Sosial narazılıq pik həddə çatıb

Elçin Bayramlı: “Bahalaşma davam edəcək, əhalinin vəziyyəti ağırlaşa bilər”

Son illərdə Azərbaycanda əhali gəlirlərinin azalması fonunda qiymətlərin artımı və cərimələrin artırılması müşahidə edilir.

Ötən ilin dekabrında sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr iki dəfə artırılıb. Bu ilin yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 11 faiz, dizelin 1 litrinin qiyməti isə 33 faiz artırılıb. Fevralın 1-dən isə içməli suyun qiyməti 2 dəfə artırıldı.

Pandemiya vəziyyətinə görə əhali təbəqələrinin gəlirlərinin daha da azalmasının müşahidə olunduğu vaxtda tariflərin artması nəticəsində malların və xidmətlərin qiyməti sürətlə bahalaşdı, sosial rifahın səviyyəsi aşağı düşdü.

Xatırladaq ki, sahibkarlar cərimələrin silinməsi üçün hökumətə müraciət edib. Onların müraciətində qeyd edilib ki, pandemiya dövründə qəbul edilən qaydaların icrası praktiki olmadığından müəssisələrə külli miqdarda cərimələr yazılıb.

Sosioloq Elçin Bayramlı bildirib ki, əhalinin sosial vəziyyəti getdikcə ağırlaşır: “Bir ildir pandemiya ilə bağlı milyonlarla insan işsiz qalıb, gəliri dayanıb və ya azalıb. Üstəlik də, bahalaşma gedir, inflyasiya sürətlənir ki, bu da aztəminatlı və işsiz əhalinin vəziyyətini daha da çətinləşdirir. Belə bir vəziyyətdə insanlara maskanı burnundan aşağı salıb nəfəs almağa görə minimum əməkhaqqı məbləğində ağır cərimələr yazmaq ədalətsizlikdir. Onsuz da sosial narazılıq pik həddə çatıb. Ölkədə yaşayış minimum təqribən 200 manatdır (196 manat). Bu o deməkdir ki, 5 nəfərlik orta statistik ailənin aylıq gəliri minimum 1000 manat olmalıdır. Lakin ailələrin 80 faizindən çoxunda aylıq gəlir 1000 manatdan azdır, bir çoxunda hətta 500-dən az. Bu o deməkdir ki, bu insanlar faktiki olaraq acından ölməlidirlər, çünki adambaşına yaşamaq üçün 200 manatdırsa və sənə 100 manat və daha az düşürsə, bu artıq mövcudluğun qorunub saxlanılmasına da kifayət etmir”.

E.Bayramlı təklif edir ki, hökumət sosial müdafiəni gücləndirməli, maaş və pensiyaların artmasını təmin etməli, bahalaşmanın qarşısını almalı, vergi və rüsumları aşağı salmalı, cərimələri dayandırmalı, yeni iş yerlərinin yaradılmasını təmin etməli və pandemiyaya görə qadağan olunan obyektlərin fəaliyyətini bərpa etməlidir: “Yanacağın və suyun bahalaşması dolayı yolla bütün sahələrə təsir göstərir və bahalaşma davam edəcək. Bu şəraitdə əhalinin vəziyyəti daha da ağırlaşa bilər. Bununla bağlı ciddi tədbirlər görülməlidir. Bu qədər maliyyə yoxdur deməsinlər. Var, özü də artıqlaması ilə. Bunun üçün maliyyə imkanları lazım olduğundan on dəfələrlə çoxdur. Bizim 50 milyarddan artıq strateji ehtiyatlarımız var, bəs onlar nə günlər üçün yığılıb? Həmin vəsaitlərdən istifadə edilməlidir.

Əgər pula qənaət etmək lazımdırsa, yarım milyardlıq 7 ulduzlu idarə binaları tikməyi və bəzək düzək işlərinə milyardlarla pul xərcləməyi dayandırsınlar. Vəsaitlər sosial müdafiəyə və real iqtisadiyyata qoyulmalıdır. Özünüməşğulluq proqramının əhatə dairəsi və maliyyə bazası on dəfələrlə artırılmalıdır. Beləliklə, insanlar özlərinə iş və gəlir təmin edər, məhsul istehsal edər, xidmət göstərər, məşğulluq problemi aradan qalxar, ölkədə iqtisadi aktivlik və pul dövriyyəsi artar, sosial vəziyyət yaxşılaşar. Paralel olaraq, ÜDM və büdcə gəlirləri də artar, idxaldan asılılıq, ölkədən valyuta çıxışı və müvafiq olaraq dövlətin sosial xərcləri azalar və s. Göründüyü kimi, vəziyyəti qəfil və effektli şəkildə yaxşılaşdırmaq üçün çox asan yol var. Hökumət bunu etməlidir. Etməsə çox ciddi problemlər yaranacaq”.

İqtisadçı-ekspert Toğrul Vəliyev bildirib ki, əhali gəlirlərinin azaldığı nəzərə alınaraq cərimələrdə güzəştlər edilməlidir: “Cərimələr praktik olmalıdır. Yəni cərimədə əsas məqsəd cəza deyil, əksinə profilaktikadır, qaydalara əməl etmək üçün stimullaşdırmaqdır. Təəssüf ki ölkəmizdə cərimələr cəza mexanizmi kimi istifadə olunur. İnsanların və şirkətlərin cərimələnməsi ilə bağlı müəyyən güzəştlər edilə bilər.

İnsanların gəlirləri azalıb. Ünvanlı sosial yardım alan və ya 190 manat birdəfəlik ödəmə alan şəxs cərimələnibsə, hər bir halda həmin şəxsə kompensasiya verilməlidir. Bunun üçün sosial siyasət dəyişməlidir”.

Ekspert bildirib ki, sahibklara da güzəştlər edilməlidir, vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalıdır.

https://www.bizimyol.info/az/news/325098.html?fbclid=IwAR3F_K1oUBuBA920rsOftHQu0t1lGeLZ-Gc8bM2L82CV7w1HHM1NTquUQAA

“İndi yarım milyarda bina tikmək vaxtı deyil”

Elçin Bayramlı: “Xaricdəki 50 milyardın bir hissəsi ölkəyə gətirilməldir. Əlavə gəlirlər də sosial müdafiəyə və Qarabağın bərpasına yönəldilməlidir”

Neft qiymətlərinin bu il yenidən artacağı gözlənilir. Çünki yoluxmanın azalması, peyvənd olunanların sayının artması ilə əlaqədar xəbərlərin yayılması ümidverici gözləntilər qlobal neft bazarları iştirakçılarına da müsbət impulslar ötürür. Sənaye sahəsindəki hərəkətlənmələr, iqtisadiyyatın nisbətən canlanması neft bazarına da müsbət təsir göstərir.

Doğrudur, hələlik Beynəlxalq Enerji Agentliyi (IEA) COVID-19 mutasiyalarının yayılma ehtimalını nəzərə alaraq, ilin ilk rübü üzrə neft tələbi proqnozlarını səsləndirməkdə səbrli davranır. Lakin qlobal neft tələbinin pandemiya səbəbilə itirdiyi həcmin 60%-ni geri qazanacağı və bu il keçən illə müqayisədə sutkada təxminən 5,4 milyon barrel (6%) artımla gündəlik 96 milyon 440 min barrel səviyyəsinə çatacağı təxmin edilir.

Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, qlobal neft təklifi, keçən ay dekabr ayı ilə müqayisədə sutkada təxminən 580 min barrel artımla gündəlik 93 milyon 630 min barrel olub.

Bu rəqəm, 2020-ci ilin aprel ayından bu yana ən yüksək səviyyədir. Təbii ki, bazarda neftə tələbat artdıqca qiymət artımı da gözləniləndir.

Maraqlıdır, neft ölkəsi olan Azərbaycan qiymət artımından qazanacağı vəsaiti hansı sahələrə sərf edəcək?

«Altay» Sosial İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya deyib ki, nefdən gələn əlavə gəlir sosial sahəyə və daxili istehsalın inkişafına yönəldilməlidir:

“Büdcədə bir barel neftin qiyməti 40 dollar müəyyənləşdirilib. Bu da o deməkdir ki, biz təxminən 50 faiz artıq gəlir əldə edirik. Bunun özü çox böyük göstəricidir. Pandemiyanın səngiməsi ilə əlaqədar bir sıra ölkələrdə, xüsusən də Çində neftə tələbat artır. Yəni neftin qiyməti qalxacaq. Proqnozlar neftin bir barelinin 70 dollaradək bahalaşacağını göstərir.

Üstəlik də Amerikada Bayden hakimiyyətədə gələndən sonra yürütdüyü siyasət neftin bahalaşmasını şərtləndirir. İndi məsələ bizim neftin bahalaşmasından sonra əldə etdiyimiz əlavə gəlirləri necə istifadə etməyimizdir. İlk növbədə sosial müdafiəyə vəsait ayrılmalıdır. Çünki bahalaşma gedir, əhalinin gəlirləri azalır və pandemiya ilə bağlı əhali çox ciddi zərər çəkib.

Yəni, faktiki inflyasiya gedir. İkincisi isə Qarabağda quruculuq proseslərinə vəsait yönəldilməlidir. Çünki orada böyük iş yerləri açmağa şərait var. Əgər bu ərazilərə investisiyalar yönəldilər və iş yerləri açılarsa, o zaman cəmiyyətin də sosial rifahı qaydasına düşər. Bu quruculuq işləri zamanı azad olunmuş ərazilərdə qalan evləri müəyyən qədər təmir edib, əhalinin bir qismini hələlik də olsa, o ərazilərə köçürmək lazımdır.

Büdcə gəlirləri buna tam şəkildə çatmaz. Paralel olaraq, hökumət investisiya imkanlarından da istifadə etməlidir. Xarici investorlar da bu işlərə cəlb edilməlidir”.

E.Bayramlı hesab edir ki, əlavə gəlirləri bahalı bina tikintisinə və vacib olmayan digər sahələrə xərcləyənlər bu işlərini iki il təxirə salsalar, daha yaxşı olar:

“Qaldı neftdən gələn nəzərdə tutulandan əlavə gəlirlərin büdcəyə transfertinə, bu pullar mənasız şeylərə xərclənməməlidir. Pandemiya dövründə 480 milyonluq binalar tikdirmək eşqinə düşənlər bu gəliri havaya sovurmamalıdır.

Heç olmasa, qarşıdakı iki il ərzində bu bahalı binaların, 7 ulduzlu otellərin tikintisi, bəzək- düzək işləri dayandırılmalıdır. Bu, həm pandemiyadan çıxışımız üçün lazımdır, həm də işğaldan azad olunmuş Qarabağda nəhəng infrastruktur işləri görülür, həmin işlərə sərf olunmalıdır. Hökumət bu dəfə çalışmalıdır ki, daha az lazımlı olan istiqamətlərdə xərcləri azaldıb, bu iki ildə əlavə vəsaitləri sosial sahəyə və Qarabağda quruculuq işlərinə, əhalinin oraya köçürülməsinə sərf etsin”.

Ekspert deyir ki, bundan başqa dövlət aqrar sektorun inkişafı üçün xüsusi subsidiyalar ayıra bilər:

“Çünki aqrar sektorumuz sıradan çıxır. Kiçik və orta sahibkarlıq real şəkildə inkişaf etdirilməli, özünüməşğulluq proqramlarının əhatə dairəsi genişləndirilməlidir. Bizim vəsaitimiz və bütün imkanlarımız olduğu halda Dünya Bankı gəlib burada özünüməşğulluq proqramları təşkil edir. Bu, bizə yaxşı imic qazandırmır. Axı bizim xaricdə 50 milyardlıq strateji ehtiyatlarımız var və 1 faiz gəlirlə orada yatır.

Bəzən dünyada baş verən məzənnə dəyişikliyi ilə bağlı bu 1 faizi də əldə edə bilmirik. Əgər həmin vəsaitin bir hissəsi yerli iqtisadiyyatın dirçəldilməsinə sərf edilsəydi, 1 yox, 5 faiz gəlir gətirərdi. Nəticədə yerli iqtisadiyyat güclənər, idxaldan asılılığımız azalar, gəlirlər artar və s. Bunun 20-dən çox müsbət tərəflərini saymaq olar. Demirəm ki, 50 milyardın hamısı ölkəyə gətirilsin.

Təbii ki, ölkənin müəyyən qədər strateji ehtiyatı olmalıdır. Amma 50 milyarddan bir neçə milyard gətirib iqtisadiyyata qoymaq olar. Biz xammal satıcısından istehsalçıya çevrilərik. Qarabağın özündə tekstil sənayesinin qurulması üçün kifayət qədər imkanlar mövcuddur. Eyni zamanda, oranın ərzaq sənayesi üçün də imkanları genişdir. Dünyada vəziyyət getdikcə gərginləşir”.

Ekspert qeyd edib ki, əgər pandemiyanın növbəti dalğası ilə əlaqədar əlaqələr kəsilərsə, ölkəmiz çox çətin vəziyyətə düşəcək:

“Çünki yerli istehsal yoxdur. Diş çöpünü belə xaricdən idxal edirik. Deməli, hökumət bu vəsaiti real iqtisadiyyata yönəltməldir. İndi 500 milyona bina tikmək vaxtı deyil. On görə də hökumət gəlirlərlə xərclədiyi vəsait haqqında hesabat verməlidir ki, nə qədər gəlir gəlib, nəyə xərclənib və hansı nəticə əldə edilib. Heç olmasa əlavə gəlirləri istehsal sahələrinə, iş yerlərinin yaradılmasına yönəltmək lazımdır.

İllərdir ki, bu məsələ danışılsa da, heç bir nəticəsi olmur. Bu məsələlər Milli Məclisdə də qaldırılmalıdır. Əgər hər kəsin işi olsa, insanların bahalaşma ilə bağlı narazılığı da olmaz. Əgər neftin qiyməti artırsa, bu, daşınma xərclərinə də sözsüz təsir edir. Nəticədə idxal məhsulları bahalaşır. Bu da son nəticədə əhalinin üzərində qalır. İmkan verilsin ki, xaricdən istehsal dəzgahları gətirilsin. Gömrük orqanları bu məhsullara problem yaratmasın. Həmin avadanlığın sorğusuz-sualsız ölkəyə gətirilməsinə şərait yaradılmalıdır. Əgər eyni məhsul ölkədə istehsal olunursa, xaricdən idxal olunan eyni məhsullara əlavə rüsum qoyula bilər. Amma bizdə həmin məhsulların istehsalı yoxdu. Ölkədə sadələşdirilmiş vergi dərəcəsi biabırçı vəziyyətdədir. Məsələn, Bakı ilə hansısa ucqar bir kəndin sadələşdirilmiş vergi dərəcəsi eyni ola bilməz. Əgər şəhərdə 2 faizdirsə, rayon üçün 1 faiz olmalıdır.

Digər tərəfdən, manat güclü olanda da dövriyyə 200 min idi, indi də elədir. Halbuki manat 2 dəfədən çox ucuzlaşıb. Yəni, dövriyyə limiti ikiqat artırılmalıdır ki, sahibkar biznesini inkişaf elədirə bilsin. Əgər bütün bunlar olmasa, bu il bizi ağır vəziyyət gözləyir. Çünki enerji daşıyıcılarının və digər məhsulların qiyməti qalxır, bu da bütün məhsullara təsirsiz ötüşməyəcək.

Əli Bədir

https://m.cebhe.info/xaricdeki_5_milyardin_bir_hissesi_olkeye_getirilmeldir_ldquo_indi_500_milyona_bina_tikmek_vaxti_deyil_rdquo-265249?fbclid=IwAR2ksvwdebKslpmZpzLq7bf6VUuoiIrsVGxASrYtVF-SRUjs04YDQXgVg8U

“Qarabağın iqtisadi potensialı da Azərbaycana qaytarıldı”

Elçin Bayramlı: “Onsuz da iqtisadiyyatı dağılmış, defolt həddinə gəlmiş ölkə üçün bu, daha bir sarsıdıcı zərbədir”

Erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan işğal altındakı Azərbaycan torpaqlarında yağmalama ilə məşğul olduqlarını etiraf edib. O deyib ki, müharibəyə qədər Qarabağda təxminən 100 min ton buğda yığılırdı, bir neçə su elektrik stansiyası işləyirdi. İndi isə həm taxıl sahələri, həm də su elektrik stansiyaları Azərbaycanın nəzarətinə keçib.

Bu açıqlama Ermənistanın illərdir Azərbaycan ərazilərindəki zənginlikləri talamasının daha bir sübutudur. Baqratyan hələ onu deməyib ki, Ermənistan Kəlbəcərin və Zəngilanın yeraltı sərvətlərindən milyonlarla və bəlkə də milyardlarla dollar əldə edib. Məsələnin başqa tərəfi də var. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunlarına riayət etmələrini və Azərbaycan pasportlarını daşımalarını tələb ediriksə, bu bölgənin Ermənistan iqtisadiyyatı ilə bağlılığına da son qoymalıyıq. Qarabağda tədavüldə manat olmalı,  gəlirləri və xərcləri Bakı müəyyənləşdirməlidir.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə bildirib ki, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yerüstü və yeraltı təbii sərvətlərimizi talan etməsinə dair çoxsaylı faktlar və bu cür etiraflar var. Ekspertin sözlərinə görə, Azərbaycan Ordusunun Qarabağı işğaldan və terrorçulardan azad etməsi nəticəsində bu cinayətə və talançılığa son qoyulur:

“Bəzi qanunsuz talanlarla bağlı Azərbaycan prokurorluğunda cinayət işləri açılıb. Dəfələrlə beynəlxalq təşkilatlara müraciət edilib. Lakin indiyədək heç bir reaksiya verilməyib. İşğaldan azad olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı var idi və 30 il ərzində Ermənistan bunları istismar edib. Bölgədə qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

İndiyədək Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasında qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların xeyli hissəsi Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunurdu.

Bundan əlavə, meşələrin qırılaraq satılması, su mənbələrinin vəhşicəsinə istismarı, həmin ərazilərdə narkotika plantasiyaları salınması kimi cinayət işləri də beynəlxalq məhkəmədə qaldırılmalıdır. Aran Qarabağda böyük taxıl əkinləri var idi ki, bu taxıl Ermənistana daşınırdı. İndi bu mümkün olmayacaq”.

İqtisadçı vurğulayıb ki, Prezidentin tapşırığına əsasən vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycana vurduğu zərərlər qiymətləndiriləcək: “Bəzi məlumatlara görə, söhbət ən azı 300 milyard dollarlıq təzminat tələbindən gedir.

Bundan başqa, bu prosesdə iştirak edən xarici şirkətlərin və vətəndaşların da məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək. Yaxın günlərdə azadetmə əməliyyatı başa çatacaq və bütün torpaqlarımızın yerüstü sərvətləri kimi, yeraltı sərvətləri də öz həqiqi sahibinə — Azərbaycan xalqına və dövlətinə qayıdacaq”.

E.Bayramlıya görə, erməni işğalından və istismarından xilas edilən yerüstü və yeraltı təbii sərvətlər ölkəmizə çox böyük iqtisadi fayda gətirəcək: “Buradan əldə edilən gəlirlər Qarabağın bərpası və yenidənqurması üçün böyük töhfə verəcək.

Ermənistanın isə gəlirləri xeyli azalmış olacaq. Onsuz da iqtisadiyyatı dağılmış, defolt həddinə gəlmiş ölkə üçün bu, daha bir sarsıdıcı zərbədir. Ermənilərin yaşamasına icazə verilən ərazilərimizdə siyasi olduğu kimi, iqtisadi hakimiyyət də Azərbaycana məxsus olacaq.

Ermənistanla bu bölgənin heç bir iqtisadi bağlılığı ola bilməz. Yalnız burada yaşayan ermənilərə sosial yardımlar mümkündür. Ermənistana gedib-gələn ermənilər özləri ilə bir neçə şey aparıb gətirə biləcək. Bu da nəzarət altında olacaq”.

İsmayıl Qocayev

«Şərq» qəzeti

Su ehtiyatlarımız da «işğal»dan qurtuldu — RƏY

Elçin Bayramlı: «Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik»

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su anbarlarına nəzarətin ələ keçirilməsi, ölkədə olan su çatışmazlığını aradan qaldıra biləcək. Yəni daha əvvəlki illərdə olduğu kimi su problemi yaşanılmayacaq. Ancaq həmin su anbarlarının suyundan istifadə etməkdə tələsmək olmaz. Zamanla su təmizlənməli və istifadəyə yararlı vəziyyətə düşməlidir.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı «Şərq»ə açıqlamasında vurğulayıb ki, Azərbaycanın su resurslarının çox əhəmiyyətli bir hissəsi, həm təbii çaylar, göllər, həm də süni yaradılmış su anbarları Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində idi. O qeyd edib ki, məhz buna görə də son dövrlər su təchizatında, xüsusilə də suvarmada böyük çətinliklər yaranırdı:

«Lakin ərazilərimizin azad olunmasından sonra bu sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşacaq. Belə ki, təkcə Xudafərin, Qız Qalası, Sərsəng və Suqovuşan su anbarları çox nəhəng tutuma malikdirlər. Bu su ehtiyatı ilə 15-20 rayonda, çox böyük torpaq sahələrində aqrar sektorun suvarma məsələsi və əhalinin içməli su ilə təminatı həll olunacaq. Bundan başqa, təbii çaylar, göllər, yeraltı su hövzələrindən də istifadə olunacaq. Məlum olduğu kimi, ermənilər işğal olunmuş ərazilərdə ekoloji fəlakət törədiblər, bir çox çayların məcrasını dəyişib, onların suyunu borularla kollektorlara və kiçik elektrik stansiyalarına yönəldiblər. Nəticədə, ərazidə quraqlıq və digər ekoloji problemlər yaranıb. Prezidentimizin dediyi kimi, bütün Qarabağ bölgəsi bərpa ediləcək və bu məsələlər də o çərçivədə həll olunacaq».

Elçin Bayramlı diqqətə çatdırıb ki, əsas məsələ ondadır ki, dünyanı su qıtlığı gözləyir:

«Belə bir vəziyyətdə isə su ehtiyatları çox olan ölkələr vəziyyətdən çıxa biləcək. Azərbaycan əhali sayına nisbətdə su ehtiyatlarının az olduğu ölkələrdəndir. Azərbaycanda ümumi su ehtiyatı 31, Gürcüstanda 63, Ermənistanda 8 kubkilometrdir. Yerli su ehtiyatlarına gəlincə, ölkəmizdə 10.3, Gürcüstanda 53.6, Ermənistanda 6.5 kubkilometr yerli su ehtiyatı var ki, bunun bir il ərzində hər bir nəfərə düşən hissəsi Azərbaycanda 1.03, Gürcüstanda 13.7, Ermənistanda isə 2.2 min kubmetrdir. Ölkəmizin hər kvadrat kilometrinə 119 min kubmetr yerli su ehtiyatı düşür. Gürcüstanda bu rəqəm 769 min, Ermənistanda isə 218 min kubmetrdir”.

«Azərbaycanın su mənbələrinin təxminən 70 faizinin ölkə sərhədlərindən kənarda formalaşdığı və Qarabağdakı su mənbələrindən istifadə edə bilməməyimiz şəraitində biz də təhlükə altında idik.

Lakin Qarabağın azad olunması bu problemin aradan qaldırılmasını təmin edəcək. İndi bizi, daha doğrusu, «Azərsu»nu və Su-Meliorasiya ASC-ni çox böyük işlər gözləyir. Ümidvaram ki, qısa müddətdə azad olunan ərazilərdə su sisteminin qaydaya salınması, bərpa olunması, yeni su anbarları, su kanalları və su kəmərlərinin çəkilişi kimi işlər həyata keçiriləcək.

Yaxın müddətdə biz ölkə olaraq iqtisadiyyatımızda, xüsusən aqrar sektorumuzda, həmçinin sosial həyatımızda bunun müsbət təsirini görə biləcəyik»- deyə, ekspert əlavə edib.

Aynurə Pənahqızı

https://sherg.az/xəbər/145232?fbclid=IwAR28Y8lbg5A6S3XWIDecoGSjSHed4j6NhJ7OT6bS-6QHbupMNVJcoKeXI0E

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? – ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.

İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.

Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.

Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html#gallery-3

Rusiyanı Azərbaycan və Ermənistanla nə bağlayır? — FAKTLAR

Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır.

Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. https://elchinbayramli.home.blog/2020/10/18/rusiya-kimi-daha-cox-silahlandirib-azərbaycani-yoxsa-ermənistani/ Bu yazıda isə Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.

Rusiyada azərbaycanlıların və ermənilərin sayı

Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.

Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.

Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.

Ruslar hansı ölkədə daha çox yaşayır?

Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.

Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.

Rusiya kiminlə daha çox ticarət edir?

2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.

Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.

Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.

Rusiyanın iqtisadi və investisiya göstəriciləri

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.

Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri «Qazprom», «Transneft» və «Lukoyl»dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.

Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri «Qazprom», «Rusiya Dəmiryolları», BTB», «Rusal» və Rosatom»dur.

Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?

Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.

Ermənistan bu göstəricidə 9-cu yeri tutur.

Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.

Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.

Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi

Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.

2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.

Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.

Elçin Bayramlı

Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.

https://sia.az/az/news/social/830867.html

Yollarımızı, küçələrimizi kim, necə və niyə dağıdır?

Son dövrlərlə ölkəmizin yol infrasturkturunda böyük işlər görülüb, magistrallar yenilənib, yeni yollar çəkilib. Görülən bu qədər işlərə, xərclənən bu qədər vəsaitə baxmayaraq bəzi yollarda problemlər yaranır ki, burada da əsas günah şirkətlərə, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür.

Belə ki, yollar və küçələr tərmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin yadına düşür ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəsi bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir.

Özü də, təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır. Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin material tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin torpağın üstündən keçəndən sonra onları qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir.

Elçin Bayramlı

SİA.AZ

Elçin Bayraml: “Qarabağ ölkənin 2-ci iqtisadi regionuna çevriləcək”

“Torpağı əkib becərməsən, qorumağa dəyməz, torpağı qorumursansa, əkib becərməyə dəyməz”

“Dədə Qorqud” filmində deyilən bu kəlamın həqiqətən Dədə Qorqud tərəfindən səsləndiyi, yoxsa filmin yaradıcı heyəti tərəfindən tapıldığını deyə bilməsək də, hazırda işğal altında olan ərazilərimizn azad edildiyi ərəfədə aktual olduğunu deyə bilərik. 30 ildir ki, təəssüflənirdik, münbit, bərəkətli torpaqlarımızın əlimizdən alındığını deyirdik. İndi isə məqam yaxınlaşır.

Dağlıq Qarabağ və ətraf bölgələr Azərbaycanın ən əlverişli, gözəl iqlim şəraitinə malik əraziləri sayılır. Quraqlıq probleminin aktuallaşdığı son illərdə bol sulu bu regionun ölkəmiz üçün əhəmiyyəti daha da artıb.

Ərazilərimizin işğaldan azad olunması Azərbaycana hansı iqtisadi üstünlükləri gətirə bilər? Həmin ərazilərdə hansı sahələrin inkişaf perspektivi var?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın 20 faizini təşkil edən 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur: “Təxmini hesablamalara görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər 300 milyard dollara bərabərdir. 30 ildə əldə edə biləcəyimiz gəlirlər də nəzərə alınarsa, bu zərər 500 milyard dollara yaxın olar. Biz bu qədər vəsaitlə dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik. Bundan başqa Qarabağ münaqişəsinin həllinə yönələn siyasi diplomatik məsələlərə, hərbi gücümüzün artırılmasına yönələn xərclərə də 10 milyard dollarlarla vəsait xərclənib”.

İqtisadçı hesab edir ki, işğal altında olan ərazilərimiz azad olunacağı təqdirdə ölkəyə verdiyi fayda regionlarımız arasında ikinci mövqeyə sahib olacaq: “Həmin ərazilərimizin həm iqlim, həm təbii sərvətlər, həm torpaq fondu cəhətdən Azərbaycanın ən yaxşı bölgəsi sayılır. Ərazinin çox böyük aqrar, turizm potensialı var. Sovet dövründə burada yüngül sənaye, turizm, tərəvəzçilik, üzümçülük, taxılçılıq inkişaf etmişdi. Heyvandalıq üçün də böyük potensial var. Bundan başqa Qarabağda dərman sənayesi üçün lazım olan faydalı bitgilər yetişir.

Bunun sayəsində orda dərman fabriki açmaq və təbii yolla alınan dərmanlar istehsal etmək olar. Bu ərazilər ölkənin qeyri-neft sektorunda böyük paya malik olacaq. Ərazidə böyük həcmli faydalı qazıntı imkanları var. Qısa bir müddətdə — 1-2 il müddətində ərazilərə investisiyalar yönəltməklə sosial-iqtisadi infrastruktur qura bilərik. Həm yerli, həm də xarici investorlar cəlb etmək olar. Oradakı yaşayış məntəqələrini bərpa etmək üçün 70-80 faiz bərpa işləri aparılmalıdır. Bunun üçün böyük bir maliyyə lazımdır. Hesab edirəm ki, dövlətin müvafiq ehtiyatları var.

Bizim 50 milyard dollarlıq strateji ehtiyatlarımız var, digər çoxsaylı fondlarımız var, bundan əlavə yerli investorlarımızın böyük imkanları var, xaricdə yaşayan azərbaycanlıların investisiya qoyması üçün dövlət stimullaşdırıcı tədbirlər görəcək, güzəştlər tətbiq olunacaq. Ermənilər qeyri-qanuni olaraq, xarici şirkətlərlə — Fransa, ABŞ şirkətləri ilə müqavilə bağlayaraq Kəlbəcərdəki qızıl məntəqələrində işləyir və böyük gəlirlər əldə edirlər. Bu mədənlər də böyük fayda deməkdir və Qarabağın bərpasında həmin mədənlərin böyük rolu olacaq”.

Elçin Bayramlı deyir ki, həmin ərazilərin 1 milyon nəfər məcburi köçkünün öz yurd-yuvasına qaytarılması da ölkəyə iqtisadi fayda gətirəcək: “Həmin əhalinin ərazilərə köçürülməsi həm də digər ərazilərdəki sıxlığı azaldacaq. Orda tikinti-quruculuq işlərinin aparılması məşğulluq imkanlarını artıracaq. Hesab edirəm ki, Azərbaycan hökuməti açıqlamasa da, onun Qarabağda sosial-iqtisadi infrastrukturu bərpa etməklə bağlı xüsusi hesablanmış, aydın proqramı var. Maksimum 2 il müddətində Qarabağda həm sosial-iqtisadi inkişaf, həm abadlıq baxımından çox böyük dəyişikliklər olacaq, dövlət büdcəsinin gəlirləri, ÜDM-də olan faizinə görə ikinci yerə malik ola biləcək”.

Xatirə Nəsirova

https://cebhe.info/isgala_son_bereketli_torpaqlar_bize_ne_qazandiracaq-238430

Uduzulmuş müharibə, çökmüş iqtisadiyyat, ümidsiz xalq

Elçin Bayramlı: “Ermənistan üçün artıq təslim olmaq vaxtıdır”

Sentyabr ayının 27-si səhər saatlarından Ermənistanın hərbi təxribatına Azərbaycanın əks- hücum əməliyyatları ilə cavab verməsi Yerevan üçün gözlənilməz oldu.

Müharibənin başlanmasında tək səbəbkar olan Nikol Paşinyan rejimi artıq məğlubiyyətin qoxusunu aldığı üçün bütün beynəlxalq qurumları və dövlətləri köməyə çağırır. Prezident İlham Əliyevin dediyi kimi, Paşinyanın zəng etmədiyi dövlət qalmayıb. Lakin Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan yalnız öz torpaqlarında döyüşü və onun azadlığı uğrunda mübarizə aparır.

Ermənistan əlindən gələn bütün təxribatları etsə də, bu ona heç bir kömək olmayacaq. Artıq Ermənistan ölkənin bütün sahələrində çöküş yaşayır. Bu həm iqtisadi-siyasi, həm hərbi, həm də psixoloji cəhətdən çıxılmaz duruma düşüb. Belə ki, Ermənistanın valyutası kəskin ucuzlaşıb, ölkədə daşınmaz əmlakın satış qiyməti və kirayəsi artıb və s.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı “Cümhuriyət”ə açıqlamasında Ermənistanın bir ay ərzində sonunu gətirəcək faktları sadalayıb:

“Azərbaycanla Ermənistanın müqayisəsini indi deyil, bundan əvvəl də aparsaq, görərik ki, bizdəki göstəricilər hər zaman 3- 5 dəfə yüksək olub. Məsələn, biz iqtisadi gücə görə 5 dəfə Ermənistandan üstünük. Orduda şəxsi heyətin və texnikanın sayı baxımdan bizim göstəricilər Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bunu beynəlxalq hərbi ekspertlər və iqtisadçılar deyir.

Hər bir müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Bizdə ümumi daxili məhsul (ÜDM) 70 milyard civarındadır. Ermənistanda isə bu göstərici təqribən 13 milyard civarındadır. Burda 5 qat fərq var. Bizim dövlət büdcəmiz 25 milyard, Ermənistanınkı isə 3.5- 4 milyarddır. Ermənilərin 2 milyard, bizim isə 50 milyard strateji rezervlərimiz var.

Bunlardan başqa ordunun silah- sursat bazasında bizim üstünlüyümüz daha çoxdur. Çünki bunlar çox bahalı avadanlıqlardır və böyük miqarda maliyyə tələb edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesablamalarına görə, Ermənistan iqtisadiyyatı yalnız bircə ay müharibəyə davam gətirə bilər. Bir aydan sonra ölkə tamamən iqtisadi və hərbi cəhətdən çökmüş olacaq.

Bundan əlavə, Ermənistanın tədiyyə balansında çox böyük biabırçı vəziyyət var. Belə ki, Ermənistanın tədiyyə balansında 3 milyard mənfi saldo var. Bunlar 2 milyardlıq məhsul ixrac edirlər, 5 milyardlıq isə alırlar. Hər il belə edirlər. Artıq Ermənistan müharibə vəziyyətində olduğu üçün ona kimsə borc verməyəcək. İndi Ermənistanın 5 milyardlıq idxala ehtiyacı varsa, eyni dərəcədə də ixrac etməlidir. Bu da mümkün deyil. Nəzərə alsaq, müharibə aparan dövlətə borc verilmir, onların bütün rezervləri  sıfıra enəcək. Ermənistanın məğlubiyyəti heç kəsə sirr deyil və dünya bunu gözəl bilir”.

Ekspert hesab edir ki, Qarabağdan Ermənistana qayıdan ermənilər Yerevan hökumətinin vəziyyətini daha da ağırlaşdıracaq: “Eyni zamanda hazırda Qarabağda məskunlaşmış ermənilər Ermənistana qayıdır. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün əlavə vəsaitə tələbat yaranacaq. Çünki onları ərzaqla, evlə və digər vasitələrlə təmin etmək lazım gələcək ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur. Yəni, hər cəhətdən Ermənistan çökmüş vəziyyətdədir. Faktiki olaraq ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstəici dünyada ən ağır vəziyyətdir.

Üstəlik beynəlxalq reytinq baxımından Ermənistanın durumu pisdir. Yəni onun müharibəni davam etdirməsi üçün heç bir imkanı yoxdur. Eyni zamanda, ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Ona görə də, Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev diktə etdi. Göründüyü kimi ermənilərin texnikaları da köhnəlib. Atdıqları raketlərin əksəriyyəti partlamır. Yeniləməyə isə imkanları yoxdur. Hətta cəbhədə əsgərlərin qaçmaması üçün zəncirlə bağlayırlar. Mülki əhalini yaşayış yerlərindən çıxmağa qoymurlar. İstəyirlər mərmiyə düşüb ölsün və dünyaya car eləsinlər ki, guya biz sivilləri öldürürük. Bunu erməni xalqı özü də görür. Ermənilər psixoloji cəhətdən də çox gərgindirlər. Ermənistan xarici siyasətdə də defolt vəziyyətindədir. Əllərindəki bütün dəstək imkanlarını itiriblər. Çarəsizlikdən artıq bilmirlər nə etsinlər”.

Elçin Bayramlı əlavə edib ki, çarəsiz qalan ermənilər son ümidi dezinformasiya yaymaqda və Azərbaycanın dinc sakinlərini hədəfə almaqda görürlər: “Ermənistan artıq çıxılmaz «dalana dirənib». Onun əlində qalan yeganə mübarizə elementi dezinformasiya və əks-təbliğatdır. Yəni bütün günü yalan xəbərlər yaymaqla məşğuldurlar. Görün nə vəziyyətdədirlər ki, deyirlər Suriya ordusunun xüsusi təyinatlıları gəlib Azərbaycanda döyüşür. Suriyada 10 ildən çoxdur müharibə gedir və ərazisinin 15 faizdən çoxu terrorçuların işğalı altındadır. Yəni Suriyanın özünə peşəkar döyüşçülər lazımdır. Məntiqi cəhətdən Suriyanın Azərbaycana xüsusi təyinatlı əsgərlər göndərməsi mümkün deyil. Üstəlik dünya ölkələrinin peyki var və belə vəziyyət olsaydı, görünərdi.

Hazırda iki ölkə arasında kiber müharibə gedir və bunda da biz qalib gəlirik. Çünki bizim kosmik fəzada peykimiz var və Qarabağda hər hərəkəti anında görürük. Ermənistanın isə belə bir imkanı yoxdur. Bircə Gürcüstandan gələn kabelin ümidinə qalıb. Orda da bir problem olan kimi Ermənistan informasiya məsələsində havada qalır. Yəni Ermənistanın prosesi idarə etmək imkanları yoxdur. Ermənistan son addım kimi dinc sakinlərimiz hədəf alır ki, bizi də əks zərbəyə məcbur etsin. Ona görə Daşkəsənə, Tərtərə, Naftalana, Gəncəyə, Mingəçevirə raketlər atırlar ki, biz də onların ərazisinə ataq. Lakin biz təxribata getmirik və Ermənistan ərazisində heç bir marağımız yoxdur.

Bizim tək istəyimiz işğal olunmuş ərazilərimizi azad etməkdir. Fikrimiz də qəti və açıqdır. Qarabağı azad edəndən sonra orada çoxdan yaşayan mülki əhali ilə də heç bir işimiz olmayacaq. Onlar istəsələr, Azərbaycan qanunları ilə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Yəni bu məsələdə sərbəstdirlər. Bizim məsələmiz işğalçı Ermənistan ordusu ilə və Dağlıq Qarabağdakı terrorçu rejimlədir. Ermənistan bizim mülki şəhələrimizə raket atdıqca biz də onların həmin atəş nöqtələrini vuracağıq. Ermənistan üçün artıq təslim olmaq vaxtıdır. Qələbə Azərbaycanındır”.

Əli Bədir

https://cebhe.info/ermenistan_bu_gun_caresiz_hokumet_cokmus_iqtisadiyyat_umidsiz_xalq-237923

Elçin Bayramlı: “Keyfiyyətli çay xaricə, zay məhsul isə bizə satılır”

Xəbər verdiyimiz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb.

KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq. Əvvəlcə, onu qeyd edək ki, bu sahə üzrə ciddi çatışmazlıqlar var.

Belə ki, Azərbaycanda çayçılıq artıq əvvəlki qədər inkişafda deyil. Həmçinin, çaylarla bağlı digər problemli məsələ odur ki, bu gün içdiyimiz çayların əksəriyyətində rəng var.

Bu insan orqanizminə olduqca ziyanlıdır. Həmçinin, yerli istehsalçılara şərait yaradılmır. Bu necə tənzimlənməlidir? Azərbaycan çayı şöhrətini geri qaytara bilərmi? Sadalanan problemlər həllini necə tapacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı Elçin Bayramlı bildirib ki, son 30 ildə çayçılıq da tənəzzül başlayıb:

“Qeyd edim ki, iqisadiyyat üçün çayçılıq çox əhəmiyyətli sahələrdəndir. Çünki, bizim aqrar sektorun vaxtilə böyük şöhrət qazanmış, yaxşı gəlir gətirmiş, böyük potensialı olan əsas sahələri arasında çayçılıq da var. Çayçılığın inkişafı ötən əsrin 20-ci illərindən başlayıb. Çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1930-cu illərdə başlanılıb. Getdikcə, bu sahədə böyük inkişaf baş verdi. Artıq 70-ci illərdə çay plantasiyalarının 13 min hektara, yaşıl çay yarpağı istehsalı 35 min tona çatmışdı. 14 çay emalı fabriki, 2 çay paketləyici fabrik fəaliyyət göstərirdi ki, bu müəsisələr respublika əhalisinin quru çaya olan ehtiyacının 70 faizinin ödəyir, üstəlik İttifaq respublikalarına və xarici ölkələrə idxal da edilirdi. Çayçılıqda biz keçmiş SSRİ üzrə Gürcüstandan sonra 2-ci yeri tuturduq və bu sahədən respublikamız yüksək gəlir əldə edirdi.

Təəssüf ki, sonralar çayçılıqda tənəzzül başladı. Təsəvvür edin ki, 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdü. Yəni, çay əkini sahələri 25 dəfə, çay istehsalı isə 70 dəfə azalmışdı ki, bu da çayçılığın tam sıradan çıxması demək idi. Artıq ölkənin tələbatının demək olar ki, 99 faizi idxal hesabına ödənilirdi. Təəssüf ki, subtropik zonalarda yaşayanlar çay əkin sahələrini tərəvəz sahələri ilə əvəzlədilər, çayçılığa maraq tamam itdi, dövlət isə bu gəlirli sahənin bərpasına inkişafına çox gec fikir verdi.

2012-ci ildə «Çayçılıq haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu sahənin dirçəldilməsi dövlət səviyyəsində işlər isə yalnız 2016-2017-ci illərdən etibarən görüldü. Lakin hələ də, 50 il qabakı səviyyənin 10-da 1-nə qayıda biməmişik. Keçən il çay idxalı, ixracı 10 dəfə üstələyib. 2018-ci ildə «Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı» təsdiq edildi. Artıq bu sahədə ciddi işlərə başlanır, ümid edirəm ki, qısa müddətdə çayçılıq sektorunun keçmiş nüfuzunu bərpa edə biləcəyik və qeyri-neft sektorunda ölkəmizin əsas gəlir mənbələrindən birinə çevriləcək. Bu sahənin bərpası, əlbəttə, xeyli insanın işlə təmin olunması və həmin bölgələrin iqtisadi-sosial inkişafına da müsbət təsir edərdi”.

Sosioloqun fikirlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi çayların keyfiyyətinə nəzarət etmir:

“Bu gün satışda olan çaylara gəldikdə, deməliyəm ki, onların əksəriyyəti keyfiyyəsiz, kimyəvi maddələrlə zəngin, təbiiliyi və özünəməxsus dadı qalmamış çaylardır. Bu da təbii ki, orqanizmə zərər vurur. Xüsusən də, ucuz qiyməti olan çaylar. Məlum olduğu kimi, əsl çay minimum 10-15 dəqiqə dəm aldıqdan sonra rəngli olur. İndiki çayları isti suya atılan kimi dərhal rəng alır. Bu, ola bilməz, demək konkret kimyəvi boya vurulub. Paket çaylar daha təhlükəlidir. Çay stəkanda və ya dəm çaydanında 5-6 saat qalandan sonra elə vəziyyətə düşür ki, adamın ürəyi bulanır. Kimyəvi boyanı stəkandan yuyub təmizləməkk çətin olur. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bu məhsulların keyfiyyətinə nəzarət etmir. Nəticədə, insanlarımız həm pul verirlər, həm də xəstəlik qazanırlar. Buna ciddi nəzarət olunmalıdır”.

O qeyd edib ki, Azərbaycanda bu sahəyə daha çox diqqət ayrılsa, həm iş yerləri artar, həm ciddi rəqabət mühiti formalaşar:

“İstehsalda rəqabət məsələsinə gəldikdə, təəssüf ki, bu sahədə də ciddi problemlər var. Belə ki, “Azərsun” digər qida məhsullarında olduğu kimi, bu sahədə də monopoliya yaratmağa cəhd edir. Halbuki, istənilən sahənin inkişafı üçün orda sağlam rəqabət olmalı, çoxsaylı şirkətlər fəaliyyət göstərməlidir. Bundan başqa, kiçik və orta təsərrüfatlara dəstək verilməlidir. Xüsusən də, güzəştli və uzunmüddətli kreditlər ayrılmalıdır. Çünki, çay bitkisinin məhsul verməsi üçün 7-8 il vaxt tələb olunur. Lakin, məhsula düşəndən sonra çay kolları 50-100 il məhsul verir.

Mütəxəssislərin rəyinə görə, ölkəmizdə 20 min hektardan çox ərazi çay becərilməsinə imkan verir. Bu, az olmasa da, çox da deyil. Ona görə də, həmin torpaqlarda başqa bitkilərin əkilməsinə yol verilməməlidir. Çayçılıq təkcə əkin sahəsi demək deyil, bu həm də sənaye sahəsidir. Plantasiyalar artsa emal fabrikləri də artacaq və aqrar-sənaye zənciri yaranacaq. “Azərsun” bir neçə çay fabriki açıb, çayı xaricdən idxal edir, burda sadəcə paketləyir. Bu çaylardan müəyyən hissəsi, düzünü desək, keyfiyyətli olan hissəsi reeksport olunur, ölkə bazarına isə keyfiyyətsiz, ucuz məhsullar ötürülür. Mən özüm və dostlarım xarici ölkələrdən “Azərsun”-un çaylarını alıb içmişik, onlar həm dadı, həm ətri, həm dəmləmə vaxtı cəhətdən burada satılan çaylarından tamam fərqlidir. Belə çıxır ki, keyfiyyətli məhsul xaricə, zay məhsul vətəndaşlarımıza satılır.Bu necə yanaşmadır?

Çayçılıq üçün gözəl imkanlara malik olan Azərbaycanın xaricdən çay almaq üçün ildə 50 milyon dollar xərcləməsi arzuolunan deyil. Əgər çayçılığa dövlət səviyyəsində diqqət artırılsa, bu sahədə monopoliya cəhdləri aradan qaldırılsa, sizi əmin edirəm ki, tezliklə bu sektorda çox ciddi inkişaf əldə olunar, nəinki özümüzü tam təmin edə bilərik, xaricə də baha qiymətə keyfiyyətli məhsul ixrac edə bilərik. Beləliklə, işsizlik probleminin həllindən tutmuş, dövlət büdcəsinin artmasına qədər çox sahədə yaxşı nəticə əldə olunar”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində yaşıl çay yarpağı istehsalı 759.3 ton olub. Bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 30.7% çoxdur. 2019-cu ildə yaşıl çay yarpağı istehsalı 929.4 ton olub.

Naibə

https://cebhe.info/cay_nedi_say_nedi_ldquo_keyfiyyetli_cay_xarice_zay_mehsul_ise_bize_satilir_rdquo-235308

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? — ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb.

Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.
İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.
Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.
Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html

Bizi aparan yollar…

…kimlər tərəfindən, necə və niyə dağıdılır?

Nəqliyyat Nazirliyi, «Azəravtoyol» və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir

Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların əksər hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub.

Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Təkcə Avropada 50-dən artıq ölkə olduğunu nəzərə alsaq, bu, çox yüksək nəticə sayılır. Lakin dövlət büdcəsindən milyardlarla vəsait xərclənərək düzəldilmiş yollar qısa müqdətdə sradan çıxır. Burada əlbəttə, yolların keyfiyyətsiz çəkilişi, nəzərdə tutulan bitumun və s maddələrin oğurlanması ilə yanaşı başqa məsələlər də var ki, bu yazıda onlara toxunacağıq.

Bəri başdan deyək ki, burada əsas məsuliyyət Azəravtoyolla yanaşı, həm də şirkətlərin, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür. Belə ki, yollar və küçələr təmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin «yadına düşür» ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəni bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar (qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir. Digər yollarda da belədir. Bu yük maşınlarına DYP heç bir söz deyə bilmir, sanki qanunlar onlara aid deyil. Belə məlum olur ki, həmin maşınlar böyük məmurların şirkətlərinə məxsusdur.

Təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır.

Hazırda da hər gecə həmin yolla normadan ikiqat artıq yüklənmiş və mühərrikin çəkib apara bilmədiyi ağır yük maşınları zarıya-zarıya, guruldaya-guruldaya sürü şəklində fasiləsiz keçərək paytaxın düz mərkəzinə daxil olurlar. Belə bir hala dünyanın heç bir paytaxtında rast gəlmək olmaz. Təsəvvür edin ki, Moskvada belə maşınlar Kremlin yanında gəzib dolaşır… Bu, adamın heç ağlına belə gələ bilməz. Lakin, Bakıda hər şey ola bilər…
Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum çınqıl, və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin materiallar tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin qum-çınqılın üstündən keçəndən sonra onlar qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir. Dövlətimiz pulu yerdən yığmır, bu pullar xalqın böyük əziyyəti hesabına toplanır. Həmin pulları boşa verənlər cavab verməlidir.

Elçin Bayramlı
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

Sosioloq: «Qaz yerinə hava verilir»

Elçin Bayramlı: “Bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır”

Xəbər verildiyi kimi, “Azəriqaz” İstehsalat Birliyi yeni islahatlara başlayır.

Belə ki, “Azəriqaz” İB-nin tərkibində qazın satışı və istismarı üzrə iki departament yaradılır. Məlumata görə, hazırda mövcud olan 8 Regional Qaz İstismarı İdarəsi (RQİİ) ləğv olunur. Onların bazasında Bakıda yerləşəcək Regionlar üzrə Qazın Satışı və İstismari (QSİ) Departamenti yaradılır.

Rayonlarda əvvəlki qaydalara uyğun Qas İstismar Sahələri yaradılacaq. Həmin sahələr birbaşa “Azəriqaz”a deyil, Regionlar üzrə Qazın Satışı və İstismari(QSİ) Departamentinə tabe olacaq, Departament isə “Azəriqaz”a”. Ekspertlər hesab edir ki, “Azəriqaz” SOCAR tərkibindən çıxmasa apardığı islahatların heç bir nəticəsi olmayacaq. Çünki qazın hasilatı ilə satışı bir əldə cəmləşə bilməz.

“Altay” Sosial- İqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında problemi “Azəriqaz”ın ARDNŞ-in tərkibində qalmasında deyil, sayğaclarda gördüyünü bildirib:

““Azəriqaz” bütün fəaliyyəti boyu istehlakçıların zərər çəkməsinə, onların əlavə problemlərlə qarşılaşmasına səbəb olub. Onun ARDNŞ-in tərkibində olub-olmaması burada heç bir rol oynamır. Problemlərdən birincisi smart sayğaclardır. Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Bundansa analoq sayğaclar qoyulmalıdır. Bundan əlavə, bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda “Azəriqaz” onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər. Keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur. Bundan başqa, xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur”.

Sosioloq “Azəriqaz”ın əlaqə vasitələrinin olmamasının da ciddi narahatlıq doğurduğunu vurğulayıb:

“Daha bir problem isə “Azəriqaz”ın telefonlarının olmamasıdır. Hər hansı bir problem, qəza baş verəndə “Azəriqaz”la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Mən uzun illərdir Rabitə və Yüksək Texnologiyalar Nazirliyini “Azəriqaz”ı telefonlaşdırmağa çağırıram. Hərçənd onlar deyirlər ki, “Azəriqaz»ın telefonları var. Amma necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən “Azəriqaz” dünyada analoqu olmayan dövlət təşkilatıdır. Dediyim məsələlər həll olunmasa, qazın satışının başqa cür formada həyata keçirilməsi heç nəyi dəyişməyəcək. Yəni bunlar həll olunmasa, işə yanaşma dəyişməsə, yuxarı orqanın ciddi nəzarəti təmin olunmasa, abonentlərin hüquqları qorunmasa, kosmetik dəyişikliklərin, strukturun başqa cür qurulmasının heç bir xeyri ola bilməz”.

Əli Bədir

Cebhe.info

Anbarda qalan 10 milyon maska: Yerli maska niyə satılmır?

Elçin Bayramlı: «Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır»

Azərbaycanda bir qədər əvvəl koronavirusla əlaqədar olaraq istehsalına başlanmış gigiyenik maskaların satışında ciddi problem yaranıb.

“Bakı Tikiş Evi”nin sahibi Səkinə Babayeva istehsal etdikləri maskaların satışında problem olduğunu bildirib. İstehsalçının sözlərinə görə, vergidən yayınmaqla gömrükdən keçirilən tibbi maskalar ucuz gətirildiyi üçün ölkədəki satışı əngəlləyir.

Xanım istehsalçı istehsal etdikləri yerli maskanın xaricdən gətirilən maskalardan daha keyfiyyətli olduğunu da iddia edib. Səkinə Babayevə hazırda anbarda 10 milyon maskanın müştəri gözlədiyini bildirib.

Maraqlıdır, hər ikisi də 30 qəpiyə olduğu halda nəyə görə yerli deyil, xarici maskalara üstünlük verilir?

Məsələyə münasibət bildirən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında deyib ki, yerli maskaların satılmamasında bir nömrəli səbəbkar istehsalçı müəssisənin özüdür:

“Hamı maskadan istifadə edir və bu məcburidir. Biz həmin istehsal müəssisəsinin gündəlik istehsal həcmini bilmirik. Ola bilər ki, təklif tələbdən artıqdır. Ola bilər ki, ilkin istehsalda xaricə ixrac etmək də nəzərdə tutulub və indi edə bilmirlər. Nəticədə məhsul anbarda qalıb. Daha bir səbəb isə insanların özlərinin maska hazırlaması ola bilər. İnsanların maddi gəlirlərinin azaldığını da hesaba qatsaq, bu, normaldır.

Başqa bir təsir gömrükdən müxtəlif üsullarla maska keçirilməsi ola bilər. Səbəb isə xaricdə həmin tibbi maskanın çox ucuz olmasıdır. 3-5 qəpiyə olan maska ölkəmizə gətirilib 30 qəpiyə satılır.

Məsələnin digər tərəfi tibbi maska istehsal edən “Bakı Tikiş Evi”nin xaricə maska ixrac edə bilməməsidir. Buna səbəb nədir? Əgər məhsulu keyfiyyətlidirsə, asanlıqla xaricə ixrac edə bilər. Çünki dünyanın hər yerində karantin şərtləri hakimdir və hər kəs maska taxır. Demək yerli istehsalımız keyfiyyətli deyil. Əgər rəqabətə davamlı olsaydı xaricə satmaq da asan olardı.

Pandemiyadan əvvəl sadə tibbi respiratorlar 10- 15 qəpiyə satılırdı. Özü də xaricdən gətirilirdi. Necə olur ki, yerli istehsalımız 30 qəpiyə satılır. Axı yerli istehsal xaricidən ucuz olmalıdır. Əgər məqsəd yalnız pul qazanmaqdırsa, daha bunun harası yerli istehsal oldu? Əvvəl xaricdən gətirilib 10 qəpiyə satılan maska indi yerli istehsal olduğu halda hansı iqtisadi əsasla 30 qəpiyə satılır? Üç dəfə bahalaşma- bu cinayət faktıdır. Çindən gələn maskalar bütün gömrük ödənişlərinə və digər vergilərə baxmayaraq 10 qəpiyə satılırdı. Bu, vəziyyətdən istifadə edərək külli miqdarda pul qazanmaqdır.

Gömrük nəzarətsizliyinə gəldikdə isə, əgər gömrük haqqında belə iddialar varsa, niyə araşdırma aparılmır? Amma yenə də xaricdə maskanın ölkəyə gəlməsinə də şərait yaradan “Bakı Tikiş Evi”dir. Əgər bu keyfiyyətli maska istehsal edib ucuz satsa, bu rəqabətə heç bir idxalçı monopolist dözməz. Məqsəd yerli istehsaldırsa, fabrik buna getməlidir. Yəni yerli istehsal elə olmalıdır ki, əhali də ona maraq göstərsin. Bütün bu problemlərin yeganə səbəbi “Bakı Tikiş Evi” özüdür. Əgər belə olmasaydı, xaricdən müxtəlif xərclər ödəməklə ölkəyə maska gətirənlər bu rəqabətə dözə bilməzdi”.

Əli Bədir

Cebhe.info

Sosioloq: BNA rəhbərliyi istefa verməlidir

Elçin Bayramlı: “Bu, həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır”

Bu sözləri sosioloq Elçin Bayramlı Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayevin taksilərlə bağlı açıqlamasını PİA.az-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri Hikmət Babayev «Arb24″ün efirində sosial ayrıseçkiliyə yol açan fikirlər səsləndirib. Şöbə müdiri bildirib ki, ancaq imkanlı adamlar taksidən istifadə etməkidir. Aztəminatlı ailələr isə avtobusdan istifadə etməlidir: “Taksilərin qiyməti az qala avtobus qiymətinə bərabərləşib. Yəni bu belə olmalı deyil. Taksidən istifadə etmək əvvəllər olduğu kimi müəyyən imkanlara bağlı olmalıdır”.

Normalda dövlət həmişə rəqabətin və ucuzluğun yaranmasına çalışmalıdır. Rəsmi dövlət qurumunun bu açıqlaması hansı anlama gəlir? BNA-dan gələn bu açıqlama ölkədə bəzi məmurların monopoiyaya can atmaq və faktiki olaraq sosial bərabərsizlik formalaşdırmaq kimi dəyərləndirilə bilərmi?

Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

BNA-nin fəliyyətinin ölkəyə xeyir yox, zərər verdiyini vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir:

“Əvvəla qeyd edim ki, bu həddən artıq biabırçı, rüsvayçı açıqlamadır və aztəminatlı əhalinin birbaşa və konkret təhqir olunmasıdır. Məhz bu səbəbdən bu gülünc açıqlama ictimaiyyətin qəzəbinə səbəb olub və yüz minlərlə insan bunu sosial şəbəkələrdə, mətbuatda açıq ifadə ediblər. Belə bir açıqlamanı verən məsul şəxs dərhal işdən azad edilməli, BNA rəhbərliyi istefa verməlidir. Xüsusilə də ona görə ki, BNA-nın yaratdığı şərait həm xalqa, həm də dövlətə zərər vurur. Daha az avtobusla daha çox sərnişin daşıyaraq daha çox gəlir əldə etmək həvəsi həm virusun yoluxmasını artırır, həm xəstə və yaşlı vətəndaşların böyük əziyyətlə mənzil başına getməsiə səbəb olur. Bu vəziyyəti hesab edirəm ki, BNA qəsdən təşkil edib, çünki bu vəziyyətin başqa izahı yoxdur və ola da bilməz.

Əgər biz bazar iqtisadiyyatı adı verilən kapitalizm sistemində yaşayırıqsa, bu sistemin 2 təməl qanunu var: tələb-təklif, bir də azad rəqabət. Taksi sektorunda bu 2 tələbə riayət olunduğu üçün burada çox yaxşı bir mühit yaranıb. Qiymətlər həddən artıq münasib və hamı üçün əlçatan, rəqabət aparan şirkətlər çox, xidmət də əla. Üstəlik on minlərlə insan özünü işlə təmin edib və bu da sosial narazılığı azaldır. Bu vəziyyətdən narazılıq etmək yumşaq desək anormallıqdır. Bu sektor özəl şirkətlərdə və fiziki şəxslərin sahəsi olmalıdır, dövlətin bu sektora müdaxiləsi, yəni bazar iştirakçısı kimi fəaliyyəti yolverilməzdir.

Bu halda azad rəqabət qanunu pozulur. Ona görə də, dövlət bu sektorda iştirakçı olmamalı, sadəcə nəzarət edici və tənzimləyici orqan funksiyasını yerinə yetirməlidir. Nəzarət deyərkən də qiymətlərə qarışmaq, əlavə bürokratik əngəllər yaratmaqdan yox, sadəcə vətəndaşların hüququnun pozulması və onların aldadılmasının qarşısının alınmasından söhbət gedə bilər.

Kütləvi ictimai nəqliyyatda isə tam əksinin olması məqsəduyğundur. Çünki kütləvi sərnişin daşımaçılığı strateji sahədir. Ona görə də, yerüstü və yeraltı nəqliyyatda sərnişin daşımaçılığında dövlətə ya da bələdiyyələrə üstünlük verilməlidir. Əksər ölkələrdə belədir. Yaxşı olardı ki, müvafiq orqanlar vətəndaşların razı qaldığı, on minlərlə insanın özünə iş yeri tapdığı taksi sektoruna müdaxilə etməkdənsə, vaxtilə naməlum səbəbdən və cinayətkarcasına məhv edilmiş ekoloji təmiz, ucuz və dözümlü nəqliyyat vasitələrinin- tramvay, trolleybus və şəhərətrafı elektrik qatarlarının bərpasına girişsinlər.

Dünyanın bütün mədəni ölkələrində bu nəqliyyat sistemləri uğurla fəlaiyyət göstərir. Bizdə isə, onlar kimlərinsə biznes maraqları naminə ləğv edildi, nəticədə həm sərnişindaşımada xaos yarandı, həm şəhərlərin ekoloji mühitinə çox ağır zərbələr vuruldu, həm də sərnişindaşıma qiymətləri daha yüksək olan avtobusların ümidinə qaldıq. 10 ildən çoxdur tramvay və trolleybusun bərpa olunacağı haqda boş vədlər dövriyyəyə buraxılsa da bu istiqamətdə bircə addım da atılmayıb. Bakı-Sumqayıt xəttəində elektrik qatarı buraxmaqla işlərini bitmiş hesab ediblər, halbuki Sovet vaxtı Bakı ətrafı, Abşeronun bütün kənd və qəsəbələrinə çoxsaylı marşrutlarla elektriçkalar işləyirdi və onlar ildə milyonlarla sərnişin daşıyırdılar.

Bu nəqliyyat sistemləri bərpa olunsa paytaxtdakı dəhşətli təxac və iflic olmuş şəhər küçələri problemi də həllini tapar. Vətəndaş taksiyə o vaxt ehtiyat duymaz ki, başqa paytaxtlarda, iri şəhərlərdə olduğu kimi müasir, rahat və sərfəli nəqliyyat vasitələri sistemi olsun. Yoxsa sərnişin yarım saat- bir saat ayaqüstündə, sıxlıqda əzabla niyə getməlidir ki?

Məsələn baxsınlar, Moskvaya, Kiyevə, Romaya, İstanbula, Minksə, Berlinə və s. Avropanın ən böyük şəhəri olan Moskvada ətrafı ilə birlikdə 25 milyonadək insan yaşayır, amma heç orada Bakıdakı kimi dəhşətli tıcaxlar olmur. Eləcə də digər şəhərlərdə. Səbəb sadəcə, müxalif nəqliyyat sistemlərinin olması və onların optimal idarə olunmasıdır.

Daha bir maraqlı məqam isə odur ki, avtobuslar daha bahalı yanacaq olan benzin və dizellə işləyəndə və indikilərdən daha az sərnişin götürəndə gediş haqqı 20 qəpiklə işləyə bilirdilər, amma indi yeni avtobuslar daha çox sərnişin daşıyır 2-3 dəfə azxərcli yanacaqla işləyir, amma 30-40 qəpiklə işləyirlər. Bu paradoksu nə ilə izah edə bilərlər ki? Heç nə ilə. Səbəb sadəcə daha çox gəlir əldə etməkdir vəssalam.

Yeri gəlmişkən, 100 milyon xərc çəkilib qurulan nəqliyyatın “intellektual” idarəetmə sistemi necə oldu? Əlbəttə, dövlətin pulu batıb getdi. Bütün bunları onu göstərir ki, BNA ölkəyə xeyir yox, zərər verir. Bu agentlik ləğv olunmalı ya da onun rəhbər heyəti istefaya göndərilməlidir.

Onu da qeyd edim ki, bunlar marşrutları qəsdən elə qurublar ki, bir yerdən digərinə getmək üçün 90 faiz hallarda azı 2 avtobus dəyişməlisdən. Yəni məqsəd hər sərnişindən daha çox pul çıxarmaqdır. Sərnişin həm 2 qat xərcə düşür həm vaxtı enerjisi əsəbi gedir”.

Nərminə Umudlu

pia.az

«Əhaliyə qarşı “yağ terroru” gedir»

Elçin Bayramlı: «Mağazalarda yağların qiymətləri açıq cinayətin göstəricisidir»

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

Azərbaycan aqrar potensialı olan ölkə sayılsa da, əksər kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılı vəziyyətdədir. Bu sahənin inkişafına qoyulan vəsaitlərin hələ ki, ciddi effekt vermədiyi isə ilbə-il artan idxal göstəricilərindən aydın olur. İdxalı artan məhsullardan biri də kərə yağıdır.

2020-ci ilin yanvar-iyul aylarında kərə yağı və süddən hazırlanmış digər yağların idxalı 37,7% artıb. Bu ilin 7 ayında 50 957 min ABŞ dolları (36,6% artım) dəyərində 10 300 ton (37,7% artım) kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Xatırladaq ki, 2019-cu ilin yanvar-iyul aylarında 37 305 min dollar dəyərində 7 482 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

Ölkəmizdə kərə yağının istehsalı hansı durumdadır, niyə idxal göstəricilərinin ciddi şəkildə artımı müşahidə olunur?

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyir ki, Azərbaycanda yağ istehsalının aşağı olmasının bir sıra səbəbləri var: “Texniki əkinlərin, xüsusilə pambıqçılığın inkişafı heyvandarlıq sahələrinin hesabına baş verdi. Örüş yerlərində pambıq əkilməsinə başlanması kiçik sahibkarlara böyük ziyan vurdu. Onların süd istehsalı əhəmiyyətli dərəcədə azaldı. Pambıqçılığı boş sahələrin hesabına inkişaf etdirmək əvəzinə heyvandarlıq sahələrində həyata keçirdilər”.

Elçin Bayramlı deyir ki, ölkədə kərə yağının təbii istehsal imkanları olmadığına görə, suni yollarla yağ istehsalına önəm verilir: “Məsələn, hər il ölkəyə 60-70 min ton palma yağı gətirilir. Bu təbii yolla yağ istehsalından qat-qat ucuz başa gəlir. Süddən yağ istehsal edilən zaman onu qiyməti 17 manatdan aşağı olmur. Bu da bizim istehlakçılar üçün əlçatan deyil. Buna görə də xaricdən palma yağı, quru süd, kimyəvi maddələr idxal olunur və onlardan kərə yağının dadına oxşayan keyfiyyətsiz yağlar istehsal olunur. Hətta mağazalarda 3 manata da yağlar var”.

Ekspertin sözlərinə görə, xaricdən gətirilən yağların da əksəriyyəti keyfiyyətsizdir: “Təbii kərə yağlarını yalnız Belarus mağazalarında tapmaq olur ki, onların qiyməti də 18-19 manatadır. Bunu da əhalinin 95 faizi ala bilmir. Bitki yağları da saxta və zəhərlidir. Çünki 2-3 manata bitgi yağının istehsalı nəzəri cəhətdən də mümkün deyil. Günəbaxan tumunun kiloqramı 2,5 manat olduğu halda 1,6 manata da günəbaxan yağları var. Bu necə ola bilər — bu qiymətin özü sübut edir ki, bu bitgi yağı deyil, tamamilə kimyəvi, zəhərli məhsuldur. Deyərdim ki, əhaliyə qarşı “yağ terroru” gedir. Qida Təhlükəsizliyi Agentliyi isə bununla mübarizə aparmaqdansa, kiçik, zəif sahibkarları cəzalandırmaqla məşğuldur”.

?

İqtisadçı deyir ki, mağazalara satılan digər süd məhsulları – pendir, şor, xamaların da böyük bir hissəsi saxtadır: “Üzərinə “İvanovka” və s. yazılan məhsulların hamısı kimyəvi maddələrdən hazırlanır. Pendirin kiloqramının 3-4 manata olması mümkün deyil, 20-30 qəpiyə xama satılır, halbuki xama ən bahalı süd məhsulu hesab olunur. Bu qiymətlər açıq cinayətin göstəricisidir”.

Eiçin Bayramlı bildirir ki, heyvandarlığın inkişafından nə qədər danışılsa da ölkədə nə ət, nə də süd istehsalı təlabatı ödəmir: “Ət idxalı da eyni ilə artmaqdadır. Kənd Təsərrüfatı Nazirliyi isə idxal monopolislərinə şərait yaratmaqla məşğuldur”.

Xatirə Nəsirova

Cebhe.info

Elçin Bayramlı: “Kriptovalyuta çox təhlükəli qlobal planın elementidir”

«Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər. Lakin bu pulun nəzarəti də öz dövlətimizdə olmalıdır. Əks halda istənilən dövləti çökdürə bilərlər»

Son zamanlar bitkoinin qiymətində yüksək artım müşahidə olunur.Belə ki, bitkoinin qiyməti 2019-cu ilin avqust ayından indiyədək olan rekordunu yeniləyib. 10 avqustda kriptovalyuta 12 min 45 dollar təşkil edib.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bitkoin kursunun dəyişməsinin siyasi oyun olduğunu deyib:

“Mən əvvəldən bu kriptovalyutalara qarşıyam. Bunların müxtəlif formaları var. Bu tip valyutalar, arxasında real dövlətlərin, real əmtəənin dayanmadığı, naməlum virtual bir sistemdir. Buna pul da demək olmaz.

Baxmayaraq ki, alınıb- satılır, lakin çox təhlükəlidir. Onun qiymətini süni artıb-azaltmaq mümkündür. Bu qlobal oyundur. Bir neçə il əvvəl onun qiymətini kəskin aşağı saldılar.

Bu kriptovalyutaların məqsədi ölkələri asılı salmaqdır. Yavaş-yavaş beynəlxalq pul sisteminə keçilir. Dövlətin əsas strateji silahlarından biri milli valyutalardı. Dövlətlərin xalqa nəzarətini əlindən almaq üçün bu sistem düşünülüb və tətbiq olunur. O da strateji planda çox təhlükəlidir. Ümumiyyətlə, Azərbaycan bundan uzaq durmalıdır. İmkan verməməliyik ki, Azərbaycanda alış-veriş onunla aparılsın. Bitkoinin qiymətinin artmasına qızılın və ya dolların kursunun dəyişməsinin aidiyyəti yoxdur. Sadəcə, bəzi mərkəzlər tərəfindən qlobal oyun oynanılır. Beləliklə, həm dünya əhalisinə nəzarət imkanları olur, yəni onların maliyyə resurslarını nəzarətdə saxlayırlar, həm də vətəndaşlara nəzarət mexanizmlərini dövlətin əlindən alırlar. O valyutalarla bağlı bizə qarşı da müxtəlif şirkətlər tərəfindən təzyiqlər var. O şirkətlərin də kimlərin və hansı qüvvələrin olduğu bilinir, məqsədləri də məlumdur. Bizim dövlət buna imkan verməməlidir. Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər.

Yəni bu pul milli olmalıdır ki, nəzarəti də öz dövlətimizdə olsun. Əks halda istənilən bir dövləti çökdürə bilərlər. Qlobal güclər kiçik dövlətləri özlərindən asılı salmaq, onlara maliyyə problemləri yaratmaq üçün bu oyundan istifadə edirlər. Ona görə də bu kriptovalyutalara etibar etmək olmaz. İstənilən zaman qoyulan pullar bir maxinasiya əsasında bata bilər və o zaman kimisə təqsirləndirmək mümkün olmaz. Bitkonin arxasında duran real cavabdeh yoxdur. Bitkoin əllə tutulacaq bir şey deyil. İnternetdə hava formasındadır. Ona görə də mən bu kriptovalyutalara qarşıyam. Onun kursunun dəyişməsi də bizi maraqlandırmamalıdır. Xarici valyuta istəyənlər arxasında real dövlətin dayandığı maliyyə vahidini ala bilər. Bu elektron valyuta oyunları elektron qumar kimi bir şeydir”.

Elçin Bayramlı bitkoini təbliğ edən iqtisadçıları da debata çağırıb:

“Qlobal maliyyə mərkəzləri heç bir iqtisadi qanunauyğunluğa baxmadan, tələb-təklif məsələsinə fikir vermədən istədikləri zaman kriptovalyutaların kursunu dəyişirlər. Onlar neftin, qızılın, digər valyutaların da qiymətini istədikləri kimi idarə edirlər. Bunu aşkar şəkildə, heç bir izah vermədən edirlər. 2016-cı ildə dolların süni balaşdırılması nəticəsində manatın da devalvasiyaya məruz qalması ilə biz milyardlarla pul itirdik. O zamanlar neftin də qiyməti əsassız şəkildə aşağı salınmışdı. Təsəvvür edin ki, 200-dək dövlət milyardlarla pul itirir, lakin bu maliyyə mərkəzləri qazanır. Məşhur iqtisadi jurnalın yaydığı məlumatda da göstərilir ki, böyük qlobal korporasiyalar milyardlar qazanıb. Yaxşı, necə olur ki, bu qlobal korporasiyalar heç bir iqtisadi böhrandan təsirlənmirlər, ancaq qazanırlar? Nəticədə isə bizim kimi ölkələr pul itirir. Bu açıq şəkildə yürüdülən qlobal terrordur. Virus da onlardan biridir. Eyni zamanda maliyyə, iqtisadi, siyasi və digər formalı terrorlar gedir. Yəni bütün sahələrdə terror gedir. Bu qlobal maliyyə mərkəzləri istəmir ki, onların nəzarətindən kənarda hər hansı bir maliyyə əməliyyatı olsun. Ona görə də dövlət bununla bağlı tədbirlər görməlidir.

İstəyərdim ki, bizim 50 milyardlıq strateji ehtiyatlarımız xaricdəki fondlardan çıxarılıb, dərhal ölkəyə gətirilsin. Çünki dünya bir tikan üzərindədir. Qlobal vəziyyət gərginləşərsə, bizim pullarımızı verməyə də bilərlər. Bu isə ölkəyə çox böyük təsir imkanı yaradar. Digər tərəfdən, əgər müharibə başlasa, o ehtiyatları bizə verməmək üçün deyə bilərlər ki, müharibə aparırsız, silah alacaqsız. Ona görə də vermirik. Yəni, müxtəlif bəhanələrlə o pulları bizə verməyə bilərlər və nəticədə biz məğlub ola bilərik. Ona görə də, bu pullar ölkəyə gətirilib əsasən qızıla çevrilməlidir. İkincisi, dövlət ölkədə gedən kriptovalyuta əməliyyatlarına nəzarət etməlidir. Çünki bu sistemdə işləyən şəxslər qlobal maliyyə mərkəzlərindən asılı vəziyyətə düşürlər. Onlara təzyiqlər oluna bilər. Qlobal maqnatlar kağız pul kütləsinə nəzarət edə bilmirlər. Lakin elektron valyutaya nəzarət edə bilirlər və istənilən halda blok qoya bilərlər. Xalq da o valyutalara etimad etməməlidir.

Azərbaycanda da qlobal maliyyə mərkəzlərinin sərəncamında olan iqtisadçılar var. Gecə- gündüz blokceyn texnologiyasını və onun üzərində yaradılan kriptovalyutaları tərif edib texnologiyanın inkişafında bir üstünlük kimi təbliğ edirlər. Bu məsələdən yayınmaq üçüdür. Elektron valyuta olacaqsa, o da dövlətin özünün olmalı və onun əli ilə idarə edilməlidir. Hər hansı bir iqtisadçı qaynağı bilinməyən kriptovalyutaları təbliğ edirsə, gəlib mənimlə debata çıxsın. Mən ona konkret suallar verəcəm. Qatant verə bilmədikləri şeyi insanlara məsləhət görməsinlər. Xalqı aldadıb strateji təhlükənin mərkəzinə atmasınlar”.

Əli Bədir

Cebhe.info

Ekspert “Azərsu”dan cavab gözləyir!- “Milyardlarla pul nəyə, necə xərclənib?!”

“Aidiyyəti orqanı problemlərin həllinə çağıran mənim kimi adamları susdurmağa çalışırdılar”

“Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar?!”

“Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”

Bakı Metropolitenində formalaşan qrunt sularından istifadə imkanları araşdırılacaq. Bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı”nda deyilir.Tədbirlər Planında Bakı Metropoliteni ərazisində yeraltı sular və yağış suları hesabına formalaşan qrunt sularının tullantı suları şəbəkəsinə axıdılmadan xaric edilməsi, həmin sulardan istifadə imkanlarının araşdırılması və müvafiq tədbirlər görülməsi nəzərdə tutulub.

Bundan başqa, Tədbirlər Planında alternativ mənbələrdən, o cümlədən, qrunt, təmizlənmiş tullantı, kollektor-drenaj sularından, balıqçılıq təsərrüfatlarında istifadə olunan sulardan və Xəzər dənizinin suyundan istifadə ilə bağlı təkliflərin və subartezian və artezian quyularının sifarişi, layihələndirilməsi, qazılması, istismarı qaydasının layihəsinin Nazirlər Kabinetinə təqdim edilməsi öz əksini tapıb.

Bu barədə «Sherg.az»a danışan “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, problem çoxdan həll olunmalı idi:

“Uzun illərdir, televiziya və mətbuatda bu təklifləri verirdik, yaxında problem yaranacağını deyirdik, lakin aidiyyəti orqanlardan reaksiya yox idi. Gərək ciddi problem yaranandan sonra işə keçələr? Qabaqcadan problemin yaranmasının qarşısını almaq olmazdımı?

Onlar bu işləri görməkdənsə, konkret problemlərin yaranacağını deyən və qabaqlayıcı tədbirlər görülməsinə çağıran mənim kimiləri susdurmaq üçün çalışırdılar. İndi cavab versinlər- milyardlarla pul hara, nəyə, necə xərclənib, niyə vaxtında qarşısı alınmayıb su böhranının?

Niyə kəndlərdə artezian qazdırmaq istəyən təsərrüfat sahiblərinə bürokratik maneələr yaradılıb və quyu qazılması üçün böyük qiymət qoyulub? Nə üçün dəniz kənarında su şirinləşdirici zavodlar tikilməyib? Niyə yaşayış məntəqələrinin və təsərrüfatların su təminatı üçün alternativ mənbələr və xətlər yaradılmayıb? Hər şeyə gərək prezident qarışa? Hər şeylə gərək dövlət başçısı şəxsən özü məşğul ola? Bəs aidiyyəti təşkilatların rəhbər şəxsləri nə işlə məşğuldurlar? Kabinetlərdə oturub qarnını və cibini yoğunlatmaqla deyil. Bu adamlar üzüsulu istefa verməli, dövlətdən taladıqları bütün sərvəti geri qaytarmalıdırlar”.

Ekspert sözügedən layihənin müsbət nəticə verəcəyinə inanır:

“Tədbirlər Planına gəldikdə, bir daha deyirəm, bu çox təqdirəlayiqdir və nəzərdə tutulanlar həyata keçirilsə, ölkəmizdə su problemi olmayacaq. Əhali də sudan qənaətli istifadə etməlidir. Suvarmada yeni qənaətcil texniki qurğular tətbiq olunmalıdır. Bir çox ölkələrdə hətta yağış suyunu yığıb istifadə edirlər. Bu problemin həlli üçün innovativ texnologiyalar tətbiq olunmalıdır.

Mümkün olan bütün yerüstü və yeraltı su mənbələrindən istifadə edilməlidir. Əlbəttə, təbii balansı pozmamaq şərtilə. Cənab Prezidentin sərəncamla təsdiq etdiyi Tədbirlər Planında nəzərdə tutulan 10 yeni su anbarı, artezianların qazılması və qrunt sularından istifadə, həmçinin dəniz suyunun şirinləşdirilməsi kimi tədbirlər təqdirəlayiqdir.

Sözsüz ki, bu sahəyə cavabdeh orqanlar indiyədək dövlətin milyardlarla pulunu havaya sovurduğuna bu işləri görsəydi bu gün su problemi yaranmazdı”.

Kənan Novruzov

https://sherg.az/xəbər/134108?fbclid=IwAR01XRNvMSP_8GqCjdSsEz9GvmjINrBLESB2P0xYSN0aF2U4RJUkr2lnHqk

Ətin qiyməti qalxır: Səbəb monopoliyadır

Elçin Bayramlı: “Alverçi və monopolist mafiyası dövlətə və xalqı ağır zərərlər vurur, iqtisadi sabotaj və sosial böhran yaradır»

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 45,9 milyon ABŞ dolları dəyərində 25,7 min ton ət idxal edib. Lakin bu idxala və yay mövsümü olmasına baxmayaraq, mal ətinin qiyməti artıb. Maraqlıdır, yay mövsümündə ətə tələbatın az olduğu halda qiymət artımı varsa, o zaman payız və qış aylarında daha böyük artımın şahidi ola bilərikmi?

«Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, payızda qiymətlərin daha da artacağı şübhəsizdir:

«Aydın məsələdir ki, yay mövsümündə ətə tələbat azalır. Bununla bağlı olaraq qiymətlər də azalmalıdır, nəinki artmalı. Əgər belə bir vəziyyətdə qiymət artırsa, payızda tələbat artanda qiymətin daha da yüksələcəyi şübhəsizdir. Bu vəziyyət heyvandarlıq sektorunun acınacaqlı vəziyyətə olmasının göstəricisidir. Hətta ət idxalının 37 faiz artması belə kömək etmədi. Bu o deməkdir ki, heyvandarlıqda, xüsusən ət istehsalında vəziyyət biabırçılıqdır. Heyvandarlığın tənəzzülə uğramasının bir çox səbəbləri var. Onlardan biri də örüşlərin, otlaq sahələrinin texniki bitkilərin, xüsusən də pambıqçılıq üçün ayrılmasıdır. Halbuki bu məqsədlə istifadəsiz torpaqlar ayrılmalı idi. Bir sahəni ləğv edib yerində ondan daha az gəlir verən sahənin yaradılması çox gülməlidir. Respublikamızda o qədər boş torpaqlar var ki, onlarda pambıq, tütün və s. texniki bitkilərin əkinlərini təşkil etmək olardı. Lakin məmurlar, rayon rəhbərləri özlərinə əziyyət verməyiblər. Axı həmin sahələrə su çəkilməlidir, müəyyən infrastruktur qurulmalıdır. Ondansa hazır münbit otlaq sahələrini götürüb pambıq əkini ediblər».

Heyvandarlığın tənəzzülə uğradığını deyən ekspert bunun digər səbəbini bu sahədəki monopoliyada görür: «Digər bir səbəb də, ət sahəsindəki monopoliyadır. Təsəvvür edin ki, respublikanın bütün rayonlarından, xarici ölkələrdən Bakıya ət gətirilir. Bunların hər birinin maya dəyəri fərqli olsa da, bütün ətlər eyni standart qiymətə satılır. Bu nə deməkdir? Bu nə biabırçılıqdır? Kim təyin edir bu qiymətəri? Bəlkə, biri rayondan gətirdiyi heyvanı 2-3 manat ucuz satmaq istəyir? Olmaz, onu dərhal sıradan çıxararlar. Ət monopoliyasına son qoyulmalıdır. Lakin biz əksini görürük, bir neçə ay əvvəl bütün ət kəsimi məntəqələrini, qəssabxanaları bağlayaraq, ət kəsimini bir əldə cəmləşdirilmiş böyük mərkəzlərdə etmək cəhdinə girişdilər, lakin etirazlar olduğundan bu alınmadı. Bu adamlar zərərsizləşdirilməlidirlər. Onlar dövlətə və xalqı ağır zərərlər vururlar, iqtisadi və sosial böhran yaradırlar, sabotaj edirlər».

E.Bayramlı bu sahədə yaranan xoşagəlməz durumu həm də kəndlilərin bazarlara buraxılmaması ilə əlaqələndirib: «Daha bir səbəb, kəndlilərin, kiçik təsərrüfat sahiblərinin bazarlara buraxılmamasıdır. Dəfələrlə dediyimiz kimi, bazarlar alverçi mafiyası tərəfindən tam ələ keçirilib. Buna son qoyulmalıdır. Hətta Kənd Təsərrüfatı Nazirliyinin təşkil etidiyi yarmarkalarda belə qiymətlərlə bazarla eyni olur. Hətta bəzən bazardan baha olur. Bu nə biabırçılıqdır? KTN rəhbərləri istefa verməli və ölkəyə vurduqları zərərə görə bütün əmlakları müsadirə edilməlidir.

Bəli, payızda ətin qiymətində bahalaşmanın olacağı qaçılmazdır. Bu sadə bazar qanunudur — tələb-təklif münasibətləri. Bəlkə, hanısa ölkədən ucuz və keyfiyyətsiz ət idxalı təmin etməklə bunun qarşısını almaq istəyəcəklər, amma bu çıxış yolu deyil. Çıxış yolunun nə olduğunu KTN-də yaxşı bilirlər, sadəcə bunu etmək onlara sərf etmir».

Naibə

Cebhe.info

Elçin Bayramlı: «Su itmir, məmurların təsərrüfatlarına yönəldilir»

«Kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılmalı, bunun üçün onlara faizsiz kredit verilməlidir»

“Su resursları ekoloji tarazlığa, kənd təsərrüfatının inkişafına çox böyük təsir göstərir. Biz kənd təsərrüfatımızı intensiv yollarla inkişaf etdirməliyik və buna nail olmaq üçün kifayət qədər su mənbələrimiz olmalıdır və bu, var. Sadəcə olaraq, əgər, dəhşətli dərəcədə itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir. Biz suyu itiririk. Beləliklə, o, əkin sahəsinə, insanların evinə çatmır, əksinə, torpaqlara ziyan vurur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də keçirdiyi növbəti videoformatlı müşavirədə vətəndaşları uzun müddətdir narahat edən su qıtlığı, su təsərrüfatındakı problemlərə toxundu. Prezidentin müşavirədəki çıxışında səsləndirdiyi xatırlatdığımız fikirlər dövlət siyasətinin birmənalı şəkildə ictimai maraqlara söykəndiyinin göstəricisidir.

Prezident çıxışında sadə vətəndaşların su qıtlığı ilə üzləşməsinin yolverilməz olduğunu, bunun dövlət maraqları, yürüdülən iqtisadi inkişaf xətti ilə ziddiyyət təşkil etdiyini dedi.

Prezident qeyd etdi ki, son illərdə Azərbaycanda həyata keçirilən nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişdi. Lakin problemlər var. Prezident içməli su layihələri ilə bağlı çatışmazlıqları göstərib və qeyd edib ki, bu sahədə həm müsbət, həm mənfi təcrübə təhlil edilməlidir: “Çünki mənə verilən məlumata görə, bəzi hallarda suyun mənbələri düzgün seçilməyib və təbiətin dəyişməsi, iqlim dəyişikliyi, o cümlədən son iki il ərzində yaşanan quraqlıq və bunun riskləri hesablanmayıb. Ona görə içməli su layihələri başa çatan bəzi yerlərdə su qıtlığı yaranıb. Odur ki, bu məsələ çox ciddi araşdırılmalıdır. Son vaxtlar mənə yerlərdən hər gün məktublar gəlir. Daha çox fermerlər, sahibkarlar yazırlar, gündə təqribən 10-dan çox rayondan məktublar gəlir. Bu məktublara Prezident Administrasiyasında və Nazirlər Kabinetində baxılır. Bu siqnallar nəzarətdədir və bu məsələlər operativ qaydada həll olunur. Ancaq biz bu məsələləri kompleks şəkildə həll etməliyik ki, gələcəkdə təbii problemlərin yaratdığı xoşagəlməz mənzərəyə və çətinliklərə hazır olaq. Əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün biz bu problemlərlə üzləşməyəcəkdik. Bu problemlər həm insanların sağlamlığına, həm də kənd təsərrüfatının inkişafına mənfi təsir göstərir”.

Prezident vətəndaş məktublarını xatırlatmaqla ictimaiyyəti narahat edən məsələlərdən xəbərdar olduğunu, problemlərin həllində vətəndaşların və buna müvafiq də dövlət maraqlarının qorunduğunu vurğulayıb.

Müşavirədə qaldırılan problem onu göstərir ki, suvarma problemi həm ölkə iqtisadiyyatına, eyni zamanda insanların yaşayışına, gəlirlərinə, təsərrüfatlarına ciddi ziyan vurur. Suvarma işi lazımi qaydada təşkil edilərsə, fermerlər, şəxsi təsərrüfatı olanlar ziyan çəkməz, gəlir əldə edər, əhalinin sosial rifah halı daha da yaxşılaşar.

Prezident qeyd edib ki, aidiyyəti orqanlar koordinasiya olunmuş şəkildə işləməyib. “Azərsu”, meliorasiya qurumları, sadəcə olaraq, dövlət investisiya proqramı müzakirə olunarkən fəallaşıblar ki, onlara nə qədər dövlət büdcəsindən pay düşəcək. Bəzi hallarda onların təklif etdikləri layihələr, ümumiyyətlə, diqqətəlayiq olmayıb. Sadəcə dövlət vəsaitindən istifadə edilib, layihələrin səmərəliliyi yoxlanmayıb, ona görə böyük həcmdə investisiya qoyulmuş layihələr faktiki olaraq heç bir səmərə verməyib. Lakin bundan sonra xərclərə ciddi nəzarət mexanizmi tətbiq ediləcək. Prezident qeyd edib ki, bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməsə, 2030-cu ildə ölkəmizdə səhralaşma prosesi sürətlə gedəcək: “Nədir, siz istəyirsiniz Azərbaycan səhraya dönsün? Ona görə bu münasibətə son qoyulmalıdır. Qüsurlara yol verən, bu məsələyə laqeyd yanaşan bütün vəzifəli şəxslər cəzalandırılmalıdır”.

“Su “itmir”, məmurların təsərrüfatına yönəldilir»

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri Elçin Bayramlı Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi tənqidlərin tam əsaslı olduğunu bildirdi:

— Əhaliyə çatmayan su xüsusi şirkətlərə, təsərrüfatlara sayğacdan kənar limitsiz həcmdə verilir və onlardan külli miqdarda rüşvət alınıb ciblərə qoyulur. Nəticədə, dövlət büdcəsindən xeyli vəsait yayındırılır. Hətta məlumatlı mənbənin mənə verdiyi məlumata görə, “Azərsu” tərəfindən böyük həcmdə su yaşıllaşdırma idarələrinə yönəldilir, orada isə guya ki, yaşıllıq sahələrinin suvarılması adı ilə necə deyərlər, “oformut” olunur, əslində isə o suyun böyük hissəsi xüsusi şirkətlərə, müəssisələrə və təsərrüfatlara verilir. Nəticədə, guya, yaşıllıq sahələrinin suvarılması üçün ayrılan su bəzi məmurlara nəhəng qazanc gətirir, yaşıllıqlar isə susuzluqdan quruyub gedir. Fikir verin, dövlət başçısının dediyi kimi, bəzi hallarda “su itkisi” 40-50 faizə çatır. Bu, dünya üzrə ən böyük və heç vaxt təkrar olunmayacaq rekorddur. Bu nə deməkdir? Necə yəni 50 faiz su itkisi? Heç bir su itib eləmir, həmin “itən” sudan, yuxarıda dediyim kimi, necə lazımdı bəhrələnilir.

Burada əsas problemlərdən biri də cənab Prezidentimizin qeyd etdiyi kimi, mövcud sudan istifadə zamanı qanunsuzluq edilməsi — yəni suvarma suyunun əsasən iri məmurların təsərrüfatlarına verilməsi ilə bağlıdır.

Mövsümün ən qızğın vaxtında bazarlardakı bahalığı görürsünüzmü? Bunun əsas səbəblərindən biri də, su problemi ilə bağlı bir çox torpaq sahibinin əkindən imtina etməsi, bəzilərinin isə məhsulunun sahələrdə yanması ilə bağlıdır.

Təklif edirəm ki, kəndlilərə artezian quyusu qazdırmaq üçün imkan yaradılsın, bunun üçün onlara faizsiz kredit verilsin. Bu zaman icra başçıları əjdaha kimi suyun qabağını kəsib onu kəndlilərə verməyib öz təsərrüfatlarına yönəldəndə, onlar həmin artezianlar vasitəsilə təsərrüfatlarını məhv olmaqdan, özlərini isə müflis olmaqdan xilas edə bilərlər.

Göründüyü kimi, bu sahəyə məsul məmurların özlərinin iş görməsi bir yana, insanların özünün də iş görməsinə əngəl yaradırlar. Məsələn, maraqlansanız görərsiniz ki, su qıtlığı olan kəndlərdə təsərrüfat sahibləri artezian quyusu qazdırmaq üçün nə qədər böyük maneələrlə üzləşirlər, bir belə quyunun qazılması 15-25 min manat rüşvət ödəməlidir. Kiçik təsərrüfat sahibində bu qədər pul hardandır? Hətta 5-i, 6-sı birləşsə belə bu qədər pul ortaya qoya bilməzlər. Nəticədə nə olur? Bəli, həmin kəndlərdə təsərrüfatlar məhv olub gedir. Yəni, həm məhsul istehsalının qarşısı alınır, həm insanlar ağır sosial vəziyyətə düşür. Qısası, rüşvətxor məmurların əməlləri ölkəyə qarşı həm iqtisadi sabotaj, həm sosial problem, həm də ekoloji böhran yaradır.

“Suvarılmayan milyonlarla hektar torpaq sahələri var”

E.Bayramlı qeyd etdi ki, dövlət büdcəsindən və kənar fondlardan ən çox vəsait alanlardan biri su təsərrüfatıdır. Əgər burada korrupsiya olmasaydı, düzgün və effektiv idarəetmə olsaydı, bu nəhəng pullarla ölkəni cənnətə çevirmək olardı: Respublikada suvarılmadığından istifadə olunmayan milyonlarla hektar torpaq sahələri var. Oralara kanallar çəkib, artezian quyuları qazıb, suvarma sistemi qurub böyük təsərüfatlar salmaq, böyük həcmdə ərzaq istehsalı təşkil etmək olardı. Nəticədə ölkədə bolluq və ucuzluq yaranar, ərzaq idxalından azad olar, hətta ixrac edib ölkəyə xeyli valyuta gətirə bilərdik. Üstəlik, bunun nəticəsində yüngül və yeyinti sənayesi də inkişaf edərdi. Yəni hazırda aqrar sektorda ən böyük problem su problemidir. Su təsərrüfatı orqanları bir yana qalsın, bəs Ekologiya Nazirliyi, EA-nın müvafiq institutları hara baxırdılar? Niyə bu təhlükəni vaxtında görməyiblər, layihə, plan, proqnoz hazırlayıb yuxarı orqanlara təqdim etməyiblər. Nə vaxtadək bunlar dövlətdən havayı maaş alıb yeyib-yatacaqlar. Gərək hər şeyə cənab prezident qarışa, sonra başlayalar işləməyə? Əvvəlcədən tədbirlər görmək olmazmı?»
Sosioloq deyir ki, ümumiyyətlə, Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır: «Qlobal su böhranı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər».

ASAM sədrinin fikrincə, bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır: «Su israfının qarşısı alınmalı, suyun bölüşdürülməsinin uçotuna şəffaf və mükəmməl nəzarət sistemi olmalıdır — həm dövlət, həm də qeyri-hökumət təşkilatları və media tərəfindən. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Kürdə su azalan kimi, çayın mənsəbindəki rayonlarda necə ağır bir içməli su problem yarandığını hamımız gördük. Çünki alternativ mənbələr işlənməyib, ehtiyat mənbə və kəmərlər yaradılmayıb. Yalnız Kürə ümidli olublar ki, oradan çirkli suyu götürüb verəcəyik əhaliyə, məsələ həll olacaq. Bunun da necə səhv bir addım olduğunu gördük».

Məlahət Rzayeva

«Şərq» qəzeti

Su böhranının əsil səbəbləri və çıxış yolları

1 aydır ki, Azərbaycanda su problemi yaranıb. Ölkənin şah damarı Kür çayının mənsəbinə yaxın hissələrində su kəskin azalıb. Kürün deltasında çay suyu minimuma düşdüyündən Xəzər dənizin suyu geri- çaya axır. Mingəçevir su anbarında suyun səviyyəsi yarıbayarı azalıb. Hazırda, Bakının Əhmədli, Günəşli qəsəbələrində, Xırdalan, Sumqayıt şəhərlərində, Kürün mənsəbinə yaxın rayonlarda ciddi su qıtlığı yaşanır və əhali əziyyət çəkir. Təkcə içməli suyun deyil, suvarma sularının da azalması müşahidə edilir. Problemlə bağlı aidiyyatı orqanların açıqlamaları həqiqətəuyğun deyil.

Dəfələrlə dediyimiz kimi, problem su israfı ilə bağlı deyildir. Daha doğrusu, əhalinin israfı ilə bağlı deyildir. İçməli suyu, əsasən, müəssisələr və yaşıllıq təsərrüfatları daha çox istifadə edir. Əhali lazım olan qədər istifadə edir, çünki, heç kim artıq su pulu ödəməyi xoşlamır. Problem, əsasən, içməli su mənbələrinin effektiv idarə olunmaması, ekoloji böhranın yaranmasına imkan verilməsi və alternativ mənbələrdən istifadə olunmaması ilə bağlıdır. Ədalət naminə qeyd etməliyik ki, bu səbəblər sırasında quraqlığın da müəyyən payı vardır.

Əlbəttə, Kür çayının quruması problemin əsas səbəblərindən biridir. Bu isə, əsasən,Türkiyənin Kürün mənbəyində su anbarı tikərək Kürün suyunu ora yönəltməsi və bu sudan yalnız öz məqsədləri üçün istifadəyə çalışması ilə bağlıdır. Lakin, Kürdə suyun kəskin azalmasının tək səbəbi bu da deyil, problem həm də, Kürə axan kiçik çayların (Araz qolu da daxil olmaqla) yaratdığımız ekoloji böhran sayəsində quruması və çay suyunun çay yatağına yaxın təsərrüfatlar və müəssisələr tərəfindən amansızcasına istifadəsi ilə bağlıdır.

Bəzi məlumatlara görə, Azərsu xeyli həcmdə suyu yaşıllıq təsərüfatlarına, necə deyərlər, “aformut” eləyir, oradan da həmin biznes obyektlərinə yönəldilir və beləliklə həm limitsiz su israfına yol verilir, həm də uzaq ərazilərdən min bir əziyyət cə xərclə gətirilən xeyli həcmdə içməli suya görə vəsait dövlət büdcəsindən yayındırılır.

Bu kimi məsələlər Ekologiya Naziriyi, Azərsu, Su və Melorasiya kimi aidiyyatı orqanların öz işlərini görməməsindən ya da işlərini əksinə görməsindən irəli gəlir. Lap düzünü desək, bu problemi onlar yaradıb və qarşısının alınması üçün heç bir tədbir görməyiblər. Halbuki, son illərdə biz dəfələrlə bu problemin başverəcəyini və qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyini qeyd etmişik. Lakin bu həyəcan siqnallarına təəssüf ki heç bir reaksiya verilməyib və heç bir tədbir görülməyib. Buna görə də, həmin dövlət orqanların məsul şəxsləri ciddi cəzalandırılmalıdırlar.

Problemdən çıxış yollarınıda dəfələrlə göstərmişik. Volqadan su gətirmək kimi utopik layihələr irəli sürmək əvəzinə, bu tədbirlər görülsə, daha yaxşı olar. Onları ümumiləşdirərək qısa formada qeyd etməyi özümə borc bilirəm.

1. Xüsusi şirkətlərə, müəssiələrə, iri təsərrüfatlara, bahalı villalara çox vaxt sayğacsız verilən limitsiz su biabırçılığının qarşısı alınmalıdır. Belə obyektlər ağlagəlməz miqdarda su israf edir və bunun üçün çox az pul ödəyirlər.

2. Xəzər sahilində su şirinləşdirici zavodlar tikilməli, onların dəniz suyunu duzsuzlaşdırıraq emal etdikləri su yaşıllıqların suvarılmasında, dəhşətli su israf edən broyler fakriblərində, digər müəssiələrdə texniki istifadəyə yönəldilməlidir ki, Bakıya gələn təbii şirin su kanalları yüklənməsin.

3. Ölkəmizin yeraltı su hövzələrindən səmərəli istifadə üçün bütün mümkün zonalarda xeyli sayda artezian qurğuları yaradılmalıdır. Bu yolla həm əhali, həm də təsərrüfatlar daimi su əldə edə bilər və bu da aqrar sektorun inkişafına səbəb olar.

4. Ölkədə ekoloji terrorun qarşısı alınmalı, quruyan kiçik çayların, göllərin, bulaqların quruma səbəbləri araşdırılmalı və qarşısı alınmalıdır.

Ümumiyyətlə, başa düşməliyik ki Azərbaycan əhaliyə nisbətdə içməli su ehtiyatının çox az olduğu ölkələrdəndir və bu su ehtiyatının da 70 faizi ölkədən kənarda formalaşır. Əgər dünyada su böhranı başlasa (alimlər 30 il dən çoxdur bunun baş verəcəyini deyirlər və proseslər də bunu göstərir ki həmin vaxt yaxınlaşıb) biz çox ağır vəziyyətə düşəcəyik. Qonşu ölkələr sadəcə olaraq həmin 70 faizin bəri keçməsinin qarşısını alacaq və o suyu özlərinə sərf edəcəklər.

Ümidvaram bunun nə demək olduğunu müvafiq orqanların məsul şəxsləri başa düşürlər. Bu strateji təhlükəsizlik problemidir və gec də olsa qabaqlayıcı tədbirlərə başlamaq lazımdır. Artıq onsuz da gecikmişik.

Elçin Bayramlı

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

“Böyük ekoloji və sosial fəlakət gəlir”

Elçin Bayramlı: “Kürün hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir”

Son aylar Kür çayının səviyyəsində nəzərəçarpan azalma müşahidə olunur. Xəzər dənizinin suyunun Qafqazın ən böyük çayı olan Kürün suyuna qarışması regionu ciddi ekoloji böhranla üz-üzə qoyub. Xəzərin şor suyunun Kürə axması nəticəsində insanlar artıq xeyli müddətdir ki, su problem ilə qarşı-qarşıya qalıb. Neftçala şəhəri, Salyan rayonu və əksər kəndlərdə əhali əkin sahələrini suvarmaqda çətinlik çəkir. Məhsullar məhv olur.

AMEA-nın Coğrafiya İnstitutunun tədqiqatçıları Kür çayında suyun azalmasını və dəniz suyunun çay dərəsinə dolmasını bir neçə səbəblə izah edib. Bunlardan birincisi, Xəzər dənizi səviyyəsinin dövrü olaraq qalxıb-enməsi ilə əlaqədar, aşağı axında çayda dib eroziyasının tez-tez dəyişməsi və çay dərəsinin dibinin dəniz səviyyəsindən aşağı düşməsidir.

Bundan əlavə, Kür çayının bu hissəsində asılı materialların kəskin azalması, çay yatağının relyefinə kəsilən Xıllı basdırılmış qalxmasının təsiri ilə süxur laylarının qırışması və yataqda gedən eroziya proseslərinin dəyişməsi də suyun azalmasına gətirib çıxarıb.

Əsas amillərdən biri isə Xəzər dənizinin Neftçala sahilləri üçün xarakterik olan şərq, şimal-şərq və cənub-şərq istiqamətli küləklərin təsiri ilə dəniz suyunun Kür çayının mənsəbinə və yataqboyu çay axınının əksinə qovularaq çay məcrasının doldurulmasıdır.

Kür çayının ölkəmizin şah damarı olduğunu deyən Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu çaydan ölkə iqtisadiyyatının, təsərrüfatının və əhalinin əhəmiyyətli bir hissəsi asılıdır. E.Bayramlı vurğulayıb ki, hazırda çayın hədsiz kiçilməsi və şor suyun dənizdən çaya axması böyük ekoloji fəlakətin xəbərçisidir:

“Bu kimi hadisələrin baş verəcəyi haqda uzun illərdir, həyəcan təbili çalırdıq, lakin ciddi reaksiya verilmədi. Məlumatlara görə, Kürün bu vəziyyətə düşməsinin əsas səbəbi Türkiyənin çayın mənbəyində tikdiyi böyük su anbarıdır. Qonşu dövlət çayın suyunu anbara yönəldir, oradan da əslində suya o qədər ehtiyac olmayan Qara dəniz sahili ərazilərə. Nəticədə bizdə çox ciddi ekoloji fəlakət yaranır. Buna görə Türkiyəyə nota verilməlidir və izahat tələb edilməlidir. Bundan başqa, ölkəmizdə də yaşıllığın qırılması, təbiətə divan tutulması, su ehtiyatlarının səmərəli istifadə edilməməsi kimi işlərin nəticəsində ekoloji və sosial böhranlar yaranır”.

Ekspert bildirib ki, hazırda Muğan zonasında Kür çayı sahilindəki rayonlarda ciddi su qıtlığı yaranıb: “Əhali içməli suyu kənar yerlərdən gətirdir, təsərrüfatlar isə yanıb gedir. Dənizdən geri çaya axan duzlu dəniz suyu çayın flora və faunasına zərər vurur. Hesab edirəm ki, bu vəziyyətə əsas cavabdehlər Ekologiya Nazirliyi, Azərsu, Su-Melorasiya kimi dövlət orqanlarıdır. Vaxtında heç bir tədbir görməyiblər. Kürə tökülən kiçik çayların qurumasının səbəbləri araşdırılmayıb və qarşısının alınması üçün heç bir tədbir görülməyib. Elə indi də bir ciddi hərəkət görünmür. Problemin səbəbini aşkar edib bununla bağlı ciddi fəaliyyətə başlamayıblar”.

E.Bayramlı Kür çayındakı problemin qlobal və iqlim dəyişmələri ilə birbaşa əlaqəsi olduğunu diqqətə çatdırıb: “Dünya ciddi su probleminin astanasındadır. Əksər ölkələr xeyli əvvəldən bununla bağlı müəyyən tədbirlər görüblər. Bu problem qarşısında bizim ölkə hazırlıqsız vəziyyətdədir. Uzun illərdir təklif edirdik ki, çoxlu kiçik su anbarları yaradılsın, dəniz suyunu şirinləşdirən zavodlar tikilsin, yeraltı su hövzələrindən istifadə genişləndirilsin. Lakin bunlar təklif olaraq qaldı və heç bir reaksiya verilmədi. Dünyada ciddi su böhranı yaransa, qonşu ölkələr transsərhəd çaylarının bütün suyunu özlərinə istifadə edəcək və biz tərəfə su gəlməyəcək. Biz isə su ehtiyatının ən az olduğu ölkələrdənik və su ehtiyatının 70 faizi sərhədlərimizdən kənarda formalaşır. Hesab edirəm ki, bu problemin qarşısının vaxtında alınması üçün heç nə etməyən müvafiq orqanların rəhbərləri istefaya göndərilməli, roblemin həll üçün tədbirlər əmümükn qədər tez müddətdə başlanmalıdır. Tezliklə problemin həlli təmin edilməsə, daha ciddi ekoloji, sosial və iqtisadi böhranın yaranacağı şübhəsizdir”.

Yeganə Bayramova

Azərbaycanda içməli su problemi yarana bilərmi? — TƏHLÜKƏLİ MƏQAM

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər?..

Vahid Məhərrəmli: «Ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik«

Elçin Bayramlı: «Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki yoxa çıxıb»

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev ötən həftə deyib ki, qlobal istiləşmə hazırda bütün dünyada çox böyük narahatlığa səbəb olur və təbiətdə mövcud olan suyun miqdarına da təsir göstərir. Ölkəmizdə isə su ehtiyatlarının vəziyyəti kritik deyil, lakin havaların isti keçməsi vəziyyəti kritik həddə yaxınlaşdıra bilər.

Nazir müavini su ehtiyatlarının azalması barədə fikirlərini bölüşərək bildirib ki, Azərbaycan dünyanın bir hissəsi olduğuna görə, qlobal problemlərin aktuallığı ölkəmizdə də özünü göstərir. Son on ilin proqnozlarına əsasən, ölkəmizə düşən yağışların miqdarı 8,7 faiz azalıb və qarşıdakı on ildə isə yağıntıların 8 faiz azalacağı ehtimal edilir. Bu il yerli mütəxəssislərin apardığı qarölçmə işlərinin nəticəsi göstərir ki, əvvəlki illərlə müqayisədə qarın səviyyəsi 17 faiz aşağı düşüb. Əlbəttə, bunlar məsələnin həddindən artıq aktuallığını bir daha ortaya qoyur və planetdə gedən qlobal istiləşmə su ehtiyatlarına da öz təsirini göstərmiş olur.

Qeyd edək ki, Kür çayının səviyyəsinin aşağı düşməsi ilə əlaqədar olaraq Xəzər dənizinin duzlu suyu çayın mənsəbinə daxil olub və hazırda Neftçala rayonunda içməli su ilə bağlı kritik vəziyyət yaranıb. Rayonun şəhər və qəsəbələrində içməli su çatışmadığı kimi, əkin sahələrinin suvarılmasında da ciddi problemlər ortaya çıxır. Həmçinin rayonun heyvandarlıq sahəsi də sudan ciddi şəkildə qıtlıq çəkməkdədir.

Ölkədə işməli su resurslarının vəziyyəti nə yerdədir və su qıtlığının kritik həddə çatması nələrə səbəb ola bilər? Həmçinin böhran yaranarsa, vəziyyətin qarşısı hansı yollarla alına bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmliyə və Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlıya müraciət edib.

Vahid Məhərrəmli: “Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir”

Dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərinin, kolluqları, ağacların məhv eilməsinə diqqət çəkən mütəxəssis PİA..az-a açıqlamasında əlavə edib ki, əslində bu da su mənbələrinin məhv edilməsi deməkdir:

“Əvvəla onu qeyd edim ki, onsuz əvvəllər də Azərbaycanda hava isti keçirdi. İndi isə ümumi dünya üzrə havanın temperaturu bir dərəcə artıb. Azərbaycanda da havanın kəskin dəyişməsi hiss olunur. Amma Azərbaycanda payız, yaz aylarında intensiv yağışlar yağanda, yağış sularını yığmaq lazımdır. Bunun üçün süni göllər formalaşdırılmaq lazımdır bə bu işlərə biz əslində çoxdan başlamalıydıq.

Həmçinin uzun illərdir ki, Azərbaycan ekologiyasına müxtəlif qurumlar və sadə vətəndaşlar tərəfindən ciddi ziyan vurulur. Bütün dağətəyi rayonlarda, dağlıq ərazilərdə ot örtüklərini, kolluqları məhv ediblər. Orada olan ağacları məhv ediblər. Bu da su mənbələrinin məhv edilməsi deməkdir. Çünki yağışlar yağanda bitki örtüyü suyu canına hopdurur. Sonra o su bulaq kimi torpağın altından gedir və başqa yerdən çıxır. Bu da içməli su mənbəyidir.

Hətta çoxlu sayda heyvanları dağ yamacına çıxarmışdılar. Bununla da oranın ot örtüyünü məhv etdilər. İndi də yağış yağan kimi dağ torpaqlarını yuyur çaya aparır. Həm də bulaqların hamısı quruyub. Yəni faktiki olaraq ölkənin eko sistemini məhv ediblər. Bunlar bir ildə, ya da bir neçə ildə baş verməyib. Uzun illər davam edən bir prossein qurbanına çevrilməkdəiyik. İndi isə əsas məsələ məhv edilən ekosistemin təcili bərpa olunmasına çalışmaqdır”.

Elçin Bayramlı: “30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, həmçinin, yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə xeyli əvvəldən lazımi işlərə start veriblər”

Artıq bəzi rayonlardan əkinləri suvarmaq üçün suyun olmadığı siqnallarının gəldiyini bildirən ekoloq jurnalist, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə etdiyini, kəndlilərə vermədiyini vurğulayıb:

“Problemin yaranmasının məsuliyyəti konkret olaraq “Azərsu” ASC-nin, o cümlədənMeliorasiya və Su Təsərrüfatı ASC-nin üzərinə düşür. Bunların uzun illərdir davam edən effektsiz fəaliyyətləri, daha doğrusu fəaliyyətsizlikləri ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! Problemin olacağını əvvəlcədən görmək heç də çətin deyildi. Ona görə də prosesi əvvəldən araşdırıb müvafiq tədbirlər görüb qarşısını almaq olardı. Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Yaranmış bu vəziyyətə görə məsul şəxslər cavab verməlidirlər.

Bəli, problem qlobaldır. Baş verənlər əsasən antropogen təsirlər nəticəsində təbiətin məhv edilməsi ilə bağlıdır. Lakin əksər ölkələrin müvafiq dövlət orqanları bu problemin qarşısını almaq və vəziyyətdən çıxmaq üçün çox-çox əvvəldən lazimi tədbirlər görməyə başlayıblar. Axı bu yeni söhbət deyil, 30 ildən çoxdur ki, dünyanın ekoloq alimləri həyəcan təbili çalırlar ki, tezliklə su böhranı olacaq. Bir çox ölkələr, çox uzağa getməyək, elə yaxın qonşularımız, Rusiya, Türkiyə və İran bu istiqamətdə çox illər qabaqdan başlayaraq lazımi işlərə start veriblər. Hətta Rusiya yaranacaq vəziyyəti düzgün proqnozlaşdırdığından neçə illər qabaq su qtılığı yaşayan ölkələrə içməli suyun satılmas haqda müqavililələr bağlayıb və dərinlərdə yerləşən su hövzələrinin istismarı üçün işlərə başlayıb.

Bəli, hələ ki, vəziyyət kritik deyil, amma kritikliyə doğru gedir. Bunlar istəyir ki, biz yataq, problem kritik həddə çatandan sonra həyəcan təbili çalaq? Əvvəlcədən tədbirlər görmək olmazmı? Bunlar boş-boş danışmaqdansa, zəhmət olmasa, gördükləri tədbirləri açıqlasınlar, görək neyləyiblər.

Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Bu sahədə araşdırma aparıb yazan başqa həmkarlarım da eləcə. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Kür boyda çay demək olar ki, yoxa çıxıb, arx səviyyəsinə düşüb. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə”, meşələrdə seyrəkləşmə gedir. Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Elçin Bayramlı: “Məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər”

Artıq bəzi rayonlardan siqnallar gəlir ki, əkinləri suvarmaq üçün su yoxdur, olan suyu da rayonun rəhbər şəxsləri öz əkinləri üçün istifadə edir, kəndlilərə vermirlər. Məsələn elə dünən Tovuzun kəndlərindən mənə bu barədə məlumat veriblər. Bu o deməkdir ki, problem həll olunmasa, ciddi məhsul qıtlığı yarana bilər.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin məsul şəxslərin açıqlamalarından görünür ki, bunlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər.

Bununla bağlı ciddi strateji proqram hazırlanmalı və təcili icrasına başlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır. Ərzaq sənayesinə aid olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, sənaye müsəssisələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilməlidir. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Nərminə Umudlu

http://pia.az/-350432-xeber.html

SOS! “Su müharibəsi” başlayacaq!

“Məsuliyyət “Azərsu” və ETSN-in üzərinə düşür. Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb”
“Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil! “Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar?”
“Problem təkcə içməli su ilə yox, həm ərzaq istehsalı, həm də bütöv ekologiya ilə bağlıdır”
“Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək”

Bəşəriyyət daha bir ciddi problemlə üz-üzədir. Belə ki, bir çox ölkələr kimi Azərbaycanda da su ehtiyatları azalır. Bu barədə Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev  xəbər verib. O, Azərbaycan Dövlət Televiziyasına müsahibəsində Cənubi Qafqazda Azərbaycana düşən su ehtiyatlarının cəmi 15 faiz olduğunu, 70 faiz tələbatı isə kənardan ödəndiyini bildib. Həmçinin vurğulanıb ki, Azərbaycanda 2020-ci il iyunun ayının birinci on günlüyündə istehsal həcmi ötən ilin bu dövrü ilə müqayisəsə 38 faiz artıb. Əsas səbəb kimi isə havanın isinməsi və suya tələbatın artması göstərilir.

Mövcud vəziyyətlə bağlı “Sherg.az”a danışan “Ekoloq” Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı bu məsələdə səlahiyyətli qurumları ittiham elədi: “Biz ekoloq jurnalistlər bu vəziyyəti xeyli əvvəldən görür və həyəcan təbili çalırdıq. Lakin bizim məmurlara söhbət həmişəki kimi xeyli gec çatır. Problem yaranan kimi günahı təbiətin və əhalinin üzərinə atmaqla vəziyyətdən çıxmağa öyrəşiblər. Konkret olaraq hazırkı vəziyyətin yaranmasının məsuliyyəti “Azərsu”nun və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin üzərinə düşür.

Bunların fəaliyyəti və fəaliyyətsizliyi ucbatından bu vəziyyət yaranıb. Özəl müəssisələrə, obyektlərə içməli suyu “levi” verib əhalinin boynuna yazmaqla deyil!  Hanı bunların tədqiqat və təhlil mərkəzləri? Niyə yatıb indi ayılıblar? Bu vəziyyətə məsul şəxslər cavab verməlidirlər.

Elçin Bayramlının fikrincə, dünyada vəziyyət kifayət qədər ciddidir: “Şəxsən mən son 20 ildə bununla bağlı, bəlkə, 100 dəfə həyacan təbili çalmış, onlarla məqalə, süjet hazırlamışam. Lakin bunlara reaksiya sıfır səviyyəsində olub. Həqiqətən də, vəziyyət ciddidir. Son illərdə kiçik çayların quruması və su ehtiyatlarının azalması müşahidə edilir. Bununla paralel olaraq yaşıllıq azalır, dağlarda “keçəlləşmə” gedir.

Yağıntılar da azalır. Yeraltı su mənbələri isə sürətlə istismar olunur. Oğuz-Qəbələ-Bakı su kəməri çəkildikdən sonra o zonanın təbiətində problemlər yaranıb, yaşıllıqlar quruyur, ot örtüyü azalır. Yəni problem təkcə içməli su problemi deyil, həm ərzaq istehsalı ilə bağlı, həm də bütöv ekoloji problemdir.

Ekoloq alimlər 30 ildir həyəcan təbili çalırlar ki, belə getsə, dünyada su müharibələri başlayacaq. Hazırda Türkiyə-Suriya-İraq arasında Dəclə və Fərat çaylarının suyu üzərində müharibə başlamasına az qalır. Kürün mənbəyində də Türkiyənin sudan istifadə həcmini kəskin artırdığı haqda xəbərlər var. Başqa regionlarda da belə təhlükələr yaranıb.

Azərbaycan içməli su ehtiyatının az olduğu ölkələrdəndir. Bu ehtiyatın da 70 faizdən çoxu ölkədən kənardakı mənbələrdən formalaşır. Bu çox ciddi strateji təhlükədir. Su qıtlığı yarandıqda bizimlə qonşu ölkələr həmin çaylarda su ehtiyatının hamısını özlərinə sərf edəcəklər, bu tərəfə bir qram da su keçməyəcək. Gürcüstan Kürün, Ermənistan Arazın, Rusiya Samurun bütün suyunu özlərinə sərf edəcəklər. Digər kiçik çayların çoxunun da mənbəyi qonşu ölkələrdədir. Bu çox ciddi strateji təhlükədir, lakin müvafiq orqanlar təhlükənin səviyyəsini hələ tam başa düşməyiblər. Həm də burada söhbət təkcə sudan yox, eyni zamanda ərzaq təhlükəsizliyindən gedir”.

Ekoloq jurnalist mövcud təhlükədən yaxa qurtarmaq üçün çıxış yolu da göstərdi: “Bununla bağlı ciddi strateji proqram hazırlanmalıdır. Su israfının qarşısı alınmalıdır. Su anbarlarının və artezian qurğularının sayı sürətlə və kəskin artırılmalıdır.

Ərzaq istehsalı ilə bağlı olmayan sənaye müəssisələrində içməli suyun istifadəsinə son qoyulmalıdır. Yaxşı olardı ki, dəniz kənarında su şirinləşdirici zavodlar tikilsin və dənizdən əldə edilən su bitkilərin suvarılmasında, avtoyuyucu məntəqələrində, broyler fabriklərində və s. bu kimi yerlərdə istifadə olunsun.

Bakıya verilən təbii içməli su isə yalnız mənzillərə və idarələrə yönəldilsin. Bu halda Bakıya gələn su mənbələrində gərginlik azalar, yeraltı su hövzələrinin istismar sürəti və həcmi azalar.

Ümidvaram ki, hökumət bu problemin qarşısını almağın yolunu su pulunu artırmaqda görməyəcək, düzgün tədbirlər həyata keçirəcək. Bununla yanaşı, əhali arasında suyun qənaətli istifadəsi üçün təbliğat aparılmalıdır. İnsanlarımız başa düşməlidir ki, su çox qiymətlidir, onu boş yerə sərf etmək olmaz”.

Kənan Novruzov

Elçin Bayramlı: “Heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil”

“Xarici fondlarda 1 faiz gəlirliliklə saxlanılan 50 milyardlıq stretaji rezervlərdən 5 milyardını gətirib ölkə iqtisadiyyatına sərmayə yatırsaq, dəfələrlə daha çox gəlir və məhsul istehsalı əldə edə bilərik”

Həqiqətən də, ölkəmiz böhrana həm siyasi, həm iqtisadi, həm də sosial cəhətdən böyük dayanıqlılıq nümayiş etdirdi. Bizdə ciddi problem yaranmadı, lakin bir çox ölkələrdə iqtisadi və sosial böhran vəziyyəti meydana gəldi”. Bu fikirləri “Sherg.az”a açıqlamasında “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı deyib.

Ekspert qeyd edib ki, son dövrlərdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, dövlət proqramları effektiv olub və öz nəticəsini göstərib: “Lakin qeyd etməliyik ki, biz də daxil olmaqla heç bir ölkə uzunmüddətli böhrana dayanıqlı deyil. Ona görə də, sosial və iqtisadi islahatlar davam etməli, qeyri-neft sektorunun inkişafına maksimum güclə çalışmaq lazımdır. Bunun üçün vergi və gömrük rüsumları aşağı salınmalı, kiçik və orta sahibkarlığa dəstək verilməli, bürokratik maneələr və monopoliya halları tam aradan qaldırılmalıdır.

Elçin Bayramlı, ASAM sədri

Ölkəmizin potensialından maksimum istifadə etməklə tələbat mallarının çox böyük hissəsinin ölkədə istehsalını yarada bilərik. Xüsusən, kənd təsərüfatına və aqrar sənayeyə daha güclü diqqət yaradılmalıdır.

Ehtiyatlarımız çoxdur, əlbəttə onları qorumaq da lazımdır. Amma xarici fondlarda 1 faiz gəlirliliklə saxlanılan 50 milyardlıq stretaji rezervlərdən 5 milyardını gətirib ölkə iqtisadiyyatına sərmayə yatırsaq, dəfələrlə daha çox gəlir və məhsul istehsalı əldə edə bilərik”.

E.Bayramlı bildirib ki, cənab Prezidentin dediyi kimi, pandemiya dövründə qeyri-neft sektorunda 16 faizlik artım çox böyük nəticədir, lakin bunu dəfələrlə artırmaq üçün hər cür imkanlar var:

“Bunu edə bilsək, iqtisadiyyatımızın və dövlət büdcəmizin enerji sektorunda asılılığını tezliklə aradan qaldıra bilərik. Fikrimcə, hökumət bu məsələlərlə bağlı çox geniş vahid inkişaf konsepsiyası işləməli və xüsusi dövlət proqramı elan etməlidir. Bu halda qısa müddətdə çox böyük nəticə əldə etmək olar”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Asiya İnkişaf Bankının rəhbərləri ilə videokonfrans formasında görüşü keçirilib. Asiya İnkişaf Bankının prezidenti ölkəmiz haqqında olduqca müsbət fikirlərini bildirib. Prezident qeyd edib ki, ehtiyatları qorumaq və artırmaq bizim başlıca iqtisadi hədəfimiz olub. Ölkə başçısının sözlərinə görə, qeyri-enerji sektorunun sürətli artımı davam edəcək.

Yeganə Bayramova

https://sherg.az/xəbər/129001?fbclid=IwAR2UmyRA0-zdnTAUr4AQkvACtIrF-s2nzKiEoZvGIB4i20vaJo8SMhdnbhI

“Ən vacib sahənin aqrar sektor olduğu bir daha sübut olundu”

Elçin Bayramlı: “Qlobal böhranlar sübut edir ki, neft gəlirlərinə etibar etmək olmaz, turizmin də etibarlı olmadığı üzə çıxdı”

“Aqrar sahənin inkişafı üçün stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya aradan qaldırılmalıdır”

Azərbaycanda aqrar sahənin gəlirli olduğu məlum olduqdan sonra qarşıdakı dövrdə bu sahəyə sərmayə qoyanların və burada çalışanların sayı kəskin artacaq. Bunu FED.az-a Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.

Məlum olduğu kimi, ölkəmizdə aqrar sektorun inkişafı vacib iqtisadi prioritetlərdən biri hesab olunur. Bəs bu istiqmətdə banklar yeni aqrar investisiya layihələri tətbiq edə bilərmi? Ölkəmizdə aqrar bankçılıq yarana bilərmi?

Elçin Bayramlı, ASAM sədri

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, pandemiya bir daha, Azərbaycanda ən dayanıqlı sahənin aqrar sahə olduğunu ortaya qoyub:

Qlobal böhranlar sübut edir ki, neft gəlirlərinə etibar etmək olmaz, turizmin də etibarlı olmadığı üzə çıxdı. Ağır sənaye və maşınqayırma, yüksək texnologiyaların istehsalı sahələri də ölkəmizə uyğun deyil. Hesab edirəm ki, aqrar sahənin inkişafı o qədər də böyük vəsait tələb etmir, sadəcə müəyyən stimullaşdırıcı tədbirlər görülməli, praktik əngəllər, monopoliya aradan qaldırılmalıdır.

Hazırda banklar, sığorta şirkətləri bu sahənin inkişafına maraq göstərmirlər. Burada riskin yüksək olduğu bildirilir. Məncə, ən az risk aqrar sahədədir. Hesab edirəm ki, şərait yaradılarsa, həm investorlar bu sahəyə investitsiya qoyacaq, həm də kiçik sahibkarlar, fermerlər bu işdə maraqlı olacaqlar. Burada həm də dövlətin dəstəyinə ehtiyac var”.

İqtisadçı bildirir ki, aqrar sahənin inkişafı xüsusilə Kənd Təsərrüfatı Nazirliynin fəaliyyətindən asılıdır: “Azərbaycanın aqrar sahədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialı genişdir. Bu sahə inkişaf edərsə, istənilən uzunmüddətli böhran zamanı ölkəni ərzaqla təmin etmək olar. Belə olan halda idxaldan asılı olmağımız biabırçı haldır. Dövlət tərəfindən milyardlarla vəsaitin ayrılmasına baxmayaraq, ortada ciddi nəticə yoxdur. Kompleks proqramlar hazırlanmalı, vergi güzəştləri tətbiq edilməlidir. İlkin növbədə kiçik sahibkarlara, daha sonra orta və iri sahibkarlara dəstək verilməlidir”.

Bəs kənd təsərrüfatı sahələrinin inkişafı istiqmətində ölkədə aqrar bankçılığın yaradılması məqsədəuyğundurmu? Elçin Bayramlı bildirir ki, bu məqsədlə bank deyil, kredit agentliyi, fond kimi bir qurum yaradıla bilər: “Bank sektoru özəl olduğu üçün banklar hansısa sahənin inkişafı məqsədilə deyil, gəlir götürmək məqsədilə yaradılır. Amma ipoteka fondu kimi bir fond yaradıla bilər və sahibkarlara güzəştsiz, uzunmüddətli kreditlər verə bilər”.

Xatirə Nəsirova

https://cebhe.info/azeraycanda_aqrarbank_yarana_bilermi_ndash_aciqlama-212120?fbclid=IwAR3Jizs2Mg8p3AsHy_L4ZJquGW2gVdDE-oVbEi-ty5-yxEgqn6-mZt3-PoA

“Biz Belarus numunəsini tətbiq edə bilərik”

Dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə yüngül və aqrar sənayenin böyük bir istehsal zəncirini yarada bilər

Aqrar sektor Azərbaycanda ən çox potensialı, ən yüksək perspektivi olan sahədir. Hətta neft sektoru belə onun yanında kölgədə qalar,  əlbəttə bu potensialdan istifadə edə bilsək. Hazırki vəziyyətdə bizim aqrar sektor xaotikdir. Məsələn, bir il bir məhsul həddən çox əkilir, bazarda su qiymətinə olur, istehsalçılar zərərə düşür, o biri il heç kim əkmir və bazarda od qiymətinə olur, istehlakçılar zərər çəkir. Bu kimi çoxsaylı faktlar onu göstərir ki, planlaşdırılmış təsərrüfat sisteminin analoqu yoxdur. Planlaşdırma və tənzimləmə olsa, bu halda kənd təsərrüfatı əkinləri optimal tənzimlənər və bütün məhsullar tələb olunacaq həddə istehsal olunar.

Elçin Bayramlı, ASAM sədri

Bundan əlavə, elektron sistem vasitəsilə xarici bazarlar araşdırıla bilər və bizdə tələbatdan artıq istehsal olunmuş məhsulların ixrac edilməsinə köməklik göstərilə bilər. Ümumiyyətlə, fikrimcə, dövlət bütün gücünü aqrar sektora verməlidir, çünki bu sahə kənd təsərrüfatı ilə yanaşı, həm də yüngül sənaye (qeyri-ərzqaq) və aqrar sənaye (ərzaq üzrə) böyük bir istehsal zənciri yarada bilər. Ölkənin potensialından istifadə olunar, işsizlik aradan qalxar, paytaxta cəmlənmiş əhalinin müəyyən hissəsi regionlara qayıdar, ÜDM artar, büdcəyə ödənişlər çoxalar, idxaldan asılılıq azalar, ixrac imkanları genişlənər. Beləliklə, tarazlı və davamlı inkişaf prosesi gedər.

Burada innovasiyaların tətbiqi əlbəttə lazımdır, lakin bir şərtlə ki, təbii metodlardan istifadə olunsun, artlq məhsul naminə GMO texnologiyalarından və zərərli kimyəvi dərmanlardan istifadə olunmasın. Biz Belarus nümunəsini götürüb tətbiq edə bilərik. Dünyada ən effektiv aqrar sistemdir. Tam keyfiyyətli, zərərsiz aqrar məhsulların ixracından yaxşı gəlir əldə edir. Dövlət aqrar sektora güzəştli kreditlər və subsidiyaları artırmalı, fermerlərlə növlər üzrə məhsul istehsalının tənzimləməsi üçün koordinasiyalı işləməlidir. İstehsal olunan məhsulları dövlət almalı və özü bazara buraxmalıdır. Əlbəttə, könüllü şəkildə, yəni məhsulunu satmaqda çətinlik çəkənlərdən. ə

Bundan başqa, bazarlar alverçi mafiyasından təmizlənməli, məhsul istehsal edən kəndlilər bazar və yarmarkalara manesəiz giriş imkanı ilə təmin edilməlidir. Bu tədbirlər görülsə, qısa müddətdə ölkədə məhsul bolluğu və ucuzluğu yaratmaq olar. ÜDM- isə azı 2 dəfə artırmaq olar. Təəssüflər olsun ki, Kənd Təsərrüfat Nazirliyi bu istiqamətdə çox zəif işləyir və aqrar potensialımızdan səmərəli istifadə edilmir.

Elçin Bayramlı
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri

“Həm sahibkarlar, həm əhali, həm də dövlət qazanacaq”

Elçin Bayramlı: “Azad İqtisadi Zonasının yaradılması qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”

Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında fərman imzalayıb. Yeni yaradılacaq iqtisadi zonanın daha çox nəqliyyat, logistika zonasının formalaşmasına xidmət edəcəyi deyilir. Əsasən də investisiyaların cəlb olunması burada əsas hədəf olaraq nəzərdə tutulur. Vurğulanır ki, Azərbaycan tranzit ölkə olaraq öz imkanlarını genişləndirə biləcək və ölkə ərazisinə daha çox yükdaşımalara nail olacaq. İqtisadi zona həmçinin dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına da səbəb olacaq, məşğulluğun inkişafına mühüm təsir göstərəcək. Azərbaycanın imkanları genişlənəcək.

Elçin Bayramlı

Ələt Azad İqtisadi Zonasının yaradılması və fəaliyyəti ilə bağlı “Sherg.az”a danışan “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, dünyanın bir çox ölkəsində fəaliyyət göstərən belə zonalarda sürətli iqtisadi inkişaf müşahidə olunur:

 “Bu onunla bağlıdır ki, belə zonalarda fəaliyyət göstərən şirkətlər və ya fiziki şəxslər vergi, kömrük və s rüsumlara cəlb edilmir. Ticarət, istehsal və beynəlxalq daşımalar üçün müvafuq infrastruktur yaradılır. Azərbaycanda belə zonanın yaradılması üçün imkan var. Ölkəmiz əlverişli coğrafi mövqeyinə və nəqliyyat qovşağında yerləşdiyinə görə, bu cür zonaların yaradılması perspektivli hesab edilir. Dünyanın demək olar ki, bütün ölkələri azad iqtisadi zonaların yaradılmasına çalışır. Ancaq bəzi ölkələrdə bu praktiki nəticəsini vermir. Bu layihənin həyata keçirilməsi ümumilikdə ölkənin iqtisadi inkişafına müsbət təsir edəcək. Belə zonalara böyük investisiyalar qoyulur. Dolayısı yolla həm yerli sahibkarlar, həm əhali, həm də büdcə bundan qazanır. Bu, həm də, ölkədə qeyri-neft sektorunun inkişafına və beynəlxalq ticarət imkanlarımızın genişlənməsinə gətirib çıxaracaq”.

Elçin Bayramlının sözlərinə görə, dövlət bu zonanın təşkili üçün müəyyən şərait yaradacaq və bir qədər xərcləri də olacaq: “Lakin belə zonaların yaradılması üçün dövlət büdcəsindən o qədər də çox vəsaitlər tələb olunmur. Yalnız investorların qoyduğu kapital hesabına belə zonalar yaranır və inkişaf edir. Onlar invsetisiya qoyurlar və xüsusi güzəştlər nəticəsində qoyduqları sərmayəni qısa zamanda çıxarırlar. Bu addımla dövlət həmin bölgələrin inkişafını təmin etmiş olur, iqtisadi fəallıq artır, məhsul bolluğu və ucuzlu əmələ gəlir. Dövlət birbaşa itirsə də, dolayı yolla daha çox qazanır”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/127934?fbclid=IwAR1z-YW9g6tcuETz6OtNDC2RC8TFjS-wMC1vIrM19mvQ-2q5yqxZx6FPg9A

“Yoxsulluqdan və xəstəlikdən ölənlərin sayı artacaq”

Elçin Bayramlı: “Əgər pandemiya tezliklə bitməsə, karantin götürülməsə, iqtisadiyyat tez bərpa edilməsə, bütün ölkələrdə ciddi problemlər yaranacaq”

Avropalı ekspertlər Daniel Solomon və Giedrius Stalenis «COVID-19-un Dünya İqtisadiyyatına Təsirləri» haqqında hesabat hazırlayıb. Hesabatda bildirilir ki, koronavirus pandemiyası dünyadakı iqtisadi artımın zəifləməsi və geriləmə ilə nəticələnməklə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində tələbatın azalmasına, hökumətlərin, biznesin və istehlakçıların davranışlarında dəyişikliyə səbəb olacaq.

Cebhe.info xəbər verir ki, hesabata əsasən, koronavirus ilk növbədə dünyada iqtisadi artımı zəiflədəcək. Bu, özünü ən çox iri iqtisadiyyatlarda və koronavirusun zərər vurduğu ölkələrdə göstərəcək. 2019-cu ildə baş verən iqtisadi artımlar ikiqat simmetriya ilə geriləmə ilə əvəz olunacaq. Hesabat müəlliflərinin fikrincə, COVİD-19 pandemiyası nəticəsində 2020-ci ildə dünyada 3,1% geriləmə (2019-da 3% artım olmuşdu) olacaq. Koronavirus pandemiyası həmçinin qlobal istehlak xərclərinə və istehlakçıların davranışlarına ciddi təsirini göstərəcək. 2020-ci ildə dünyada istehlak xərcləri 4,3% azalacaq. Pandemiya nəticəsində istehlakçı davranışları ilə yanaşı, alışlara münasibət də dəyişəcək. Bu il iqtisadiyyatın sahələri üzrə ən böyük azalma nəqliyyat (-9,3%) və istirahət-əyləncə sektorunda (-9%) qeydə alınacaq. Ev əşyaları və xidmətlərində 8,2%, hotel və restoran sektorunda isə 7,7% geriləmə baş verəcək. Satışların azalması özünü geyim satışlarından tutmuş, tibbi xidmətlər və dərman satışlarına qədər müxtəlif sahələrdə göstərəcək. Yalnız yemək və alkoqolsuz içki satışında artım baş verəcək. Hesabata əsasən, bundan sonra insanlar öz xərclərini daha səliqəli və uzunmüddətə planlaşdıracaq, istehlak xərclərini azaldacaq və qənaətli davaranmağa üstünlük verəcəklər. Özü də bu, təkcə 2020-ci ildə deyil, gələcək dövrlərdə də özünü göstərəcək. Yaşlı insanların onlayn mağazalara axını baş verəcək, nəhayət, COVID-19 bütün dünyanın nağdsız ödənişlərə keçidi üçün katalizator rolunu oynayacaq. COVID-19-un təsirləri özünü qlobal iqtisadiyyatın strukturunda da göstərəcək. Eləcə də, bu hadisə təchizat zəncirini şaxələndirəcək və əmək bazarını avtomatlaşdıracaq.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı bildirib ki, bunu “səliqəli” və “uzunmüddətli planlaşdırma” adlandırmaq insanlıqdan kənar olardı: “Belə araşdırma ola bilməz, olsa belə, obyektiv ola bilməz: «Dünyada törədilmiş bu növbəti böhrandan milyardlarla insan ciddi zərər çəkir, 8 milyarda yaxın insanın azı 6 milyardı kasıb və ya yoxsul vəziyyətdədir və bu böhranla onlar daha da ağır vəziyyətə düşmüş olurlar. Burada hansı səliqədən və ya uzunmüddətli planlaşdırmadan söhbət gedə bilər? Onsuz da dünya əhalisinin azı 70-80 faizi gündəlik tələbatlarını zorla ödəyə bilirdilər. Həm də bütün qitələrdə və bütün dövlətlərdə. Sadəcə, faiz nisbəti var, məsələn Amerikada əhalinin 20 faizi kasıbdırsa, Banqladeşdə 80 faizdir. Bu araşdırmada söhbət onlardan gedə bilməz. Demək, bu araşdırma yalnız 20 faizlik varlı və orta təbəqəyə aid ola bilər və onlar lazımsız xərclərini ixtisar edə, əyləncələrini təxirə sala, xərclərini necə deyərlər, səliqəli və uzunmüddətli planlaşdırma ilə bölüşdürə bilərlər. Kasıb təbəqə isə sadəcə, zəruri ehtiyaclarından nəyisə kəsməyə məcbur olacaq və sizi inandırıram ki, acından, yoxsulluqdan, tibbi xidmət ala bilməməkdən ölənlərin sayı artacaq. Əgər pandemiya tezliklə bitməsə, karantin götürülməsə, iqtisadiyyat tez bərpa edilməsə, bütün ölkələrdə ciddi problemlər yaranacaq”.

Maraqlıdır, bəs Azərbaycanda insanlar hansı xərclərindən kəsəcək?

Ekspert qeyd edib ki, bu, ilk növbədə qeyri-ərzaq məhsullarında olacaq: “Azərbaycanda da qlobal böhranın təsiri ilə sosial və iqtisadi sahələrdə problemlər yaranır, lakin vəziyyət kritik deyil, bizim həm yaxşı maliyyə ehtiyatlarımız var- 50 milyarddan artıq strateji rezerv var, onlar bu günlər üçün yığılıb. Bundan başqa, ərazimiz, torpağımız əhalini ac buraxacaq qədər zəif deyil. Əlbəttə, çətinliklər olacaq, əhalinin əksər hissəsi öz xərclərini azaltmağa məcbur olacaq. Məncə, bu, ilk növbədə qeyri-ərzaq məhsullarında olacaq. İnsanlar geyim, ev təmiri, səyahət, əyləncə, məişət əşyaları üçün xərclərini ixtisar etməyə məcbur olacaq. Kirayədə yaşayanlar üçün ağır olacaq. Çoxuşaqlı aiələr üçün də ağır olacaq, daimi müalicəyə ehtiyacı olan xəstələr üçün də eləcə. Lakin əminəm ki, həm dövlət, həm humanitar təşkilatlar, həm də imkanlı vətəndaşlarımız belə insanlara kömək edəcəklər. Hamımız, cənab Prezidentin “Biz birlikdə güclüyük” şüarının əməli tətbiqi üçün çalışacağıq. Məncə, ilk növbədə aztəminatlı ailələr arasında 3 və ya daha çox uşağı olanlara, kirayədə yaşayanlara və daimi dərmanlar qəbul etməli olanlara dövlət yardımları edilməlidir. Biz bu böhrandan çıxacağıq, lakin bu ağır günlərdə vətəndaş birliyi nümayiş etdirməliyik, əgər içimizdə kimsə acından ölərsə, bu o demək olar ki, biz cəmiyyət və xalq olaraq bir qara qəpiyə də dəymərik. Ümidvaram ki, buna yol verməyəcəyik”.

Tünzalə Rüstəm

https://m.cebhe.info/dunya-xerclerini-azaldir-azerbaycanlilar-neye-pul-xerclemeyecek-207200?fbclid=IwAR2_uuGlZjMg0KQWhDbazHXSg6AbsF1k-u6yAW3F6izQo7M4yoJrFAHzi3k

Elçin Bayramlı: Bəzi məhsullarda bahalaşma olacaq

Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı «Cumhuriyyət» TV-yə açıqlamasında pandemiya dövründə və sonrasında sosial iqtisadi problemlərin qaçılmaz olacağını və bəzi məhsullarda bahalaşma baş verəcəyini bildirib. Ekspert mövsümlə bağlı ərzaq məhsullarında qıtlıq və bahalaşma gözləmədiyini də qeyd edib.

“Çirkli pullar”: Hansı sahələrə yönəldilə bilər?

Elçin Bayramlı: “Bu, əlbəttə, yalnız real sektorda olmalı və yalnız istehsala yönəldilməlidir”

Maliyyə amnistiyası haqqında qanunun qəbulu yendiən gündəmə gəlib. Ekspertlər bildirir ki, bu qanun olmadan “çirkli pul”ların loyal istifadəsi mümkün deyil.

Elçin Bayramlı, sosioloq

Cebhe.info-ya açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı bildirib ki, bu qanunun qəbulu o qədər də asan proses deyil, burada həddən artıq mürəkkəb sosial, iqtisadi, psixoloji faktorlar var: “Ona görə də onun tətbiqi çətinlik yaradır. Hər halda bu pullar haram yolla, bəzən cinayət yolu ilə qazanılıb və xalqdan, dövlətdən oğurlanıb. Buna görə məsuliyyətdən azad etmə, hətta bu cinayətkarlara üstəlik böyük biznes qurmağa icazə verilməsi xeyli dərəcədə ciddi mənəvi, sosial-psixoloji problemlər yaradır. Lakin məsələnin iqtisadi tərəfi də var. Bu pullar onsuz da xalqdan, dövlətdən oğurlanıb və onların geri qaytarılması çox çətindir. Demək, hər bir halda bu pullar itirilmiş sayılır. Bunu etməyəndə, həmin vəsaitlər xarici ölkələrin iqtisadiyyatına qoyulur və bizim pullardan həmin ölkələr, xalqlar bəhrələnir. Demək, mənəvi cəhətdən ağır da olsa, bunu etməyə məcburuq. Bir vaxtlar xalqdan, dövlətdən oğurlanmış bu pullar indi çətin vəziyyətdə xalqımıza, dövlətimizə xeyli fayda gətirə bilər. Yəni qarşımızda duran 2 variantdan yalnız biri faydalıdır və biz bunu seçməyə məhkumuq”.

“Çirkli pul”lara amnistiya olarsa, daha çox hansı sahələrin investisiya qoyuluşuna ehtiyac var?

Ekspert qeyd edib ki, maliyyə amnistiyası elan edilərsə, xüsusi sahələr seçilməli və yalnız ora sərmayə qoyuluşu tələb edilməlidir: «Bu, əlbəttə, yalnız real sektorda olmalı və yalnız istehsala yönəldilməlidir. Bunlar aqrar təsərrüfatlar və aqrar sənaye, yüngül sənaye, dərman sənayesi, İKT kimi sahələrdir. Mən arzu edərdim ki, bizdə vaxtilə ənənəvi mövcud olmuş, effektivliyini sübut etmiş sahələrdən taxılçılıq, pambıqçılıq və tekstil, meyvə-tərəvəzçilik və yeyinti sənayesi, üzümçülük və şərabçılıq, tütünçülük, çayçılıq, baramaçılıq, heyvandarlıq, balıqçılıq, arıçılıq, məişət əşyaları və gündəlik tələbat malları istehsal edən yüngül sənaye sahələri, maşınqayırma, alternativ enerji sahələri, tikinti və təmir materialları və bu kimi həyati vacib sahələrə yönəldilsin. Qısası, qlobal böhran dövrlərində ölkənin ən vacib gündəlik tələbatlarını ödəyəcək istehsal sahələri seçilsin. Həmçinin, bu pullarla ölkəyə istənilən istehsal avadanlıqları və dəzgahların gətirilməsi məhdudiyyətsiz və tam rüsumsuz edilməlidir. Hesab edirəm ki, bunlar edilsə, çox qısa müddətdə ölkəmizdə istehsal dəfələrlə artar, işsizlik minunuma düşər, idxaldan asılılıq azalar, ixrac potensialı artar, büdcə gəlirləri çoxalar və s. İstənilən qlobal böhran vəziyyətlərində ölkəmiz çətin vəziyyətə düşməz. Əminəm ki, hökumət bu prosesi optimal və effektiv şəkildə həyata keçirəcək”.

Tünzalə Rüstəm

https://cebhe.info/bagislanan_ldquo_cirkli_pullar_rdquo_hansi_sahelere_yoneldile_biler-206578?fbclid=IwAR0pEmVgW0Zh6SvIiv66n1tw0dHO8FKfj9-gkow0oUbDikmexolyZI0k1c8

Elçin Bayramlı: “Artıq buna son qoymağın vaxtıdır”

Sosioloq: “Karantin rejimi dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş bərpa edilməli, lakin qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır”.

“Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı ölkədə karantin rejiminin nisbətən yumşaldılmasından insanların istifadə etməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazım olduğunu bildirən ekspert PİA.az-a açıqlamasında əlavə edib ki, bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı, hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir: “Şişirdilmiş virus pandemiyası bütün ölkələrə olduğu kimi bizim ölkəyə də böyük iqtisadi zərər vurdu, sosial problemlər kəskinləşdi. Artıq buna son qoymağın vaxtıdır. Virusun tüğyan etdiyi bir çox ölkələrdə həyat normala dönüb, iş yerləri, məktəblər açılıb, sadəcə müəyyən qorunma tədbirlərinə riayət edilir.

Elçin Bayramlı, sosioloq-jurnalist

Viruslar, xəstəliklər həmişə var və olacaq. Bu da onların ən zəiflərindən biridir. Dünya miqyasında hansısa qüvvə qəsdən vəziyyəti daha faciəli göstərir, yoluxma və ölüm rəqəmlərini on dəfələrlə şişirdir, qlobal qorxu yaratmağa çalışırlar. Adi qrip viruslarından dəfələrlə çox adam ölürsə, demək bu virusu ciddi qəbul etməyə belə dəyməz. İmmuniteti sıfır olan, xroniki xəstəlikləri çox olan yaşlı adamlar istənilən virus və sair xəstəlikdən ölürlər. Burada qeyri-adi heç nə yoxdur. Məncə yaradılmış qorxudan daha çox adam ölür, nəinki virusdan.

Əlbəttə, bütün infeksion xəstəliklərdən, yoluxucu viruslardan qorunmaq lazımdır. Bunun üçün həyatı iflic vəziyyətə salmağa ehtiyac yoxdur. İnsanlar sadəcə, məsafə, dezinfeksiya və digər qorunma qaydalarına riayət etməli, immunitetlərini güclü saxlamalı,hansısa simtopmlar hiss edən kimi həkimə müraciət etməlidir. Bir çox müstəqil alimlərin fikrincə, heç bir virus 1 metrdən artıq məsafəyə sıçraya bilməz, ona görə də maksimum 1 metr məsafə saxlamaq kifayətdir.

Fikrimcə, karantin dərhal götürülməli, bütün həyati vacib sahələrdə iş yerləri bərpa edilməli, sadəcə qaydalara riayət etməyə nəzarət davam etməli və əməl etməyənlər cəzalanmalıdır. Çalışmaq lazımdır ki, ictimai nəqliyyatda sıxlıq yaranmasın və insanlar həmin müddətdə respiratorda, əlcəkdə olsunlar.

Hələlik, sərhədləri bağlı saxlamaq olar. Ölkə daxilində isə yoluxma demək olar ki, məhdudlaşıb. Yaxın günlərdə yoluxmanın tam dayanacağını güman edirəm, ya da tək-tük hallar ola bilər”.

Nərminə Umudlu

http://pia.az/artiq-buna-son-qoymagin-vaxtidir-ekspert-343888-xeber.html?fbclid=IwAR1Bn1pPk7NL6w-Bdz3TVo4AoHjVMPAkBabzEf3hr0rewmXcgW2Uq5qbi98

Vəziyyətdən çıxış yolu var: “İstehsal sahələri yaradılmalıdır”

“Dövlət büdcəsində izafi xərclərin ixtisar edilməsi çox vacib addımdır”.  Bunu “Sherg.az”a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, hələlik, maliyyə ancaq sosial müdafiəyə və yeni istehsal sahələrinin yaradılmasına yönəldilməlidir: “İnfrastuktur layihələrin həyati əhəmiyyətli olmayanlarını təxirə salmaq olar. Nəzərə alaq ki, qlobal pandemiyanın yaratdığı iqtisadi böhran bizə də zərər vurub. İndiki şəraitdə ancaq qeyri-neft sektoruna ümid qalır. Bu sahələrdə də cənab Prezidentin qeyd etdiyi kimi son illərdə çox böyük işlər görülüb və inkişaf tempi yüksəlib. Məhz qeyri-neft sektoru neftin ucuzlaşması şəraitində bizi vəziyyətdən çıxarmağa qadirdir. Ona görə də, bu sahələrə daha güclü dəstək verilməli və çoxsaylı yeni müəssisələrin yaradılmasına çalışılmalıdır”.

Elçin Bayramlı

E.Bayramlıya görə, yaranmış beynəlxalq vəziyyət göstərdi ki, turizmə də çox ümid etmək olmaz: “Turizm sahəsi böhran dövrlərində tamamilə sıradan çıxır. Ona görə də, Azərbaycanda ənənəvi sahələri inkişaf etdirməyə çalışmaq lazımdır. Xüsusən, kənd təsərrüfatı, aqrar sənaye, yüngül sənaye, alternativ enerji, dərman sənayesi kimi vacib sahələrə diqqət verilməlidir. Hazırda xarici fondlarda strateji ehtiyatlarımız 1-2 faiz gəlirliliklə saxlanılır. Onların müəyyən hissəsini geri çəkərək ölkə iqtisadiyyatının dediyim sahələrinə sərmayə yatırsaq ,dəfələrlə çox gəlir əldə edə bilərik. Özünüməşğulluq proqramının miqyasını artırsaq, həm istehsal artar, həm sosial problemlər və işsizlik azalar. Hesab edirəm ki, dövlət başçısı, hökumət bu istiqamətdə mümkün olan bütün tədbirlər görür və görəcək. Müvəqqəti çətinlikdir, biz xalq və dövlət olaraq bunun öhdəsindən gələcəyik”.

İsmayıl Qocayev

https://sherg.az/xəbər/124966?fbclid=IwAR34D9ODIW5ZJHx5yxcZ-Vx4QiEpnwNvw5kmBQCjaJgOLyhSok94mzlo1n8

Sosioloq: «Hökumət «Kəndə qayıdış» proqramı elan etməlidir

Koronavirus epidemiyası ilə bağlı yaranmış vəziyyət kəndə qayıdış, Bakının yüklənməsi problemini yenidən gündəmə gətirdi. Bir sıra ekspertlər hesab edir ki, pandemiyadan sonra kəndə böyük qayıdış təşviq edilməli, bu istiqamətdə maarifləndirmə gücləndirilməlidir.

Elçin Bayramlı
  • “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizdə əhalinin balanssız yerləşməsi 90-lardan sonra meydana çıxıb- regionlarda zavod və fabriklər bağlandıqdan, təsərrüfatlar işini dayandırdıqdan, işsizlik vüsət aldıqdan sonra əhalinin əksər hissəsi iş tapmaq üçün paytaxta axın edib: “Fikrimcə, hazırda Bakıda, ümumiyyətlə, Abşeron yarımadasında ölkə əhalisinin yarısı — təxminən 5 milyon nəfərə yaxın insan cəmləşib. Respublikada 1,5 milyona yaxın avtomaşının da 1 milyonunun burada olması paytaxtın necə yükləndiyini göstərir. Bu gün paytaxtda cəmləşən kənd əhalisinin böyük əksəriyyətinin kəndlərdə evi, torpağı və s. mülkiyyəti var. Bunlar bir növ daxili qaçqınlardır və öz yurdlarına qayıda bilərlər. Sadəcə onlara öz doğma yerlərində iş qurmaq üçün şərait yaradılmalı, dövlət dəstəyi göstərilməlidir. Bundan sonra Bakıya qeydiyyat və burada müvəqqəti yaşama şərtləri çətinləşdirilməlidir”.

Sosioloqun fikrincə, əhalinin balanslı yerləşməsi, tarazlı və davamlı sosial-iqtisadi inkişafı üçün dövlət tərəfindən bir çox proqramlar həyata keçirilib, lakin, bu, elə də böyük effekt verməyib: “Dəfələrlə təklif etdiyim kimi, yenə də qeyd edirəm- hökumət “Kəndə qayıdış” proqramı elan etməli, regionlarda yeni müəssisələrin, təsərrüfatların açılmasına daha böyük fikir verməlidir. Çünki, regionlarımızda iş üçün bütün imkanlar var- işi qüvvəsi, xammal, nəqliyyat infrastrukturu, yaxın bazarlar və s. Sadəcə həm dövlət, həm də qeyri-dövlət investisiyaları regionlara yönəldilməli, güzəştli kreditlər, subsidiyalar artırılmalı, vergi və s. güzəştlər tətbiq edilməlidir. Xüsusilə, kiçik sahibkarlığa tam şərait yaradılmalıdır, bu, işsizlik problemini də birdəfəlik həll edə bilər. Bölgələrdə özünüməşğulluq proqramının miqyası və həcmi kəskin artırılmalıdır”.

Ekspertin sözlərinə görə, yaranmış beynəlxalq vəziyyət bir daha göstərdi ki, gəlirlərimizin çox böyük hissəsini əldə etdiyimiz neft sektoruna güvənmək olmaz, qeyri-neft sektorunun inkişafı sürətləndirilməlidir: “Bunun üçün xarici fondlarda 1-2 faizlik gəlirliliklə saxladığımız strateji ehtiyatlarımızın bir qismini geri çəkib, ölkə iqtisadiyyatına invest etmək vacibdir. Bu, dəfələrlə daha artıq gəlir gətirəcək. Xaricdən aldığımız gündəlik tələbat mallarının çox böyük hissəsini özümüzdə istehsal etmək üçün bütün imkanlar, xammal da var, sadəcə istehsal avadanlıqlarını alıb gətrmək kifayətdir. Ən pis halda yerli tələbatı ödəyəcəyik və xaricdən idxala yönələn külli miqdarda valyuta ölkəmizdə qalacaq. Xüsusilə də, kənd təsərüfatı, aqrar sənaye və yüngül sənaye sahələrinə daha çox üstünlük verməliyik. İndiki böhran şəraitində bunun həyati əhəmiyyətli vacib tədbir olduğu gün kimi aydındır. Qlobal iqtisadi böhran ölkələrarası ticarəti xeyi zəiflədib, ekoloji problemlər bir çox ölkələrdə ərzaq və dərman çatışmazlığına səbəb olub. Əgər qlobal vəziyyət bir qədər də gərginləşsə və ya dünyada digər gözlənilməz problemlər də yaransa, ölkələr öz ümidinə qalacaq. Bu şəraitdə biz istənilən qlobal böhranlara və fors-major hallarına hazır olmalıyıq. Bunun üçün də ölkəmizin potensialından maksimum istifadə etməyə məhkumuq. Bizim başqa yolumuz yoxdur”.

Tünzalə Rüstəm

https://m.cebhe.info/olkede-bolluq-yaratmaq-ucun-kendililere-hansi-guzestler-verilmelidir—ekspert-201989?fbclid=IwAR0BiwnJ0UHzu76_0au0py650dxPlKUtwemH7MZkNXgYS-tePaxC35EU480

«Karantin büdcəsi»: “Bir ayı ancaq bu cür yola verə bilərik”- EKSPERT

Bildiyimiz kimi, hazırda Azərbayda koronavirusla mübarizə aparmaq üçün xüsusi karantin rejimi tətbiq olunur.

İctimai iaşə obyektlərinin, ticarət, istirahət və əyləncə mərkəzlərinin, fəaliyyəti məhdudlaşdırılıb. Bu isə iş yerlərinin bağlanmasına, nəticədə insanların iş yerlərindən və gəlir mənbələrindən olması ilə nəticələnib.

Ekspertlər, sosioloqlar ailə büdcəsinə qənaət edilməsini məsləhət görürlər. Maraqlıdır, bəs ailə büdcəsinə necə qənaət edək?

Cebhe.info-nun sualını cavablandıran “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlının fikrinə görə, əvvəlki günlərdən fərqli olaraq, bu günlər qeyri-qida mallarının alınması azaldılmalıdır: “Təbii ki, əvvəlki vaxtla müqayisədə bəzi xərclər azalıb, bir çox insan işə getmir, bu isə nəqliyyat və yemək xərclərinin azalması deməkdir. Həmçinin bu müddətdə kommunal ödənişlərdə, kredit borclarının ödənişində güzəştlər də olacaq. Əvvəllər gündəlik tələbat olmayan malları alırdıqsa, bu günlərdə belə hallardan qaçmalıyıq, yəni bir sıra şeylərdən müvəqqəti imtina etmək olar. Ümumiyyətlə, dünya tarixinə bundan da ağır hadisələr olub, daha səbrli və təmkinli olmaq lazımdır. Daha çox qənaət etməklə, düşünürəm ki, 1 ayı yola verə bilərik. Digər tərəfdən, işsizlər, əlillər üçün sosial paket hazırlanır, bəzi məlumatlara görə, dövlət ən azından 2,5 milyardlıq bir paket tətbiq edəcək. Bunlardan əlavə güzəştlər də olacaq. Həmçinin bələdiyyələr, xeyriyyə cəmiyyətləri də insanlara yardım edəcəklər. Ən azından köməyə ehtiyacı olan insanlar mətbuata, bizə müraciət etsinlər, müxtəlif orqanlardan, yardım fondlarından onlara köməklik olunmasına yardım edəcəyik. Hazırda ən böyük problem sağlığımızdır, özümüzü virusdan qorumağa çalışaq”.

Tünzalə Rüstəm

https://cebhe.info/karantin_budcesi_hansi_xercleri_azaldaq_ldquo_bir_ayi_ancaq_bu_cur_yola_vere_bilerik_rdquo_ekspert-198042?fbclid=IwAR09oNyOhD8gUUssvB9IEK8CxEZXsbDUyeXQCn6FHkIqYj9tWl6DYKUbpsc

Gömrük rüsumları endirilməlidir

Mötəbər mənbədən əldə etdiyim məlumata görə, Gömrük Komitəsi rüsumları ciddi məbləğdə (50 faizdən 100 faizədək) qaldırmağa hazırlaşır. Bunu da komitənin büdcəyə ödəniş planının 2 dəfəyə yaxın artırılması ilə izah edirlər. Bu baş versə, ölkədə bahalaşma yaradacaq, inflyasiyanı sürətləndirəcək, əhalinin sosial vəziyyətinə mənfi təsir göstərəcək. Ona görə də, dərhal qarşısı alınmalıdır.

Əgər yerli istehsalı qorumaq istəyiriksə, protektionist siyasət aparılmalıdır. Ölkədə istehsalı olan məhsullarda rüsumları qaldırmaq olar, istehsalı olmayan və ya çox az olan məhsullarda isə nəinki qaldırmaq, əksinə, rüsumu endirmək lazımdır. Qızıl, avtomobil, bahalı brend mallar və əyləncə vasitələri üzrə gömrük rüsumlar artırıla bilər.

Dövlət büdcəsini artırmaq istəyiriksə, tamamilə başqa addımlar atılmalıdır. Büdcəni aztəminatlı əhalinin cibindən çıxarılan pulla yolla yox, əsasən, istehsaldan gələn gəlirlə doldurmağa çalışmaq lazımdır. Kölgə iqtisadiyyatı ləğv edilməli, monopoliyanın aradan qaldırılmalı, vergidən yayınmanın qarşısını alınmalıdır.

Gömrük Komitəsinin ödəniş planını kəskin artırmaq çıxış yolu deyil. Çıxış yolu ölkədə xammalı olan məhsullar üzrə sənayenin təşkil edilməsidir. Əsasən də, aqrar sənaye və yüngül sənaye sahələri üzrə.

Vergilər üzrə bəzi tədbirlər həyata keçirilməlidir. Məsələn, sadələşmiş vergi üzrə maksimum limit 200 min manatdan 400 (yaxşı olardı ki 500) min manata qaldırılmalıdır. Çünki, bir neçə il əvvələ nisbətdə manat 2 dəfədən çox ucuzlaşıb və hazırki 200 min o vaxtkı 100 min dəyərindədir.

Bundan başqa, Bakı və regionlar arasındakı vergi dərəcəsi fərqi bərpa olunmalıdır. Zərdabın ucqar kəndindəki obyektlə Bakının mərkəzindəki obyektin eyni vergi faizləri ödəməsi məntiqli və ədalətli deyil. Regionlarda (Gəncə və Sumqayıt istisna) 5 il müddətinə sadələşmiş vergi dərəcəsi 1 faizə salınmalıdır. Ərzaq istehsalı üzrə azı 1 il müddətinə bütün vergilərdən azad olunma tətbiq edilməlidir.

Özünüməşğulluq proqramının miqyası və buna ayrılan maliyyə vəsaiti azı 10 dəfə artırılmalıdır. Şərtləri sadələşdirilməlidir. Proqram yalnız regionlarda tətbiq olunmalıdır.

Gömükdə malın dəyərindən artıq rüsum tətbiq edərək həmin malı istehsal edən xarici şirkətdən daha çox qazanmağa cəhd etmək uğursuz addım olardı. O malı ölkədə istehsal etməyə çalışmaq lazımdır. Bu halda idxaldan asılılıq azalacaq, yerli istehsal artacaq, ixrac artacaq, dövlət büdcəsinin gəlirləri çoxalacaq, əhalinin sosial vəziyyəti yaxşılaşacaq, dövlətin sosial xərcləri azalacaq, işsizlik tam aradan qalxacaq. İqtisadi təhlükəsizlik, sosial rifahın və siyasi nüfuzun artmasını təmin edəcək.

Bunu etmək üçün bütün imkanlar var. İşçi qüvvəsi, xammal, hazır bazarlar, nəqliyyat logistika infrasturukturu və nəhayət investisiya üçün lazım olan maliyyə bazası. 50 milyardlıq valyuta rezervlərindən cəmi 5-6 milyardını ölkə iqtisadiyatına invest etməklə bunu təmin etmək olar. Xüsusən, neftin ucuzlaşmasının fəlakət həddinə çatması fonunda bunu etmək məcburi xarakter alır.
Şimal, cənub və qərb sərhədlərinə yaxın ərazidə quru yolu ilə, şərqdə isə Xəzər dənizi sahilində liman vasitəsilə azad iqtisadi zonalar yaradılmalıdır. Bununla bağlı xüsusi strateji inkişaf dövlət proqramı qəbul olunmalıdır. Hesab edirəm ki, maksimum 5 ilə bu proqramı başa çatdırmaq mümkündür.
Neftin kəskin ucuzlaşması uzunmüddətli olmayacaq. Bu virus hay-küyünə görədir. Bu şəraitdə, hökumət əks-tədbirlər görməlidir,belə ki, ilk növbədə manatın məzənnəsini 1,5-ə qaldırmalıdır. Əvvəla, faktiki olaraq, manatın real məzənnəsi bundan da çoxdur. İkincisi də, ortalığa düşüb valyuta yığmağa cəhd edən küyçülərin keçən dəfəki kimi süni ajiotaj və tələb yaratmasının və manatın ucuzlaşmasına səbəb olmalarının qarşısını almış olar.

Neftin ucuzlaşması müvəqqətidir, bu, heç 1 ay da davam etməyəcək. Qiymət yenidən 50 dolları keçəcək, hətta, bəlkə, 60-ı da keçdi. Bu arada Si Cinpinin Uxana səfər etməsi qlobal ajiotajı səngidəcək və dünya iqtisadiyyatının mühərriki tam gücü ilə işləməyə başlayacaq. Hökumət gömrük rüsumlarını artırmaq fikrindən daşınmalı, əksinə, rüsumu aşağı salmalıdır.

Elçin Bayramlı

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri

Jurnalistlər rəy kimi istifadə edə bilərlər

Bütün özəl marşrutlar “Baku Bus”a verilsin- MÜHÜM TƏKLİF

Elçin Bayramlı: Özəl daşıyıcılar sərnişinlərə yararsız avtobuslarla və qeyri-peşəkar sürücülərlə xidmət edirlər

“Uzun illərdir marşrutlarla bağlı faciəvi hadisələr baş verir, problemlər gündəmə gətirilir, sərt tənqid olunur, ancaq vəziyyət düzəlmir”.

Bunu “Şərq”ə açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

Ekspert bildirib ki, əsas problem özəl sərnişin daşıyıcılarındadır: “Sərnişindaşıma strateji əhəmiyyətli, vacib sahədir və bu işlə dövlət məşğul olmalıdır. Dövlət balansında olan avtobuslarla özəl şirkətlərə məxsus daşıyıcılara nəzər salsaq, fərqi aydın görərik. Özəl daşıyıcılar qəzalı və yararsız avtobuslarla sərnişinlərə xidmət edirlər. İstədikləri vaxt yola düşürlər, yaxud yarım saat artıq gözləyirlər. Üstəlik, sürücülər arasında çox tərbiyəsiz, səriştəsiz və qudurğan adamlar var. Srağagün soyuq havada bir saat 205 nömrəli marşrutu gözlədim, amma gəlib çıxmadı. 120 nömrəli avtobuslar potensial ölüm mənbəyidir. Elə bil, avtobus yolun ortasında tökülüb, dağılacaq”.

Ekspert “Baku Bus”da hər şeyin yüksək səviyyədə olduğunu bildirib: “Təklif edirəm ki, bütün özəl marşrutlar ləğv edilsin və “Baku Bus”a verilsin. Dövlət də bu işə nəzarəti gücləndirsin.

Ciddi problem yaradan sərnişinlər də var. Bəzi piyadalar yolun ortasında gəzir, necə gəldi minib-düşürlər. Belələri cərimə olunmalıdır. Hətta öz məsuliyyətsizliyi ilə ölümə, ağır qəzaya səbəb olanlar həbs edilməlidir. Ancaq bu yolla ağılları başına gələr. Məsələnin digər tərəfi isə DYP ilə bağlıdır. Bəzi hallarda yol polisləri ağzınlıq edən avtobus sürücülərinə göz yumurlar. Bunların qarşısı alınmalıdır. Yoxsa qəzaların və ölümlərin sayı artacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/115849?fbclid=IwAR018hlvoLDBCqqOWqoTpbbs4QdfDJV49pVWNeb3FS20iPGOa373hg7RH_o

ABŞ-ın cəhdləri faydasızdır: Çini zəiflətmək mümkün olmadı

Elçin Bayramlı: “Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”

ABŞ Prezidenti Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb. Bu barədə prezident “Twitter” hesabında yazıb. Tramp bildirib ki, “əgər Çinin pulu çatmasa, onlar bunu yaradacaqlar. Niyə Dünya Bankı Çinə borc verir? Çinin kifayət qədər pulu var”. Çinin zaman keçdikcə dünyanın nəhəng iqtisadi gücünə çevrildiyi qarşısı alınmaz reallıqdır. ABŞ özünə rəqib bildiyi Çinin iqtisadi cəhətdən qüvvətlənməsini heç zaman həzm edə bilməyib və buna mane olmaq üçün müəyyən addımlar atıb. Trampın çağırışının məhz bu məqsədlə gündəmə gəldiyi deyilir.

Elçin Bayramlı, ASAM sədri

Amerika rəhbərinin çağırışını “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Trampın tələbi faydasız və mənasızdır.

Ekspertin sözlərinə görə, Amerika onsuz da 20-30 ildir Çini sıradan çıxarmaq, zəiflətmək, iqtisadi inkişafını azaltmaq üçün əlindən gələn hər şeyi edir: “Hətta Yaxın Şərqdə törədilən terror və müharibələrin bir səbəbi də bununla bağlıdır. “Sars” virusu və “Quş qripi” də məhz Çin iqtisadiyyatına zərər vurmaq üçün təşkil olunmuşdu. Lakin bütün bunlar heç bir effekt vermədi. Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, “dünyanın fabriki”nə çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Dünyanın ən böyük investorudur”.

İqtisadçı bəyan edib ki, Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub: “Bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. Trampın bəyanatları ucuz populizmdən başqa bir şey deyil. Amerika tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və 3-cü dünya ölkələrinin sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq çoxdan ifşa olunub. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı. Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/112476?fbclid=IwAR0pCejQDqBrfWcWK-zufd0vbSCjmCtcbwyEbI_SDSVOhuJGPvUXYvzER38

Elçin Bayramlı: “Yerli istehsalı olmayan məhsullara gömrük rüsumu minimuma salınmalıdır”

“Həm xaricdən gətirilən, həm də ölkədə istehsal olan yağların keyfiyyəti çox aşağıdır”

Ölkəmizdə kərə yağının bahalaşmasının qarşısını alınacaq. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, daxili bazarda kərə yağının qiymətinin sabit qalması təmin olunacaq. “Bu məqsədlə ölkəyə idxal olunan kərə yağının pərakəndə satış qiymətinin artmasının qarşısını almaq üçün 2017-ci ildə tətbiq edilmiş aşağı rüsum həddinin vaxtı 2021-ci ilin sonunadək uzadılır”.

Qeyd edək ki, Baş nazir Əli Əsədov dekabrın 4-də “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

“Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı Sherg.az-a açıqlamasında bildirib ki, gömrük rüsumunun azaldılmasının saxlanması qiyməti ucuzlaşdırmasa da, ən azı bahalaşmanın qabağını ala bilər. Amma bu addım o qədər də uğurlu deyil: “Çünki məsələyə fundamental yanaşma yoxdur və gömrük siyasəti optimal deyil. Dövlət protektionist gömrük siyasəti yeritməlidir. Belə ki, yerli istehsalı və istehsal potensialı çox olan məhsullara gömrük güzəştləri tətbiq edib, ölkədə istehsalı olmayan və ya çox az olan məhsullara böyük gömrük rüsumları qoymaq normal hal deyil. O cümlədən süd məhsullarının yerli istehsal həcmi böyükdür və böyük də potensial var. Bu halda təcrübədən də gördüyümüz kimi, xaricdən idxal olunan yağlara aşağı gömrük rüsumunun tətbiqi qiyməti ucuzlaşdırmadı, əksinə, bu vəziyyət yerli istehsalı sıradan çıxarmağa başlayır. Belə ki, yerli süd zavodları və kiçik fermer təsəffüratlarının xaricdən ucuz gələn yağla rəqabət aparmaq üçün keyfiyyəti aşağı salmasına və təbii yağ əvəzinə süni qatqılarla yağ düzəltməsinə şərait yaranır”.

İqtisadçı qeyd edib ki, hazırda həm xaricdən gətirilən, həm də ölkədə istehsal olan yağların keyfiyyəti çox aşağıdır: “Əksər hallarda isə bunlar spredlər, palma yağı və sair kimyəvi maddələrlə düzəldilmiş yağlardır ki, bunlar da əhalinin sağlamlığına ağır zərbə vurur, təhlükəli xəstəliklərin çoxalmasına səbəb olur. Yerli bazarda yağların keyfiyyətinə nəzarət sıfır səviyyəsindədir. Mağazaların vitrinlərinə baxmaq kifayətdir ki, bu sahədə hansı vəziyyətin mövcud olduğunu görəsən”.

ASAM sədri hesab edir ki, gömrük siyasətinə yenidən baxılmalı, rüsumlar ədalətli, optimal formada müəyyənləşdirilməlidir: “Konkret olaraq, qeyd etdiyimiz kimi, yanaşma belə olmalıdır- ölkədə istehsal olmayan və ya çox az olan məhsullara gömrük rüsumu xeyli azaldılmalı, yerli istehsalı yüksək olan məhsullara isə artırılmalıdır. Bu halda həm qiymətlər optimal olacaq, həm də yerli istehsal stimullaşmışacaq. Yeganə problem kimi xaricdən gətirilən və ölkədə istehsal olunan məhsulların keyfiyyətinə nəzarət etmək qalır. Ümid edirəm ki, bu məsələ də öz həllini tapacaq. Hələlik isə, bu sahədə vəziyyət acınacaqlıdır”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/111908?fbclid=IwAR12TguBeY6fzFVe0lnYt8kKgnqf_Hgd8wDablH37uYCwOM8YOMm_euVRzA

Şəbəkə marketinqi Azərbaycanda niyə uğur qazana bilmədi?

Elçin Bayramlı: Problem sistemdə deyil, bu sistemə fırıldaqçıların daxil olmasındadır

Bir neçə il əvvəl Azərbaycanda internet üzərindən şəbəkə biznesi olduqca geniş yayılmışdı. Hətta bir sıra tanınmış şəxslər , elm adamları da bu biznesin qurbanları sırasında idi.

Şəbəkə marketinqi ilk dəfə Latın Amerikasında yaranıb, sonralar ABŞ-da yayılmağa başlayıb. “Multi level marketing” termini XX əsrin 70-ci illərində yaranıb. 80-ci illərdən sistem amerikan adı olan – “Network marketing” (şəbəkə marketinqi-red.) adını alıb. Bu sistem hazırda da dünyada mühim yer tutur və illik yüz milyardlarla dollar dövriyyəyə malikdir. Biznesin necə qurulduğu isə bir çoxlarına yəqin ki, məlumdur. Prosesə qoşulan adam məhsul almalı və yeni üzvlər tapmalı idi ki, pul qazana bilsin.

Təəssüf ki, Azərbaycanda insanlar bu biznesin faydasından daha çox ziyanını görüb. Xüsusilə də «Quest.net» şəbəkə biznesinə qoşulanlar pullarını itirməklə bərabər, bu biznes ucbatından daimi işlərini də itiriblər. Yəni it getməklə qalmayıb, ipi də özü ilə aparıb…

Maraqlıdır, Azərbaycanda hələ də şəbəkə marketinqi mövcuddur?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı ekspert Elçin Bayramlı bildirib ki, sistemin Azərbaycanda uğur qazanmamasına səbəb başqa məqsədlər üçün istifadəsi olub: “Bu barədə birmənalı fikir söyləmək olmaz. Çünki texnologiyanın inkişafı ilə bağlı yeni biznes növləri yaranır. Onlardan da biri   şəbəkə biznesidir. Bu, onlayn ticarətlə bağlı olan bir şeydir. Bir çox ölkələrdə uğurla tətbiq olunur. Problem sistemdə deyil. Bizdə uğur qazanmama səbəbi bu sistemdən başqa məqsədlər üçün istifadə oldu. Hər hansı fabrik məhsulunu satmaq istəyir və əlavə müştəri cəlb edən insanlara satış faizi verir. Bizdə bu sistemlə “Faberlik” şirkəti işləyir. Başqa bir neçə şirkət də bunu tətbiq edir. Kimlərsə bu şirkətlərlə sərbəst əməkdaşlıq edir, özlərinə köməkçilər tapır, məhsulları satır və oradan gəlir əldə edir. Bu, dünyada mövcuddur, satış motivasiyası sistemidir. Sığorta şirkətləri də bu şəkildə işləyir. Bu normaldır, lakin Azərbaycanda insanların vicdanına qalıb. Bizdə bundan sui-istifadə edirlər. Adamları aldadıb, pullarıyığıb aradan çıxırlar».
Ekspert deyir ki, düzgün istifadə olunsa, bu satış sistemi həm alıcılar, həm də istehsalçılar üçün daha sərfəli olar. Dəllallar aradan çıxar: «Bəzən bir məhsul 5 əl dəyişir, bizə gəlib çatana qədər 1 manatlıq məhsul 5 manata satılır. Bu sistemlə gündəlik tələbat mallarının satışını təmin etsələr, bu, yaxşı olar. Alıcı birbaşa istehsalçıdan məhsulu əldə edə bilər, həm də fabrik qiymətinə. Həmin bizneslə məşğul olan adamlar vergi vermirlər, ona görə də məhsulun qiymətini daha ucuz qoya bilərlər. Lakin insanları aldatmağı üstün tuturlar. Azərbaycanda bu biznes demək olar ki, çöküb. Bir neçə sahədə mövcuddur ki, bunlardan başlıcası təbii dərmanlar, kosmetik vasitələr, sağlamlığa təsir edən məhsulların satışı ilə məşğul olan şirkətlərdir. Lakin fırıldaqçılıqla məşğul olan şirkətlərə görə nüfuz qazana bilmədilər. Bizdə LNS adlı şirkət vardı, guya İsveçrə istehsalı olan saatların satışı ilə məşğul idi. Çində 5-10 manata hazırladıb 100-150 manata satırdılar. Başqa biri “Quest” şirkəti idi, 2 min manata saat satırdı, amma heç 200 manatlıq deyildi. Nəticədə şəbəkə biznesi gözdən düşdü”.

Səyad Həsənli

https://cebhe.info/d_uuml_nyada_qaydalara_azerbaycanda_vicdana_qalan_biznes_vergi_vermeseler_de_aldatmagi_se_ccedil_irler-174128?fbclid=IwAR2r9mtmlZEgtHMPs_8YTv4XZXkWolBuTaIE2lmhgHyAAFPD2wmpJXv621E

ASAM rəhbəri: Yolların çoxu keyfiyyətsiz salındığına görə bir neçə ilə sıradan çıxır

“Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır»

“Cənab Prezident paytaxtın mərkəzi hissələri istisna olmaqla, digər şəhər və qəsəbələrin yollarının yaxşı vəziyyətdə olmadığını deyərək onların təmirinə diqqət yetirilməsinin vacibliyini qeyd edib”. Bu fikirləri Sherg.az-a açıqlamasında  “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, həqiqətən də, çox bərbad vəziyyətdə olan xeyli şəhərdaxili, qəsəbədaxili, rayondaxili yollar, küçələr var: “Əminəm ki, dövlət başçısının tapşırıq və tövsiyyələrindən sonra bu problemlərin qısa vaxtda həll edilməsi üçün çalışılacaq. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bunun üçün dövlət büdcəsindən kifayət qədər vəsaitlər ayrılır. Son dövrlərdə həqiqətən də xeyli yollar çəkilib, təmir edilib. Lakin onların çoxu keyfiyyətsiz salındığına görə bir neçə ilə sıradan çıxır, həm vətəndaşların nazılığına və narahatlığa səbəb olur, həm də dövlət büdcəsinə xeyli ziyan dəyir. Məsələn, asfaltın tərkibinə vurulan bitum bahalı bir maddədir, çox vaxt onu normadan xeyli az vururlar, həmin artıq qalan bitumu kənara satırlar, ya da pulunu hesablayıb götürürlər. Lakin o pulun az bir hisəsini bitum üçün xərcləyirlər ki, bu da yolların qısa vaxtda sıradan çıxmasına gətirib çıxarır.

Elçin Bayramlı, ASAM sədri

Agentlik rəhbərliyi bu məsələləri şəffaf və keyfiyyətli şəkildə həll etməlidir. Dövlətə zərər vuran, vətəndaşlara narahatlıq yaradan məmurlar cəzalandırılmalıdır. Yolların dağılmasında digər bir səbəb də normadan 2-3 dəfə çox yüklənmiş yük maşınlarıdır. Bu maşınlar çox baha qiymətə çəkilmiş, təmir olunmuş yolları qısa müddətdə sıradan çıxarır. Bunun qarşısını DYP almalıdır və belə hallarda ciddi cəza tədbirləri və böyük cərimələr tətbiq etməlidir. Ümumiyyətlə, yol infrastrukturu iqtisadi inkişaf üçün də son dərəcə vacibdir və onun yaxşı vəziyyətdə olmasını təmin etmək lazımdır. Ümid edirəm AAYDA bu işin öhdəsindən gələr”.

Yeganə Bayramova

https://sherg.az/x%C9%99b%C9%99r/109021?fbclid=IwAR2aXh9ypwws2vkP4WhpV2yNQeHWC89bYNvZsWlrW1DWpQ9UBLxz9UB1WEc

«Astronavtika Konqresinə ev sahibliyi hər ölkəyə həvalə olunmur“

Beynəlxalq Astronavtika Konqresi kimi nüfuzlu bir tədbirdə ev sahibliyi etmək hər ölkəyə həvalə olunmur”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçi Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu göstərən faktlardan biridir: “Texnologiyanın ən yüksək zirvəsi kosmik texnologiyalardır. Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub, Astrofizika rəsədxanamız, alimlərimiz, mütəxəsislərimiz olub. Son dövrlərdə də bu sahədə ciddi işlər həyata keçirir. Kosmik fəzada 2 peykimiz, yüksək texnologiyalarla bağlı institutlarımız və elmi mərkəzlərimiz var. Bütün bunlar kosmik texnologiyalarda bizə ciddi perspektiv vəd edir”.

Elçin Bayramlı: «Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub»

E.Bayramlı qeyd edib ki, ölkəmiz rabitə və yüksək texnologiyalar xidmətləri vasitəsilə dünya bazarına çıxır. Azərbaycanın Beynəlxalq Astronavtika Konqresina ev sahibliyi etməsi bunun həcmi və miqyasını getdikcə artacaq:
“Mövcud və perspektiv peyklərimizin daha səmərəli idarə edilməsi streteji planda böyük iqtisadi dividentlər gətirəcək. Bu, çox böyük və perspektivli bir bazardır. Bununla belə bu, bazarda yüksək texnologiyalara malik fövqəldövlətlərlə rəqabət aparmalısan. Ən azı burada ilkin addımları atmışıq və getdikcə də yerimizi möhkəmlədə və artıra biləcəyik. Bundan başqa, özümüzün informasiya və kommunikasiya təhlükəsizliyimizi təmin edə bilərik. Ümumiyyətlə, bu proses təkcə regionda deyil, bütün dünyada ölkəmizin siyasi və iqtisadi nüfuzunu artıracaq”.
Qeyd edək ki, ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin Azərbaycanda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir.

Yeganə Bayramova

Rüşvət verilməsə, alan da olmaz

Elçin Bayramlı: “Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə baxmalıdır”

“Prezidentin çıxışı ölkədə həyata keçirilən islahatların dönməz şəkildə davam etdiriləcəyi ilə bağlı ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradədir”.  Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, dövlət başçısı öz çıxışı ilə hər şeydən xəbərdar olduğunu göstərdi: “Prezident ölkədə həyata keçirilən islahatlara mane olanlara, əhalinin və dövlətin əleyhinə iş aparanlara sonuncu dəfə ciddi xəbərdalıq etdi. Xüsusilə də, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılacağını vurğuladı. Bu işdə jurnalistləri, vətəndaşları da fəal olmağa çağırdı. Rüşvət, korrupsiya faktoru bütün ölkələrdə və bütün dövrlərdə olub. Sadəcə bunu maksiumum azaltmağa cəhd etmək lazımdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlər müşahidə olunur. Ancaq ölkənin bütün problemlərinin həllini sadəcə dövlət orqanlarından gözləmək olmaz. Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı davranmalıdırlar. Məlum olduğu kimi, rüşvət verilməsə, onu alan da olmaz. Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə baxmalıdır”.

Ekspertin sözlərinə görə, tezliklə təkcə bu sahədə deyil, əksər sektorda mühüm dəyişiklik olacaq:  “Həm kadr siyasəti, həm idarəetmə sistemi, həm də peşəkar yanaşma ortaya qoyulacaq. Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənəcək, dövlətimiz güclənəcək. Bu da öz növbəsində siyasi nüfuzumuzun artmasını təmin edəcək. Ən əsası odur ki, bunun üçün güclü siyasi iradə ortaya qoyulub. Bu işdə bütün əhali dövlət başçısına dayaq olmalıdır. Bunu edə bilsək, heç bir problem qalmayacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/107430?fbclid=IwAR1HAP9W3cxrlzLz2whlnBVsoRTm-YwYGWyISgFMo8r15Nuj6pAWXjorSvQ

“Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək faizdir”

Elçin Bayramlı: Sosial evlər layihəsi yalnız sözdə qaldı. Mənzillərin çoxunu dəllarlar aldı.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”in suallarını cavablandırıb. Onunla dünyada yaşanan gərginliklər fonunda neftin qiyməti, manatın taleyi, ətin bahalaşmasına səbəb olan amillər, meyvə-tərəvəzin ucuzlaşmaması, kredit faizlərinin yüksək olması, sosial evlərlə bağlı narazılıqlar, ərzaq məhsullarının keyfiyyətsizliyi, «Leş tofiq”lər, istismar müddəti başa çatmış avtomobillərin ekologiyaya vurduğu ziyan, Bakıya verilən suyun tərkibindəki zərərli maddələr və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq.

Söhbəti təqdim edirik.

— Dünyadakı ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-Çin və ABŞ-İran gərginliyini nəzərə alsaq, neftin qiyməti ilə bağlı nə proqnozlaşdırırsınız?

— Yaxın Şərqdə gedən proseslər neftin qiymətinə təsir göstərəcək. Müəyyən bahalaşma olacağını ehtimal edirəm. Çinin və Hindistanın neftə tələbatının sürətlə artdığını, İranla bağlı sanksiyaları, həmçinin OPEK-in hasilatın azaldılması siyasətini nəzərə alsaq bahalaşma qaçılmazdır.

— Manatın məzənnəsi ilə bağlı proqnozunuz necədir, ucuzlaşa bilərmi?

— Manatın məzənnəsinin sabit qalacağını ehtimal edirəm. Amma düzünə qalsa, manat bahalaşmalıdır. Çünki valyuta bazarındakı vəziyyət, neftin qiyməti, ixracın artması kimi faktorlar həddən artıq ucuzlaşmış məzənnənin optimal həddə qaytarılmasını tələb edir. Fikrimcə, optimal məzənnə 1:1 nisbətidir. Lakin bu il maaş, pensiya və müavinətlərin böyük həcmdə artımı dövriyyədə pul kütləsini və müvafiq olaraq manata təzyiqi artırır. Ona görə də hökumətin ehtiyatlı məzənnə siyasəti yürüdərək kursu sabit saxlayacağına əminəm.

— Ətin bahalaşmasına dair xəbərlər yayılır. Niyə bahalaşır?

— Ətin və iaşə müəssisələrində ət yeməklərinin bahalaşmasının səbəbi leş bazarında sensasion ifşalar və bu işlə məşğul olanların həbsidir. Bu həbslərdən sonra leş mafiyası fəaliyyətini müvəqqəti dondurub. Bu da bazarda azı 10 faizlik kəsir yaradıb. «Leş Tofiq» və başqalarının həbsindən sonra Bakının əksər yeməkxanalarında və dönərxanalarda ət yeməklərinin qiyməti qalxıb. Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib.

— Bu il meyvə-tərəvəzin qiyməti ucuzlaşmadı. Hazırda üzümün fəslidi, amma bazarda 2 manatdan aşağı üzüm yoxdur. Halbuki, ötən illər 70-80 qəpiyə satılırdı…

— Bu il bir çox meyvə və tərəvəz hədsiz bol olub. Məntiqlə qiymətlərin xeyli ucuz olacağı gözlənilirdi, lakin bu, baş vermədi. Səbəbi qonşu ölkələrdə meyvə-tərəvəzin bizdən baha olması və nəticədə həmin məhsulların o ölkələrə daşınmasıdır. Həmin ölkələrdə əhalinin gəliri bizdən yüksək olduğundan baha qiymətə ala bilirlər. Bu səbəbdən bəzi işbazlar və təsərrüfat sahibləri özləri məhsulun ixracında maraqlıdırlar. Burda iki yol var: ya bizdə əhalinin gəliri o ölkələrdəki gəlir həcminə çatmalıdır ki, bizim əhali də o qiymətə meyvə-tərəvəz ala bilsin, ya da Kənd Təsərrüfatı Nazirliyi və Gömrük Komitəsi meyvə-tərəvəzin yalnız daxili tələbat həcmindən artıq hissəsinin ixracına icazə verməlidir.

— Bank kreditlərinin faizi ilə bağlı da müəyyən narazılıqlar var. Bəzi banklar elan edirlər ki, guya, 5-6 faiz həcmdə kredit verirlər, amma 20 faizdən aşağı kredit yoxdur…

— Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək faizdir. Dünya ölkələrində 1:10 faiz arasında verilir, bizdə isə 20-30 faiz arasında. Bu da iqtisadiyyatın inkişafına və əhalinin sosial vəziyyətinə çox ağır zərbə vurur. Mərkəzi Bank uçot dərəcəsini əhəmiyyətli həddə aşağı salmalı və bankları müvafiq maliyyə tranşları ilə təmin etməlidir. Xarici fondlardan maliyyə vəsaitlərinin cəlb edilməsini də stimullaşdırmaq olar. Ümumiyyətlə, təklif edərdim ki, xarici fondlarda 1 faiz gəlirliliklə saxlanan 50 milyarda yaxın strateji ehtiyatlarımızdan 5 milyardını ölkəyə gətirib real iqtisadiyyata buraxmaq, kiçik və orta biznesə 3-5 faizlə uzunmüddətli kreditlər vermək çox gözəl olardı. Bu, iqtisadi inkişafa və məşğulluğa çox böyük dərəcədə müsbət təsir edərdi. Ümumdaxili Məhsul və büdcənin gəlirləri artar, sosial rifah yüksələrdi.

— Sosial mənzillərlə bağlı giley-güzar edənlər oldu. Bu sahədəki problemlər nədən qaynaqlanır və onu necə həll etmək olar?

— Sosial evlər layihəsi yalnız sözdə qaldı. Bu mənzillər az qala bazar qiymətinədir. Üstəlik, həmin mənzilləri alanların çoxu evə ehtiyacı olmayan kommersiya məqsədilə əldə edənlərdir. Elə elan saytlarına baxmaq kifayətdir ki, o binalarda xeyli mənzilin satışa çıxarıldığını və kirayə təklif edildiyini görəsən. Halbuki, bu sırf sosial layihə idi və aztəminatlı evsiz əhalinin güzəştli şərtlərlə təminatı üçün yaradılmışdı. Lakin nə bölünmədə ədalətlilik və şəffaflıq oldu, nə də mənzil bazarına ciddi təsir göstərdi. Rahatca demək olar ki, sosial evlər layihəsi elə başdan fiaskoya uğradı. Çünki burada məqsəd evsiz və ev ala bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki, jurnalistlər ev alanların siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə istifadə edir. Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmalıdır. Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev ala bilsin. Əks halda mənası yoxdur”.

— Ərzağın keyfiyyəti ictimaiyyətdə ciddi narazılıq doğurur. Qida Təhlükəsizliyi Agentliyi hansı addımlar atmalıdır?

— Ərzaq bazarında vəziyyət faciəvidir. Harda saxta keyfiyyətsiz təhlükəli məhsul var, bizim bazar, dükanlardadır. Meyvə-tərəvəzin böyük hissəsi GMO məhsuldur. GMO-nun xərçəng yaratdığı, genlərin funksiyasını dəyişdiyi bu yaxınlarda Fransada aparılmış elmi araşdırmada dəqiq sübut olundu. Emal sənayesi məhsullarının çoxu kimyəvi, qalanı isə keyfiyyətsiz məhsullardır. Xaricdən idxal olunan qida məhsulları da saxta və keyfiyyətsizdir. Harda ən ucuz məhsul var, bizim işbazlar gətirib əhaliyə satır. Yəni əhaliyə qarşı açıq və konkret qida terroru həyata keçirilir. Buna da heç bir dövlət orqanı tam məsuliyyət daşımır. Heç bir nəzarətdən söhbət belə gedə bilməz.

— «Leş Tofiq”lərin sayı artır. Bu barədə nə deyə bilərsiniz?

— “Leş Tofiq” və digərləri ilə bağlı onu deyə bilərəm ki, bu mafiya çox geniş miqyasda və mütəşəkkil fəaliyyət göstərir. Ölkənin əksər kafe, restoran və dönərxanalarını, kolbasa-sosiska sexlərini xəstə və tələf olmuş heyvan leşləri ilə təmin edir. Bu da birbaşa qida terrorudur və əhali arasında ağır xəstəliklərin artmasına səbəb olur. Bu mafiyanın bütün üzvləri ifşa olunaraq həbs edilməlidir. Ümumiyyətlə, bazar-dükan saxta və təhlükəli məhsullardan təmizlənməlidir. QTA-ya gəldikdə deyə bilərəm ki, bu agentlik formal olaraq mövcuddur. Bu fəaliyyətsizliyi ilə də qida təhlükəsizliyi əvəzinə qida təhlükəsi yaradır.

— Mütəmadi olaraq sosial mediada istismar müddətini başa vurmuş, lakin hələ də istifadə olunan avtomobillərin fotosunu paylaşırsınız. Bununla hansı mesajı verirsiniz?

— Ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor istifadə müddətini başa vurmuş avtomaşınlardır. Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG) keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə, kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir. Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır. Bu işə artıq başlamaq vaxtıdır.

Artıq dünya ölkələri elektromobillərə keçir. Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar.

Bundan başqa, diqqətə çatdırım ki, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu, mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var.

— Bakıya verilən suyun kimyəvi cəhətdən çox çirkli və təhlükəli olduğuna dair iddialar var. Bu, doğrudurmu?

— Bəli, bu iddianı təsdiqləyirəm. Bakıda əhaliyə verilən suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi onun duru görünməsi ilə ölçülmür. Duruluq sadəcə lilin, toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir. Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də evlərə. Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir.

Ayyət Əhməd

https://sherg.az/x%C9%99b%C9%99r/107267?fbclid=IwAR1CSaD0FdomtY5zEImC5vHpqqeh3NUed-UzJiMpcSBiOGBm9kGV8OLqL74

“Gömrük rüsumlarının azaldılması gözlənilir»

Elçin Bayramlı: «Bu, sosial-iqtisadi inkişafı sürətləndirəcək, ölkədə ucuzluq və bolluq yaranmasına səbəb olacaq»

Konfidensial mənbədən aldığım məlumata görə, hökumətdə gömrük rüsumlarının ciddi səviyyədə azaldılmasına hazırlıq gedir. Bu, iqtisadi və sosial sahə üçün son dərəcə vacib addım olacaq. Analoq.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.

Ekspertin sözlərinə görə, idxal üçün hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir, qonşu Gürcüstanla müqayisədə isə dəfələrlə yüksəkdir: “Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir. Misal üçün Çindən idxal olunan 1 manatlıq mal gömrük rüsumları, vergi, kargo və s xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlirki, o da bunu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcburdur. Demək bir mal istehsal yerindəkinə nisbətən bizdə 5 dəfə baha olmuş olur”.

Elçin Bayramlı bildirib ki, rüsumların azalması ticarət həcminin artması ilə yanaşı həm də sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdıracaq: “Belə ki aşağı gömrük rüsumları istehsal üçün lazımi texnologiya, avadanlıq və xammalın ölkəyə daha ucuz gətirilməsinə səbəb olacaq ki, bu da ümumi daxili məhsulun artmasına təkan verəcək.Yeni iş yerləri, yeni istehsal, xidmət və satlş obyekləri açılacaq. Son nəticədə bu dövlət büdcəsinin də gəlirlərinin artmasına, işsizliyin azalmasına, ölkədə məhsul bolluğu və ucuzluğunun yaranmasına səbəb olacaq. Bir sözlə gömrük rüsumları 2 dəfə azaldısa bu özünü həm iqtisadi inkişafın daha sürətlənməsində, həm sosial rifahın xeyli yüksəlməsində göstərəcək”.

Yerli istehsalın qorunmasına gəldikdə, ASAM sədrinin fikrincə, bu istiqamətdə protektionist siyasətin yürüdülməsi də çox vacibdir: “Bu səbəbdən də güzəştlər ölkədə istehsalı olan və daxili bazarı tam və ya xeyli həcmdə təmin edən məhsullara yox, ölkədə istehsalı olmayan və ya istehsalı olub daxili tələbatın çox az hissəsini ödəyən məhsullara tətbiq edilə bilər”.

Türkiyə və Rusiya dollardan imtinaya hazırlaşır: Təzyiqlərdən beziblər

Elçin Bayramlı: “Bir sıra başqa ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər”

Türkiyə və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsi ilə bağlı razılaşma imzalayıblar. Bu barədə Rusiyanın maliyyə naziri Anton Siluanov məlumat verib. Onun sözlərinə görə, söhbət “Türkiyə ilə ödəmələrdə və müqavilələrdə milli pul vahidlərinin istifadə edilməsi haqqında razılaşma”dan gedir.

Ekspertlərə görə, iki ölkə arasında atılan bu addım bir növ ABŞ-ın iqtisadi sanksiyalarına, ən əsası isə dollar hegemonluğuna qarşıdır. Lakin onların fikrincə, bunun nə dərəcədə effektli olduğunu gələcək zaman göstərəcək.

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bunun son dərəcə müsbət addım olduğunu deyib. İqtisadçının fikrincə, getdikcə daha çox ölkə bu metodu tətbiq edəcək: “Artıq bir neçə ölkə belə edir. Çin neft birjasında neftin yuanla satılacağını və kim istəsə yuanı qızıla çevirə biləcəyini bəyan edib. ABŞ dollardan dünyada hegemonluq etmək məqsədi ilə təsir vasitəsi kimi  istifadə edir. Birja və bank maxinasiyaları yolu ilə yüz milyardlarla pul qazanır və ölkələrin iqtisadiyyatını çökdürür. FED adlı qlobal cinayətkar sistem dolların uçot dərəcəsini süni olaraq artırıb-azaltmaqla dünya maliyyə sistemini qarışdırır”.

E.Bayramlı bildirib ki, əksər ölkələr təzyiqlərdən bezdikləri üçün alternativ yollar axtarırlar: “Rusiya, Çin və bəzi ölkələr dollar ehtiyatlarını qızıla çevirir, öz aralarında milli valyutalarla ticarət həyata keçirirlər. Bir sıra başqa ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər. Biz də dollar “təcavüzündən” milyardlarla zərər çəkmişik. Hesab edirəm ki, Rusiya, Çin, Türkiyə və İranla milli valyutalarla ticarətə keçmək lazımdır. Əminəm ki, bu proses davam edəcək və daha çox ölkə qoşulacaq”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/106592?fbclid=IwAR2qe85xNpP27g9Ryj6B0ilIXIzDWm05b8OIXY7QFK-0JbmFo2VlvJ5g580

Bizə atom stansiyası lazımdırmı?- ANALİZ

Xəbər verildiyi kimi, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək təklifi irəli sürüb. “Rosatom”un baş direktoru Aleksey Lixaçov Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən deyib: “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”- o deyib. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.

Nüvə enerjisi: dünyanı hörümçək toru kimi bürümüş gecpartlayan bombalar

Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü il Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən atom qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük “Fukuşima” qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od  sönmədi və alovlanmaqda davam edir.

Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.

Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir. 

Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə 22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin edir.

Bununla yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var- Avstriya, Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya.

Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib.

 İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?

Atom Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.

Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.

AES-lərin əsas problemi təhlükəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır. “Çernobıl” və “Fukuşima” qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.

Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.

Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi  və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.

Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin…

İlk AES qəzası 1979-cu ildə ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı, minlərlə insan şüalanmaya məruz qalmır, 200 min adam evakuasiya edilmişdi. Hərçənd bəzi Amerika mütəxəsisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.

1986-cı ildə isə SSRİ-də (Çernobıl AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukrayna SSR-in özündə, Belorusiya SSR və RSFSR-də yaşayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şülayanmaya məruz qaldı. Qəza nəticəsində ilk günlərdə 30 insan öldü, sonrakı illərdə isə şüalanmadan ölənlərin sayı artdı.

Ölkə iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədək Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi göstərdi.

Hazırda “Çernobıl” AES ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər…

In this Thursday, Jan. 25, 2018 photo, an installation of a dome-shaped rooftop cover housing key equipment is near completion at Unit 3 reactor of the Fukushima Dai-ichi nuclear power plant ahead of a fuel removal from its storage pool in Okuma, Fukushima Prefecture, northeast Japan, during an exclusive visit by The Associated Press. The hardest-hit reactor at the Fukushima plant in the March 2011 disaster is moving ahead of the other two melted reactors seven years later in what will be a decades-long cleanup. (AP Photo/Mari Yamaguchi)

Bəşəriyyətə 3-cü- ən güclü xəbərdarlıq: Fukuşima atom faciəsi

Yaponiyada baş verən zəlzələ və sunamidən sonra «Fukusima-1» AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, «Fukusima»da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. «Fukuşima-1» AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.

Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. «Fukuşima»nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət «Fukusima»ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.

Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar.

ABŞ, SSRİ və Yaponiya qəzaları göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə bu fəlakətin qarşısını almaqda acizdirlər.

Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün «soyuq duş» oldu. Halbuki, “Çernobıl” qəzasını «unudan» bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.

Radiasiya Problemləri İnstitutu AES tikilməsini niyə istəyir?

AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir. İnstitutun direktoru Adil Qəribov bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında bildirib ki, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.

“Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər. Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır»- A.Qəribov bildirib.

Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.

AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur.

Böyük enerji resurslarımız olduğu halda riskə getməyə dəyərmi?

Bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən aktuallaşdırılır.

Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.

Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərlidir. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobıl zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi ağır olar.

Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görərik.

Elçin Bayramlı

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri

«Yeni baş nazir iqtisadi islahatları effektiv apara biləcək səviyyədə mütəxəssisdir»

Ekspert: «Əminəm ki, Əli Əsədov ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək»

 “Dövlət başçısı İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişaf kursunu götürüb və sosial-iqtisadi siyasəti əsas prioritet elan edib. Nazirlər Kabineti, baş nazir isə hökumətə, xüsusən də iqtisadi orqanlara rəhbərlik edir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.

İqtisadçı bildirib ki, baş nazir postunun böyük iqtisadi biliyi və təcrübəsi olan şəxsə etibar edilməsi yaxşı haldır: “Əli Əsədovun bu sahədə yüksək təhsili var. Belə ki, dünyanın ən böyük iqtisadi universitetlərindən birini — Moskva Xalq Təsərrüfatı İnstitunu bitirib. Həm də elmi və iş fəaliyyətini iqtisadi sahədə davam etdirib. Sonda Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi postu kimi çox vacib vəzifə ona etibar edilib. Bu post isə, məlum olduğu kimi iqtisadi sahədə ən təcrübəli və bilikli mütəxəssisə etibar edilir.

Əlbəttə, Novruz Məmmədov da çox dəyərli bir mütəxəsisdir. Lakin o, siyasi sahədə təcrübəli və dərin bilikli alimdir. Baş nazir postuna da Prezident Administrasiyasnın xarici siyasət şöbəsinin müdiri vəzifəsindən gəlmişdi. Görünən odur ki, o, bir vicdanlı məmur kimi, hökumət rəhbəri kimi elan olunmuş iqtisadi inkişaf kursunu aparacaq mütəxəssis olmadığını, ölkəyə, xalqa böyük fayda verə bilməyəcəyini başa düşüb və dövlət başçısından onu bu postdan azad etməsini xahiş edib. Bu, əlbəttə, son dərəcə təqdirəlayiq səmimi addımdır”.

Elçin Bayramlının sözlərinə görə, NK-ya iqtisadçı mütəxəssisin rəhbərliyi məqsədəuyğun bilinib: “Hesab edirəm ki, bu, son dərəcə düzgün yanaşmadır. Əsas vacib sahə iqtisadiyyatdır. Bütün digər sahələr, hətta siyasət də iqtisadiyyatın çiyinlərində dayanır. Hökumətin çevik fəaliyyəti və iqtisadi islahatları düzgün aparması vacibdir. Ona görə də, hökumət başçısı postunun güclü iqtisadçıya etibar edilməsinin müsbət nəticələr verəcəyinə və ölkə iqtisadiyyatında hökumətin siyasətinin effektiv, operativ və peşəkarcasına həyata keçirilməsinə səbəb olacağına inanıram. Təsadüfi deyil ki, parlamentdə onun namizədliyi yekdilliklə qəbul olundu və əleyhinə bircə nəıfər də səs vermədi.

Yeni baş nazirimiz hörmətli Əli Əsədova uğurlar arzulayıram. Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək. Son nəticədə öz biliyi, təcrübəsi ilə hökumətin içinin səmərəliliyində, ölkə iqtisadiyyatının inkişafının fundamental əsaslarda təmin edilməsində əlindən gələni edəcək”.

İsmayıl Qocayev

https://sherg.az/x%C9%99b%C9%99r/106411?fbclid=IwAR204cFGJNr_1yyizQWqHuGNiPz7Vdyt2cbWGFzU8l3p79BiMgvUZ-98NVU