Saytımıza müsahibə verən ekspertlərin və mütəxəssislərin qeyd etdiyi kimi, diaspora sahəsində fəaliyyət heç də ürəkaçan deyil. Diasporla İş üzrə Dövlət Komitəsinə dövlət büdcəsindən vəsait ayrılsa da o vəsaitlər bəzən aidiyyəti üzrə xərclənmir, bəzən isə bəhrəsi görünməz olur.
Bu bizim gəldiyimiz qənaət deyil, bu, istər müharibə dövründə, istərsə də müharibədən əvvəl və sonra xaricdə dövlət maraqlarımızın, xalqımızın mənafeyi üçün aktiv fəaliyyət göstərən həmyerlilərimizin səsləndirdiyi fikirlərdir.
TvPress.Az internet qəzetinin baş redaktoru Elçin Bayramlı da bu fikirdədir. O Correct.az-a açıqlamasında qeyd edir ki, Diasporla İş üzrə Dövlət Komitəsinə ayrılan pullar dayandırmalı və daha səmərəli istiqamətlərə yönləndirilməlidir:
“Bu sahədə vəziyyət biabırçılıqdır, diasporaya ayrılan vəsaitləri dayandırmaq lazımdır”
Elçin Bayramlı
“Bu sahədə vəziyyət biabırçılıqdır. Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti çox zəif və effektsizdir. Müharibə vaxtı da, ondan əvvəl də, sonra aydın göründü ki, bizim diasporamız yox səviyyəsindədir. Əlbəttə, bir neçə təşkilatı istisna etmək şərtilə. Mən müharibə dövründə çox izlədim, araşdırdım, lakin xarici ölkələrdəki diaspora təşkilatlarımız, Azərbaycan cəmiyyətləri demək olar ki, heç bir iş görmədilər.
Erməni təşkilatları isə dünyanın bütün şəhərlərində aksiyalar keçirir, mediaya çıxır, beynəlxalq təşkilatların, qalmaqal salır, böyük dövlətlərin qarşısında tələblər qoyurdular. Yəni, bizim diasporumuz informasiya müharibəsində demək olar ki roy oynamadı. Əgər müharibə vəziyyətində, ən lazımlı məqamda diaspora fəaliyyəti koordinasiya olunmayacaqsa, bütün güclərini səfərbər edib real nəticə ortaya qoymayacaqsa onlara bu külli miqdarda vəsaitlər nə üçün lazımdır, niyə bu qədər vəsait ayrılır?
Biz informasiya və təbliğat müharibəsində prezidentimizin və beynəlxalq dilləri bilən bəzi vətəndaşlarımızın sayəsində qalib gəldik. Burada əlbəttə dediyim kimi, bir neçə təşkilatı istisna etmək olar, onların zəhmətini yerə vurmaq olmaz, lakin bu heç 5 faiz də təşkil etmirdi. Halbuki, Ermənistandan fərqli olaraq bizim diaspor təşkilatlarımıza həm dövlət, həm də qeyri-dövlət xətti ilə mütamadi maliyyə yardımları göstərilir. Bu pulları rahatca batmış hesab etmək olar. Komitə üçün ayrılan vəsaitləri elə qlobal informasiya resurslarına ayırsaq daha böyük fayda əldə edə bilərdik. Ən kritik məqamda, onların bizə lazım olduğu yeganə halda da heç bir fəaliyyət göstərmədilər.
Təəssüf ki, xaricdəki səfirliklərimiz də arzuolunan fəaliyyət göstərmədilər. Diasporu onlar təşkilatlandırmalı idi, olduqları ölkələrdə tv-lərdə, mediada yer və ya vaxt alıb informasiya və təbliğat müharibəsi aparmalı idilər. Bizə kağız üzərində olan və dövlətə, xalqa heç bir xeyiri dəyməyən komitə lazım deyil.
Sonra da deyirik ki, ermənilər Rusiyada, Avropada, Amerikada niyə üstündürlər. Əlbəttə üstün olacaqlar, çünki orada yaşayan ermənilər birləşir, ümummilli, ümumdövlət maraqları üçün mübarizə aparır, bu yolda öz pullarından, vaxtlarından, əziyyətlərindən keçirlər. Bizim milyarderlərimizə baxın. Görün müharibə vaxtı hansısa beynəlxalq mediada, televiziya vaxt alıb nəsə verdilərmi, ya da hansısa bizim tərəfdən danışan eksperti çıxarıb danışdırdılarmı. İmkanlı ermənilər isə pul xərcləyib iş gördülər. Sonra da deyirik, niyə erməniər tərəfdən danışırlar. Əlbəttə belə olacaq, necə deyərlər, pulunu verən, düdüyü çalır.
Hesab edirəm ki, bu sahəyə pul ayırmağı dayandırmaq lazımdır. Onsuz da faydası yoxdur. Həmin vəsaitləri Qarabağın bərpasına yönəltmək lazımdır. İndiyə qədər xərclənən milyonları itirilmiş hesab etmək olar”.
Elçin Bayramlı: “Ancaq öz maaşlarının, ezamiyyət və məzuniyyət pulunun artırılmasının davasını edirlər”
Milli Məclisin bəzi deputatların ilginc açıqlamaları ilə cəmiyyətin qəzəbinə səbəb olur.
Belə ki, ölkədə maddi böhran halları artıqca, əhalinin sosial problemləri pik həddə çatdıqca deputatların hökumətə yönəlik qəzəbləri azatlmaq üçün etdiyi cəhdlər hiddətə səbəb olur. Onlar sanki yarışa girmişcəsinə cəmiyyətin əsəbinə toxunan açıqlamalar verərək, gündəmi məşğul edirlər.
«TvPress» internet qəzetinin baş redaktoru, sosioloq-jurnalist Elçin Bayramlı Bizimyol.info-ya açıqlamasında bildirib ki, deputatlar daha çox öz maaşlarının, ezamiyyə ödənişlərinin və məzuniyyət pulunun artırılmasının davasını edirlər.
“Deputatların belə çıxışlarına artıq hamı adət edib, ona görə də heç kim təəccüblənmir. Çünki onların bu açıqlamaları heç nəyi dəyişmir, sadəcə, əhalidə qıcıq yaradır. Bunların xalqdan xəbəri yoxdur, bir neçə nəfəri çıxmaq şərtilə. Daha çox öz davalarını döyürlər- maaşlarımız artırılsın, ezamiyyə ödənişlərimiz artırılsın, məzuniyyət pulumuz artırılsın və s. 20-30 faizi ümumiyyətlə iclaslarla da olmur.
Bəzi faydalı təkliflərə gəldikdə, bunlar həmişə elə təklif olaraq qalır, çünki bir iki nəfər bu məsələni qaldırır, digərləri dəstəkləmir və boş söz yığını olaraq qalır. Qısası deputatlar heç nəyi həll eləmir. Hər şeyi hökumət həll edir. Deputatların 90 faizi təklif olunan qanun layihəsinə oxumadan, araşdırmadan səs verirlər”,-deyə E.Bayramlı bildirib.
Sosioloq təklif edirib ki, parlament buraxılsın, yenidən seçkilər keçirilsin: “Parlamentdə deputat sayı rayonların sayını nəzərə alaraq (iri şəhərlərdə 1-dən çox olmaqla) hər rayondan 1 nəfər olmaqla 70 nəfərə endirilsin. Bu 70 nəfər sırf peşəkar, yüksək intellektli, başqa işi olmayan, daimi parlamentdə oturan və xalqla görüşlərdə olan adamlardan seçilsin. Maaşların artırılmasında bəzi ölkələrdə tətbiq olunan qayda tətbiq edilsin- maaş artımı yalnız sonrakı çağırış deputatlar seçildikdə qüvvəyə minsin. Hər deputat məcburi olaraq ayda 1 dəfə mətbuat və seçiciləri qarşısında brifinq edərək hesabat versin. Bundan sonra parlamentdən nəsə gözləmək olar. İndiki halda şəxsən mən heç nə gözləmirəm”.
Qlobalistlər və transhumanistlər artıq ümumdünya “yeni dünya nizamı” siyasətlərini açıq şəkildə elan ediblər. Bəşəriyyətlə nə etmək istəyirlər? Planlar qorxuncdur!
Gələn il Dünya İqtisadi Forumunun (World Economic Forum) 50 illiyi qeyd olunacaq. Forum İsveçrənin Davos şəhərində keçirilən dünya siyasi elitası və tanınmış iş adamlarından ibarət toplantıdır.
Forumun yaradıcısı və 50 ildi rəhbəri olan Klaus Şvabdır. Klaus Şvab iqtisadçıdır, Jeneva universitetinin professorudur. 2020 ci ilin may ayında Klaus Şvab Böyük Britaniya şəhzadəsi Carlzla video konfrans zamanı “böyük sıfırlama” (The Great Reset) termininin adını çəkərək müzakirəyə çıxardıblar. Əsas məsələ budur- kapitalizm ciddi böhran keçirir, kapitalizmi yenidən qurmaq lazımdır. Koronavirus pandemiyası, sərt karantin rejimi bunun üçün ideal şansdır, və sərt karantin rejimini bacardıqca uzatmaq lazımdır…
İyun ayında DİF-in saytında The Great Reset səhifəsi açıldı. Dərhal bu mövzu siyasi elitalar və milyarderlər arasında tərəfdarlar topladı. Co Bayden, Boris Conson, Castin Tryudo, nəhəng korporasiyalar: Amazon, Apple, Google, Facebook, Micrasoft bu “planın” tərəfdarları olduqlarını bildirdilər.
İyul ayında Klaus Şvab fransız iqtisadçı Tyer Mallre (sol meyilli futuroloq) ilə birlikdə həmmüəllif olduqları “Covid-19: Böyük Sıfırlama” (“Covid-19: The Great Reset”) adlı kitab dərc etdilər. Milyarderlər klubunun rəhbərinin yazdığı kitab böyük maraqla qarşılandı. Kitabın əsas ideyası bunlardır:
—Birincisi, COVID-19“unikal imkanlar pəncərəsidir. Bu pəncərə vasitəsiylə bəşəriyyəti gələcəyə aparmaq lazımdır. Əvvəlki nizama qayıdış olmamalıdır! Sitat: “Bəziləri soruşur ki, biz nə vaxt normal yaşama geri qayıdacayıq? Cavab çox qısadır: Heç vaxt! Bizim tarix 2 yerə bölünüb- koronavirusdan əvvəl və sonra”
— İkincisi, “parlaq gələcək”də dünyada kasıb və varlı ölkələr arasındakı fərqlər yoxa çıxacaq, bir müddətdən sonra isə dövlətlər arasında sərhədlər də yoxa çıxacaq. Vahid planetar dövlət yaranacaq. Şvab yazır: “Sərt karantin rejimində insanlar evdə oturur, onların ailə bağları möhkəmlənir, dost və ailə üzvlərimizi daha çox sevməyə başlayırıq. Lakin bunun əks effekti də var. Əks effekti odur ki, insanlarda patriotik, milli və etnik hisslər, həmçinin dini hisslər inkişaf etməyə başlayır. Bu isə faciə ola bilər…” Şvab demək istəyir ki, etnik mənsubiyyətə və dinə müharibə elan olunacaq.
— Üçüncüsü, yeni dünya düzəninin iqtisadiyyatı nəhəng monopolistlərin əlində mərkəzləşməlidir. Şəxsi mülkiyyət anlayışı öləcək, onun yerini “paylaşılan iqtisadiyyatı” (sharing economy) tutacaq. Nəğd pul tədavüldən çıxacaq, yerinə isə elektron valyuta tətbiq olunacaq.
— Dördüncü, “yaşıl” enerji istifadəsinə keçid baş verəcək. Su, elektrik enerji istifadəsinə, həmçinin bəzi zərərli qidalara (məsələn ət), zərərli icadlar (məsələn maşın) üçün limit tətbiq olunacaq. Ən radikal addım isə insanların sayını, demoqrafik inkişafın qarşısını almaq olacaq. Sitat: “Nə qədər çox demoqrafik inkişaf (əhali artımı) olacaqsa, bir o qədər də çox yeni pandemiya riskləri olacaq”.
— Beşinci, iş yerlərinin robotlaşdırılmasına tam keçid olacaq. Ümumiyyətlə, iş yerlərinin azalmasına aid kitabın çox yerində danışılır. Sitat: “2035-ci ilə qədər restoranların 86%-də iş yerləri avtomatlaşdırılacaq, ticarət sektorunda 75% iş yerləri, əyləncə sektorunda isə 59% iş yerləri robotlaşdırılacaq. Sərt karantin qaydalarına, sosial məsafə qaydalarına görə restoranların 75% müflisləşəcək. Heç bir müəssisə, heç bir sektor bundan qaca bilməyəcək.” İşsiz qalan insanlar üçün baza gəliri tətbiq olunacaq, lakin bunun üçün o insan peyvənd (vaksin) vurdurduğunu sübut etməlidir.
— Altıncı, bütün sferalarda, iqtisadiyyatın bütün sektorlarında digitallaşdırma tətbiq olunacaq. Texnoloji vasitələrlə insanların üzünü tanımaq, onların hərəkətlərini, yer dəyişmələrini total şəkildə kontrol edilməsi üçün effektiv kontrol sistemi yaradılacaq. Sitat: “Pandemiyaya son vermək üçün, ümumdünya elektron kontrol şəbəkəsinin yaranması zəruridir”.
— Yeddinci, yeni səhiyyə modeli yaranacaq. Yeni modelə əsasən insanlar müntəzəm test olunacaq, peyvənd (vaksin) vacib olacaq. Peyvənddən qaçan insanlar üçün inzibati cəzalar və məhdudiyyətlər tətbiq olunacaq. Peyvənd olunanlara sanitar pasport veriləcək.
— Səkkizinci, transhumanizm ruhuyla insan daha da güclü “təkmilləşəcək”.
Yuxarıda adı çəkilən, 83 yaşlı “milyarderlər klubunun” rəhbərinin yazdığı kitabı, ideyanı bir çox qlobalist korporasiyalar, siyasi elitalar dəstəkləyir. Demək olar ki, qlobalistlər artıq “Yeni dünya nizamı” siyasətlərini açıq şəkildə elan ediblər və həyata keçirirlər.
Yaşayaq görək, bəşəriyyət bunlara adekvat cavab verə biləcəkmi, yoxsa özü üçün hazırlanmış məşum sonu çarəsiz şəkildə tamaşaçı kimi izləyəcəkmi…
Переселение армян на Кавказ в последние 2 века и создание Армянского государства в 1918 году на территории Азербайджана (Ереванский, Зангезурский и Гейчанский районы)- это хорошо известный исторический факт. Однако одним этим армяне не удовлетворились.
Армяне, переехавшие 200 лет назад в Карабахский регион Азербайджана, вскоре попытались изгнать местное население и захватить этот регион. Предполагается, что армянская фальшивая пропаганда будет распространяться по миру о том, что они являются древним народом Карабаха, хотя нет никаких исторических документов или фактов, подтверждающих это. Каков был этнический состав в Карабахе? Поясним это вкратце.
Различные источники, относящиеся к первому тысячелетию нашей эры (греческие, арабские, персидские, римские источники), дают информацию о племенах к югу от Куры, известных только как албанцы, сак, гаргар, соде и ути. В древнем и средневековом Карабахе населяли древнетюркские племена – аран, татар, донгар, печенек, хун, горос (хорос), варанда, туг, гаргарс, гунны, горосы, печенеги, кипчаки и хазары. Ничего из этого не касается армян.
В начале 2-го тысячелетия население одного из трех основных регионов древнего азербайджанского государства Албания – Арран (между Кураразом, где расположен также Карабах) нашло отражение в тюркских источниках. Источник 13-го века Аджаиб ад-Дунья утверждает, что турки были основной этнической группой в Арране. «В Арране было 100 000 турецкой кавалерии»- он пишет.
Составленный в 1727 году список сел, принадлежащих к 5 районам Нагорного Карабаха, является очень убедительным доказательством армянской лжи. Из 196 деревень, расположенных в Талышском или Гулистанском, Хачинском, Чилабордском, Варандинском и Дизагском районах, есть только 2 села, которые можно объяснить по-армянски: – Арчазор и Норашен. Все это еще раз доказывает, что армяне пришли в Карабах намного позже и смешались с христианскими албанцами.
Анализируя богатый этнографический материал о материальном хозяйстве, культуре, верованиях и убеждениях карабахцев, И.П. Петрушевский, ссылаясь на исторические источники, писал: «Карабах никогда не был центром армянской культуры. Карабахская культура является единым центром и принадлежит азербайджанскому народу».
Иранский историк Мохаммад Хафиззаде также посвятил Карабахскому ханству отдельный раздел в своей книге «Карабах», изданной на персидском языке в 2001 году в Тебризе. Автор отмечает, что «племена Карабахского региона были албанцами по происхождению … Население восточного побережья Албании никогда не могло быть армянином, и этот район не мог считаться Арменией…»
В произведении Аббасгулу Ага Бакиханова «Гулустани-Ирам» отражено, что во время правления Панах-хана и Ибрагимхалил-хана около 90% населения Карабахского ханства составляли азербайджанские турки, 9% – албанцы, принявшие христианство, и 1% – представители меньшинств.
В произведении Аббасгулу Ага Бакиханова «Гулустани-Ирам» отражено, что во время правления Панах-хана и Ибрагимхалил-хана около 90% населения Карабахского ханства составляли азербайджанские турки, 9% – албанцы, принявшие христианство, и 1% – представители меньшинств.
Достаточно упомянуть тот факт, что имена правителей и ханов Карабаха известны с давних времен, и среди них нет ни одного армянина. Если территория является исторической землей народа и на ней проживает большинство, то, по крайней мере, за последние 1000 лет среди правителей этой земли должен был быть хотя бы один лидер этой нации. Армяне не могут показать такого человека.
Одним из таких архивных документов является Кюракчайский договор о передаче России Карабахского и Шекинского ханств. Это соглашение было подписано 14 мая 1805 года Шушинским и Карабахским Ибрагимхалил-ханом и генералом царской России Павлом Сисиановым.
Как неоднократно подчеркивал президент Азербайджана Ильхам Алиев, в Кюракчайском соглашении ни слова не говорится об армянском народе. Армяне были переселены в Карабахский регион Азербайджана из Ирана и Османской империи после Кюракчайского, Гюлистанского и Туркменчайского мирных соглашений.
Победа России в русско-иранской войне 1804-1813 годов и «Гюлистанский договор», разделивший Азербайджан, в очередной раз решительно выступили за переселение и объединение армян. По данным 1823 года, только 1,5 тысячи из примерно 20 тысяч семей Карабахской области были армянскими семьями. После переселения резко меняется этнический состав населения. В 1832 году азербайджанцы составляли 64,8% населения Карабаха, армяне – 34,8%.
Статья XV Туркменчайского договора, положившего конец русско-иранской войне 1826-1828 годов, предусматривала переселение армян. После этого соглашения (с 1828 по 1830 год) около 50 тысяч армянских семей были переселены из Ирана и поселились на азербайджанских землях, в основном в Карабахе.
А.С. Грибоедов писал: необходимо переселить всех армян из районов, оккупированных российской армией – Тебриз, Хой, Салмас, Марага, в Нахчыван, Ереван и Карабахские районы.
Согласно Эдирнскому мирному договору, подписанному между Россией и Османской империей в 1829 году, 84 тысячи армянских семей были переселены с османских земель на Южный Кавказ и поселились на лучших землях местного мусульманско-турецкого населения.
Во время русско-османской войны 1877–1878 годов еще 85 000 армян переселились на Южный Кавказ. В 1894 г. из Османской Турции на Южный Кавказ переселилось 90 000 армян, а в 1897 г. – 10 000 армян. Из-за количества армян, прибывших на Южный Кавказ в 1896 году, количество армян здесь достигло 900 тысяч.
При переписи 1897 года было установлено, что из 54841 семьи, проживающей в Карабахе, 18616 были армянскими семьями.
В 1908 году количество завезенных на Кавказ армян достигло 1 300 000 человек. Н. И. Шавров писал в 1911 году: «В настоящее время из 1,3 миллиона армян, проживающих на Кавказе, более 1 миллиона не принадлежат к местному населению региона и были переселены нами». Шавров отметил, что «армяне поселились на лучших казенных землях Елизаветпольской (Гянджинской) и Ереванской областей, где армянское население было немногочисленным.… Горная часть Елизаветпольской области (Нагорный Карабах) и берега озера Гейча были заселены этими армянами».
То, что Карабах всегда был землей Азербайджана, целенаправленное расселение армян на этих территориях около 200 лет назад подтверждается многими официальными историческими документами.
Таким образом, с переселением армян этнический состав названных территорий стал меняться. В 1918 году Азербайджанская Республика передала Иреванскую губернию армянам для создания государства. В 1919 году, воспользовавшись выводом азербайджанской армии из Зангезура, армянская дашнакская армия вошла туда, начала резню и изгнание местного населения и захватила регион. В 1921 году при определении границ кавказских республик стали учитываться местные этносы, и таким образом Зангезур остался в составе Армении.
В горной части Карабаха с учетом компактного проживания армян была создана автономная область в составе Азербайджана.
Карабахские армяне отметили 150-летие своего переселения в Карабах в 1978 году, и по этому случаю они установили специальный памятник в селе Ленинаван (Марагашен) Мардакертского (Агдаринского) района. По наущению армянского лобби и дашнаков на Западе в конце 80-х годов прошлого века армяне хотели отделить Карабах от Азербайджана и объединить его с Арменией. Они поставили вопрос перед центральными властями СССР, но советское руководство не разрешило этого, сославшись на Конституцию – положение о нерушимости границ республик. После этого армяне проводили политику террора и геноцида, а после распада СССР с помощью крупных держав полностью оккупировали Карабах. Армяне вообще не проживали на 70% оккупированной территории.
В начале карабахского конфликта 76 процентов всего населения Карабахского региона (равнинного и горного) составляли азербайджанцы, а армяне составляли чуть более 20 процентов. Более 90 процентов топонимов в Карабахе – азербайджанские, албанские, турецкие топонимы и не имеют никакого отношения к армянам. Все культурные находки, надписи, исторические здания и наследие азербайджанского народа в Карабахе принадлежат армянам.
Албанский монастырь Худаванг, VIII век, Кельбаджар, Азербайджан
Религия также сыграла важную роль в приобретении армянами культурного наследия Карабаха. Таким образом, после распространения ислама в Азербайджане, арабские правители передали в дар армянам местные албанские храмы, древнее богатство древних азербайджанцев, которые также использовали их как церковь и присвоили.
Оккупация Арменией около 20 процентов территории Азербайджана – 15 000 квадратных километров – заняла до 30 лет. Сегодня азербайджанская армия освобождает свои земли, восстанавливает историческую справедливость и международное право. Азербайджанский народ продолжит жить на своих исторических и законных территориях. Как сказал президент Азербайджана Ильхам Алиев, никакая сила не остановит это.
Elçin Bayramlı: «Ermənilərdən fərqli olaraq, bizim biznesmenlər media orqanlarına investisiya yatırmırlar»
«Xarici medianı fasiləsiz olaraq diqqətlə izləyirəm. Qarabağ problemi ilə bağlı Azərbaycan həqiqətləri hələ də kifayət qədər işıqlandırılmır və çox vaxt obyektiv verilmir. Düzdür, əvvəlki dövrə baxanda indi bu sahədə xeyli irəliləyiş var, lakin ermənilərin təbliğatı və erməni tərəfindən verilən informasiya həcmi daha çoxdur. Bu da onunla bağlıdır ki, ermənilər xüsusən iri dövlətlərdə yaxşı mövqelərə yerləşiblər. Siyasi, ictimai, mədəni sferalarda təmsil olunurlar və ictimai rəyə də təsir əldə edirlər. Xüsusən də, böyük dövlətlərdə mediaya yaxşı yatırım ediblər. Bir çox hallarda nüfuzlu media orqanlarının səhmlərini alıblar, ya da onların rəhbərliklərində ən azı 1 erməni yerləşdiriblər».
Bu sözləri «Şərq»ə açıqlamasında TvPress İnternet Qəzetinin baş redaktoru, SİA-nın analitiki Elçin Bayramlı deyib. Ekspert vurğulayıb ki, müxtəlif ölkələrdə yaşayan adi ermənilər də informasiya təbliğat müharibəsində fəal iştirak edirlər:
«Onlar saxta məlumatlar yayır, kütləvi aksiyalar keçirərək ictimai rəyi yönləndirməyə çalışırlar. İmkanlı ermənilər isə öz vəsaitləri hesabına kitablar dərc etdirir, filmlər çəkdirir, telesüjetlər və verilişlər hazırlatdırır, məqalələr dərc etdirirlər. Buna baxmayaraq Qarabağda anti-terror əməliyyatı başlayandan sonra həm Azərbaycanda, həm də xaricdə yaşayan azərbaycanlılar da xeyli aktivləşiblər. Çox sanballı arqumentlər, tarixi faktlar, sənədlər və sair materiallarla erməni yalanlarını ifşa edir, onları susdururlar. Lakin bu iş hələ o qədər də arzuolunan səviyyədə deyil».
«Misal üçün, Rusiyada bizim xeyli milyarder biznesmenlər var. Onlar heç vaxt mediaya yatırım etmirlər, halbuki, bəzi televiziya, radio və agentliklərin səhmlərini ala və ya orada ödənişlə vaxt alıb lazımi materiallar yayımlada bilərdilər. Ermənilər isə Rusiyada xeyli media orqanının səhmlərini alıb və rəhbərliyinə yerləşib. Bu, digər ölkələrdə də belədir, xüsusən də Amerikada, Fransada və s. Bizim QHT-lər isə dövlətdən on minlərlə manat qrantı alır gedib Türkiyədə mediaya çıxır və ya 5-10 nəfər yığıb tədbir keçirir. Sonra da deyirlər ki, Azərbaycan həqiqətlərini çatdırdıq. Halbuki, Türkiyədə bunu bilirlər. Həmin pulları Avropa, Rusiya, Amerika mediasına yönəltmək lazım idi. Çünki türk dili beynəlxalq dil olmadığına görə, bu materiallar dünyaya çatmır. Beləliklə, milyonlarla pul sanki havayı gedir. Amma BMT-nin rəsmi dilləri olan ingilis, fransız, rus, ərəb, ispan, çin dillərində materiallar yaymağa daha çox ehtiyac var. Ermənilər məhz bu dillərdə təbliğatlarını aparırlar. Çünki dünyanın taleyini həll edənlər də bu dillərə malik ölkələrdir» — deyə, Elçin Bayramlı əlavə edib.
Heç də hər şey hərbi meydanda həll olunmur, əsas məqsəd nəticədir, amma əsas məsələ də bu nəticəni nəyin bahasına əldə etməkdir
2-ci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi möhtəşəm qəhrəmanlıq nümunəsi və əldə edilən böyük qələbə hamıya məlumdur. Qısa müddətdə Qarabağın 30 faizi azad edildi. Lakin tərəflər arasında bağlanmış sülh razılaşması ilə döyüşlər dayandı və məğlub olmuş Ermənistan qalan 70 faizlik hissəni sülh yolu ilə tərk edəcəyi haqda öhdəlik götürdü. Artıq bu prosesə başlanıb. Bəs müharibə davam etsəydi vəziyyət necə olacaqdı, hansı qazanclarımız, hansı itkilərimiz ola bilərdi? Hansı yol əlverişli idi — hərb, yoxsa sülh?
Ermənistanın kimin yanında olmasının nəticəsi
Problemin həll olunması Ermənistanın kimin yanında olmasının da böyük təsiri oldu. Amerika və Rusiya arasında 1-cini seçən ermənilər yol verdikləri çox kobud səhvin əvəzini ağır ödədi. Müharibə dövründə 2 variant var idi.
1. Ermənilər uduzduqlarını görüb Paşinyanı devirəcəkdilər və onda artıq sülh şərtləri indiki kimi, Ermənistanın tam kapitulyasıyası şərtləri və bizim tam qələbəmiz formasında olmayacaqdı. Hakimiyyətə Rusiyayönümlü adam gətirə və vəziyyəti öz xeyirlərinə çevirə bilərdilər. Amerika və Fransanın Ermənistanın tərəfində olduğu başdan məlumdur, beləcə Rusiya da daxil hər 3 fövqəldövlət Ermənistanın tərəfində olacaqdı. Belə vəziyyətdə biz daha çox güzəştə getməyə məcbur qalacaqdıq.
2. Baydenin, yəni Paşinyanın birbaşa ağasının Amerika prezidenti seçilməsi Ermənistanın əlini gücləndirəcəkdi. Amerika və Fransa milyardlarla pul xərcləyib rəngli inqilabda başa gətirdikləri Paşinyan hakimiyyətinin devrilməməsi və Ermənistanın əllərindən çıxıb Rusiyanın nəzarətinə keçməməsi üçün ciddi addımlar ata bilərdilər. Belə ki, ermənilərə minlərlə peşəkar “nayomnik”, müasir PUA-lar da daxil olmaqla minlərlə silah-texnika və xeyli maliyyə ayıra bilərdilər ki, Qarabağ itirilməsin, Paşinyan dəstəsini ermənilər devirməsin və o da hakimiyətə gətirilməsinin əsas məqsədini- KTMT-dən çıxaraq Rusiya bazasını ölkədən çıxarmasını təmin etsin.
Artıq son aylarda Paşinyan özü açıq deyə bilməsə də, dolayı yolla bəzi erməni siyasətçilərinə bazanın çıxarılmasının vacibliyini dedirdirdi, özü isə əl altdan bunun üçün müvafiq hazırlıq işləri aparırdı. Rusiyanın hələ Sovet dövründən Ermənistanda yerləşən NATO-ya qarşı hərbi bazasının nə dərəcədə strateji əhəmiyyətə malik olmasını geniş izah etməyə ehtiyac yoxdur. Bu baza Rusiya üçün təkcə cənub istiqamətində NATO-dan müdafiə sistemi deyil, həm də Yaxın Şərqə birbaşa hərbi nəzarət və lazım gəldikdə müdaxilə platsdarmıdır. Belə bir bazanın çıxarılması Qərb istiqamətində hərbi yolları bağlanan Rusiyanın cənuba da hərbi yolunun bağlanması deməkdir. Üstəlik, Gürcüstandan sonra, Ermənistanda da Amerikanın əyləşməsi Rusiya üçün cənub istiqamətinin tam itirilməsi deməkdir.
Rusiya da bu təhlükəni görürdü. Ermənistandakı Amerikan hakimiyyətinin devrilməsi yalnız bir halda mümkün ola bilərdi — ermənilər üçün həyati əhəmiyyətli bir faciə baş verdikdə — müharibədə uduzduqda və Qarabağı qaytarmağa məcbur olduqda. Qarabağın itirilməsindən sonra Paşinyan hakimiyyəti devriləcək və Rusiya Ermənistanı geri qazanmış olacaq. Bunu Rusiya üçün təmin edən yeganə qüvvə Azərbaycan ola bilərdi, məhz bu səbəbdən Rusiya bu məsələdə Bakının tərəfində oldu. İlham Əliyev isə ələ düşmüş bu unikal vəziyyətdən məharətlə istifadə edərək Qarabağı geri qaytardı. 2 ölkənin maraqları üst-üstə düşdüyündən Ermənistanı əvvəl müharibədə ağır məğlubiyyətə, sonra isə təslimçi sülhə məcbur etdilər.
Qarabağ müharibəsi: kim nə qazandı, kim nə itirdi?
Prosesin əsas tərəfləri arasında konkret nəticə bu olur ki, Azərbaycan Qarabağı, Rusiya isə Ermənistanı qaytarır. Hər şeyi itirən Ermənistanın yeganə «qazancı» odur ki, Qarabağın kiçik bir hissəsində yerli ermənilərin bizim hakimiyyətiniz altında, qanunlarımıza tabe olacaq vətəndaşımız kimi yaşamasına icazə verilir.
Regionda yeni əməkdaşlıq platformasının yaradılacağı ehtimalı yüksəkdir. Bundan isə, bütün regon dövlətləri fayda əldə edəcək. O cümlədən, işğalçı və terrorçu siyasətindən əl çəkərsə, çökməkdə olan Ermənistan da.
Region dövlətlərinin qazandıqlarına qısaca nəzər salaq.
Türkiyənin qazancı — Naxçıvan ərazisindən Azərbaycanın bütün ərazisinə və Orta Asiyaya birbaşa çıxış əldə edir. Bundan başqa, Türkiyə Qarabağda sülhyaratma işində iştirak edir və bununla da regionda hərbi və siyasi nüfuzunu artrır. Üstəlik, yaxın gələcəkdə regional əməkdaşlıqdan, nəqliyyat dəhizlərindən xeyli iqtisadi fayda əldə edəcək.
İranın əsas qazancı isə odur ki, Ermənistan vasitəsilə burnunun ucuna girmiş Amerika oradan çıxmalı olur. Bundan başqa, o da Türkiyə kimi regional əməkdaşlıq platformasından xeyli iqtisadi dividentlər əldə edəcək. Sanksiyalar altında və yarımblokada şəraitində qalaraq iqtisadiyyatı zəifləyən ölkə üçün bu çox əlverişli nəfəslikdir.
Gürcüstanınəsas qazancı odur ki Cavaxetiya məsələsi getdi tarixin arxivinə, çünki müharibədən hərbi və iqtisadi cəhətdən darmadağın çıxan Ermənistan çox uzun müddət özünə gələ bilməyəcək ki, potensial etnik qarşıdurma ocağını alovlandırıb Gürcüstanda 2-ci Qarabağ yarada bilsin. Amma ölkənin strateji əhəmiyyəti və gəlirləri bir qədər azalacaq. Nəqliyyat dəhlizləri şaxələnəcək, Türkiyə və Azərbaycanın Gürsüstandan asılılğı azalacaq. Bununla belə, regional əməkdaşlıq platformasına qoşulsa daha çox fayda əldə edə bilər.
Bu, region ölkələrinin burada qazandığı və itirdikləridir. İndi isə fövqəldövlətlərin vəziyyətinə baxaq.
Amerika, Avropa və Rusiya nə qazandı, nə itirdi?
Amerika ən çox itirən ölkədir. Qarabağın əldən çıxmasına görə, ermənilər Paşinyanı devirəcək və ölkə Amerikanın əlindən tam çıxacaq. Yəni, Yaxın Şərqdə Türkiyə kimi müttəfiqini itirmiş, indi isə Qafqazda Ermənistanı da itirən və yalnız Gürcüstanın ümidinə qalan Amerikanın regionda mövqeləri və nüfuzu zəifləyir. Qarabağ kimi problemin həllində oyundan kənarda qalır və regiona təsir nüfuzu azalır.
Rusiyanın ən böyük qazancı itirdiyi Ermənistanı yenidən Amerikanın əlindən alıb geri qazanmış olur. Bundan başqa, həm regonda, həm dünyada nüfuzu, imici yüksəlir, “qan tökülməsini dayandırdım, 30 ildir dünyanın həll edə bilmədiyi ən çətin problemi həll etdim, özü də sülhlə”- demək haqqı qazanır. Ona görə də, Moskva çalışacaq ki, razılaşmanın müdəəaları pozulmasın və hər şey düzgün yerinə yetirilsin. Əks təqdirdə Rusiyanın beynəlxalq nüfuzuna xələl gələcək, imici daha da korlanacaq.
Fransanın timsalında Avropa da oyundankənar qaldı, regiona təsirini və nüfuzunu itirdi. Bundan əlavə, Azərbaycan Fransanın qatı ermənipərəst mövqeyini unutmayacaq, regional iqtisadi və nəqliyyat layihələrində bunu nəzərə alacaq.
Britaniya heç nə qazanmasa da, heç nə itirmədi. Azərbaycanı siyasi olaraq dəstəkləməsi iqtisadi olaraq qazandıqlarının əvəzi idi.
Çin 5 fövqəldövlətdən biridir, lakin dünyadakı siyasi və hərbi məsələlərə qarışmır, bu məsələlərdə Çin necə deyərlər, buralı deyil. Pekini iqtisadi məsələlələr maraqlandırır ki, burada da qazancı artır ki, azalmır.
Ermənistanda divlərin döyüşü: kim qazanacaq?
Hazırda Rusiya və Amerika Ermənistanda toqquşurlar və gərgin mübarizə aparırlar. Ermənilər gec də olsa ayıldılar və Paşinyanı devirməyə çalışırlar, burada əlbəttə Rusiyanın da müxalifətə dəstəyi var. Lakin Amerika buna imkan verməməyə və «Mənim addımım» partiyasının hakimiyyətdə qalmasına çalışır. Kimin qalib gəlməsindən asılı olmayaraq biz vaxtında və ən arzuolunan vəziyyətdə Qarabağı qaytara bildik. Artıq Bayden də Paşinyana kömək edə bilməz.
Amerikanın tapşırığı ilə sülhün Ermənistan tərəfindən pozulma cəhdləri Rusiyanın beynəlxalq nüfuzuna və imicinə böyük zərbə olacağından Moskva buna görə Yerevanı daha sərt cəzalandıra bilər.
Onu da qeyd etmək lazımdır ki, Sazişi imzalamaqla Ermənistan özünü tərəf kimi rəsmiləşdirdi və son 30 ildə Azərbaycana vurulan (müxtəlif qiymətləndirmələrə görə 100-300 milyard arası) zərərə görə təzminat tələbi üçün də Bakıya hüquqi əsas verdi.
Prezident və xalqın birliyi Qələbəni təmin etdi
Prezidentimizin mükəmməl strateji düşüncəsi sayəsində Qarabağı ən yaxşı variantla, mümkün olan ən minimal itkilərlə azad etdik. Prezidentimizin prosesi ən uyğun beynəlxalq şəraitin yarandığı vaxtda, əvvəlcədən iqtisadi, siyasi-diplomatik və informasiya-təbliğat müharibəsini qazanmaqla başlaması, eyni vaxtda həm müharibəni, həm xarici siyasəti, həm informasiya müharibəsini, həm ölkənin idarə edilməsini mükəmməl aparmaqla arzu etdiyimizdən də böyük nəticəyə daha asan nail olması bunu deməyə əsas verir. İlham Əliyev böyük şahmat taxtasında sonuncu gedişlə “Mat” elan edərək qalib gəlmişdir. Bunu bütün dünyada, hətta düşmən dövlətin rəsmi və ictimai şəxsləri də etiraf edirlər.
Qələbəni minlərlə artıq şəhid vermədən, düşmən Qarabağı tam xarabalığa çevirmədən, bütün meşələri yandırmadan, Sərsəng su anbarını partladıb ekoloji və sosial fəlakət törətmədən, «Metsamor»un radiaktiv tullantılarını Qarabağa səpmədən, şəhərlərimizə əlavə yüzlərlə raket düşmədən, daha yüzlərlə mülki vətəndaşımız ölmədən, davam edəcək müharibəyə milyardlarla manat artıq xərc çəkmədən, həmçinin, ölkəmizin uzaqda qalan anklav hissəsinə- Naxçıvana, oradan da Türkiyəyə birbaşa yol əldə edərək… dünyada sülhsevər imici yaradaraq, regiona ən böyük təsir imkanı olan Rusiyanı və əksər ölkələri tərəfinə çəkərək qazanan, Qarabağı mümkün olan ən yaxşı şərtlərlə azad edən, milli birliyi təmin edən İlham Əliyev həm böyük dövlət rəhbəri, həm böyük sərkərdə, həm böyük milli lider olduğunu sübut etdi və adını qızıl hərflərlə tarixə yazdı.
1-ci Qarabağ müharibəsində dövlət-ordu-xalq birliyi olmadı və ona görə də uduzduq. 2-ci Qarabağ müharibəsində isə Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz ön cəbhədə, bütün xalqımız da arxa cəbhədə döyüşdü və xalqla dövlətin birliyi qalib gəldi.
Zaman keçəcək və hamı bu Qələbənin tariximizdə ən böyük və ən möhtəşəm Qələbə olduğunu və onun hələlik ortada olmayan strateji faydalarını da görəcək.
Azərbaycan Ermənistan üzərində qələbəni qeyd edir və bunun həqiqətən ciddi səbəbləri var
Rusiyanın tanınmış qəzetlərindən olan “Vzqlad” Qarabağdakı müharibə ilə bağlı analitik yazı dərc edib. Yazını oxucularımıza təqdim edirik.
Qarabağda yeni müharibənin başlamasından düz 1 ay keçir. Erməni qoşunlarının geri çəkilməyə məcbur olduqları onsuz da aydındır. Azərbaycan Prezidenti Əliyev «Burada yeni reallıq yaranıb və Ermənistan bunu nəzərə almalıdır»- dedi və bu doğrudur. Ermənistan ordusu niyə daha zəif oldu və döyüşlərə hazırlaşarkən hansı səhvlərə yol verdi?
1 ay ərzində Azərbaycan Silahlı Qüvvələri bir sıra uğurlara imza atmış, Qarabağdakı müdafiə xəttini sındırmış və onlarca kilometr irəliləmişdir. Xüsusən, cəbhənin cənub sektorundakı erməni qüvvələrinin müdafiəsi ipdən asılıdır və bu qüvvələr Ermənistan üçün fəlakətli nəticələrlə məhv edilə bilər. Buradakı döyüşlər erməni qoşunlarının strateji məğlubiyyətindən danışmağa əsas verir. Bunu demək üçün bir qədər tez olsa da, Ermənistan üçün müharibənin ilk ayının nəticələri ürəkaçan deyil.
Kəşfiyyat uğursuz oldu
Ermənistan yayda, demək olar ki, bütün cəbhə boyu ara-sıra atışmalar başladığı zaman baş verənlər barədə düşünməli idilər. Lakin müvafiq erməni strukturları bütün bunlara lazımi qiymət verə bilmədi. Azərbaycan tədricən dərin ordu hissələri daxil olmaqla bütün ordunun ən döyüşə hazır hissələrinin bir araya gətirildiyi 2 şok korpusu yaratdı. Təmas xəttinə yaxın anbarlar tikildi, yanacaq təchizatı sistemləri quruldu. Bütün bunlar kompleks kəşfiyyat manipulyasiyalarına əl atmadan, sadəcə, durbinlə görülə bilərdi.
Bundan əlavə, Ermənistan kəşfiyyat xidməti ölkənin siyasi rəhbərliyinə rəqibin hansı silahları, hansı miqdarda və nə üçün aldığının düzgün qiymətləndirməsini çatdırmadı. Bu satınalmaların təhlilinə əsasən, Yerevan Bakının istifadə etməyə hazırlaşdığı hərbi taktika modelini qura bilər və ona qarşı mübarizə təşkil edə bilərdi. Hər şeydən əvvəl, bu, irəliləyən batalyon taktiki qruplarını dəstəkləyən xaricdən gətirilən pilotsuz təyyarələrə (PUA) və özüyeriyən artilleriya vasitələrinə aiddir. Bütün bunlar, erməni hərbçilərinin rəqibin cəbhənin digər tərəfində nələr qurduqlarını anlamaları üçün kifayət edə bilərdi.
Psixoloji səviyyədə Ermənistan 1994-cü ildə Azərbaycan üzərində qələbə xatirələrinə güvənirdi. Azərbaycan ordusunun aşkar say və keyfiyyət üstünlüyünə baxmayaraq Xankəndi və Yerevanda onları «o vaxt qalib gəldik, indi də Bakıya çatacağıq» əfsanəsi alovlandırdı. Azərbaycana qarşı alçaq münasibət sayıqlığın itirilməsinə səbəb oldu.
Müttəfiqlərlə əlaqə itkisi
Bir vəziyyət də çox vacibdir. Son 1 ildə erməni hərbçiləri Moskva ilə əlaqələrini itirdilər və 2 ölkə arasında kəşfiyyat sahəsində əlaqələr məhdudlaşdırıldı və bu, Ermənistanın siyasi rəhbərliyinin təşəbbüsü ilə edildi. Nikol Paşinyanın baş nazirliyi dövründə 3 kəşfiyyat rəisi dəyişdirildi və yeni rəislərin heç birinin heç bir səriştəsi yox idi və Qərbin təklifi ilə sırf siyasi məqsədlə təyin olunmuşdu.
Bütün bunlar daxili təkəbbürlə çoxalan daxili anti-Rusiya ritorikası ilə müşayiət olundu. Qarabağdakı rejimin bəzi liderlərindən «ruslara ümumiyyətlə ehtiyacımız yoxdur, özümüz Bakıya gedəcəyik» kimi ifadələr eşidilirdi.
Üstəlik, son 6 ayda Ermənistan ordunun şəxsi heyətindən vaxtilə Moskvada təhsil almış zabitlərin kütləvi şəkildə işdən çıxarılmasına məruz qaldı.
Hava təhlükəsini görməməzlik
Qarabağdakı hava hücumundan müdafiə sistemi əsasən, «Os», «Kruq» və «Kub»lardan dan ibarətdir. Bu, “köhnə formatlı” Azərbaycanın aviasiyasından qorumaq üçün kifayət hesab edilirdi (Ermənistanda hələ S-300 də var), lakin yüzlərlə İsrail və Türkiyə PUA-ları Bakı tərəfindən satın aldıqdan sonra bu sistemlərin hamısı yararsız oldu. Köhnəlmiş qısa mənzilli sistemlər yetərli deyildi. Qarabağda fiziki cəhətdən az sayda hava müdafiə sistemi var, Azərbaycanın PUA-ları isə lap çoxdur.
Yerdəki erməni qüvvələri PUA-ların zərbələrindən ağır itkilər verir, bundan başqa, azərbaycanlılar məqsədyönlü şəkildə Ermənistanın buradakı hava hücumundan müdafiə sistemlərini raketlər və uzaq mənzilli toplarla vurdular.
Ermənistan bu sahədə Azərbaycanla rəqabət edə bilmədiklərini etiraf etdi. Ermənilərdə praktik olaraq heç bir hücum PUA-sı yoxdur ki, bu da Azərbaycan hücum edən quru qoşunlarının, xüsusilə çöl zonasında parad kimi hərəkət etməsinə imkan verir.
Köhnəlmiş taktiki baxışlar
Ermənilərin Qrabağdakı müdafiə sisteminin ön xətti mərkəzi və cənub sektorlarında 1990-cı illərdə, təhlükəsizlik kəməri adlanan çöl zonasında inşa edilmiş bir neçə ardıcıl istehkam xəttinə söykənirdi. Bu müdafiə əslində 25 il işlədi. Ancaq dörddə bir əsrdə Azərbaycan və ordusu çox dəyişdi, ancaq hərbi gerçəkliyin qavranılması da daxil olmaqla Ermənistanda heç bir şey dəyişmədi. Yeni vəziyyətdə «təhlükəsizlik kəməri» nin çöl zonasını başqa tədbirlər və üsullarla saxlamaq olardı. Çünki, Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Qubadlının itkisi perspektivi adi gözlə görünürdü. Nəticədə nə oldu?
İndi cənub sektorundakı Azərbaycan qoşunları 2-ci müdafiə xəttinə çatıb və Ermənistandan gələn əsas təchizat yolu olan «Laçın dəhlizi» ni kritik şəkildə təhdid edir. Azərbaycanlıların düz bir xəttdə 10-15 kilometr məsafədə olduqları Laçının itkisi, ermənilər üçün həqiqətən strateji bir fəlakət olar. Bundan əlavə, hazırda cənubda əhəmiyyətli bir ərazinin itirilməsi ciddi siyasi problemlər və Ermənistan üçün mənəvi məğlubiyyət deməkdir. Qarabağdakı bir aylıq döyüşlərin nəticələrindən sonra Azərbaycan ordusunun cənub cəbhəsində ciddi irəliləyişi böyük bir qələbə və böyük bir siyasi nailiyyət hesab edilə bilər.
Strateji səhv hesablamalar
Bölgənin xəritəsinə baxsanız, Qarqar çayı boyunca yerləşən mərkəzi zona Azərbaycanın mümkün zərbəsinin əsas və vacib istiqamətinə bənzəyir. Ağdamın xarabalıqları arasından birbaşa Xocalıya, sonra Xankəndinə. Ermənilərin ana müdafiə xətti dörddə bir əsr boyunca təşkil edilmişdi. Ancaq məhz mərkəzi sektorda azərbaycanlılar hücumu heç olmasa təqlid etməyə də çalışmadılar. Cəbhənin bu sektorunda sıx bir artilleriya duelləri aparılır, ancaq başqa bir şey yoxdur. Lakin erməni tərəfi mərkəzi sektorda davamlı olaraq böyük bir qüvvə saxlamağa məcburdur ki, bu ssenari də, məsələn, cənubda erməni əsgərləri üçün “katyollar”təşkil etmək üçün istifadə edilə bilər.
Erməni Baş Qərargahının ya ümumiyyətlə səfərbərlik planının olmadığı, ya da bir sıra qəribə xüsusiyyətlərdən əziyyət çəkdiyi təəssüratı yaranır. «Dağlıq qalanı» nı (Qarabağın dağlıq hissəsi-red) müdafiə etmək üçün həqiqətən 40-60 min canlı qüvvə lazımdır, lakin bu da, mobil müdafiənin təşkili üçün açıq şəkildə yetərli deyil. Ermənilər passivdirlər, sadəcə ortaya çıxan təhdidlərlə mübarizə aparırlar.
Azərbaycan tərəfi əməliyyatlarda təşəbbüsü tam ələ alıb və qüvvələri bütün cəbhə boyu yenidən yerləşdirməyə, yeni qruplar yaratmağa, ehtiyatları artırmağa və yeni planlara başlamağa qadirdirlər.
Cənub cəbhəsindəki «təhlükəsizlik kəməri» nin çoxunu itirən ermənilər artıq əks-hücum əməliyyatları barədə düşünə belə bilmirlər, o cümlədən 1 ay ərzində itirilən ərazini necə geri qaytarmaq barədə. Əlbətdə ki, bu, Ermənistan üçün hərbi-strateji bir çıxılmaz vəziyyətdir.
Azərbaycan siyasi möhlətdən qüvvələri yenidən fromalaşdırmaq, bölmələri gücləndirmək və yeni hücum planları hazırlamaq üçün istifadə edəcəkdir. Ermənilər indi yalnız passiv müdafiəyə hazırdırlar.
Bildirək: erməni qüvvələrinin cəbhənin cənub sektorundakı məğlubiyyətinin səbəbləri strategiya, zəka və qismən də psixologiya məsələlərindədir. Bütün bu ağır səhvlərdən bəziləri təkcə Paşinyanın hakimiyyəti dövrünə deyil, ümumiyyətlə İrəvanın son 25 ildə cəbhədə baş verənlərə qəribə münasibətindən bəhs edir. Axı hər kəs Qarabağdakı hərbi intiqamın Azərbaycan üçün hakim milli strategiya olduğunu çox yaxşı bilirdi- bununla belə, Yerevanda heç kim köhnə müdafiə sxemlərini yeni hərbi reallıqlara uyğunlaşdırmaq üçün barmağını qaldırmadı.
Qarabağda anti-terror əməliyyatlarının başlaması ilə qlobal məkanında tərəflərin müharibəsi daha da şiddətlənib. Bəs hazırda vəziyyət necədir? Kəmiyyət və keyfiyyət cəhətdən kimin hansı üstünlüyü var?
İnformasiya müharibəsində mövqelər
İnformasiya və təbliğat müharibəsində bəzi sahələrdə üstünlüyü ələ alsaq da, bəzilərində geri qalırıq. Ermənilər say cəhətdən bizdən 5 dəfə az olduqlarına baxmayaraq, bizdən daha çox və daha fəal iştirak edirlər və dünya xalqlarında ictimai fikri öz tərəflərinə çəkməyə çalışırlar. Bunun da əsas səbəbi ondan ibarətdir bizdə xarici dil bilənlər onlara nisbətən azdır. Hər bir erməni ən azı 1 və ya 2 xarici dili bilir. Bundan əlavə, dünya ölkələrində ictimai, siyasi, mədəni, elmi mühitlərdə daha çox yer tutublar və bu nüfuzlarından maksimum istifadə edirlər.Əvvəllər biz qlobal informasiya məkanında ermənilərlə əsasən Qafqazın və Qarabağın tarixi, həmçinin ermənilərin törətdiyi sıyqırım, işğal və terrar faktları ilə bağlı mübarizə aparırdıqsa, indi buraya yaranmış situasiya ilə bağlı siyasi və hərbi informasiya müharibəsi də daxil olub.
Dövlət səviyyəsində dünya ictimaiyyətində erməni təbliğatına qarşı mübarizə effektiv və sanballı aparılır. Lakin informasiya müharibəsində təkcə dövlət yox, ictimai institutlar da, fərdlər də döyüşür, ona görə də, bu yazıda yalnız adi insanların sosial şəbəkələrdə, media materiallarına yazılan şərhlərlə, paylaşmalarla bağlı vəziyyətə, onların faydalılığı və ya zərərliliyi, effektivliyi və ya səmərəsizliyi ilə bağlı məsələlərə toxunmaq istəyirəm. Müşahidələrim onu deməyə əsas verir ki, Feysbuk, Kontakt, Yutub və s. sosial şəbəkələrdə üstünlük əldə etmişik, bu həm paylaşılan materialların, yazılan şərhlərin sayında, həm də keyfiyyətində özünü biruzə verir. Sosial şəbəkələrin daha çox izlədiyim rusdilli seqmentində həm kəmiyyət, həm keyfiyyət cəhətdən üstünlük əldə etdiyimizi görürəm. Ümid edirəm ingilis dili və digər seqmentlərdə də belədir. Lakin bəzi məqamlar var ki, siyasi savadsızlıq və ya diqqətsizlik bu mübarizədə əks-effekt verir. Bununla bağlı çox faktlar göstərmək olar. Burada yalnız birini qeyd edəcəyəm ki, məsələ aydın olsun.
2 nəfər 200 nəfərin əməyini necə məhv edir?
Bir neçə gün əvvəl Kontakt sosial şəbəkəsində böyük bir auditoriyası olan rusdilli səhifədə müzakirələr gedir. Qarabağla bağlı paylaşılan xəbərə 7 mindən artıq şərh yazılıb. Müzakirədə əsasən MDB-dən olmaqla müxtəlif xalqların nümayəndələri iştirak edir. Səhifəyə daxil olanda görürəm ki, əsasən Azərbaycanda yaşayan və ya vaxtilə yaşamış ruslar, həmçinin bizim rus dilini bilən vətəndaşlarımız erməniləri hər cəhətdən sıxışdırıb, sanballı arqumentlər və təkzibedilməz faktlarla erməni yalanlarını bir-bir ifşa edir və müzakirədə iştirak edən minlərlə şəxsdə ölkəmizə, xalqımıza simpatiya formalaşdırır, ermənilərin isə vəhşi və terrorçu olduğunu sübut edirlər. Və bundan sonra erməni olmayan demək olar ki, hər kəs bizi dəstəkləyən şərhlər yazırlar. Əla! Bu ki, çox gözəldir. Amma… Elə bu məqamda ortalıqda siyasi savadı, dünyagörüşü olmayan hay-küyçü iki azərbaycanlı peyda olur və yazır- ermənilərin hamısını qıracağıq arvad-uşaq demədən, Ermənistan da bizimdir, oranı da Azərbaycana birləşdirəcəyik və sair, və ilaxır… Buyurun, bayaqdan yüzlərlə adamın xeyli vaxt sərf edərək ağır zəhmət hesabına apardığı mübarizənin içinə zibili qoydular. Artıq müxtəlif xalqları təmsil edən 7 mindən artıq insanda fikir formalaşmağa başlayır- azərbaycanlılar vəhşidirlər, əsil üzləri budur, yəqin ki o birilər artistlik edirlər, əslində hamısı belə düşünür… Əvvəl şübhələndim ki, bunlar azərbaycanlı adi ilə üzv olan ermənilərdir. Belələrinə də az rast gəlinmir, amma konkret bu müzakirədəkiləri yoxladım- təmiz azərbaycanlıdırlar. Sadəcə savad, düşüncə, beyin yoxdur… Əlbəttə, mən başa düşürəm ki, ermənilərin mülki şəxslərə, uşaqlara qarşı etdiyi terror aktları insanları qəzəbləndirir və onlar hisslərini cilovlaya bilmir. Amma siyasət və informasiya məkanı belə fikirlərin və belələrinin yeri deyil, ciddi, peşəkar və soyuqqanlı şəkildə iş aparan adamların yeridir. Ermənilərin həlak etdiyi mülki vətəndaşlarımızın qisası çox ağır alınır, həm də döyüş meydanında. Burada isə məsələ başqadır, məqsəd başqadır, fəaliyyət istiqaməti başqadır. Bunları bilmirsənsə bu işdən aralı dur. Ona görə də, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. İnformasiya müharibəsini jurnalistlər, ictimai xadimlər, siyasətçilər, ziyalılar aparmalıdır. Qalanları öz sahələrində işləyib vətənə xeyir verə bilərlər. Burada isə zərər vururlar.
Bu işdə peşəkar olmayanlar üçün bəzi məsləhətlər
Bəzi informasiyalar var ki, daxili auditoriya üçündür, bəziləri isə xarici auditoriya üçün. Bunu ayıra bilmirsinizsə, xarici seqmentdə nəsə paylaşmayın.
Bizim məqsədimiz başqa xalqarda Azərbaycana, azərbaycanlılara qarşı simpatiya formalaşdırmaq, həqiqətləri onlara çatdırmaqdır, erməniləri qırırıq və ya qıracağıq deməklə antipatiya qazanmaq yox.
Əsas fəaliyyət istiqaməti erməni terrorunu, işğalını və saxtakarlığını ifşa etməkdir. Bunu söyüşlə yox, mədəni, savadlı və sanballı şəkildə etmək lazımdır.
Bəzi məlumatlar var ki, dezinformasiyadır, onları xarici forumlarda ortaya atıb, doğrularımızı da yalan kimi qəbul etdirmək lazım deyil. Bir yalan 10 doğrunu aparır.
Bu, xalqların müharibəsi deyil, orduların müharibəsidir. Yəni, bizim hədəfimiz erməniləri qırmaq deyil, Qarabağı işğaldan azad etməkdir. Biz Ermənistan ordusunun terrorçu dəstələrinə qarşı döyüşürük, onlar isə mülki şəxslərə qarşı terror edir.
Bu müharibə dini zəmində deyil, burada xristian və ya müsəlman kontekstində nəsə yazmaq zərərlidir. Əksinə, göstərmək lazımdır ki, biz multikultural ölkəyik, burada onlarla xalqın və dinin nümayəndələri uzun əsrlərdir ki, mehriban yaşayır.
Ermənilər dünyada təkləndiyindən bəzi dezinformasiyalar yaymaqla həm bizimlə qonşu ölkələrin arasını vurmağa çalışırlar, həm də xalqımızda qorxu yaratmağa çalışırlar. Bu tələyə düşmək olmaz. Bizim yeganə düşmənimiz Ermənistandır.
Xarici seqmentlərdə erməni əsgərlərinin meyitlərinin şəkillərini paylaşmaq əvəzinə (hərbçi də olsa insan ölümü digər insanlarda diskomfort yaradır və insan həmişə zəifin yanında olur), raket bombardmanı ilə öldürülmüş dinc vətəndaşlarımızın, uşaqların şəkillərini paylaşmaq lazımdır.
Tarixi mövzularda ancaq ciddi və xarici mənbələrə istinad etmək lazımdır, “bizim filan tarixçi belə yazır” əvəzinə, “filan rus, ingilis, fransız tarixçisi belə yazır” daha effektlidir. Deyiləni sübut edən həqiqi sənədlərin və xəritələrin paylaşılması da vacibdir.
Hər hansı bir xəbər, material, foto gördükdə onun mənşəyini tələb edin. Məsələn, bir foto paylaşılıb üstünə istənilən sözü yazmaq olar və bu xüsusi mərkəzlərin informasiya müharibəsi elementidir. Suriyada çəkilmiş fotonu yayıb ermənilər Xocalıda bizi belə qırıblar yazmaq xarici auditoriyada əvvəllər görülmüş bütün işi məhv etməyə bərabərdir.
Hərbi xarakterli məlumatları, videoları, fotoları rəsmi mənbələrdən paylaşın, rəsmi olmayanları da ciddi mənbələrdə olarsa paylaşa bilərsiniz. Şəhid xəbərlərini çox paylaşmaq indiki vaxtda məsləhət deyil, mülki şəxslərimizin öldürülməsini isə xarici seqmentdə paylaşın.
Siyasi, tarixi, demoqrafik və s. mövzularda infoqrafikalardan istifadə edin, qısa, aydın konkret yazın, rəsmi mənbələrdən və sənədlərdən, nüfuzlu alimlərin, siyasətçilərin fikirlərindən bəhrələnin.
Müqayisəli ifşaedici faktlar qoyun, məsələn, Azərbaycan ordusunun öldürdüyü erməni uşaq yoxdur, amma erməni ordusunun öldürdüyü xeyli azərbaycanlı uşaq var. Azərbaycanda onlarla xalqın nümayəndəsi yaşayır, Ermənistan isə monoetnik ölkədir. Azərbaycanda erməni kilsələri, qəbiristanlıqları belə durur, Ermənistanda isə bizə məxsus olan hər şey dağıdılıb və s.
Dağlıq Qarabağ adlı substansiya yoxdur, Qarabağ coğrafi regionu var, onun da dağlıq hissəsi və aran hissəsi var. Münaqişədən qabaq Qarabağ regionunun (indiki işğal edilmiş bütün ərazilərin) ümumi əhalisinin 75 faizdən çoxu azərbaycanlı olub.
Siyasi müzakirələrdə BMT qətnamələrinə istinad edin, erməni xalqının öz müqəddaratını artıq təyin etdiyini, sərhədlərin dəyişilməzliyi haqda beynəlxalq konvensiyanı xatırladın. Əks halda Ermənistandan qovulmuş 200 min azərbaycanlının da orada dövlət yaratma haqqının olduğunu ortaya qoyun.
Dünyaya göstərməliyik ki, biz sülh üçün 30 il çalışdıq, ən son imkanlardan istifadə etdik, ən böyük güzəştlərə hazır olduq, lakin Ermənistan hər dəfə danışıqları pozdu. Ona görə də, Azərbaycan BMT-nin qətnamələrini icraya yönəltdi və bununla həm dünya birliyinin dağılmasının, BMT-nin nüfuzunun tamam itməsinin qarşısını aldı, həm də başqa ölkələrə pis bir nümunə olacaq qonşu ölkənin ərazisini zor yolu ilə ələ keçirmək presidentini aradan qaldırdı.
Müharibə həm də arxa cəbhədə udulur
Ümumiyyətlə, informasiya və təbliğat işi peşəkarlıq, yüksək savad və dünyagörüş tələb edir. Ən əsası da ağır zəhmət, səbr, böyük vaxt və enerji. Bu işlə məşğul olanların əməyini yerə vurmaq olmaz. Ona görə də, bu keyfiyyətlər sizdə varsa, və ya yuxarıda dediklərimizi edə biləcəksinizsə, enerjinizi, vaxtınızı daxildə bir-birinizə eyni məlumatları yazmağa yox, xarici seqmentlərdə mübarizəyə çatdırmağa sərf edin. Əgər bu qabiliyyətlər sizdə yoxdursa, dediklərimizi də edə bilməyəcəksinizsə, xarici auditoriyaya çıxmaq məsləhət deyil. Ümumiyyətlə, nə qədər vacib olsa da informasiya müharibəsi ümumi işin ancaq bir istiqamətidir. Müxtəlif cəbhələrdə (siyasi, iqtisadi, təbliğat, kibermüharibə və s) mübarizə gedir, müxtəlif sahələrdə ümumi Qələbəyə töhfə vermək mümkündür. Bu gün arxa cəbhə ön cəbhənin dayağı olmalıdır. Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsində arxa cəbhənin nə qədər böyük paya malik olduğunu hamı bilir. Cəmi 1 şüar Qələbəni təmin etdi- Hər şey cəbhə üçün, hər şey qələbə üçün! . Cəbiş müəllimlərin çox olduğu xalq və ölkə qalib gəlir. Müharibəni təkcə dövlət, təkcə ordu aparmır, bütün xalq aparırBu gün biz xalq və dövlət olaraq heç vaxt olmadığımız qədər birik, birgəyik. Bu birliyimizi heç nə yıxa bilməyəcək. Xalqın birliyi dövlətin gücüdür və Qələbənin açarıdır.
Bu gün erməni toponimi olaraq bildiyimiz adların çoxunun ermənilərə heç bir aidiyyatı yoxdur, onlar bizim qədim dilimizə aiddir
Ermənilərin keçən əsrlərdə Azərbaycan ərazilərinə, xüsusən də, Qarabağ regionuna köçməsindən sonra yerləşdikləri ərazilərdəki yaşayış məntəqlərinin adlarını dəyişdirərək erməniləşdirməsi cəhdləri bu gün həmin yaşayış məntəqələrinin dünyada ermənilərin tarixi torpağı kimi tanınmasına səbəb olur. Qarabağdakı bir çox yaşayış məntəqələrinin adları keçən 2 əsrdə dəyişdirilmişdir. Qarabağ işğal edildikdən sonra isə qalan kənd və şəhərlərin də adını dəyişib erməni adları adları qoyublar.
İndi Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad edəndən sonra həmin yaşayış məntəqələrinin, coğrafi obyektlərin tarixi adlarının bərpa edilməsi zərurəti ortaya çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə belə kəndin adını televiziya ilə birbaşa çıxışında onun azad edildiyini elan edəndən sonra dəyişdirib. Hələ qarşıda yüzlərlə belə yaşayış məntəqəsi və coğrafi obyekt qalır ki, azad edildikcə adları da bərpa edilməidir. Lakin burada diqqət edilməsi bəzi məqamlar var.
Elə adlar var ki, onlar qədim alban mədəniyyətinin mirasıdır, ya da ondan əvvəlki tarixi irsimizin yadigarıdır. Bu qədim sözlərimiz indi işlənmədiyindən və unudulduğundan onları erməni adı kimi qəbul edib dəyişdirmək yolverilməzdir. Bu halda həmin yaşayış məntəqəsinin tarixi itmiş olur.
Ona görə də, Tononomika Komissyası bununla bağlı xüsusi proqram hazırlamalı, işğal edilmiş və indi azad edilən ərazilərdəki bütün adların siyahısını hazırlamalı və bu adların mənşəyini dəqiq izah etməlidir. Bundan sonra hansılar ki, bizim qədim milli adlarımızdır onlar saxlanmalıdır, hansılar ki, sırf erməni toponimləridir onlar dəyişdirilməlidir.
Yeni adlar veriləndə də, ölkədə geniş yayılmış, bir çox rayonlarda mövcud olan ya da süni yaradılan kənd adları verilməsi (məs, Günəşli, Təzəkənd və s.) məqsədəuyğun deyil. Bundansa, qədim tariximizi, qədim mədəniyyətimizi, qədim dilimizi özündə ehtiva edən sözlərdən istifadə edilməlidir.
Məsələn, qədim dövlətlərimizin və coğragi bölgələrimizin adlarından- Manna, Midiya, Alban, Arran, Qarqar, Arsak, Göyçə, Atropatena və s., tarixi tayfa və şəxs adlarından- Sakasena, Qarqarlı, Uruzlu, Maday, Kutilər, Saklar, Babək, Qorqudlu, Bayandurlu, Qazan və s., qədim mədəniyyətimizə aid sözlərdən- Buta, Baharlı, Xalçalı, Novruzlu, Şamlıq, həmçinin, qədim dinimizə- zərdüştlüyə aid sözlərdən- Hürmüzlü, Muğlar, Xıdırlı, Qatlar və s. istifadə edə bilərik.
Mən tarixçi deyiləm, toponomika ilə məşğul olmuram, bu adları şərti yazdım. Bu işlə tarixçilər, filoloqlar məşğul olmalıdır. Əsas odur ki, biz bir torpaqlarda ən qədim xalq olduğumuzu qədim toponimlərimizi və itirilmiş qədim sözlərimizdən istifadə etməklə bərpa etməklə təsdiq edək.
90-larda yol verdiyimiz səhvləri təkrarlamaq olmaz. Məsələn, Qutqaşen və Vartaşen kimi sırf Albaniya dövlətinə və ondan əvvəlki dövrə aid olan qədim toponimlərimizi erməni sözü bilərək dəyişdirmək həmin ərazilərin tarixi irsinin itirilməsi ilə yanaşı ermənilərə iddia üçün əlavə şans vermiş oldu. Bu gün erməni sözü, erməni toponimi olaraq bildiyimiz adların çoxunun ermənilərə heç bir aidiyyatı yoxdur, onlar bizim qədim dilimizə aiddir.
Ona görə də, təklif edirəm ki, Prezident yanında xüsusi komissiya yaradılsın və bu məsələlərlə ciddi məşğul olsun. Bizim tariximiz nə islam dininin burada yayılmasından, nə də Albaniyadan sonra başlamır. Xalqımız bu torpaqlarda azı 10 min illik mədəniyyət və tarix yaradıb. Bu irsə sahib çıxmalıyıq və bu qədim tarixi, mədəni irsi yaşatmalıyıq. Bu ərazilərdə aborigen xalq bizik, gəlmə olan ermənilərdir. Tarixi-mədəni irsimizi və ədaləti bərpa etməliyik.
Elçin Bayramlı
sia.az
İrad və təkliflərinizi şərh yazaraq bildirə bilərsiniz
Bizimyol.info-nun suallarını sosioloq, Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı cavablandırır.
— Elçin bəy, artıq qələbəyə, Qarabağa çox yaxınıq. 30 illik həsrətə,işğala son qoyulur. İstərdim deyəsiz, Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi ilə bizim iqtisadi qazancımız nələr olacaq?
-30 ildən artıqdır biz Azərbaycan torpaqlarının 20 faizini itirmişik, istifadə edə bilmirik. Bu 20 faiz ərazi ölçü vahididir. Lakin, onun Azərbaycan iqtisadiyyatında rolu 30 faizə bərabərdir. Çünki, Qarabağ Azərbaycanın ən məhsuldar torpağı idi. Həm turizm, həm aqrar sektor, həm faydalı qazıntılar baxımından Qarabağ torpaqları tükənməz sərvət mənbəyidir. İşğal nəticəsində Azərbaycana 300 milyard ziyan vurulub. 30 illik müddəti və bu müddətdə əldə ediləcək qazancı da nəzərə alcaq, itkilərimizin miqdarını düşünün. 300 milyard dəfələrlə artmış olar. Həm ərazilərimizi dağıdıblar, həm ekoloji zərər çəkmişik, həm qazancımızdan olmuşuq. Təkcə Sərsəng su anbarının işğalı Azərbaycanda suvarmada böyük problemlər yaratdı.
-Qurub yaratmağa necə başlayacağıq?
-Hesab edirəm, hökumətin işğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı proqramı var. Bu proqramın bəzi məqamları bizə məlumdur.Ərazilərdə təxminən 70-80 faiz bərpa işlərinə ehtiyac var. Burda əsas məsələ maliyyə məsələdir. Bizim 50 milyard dollara yaxın ehtiyatımız var. Bunlar xarici banklarda, müxtəlif yatırımlar, aktivlər şəklində saxlanır. Biz onların bir hissəsini yönəltsək, bir-iki il ərzində Qarabağı müasir formada abadlaşdıra, turizm üçün cəlbedici vəziyyətə gətirə bilərik. Bərpa üçün yalnız dövlət resursları yox, özəl şirkətlər, investorlar cəlb oluna bilər. Azərbaycanın investisiya reytinqi yüksəkdir, bu məsələ problem olmayacaq. Sürətlə bərpa və və inkişaf baş verəcək.
— Bu 30 il ərzində Qarabağa turistlər gəlirdi? Çünki, alınan kəndlərimizə, şəhərlərimizə baxsaq abadlıq işləri aparılıb, infrastruktur bərbad vəziyyətdə deyil...
— Bəli, Fransadan, Hindistandan bura turistlər gəlirdi, onlar Ermənistana gəlmək adıyla ildə minlərlə turist qəbul edirdilər. Qarabağın turizm üçün böyük potensial var.Xüsusən, mineral sular, tibbi turizm üçün əvəzsizdir bu torpaqlar.
-Qarabağda əsasən hansı iqtisadi sahələr inkişaf etdirilə bilər?
-Orda əvvəllət yüngül sənaye, tekstil tikinti materialları, mineral suların istehsalı, turizm və aqrar sektor inkişaf edib, indi yenə o potensial var. Qarabağda öncə minalardan təmizlənmə üçün iş aparılmalıdır, bunun üçün bir il vaxt lazım olacaq. Paralel olaraq da quruculuq işləri.2 il sonra Azərbaycan iqtisadiyyatında Qarabağ Abşeron iqtisadi zonasından sonra ikinci böyük iqtisadi zonaya çevriləcək.
-Necə düşünürsünüz, Qarabağda köçürülmə, məskunlaşma hansı formada həyata keçirilməlidir?
— Ordan 700 min civarında köçkünümüz var, bu ailələrin illər ərzində artmasını da nəzərə alsaq, qarabağlıların sayı bir milyondan çoxdur. Köçkünlər Bakıda müvəqqəti yaşayış əsasında qeyddə idilər. Tikilən evlər müvəqqəti yaşayış üçün verilmişdi. Hamı qayıtmaya bilər təbii. Amma ən azı 70-80 faiz qayıtmaq istəyəcək. Üstəlik, dövlət burda məskunlaşmanı stimulladırmaq üçün tədbirlər görəcək ki, qaçqın köçkün olmayan vətəndaşlar da Qarabağa köçməyə maraqlı olsunlar. Məsələn faizsiz kreditlər veriləcək, əlavə güzəştlər olacaq, torpaq veriləcək. Buna görə 2 il ərzində Qarabağda bir milyon əhalini məskunlaşdırmaq olar. Üstəlik, Ermənistandan qaçmış əhalinin bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, onlar da könüllü olaraq getmək istəyəcəklər.
— Bu bir həftə ərzində sizcə hərbi sirr deyilsə müharibəyə nə qədər xərc çəkirik?
-Ermənilər də etiraf edir ki, ordumuz tərəfindən görünməmiş sxılıqda atəş açılır. Bizim bir həftədə cəbhədə xərclədiyimiz vəsait Ermənistanın hərbi büdcəsindən təxminən 2 dəfə çoxdur. Yarım milyarddan bir az artıq hərbi büdcələri var (ümumi büdcələri 3,5 milyarddır), amma biz cəbhədə azı 1 milyardlıq sursat istifadə etmişik. Bu sonda bilinəcək. Amma bu müharibəyə iqtisadi cəhətdən yanaşsaq, Qarabağ zonası bu zərəri 1 il ərzində ödəyəcək. Tək bir qızıl yatağından əldə edilən gəlir buna kifayətdir.
— Ermənilərin partlamayan raketləri barədə də danışaq.
Mərmi və raketlərin konkret müddəti var. Köhnə silahları alıb yığmaqla deyil, o daim təzələnməlidir, modernləşdirilməldir, bunun üçün külli miqdarda vəsait tələb olunur. Köhnə silahı atırlar deyə çoxu partamır. Bu mərmilərin 5 il müddəti var . Ona görə, çoxu partlamır, sancılıb qalır yerdə
-Bəs dünyada bu partlamayan kaset silahları nə üçün qorxunc deyə kateqoriyaya ayırırlar. O qədər də qorxunc deyilmiş.
Bu strateji silahlar deyil. Bizdə də, Ermənistanda da strateji silahlar yoxdur. Bizim kimi ölkələrə yaxın və orta mənzilli raketlər, silahlar satılır, o da lokal müharibələr üçün. Böyük mənzilli raketlərə Ermənistanın gücü də çatmaz. Bizim isə ehtiyacımız yoxdur. O atdıqları mərmilərin böyük dağıdıcı qüvvəsi yoxdur, bizə elə də zərbə vura bilməz. Amma bizim onların silahından qat- qat güclü olan bircə mərmimiz hərbi strateji obyektlrinə düşsə, külli ziyan çəkə bilərlər. Bu təxribat xarakterli addımdır sadəcə.Biz onlara atsaq, erməni həmişəki həyasızlıqla ölmüş adamları bizim raketin yanına yığıb deyəcək ki, Azərbaycan Yerevanı vurdu, əhalini qırdı və.s.Bizim komandanımız nə etdiyini bilir, addım -addım qələbə qazanırıq. Müharibədən sonra Ermənistan bizə zərbə endirmyə qalxsa, buna beynəlxalq səviyyədə cavab veriləcək. İndi siyasi , diplomatik, informasiya, kiber müharibəsi paralel gedir. Biz hər sahədə irəlidəyik.Onların əlində qalan son çarə təxribatdır, yalan məlumatlardır. Suriya ordusunun xüsusi təyinatlıları bizim tərəfimizdən döyüşür deyirlər. Suriyanın özünə kömək edən lazımdı.Bizim özümüzün kifayət qədər silahımız, əsgərimiz generalımız var. Qələbəyə isə az, lap az qalıb.
İnternetin inkişafı ilə yeni bir müharibənin əsasını qoyulması ilə, qlobal miqyasda informasiya və təbliğat müharibəsi virtual məkana transformasiya olundu. Bu yazımız qlobal informasiya müharibəsində bizim bu imkanlardan, konkret olaraq, ümumdünya internet ensiklopediyası sayılan Vikipediya sistemindən necə yararlandığımıza həsr olunub.
İnternetdə informasiya «kütləsi»nin astronomik ölçüləri
İndiki zamanda bir çox insan internet olmadan həyatı təsəvvür edə bilmir. Bu gün internet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnterneti çəkinmədən bir informasiya okeanına, yaxud çox nəhəng virtual məlumat bazasında bənzədə bilərik.
İnternetdə nə dərəcədə nəhəng informasiyanın yerləşdiyi haqda təsəvvür yaratmaq üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir — bu qədər informasiya çap variantına çevrilsə, Yerdən Plutona qədər olan məsafədən 10 dəfə çox hündürlükdə kitab dəsti alınardı. Hər ay internet kanalları ilə orta hesabla 100 terabitədək informasiya nəql edilir. Bu, hərəsi 1000 səhifədən ibarət olan 100 milyon kitaba bərabərdir.
İnternetdə informasiya axtarışı artıq çox nəhəng rəqəmlərə çatıb. Elə sistemlər var ki, dünyanın hər yerindən milyonlarla insan həmin resurs vasitəsilə informasiya axtarır. Dünyada böyük həcmdə məlumat yerləşdirilən və axtarılan ən nəhəng sistemlərdən biri də demək olar ki bütün dildə fəaliyyət göstərən Wikipedia sistemidir. Bu system dünyada ən böyük açıq elektron ensklopediya sayılır.
Vikipediya informasiya müharibəsində əsas silahlardandır
Bu resurs Viki texnologiyası əsasında, azad proqram təminatı ilə yaradılıb. «Wikimedia Foundation İnc.» qeyri-hökumət təşkilatı tərəfindən idarə edilən Vikipediya 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb.
Vikipediya az sonra dünyanın ən məşhur 10 internet saytı sırasına daxil olub. 2009-cu ildə aparılan araşdırmalara görə, Vikipediya 230 milyon sayt arasında dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.
Vikipediya könüllü istifadəçilər tərəfindən daxil edilən məqalələr hesabına zənginləşir. Bu saytın bazasında on milyonlarla məqalə var.
310 dildə fəaliyyət göstərən Vikipediyanın istifadəçi və məqalə sayı durmadan artır. İstər adi İnternet, istərsə də adi KİV istifadəçisində istənilən hadisə haqqında fikir formalaşdırmaqda Vikipediyanın rolu əvəzolunmazdır.
Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən çıxış etməsidir. Yəni, burada çəsələn, «ən yaxşı ölkə Azərbaycandır» kimi şəxsi fikirlərə yer olmamalıdır.
Lakin resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında ermənilər saxtakarlıq əməllərini daha rahat həyata keçirə bilirlər.
Vikipediyanın Azərbaycan bölməsində vəziyyət necədir?
2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq elektron ensiklopediyası kimi də baxmaq olar. Son illərdə dilimizdə olan materialların sayı sürətlə artır. Hazırda Azərbaycan dilində 400 mindən artıq məqalə var (latın və fars əlifbalarında).
Lakin məlum olduğu kimi, say heç vaxt əsas olmayıb, əsas, keyfiyyət sayılır. Bəzi məqalələr şablondur, ya da içi boşdur. Dolu olanların da bəzilərinin material zənginliyi, faktoloji əsasları, istinad mənbələri zəifdir. Üstəlik, bəzi məqalələrdə məlumatlar subyektivliyə və şəxsi fikirlərə uyğun verilib.
Vikipediyanın müxtəlif bölmələrində Azərbaycanla, ölkəmizin qədim tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri ilə bağlı bir çox məqalələr yerləşdirilib və bu materiallar administratorlar tərəfindən qorunur. Yəni bu məqalələrdə dəyişikliyə, əlavə məlumatların daxil edilməsinə icazə verilmir. Buna səbəb həmin məqalələrin tez-tez ermənilərin hücumlarına məruz qalmasıdır.
Bəzən Azərbaycanla bağlı məqalələrə həmin şəxslər tərəfindən elə saxta məlumatlar əlavə olunur ki, məqalənin ümumi məzmunu itir və oradakı məlumat Azərbaycana qarşı bir dezinformasiya xarakteri daşımış olur.
Azərbaycan dili məqalə sayına görə, 313 dil arasında 30-ci yeri tutur. Azərbaycan dilində 413 386 min məqalə mövcuddur. Bunlardan 173,857 məqalə latın əlifbası ilə, 239,529 məqalə isə fars əlifbası ilə yerləşdirilib.
Göründüyü kimi, İran azərbaycanlıları Azərbaycan dilində daha çox məqalə yerləşdirib ki, bu da əlbəttə, sayla bağlı məsələdir- İranda 30 milyon, Azərbaycanda 10 milyon azərbaycanlı yaşayır.
Əlbbətə, Azərbaycan və erməni dillərindəki məqalə sayına görə biz üstünük, çünki Azərbaycan dilində ümumi məqalə sayı erməni dilindən çoxdur. Lakin dars əlifbası ilə qoyulanları çıxsaq erməni dilində məqalə sayı bizdən xeyli çoxdur (173,857-ə qarşı 276,307). Bu o deməkdir ki, Vikipedia müharibəsində Azərbaycanlılar ermənilərdən daha zəif iştirak edir.
Vikipediyada «erməni-azərbaycanlı müharibəsi»
Vikipediya ermənilər tərəfindən fasiləsiz olaraq Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, Vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsiplərinə belə cavab vermir.
Təəssüfedici haldır ki, erməni dilində öz əlifbaları ilə olan materiallar bizim dilimizdə öz əlifbamızla olan material sayından xeyli çoxdur. Yalnız İran azərbaycanlılarının yerləşdirdikləri məqalə sayını da nəzərə alanda biz üstələyirik- 2 əlifbada ümumi sayla.
Vikipediyanın bir çox dillərdə fəaliyyət göstərən layihələrində informasiya müharibələri adi hal alıb və artıq administratorlar da bu virtual ensiklopediyadakı münaqişələrin qarşısının tam alınmasında acizdirlər. Məsələn, eyni hadisə, eyni fakt haqda məqalə hər dildə tam başqa formada verilir və bir-birinə tam zidd olur. Qarabağla bağlı tarixi məqamları bura əlavə etmək olar. Azərbaycan dilindəki materiallarla erməni dilindəkilər bir-birinə tam ziddir. Biz ermənilərin saxtakarlıq etdiyini bilirik və faktlarla inkar edə də bilirik, amma başqa xalqların nümayəndələri bunu bilmir.
Vikipediya və ümumiyyətlə, İnternetdə fəaliyyət göstərən açıq layihələrə nəzər salsaq, görərik ki, Azərbaycana qarşı informasiya müharibəsində, antiazərbaycan təbliğatında, ifrat şovinist çıxışlarda erməni gəncləri ilə yanaşı, ermənilərin tanınmış tarixçiləri, siyasətçiləri, ədəbiyyatçıları, şair və yazıçıları fəal iştirak edirlər. Onlar müxtəlif dillərdə məqalələr yerləşdirir və öz təbliğatlarını və dezinformasiyalarını yayırlar.
Məsələn, bir neçə il öncə Vikipediyanın rus dilindəki bölməsində «Kultura Azerbaydjana» adlı məqaləni oxuduqda onun daha çox erməni mədəniyyətini təbliğ etməsinin şahidi oldum.
«Literatura Azerbaydjana» məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır və müxtəlif erməni saytları mənbə kimi göstərilirdi.
Sonra bu sahədə azərbaycanlı istifadəçilərin fəallaşması nəticəsində neytrallıq prinsipləri cüzi də olsa, bərpa olundu. Keçən illərlə müqayisədə Vikipediyadakı bəzi məqalələri, qismən də olsa, erməni saxtalaşdırmasından «təmizləmək» mümkün olub. Lakin Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən də müxtəlif dillərdə iftira dolu məqalələr minlərlədir.
Müxtəlif dillərdə məqalə sayı üzrə statistika nə göstərir?
Vikipediyada bütün dillərdə ümumilikdə 55 milyona yaxın məqalə yerləşdirilib. Bunların yarıya yaxını 6 beynəlxalq dildə olanlardır. Məqalə sayı 1 milyondan yuxarı olan 17 dil var. Elə dillər var ki, cəmi 1 material dərc olunub.
BMT-nin rəsmi dilləri kimi qəbul olunan 6 beynəlxalq dildə məqalə sayı
Dil
Məqalə
İngilis
6,174,687
Fransız
2,257,051
Rus
1,668,223
İspan
1,633,314
Çin
1,152,403
Ərəb
1,070,768
Bizimlə qonşu xaqların dilindəki məqalə sayı
Dil
Məqalə
Fars
749,546
Azərbaycan
413 386*
Türk
368,608
Erməni
276,307
Qazax
227,239
Gürcü
143,233
Türkmən
5,811
* Azərbaycan dili 2 əlifbada (latın və fars) yerləşdirilən məqalə sayı üzrə verilib
Bəzi başqa xalqların dillərində məqalə sayı
Dil
Məqalə
Alman
2,490,337
İtalyan
1,641,664
Yapon
1,232,999
Hind
1,047,384
Ukrayna
1,049,071
Portuqal
1,043,749
İndoneziya
548,615
Macar
476,967
Belarus
268,176
Urdu
157,644
Ən qədim dil sayılan və əksər alimlər tərəfindən bütün dillərin kökü kimi qəbul edilən Sanskrit dilində 11,464 məqalə var. Ölü dillərdən olan Latın dilində isə 133,861 məqalə mövcuddur. Daha bir maraqlı məqam- beynəlxaql süni dil olan Esperanto-da 286,347 məqalə yerləşdirilib.
İnformasiya müharibəsini udmağa borcluyuq
Azərbaycan informasiya və təbliğat müharibəsinin tam ortasındadır. Bu virtual müharibədə biz özümüzdən zəif bir düşmənə hələ ki, uduzuruq. Halbuki, dünyada 50 milyon azərbaycanlı, 10 milyon erməni yaşayır.
Ermənilərdən sayca 5 dəfə artıq olmağımıza baxmayaraq, onlara informasiya müharibəsində uduzmağın heç bir adı yoxdur. Bu səbəbdən də internetə çıxışı olan hər bir azərbaycanlı Vikipediyada və digər qlobal resurslarda heç olmasa 5-10 məlumat yerləşdirməyi özünün borcu hesab etməlidir. Yaxşı olardı ki, daha çox beynəlxalq dillərdə material yerləşdirək.
Belə olsa, dövlət və xalq əl-ələ verib hərbi cəbhədə, siyasi arenada olduğu kimi, informasiya müharibəsini də udarıq. Böyük qələbəyə aparan yolda müharibələr vacibdir!
“Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”- Heydər Əliyev
Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Lakin, Azərbaycanda dini azadlıqların maksimum təmin edilməsi, dövlət tərəfindən dini icmalara qayğı göstərilməsi müsbət məqamlarla yanaşı mənfi tendensiyalara da rəvac verir. Yaradılmış şəraitdən sui-istifadə nəticəsində ölkədə təhlükəli təriqətlərin də sərbəst fəaliyyətinə imkan yaranıb ki, bu da cəmiyyətin və dövlətin mənafeləri kontekstində arzuolunan deyil.
Əlbəttə, əsas problem getdikcə dinə meylin artmasında yox, dindən siyasi və ideoloji məqsədlər naminə istifadə cəhdlərindədir. Bəs dini azadlıqlar, tolerant mühitin təmin edilməsi vətəndaş cəmiyyəti üçün hansı perspektivlər vəd edir? Bu suala aydınlıq gətirmək üçün əvvəlcə dinin bəşər tarixində roluna və səbəb olduğu proseslərə dair qısa tarixi arayış vermək lazım gələcək.
Dünya tarixində dini proseslərin qısa icmalı
Dinlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurəti ilə şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.
Lakin etiraf etməliyik ki, sonrakı dövrlərdə dinin kontekstdən çıxarılması nəticəsində onun onun elmi-texniki inkişafa qarşı çıxması, elmi, təhsili, mədəniyyəti və incəsənəti yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri, orta əsrlərdə Avropada, Yaxın və Orta Şərqdə sivilizasiyanın inkişafına mane olub.
Müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror aktları, müxtəli din və məzhəb mənsublarının birgə yaşadığı ölkələrdə vətəndaş müharibələri davamlı xarakter alıb.
Fələstində yarım əsrdən çoxdur ki, kiçik fasilələrlə davam edən yəhudi-ərəb müharibəsinin hansı dəhşətli nəticələrə gətirib çıxardığı ortadadır. Əfqanıstanda, Pakistanda, Misirdə və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Suriyada, Türkiyədə dinçilərin dünyəvi dövlətə qarşı apardıqları mübarizə göz qabağındadır.
Bəzi cəmiyyətlərdə (Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) dinin mahiyyətinin düzgün dərk edilməsi və onun cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi həmin cəmiyyətlərdə ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib.
Beləliklə, dünyanın hazırki reallıqlarından yanaşsaq, dinin mahiyyəti kimi rolu da fərqli istiqamətə yönəldilib. Bəzi xarici dairələr dini mənsubiyyət cəhətdən qarşıq əhalisi olan ölkələrdə radikal dini təriqətlərin əli ilə vətəndaş müharibəsi törədirlər.
Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümumilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub. Ara sıra belə cəhdlər edilir, lakin ölkə hakimiyyətinin siyasi iradəsi və cəmiyyətin qətiyyətli mövqeyi buna imkan vermir.
Azərbaycanda dini cəmiyyətdən dünyəvi cəmiyyətə keçid
Tarixə baxsaq, dünyada olduğu kimi, Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. Keçmiş əsrlərdə bu torpaqlarda müxtəlif dinlərin və fəlsəfi cərəyanların tərəfdarları arasında amansız müharibələr baş verib. Nəticədə, milyonlarla günahsız insan məhv edilib. Lakin Azərbaycan xalqı tarixin heç bir dövründə öz dinini əldə bayraq edib heç bir xalqa, dövlətə, dinə qarşı təcavüz etməyib, sülh şəraitində yaşamağa üstünlük verib.
Ötən əsrdə dini cəmiyyət və dövlət formasından dünyəvi cəmiyyət və dövlət formasına keçidin timsalında biz hər iki formasiyanın müqayisəsi imkanını qazanırıq.
XX əsrin əvvəllərinədək Azərbaycan xalqı mövhumat içində yaşayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin xalqımızın fədakar oğulları- Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirə Fətəli Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan ziyalılar cəmiyyətin və ölkənin inkişafını elm və təhsildə görürdülər və bunu təbliğ edirdilər. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə, bu iş kütləvi xarakter aldı. Qısa bir zamanda xalqımız elmi-mədəni sahədə böyük inkişaf yol keçdi. XX əsrdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi.
Sovet İttifaqının dağılması və Azərbaycanın fəaliyyətini müstəqil dövlət kimi davam etdirməsindən sonra, respublikada azad vətəndaş cəmiyyətinin qurulması məqsədilə dini azadlıqlar dövlət tərəfindən təmin edildi. Təəssüf ki, bundan mənfi məqsədlərlə istifadə etmək istəyən, din əvəzinə mövhumatın yayılmasına maraqlı olan qüvvələr peyda oldular. Onların fəaliyyəti nəticəsində bəzi gənclər təhlükəli dini təriqətlərin toruna düşürlər.
Azərbaycanda dini qarşıdurma üçün əsas varmı?
Dini maariflənmənin zəif olması səbəbindən dinin əsil mahiyyətindən kənara çıxan təriqətlər bir sıra gənclər üçün daha cəlbedici görünür. Belə təriqətlərin əsas məqsədi isə heç də Tanrı və Yaradılışın həqiqi mahiyyəti haqda bilik yaymaq deyil, yalnızca məkrli qlobal mərkəzlərin siyasətinə uyğunlaşmış təhlükəli təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə yaymaqdan və kütlələri öz nəzarətlərində saxlamaqdan ibarətdir.
Belə dini qüvvələrin arxasında xarici dövlətlərin kəşfiyyat orqanlarının dayandığı isə heç kimə sirr deyil. Xarici siyasi-ideoloji mərkəzlər səhv yolda olan dini qüvvələrin vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər.
Kritik situasiyalarda bəzi Qərb dövlətlərinin radikal dindarları müdafiə etməsi onların dünyaya elan etdikləri prinsiplərinə zidd getməkdən əlavə, həm də gizli məqsədlərinin nədən ibarət olduğunu görməyə imkan verir. Ərəb ölkələrində baş verənləri bir balaca analiz edəndə məsələ aydın olur.
Azərbaycanda isə bu sahədə vəziyyət sabitdir, dini və ya etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Xalqımız qədimdən gələn multikultural ənənəsini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.
Azərbaycan cəmiyyətində dinin yeri necə müəyyən edilib?
Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.
Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.
Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb.
Beləliklə, bu gün respublikamızda hər bir vətəndaşın öz dini inancını qoruması, həmin dinin təbliğ edilməsi, dindarların rahat ibadətlə məşğul olma hüquqları Konstitusiya (18, 48-ci maddələr) ilə təsbit edilib və dövlət bu hüquqların təmin edilməsi üçün kifayət qədər optimal siyasət yürüdür. Azərbaycan cəmiyyəti dinin mənəvi dəyərlər sistemi olduğunu və onun siyasətə, dövlət işlərinə və sair bu kimi məsələlərə qarışdırılmamasının vacibliyini dərk edirlər. Bir sözlə Azərbaycanda dini fanatizmə cəmiyyətin münasibəti müsbət deyil.
Azərbaycanda dövlətin din siyasəti necə qurulub?
1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.
Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir.
Hazırda respublikamızda 2000-dən məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur.
Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər.
Əlbəttə, ölkədə dini və ya etnik tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyin qorunmasında və inkişafında önəmli rol oynayır. Lakin, dini azadlıq insanların zərərli təriqətləri müdafiə etməsinə səbəb olmamalıdır. Hansısa təriqətə bağlılıq, cəmiyyət və dövlət maraqlarından üstün tutulmamalıdır. Azərbaycançılıq ideyası hər şeydən əvvəldə gəlməlidir.
Bağışlayacaqsınız, amma insanlığa qarşı erməni terroruna qarşı gözü kor, qulağı kar, dil lal olan “dünya birliyi” üçün bundan münasib ifadə tapmaq mümkün deyil
Azərbaycan və Ermənistan arasında Qarabağ ərazisində davam edən döyüşlər təkcə hərbi müstəvidə deyil, həm də mülki müstəvidə vüsət alır. Belə ki, Qarabağdakı işağlçı Ermənistan ordusuna və erməni terrorçu qruplaşmalarına sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu qısa müddətdə düşmənin az qala bütün hərbi arsenalını və xeyli əsgərini məvh edib, bir sıra ərazilərimizi azad edib.
Cəbhədə Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan isə döyüş bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirərək aralarında körpə uşaqların da olduğu onlarla dinc sakinin ölümünə, yüzlərlə insanın ağır yaralanmasına səbəb olub. Bu, konkret və açıq terror aktıdır. Başqa sözlə dövlət səviyyəsində mülki əhaliyə qarşı törədilən hərbi cinayətdir. Özü də açıq-aşkar rəsmi bəyan edilmiş formada və bütün dünyanın gözü qarşısında. Lakin dünya birliyi dediyimiz beynəlxaql təşkilatların, böyük dövlətlərin gözü kor olub- insanlığa qarşı törtədilmiş belə dəhşətli cinayətləri görmür, qulağı kar olub- yaralanan körpələrin ağlamasını eşitmir, dili lal olub — bu dəhşətə “dur” deyə bilmir.
Maraqlıdır ki, bütün tarix boyu bu dünya birliyi, beynəlxalq ictimaiyyət həmişə bəşəri cinayətləri, terror aktlarını pisləyir, bunu edənlərə qarşı sanklsiyalar, təzyiqlər hətta hərbi müdaxilə həyata keçirirlər. Lakin məsələ ermənilərin törətdiyi faciələrə və terro aktlarına gəldikdə dünyanın gözü kor, qulağı kar, dili lal olur. Azərbaycanın haqq səsini səsgücləndiricilər vasitəsilə bağırsan da “eşitmir”.
Çox uzatmayaraq, tarixdəki yüzlərlə erməni terrorundan bir neçəsini qeyd etsək, bu etinasızlığın tarixinin o qədər də az olmadığını görəcəyik.
1918-ci ildə erməni daşnak terrorist dəstələri ingilislərin dəstəyi ilə Azərbaycanda yerli əhaliyə qarşı vəhşicəsinə soyqırım törətdilər, müxtəlif bölgələrdə, hətta Azərbaycan paytaxtı Bakıda yüz minlərlə yerli dinc sakinini məhv etdilər. Lakin dünya bunu «görmədi», «eşitmədi», ona görə də dili söz tutub danışa da bilmədi…
Sovet İttifaqı qurulduqdan sonra ermənilər kütləvi terror aktları və soyqırımlar təşkil edə bilmədilər. Yalnız gizli şəkildə azərbaycanlıları aradan götürmək və vəzifədən çıxarılmalarını təmin etmək istiqamətində işlədilər. Terror işini isə başqa ölkələrdə davam etdirdilər. Ermənilər Qərb ölkələrində ASALA kimi terror təşkilatları təsis edərək müxtəlif ölkələrdə Türkiyə diplomatlarına qarşı uzunsürən qanlı terror aktları törətdilər, lakin dünya birliyi yenə də kor oldu, kar oldu, lal oldu…
Zaman dolanıb gəldi 80-ci illərin sonuna. Qərb dövlətlərinin fəal dəstəyi ilə gücləndirilən Amerikadakı və Avropadakı erməni lobbisinin təşkilatçılığı ilə SSRİ-ni etnik münaqişə zəminində daxildən dağıtma planı ermənilərin işinə yaradı. 87-ci ildən etibarən Ermənistanda, Azərbaycanın Qarabağ regionunda deportasiya, soyqırım, terror və işğal prosesinə start verdilər.
Amerika, Fransa, Rusiya kimi fövqəldövlətlərdən də dəstək alaraq terroru davam etdirdilər-1 milyon azərbaycanlı öz doğma yurdlarından qovuldu, 30 minədək azərbaycanlı öldürüldü, 50 min nəfər əlil oldu, yüzlərlə kənd və şəhər dağıdıldı, Azərbaycan ərazisinin 20 faizi işğal edildi. Lakin tərəqqipərvər dünya ictimaiyyəti, qlobal təşkilatlar yenə də kor oldu, kar oldu, lal oldu…
Proses son 30 ildə də davam etdi. Bu günlərdə isə ermənilər tarixdə görünməmiş vəhşililklərə əl atdılar. Cəbhə bölgəsindən yüz km-lərlə aralıda yerləşən şəhərlərə, din sakinlərin başına bomba, raket yağdıraraq, dövlət terroru həyata keçirdilər və kütləvi qırğın törətdilər. Uşaqlar, qadınlar, qocalar öldü… lakin bu sülhsevər beynəlxalq təşkilatlar yenə də kar, kor, lal oldu…
Başqa vaxt sülhdən, insan hüququndan danışan beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, Avropa İttifaqı və s.) indi səslərini çıxara bilmirlər. Dünyadakı facilələrə sərt reaksiya göstərən Amerika, Avropa, Rusiya məsələ ermənilərin törətdiyi terrora gələndə siçan deşiyi axtarırlar gizlənməyə.
Demək indiyədək danışılan beynəlxalq hüquq, İnsan hüquqları bəyannaməsi, müxtəlif konvensiyalar və sair sənədlər hamısı adi kağız parçasından ibarət imiş. Ortada heç bir dünya birliyi zad yox imiş. Dünya başqa meyarların üzıərində bərqərar imiş.
Qısa Ermənistan bütün beynəlxaql hüquqa, BMT TŞ-nin qətnamələrinə və digər dünya qanunlarına tüpürərək istədiyini edir və cavabı olmayan sualdır ki, heç kim də onlara bir söz deyə bilmir. Hətta, bir-birinin amansız düşməni olar dövlətlər söhbət erməni məsələsinə gəldikdə dost kimi eyni mövqedən çıxış edirlər. Ermənilər isə dünyanın üzünə tüpürməkdə davam edirlər.
Ona görə də, mən də buradan bütün beynəlxaq təşkilatlara, beynəlxalq sənədlərə, qətnamələrə, beynəlxalq məhkəmələrə rahatca tüpürə bilərəm. Bunlar insanlığın düşməni, hətta qlobal terror şəbəkəsidir ki, ermənilər də bu terrorçu şəbəkənin üzvüdürlər. Çünki yuxarıda dedikılərimin başqa heç bir izahı, əsası yoxdur, ola da bilməz.
Ona görə də, buradan üzümü beynəlxalq təşkiatlara, riyakar fövqəldövlətlərə tutaraq şəxsən öz adımdan rəsmi olaraq bəyan edirəm-
Məqsədli provakatorlarla yanaşı, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallaşdırılmalıdır
Azərbaycan Ordusunun işğal edilmiş Qarabağda anti-terro əməliyyatlarına başlaması cəbhədə qızğın döyüşlərlə yanaşı, media və internet məkanında informasiya və təbliğat müharibəsini də alovlandırıb.
Xalqımızın beynəlxaql dillərdə bilən hissəsi qlobal media və internet məkanında mübarizə aparır, Azərbaycanla, Qarabağla bağlı həqiqətləri çatdırmaq, Ermənistanın saxtakar və terrorçu mövqeyini sanballı arqumentlər, savadlı mülahizələr, müqayisəli faktlar və sənədlərlə ifşa etməklə məşğuldur. Ədalət naminə demək lazımdır ki, ilk dəfədir informasiya müharibəsində üstün mövqedəyik və məhz bu şəxslərin əməyi ilə dünya ictimaiyyətinin fikrinin obyektiv formalaşmasına nail oluruq.
Feysbuk, Tvitter, Kontakt, Yutub kimi sosial şəbəkələrdəki müzakirələrdə çox gərgin mübarizə gedir. Müşahidələrimə görə, aparılan təbliğatlar nəticəsində bir çox ölkələrdə başqa xalqların nümayəndələri artıq problemə obyektiv mövqedən yanaşır, erməniləri isə yalnız ermənilər özü müdafiə edir.
Heç bir xarci dil bilməyənlər isə daxili informasiyaları ötürmək, xalqımızı ruhlandırmaq, müzakirələr aparmaqla məşğuldurlar. Bu da 1-ci qədər də olmasa vacibdir. Düzdür, ölkədə yüzlərlə media orqanı bu işlə məşğul olur və əslində, bu qrupa ehtiyac da qalmır, amma hər halda bunlar xeyir verməyə çalışır, zərər vurmur.
Lakin daha 2 qrup da var ki, bunlar dövlətimizin və xalqımızın maraq və mənafelərinə bilərəkdən və ya bilməyərəkdən ciddi zərbələr vururlar.
1-ci qrup düşmənə və bəzi xarici dairələrə işləyən məqsədli provakatorlar, nüfuz agentləri şəbəkəsidir. Onlar bu həssas məqamda xalqda dövlətə qarşı inamsızlıq və qorxu yaratmağa çalışır, psixoloji terrorla məğul olurlar. Bunlarda DTX fəal şəkildə məşğul olur və zərərsizləşdirir.
2-ci qrup isə guya, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlardır. Belələri hər əlinə gələn məlumatı mənbəyinə baxmadan, məqsədinə varmadan paylaşır, bununla da özləri də bilmədən 1-ci qrupun əlində alətə çevrilirlər.
Savadı və dünyagörüşü az olan kütləni yönəltmək üçün xüsusi mərkəzlərdə hazırlanmış peşəkar provakatorlar var ki, internet məkanı onlar üçün çox böyük imkanlar açıb. Cəmi 5-10 nəfər peşəkar provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, sənin hər dediyinə inansınlar.
Ordunu, dövləti dəstəkləmək feysbukda boşboğazlıq etmək, hər əlinə keçən paylamaq, vətənpərvər şüarlar yazmaq deyil. Ordunu, dövləti elə dəstəkləmirlər. Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə «sübutalni, dakumentalni» başa salım.
Ön cəbhədə müharibə gedəndə, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır.
Vaxtilə qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç şou göstərildi? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Tamaşanı axırda göstərdilər — Qızıl Meydandakı Qələbə Paradında. Bütün digər müharibələr də belə olub.
Problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında da iş görmək olar.
Məsələn, Amerika səfirliyi qarşısında aksiya keçirmək tələb etmək olar ki, işğalçı Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?
Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə siyasi dəstəyi, hər il xeyli silah və pul yardımını niyə verirsən?
Rusiyadan soruşmaq olar ki, Ermənistana işğal etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən?
BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, məgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı səsini çıxarmırsan, tədbir görmürsən?
Müharibəni ağılla və fədakarlıqla udurlar. Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir — Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi — «Hər şey Cəbhə üçün, hər şey Qələbə üçün!»
Cəbiş müəllimləri çox olan xalq qalib gəlir.
Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq.
Rusiyalı analitik və hərbi ekspertlər hesab edir ki, Ermənistan ordusu cəbhədə, Yerevanın propoqandist fəndləri isə beynəlxalq arenada müvəffəqiyyətsizliyə uğrayıb
News.Ru xəbər saytında Qarabağ ətrafında baş verən proseslərlə bağlı maraqlı analitik yazı dərc olunub. İşğal altında olan Qarabağda düşdüyü böhrandan çıxmaq və mövqelərin itirilməsini dayandırmaq üçün Ermənistanın əlində çox az imkanlar qaldığını qeyd edən yazıda qeyd olunur ki, Paşinyanın kömək üçün xarici dövlətlərə etdiyi müraciətləri də nəticə verməyib. Nəticədə Yerevan həm hərbi, həm siyasi cəhətdən «tupikə» dirənib. Saytın analitiki İqor Nikiforov Azərbaycan-Ermənistan cəbhəsində yaranmış hərbi, siyasi, diplomatik situasiyanı təhlil edərkən bu qənaətə gəlib.
Qeyd olunur ki, döyüşlər başlanandan Paşinyan böyük dövlətlərin liderlərinə aramsız zənglər edib, lakin bu, heç bir effekt verməyib. Bütün dövlətlər, o cümlədən Rusiya qarışmamağı üstün tutub.
Müəllif vurğulayır ki, beynəlxalq dəstəkdən məhrum olması, Qarabağ cəbhəsində mövqelərin fasiləsiz itirilməsi fonunda Ermənistan qəribə fəndlərə əl atıb.
Misal üçün, cəbhə bölgəsində Azərbaycan aviasiyasının vurulması, qarşı tərəfdən xarici döyüşçülərin iştirak etdiyi, mülki əhaliyə qarşı bombardman haqda dezinformasiyalar buraxır. Halbuki, bunların heç birini sübut edəcək, dəlil, fakt, sənəd təqdim edə bilmir. Necə ki, qəzaya uğrayan Ermənistan hərbi təyyarəsinin Türkiyə təyyarəsi tərəfindən vurulması haqda yalan xəbəri sübut edə bilmədi. Heç bir dövlətin peyk çəkilişlərində belə bir fakt qeydə alınmayıb.
İqor Nikiforovun qənatəinə görə, Türkiyə dronlarının istifadəsi ilə bağlı Yerevanın iddiası da gülüncdür. Çünki Azərbaycan ən çoxu Rusiyadan olmaqla bir çox ölkələrdən, o cümlədən də Türkiyədən rəsmi şəkildə müxtəlif silah və texnika alıb və bunları da qanuni olaraq döyüşlərdə istifadə edir. Türkiyənin guya müharibədə iştirakı haqda da saxta xəbərlər yayan Ermənistan rəhbərliyi bu barədə heç bir fakt qoya bilmir.
Analitik yazır ki, Ermənistan tərəfinin təkziblərinə baxmayaraq, cəbhə bölgəsində olan xarici jurnalistlər və açıqlanmış rəsmi məlumatlar da təsdiq edir ki, Azərbaycan Ordusu çox mükəmməl əks-hücum kampaniyası aparır və davamlı olaraq işğal edilmiş ərazilərini, yaşayış məntəqələrini azad edir, strateji nöqtələri ələ alır.
Müəllif qeyd edir ki, tərəflərin informasiyalarının obyektivliyi də fərqlidir. Belə ki, Azərbaycan tərəfi vurduğunu elan etdiyi bütün hərbi obyekləri və texnikanın videokadrlarını nümayş etdirir, Ermənistan tərəfi isə bəyan etdiklərinin heç birini sübut edə bilmir.
Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kiril Semyonov isə hesab edir ki, Ermənistan hakimiyyəti özünün müharibəyə xarici müdaxilə haqda əsəbi bəyanatlarında məğlubiyyətə uğrayıb, çünki bu haqda heç bir fakt yoxdur.
Ekspert deyr ki, erməni tərəfini özünün təklənmədiyini göstərmk üçün digər ölkələrə də problem yaradır. Belə ki, erməni mediası İranın onlara hərbi yardım etməsi haqda saxta xəbərlər buraxandan sonra İran XİN-in rəsmi nümayəndəsi bunu təkzib etdi və bəyan etdiyi ki, İran öz ərazisindən hərbi yüklərin keçirilməsinə imkan vermir.
Hərbi ekspert Yuri Lyamin təsdiq edir ki, erməni mediasının İran vasitəsilə Ermənistana hərbi yüklərin gətirilməsini siyasi və hərbi dəstək kimi göstərməsi absurddur: «Şahidlər və fotofaktlar göstərir ki, bu maşınlar və texnikalar «Qafqaz-2020″ hərbi təlimlərinə gətirilmiş və təlim başa çatdıqdan sonra Gümrüdəki 102 nömrəli Rusiya hərbi bazasına geri qaytarılan maşınlardır və bunun Ermənistan Ordusuna heç bir aidiyyatı yoxdur».
Yuri Lyamin Paşinyanın çox mürəkkəb vəziyyətə düşdüyünü vurğulayıb. Onun fikrincə, bu səbəbdən müxtəlif proqoqandist fəndlərlə Rusiya-Türkiyə və Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq üçün hər yola əl atır, lakin bu, effekt vermir.
Belə situsiyada Yerevanın əlində danışıqlar masasına qayıtmaqdan başqa heç bir variant qalmayıb. Xüsusilə də, daxili böhranın getdikcə kəskinləşdiyi bir vaxtda. Sülh danışıqları isə yalnız Azərbaycanın işğal olunmuş 20 faiz ərazisindən hərbi birləşmələrin tamamilə çıxdığı halda baş tuta bilər.
Müharibədə arxa cəbhənin və iqtisadi-maliyyə imkanlarının rolu nədən ibarətdir?
Azərbaycanın öz işğal olunmuş ərazilərində gedən anti-terror əməliyyatları diqqəti ön plana- qaynar döyüş əməliyyatlarına yöənəltsə də, bu müharibənin arxasında görünməyən cəbhənin əhəmiyyəti heç də ön cəbhədən az deyil. İstənilən müharibədə öz cəbhənin arxasında güclü arxa cəbhə dayanır. Bu cəhətdən 2 ölkə müqayisə olunmayacaq dərəcədə fərqlidir.
Müasir texnologiyalara malik ordu daha güclüdür
Məlum olduğu kimi, müharibənin, ordunun arxasında güclü iqtisadiyyat, ciddi maliyyə resursları dayanmalıdır. Bunların olmadığı, yəni zəif olduğu halda ordunu təmin etmək, müharibəni davam etdirmək mümkün olmur. Napaleon demişkən, müharibə, ilk növbədə pul deməkdir. Müasir dövrdə orduların hərbi-texniki arsenalı yeni və effektiv silah və texnikalara malik olmalıdır ki, bunun üçün də təbii ki, ciddi maliyyə vəsaitləri tələb olunur.
Hər silahın, texnikanın da konkret istifadə müddəti var, o müddət bitəndə yenisini almalısan, yenisi üçün də vəsait olmayanda həmin silah və texnika artıq adi dəmir yığınından başqa bir ey olmur.
Üstəlik, ən müasir texnologiyaların müharibədə rolu əvəzssizdir. Buraya güclü aviasiya, zərbə dronları, radioelektron mübarizə vasitələri, radar sistemlərini, yüksəkdəqiqlikli artilleriya və reaktiv yaylım atəş sistemləri və s daxildir.
Bunun əyani nümunəsini Qarabağ cəbhəsində hamı gördü. Azərbaycanın yüksək effektivli, müasir və güclü hərbi texnologiyaları döyüşlərdə əzici üstünlük nümayiş etdirdi. Ermənistan isə, köhnə, zəif, vaxt keçmiş texnikaları ilə heç nə edə bilmədi. Hətta, yaşayış məntəqələrimizə atdığı orta mənzilli raketlər belə ya partlamadı, ya da havada vuruldu.
1 həftədə Azərbaycan Ordusu düşmənin 1000-dən artıq texnikasını- tankları, topları, reaktiv sistemləri, radar qurğularını, hərbi döyüş maşınlarını və s. dəqiqliklə vuraraq sıradan çıxardı. Bu Ermənistan arsenalının əhəmiyyətli bir hissəsidir. Qarabağdakı hərbi dislokasiyanın ixtiyarında olan texnikanın isə demək olar ki, çox böyük əksəriyyətidir.
Nəzərə alsaq ki, ordumuz ən güclü silahlarını, orta mənzilli raketlərini və düşməninkindən 3 qat çox olan aviasiyasnı hələ heç işə salmayıb, artıq hər şey aydın olur. 2 ölkənin hər qarışını nəzarətdə saxlayan kosmik peyklər haqda isə heç danışmağa dəyməz. Azərbaycan bu imkana malikdir, Ermənstan isə yox.
Müharibəni təkcə ordu, dövlət yox, bütün xalq aparır
Müharibələrdə təkcə dövlət, ordu yox bütün xalq, bütün iqtisadi infrastruktur iştirak edir. Bu günkü müharibədə də təkcə ordumuz yox, bütün xalqımız iştirak edir. Hamı ödədiyi vergilərlə, işlədiyi işlə, verdiyi əməklə, istehsal etdiyi əmtəə ilə ordumuzun arsenalını müasir və güclü silah texnika ilə doldurub. Bu isə artıq çox böyük maliyyə vəsaiti deməkdir ki, bu xərcin öhdəsindən əksər dövlətlər gələ bilmir.
Bundan başqa, informasiya müharibəsində milyonlarla azərbaycanlı gecə-gündüz döyüşür, erməni dezinformasiyalarına və əks-təbliğatına qarşı mübarizə aparırlar. Kibermüharibədə isə müqayisəlunmaz üstünlük var. İTK mütəxəssis qruplarımız düşmənin strateji elektron resurslarını sıradan çıxarıb və rabitə vasitələrini böyük ölçüdə bloklayıb.
Buraya siyasi və diplomatik cəbhədə döyüşənləri də əlavə etsək mənzərə tamamlanar. Bir sözlə bütün cəbhələrdə müqayusəolunmaz üstünlük bizim tərəfimizdədir, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, haqq da, ədalət də, beynəlxalq hüquq da, vicdanlı dünya ictimaiyyəti də bizim tərəfimizdədir.
Mövcud iqtisadi imkanların müharibəyə davamlılıq fərqi
Azərbaycanın iqtisadi inkişaf tempinin uzun illərdir dünyada ən yüksək göstəricilərdən biri olması faktdır. Ölkənin Ermənistanınkından 25 dəfə çox olan nəhəng strateji maliyyə rezervləri, 5 dəfə çox olan dövlət büdcəsi, 6 dəfə çox olan ümumdaxili məhsul səviyyəsi, dəfələrlə aşağı olan xarici borcu, xarici ticarətdə, rəqib ölkənin mənfi saldosuna qarşı müsbət saldosu, 4 dəfə çox olan hərbi büdcəsi, 5 dəfə çox olan insan resursu və s faktorlar hər şeyi aydın göstərir.
Ermənistan isə bütün sahələrdə ciddi böhran keçirir, həm də çox uzun illərdir. Ölkə faktiki olaraq defolt vəziyyətdədir. Statistik göstəricilərə nəzər salmaq kifayətdir ki, bu vəziyyəti aydın görəsən. Müvafiq olaraq, sosial böhran şiddətlənir.
Bu günlərdə Ermənistan parlamenti 2020-ci ilin büdcə layihəsinin icrası vəziyyətini müzakirə edib. Müzakirlərdə ilin yekununa büdcədə defisit həcminin artacağı qeyd edilib. Parlamentin rəsmi saytı xəbər verir ki, iclasda büdcədə defisitin səviyyəsi ÜDM-in 7,4 faizə çatması nəzərdə tutulub. Cari ilin büdcəsində, ilin sonunda dövlət borcları 12,6 milyardlıq ümumdaxili məhsulun 67 faizinə çatacaq ki, erməni ekspertlərin fikrincə, bu, dünyada ən pis göstəricidir və iqtisadi böhranın xeyli dərinləşdiyini göstərir.
Ermənistan Nazirlər Kabineti ümumdaxili məhsulun daha 644,2 milyon dollar azalacağını gözləyir. ÜDM-in 6,8 faiz azalması, dövlət borcunun kəskin artması, mənfi tədiyyə balansının yüksəlməsi nəticəsində iqtisadi böhranın güclənməsini hökumət pandemiya ilə bağlamağa çalışsa da, müstəqil istisadçılar burada əsas səbəbin pandemiya olmadığını, iqtisadi geriləmənin uzun illərdir davam etdiyini qeyd edirlər.
Bu faktlar ölkənin borcla yaşadığını və defolta doğru getdiyini aydın göstərir. Bu səbəbdən, ölkədə sosial vəziyyətin getdikcə ağırlaşması parlamentdə bir çox deputatların sərt etiraz çıxışlarına səbəb olub. Deputatlar belə bir zəif iqtisadi güclə Qarabağda Ermənistan ordu korpusunun saxlanmasının və Azərbaycan ordusunun azadetmə əməliyyatlarına cavab verəcək imkanların olmadığını bildirərək qeyd ediblər ki, dövlət hərbi əməliyyatların 1 ay belə davam etməsini təmin edəcək resurslara malik deyil. Bu vəziyyətdə, orduya, müharibəyə dəstək vermək imkanlarından söhbət belə gedə bilməz.
İşğal olunmuş ərazilərin azad olunması prosesi necə gedir?
İlk günlər prosesin bir qədər yavaş getməsi tətbiq edilən hərbi strategiya, ən çətin relyef şəraiti və ön xətdəki güclü müdafiə sistemi ilə bağlı idi. Hərbi komandanlıq canlı qüvvə itkisinə yol verməmək üçün, ilk günlərdə piyada hissələrin hücumuna o qədər də üstünlük vermədi. Artilleriyanın, pilotsuz uçan aparatların dəqiq zərbələri ilə düşmənin texniki vasitələrinin çox böyük əksəriyyəti sıradan çıxarıldı. İndi quru qoşunlarının işğal altında olan yaşayış məntəqlərimizi terrorçulardan azad etməsi üçün qarşısındakı ciddi təhlükə mənbələri minimuma endirilib.
İlk həftədə 30 illik müdafiə sistemləri bütün cəbhə boyu yarıldı. Bundan sonra ordunun irəliləyişi sürətli keçəcək. Bu səbəbdən Qarabağın azad edilməsinin oktyabrı keçməyəcəyi heç kimdə şübhə doğurmur.
Qaldı ki əsgərlərin ruh yüksəkliyinə, peşəkarlıq səviyyəsinə, mənəvi psixoloji vəziyyətinə bu haqda müqayisə aparmağa belə dəyməz. Ordumuzun əsgərləri bunu döyüş meydanında cəmi bir neçə günə sübut etdilər. Azərbaycanda milyonlarla insan cəbhəyə can atdığı halda, Ermənistanda və Qarabağdakı erməni ordu korpusunda hamı döyüşdən qaçmağa çalışır, bir çox hallarda döyüşsüz təslim olurlar.
Müharibənin davamı üçün külli miqdarda sursat, texnika tələb olunur. Bizdə müvafiq sənaye var, Ermənistanda isə yoxdur.
Yeri gəlmişkən, beynəlxalq ekspertlərin hesablamalarına görə, Ermənistan bütün imkanlarını tam səfərbər etsə belə, maksimum 1 ay müharibəyə davam gətirə bilər.
Azərbaycanda isə bu müddət illərlə ölçülür. Təkcə strateji rezervlər 50 milyarddır. Daxili fondları və digər ehtiyatları da nəzərə alsaq, bu sahədə ağlagəlməz üstünlük olduğunu görərəik.
Müharubədən sonrakı bərpa işləri: hansı imkanlar var?
Ümumiyyətlə, hesab edirik ki, Qarabağın bərpası üçün sürətli proqramla cəmi 2 il kifayət edər. Bunun üçün maliyyə bazası da var- 50 milyardlıq strateji rezervlər və daxili imkanlar. Əlavə olaraq, xarici və yerli investotrları da buraya cəlb etmək mümkündür.
Ərazilər azad olunduqca, tikinti-quraşdırma işləri geniş vüst alacaq. Burada xeyli yeni iş yerləri yaranacaq. İlk 1 ildə azı yarım milyon nəfər köçkünü yenidən məskunlaşdırmaq mümkündür. Daha sonra növbəti yarım milyonu.
Qarabağda aqrar sektorun, həmçinin yüngül və yeyinti sənayesinin inkişafı üçün potensial imkanlar var. Turizmin inkişafı üçün isə bu bölgə dünyada ən ideal yerlərdən biridir.Bir neçə il ərzində burada böyük bir iqtisadi baza formalaşacaq.
Məcburi köçkünlərin öz torpaqlarına qayıtması nəticəsində Bakının və iri şəhərlərin yükü də xeyli azalacaq. Boşalan yüz minlərlə mənzil sosial ev fonduna yönəldiləcək. Nəticədə yüz minlərlə vətəndaşımız uzunmüddətli kreditlə, asanlıqla və çox ucuz qiymətə mənzil ala biləcək.
Bu qələbədən sonra ölkəmizin həll edəsi böyük problemi qalmayacaq, xırda problemlər də 1-2 ilə həllini tapacaq. Müharibədən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyacaq. İndiyədək hərbi xərclərə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün on milyardlarla vəsait xərclənirdi. İndi bu vəsaitlərin çoxu iqtisadi və sosial inkişafa qoyulacaq. Azərbaycan qısa müddətdə inkişaf etmiş, müsir ölkəyə çevriləcək.
Dünya mediasında və sosial şəbəkələrdə erməni dezinformasiya və təxribatlarına qarşı mübarizədə hansı vəziyyətəyik?
XXI əsr elektron texnologiyalar və informasiya əsridir. Bu dövrdə əsas fəaliyyət sahələri elektron platformaya keçir. Bu istiqamətdə əsas rolu öz üzərinə internet götürüb. İnternet informasiya məkanına tam nüfuz edib və artıq operativliyə və əhatə dairəsinə görə ənənəvi elektron media vasitələrini- televiziya və radionu da geridə qoyub. İndi hər kəs yuxudan duran kimi birinci sosial şəbəkələrə daxil olur ki, görək ölkədə, dünyada nə baş verir, kim kimə nə deyib. Əlaqələr də daha çox internet üzərindən qurulur, messencerlər, sosial şəbəkələr, email sistemləri və s. vasitəsilə.
İnternet resurslarından kim necə istifadə edir?
Bu virtual dünyada artıq 3 milyard adam var, Azərbaycanda isə azı 5 milyon. Sosial şəbəkələrin gücü, qüdrəti haqda danışmaq üçün təkcə ərəb ölkələrindəki, Ukraynadakı vətəndaş müharibələrində onun rolunu xatırlamaq kifayətdir. Əhəmiyyəti haqda isə istənilən qədər danışmaq olar.
Bu sosial şəbəkənin varlığı informasiya azadlığını son həddə çatdırıb. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir smartfon (dolayısı ilə foto və videokamera, diktafon, internet, poçt qutusu və s.) var və məlumatı hadisə yerindən birbaşa yayımla verirlər.
Bu qlobal şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. İndi hər gün ölkədə və dünyada baş verənlərdən hali olmaq üçün onlarla qəzeti, saytı nəzərdən keçirməyə ehtiyac yoxdur. Sosial şəbəkəyə girirsən və görürsən ki, bütün xəbərlər, yazılar, maraqlı materiallar paylaşılıb- necə deyərlər, hamısı bir arada. Xüsusilə də, jurnalistlər üçün sosial şəbəkənin əvəzi yoxdur.
Hətta siyasi mübarizə də vitual məkana transformasiya olunub. Meydanlara çıxa bilməyən müxalifət burda fəal mübarizə aparır. Opponentləri ilə uzun sürən virtual döyüşlər keçirirlər. Mətbuat da bu mübarizəni işıqlandırır.
Sosial şəbəkələrdə müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılır. Bunların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müalicəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s.
Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, naliyyətlərini, münasibətlərini, istehsal etdiyi və ya satdığı məhsulları, göstərdiyi xidmətləri cəmiyyətə çatdırmağa çalışanlar az deyil. Lakin bu məkandan özünüreklam, yaltaqlıq, hamam suyu ilə dost tutmaq, başqasını ləkələmək, təxribat təşkil etmək məqsədilə də gen-bol istifadə olunur.
Bir sözlə internet məkanında həmişə mübarizə, müharibə gedir. İndi bu «müharibə» artıq başqa müstəviyə keçib və Vətən müharibəsinin elementi kimi qəbul olunur.
İnformasiya müharibəsində qalib olmaq nə üçün vacibdir»
Sosial şəbəkələrdə müxtəlif dövlətlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir.
Belələrini aşkar etmək çətin deyil, “həftə səkkiz- mən doqquz” xarici ölkələrə «gəzməyə» gedən bu gənclər (yaşlılar da az deyil) müvafiq «verbovka» kursunu keçib geri göndərilir. Bütün hadisələrdə də konkret xarici dövlətin maraq və mənafelərindən çıxış edirlər.
Sosial şəbəkələrdə xarici qüvvələrin maraqlarına işləyən minlərlə profil, qrup, səhifə yaradılıb. Öz xalqının, öz dövlətinin mənafeyinə çalışanların qrup və səhifələri isə çox azdır. Belə istifadəçilər var gücləri ilə maarifləndirici materiallar yayırlar, xarici və daxili düşmənlərə qarşı virtual da olsa döyüşürlər, amma onlar həmin mütəşəkkil qruplar tərəfindən hücuma məruz qalır.
Sosial şəbəkələrdə və digər onlayn resurslarda mübarizə təkcə cəmiyyətdaxili ideoloji və sair müstəvilərdəki mübarizədən ibarət deyil, qlobal məkanda dövlətlərarası mübarizə də gedir. Azərbaycanın Ermənistan və erməni lobbisi kimi düşməni var. Torpaqlarımızı işğal edən, xalqımızı soyqırım və deportasiya məruz qoyan erməni faşistlərinə qarşı real müstəvidə döyüşlə birgə, virtual müstəvidə də müharibə aparmalıyıq.
Hazırda elə belə edirik. Virtual məkanda sözün əsl mənasında müharibə gedir — informasiya müharibəsi.
İnformasiya müharibəsi hazırki dövrdə çox vacibdir. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün sosial şəbəkələrdən, onlayn informasiya sistemlərindən səmərəli istifadə etmək lazımdır. Bunun üçün savadlı olmalı, azı 1-2 beynəlxalq dili bilməli və o dillərdə mübaizə aparmalıyıq.
Lakin təəəsüflə qeyd etməliyik ki, ermənilər bu imkanlardan daha yaxşı istifadə edirlər. Əksər mübahisə və müzakirələrdə ermənilər üstünlüyü ələ alır, çünki bizimkilər öz auditoriyamızda bir-birinə eyni xəbərləri yazıb paylaşmaqla məşğuldur, halbuki gedib rus və ingilis dillərində qlobal şəbəkələrdə mübarizə aparmalıyıq. Nəticədə, bu sahədə zəif vəziyyətə düşürük. Beləliklə, virtual məkanda gedən müharibədə vəziyyət hələ ki bizim xeyrimizə deyil.
Qarabağ həqiqətləri informasiya müharibəsi müstəvisində
Son günlər Azərbaycan Ordusunun işağlçı və terrorçu Ermənistan ordusuna qarşı Qarabağda əks-hüuma keçməsi və döyüşlərin başlaması ilə bağlı qlobal informasiya məkanında virtual müharibə daha da aktivləşib. Ermənilər bütün sosial şəbəkələrdə, forumlarda, media orqanlarında dezinformasiya və əks-təbliğat kampaniyası aparırlar. Yaydıqları məlumatların demək olar ki, hamısı saxta, yalan və qərəzlidir. Azərbaycanlı, rus, ingilis, türk adları ilə profillər, səhifələrdə saxta məlumatlar yayırlar.
Bloklanmış sosial şəbəkələrə giriş üçün VPN proqramlarının mövcudluğu, hökumətin bu həssas məqamda dezinformsiya və təxrbatların qarşısını almaq üçün həyata keçirdiyi təhlükəsizlik tədbirlərinin təsirini azaldır. Əksəriyyət bu proqramlarınn köməyi ilə istədikləri resursa daxil olur, nəticədə bəzi vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən saxta və təxribatçı informasiyaların yayılmasına şərait yaradır. Lakin unutmaq lazım deyil ki, bunlar casus proqramlarıdır və onu yükləyən şəxsin bütün məlumatlarını, parollarını, şəxsi fəaliyyətini nəzarət altına alır.
Sosial şəbəkələrdə hərə ağlına gələni yazır, bir çoxu da bilərəkdən ya da bilməyərəkdən erməni dezinformasiya və təbliğat maşınına xidmət edir. Bilərəkdən edənlər əsasən yazırlar ki, filan qədər şəhid vermişik, filan qədər texnikamız vurulub… Mənbə də hara olsa yaxşıdır? Erməni mediası və ya sosial şəbəkə səhifələri. Bu qədər də axmaq, savadsız, düşüncəsiz olmaq olmaz. Demək bu aşkar provakasiyadır və bunu qəsdən edirlər.
Bilərəkdən edənləri qoyaq bir kənara. Onların işi budur, vətəni, xalqı satmaqla müəyyən xarici dairələrdən yaxşı pul alırlar. Əsas məsələ bilməyərək edənlərin maarifləndirilməsidir.
İnformasiya müharibəsində hansı səhvlərə yol veririk?
Məsələn yazırlar ki, ordumuz Xankəndini dəhşətli bombardmana tutub, xeyli erməni qırılıb. Bu əlbəttə, ermənilərin yaydığı saxta məlumatdır və məqsədi də məlumdur. Ermənilər neçə gündür elə son çarə kimi bundan yapışıb bütün dünyaya dezinformasiya yayırlar ki, Azərbaycan ordusu mülki əhalini körpələri qırır, bizim sadəlövh şəbəkə istifadəçiləri isə bu məlumatı bilməyərəkdən düşmənə xidmət edirlər. Halbuki, ordumuz sırf hərbi obyektlərə zərbə endirir və mülki əhaliyə toxunmur. Bunu Ali Baş Komandan da qəti şəkildə bəyan edib.
Biri yazır ki, Kəlbəcəri tam mühasirəyə almışıq. Ay yoldaş, sən heç məktəbə getməmisənmi, orada coğrafiya keçməmisənmi, öz ölkənin xəritəsini bircə dəfə belə görməmisənmi? Kəlbəcərin yarısı Ermənistanla sərhəddir, onu tam mühasirəyə almaq üçün gərək Ermənistanla sərhədi tutasan. Ermənilər də elə çalışır dünyaya desinlər ki, bunların dərdi Qarabağ deyil, Ermənistanı işğal etmək, erməniləri qırmaqdır. Nəyə xidmət etdiyinin fərqindəsənmi, vətəndaş?!
Biri yazır ki, türk əsgərləri erməni ordusunu məhv edəcək. Erməni də xristian ölkələrinə bunu deyir ki, Azərbaycanın yanında 3-cü ölkə döyüşür, siz də bizə kömək edin. Bizim öz ordumuza nə gəlib ki, başqa ölkənin ordusu gəlib bizim düşmənimizlə döyüşsün? Düşmənin dəyirmanına su tökməyin bir yana qalsın, ordumuzu niyə təhqir edirsən, vətəndaş?! Mahiyyətini, mənbəyini bilmədiyin xəbərləri yayma. Xəbər yaymaq işi ilə jurnalistlər məşğul olur. Sən də get iynəni vur, dərsini keç, mebelini düzəlt, yeməyini bişir, evini tik. Hərə öz işi ilə məşğul olsa yaxşıdır.
Bəziləri yazır filan rayonları almışıq. Əvvəla, beş-on bəyənmə qazanmaq üçün belə həssas məsələdə artistik etmək lazım deyil. İkincisi, əgər almışıqsa belə, bunu Müdafiə Nazirliyi lazım bildiyi vaxt elan edəcək, gedib işinlə məşğul olsan ki.
Əgər proseslərin mahiyyətini, nəyi yazıb nəyi yazmamağı, kimə istinad etməyi bilmirsinizsə, ən yaxşısı, sakit durun. Düşünülməmiş fəaliyyətinizlə ölkəyə, xalqa zərər vurmayın. Dövlət bilir nəyi necə etmək lazımdır nə vaxt demək lazımdır.
Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin və mükəmməl ordu quruculuğunun bəhrələrini əldə edir
Bir neçə gündür ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib.
Qarabağ cəbhəsində mövqelərin nəzərdən keçirilməsi
Son 3 gündə ordumuzun apardığı əks-hücum kampaniyası və anti-terror əməliyyatları öz bəhrələrini verib. Xeyli yaşayış məntəqəsi və yüksəkliklər düşməndən azad edilib, yüzlərlə terrorçu məhv edilib. Cəbhədə əldə etdiyimiz sarsıdıcı üstünlükdən qorxuya düşən ermənilər işğal olunmuş ərazilərimizi kütləvi tərk etməyə başlayıb, erməni əsgərləri isə ya təslim olur, ya da geri çəkilir.
Ən əsası, ən ağır period olan ilk möhkəmləndirilmiş müdafiə səddi və minalanmış sahələr keçilib, artıq qısa müddətdə digər ərazilərin azad ediləcəyinə şübhə yoxdur. Ağdərə, Füzuli, Ağdam istiqamətlərində düşmənə sardıcı zərbələr vurulub və qoşunlarımız xeyli irəliləyib.
Çarəsiz qalan Ermənistan ordusu və xaricdən gətirdikləri terrorçular artıq müqavimətin mənasız olduğunu anlayıblar. Ordumuzun rəhbərliyi lüzumsuz qan tökülməməsi üçün mühasirəyə alınmış düşmən hərbi alaylarına təslim olmaq və geri çəkilmək haqda ultimatum verib.
Ermənistan Müdafiə Nazirliyi məğlubiyyəti etiraf etməmək üçün saysız nağıllar, əfsanələr uydurub dünya və ölkə mediasına göndərməklə məşğuldur. Gah deyirlər Azərbaycan Ordusunun filan qədər texnikasını vurmuşuq, amma ortada bircə foto və ya video yoxdur. Gah deyirlər Türkiyə bizimlə müharibə edir, amma yenə ortada bircə fakt yoxdur. Gah da deyirlər Azərbaycan Ordusu mülki şəxsləri qırır, buna aid də heç bir fakt yoxdur. Üstəlik, Qarabağ bölgəsində xeyli sayda xarici jurnalist var və onlar bunların yalan olduğunu öz gözləri ilə görürlər.
Siyasi və diplomatik cəbhədə vəziyyət necədir?
Ermənistan hökuməti beynəlxalq təşkilatlara və fövqəldövlətlərin rəhbərlərinə fasiləsiz yalvarsa da nə hərbi, nə də siyasi dəstək əldə edə bilməyib.
Rusiya rəhbəri Putin açıq mətnlə bəyan etdi ki, «biz digər ölkələrin daxili işlərinə qarışmırıq». Yəni, öz ərazisi olan Qarabağı terrorçulardan və işğalçılardan təmizləmək Azərbaycanın daxili işidir.
Ermənilərin dünyada ən böyük hamisi olan, Ermənistan hakimiyyətinin başına öz adamlarını qoyaraq ölkəni idarə edən, Qarabağdakı terrorçu rejimə hər il öz dövlət büdcəsindən açıq maliyyə yardımları göstərən yeganə dövlət olan Amerikanın rəhbəri Tramp belə «düşünürük, görək döyüşləri necəsə dayandıra bilərikmi» kimi mənasız bəyanatla yaxasını kənara çəkdi.
Fransa prezidenti Makrona yalvaran Paşinya heç bir nəticə əldə edə bilmədi, o da, çalışacağıq döyüşlərin dayandırılması üçün addım ataq» deyərək kənara çəkildi.
Beynəlxalq təşkilatlar isə «tərəfləri sülhə çağırırıq» tipli bəyanatla məsələni yola verdilər. Beləliklə, Ermənistan beynəlxalq aləmdə təkləndi. Bu, əlbəttə, havadan yaranan bir iş deyil. Bu, uzun illər səbrlə, əzmlə aparılmış xarici siyasətin, düşünülmüş diplomatiyanın zəfəridir.
Hazırda siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Azərbaycan rəhbərliyi həm yaranmış əlverişli beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.
Qarabağın azad edilməsi üçün tarixi şərait necə yetişdi?
Anti-terror əməliyyatlarının başlanması üçün ən uyğun vaxt yetişmişdi. Son illərdə Rusiya və Türkiyə arasında yaranmış və möhkəmlənməkdə olan dostluq və yaxın əməkdaşlıq münasibətləri, dünyanın, xüsusən də Amerika və Avropanın başının pandemiyaya qarışması, Ermənistanda sosial-iqtisadi böhranın kəskinləşməsi buna yaxşı fürsət yaratmışdı.
Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, həm təşkilat üzvü olan dövlətlər ayrılıqda, həm təşkilatın rəsmi bəyanatında Qarabağda aparacağı anti-terror əməliyyatlarına qarşı heç bir yardım göstərməyəcəyini bəyan etməsi də Yerevanı çətin vəziyyətdə qoydu.
Hakimiyyət başına Amerika agentlərinin gəlməsindən sonra ölkə ABŞ təsirinə keçmiş və Rusiyadan asılılığını lığv etməyə çalışırdı ki, bu da Moskvanı qəzəbləndirməyə bilməzdi. Buna görə də, Rusiya başlanmış prosesdə Azərbaycana qarşı heç bir etiraz və ya tələb irəli sürmədi.
İndi həm düşmən ölkə, həm də onun dünyadakı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya Ermənistan ordusu və terrorçu dəstələr könüllü şəkildə Qarabağdan çıxacaq, ya da Azərbaycan ordusu öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.
Bakı sülh üçün bütün imkanlardan istfadə etdi
30 ildir ki, Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edirdi. Lakin heç bir cavab və ya ciddi reaksiya yox idi. İndi anti-terror əməliyyatları başlayandan sonra əl-ayağa düşüblər. Əsasən də, ABŞ və Avropa cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.
Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?
Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, amma imkan verin, sizin yaratdığınız problemin ədalətli həllini biz özümüz həyata keçirək.
Sözdə terrora qarşı olduğunuzu deyirsiniz, indi Azərbaycan anti-terror əməliyyatı keçirəndə niyə narahat olursunuz ki? Azərbaycan sülh üçün mümkün olan hər şeyi etdi, çox uzun müddət gözlədi. Artıq bıçaq sümüyə dirənmişdi. Yalnız Ermənistan sülh üçün bütün imkanların tükəndiyini bəyan edəndən sonra Azərbaycan probelmin həlli üçün qalan yeganə yola əl atdı.
Qərbin maraqlarına kim daha çox cavab verir?
Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb. 50 milyardlıq strateji rezervlərimiz Qərb fondlarına qoyulub. Beləliklə, biz Qərb üçün nə verə biliriksə, vermişik.
İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.
Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmədiniz? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmədiniz? 30 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırsınız? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?
Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə.
Rusiyanın maraqları nəyi tələb edir?
Şimal qonşumuzla da həm iqtisadi əməıkdaşlığmız yüksək səviyyədədir, həm siyasi, həm də mədəni əlaqələr. Rusiyayav Azərbayan daha çox fayda verir, nəinki Ermənistan. Bu halda indiyədək Rusiya niyə Azərbaycanı müdafiə etməyib? Yəqin ki, Kremlə bu səhvlərini başa düşüblər.
Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.
Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur. Amerikanpərəst hakimiyyətin başına gəldiyi Ermənistan artıq Rusiyanın düşməni tərəfindən idarə olunur.
Faktiki olaraq, Rusiyanın maraqları Azərbaycanla strateji müttəfiqliyi tələb edir. Əgər vaxtında Rusiya torpaqlarımızı azad etməkdə bizə dəstək versəydi, biz onunla daha sıx əməkdaşlıq edərdik, məsələn neft və qazın ixracını Rusiya vasitəsilə həyata keçirərdik ki, Moskva da bundan həm iqtisadi, həm siyasi dividentlər əldə edərdi. Ermənistandan isə Rusiya heç bir divident əldə etmir, bu ölkə ilə əməkdaşlıq Rusiyaya zərər vurur.
Azərbaycan: dünyaya humanizm nümunəsi
Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin… birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır.
Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki, başqa variant qoymadınız, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da haqqımız və gücümüz var.
Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir və biz öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!
Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır.
Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. https://elchinbayramli.home.blog/2020/10/18/rusiya-kimi-daha-cox-silahlandirib-azərbaycani-yoxsa-ermənistani/ Bu yazıda isə Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.
Rusiyada azərbaycanlıların və ermənilərin sayı
Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.
Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.
Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.
Ruslar hansı ölkədə daha çox yaşayır?
Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.
Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.
Rusiya kiminlə daha çox ticarət edir?
2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.
Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.
Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.
Rusiyanın iqtisadi və investisiya göstəriciləri
Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.
Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri «Qazprom», «Transneft» və «Lukoyl»dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.
Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri «Qazprom», «Rusiya Dəmiryolları», BTB», «Rusal» və Rosatom»dur.
Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?
Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.
Ermənistan bu göstəricidə 9-cu yeri tutur.
Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.
Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.
Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi
Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.
2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.
Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.
Elçin Bayramlı
Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.
Ermənistanın işğalçı siyasətinə son qoymağın vaxtı gəlib çatdı
Son günlər Qafqazda yaşanan proseslər dünyanın diqqət mərkəzindədir. Qarabağ münaqişəsi ətrafında davam edən danışıqlarda Yerevanın 30 ilə yaxın qeyri-konstruktiv mövqe tutaraq vaxt uzatmağa çalışması, sonda isə Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır” deyə bəyanat verərək, sülh danışıqlarına nöqtə qoyması Bakının səbr kasasını daşırdı. Artıq problemin həlli üçün yeganə yol qalmışdı- işğal olunmuş Azərbaycan ərazilərinin güc yolu ilə azad olunması. Azərbaycan məcburən bu yola əl atdı və ordu qısa müddətdə Qarabağda xeyli ərazini işğalçı ordudan təmizlədi…
Qarabağ: problemin həllindəki suallar
Azərbaycan diplomatiyasının son 25 ildəki gərgin işi nəticəsində Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazisinin 20 %-ni zəbt etdiyi həqiqəti dünya birliyi tərəfindən təsdiq, rəsmi Yerevan tərəfindən isə etiraf olunub.
Bəs regionun ən zəif, ən gücsüz, ən çətin vəziyyətdə olan ölkəsinin- Ermənistanın işğalçı siyasəti hardan qaynaqlanır? Qarabağ probleminin sülh yolu ilə həllinə mane olan səbəblər hansılardır? Ümumiyyətlə, problem tək Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlıdırmı? Son 2 əsrdə Azərbaycan xalqına qarşı onlarla soyqırım aktı həyata keçirən, yüzminlərlə insanı vəhçicəsinə qətlə yetirən, saysız terror aktları törədən, 1 milyon azərbaycanlını öz tarixi torpaqlarından deportasiya edən ermənilər bu qədər gücü hardan alıblar? Həqiqətənmi, tarixən qorxaq, satqın, saxtakar tayfa kimi tanınan bu vəhşi qəbilə bu qədər böyük prosesi həyata keçirmək gücündə olub?
Suallar çoxdur. Düşünürük ki, problemin yaranma səbəbləri və nəticələrinə nəzər salmadan fikir yürütmək düzgün olmazdı. Çünki ermənilərin dünyada saldıqları hay-küyün bazasında duran saxtakarlıqları ortaya qoymaq vacibdir.
Ona görə də bu problemin aktuallaşdığı bir vaxtda biz bir daha 30 il sürən erməni işğal, soyqırım və terror kampaniyasının səbəblərini, nəticələrini və perspektivini analiz etməyə çalışacağıq.
Universal maşa
Ermənilərin iç üzünün tam çılpaqlığı ilə açılması üçün cəmi bircə əsr qədər geriyə qayıtmaq kifayət edər. Baxmayaraq ki, ermənilər indi yaşadıqları ərazilərin tarixi sahibləri olan azərbaycanlılara qarşı xəyanət və təcavüz prosesini əsrlər öncə başlayıblar. Bu haqda Azərbaycan alimləri tərəfindən tarixi faktlara və sənədlərə əsaslanan kifayət qədər sanballı əsərlər yazıldığından, burada təkrara ehtiyac görmürük.
Riyakar Avropa mətbuatı hələ XIX əsrin sonundan “erməni problemini” öz sevimli mövzusuna çevirmişdi. Şöhrətpərəst, şəhər tülküsü olan ermənilər özlərini himayə edən mətbuatın təbliğatından daha da çaşdılar. Onlar Qərb ölkələrinin əsrlərlə dağıtmaq istədiyi türk dövlətlərinin ərazilərində özlərinə “dövlət” yaratmaq iddiasına düşdülər.
Nə üçün belə oldu? Ona görə ki, “yazıq ermənilər”in problemi məxsusi erməni məsələsi deyildi, bu, bəzi böyük dövlətlərin yeni ərazilər və müstəmləkələr arzusundan qaynaqlanan proses idi. Böyük dövlətlərə Yaxın Şərqdə və Qafqazda öz təsir gücünü artırmaq üçün forpost funksiyası yerinə yetirəcək oyuncaq “dövlət” lazım idi. Bu arzular güclənəndə, bölgəyə başqa təsir “rıçaqı” qalmayanda “erməni məsələsi” ortaya atıldı.
Erməni problemi ümumiyyətlə, fövqəldövlətlərin xarici siyasətində yoxdur. Ancaq erməni amilindən öz məqsədləri üçün istifadə etmək niyyətləri var. Ona görə də, erməni probleminin hər bir aktivləşməsi böyük dövlətlərinin regiona ekspansiyası və Qafqazda qarşılıqlı rəqabəti ilə bağlıdır.
Ermənizm genetik xəstəliyi
Bakı nefti hesabına varlanıb siyasətə qoşulan ermənilər Birinci Dünya Müharibəsindən sonra tarixi Azərbaycan torpaqları üzərində dövlət qurdu. Bundan sonra ermənilər azərbaycanlılara qarşı terrora, soyqırımlara qurşandılar.
Həm 1918-ci ildə, həm də ötən əsrin sonlarında Qarabağda öz kinli və qanlı əməllərini davam etdirən ermənilər xalqımıza qarşı onlarla soyrıqım aktı həyata keçiriblər. Yüz minlərlə azərbaycanlı vəhşicəsinə öldürülüb. Xocalıdakı dəhşətləri görəndə bunu edənlərin insan olduğuna şübhə edirsən. Bu, tarixdə görünməmiş bir vəhşilikdir. Azərbaycanın erməni təcavüzünə məruz qalmış torpaqlarından olan 1 milyon məcburi köçkünün öz doğma yurdlarından didərgin düşüb.
Ermənilər Türkiyəyə də böyük zərbə vurublar. PKK sıralarında çox sayda erməninin türk xalqına qarşı terror apardığını, beynəlxalq səviyyələrdə erməni lobbisinin Türkiyəni soyqırımı tanımağa və böyük təzminat ödəməyə məcbur etməyə çalışması, Türkiyəyə qarşı ərazi iddiası kimi əməllərin sayı-hesab yoxdur.
Ötən əsrdə onlarla türk diplomatına terror edilməsini, Osmanlı zamanında, öz vətənlərinə- Türkiyəyə etdikləri xəyanəti, hazırda bütün cəbhələrdə- (informasiya, diplomatik, hərbi və s) həyata keçirdiyi düşmənçilik siyasətini xatırlamaq kifayətdir.
Erməni ideoloqları erməni xalqına onların dünyanın ən qədim xalqı olduğunu və bütün ətraf region dövlətlərinin onların ərazisində qurulduğunu, ermənilərə qarşı guya böyük soyqırım həyata keçirildiyini aşılayıb və nəticədə ortada xalq əvəzinə xəstə bir kütlə əmələ gəlib. Bütün dünya mədəniyyətini ermənilərin yaratdığına, ilk insanın, Nuh peyhğəmbərin, hətta Tanrının belə erməni olduğuna milyonlarla ermənini inandırıblar. Bu xəstliyin dı artlq tibbi ədəbiyyatda “ermənizm” sindromu kimi qəbul olunur.
Qarabağın işğalı necə baş verdi?
Sovet İttifaqından Ermənistan müharibəyə hazırlıqlı, Azərbaycan isə hazırlıqsız çıxmışdı. Xarici ölkələrdən də xeyli silah texnika verilən erməni terror qruplaşmaları orduya malik olmayan Azərbaycanın Qarabağ bölgəsini işğal edə bildi. Ermənilər Azərbaycan ərazisindən 20 faiz, başqa sözlə 15 000 km2 ərazi tutdu (Ermənistanın yarısı qədər).
Burada əlbəttə, Azərbaycandakı siyasi çəkişmələri, hakimiyyət davasını və bu fonda da milli birliyin dağılması və ümumi düşmənə qarşı dövlətlə xalqın birgə mübarizəsini təşkil etməyin mümkün olmaması böyük rol oynadı.
1994-cü ilin mayında atəşkəs elan edildi. Həmin vaxtdan Ermənistanın bütün xarici siyasəti bir məqsədə- Azərbaycan Respublikasından işğal etdiyi 15 min kvadrat kilometrlik ərazini beynəlxalq hüquq pərdəsi arxasında özünə birləşdirməyə və dünya dövlətlərinin bu ilhaqı tanımasına can atır.
Azərbaycan Prezidenti Heydər Əliyev qəti bir xarici siyasət aparırdı və Ermənistanla münaqişənin ancaq bir şərtlə- Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilə biləcəyini elan etmişdi. Ermənilər bəzi böyük dövlətlərin himayəsindən istifadə edib nə qədər fitnəkarlıq, hiyləgərlik etsə də, onların təşəbbüsləri Azərbaycanın beynəlxalq hüquqa söykənən xarici siyacətinin qranit bünövrəsinə dəyib çilik-çilik olurdu.
Bütün dünya da bilirdi: Azərbaycan öz ərazilərinin işğalı ilə hec zaman barışmayacaq və özünün BMT tərəfindən tanınan ərazisindən bir qarış da ermənilərə verməyəcək. 30 ildir ikili standartlarla işləyən dünya siyasətçiləri bizim dövlətimizi zorla Ermənistanla dialoq aparmağa məcbur edirlər. Bu həmin demokratlardır ki, o vaxt da, indi də öz kosmik peykləri vasitəsi ilə Qarabağdaki hərbi əməliyyatları izləyir, Azərbaycan ordusunun hər addımını ermənilərə xəbər verirdilər.
Regionda güc balansı: kimin xeyrinədir?
Azərbaycan iqtisadi və hərbi qüdrətini artırandan sonra bölgədə fəal siyasət aparmağa başladı. Böyük beynəlxalq və regional iqtisadi, xüsusən də enerji və nəqliyyat layihələri reallaşdırıldı. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq quruldu. Getdikdə daha çox ölkə və beynəlxalq təşkilat ölkəmizi dəstəkləməyə başladılar.
İndiki vəziyyətdə Ermənistan ağır iqtisadi, sosial böhan keçirir. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi potensialı olmayan, xarici yardımlar hesabına dolanan bir ölkədə artıq bəziləri hələ əməliyyatlar başlamamışdan əvvəl anlamağa başlamışdılar ki, belə siyasətlə məhv olacaqlar. Qarabağda Azərbaycan ordusunun anti-terror əməliyyatları başladıqdan və qisa müddətdə Ermənistan ordusu və terrorçu qruplar darmadağın ediıdikdən sonra Azərbaycan işğalçı ölkəni bütün cəbhələrdə dalana dirəyib.
Beynəlxalq təşkilatların və böyük dövlətlərin danışıqlara çağırmasından sonra rəsmi Bakı təklifi qəbul etdi və XİN rəhbərləri səviyyəsində Moskvada keçirilən görüşdə Ermənistana sonuncu şans verdi. Lakin cəsədlərin döyüş meydanından çıxarılması və əsirlərin dəyişdirilməsi üçün razılaşılan müvəqqəti atəşkəsə də riayət etməyən Ermənistan ordusu cavab zərbələri ilə darmadağın edildi.
Ermənistan ordusu döyüş cəbhəsində sarsıdıcı məğlubiyyətə uğradıldığından, Yerevan Azərbaycan şəhərlərini bombardman etməklə mülki əhaliyə qarşı açıq dövlət terroruna start verdi. Onlarla mülki şəxs öldürüldü, lakin Azərbaycan ordusu bu terrora qarşı ermənilər kimi vəhşi və rəzil hərəkətlə cavab vermədi, Ermənistan ərazisinə zərbə endirilmədi, yalnız Qarabağdakı Ermənistan işğalçı ordfusunun və PKK-dan gətirilmiş muzdlu terrorçu dəstələrə ağır zərbələr endirdi. Hazırda bu proses davam edir və ərazilərimiz azad olunur.
Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Lakin Qafqazda ən qüdtrətli orduya malik Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir. Artıq bu proses başlayıb və uğurla davam edir.
Belə bir məqamda Azərbaycan güclü xarici təzyiqlərə baxmayaraq geri çəkilmir. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan şərtləri çox sadə və konkretdir- Ermənistan işğal etdiyi ərazilərdən çıxmalı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməli, azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdır.
Əgər Ermənistan sülh yolu ilə buna razı olmasa, onda Azərbaycan ordusu bütün bu şərtləri güc yolu ilə, həm də çox qısa müddətə həll edəcək. Buna artıq heç kimin şübhəsi qalmayıb- nə dünyada, nə də ölkəmizdə.
Azərbaycan-Gürcüstan-Ermənistan: demoqrafik vəziyyət haqda hesabatlar və proqnozlar nə göstərir?
Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda demoqrafiq proseslər ziddiyyətli templə inkişaf edib. Bölgədə ümumi əhali sayı 1 milyon nəfər artsa da, bu, 3 respubikaının sayəsində baş verməyib. Belə ki, təkcə Azərbaycanda əhali 3 milyon nəfər artıb, digər ikisində isə artım baş verməyib, əksinə hərəsində 1 milyon nəfər azalıb, beləliklə də, regionda əhali sayı dəyişməsə də, ölkələr arasında balans xeyli dəyişib. Bəs bu necə mümkün olub? Bu yazıda son 30 ildə Cənubi Qafqaz respublikalarını demoqrafik proseslərin fonunda müqayisə etməyə çalışacağıq.
Cənubi Qafqazın son 30 ildəki demoqrafiyası
BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 30 il ərzində əhalinin ümumi 1 milyon nəfər artıb. 1990-cu ildə bölgənin 3 respublikasında- Azərbaycanda 7, Gürcüstanda 5, Ermənistanda 3 milyon olmaqla 15 milyon nəfər yaşayırdı.
Ötən il isə bu rəqəm 16 milyon nəfər təşkil edib. Yəni, artım 1 milyon təşkil edib. Bu artım isə, son 30 il ərzində əhali artımının dayandığı və azaldığı Ermənistan və Gürcüstanın yox, Azərbaycanın hesabına baş verib.
Azərbaycanda əhalinin artımı (+3 milyon nəfər) nəinki digər 2 respublikadak azalmanı kompensasiya edib, üstəlik, ümumilikdə bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına (+1 milyon nəfər) səbəb olub.
Son statistik göstəricilərə görə, hazırda Ermənistan (2 milyon nəfər) və Gürcüstanın (4 milyon nəfər) əhalisinin sayı bir yerdə götürdükdə (6 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (10 milyon nəfər) 4 milyon nəfər azdır.
Cənubi Qafqaz üçün proqnozlar nə vəd edir?
Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan rəsmi əhalisinin sayından 3 dəfədən artıq, faktiki əhalisinin sayından 5 dəfə çoxdur. Əgər davam edən demoqrafik prosesi əsas götürsək, 2030-cu ildə Azərbaycanın əhalisinin real sayı 11 milyonu keçəcək, Ermənistan və Gürcüstan əhalisi isə artmayacaq. 2030-cu ildə hər 3 qafqazlıdan 2-i azərbaycanlı olacaq.
BMT ekspertlərinin proqnozlarına görə, əsrin ortalarında Ermənistanda əhalinin sayının Azərbaycanda yaşayan əhalinin sayından 6-7 dəfə az olacaq. XXI əsrin 2-ci yarısında isə Azərbaycanda Ermənistan və Gürcüstanın birlikdə götürülmüş əhalisinin sayından təxminən 3 dəfə artıq əhali yaşayacaq.
Belə ki, BMT demoqraflarının proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda 14 mln., Gürcüstanda 3 mln., Ermənistanda 2 mln. nəfər yaşayacaq. 2100-cü il üçün isə bu göstərici müvafiq olaraq 20 mln., 2,5 mln. və 1.5 mln-dur.
Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar vəziyyəti aydın göstərir. Göründüyü kimi, qarşıdakı müddətdə hər iki qonşu ölkədə əhalinin sayında azalma, Azərbaycanda isə artma müşahidə olunacaq.
Lakin məlum olduğu kimi, ölkələrin müqayisəsində say çoxluğu heç vaxt əsas meyar kimi götürülməyib. Biz saydan başqa, bütün digər sahələrdə də üstünük ki, onların da başında elm, təhsil, texnologiya, iqtisadi inkişaf, sosial rihaf gəlir.
Azərbaycan: Demoqrafik inkişafın səbəbləri
Üumiyyətlə, son 30 ildə keçmiş Sovet məkanında ən yüksək artım Azərbaycanda olub- 40%. Son 30 ildə Azərbaycanda əhalinin artım tempi demək olar ki, sabit templərlə davam edib. İllik əhali artımı təxminən 100 min nəfər təşkil edir. Bu isə, ölkədə sosial-iqtisadi vəziyyətin digər 2 respublikaya nisbətən yüksək olması, həmçinin, milli mentalitetlə bağlıdır. Azərbaycanda 1 və 2 uşaqlı ailələr azuşaqlı ailə sayılsa da, digərlərində bu normal sayılır.
Bundan başqa, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial-iqtisadi proqramlar, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, cəmiyyətin tibbi sağlamlığının qorunması və sair faktorlar ölkədə əhalinin artım tempini yüksəldib.
Bütün bunların nəticəsində, ölkədən xaricə miqrasiya minimuma düşüb, əskinə Azərbaycana işləmək və yaşamaq üçün gələnlərin sayı artıb. Məlum olduğu kimi, ölkələrin yaxşı olub-olmamasını ölçən meyarlardan biri də budur. Bu səbəbdən daha çox adamın xaricə köçdüyü Ermənistanla və Gürcüstanla müqayisədə Azərbaycanın yaşamaq və işləmək üçün daha yaxşı ölkə kimi qəbul edilməsi hər şeyi aydın göstərir.
Gürcüstan: Demoqrafik böhranın səbəb və nəticələri
Gürcüstan əhalisi 2020-ci il yanvarın 1-ə təxminən 4 milyon nəfər təşkil edir. Bu, Cənubi Qafqazda 2-ci ghöstərici olmaqla, Azərbycandan 2,5 dfə az, Ermənistandan isə 1, 5 dəfə çoxdur.
1991-ci ildən sonra 1 mln nəfərə yaxın gürcü Rusiyaya miqrasiya etməli olub. Bundan başqa, Gürcüstan vətəndaşı olan azı 50 min nəfər azərbaycanlı da Azərbaycana köçüb. Gürcülər arasında Ukrayna, Polşa, Böyük Britaniya və digər örkələrə miqrasiya edənlərdə az deyildir.
Ölkədə baş verən hərbi qarşıdurmalar və seperatçılıq prosesləri də əhalinin miqrasiyasına ciddi təsir edib. Lakin iqtisadi və sosial problemlər də buna öz təsirini göstərib.
2019-cu ildə ölkədə ümumilikdə, 48 296 körpə doğulub. Bu göstərici 2018-ci ildə 51 138 nəfər təşkil etmişdi. Ölüm halları isə 46 524 nəfərdən 46 659 nəfər qədər artıb.
Ötən il Gürcüstan əhalisinin 20%-i yoxsulluq həddindən aşağıda yaşayıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.
Ümumilikdə, Gürcüstan əhslinin son 30 ildə 5 milyon nəfərdən 4 milyon nəfərədək azalması müşahidə olunub bu da ciddi demoqraik böhran miqyasındadır.
Ermənistan: Demoqrafik vəziyyət faciə həddində
SSRİ tərkibində dotasiya ilə yaşayan Ermənistanın müstəqillik əldə etdikdən sonra bütün xarici yardımlara baxmayaraq, sosial-iqtisadi böhran keçirməsi və nəticədə miqrasiyanın ən yüksək səviyyəyə çıxması bu ölkədə əhali artımını dayandırıb və azaldıb.
Ermənistan İnzibati İdarəetmə Nazirliyinin rəsmi statistik göstəricilərinə görə, son 30 ildə (1990-2020-ci illər) Ermənistanı 1,5 milyon nəfər tərk edib. “İcma və hüquq” qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələrinə görə isə, ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, yoxsulluq və miqrasiya prosesi əhalinin artımını dayandırıb.
Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 300 min nəfər artıb. Hazırda Ermənistanda faktiki 2 milyonluq əhalinin içində yoxsul insanların sayı 1 milyondan artıqdır.
Erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.
USAİD-ın Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir.
Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.
İqtisadi böhtan keçirən, sosial problemlərin ağırlaşdığı ölkədə rəsmi olaraq 3 milyon vətəndaş qeydiyyatda olsa da, müxtəlif yerli və beynəlxaql təşkilatların hesablamalarına görə, ölkədə faktiki olaraq 2 milyon nəfər yaşayır. Qalanları Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə köçüblər və ya əmək miqrasiyası ediblər.
Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin (ağır sosial-iqtisadi vəziyyət və müharibə) aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.
Dünya mediası regionun demoqrafik situasiyası haqda
Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış miqrasiya problemindən tez-tez yazır. Ermənistanın yeganə himayədarı Fransanın nüfuzlu agentliyi olan «France-Presse»də dərc olunan «Erməni mühacirəti qadınlardan ibarət kəndlər yaradır» başlıqlı məqalədə Ermənistandan kişilərin kütləvi şəkildə xarici ölkələrə axışdığı bildirilir.
Yazıda bildirilir ki, tarlalarda məhsul yığını vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür. «Onların ərləri və ataları qazanc dalınca əsasən Rusiyaya üz tutublar»,- deyə qeyd olunur.
«Ermənistanı 50 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir, cəmiyyətin qocalmasına səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44%-i özü və uşaqları üçün gələcəyi vətəndə görmür», — deyə yazıda bildirilir.
ABŞ-ın tanınmış «Huffington Post» qəzetində dərc olunan məqaləyə görə, hər il Ermənistanı təqribən 60 min erməni tərk edir. Qəzet yazır ki, əmək qabiliyyətli insanların xarici ölkələrə üz doğum göstəricilərinə də təsir edir, belə ki, hazırda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir.
Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.
Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.
Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və işğal etdiyi Azərbaycan ərazilərində apardığı ağır müharibəyə görə özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğal olunan ərazilərdən çıxmaq, qonşu ölkələrdə normal iqtisadi əməkdaşlıq qurmaqdır. Bunun üçün hələ də gec deyil.
Azərbaycan Ordusunun Qarabağda işğal edilmiş ərazilərin azad edilməsi əməliyyatları apardığı bir vaxtda hamını ordumuzun düşmən ordusu ilə hərbi arsenal cəhətdən müqaysəsi maraqlandırır. Bununla bağlı biz də dəfələrlə analiz və araşdırmalar yazmışıq. Bu gün isə bu istiqamətdə daha bir müqayisəli məqamı oprtaya qoymaq istəyirik. Belə ki, bəziləri iddia edir ki, Rusiya Ermənistana bizdən çox silah və texnika satıb, lakin faktlar bunun tam əksini göstərir.
Rusiyanın «Kommersant» qəzeti Azərbaycan və Ermənstanın Rusya ilə iqtisadi, hərbi, sosal, elmi, mədəni və sair sahələrdə əməkdaşlığını müqayisə edən araşdırma dərc edib. Yazıda son ildə Azərbaycan və Ermənistanın Rusiyadan aldığı silah və texnikanın sayını və növü də qeyd edilib.
Həmin araşdırma geniş olduğundan biz yalnız indi daha aktual olan hərbi texika və silah alışı ilə müqayisəli hissəni oxucularımıza təqdim etmək qərarına gəldik.
Azərbaycanın son 10 ildə Rusiyadan aldığı hərbi texnika
100 ədəd «Kornet» tank əleyhinə raket kompleksi,
2 divizion S-300 zenit-raket kompleksi,
200 ədəd raket (48H6),
24 ədəd Mi-35M vertolyotu,
66 ədəd Mi-8 və Mi-17 vertolyotları
18 ədəd «Msta» özüyeriyən qaubitsası
18 ədəd «Vena» özüyeriyən minamyot qurğusu
18 ədəd «Smerç» reaktiv yayım atəş sistemi
2 ədəd «Buk» zenit-raket kompleksi
200 ədəd raket (9M317, 9M38)
100 ədəd «T-90» tankı
118 ədəd BMP-3 piyadaların döyüş maşını
1000 ədəd «Kastet» idarəolunan raketi
36 ədəd «Buratino» reaktiv yaylım atəş sistemi
24 ədəd «Xrizantema» tank əleyhinə özüyeriyən qurğu
800 ədəd raket (9M123)
76 ədəd BTR-82
Ermənistanın son 10 ildə Rusiyadan aldığı texnika
2 divizion S-300 zenit raket kompleksi
194 ədəd raket (5B55U, 9M338)
10 ədəd «Tiqr» zirehli avtomobili
4 ədəd «İsgəndər» raket kompleksi
200 ədəd «İqla» zenit-raket kompleksi
6 ədəd «Smerç» reaktiv yayım atəş sistemi
200 ədəd «Verba» zenit qurğusu
100 ədəd «Kornet» tank əleyhinə raket kompleksi,
4 ədəd Su-30 qırıcı təyyarəsi
2 ədəd «Top-M1» zənet raket qurğusu
Qeyd edək ki, burada yalnız son 10 ildəki vəziyyət göstərirlib, lakin əvvəlki dövrdə də biz Rusiyadan Ermənistana nisbətən dəfələrlə çox silah-texnika əldə etmişik.
Göründüyü kimi, təkcə son 10 ildə yalnız Rusiyadan aldığımız silah və texnikanın sayı və imkanları Ermənistanın aldıqlarını xeyli üstələyir. Nəzərə alsaq ki, Azərbaycan son ildə digər ölkələrdən də xeyli hərbi texnika və qurğular alıb, o halda Qarabağ cəbhəsində orduların texniki bazasının müqayisə edilməz dərəcədə fərqli olduğunu görərik. Belə ki, bizim son 10 ildə Rusiyadan adığımız hərbi texnika ümumi alınanın 63 faizini təşkil edir, Ermənistanın isə demək olar ki, bütün aldığı texnika budur (93 faz).
Ermənistan ordusunun texnikasının yarıdan çoxunun Qarabağda cəmləşdiyi və onların da son 10 gündəki döyüşlərdə darmadağın edildiyi və ya ələ keçirildiyi məlumdur. Bu hesabla hazırda orduların texnika parkında Azərbaycanın azı 5 qat üstünlüyü olduğunu əminliklə söyləmək olar.
Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, dünya isə susur…
Ermənistanda fəaliyyət göstərən «Metsamor» Atom Elektrik Stansiyası partlamağa və milyonlarla insanı məhv etməyə hazır olan bomba rolunu oynayr. Belə ki, stansiyanın reaktoru həddən artıq köhnə və istismar müddətini başa vurmuş olduğundan qəza ehtimalı 90 faizdən çoxdur.
«Feyzulla»nın evində fitili çəkilmiş «nüvə bombası»
Beynəlxalq təşkilatların və ekspertlərin qənaətinə görə, Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. “Metsamor”da köhnə texnologiyadan istifadə edilməsi, modernləşdirilməməsi, yüksək seysmik zonada yerləşməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Dünyada 4-cü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” tipli AES-lər çoxdan fəaliyyətini dayandırıb.
1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatmışdı. Lakin müddət daha 13 il uzadıldı. Bu müddət də 2014-də başa çatdı, orada yeni stansiya tikilməli idi, lakin hələ ki, bu, reallaşmayıb. Yeni stansiya tikilənə qədər “Metsamor” təhlükəli vəziyyətdə işləməli olacaq…
Stansiya yüksək seysmik zonada yerləşir ki, bu da güclü seysmik aktivlik zamanı regionda zəlzələdən daha böyük fəlakət yarada bilər. 1988-ci ildə baş verən zəlzələ nəticəsində “Metsamor” da yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda “2-ci Çernobıl” baş vermədi. Spitak zəlzələsindən sonra stansiya bağlanmışdı, lakin beynəlxaql təzyiqlərə baxmayaraq 1995-ci ildə fəaliyyəti bərpa edildi.
Bundan başqa, “Metsamor”un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyil. Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. Artıq bu «nüvə bombası»nın fitili alışmış vəziyyətdədir…
“Metsamor»un bağlanması niyə baş tutmadı?
BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
“Metsamor”un region üçün böyük təhlükə olduğunu dərk edən Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Avropa İttifaqı bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan həyasızcasına 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.
Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial vəziyyətdə olduğunu, ölkənin alternativ enerji mənbələrinin olmadığını bəhanə edir. Anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə Ermənistan əhalisi məhv olacaq.
Ekspertlərə görə, stansiyada baş verəcək hər hansı bir qəza çox ciddi fəsadlara gətirə və bundan təkcə Ermənistan deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və İran da ciddi ziyan çəkə bilər. Lakin təəssüf ki, region ölkələrinin bu haqda birgə təzyiqi yoxdur. Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, Türkiyə narahat olur, Gürcüstan və İran isə susur…
«Metsamor» 5 ölkəni fəlakətə düçar edə bilər
Əgər «Metsamor»da partlayış olsa, bunun faciəvi fəsadları bütün region ölkələrində, o cümlədən də Azərbaycanda özünü göstərəcək. Buna görə də, Azərbaycan bütün mötəbər tribunalardan “Metsamor” AES-in region üçün təhlükə olduğunu elan edir və həyəcan təbili çalır.
Hələ 2002-ci ildə MAQATE-nin o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev ondan xahiş etmişdi ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın.
Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bu problemi qaldırmışdı.
Azərbaycanın BMT yanında daimi nümayəndəsi də mütamadi olaraq Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqinlərində “Metsamor” təhlükəsini qabardır.
Lakin beynəlxalq təşkilatlar bunun üçün Yerevana lazımi dərəcədə təzyiq göstərmirlər. Düzdür, bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Amma hələlik, Ermənistan bu qərarlara əhəmiyyət vermir. Yerevan enerji və maliyyə çatışmazlığını bəhanə edərək nə stansiyanı dayandırır, nə də onun texnologiyasını yeniləyir.
Qafqazda 3-cü “Çernobıl”ın qarşısı alınmalıdır
…Çernobılda qəza olanda butun Şərqi Avropada dəhşətli təsirləri oldu. «Fukuşima» qəzası isə Sakit Okeanın yarısını radiasiya ilə zəhərlədi. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər.
Turkiyəli eskpertlərin verdiyi açıqlamalara görə, “Metsamor”un radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutulmüş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə müvafiq orqanlarını həyəcan təbili çalmağa vadar edib.
AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı rəsmi məlumatların olmaması daha bir böyük probemdir. Bəzi məlumatlara görə, Ermənistan radiaktiv tullantıları Azərbaycanın işğal edilmiş Qarabağ zonasında basdırır. Bu isə regional ekoloji fəlakətə səbəb ola bilər.
Yeri gəlmişkən, bu AES-in radiasiyalı tullantılarının yearltı boru xətti ilə Araza axıdılması haqda ciddi məlumatlar var. Bu da ciddi araşdırılmalı məsələdir. Ümumiyyətlə, «Metsamor» bombası hər an partlamağa hazırdır və bu, böyük bir regionda dəhşətli faciələrə gətirə bilər.
Fövqəldövlətlərin «nə sülh, nə müharibə» siyasətinin arxasında hansı maraqlar dayanır?
Ermənilərin Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqlərini artilleriya atəşinə tutması və mülki şəxslərin həlak olması Azərbaycanda müharibə çağırışlarını artırıb. Son günlər həm yerli, həm də xarici mətbuatda Qarabağda müharibənin başlaya biləcəyi haqda məlumatlar yayılır. Artıq bıçaq sümüyə dirənib. Bu problem nəhayət həll ediməlidir.
İşğal probleminin sülh yolu ilə həll cəhdləri tükəndi
Ermənistan Helsinki Yekun Aktının 3 əsas prinsipinin daha 2-sini kobud surətdə pozub. Güc tətbiq edib və Azərbaycanın ərazi bötüvlüyünü pozub. 3-cü prinsipi isə hələ XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində öz müqəddaratını təyin edərək dövlət yaratmaqla pozub.
Ermənistanı himayə edən iri dövlətlərin mövqeyi problemi bu şəkildə uzatmaqla Azərbaycanı gec və ya tez reallıqla barışmağa vadar etməkdir. Özləri də yaxşı bilirlər ki, konkret bu situasiyada həmin 3 prinsipin tətbiqi bir arada mümkün deyil.
Əslində, bu prinsiplərlə həll modelini Azərbaycan çoxdan təklif edib, amma nə Ermənistan, nə də həmsədr ölkələr razılaşmayıblar. Bu modelə görə, güc tətbiq etmədən sülh yolu ilə əraziləri boşaldır, keçmiş DQMV ərazisində ermənilərə yüksək muxtariyyət statusu verilir. Yəni, hər 3 prinsip yerinə yetirilmiş olur. Lakin bu, ermənilərə və onların havadarlarına sərf etmir. Münaqişənin həll olunmaması həm Amerikanın, həm Avropanın, həm də Rusiyanın xeyrinədir. Bununla onlar hər iki dövlətə təzyiq göstərə bilirlər.
30 ildir deyilir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Amma, ortada bir fakt var ki, danışıqlar bir nəticə vermir, artıq bütün variantlar tükənib, çünki ermənilər hətta dünyada ən yüksək muxtariyyətə, yarımmüstəqil dövlətə belə razı deyillər. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər bunun üçün Yerevana heç bir təzyiq göstərmirlər.
Rusiyanın münaqişədə maraq və mövqeləri
Məlum olduğu kimi, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və sair təşkilatlarda üzvdür. Üstəlik, Rusiyanın cənubda NATO-ya qarşı ən böyük bazası da Ermənistan ərazisindədir. Kreml bu baza vasitəsilə NATO-ya qarşı cənub-qərb istiqamətindən müdafiə sistemi qurub, eyni zamanda bu ərazidən 4 ölkəyə (Türkiyə, İran, Azərbaycan, Gürcüstan) birbaşa çıxış üçün plasdarm əldə edib. Bu faktorlardan Ermənistan həmişə öz maraqları üçün istifadə etməyə çalışır. Düzdür, Rusiya Azərbaycanla yaxşı əməkdaşlıq və normal münasibətlərə malikdir, amma yuxarıda göstərilən səbəblərdən Ermənistan əleyhinə hər hansı bir addım ata bilmir.
Müharibənin Rusiyaya sərf etməməsi açıq-aşkar ortadadır. Status-kvonun qalması şəraitində Moskva hər iki respublikanı öz təsiri altında saxlayır. Müharibə başlayarsa, Azərbaycan qısa müddətdə işğal olunmuş torpaqlarını azad edə bilər, sonra isə Rusiyadan asılığını ləğv edər və Qərb ölkələrinin yanında yer alar.
Əgər Rusiya müharibəyə birbaşa müdaxilə etsə, onda beynəlxalq mövqelərini xeyli zəiflədərdi. Onsuz da Gürcüstan və Ukrayna hadisələrindən sonra Qərb bütün dünyada Rusiya əleyhinə ictimai rəy formalaşdıra bilib. Heç bir variantda Rusiya müharibədən qazanclı çıxmaz.
Ümumiyyətlə, Rusiya müharibəyə birbaşa müdaxilə edə bilərmi? Fikrimizcə, müharibə başlasa, belə müdaxilə olmayacaq, əvvəla ona görə ki, buna hüquqi əsası yoxdur, ikincisi ona görə ki, Moskvanı neytrallaşdırmadan Bakı anti-terror əməliyyatlarına başlamayacaq.
Azərbaycan öz işğal olunmuş ərazilərində anti-terror əməliyyatına başlasa, o zaman Rusiya KTMT çərçivəsində və ikitərəfli razılaşmalara əsasən Ermənistana yardım göstərməyəcək. Bunu açıq şəkildə dəfələrlə bəyan ediblər. Yalnız birbaşa Ermənistan ərazisinə hər hansı bir ölkə hücum eləsə, o zaman Rusiya KTMT-dəki öhdəliyi üzrə yardım göstərə bilər. Qarabağ isə rəsmi tanınmış Azərbaycan əraizisidir.
Lakin qeyd etməliyik ki, problemin həllində Rusiya təkbaşına rol oynaya bilməz. Rusiya münaqişənin həllinə səmimi olaraq girişsə belə, Qərb dövlətləri buna maneçilik törətmək üçün əlindən gələni edəcəklər. Onların da Yerevana təzyiq rıçaqları var və bundan yararlanacaqlar.
Qarabağın azad edilməsi Qərbə niyə sərf etmir?
Paşinyan Amerika tərəfindən təşkil olunan rəngli inqilab nəticəsində hakimiyyətə gələndən sonra, bütün rusiyayönümlü məmurları vəzifədən azad edərək yerinə amerikayönümlüləri təyin etdi və nəticədə Ermənistan hakimiyyəti tam heyətdə Amerikanın nəzarətinə keçdi. Düzdür, Ermənistan Rusiyadan müəyyən asılılıqları olduğundan Vaşinqton hələlik Paşinyan hakimiyyətini Rusiya əleyhinə proseslərə çox da cəlb edə bilmir, lakin onu Azərbaycanın üstünə qısqırtmaqla həm Rusiyaya mesaj verir, həm də Azərbaycana güclü təzyiq vasitəsi əldə edir.
Dərin planda baxsaq, bu münaqişəni elə tabeliklərində olan erməni lobbisinin əli ilə Qərb dövlətləri qızışdırıb. Bununla, onlar SSRİ-nin daxildən etnik münaqişələr zəminində dağılmasına nail oldular. İndi bu münaqişə onların müxtəlif missiyalar vasitəsi ilə Qafqaza rahatca «burnunu soxmaları» üçün şərait yaradır. Bu münaqişə qaldıqca Qərb hər iki ölkəyə təsir imkanlarını saxlayır. Ona görə də, münaqişənin həllini istəmirlər, Azərbaycanın hərbi güc tətbiq etməsinə də imkan vermirlər.
Belə olmasaydı, Azərbaycan Prezidentinin «biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik» bəyanatları Qərbdə qısqanclıqla yanaşmaz, «bu problemin həllinin hərbi yolu mümkün deyil» kimi anormal reaksiyalar verməzdilər.
Necə yəni güc tətbiq etməmək? Axı, sülh yolu ilə işğal olunmuş ərazilər boşaldılmır. ABŞ və Avropanın bu mövqeyini anlamaq mümkün deyil. Həm demokratiyadan, hüquqdan-filandan danışırlar, həm də aşkar ikili standartlar tətbiq edirlər.
ABŞ və Fransa (onun timsalında Aİ) konkret olaraq, həmişə erməniləri dəstəkləyib. Baxmayaraq ki, Ermənistan Paşinyan hakimiyyətə gələnədək daha çox Rusiyanın yanında yer alıb və bir sıra təşkilatlarda onun müttəfiqidir, Rusiya isə ABŞ-ın düşmənidir. Azərbaycan isə daha çox Qərblə inteqrasiyadadır və iqtisadi əlaqələri da əsasən qərblədir. Bu halda, məntiqlə, ABŞ Azərbaycanın tərəfində olmalıdır, lakin məntiqin ziddinə olaraq əksinədir, xristian təəssübkeşliyi hər şeyi arxa plana atır.
Müharibə başlasa vəziyyət necə ola bilər?
ATƏT Minsk qrupunun həmsədrləri olan dövlətlərin rəsmiləri Azərbaycanın Ermənistanın terrorçu dəstələri tərəfindən işğal altında saxlanan ərazilərini hərbi yolla azad etməsinin yolverilməz olduğunu açıq bəyan edirlər. Xristian həmrəyliyi nümayiş etdirərək Ermənistanı müdafiə edən bu fövqəldövlətlər problemin sülh yolu ilə həlli üçün isə qəsdən heç nə etmirlər.
Lakin sülh danışıqları dayanıb, cəbhə bölgəsində də vəziyyət gərginləşir, həm bu ermənilər tərəfindən edilir. Biz ermənilərin mülki əhalimizə qarşı terror aktlarının qarşısını almaq üçün təsirli cavab tədbirləri həyata keçirməliyik. Misal üçün, hər dəfə erməni terrorçuları bizim mulki şəxsi öldürəndə, ermənilərin həmin istiqamətdə yerləşən hərbi hissələrinə və komanda qərargahlarına ağır zərbələr endirilməlidir. Son vaxtlar elə belə də edilir.
Son 15 ildə Azərbaycan Silahlı Qüvvələri həm texniki arsenal, həm də peşəkar şəxsi heyət cəhətdən xeyli dərəcə güclənib. Ordumuz ən müasir hərbi texnologiyalara malikdir, üstəlik, vətəni azad etmək üçün son damla qanınadək döyüşəcək peşəkar hərbçilərlə zənginləşib. Ermənistanda isə vəziyyət bunun tam əksinədir. Müharibə başlasa, Azərbaycan ordusu qısa bütün işğal olunmuş ərazilərimizi terroristlərdən azad edə bilər. Bunu dünyanın əksər strateji institutları və hərbi tədqiqat mərkəzləri bildirirlər.
Azərbaycan xalqının əzmi torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq, gec-tez bu beynəlxalq riyakarlıqdan bezərək problemi adekvat yolla həll edəcək. Hələlik isə, dövlət və xalq bu istiqamətdə birgə fəaliyyət göstərməli, son məqsədə çatmaq üçün səbrli olmalı, düşünülmüş addımlar atmalı və o günə hazırlıqlı olmayılıq. O günə isə lap az qaldı. Ədalət bizim tərəfimizdədir, qələbə də bizim tərəfimizdə olacaq.
İnformasiya və təbliğat müharibəsində ermənilərə uduzmağımızın fundamental səbəbləri
İnformasiya müharibəsinin döyüş meydanındakı müharibə qədər vacib olduğunu xatırlatmağa ehtiyac yoxdur- informasiya əsrində bu hər kəsə məlum həqiqətdir. Hazırda bütün dünyada, bütün ölkələrdə informasiya və təbliğat müharibəsi ilə məğşul olan elmi institutlar, xüsusi mərkəzlər var. Onların fəaliyyətinin hansı nəticələr veridyini biz dünyada baş verən hadisələrdən, gedən proseslərdən aydın görürük.
Döyüş meydanından əvvəl masada qalib gəlmək
Əksər problemlər, açıq döyüş meydanlarında yox, örtülü salonda, diplomatik yollarla və ya digər siyasi üsullarla həll olunur. Bu, bir növ böyük şahmat taxtasına oxşayır, daha ağıllı olan qalib gəlir. Bu döyüşdə əsas silah isə informasiyadır, təbliğat üsullarıdır. Bu silahdan çox peşəkar şəkildə istifadə edən dövlətlər, təşkilatlar çoxdur.
Bəs biz bu silahdan necə istifadə edirik? Bu sahədə əlimizdə hansı imkanlar var, onları necə tətbiq edirik, hansı effekti alırıq, daha nə edə bilərik? Bu suallara cavab verməyə çalışacağıq.
Sirr deyil ki, hələlik informasiya müharibəsində ermənilərə uduzuruq. Qarabağ problemi ilə bağlı dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin çoxu onları müdafiə edir.
Bilirikmi niyə? Əlbəttə bilirik! İnformasiya müharibəsini təkcə dövlət aparmır, həm də ictimaiyyət, təşkilatlar, fərdlər aparır. İnsafən qeyd etməliyik ki, dövlət bu istiqamətdə əlindən gələni edir, beynəlxalq tribunalarda, siyasi və diplomatik arenalarda, dünya mediasında Azərbaycan həqiqətlərini, Ermənistanın təcavüzünü və təxribatlarını faktlarla ortaya qoyur. Bu istiqamətdə xeyli enerji və vaxt sərf olunur, külli miqdarda vəsait xərclənir. Lakin gəlin görək biz xalq olaraq, vətəndaş olaraq bu müharibədə dövlətimizə hansı səviyyədə dəstək verə bilirik.
Nala-mıxa döymədən qısaca qeyd edim ki, dəstək vermirik, əlbəttə, azsaylı istisnaları nəzərə almasaq. Biz hələ sosial şəbəkələrin ölkə seqmentində bir-birimizi «qırmaqla» məşğuluq. Başımız daxili siyasi mübarizələrə, şou kampaniyalara, ideoloji mübahisələrə qarışıb. Ermənilərdə isə, xalq, ictimaiyyət bu sahədə dövlətdən daha çox iş görür. Dünyanın istənilən ölkəsində yaşayan erməni vaxtını, enerjisini, pulunu sərf edərək informasiya və əks-təbliğat kampaniyasına öz töhfəsini verir. Nəticə də ortadadır…
Biz erməni təbliğatına qarşı nə edirik?
Biz də bu işi ən azı düşmənimiz qədər etməliyik. Hər kəs bu işlə az və ya çox, imkan daxilində məşğul olmalıdır, buna görə də, feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etmək Vətən üçün həqiqi xidmət olardı.
Az-az bu mübarizəni aparmağa cəhd edənlərin isə savad və dünyagörüşü, məlumat bazası yetərli deyil. Ona görə də, müzakirələrdə zəif hala düşürük. Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar. Yutub, Kontakt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələri izləyəndə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir. Bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Rast gəldiyim bütün müzakirələrdə erməni fəallar iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.
Burada təkcə savad, dünyagörüş rol oynamır, həm də peşəkar üsulların böyük təsiri var. Məsələn, bir çox ermənilər sosial şəbəkələrdə, ingilis, fransız, alman, rus və xaqlara məxsus adlarla yazırlar ki, görənlər də düşünür ki, bütün xalqlar erməniləri dəstəkləyir. Başqa üsullar da var, lakin bunlar bizim «şoumenlərin» ağlına gəlməz.
Bizim Feysbuk seqmentinə baxanda adamın əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, sanki bununla demək istəyir ki, bizim dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Halbuki , tam əksinədir, biz hər sahədə Ermənistandan dəfələrlə güclüyük. Sadəcə, bunu yazan gənc, ölkəyə əslində, zərər vurduğunun fərqində də deyil.
Biri dezo yaymaqla məşğul olur ki, ermənilər bizi filan qədər əsgərimizi öldürüb, biri yazır neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və ya məqsədli provakasiyadan necə lazımdı bəhrələnirlər.
Dövlətimiz informasiya müharibəsində nə iş görür?
Dövlətimiz infomasiya və təbliğat müharibəsində bütün mümkün üsullardan istifadə edir, bu sahədə gərgin iş aparır. Diaspor təşkilatlarına da dövlət xeyli vəsait ayrır. Lakin nədənsə biz adekvat nəticə görmürük. Bizim diapsor təşkilatları sayca və imkanlar cəhətdən ermənilərinkindən daha böyükdür. Üstəlik, maliyyə məsələlərində də onlardan xeyli üstünük. Lakin necə olursa, ermənilər dəfələrlə zəif imkanlarla bu işdə bizdən daha üstün fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, Ermənistan dövləti diaspor fəaliyyəti üçün pul ayırmır, lakin Azərbaycan bu iş üçün böyük vəsaitlər ayırır, o zaman bu müqayisə daha ağır forma alır.
Əgər, məsələn, Xocalı təbliğatı üçün aksiya keçirilməsi nəzərdə tutulan bir Avropa ölkəsində 14 diaspor təşkilatı və Azərbaycan cəmiyyətindən cəmi 13 nəfər iştirak edirsə, artq nəsə deməyə ehtiyac yoxdur. Nəticədə, biz bu sahədə məğlub vəziyyətə düşürük. Ona görə də, dövlətin bu istiqamətdə ayırdığı pullar üzərində çox ciddi nəzarət olmalı, onların diaspor təşkilatları tərəfindən hansı məqsədlərə xərcləndiyi, hansı effekt verdiyi araşdırılmalıdır.
Hər il dövlət fondlarından bu istiqamətdə layihələr üçün milyonlarla pul ayrılır. Əminəm ki, bu pulların da çox böyük hissəsi boşa gedir, yəni heç bir fayda vermir. Bir də görürsən, bir QHT dövlət fondlarından qrant alıb ki, bəs xarici ölkələrdə Azərbaycan həqiqətlərini, Qarabağ problemini təbliğ edəcəm. Gedir Türkiyədə beş-on nüsxə kitab, buklet və s çap edirlər, beş-on dost-tanışı bir otağa yığıb foto çəkdirirlər ki, bəs xaricdə tədbir keçirib, kitab buraxıb təbliğat aparmışıq. Maliyyənin çoxunu da, necə deyərlər, «basıb yeyirlər».
A kişi, əvvəla təbliğatı Türkiyədə yox, əsasən fövqəldövlətlərdə, Amerikada, Rusiyada, Çində, Avropada aparmaq lazımdır. Türkiyədə bilirlər məsələ nədir, nəmənədir. İkincisi də, beş-on kitab, buklet çap etməklə, beş-on nəfərlə tədbir keçirməklə təbliğat olmur, kimdi sənin kitabını oxuyan, tədbirinə gələn?
Üçüncüsü də, buraxdığın kitablar türkcə yox, ingilis, rus, fransız, ispan, ərəb, çin kimi beynəlxalq dillərdə olmalıdır. Kitab çap etmisənsə, bu kitablar böyük dövlətlərdə yerləşən kitabxanalara, elmi mərkəzlərə, siyasi institutlara, universitetlərə paylanmalıdır.
Ümumiyyətlə, informasiya və təbliğat müharibəsinin saysız üsulları var, qurtarın bu şablon üsullardan. Yeni, innovativ texnologiyalar tətbiq edin, müasir texnologiyaların imkanlarından istifadə edin, bir az yaradıcı olun.
Biz neyləyə bilərik…
Məsələn, mənasız layihələrə ayrılan pullarla dünyada tanınmış telekanallarda, radiolarda, qəzet və jurnallarda kiçik bir materialın yayımlanması 100 dəfə, 1000 dəfə daha effektlidir. Və ya on milyonlarla üzvü olan xarici sosial şəbəkə səhifələrində də bunu etmək olar.
O ölkələrdə intellektual yarış və müsabiqələr təşkil etmək, küçə və meydanlarda mədəni tədbirlər, məsələn, musiqi axşamları, rəsm sərgisi təşkil etmək dəfələrlə daha effektli olar. Hamısını mən deməli deyiləm ki, bir az da özünüz fikirləşin.
Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması artırılmalıdır. Ermənilərdə olduğu kimi, bizim həmin ölkələrdə yaşayan, işləyən imkanlı biznesmenlər də Azərbaycan cəmiyyətlərinə, diaspor təşkilatlarına maliyyə dəstəyi verməlidirlər.
Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.
Dediyim odur ki, əgər biz bu müharibədə qalib gəlmək istəyiriksə onu elliklə aparmalıyıq. Hər şeyi dövlətdən gözləməklə olmur. Dövlətin sehirli çubuğu yoxdur ki, fırlatsın və bütün məsələlər həllini tapsın. Burada bizim xalq, cəmiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. Özümüzə sual verməliyik- bu müharibədə qalib gəlmək üçün biz şəxsən nə edirik, hansı fəaliyyət göstəririk.
Soruşa bilərsiniz ki, bizə ağıl verməklə deyil, bəs özün nə edirsən. Çox az da olsa, nəsə etməyə çalışıram. Məsələn, sosial şəbəkələrdə 2 dildə təbliğat aparıram, informasiyalar yayıram, müzakirələrdə erməniləri faktlarla, sənədlərlə susdurmağa çalışıram, beynəlxalq ictimaiyyətdə ölkəmiz, xalqımız haqda müsbət rəy yaratmağa çalışıram. Gücüm buna çatır. Hər birimiz gücümüz çatanı etsək, biz hər sahədə qalib ola bilərik.
Elçin Bayramlı: “Ermənistan üçün artıq təslim olmaq vaxtıdır”
Sentyabr ayının 27-si səhər saatlarından Ermənistanın hərbi təxribatına Azərbaycanın əks- hücum əməliyyatları ilə cavab verməsi Yerevan üçün gözlənilməz oldu.
Müharibənin başlanmasında tək səbəbkar olan Nikol Paşinyan rejimi artıq məğlubiyyətin qoxusunu aldığı üçün bütün beynəlxalq qurumları və dövlətləri köməyə çağırır. Prezident İlham Əliyevin dediyi kimi, Paşinyanın zəng etmədiyi dövlət qalmayıb. Lakin Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan yalnız öz torpaqlarında döyüşü və onun azadlığı uğrunda mübarizə aparır.
Ermənistan əlindən gələn bütün təxribatları etsə də, bu ona heç bir kömək olmayacaq. Artıq Ermənistan ölkənin bütün sahələrində çöküş yaşayır. Bu həm iqtisadi-siyasi, həm hərbi, həm də psixoloji cəhətdən çıxılmaz duruma düşüb. Belə ki, Ermənistanın valyutası kəskin ucuzlaşıb, ölkədə daşınmaz əmlakın satış qiyməti və kirayəsi artıb və s.
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı “Cümhuriyət”ə açıqlamasında Ermənistanın bir ay ərzində sonunu gətirəcək faktları sadalayıb:
“Azərbaycanla Ermənistanın müqayisəsini indi deyil, bundan əvvəl də aparsaq, görərik ki, bizdəki göstəricilər hər zaman 3- 5 dəfə yüksək olub. Məsələn, biz iqtisadi gücə görə 5 dəfə Ermənistandan üstünük. Orduda şəxsi heyətin və texnikanın sayı baxımdan bizim göstəricilər Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bunu beynəlxalq hərbi ekspertlər və iqtisadçılar deyir.
Hər bir müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Bizdə ümumi daxili məhsul (ÜDM) 70 milyard civarındadır. Ermənistanda isə bu göstərici təqribən 13 milyard civarındadır. Burda 5 qat fərq var. Bizim dövlət büdcəmiz 25 milyard, Ermənistanınkı isə 3.5- 4 milyarddır. Ermənilərin 2 milyard, bizim isə 50 milyard strateji rezervlərimiz var.
Bunlardan başqa ordunun silah- sursat bazasında bizim üstünlüyümüz daha çoxdur. Çünki bunlar çox bahalı avadanlıqlardır və böyük miqarda maliyyə tələb edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesablamalarına görə, Ermənistan iqtisadiyyatı yalnız bircə ay müharibəyə davam gətirə bilər. Bir aydan sonra ölkə tamamən iqtisadi və hərbi cəhətdən çökmüş olacaq.
Bundan əlavə, Ermənistanın tədiyyə balansında çox böyük biabırçı vəziyyət var. Belə ki, Ermənistanın tədiyyə balansında 3 milyard mənfi saldo var. Bunlar 2 milyardlıq məhsul ixrac edirlər, 5 milyardlıq isə alırlar. Hər il belə edirlər. Artıq Ermənistan müharibə vəziyyətində olduğu üçün ona kimsə borc verməyəcək. İndi Ermənistanın 5 milyardlıq idxala ehtiyacı varsa, eyni dərəcədə də ixrac etməlidir. Bu da mümkün deyil. Nəzərə alsaq, müharibə aparan dövlətə borc verilmir, onların bütün rezervləri sıfıra enəcək. Ermənistanın məğlubiyyəti heç kəsə sirr deyil və dünya bunu gözəl bilir”.
Ekspert hesab edir ki, Qarabağdan Ermənistana qayıdan ermənilər Yerevan hökumətinin vəziyyətini daha da ağırlaşdıracaq: “Eyni zamanda hazırda Qarabağda məskunlaşmış ermənilər Ermənistana qayıdır. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün əlavə vəsaitə tələbat yaranacaq. Çünki onları ərzaqla, evlə və digər vasitələrlə təmin etmək lazım gələcək ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur. Yəni, hər cəhətdən Ermənistan çökmüş vəziyyətdədir. Faktiki olaraq ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstəici dünyada ən ağır vəziyyətdir.
Üstəlik beynəlxalq reytinq baxımından Ermənistanın durumu pisdir. Yəni onun müharibəni davam etdirməsi üçün heç bir imkanı yoxdur. Eyni zamanda, ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Ona görə də, Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev diktə etdi. Göründüyü kimi ermənilərin texnikaları da köhnəlib. Atdıqları raketlərin əksəriyyəti partlamır. Yeniləməyə isə imkanları yoxdur. Hətta cəbhədə əsgərlərin qaçmaması üçün zəncirlə bağlayırlar. Mülki əhalini yaşayış yerlərindən çıxmağa qoymurlar. İstəyirlər mərmiyə düşüb ölsün və dünyaya car eləsinlər ki, guya biz sivilləri öldürürük. Bunu erməni xalqı özü də görür. Ermənilər psixoloji cəhətdən də çox gərgindirlər. Ermənistan xarici siyasətdə də defolt vəziyyətindədir. Əllərindəki bütün dəstək imkanlarını itiriblər. Çarəsizlikdən artıq bilmirlər nə etsinlər”.
Elçin Bayramlı əlavə edib ki, çarəsiz qalan ermənilər son ümidi dezinformasiya yaymaqda və Azərbaycanın dinc sakinlərini hədəfə almaqda görürlər: “Ermənistan artıq çıxılmaz «dalana dirənib». Onun əlində qalan yeganə mübarizə elementi dezinformasiya və əks-təbliğatdır. Yəni bütün günü yalan xəbərlər yaymaqla məşğuldurlar. Görün nə vəziyyətdədirlər ki, deyirlər Suriya ordusunun xüsusi təyinatlıları gəlib Azərbaycanda döyüşür. Suriyada 10 ildən çoxdur müharibə gedir və ərazisinin 15 faizdən çoxu terrorçuların işğalı altındadır. Yəni Suriyanın özünə peşəkar döyüşçülər lazımdır. Məntiqi cəhətdən Suriyanın Azərbaycana xüsusi təyinatlı əsgərlər göndərməsi mümkün deyil. Üstəlik dünya ölkələrinin peyki var və belə vəziyyət olsaydı, görünərdi.
Hazırda iki ölkə arasında kiber müharibə gedir və bunda da biz qalib gəlirik. Çünki bizim kosmik fəzada peykimiz var və Qarabağda hər hərəkəti anında görürük. Ermənistanın isə belə bir imkanı yoxdur. Bircə Gürcüstandan gələn kabelin ümidinə qalıb. Orda da bir problem olan kimi Ermənistan informasiya məsələsində havada qalır. Yəni Ermənistanın prosesi idarə etmək imkanları yoxdur. Ermənistan son addım kimi dinc sakinlərimiz hədəf alır ki, bizi də əks zərbəyə məcbur etsin. Ona görə Daşkəsənə, Tərtərə, Naftalana, Gəncəyə, Mingəçevirə raketlər atırlar ki, biz də onların ərazisinə ataq. Lakin biz təxribata getmirik və Ermənistan ərazisində heç bir marağımız yoxdur.
Bizim tək istəyimiz işğal olunmuş ərazilərimizi azad etməkdir. Fikrimiz də qəti və açıqdır. Qarabağı azad edəndən sonra orada çoxdan yaşayan mülki əhali ilə də heç bir işimiz olmayacaq. Onlar istəsələr, Azərbaycan qanunları ilə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Yəni bu məsələdə sərbəstdirlər. Bizim məsələmiz işğalçı Ermənistan ordusu ilə və Dağlıq Qarabağdakı terrorçu rejimlədir. Ermənistan bizim mülki şəhələrimizə raket atdıqca biz də onların həmin atəş nöqtələrini vuracağıq. Ermənistan üçün artıq təslim olmaq vaxtıdır. Qələbə Azərbaycanındır”.
2 ölkə arasında hərbi-iqtisadi imkanların müqayisəli analizi nəyi göstərir?
İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu qısa müddətdə 10-dan artıq yaşayış məntəqəsini və xeyli strateji yüksəkliyi geri aldı. Özünü itirmiş Ermənistan rəhbərliyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır. Lakin artıq gecdir. İndi son sözü silahlar deyir…
Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan keçən 30 il ərzində sülh prosesini açıq şəkildə sabotaj etdiyindən və bu səbəbdən problemin danışıqlar yolu ilə həlli üçün bütün imkanlar itirildiyindən Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün əməliyyatlara başladı.
Bu yazıda ölkələrin iqtisadi-maliyyə imkanları, canlı qüvvə resursları, silahlı qüvvələrin maddi-texniki təchizatı, ordudakı mənəvi-psixoloji mühiti ilə bağlı kiçik bir müqayisə aparacağıq. Lap başdan başlayaq…
İqtisadi-maliyyə imkanlarının qarşıdurması nə vəd edir?
Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. Azərbaycan bu sahədə Ermənistandan azı 5 dəfə güclü vəziyyətdədir. Azərbaycanda illik ümumdaxili məhsul 80 milyard, Ermənistanda isə 15 milyrd dollar təşkil edir. Azərbaycanın dövlət büdcəsi 25 milyard, Ermənistanın dövlət büdcəsi 3,5 milyard dollar təşkil edir. Hərbi büdcələrdə isə müvafiq olaraq, 3 milyarda qarşı cəmi 650 mln dollarlıq hərbi büdcə dayanır. Ermənistanın ümui dövlət borcu 8 milyarda (ÜDM-in 55 faizi) çatıb. Tədiyyə balansının mənfi saldosu 3 milyard dollar təşkil edir. Xaricdən pul köçürmələri ÜDM-in 25 fazinə yaxındır. Bu iqtisadi göstəricilərə görə, Ermənistan dünyada ən ağır vəziyyədə olan ölkələr siyahısındadır və hazırda yalnız bəzi Afrika ölkələrindən irəlidə olmaqla 153-cü yerdədir. Ermənistanın cəmi 3 milyardlıq rezervinə qarşı Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar təşkil edir. Göründüyü kimi, bütün sahələrdə Azərbaycanın xeyrinə azı beşqat fərq var. Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət nəticəsində işğalçı ölkə blokada vəziyyətinə düşərək bütün regional və beynəlxalq iqtisadi, ticari, enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanda sosial-iqtisadi böhranı daha da ağırlaşdırıb. 1 milyondan artıq yoxsul vətəndaş malik Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur. Beynəlxalq hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə, həmçinin, Amerika və Fransadan edilən maliyyə yardımları ilə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər. Hərçənd, Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 aya qədər uzanmamasına kifayət edir.
Orduların texniki bazası: kim güclü, kim zəif?
Ermənistan Hərbi Hava Qüvvələrinin aviaparkı isə bərbad haldadır. Çoxu köhnə model və istismar müddətini başa vurmuş təyyarə və vertolyotlardır. Belə zəif və köhnə aviaparkla hava döyüşləri aparmaq mümkün deyil. Pilotsuz uçan aparatlar haqda isə danışmağa belə dəyməz. Ermənistanın bir neçə PUA-sına qarşı Azərbaycan ordusunun ixtiyarında bir çoxu silah yüklü olmaqla yüzlərlə ən müasir PUA-lar var ki, bunlar da son günlərdəki döyüşlərdə erməni terroristlərinin mövqelərini, texnikasını havadan dəqiq atəşlərlə darmadağın etməklə öz sözünü dedi. Ümumiyyətlə, həm hərbi araşdırma mərkəzlərinin hesabatlarından, həm döyüş bölgəsindəki vəziyyətdən aydın görünür ki, bütün texniki sahələrdə Azərbaycan Ordusunun döyüş vasitələri güclü və yüksək effektvlikli texnologiyaya dayanır. Ermənistan ordusunun sərəncamında olan texnikaların əksəriyyəti isə çox köhnə və zəif olmaqla yararsız vəziyyətdədir.
Britaniya və Rusiya hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, Azərbaycan ordusu həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən Ermənistan Ordusundan azı 3 dəfə güclü bazaya malikdir. Bəzi konkret sahələrdə üstünlük 4-5 dəfəyə çatır. Müqayisəni verilən cədvəllərdə aydın gördüyünüz üçün burada ətraflı qeyd etməyəcəyik. Azərbaycan Ordusunun sərəncamında istənilən şəraitdə uğurlu döyüşlər aparmağa imkan verən daha modern hərbi texnika, döyüş aviasiyası və silah-sursat var. Zenit-raket komplekslərinin, artilleriya sistemlərinin, tank və digər zirehli döyüş maşınlarının modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə üstünlüyümüzü dəfələrlə artırıb. Aviasiya sahəsində Azərbaycan 3 qat üstünlüyə və daha müasir parka sahibdir.
Canlı qüvvə ehtiyatları və peşəkarlıq səviyyəsi
Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Ermənistanla müqayisədə Azərbaycan ordu heyəti və ehtiyat qüvvələr cəhətdən də Ermənistandakından azı 3 dəfə çoxdur. Hazırda Azərbaycanın 125 minlik ordusuna və 300 minlik ehtiyat qüvvələrinə qarşı, Ermənistan ordusu cəmi 45 min əsgərə və 100 minlik ehtiyat qüvvələrə malikdir. Azərbaycanda total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı 4 milyona yaxındır. Ermənistanda isə, bu göstərici 1 milyona da çatmır. Ümumiyyətlə, 10 milyonluq əhaliyə qarşı, faktiki 2 milyon əhali fonunda səfərbərlik imklanlarının müqayisəsindən danışmağa ehtyac belə yoxdur.
İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu ciddi çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Bu səbəbdən, mülki vətəndaşlar belə işğal edilmiş ərazilərdə döyüş mövqelərinə göndərilir. Qarabağdakı mülki şəxslərə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.
“Ermənistan Əsgər Anaları Cəmiyyəti”nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Hərbi hissələrdə “dedovşina”, xəstəliklər, intiharlar, narkomanlıq, homoseksualizm baş alıb gedir. Peşəkar hərbçi kadr baxımından Azərbycan ordusunun imkanları xeyli yüksəkdir. Son illərdə keçirilmiş iri miqysalı çoxsaylı hərbi təlimlərdə ordumuz xeyli peşəkarlaşıb. İndi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir. Hərbçilərimiz bunu döyüşlərin ilk bir neçə günündə əyani surətdə nümayiş etdirdi.
Hərbçilərin peşəkarlığı və döyüş əzmi cəhətdən müqayisə, ümumiyyətlə, yolverilməzdir. Azərbaycan əsgəri öz vətənində döyüşür, ermənilər isə işğal etdikləri torpaqlarda.
Ordularda mənəvi-psixoloji vəziyyət necədir?
Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji vəziyyətinin getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən «Əsgər Anaları» cəmiyyəti maraqlı faktlar açıqlayıblar. Bu təşkilatlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Hər il Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olur ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölür.
Ermənistan ordusunda hərbi qulluqçuların sağlamlıq vəziyyəti də ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsi və anti-sanitariya şəraitində xidmət aparmasıdır. Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir.
Azərbaycan Ordusunda isə mənəvi-psixoloji vəziyyət və döyüş əzmi ən yüksək səviyyədədir. Bu barədə geniş yazmağıza ehtyac yoxdur, hər şeyi özünüz bilirsiniz.
Azərbaycan ordusunun arxasında qüdrətli arxa cəbhə dayanır. Ermənistan barədə isə bunu demək mümükn deyil. Belə bir vəziyyətdə müharibənin necə nəticələnəyi dəqiq aydındır.
…Beləliklə, kiçik müqayisəli araşdırmadan ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan, əslində, nə hərbi, nə iqtisadi, nə də digər sahələrdə müqayisə ediləcək ölkələr deyil. Möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji vəziyyətə mailk olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Artıq bu proses başlayıb və tezliklə yekunlaşacaq.
Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin və mükəmməl ordu quruculuğunun bəhrələrini əldə edir
Bir neçə gündür ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib.
Qarabağ cəbhəsində mövqelərin nəzərdən keçirilməsi
Son 3 gündə ordumuzun apardığı əks-hücum kampaniyası və anti-terror əməliyyatları öz bəhrələrini verib. Xeyli yaşayış məntəqəsi və yüksəkliklər düşməndən azad edilib, yüzlərlə terrorçu məhv edilib. Cəbhədə əldə etdiyimiz sarsıdıcı üstünlükdən qorxuya düşən ermənilər işğal olunmuş ərazilərimizi kütləvi tərk etməyə başlayıb, erməni əsgərləri isə ya təslim olur, ya da geri çəkilir.
Ən əsası, ən ağır period olan ilk möhkəmləndirilmiş müdafiə səddi və minalanmış sahələr keçilib, artıq qısa müddətdə digər ərazilərin azad ediləcəyinə şübhə yoxdur. Ağdərə, Füzuli, Ağdam istiqamətlərində düşmənə sardıcı zərbələr vurulub və qoşunlarımız xeyli irəliləyib.
Çarəsiz qalan Ermənistan ordusu və xaricdən gətirdikləri terrorçular artıq müqavimətin mənasız olduğunu anlayıblar. Ordumuzun rəhbərliyi lüzumsuz qan tökülməməsi üçün mühasirəyə alınmış düşmən hərbi alaylarına təslim olmaq və geri çəkilmək haqda ultimatum verib.
Ermənistan Müdafiə Nazirliyi məğlubiyyəti etiraf etməmək üçün saysız nağıllar, əfsanələr uydurub dünya və ölkə mediasına göndərməklə məşğuldur. Gah deyirlər Azərbaycan Ordusunun filan qədər texnikasını vurmuşuq, amma ortada bircə foto və ya video yoxdur. Gah deyirlər Türkiyə bizimlə müharibə edir, amma yenə ortada bircə fakt yoxdur. Gah da deyirlər Azərbaycan Ordusu mülki şəxsləri qırır, buna aid də heç bir fakt yoxdur. Üstəlik, Qarabağ bölgəsində xeyli sayda xarici jurnalist var və onlar bunların yalan olduğunu öz gözləri ilə görürlər.
Siyasi və diplomatik cəbhədə vəziyyət necədir?
Ermənistan hökuməti beynəlxalq təşkilatlara və fövqəldövlətlərin rəhbərlərinə fasiləsiz yalvarsa da nə hərbi, nə də siyasi dəstək əldə edə bilməyib.
Rusiya rəhbəri Putin açıq mətnlə bəyan etdi ki, «biz digər ölkələrin daxili işlərinə qarışmırıq». Yəni, öz ərazisi olan Qarabağı terrorçulardan və işğalçılardan təmizləmək Azərbaycanın daxili işidir.
Ermənilərin dünyada ən böyük hamisi olan, Ermənistan hakimiyyətinin başına öz adamlarını qoyaraq ölkəni idarə edən, Qarabağdakı terrorçu rejimə hər il öz dövlət büdcəsindən açıq maliyyə yardımları göstərən yeganə dövlət olan Amerikanın rəhbəri Tramp belə «düşünürük, görək döyüşləri necəsə dayandıra bilərikmi» kimi mənasız bəyanatla yaxasını kənara çəkdi.
Fransa prezidenti Makrona yalvaran Paşinyan heç bir nəticə əldə edə bilmədi, o da, çalışacağıq döyüşlərin dayandırılması üçün addım ataq» deyərək kənara çəkildi.
Beynəlxalq təşkilatlar isə «tərəfləri sülhə çağırırıq» tipli bəyanatla məsələni yola verdilər. Beləliklə, Ermənistan beynəlxalq aləmdə təkləndi. Bu, əlbəttə, havadan yaranan bir iş deyil. Bu, uzun illər səbrlə, əzmlə aparılmış xarici siyasətin, düşünülmüş diplomatiyanın zəfəridir.
Hazırda siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Azərbaycan rəhbərliyi həm yaranmış əlverişli beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.
Qarabağın azad edilməsi üçün tarixi şərait necə yetişdi?
Anti-terror əməliyyatlarının başlanması üçün ən uyğun vaxt yetişmişdi. Son illərdə Rusiya və Türkiyə arasında yaranmış və möhkəmlənməkdə olan dostluq və yaxın əməkdaşlıq münasibətləri, dünyanın, xüsusən də Amerika və Avropanın başının pandemiyaya qarışması, Ermənistanda sosial-iqtisadi böhranın kəskinləşməsi buna yaxşı fürsət yaratmışdı.
Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, həm təşkilat üzvü olan dövlətlər ayrılıqda, həm təşkilatın rəsmi bəyanatında Qarabağda aparacağı anti-terror əməliyyatlarına qarşı heç bir yardım göstərməyəcəyini bəyan etməsi də Yerevanı çətin vəziyyətdə qoydu.
Hakimiyyət başına Amerika agentlərinin gəlməsindən sonra ölkə ABŞ təsirinə keçmiş və Rusiyadan asılılığını lığv etməyə çalışırdı ki, bu da Moskvanı qəzəbləndirməyə bilməzdi. Buna görə də, Rusiya başlanmış prosesdə Azərbaycana qarşı heç bir etiraz və ya tələb irəli sürmədi.
İndi həm düşmən ölkə, həm də onun dünyadakı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya Ermənistan ordusu və terrorçu dəstələr könüllü şəkildə Qarabağdan çıxacaq, ya da Azərbaycan ordusu öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.
Bakı sülh üçün bütün imkanlardan istfadə etdi
30 ildir ki, Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edirdi. Lakin heç bir cavab və ya ciddi reaksiya yox idi. İndi anti-terror əməliyyatları başlayandan sonra əl-ayağa düşüblər. Əsasən də, ABŞ və Avropa cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.
Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?
Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, amma imkan verin, sizin yaratdığınız problemin ədalətli həllini biz özümüz həyata keçirək.
Sözdə terrora qarşı olduğunuzu deyirsiniz, indi Azərbaycan anti-terror əməliyyatı keçirəndə niyə narahat olursunuz ki? Azərbaycan sülh üçün mümkün olan hər şeyi etdi, çox uzun müddət gözlədi. Artıq bıçaq sümüyə dirənmişdi. Yalnız Ermənistan sülh üçün bütün imkanların tükəndiyini bəyan edəndən sonra Azərbaycan probelmin həlli üçün qalan yeganə yola əl atdı.
Qərbin maraqlarına kim daha çox cavab verir?
Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb. 50 milyardlıq strateji rezervlərimiz Qərb fondlarına qoyulub. Beləliklə, biz Qərb üçün nə verə biliriksə, vermişik.
İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.
Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmədiniz? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmədiniz? 30 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırsınız? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?
Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə.
Rusiyanın maraqları nəyi tələb edir?
Şimal qonşumuzla da həm iqtisadi əməıkdaşlığmız yüksək səviyyədədir, həm siyasi, həm də mədəni əlaqələr. Rusiyayav Azərbayan daha çox fayda verir, nəinki Ermənistan. Bu halda indiyədək Rusiya niyə Azərbaycanı müdafiə etməyib? Yəqin ki, Kremlə bu səhvlərini başa düşüblər.
Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.
Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur. Amerikanpərəst hakimiyyətin başına gəldiyi Ermənistan artıq Rusiyanın düşməni tərəfindən idarə olunur.
Faktiki olaraq, Rusiyanın maraqları Azərbaycanla strateji müttəfiqliyi tələb edir. Əgər vaxtında Rusiya torpaqlarımızı azad etməkdə bizə dəstək versəydi, biz onunla daha sıx əməkdaşlıq edərdik, məsələn neft və qazın ixracını Rusiya vasitəsilə həyata keçirərdik ki, Moskva da bundan həm iqtisadi, həm siyasi dividentlər əldə edərdi. Ermənistandan isə Rusiya heç bir divident əldə etmir, bu ölkə ilə əməkdaşlıq Rusiyaya zərər vurur. … Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin… birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır. Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki, başqa variant qoymadınız, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da haqqımız və gücümüz var.
Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir və biz öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!
Azərbaycan Prezidenti: «Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim, amma görünür ki, bu, onlar üçün dərs olmadı…»
Ermənistanın növbəti təxribatları və Azərbaycanın yaşayış məntəqələrini bombardman edərək mülki şəxslərin həlakına səbəb olmasından sonra Azərbaycan Ordusu əks-əməliyyatlara başladı və bütün cəbhə boyu Ermənistan Ordusunun bölmələrinə, eyni zamanda Qarabağdakı terrorçu rejimin silahlı dəstələrinə sarsıdıcı zərbələr vurdu. Nəticədə, döyüşlərin ilk gündə Ermənistan tərəfindən işğal edilmiş 7 yaşayış məntəqəsi azad edildi, düşmənin hücumunun qarşısı alındı. Hazırda ordumuz anti-terror əməliyyatlarını davam etdririr.
Ermənistan həm siyasi, həm də hərbi cəhətdən dalana dirəndi
Ermənsitanın qaldırdığı beynəlxalq hay-küyə və Paşinyanın dünya fövqəldövlətlərinin, həmçinin beynəlxalq təşkilatlrın rəhbərlərinə yalvarışlarına baxmayaraq Yerevan heç bir dəstək ala bilmədi. Həm beynəlxalq təşkilatlar, həm də iri dövlətlərin rəhbərləri sadəcə, müharibəni dayandırmağa çağırış etməklə kifayətləndilər ki, bu da adi diplomatik normadır.
Beləliklə, siyasi dəstəkdən məhrum olmuş Ermənistan özündən dəfələrlə üstün olan hərbi güc qarşısında təklənib. Paşinyanın Ermənstan parlamentində qorxmuş deputatlar qarşısında həyəcanlı çıxışında sülh danışıqlarına gedilməsi üçün mesaj verməsi də göstərdi ki, artıq nə baş verdiyini anlayıblar. Lakin artıq danışıqlar üçün çox gecdir.
Azərbaycan bütün imkanlardan istifadə etdi ki, qan tökülməsin, sülh yolu ilə həll edilsin. Lakin Ermənistan bütün danışıqları dalana dirədi və problemin həllində başqa yol qoymadı. Əlbəttə, sülhsevər siyasəti ilə tanınan Azərbaycan qan tökülməməsi üçün sülh danışıqlarına yenə də gedə bilərdi, yalnız bir şərtlə ki, Ermənistan öz qoşunlarını işğal etdiyi bütün torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarsın.
Prezident İlham Əliyev : «Biz öz torpağımızda vuruşuruq»
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciətində bu məsələləri dəqiqliklə ifadə edib: «Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan, sadəcə olaraq, öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Tarixi ədalət bizim tərəfimizdədir. Çünki bu, bizim doğma, dədə-baba torpağımızdır. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Bütün beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş qərar və qətnamələr Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu açıq-aydın təsbit edir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində deyilir ki, erməni silahlı qüvvələri dərhal, tam və qeyd-şərtsiz işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Otuz ilə yaxındır ki, bu qətnamələr kağız üzərində qalır. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salıbdır.
BMT-dən başqa bütün digər aparıcı beynəlxalq təşkilatlar da bizim haqlı mövqeyimizi müdafiə edir. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır ki, bu gün Azərbaycan bu təsisata sədrlik edir. Onlar münaqişə ilə bağlı ədalətli qətnamə qəbul etmişlər. İslam Əməkdaşlıq Təşkilatı ədalətli qətnamələr qəbul etmişdir. ATƏT-in qərarları, Avropa Parlamentinin qətnamələri bizim mövqeyimizi dəstəkləyir. Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır».
Azərbaycan dünyada nüfuz sahibi kimi tanınıb
Xarici siyasətində iki və çoxtərəfli səviyyələrdə münasibətlərin qurulmasına xüsusi önəm verən dövlətimizin düzgün və tarazlaşdırılmış xarici siyasət aparması respublikamızla həm qonşu dövlətlər, həm də dünyanın digər ölkələri arasında mehriban dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaradıb.
Azərbaycan dünya dövlətlərinin əməkdaşlıq etdiyi məkana çevrilib. Bu gün xalqımızın mənafeləri beynəlxalq aləmdə yüksək səviyyədə qorunur, ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatlarda təmsil olunur. Azərbaycanın artan imkanları, nüfuzu, dünya üçün önəmli ölkəyə çevrilməsi mövqeyimizi daha da möhkəmləndirib.
Ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi də təsadüfi deyildi. Ölkəmizin beynəlxaql əməkdaşlıq üçün müzakirələr platformasına, mədəniyyətlərin dialoqu məkanına, beynəlxalq iqtisadi və nəqliyyat qovşağına çevrilməsi, həmçinin, sülhpərvər siyasət yürütməsi dünyada Azərbaycanın nüfuzunu xeyli artırıb. Regional və beynəlxalq əməkdaşlığın təmin edilməsi üçün ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması qarşımızda duran əsas məsələ idi.
Bu gün artıq Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu istiqamətdə yeganə həll variantı kimi qalan yola start verilib. Problemi həll etmək üçün siyasətçilər, diplomatlar 30 il çalışdılar. Lakin Ermənistan buna imkan vermədi. İndi problemi Ordu həll edir…
Sülh danışıqlarını kim və necə iflasa uğratdı?
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Ermənistan və Azərbaycan prezidentlərinin, xarici işlər nazirlərinin xeyli görüşləri olub. Keçirilən hər bir görüşdə cənab İlham Əliyev Azərbaycanın dəyişməz mövqeyini diqqətə çatdıraraq, danışıqlar xatirinə danışıq aparmağın gərəkli olmadığını bildirirdi. Rəsmi Bakı qarşı tərəfdən qeyri-konstruktiv mövqeyindən əl çəkməyi, düzgün mövqe nümayiş etdirməyi tələb edirdi. ATƏT-in Minsk Qrupunun mövsud olduğu müddət ərzində konkret nəticəyə nail ola bilməməsində kim günahlardır? 25 ildən çoxdur ki bu təşkilat danışıqları uzatmaqla, rəsmi Bakı masada Yerevanı divara qısnayıb, yekun sənədi imzalatmaq üçün ATƏT-ə üz tutduğu həlledici anda isə həmsədrlər «tərəflər öz aralarında razılaşsın, biz dəstəkləyərik» deməklə Ermənistanın işğalına göz yumdular.
Azərbaycan Prezidenti bunu dəfələrlə ifadə edib: «Bu gün dünyada açıq-aydın dərk edilir ki, dondurulmuş münaqişələr öz həllini tapmalıdır. Bu həll ancaq və ancaq beynəlxalq hüquq normaları və prinsipləri əsasında ola bilər. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Ermənistanın işğalçı qüvvələri torpaqlarımızdan çıxarılmalıdır. Ondan sonra bölgədə sülh, əməkdaşlıq yarana bilər və Azərbaycan o təqdirdə bu işlərdə fəal iştirak edəcəkdir. Hələ ki, Ermənistan-Azərbaycan münaqişəsi öz həllini tapmayıb. Əgər kimsə bunu dondurmaq istəyirsə, kimsə bu məsələni arxa plana qoyub başqa məsələni həll etmək istəyirsə, biz buna heç vaxt razı olmayacağıq və əlimizdə olan bütün imkanlarla bu hərəkətlərə qarşı mübarizə aparacağıq”.
Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bəyan edən Prezident İlham Əliyevin sərt bəyanatları təbii ki, işğalçı Ermənistanı, ona havadarlıq edən dövlətləri və təşkilatları ciddi düşündürməli idi. Lakin onlar bu sözlərin adi formal çıxış olduğunu düşündülər və lazımınca qiymətləndirə bilmədilər. Nəticədə bu gün deyilənlər əyani surətdə nümayiş etdirildi. Bütün dünya Azərbaycanın və onun rəhbərinin sarsızlmaz iradəsini və qətiyyətini gördü.
Sülh yolu baş tutmayanda yeganə yol qalırdı
Ərazisi işğal olunmuş, vətəndaşları soyqırıma və deportasiyaya məruz qalmış hər hansı bir ölkənin problemi sülh yolu ilə həlli mümkün olmayanda, əl atdığı başqa tədbirlər də var. Bu antiterror əməliyyatı, başqa sözlə, hərbi yoldur.
Əlbəttə, burada siyasi faktorları da nəzərə almaq lazımdır. Bu da dünyanın güclü dövlətlərinin və beynəlxalq təşklatların mövqeyidir. Onlar da artıq Ermənistanı müdafiə etmir, Azərbaycana güzəştə getməsi üçün ciddi təzyiq göstərmirlər. Əksinə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsini indi daha çox dövlət dəstəkləyir. Bu isə aparılmış xarici siyasətin mükəmməlliyini ortaya qoyur.
Gec ya tez ədalət öz yerini tapmalı idi. Azərbaycan Prezidenti bunun qansız baş verməsi üçün çox çalışdı, lakin Ermənistan buna əngəl oldu. Bununla da, danışıqlar vasitəsilə əldə edəcəyi dividentləri də itirdi. Azərbaycan sülh prosesinin artıq tükəndiyini gördükdə və hərbi yolla həllə üstünlük verdikdə belə, yenə də beynəlxalq hüquq normalarını pozmur. Bu hüquq normaları Azərbaycanın mövqeyini dəstəkləyir. Çünki BMT-nin Nizamnaməsinin 51-ci maddəsində açıq-aydın göstərilir ki, hər bir ölkə özünü müdafiə etmək üçün bütün hüquqlara malikdir.
Bu günkü azadetmə əməliyyatının arxasında görülmüş çox nəhəng işlər dayanır, həm siyasi, həm iqtisadi, həm də ordu quruculuğunda. Bütün bu şərtlər təmin edildikdən sonra işğal edilmiş ərazilərimizin azad olunmasına başlandı və bu proses davam edir. Qısa vaxtda da müvəffəqiyyətlə başa catacağına nə bizdə, nə ermənilərdə, nə də dünya ictimaiyyətində şübhə yoxdur.
Qan tökülməsini istəməyən Azərbaycan Prezidenti Ermənistanın başqa yol qoymadığını təəəsüflə bəyan etdi: «Mən Ermənistana dəfələrlə xəbərdarlıq etmişdim. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir».
Bəli cənab Prezident haqlıdır. Xoşluqla başa düşməyən düşməni zorla başa salmaqdan başqa yol yox idi. Əgər işğalçını Xarici İşlər Nazirliyi başa sala bilmədisə, Müdafiə Nazirliyi başa salmalıdır. Bu işi də Azərbaycan Ordusu öz üzərinə götürdü. İndi bütün dünya qəhrəman Azərbaycan əsgərinin nəyə qadir olduğunu görür.
Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?
Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.
Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb.
Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.
Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.
Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»
İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.
Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.
Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».
Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?
Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.
Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.
Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.
Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.
Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.
Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar
Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.
Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır. İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.
Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür. Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.
Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.
Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.
Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…
Elçin Bayramlı: “Bir-birini təkrarlayan idarələr, təşkilatlar problemlər yaratmaqdan əlavə, həm də, dövlət büdcəsinə əlavə yükdür. Buna ayrılan vəsaitlər sosial sahəyə yönəldilməlidir”.
Bu barədə “Sherg.az”a açıqlamasında “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, dünyada ən çox nazirlik, komitə, dövlət agentliyi olan ölkələrdən biri Azərbaycandır:
“Kəmiyyətə yox, keyfiyyətə üstünlük verilməli, effektiv idarələr yaradılmalıdır. Uyğun sahələrdə olan bəzi nazirlik, komitə, səhmdar cəmiyyətləri, agentlik, palata, dövlət şirkətləri birləşdirilməlidir. Bəzi optimallaşdırma işləri aparılmalıdır. Məsələn, İqtisadiyyat Nazirliyi nə deməkdir? Hər şey iqtisadiyyatdır də. Aqrar nazirlik, energetika sahəsi və sənaye də iqtisadiyyatdır. Əsas sahələrdə ayrıca nazirlik olmalıdır. Məsələn, aqrar nazirliyi, sənaye nazirliyi, energetika nazirliyi və s. Amma ümumi İqtisadiyyat Nazirliyi olmamalıdır. Maliyyə, vergi, gömrük və əmlak bir nazirlikdə cəmləşməlidir. ARDNŞ daxil bütün enerji sahələri Energetika Nazirliyində birləşdirilməlidir. Bütün növ nəqliyyat sistemləri Nəqliyyat Nazirliyinin tərkibinə verilməlidir. Turizm üçün isə ayrıca nazirlik olmalıdır. Nəqliyyat və rabitə fərqli sahələr olduğuna görə bir qurumda ola bilməz. Müdafiə Sənayesi Nazirliyi ləğv olunmalıdır. Daxili İşlər və Fövqəladə hallar nazirlikləri birləşdirilməlidir. Ədliyyə Nazirliyinə də ehtiyac yoxdur. Ölkədə məhkəmə, prokurorluq və polis var. Eyni zamanda Gənclər və İdman Nazirliyi, həmçinin “Arvad-Uşaq” Komitəsi ləğv olunmaldır”.
ASAM rəhbərinin fikrincə, regional strukturlar da optimallaşdırılmalıdır:
“Son illərdə bu istiqamətdə bəzi işlər görülüb. Bir çox nazirlik və komitələrin rayon şöbələri ləğv edilərək regional idarələr yaradılıb. Lakin bu da başqa problemlər yaradır. Elə rayonlar var ki, onun bir kəndindən rayon mərkəzinə gəlmək üçün vətəndaşa 1-2 saat vaxt lazım olur, görün indi bir neçə rayon o tərəfə regional idarəyə gedib gəlmək nə qədər vaxt və pul aparır. Ona görə də, rayon şöbələrinin ləğvinin tərəfdarı deyiləm, amma onlarda artıq ştatların əleyhinəyəm. Bir çox rayonlarda 100-dən artıq kənd və böyük ərazi var ki, bu qədər ərazinin və yaşayış məntəqəsinin bir inzibati mərkəzi olmalıdır. Bu həm də şəhərlərin sayını artırır ki, bu da yaxşı haldır. Rayonların arasında sərhədlərin dəyişdirilməsi və bəzi kiçik rayonların birləşdirilməsi islahatları getməlidir. Məsələn, Lənkəran rayonunun bir birindən xeyli aralı 2 fərqli ərazisi var. Abşeron rayonunun yerləşməsi də xaotik vəziyyətdədir. Yeri gəlmişkən, bütün Abşeron yarımadasını Bakı şəhərinə daxil etmək düzgün deyil. Bu, Abşeron rayonuna aid ərazi olmalıdır. Bakı ancaq şəhərin yerlədiyi əraziyə aid olmalıdır. Yoxsa şəhər mərkəzindən 40 km aralıda yerləşən bir kəndin və ya qəsəbənin Bakı şəhərinə nə aidiyyatı var? Abşeron rayonu isə Abşeron yarımadasından aralıda yerləşir”.
Elçin Bayramlı qeyd edib ki, bir neçə başqa rayonun da digər rayonun ortasında ərazisi var:
“Yaşayış məntəqəsi az, ərazisi kiçik olan rayonları ləğv edib, qonşu rayonla birləşdirmək daha yaxşı olardı. Məsələn, Sədərəklə Şərur, Zərdabla Ucar, Yardımlı və Lerik rayonunu birləşdirmək olar. Qazax rayonunun ikiyə bölünərək, Qazax və Ağstafa rayonlarının yaradılmasına ehtiyac yox idi. Bu, əraizisi kiçik, yaşayış məntəqəsi sayı da az olan rayon idi. Eləcə də Şamaxı rayonunu bölüb 5-10 kəndi olan, hətta inzibati mərkəzi də kənd olan Qobustan rayonu yaratmaq lazım deyildi. Bölünənlər yenidən birləşdirilməlidir. Gəncə şəhərinə gəldikdə, Kəpəz və Nizami rayonlarının ləğv olunması daha məqsədəuyğun olardı. Gəncə şəhərinin ərazisi elə də böyük deyil, yaxşı şəhər nəqliyyat sistemi var, sakinlər şəhərin hər hansı bir yerinə rahat gedib gələ bilərlər”.
Müsahibimiz hesab edir ki, dövlət aparatı və strukturlarının, həmçinin dövlət orqanlarında işləyənlərin sayı 2 dəfə azaldılmalıdır:
“Lakin bu qədər adamın işsiz qalmaması üçün həmin şəxslərin şəxsi biznes sahələrinə yönəldilməsi və bunun üçün maddi dəstək verilməsi vacibdir. Bununla dövlət büdcəsindən milyardlarla manat vəsaitə qanaət edilər və həmin vəsaitlər sosial sahələrə yönəldilər”.
Elçin Bayramlı:“Səhv tədbirlər 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır”
Sosioloq: “Bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir”.
Xəbər verdiyimiz kimi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq sərtləşdirilmiş xüsusi karantin rejimi 2020-ci il 5 avqust saat 06:00-dək davam edəcək. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.
Hazırda karantin ucbatından işləməyən insanların ciddi sosial problemlərlə üzləşdiyi də bəllidir. Xüsusən işdən məhrum edilən insanların böyük qismi kredit və kommunal xərcləri ödəməkdə çox çətinlik çəkirlər.
Hökümətin işdən məhrum edilən insanları güzəştlərdən də məhrum etməsini necə dəyərləndirmək olar? Xüsusən öz iradəsi kənarında işləməkdən məhrum edilən insanlara kredit və kommunal güzəştlərin tətbiq olunması doğru addım olmazmı?
Mövzunu PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlı ilə müzakirə edib.
Elçin Bayramlı: “Niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?”
Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən də ödənişlər tələb olunduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, 5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır:
“Heç bir ölkədə karantin 5 ay uzadılmadı və heç bir ölkədə paytaxt belə uzun müddət qapalı şəhər elan olunmadı. Neçə aydır milyonlarla insan işindən, gəlirindən məhrum olub və ağır vəziyyətə düşüb. Onların çox az qisminə kiçik bir sosial yarım edilib. Bütöv bir ailəyə cəmi 190 manat. Bu pul heç bir nəfərin minimal ehtiyac məbləği deyil. Özü də, bir çox işsiz, yoxsul kənarda qala-qala, maddi imkanı yaxşı olanlara verilib. Bu yardımı ala bilməyən milyonlarla insan tam çarəsiz vəziyyətdə qalıb.
Dəfələrlə dediyimiz kimi, Operativ Qərargahın bütün tədbirləri mənasız, effektsiz və zərərlidir. Həm sosial, həm iqtisadi böhran yaradır. Hamıya məlum olduğu kimi, bu problemin 2 həll yolu var — ya dövlət karantin elan edir, amma əhaliyə adambaşına minimum ehtiyac meyarı hədddində sosial yardım edir, ya da sosial yardım edə bilmirsə və ya etmək istəmirsə, onda insanların işləməsinə mane olmur. Sadəcə qaydalara riayət edilməsinə nəzarət edir.
Elçin Bayramlı: “Bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir”
Bu vəziyyətdə insanların kredit və kommunal borcları üçün heç bir güzəşt edilmir. Məsələn 10 gün işıqpulunu ödəməyəndə gəlib elektriki kəsirlər. Şirkətlərdən, mağazalardan kreditlə ev əşyası götürənlərdən ödənişlər tələb olunur. ödəniş olmadıqda isə cərimə faizləri gəlir.
5 milyona yaxın insanın ekoloji cəhətdən çox ağır bir zona olan Bakı və Abşeron zonasında yarımhəhs rejimində saxlanması onların sağlamlıqlarının daha da zəifləməsinə, immunitetin aşağı düşməsinə, koronavirus olmasa belə, digər xəstəliklərə tutulacağına şərait yaradır. Üstəlik, hansısa bir ucqar kənddə adamın yoluxma şansı Bakıdakından 100 dəfə azdır. Bu o deməkdir ki, belə səhv tədbirlər bu 5 milyon adamın Bakıda bir-birini yoluxdurmasına və epidemiyanın daha da alovlanmasına şərait yaradır.
Hesab edirəm ki, bu biabırçılığa son qoyulmalı, üzvləri heç kimə məlum olmayan Operativ Qərargahın ölkədə sosial və iqtisadi böhran yaratmasına imkan verilməməlidir. Bizim xarici fondlarda 50 milyardlıq strateji ehtiyatlarımız var. Həmin vəsait bu fondlarda heç bir gəlir də gətirmir. Mən hələ də başa düşmürəm ki, niyə o pullardan 1-2 milyardı gətirilib bu ağır vəziyyətdə sosial yardımlara sərf edilmir. Bu pulları hansı günlər üçün yığmışdıq?
Əgər bunu edə bilmiriksə və ya etmək istəmiriksə, onda karantin dərhal ləğv edilməli, insanlar işlərinə qayıtmalıdır. Vətəndaşlarımız evdə acından ölməli deyil”.
Tovuzda baş verən erməni bombardmanına ordumuzun layiqli cavab verərək düşməni ağır vəziyyətə salmasından sonra ermənilərin beynəlxalq havadarları həyəcana gəldilər. Xüsusən də, Ermənistanın və ermənilərin dünyadakı ən böyük hamisi olan ABŞ yaman narahat oldu. Çünki bu təxribatı Ağ Evdən təşkil etmişdilər və məqsəd Rusiya ətrafında qarışıqlıq və qarşıdurma yaratmaq, həmçinin Ermənistanı Rusiyanın təsirindən tam qoparmaq idi. Belə ki, Vaşinqtonda yaxşı bilirdilər ki, Ermənistan hakimiyyəti hər nə qədər tam olaraq Amerikaya bağlı olsa da, Rusiyadan da müəyyən asılılıqları var. Eləcə də Rusiyanın Ermənistandan asılılığı var. Çünki Rusiyanın NATO-ya qarşı cənubdan yeganə müdafiə bazası Ermənistan ərazisində yerləşir.
Buna görə də, Ağ Evdə bilirdilər ki, erməniləri qızışdırıb Azərbaycana hücum təşkil etmələri- özü də Qarabağda yox, 2 ölkə sərhəddində- Ermənistanın Rusiyadan tam qopmasına gətirib çıxara bilər. Belə ki, Ermənistan iddia edəcək ki, Azərbaycan ona hücum edir və kömək üçün KTMT-yə müraciə edəcək, KTMT isə əvvəllər də bəyan etdiyi kimi, bu məsələyə qarışmayacaq (çünki prezidentimizin dediyi kimi Ermənistan xaric bu təşkilatdakı bütün üzvlər bizim dostumuzdur), bu halda Amerika agenti Paşinyan xalqa müraciət edəcək ki, bəs Rusiya və KTMT bizə kömək etmədi, gəlin onun bazasını çıxaraq, Amerika ilə müttəfiq olaq. Beləliklə, Amerika Rusiyanın cənub istiqamətində əsas müdafiı sistemindən və NATO-ya qarşı bazasından məhrum etmək istəyir. Moskvada bütün bunları yaxşı başa düşürlər və ona görə də nə Ermənistanın çağırışına cavab verilmədi, nə də KTMT-nin iclası təşkil edilmədi. Moskvadan Bakıya döyüşlərin dayandırılması ilə bağlı heç bir tələb və ya xahiş edilmədi. Yalnız Amerika və Avropadan döyüşlərin dayandırılması tələb edildi.
Tovuzda baş verən düşmən təxribatı ilə paralel olaraq “Amerikanski” müxalifətin Bakı küçələrində, “Yevropeyski” səhifə və saytların isə internetdə peşəkar təxribatlar təşkil etməsi də cəbhədəki həngamənin hansı qüvvə tərəfindən təşkil edildiyini aydınca ortaya qoydu.
Erməni tərəf ağır cavabını alıb çətin vəziyyətə düşən kimi, ABŞ Dövlət katibi bəyanat verdi: “-Dərhal atəşi dayandırmağa çağırırıq». Ermənistanın hücumuna ağır cavab verdiyimiz üçün ABŞ Konqresində Azərbaycana hərbi yardımın dayandırılması haqqında düzəliş hazırlanıb. Bunun 907-dən daha ağır sanksiya olacağı deyilir.
Bax beləcə, bir daha aydın olur ki, SSRİ-nin dağıdılmasında NATO-ya göstərdikləri əvəzedilməz xidmətlərin mükafatı olaraq Qarabağı ermənilərə vəd etmiş, hər il Ermənistana və Qarabağdakı terrorist rejimə rəsmi dövlət büdcəsindən böyük maliyyə yardımları göstərən, Ermənistanın ən böyük hamisi Amerika öz maraqları üçün ondan istifadə edir, nəticədə bizim insanlar ölür və Rusiya çətin vəziyyətə düşür.
Regionda çox mürəkkəb oyun gedir. Ermənistanı tam ələ keçirməklə Amerika onun ərazisindən həm də öz düşmənləri olan Türkiyə və İran ərazisinə birbaşa çıxış əldə edir. Bu məsələləriTehran və Ankarada da yaxşı başa düşürlər. Biz qonşu dövlətlərə qarşı belə oyunlarda iştirak etməyəcəyimizi ən yüsək səviyyədə bəyan etmişik. Gürcüstanın da İranla sərhəddi yoxdur. Demək bunun üçün yeganə ölkə Ermənistan qalırdı. Və Amerika da bir neçə il əvvəl oyunu onun üzərindən qurmağa başladı.
Ermənistan rəhbəri Paşinyanın Amerika agenti olması və onu hakimiyyətə Amerikanın dövlət çevrilişi təşkil edərək gətirməsi hamıya məlumdur. O da hakimiyyət başına gələn kimi bütün dövlət orqanlarında rusiyayönümlü nazirləri, məmurları çıxarıb yerinə amerikanpərəstləri qoydu və beləliklə Ermənistan faktiki olaraq Amerika müstəmləkələrindən birinə çevrildi.
Bundan qabaq isə Amerika dövlət çevrilişi təşkil edərək Ukraynanı Rusiyanın müttəfiqindən öz müttəfqinə çevirmişdi. Bunun əvəzində Rusiya da Amerikanın bir müttəfiqini- Türkiyəni onun əlindən aldı. Amerika bunun acığını çıxmaq üçün Türkiyədə nə qədər qanlı dövlət çevrilişi cəhdi, müxtəlif təxribatlar, terror aktları törətsə də xeyri olmadı. Hətta, 2 dövləti düşmən etmək üçün Rusiya təyyarəsini Türkiyə ordusunda yerləşmiş fətullahçı mafiyaya vurdurdu, elə həmin fətullahçılar tərəfindən Rusiya səfirini İstanbulda qətlə yetirtdi, lakin xeyri olmadı- hər iki dövlət bunları Amerikanın təşkil etdiyini bildiyindən bu tələyə düşmədilər və əməkdaşlığı daha da gücləndirdilər.
Beləliklə, regionda 2 dövlət (Gürcüstan və Ermənistan) Amerika, 2 dövlət (İran və Türkiyə) isə Rusiya yönümlüdür. Müstəqil qalan yeganə dövlət Azərbaycandır. Biz bu faktdan istifadə edərək 2 fövqəldövlət arasında elə oynaya bilərik ki, Qarabağı geri ala bilək. Çünki həddən artıq strateji, iqtisadi və ticari qovşaq mövqeyimiz hər 2 fövqəldövlətin marağındadır. Regionda Azərbaycan kimi müttəfiqi olsa, onun əli güclənir. Azərbaycan Rusiya və İran arasında birbaşa keçid üçün yeganə ölkədir. Üstəlik, Azərbaycan bütün 5 region dövləti ilə birbaşa sərhəddi olan yeganə ölkədir. Yaxın Şərqə və Rusiyaya birbaşa qapıdır.
İqtisadi məsələlərdə də biz Ermənistandan dəfələrlə üstün mövqedəyik. Bu regiondakı bütün beynəlxaql və regional əhəmiyyətli nəqliyyat və enerji layihələri Azərbaycandan keçir. Qısası biz şərt qoya bilərik ki, kim Qarabağın qaytarılmasında kömək eləsə onunla müttəfiq olacağıq. Amerika razı olsa Amerikaya, Rusiya razı olsa Rusiyaya bir hərbi baza üçün yer verməklə Qarabağı almaq olarsa buna gedilməlidir. Rusiya Ermənistandakı NATO-ya qarşı bazasına görə Yerevandan müəyyən asılılığı var, biz o bazaya yer versək, vəziyyət tamam dəyişər. İşğal olunmuş torpaqlarımın qaytarılmasına Rusiya kömək etsə, Avrasiya İqtisadi İttifaqına və KTMT-yə də daxil olmaq olar.
Amerika da İranın və Rusiyanın arasında hərbi bazaya və müttəfiq ölkəyə malik olmağı çox arzu edərdi. Hətta Azərbaycanı NATO-da və özünün hegemonluq etdiyi bəzi beynəlxalq təşkilatlarda görməsini daha çox istərdi. Rusiya ətrafında öz müttəfiqlərini yaratmaq Amerikanın ən böyük arzusudur. Buna nail olmaq istəyirsə, ABŞ Qarabağın qaytarılmasında bizə kömək etməlidir.
Yəni, Qarabağın fövqəldövlətlərin marağı təmin olunmadan geri qaytarılması çətindir. Ya ikisinin də ya da birinin maraqları təmin olunduğu halda buna ümid etmək olar. Bununla yanaşı, biz 3-cü və 4-cü fövqəldövlətlər olan Çinlə və Hindistanla çox yaxın münasibətlər və daha güclü əməkdaşlıq qurmalıyıq. Yaxın müddətdə dünyada əsas söz sahiblərinin bu ölkələr olacağını dünyanın ən nüfuzlu mütəxəssisləri etiraf edirlər.
Dövlət rəhbərlərimiz əlbəttə bunları bilir və bütün imkanlardan istifadə edir. Ona görə də neçə vaxtdır səbrlə iş aparır və uyğun vaxtı gözləyir. Mənə elə gəlir ki artıq bu vaxt gəlib çatmışdır. Yaxın vaxtda bu problemin həllində əhəmiyyətli dəyişiklik olacağına ümdi edirəm.
Xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallaşdırılmalıdır
Heç vaxt şou kampaniyalara qoşulmamışam. Bu dəfə də qoşulmadım. Həmişəki kimi haqlıymışam. Hər kəs öz işi ilə məşğul olmalıdır, buna görə də bəziləri kimi feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etdim. Sizə açıqca deyə bilərəm ki, həmişəki kimi informasiya müharibəsində biabırçı formada uduzduq. Dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin 90 faizi onları müdafiə edir.
Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar. Yutub, Kontakt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələrdə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir, bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Yəni, sizə açıqca deyə bilərəm ki, rast gəldiyim bütün müzakirələrdə ermənilər bizi tam darmadağın edib və həmin müzakirədə iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.
Bizim feysbuq seqmentinə baxanda adamın gülməkdən qarnı, əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, bununla demək istəyir ki, biz qorxaq millətik, dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Biri dezo yaymaqla məşğul olur, ay neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və məqsədli provakasiyadan necə lazımdı bəhrələnirlər.
Bəzi sosial şəbəkə səhifələri və küçə saytları belə həssas günlərdə belə, fırıldaqçılıqla məşğul olur, köhnə, saxta məlumatlar, hətta başqa ölkələrə aid videolar, fotolar paylaşaraq insanların hissləri üzərindən İP (yəni pul) qazanmağa çalışırlar. Bu Amerika və Avropanın 5-ci kolonu da ayrı dərddir- bunlar bu sosasoxda xalqla hakimiyyəti toqquşdurmağa çalışır, əhalidə qorxu yaradır, psixoloji terrorla məğul olurlar. Bununla yanaşı, regionda və dünyada güclü olan, münaqişənin həllinə təsir imkanı olan dövlətlərə qarşı düşmənçilik, söyüş kampaniyası aparır, çalışırlar ki, biz qonşu dövlətlərlə düşmən olaq, onları öz əlimizlə Ermənistana təhvil verək. Bu işlərə qarşı DTX sərt tədbirlər görməlidir.
Bakıda baş verənlər isə göstərdi ki, idarə olunmayan kütlə həmişə problem yaradır, çünki 5-10 nəfər provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Kütlənin hissləri ilə oynamaq, onları yönəltmək üçün bunların peşəkar hazırlığı var. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, səni lider hesab etsinlər və arxana düşüb hara desən getsinlər.
Ümumiyyətlə, mən başa düşmürəm ki, cəbhə xəttində qarşıdurma, döyüş, atışma olanda, mülki şəxslərin, kütlənin küçə və meydanlarda nə işi var. Müharibə cəhbədə gedir ey ay camaat, Bakıda yox. Biri deyir ki, bəs xalq orduya dəstək verir. Çox gülməlidir. Yəni, deyirsiniz azərbaycanlılar Azərbaycan Ordusunu müdafiə edir? Yox canım, nə danışırsınız, bu ola bilməz! Bu harda görünüb ki, xalq öz ordusunu müdafiə etsin, buna dünyada heç kim inanmaz, ona görə də milyonlarla adam gərəkdir ki, küçələrə tökülsün, bayraqlarımız götürüb sentimental şüarlar qışqırsın, bu arada beş on amerikanski maşennik provakatorun tələsinə düşüb ora-buranı dağıtsın ki, dünya inansın biz də ordusumuzun tərəfindəyik…
Yəni, həqiqətən də bəzilərinə çatmır ki, müharibədə ordunu elə dəstəkləmirlər? Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə sübutalni, dakumentalni başa salım. Ön cəbhədə müharibə gedəndə, döyüşlər olanda, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır. Qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç gördünüzmü camaat küçələrə çıxıb tamaşa göstərsin? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Tamaşanı axırda- Qələbə Paradında göstərdilər. Bütün digər müharibələrdə belə olub.
Aksiyamı keçirmək istəyirsiniz? Buyurun. Bu aksiyaları problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin (Amerikanın Rusiyanın, Fransanın) Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında keçirin. Onda deyərəm ki, bu küçə tamaşasının xalq və ölkə üçün bir xeyri oldu. Yoxsa dünənki tamaşının, bağışlayacaqsınız, xalqa və ölkəyə zərəri oldu, xeyri isə olmadı. Əlində canavar işarələri və xarici bayraqlar tutaraq Milli Məclisə soxulub dağıntı törətmək, polis maşınlarını darmadağın etmək, nə deməkdir?! Aksiya üçün yerlər oralar deyil!
Məsələn, Amerika səfirliyi qarşısında aksiya keçirmək tələb etmək olar ki, Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı işağlçı və terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?
Rusiyadan soruşmaq olar ki, Ermənistana işağl etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən? Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə hər il xeyli silah və pul yardımını niyə edirsən?
BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, əgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı səsini çıxarmırsan, tədbir görmürsən?
Qeyd edim ki, əhalinin dövlətə və orduya dəstəyi üçün düzgün əməllər də var. Məsələn, şəhidlərin dəfninin yüksək səviyyədə təşkili, insanların dəfn yerinə və onların evlərinin qarşısına axışması və s. Lakin cəbhə bölgəsinə toplaşmaq ki, biz də döyüşək, bu, lazım deyil. Döyüşmək üçün ordumuzun lazım olandan da xeyli artıq canlı qüvvəsi var. Nə vaxtsa, Allah eləməmiş, əlavə canlı qüvvə lazım olsa, onda müraciət etmək olar. Yoxsa, mülki əhalinin torplaşdığı sərhədə yaxın zonada bircə düşmən mərmisi onlarla insanımızın lazımsız ölümünə səbəb ola bilər.
Əlbəttə, xalqın ruh yüksəkliyi vacib faktordur. Bizdə həmişə ruh yüksəkliyi var, amma bunu şouya çevirmək lazım deyil. Sadəcə, ağılla, təmkinlə, fədakarlıqla ümummilli mənafelərimiz, qəbələmiz üçün çalışmalıyıq. Belə etsək qalib gələcəyik.
Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.
Müharibəni ağılla və fədakarlıqla udurlar. Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Burada ordunun daha güclü olmasının, camaatın küçədə tamaşa göstərməsinin zərrə qədər rolu yoxdur. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir- Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi- Hər şey cəbhə üçün, hər şey Qələbə üçün! Biz hələ ki, buna hazırlıqlı deyilik, dövlətimizin müharibəyə başlamamasında hesab edirəm ki, bunun da əhəmiyyətli rolu var.
İşdir torpaqlarımızı azad etmək üçün müharibəyə başlamalı olsaq (gec-tez bu baş verəcək), dövlətin bircə yolu var- Əvvəlcədən daxili düşmənlər zərərsizləşdirilməlidir. Fövqəladə vəziyyət elan olunmalı, daxili vəziyyətə ciddi nəzarət edilməli, internet başqa olmaqla bütün kommunikasiya heç olmasa 1 aylığa kəsilməli, sərhədlər tam bağlanmalı, siyahıları DTX-da olan bütün satqınlar, xarici agentlər, 5-ci kolon üzvləri, təxribatçı dəstələr eynivaxtlı əməliyyatla gecəylə götürülməli, yalnız bundan sonra orduya hücum əmri verilməlidir. Bununla yanaşı, imkanlı, vəzifəli şəxslərin övladları da, həmçinin, sosial şəbəkələrdə sözlə qəhrəmanlıq edənlər əvvəlcədən tutulmuş siyahı üzrə orduya çağrılmalı və ön səngərlərə göndərilməlidir
Bəziləriniz üçün bəlkə bu fikirlər çox sərt görünə bilər, amma bunun başqa yolu yoxdur, baxın, analiz edin, düşünün görəcəksiniz ki, yoxdur. Əgər qalib gəlmək istəyiriksə, belə olmalıdır.
Son günlərdə Tovuz cəbhəsindəki vəziyyətlə bağlı öz fikirlərimə gəldikdə isə təəssüflə deməliyəm ki, hələ ki, üstün tərəf deyilik. Bu qədər güclü ordu və üstün texnika ilə ermənilərə ciddi zərər vura, itki verdirə bilmirik, biz daha çox itki verdik. Bu qədər zabit və general qurban verməyin əvəzində erməni tərəfə 10 qat itki verdirməliydik. Amma bunu Qarabağ tərəfdə etməliyik. Ermənistanın məqsədi odur ki, döyüşləri 2 ölkə sərhədddinə aparsın və bütün dünyaya göstərsin ki, Azərbaycan Ermənistana qarşı müharibə edir. Biz isə bu planı pozaraq Qarabağ tərəfdən hücum etməli və dünyaya deməliyik ki, bizim başqa ölkəylə işimiz yoxdur, öz işğal olunmuş ərazilərimizi terrorçulardan təmizləmək üçün əməliyyat keçiririk. Döyüşlərdə daha az qurban vermək üçün bütün ön xətdəki əsgərlər bronijiletlə təmin olunmalıdır.
Ermənistana torpaqları azad etmək və ya danışıqlarda razılaşma üçün konkret müddət qoyulmalıdır və bu müddət başa çatdıqda, problemi digər vasitələrlə həll edəcəyimiz bütün dünyaya bəyan edilməlidir.
Xalqla dövlətin bir olduğu ölkələrə qalib gəlmək olmur. Bunun dünya təcrübəsində yüzlərlə nümunəsi var. İnşallah bizdə də belə olacaq. Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq. Başqa yolumuz yoxdur.
Elçin Bayramlı: “Pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi”
Sosioloq: “VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri ortadadır”
Bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?…
Qonşu Gürcüstanda Azərbaycan və Ermənistana nisbətdə demək olar ki, koronaya yoluxma çox cuzidir. Ölkənin 3,7 milyonluq əhalisindən, bütünlükdə min nəfərdən də az adam virusa yoluxub, onlardan isə cəmi 15 nəfəri ölüb. Müqayisə üçün xatırladaq ki, əhalisinin sayı Gürcüstana yaxın olan Ermənistanda hər gün yüzlərlə yeni yoluxma halı qeydə alınır, ümumi xəstələrin sayı 26 min nəfəri ötüb, 500-ə qədər insan ölüb. Azərbaycanda isə 21 916 yoluxma baş verib, 274 nəfər yoluxmadan həyatını itirib.
Əlbəttə ki, Ermənistanla müqayisədə Azərbaycan, necə deyərlər “toya-bayrama” getməlidir, lakin Gürcüstanla müqayisədə vəziyyət demək olar ki, acınacaqlıdır.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) öz qapılarını, koronavirusun yayılması baxımından təhlükəli hesab etmədiyi 15 dövlətin vətəndaşlarının üzünə açıb. Gürcüstan bu siyahıda Aİ-yə daxil olmayan yeganə postsovet ölkəsidir.
Bəs Gürcüstan bu nəticəyə necə nail olub? Misal üçün, bizim Operativ Qərargahın və TƏBİB-in fəaliyyətini Gürcüstanın koronavirusa qarşı apardığı mübarizə ilə müqaqyisə edərsək, hansı yanlışlar və səhvlər ortaya çıxmış olar?
Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı sosioloq Elçin Bayramlıya müraciət edib. Mövzunu PİA.az-a şərh edən sosioloq bildirib ki, karantin rejimi boyu işlər sistemli və məntiqli aparılmadı, yarı-yarımçıq, qarma-qarışıq bir proses aparıldı və nəticə fiasko oldu. Bu görülən tədbirlər isə əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu və əhalidə haqlı narazılıq yaratdı:
“Ümumiyyətlə, bu pandemiya vaxtı ölkələrdə yaranan vəziyyət onların elmi gücünün, səhiyyə sisteminin, kadr bazasının və idarəetmə strukturlarının, həmçinin dövlət-vətəndaş münasibətlərinin hansı səviyyədə olduğunu əyani göstərdi.
Təəssüf ki, bir çox ölkələrlə müqayisədə bizim bütün bu sahələrdə xeyli zəif olduğumuz ortaya çıxdı. Bu həm də həyata keçirilən tədbirlərin effektivlik dərəcəsində də özünü biruzə verdi. Əminliklə demək olar ki, bizdə görülən tədbirlər əks effekt verdi və həm iqitsadi problemlərə, həm də sosial problemlərə səbəb oldu. Və əhalidə haqlı narazılıq yaratdı.
Elçin Bayramlı: “Prosesə məsul məmurlar həm əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar”.
Məncə lap başdan məsələni bircə aya həll etmək olardı. İlk xəstələr meydana çıxanda dövlət bir ay müddətində ölkəni tam bağlamalı, fövqəladə vəziyyət elan etməli, adambaşına azı 100 manat ödəyərək insanların işə və sair yerlərə getməsinin qarşısını ala bilərdi. Bir ay ərzində təmaslar olmadığından virusun yayılması dayanardı, mövcud olan beş-on xəstə də müalicə olunardı. Əgər bir ailəyə üzvlərinin sayından asılı olaraq 300-500 manat ödənilsəydi, o 1 ay işləməməyini problem bilməzdi və 1 ay evdə qalmaqla özünü xilas etməyə çalışardı. Son nəticədə dövlətin xərcləri də, iqtisadi itkiləri də indikindən dəfələrlə az olardı.
Hamımız bilirik ki, əksər ölkələrdə dövlət heç bir şərt və ya ayri-seçkilik qoymadan əhaliyə sosial yardımlar verdi və bu da karantin dövrünün effektiv aparılmasını təmin etdi. Uşağı evdə ac qalan insanı heç bir qüvvə evdə saxlaya bilməz.
Göründüyü kimi, çox sadə yolu kənara atıb, mürəkkəb, qarmaqarışıq bur proses aparıldı və nəticədə fiakso baş verdi. Çünki prosesə məsul məmurlar əhaliyə pul vermək istəmədilər, həm də işi dayandırdılar. Sonra gördülər ki, insanlar acından öləcək, işə icazə verdilər, başqa məhduyyətlər qoydular və s. Verilən pul da əsasən imkanlılara, işləyənlərə verildi, halbuki bu yardım məhz işsizlərə və yoxsullara verilməi idi. Misal üçün VÖEN-ni bağlı olan, yəni işləməyən vətəndaşa pul verilmədi ki, VÖEN-nin bağlıdır (?), amma hər ay işləyib xeyli pul qazanan sahibkarlara yardım verildi. Bu absurd qərarın acı nəticələri isə ortadadır”.
Con Koleman (1935) – Britaniya xüsusi xidmət orqanlarının əməkdaĢıdır. 11 kitab müəllifidir (2008). 1991-ci ildə nəşr edilən «Komitet 300. Dünya Hökümətinin sirrləri» (Beyond the Conspiracy. Unmasking the Invisible World Government, the Committee of 300) kitabı onun Azərbaycan dilinə çevrilən ilk əsəridir.
Bu kitab – dəhşətli həqiqəti görməsi üçün bəşəriyyətin gözünü açmağa cəhddir. «Həqiqət isə ondan ibarətdir ki, biz müstəqil ölkə və müstəqil xalq deyilik və heç vaxt da müstəqil olmamışıq, çünki bizi həmişə gözəgörünməz hökumət – «Üçyüzlər komitəsi» idarə edib», – kitabın yazarı, Böyük Britaniya Xüsusi Xidmətinin keçmiş zabiti Con Koleman yazır. Təxribatın miqyası dəhşətə gətirir: dövlət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların hamısı ələ keçirilərək sərt nəzarət altına alınıb. Üstəlik, total nəzarət təkcə ictimai miqyasda həyata keçirilməyib, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılıb. Kitab, sadaladığı faktlarla oxucunu dəhşətə gətirir, bu gün dünyada baş verən qlobal hadisələri, içində olduğumuz prosesləri anlamaq üçün ona yeni imkanlar yaradır. Çıxış yolu isə sirli və qara niyyətli «Üçyüzlər komitəsi» təşkilatının birbaşa öz nəzarəti altına almağa çalışdığı bizlərin hər birimizin öz əlindədir.
ÖN SÖZ Oxucuların diqqətinə təklif olunan bu kitab bəşəriyyətə qarşı qatı düşmən mövqedə duran qüvvələrin dağıdıcı fəaliyyətini qərəzsiz, obyektiv və dəlil-sübutlu işıqlandırır. Fərdi məqsədlər güdən bu qüvvələrin taktiki vəzifələrindən birini dünya miqyasında insanların əsarət altına alınması təşkil edir. Həmin vəzifə qlobal idarəçilik və nəzarət sistemi vasitəsilə yerinə yetirilməlidir ki, bu sistem çoxlarına «Yeni Dünya Nizamı» adı altında bəllidir. Bu qlobal ideyanın icraçılarının təşkilati-sosium strukturu, cəmiyyətin idarə edilməsi və insanların fərdi və kollektiv şüuruna təsir göstərmək üsulları, insanlarla manipulyasiyanın miqyasları, əhatə dairəsi Göbbelsin heç yuxusuna belə girməyən aqressiv informasiya-təbliğat fəaliyyətinin metodları kitabda çox zəngin faktiki material əsasında açılır, gizlin və çağırılmamış gələn dünya hökuməti tərəfindən həyata keçirilən ən aşkar cinayətlər sadalanır.
TƏXRİBATIN MİQYASLARI dəhşətə gətirir: dövtət, maliyyə-iqtisadi, təhsil və digər ictimai institutların HAMISI ələ keçirilmiş və sərt nəzarət altındadır. Üstəlik, TOTAL NƏZARƏT təkcə ictimai səviyyədə həyata keçirilməyərək, həm də hər bir şəxsin fərdi şüuruna nəzarət səviyyəsinə çatdırılıb. Bu qüvvələr öz dağıdıcı fəaliyyətlərinin əsası qismində DƏYİŞDİRMƏK prinsipini götürüblər. Hər şey – insanın gen tipindən və onu əhatə edən mühitdən tutmuş, insanların mentaliteti və şüuru, insanın davranışının təbii və ənənəvi stereotiplərinədək hər şey məqsədyönlü, planlaşdırılmış və dönməz şəkildə dəyişdirilir.
Bununla yanaşı, müəllif bu qüvvələrə gözəçarpmamağa və cəzasız qalmağa imkan verən əsas qanunauyğunluğu da çox dəqiq qeyd edir – bu qanunauyğunluq bəşəriyyətin düşmənlərinin həyata keçirdikləri dəyişikliklərin tədriciliyi və hiss olunmazlığıdır. Onların fasiləsiz destruktiv fəaliyyətinin bəşəriyyət üçün törətdiyi neqativ nəticələr özünü uzun illərdən və onilliklərdən sonra büruzə verir. Kitabın məzmunundan birmənalı nəticə çıxır: «demokratların» və «liberalların» bizi cidd-cəhdlə daxil etmək istədikləri Qərb cəmiyyətinin bütün sahələri, o cümlədən də ilk növbədə siyasi-dövlət quruluşu VAHİD MƏRKƏZ tərəfindən yaradılmçı və idarə olunan açıq və bağlı (gizlin və məxfi) təşkilatlardan, kütləvi informasiya vasitələrindən və digər strukturlardan ibarət ümumdünya şəbəkəsinin tam nəzarəti altındadır. Müəllif bu mərkəzi «Komitet 300» adlandırır. Komitet 300 artıq şərq və Asiya cəmiyyətlərinə sözəbaxan «nökər» rolunu ayırıb, odur ki, indi bütün dünya onun ayaqları altındadır. Bu kitab Rusiyada və MDB ölkələrində baş verən hadisələrlə bağlı oxucularımız üçün xüsusilə aktualdır və Qərbdə, ümumiyyətlə, bütün dünyada vaxtilə səs-küy salmış hadisələr və hazırda ölkəmizdə baş verənlər arasında çoxsaylı paralellər və analogiyalar aparmağa imkan verir.
Rusiyanın və keçmiş SSRİ ölkələrinin maliyyə-iqtisadi və «demokratik» ideologiyalı ümumdünya sisteminə «daxil edilməsi» kənardan genişmiqyaslı təsirlərə, insanların şüurunun manipulyasiyasına və «dünya hökumətinin» agentlərinin bizim xalqlarımızı idarə etməsinə geniş yol açıb. Kitab vətənpərvər ruhda olan oxucunun şüurunu müəyyən yüksəkliyə qaldıraraq müasir dövrdə və yaxın keçmişdə baş verən bir çox hadisələrə və təzahürlərə sistemli və kompleks şəkildə, necə deyərlər, «quşun uçduğu yüksəklikdən» baxmağa imkan verir. Müəllif öz mövqeyini gizlətmir – Amerikada yurd salan ilk ağdərili sakinlərin anqlo-sakson, protestant, azadlıqsevər və müəyyən dərəcədə hətta qiyamçı ruhu kitaba sirayət edib və bu mənada o, sözsüz ki, öz ölkəsinin və xalqının patriotudur. Lakin milli maraqların müdafiəsinə yönəlmiş olan elə həmin bu niyyət onu, həm də məhdudlaşdırır: problemə ali, həqiqətən də qlobal səviyyəli baxış müəllif üçün əlçatmaz olub. HƏQİQƏT isə ondadır ki, tamamilə məxfi Komitet 300-ün arxasında (söz düşmüşkən, müəllif onu «ALİ nəzarət orqanı» adlandırır – sual meydana çıxır: «nəyin və ya kimin orqanı?») Həqiqətən də GİZLİN, qüdrətli və bəşəriyyətə qarşı son dərəcə düşməncəsinə köklənmiş qüvvələr mövcuddur. Bu qüvvələr ötəri forma və təşkilati strukturlara bağlı deyillər, onlar üçün Komitet 300-ün özü və ona daxil olan, onun nəzarət etdiyi çoxsaylı təşkilatlar da onların qeyri-insani planlarının həyata keçirilməsi üçün əlverişli və zamanında yaradılan bir formadır. Tarix göstərdiyi kimi, bu GİZLİN qüvvələrin ələkeçməzliyi məhz elə onların, dəfələrlə nümayiş etdirilən, formanı konkret həyati, tarixi-sosial və digər Ģəraitlərə münasibətdə asanlıqla dəyişmək qabiliyyətindən ibarətdir. Sözsüz etiraf olunmalıdır ki, GİZLİN qüvvələrin fəaliyyətinin müasir formalarının, təşkilati strukturlarının təsvir olunmasından və onların fəaliyyətlərinin metodlarından tutmuş, bəşəriyyətin düşmənləri tərəfindən onun üçün hazırlanan sonrakı inkişaf yolunun uzunmüddətli planlaşdırılmasının və proqramlaşdırılmasının müəyyən edilmiş aspektlərinə qədər – bütün bunlar müəllifin xidmətidir. Bu da dəyərlidir ki, müəllifin söhbəti – bu, Amerika cəmiyyətinin, bütün Qərb dünyasının qalası və mərkəzi oxu olan bir cəmiyyətin içindən gələn şahidlikdir. Kitab bir çox hallarda dərin düşüncələrə, gerçəkliyin yenidən dərk olunmasına təkan verən vəsait kimi qəbul olunur və nəhayət, vətənpərvər və müstəqil düşüncəli insanları dərhal və gecikmədən fəaliyyətə sövq edir. Əks təqdirdə həqiqətən də SABAH GEC OLACAQ! Çünki SABAH bütün bəşəriyyət üçün açılmaya da bilər!
Kitabın tərcüməsi, 1992-ci il tarixli 2-ci nəşri üzrə edilib.
Kitabı aşağıdakı linkdə oxuya və ya köçürə bilərsiniz.
Elçin Bayramlı: “Ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalıdır”
«Pandemiya dövründə öz absurd, effektsiz və qeyri-adekvat qərar və tədbirlərilə ölkəni və xalqı daha ağır vəziyyətə salan Operativ Qərargah ləğv edilməli, Qərargahın qərar verən rəhbərləri cəzalandırılmalı, yenidən Fövqəladə Qərargah yaradılmalı və virusla mübarizəyə düzgün yollarla davam edilməlidir». Cebhe.info xəbər verir ki, bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı söyləyib.
Onun sözlərinə görə, ölkədaxili hərəkətə qadağa götürülməli, Bakıdan, Gəncədən və Sumqayıtdan regionlara çıxmaq istəyənlərə maneə yaradılmamalı, digər tədbirlər isə gücləndirilməlidir: “Metro dayandırılmalı, avtobuslarda 15-20-dən artıq sərnişin götürmə qadağan edilməli, avtomobillərdə hərəkətə tam icazə verilməlidir.
Kütləvi yığıncaqlar təşkil edənlərin əmlakı müsadirə edilməli, mağazalarda sıxlığa imkan verilməməli, açıq bazarlar və yarmarkalar işləməli, qadın salonları və bərbərxanalar, masaj salonu və kafelər bağlanmalıdır. Yalnız açıq havada stolları olan kafe və restoranların işləməsinə icazə verilməlidir. İnsanların parklara, təbiət qoynuna və çimərliklərə getməsinə maneə yaradılmamalıdır.
Əhalinin immunitetinin gücləndirilməsi üçün maarifləndirici təbliğat aparılmalıdır. Həmçinin respiratorların pulsuz paylanması, ya da qiymətinin 10 qəpiyə salınması təmin edilməlidir. Spirt və ya digər dezinfeksiya məhsullarının qiyməti 2-3 dəfə endirilməlidir.
Bu tədbirlər nəticəsində işi dayanan vətəndaşlara minimum ehtiyac meyarı həddində maddi yardım ödənilməlidir. İqtisadi və sosial problemlərin kompensasiyası üçün strateji rezervlərimizin müəyyən hssəsindən istifadə edilməlidir, həmin ehtiyatlar məhz bu günlər üçün yığılmışdır».
Elçin Bayramlı: “Hökumət əksinə paytaxtdan əhalini azaltmaq və regionlara yönəltməklə yoluxmanı azalda bilər”
“Ölkə əhalisinin yarıdan çoxu Bakı və Abşeron zonasındadır, virus isə daha çox burada yayılır”. Cebhe.info-nun xəbərinə görə, bu barədə “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib: “Adamları regionlara buraxmamaq onların burada yoluxma şansını dəfələrlə artırır. Ən təhlükəli yer olan metropolitenin işləməsi bəlkə də virus yayılmasının 80 faizini təmin edir. Hökumət əksinə paytaxtdan əhalini azaltmaq və regionlara yönəltməklə yoluxmanı azalda bilər. Onların kənddə, çöldə, meşədə yoluxma şansı Bakıdakından azı 100 dəfə aşağıdır. Əgər hər yer işləyirsə, adamlar hara istəyir gedirsə, onda şəhərlərarası hərəkətə maneə qoymaq nəyə lazımdır, nə məqsəd güdür və nə effekti var? Bu absurd qərarı nəyə əsasən veriblər, izah edə bilirlərmi görəsən? Ya bütün ölkə boyu sərt karantin elan edilməli və adambaşına minimum ehtiyac meyarı qədər pul ödəməklə 1 aylığa hər şeyi dayandırılmalıdır ya da qaydalara əməl edilməsi şərtilə ölkədaxili hətəkətə qadağalar götürülməlidir. Bunun başqa yolu yoxdur”.
Elçin Bayramlı: “Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur.
«Bəzi araşdırmaçıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir. Ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir”.
Bu sözləri «Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri , sosioloq Elçin Bayramlı koronavirusa görə edilən testlərlə bağlı olan müəmmaları PİA.az-a şərh edərkən qeyd edib.
Dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib…
Karantin rejiminin yumşaldılmasndan sonra Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin şəkildə artmaqda davam edir. Maraqlıdır ki, dünya mətbuatında testlərlə bağlı ən müxtəlif məlumatlar yayılmaqdadır. Bəzilərinə görə testlərdə ciddi səhvlər mövcuddur və bəziləri də hesab edirlər ki, testlər ümumiyyətlə yanlışığa sistemləşdirilib.
Bütün bu iddialarla bağlı nə demək mümkündür və keçirilən testlərə nə qədər güvənmək olar?
Elçin Bayramlı, sosioloq
Korovirusdan öldüyü deyilənlərin çoxunyn ağır xroniki xəstəlikləri olan yaşlı insanlar olduğunu vurğulayan sosioloq PİA.az-a açıqlamasında bildirib ki, bütün dünyaya böyük ajotaj yaşadan bu virus ciddi təhlükə deyil.:
“Bəzi araşdırmaşıların rəyinə görə müxtəlif ölkələrdə yoluxmaların sayında artım olması sırf testlərlə bağlıdır. Bu testlər elə qurulub ki, hətta sağlam adamlarda da pozitiv nəticə göstərir. Əminəm ki, 10 milyon nəfərin hamısı bu testdən keçsə, azı 7 milyonunda pozitiv nəticə çıxar. Bu barədə xarici araşdırmaçılar, virsoloqlar və mikrobioloqlar artıq çoxsaylı faktlar ortaya qoyublar.
Əsas yoluxma sayı deyil, ölüm sayıdır ki, bu da ən minimum haldadır. İstənilən xəstəlikdən daha çox ölüm sayı olur. Hətta qripdən belə bundan dəfələrlə çox ölüm olur. Korovirusdan öldüyü deyilənlərin çoxu da digər ağır xroniki xəstəlikləri olan yaşlı insanlardır və onlar daha çox o xəstəliklərdən ölürlər. Bu konkret o deməkdir ki, bu virus ciddi təhlükə deyil”.
ASAM sədrinin fikrincə, ən zəif bir virusa görə ölkə iqtisadiyyatını məhv etmək, əhalinin sosial vəziyyətini ağırlaşdırmaq, insanları lazımsız qorxudan xəstəliklərə düçar etmək yolverilməzdir. Ona görə də, hökumətin karantin rejiminin yumşaldılması ilə bağlı addımları təqdirəlayiqdir. Karantin rejimi daha da yumşaldılmalıdır, lakin insanların qaydalara riayət etməsinə nəzarət edilməlidir.
Hətta ən adi qrip virusuna belə hər halda yoluxmamaq yaxşıdır. İnsanlarımız sadəcə immunitetlərini normal saxlamağa çalışmalıdırlar, qorunma tədbirləri görməli, müvəqqəti olaraq yaxın məsafədə ünsiyyətdə olmamalı, qapalı məkanlarda çox sayda toplaşmamalıdırlar”.
Elçin Bayramlı: ““Məqsəd müasir texnologilar vasitəsilə qlobal nəzarət və idarətmə sistemi qurmaq, dövlətləri zəiflədib sıradan çıxarmaq, dünya iqtisadiyyatını və insanları istədikləri kimi idarə etməkdən ibarətdir”
Avstraliya koronavirusun yayılmasının səbəblərinin araşdırılması ilə bağlı müstəqil tədqiqatın aparılması çağırışı edib. Dünyanın 116 ölkəsi Avstraliyanın çağırışını dəstəkləyib. Bu barədə ölkənin xarici işlər naziri Maris Peyn deyib. Nazirin sözlərinə görə, dünya koronavirusun yayılma səbəblərini mütləq öyrənməlidir: “Bu, gələcək fəlakətlərdən qaçmaq üçün mühüm əhəmiyyət daşıyır”. Rəsmi Kanberranın təklifini ilk olaraq Rusiya, Böyük Britaniya, Hindistan, İndoneziya, Kanada, Yeni Zelandiya, Yaponiya və Avropa Birliyinin bütün ölkələri dəstəkləyib. Daha sonra bu çağırışa Afrika ölkələri də qatılıb. Lakin Avstraliyanın bu təklifinə ABŞ və Çin qarşı çıxıb. Çin Avstraliyanın təklifinin qərəzli olduğunu iddia edib. ABŞ isə bu təklifi yalnız Çinə qarşı daha sərt təhqiqatın aparılacağı zaman dəstəkləyəcəyini bildirib.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı «Sherg.az»a deyib ki, məsələ göründüyü qədər sadə deyil və iqtisadi maraqlardan da mühüm məqamlar var. Ekspertin sözlərinə görə, pandemiyanı təşkil edənlər dünya maliyyəsinin azı 80 faizinə sahibdirlər və onların əlavə sərvətə ehtiyacı yoxdur:
“Məqsəd müasir texnologilar vasitəsilə qlobal nəzarət və idarətmə sistemi qurmaq, dövlətləri zəiflədib sıradan çıxarmaq, dünya iqtisadiyyatını və insanların istədikləri kimi idarə etməkdən ibarətdir. Bunu özləri də çəkinmədən açıq şəkildə etiraf ediblər. Ona görə də dövlətlər birgə komissiya yaratmalı və bu problemi dərindən araşdırmalıdır. Yalnız o halda həqiqətlər ortaya çıxa bilər”.
E.Bayramlının sözlərinə görə, pandemiyanın süni şəkildə yayıldığı, qlobal qorxu yaratmağa xidmət etdiyi hamıya aydındır: “Bu bioloji terror hansısa dövlət yox, dövlətlərə tabe olmayan güclü, qlobal qüvvələr tərəfindən təşkil olunub. Bununla bağlı müstəqil təsqiqatçıların, nüfuzlu ailəmlərin çıxışları, göstərdikləri faktlar, sənədlər var. Hətta virusla bağlı müstəqil tədqiqat aparan nüfuzlu alimlərdən bəziləri müəmmalı şəkildə həlak olub. Sonuncu belə hadisə Amerikada baş verib. Virusun mənşəyi, yayılması ilə bağlı tədqiqatlarını başa çatdıran və açıqlayacağını deyən mikrobioloq alim həmin gün öldürülüb. Fikrimcə, bu virus ötən ilin payızında ortaya çıxıb və ilk dəfə Amerikada yayılıb. Sonra Çində baş göstərib və qlobal media vasitəsi ilə hay-həşir başladılıb. Virusun ana tipinin Amerikada yayıldığı faktdır, digər ölkələrdəki törəmə tiplərdir. Bunu baxmayaraq, bu pandemiyanı dövlət olaraq Amerikanın və ya Çinin etdiyini söyləmək mümkün deyil. Çünki ən çox zərər çəkən elə həmin ölkələrdir. Bioloji terroru təşkil edən qlobal qüvvə virus pandemiyasının başlayacağını xeyli əvvəldən etiraf edib, hətta bəzi media resurslarında şifrəli anonslar da verib”.
Elçin Bayramlı: “Ona görə də rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək”
“Proses yeni deyil, indiyədək yüzlərlə məmur vəzifədən azad olunub, bəziləri isə həbs edilib”. Bu barədə “Sherg.az”a “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri Elçin Bayramlı deyib.
Elçin Bayramlı, sosioloq
Ekspert bildirib ki, rüşvətxor icra başçılarının və məmurların həbsi bundan sonra da davam edəcək: “Cənab Prezident məmurlara dəfələrlə sərt xəbərdarlıqlar edib. Lakin görünür, bəzi məmurlar üçün bu xəbərdarlıqlar ciddi siqnal olmayıb. Onlar üçün əsas dövlətə, xalqa xidmət yox, var-dövlət yığmaqdır. Belələri haqlı cəzasını alırlar. Düşünürəm ki, dövlət strukturlarında islahatlar davam edəcək, optimal, effektiv, çevik dövlət aparatı formalaşacaq. Nəticədə dövlət məmurları ilə əhali arasında qarşısılıqlı etimad daha da artacaq. Əlbəttə, yerli seçkili idarəetmə orqanları daha optimal seçimdir. Dünyanın əksər ölkəsində yerli idarəetmə sistemi belədir. Bölgələrdə icra orqanı rolunda bələdiyyələr çıxış edir. Onlar da seçkili orqan olduğundan insanların istənilən vaxt etimadı doğrultmayan bələdiyyə üzvünü geri çağırmaq, təkrar seçməmək hüququ var. Ona görə də, onlar daha yaxşı işləməyə çalışırlar”.
E.Bayramlının sözlərinə görə, bələdiyyələrin fəaliyyətinə dövlətin, ictimaiyyətin və medianın nəzarəti daha çox olur: “Prezidentin təyin etdiyi məmur isə ümumən ərazinin idarəsinə nəzarət edir. Orada dövləti təmsil edir, lakin qərarı o vermir. Bələdiyyənin işində hər hansı bir çatışmazlıq olduqda həmin məmur yuxarı orqanları məlumatlandırır və qanun çərçivəsində tədbirlər görülür. Nəticədə həm sakinlər razı qalır, həm də dövlətin yükü azalır. Məncə, bizdə də bələdiyyələrə bu səlahiyyətin verilməsinin vaxtıdır”.
Karonavirusun anonsunu qlobal satanistlər hələ 2019-un payızında «Economist» jurnalının üz qabığında veriblər. Analitiklər və stratejistlər hələ o vaxt bunu deşifrə etmişdilər və demişdilər ki, 2020-ci il qlobal virus pandemiyası ilə başlayacaq. Elə də oldu.
Bu analitik-stratejist bu virus pandemiyasını, Rusiya və Türkiyə arasında yeni qarşıdurma yaratma planlarını və qlobal plan üzrə digər baş verəcəkləri də 4 ay əvvəlcədən əvvəldən izah edir.
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı «Cumhuriyyət» TV-yə açıqlamasında Çində yayılan virus barədə maraqlı fikirlər səsləndirib.
Elçin Bayramlı: “Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”
ABŞ Prezidenti Donald Tramp Dünya Bankını Çinə kredit verməyi dayandırmağa çağırıb. Bu barədə prezident “Twitter” hesabında yazıb. Tramp bildirib ki, “əgər Çinin pulu çatmasa, onlar bunu yaradacaqlar. Niyə Dünya Bankı Çinə borc verir? Çinin kifayət qədər pulu var”. Çinin zaman keçdikcə dünyanın nəhəng iqtisadi gücünə çevrildiyi qarşısı alınmaz reallıqdır. ABŞ özünə rəqib bildiyi Çinin iqtisadi cəhətdən qüvvətlənməsini heç zaman həzm edə bilməyib və buna mane olmaq üçün müəyyən addımlar atıb. Trampın çağırışının məhz bu məqsədlə gündəmə gəldiyi deyilir.
Elçin Bayramlı, ASAM sədri
Amerika rəhbərinin çağırışını “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Trampın tələbi faydasız və mənasızdır.
Ekspertin sözlərinə görə, Amerika onsuz da 20-30 ildir Çini sıradan çıxarmaq, zəiflətmək, iqtisadi inkişafını azaltmaq üçün əlindən gələn hər şeyi edir: “Hətta Yaxın Şərqdə törədilən terror və müharibələrin bir səbəbi də bununla bağlıdır. “Sars” virusu və “Quş qripi” də məhz Çin iqtisadiyyatına zərər vurmaq üçün təşkil olunmuşdu. Lakin bütün bunlar heç bir effekt vermədi. Son 20-30 ildə Çin iqtisadi inkişafını daha da artırdı. Ümumi Daxili Məhsulun həcminə görə, “dünyanın fabriki”nə çevrildi. Yüksək texnologiyalardan tutmuş ən adi mallara qədər Amerika və Avropa firmalarını dünya bazarından sıxışdırıb çıxartdı. Çinin Dünya Bankının kreditlərinə ehtiyacı yoxdur. Çin özü bir çox ölkələrə kredit verir. ABŞ-in özünün Pekinə trilyonlarla borcu var. Bir sıra beynəlxalq bankların yaradılması məhz Çinin adı ilə bağlıdır. Dünyanın ən böyük investorudur”.
İqtisadçı bəyan edib ki, Çin son dövrlərdə bir çox Afrika və Asiya ölkələrinə külli miqdarda investisiya qoyub: “Bu ölkənin inkişafını dayandırmaq Amerikaya müyəssər olmadı. Trampın bəyanatları ucuz populizmdən başqa bir şey deyil. Amerika tərəfindən idarə olunan beynəlxalq təşkilatların yeganə məqsədi Amerika və Avropanın maraqlarını, mənafelərini təmin etməkdir. Həmçinin, digər dünya ölkələrinin inkişafının qarşısını almaq, onları ucuz xammal ölkəsi kimi saxlamaq və 3-cü dünya ölkələrinin sərvətlərini talayıb Qərbə daşıtdırmaqdır. Lakin bu siyasət artıq çoxdan ifşa olunub. Ölkələr alternativ təşkilatlar, fondlar, banklar yaradaraq, öz aralarında iqtisadi əməkdaşlığı və ticarəti artıraraq Qərbdən asılılığını azaldır və nəzarətdən çıxırlar. Dünyanı uzun müddət belə talamaq mümkün ola bilməzdi. Nə vaxtsa bu, başa çatmalıydı. Görünən odur ki, artıq proses başlayıb. Tezliklə dünyanın iqtisadi, siyasi və sosial mənzərəsi dəyişəcək”.
Beynəlxalq Astronavtika Konqresi kimi nüfuzlu bir tədbirdə ev sahibliyi etmək hər ölkəyə həvalə olunmur”. Bu sözləri Sherg.az-a açıqlamasında “Altay” Sosial-Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçi Elçin Bayramlı deyib. Onun sözlərinə görə, Konqresin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu göstərən faktlardan biridir: “Texnologiyanın ən yüksək zirvəsi kosmik texnologiyalardır. Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub, Astrofizika rəsədxanamız, alimlərimiz, mütəxəsislərimiz olub. Son dövrlərdə də bu sahədə ciddi işlər həyata keçirir. Kosmik fəzada 2 peykimiz, yüksək texnologiyalarla bağlı institutlarımız və elmi mərkəzlərimiz var. Bütün bunlar kosmik texnologiyalarda bizə ciddi perspektiv vəd edir”.
Elçin Bayramlı: «Azərbaycanda hələ Sovet dövründən kosmik cihaz və detalların istehsalı mövcud olub»
E.Bayramlı qeyd edib ki, ölkəmiz rabitə və yüksək texnologiyalar xidmətləri vasitəsilə dünya bazarına çıxır. Azərbaycanın Beynəlxalq Astronavtika Konqresina ev sahibliyi etməsi bunun həcmi və miqyasını getdikcə artacaq: “Mövcud və perspektiv peyklərimizin daha səmərəli idarə edilməsi streteji planda böyük iqtisadi dividentlər gətirəcək. Bu, çox böyük və perspektivli bir bazardır. Bununla belə bu, bazarda yüksək texnologiyalara malik fövqəldövlətlərlə rəqabət aparmalısan. Ən azı burada ilkin addımları atmışıq və getdikcə də yerimizi möhkəmlədə və artıra biləcəyik. Bundan başqa, özümüzün informasiya və kommunikasiya təhlükəsizliyimizi təmin edə bilərik. Ümumiyyətlə, bu proses təkcə regionda deyil, bütün dünyada ölkəmizin siyasi və iqtisadi nüfuzunu artıracaq”. Qeyd edək ki, ölkəmiz 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. Konqres yeni, müasir texnologiyalar sahəsində dünya miqyasında ən mötəbər beynəlxalq tədbirdir. Konqresin Azərbaycanda keçirilməsi ölkəmizə olan inam və etibarın göstəricisidir.
Elçin
Bayramlı: “Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər
kəs özünə baxmalıdır”
“Prezidentin çıxışı ölkədə həyata keçirilən islahatların dönməz şəkildə davam etdiriləcəyi ilə bağlı ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradədir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, dövlət başçısı öz çıxışı ilə hər şeydən
xəbərdar olduğunu göstərdi: “Prezident ölkədə həyata keçirilən islahatlara mane
olanlara, əhalinin və dövlətin əleyhinə iş aparanlara sonuncu dəfə ciddi xəbərdalıq
etdi. Xüsusilə də, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılacağını
vurğuladı. Bu işdə jurnalistləri, vətəndaşları da fəal olmağa çağırdı. Rüşvət,
korrupsiya faktoru bütün ölkələrdə və bütün dövrlərdə olub. Sadəcə bunu
maksiumum azaltmağa cəhd etmək lazımdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlər
müşahidə olunur. Ancaq ölkənin bütün problemlərinin həllini sadəcə dövlət
orqanlarından gözləmək olmaz. Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı
davranmalıdırlar. Məlum olduğu kimi, rüşvət verilməsə, onu alan da olmaz. Əgər
cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə
baxmalıdır”.
Ekspertin sözlərinə görə, tezliklə təkcə bu sahədə deyil, əksər
sektorda mühüm dəyişiklik olacaq: “Həm
kadr siyasəti, həm idarəetmə sistemi, həm də peşəkar yanaşma ortaya qoyulacaq.
Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənəcək, dövlətimiz güclənəcək.
Bu da öz növbəsində siyasi nüfuzumuzun artmasını təmin edəcək. Ən əsası odur
ki, bunun üçün güclü siyasi iradə ortaya qoyulub. Bu işdə bütün əhali dövlət
başçısına dayaq olmalıdır. Bunu edə bilsək, heç bir problem qalmayacaq”.
Xəbər verildiyi kimi, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək təklifi irəli sürüb. “Rosatom”un baş direktoru Aleksey Lixaçov Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən deyib: “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”- o deyib. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.
Nüvə enerjisi: dünyanı hörümçək
toru kimi bürümüş gecpartlayan bombalar
Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü il Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən atom qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük “Fukuşima” qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od sönmədi və alovlanmaqda davam edir.
Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir.
Fransa
AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə
22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin
edir.
Bununla
yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini
daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var- Avstriya,
Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya.
Azərbaycanın
hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib.
İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?
Atom
Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi
radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən
stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.
Bu
elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan
uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən
yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.
AES-lərin
əsas problemi təhlükəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır.
“Çernobıl” və “Fukuşima” qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi
ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə
vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.
Bununla
belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas
tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən
üstün tutub əleyhinə çıxış edirlər.
Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin…
İlk AES qəzası 1979-cu ildə ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı, minlərlə insan şüalanmaya məruz qalmır, 200 min adam evakuasiya edilmişdi. Hərçənd bəzi Amerika mütəxəsisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.
1986-cı ildə isə SSRİ-də (Çernobıl AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukrayna SSR-in özündə, Belorusiya SSR və RSFSR-də yaşayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şülayanmaya məruz qaldı. Qəza nəticəsində ilk günlərdə 30 insan öldü, sonrakı illərdə isə şüalanmadan ölənlərin sayı artdı.
Ölkə
iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın
nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədək
Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi
göstərdi.
Hazırda “Çernobıl” AES ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər…
In this Thursday, Jan. 25, 2018 photo, an installation of a dome-shaped rooftop cover housing key equipment is near completion at Unit 3 reactor of the Fukushima Dai-ichi nuclear power plant ahead of a fuel removal from its storage pool in Okuma, Fukushima Prefecture, northeast Japan, during an exclusive visit by The Associated Press. The hardest-hit reactor at the Fukushima plant in the March 2011 disaster is moving ahead of the other two melted reactors seven years later in what will be a decades-long cleanup. (AP Photo/Mari Yamaguchi)
Bəşəriyyətə 3-cü- ən güclü xəbərdarlıq:
Fukuşima atom faciəsi
Yaponiyada baş verən zəlzələ və sunamidən sonra «Fukusima-1» AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, «Fukusima»da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. «Fukuşima-1» AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.
Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. «Fukuşima»nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət «Fukusima»ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.
Bəlkə
digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom
bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü
şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi
bağışlanmaz səhv saymaq olar.
ABŞ, SSRİ və Yaponiya qəzaları göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə bu fəlakətin qarşısını almaqda acizdirlər.
Ümumiyyətlə,
Yaponiyadakı qəza AES tərəfdarları üçün «soyuq duş» oldu. Halbuki, “Çernobıl”
qəzasını «unudan» bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə
müdafiə edirdilər.
Radiasiya Problemləri İnstitutu AES
tikilməsini niyə istəyir?
AMEA-nın
Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir.
İnstitutun direktoru Adil Qəribov bir müddət əvvəl mətbuata verdiyi
açıqlamasında bildirib ki, atom stansiyasında alınan enerjinin qiyməti adi
yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.
“Əlbəttə,
atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat
gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası
bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu
fərq 2 ilə aradan qalxa bilər. Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi
stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln
ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu
qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran
yandırıldıqda isə atmosferə heç nə atılmır»- A.Qəribov bildirib.
Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
AES
tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr
atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi
qurğular vasitəsilə tutulur.
Böyük enerji resurslarımız olduğu halda
riskə getməyə dəyərmi?
Bir
vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə
layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi.
Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu.
İndi bu məsələ yenidən aktuallaşdırılır.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.
Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərlidir. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobıl zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi ağır olar.
Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görərik.
Elçin
Bayramlı
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri
Ekspert: «Əminəm ki, Əli Əsədov ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək»
“Dövlət
başçısı İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişaf kursunu götürüb və
sosial-iqtisadi siyasəti əsas prioritet elan edib. Nazirlər Kabineti, baş nazir
isə hökumətə, xüsusən də iqtisadi orqanlara rəhbərlik edir”. Bunu Sherg.az-a
açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin
Bayramlı deyib.
İqtisadçı bildirib ki, baş nazir postunun
böyük iqtisadi biliyi və təcrübəsi olan şəxsə etibar edilməsi yaxşı haldır: “Əli
Əsədovun bu sahədə yüksək təhsili var. Belə ki, dünyanın ən böyük iqtisadi
universitetlərindən birini — Moskva Xalq Təsərrüfatı İnstitunu bitirib. Həm də elmi
və iş fəaliyyətini iqtisadi sahədə davam etdirib. Sonda Prezidentin iqtisadi məsələlər
üzrə köməkçisi postu kimi çox vacib vəzifə ona etibar edilib. Bu post isə, məlum
olduğu kimi iqtisadi sahədə ən təcrübəli və bilikli mütəxəssisə etibar edilir.
Əlbəttə, Novruz Məmmədov da çox dəyərli bir
mütəxəsisdir. Lakin o, siyasi sahədə təcrübəli və dərin bilikli alimdir. Baş
nazir postuna da Prezident Administrasiyasnın xarici siyasət şöbəsinin müdiri vəzifəsindən
gəlmişdi. Görünən odur ki, o, bir vicdanlı məmur kimi, hökumət rəhbəri kimi
elan olunmuş iqtisadi inkişaf kursunu aparacaq mütəxəssis olmadığını, ölkəyə,
xalqa böyük fayda verə bilməyəcəyini başa düşüb və dövlət başçısından onu bu
postdan azad etməsini xahiş edib. Bu, əlbəttə, son dərəcə təqdirəlayiq səmimi
addımdır”.
Elçin Bayramlının sözlərinə görə, NK-ya iqtisadçı mütəxəssisin rəhbərliyi məqsədəuyğun bilinib: “Hesab edirəm ki, bu, son dərəcə düzgün yanaşmadır. Əsas vacib sahə iqtisadiyyatdır. Bütün digər sahələr, hətta siyasət də iqtisadiyyatın çiyinlərində dayanır. Hökumətin çevik fəaliyyəti və iqtisadi islahatları düzgün aparması vacibdir. Ona görə də, hökumət başçısı postunun güclü iqtisadçıya etibar edilməsinin müsbət nəticələr verəcəyinə və ölkə iqtisadiyyatında hökumətin siyasətinin effektiv, operativ və peşəkarcasına həyata keçirilməsinə səbəb olacağına inanıram. Təsadüfi deyil ki, parlamentdə onun namizədliyi yekdilliklə qəbul olundu və əleyhinə bircə nəıfər də səs vermədi.
Yeni baş nazirimiz hörmətli Əli Əsədova uğurlar arzulayıram. Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək. Son nəticədə öz biliyi, təcrübəsi ilə hökumətin içinin səmərəliliyində, ölkə iqtisadiyyatının inkişafının fundamental əsaslarda təmin edilməsində əlindən gələni edəcək”.
Bütün
dünya ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı daim
müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini
ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə
xidmət göstərən əsas ictimai institut olduğundan, bu müzakirələri vacib saymaq
olar.
Heç
kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından
sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan
cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.
Mətbuatının
fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar — söz və mətbuat
azadlığı sərt çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki
cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.
Birincisi,
media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan
sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib
olan informasiyaları ustalıqla gizlədə bilirlər.
İkincisi,
ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən
sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və
korporativ maraqlar üçün yararlana bilirlər.
Ölkədə
mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan
hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində
qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının
sayı-hesabı yoxdur. Bu onu göstərir ki, Azərbaycanda media lazım olduğundan da
xeyli çox azad və nəzarətsizdir.
Ümumiyyətlə,
söz və mətbuat azadlığının qırmızı xəttini, təhqirlə tənqidin sərhədlərini dəqiq
ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdəki bir sıra ümumiləşdirmələr
və qeyri-dəqiq ifadələrin yer alması isə problemi qəlizləşdirir. Belə olduqda,
«mətbuat azadlığı necə tənzimlənməlidir» sualı ortaya çıxır.
Əlbəttə,
Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet
media resurslarının sayının hədsiz çoxluğu müsbət tendensiyalardandır. Lakin bu
prosesin mənfi tərəfləri də var. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət
tərəfdən isə yox. Yaranmış vəziyyəti analiz etsək, görərik ki, ölkədə mətbuat
azadlığından sui-istifadə halları getdikcə artır. Bu faktlar media qanunvericiliyi
və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır
— İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və
qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib
çıxarırmı?
Bu
suala cavab vermək üçün əvvəlcə vəziyyəti analiz etməyə ehtiyac var. Faktiki
olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi
prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli,
cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Belə hallara
daha çox internet mediada rast gəlinir. Bu hallar isə öz növbəsində cəmiyyətdə
digər problemlərin əsasını qoyur.
Bunları
nəzərə aldıqda qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət
üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil. Hər məsələdə
«qızıl orta» deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət
təsirini göstərir. Azərbaycanda mətbuat azadlığı sahəsində üçüncü yolun
seçildiyi aydın görünür. Fərqli ictimai-siyasi formasiyalarda formalaşan
mediamızın spesifik tarixi inkişaf xüsusiyyətləri, ənənələri var. Buna görə də,
dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət,
dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.
Problem
ondadır ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bəzi şəxslər
plüralizmi, söz azadlığını özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan
üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini
tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayır.
Bir
çox mətbuat orqanları, jurnalistlər həm qanunvericiliyin tələblərini, həm etik
kodeksləri, həm də vicdani kriteriyaları arxa plana keçirirlər. Bu isə
bütövlükdə mətbuatı, jurnalistləri cəmiyyətin gözündən salır, ona inamı
azaldır.
Konkret
olaraq, hazırki situasiyaya baxsaq, Azərbaycanda lazimi qədər plüralizm və söz
azadlığının olduğunu görərik. Kim istəsə icazəsiz qəzet, jurnal,
agentlik, internet saytılarında, sosial şəbəkələrdə fikirlərini böyük oxucu
kütləsinə çatdıra bilir. İstənilən
şəxsin hansısa yayım orqanında fikrini ictimailəşdirmək imkanları var. Bundan başqa, sosial şəbəkələrdən,
internet forumlardan da
bu məqsədlə istifadə etmək olur.
Beləliklə aydın olur ki, Azərbaycanda söz azadlığı, plüralizm üçün lazimi şərait var, kimin bundan necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Mətbuatın bu imkanlardan necə bəhrələnməsinə gəldikdə, hesab edirəm ki, mətbuat, TV, radio, internet saytlar üzərində ictimai və dövlət nəzarəti güclənməlidir. Ta ki, bu sahədə yüksək peşəkarlıq, vicdanlılıq və obyektivlik bərqərar olana kimi.
Yaxın 25 ilin təcrübəsi göstərdi ki, belə olmayanda özbaşınalıq baş alıb gedir. Məsuliyyət tələb edilmədikdə, cəza mexanizmi, ictimai qınaq olmadıqda, ortada ciddi mətbuat olmur. Azərbaycan KİV-ləri də bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən sıradan çıxarılacaq. Ümidvaram ki, buna imkan verilməz.