar”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində yaşıl çay yarpağı istehsalı 759.3 ton olub. Bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 30.7% çoxdur. 2019-cu ildə yaşıl çay yarpağı istehsalı 929.4 ton olub.

Naibə

https://cebhe.info/cay_nedi_say_nedi_ldquo_keyfiyyetli_cay_xarice_zay_mehsul_ise_bize_satilir_rdquo-235308

Azərbaycan-Ermənistan: hansı ordu güclüdür? — ARAŞDIRMA

2 ölkə arasında hərbi-iqtisadi imkanların müqayisəli analizi nəyi göstərir?

İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu qısa müddətdə 10-dan artıq yaşayış məntəqəsini və xeyli strateji yüksəkliyi geri aldı. Özünü itirmiş Ermənistan rəhbərliyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır. Lakin artıq gecdir. İndi son sözü silahlar deyir…

Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan keçən 30 il ərzində sülh prosesini açıq şəkildə sabotaj etdiyindən və bu səbəbdən problemin danışıqlar yolu ilə həlli üçün bütün imkanlar itirildiyindən Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün əməliyyatlara başladı.

Bu yazıda ölkələrin iqtisadi-maliyyə imkanları, canlı qüvvə resursları, silahlı qüvvələrin maddi-texniki təchizatı, ordudakı mənəvi-psixoloji mühiti ilə bağlı kiçik bir müqayisə aparacağıq. Lap başdan başlayaq…

İqtisadi-maliyyə imkanlarının qarşıdurması nə vəd edir?

Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. Azərbaycan bu sahədə Ermənistandan azı 5 dəfə güclü vəziyyətdədir.
Azərbaycanda illik ümumdaxili məhsul 80 milyard, Ermənistanda isə 15 milyrd dollar təşkil edir. Azərbaycanın dövlət büdcəsi 25 milyard, Ermənistanın dövlət büdcəsi 3,5 milyard dollar təşkil edir. Hərbi büdcələrdə isə müvafiq olaraq, 3 milyarda qarşı cəmi 650 mln dollarlıq hərbi büdcə dayanır.
Ermənistanın ümui dövlət borcu 8 milyarda (ÜDM-in 55 faizi) çatıb. Tədiyyə balansının mənfi saldosu 3 milyard dollar təşkil edir. Xaricdən pul köçürmələri ÜDM-in 25 fazinə yaxındır. Bu iqtisadi göstəricilərə görə, Ermənistan dünyada ən ağır vəziyyədə olan ölkələr siyahısındadır və hazırda yalnız bəzi Afrika ölkələrindən irəlidə olmaqla 153-cü yerdədir.
Ermənistanın cəmi 3 milyardlıq rezervinə qarşı Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar təşkil edir.
Göründüyü kimi, bütün sahələrdə Azərbaycanın xeyrinə azı beşqat fərq var.
Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət nəticəsində işğalçı ölkə blokada vəziyyətinə düşərək bütün regional və beynəlxalq iqtisadi, ticari, enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanda sosial-iqtisadi böhranı daha da ağırlaşdırıb.
1 milyondan artıq yoxsul vətəndaş malik Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Beynəlxalq hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə, həmçinin, Amerika və Fransadan edilən maliyyə yardımları ilə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Hərçənd, Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 aya qədər uzanmamasına kifayət edir.

Orduların texniki bazası: kim güclü, kim zəif?

Ermənistan Hərbi Hava Qüvvələrinin aviaparkı isə bərbad haldadır. Çoxu köhnə model və istismar müddətini başa vurmuş təyyarə və vertolyotlardır. Belə zəif və köhnə aviaparkla hava döyüşləri aparmaq mümkün deyil. Pilotsuz uçan aparatlar haqda isə danışmağa belə dəyməz. Ermənistanın bir neçə PUA-sına qarşı Azərbaycan ordusunun ixtiyarında bir çoxu silah yüklü olmaqla yüzlərlə ən müasir PUA-lar var ki, bunlar da son günlərdəki döyüşlərdə erməni terroristlərinin mövqelərini, texnikasını havadan dəqiq atəşlərlə darmadağın etməklə öz sözünü dedi.
Ümumiyyətlə, həm hərbi araşdırma mərkəzlərinin hesabatlarından, həm döyüş bölgəsindəki vəziyyətdən aydın görünür ki, bütün texniki sahələrdə Azərbaycan Ordusunun döyüş vasitələri güclü və yüksək effektvlikli texnologiyaya dayanır. Ermənistan ordusunun sərəncamında olan texnikaların əksəriyyəti isə çox köhnə və zəif olmaqla yararsız vəziyyətdədir.

Britaniya və Rusiya hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, Azərbaycan ordusu həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən Ermənistan Ordusundan azı 3 dəfə güclü bazaya malikdir. Bəzi konkret sahələrdə üstünlük 4-5 dəfəyə çatır. Müqayisəni verilən cədvəllərdə aydın gördüyünüz üçün burada ətraflı qeyd etməyəcəyik.
Azərbaycan Ordusunun sərəncamında istənilən şəraitdə uğurlu döyüşlər aparmağa imkan verən daha modern hərbi texnika, döyüş aviasiyası və silah-sursat var. Zenit-raket komplekslərinin, artilleriya sistemlərinin, tank və digər zirehli döyüş maşınlarının modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə üstünlüyümüzü dəfələrlə artırıb.
Aviasiya sahəsində Azərbaycan 3 qat üstünlüyə və daha müasir parka sahibdir.

Canlı qüvvə ehtiyatları və peşəkarlıq səviyyəsi

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Ermənistanla müqayisədə Azərbaycan ordu heyəti və ehtiyat qüvvələr cəhətdən də Ermənistandakından azı 3 dəfə çoxdur. Hazırda Azərbaycanın 125 minlik ordusuna və 300 minlik ehtiyat qüvvələrinə qarşı, Ermənistan ordusu cəmi 45 min əsgərə və 100 minlik ehtiyat qüvvələrə malikdir. Azərbaycanda total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı 4 milyona yaxındır. Ermənistanda isə, bu göstərici 1 milyona da çatmır. Ümumiyyətlə, 10 milyonluq əhaliyə qarşı, faktiki 2 milyon əhali fonunda səfərbərlik imklanlarının müqayisəsindən danışmağa ehtyac belə yoxdur.

İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu ciddi çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Bu səbəbdən, mülki vətəndaşlar belə işğal edilmiş ərazilərdə döyüş mövqelərinə göndərilir. Qarabağdakı mülki şəxslərə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

“Ermənistan Əsgər Anaları Cəmiyyəti”nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Hərbi hissələrdə “dedovşina”, xəstəliklər, intiharlar, narkomanlıq, homoseksualizm baş alıb gedir.
Peşəkar hərbçi kadr baxımından Azərbycan ordusunun imkanları xeyli yüksəkdir. Son illərdə keçirilmiş iri miqysalı çoxsaylı hərbi təlimlərdə ordumuz xeyli peşəkarlaşıb. İndi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir. Hərbçilərimiz bunu döyüşlərin ilk bir neçə günündə əyani surətdə nümayiş etdirdi.

Hərbçilərin peşəkarlığı və döyüş əzmi cəhətdən müqayisə, ümumiyyətlə, yolverilməzdir. Azərbaycan əsgəri öz vətənində döyüşür, ermənilər isə işğal etdikləri torpaqlarda.

Ordularda mənəvi-psixoloji vəziyyət necədir?

Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji vəziyyətinin getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən «Əsgər Anaları» cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu təşkilatlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Hər il Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olur ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölür.

Ermənistan ordusunda hərbi qulluqçuların sağlamlıq vəziyyəti də ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsi və anti-sanitariya şəraitində xidmət aparmasıdır.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir.

Azərbaycan Ordusunda isə mənəvi-psixoloji vəziyyət və döyüş əzmi ən yüksək səviyyədədir. Bu barədə geniş yazmağıza ehtyac yoxdur, hər şeyi özünüz bilirsiniz.

Azərbaycan ordusunun arxasında qüdrətli arxa cəbhə dayanır. Ermənistan barədə isə bunu demək mümükn deyil. Belə bir vəziyyətdə müharibənin necə nəticələnəyi dəqiq aydındır.

…Beləliklə, kiçik müqayisəli araşdırmadan ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan, əslində, nə hərbi, nə iqtisadi, nə də digər sahələrdə müqayisə ediləcək ölkələr deyil.
Möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji vəziyyətə mailk olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Artıq bu proses başlayıb və tezliklə yekunlaşacaq.

Elçin Bayramlı

Azərbaycan: bütün cəbhələrdə böyük qələbəyə — ANALİZ

Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin və mükəmməl ordu quruculuğunun bəhrələrini əldə edir

Bir neçə gündür ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib.

Qarabağ cəbhəsində mövqelərin nəzərdən keçirilməsi

Son 3 gündə ordumuzun apardığı əks-hücum kampaniyası və anti-terror əməliyyatları öz bəhrələrini verib. Xeyli yaşayış məntəqəsi və yüksəkliklər düşməndən azad edilib, yüzlərlə terrorçu məhv edilib. Cəbhədə əldə etdiyimiz sarsıdıcı üstünlükdən qorxuya düşən ermənilər işğal olunmuş ərazilərimizi kütləvi tərk etməyə başlayıb, erməni əsgərləri isə ya təslim olur, ya da geri çəkilir.

Ən əsası, ən ağır period olan ilk möhkəmləndirilmiş müdafiə səddi və minalanmış sahələr keçilib, artıq qısa müddətdə digər ərazilərin azad ediləcəyinə şübhə yoxdur. Ağdərə, Füzuli, Ağdam istiqamətlərində düşmənə sardıcı zərbələr vurulub və qoşunlarımız xeyli irəliləyib.

Çarəsiz qalan Ermənistan ordusu və xaricdən gətirdikləri terrorçular artıq müqavimətin mənasız olduğunu anlayıblar. Ordumuzun rəhbərliyi lüzumsuz qan tökülməməsi üçün mühasirəyə alınmış düşmən hərbi alaylarına təslim olmaq və geri çəkilmək haqda ultimatum verib.

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyəti etiraf etməmək üçün saysız nağıllar, əfsanələr uydurub dünya və ölkə mediasına göndərməklə məşğuldur. Gah deyirlər Azərbaycan Ordusunun filan qədər texnikasını vurmuşuq, amma ortada bircə foto və ya video yoxdur. Gah deyirlər Türkiyə bizimlə müharibə edir, amma yenə ortada bircə fakt yoxdur. Gah da deyirlər Azərbaycan Ordusu mülki şəxsləri qırır, buna aid də heç bir fakt yoxdur. Üstəlik, Qarabağ bölgəsində xeyli sayda xarici jurnalist var və onlar bunların yalan olduğunu öz gözləri ilə görürlər.

Siyasi və diplomatik cəbhədə vəziyyət necədir?

Ermənistan hökuməti beynəlxalq təşkilatlara və fövqəldövlətlərin rəhbərlərinə fasiləsiz yalvarsa da nə hərbi, nə də siyasi dəstək əldə edə bilməyib.

Rusiya rəhbəri Putin açıq mətnlə bəyan etdi ki, «biz digər ölkələrin daxili işlərinə qarışmırıq». Yəni, öz ərazisi olan Qarabağı terrorçulardan və işğalçılardan təmizləmək Azərbaycanın daxili işidir.

Ermənilərin dünyada ən böyük hamisi olan, Ermənistan hakimiyyətinin başına öz adamlarını qoyaraq ölkəni idarə edən, Qarabağdakı terrorçu rejimə hər il öz dövlət büdcəsindən açıq maliyyə yardımları göstərən yeganə dövlət olan Amerikanın rəhbəri Tramp belə «düşünürük, görək döyüşləri necəsə dayandıra bilərikmi» kimi mənasız bəyanatla yaxasını kənara çəkdi.

Fransa prezidenti Makrona yalvaran Paşinyan heç bir nəticə əldə edə bilmədi, o da, çalışacağıq döyüşlərin dayandırılması üçün addım ataq» deyərək kənara çəkildi.

Beynəlxalq təşkilatlar isə «tərəfləri sülhə çağırırıq» tipli bəyanatla məsələni yola verdilər. Beləliklə, Ermənistan beynəlxalq aləmdə təkləndi. Bu, əlbəttə, havadan yaranan bir iş deyil. Bu, uzun illər səbrlə, əzmlə aparılmış xarici siyasətin, düşünülmüş diplomatiyanın zəfəridir.

Hazırda siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Azərbaycan rəhbərliyi həm yaranmış əlverişli beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.

Qarabağın azad edilməsi üçün tarixi şərait necə yetişdi?

Anti-terror əməliyyatlarının başlanması üçün ən uyğun vaxt yetişmişdi. Son illərdə Rusiya və Türkiyə arasında yaranmış və möhkəmlənməkdə olan dostluq və yaxın əməkdaşlıq münasibətləri, dünyanın, xüsusən də Amerika və Avropanın başının pandemiyaya qarışması, Ermənistanda sosial-iqtisadi böhranın kəskinləşməsi buna yaxşı fürsət yaratmışdı.

Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, həm təşkilat üzvü olan dövlətlər ayrılıqda, həm təşkilatın rəsmi bəyanatında Qarabağda aparacağı anti-terror əməliyyatlarına qarşı heç bir yardım göstərməyəcəyini bəyan etməsi də Yerevanı çətin vəziyyətdə qoydu.

Hakimiyyət başına Amerika agentlərinin gəlməsindən sonra ölkə ABŞ təsirinə keçmiş və Rusiyadan asılılığını lığv etməyə çalışırdı ki, bu da Moskvanı qəzəbləndirməyə bilməzdi. Buna görə də, Rusiya başlanmış prosesdə Azərbaycana qarşı heç bir etiraz və ya tələb irəli sürmədi.

İndi həm düşmən ölkə, həm də onun dünyadakı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya Ermənistan ordusu və terrorçu dəstələr könüllü şəkildə Qarabağdan çıxacaq, ya da Azərbaycan ordusu öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.

Bakı sülh üçün bütün imkanlardan istfadə etdi

30 ildir ki, Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edirdi. Lakin heç bir cavab və ya ciddi reaksiya yox idi. İndi anti-terror əməliyyatları başlayandan sonra əl-ayağa düşüblər. Əsasən də, ABŞ və Avropa cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.

Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?

Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, amma imkan verin, sizin yaratdığınız problemin ədalətli həllini biz özümüz həyata keçirək.

Sözdə terrora qarşı olduğunuzu deyirsiniz, indi Azərbaycan anti-terror əməliyyatı keçirəndə niyə narahat olursunuz ki? Azərbaycan sülh üçün mümkün olan hər şeyi etdi, çox uzun müddət gözlədi. Artıq bıçaq sümüyə dirənmişdi. Yalnız Ermənistan sülh üçün bütün imkanların tükəndiyini bəyan edəndən sonra Azərbaycan probelmin həlli üçün qalan yeganə yola əl atdı.

Qərbin maraqlarına kim daha çox cavab verir?

Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb. 50 milyardlıq strateji rezervlərimiz Qərb fondlarına qoyulub. Beləliklə, biz Qərb üçün nə verə biliriksə, vermişik.

İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.

Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmədiniz? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmədiniz? 30 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırsınız? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?

Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə.

Rusiyanın maraqları nəyi tələb edir?

Şimal qonşumuzla da həm iqtisadi əməıkdaşlığmız yüksək səviyyədədir, həm siyasi, həm də mədəni əlaqələr. Rusiyayav Azərbayan daha çox fayda verir, nəinki Ermənistan. Bu halda indiyədək Rusiya niyə Azərbaycanı müdafiə etməyib? Yəqin ki, Kremlə bu səhvlərini başa düşüblər.

Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.

Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur. Amerikanpərəst hakimiyyətin başına gəldiyi Ermənistan artıq Rusiyanın düşməni tərəfindən idarə olunur.

Faktiki olaraq, Rusiyanın maraqları Azərbaycanla strateji müttəfiqliyi tələb edir. Əgər vaxtında Rusiya torpaqlarımızı azad etməkdə bizə dəstək versəydi, biz onunla daha sıx əməkdaşlıq edərdik, məsələn neft və qazın ixracını Rusiya vasitəsilə həyata keçirərdik ki, Moskva da bundan həm iqtisadi, həm siyasi dividentlər əldə edərdi. Ermənistandan isə Rusiya heç bir divident əldə etmir, bu ölkə ilə əməkdaşlıq Rusiyaya zərər vurur.

Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin… birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır. Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki, başqa variant qoymadınız, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da haqqımız və gücümüz var.

Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir və biz öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828901.html

Qarabağın azad edilməsi üçün bir yol qalmışdı — ANALİZ

Azərbaycan Prezidenti: «Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim, amma görünür ki, bu, onlar üçün dərs olmadı…»

Ermənistanın növbəti təxribatları və Azərbaycanın yaşayış məntəqələrini bombardman edərək mülki şəxslərin həlakına səbəb olmasından sonra Azərbaycan Ordusu əks-əməliyyatlara başladı və bütün cəbhə boyu Ermənistan Ordusunun bölmələrinə, eyni zamanda Qarabağdakı terrorçu rejimin silahlı dəstələrinə sarsıdıcı zərbələr vurdu. Nəticədə, döyüşlərin ilk gündə Ermənistan tərəfindən işğal edilmiş 7 yaşayış məntəqəsi azad edildi, düşmənin hücumunun qarşısı alındı. Hazırda ordumuz anti-terror əməliyyatlarını davam etdririr.

Ermənistan həm siyasi, həm də hərbi cəhətdən dalana dirəndi

Ermənsitanın qaldırdığı beynəlxalq hay-küyə və Paşinyanın dünya fövqəldövlətlərinin, həmçinin beynəlxalq təşkilatlrın rəhbərlərinə yalvarışlarına baxmayaraq Yerevan heç bir dəstək ala bilmədi. Həm beynəlxalq təşkilatlar, həm də iri dövlətlərin rəhbərləri sadəcə, müharibəni dayandırmağa çağırış etməklə kifayətləndilər ki, bu da adi diplomatik normadır.

Beləliklə, siyasi dəstəkdən məhrum olmuş Ermənistan özündən dəfələrlə üstün olan hərbi güc qarşısında təklənib. Paşinyanın Ermənstan parlamentində qorxmuş deputatlar qarşısında həyəcanlı çıxışında sülh danışıqlarına gedilməsi üçün mesaj verməsi də göstərdi ki, artıq nə baş verdiyini anlayıblar. Lakin artıq danışıqlar üçün çox gecdir.

Azərbaycan bütün imkanlardan istifadə etdi ki, qan tökülməsin, sülh yolu ilə həll edilsin. Lakin Ermənistan bütün danışıqları dalana dirədi və problemin həllində başqa yol qoymadı. Əlbəttə, sülhsevər siyasəti ilə tanınan Azərbaycan qan tökülməməsi üçün sülh danışıqlarına yenə də gedə bilərdi, yalnız bir şərtlə ki, Ermənistan öz qoşunlarını işğal etdiyi bütün torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarsın.

Prezident İlham Əliyev : «Biz öz torpağımızda vuruşuruq»

Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu məsələləri dəqiqliklə ifadə edib: «Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır.

BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar da bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır».

Azərbaycan dünyada nüfuz sahibi kimi tanınıb

Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb.

Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyimizi daha da möhkəmləndirib.

Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi də təsadüfi deyildi. Ölkəmizin beynəlxaql əməkdaşlıq üçün müzakirələr platformasına, mədəniyyətlərin dialoqu məkanına, beynəlxalq iqtisadi və nəqliyyat qovşağına çevrilməsi, həmçinin, sülhpərvər siyasət yürütməsi dünyada Azərbaycanın nüfuzunu xeyli artırıb.
Regional və beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması qarşımızda duran əsas məsələ idi.

Bu gün artıq Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu istiqamətdə yeganə həll variantı kimi qalan yola start verilib. Problemi həll etmək üçün siyasətçilər, diplomatlar 30 il çalışdılar. Lakin Ermənistan buna imkan vermədi. İndi problemi Ordu həll edir…

Sülh danışıqlarını kim və necə iflasa uğratdı?

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirirdi. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edirdi.
ATƏT-in Minsk Qrupunun mövsud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsində kim günahlardır? 25 ildən çoxdur ki bu təşkilat danışıqları uzatmaqla, rəsmi Bakı masada Yerevanı divara qısnayıb, yekun sənədi imzalatmaq üçün ATƏT-ə üz tutduğu həlledici anda isə həmsədrlər «tərəflər öz aralarında razılaşsın, biz dəstəkləyərik» deməklə Ermənistanın işğalına göz yumdular.

Azərbaycan Prezidenti bunu dəfələrlə ifadə edib: «Bu gün dünyada açıq-aydın dərk edilir ki, dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.

Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməli idi. Lakin onlar bu sözlərin adi formal çıxış olduğunu düşündülər və lazımınca qiymətləndirə bilmədilər. Nəticədə bu gün deyilənlər əyani surətdə nümayiş etdirildi. Bütün dünya Azərbaycanın və onun rəhbərinin sarsızlmaz iradəsini və qətiyyətini gördü.

Sülh yolu baş tutmayanda yeganə yol qalırdı

Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur.

Əlbəttə, burada siyasi faktorları da nəzərə almaq lazımdır. Bu da dünyanın güclü dövlətlərinin və beynəlxalq təşklatların mövqeyidir. Onlar da artıq Ermənistanı müdafiə etmir, Azərbaycana güzəştə getməsi üçün ciddi təzyiq göstərmirlər. Əksinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini indi daha çox dövlət dəstəkləyir. Bu isə aparılmış xarici siyasətin mükəmməlliyini ortaya qoyur.

Gec ya tez ədalət öz yerini tapmalı idi. Azərbaycan Prezidenti bunun qansız baş verməsi üçün çox çalışdı, lakin Ermənistan buna əngəl oldu. Bununla da, danışıqlar vasitəsilə əldə edəcəyi dividentləri də itirdi.
Azərbaycan sülh prosesinin artıq tükəndiyini gördükdə və hərbi yolla həllə üstünlük verdikdə belə, yenə də beynəlxalq hüquq normalarını pozmur. Bu hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.

Bu günkü azadetmə əməliyyatının arxasında görülmüş çox nəhəng işlər dayanır, həm siyasi, həm iqtisadi, həm də ordu quruculuğunda. Bütün bu şərtlər təmin edildikdən sonra işğal edilmiş ərazilərimizin azad olunmasına başlandı və bu proses davam edir. Qısa vaxtda da müvəffəqiyyətlə başa catacağına nə bizdə, nə ermənilərdə, nə də dünya ictimaiyyətində şübhə yoxdur.

Qan tökülməsini istəməyən Azərbaycan Prezidenti Ermənistanın başqa yol qoymadığını təəəsüflə bəyan etdi: «Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir».

Bəli cənab Prezident haqlıdır. Xoşluqla başa düşməyən düşməni zorla başa salmaqdan başqa yol yox idi. Əgər işğalçını Xarici İşlər Nazirliyi başa sala bilmədisə, Müdafiə Nazirliyi başa salmalıdır. Bu işi də Azərbaycan Ordusu öz üzərinə götürdü. İndi bütün dünya qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu görür.

Elçin Bayramlı

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? — ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb.

Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.
Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.
Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html

Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə?- ANALİZ

Ekspertlər problemin səbəblərini və çıxış yollarını nədə görürlər?

Qadınların cinsi zorakılığa və insan alveri obyektinə çevrilməsi problemi son illərdə bütün dünyada aktual məsələlərdən birinə çevrilib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Azərbaycanda da belə hallara rast gəlinir. Ölkə qanunvericiliyində gender bərabərliyinin təsbit olunmasına baxmayaraq, qadınlara qarşı zorakılıq, bəzi sahələrdə cinsi ayrı-seçkilik, onların alver predmetinə çevrilməsi tendensiyası narahatlıq yaradır. Bu yazımızda problemin yaranma səbəbləri, nəticələri və çıxış yollarına aydınlıq gətirməyə çalışacağıq.

“Məni dayəlik adı ilə apardılar, fahişəliyə məcbur etdilər….”

Araşdırmalar göstərir ki, hər il Azərbaycandan Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrə əxlaqsızlıq 1000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Həmin ölkəyə çatandan sonra isə, şəxsiyyətlərini təsdiq edən sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəb edilirlər.
Ölkəmizdən qadınlarını əsasən, bu ölkələrdə yüksək əməkhaqqı müqabilində dayəlik işi vədi etməklə aparırlar. Yazımızın qəhrəmanı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü, orta ixtisas təhsilli Aytən də ölkəni bu ümidlə tərk edibmiş. Ailədə zorakılıq və basqı nəticəsində əyalət şəhərlərinin birindən Bakıya qaçıb, burda iş tapa bilməyəndə isə təsadüfən tanış olduğu bir qadının Türkiyədə uşaq baxıcılığı təklifini qəbul edib.
Onunla bərabər daha 11 qadını da Türkiyəyə aparıblar. Qadınlar yalnız İzmirə çatdıqdan sonra real vəziyyətdən xəbərdar olublar. Amma artıq iş-işdən keçibmiş. Onların sənədləri əllərindən alınıb, cinsi istismara məruz qalıblar.
Gündə ən azı 9-10 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyən Aytən qaçmaq üçün çox yola əl atdığını deyir: “Orda bizim kimi qadınlar çoxdur. Savadsızlığımızdan istifadə edib bizə sənəd imzalatmışdılar ki, guya öz istəyimizlə bu işi görürük və avans olaraq 10 min dollar da pul almışıq. Hər dəfə qaçmaq cəhdlərim uğursuzluqla nəticələnirdi, əvəzində möhkəm döyülürdüm. Axır ki, bir dəfə alındı. Mənim kimi zorla bədənlərini satdıqları 2 azərbaycanlı qızla yaxınlıqdakı polis idarəsinə qaça bildik. Bizi müfahizə altına aldılar, sonra Azərbaycana göndərdilər”.

Sosioloq: “Qız tələb olunur» elanlarının məqsədi başqadır

Qadınların cinsi istismara məruz qalması təkcə iş vədi ilə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. «Sağlam Cəmiyyət» İctimai Birliyinin (SCİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, «Qız tələb olunur» elanlarının əsas məqsədi məlumdur: «Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Əlbəttə, istisnalar var, bəzi işlərə məhz qızlar, qadınlar daha uyğundur, lakin əksəriyyətində başqa məqsədlər güdülür.
Faktlar göstərir ki, əsasən, firma və şirkətlərdə, mağaza, kafe, sauna, restoran və s bu kimi müəssisələrdə bu hallara çox rast gəlinir. İşlə bağlı müraciət edən qadınlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir. Təşkilatımızın araşdrımalarına görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta telekanallar da var».
SCİB sədri deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb etməyə cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “İş yerində qadına belə təklif olunursa, o, müvafiq orqana müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər».
Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir. “Adətən, bu problemin kökündə mənəvi dəyərlərin aşınması, işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Bundan başqa, təhsilin və hüquqi maariflənmənin aşağı olmasıdı səbəblər arasındadır”.

Psixoloq: «Əsas səbəb sosial yox, mənəvi-psixoloji problemlərdir»

Son araşdırmalara görə, boşanmaların, tənha qadınların sayında ciddi artım müşahidə olunur. Paralel olaraq, fahişəliklə məşğul olan qadınların da sayı artır. Bunun səbəblərini isə mütəxəssislər bir neçə faktorla bağlayırlar.
Psixoloq Arzu Qarayeva hesab edir ki, burada əsas səbəb sosial problemlər yox, mənəvi-psixoloji problemlərdir: «Televiziyalarda, internetdə müasirlik adı altında mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği gəncləriin tərbiyəsinə ciddi zərər vurur. Onlara maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olması fikri aşılanır. Pulla hər şeyin satın alına biləcəyi, xoşbəxt olmaq üçün yalnız pulun vacibliyi təbliğ olunur, ailə dəyərləri geridəqalmışlıq əlaməti kimi lağa qoyulur. Seriallarda, filmlərdə, şou proqramlarda onlara belə edənlərin zəngin həyatı göstərilir, şüuraltına belə olmağın vacibliyi haqda subliminal mesajlar verilir. Asan qazanc əldə etməyin daha üstün olduğu, əməklə, yaradıcılıqla yaşamağın əziyyətli olduğunu açıqca deyirlər. Bu işlə xüsusi mərkəzlər məşğul olur».
Psixoloq digər faktorların da rolunu qeyd edib: «Düzdür, burada sosial problemlərin də müəyyən payı vardır. Təhsili və peşə təcrübəsi olmayan qadın özünün minimum ehtiyaclarını təmin edəcək əməkhaqqı müqabilində iş tapa bilməyəndə, başqa yollara əl atmağa məcbur olur ki, nəticədə insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur».
Arzu Qarayevanın fikrincə, fahişəliyə aparan yolun başlanğıcında əsasən 2 səbəb durur- biri sosial problemlər, xüsusilə də işsizlik problemi, digəri isə mənəvi deqradasiya- amma ikincinin payı digəri ilə müqayisədə dəfələrlə çoxdur. Zamanla sosial problemlər həllini tapsa və qadınlar işlə təmin olunsa da, ikinci səbəbin aradan qaldırılması mümkün olmur, əksinə, milli-mənəvi dəyərlər getdikcə daha arxa pana atılır.

Statistika bu sahədə vəziyyəti necə göstərir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, ölkəmizdə əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- məsələn humanitar iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%. Lakin digər sahələrdə qadınların çalışması faizi çox aşağıdır.
Yüksək dövlət vəzifələrində də qadınlar yox dərəcəsindədir. Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İranda 4 qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 51 faizini qadınlar təşkil etsə də, Azərbaycan parlamenti üzvlərinin cəmi 16 faizini qadınlar təşkil edir.
Statistikaya görə, son illərdə xarici ölkələrdəki azərbaycanlı miqrantlar arasında qadınların xüsusi çəkisi artır. Onlar bir çoxu iş tapmaq ümidilə başqa ölkələrə gedirlər. Bir qisim gənc xanımlar yaxşı perspektiv üçün təhsilini xaricdə davam etdirməyə çalışır. İş tapmaq istəyilə miqrasya edən qadınlar ən çox Rusiyanı və Avropa ölkələrini, fahişəliklə qazanc əldə etmək istəyənlər isə Türkiyə və ərəb ölkələrini seçirlər.
Xarici ölkələrdə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayı da artır. Təəssüfedici haldır ki, indi xaricə getməyə çalışan azərbaycanlı qadınlar arasında 15-28 yaş qrupuna daxil olan qızlarımız üstünlük təkil edir.

Qanunlar mükəmməldirmi və nəyi dəyişmək lazımdır?

Cinayət Məcəlləsinin 150, 151, 171, 173, 243-cü maddələrində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.
Maddə 108-də isə konkret olaraq cinsi zorakılıq haqqında bənd var- şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətlər- 10 ildən 15 beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.
Cinayət Məcəlləsinin 151-ci maddəsində cinsi istismara təhrik edilən qadının məhkəməyə müraciət edə bilməsi haqda bənd var. Ancaq məhkəmələr əksər halda qarşı tərəfi cərimə etməklə kifayətlənir.
Burada cəmiyyətdə rüsvay olmamaq üçün imtinalar da xüsusi rol oynayır. Ona görə də, əksər qadınlar məhkəməyə müraciət etmirlər.

Elçin Bayramlı

Qida təhlükəs(izliy)i: Saxta qidalar genefondumuzu dağıdır — ARAŞDIRMA

Sosioloq: «Bunları qida saymaq olmaz, bu kimyəvi məhsullar sadəcə, təbii qidanın imitasiyasıdır»

Qida texnoloqu: «Süni kimyəvi qidalar və «fast-fud» yeməklər insanları xəstələndirib öldürür»

Həkim: “Körpə uşaqlarda xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir ki, bu da əsasən, saxta qidalarla bağlıdır”

Ölkəmizdə qida məhsullarının keyfiyyəti ilə bağlı vəziyyət ürəkaçan deyil. Mağazalarda satılan emal qidalarının böyük əksəriyyəti keyfiyyətsiz, saxta və sağlamlıq üçün zərərlidir. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında saxtakrlıq baş alıb gedir. Bu saxta qidalar, genetik modifikasiya olunmuş ərzaq məhsulları, həmçinin qida məhsullarına əlavə edilən çoxsaylı ultrakimyəvi qatqılar insanlarımızda ağır xəstəliklər yaradır, milli genefondumuza ciddi zərbə vurur.

Ekspert: «Vaxtı keçmiş məhsullaırın etiketi dəyişdirilir»

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, təhlükəli və standartlara uyğun olmayan qidalar ciddi problemlər yaradır: “Təhlükənin mövcud olduğu əsas sahələrdən biri də süd və süd məhsullarıdır. Bu məhsulların hazırlanması prosesində standartların pozulması, tərkibinə kimyəvi maddələrin vurulması halları müəyyən edilib. Qida sahəsində problemlərin olması aptek şəbəkələrində özünü göstərir. Qida Təhlükəsizliyi Agentliyi bütün bu problemləri həll etməlidir”.
Ekspertin fikrincə, kənd təssərrüfatı məhsullarına vurulan kimyəvi dərmanlar və kübrələr də ciddi xəstəliklər yaradır: «Biz bilirik ki, kənd təsərrüfatında məhsuldarlığı artırmaq üçün müxtəlif gübrələrdən istifadə olunur. Məhsulların təkibindəki bəzi gübrələr insan həyatına mənfi təsir göstərir».
AİB sədri deyir ki, bu gün təhlükəli qida ilə bağlı ciddi məsələlərdən biri vaxtı keçmiş məhsulların sonrakı taleyidir: «Bizdə olan məlumatlara görə, distribütorlar vaxtı keçmiş məhsulların etiketini dəyişdirib yenidən istehlakçılara təqdim edirlər. Bu məsələnin həlli üçün yollar tapılmalıdır”.

Qida texnoloqu: «Süni kimyəvi qidalar insanları öldürür»

Qida texnoloqu Ağa Salamov isə hesab edir ki, emal olunmuş qidaların çoxunun tərkibi təbii komponentlərdən deyil, süni kimyəvi komponentlərdən ibarətdir. Sadəcə, həmin məhsulun dadını, rəngini verən qatqılar vurulur, istifadə müddətini aryıran maddələr qatılır.
Texnoloq deyir ki, emal olunan qida məhsullarına əlavə olunan kimyəvi qatqı maddələri illər keçdikcə müxtəlif fəsadlar törədir ki, bu da il ərzində 600 milyon insanın zərərli qida istehlak etdikləri üçün müxtəlif xəstəliklərə yoluxmasına və 420 min insanın bu xəstəliklərə tab gətirməyərək ölməsinə səbəb olur.
Ekspertin fikrincə, «fast-fud» qidalar daha təhlükəlidir: «Beyində Oreksin maddəsinin səviyyəsini aşağı salan boş karbohidratlardir. Demək insanlar boş karbohidratlardan da uzaq durmalıdır. Boş karbohidrat dedikdə, təbii ki, çipsilər, rəngli qazlı içkilər, emal olunmuş şəkər və un məmulatları və.s nəzərdə tutulur.
Həmçinin trans yağlar da şiş xəstəliklərinin yaranmasına səbəb olur. Hətta, bədənimizə lazım olan əvəzolunmaz yağ turşularını bizə vermir, əksinə, otaq temperaturunda donmuş halda olan trans yağlar insanlar üçün böyük təhlükə mənbəyidir».

Sosioloq: «Bunlar qida deyil, qidanın imitasiyasıdır»

«Sağlam Cəmiyyət» İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı emal olunmuş qida məhsullarının daha təhlükəli olduğunu deyir: “Bazara ucuz məhsul çıxarmaq üçün emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onlarda qidaya aid heç nə qalmır. Bu gün mağazalarda satılan məhsulların çoxunu qida saymaq olmaz, bunlar sadəcə qidanın imitasiyasıdır. Məsələn, limonadların, şirələrin 99 faizi kimyəvi maddələrdən ibarətdir. Ət və ət məhsullarında da ciddi problemlər var. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün kimyəvi yemlər verilir, hormonal iynələr vurulur. Kobasa-sosiska məmulatıarı barədə isə danışmağa dəyməz, bunlar təhlükəli məhsullardır»
Sosioloqun fikrincə, emal olunmuş qidaların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır: «Qida bazarında əhaliyə təklif olunan yağların azı 90 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağı və ya spreddir. Bir çox süd məhsulları isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir ki, bunları da qida saymaq olmaz.
Bitki yağları da eyni vəziyyətdədir. Mağazada günəbaxan tumunun kiloqramı 2,5 manata satılır, amma günəbaxan yağının litri 1,7 manatdan başlayır. Bu, nəzəri cəhətdən də mümkün deyildir. Konkret sübutdur ki, bu, günəbaxan yağı deyil, naməlum kimyəvi maddədir. Qarşıdalı yağlarında da eyni vəziyyətdir. Bitki yağlarından yalnız bəzi zeytun yağlarını istisna etmək olar».

«Kənd məhsullarında da saxtakarlıq baş alıb gedir»

Kənd təsərrüfatı ərzaq məhsularına gəldikdə, ekspert deyir ki, burada da ciddi probemlər var: «Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın gen strukturunu dağıdır».
Ekspert deyir ki, mağazalardakı vəziyyətdən xəbərdar olan insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar, lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar: «Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar gizli sexlərdə süni nehrə yağları, kimyəvi maddədən və quru süddən süd və süd məhsulları, broyler yumurtarından torpağa bulaşdırmaqla «kənd yumurtası düzəldir», bunları bəzi adamlar vasitəsilə köhnə maşınlarda mağazalara göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır.
Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu saxta nehrə yağları 6-10 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. Kliloqramı 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.

Həkim: «Süni qidalar orqanizmdə xərçəng yaradır»

Həkim-konsultant Aynurə Hidayətqızı deyir ki, hazırda insanlar əvvəlkindən fərqli olaraq, daha çox emala məruz qalmış, kimyəvi qatqılarla zənginləşmiş süni qidalar qəbul edirlər: «Müasir dövrdə daha çox orqanizmdə həll olunmayan, yanmayan və ya həll olsa belə zərərli maddələrlə zəngin olan qida qəbul olunur. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, şlaklar yaranır, immunitet zəifləyir və nəticədə xərçəng və s xəstəliklər yaranır».
Həkim insanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıb: «Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından, limonadlardan, enerji içkilərindən istifadəni məsləhət görmürəm. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. İmmuniteti gücləndirmək, orqanizmi toksinlərdən təmizləmək üçün yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə. Təbii müalicə metodları tətbiq edərkən, mütləq həkimlə məsləhətləşsinlər».
Mütəxəssis valideynləri özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorumağa çağırıb: «Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Valideynlər hər əllərinə keçəni, hər mağazada satılanı uşaqlara yedirtməli deyillər. Uşaqların qidalanmasına nəzarət gücləndirilməlidir. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda, xəstəliklərlə qarşılaşmaları tezləşəcək”.

Elçin Bayramlı

Mövzunu davam etdirəcəyik

https://sia.az/az/news/social/827646.html

Azəriqaz abonentləri «qaz» yerinə qoyur? — ARAŞDIRMA

Abonent: «Sayğacı elə bunların öz işçiləri qəsdən sındırır ki, səhər gəlib abonenti qorxudub filan qədər pulunu alsınlar»

Son 15 ildə Azərbaycanda əhalinin təbii qazla təminatında böyük işlər görülüb. Nəticədə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Hazırda əhaliyə verilən qazın həcmi sutkada 26 milyon kubmetr təşkil edir, ondan 15,3 milyon kubmetr Bakının payına düşür.

Prezdent: «Ölkənin 96%i qazlaşdırılıb, 100%-ə çatacaq»

Prezident İlham Əliyev təbii qazla təminatda yüksək nəticələrin əldə olunmasında ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının böyük rolu olduğunu qeyd edir: «Hazırda IV regional inkişaf proqramı icra edilməkdədir və bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır”.
Göründüyü kimi, əhalinin təbii qazla tam təminatı üçün dövlət rəhbəri səylə çalışır və artıq hədəfə çatmaq üzrəyik. Lakin icraedici orqanın- Azəriqaz-ın səhlənkar və qeyri-effektiv fəaliyyəti bu işlərə kölgə salır, əhalinin bəzi hissələrində narazılıq yaradır.
Burada bir neçə problem var ki, bu yazıda onları ardıcıllıqla qeyd edəcəyik.

«Azəriqaz mənə dəyən zərəri ödəməlidir»

Əsas problemlərdən qaz təminatının tez-tez xəbərdarlıq edilmədən kəsilməsi və bir müddət sonra xəbərdarlıq edilmədən bərpa edilməsidir ki, bu da öz növbəsində qəzalardan, partlayış və yanğınlardan tutmuş, vətəndaşların boğulub ölməsinə kimi ağır faciələrə səbəb olur.
Daha bir problem isə, evlərə keyfiyyətsiz qazın, bir çox hallarda isə qaz yerinə havanın verilməsidir. Belə ki, qazın verilişi bərpa ediləndən sonra bir müddət qaz yerinə hava gəlir ki, bu da həm abonetlərin aldadılması, həm də sayğacların koda düşməsi ilə nəticələnir. Sayğacı çoxları özü aça bilmir və qaz işçilərini çağırır, bir çox hallarda isə ustalar onlardan bunun üçün qeyri-rəsmi 10 manat pul alır.
20-ci sahədə yaşayan abonet Leyla Paşayevanın fikrincə, keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur: «Xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur. Keyfiyyətsiz mədən qazı verilir bu əraziyə, qaz sarı rəngdə yanır. Şəxsən mənim kombi aparatım sıradan çıxdı, gedib kreditlə yenisini aldım, bu aparatların da qiyməti 1000 manatdan ucuz deyil. Mən niyə zərərə düşməliyəm ki, Azəriqaz-a görə? Mənə dəyən zərəri kim ödəməlidir? Əlbəttə, Azəriqaz».

«Ağıllı sayğaclar adamları axmaq yerinə qoyur»

Problemlərdən biri də smart sayğaclardır. Abonetlər bundan da narazıdır. Nərimanov raryonundan abonet Kamran Musayev bunu normal saymır: «Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? Elektrik və su pulunda ənənəvi qayda tətbiq olunur ki, burada da heç bir problem yaranmır. Ay ərzində nə qədər işlətmişik, ayın sonunda da o qədər ödəyrik. Hətta üzrlü səbəbdən ödəniş bir neçə gün gecikəndə də təminat kəsilmir.
İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Bu nə sistemdir? Sən hər dəfə qazı kəsib-buraxanda sayğöac niyə koda düşməlidir ki?
Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Düşürsən küçələrə ödəmə terminalı axtarmağa, o da yaxında tapa bilsən. Ağıllı sayğacmış. Bu ağıllı sayğaclar bizi axmaq yerinə qoyur. Bundansa analoq sayğaclar qoyulmalıdır».

«Sayğacı özləri sındırır, pulunu bizdən istəyirlər»

Sayğaclarla bağlı başqa problem də var. Belə ki, həyət evləri olan ərazilərdə bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər.
Zabrat sakini deyir ki, Azəriqaz öz yaratdığı problemi abonentlərin boynuna yükləyir: «Sayğacları gətirib küçədə quraşdıranda dedik ki, belə etməyin, sonra kimsə sındıracaq, bizə problem yaranacaq, evin bayır divarına vurun, ya da heç olmasa həyətdə darvazanın içəri tərəfinə qoyun. Qulaq asmadılar. İndi gecə bir başdanxarab gəlib sayğacı sındırıb gedir, mən də yaşlı xəstə adamam, evimdə yatıram, səhər açılan kimi Azəriqazdan gəlib deyirlər ki, bəs sayğacı sındırmısınız, 1500 manat ödəməlisiniz. Mən başa düşmürəm, mən bunların sayğaclarına mühafizəçi işinə düzəlmişəm? Gecə yatmaq əvəzinə küçələrdə gəzib sayğacları qorumalıyam? Eşitdiyimə görə, sayğacı elə bunların öz işçiləri sındırır qəsdən ki, səhər də gəlib abonenti qorxudub filan qədər pulunu alsınlar».

Mütəxəssis: «Qaz normadan xeyli aşağı təzyiqdə verilir»

Qeyd edək ki, istehlakçı ilə istehsalçı arasında bağlanan müqavilədə dəqiq göstərilir ki, sayğaclara Azəriqaz cavabdehdir. Xüsusən də, sayğac evdən kənarda, küçədə quraşdırılıbsa, Azəriqaz-ın heç bir haqqı yoxdur abonentdən nəsə tələb etməyə.
Adının açıqlanmasını istəməyən qaz istismar idarəsi işçisi deyir ki, qaz tənzimləyici qurğulara (şkaflar) baxmaq kifayətdir ki, Azəriqaz-ın normativlərə uyğun xidmət göstərmədiyi aydın olsun. Həmin qurğunun texniki kitabında qeyd olunub ki, normativə görə, əhaliyə verilən qazın təzyiqi 30 millibardan aşağı olmamalıdır. Lakin yoxlamalar zamanı görürük ki, təzyiq 20-25 millbardan yuxarı qoyulmur, yəni rəhbərlik işçini buna məcbur edir».
İdarə əməkdaşı qazın təzyqi ilə bağlı problemin olduğunu da əlavə edib: «İyun ayının əvvəlində Azəriqazın mətbuat katibi qeyd etdi ki, evlərdə qazın təzyiqi 18-25 millibardır. İndi gəlin gedib yoxlayaq, evlərdə belə təzyiq varmı? Əlbəttə yoxdur».
Mütəxəssis deyir ki, bu qurğuların çoxunun qapısı ya yoxdur, ya da bağlanmır: «Bu isə o deməkdir ki, strateji əhəmiyyətinə baxmayaraq, küçədən keçən hər bir şəxs bu qurğuya müdaxilə edib, qazın təziyi ilə oynaya bilər. Bu isə partlayışa və insan tələfatına səbəb ola bilər».

Azəriqazın telefonları var, yoxsa yoxdur?

“Azəriqaz”ın əlaqə vasitələrinin «olmamasının» da ciddi narahatlıq doğurduğunu qeyd etməliyik. Hər hansı bir problem, qəza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, “Azəriqaz” telefonlaşdırılıb. Amma şikayətçilər demişkən, necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır.
Fikrimizcə, bu sahədə ciddi qayda-qanun yaradılmalı, vətəndaşlara normal xidmət göstərilməli və narazılıqlar aradan qaldırılmalıdır. Ölkəmizdə əhalinin təbii qazla təminatı sahəsində görülən bu qədər böyük işə Azəriqaz-ın bir neçə məsul şəxsinin məsuliyyətsizliyinin kölgə salmasına imkan veriməməlidir.

Elçin Bayramlı

www.sia.az

https://sia.az/az/news/social/827261.html?fbclid=IwAR20U1gXJxG6qTqMAm0WScU166uNO7zyClSziueRAAkhlYWJO0YKw-qh4yw

Elçin Bayramlı: «Belə çıxır ki, kasıb uşaqları təhsil ala bilməyəcək, təhsil ancaq varlılar üçündür»

«Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək»

Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompyüterləri yoxdur. Ölkədə isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu normal kompyüter almaq imkanında deyil. Digər tərəfdən isə ötən həftə hökümətin xaricdən onlayn alverə qoyduğu limit qüvvəyə minib. Bu da fərdi yolla xaricdən daha ucuz qiymətə ölkəyə kompyüter gətirilməsini qeyri-mümkün edir.

Problemin konkret həll yollarının olduğunu düşünən sosioloq Elçin Bayramlı PİA.az-a açıqlmasında bildirib ki, iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar:

Elçin Bayramlı, sosioloq

“Heç kimə sirr deyil ki, şagirdlərin yarıdan çoxunun evdə kompüteri və şəxsi smart telefonu yoxdur. Ona görə də, onlayn təhsilə bəri başdan necə deyərlər “bir quş”. Texnomağazalarda kompüterlərin qiymətləri əl yandırır və əhalinin 70 faizi onları almaq iqtidarında deyil, özü də indiki çətinlik, işsizlik, gəlirlərin azaldığı və xərclərin artdığı bir vaxtda.

Bu azmış kimi, vətəndaşların şəxsi istifadə üçün xaricdən onlayn aldıqları və gömrükdən ölkəyə keçən malların ümumi dəyər limitinin 3 dəfə azaldılması çox təəccüblüdür. 300 dollara nə ala bilərsən? Normal komputer dünya bazarında 500 dollardan aşağı deyil. Beləliklə, insanların borca-xərcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi yumşaq desək həyasızlıqdır. Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə çıxır ki, Təhsil Nazirliyi açıqca deyir kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür.

Nazirlik, heç olmasa, yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, onda zəhmət çək onlayn təhsili dayandır, normal təhsilə keç, keçə bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını komputerlə və panşetlə təmin et.

Hazırki vəziyyət bütün sistemi dağıdıb. Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur.

Problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar. Mən hələ ölkədə internetin bərbad və çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.

Nərminə Umudlu

PIA.AZ

Bizi aparan yollar…

…kimlər tərəfindən, necə və niyə dağıdılır?

Nəqliyyat Nazirliyi, «Azəravtoyol» və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir

Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların əksər hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Təkcə Avropada 50-dən artıq ölkə olduğunu nəzərə alsaq, bu, çox yüksək nəticə sayılır. Lakin dövlət büdcəsindən milyardlarla vəsait xərclənərək düzəldilmiş yollar qısa müqdətdə sradan çıxır. Burada əlbəttə, yolların keyfiyyətsiz çəkilişi, nəzərdə tutulan bitumun və s maddələrin oğurlanması ilə yanaşı başqa məsələlər də var ki, bu yazıda onlara toxunacağıq.

Bəri başdan deyək ki, burada əsas məsuliyyət Azəravtoyolla yanaşı, həm də şirkətlərin, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür. Belə ki, yollar və küçələr təmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin «yadına düşür» ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəni bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar (qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir. Digər yollarda da belədir. Bu yük maşınlarına DYP heç bir söz deyə bilmir, sanki qanunlar onlara aid deyil. Belə məlum olur ki, həmin maşınlar böyük məmurların şirkətlərinə məxsusdur.

Təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır.

Hazırda da hər gecə həmin yolla normadan ikiqat artıq yüklənmiş və mühərrikin çəkib apara bilmədiyi ağır yük maşınları zarıya-zarıya, guruldaya-guruldaya sürü şəklində fasiləsiz keçərək paytaxın düz mərkəzinə daxil olurlar. Belə bir hala dünyanın heç bir paytaxtında rast gəlmək olmaz. Təsəvvür edin ki, Moskvada belə maşınlar Kremlin yanında gəzib dolaşır… Bu, adamın heç ağlına belə gələ bilməz. Lakin, Bakıda hər şey ola bilər…
Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum çınqıl, və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin materiallar tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin qum-çınqılın üstündən keçəndən sonra onlar qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir. Dövlətimiz pulu yerdən yığmır, bu pullar xalqın böyük əziyyəti hesabına toplanır. Həmin pulları boşa verənlər cavab verməlidir.

Elçin Bayramlı
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

«Dövlət orqanlarının və məmurların sayı 2 dəfə azaldılmalıdır»

Elçin Bayramlı: “Bir-birini təkrarlayan idarələr, təşkilatlar problemlər yaratmaqdan əlavə, həm də, dövlət büdcəsinə əlavə yükdür. Buna ayrılan vəsaitlər sosial sahəyə yönəldilməlidir”.

Bu barədə “Sherg.az”a açıqlamasında “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, dünyada ən çox nazirlik, komitə, dövlət agentliyi olan ölkələrdən biri Azərbaycandır:

“Kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməli, effektiv idarələr yaradılmalıdır. Uyğun sahələrdə olan bəzi nazirlik, komitə, səhmdar cəmiyyətləri, agentlik, palata, dövlət şirkətləri birləşdirilməlidir. Bəzi optimallaşdırma işləri aparılmalıdır. Məsələn, İqtisadiyyat Nazirliyi nə deməkdir? Hər şey iqtisadiyyatdır də. Aqrar nazirlik, energetika sahəsi və sənaye də iqtisadiyyatdır. Əsas sahələrdə ayrıca nazirlik olmalıdır. Məsələn, aqrar nazirliyi, sənaye nazirliyi, energetika nazirliyi və s. Amma ümumi İqtisadiyyat Nazirliyi olmamalıdır. Maliyyə, vergi, gömrük və əmlak bir nazirlikdə cəmləşməlidir. ARDNŞ daxil bütün enerji sahələri Energetika Nazirliyində birləşdirilməlidir. Bütün növ nəqliyyat sistemləri Nəqliyyat Nazirliyinin tərkibinə verilməlidir. Turizm üçün isə ayrıca nazirlik olmalıdır. Nəqliyyat və rabitə fərqli sahələr olduğuna görə bir qurumda ola bilməz. Müdafiə Sənayesi Nazirliyi ləğv olunmalıdır. Daxili İşlər və Fövqəladə hallar nazirlikləri birləşdirilməlidir. Ədliyyə Nazirliyinə də ehtiyac yoxdur. Ölkədə məhkəmə, prokurorluq və polis var. Eyni zamanda Gənclər və İdman Nazirliyi, həmçinin “Arvad-Uşaq” Komitəsi ləğv olunmaldır”.

ASAM rəhbərinin fikrincə, regional strukturlar da optimallaşdırılmalıdır:

“Son illərdə bu istiqamətdə bəzi işlər görülüb. Bir çox nazirlik və komitələrin rayon şöbələri ləğv edilərək regional idarələr yaradılıb. Lakin bu da başqa problemlər yaradır. Elə rayonlar var ki, onun bir kəndindən rayon mərkəzinə gəlmək üçün vətəndaşa 1-2 saat vaxt lazım olur, görün indi bir neçə rayon o tərəfə regional idarəyə gedib gəlmək nə qədər vaxt və pul aparır. Ona görə də, rayon şöbələrinin ləğvinin tərəfdarı deyiləm, amma onlarda artıq ştatların əleyhinəyəm. Bir çox rayonlarda 100-dən artıq kənd və böyük ərazi var ki, bu qədər ərazinin və yaşayış məntəqəsinin bir inzibati mərkəzi olmalıdır. Bu həm də şəhərlərin sayını artırır ki, bu da yaxşı haldır. Rayonların arasında sərhədlərin dəyişdirilməsi və bəzi kiçik rayonların birləşdirilməsi islahatları getməlidir. Məsələn, Lənkəran rayonunun bir birindən xeyli aralı 2 fərqli ərazisi var. Abşeron rayonunun yerləşməsi də xaotik vəziyyətdədir. Yeri gəlmişkən, bütün Abşeron yarımadasını Bakı şəhərinə daxil etmək düzgün deyil. Bu, Abşeron rayonuna aid ərazi olmalıdır. Bakı ancaq şəhərin yerlədiyi əraziyə aid olmalıdır. Yoxsa şəhər mərkəzindən 40 km aralıda yerləşən bir kəndin və ya qəsəbənin Bakı şəhərinə nə aidiyyatı var? Abşeron rayonu isə Abşeron yarımadasından aralıda yerləşir”.

Elçin Bayramlı qeyd edib ki, bir neçə başqa rayonun da digər rayonun ortasında ərazisi var:

“Yaşayış məntəqəsi az, ərazisi kiçik olan rayonları ləğv edib, qonşu rayonla birləşdirmək daha yaxşı olardı. Məsələn, Sədərəklə Şərur, Zərdabla Ucar, Yardımlı və Lerik rayonunu birləşdirmək olar. Qazax rayonunun ikiyə bölünərək, Qazax və Ağstafa rayonlarının yaradılmasına ehtiyac yox idi. Bu, əraizisi kiçik, yaşayış məntəqəsi sayı da az olan rayon idi. Eləcə də Şamaxı rayonunu bölüb 5-10 kəndi olan, hətta inzibati mərkəzi də kənd olan Qobustan rayonu yaratmaq lazım deyildi. Bölünənlər yenidən birləşdirilməlidir. Gəncə şəhərinə gəldikdə, Kəpəz və Nizami rayonlarının ləğv olunması daha məqsədəuyğun olardı. Gəncə şəhərinin ərazisi elə də böyük deyil, yaxşı şəhər nəqliyyat sistemi var, sakinlər şəhərin hər hansı bir yerinə rahat gedib gələ bilərlər”.

Müsahibimiz hesab edir ki, dövlət aparatı və strukturlarının, həmçinin dövlət orqanlarında işləyənlərin sayı 2 dəfə azaldılmalıdır:

“Lakin bu qədər adamın işsiz qalmaması üçün həmin şəxslərin şəxsi biznes sahələrinə yönəldilməsi və bunun üçün maddi dəstək verilməsi vacibdir. Bununla dövlət büdcəsindən milyardlarla manat vəsaitə qanaət edilər və həmin vəsaitlər sosial sahələrə yönəldilər”.

https://sherg.az/xəbər/138356?fbclid=IwAR3wqDS-jWevAF7ew84AhlSURQDpXr_QE8s5W__NsTRHGcnpBw_IF0Fj_J4

Ekoloji terror ! – Tikinti şirkətləri ağacları məhv edir

Elçin Bayramlı:  “Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalıdırlar, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər”

Xətai rayonunda yerləşən “Real-Park” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahəsində ağac və kollar məhv edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) məlumat daxil olub. Hadisə ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi araşdırma aparıb.

Araşdırma zamanı 29 ədəd ağac və kolun məhv etməsi nəticəsində təbiətə 14 min 880 manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib. Ağacları kəsən şirkətə Cinayət Məcəlləsinin 259.2.3, 259.2.4, 308.1 və 313-cü maddələri ilə cinayət işi açılıb.

İlk dəfə deyil ki, belə hallarla qarşılaşırıq. İnsanların maddi maraqları üstünlük təşkil edir. Ölkəmizdə ekologiyanın məhvinə çox asanlıqla əl atırlar. Hər dəfə vəzifəli şəxslər ifşa olunur, cərimələnir və məsuliyyətə cəlb edilir. Lakin bu sahədə neqativ hadisələr bitmək bilmir.

Mövzu ətrafında fikrilərini “Sherg.az”la bölüşən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bildirib ki, son vaxtlar belə məqamlara rast gəlinir.  Bəzən şirkətlər cəzalandırılmır, ən azı rəsmi olaraq bu cəzalanma yoxdur.

Ekspertin qənaətincə, cəzalanma olmadığına görə günün günorta çağı hamının gözü qabağında ağacları kəsib doğrayırlar:

“Artıq hamı bilir ki, bir ərazi hasara alınıbsa, orada mütləq bütün ağacları gecəynən kəsəcəklər. Bəzi hallarda bu faktlar mediaya, sosial şəbəkələrə çıxanda problemin qarşısı alınır, cərimələr edilir. Lakin heç də bütün hallarda məsələ ictimailəşdirilmir. Çünki vətəndaşlarımızın çoxunda ictimai məsuliyyət yoxdur. Düşünürlər ki, “mənə nə, kim kəsir kəssin”.

E.Bayramlı qeyd edib ki, bu sahədə cərimələr çox az olduğu üçün şirkətlər rahat formada istədiklərini edirlər:

“Milyonlarla dəyəri olan obyekt və ya binanın tikintisi üçün ağacları kəsərkən 5-10 min manatlıq gülünc cərimə onları dayandıra bilməz. Hətta buna sevinirlər ki, 10 min verəcəyik, amma 10 milyonluq bina tikəcəyik. Yəni bunun səbəbi cəzasızlıq mühitidir, bəzi hallarda isə cəzanın adekvat olmaması. Fikrimcə, cərimələr azı 10 dəfə artırılmalıdır. Bu cinayəti edənlər təkcə cərimə ilə yaxa qurtarmamalı, əmlakı müsadirə olunmalı və həbs edilməlidirlər. Belə bir qayda tətbiq olunmalıdır”.

Müsahibimizin fikrincə, ETSN gec xəbər tutubsa və ağaclar artıq kəsilibsə, şirkəti cərimə edib, orada bina tikməsinə imkan yaratmaq olmaz:

“Cərimədən sonra həmin ərazidə bu şirkətin yaşıllıq salması və 5 il müddətinə ona qulluq etməli olduğu haqda qərar çıxarılmalıdır. Sakinlər isə ayıq və məsuliyyətli olmalı, belə faktlara rast gələn kimi, dərhal sosial şəbəkələrdə, mətbuatda yaymalıdırlar. Yalnız bu yolla yaşıl soyqırımın qarşısını almaq olar. Son 20 ildə xüsusən Bakıda yaşıllığa, ağaclara qarşı konkret terror həyata keçirilir və onlar kütləvi şəkildə qırılır. Paytaxtımızda yaşıllıq həcmi Sovet dövrü ilə müqayisədə ən azı 2 dəfə azalıb. Halbuki əhali 2 dəfədən çox artıb”.

Vaxtilə yaşıllıq sahələrinin min bir əziyyətlə salındığını deyən E.Bayramlı bildirib ki, indi paytaxtımız ərazisinə və əhalisinə nisbətdə dünyada ən az yaşıllıq sahəsi olan şəhərlərdən birinə çevrilib:

“Ona görə də, həm dövlət, həm də Qeyri Hökumət Təşkilatları (QHT) bu sahədə iş görməlidirlər. Məsələn QHT-lər dövlətdən on minlərlə manat qrant alıb, mənasız və faydasız maarifləndirmə tədbirləri keçirirlər. Pulu belə tədbirlərdə yoxa çıxarmaqdansa, həmin vəsaitə şəhərin imkan olan ərazilərində, həmçinin Abşeron yarımadasının boş sahələrində yaşıllıq salmalıdırlar. Bunun üçün müvafiq orqanlar şərait yaratmalıdır”.

Ekspertin sözlərinə görə, şəhərin özündə boz, çılpaq ərazilər çoxdur:

Paytaxtımızın cənub girişi olan Yeni Salyan şossesinin ətrafı bərbad haldadır. Boz səhra ərazisi, neft buruqları və köhnə xaraba tikililər. Paytaxta daxil olan adamın ürəyi bulanır. Bakı haqda ilk təəssürat çox pis başlayır. Burada böyük yaşıllıq sahəsi salmaq üçün imkan var. Təəssüf ki, bununla heç kim maraqlanmır. Nəticədə Bakıda yaşıllıq artmaq əvəzinə azalır. Bunun da həm ekoloji, həm də paytaxt sakinlərinin sağlamlıq problemlərinin artmasında böyük payı var”.

Yeganə Bayramova

https://sherg.az/xəbər/138205?fbclid=IwAR2VbE1cnKMg6YQTdFYuQWVZYlm_enr1w6DKXwRBSct730nfB7FNwqcvF6A

Sosioloq: «Qaz yerinə hava verilir»

Elçin Bayramlı: “Bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır”

Xəbər verildiyi kimi, “Azəriqaz” İstehsalat Birliyi yeni islahatlara başlayır.

Belə ki, “Azəriqaz” İB-nin tərkibində qazın satışı və istismarı üzrə iki departament yaradılır. Məlumata görə, hazırda mövcud olan 8 Regional Qaz İstismarı İdarəsi (RQİİ) ləğv olunur. Onların bazasında Bakıda yerləşəcək Regionlar üzrə Qazın Satışı və İstismari (QSİ) Departamenti yaradılır.

Rayonlarda əvvəlki qaydalara uyğun Qas İstismar Sahələri yaradılacaq. Həmin sahələr birbaşa “Azəriqaz”a deyil, Regionlar üzrə Qazın Satışı və İstismari(QSİ) Departamentinə tabe olacaq, Departament isə “Azəriqaz”a”. Ekspertlər hesab edir ki, “Azəriqaz” SOCAR tərkibindən çıxmasa apardığı islahatların heç bir nəticəsi olmayacaq. Çünki qazın hasilatı ilə satışı bir əldə cəmləşə bilməz.

“Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında problemi “Azəriqaz”ın ARDNŞ-in tərkibində qalmasında deyil, sayğaclarda gördüyünü bildirib:

““Azəriqaz” bütün fəaliyyəti boyu istehlakçıların zərər çəkməsinə, onların əlavə problemlərlə qarşılaşmasına səbəb olub. Onun ARDNŞ-in tərkibində olub-olmaması burada heç bir rol oynamır. Problemlərdən birincisi smart sayğaclardır. Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Bundansa analoq sayğaclar qoyulmalıdır. Bundan əlavə, bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər. Keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur. Bundan başqa, xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur”.

Sosioloq “Azəriqaz”ın əlaqə vasitələrinin olmamasının da ciddi narahatlıq doğurduğunu vurğulayıb:

“Daha bir problem isə “Azəriqaz”ın telefonlarının olmamasıdır. Hər hansı bir problem, qəza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Mən uzun illərdir Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “Azəriqaz”ı telefonlaşdırmağa çağırıram. Hərçənd onlar deyirlər ki, “Azəriqaz»ın telefonları var. Amma necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır. Dediyim məsələlər həll olunmasa, qazın satışının başqa cür formada həyata keçirilməsi heç nəyi dəyişməyəcək. Yəni bunlar həll olunmasa, işə yanaşma dəyişməsə, yuxarı orqanın ciddi nəzarəti təmin olunmasa, abonentlərin hüquqları qorunmasa, kosmetik dəyişikliklərin, strukturun başqa cür qurulmasının heç bir xeyri ola bilməz”.

Əli Bədir

Cebhe.info

Anbarda qalan 10 milyon maska: Yerli maska niyə satılmır?

Elçin Bayramlı: «Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır»

Azərbaycanda bir qədər əvvəl koronavirusla əlaqədar olaraq istehsalına başlanmış gigiyenik maskaların satışında ciddi problem yaranıb.

“Bakı Tikiş Evi”nin sahibi Səkinə Babayeva istehsal etdikləri maskaların satışında problem olduğunu bildirib. İstehsalçının sözlərinə görə, vergidən yayınmaqla gömrükdən keçirilən tibbi maskalar ucuz gətirildiyi üçün ölkədəki satışı əngəlləyir.

Xanım istehsalçı istehsal etdikləri yerli maskanın xaricdən gətirilən maskalardan daha keyfiyyətli olduğunu da iddia edib. Səkinə Babayevə hazırda anbarda 10 milyon maskanın müştəri gözlədiyini bildirib.

Maraqlıdır, hər ikisi də 30 qəpiyə olduğu halda nəyə görə yerli deyil, xarici maskalara üstünlük verilir?

Məsələyə münasibət bildirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında deyib ki, yerli maskaların satılmamasında bir nömrəli səbəbkar istehsalçı müəssisənin özüdür:

“Hamı maskadan istifadə edir və bu məcburidir. Biz həmin istehsal müəssisəsinin gündəlik istehsal həcmini bilmirik. Ola bilər ki, təklif tələbdən artıqdır. Ola bilər ki, ilkin istehsalda xaricə ixrac etmək də nəzərdə tutulub və indi edə bilmirlər. Nəticədə məhsul anbarda qalıb. Daha bir səbəb isə insanların özlərinin maska hazırlaması ola bilər. İnsanların maddi gəlirlərinin azaldığını da hesaba qatsaq, bu, normaldır.

Başqa bir təsir gömrükdən müxtəlif üsullarla maska keçirilməsi ola bilər. Səbəb isə xaricdə həmin tibbi maskanın çox ucuz olmasıdır. 3-5 qəpiyə olan maska ölkəmizə gətirilib 30 qəpiyə satılır.

Məsələnin digər tərəfi tibbi maska istehsal edən “Bakı Tikiş Evi”nin xaricə maska ixrac edə bilməməsidir. Buna səbəb nədir? Əgər məhsulu keyfiyyətlidirsə, asanlıqla xaricə ixrac edə bilər. Çünki dünyanın hər yerində karantin şərtləri hakimdir və hər kəs maska taxır. Demək yerli istehsalımız keyfiyyətli deyil. Əgər rəqabətə davamlı olsaydı xaricə satmaq da asan olardı.

Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır. Axı yerli istehsal xaricidən ucuz olmalıdır. Əgər məqsəd yalnız pul qazanmaqdırsa, daha bunun harası yerli istehsal oldu? Əvvəl xaricdən gətirilib 10 qəpiyə satılan maska indi yerli istehsal olduğu halda hansı iqtisadi əsasla 30 qəpiyə satılır? Üç dəfə bahalaşma- bu cinayət faktıdır. Çindən gələn maskalar bütün gömrük ödənişlərinə və digər vergilərə baxmayaraq 10 qəpiyə satılırdı. Bu, vəziyyətdən istifadə edərək külli miqdarda pul qazanmaqdır.

Gömrük nəzarətsizliyinə gəldikdə isə, əgər gömrük haqqında belə iddialar varsa, niyə araşdırma aparılmır? Amma yenə də xaricdə maskanın ölkəyə gəlməsinə də şərait yaradan “Bakı Tikiş Evi”dir. Əgər bu keyfiyyətli maska istehsal edib ucuz satsa, bu rəqabətə heç bir idxalçı monopolist dözməz. Məqsəd yerli istehsaldırsa, fabrik buna getməlidir. Yəni yerli istehsal elə olmalıdır ki, əhali də ona maraq göstərsin. Bütün bu problemlərin yeganə səbəbi “Bakı Tikiş Evi” özüdür. Əgər belə olmasaydı, xaricdən müxtəlif xərclər ödəməklə ölkəyə maska gətirənlər bu rəqabətə dözə bilməzdi”.

Əli Bədir

Cebhe.info

Sosioloq: BNA rəhbərliyi istefa verməlidir

Elçin Bayramlı: “Bu, həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır”

Bu sözləri sosioloq Elçin Bayramlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev «Arb24″ün efirində sosial ayrıseçkiliyə yol açan fikirlər səsləndirib. Şöbə müdiri bildirib ki, ancaq imkanlı adamlar taksidən istifadə etməkidir. Aztəminatlı ailələr isə avtobusdan istifadə etməlidir: “Taksilərin qiyməti az qala avtobus qiymətinə bərabərləşib. Yəni bu belə olmalı deyil. Taksidən istifadə etmək əvvəllər olduğu kimi müəyyən imkanlara bağlı olmalıdır”.

Normalda dövlət həmişə rəqabətin və ucuzluğun yaranmasına çalışmalıdır. Rəsmi dövlət qurumunun bu açıqlaması hansı anlama gəlir? BNA-dan gələn bu açıqlama ölkədə bəzi məmurların monopoiyaya can atmaq və faktiki olaraq sosial bərabərsizlik formalaşdırmaq kimi dəyərləndirilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

BNA-nin fəliyyətinin ölkəyə xeyir yox, zərər verdiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir:

“Əvvəla qeyd edim ki, bu həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır. Məhz bu səbəbdən bu gülünc açıqlama ictimaiyyətin qəzəbinə səbəb olub və yüz minlərlə insan bunu sosial şəbəkələrdə, mətbuatda açıq ifadə ediblər. Belə bir açıqlamanı verən məsul şəxs dərhal işdən azad edilməli, BNA rəhbərliyi istefa verməlidir. Xüsusilə də ona görə ki, BNA-nın yaratdığı şərait həm xalqa, həm də dövlətə zərər vurur. Daha az avtobusla daha çox sərnişin daşıyaraq daha çox gəlir əldə etmək həvəsi həm virusun yoluxmasını artırır, həm xəstə və yaşlı vətəndaşların böyük əziyyətlə mənzil başına getməsiə səbəb olur. Bu vəziyyəti hesab edirəm ki, BNA qəsdən təşkil edib, çünki bu vəziyyətin başqa izahı yoxdur və ola da bilməz.

Əgər biz bazar iqtisadiyyatı adı verilən kapitalizm sistemində yaşayırıqsa, bu sistemin 2 təməl qanunu var: tələb-təklif, bir də azad rəqabət. Taksi sektorunda bu 2 tələbə riayət olunduğu üçün burada çox yaxşı bir mühit yaranıb. Qiymətlər həddən artıq münasib və hamı üçün əlçatan, rəqabət aparan şirkətlər çox, xidmət də əla. Üstəlik on minlərlə insan özünü işlə təmin edib və bu da sosial narazılığı azaldır. Bu vəziyyətdən narazılıq etmək yumşaq desək anormallıqdır. Bu sektor özəl şirkətlərdə və fiziki şəxslərin sahəsi olmalıdır, dövlətin bu sektora müdaxiləsi, yəni bazar iştirakçısı kimi fəaliyyəti yolverilməzdir.

Bu halda azad rəqabət qanunu pozulur. Ona görə də, dövlət bu sektorda iştirakçı olmamalı, sadəcə nəzarət edici və tənzimləyici orqan funksiyasını yerinə yetirməlidir. Nəzarət deyərkən də qiymətlərə qarışmaq, əlavə bürokratik əngəllər yaratmaqdan yox, sadəcə vətəndaşların hüququnun pozulması və onların aldadılmasının qarşısının alınmasından söhbət gedə bilər.

Kütləvi ictimai nəqliyyatda isə tam əksinin olması məqsəduyğundur. Çünki kütləvi sərnişin daşımaçılığı strateji sahədir. Ona görə də, yerüstü və yeraltı nəqliyyatda sərnişin daşımaçılığında dövlətə ya da bələdiyyələrə üstünlük verilməlidir. Əksər ölkələrdə belədir. Yaxşı olardı ki, müvafiq orqanlar vətəndaşların razı qaldığı, on minlərlə insanın özünə iş yeri tapdığı taksi sektoruna müdaxilə etməkdənsə, vaxtilə naməlum səbəbdən və cinayətkarcasına məhv edilmiş ekoloji təmiz, ucuz və dözümlü nəqliyyat vasitələrinin- tramvay, trolleybus və şəhərətrafı elektrik qatarlarının bərpasına girişsinlər.

Dünyanın bütün mədəni ölkələrində bu nəqliyyat sistemləri uğurla fəlaiyyət göstərir. Bizdə isə, onlar kimlərinsə biznes maraqları naminə ləğv edildi, nəticədə həm sərnişindaşımada xaos yarandı, həm şəhərlərin ekoloji mühitinə çox ağır zərbələr vuruldu, həm də sərnişindaşıma qiymətləri daha yüksək olan avtobusların ümidinə qaldıq. 10 ildən çoxdur tramvay və trolleybusun bərpa olunacağı haqda boş vədlər dövriyyəyə buraxılsa da bu istiqamətdə bircə addım da atılmayıb. Bakı-Sumqayıt xəttəində elektrik qatarı buraxmaqla işlərini bitmiş hesab ediblər, halbuki Sovet vaxtı Bakı ətrafı, Abşeronun bütün kənd və qəsəbələrinə çoxsaylı marşrutlarla elektriçkalar işləyirdi və onlar ildə milyonlarla sərnişin daşıyırdılar.

Bu nəqliyyat sistemləri bərpa olunsa paytaxtdakı dəhşətli təxac və iflic olmuş şəhər küçələri problemi də həllini tapar. Vətəndaş taksiyə o vaxt ehtiyat duymaz ki, başqa paytaxtlarda, iri şəhərlərdə olduğu kimi müasir, rahat və sərfəli nəqliyyat vasitələri sistemi olsun. Yoxsa sərnişin yarım saat- bir saat ayaqüstündə, sıxlıqda əzabla niyə getməlidir ki?

Məsələn baxsınlar, Moskvaya, Kiyevə, Romaya, İstanbula, Minksə, Berlinə və s. Avropanın ən böyük şəhəri olan Moskvada ətrafı ilə birlikdə 25 milyonadək insan yaşayır, amma heç orada Bakıdakı kimi dəhşətli tıcaxlar olmur. Eləcə də digər şəhərlərdə. Səbəb sadəcə, müxalif nəqliyyat sistemlərinin olması və onların optimal idarə olunmasıdır.

Daha bir maraqlı məqam isə odur ki, avtobuslar daha bahalı yanacaq olan benzin və dizellə işləyəndə və indikilərdən daha az sərnişin götürəndə gediş haqqı 20 qəpiklə işləyə bilirdilər, amma indi yeni avtobuslar daha çox sərnişin daşıyır 2-3 dəfə azxərcli yanacaqla işləyir, amma 30-40 qəpiklə işləyirlər. Bu paradoksu nə ilə izah edə bilərlər ki? Heç nə ilə. Səbəb sadəcə daha çox gəlir əldə etməkdir vəssalam.

Yeri gəlmişkən, 100 milyon xərc çəkilib qurulan nəqliyyatın “intellektual” idarəetmə sistemi necə oldu? Əlbəttə, dövlətin pulu batıb getdi. Bütün bunları onu göstərir ki, BNA ölkəyə xeyir yox, zərər verir. Bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir.

Onu da qeyd edim ki, bunlar marşrutları qəsdən elə qurublar ki, bir yerdən digərinə getmək üçün 90 faiz hallarda azı 2 avtobus dəyişməlisdən. Yəni məqsəd hər sərnişindən daha çox pul çıxarmaqdır. Sərnişin həm 2 qat xərcə düşür həm vaxtı enerjisi əsəbi gedir”.

Nərminə Umudlu

pia.az

Qlobal ekoloji kataklizmlər başlayır!

Elçin Bayramlı: “Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır”

Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Bu qənaətə ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri gəliblər. Onların dediyinə görə, Qrenlandiyada qarın yağması əriyən buz hissələrini əvəz edə bilmədiyi üçün kritik məqam yetişib.

Keçən əsrin 80-90-cı illərində Qrenlandiya ildə təxminən 450 milyard ton buz itirirdi, lakin bu itki qar yağması ilə kompensasiya edildi. XXI əsrdə isə Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir.

ABŞ tədqiqatçıları qeyd edir ki, hazırda Qrenlandiyanın buz təbəqəsi sürətlə öz kütləsini itirir. Bu isə qlobal istiləşməyə təkan verən növbəti bəşəri problemdir.

Sözügedən məsələ barədə “Sherg.az”a danışan Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı vəziyyətin kifayət qədər ciddi olduğunu düşünür:

“Nəinki Qrenlandiya, bütün Arktika və Antarktida əriyir. Özü də 20-30 ildir, bu ərimə sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxıb. Hətta təxminən 10 il qabaq BMT baş katibi Arktikanın əriməsini öz gözləri ilə görmək üçün gəmi ilə şimal qütbünədək getdi. Əvvəllər buz təbəqəsindən yaxınlaşmağın mümkün olmadığı yerlərə adi gəmi ilə rahatca gedib gəldi.

Bu proses qlobal istiləşmənin real təsviridir. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Təkcə kiçik Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, əlavə şərhə ehtiyac qalmır.

Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq alimləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, nə bilim, kosmosda baş verən hansı proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Ekspertin sözlərinə görə, əsas təqsirkar insanların özləridir: “Kapitalizm planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Digər tərəfdən də öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaqda biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz ,necə deyərlər, “bir balaca” gecikmişik. BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.

Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 3 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər.

Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun camaatı dünya əhalisinin cəmi 3 faizini təşkil edir.

Çin və Hindistan deyirlər ki, biz də bu qədər əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Özü də burada yeganə problem istiləşmə və buzlaqların əriməsi deyil”.

Kənan Novruzov

“Şərq” qəzeti

«Əhaliyə qarşı “yağ terroru” gedir»

Elçin Bayramlı: «Mağazalarda yağların qiymətləri açıq cinayətin göstəricisidir»

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

2020-ci ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 37,7% artıb. Bu ilin 7 ayında 50 957 min ABŞ dolları (36,6% artım) dəyərində 10 300 ton (37,7% artım) kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında 37 305 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ölkəmizdə kərə yağının istehsalı hansı durumdadır, niyə idxal göstəricilərinin ciddi şəkildə artımı müşahidə olunur?

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyir ki, Azərbaycanda yağ istehsalının aşağı olmasının bir sıra səbəbləri var: “Texniki əkinlərin, xüsusilə pambıqçılığın inkişafı heyvandarlıq sahələrinin hesabına baş verdi. Örüş yerlərində pambıq əkilməsinə başlanması kiçik sahibkarlara böyük ziyan vurdu. Onların süd istehsalı əhəmiyyətli dərəcədə azaldı. Pambıqçılığı boş sahələrin hesabına inkişaf etdirmək əvəzinə heyvandarlıq sahələrində həyata keçirdilər”.

Elçin Bayramlı deyir ki, ölkədə kərə yağının təbii istehsal imkanları olmadığına görə, suni yollarla yağ istehsalına önəm verilir: “Məsələn, hər il ölkəyə 60-70 min ton palma yağı gətirilir. Bu təbii yolla yağ istehsalından qat-qat ucuz başa gəlir. Süddən yağ istehsal edilən zaman onu qiyməti 17 manatdan aşağı olmur. Bu da bizim istehlakçılar üçün əlçatan deyil. Buna görə də xaricdən palma yağı, quru süd, kimyəvi maddələr idxal olunur və onlardan kərə yağının dadına oxşayan keyfiyyətsiz yağlar istehsal olunur. Hətta mağazalarda 3 manata da yağlar var”.

Ekspertin sözlərinə görə, xaricdən gətirilən yağların da əksəriyyəti keyfiyyətsizdir: “Təbii kərə yağlarını yalnız Belarus mağazalarında tapmaq olur ki, onların qiyməti də 18-19 manatadır. Bunu da əhalinin 95 faizi ala bilmir. Bitki yağları da saxta və zəhərlidir. Çünki 2-3 manata bitgi yağının istehsalı nəzəri cəhətdən də mümkün deyil. Günəbaxan tumunun kiloqramı 2,5 manat olduğu halda 1,6 manata da günəbaxan yağları var. Bu necə ola bilər — bu qiymətin özü sübut edir ki, bu bitgi yağı deyil, tamamilə kimyəvi, zəhərli məhsuldur. Deyərdim ki, əhaliyə qarşı “yağ terroru” gedir. Qida Təhlükəsizliyi Agentliyi isə bununla mübarizə aparmaqdansa, kiçik, zəif sahibkarları cəzalandırmaqla məşğuldur”.

?

İqtisadçı deyir ki, mağazalara satılan digər süd məhsulları – pendir, şor, xamaların da böyük bir hissəsi saxtadır: “Üzərinə “İvanovka” və s. yazılan məhsulların hamısı kimyəvi maddələrdən hazırlanır. Pendirin kiloqramının 3-4 manata olması mümkün deyil, 20-30 qəpiyə xama satılır, halbuki xama ən bahalı süd məhsulu hesab olunur. Bu qiymətlər açıq cinayətin göstəricisidir”.

Eiçin Bayramlı bildirir ki, heyvandarlığın inkişafından nə qədər danışılsa da ölkədə nə ət, nə də süd istehsalı təlabatı ödəmir: “Ət idxalı da eyni ilə artmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi isə idxal monopolislərinə şərait yaratmaqla məşğuldur”.

Xatirə Nəsirova

Cebhe.info

В Азербайджане детям делают ядовитые прививки

Несмотря на протесты ВОЗ, считающиеся вредными для европейцев препараты, признаны безвредными для жителей стран третьего мира

В последнее время во всем мире растет число случаев тяжелых последствий прививок у детей. В Азербайджане многие родители отказываются от вакцинации детей, ссылаясь на неясность состава ввозимых в страну препаратов, а то и присутствие в них токсичных веществ.

Так, у Ахмеда Рахманова сын после вакцинации заболел синдромом аутизма. В результате кропотливого изучения проблемы он выяснил, что по нормам Всемирной Организации Здравоохранения для лиц среднего и пожилого возраста крайняя норма приема ртути составляет 0,1 мкг на килограмм веса. Однако его новорожденному сыну сделали прививку 0,025 мг (25 мкг!) ртути и от 0,25 до 0,4 мг алюминия, хотя наукой установлено губительное влияние этих металлов на человеческий организм и по отдельности, не говоря уже о совокупном.

А.Рахманов сообщил, что его сыну сделали также прививку AKDS, в составе которой (0,5 мл) содержатся консерванты тимерасол (0,01%) и алюминий, из чего следует, что это более легкий препарат по сравнению с вакциной от гепатита B.

По его словам, фактически новорожденным вводятся с вакцинами тяжелые металлы в 75-80 раз больше нормы: «Мы здесь говорили только о AKDS и вакцине от гепатита B, однако новорожденным делают более 10 прививок».

Парадоксально, что почти все врачи в один голос заявляют о важности и необходимости прививок, но на вопрос об их составе ответить затрудняются.

Так, по словам доктора медицинских наук Адиля Гейбуллы, вакцинация детей, в том числе от неизлечимого заболевания гепатит B, необходима, и эта мера принимается повсюду в мире. С другой стороны, подчеркнул эксперт, в Азербайджане вопреки общепринятым нормам перед вакцинацией не проводится анализ крови пациента для выяснения возможной реакции организма на входящие в состав препарата вещества: «Не исключены аллергические реакции на дополнительные элементы в составе вакцины, которые могут привести к сердечным заболеваниям у детей».

По его словам, нередко производители лекарств выходят за рамки норм содержания консервантов, установленных ВОЗ, добиваясь более длительной сохранности препарата, и с этим может быть связано повышенное содержание ртути.

Заместитель директора Института физиологии НАНА Афик Газиев выразил мнение, что ртуть может вводиться в организм только в лечебных целях и только на основе индивидуально установленной специалистом дозы.

Известный врач Марк Сиркус писал: «Тяжелые металлы в составе вакцин используются уже давно, но основные проблемы в связи с вакцинами появились после 1992 года. Многие фармакологические компании в погоне за дешевизной вдвое увеличили содержание консервантов в составе вакцин. Несмотря на протесты ВОЗ, постепенно эти показатели были признаны рекомендуемыми для стран третьего мира. Говоря конкретнее, состав, считающийся вредным для европейцев, признан безвредным для жителей стран третьего мира».

По единогласному мнению ученых, чрезмерное содержание ртути в составе вакцин чревато непредсказуемыми последствиями: скапливаясь в организме, ртуть приводит к заражению различных органов и тканей, вызывая различные заболевания, в первую очередь, поражая нервную систему и приводя к серьезным изменениям центральной и периферической нервной системы.

В соответствии с национальным вакцинационным календарем Азербайджана, в первые 12 часов после рождения детям делаются прививки от гепатита B, на 4-7-й день – от BSJ, OPV, туберкулеза, от полиомиелита, затем комбинированную прививку от гемофилии B, дифтерии, коклюша, тетануса, гепатита, QPM, витамин A, от краснухи, кори, паротита, AGDT.

Исследованиями Американского центра контроля заболеваний выяснено, что у детей, привитых от HIV, вероятность заражения гемофилией в 5 раз больше, чем у не проходивших эту прививку. В одной из статей в журнале New England Journal отмечается, что 80% детей, заразившихся коклюшем до 5-летнего возраста, ранее были привиты от этого заболевания.

Известны случаи порождения вакцинами аллергии от тех или иных продуктов питания. Некоторое время назад в Турции 3-месячные младенцы после прививки отказались от материнского молока и стали принимать только искусственное детское питание.

В журнале Epidemiology American Journal опубликовано исследование группы ученых, согласно которому среди детей, привитых от AKDS, смертность в первые три дня в 8 раз больше, чем у не прошедших эту вакцинацию.

Эти данные свидетельствуют о том, что многие вакцины подрывают иммунитет организма. В Азербайджане же этот момент усугубляется еще и многократно повышенным содержанием в составе препаратов тяжелых металлов, противопоказанных для человеческого организма.

Эльчин Байрамлы

Vesti.ru

09.03.2013

Budaqlar niyə bar vermir?

Elm ağacının kökünü belə qurutmaq üzrəyik

Bəşər sivilizasiyasının inkişafı yalnız elmin sayəsində mümkün olmuşdur- demək artıq olardı. Zira, elm dedikdə buraya olduqca geniş sferada sahələr cəmləşir- fəlsəfi düşüncə, davranış, əxlaqı səviyyədən tutmuş texnoloji, iqtisadi, hərbi, mədəni industriyalar.

Elmin son məqsədi insanların düzgün fiziki və mənəvi inkişafını, yaradılışın mahiyyətini, müxtəlif problemlərin aradan qaldırılması yollarını tapmaqdan ibarətdir. XX əsrədək elm əsasən, cəmiyyətin həyatını yüngülləşdirmək, əl əməyini aradan qaldırmaq və təbii sərvətlərin əldə edilməsi, istehsalı və istehlakını təmin etmək istiqamətində inkişaf edirdi.

XX əsrdə hərbi texnologiyaların inkişafına daha çox diqqət verilməyə başlandı. İri dövlətlər öz işğalçılıq və hegemonluq məqsədlərini həyata keçirmək üçün hərbi sənayeni sürətlə inkişaf etdirməyə və alimlərin əsas zərbə gücünü buraya toplamağa girişdilər. Elmdən dövlətlərin güclənməsi üçün istifadə geniş vüsət aldı.

I və II Dünya müharibələrində elmin həlledici rolunu bütün dünya əyani surətdə gördü. Daha sonralar sosializm və kapitalizm dünyasının timsalında  iki rəqib cəbhə formalaşanda və sərhədlərin birdəfəlik müəyyən edilməsi və dəyişdirilməməsi qərara alınanda məlum oldu ki, artıq mübarizə elmi müstəviyə keçir.

Son dünya müharibəsinin faciəvi nəticələri Avrasiyanın xarabalıqları üzərində sərgilənirdi. Bu, cəmiyyətləri müharibə əleyhinə elə bir ovqata kökləmişdi ki, xalq müharibə etmək istəyən hökuməti 1 saat ərzində devirərdi.

Soyuq müharibə ərzində hərbi sənayenin inkişafı davam etsə də, digər sahələrdə də rəqabət şiddətlənmişdi. İqtisadi (sənaye) texnologiyalar, peyk-rabitə sistemləri, nüvə energetikası, elektronika sənayesi sürətlə inkişaf etməyə başlamışdı.

Artıq 2 növ ölkələr əmələ gəlmişdi; sənaye ölkələri və aqrar ölkələr. Başqa sözlə desək- xammal ölkələri və bu xammalı məhsula çevirən ölkələr. Hansı ölkə elmə, təhsilə üstünlük vermişdisə, o ölkələrdə müasir zavod-fabriklər, emal müəssisələri tikilmişdi.

Elmə, texnologiyaya üstünlük verməyən ölkələr isə öz xammalını su qiymətinə onlara satmağa məcbur olurdu. Məsələn, sənaye ölkəsi aqrar ölkədən pambığın kq-i 30 qəpiyə alıb, ondan bir neçə köynək tikir və onun özünə 30 manatdan (100 qatına) satırdı. Ya da, 1 ton metalı 1000 manata alıb ondan avtomobil düzəldir və qaytarıb həmin ölkəyə 15-20 min manata satırdı.

Maraqlıdır ki, dünyanın siyasi, iqtisadi xəritəsinə nəzər salanda aydın görünür ki, ən geridə qalmış ölkələr arasında müsəlman ölkələri əsas yer tutur. 20-ci əsrdə müsəlman ölkələri arasında elmi, mədəni, iqtisadi cəhətlərdən ən inkişaf etmişi keçmiş sosialist respublikaları olan Azərbaycan, Qazaxıstan və Özbəkistan idi ki, bunun da səbəbi onların dünyanın ən böyük elm və texnologiya dövlətinin- Sovet İttifaqın tərkibində olması idi.

SSRİ-nin dünyada elmə və təhsilə ən böyük diqqət verən dövlət olduğunu demək artıq olardı. Bu respublikalardan kənarda isə yalnız İranı, Türkiyəni və İndoneziyanı qeyd etdiyimiz cəhətlərdən nisbətən inkişaf etmiş saymaq olar. Əvəzində keçmiş Sovet respublikaları elmi nailiyyətlərini itirdilər.

Düzdür, bəzi varlı müsəlman ölkələri var, lakin onların da təbii sərvətlərin istismarı nəticəsində varlandığı- mədəni, elmi, texnoloji cəhətdən öz potensialı olmadığı aydındır.

Azərbaycanda Sovet dövründə böyük elmi potensial yaradıldı, nəhəng elm imperiyası formalaşdı- bizdə çoxsaylı elmi-tədqiqat institutları ilə Elmlər Akademiyası fəaliyyət göstərəndə nə Türkiyədə, nə Səudiyyədə, nə də İranda yox idi.

Sözümün canı odur ki, xalqlar, dövlətlər inkişafa ancaq elmin sayəsində nail olurlar, əsk halda Sədiyyə kimi nefti ingilislərə çıxartdırıb milyardlarla pul qazandıqları halda həkimləri və sair mütəxəssisləri xaricdən dəvət edirlər.

Bizdə də, Sovet dövründən sonra elm sürətlə tənəzzül etdi, nəhəng elmi infrastrukturumuz dağıldı, yüzlərlə alimimiz xarici ölkələrə üz tutmağa məcbur oldu, onlarla elmi tədqiqat institutundan, elmi laboratoriyadan ortalığa ciddi bir elmi kəşf, texnoloji ixtira çıxara bilmədik. Bir vaxt tibbi bizdən öyrənən və səhiyyəmizə həsəd aparan ölkələrə indi müalicəyə gedirik.

Bir neçə gün əvvəl daha bir böyük alimimizi itirdik- Budaq Budaqovu. “Sonuncu mogikanlar” bir-birinin ardınca gedirlər, yerinə isə yeni alimlər yetişmir. Budaqlar niyə bar vermir? Budaqlar və bar bir yana qalsın, Elm ağacının kökünü belə qurutmaq üzrəyik.

Bu haqda ciddi düşünməyin vaxtıdır- bəlkə dövlət büdcəsindən elmə ayrılan vəsaitin gülünclüyüdür səbəb, bəlkə sosial-psixoloji səbəblərdir, bəlkə başqa səbəblər var?

P.S Həmin gün bir neçə qohumdan və tanışdan Budaqovun kimliyini soruşdum, çiyinlərini çəkdilər… çünki soruşduğum müğənni yox, alim idi… Biz alimləri niyə sevmirik görəsən?

Elçin Bayramlı

«Gündəlik Teleqraf» qəzeti

2012

Elçin Bayramlı: “Kriptovalyuta çox təhlükəli qlobal planın elementidir”

«Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər. Lakin bu pulun nəzarəti də öz dövlətimizdə olmalıdır. Əks halda istənilən dövləti çökdürə bilərlər»

Son zamanlar bitkoinin qiymətində yüksək artım müşahidə olunur.Belə ki, bitkoinin qiyməti 2019-cu ilin avqust ayından indiyədək olan rekordunu yeniləyib. 10 avqustda kriptovalyuta 12 min 45 dollar təşkil edib.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bitkoin kursunun dəyişməsinin siyasi oyun olduğunu deyib:

“Mən əvvəldən bu kriptovalyutalara qarşıyam. Bunların müxtəlif formaları var. Bu tip valyutalar, arxasında real dövlətlərin, real əmtəənin dayanmadığı, naməlum virtual bir sistemdir. Buna pul da demək olmaz.

Baxmayaraq ki, alınıb- satılır, lakin çox təhlükəlidir. Onun qiymətini süni artıb-azaltmaq mümkündür. Bu qlobal oyundur. Bir neçə il əvvəl onun qiymətini kəskin aşağı saldılar.

Bu kriptovalyutaların məqsədi ölkələri asılı salmaqdır. Yavaş-yavaş beynəlxalq pul sisteminə keçilir. Dövlətin əsas strateji silahlarından biri milli valyutalardı. Dövlətlərin xalqa nəzarətini əlindən almaq üçün bu sistem düşünülüb və tətbiq olunur. O da strateji planda çox təhlükəlidir. Ümumiyyətlə, Azərbaycan bundan uzaq durmalıdır. İmkan verməməliyik ki, Azərbaycanda alış-veriş onunla aparılsın. Bitkoinin qiymətinin artmasına qızılın və ya dolların kursunun dəyişməsinin aidiyyəti yoxdur. Sadəcə, bəzi mərkəzlər tərəfindən qlobal oyun oynanılır. Beləliklə, həm dünya əhalisinə nəzarət imkanları olur, yəni onların maliyyə resurslarını nəzarətdə saxlayırlar, həm də vətəndaşlara nəzarət mexanizmlərini dövlətin əlindən alırlar. O valyutalarla bağlı bizə qarşı da müxtəlif şirkətlər tərəfindən təzyiqlər var. O şirkətlərin də kimlərin və hansı qüvvələrin olduğu bilinir, məqsədləri də məlumdur. Bizim dövlət buna imkan verməməlidir. Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər.

Yəni bu pul milli olmalıdır ki, nəzarəti də öz dövlətimizdə olsun. Əks halda istənilən bir dövləti çökdürə bilərlər. Qlobal güclər kiçik dövlətləri özlərindən asılı salmaq, onlara maliyyə problemləri yaratmaq üçün bu oyundan istifadə edirlər. Ona görə də bu kriptovalyutalara etibar etmək olmaz. İstənilən zaman qoyulan pullar bir maxinasiya əsasında bata bilər və o zaman kimisə təqsirləndirmək mümkün olmaz. Bitkonin arxasında duran real cavabdeh yoxdur. Bitkoin əllə tutulacaq bir şey deyil. İnternetdə hava formasındadır. Ona görə də mən bu kriptovalyutalara qarşıyam. Onun kursunun dəyişməsi də bizi maraqlandırmamalıdır. Xarici valyuta istəyənlər arxasında real dövlətin dayandığı maliyyə vahidini ala bilər. Bu elektron valyuta oyunları elektron qumar kimi bir şeydir”.

Elçin Bayramlı bitkoini təbliğ edən iqtisadçıları da debata çağırıb:

“Qlobal maliyyə mərkəzləri heç bir iqtisadi qanunauyğunluğa baxmadan, tələb-təklif məsələsinə fikir vermədən istədikləri zaman kriptovalyutaların kursunu dəyişirlər. Onlar neftin, qızılın, digər valyutaların da qiymətini istədikləri kimi idarə edirlər. Bunu aşkar şəkildə, heç bir izah vermədən edirlər. 2016-cı ildə dolların süni balaşdırılması nəticəsində manatın da devalvasiyaya məruz qalması ilə biz milyardlarla pul itirdik. O zamanlar neftin də qiyməti əsassız şəkildə aşağı salınmışdı. Təsəvvür edin ki, 200-dək dövlət milyardlarla pul itirir, lakin bu maliyyə mərkəzləri qazanır. Məşhur iqtisadi jurnalın yaydığı məlumatda da göstərilir ki, böyük qlobal korporasiyalar milyardlar qazanıb. Yaxşı, necə olur ki, bu qlobal korporasiyalar heç bir iqtisadi böhrandan təsirlənmirlər, ancaq qazanırlar? Nəticədə isə bizim kimi ölkələr pul itirir. Bu açıq şəkildə yürüdülən qlobal terrordur. Virus da onlardan biridir. Eyni zamanda maliyyə, iqtisadi, siyasi və digər formalı terrorlar gedir. Yəni bütün sahələrdə terror gedir. Bu qlobal maliyyə mərkəzləri istəmir ki, onların nəzarətindən kənarda hər hansı bir maliyyə əməliyyatı olsun. Ona görə də dövlət bununla bağlı tədbirlər görməlidir.

İstəyərdim ki, bizim 50 milyardlıq strateji ehtiyatlarımız xaricdəki fondlardan çıxarılıb, dərhal ölkəyə gətirilsin. Çünki dünya bir tikan üzərindədir. Qlobal vəziyyət gərginləşərsə, bizim pullarımızı verməyə də bilərlər. Bu isə ölkəyə çox böyük təsir imkanı yaradar. Digər tərəfdən, əgər müharibə başlasa, o ehtiyatları bizə verməmək üçün deyə bilərlər ki, müharibə aparırsız, silah alacaqsız. Ona görə də vermirik. Yəni, müxtəlif bəhanələrlə o pulları bizə verməyə bilərlər və nəticədə biz məğlub ola bilərik. Ona görə də, bu pullar ölkəyə gətirilib əsasən qızıla çevrilməlidir. İkincisi, dövlət ölkədə gedən kriptovalyuta əməliyyatlarına nəzarət etməlidir. Çünki bu sistemdə işləyən şəxslər qlobal maliyyə mərkəzlərindən asılı vəziyyətə düşürlər. Onlara təzyiqlər oluna bilər. Qlobal maqnatlar kağız pul kütləsinə nəzarət edə bilmirlər. Lakin elektron valyutaya nəzarət edə bilirlər və istənilən halda blok qoya bilərlər. Xalq da o valyutalara etimad etməməlidir.

Azərbaycanda da qlobal maliyyə mərkəzlərinin sərəncamında olan iqtisadçılar var. Gecə- gündüz blokceyn texnologiyasını və onun üzərində yaradılan kriptovalyutaları tərif edib texnologiyanın inkişafında bir üstünlük kimi təbliğ edirlər. Bu məsələdən yayınmaq üçüdür. Elektron valyuta olacaqsa, o da dövlətin özünün olmalı və onun əli ilə idarə edilməlidir. Hər hansı bir iqtisadçı qaynağı bilinməyən kriptovalyutaları təbliğ edirsə, gəlib mənimlə debata çıxsın. Mən ona konkret suallar verəcəm. Qatant verə bilmədikləri şeyi insanlara məsləhət görməsinlər. Xalqı aldadıb strateji təhlükənin mərkəzinə atmasınlar”.

Əli Bədir

Cebhe.info

Sosioloq: «Hər uşağa görə ayda minimum 100 manat verilməlidir»

Elçin Bayramlı: Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.

Uzun zamandır ictimaiyyətin müzakirə etdiyi uşaq pulu məsələsi parlamentin növbədənkənar sessiyasının sonuncu iclasında yenidən gündəmə gətirilmişdi. Çoxsaylı təklifləri nəzərə alan Milli Məclis bu istiqamətdə addım ataraq uşaqpulu ilə bağlı işçi qrup yaradıb.

Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib ki, Milli Məclisin payız sessiyasında xüsusi komitədə uşaqpulu məsələsi müzakirə olunacaq: “Məni də həmin işçi qrupun işində iştirak etməyə dəvət ediblər. Hesab edirəm ki, uşaqpulu çox vacib məsələdir”.

Təşəbbüsü “Şərq”ə dəyərləndirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, məsələ uzun illərdir müzakirə olunsa da, ortada nəticə yoxdur. İqtisadçının sözlərinə görə, dünyanın əksər ölkəsində mövcud olan bir müavinətin Azərbaycanda olmaması başadüşülən deyil:

“İqtisadiyyatı bizdən dəfələrlə zəif, dövlət büdcəsi az olan ölkələrdə belə uşaqpulu verilirsə, bizdə də bərpa olunmalıdır.

Ermənistanda  əgər birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 100 dollar alır. Bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir.

Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir.

Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq 200-300 manat ekvivalentindədir. Bundan başqa, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və sonrakı uşaqların hər birinə 13 min manat,  üçüncü uşaqdan etibarən isə ev və ya torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir.

Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinəti nəzərdə tutulub. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir.

Özü də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, müavinət uşaq doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.

Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir.

Ukraynada ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa 3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar məbləğində müavinət ödəyir”.

Ekspert bildirib ki, əksər ölkələrdə iri məbləğdə birdəfəlik ödəniş, ya da yaşayış minimumu qədər aylıq müavinətlər ödənilir:

“Azərbaycanda belə bir təcrübə olub. Əvvəlki dönəmlərdə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu”  ödənilir, “Qəhrəman ana”lar müxtəlif döş nişanları ilə təltif olunurdur. Son illərdə azuşaqlı ailələrin sayı artıb.

Artıq ailələr 1, maksimum 2 uşağa üstünlük verirlər ki, bunun da əsas səbəbi sosial vəziyyət, yəni maddi çatışmazlıqdır. 80-ci illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm azı 30 faizdir. Azərbaycanda 50 yaşadək olan hər 1000 qadına düşən doğum sayı sürətlə azalmaqdadır.

Ailə sistemimiz dağılıb gedir. Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir.

Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırkı 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı edilməlidir. Ölkəmizin gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/135564?fbclid=IwAR26uL-P4asqbXcxYox5tfGsWGEMuiSBew7YFYneS2ZqN_4qvw_TL0TOR40

TƏBİB öz işinin öhdəsindən gələ bilmir

Elçin Bayramlı: “Vətəndaşlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var”

“İcbari tibbi sığortanın tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar”

Səhiyyə sistemində ikitirəlik və TƏBİB-in qeyri-peşəkarlığı nələrə yol aça bilər?..

Sosioloq: “TƏBİB bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir”.

“Səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin”. Bu sözləri sosioloq Elçin Bayramlı TƏBİB-in analizlərin cavabında texniki xəta olması açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayaraq, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumatda texniki xəta oluğunu, buna görə üzr istənildiyini bəyan edib. Amma buna baxmayaraq, sosial şəbəkə istifadəçiləri bu məsələdə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ni (TƏBİB) ittiham edirlər. Bir çoxları isə hətta bir az da irəli gedərək TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı ilə bağlı ifrata varırlar.

İndiki dövrdə insanlarda ciddi psixoloji problemlərin ortaya çıxmasına səbəb olan belə qeyri-peşəkarlığı və TƏBİB-in öz işinin öhdəsindən gələ bilməməsi kimi dəyərləndirmək olarmı?

Diigər bir ciddi problem isə son zamanlar səhiyyə sistemində ikitirəliyin günü gündən özünü daha çox biruzə verməsidir.

“TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir”

TƏBİB-in probleminin yalnız baş verən texniki səhv olmadığını vurğulayan sosioloq PİA.az-a açıqlamasında əlavə edib ki, vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxalarda pis şərait və baxımsızlıqla bağlı problemlər sosial şəbəkələrdə müzakirə obyektidir:

“Əlbəttə, bu texniki səhvdir və bütün sahələrdə belə səhvlər olur. Fikrimcə, bunu şişirtməyə və kimisə təhqir etməyə ehtiyac yoxdur. Tənqid etmək olar, çünki tənqid daha məsuliyyətli olmağa dəvət edir. TƏBİB-in problemi bu texniki səhv deyil, tamam başqa məsələlərdir. Vətəndaşlardan müalicə ilə bağlı çoxsaylı şikayətlər var. Onlardan pul tələb edilməsi, dərmanları öz pulları ilə alması, xəstəxanalarda pis şərait və baxımsızlıqla bağlı problemlər var və bütün bunlar sosial şəbəkələrdə müzakirə obyekti olur.

Bundan başqa icbari sığortanın tətbiqi ilə bağlı ciddi problemlər və gecikmələr var. O tənqidçilər bu məsələlərin üzərinə fokuslansalar daha faydalı olar, yoxsa adi bir texniki səhvdən kütləvi şou düzəltmək lazım deyil, bundan cəmiyyətə heç bir fayda yoxdur. Lakin TƏBİB də bu texniki səhvin necə yarandığını detalları ilə izah etməlidir ki, kimdəsə qəsdən edildiyinə dair şübhə qalmasın.

Mən hesab edirəm ki, TƏBİB hələ ki öz işinin öhdəsindən lazımınca gələ bilmir. Ola bilər yeni təşkilatdır hələ tam formlaşamayıb. Üstəlik, səhiyyədə ikihakimiyyətlilik hökm sürür. Yaxşı olar ki, bu səhiyyə sahəsi həmişəki kimi bir dövlət orqanında birləşsin. Vətəndaşlar da çaş-baş qalır, bilinmir Səhiyyə Nazirliyi nə ilə məşğuldur, TƏBİB nə iş görür. Axı səhiyyə sistemi vahid sahədir. Burada vahid orqan olmalıdır və idarəetmədə qarışıqlıq olmamalıdır. Ölkədə ən vacib sahənin səhiyyə olmasını xatırlatmağa ehtiyac yoxdur. Bu həm də milli təhlükəsizliyə daxil olan sahədir. Dünyada bütün ölkələrdə icbari tibbi sığortanın lap çoxdan tətbiq olunduğunu da bilirik. Heç olmasa o ölkələrin təcrübələrindən yararlansınlar. Bizdə bu sistemin tətbiqi 20 ildən çox müzakirə olundu. Nəhayət bu sistemin tətbiqi tam başa çatdırılmalıdır və vətəndaşlar normal tibbi xidmətlər almalıdırlar.

Hazırda vətəndaşların çoxu normal tibbi xidmət ala bilmirlər. Yenə də onların həkimlərə, dərmanlara çoxlu xərci çıxır, bir çoxunun pulu olmadığına görə müalicə, hətta müayinə belə oluna bilmir. Buna nəhayət son qoyulmalıdır”.

Nərminə Umudlu

pia.az

Ekspert “Azərsu”dan cavab gözləyir!- “Milyardlarla pul nəyə, necə xərclənib?!”

“Aidiyyəti orqanı problemlərin həllinə çağıran mənim kimi adamları susdurmağa çalışırdılar”

“Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar?!”

“Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi, həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması, istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.

Bu barədə «Sherg.az»a danışan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, problem çoxdan həll olunmalı idi:

“Uzun illərdir, televiziya və mətbuatda bu təklifləri verirdik, yaxında problem yaranacağını deyirdik, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazdımı?

Onlar bu işləri görməkdənsə, konkret problemlərin yaranacağını deyən və qabaqlayıcı tədbirlər görülməsinə çağıran mənim kimiləri susdurmaq üçün çalışırdılar. İndi cavab versinlər- milyardlarla pul hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Kabinetlərdə oturub qarnını və cibini yoğunlatmaqla deyil. Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”.

Ekspert sözügedən layihənin müsbət nəticə verəcəyinə inanır:

“Tədbirlər Planına gəldikdə, bir daha deyirəm, bu çox təqdirəlayiqdir və nəzərdə tutulanlar həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır.

Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə. Cənab Prezidentin sərəncamla təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan 10 yeni su anbarı, artezianların qazılması və qrunt sularından istifadə, həmçinin dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlər təqdirəlayiqdir.

Sözsüz ki, bu sahəyə cavabdeh orqanlar indiyədək dövlətin milyardlarla pulunu havaya sovurduğuna bu işləri görsəydi bu gün su problemi yaranmazdı”.

Kənan Novruzov

https://sherg.az/xəbər/134108?fbclid=IwAR01XRNvMSP_8GqCjdSsEz9GvmjINrBLESB2P0xYSN0aF2U4RJUkr2lnHqk

Ətin qiyməti qalxır: Səbəb monopoliyadır

Elçin Bayramlı: “Alverçi və monopolist mafiyası dövlətə və xalqı ağır zərərlər vurur, iqtisadi sabotaj və sosial böhran yaradır»

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib. Lakin bu idxala və yay mövsümü olmasına baxmayaraq, mal ətinin qiyməti artıb. Maraqlıdır, yay mövsümündə ətə tələbatın az olduğu halda qiymət artımı varsa, o zaman payız və qış aylarında daha böyük artımın şahidi ola bilərikmi?

«Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, payızda qiymətlərin daha da artacağı şübhəsizdir:

«Aydın məsələdir ki, yay mövsümündə ətə tələbat azalır. Bununla bağlı olaraq qiymətlər də azalmalıdır, nəinki artmalı. Əgər belə bir vəziyyətdə qiymət artırsa, payızda tələbat artanda qiymətin daha da yüksələcəyi şübhəsizdir. Bu vəziyyət heyvandarlıq sektorunun acınacaqlı vəziyyətə olmasının göstəricisidir. Hətta ət idxalının 37 faiz artması belə kömək etmədi. Bu o deməkdir ki, heyvandarlıqda, xüsusən ət istehsalında vəziyyət biabırçılıqdır. Heyvandarlığın tənəzzülə uğramasının bir çox səbəbləri var. Onlardan biri də örüşlərin, otlaq sahələrinin texniki bitkilərin, xüsusən də pambıqçılıq üçün ayrılmasıdır. Halbuki bu məqsədlə istifadəsiz torpaqlar ayrılmalı idi. Bir sahəni ləğv edib yerində ondan daha az gəlir verən sahənin yaradılması çox gülməlidir. Respublikamızda o qədər boş torpaqlar var ki, onlarda pambıq, tütün və s. texniki bitkilərin əkinlərini təşkil etmək olardı. Lakin məmurlar, rayon rəhbərləri özlərinə əziyyət verməyiblər. Axı həmin sahələrə su çəkilməlidir, müəyyən infrastruktur qurulmalıdır. Ondansa hazır münbit otlaq sahələrini götürüb pambıq əkini ediblər».

Heyvandarlığın tənəzzülə uğradığını deyən ekspert bunun digər səbəbini bu sahədəki monopoliyada görür: «Digər bir səbəb də, ət sahəsindəki monopoliyadır. Təsəvvür edin ki, respublikanın bütün rayonlarından, xarici ölkələrdən Bakıya ət gətirilir. Bunların hər birinin maya dəyəri fərqli olsa da, bütün ətlər eyni standart qiymətə satılır. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Kim təyin edir bu qiymətəri? Bəlkə, biri rayondan gətirdiyi heyvanı 2-3 manat ucuz satmaq istəyir? Olmaz, onu dərhal sıradan çıxararlar. Ət monopoliyasına son qoyulmalıdır. Lakin biz əksini görürük, bir neçə ay əvvəl bütün ət kəsimi məntəqələrini, qəssabxanaları bağlayaraq, ət kəsimini bir əldə cəmləşdirilmiş böyük mərkəzlərdə etmək cəhdinə girişdilər, lakin etirazlar olduğundan bu alınmadı. Bu adamlar zərərsizləşdirilməlidirlər. Onlar dövlətə və xalqı ağır zərərlər vururlar, iqtisadi və sosial böhran yaradırlar, sabotaj edirlər».

E.Bayramlı bu sahədə yaranan xoşagəlməz durumu həm də kəndlilərin bazarlara buraxılmaması ilə əlaqələndirib: «Daha bir səbəb, kəndlilərin, kiçik təsərrüfat sahiblərinin bazarlara buraxılmamasıdır. Dəfələrlə dediyimiz kimi, bazarlar alverçi mafiyası tərəfindən tam ələ keçirilib. Buna son qoyulmalıdır. Hətta Kənd Təsərrüfatı Nazirliyinin təşkil etidiyi yarmarkalarda belə qiymətlərlə bazarla eyni olur. Hətta bəzən bazardan baha olur. Bu nə biabırçılıqdır? KTN rəhbərləri istefa verməli və ölkəyə vurduqları zərərə görə bütün əmlakları müsadirə edilməlidir.

Bəli, payızda ətin qiymətində bahalaşmanın olacağı qaçılmazdır. Bu sadə bazar qanunudur — tələb-təklif münasibətləri. Bəlkə, hanısa ölkədən ucuz və keyfiyyətsiz ət idxalı təmin etməklə bunun qarşısını almaq istəyəcəklər, amma bu çıxış yolu deyil. Çıxış yolunun nə olduğunu KTN-də yaxşı bilirlər, sadəcə bunu etmək onlara sərf etmir».

Naibə

Cebhe.info

Elçin Bayramlı: «Su itmir, məmurların təsərrüfatlarına yönəldilir»

«Kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir»

“Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də keçirdiyi növbəti videoformatlı müşavirədə vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxundu. Prezidentin müşavirədəki çıxışında səsləndirdiyi xatırlatdığımız fikirlər dövlət siyasətinin birmənalı şəkildə ictimai maraqlara söykəndiyinin göstəricisidir.

Prezident çıxışında sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu, bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini dedi.

Prezident qeyd etdi ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişdi. Lakin problemlər var. Prezident içməli su layihələri ilə bağlı çatışmazlıqları göstərib və qeyd edib ki, bu sahədə həm müsbət, həm mənfi təcrübə təhlil edilməlidir: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməyib və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmayıb. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir”.

Prezident vətəndaş məktublarını xatırlatmaqla ictimaiyyəti narahat edən məsələlərdən xəbərdar olduğunu, problemlərin həllində vətəndaşların və buna müvafiq də dövlət maraqlarının qorunduğunu vurğulayıb.

Müşavirədə qaldırılan problem onu göstərir ki, suvarma problemi həm ölkə iqtisadiyyatına, eyni zamanda insanların yaşayışına, gəlirlərinə, təsərrüfatlarına ciddi ziyan vurur. Suvarma işi lazımi qaydada təşkil edilərsə, fermerlər, şəxsi təsərrüfatı olanlar ziyan çəkməz, gəlir əldə edər, əhalinin sosial rifah halı daha da yaxşılaşar.

Prezident qeyd edib ki, aidiyyəti orqanlar koordinasiya olunmuş şəkildə işləməyib. “Azərsu”, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşıblar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq olmayıb. Sadəcə dövlət vəsaitindən istifadə edilib, layihələrin səmərəliliyi yoxlanmayıb, ona görə böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Lakin bundan sonra xərclərə ciddi nəzarət mexanizmi tətbiq ediləcək. Prezident qeyd edib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: “Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.

“Su “itmir”, məmurların təsərrüfatına yönəldilir»

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tənqidlərin tam əsaslı olduğunu bildirdi:

— Əhaliyə çatmayan su xüsusi şirkətlərə, təsərrüfatlara sayğacdan kənar limitsiz həcmdə verilir və onlardan külli miqdarda rüşvət alınıb ciblərə qoyulur. Nəticədə, dövlət büdcəsindən xeyli vəsait yayındırılır. Hətta məlumatlı mənbənin mənə verdiyi məlumata görə, “Azərsu” tərəfindən böyük həcmdə su yaşıllaşdırma idarələrinə yönəldilir, orada isə guya ki, yaşıllıq sahələrinin suvarılması adı ilə necə deyərlər, “oformut” olunur, əslində isə o suyun böyük hissəsi xüsusi şirkətlərə, müəssisələrə və təsərrüfatlara verilir. Nəticədə, guya, yaşıllıq sahələrinin suvarılması üçün ayrılan su bəzi məmurlara nəhəng qazanc gətirir, yaşıllıqlar isə susuzluqdan quruyub gedir. Fikir verin, dövlət başçısının dediyi kimi, bəzi hallarda “su itkisi” 40-50 faizə çatır. Bu, dünya üzrə ən böyük və heç vaxt təkrar olunmayacaq rekorddur. Bu nə deməkdir? Necə yəni 50 faiz su itkisi? Heç bir su itib eləmir, həmin “itən” sudan, yuxarıda dediyim kimi, necə lazımdı bəhrələnilir.

Burada əsas problemlərdən biri də cənab Prezidentimizin qeyd etdiyi kimi, mövcud sudan istifadə zamanı qanunsuzluq edilməsi — yəni suvarma suyunun əsasən iri məmurların təsərrüfatlarına verilməsi ilə bağlıdır.

Mövsümün ən qızğın vaxtında bazarlardakı bahalığı görürsünüzmü? Bunun əsas səbəblərindən biri də, su problemi ilə bağlı bir çox torpaq sahibinin əkindən imtina etməsi, bəzilərinin isə məhsulunun sahələrdə yanması ilə bağlıdır.

Təklif edirəm ki, kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılsın, bunun üçün onlara faizsiz kredit verilsin. Bu zaman icra başçıları əjdaha kimi suyun qabağını kəsib onu kəndlilərə verməyib öz təsərrüfatlarına yönəldəndə, onlar həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər.

Göründüyü kimi, bu sahəyə məsul məmurların özlərinin iş görməsi bir yana, insanların özünün də iş görməsinə əngəl yaradırlar. Məsələn, maraqlansanız görərsiniz ki, su qıtlığı olan kəndlərdə təsərrüfat sahibləri artezian quyusu qazdırmaq üçün nə qədər böyük maneələrlə üzləşirlər, bir belə quyunun qazılması 15-25 min manat rüşvət ödəməlidir. Kiçik təsərrüfat sahibində bu qədər pul hardandır? Hətta 5-i, 6-sı birləşsə belə bu qədər pul ortaya qoya bilməzlər. Nəticədə nə olur? Bəli, həmin kəndlərdə təsərrüfatlar məhv olub gedir. Yəni, həm məhsul istehsalının qarşısı alınır, həm insanlar ağır sosial vəziyyətə düşür. Qısası, rüşvətxor məmurların əməlləri ölkəyə qarşı həm iqtisadi sabotaj, həm sosial problem, həm də ekoloji böhran yaradır.

“Suvarılmayan milyonlarla hektar torpaq sahələri var”

E.Bayramlı qeyd etdi ki, dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alanlardan biri su təsərrüfatıdır. Əgər burada korrupsiya olmasaydı, düzgün və effektiv idarəetmə olsaydı, bu nəhəng pullarla ölkəni cənnətə çevirmək olardı: Respublikada suvarılmadığından istifadə olunmayan milyonlarla hektar torpaq sahələri var. Oralara kanallar çəkib, artezian quyuları qazıb, suvarma sistemi qurub böyük təsərüfatlar salmaq, böyük həcmdə ərzaq istehsalı təşkil etmək olardı. Nəticədə ölkədə bolluq və ucuzluq yaranar, ərzaq idxalından azad olar, hətta ixrac edib ölkəyə xeyli valyuta gətirə bilərdik. Üstəlik, bunun nəticəsində yüngül və yeyinti sənayesi də inkişaf edərdi. Yəni hazırda aqrar sektorda ən böyük problem su problemidir. Su təsərrüfatı orqanları bir yana qalsın, bəs Ekologiya Nazirliyi, EA-nın müvafiq institutları hara baxırdılar? Niyə bu təhlükəni vaxtında görməyiblər, layihə, plan, proqnoz hazırlayıb yuxarı orqanlara təqdim etməyiblər. Nə vaxtadək bunlar dövlətdən havayı maaş alıb yeyib-yatacaqlar. Gərək hər şeyə cənab prezident qarışa, sonra başlayalar işləməyə? Əvvəlcədən tədbirlər görmək olmazmı?»
Sosioloq deyir ki, ümumiyyətlə, Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır: «Qlobal su böhranı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər».

ASAM sədrinin fikrincə, bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır: «Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır — həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Kürdə su azalan kimi, çayın mənsəbindəki rayonlarda necə ağır bir içməli su problem yarandığını hamımız gördük. Çünki alternativ mənbələr işlənməyib, ehtiyat mənbə və kəmərlər yaradılmayıb. Yalnız Kürə ümidli olublar ki, oradan çirkli suyu götürüb verəcəyik əhaliyə, məsələ həll olacaq. Bunun da necə səhv bir addım olduğunu gördük».

Məlahət Rzayeva

«Şərq» qəzeti

Anamın Kitabı

Cəlil Məmmədquluzadə

“Anamın kitabı” tragikomediyası 1920-ci ildə Cəlil Məmmədquluzadə tərəfindən qələmə alınıb.

4 pərdəli bu dram əsəri XX əsrin əvvəllərindəki Azərbaycan cəmiyyəti, xüsusilə də Azərbaycan ziyalıları haqqındadır. Pyesin əsas ideyası Vətənə, xalqa, ana dilinə sadiq olmağa çağırışdır. Əsərdə müxtəlif dövlətlərə meyli olan ziyalıların səhv yol tutduqları tənqid olunur.

Əsərin əlyazma nüsxələri Elmlər Akademiyası Əlyazmalar İnstitutunun arxivində saxlanılır. Əsər ilk dəfə 15 yanvar 1923-cü ildə Bakıda, Dadaş Bünyadzadə adına Dram Teatrında tamaşaya (rej. A.Şərifzadə, Səməd Vahid — K.Ziya, Məmmədəli — İ.Talıblı, Gülbahar — Y.Olenskaya) qoyulmuşdur.

Kitabı aşağıdakı linkdən oxuya və ya köçürə bilərsiniz.

http://boxca.az/uploaded/UfYY6tnw28Z6

Upload new file

«Ya karantin götürülməli, ya da əhaliyə sosial yardım edilməlidir»

Elçin Bayramlı: “Səhv tədbirlər 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır”

Sosioloq: “Bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir”.

Xəbər verdiyimiz kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

Hazırda karantin ucbatından işləməyən insanların ciddi sosial problemlərlə üzləşdiyi də bəllidir. Xüsusən işdən məhrum edilən insanların böyük qismi kredit və kommunal xərcləri ödəməkdə çox çətinlik çəkirlər.

Hökümətin işdən məhrum edilən insanları güzəştlərdən də məhrum etməsini necə dəyərləndirmək olar? Xüsusən öz iradəsi kənarında işləməkdən məhrum edilən insanlara kredit və kommunal güzəştlərin tətbiq olunması doğru addım olmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?”

Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən də ödənişlər tələb olunduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, 5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır:

“Heç bir ölkədə karantin 5 ay uzadılmadı və heç bir ölkədə paytaxt belə uzun müddət qapalı şəhər elan olunmadı. Neçə aydır milyonlarla insan işindən, gəlirindən məhrum olub və ağır vəziyyətə düşüb. Onların çox az qisminə kiçik bir sosial yarım edilib. Bütöv bir ailəyə cəmi 190 manat. Bu pul heç bir nəfərin minimal ehtiyac məbləği deyil. Özü də, bir çox işsiz, yoxsul kənarda qala-qala, maddi imkanı yaxşı olanlara verilib. Bu yardımı ala bilməyən milyonlarla insan tam çarəsiz vəziyyətdə qalıb.

Dəfələrlə dediyimiz kimi, Operativ Qərargahın bütün tədbirləri mənasız, effektsiz və zərərlidir. Həm sosial, həm iqtisadi böhran yaradır. Hamıya məlum olduğu kimi, bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir.

Elçin Bayramlı: “Bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir”

Bu vəziyyətdə insanların kredit və kommunal borcları üçün heç bir güzəşt edilmir. Məsələn 10 gün işıqpulunu ödəməyəndə gəlib elektriki kəsirlər. Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən ödənişlər tələb olunur. ödəniş olmadıqda isə cərimə faizləri gəlir.

5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır. Üstəlik, hansısa bir ucqar kənddə adamın yoluxma şansı Bakıdakından 100 dəfə azdır. Bu o deməkdir ki, belə səhv tədbirlər bu 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır.

Hesab edirəm ki, bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir. Bizim xarici fondlarda 50 milyardlıq strateji ehtiyatlarımız var. Həmin vəsait bu fondlarda heç bir gəlir də gətirmir. Mən hələ də başa düşmürəm ki, niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?

Əgər bunu edə bilmiriksə və ya etmək istəmiriksə, onda karantin dərhal ləğv edilməli, insanlar işlərinə qayıtmalıdır. Vətəndaşlarımız evdə acından ölməli deyil”.

Nərminə Umudlu

pia.az

Tovuz cəbhəsində erməni təxribatını kim və niyə törətdi?- ANALİZ

Tovuzda baş verən erməni bombardmanına ordumuzun layiqli cavab verərək düşməni ağır vəziyyətə salmasından sonra ermənilərin beynəlxalq havadarları həyəcana gəldilər. Xüsusən də, Ermənistanın və ermənilərin dünyadakı ən böyük hamisi olan ABŞ yaman narahat oldu. Çünki bu təxribatı Ağ Evdən təşkil etmişdilər və məqsəd Rusiya ətrafında qarışıqlıq və qarşıdurma yaratmaq, həmçinin Ermənistanı Rusiyanın təsirindən tam qoparmaq idi. Belə ki, Vaşinqtonda yaxşı bilirdilər ki, Ermənistan hakimiyyəti hər nə qədər tam olaraq Amerikaya bağlı olsa da, Rusiyadan da müəyyən asılılıqları var. Eləcə də Rusiyanın Ermənistandan asılılığı var. Çünki Rusiyanın NATO-ya qarşı cənubdan yeganə müdafiə bazası Ermənistan ərazisində yerləşir.

Buna görə də, Ağ Evdə bilirdilər ki, erməniləri qızışdırıb Azərbaycana hücum təşkil etmələri- özü də Qarabağda yox, 2 ölkə sərhəddində- Ermənistanın Rusiyadan tam qopmasına gətirib çıxara bilər. Belə ki, Ermənistan iddia edəcək ki, Azərbaycan ona hücum edir və kömək üçün KTMT-yə müraciə edəcək, KTMT isə əvvəllər də bəyan etdiyi kimi, bu məsələyə qarışmayacaq (çünki prezidentimizin dediyi kimi Ermənistan xaric bu təşkilatdakı bütün üzvlər bizim dostumuzdur), bu halda Amerika agenti Paşinyan xalqa müraciət edəcək ki, bəs Rusiya və KTMT bizə kömək etmədi, gəlin onun bazasını çıxaraq, Amerika ilə müttəfiq olaq. Beləliklə, Amerika Rusiyanın cənub istiqamətində əsas müdafiı sistemindən və NATO-ya qarşı bazasından məhrum etmək istəyir. Moskvada bütün bunları yaxşı başa düşürlər və ona görə də nə Ermənistanın çağırışına cavab verilmədi, nə də KTMT-nin iclası təşkil edilmədi. Moskvadan Bakıya döyüşlərin dayandırılması ilə bağlı heç bir tələb və ya xahiş edilmədi. Yalnız Amerika və Avropadan döyüşlərin dayandırılması tələb edildi.

Tovuzda baş verən düşmən təxribatı ilə paralel olaraq “Amerikanski” müxalifətin Bakı küçələrində, “Yevropeyski” səhifə və saytların isə internetdə peşəkar təxribatlar təşkil etməsi də cəbhədəki həngamənin hansı qüvvə tərəfindən təşkil edildiyini aydınca ortaya qoydu.

Erməni tərəf ağır cavabını alıb çətin vəziyyətə düşən kimi, ABŞ Dövlət katibi bəyanat verdi: “-Dərhal atəşi dayandırmağa çağırırıq». Ermənistanın hücumuna ağır cavab verdiyimiz üçün ABŞ Konqresində Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlanıb. Bunun 907-dən daha ağır sanksiya olacağı deyilir.

Bax beləcə, bir daha aydın olur ki, SSRİ-nin dağıdılmasında NATO-ya göstərdikləri əvəzedilməz xidmətlərin mükafatı olaraq Qarabağı ermənilərə vəd etmiş, hər il Ermənistana və Qarabağdakı terrorist rejimə rəsmi dövlət büdcəsindən böyük maliyyə yardımları göstərən, Ermənistanın ən böyük hamisi Amerika öz maraqları üçün ondan istifadə edir, nəticədə bizim insanlar ölür və Rusiya çətin vəziyyətə düşür.

Regionda çox mürəkkəb oyun gedir. Ermənistanı tam ələ keçirməklə Amerika onun ərazisindən həm də öz düşmənləri olan Türkiyə və İran ərazisinə birbaşa çıxış əldə edir. Bu məsələləriTehran və Ankarada da yaxşı başa düşürlər. Biz qonşu dövlətlərə qarşı belə oyunlarda iştirak etməyəcəyimizi ən yüsək səviyyədə bəyan etmişik. Gürcüstanın da İranla sərhəddi yoxdur. Demək bunun üçün yeganə ölkə Ermənistan qalırdı. Və Amerika da bir neçə il əvvəl oyunu onun üzərindən qurmağa başladı.

Ermənistan rəhbəri Paşinyanın Amerika agenti olması və onu hakimiyyətə Amerikanın dövlət çevrilişi təşkil edərək gətirməsi hamıya məlumdur. O da hakimiyyət başına gələn kimi bütün dövlət orqanlarında rusiyayönümlü nazirləri, məmurları çıxarıb yerinə amerikanpərəstləri qoydu və beləliklə Ermənistan faktiki olaraq Amerika müstəmləkələrindən birinə çevrildi.

Bundan qabaq isə Amerika dövlət çevrilişi təşkil edərək Ukraynanı Rusiyanın müttəfiqindən öz müttəfqinə çevirmişdi. Bunun əvəzində Rusiya da Amerikanın bir müttəfiqini- Türkiyəni onun əlindən aldı. Amerika bunun acığını çıxmaq üçün Türkiyədə nə qədər qanlı dövlət çevrilişi cəhdi, müxtəlif təxribatlar, terror aktları törətsə də xeyri olmadı. Hətta, 2 dövləti düşmən etmək üçün Rusiya təyyarəsini Türkiyə ordusunda yerləşmiş fətullahçı mafiyaya vurdurdu, elə həmin fətullahçılar tərəfindən Rusiya səfirini İstanbulda qətlə yetirtdi, lakin xeyri olmadı- hər iki dövlət bunları Amerikanın təşkil etdiyini bildiyindən bu tələyə düşmədilər və əməkdaşlığı daha da gücləndirdilər.

Beləliklə, regionda 2 dövlət (Gürcüstan və Ermənistan) Amerika, 2 dövlət (İran və Türkiyə) isə Rusiya yönümlüdür. Müstəqil qalan yeganə dövlət Azərbaycandır. Biz bu faktdan istifadə edərək 2 fövqəldövlət arasında elə oynaya bilərik ki, Qarabağı geri ala bilək. Çünki həddən artıq strateji, iqtisadi və ticari qovşaq mövqeyimiz hər 2 fövqəldövlətin marağındadır. Regionda Azərbaycan kimi müttəfiqi olsa, onun əli güclənir. Azərbaycan Rusiya və İran arasında birbaşa keçid üçün yeganə ölkədir. Üstəlik, Azərbaycan bütün 5 region dövləti ilə birbaşa sərhəddi olan yeganə ölkədir. Yaxın Şərqə və Rusiyaya birbaşa qapıdır.

İqtisadi məsələlərdə də biz Ermənistandan dəfələrlə üstün mövqedəyik. Bu regiondakı bütün beynəlxaql və regional əhəmiyyətli nəqliyyat və enerji layihələri Azərbaycandan keçir. Qısası biz şərt qoya bilərik ki, kim Qarabağın qaytarılmasında kömək eləsə onunla müttəfiq olacağıq. Amerika razı olsa Amerikaya, Rusiya razı olsa Rusiyaya bir hərbi baza üçün yer verməklə Qarabağı almaq olarsa buna gedilməlidir. Rusiya Ermənistandakı NATO-ya qarşı bazasına görə Yerevandan müəyyən asılılığı var, biz o bazaya yer versək, vəziyyət  tamam dəyişər. İşğal olunmuş torpaqlarımın qaytarılmasına Rusiya kömək etsə, Avrasiya İqtisadi İttifaqına və KTMT-yə də daxil olmaq olar.

Amerika da İranın və Rusiyanın arasında hərbi bazaya və müttəfiq ölkəyə malik olmağı çox arzu edərdi. Hətta Azərbaycanı NATO-da və özünün hegemonluq etdiyi bəzi beynəlxalq təşkilatlarda görməsini daha çox istərdi. Rusiya ətrafında öz müttəfiqlərini yaratmaq Amerikanın ən böyük arzusudur. Buna nail olmaq istəyirsə, ABŞ Qarabağın qaytarılmasında bizə kömək etməlidir.

Yəni, Qarabağın fövqəldövlətlərin marağı təmin olunmadan geri qaytarılması çətindir. Ya ikisinin də ya da birinin maraqları təmin olunduğu halda buna ümid etmək olar. Bununla yanaşı, biz 3-cü və 4-cü fövqəldövlətlər olan Çinlə və Hindistanla çox yaxın münasibətlər və daha güclü əməkdaşlıq qurmalıyıq. Yaxın müddətdə dünyada əsas söz sahiblərinin bu ölkələr olacağını dünyanın ən nüfuzlu mütəxəssisləri etiraf edirlər.

Dövlət rəhbərlərimiz əlbəttə bunları bilir və bütün imkanlardan istifadə edir. Ona görə də neçə vaxtdır səbrlə iş aparır və uyğun vaxtı gözləyir. Mənə elə gəlir ki artıq bu vaxt gəlib çatmışdır. Yaxın vaxtda bu problemin həllində əhəmiyyətli dəyişiklik olacağına ümdi edirəm.

Elçin Bayramlı

Müharibədən qabaq ölkə daxili düşmənlərdən təmizlənməlidir

Xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallaşdırılmalıdır

Heç vaxt şou kampaniyalara qoşulmamışam. Bu dəfə də qoşulmadım. Həmişəki kimi haqlıymışam. Hər kəs öz işi ilə məşğul olmalıdır, buna görə də bəziləri kimi feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etdim. Sizə açıqca deyə bilərəm ki, həmişəki kimi informasiya müharibəsində biabırçı formada uduzduq. Dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin 90 faizi onları müdafiə edir.

Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar. Yutub, Kontakt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələrdə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir, bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Yəni, sizə açıqca deyə bilərəm ki, rast gəldiyim bütün müzakirələrdə ermənilər bizi tam darmadağın edib və həmin müzakirədə iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.

Bizim feysbuq seqmentinə baxanda adamın gülməkdən qarnı, əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, bununla demək istəyir ki, biz qorxaq millətik, dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Biri dezo yaymaqla məşğul olur, ay neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və məqsədli provakasiyadan necə lazımdı bəhrələnirlər.

Bəzi sosial şəbəkə səhifələri və küçə saytları belə həssas günlərdə belə, fırıldaqçılıqla məşğul olur, köhnə, saxta məlumatlar, hətta başqa ölkələrə aid videolar, fotolar paylaşaraq insanların hissləri üzərindən İP (yəni pul) qazanmağa çalışırlar. Bu Amerika və Avropanın 5-ci kolonu da ayrı dərddir- bunlar bu sosasoxda xalqla hakimiyyəti toqquşdurmağa çalışır, əhalidə qorxu yaradır, psixoloji terrorla məğul olurlar. Bununla yanaşı, regionda və dünyada güclü olan, münaqişənin həllinə təsir imkanı olan dövlətlərə qarşı düşmənçilik, söyüş kampaniyası aparır, çalışırlar ki, biz qonşu dövlətlərlə düşmən olaq, onları öz əlimizlə Ermənistana təhvil verək. Bu işlərə qarşı DTX sərt tədbirlər görməlidir.

Bakıda baş verənlər isə göstərdi ki, idarə olunmayan kütlə həmişə problem yaradır, çünki 5-10 nəfər provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Kütlənin hissləri ilə oynamaq, onları yönəltmək üçün bunların peşəkar hazırlığı var. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, səni lider hesab etsinlər və arxana düşüb hara desən getsinlər.

Ümumiyyətlə, mən başa düşmürəm ki, cəbhə xəttində qarşıdurma, döyüş, atışma olanda, mülki şəxslərin, kütlənin küçə və meydanlarda nə işi var. Müharibə cəhbədə gedir ey ay camaat, Bakıda yox. Biri deyir ki, bəs xalq orduya dəstək verir. Çox gülməlidir. Yəni, deyirsiniz azərbaycanlılar Azərbaycan Ordusunu müdafiə edir? Yox canım, nə danışırsınız, bu ola bilməz! Bu harda görünüb ki, xalq öz ordusunu müdafiə etsin, buna dünyada heç kim inanmaz, ona görə də milyonlarla adam gərəkdir ki, küçələrə tökülsün, bayraqlarımız götürüb sentimental şüarlar qışqırsın, bu arada beş on amerikanski maşennik provakatorun tələsinə düşüb ora-buranı dağıtsın ki, dünya inansın biz də ordusumuzun tərəfindəyik…

Yəni, həqiqətən də bəzilərinə çatmır ki, müharibədə ordunu elə dəstəkləmirlər? Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə sübutalni, dakumentalni başa salım. Ön cəbhədə müharibə gedəndə, döyüşlər olanda, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır. Qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç gördünüzmü camaat küçələrə çıxıb tamaşa göstərsin? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Tamaşanı axırda- Qələbə Paradında göstərdilər. Bütün digər müharibələrdə belə olub.

Aksiyamı keçirmək istəyirsiniz? Buyurun. Bu aksiyaları problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin (Amerikanın Rusiyanın, Fransanın) Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında keçirin. Onda deyərəm ki, bu küçə tamaşasının xalq və ölkə üçün bir xeyri oldu. Yoxsa dünənki tamaşının, bağışlayacaqsınız, xalqa və ölkəyə zərəri oldu, xeyri isə olmadı. Əlində canavar işarələri və xarici bayraqlar tutaraq Milli Məclisə soxulub dağıntı törətmək, polis maşınlarını darmadağın etmək, nə deməkdir?! Aksiya üçün yerlər oralar deyil!

Məsələn, Amerika səfirliyi qarşısında aksiya keçirmək tələb etmək olar ki, Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı işağlçı və terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?

Rusiyadan soruşmaq olar ki, Ermənistana işağl etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən? Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə hər il xeyli silah və pul yardımını niyə edirsən?

BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, əgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı  səsini çıxarmırsan, tədbir görmürsən?

Qeyd edim ki, əhalinin dövlətə və orduya dəstəyi üçün düzgün əməllər də var. Məsələn, şəhidlərin dəfninin yüksək səviyyədə təşkili, insanların dəfn yerinə və onların evlərinin qarşısına axışması və s. Lakin cəbhə bölgəsinə toplaşmaq ki, biz də döyüşək, bu, lazım deyil. Döyüşmək üçün ordumuzun lazım olandan da xeyli artıq canlı qüvvəsi var. Nə vaxtsa, Allah eləməmiş, əlavə canlı qüvvə lazım olsa, onda müraciət etmək olar. Yoxsa, mülki əhalinin torplaşdığı sərhədə yaxın zonada bircə düşmən mərmisi onlarla insanımızın lazımsız ölümünə səbəb ola bilər.

Əlbəttə, xalqın ruh yüksəkliyi vacib faktordur. Bizdə həmişə ruh yüksəkliyi var, amma bunu şouya çevirmək lazım deyil. Sadəcə, ağılla, təmkinlə, fədakarlıqla ümummilli mənafelərimiz, qəbələmiz üçün çalışmalıyıq. Belə etsək qalib gələcəyik.

Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.

Müharibəni ağılla və fədakarlıqla udurlar. Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Burada ordunun daha güclü olmasının, camaatın küçədə tamaşa göstərməsinin zərrə qədər rolu yoxdur. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir- Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi- Hər şey cəbhə üçün, hər şey Qələbə üçün! Biz hələ ki, buna hazırlıqlı deyilik, dövlətimizin müharibəyə başlamamasında hesab edirəm ki, bunun da əhəmiyyətli rolu var.

İşdir torpaqlarımızı azad etmək üçün müharibəyə başlamalı olsaq (gec-tez bu baş verəcək), dövlətin bircə yolu var- Əvvəlcədən daxili düşmənlər zərərsizləşdirilməlidir. Fövqəladə vəziyyət elan olunmalı, daxili vəziyyətə ciddi nəzarət edilməli, internet başqa olmaqla bütün kommunikasiya heç olmasa 1 aylığa kəsilməli, sərhədlər tam bağlanmalı, siyahıları DTX-da olan bütün satqınlar, xarici agentlər, 5-ci kolon üzvləri, təxribatçı dəstələr eynivaxtlı əməliyyatla gecəylə götürülməli, yalnız bundan sonra orduya hücum əmri verilməlidir. Bununla yanaşı, imkanlı, vəzifəli şəxslərin övladları da, həmçinin, sosial şəbəkələrdə sözlə qəhrəmanlıq edənlər əvvəlcədən tutulmuş siyahı üzrə orduya çağrılmalı və ön səngərlərə göndərilməlidir

Bəziləriniz üçün bəlkə bu fikirlər çox sərt görünə bilər, amma bunun başqa yolu yoxdur, baxın, analiz edin, düşünün görəcəksiniz ki, yoxdur. Əgər qalib gəlmək istəyiriksə, belə olmalıdır.

Son günlərdə Tovuz cəbhəsindəki vəziyyətlə bağlı öz fikirlərimə gəldikdə isə təəssüflə deməliyəm ki, hələ ki, üstün tərəf deyilik. Bu qədər güclü ordu və üstün texnika ilə ermənilərə ciddi zərər vura, itki verdirə bilmirik, biz daha çox itki verdik. Bu qədər zabit və general qurban verməyin əvəzində erməni tərəfə 10 qat itki verdirməliydik. Amma bunu Qarabağ tərəfdə etməliyik. Ermənistanın məqsədi odur ki, döyüşləri 2 ölkə sərhədddinə aparsın və bütün dünyaya göstərsin ki, Azərbaycan Ermənistana qarşı müharibə edir. Biz isə bu planı pozaraq Qarabağ tərəfdən hücum etməli və dünyaya deməliyik ki, bizim başqa ölkəylə işimiz yoxdur, öz işğal olunmuş ərazilərimizi terrorçulardan təmizləmək üçün əməliyyat keçiririk. Döyüşlərdə daha az qurban vermək üçün bütün ön xətdəki əsgərlər bronijiletlə təmin olunmalıdır.

Ermənistana torpaqları azad etmək və ya danışıqlarda razılaşma üçün konkret müddət qoyulmalıdır və bu müddət başa çatdıqda, problemi digər vasitələrlə həll edəcəyimiz bütün dünyaya bəyan edilməlidir.

Xalqla dövlətin bir olduğu ölkələrə qalib gəlmək olmur. Bunun dünya təcrübəsində yüzlərlə nümunəsi var. İnşallah bizdə də belə olacaq. Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq. Başqa yolumuz yoxdur.

Elçin Bayramlı

müstəqil jurnalist

Bakı. 2020.

Qız tələb olunur (Pamflet)

Elçin Bayramlı

Azərbaycanın əsas və əbədi problemlərindən olan işsizlik problemi son vaxtlar cinsi kontekstdə həllini tapmaqdadır. Şübhə edənlər paytaxt küçələrində və ya internetdə bir qədər gəzişsələr, yanıldıqlarını anlaya bilərlər.

Mümkün olan bütün yerlərə yapışdırılan, vakansiya saytlarında yerləşdirilən  saysız-hesabsız iş elanlarında vətəndaşlar “yüksək” əməkhaqqı müqabilində işə dəvət olunurlar. Adamın lap ürəyi açılır. Di gəl, bu elanlara bir balaca diqqət edəndə adamı təəccüb götürür. Elanların əsas maraqlı məqamı işçilərin cinsiyyəti ilə bağlıdır. Yəni, işverənlərin əsas şərti budur: “Qız tələb olunur!”…

Bu tendensiyanın bir müsbət cəhəti var- bu da ondan ibarətdir ki, ölkəmizdə gender probleminin olmadığını təsdiq edən bu elan kağızlarını dürmələyərək bütün dünyanın gözünə soxa bilərik. Çünki son zamanlar bəzi beynəlxalq təşkilatların nümayəndələri orda-burda ağızlarını avara qoyub deyinirlər ki, Azərbaycanda gender problemi var, qadın hüquqları pozulur- filan.  Öz aramızdı, bunlar deyəsən Azərbaycanı ərəb ölkələri ilə səhv salıblar.

Bu replikanı gender problemi ilə bağlı iştirak etdiyim beynəlxalq seminarların birində amerikan treynerə tərəf tulladım ki, bəlkə bu modern kovboy səhvini anlaya. Elə beləcə də dedim: “Mister Uill, mənə elə gəlir ki, qadın hüquqlarının ilk bərqərar olduğu ölkələrdən olan Azərbaycanda qadına hörmət və ehtiram yüksək səviyyədədir. Bizdə hətta az qala matriarxal cəmiyyət quruluşudur”. (Nə təhər demişəm?!)

Treynerin və seminar iştirakçılarının maraqla və şübhəylə dinlədiyini görüb cəsarətləndim və replikanı çıxışa döndərməyə qərar verdim: “Mən indi bunu sizə, Şərif demişkən sübutalni, dakumentalnı başa salaram. Cəmiyyətimizdə qadınların mövqeyi kişilərdən üstündür. Siyasətdə, iqtisadiyyatda, mədəniyyət və incəsənətdə, elm, təhsil və səhiyyədə və digər sahələrdə də üstünlüyü zərif (etiraf edim ki, az qala çaşıb “zəif” deyəcəkdim, son yarımsaniyədə r hərfini əlavə etdim) cinsin nümayəndələri təşkil edirlər. Məsələn, təhsil və səhiyyədə qadın kontingenti 70-80% təşkil edir. Elə bu salondakı iştirakçıların da üçdə ikisi qadındır.

Mister Uill, siz heç Bakıda sərnişin nəqliyyatından istifadə etdinizmi? (Treynerin təsdiq mənasında başını yellədiyini görüb, çıxışımı daha cəsarətlə davam etdirdim) Gördünüzmü ki, metro vaqonlarında, avtobuslarda sərnişinlərin çoxu qadındır? Bir çox ailələri qadınlar dolandırır. İş elanlarına baxsanız görərsiniz ki, 80 faizdən çoxu qız, qadın işçi tələb olunur.

?????????????????????????????????????????????????????????

Hətta, bəzi qəhrəman qadınlarımız Dubaydan, Türkiyədən ölkəmizə bilirsinizmi nə qədər pul göndərirlər? Bilmirsinizsə, elə bu pəncərədən şəhərimizdəki son model bahalı avtomobillərin fasiləsiz paradını seyr edin, sizi inandırıram ki, onların əhəmiyyətli bir hissəsi həmin qadınların halal qazancı ilə alınıb.

Azərbaycan az qala yeganə ölkədir ki, nəqliyyatda qadın görən kimi kişilər durub yer verirlər. Mən şəxsən bir kişi olaraq şəhər nəqliyyatında sonuncu dəfə nə vaxt əyləşərək getdiyini xatırlamıram.

Gördüyünüz kimi, bizdə az qala matriarxal cəmiyyətdir. Bu səbəbdən də, ölkəmizdə gender proqramlarının həyata keçirilməsinə ehtiyac yoxdur”.

Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, çıxışımı bitirdikdə salonda gurultulu və uzunsürən alqışlar başladı. Ruslar demiş- “burnıe oplodismentı!”. Amerikalı treyner azərbaycanlı tərcüməçiyə (yeri gəlmişkən, tərcüməçi də qadın idi) şübhəli və təəccüblü nəzərlərlə baxırdı- böyük ehtimalla, mənim sözlərimin ona düzgün çatdırılmadığı qənaətində idi…

Öz aramızda qalsın, dövlət himnimizdə qadın səsinin üstünlük təşkil etdiyi haqda ən tutarlı arqumenti mister Uillə demədim. Üstəlik, bizdə belə bir zərb-məsəl var ki, “arvaddan qorxmayan kişi sayılmır”. Amma bunlar misterə deyiləsi söhbətlər deyil.

Nədən danışırdıq, hara gəlib çıxdıq… Həə, deməli, hamı qız axtarır, oğlanları heç vecinə alan yoxdur. Mən şəxsən bir neçə işverəndən bu cins məsələsinin elanlarda nəyə görə vazkeçilməz şərt olaraq qoyulduğunu soruşsam da, düz-əməlli cavab ala bilməmişəm.

Bir dəfə birisinə dedim ki, bütün dünyada işçiləri cinsinə görə yox, faydalı iş əmsalına- yəni qabiliyyətinə, biliyinə, bacarığına, təcrübəsinə görə götürürlər, mənə güldü ki, “bala sən hələ uşaqsan, belə şeylərdən başın çıxmaz”.

Bir sözlə, bütün bunlardan konkret bir nəticə çıxarmaq olar- bu adamlara işçi, mütəxəssis yox, qız lazımdır, qız!

Modern.az

Bakı. 2012.

Azərbaycanda koronovrusla mübarizə niyə effektsiz oldu?

Elçin Bayramlı: “Pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi”

Sosioloq: “VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri ortadadır”

Bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?…

Qonşu Gürcüstanda Azərbaycan və Ermənistana nisbətdə demək olar ki, koronaya yoluxma çox cuzidir. Ölkənin 3,7 milyonluq əhalisindən, bütünlükdə min nəfərdən də az adam virusa yoluxub, onlardan isə cəmi 15 nəfəri ölüb. Müqayisə üçün xatırladaq ki, əhalisinin sayı Gürcüstana yaxın olan Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, ümumi xəstələrin sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb. Azərbaycanda isə 21 916 yoluxma baş verib, 274 nəfər yoluxmadan həyatını itirib.

Əlbəttə ki, Ermənistanla müqayisədə Azərbaycan, necə deyərlər “toya-bayrama” getməlidir, lakin Gürcüstanla müqayisədə vəziyyət demək olar ki, acınacaqlıdır.

Qeyd edək ki, Avropa İttifaqı (Aİ) öz qapılarını, koronavirusun yayılması baxımından təhlükəli hesab etmədiyi 15 dövlətin vətəndaşlarının üzünə açıb. Gürcüstan bu siyahıda Aİ-yə daxil olmayan yeganə postsovet ölkəsidir.

Bəs Gürcüstan bu nəticəyə necə nail olub? Misal üçün, bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlıya müraciət edib. Mövzunu PİA.az-a şərh edən sosioloq bildirib ki, karantin rejimi boyu işlər sistemli və məntiqli aparılmadı, yarı-yarımçıq, qarma-qarışıq bir proses aparıldı və nəticə fiasko oldu. Bu görülən tədbirlər isə əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu və əhalidə haqlı narazılıq yaratdı:

“Ümumiyyətlə, bu pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi.

Təəssüf ki, bir çox ölkələrlə müqayisədə bizim bütün bu sahələrdə xeyli zəif olduğumuz ortaya çıxdı. Bu həm də həyata keçirilən tədbirlərin effektivlik dərəcəsində də özünü biruzə verdi. Əminliklə demək olar ki, bizdə görülən tədbirlər əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu. Və əhalidə haqlı narazılıq yaratdı.

Elçin Bayramlı: “Prosesə məsul məmurlar həm əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar”.

Məncə lap başdan məsələni bircə aya həll etmək olardı. İlk xəstələr meydana çıxanda dövlət bir ay müddətində ölkəni tam bağlamalı, fövqəladə vəziyyət elan etməli, adambaşına azı 100 manat ödəyərək insanların işə və sair yerlərə getməsinin qarşısını ala bilərdi. Bir ay ərzində təmaslar olmadığından virusun yayılması dayanardı, mövcud olan beş-on xəstə də müalicə olunardı. Əgər bir ailəyə üzvlərinin sayından asılı olaraq 300-500 manat ödənilsəydi, o 1 ay işləməməyini problem bilməzdi və 1 ay evdə qalmaqla özünü xilas etməyə çalışardı. Son nəticədə dövlətin xərcləri də, iqtisadi itkiləri də indikindən dəfələrlə az olardı.

Hamımız bilirik ki, əksər ölkələrdə dövlət heç bir şərt və ya ayri-seçkilik qoymadan əhaliyə sosial yardımlar verdi və bu da karantin dövrünün effektiv aparılmasını təmin etdi. Uşağı evdə ac qalan insanı heç bir qüvvə evdə saxlaya bilməz.

Göründüyü kimi, çox sadə yolu kənara atıb, mürəkkəb, qarmaqarışıq bur proses aparıldı və nəticədə fiakso baş verdi. Çünki prosesə məsul məmurlar əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar. Sonra gördülər ki, insanlar acından öləcək, işə icazə verdilər, başqa məhduyyətlər qoydular və s. Verilən pul da əsasən imkanlılara, işləyənlərə verildi, halbuki bu yardım məhz işsizlərə və yoxsullara verilməi idi. Misal üçün VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri isə ortadadır”.

Nərminə Umudlu

pia.az

“Bizim başqa yolumuz yox idi…”

Elçin Bayramlı: “Əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır”.

Xarici mütəxəssislərin ölkəmizə dəvət edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi?..

“Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir. Bu vəziyyətdə bizim başqa yolumuz yox idi”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssisin ölkəmizə gəlməsini PİA.az-a şərh edərkən bildirib.

Elçin Bayramlı, sosioloq

Xəbər verdiyimiz kimi Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib. Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksək ixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

Xarici mütəxəssislərin bu işə cəlb edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi və xaricdən gələnlərin infeksiyasının geniş yayılmasının qarşısını ala biləcəyinə inanmaq olar? Ümumiyyətlə pandemiya ilə mübarizədə bu addım düzgün addımdır?

Elçin Bayramlı: “Karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil”.

Hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etməyin öyünüləsi iş olmadığını bildirən sosioloq PİA.az-a əlavə edib ki, bu elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir:

“Ümumiyyətlə, hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etmək öyünüləsi iş deyil. Bu, əskinə, elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir. Hələ, ötən əsrin ortalarında Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir.

TƏBİB-in bu günə qədər elədikləri sadəcə qarmaqarışıq “testlərdən” ibarət idi və bu “testlərdən” əldə olunan nəticənin acınacaqlı olacağı da əvvəlcədən şübhə doğurmurdu. Çünki karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil. Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi. Ona görə də bu vəziyyətdə bizim başqa ölkədən mütəxəssis çağırmaqdan başqa yolumuz yox idi.

Viruslarla mübarizədə effektiv tədbirləri olan, virusologiya, mikrobiologiya elmində güclü bazası olan ölkələrdən mütəxəssislər dəvət etməyə məcbur idik. Amma ölkə seçimində də, optimallığı kənara qoyub başqa meyarlara üstünlük verdik.

“Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi”.

Məsələn, Türkiyə bizə qonşu və dost ölkədir, lakin orada mikrobiologiya, virusologiya, bakteriologiya elmi çox zəif səviyyədə olub və onların belə epidemiyalarla öz güclərinə mübarizə ənənələri də yoxdur. Belə yüksək elmlər ancaq fövqəldövlətlərdə olub və zəif ölkələr bu sahələrdə həmişə onlardan asılı olub. Yaxşı olardı ki, bu elmlərdə dünyanın ən güclü ölkələri olan Britaniya, Rusiya, Yaponiya və Çin kimi ölkələrdən xüsusi mütəxəssislər dəvət edilsin.

Hər bir halda, əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır. Ümid edək ki, onlar bu problemin öhdəsindən gələ biləcəklər”.

Nərminə Umudlu

pia.az

Açıq-saçıq geymək necə faciəyə səbəb olur? (ironiya)

Elçin Bayramlı

Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm. Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi sosial, psixoloji və kriminal problemlər yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, hətta, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necə? Ola bilməz? İndi mən bu saat sizə, Şərif demişkən sübutalni, dakumentalni izah edim, görün ola bilər, yoxsa yox…

Tutaq ki, gözəl və gənc bir xanım bir qarışlıq mini-yubkada, yaxud şortik-maykada minib avtobusa və qabaq sıraların birində əyləşib. Salondakı gənc oğlanların o saat avtobusun həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını necə idarə etsin? Qabaq şüşəyə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya, sağdan-sola, diaqonal vəziyyətdə havayı yerəmi düzüb?

Xülasə, bu məzlum sürücü yola baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq islam qanunlarına zidd olaraq sünnət olunmuşuq, ona görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.

İkincisi, bizim xalqın kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən dönüb tursik-maykada qarşısından keçən bir xanımın arxasınca baxanda qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat yüngül xəsarətlə qurtara bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər. Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər.

Konstruktorlar üzümüzə baxıb, metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını buraxıb, bu mənzərəni seyr etməyə, bəzən də söz atmağa girişirlər ki, bu da metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.

Təsəvvür edin ki, bir qız vəya qadın dar kalqotkada, ya da bir neçə sm-lik mini-yubkada, sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə almayaraq nazlana-nazlana  «vasmyorka» yerişlə yolu keçir! Bütün sürücülərin başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!

Şəxsən mən özüm bir neçə dəfə belə qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayi-cahan olmayaq, planet əhli bizə gülməsin. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə dana bilərik?

Ötən həftə maraqlı bir mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna davam edirdi…

Belə misalları çox gətirə bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük, yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki zamanda ölmək yaşamaqdan bahadır.

Həm də bu istilər təkcə sizə təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.

Dükanlarda da “mini”lər uzun yubkalardan, kalqotkalar, şortiklər  normal şalvarlardan ucuzdur. Ona görə də, inkansız xanımları anlamaq olar. Yaxşı bəs varlı-hallı xanımların yarıçılpaq vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?

Soruşmaq ayıb olmasın, niyə kimsə durduğu… pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə birinin ailəsinin heç 10-15 min pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər xərcləri ödəməyə?

Dediyim odur ki, əhəmiyyətsiz bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım.

İndi gördünüzmü, ölüm sayının, yol qəzalarının, digər çoxsaylı problemlərin  sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər böyük rolu var? Sözümün canı odur ki, əziz xanımlar, xalqa yazığınız gəlsin, hoqqa çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, meşədən çıxaraq, əyninə paltar geyinmək mədəniyyəti yaradıb, indi yenidən meşəyə- ibtidai icma quruluşuna qayıtmaq məsləhət deyil. Lütfən…

Bakı. 2012.

Bir başqa pul (felyeton)

Elçin Bayramlı

Yazının adını oxuyan kimi ağlınıza başqa fikirlər gəlməsin, söhbət başqa pullara susayıb vətəninin, xalqının, dövlətinin maraq və mənafelərini başqa dövlətlərin siyasi və dini mərkəzlərinə satanlardan getmir. Bu “başqa” söhbəti, tamam başqa söhbətdir.

Məsələ ondan ibarətdir ki, xalqımızın bir çox 11 il məktəb oxumuş və bir miqdar elm hasil etmiş nümayəndələri alver sövdələşmələrində  pulumuzun adını və məbləğini başqa cür ifadə edirlər. Çox uzatmadan keçək “mustafa”ya…

Deməli, biri vardı, biri yoxdu… yox belə olmadı, bu axı nağıl deyil, olmuş əhvalatdır, nə qədər şahidi filanı var. Günlərin bir günündə, Tovuzda bir yas məclisində bir nəfər söhbət eləyir, deyir ki, bəs filan həkimə bir başqa pul vermişəm.

Adamın rüşvət verməsi və bunu ictimai yerdə rəsmi etiraf etməsi məni o qədər də təəccübləndirmədi, çün belə söhbətlər adidən də adi bir şeydir ölkəmizdə. Məni “cin atı”na mindirən o oldu ki, bu ağssaqal rüşvəti niyə öz manatımızla deyil, dollarla və ya rublla ödəyib. Nəticədə aramızda belə söhbət yarandı:

— Niyə basqa pul verirdiniz ki, öz pulumuza nə gəlib?

— Öz pulumuzdan verdim də.

— Bəs deyirsiniz bir başqa pul verdim?

— Başqa deyəndə, yəni, paşka deyirəm də…

— Hə paçka, …nə paçkası idi?

— Şirvan.

— Şirvan nəmənədir dayıcan? Bu adda dünyada valyuta olduğunu eşitməmişəm.

— Ayə məni dolayıbsan? Şirvan də, şirvan… yanı 10 minlik pul var ey ondan…

— Axı indi o əskinas yoxdur, necə verdiniz ona?

— A kişi, təzə pullan verdim ee, prosta o qədər eləyir.

— Nə qədər yəni?

— Bir “başqa” şirvan.

— Bir “paçka” şirvan nə qədər edir ki?

— Qoy görüm… ayə 200 manat eləyir dana indiki pulnan…1 aylıq maaşım getdi bajoğlu …

— Bəs onda deyin ki 200 manat verdim də. Özü də, 200 manat necə bir “paçka” edə bilər, axı 2 manatlıq pulumuz yoxdur?

— Paza keçmişik ee, a bala, yanı bir başqalıq şirvan qədər vermişəm dana, 2 dənə təzə yüzlük idi…

— Belə deyin də, “bir başqa şirvan” əvəzinə “200 manat” demək daha rahat deyilmi?

— Ağzımız öyrəşib… təzə puldan adamın başı çıxmır…

— Dayıcan, Sovet vaxtı 50 il bu sistemlə pul alıb-vermisiniz, indiki pulumuz da elə o vaxtkı dəyərdədir. O vaxt da məsələn, qənd 1 manat idi, indi də, o vaxt da sən 200 manat maaş alırdınız, indi də. Yazıq “şirvan” neçə illərdir dövriyyədən çıxarılıb, amma hələ də ondan əl çəkə bilmirsiniz… Şirvan, Məmməd, Nizami, Qız qalası filan…Elə hökumət yaxşı eləyib pulun ustundə şəkilləri ləğv elədi…

— Bizdə baş qoyublar a bala? Sovet dağılandan sonra pulun bərəkəti də getdi, o vaxt o 200 manata bir ay adam kimi dolanırdıq, indi bir həftəyə də çatmır…

Söhbətin gerisini yazıb vaxtınızı almayım,- “ayda 200 manat qazanırsan, bəs rüşvəti necə və niyə verirsən”,.. “verməsən olmur, bəs o həkim 120 manat maaşla acından ölsünmü?”- kimi mənasız sual-cavabın burda nə faydası var?!

Sovet vaxtı məşhur bir anektod var idi- Bir gün SSRİ rəhbəri Xruşşovla Çinin rəhbəri Mao Tszedun görüşürlər. Mao müəllim deyir ki, bizdə istedadlı fokusniklər çoxdur, onlar bir aylıq maaşı bircə gündə xərcləyib bitirirlər. Nikita yoldaş da qayıdır ki, bizdə daha istedadlıları var- ayda 200 manat alırlar, amma 500 manat xərcləyirlər…

Bizdə indi vəziyyət bu sarıdan daha qəlizdir. Bizim məmurların, artistlərin, həkimlərin, müəllimlərin… maaşı ilə onların aylıq xərcləri arasındakı keçilməz uçuruma nəzər salmaq kifayət edir ki, məsələ aydın olsun. Mən hələ bahalı daşınar və daşınmaz əmlakı demirəm…

Məndən sizə amanat, rüşvət alanda da, verəndə də öz pulumuzdan istifadə edək, yoxsa ölkədə manatın məzənnəsi aşağı düşər, inflyasiya sürətlənər, Mərkəzi Bankın məzənnəni saxlamaq üçün xərclədiyi milyonlar batar, üstəlik, bazarda qiymətlər, bank kreditləri daha əlçatmaz yüksəkliklərə bayraq sancar. Onsuz da bəzi iribuynuzlu dəllallar qiymətləri artırmağa girəvə gəzirlər. Sonra demədi deməyin…

«Gündəlik Teleqraf» qəzeti

2012. Bakı.

Su böhranının əsil səbəbləri və çıxış yolları

1 aydır ki, Azərbaycanda su problemi yaranıb. Ölkənin şah damarı Kür çayının mənsəbinə yaxın hissələrində su kəskin azalıb. Kürün deltasında çay suyu minimuma düşdüyündən Xəzər dənizin suyu geri- çaya axır. Mingəçevir su anbarında suyun səviyyəsi yarıbayarı azalıb. Hazırda, Bakının Əhmədli, Günəşli qəsəbələrində, Xırdalan, Sumqayıt şəhərlərində, Kürün mənsəbinə yaxın rayonlarda ciddi su qıtlığı yaşanır və əhali əziyyət çəkir. Təkcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Problemlə bağlı aidiyyatı orqanların açıqlamaları həqiqətəuyğun deyil.

Dəfələrlə dediyimiz kimi, problem su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki, heç kim artıq su pulu ödəməyi xoşlamır. Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Ədalət naminə qeyd etməliyik ki, bu səbəblər sırasında quraqlığın da müəyyən payı vardır.

Əlbəttə, Kür çayının quruması problemin əsas səbəblərindən biridir. Bu isə, əsasən,Türkiyənin Kürün mənbəyində su anbarı tikərək Kürün suyunu ora yönəltməsi və bu sudan yalnız öz məqsədləri üçün istifadəyə çalışması ilə bağlıdır. Lakin, Kürdə suyun kəskin azalmasının tək səbəbi bu da deyil, problem həm də, Kürə axan kiçik çayların (Araz qolu da daxil olmaqla) yaratdığımız ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır.

Bəzi məlumatlara görə, Azərsu xeyli həcmdə suyu yaşıllıq təsərüfatlarına, necə deyərlər, “aformut” eləyir, oradan da həmin biznes obyektlərinə yönəldilir və beləliklə həm limitsiz su israfına yol verilir, həm də uzaq ərazilərdən min bir əziyyət cə xərclə gətirilən xeyli həcmdə içməli suya görə vəsait dövlət büdcəsindən yayındırılır.

Bu kimi məsələlər Ekologiya Naziriyi, Azərsu, Su və Melorasiya kimi aidiyyatı orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün heç bir tədbir görməyiblər. Halbuki, son illərdə biz dəfələrlə bu problemin başverəcəyini və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik. Lakin bu həyəcan siqnallarına təəssüf ki heç bir reaksiya verilməyib və heç bir tədbir görülməyib. Buna görə də, həmin dövlət orqanların məsul şəxsləri ciddi cəzalandırılmalıdırlar.

Problemdən çıxış yollarınıda dəfələrlə göstərmişik. Volqadan su gətirmək kimi utopik layihələr irəli sürmək əvəzinə, bu tədbirlər görülsə, daha yaxşı olar. Onları ümumiləşdirərək qısa formada qeyd etməyi özümə borc bilirəm.

1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdırıraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssiələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

Ümumiyyətlə, başa düşməliyik ki Azərbaycan əhaliyə nisbətdə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir və bu su ehtiyatının da 70 faizi ölkədən kənarda formalaşır. Əgər dünyada su böhranı başlasa (alimlər 30 il dən çoxdur bunun baş verəcəyini deyirlər və proseslər də bunu göstərir ki həmin vaxt yaxınlaşıb) biz çox ağır vəziyyətə düşəcəyik. Qonşu ölkələr sadəcə olaraq həmin 70 faizin bəri keçməsinin qarşısını alacaq və o suyu özlərinə sərf edəcəklər.

Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec də olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Ношение маски: лицемерие или слабоумие? — Воздушный террор

Какова истинная причина добровольного ношения масок? Страх заразиться коронавирусом или желание приспособиться к тотальному контролю? За сколько секунд уровень СО2 под маской достигает критического уровня? Какими словами, кроме матерных, назвать тех кто заставляет носить маски ещё и детей?

“Karantinin uzanması əhalini ağır vəziyyətə salıb”

Elçin Bayramlı: “Əgər karantin uzadılırsa, işləyə bilməyən bütün vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir”

Sərt karantin rejiminin daha 2 həftə uzadılması narazılıq yaradıb. Çünki hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir…

Sərt karantin rejiminin daha 2 həftə uzadılması söylənilir. Buna baxmayaraq hökümət işindən olub evdə oturan insanlara demək olar ki, güzəşt etmir. Misal üçün bütün gəlirlərindən məhrum edilən insanlar kommunal xərcləri, kreditləri, icarə haqqı və digər xərcləri ödəməlidir. Saytımıza müraciət edən çox saylı insanlar isə ehtiyac içində olduqlarını və buna baxmayaraq hökümətdən heç bir yardım ala bilmədiklərini bildirirlər. Bu insanların çoxusu uşaqlarının cəstə olsuqlarını və işləyə bilmədiklərinə görə dərman ala bilmədiklərin qeyd edirlər.

Bəs bu karantin günlərində hökümətin hansı sosial güzəştlərə getməliydi?

 “Bizdə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər”. Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı karantin günlərində hökümətin sosial siyasətini PİA.az-a şərh edərkən qeyd edib.

 “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi”.

Karantin elan edib SMS-lə icazə verilməsi qaydasının tam mənasız olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda da sıxlıqdır, küçələrdə isə tıxacdır. Demək, bu tədbir tam mənasızdır:

“Karantinlə bağlı ölkədə çox ciddi sosial böhran yaranıb. Əhalinin əksər hissəsi işini itirib və ya işinə gedə bilmir. Nəticədə milyonlarla insan bütün gəlirindən məhrum olub və hazırda çətin vəziyyətdədir. Sosial yardımın isə məbləği çox az idi və yanız bir dəfə oldu, o da çox az vətəndaşa ödənildi. İşsizlərin, yoxsulların çoxuna verilmədi. Çünki bizdə işsizlərin böyük hissəsi qeydiyyatda deyil və bu adamlar əsasən müxtəlif yerlərdə günəmuzd çalışırlar.

Məsələn, faktiki işsiz olan, lakin əvvəlki illərdə VÖEN-I açıq olub sonra bağlanmış vətəndaşlara ağlasığmaz bəhanə göstərilərək yardım verilmədi. Yəni, tutaq ki, vətəndaş keçən il bir iş görüb, 500 manat qazanıb, bunun vergisini də ödəyib sonra iş olmadığından VÖEN-I bağlayıb və hazırda da işsizdir. Ona dedilər ki, sənin VÖEN-in bağlıdır və sənə düşmür. Amma VÖEN-ı açıq olan, hər ay çoxlu pul qazanan və uzun aylar gəliri olmasa da, yaşamaq üçün maliyyə ehtiyatı olanlara yardım ödənildi. Qısası belə çıxdı ki, işsizlərə, bir manat belə pulu olmayanlara sosial yardım verilmir, amma işləyənlərə, pulu çox olanlara verilir. Belə absurd qərar dünya tarixində görünməmişdir. Faktiki olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin yoxsul təbəqəsini tam müdafiəsiz qoyaraq, imkanlı təbəqəyə sosial yardım etdi. Bunu sosial şəbəkələrdə minlərlə vətəndaşın özü yazır.

Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı. Demək olar ki, bu tədbirlər tam əks effekt verdi və yoluxma azalmaq əvəzinə daha da artdı. Artıq gün kimi aydındır ki, bu görülən tədbirlər fayda vermir, fayda vermədiyi kimi, iqtisadiyyata və insanlara zərər verir. Ona börə də sərt karantin rejimi ləğv edilməlidir. Məsələn, 5 milyon insanın toplaşdığı Bakı-Abşeron zonasından çıxışa qadağa qoymaq burada virusun daha çox və sürətlə yayılmasını təmin etdi. Halbuki, insanlar ucqar kəndlərə gedəcəkdi və orada yoluxma şansı Bakıdakından azı 100 dəfə aşağıdır.

Elçin Bayramlı: “Operativ qərargah qeyri-effektiv tədbirlərlə, həm ölkə iqtisadiyyatına ciddi zərər vurdu, həm də sosial vəziyyəti dəfələrlə ağırlaşdırdı”

Karantin elan edib SMS-lə icazə verilməsi qaydası tam mənasızdır. Çünki onsuz da hamı SMS göndərib icazə alır və istədiyi yerə gedir. Şəhərdə sıxlıqdır, metroda və avtobusda sıxlıqdır, küçələrdə tıxacdır. Demək, bu tədbir tam mənasızdır. Ya tam karantin elan edəcəksən, ya da karantini ləğv edəcəksən.

Dünya ölkələrinin təcrübəsinə baxsaq görərik ki, ölkələr 2 yoldan birini seçir. Ya əhaliyə normal məbləğdə sosial müavinət verir və müəyyən müddətə karantin elan edir, bununla bağlı da heç bir sosial problem yaranmır. Ya da karantin elan etmir, sadəcə qorunma tədbirlərini gücləndirir və insanlar işləri ilə məşğul olur, yenə da sosial problem yaranmır. Bizdə isə həm sosial yardım verilmir, həm də karantin elan edilir. Beləliklə vətəndaşlar çox ağır sosial problemlərlə üzləşirlər.

Konkret, əgər karantin uzadılacaqsa, vətəndaşlara sosial yardım ödənilməlidir. Ödənilmirsə, karantin tam götürülməlidir. Burada başqa variant yoxdur ola da bilməz”.

Nərminə Umudlu

http://pia.az/-351724-xeber.html?fbclid=IwAR11pJfcergi_shzSv-5RJvgG1doxMP20wnhr0MzUoX47Y6K9ILPNtaxpbE

“Böyük ekoloji və sosial fəlakət gəlir”

Elçin Bayramlı: “Kürün hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir”

Son aylar Kür çayının səviyyəsində nəzərəçarpan azalma müşahidə olunur. Xəzər dənizinin suyunun Qafqazın ən böyük çayı olan Kürün suyuna qarışması regionu ciddi ekoloji böhranla üz-üzə qoyub. Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir. Məhsullar məhv olur.

AMEA-nın Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasını və dəniz suyunun çay dərəsinə dolmasını bir neçə səbəblə izah edib. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

Bundan əlavə, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi də suyun azalmasına gətirib çıxarıb.

Əsas amillərdən biri isə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Kür çayının ölkəmizin şah damarı olduğunu deyən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu çaydan ölkə iqtisadiyyatının, təsərrüfatının və əhalinin əhəmiyyətli bir hissəsi asılıdır. E.Bayramlı vurğulayıb ki, hazırda çayın hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir:

“Bu kimi hadisələrin baş verəcəyi haqda uzun illərdir, həyəcan təbili çalırdıq, lakin ciddi reaksiya verilmədi. Məlumatlara görə, Kürün bu vəziyyətə düşməsinin əsas səbəbi Türkiyənin çayın mənbəyində tikdiyi böyük su anbarıdır. Qonşu dövlət çayın suyunu anbara yönəldir, oradan da əslində suya o qədər ehtiyac olmayan Qara dəniz sahili ərazilərə. Nəticədə bizdə çox ciddi ekoloji fəlakət yaranır. Buna görə Türkiyəyə nota verilməlidir və izahat tələb edilməlidir. Bundan başqa, ölkəmizdə də yaşıllığın qırılması, təbiətə divan tutulması, su ehtiyatlarının səmərəli istifadə edilməməsi kimi işlərin nəticəsində ekoloji və sosial böhranlar yaranır”.

Ekspert bildirib ki, hazırda Muğan zonasında Kür çayı sahilindəki rayonlarda ciddi su qıtlığı yaranıb: “Əhali içməli suyu kənar yerlərdən gətirdir, təsərrüfatlar isə yanıb gedir. Dənizdən geri çaya axan duzlu dəniz suyu çayın flora və faunasına zərər vurur. Hesab edirəm ki, bu vəziyyətə əsas cavabdehlər Ekologiya Nazirliyi, Azərsu, Su-Melorasiya kimi dövlət orqanlarıdır. Vaxtında heç bir tədbir görməyiblər. Kürə tökülən kiçik çayların qurumasının səbəbləri araşdırılmayıb və qarşısının alınması üçün heç bir tədbir görülməyib. Elə indi də bir ciddi hərəkət görünmür. Problemin səbəbini aşkar edib bununla bağlı ciddi fəaliyyətə başlamayıblar”.

E.Bayramlı Kür çayındakı problemin qlobal və iqlim dəyişmələri ilə birbaşa əlaqəsi olduğunu diqqətə çatdırıb: “Dünya ciddi su probleminin astanasındadır. Əksər ölkələr xeyli əvvəldən bununla bağlı müəyyən tədbirlər görüblər. Bu problem qarşısında bizim ölkə hazırlıqsız vəziyyətdədir. Uzun illərdir təklif edirdik ki, çoxlu kiçik su anbarları yaradılsın, dəniz suyunu şirinləşdirən zavodlar tikilsin, yeraltı su hövzələrindən istifadə genişləndirilsin. Lakin bunlar təklif olaraq qaldı və heç bir reaksiya verilmədi. Dünyada ciddi su böhranı yaransa, qonşu ölkələr transsərhəd çaylarının bütün suyunu özlərinə istifadə edəcək və biz tərəfə su gəlməyəcək. Biz isə su ehtiyatının ən az olduğu ölkələrdənik və su ehtiyatının 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Hesab edirəm ki, bu problemin qarşısının vaxtında alınması üçün heç nə etməyən müvafiq orqanların rəhbərləri istefaya göndərilməli, roblemin həll üçün tədbirlər əmümükn qədər tez müddətdə başlanmalıdır. Tezliklə problemin həlli təmin edilməsə, daha ciddi ekoloji, sosial və iqtisadi böhranın yaranacağı şübhəsizdir”.

Yeganə Bayramova

Dr. Con Koleman — Komitet 300

Üçyüzlər Komitəsi — Dünya Hökumətinin sirləri

Con Koleman (1935) – Britaniya xüsusi xidmət orqanlarının əməkdaĢıdır. 11 kitab müəllifidir (2008). 1991-ci ildə nəşr edilən «Komitet 300. Dünya Hökümətinin sirrləri» (Beyond the Conspiracy. Unmasking the Invisible World Government, the Committee of 300) kitabı onun Azərbaycan dilinə çevrilən ilk əsəridir.

Bu kitab – dəhşətli həqiqəti görməsi üçün bəşəriyyətin gözünü açmağa cəhddir. «Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət – «Üçyüzlər komitəsi» idarə edib», – kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koleman yazır. Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilərək sərt nəzarət altına alınıb. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli «Üçyüzlər komitəsi» təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir.

ÖN SÖZ
Oxucuların diqqətinə təklif olunan bu kitab bəşəriyyətə qarşı qatı düşmən mövqedə duran qüvvələrin dağıdıcı fəaliyyətini qərəzsiz, obyektiv və dəlil-sübutlu işıqlandırır. Fərdi məqsədlər güdən bu qüvvələrin taktiki vəzifələrindən birini dünya miqyasında insanların əsarət altına alınması təşkil edir. Həmin vəzifə qlobal idarəçilik və nəzarət sistemi vasitəsilə yerinə yetirilməlidir ki, bu sistem çoxlarına «Yeni Dünya Nizamı» adı altında bəllidir. Bu qlobal ideyanın icraçılarının təşkilati-sosium strukturu, cəmiyyətin idarə edilməsi və insanların fərdi və kollektiv şüuruna təsir göstərmək üsulları, insanlarla manipulyasiyanın miqyasları, əhatə dairəsi Göbbelsin heç yuxusuna belə girməyən aqressiv informasiya-təbliğat fəaliyyətinin metodları kitabda çox zəngin faktiki material əsasında açılır, gizlin və çağırılmamış gələn dünya hökuməti tərəfindən həyata keçirilən ən aşkar cinayətlər sadalanır.

TƏXRİBATIN MİQYASLARI dəhşətə gətirir: dövtət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların HAMISI ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, TOTAL NƏZARƏT təkcə ictimai səviyyədə həyata keçirilməyərək, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılıb. Bu qüvvələr öz dağıdıcı fəaliyyətlərinin əsası qismində DƏYİŞDİRMƏK prinsipini götürüblər. Hər şey – insanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş,
insanların mentaliteti və şüuru, insanın davranışının təbii və ənənəvi stereotiplərinədək hər şey məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə dəyişdirilir.

Bununla yanaşı, müəllif bu qüvvələrə gözəçarpmamağa və cəzasız qalmağa imkan verən əsas qanunauyğunluğu da çox dəqiq qeyd edir – bu qanunauyğunluq bəşəriyyətin düşmənlərinin həyata keçirdikləri dəyişikliklərin tədriciliyi və hiss olunmazlığıdır. Onların fasiləsiz destruktiv fəaliyyətinin bəşəriyyət üçün törətdiyi neqativ nəticələr özünü uzun illərdən və onilliklərdən sonra büruzə verir. Kitabın məzmunundan birmənalı nəticə çıxır: «demokratların» və «liberalların» bizi cidd-cəhdlə daxil etmək istədikləri Qərb cəmiyyətinin bütün sahələri, o cümlədən də ilk növbədə siyasi-dövlət quruluşu VAHİD MƏRKƏZ tərəfindən yaradılmçı və idarə olunan açıq və bağlı (gizlin və məxfi) təşkilatlardan, kütləvi informasiya vasitələrindən və digər strukturlardan ibarət ümumdünya şəbəkəsinin tam nəzarəti altındadır. Müəllif bu mərkəzi «Komitet 300» adlandırır.
Komitet 300 artıq şərq və Asiya cəmiyyətlərinə sözəbaxan «nökər» rolunu ayırıb, odur ki, indi bütün dünya onun ayaqları altındadır. Bu kitab Rusiyada və MDB ölkələrində baş verən hadisələrlə bağlı oxucularımız üçün xüsusilə aktualdır və Qərbdə, ümumiyyətlə, bütün dünyada vaxtilə səs-küy salmış hadisələr və hazırda ölkəmizdə baş verənlər arasında çoxsaylı paralellər və analogiyalar aparmağa imkan verir.

Rusiyanın və keçmiş SSRİ ölkələrinin maliyyə-iqtisadi və «demokratik» ideologiyalı ümumdünya sisteminə «daxil edilməsi» kənardan genişmiqyaslı təsirlərə, insanların şüurunun manipulyasiyasına və «dünya hökumətinin» agentlərinin bizim xalqlarımızı idarə etməsinə geniş yol açıb. Kitab vətənpərvər ruhda olan oxucunun şüurunu müəyyən yüksəkliyə qaldıraraq müasir dövrdə və yaxın keçmişdə baş verən bir çox hadisələrə və təzahürlərə sistemli və kompleks şəkildə, necə deyərlər, «quşun uçduğu yüksəklikdən» baxmağa imkan verir.
Müəllif öz mövqeyini gizlətmir – Amerikada yurd salan ilk ağdərili sakinlərin anqlo-sakson, protestant, azadlıqsevər və müəyyən dərəcədə hətta qiyamçı ruhu kitaba sirayət edib və bu mənada o, sözsüz ki, öz ölkəsinin və xalqının patriotudur. Lakin milli maraqların müdafiəsinə yönəlmiş olan elə həmin bu niyyət onu, həm də məhdudlaşdırır: problemə ali, həqiqətən də qlobal səviyyəli baxış müəllif üçün əlçatmaz olub. HƏQİQƏT isə ondadır ki, tamamilə məxfi Komitet 300-ün arxasında (söz düşmüşkən, müəllif onu «ALİ nəzarət orqanı» adlandırır – sual meydana çıxır: «nəyin və ya kimin orqanı?»)
Həqiqətən də GİZLİN, qüdrətli və bəşəriyyətə qarşı son dərəcə düşməncəsinə köklənmiş qüvvələr mövcuddur. Bu qüvvələr ötəri forma və təşkilati strukturlara bağlı deyillər, onlar üçün Komitet 300-ün özü və ona daxil olan, onun nəzarət etdiyi çoxsaylı təşkilatlar da onların qeyri-insani planlarının həyata keçirilməsi üçün əlverişli və zamanında yaradılan bir formadır. Tarix göstərdiyi kimi, bu GİZLİN qüvvələrin ələkeçməzliyi məhz elə onların, dəfələrlə nümayiş etdirilən, formanı konkret həyati, tarixi-sosial və digər Ģəraitlərə münasibətdə asanlıqla dəyişmək qabiliyyətindən ibarətdir. Sözsüz etiraf olunmalıdır ki, GİZLİN qüvvələrin fəaliyyətinin müasir formalarının, təşkilati strukturlarının təsvir olunmasından və onların fəaliyyətlərinin metodlarından tutmuş, bəşəriyyətin düşmənləri tərəfindən onun üçün hazırlanan sonrakı inkişaf yolunun uzunmüddətli planlaşdırılmasının və proqramlaşdırılmasının müəyyən edilmiş aspektlərinə qədər – bütün bunlar müəllifin xidmətidir. Bu da dəyərlidir ki, müəllifin söhbəti – bu, Amerika cəmiyyətinin, bütün Qərb dünyasının qalası və mərkəzi oxu olan bir cəmiyyətin içindən gələn şahidlikdir. Kitab bir çox hallarda dərin düşüncələrə, gerçəkliyin yenidən dərk olunmasına təkan verən vəsait kimi qəbul olunur və nəhayət, vətənpərvər və müstəqil düşüncəli insanları dərhal və gecikmədən fəaliyyətə sövq edir. Əks təqdirdə həqiqətən də SABAH GEC OLACAQ! Çünki SABAH bütün bəşəriyyət üçün açılmaya da bilər!

Kitabın tərcüməsi, 1992-ci il tarixli 2-ci nəşri üzrə edilib.

Kitabı aşağıdakı linkdə oxuya və ya köçürə bilərsiniz.

http://boxca.az/vVPhBcgp9JrW/Komitet 300.pdf

Upload new file

«Koronavirusa qarşı mübarizədə əsas silah immunitetin gücüdür”

Elçin Bayramlı: “Yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin”

“Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır”

COVİD-19 xəstələrinin sayının  günü-gündən artması  Azərbaycanda həkim çatışmazlığı məsələsini gündəmə gətirib. Xəstə sayı artdığına görə son günlər «103» təcili tibbi yardım xidmətinin də üzərinə çox yük düşür. «103»ə zəng edəndə çox vaxt ya məşğul olurlar, ya da digər xəstələrin yardımına tez çatmaq onlar üçün çətin olur. Eyni zamanda vəziyyətin daha da ağırlaşması fonunda  infeksionist həkimlərin, virusoloqların sayının az olması bütün ixtisas həkimlərinin koronavirusla mübarizəyə səfərbər olmasını gündəmə gətirib.

Belə ki, problemdən çıxış yolu kimi Azərbaycanda ehtiyat tədbirləri olaraq COVİD-19-la mübarizədə həm özəl, həm də dövlət xəstəxanalarında işləyən bütün ixtisas həkimlərinə bu virusun müalicəsinə görə hazırlıq kurslarının keçirilməsi  təklif olunur.

Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva hesab edir ki, eyni həkimlərin çiyninə çox yük düşməməlidir: «Onların immun sistemi zəifləyə bilər, növbəli şəkildə bu yükü azaltmaq lazımdır. Həkimlər anidən baş verə biləcək hər şeyə hazırlıqlı olmalıdırlar. Hər birimiz bu xəstəliyə tutula bilərik. Buna görə də təcili surətdə ilkin tibbi yardım kursları təşkil olunmalıdır və COVİD-19-a qarşı birgə mübarizə aparılmalıdır».

Y.Abdiyeva əlavə edib ki, hazırlıq kursları onlayn webinar seminarlar formasında da təşkil edilə bilər. Respublikanın hər yerində — həm xəstəxana, həm də poliklinika həkimlərinə təlimin keçirilməsi vacibdir.

Sözügedən təkliflə bağlı “Sherg.az”a açıqlama verən «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı isə hesab edir ki, koronavirusa qarşı mübarizə aparmağın başlıca yolu immunitetin güclənməsindən keçir. Bunun üçün də sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas kifayətdir:

«Vaxtında mikrobiologiya, virusologiya elminə fikir vermədik, bu sahədə alimlər yetişdirmədik, məktəb yaratmadıq.  Sovet dövründən qalan elmi-texniki bazanı da dağıtdıq, indi bunun nəticəsini görürük. Fikrimcə, təcili olaraq azı 100 nəfər infeksionist həkim virusla mübarizədə effektiv mübarizə aparıb qalib gəlmiş və ya virusologiya elmi güclü inkişaf etmiş ölkələrə qısamüddətli təcrübəyə göndərilməlidir- Çin, Almaniya, Rusiya və s.

Bununla yanaşı, bu virusla mübarizədə effektiv dərmanlar olmadığından və virus tez-tez mutasiyaya uğradığından yaxşı olardı ki, xalq təbabətindən də istifadə edilsin, xəstələrin immunitetinin gücləndirilməsi üçün təbii vasitələrdən istifadə edilsin.

Orqanizmin özünün müdafiə sistemi var və o istənilən xəstəliklə, virusla, bakteriya ilə mübarizə aparır, sadəcə bu sistemi təchiz etmək lazımdır. Sağalanların ən azı 90 faizi öz immunitetlərinin sayəsində buna nail olublar, ölənlərin də azı 90 faizi immuniteti zəif, ağır xroniki xəstəlikləri olan yuxarı yaşlılardır. Adi məntiqlə aydın olur ki, orqanizmin immunitetinin gücləndirilməsi üçün hər şey edilməlidir.

Təəssüflə qeyd etməliyəm ki, nə ÜST, nə alimlər, nə həkimlər insanları immunitetlərini gücləndirməyə çağırıb, bunu təbliğ edirlər. Elə yapışıblar ki  əlinizi yuyun, maska taxın və s. Təcrübə də göstərir ki, bunlar yoluxmanın qarşısının alınmasında effekt vermir, əksinə bunlara riayət etdikcə yoluxma daha da sürətlənir. Mən demirəm qorunma tədbirləri olmasın, əksinə bunlar vacibdir, lakin ən vacib şeylər bunlar deyil.

Nüfuzlu alimlər deyir ki, immunitet ən vacibidir. Hələ yoluxmamamış insanlara bu təbliğ edilməlidir ki, yoluxduqları təqdirdə orqanizm öhdəsindən gələ bilsin. Sağlam həyat tərzi, təbii qidalanma, fiziki hərəkətlilik, təbiətlə təmas immunitetin güclənməsi üçün kifayətdir. Bunu təmin edə bilməyən yoxsul təbəqəyə xüsusi dövlət yardımları edilməlidir. Bunun üçün müvafiq maliyyə imkanlarımız kifayət qədərdir. 50 milyardlıq starteji rezervlərimizi bu günlər üçün yığmışdıq, xalqımızın bundan ağır günü olmayacaq, ona görə də təklif edirəm ki, həmin ehtiyatlardan bir neçə milyardı bu ümummilli bəla ilə mübarizəyə cəlb edilsin və xalqımız tezliklə bu fəlakətdən qurtulsun».

Şəymən Bayramova

https://sherg.az/xəbər/130920

Azərbaycanda içməli su problemi yarana bilərmi? — TƏHLÜKƏLİ MƏQAM

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər?..

Vahid Məhərrəmli: «Ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik«

Elçin Bayramlı: «Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki yoxa çıxıb»

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ötən həftə deyib ki, qlobal istiləşmə hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir. Ölkəmizdə isə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi vəziyyəti kritik həddə yaxınlaşdıra bilər.

Nazir müavini su ehtiyatlarının azalması barədə fikirlərini bölüşərək bildirib ki, Azərbaycan dünyanın bir hissəsi olduğuna görə, qlobal problemlərin aktuallığı ölkəmizdə də özünü göstərir. Son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir. Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz aşağı düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur.

Qeyd edək ki, Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq Xəzər dənizinin duzlu suyu çayın mənsəbinə daxil olub və hazırda Neftçala rayonunda içməli su ilə bağlı kritik vəziyyət yaranıb. Rayonun şəhər və qəsəbələrində içməli su çatışmadığı kimi, əkin sahələrinin suvarılmasında da ciddi problemlər ortaya çıxır. Həmçinin rayonun heyvandarlıq sahəsi də sudan ciddi şəkildə qıtlıq çəkməkdədir.

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər? Həmçinin böhran yaranarsa, vəziyyətin qarşısı hansı yollarla alına bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmliyə və Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlıya müraciət edib.

Vahid Məhərrəmli: “Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir”

Dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərinin, kolluqları, ağacların məhv eilməsinə diqqət çəkən mütəxəssis PİA..az-a açıqlamasında əlavə edib ki, əslində bu da su mənbələrinin məhv edilməsi deməkdir:

“Əvvəla onu qeyd edim ki, onsuz əvvəllər də Azərbaycanda hava isti keçirdi. İndi isə ümumi dünya üzrə havanın temperaturu bir dərəcə artıb. Azərbaycanda da havanın kəskin dəyişməsi hiss olunur. Amma Azərbaycanda payız, yaz aylarında intensiv yağışlar yağanda, yağış sularını yığmaq lazımdır. Bunun üçün süni göllər formalaşdırılmaq lazımdır bə bu işlərə biz əslində çoxdan başlamalıydıq.

Həmçinin uzun illərdir ki, Azərbaycan ekologiyasına müxtəlif qurumlar və sadə vətəndaşlar tərəfindən ciddi ziyan vurulur. Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir. Çünki yağışlar yağanda bitki örtüyü suyu canına hopdurur. Sonra o su bulaq kimi torpağın altından gedir və başqa yerdən çıxır. Bu da içməli su mənbəyidir.

Hətta çoxlu sayda heyvanları dağ yamacına çıxarmışdılar. Bununla da oranın ot örtüyünü məhv etdilər. İndi də yağış yağan kimi dağ torpaqlarını yuyur çaya aparır. Həm də bulaqların hamısı quruyub. Yəni faktiki olaraq ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik. İndi isə əsas məsələ məhv edilən ekosistemin təcili bərpa olunmasına çalışmaqdır”.

Elçin Bayramlı: “30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, həmçinin, yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə xeyli əvvəldən lazımi işlərə start veriblər”

Artıq bəzi rayonlardan əkinləri suvarmaq üçün suyun olmadığı siqnallarının gəldiyini bildirən ekoloq jurnalist, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə etdiyini, kəndlilərə vermədiyini vurğulayıb:

“Problemin yaranmasının məsuliyyəti konkret olaraq “Azərsu” ASC-nin, o cümlədənMeliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşür. Bunların uzun illərdir davam edən effektsiz fəaliyyətləri, daha doğrusu fəaliyyətsizlikləri ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! Problemin olacağını əvvəlcədən görmək heç də çətin deyildi. Ona görə də prosesi əvvəldən araşdırıb müvafiq tədbirlər görüb qarşısını almaq olardı. Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Yaranmış bu vəziyyətə görə məsul şəxslər cavab verməlidirlər.

Bəli, problem qlobaldır. Baş verənlər əsasən antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Lakin əksər ölkələrin müvafiq dövlət orqanları bu problemin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün çox-çox əvvəldən lazimi tədbirlər görməyə başlayıblar. Axı bu yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qtılığı yaşayan ölkələrə içməli suyun satılmas haqda müqavililələr bağlayıb və dərinlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

Bəli, hələ ki, vəziyyət kritik deyil, amma kritikliyə doğru gedir. Bunlar istəyir ki, biz yataq, problem kritik həddə çatandan sonra həyəcan təbili çalaq? Əvvəlcədən tədbirlər görmək olmazmı? Bunlar boş-boş danışmaqdansa, zəhmət olmasa, gördükləri tədbirləri açıqlasınlar, görək neyləyiblər.

Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Bu sahədə araşdırma aparıb yazan başqa həmkarlarım da eləcə. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki, yoxa çıxıb, arx səviyyəsinə düşüb. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Elçin Bayramlı: “Məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər”

Artıq bəzi rayonlardan siqnallar gəlir ki, əkinləri suvarmaq üçün su yoxdur, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə edir, kəndlilərə vermirlər. Məsələn elə dünən Tovuzun kəndlərindən mənə bu barədə məlumat veriblər. Bu o deməkdir ki, problem həll olunmasa, ciddi məhsul qıtlığı yarana bilər.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır. Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müsəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Nərminə Umudlu

http://pia.az/-350432-xeber.html

«Karantin tədbirləri dəyişdirilməlidir»

Elçin Bayramlı:  “Ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalıdır”

«Pandemiya dövründə öz absurd, effektsiz və qeyri-adekvat qərar və tədbirlərilə ölkəni və xalqı daha ağır vəziyyətə salan Operativ Qərargah ləğv edilməli, Qərargahın qərar verən rəhbərləri cəzalandırılmalı, yenidən Fövqəladə Qərargah yaradılmalı və virusla mübarizəyə düzgün yollarla davam edilməlidir». Cebhe.info xəbər verir ki, bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı söyləyib.

Onun sözlərinə görə, ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalı, digər tədbirlər isə gücləndirilməlidir: “Metro dayandırılmalı, avtobuslarda 15-20-dən artıq sərnişin götürmə qadağan edilməli, avtomobillərdə hərəkətə tam icazə verilməlidir.

Kütləvi yığıncaqlar təşkil edənlərin əmlakı müsadirə edilməli, mağazalarda sıxlığa imkan verilməməli, açıq bazarlar və yarmarkalar işləməli, qadın salonları və bərbərxanalar, masaj salonu və kafelər bağlanmalıdır. Yalnız açıq havada stolları olan kafe və restoranların işləməsinə icazə verilməlidir. İnsanların parklara, təbiət qoynuna və çimərliklərə getməsinə maneə yaradılmamalıdır.

Əhalinin immunitetinin gücləndirilməsi üçün maarifləndirici təbliğat aparılmalıdır. Həmçinin respiratorların pulsuz paylanması, ya da qiymətinin 10 qəpiyə salınması təmin edilməlidir. Spirt və ya digər dezinfeksiya məhsullarının qiyməti 2-3 dəfə endirilməlidir.

Bu tədbirlər nəticəsində işi dayanan vətəndaşlara minimum ehtiyac meyarı həddində maddi yardım ödənilməlidir. İqtisadi və sosial problemlərin kompensasiyası üçün strateji rezervlərimizin müəyyən hssəsindən istifadə edilməlidir, həmin ehtiyatlar məhz bu günlər üçün yığılmışdır».

Tünzalə

https://m.cebhe.info/elcin-bayramli-quotkarantin-tedbirleri-guclendirilmelidirquot-216083?fbclid=IwAR0XlqrKz5gm7UdhyUN5FDTuJnGrYGQ_ARSFkAPQSeHAO1S-zNnIdgrfY8w

Abşeronu boz sahələrdən qurtarmaq lazımdır

Elçin Bayramlı: “Bakıya gələn içməli suyu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər, ona görə də…”

Prezident İlham Əliyev Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə yeni təyin olunan vitse-prezidenti xanım Anna Byerde, Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus və bankın digər nümayəndələri arasında videokonfransda bir sıra mühüm məqamlara toxunub. Dövlət başçısının diqqət çəkdiyi məsələlərdən biri də ekologiyanın qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı olub.

Ölkə rəhbəri vurğulayıb ki, xüsusən Bakı və Abşeron yarımadasında ətraf mühitin qorunması çox vacib məsələdir: “Həmin yerlərdə əsrlər boyu neft və qaz hasilatı bizim üçün çox ciddi çətinliklər yaratmışdır. Biz böyük həcmdə təmizləmə əməliyyatlarını aparırıq, lakin ola bilsin, bizə daha çox dəstək lazımdır. Bu, xüsusən də texnologiya və məsləhətlər baxımdan verilə biləcək dəstəyə aiddir. Buna görə, fikrimcə, gələcək əməkdaşlığımızın sahələrindən biri Abşeronda və Bakıda neftlə çirklənmiş sahələr üzrə ekoloji layihələrin həyata keçirilməsi ola bilər”.

Elçin Bayramlı, EJB-nin sədr müavini

Prezidentin diqqət çəkdiyi məsələ ilə bağlı “Şərq”ə danışan Ekoloq Jurnalistlər Birliyinin (EJB) sədr müavini Elçin Bayramlı bildirib ki, dövlət başçısının bu istiqamətdəki fəaliyyəti çox təqdirəlayiqdir. Ekspertin sözlərinə görə, Abşeron zonası ekoloji cəhətdən az qala böhran həddindədir:

“Burada təbii resurslar yoxdur. Meşə fondu, yeraltı su mənbələri, çaylar və s. mövcud deyil. İqlimi sərtdir və torpaqların əksəriyyəti qeyri-münbitdir. Ona görə də bölgədə yaşayış üçün şərait münasib deyil. Bu səbəbdən həmin zonada yaşıllıq sahələrinin sürətlə artırılmasına ehtiyac var. Həmçinin, neftlə çirklənmiş torpaqların təmizlənməsi daha sürətlə davam etdirilməlidir. Məsələn, şəhərin mərkəzinə əsas giriş yolu olan Yeni Salyan şossesi boyu çox bərbad bir mənzərə müşahidə olunur. Xüsusilə, Bibiheybət məscidindən mərkəzə doğru Su İdmanı Sarayının yanınadək bir neçə kilometrlik məsafədə yaşıllığı olmayan boz çöllük, çoxu xarab olmaqla çox cüzi neft çıxaran köhnə buruqlar, xarabalığa oxşar tikililər şəhərə girişdə mənfi təəssürat yaradır. Burada buruqlardan çıxan qazlar havanı korlayır. Külək əsəndə toz-torpaq böyük bir ərazini bürüyür. Başqa ərazilərdə də belə yerlər var”.

E.Bayramlının fikrincə, Bakı buxtasının təmizlənməsi işinə də başlanmalıdır: “Bu iş üçün xüsusi gəmilər var. Onlar dənizin üzərindəki neft təbəqəsini yığır və elə həmin yanacaqla da işləyir. Əlavə olaraq, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsə yaxşı olar. Bunun sayəsində Abşeronda nəhəng yaşıllıq sahələri salmaq və onların daimi suvarılmasını təmin etmək olar. Bakıya gələn içməli suyu bu yaşıllıq sahələrinə yönəldəndə su problemi yarana bilər. Nəzərə alaq ki, Abşeron yarımadasında yaşıllığın saxlanması üçün başqa zonalara nisbətən dəfələrlə çox həcmdə su tələb olunur, onda aydın olur ki, bu zavodlar çox vacibdir. Bu işləri həyata keçirmək üçün özümüzdə də köhnədən qalma təcrübəli mütəxəssislər, alimlər, müvafiq institutlar var. Lazımi maliyyə imkanları mövcuddur. 50 milyardlıq strateji rezervlərimizin kiçik bir hissəsindən bu məqsədlə istifadə edə bilərik”.

EJB nümayəndəsi hesab edir ki, müsbət xarici təcrübədən də yararlanmaq olar: “Lazımi texnki avadanlıqları xaricdən almaq mümkündür. Fikrimcə, bununla bağlı bir proqram qəbul olunmalıdır. Burada təkcə dövlətin yox, ictimaiyyətin də fəal iştirakı şərtdir. Ayda 1-2 dəfə kütləvi iməciliklər etməklə böyük və faydalı iş görmək olar. Ümidvaram ki, tezliklə bu sahədə vəziyyət dəyişəcək. Ən əsası, bunun üçün ortada siyasi iradə var”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/130389?fbclid=IwAR1PNwCvHuSESztwNwHeTS0CgwYTiOcEBD6OdVfotWRh9cV2PfOchs—9iU

“Adamları Bakıda saxlamaq yoluxma şansını dəfələrlə artırır”

Elçin Bayramlı: “Hökumət əksinə paytaxtdan əhalini azaltmaq və regionlara yönəltməklə yoluxmanı azalda bilər”

“Ölkə əhalisinin yarıdan çoxu Bakı və Abşeron zonasındadır, virus isə daha çox burada yayılır”. Cebhe.info-nun xəbərinə görə, bu barədə “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib: “Adamları regionlara buraxmamaq onların burada yoluxma şansını dəfələrlə artırır. Ən təhlükəli yer olan metropolitenin işləməsi bəlkə də virus yayılmasının 80 faizini təmin edir. Hökumət əksinə paytaxtdan əhalini azaltmaq və regionlara yönəltməklə yoluxmanı azalda bilər. Onların kənddə, çöldə, meşədə yoluxma şansı Bakıdakından azı 100 dəfə aşağıdır. Əgər hər yer işləyirsə, adamlar hara istəyir gedirsə, onda şəhərlərarası hərəkətə maneə qoymaq nəyə lazımdır, nə məqsəd güdür və nə effekti var? Bu absurd qərarı nəyə əsasən veriblər, izah edə bilirlərmi görəsən? Ya bütün ölkə boyu sərt karantin elan edilməli və adambaşına minimum ehtiyac meyarı qədər pul ödəməklə 1 aylığa hər şeyi dayandırılmalıdır ya da qaydalara əməl edilməsi şərtilə ölkədaxili hətəkətə qadağalar götürülməlidir. Bunun başqa yolu yoxdur”.

Xatirə

https://cebhe.info/ldquo_adamlari_regionlara_buraxmamaq_onlarin_burada_yoluxma_sansini_defelerle_artirir_rdquo_ekspert-215878?fbclid=IwAR34ivYIqH9F5ijb1d6rCAwIrr29LK2a3schWsgnvNM6Vk664HKeI2jAMok

SOS! “Su müharibəsi” başlayacaq!

“Məsuliyyət “Azərsu” və ETSN-in üzərinə düşür. Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb”
“Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! “Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar?”
“Problem təkcə içməli su ilə yox, həm ərzaq istehsalı, həm də bütöv ekologiya ilə bağlıdır”
“Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək”

Bəşəriyyət daha bir ciddi problemlə üz-üzədir. Belə ki, bir çox ölkələr kimi Azərbaycanda da su ehtiyatları azalır. Bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev  xəbər verib. O, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Cənubi Qafqazda Azərbaycana düşən su ehtiyatlarının cəmi 15 faiz olduğunu, 70 faiz tələbatı isə kənardan ödəndiyini bildib. Həmçinin vurğulanıb ki, Azərbaycanda 2020-ci il iyunun ayının birinci on günlüyündə istehsal həcmi ötən ilin bu dövrü ilə müqayisəsə 38 faiz artıb. Əsas səbəb kimi isə havanın isinməsi və suya tələbatın artması göstərilir.

Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan “Ekoloq” Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bu məsələdə səlahiyyətli qurumları ittiham elədi: “Biz ekoloq jurnalistlər bu vəziyyəti xeyli əvvəldən görür və həyəcan təbili çalırdıq. Lakin bizim məmurlara söhbət həmişəki kimi xeyli gec çatır. Problem yaranan kimi günahı təbiətin və əhalinin üzərinə atmaqla vəziyyətdən çıxmağa öyrəşiblər. Konkret olaraq hazırkı vəziyyətin yaranmasının məsuliyyəti “Azərsu”nun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşür.

Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil!  Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Bu vəziyyətə məsul şəxslər cavab verməlidirlər.

Elçin Bayramlının fikrincə, dünyada vəziyyət kifayət qədər ciddidir: “Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə” gedir.

Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildikdən sonra o zonanın təbiətində problemlər yaranıb, yaşıllıqlar quruyur, ot örtüyü azalır. Yəni problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Ekoloq alimlər 30 ildir həyəcan təbili çalırlar ki, belə getsə, dünyada su müharibələri başlayacaq. Hazırda Türkiyə-Suriya-İraq arasında Dəclə və Fərat çaylarının suyu üzərində müharibə başlamasına az qalır. Kürün mənbəyində də Türkiyənin sudan istifadə həcmini kəskin artırdığı haqda xəbərlər var. Başqa regionlarda da belə təhlükələr yaranıb.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin müvafiq orqanlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər. Həm də burada söhbət təkcə sudan yox, eyni zamanda ərzaq təhlükəsizliyindən gedir”.

Ekoloq jurnalist mövcud təhlükədən yaxa qurtarmaq üçün çıxış yolu da göstərdi: “Bununla bağlı ciddi strateji proqram hazırlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq istehsalı ilə bağlı olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilsin. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Kənan Novruzov

“ASAN” rüşvət faktorunu aradan qaldırıb

Elçin Bayramlı: “Sürücücülük vəsiqəsinin verilməsi, avtomobillərin alqı-satqısı və ölkəyə gətirilməsi və s. məsələlər də “ASAN XİDMƏT”ə həvalə olunmalıdır”

“ASAN Xidmət” sisteminin yaradılması və onun uğurlu fəaliyyəti ölkəmizdə çox böyük dəyişikliklərə səbəb olub”. Bu barədə “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

E.Bayramlı bildirib ki, “ASAN” Xidmət mərkəzləri vətəndaş-dövlət münasibətlərini, sənədləşdirmə proseslərini yüksək səviyyəyə qaldırıb: “Bu mərkəzlər bürokratik maneələri aradan götürüb, işlərin sürətləndirilməsini təmin edib. Rüşvət ehtimalı olan sahələr tamamilə aradan qalxıb. Təsadüfi deyil ki, bir çox ölkələr artıq bu təcrübədən bəhrələnməyə başlayıblar. Bu sistemin fəaliyyəti təkcə vətəndaşlara deyil, dövlətə də xeyli fayda gətirir. Ona görə də, əhatə dairəsi, əməliyyat növləri və mərkəzlərin sayı artırılmalıdır. “ASAN” sistemləri artıq bütün sahələrə nüfuz etməkdədir. Bu mərkəzlərin sayı artracaq və ölkənin hər yerini əhatə edəcək. Bu isə öz növbəsində xeyli artıq xərcə və vaxta qənaət etməyə imkan verəcək. Hesab edirəm ki, bu istiqamətdə işlər sürətləndirilməlidir”.

İqtisadçı qeyd edib ki, ölkədə sahibkarlıq fəaliyyəti üçün heç bir maneə qalmamalıdır: “Ona görə də, rüşvət iddiaları olan bütün sahələrdə sənədləşdirmə prosesləri “ASAN”a verilməlidir. Misal üçün sürücücülük vəsiqəsinin verilməsi, avtomobillərin alqı-satqısı və ölkəyə gətirilməsi və s. məsələlər də Mərkəzə həvalə olunmalıdır. Əgər bu xidmətlər “ASAN”a verilərsə, insanların narazılığına səbəb olan həmin neqativ hallar aradan qalxar”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/129196?fbclid=IwAR2KwW4cyj2dQ6dp0s7gafih7JLxs4Y_M79XjNW72r5c42B4SIXI8d_QEts

Elçin Bayramlı: “Heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil”

“Xarici fondlarda 1 faiz gəlirliliklə saxlanılan 50 milyardlıq stretaji rezervlərdən 5 milyardını gətirib ölkə iqtisadiyyatına sərmayə yatırsaq, dəfələrlə daha çox gəlir və məhsul istehsalı əldə edə bilərik”

Həqiqətən də, ölkəmiz böhrana həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən böyük dayanıqlılıq nümayiş etdirdi. Bizdə ciddi problem yaranmadı, lakin bir çox ölkələrdə iqtisadi və sosial böhran vəziyyəti meydana gəldi”. Bu fikirləri “Sherg.az”a açıqlamasında “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.

Ekspert qeyd edib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət proqramları effektiv olub və öz nəticəsini göstərib: “Lakin qeyd etməliyik ki, biz də daxil olmaqla heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil. Ona görə də, sosial və iqtisadi islahatlar davam etməli, qeyri-neft sektorunun inkişafına maksimum güclə çalışmaq lazımdır. Bunun üçün vergi və gömrük rüsumları aşağı salınmalı, kiçik və orta sahibkarlığa dəstək verilməli, bürokratik maneələr və monopoliya halları tam aradan qaldırılmalıdır.

Elçin Bayramlı, ASAM sədri

Ölkəmizin potensialından maksimum istifadə etməklə tələbat mallarının çox böyük hissəsinin ölkədə istehsalını yarada bilərik. Xüsusən, kənd təsərüfatına və aqrar sənayeyə daha güclü diqqət yaradılmalıdır.

Ehtiyatlarımız çoxdur, əlbəttə onları qorumaq da lazımdır. Amma xarici fondlarda 1 faiz gəlirliliklə saxlanılan 50 milyardlıq stretaji rezervlərdən 5 milyardını gətirib ölkə iqtisadiyyatına sərmayə yatırsaq, dəfələrlə daha çox gəlir və məhsul istehsalı əldə edə bilərik”.

E.Bayramlı bildirib ki, cənab Prezidentin dediyi kimi, pandemiya dövründə qeyri-neft sektorunda 16 faizlik artım çox böyük nəticədir, lakin bunu dəfələrlə artırmaq üçün hər cür imkanlar var:

“Bunu edə bilsək, iqtisadiyyatımızın və dövlət büdcəmizin enerji sektorunda asılılığını tezliklə aradan qaldıra bilərik. Fikrimcə, hökumət bu məsələlərlə bağlı çox geniş vahid inkişaf konsepsiyası işləməli və xüsusi dövlət proqramı elan etməlidir. Bu halda qısa müddətdə çox böyük nəticə əldə etmək olar”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans formasında görüşü keçirilib. Asiya İnkişaf Bankının prezidenti ölkəmiz haqqında olduqca müsbət fikirlərini bildirib. Prezident qeyd edib ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub. Ölkə başçısının sözlərinə görə, qeyri-enerji sektorunun sürətli artımı davam edəcək.

Yeganə Bayramova

https://sherg.az/xəbər/129001?fbclid=IwAR2UmyRA0-zdnTAUr4AQkvACtIrF-s2nzKiEoZvGIB4i20vaJo8SMhdnbhI

“Ən vacib sahənin aqrar sektor olduğu bir daha sübut olundu”

Elçin Bayramlı: “Qlobal böhranlar sübut edir ki, neft gəlirlərinə etibar etmək olmaz, turizmin də etibarlı olmadığı üzə çıxdı”

“Aqrar sahənin inkişafı üçün stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya aradan qaldırılmalıdır”

Azərbaycanda aqrar sahənin gəlirli olduğu məlum olduqdan sonra qarşıdakı dövrdə bu sahəyə sərmayə qoyanların və burada çalışanların sayı kəskin artacaq. Bunu FED.az-a Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.

Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun inkişafı vacib iqtisadi prioritetlərdən biri hesab olunur. Bəs bu istiqmətdə banklar yeni aqrar investisiya layihələri tətbiq edə bilərmi? Ölkəmizdə aqrar bankçılıq yarana bilərmi?

Elçin Bayramlı, ASAM sədri

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya bir daha, Azərbaycanda ən dayanıqlı sahənin aqrar sahə olduğunu ortaya qoyub:

Qlobal böhranlar sübut edir ki, neft gəlirlərinə etibar etmək olmaz, turizmin də etibarlı olmadığı üzə çıxdı. Ağır sənaye və maşınqayırma, yüksək texnologiyaların istehsalı sahələri də ölkəmizə uyğun deyil. Hesab edirəm ki, aqrar sahənin inkişafı o qədər də böyük vəsait tələb etmir, sadəcə müəyyən stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya aradan qaldırılmalıdır.

Hazırda banklar, sığorta şirkətləri bu sahənin inkişafına maraq göstərmirlər. Burada riskin yüksək olduğu bildirilir. Məncə, ən az risk aqrar sahədədir. Hesab edirəm ki, şərait yaradılarsa, həm investorlar bu sahəyə investitsiya qoyacaq, həm də kiçik sahibkarlar, fermerlər bu işdə maraqlı olacaqlar. Burada həm də dövlətin dəstəyinə ehtiyac var”.

İqtisadçı bildirir ki, aqrar sahənin inkişafı xüsusilə Kənd Təsərrüfatı Nazirliynin fəaliyyətindən asılıdır: “Azərbaycanın aqrar sahədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialı genişdir. Bu sahə inkişaf edərsə, istənilən uzunmüddətli böhran zamanı ölkəni ərzaqla təmin etmək olar. Belə olan halda idxaldan asılı olmağımız biabırçı haldır. Dövlət tərəfindən milyardlarla vəsaitin ayrılmasına baxmayaraq, ortada ciddi nəticə yoxdur. Kompleks proqramlar hazırlanmalı, vergi güzəştləri tətbiq edilməlidir. İlkin növbədə kiçik sahibkarlara, daha sonra orta və iri sahibkarlara dəstək verilməlidir”.

Bəs kənd təsərrüfatı sahələrinin inkişafı istiqmətində ölkədə aqrar bankçılığın yaradılması məqsədəuyğundurmu? Elçin Bayramlı bildirir ki, bu məqsədlə bank deyil, kredit agentliyi, fond kimi bir qurum yaradıla bilər: “Bank sektoru özəl olduğu üçün banklar hansısa sahənin inkişafı məqsədilə deyil, gəlir götürmək məqsədilə yaradılır. Amma ipoteka fondu kimi bir fond yaradıla bilər və sahibkarlara güzəştsiz, uzunmüddətli kreditlər verə bilər”.

Xatirə Nəsirova

https://cebhe.info/azeraycanda_aqrarbank_yarana_bilermi_ndash_aciqlama-212120?fbclid=IwAR3Jizs2Mg8p3AsHy_L4ZJquGW2gVdDE-oVbEi-ty5-yxEgqn6-mZt3-PoA

Koronavirus testlərinə nə qədər güvənmək olar?

Elçin Bayramlı: “Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur.

«Bəzi araşdırmaçıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir. Ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir”.

Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri , sosioloq Elçin Bayramlı koronavirusa görə edilən testlərlə bağlı olan müəmmaları PİA.az-a şərh edərkən qeyd edib.

Dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib…

Karantin rejiminin yumşaldılmasndan sonra Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edir. Maraqlıdır ki, dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib.

Bütün bu iddialarla bağlı nə demək mümkündür və keçirilən testlərə nə qədər güvənmək olar?

Elçin Bayramlı, sosioloq

Korovirusdan öldüyü deyilənlərin çoxunyn ağır xroniki xəstəlikləri olan yaşlı insanlar olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bütün dünyaya böyük ajotaj yaşadan bu virus ciddi təhlükə deyil.:

“Bəzi araşdırmaşıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir. Əminəm ki, 10 milyon nəfərin hamısı bu testdən keçsə, azı 7 milyonunda pozitiv nəticə çıxar. Bu barədə xarici araşdırmaçılar, virsoloqlar və mikrobioloqlar artıq çoxsaylı faktlar ortaya qoyublar.

Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur. Hətta qripdən belə bundan dəfələrlə çox ölüm olur. Korovirusdan öldüyü deyilənlərin çoxu da digər ağır xroniki xəstəlikləri olan yaşlı insanlardır və onlar daha çox o xəstəliklərdən ölürlər. Bu konkret o deməkdir ki, bu virus ciddi təhlükə deyil”.

ASAM sədrinin fikrincə, ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir. Ona görə də, hökumətin karantin rejiminin yumşaldılması ilə bağlı addımları təqdirəlayiqdir. Karantin rejimi daha da yumşaldılmalıdır, lakin insanların qaydalara riayət etməsinə nəzarət edilməlidir.

Hətta ən adi qrip virusuna belə hər halda yoluxmamaq yaxşıdır. İnsanlarımız sadəcə immunitetlərini normal saxlamağa çalışmalıdırlar, qorunma tədbirləri görməli, müvəqqəti olaraq yaxın məsafədə ünsiyyətdə olmamalı, qapalı məkanlarda çox sayda toplaşmamalıdırlar”.

Nərminə Umudlu

http://pia.az/-347762-xeber.html