Yeni dələduzluq: Xakerlər elan saytları adından vətəndaşları necə soyur? — FOTOFAKT

Son günlərdə yeni bir fırıldaq və soyğunçuluq forması ortaya çıxıb.

Elan saytlarında öz malını satışa qoyan vətəndaşlara naməlum şəxs tərəfindən mesaj göndərilir ki, mən hazırda xaricdəyəm, ona görə də gəlib nağd pul verib götürə bilməyəcəm, pulu sizin kart hesabına köçürmək istəyirəm, zəhmət olmasa kart nömrəsini, Swift kodunu və kart tarixini göndərin. Ya da yazılır ki, məsələn, Lalafo-nun hesabına köçürürəm, pulu ordan götürə bilərsiniz. Bir az sonra telefona mesaj və link gəlir ki, Lalafo.az-dakı profil hesabınıza 500 manat köçürüldü. Link həmin saytın adı ilə başlayır və açılan səhifədə kartın məlumatlarını daxil etmək tələb olunur. Məlumatlar daxil olunduqdan sonra isə hesabınızdakı bütün pullar çıxarılır.

Bundan xəbərdar olan kimi onlayn satış saytları dərhal ön səhifədə bununla bağlı xəbərdarlıq qoyub (saytın foto skrininə bax- red). Lakin artıq neçə nəfər vətəndaş aldadılaraq bank hesabından xeyli pul çıxarılıb. Pulun hansı mənbədən çıxarıldığını da təyin etmək mümkün olmur.

Aşağıdakı fotoda 1 nəfər aldadılan və hesabından 1100 manat pulu oğurlanan (feysbuk skrin fotosuna bax- red) vətəndaşın şikayəti verilib.

Müətəxəssislər belə əməllərə qarşı ehtiyatlı olmağa, hesab nömrəsindən başqa digər məlumatların heç kimə verilməməsini məsləhət görürlər. Ümumiyyətlə, bank kartı istifadə edənlər ən azı bilməlidirlər ki, hesaba ödənişlə, hesabdan ödənişə fərqli kodlar tələb olunur. Hesaba ödəniş və ya köçürmə üçün bank hesab nömrəsi və (əgər kimsə terminaldan pul köçürəcəksə) şəxsiyyət vəsiqəsinin nömrəsi də tələb oluna bilər.

Kartdan ödəniş üçün isə öndə yazılan 16 rəqəmli kod, kartın bitmə tarixi, arxada qeyd olunan 3 rəqəmli Swift kodu tələb olunur- əgər siz bu kodları kiməsə vermisinizsə o sizin hesabdakı bütün pulu çıxara və ya aldığı mal üçün onlayn ödəniş edə bilər.

Ümumiyyətlə, ekspertlər kart hesabları üçün bankdan 3D təhlükəsizlik kodu almaq məsləhət görür.

Ehtiyatlı olun, elekron quldurların tələsinə düşməyin.

Elçin Bayramlı

Жозе Душ Сантуш- Формула Бога /Е-Книга /

«Формула Бога» — это научный триллер, сюжет которого разворачивается вокруг неизвестной рукописи Эйнштейна, посвященной доказательству существования Бога и вместе с тем созданию ядерного оружия. Читатель найдет в книге реальные научные данные, скрытые в каждом из основных сакральных текстов: от Каббалы до Библии, а также узнает о теории хаоса, теореме неполноты и других научных концепциях, которые в совокупности представляют научное доказательство существования Бога

Скачать книгу

https://boxca.com/download/n2O4Ip8FiS7P/Жозе

Читать книгу

https://boxca.com/download/Cyt1QnyBaBe7/Жозе Душ Сантуш- Формула Бога.pdf

Sosioloq: “Belə təhsil ola bilməz və olmamalıdır”

Elçin Bayramlı: “Bunun adını distant təhsil yox, elektron hoqqabazlıq qoymaq daha düzgün olar”.

Distant təhsilin nəticələri necə olacaq? Belə təhsildən şagirdlərin qazanacağı və itirəcəkləri nələr var?..

“Biz ümumiyyətlə distant təhsilə hazırlıqlı deyildik. Üstəlik, pandemiyadan sonra da nazirlik bu işi arzuolunan səviyyədə təşkil edə bilmədi və xeyli problemlər yarandı. Hazırda distant təhsillə bağlı saysız-hesabsız problemlər var”.

Bu sözləri sosioloq Elçin Bayramlı ölkədə distant təhsilin vaxtının uzadılmasını və bu təhsilin çatışmamazlıqlarını PİA.az-a şərh edərkən qeyd edib.

Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib. Qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Yoluxma sayının çox olmasını nəzərə alaraq demək olar ki, distant təhsil hələ dekabrdan sonra da davam edəcək. Amma o da məlumdur ki, çox şagird internet və komputer probleminə görə distant təhsilə qoşula bilmir.

Bəs distant təhsilin nəticələri necə olacaq? Belə təhsildən şagirdlərin qazanacağı və itirəcəkləri nələr var?

Mövzunu PİA.az-ın əməkdaşı ekspert Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Bir ailədən 3 uşaq təhsil alırsa, o ailədə 3 ədəd kompüter və ya planşet hardan ola bilər? Bəzən valideyn smartfonunu uşağa verib işə getməli olur ki, bu da onun öz işinə ciddi problemlər yaradır”.

Həyati əhəmiyətli olmayan bəzi dərslərin, fənlərin müvəqqəti olaraq təxirə salınmasını vurğulayan ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, bir çıxış yolu tapılmalıdır. Əks halda, təhsil sahəsini dayandırmaq lazımdır. Çünki bu, artıq təhsil deyil:

“Biz ümumiyyətlə distant təhsilə hazırlıqlı deyildik. Üstəlik, pandemiyadan sonra da nazirlik bu işi arzuolunan səviyyədə təşkil edə bilmədi və xeyli problemlər yarandı. Burada əhalinin çox hissəsində uşaqlar üçün əlavə komputerlər və planşetlərin olmaması faktı da ciddi problem yaradır. Bir ailədən 3 uşaq təhsil alırsa, o ailədə 3 ədəd kompüter və ya planşet hardan ola bilər? Bəzən valideyn smartfonunu uşağa verib işə getməli olur ki, bu da onun öz işinə ciddi problemlər yaradır. Nazirlik şagirdlərin planşet və ya notbuklarla təmin edilməsi üçün müvafiq proqram həyata keçirməli idi.

Bundan başqa, ölkənin əksər hissəsində internetin sürəti videobağlantıya müvafiq deyil. Çünki internet provayderlərin çoxu istehlakçı hüquqlarını kobud pozaraq abunə olunan sürətin yarısını belə vermirlər — faktiki trafik çox aşağı olur.

Ümumiyyətlə hesab edirəm ki, distant təhsil çox anormal və effektsiz bir sistemdir. Belə təhsil ola bilməz və olmamalıdır. Şagirdlər, tələbələr real auditoriyada, məktəbdə, sinifdə, müəllimlə canlı ünsiyyətlə dərs keçməlidirlər. Praktiki olaraq, 1 müəllim 30 şagirdlə distant dərs prosesini normal apara bilməz. Şagirdlərin həmin vaxt nə etdiyinə nəzarət də mümkün deyil. Şagird kitabdan köçürə bilər, internetdən cavabı tapıb deyə bilər. Müəllimin real olaraq onun yazısına, dərsə diqqət edib-etməməsinə nəzarət imkanı yoxdur.

Elçin Bayramlı: “Təhsil Nazirliyi real təhsilin bərpası üçün bir variant düşünüb həyata keçirməlidir”.

Göründüyü kimi, distant təhsillə bağlı saysız-hesabsız problemlər var. Mən hələ problemlərin heç də hamısınmı saymadım. Belə vəziyyət müəllimlərin və şagirdlərin psixologiyasını, əsəblərini korlayır, valideynlərə əlavə vaxt, enerji sərfiyyatı ilə bağlı problem yaradır, hətta onların işlə bağlı problemlərinin yaranmasına səbəb olur. Normal real təhsildə ibtidai sinif şagirdini məktəbə qoyub işə gedirdilər, indi valideyn məcburdur evdə olsun. Konkret olaraq, pandemiya digər sahələrdən daha çox təhsil sektoruna ağır zərbə vurdu və təhsili məhv etdi. 1-ci, 2-ci sinifə gedən şagirdləri isə təhsildən kənarda qalmış saymaq olar. Bunun adını distant təhsil yox, elektron hoqqabazlıq qoymaq daha düzgün olar.

Hesab edirəm ki, Təhsil Nazirliyi real təhsilin bərpası üçün bir variant düşünüb həyata keçirməlidir. Tutaq ki, qorunma tədbirlərinə nəzarət edilməklə şagirdlər hissə-hissə sinifdə dərs keçə bilərlər. Məsələn, hər partada yalnız 1 nəfər oturmaqla, 5-10 nəfərlik qruplarla. Həm də, tənəffüsdə yaxın ünsiyyətə imkan verilməmək şərtilə. Tədrisi məktəblərdə 3 növbəli sistemə salmaq və həftənin bütün günləri daxil olmaqla keçirmək olar.

Bundan başqa, həyati əhəmiyətli olmayan bəzi dərslər, fənlər müvəqqəti olaraq təxirə salınmalıdır ki, şagirdlər çox yüklənməsin. Nəsə bir çıxış yolu tapılmalıdır. Əks halda, təhsil sahəsini dayandırmaq lazımdır. Çünki bu, artıq təhsil deyil”.

Nərminə Umudlu

http://pia.az/bele-tehsil-ola-bilmez-ve-olmamalidir-%C2%A0-ekspertden-distant-tehsil-serhi-376725-xeber.html

Rusiyanı Azərbaycan və Ermənistanla nə bağlayır? — FAKTLAR

Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır.

Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. https://elchinbayramli.home.blog/2020/10/18/rusiya-kimi-daha-cox-silahlandirib-azərbaycani-yoxsa-ermənistani/ Bu yazıda isə Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.

Rusiyada azərbaycanlıların və ermənilərin sayı

Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.

Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.

Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.

Ruslar hansı ölkədə daha çox yaşayır?

Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.

Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.

Rusiya kiminlə daha çox ticarət edir?

2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.

Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.

Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.

Rusiyanın iqtisadi və investisiya göstəriciləri

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.

Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri «Qazprom», «Transneft» və «Lukoyl»dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.

Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri «Qazprom», «Rusiya Dəmiryolları», BTB», «Rusal» və Rosatom»dur.

Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?

Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.

Ermənistan bu göstəricidə 9-cu yeri tutur.

Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.

Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.

Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi

Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.

2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.

Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.

Elçin Bayramlı

Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.

https://sia.az/az/news/social/830867.html

Elçin Bayramlı: «Belə çıxır ki, kasıb uşaqları təhsil ala bilməyəcək, təhsil ancaq varlılar üçündür»

«Təhsil Nazirliyi heç olmasa yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək»

Azərbaycanda onlayn dərslərə start verildikdən sonra məlum oldu ki, bir çox şagirdlərin evdə kompyüterləri yoxdur. Ölkədə isə kompüterlər olduqca baha qiymətə satılır və kasıb ailələrin çoxu normal kompyüter almaq imkanında deyil. Digər tərəfdən isə ötən həftə hökümətin xaricdən onlayn alverə qoyduğu limit qüvvəyə minib. Bu da fərdi yolla xaricdən daha ucuz qiymətə ölkəyə kompyüter gətirilməsini qeyri-mümkün edir.

Problemin konkret həll yollarının olduğunu düşünən sosioloq Elçin Bayramlı PİA.az-a açıqlmasında bildirib ki, iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar:

Elçin Bayramlı, sosioloq

“Heç kimə sirr deyil ki, şagirdlərin yarıdan çoxunun evdə kompüteri və şəxsi smart telefonu yoxdur. Ona görə də, onlayn təhsilə bəri başdan necə deyərlər “bir quş”. Texnomağazalarda kompüterlərin qiymətləri əl yandırır və əhalinin 70 faizi onları almaq iqtidarında deyil, özü də indiki çətinlik, işsizlik, gəlirlərin azaldığı və xərclərin artdığı bir vaxtda.

Bu azmış kimi, vətəndaşların şəxsi istifadə üçün xaricdən onlayn aldıqları və gömrükdən ölkəyə keçən malların ümumi dəyər limitinin 3 dəfə azaldılması çox təəccüblüdür. 300 dollara nə ala bilərsən? Normal komputer dünya bazarında 500 dollardan aşağı deyil. Beləliklə, insanların borca-xərcə, sələmə, kreditə girib yerli mağazalardan 1000-1500 manata kompüter almağa məcbur edilməsi yumşaq desək həyasızlıqdır. Bu vəziyyətdə sosial təbəqələr arasında uçurum süni şəkildə artırılır və sosial-psixoloji diskomfort yaranır. Belə çıxır ki, Təhsil Nazirliyi açıqca deyir kasıb uşaqları təhsil almasın, təhsil ancaq varlılar üçündür.

Nazirlik, heç olmasa, yazda verdiyi açıqlamadan utansın. Demişdilər ki, pandemiya uzanarsa, onlayn təhsil üçün şagirdlər planşetlərlə təmin ediləcək. Əksər ölkələrdə belə də edilib. Əgər bunu edə bilmirsənsə və ya etmək istəmirsənsə, onda zəhmət çək onlayn təhsili dayandır, normal təhsilə keç, keçə bilmirsənsə, onda zəhmət çək imkansız ailələrin uşaqlarını komputerlə və panşetlə təmin et.

Hazırki vəziyyət bütün sistemi dağıdıb. Bir çox valideynlər işə gedə bilmirlər, çünki əvvəl uşağı məktəbə qoyub gedirdi, indi məcburdur ki, evdə uşağın yanında qalsın, bir çoxları da öz smartfonlarını uşağa verməyə məcbur olurlar ki, bununla da onların öz işləri pozulur.

Problemin konkret həll yolları var və iki yoldan biri seçilməlidir. Ya şagirdləri başqa ölkələrdə olduğu kimi elektron cihazlarla təmin edəcəklər, ya da etmirlərsə, onda normal təhsilə qayıtmalıdırlar. Mən hələ ölkədə internetin bərbad və çox baha olmasına, əhalinin yarısının internetinin olmadığına toxunmuram. Qısa desək, onlayn təhsil bizlik deyil, ən yaxşısı normal təhsilə qayıtsınlar. Əgər bunu da virus qorxusundan edə bilmirlərsə, ümumiyyətlə təhsili dayandırsınlar”.

Nərminə Umudlu

PIA.AZ

Qlobal ekoloji kataklizmlər başlayır!

Elçin Bayramlı: “Elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır”

Qlobal istiləşmə şəraitində Qrenlandiyadakı buz təbəqəsindəki ərimənin qarşısını almaq mümkün deyil. Bu qənaətə ABŞ-ın Ohayo Dövlət Universitetinin alimləri gəliblər. Onların dediyinə görə, Qrenlandiyada qarın yağması əriyən buz hissələrini əvəz edə bilmədiyi üçün kritik məqam yetişib.

Keçən əsrin 80-90-cı illərində Qrenlandiya ildə təxminən 450 milyard ton buz itirirdi, lakin bu itki qar yağması ilə kompensasiya edildi. XXI əsrdə isə Qrenlandiya ildə 500 milyard ton buz itirir və qarın yağması buzun əriməsinin qarşısını ala bilmir.

ABŞ tədqiqatçıları qeyd edir ki, hazırda Qrenlandiyanın buz təbəqəsi sürətlə öz kütləsini itirir. Bu isə qlobal istiləşməyə təkan verən növbəti bəşəri problemdir.

Sözügedən məsələ barədə “Sherg.az”a danışan Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı vəziyyətin kifayət qədər ciddi olduğunu düşünür:

“Nəinki Qrenlandiya, bütün Arktika və Antarktida əriyir. Özü də 20-30 ildir, bu ərimə sürətlənib və buz təbəqələri çox böyük ölçülərdə yoxa çıxıb. Hətta təxminən 10 il qabaq BMT baş katibi Arktikanın əriməsini öz gözləri ilə görmək üçün gəmi ilə şimal qütbünədək getdi. Əvvəllər buz təbəqəsindən yaxınlaşmağın mümkün olmadığı yerlərə adi gəmi ilə rahatca gedib gəldi.

Bu proses qlobal istiləşmənin real təsviridir. Son bir neçə min ildə bircə dərəcə belə istiləşməyən planetimizin orta tempraturu son 1 əsrdə 3 dərəcə artıb ki, bu da faktiki fəlakət siqnalıdır. Antarktidada tarixdə ilk dəfə 20 dərəcədən yuxarı tempratur qeydə alınıb. Son elmi məlumatlar ərimənin ehtimal olunandan 100 dəfə daha sürətlə getdiyini göstərdi. Təkcə kiçik Qrenlandiyanın əriməsi dəniz səviyyəsini 7 metr qaldıracaq, bu özlüyündə böyük fəlakətdir, bunun üzərinə Arktika və Antarktidanın da əriməsini əlavə etsək, əlavə şərhə ehtiyac qalmır.

Daha açıq desək, bunlar nəhəng qlobal kataklizmlərin başlayacağını göstərən əlamətdir. Dağlarda buzlaqların əriməsi isə tezliklə qlobal içməli su böhranı yaradacaq və hətta su müharibələrinin baş verəcəyi ehtimal olunur. Konkret olaraq bu proses antropogen təsirlərin, yəni birbaşa insan fəaliyyətinin nəticəsidir. Baxmayaraq ki, iri sənaye oliqarxlarının oyuncaq alimləri diqqəti problemin əsas səbəbindən yayındırmaq üçün bəşəriyyətə nağıl danışırlar. Guya ki, bu vəziyyət Günəşdə gedən hansısa proseslər, nə bilim, kosmosda baş verən hansı proseslərin təsiri ilə imiş. Halbuki elmi faktlar və adi müşahidələr sübut edir ki, planetimiz qəsdən dağıdılır.

Ekspertin sözlərinə görə, əsas təqsirkar insanların özləridir: “Kapitalizm planetdə bütün canlı aləmin axırına çıxmağa rəvac verir. Lazımsız istehsal həcmi, vəhşicəsinə istehlak qudurğanlığı, lüzumsuz rəqabət mühiti və çoxlu sərvət əldə etmək həyasızlığı dünyanı məhvə aparır. Digər tərəfdən də öz evimizi, yəni dünyamızı şüursuzcasına dağıtmaqda biz insanlar əlimizdən gələn hər şeyi edirik.

Ultrakomfort həyat arzusu, fasiləsiz istehlak xəstəliyi, dəb və özünü başqalarından üstün göstərmək sindromu dünyanın axırına çıxır. Bəzi nüfuzlu alimlərin fikrincə, artıq planetimizi, canlı aləmi xilas etmək, bu qorxunc prosesi dayandırmaq və hər şeyi geri qaytarmaq üçün son imkanlar da itirilib.

Ekoloq alimlər artıq planetimizdəki ekoloji proseslərin qarşısıalınmaz, geridönməz formaya keçdiyini etiraf ediblər. Yəni biz ,necə deyərlər, “bir balaca” gecikmişik. BMT-də dünya dövlətlərinin nümayəndələri müzakirə apardılar ki, qlobal istləşmənin sürətini azaltmaq üçün istehsal və atomosferə tullantılarının həcmi azaldılsın.

Hətta maksimum tədbirlər belə ümumi orta temperaturun artımını 3 dərəcədən aşağı salmağa qadir deyil. Halbuki dövlətlər minimum azalmanı belə qəbul etmək istəmirlər.

Bunun üçün Kioto protokoluna baxmaq kifayətdir. İri dövlətlər protokola qoşulmamaqla göstərdilər ki, onlar planetimizin xilasında yox, özlərinin müvəqqəti nüfuz və üstünlüyündə maraqlıdırlar. Kasıb ölkələr isə deyirlər ki, biz də sizin kimi yaşamaq istəyirik, ona görə də sənayeni azalda bilmərik.

Misal üçün, ABŞ təkbaşına dünya ekologiyasının korlanmasında 40 faizlik paya malikdir. Halbuki onun camaatı dünya əhalisinin cəmi 3 faizini təşkil edir.

Çin və Hindistan deyirlər ki, biz də bu qədər əhalini təmin etməliyik, insanlarımızın varlı ölkələrdəki kimi yaşamaq haqqı var, ya hamı eyni yaşayacaq, ya da biz heç nəyi ixtisar edən deyilik, yəni zərərli sənaye sahələrini və onun tullantılarını azaltmayacağıq. Bax, dünyamız belə bir şüursuz vəziyyətdə dağılmağa doğru gedir. Özü də burada yeganə problem istiləşmə və buzlaqların əriməsi deyil”.

Kənan Novruzov

“Şərq” qəzeti

В Азербайджане детям делают ядовитые прививки

Несмотря на протесты ВОЗ, считающиеся вредными для европейцев препараты, признаны безвредными для жителей стран третьего мира

В последнее время во всем мире растет число случаев тяжелых последствий прививок у детей. В Азербайджане многие родители отказываются от вакцинации детей, ссылаясь на неясность состава ввозимых в страну препаратов, а то и присутствие в них токсичных веществ.

Так, у Ахмеда Рахманова сын после вакцинации заболел синдромом аутизма. В результате кропотливого изучения проблемы он выяснил, что по нормам Всемирной Организации Здравоохранения для лиц среднего и пожилого возраста крайняя норма приема ртути составляет 0,1 мкг на килограмм веса. Однако его новорожденному сыну сделали прививку 0,025 мг (25 мкг!) ртути и от 0,25 до 0,4 мг алюминия, хотя наукой установлено губительное влияние этих металлов на человеческий организм и по отдельности, не говоря уже о совокупном.

А.Рахманов сообщил, что его сыну сделали также прививку AKDS, в составе которой (0,5 мл) содержатся консерванты тимерасол (0,01%) и алюминий, из чего следует, что это более легкий препарат по сравнению с вакциной от гепатита B.

По его словам, фактически новорожденным вводятся с вакцинами тяжелые металлы в 75-80 раз больше нормы: «Мы здесь говорили только о AKDS и вакцине от гепатита B, однако новорожденным делают более 10 прививок».

Парадоксально, что почти все врачи в один голос заявляют о важности и необходимости прививок, но на вопрос об их составе ответить затрудняются.

Так, по словам доктора медицинских наук Адиля Гейбуллы, вакцинация детей, в том числе от неизлечимого заболевания гепатит B, необходима, и эта мера принимается повсюду в мире. С другой стороны, подчеркнул эксперт, в Азербайджане вопреки общепринятым нормам перед вакцинацией не проводится анализ крови пациента для выяснения возможной реакции организма на входящие в состав препарата вещества: «Не исключены аллергические реакции на дополнительные элементы в составе вакцины, которые могут привести к сердечным заболеваниям у детей».

По его словам, нередко производители лекарств выходят за рамки норм содержания консервантов, установленных ВОЗ, добиваясь более длительной сохранности препарата, и с этим может быть связано повышенное содержание ртути.

Заместитель директора Института физиологии НАНА Афик Газиев выразил мнение, что ртуть может вводиться в организм только в лечебных целях и только на основе индивидуально установленной специалистом дозы.

Известный врач Марк Сиркус писал: «Тяжелые металлы в составе вакцин используются уже давно, но основные проблемы в связи с вакцинами появились после 1992 года. Многие фармакологические компании в погоне за дешевизной вдвое увеличили содержание консервантов в составе вакцин. Несмотря на протесты ВОЗ, постепенно эти показатели были признаны рекомендуемыми для стран третьего мира. Говоря конкретнее, состав, считающийся вредным для европейцев, признан безвредным для жителей стран третьего мира».

По единогласному мнению ученых, чрезмерное содержание ртути в составе вакцин чревато непредсказуемыми последствиями: скапливаясь в организме, ртуть приводит к заражению различных органов и тканей, вызывая различные заболевания, в первую очередь, поражая нервную систему и приводя к серьезным изменениям центральной и периферической нервной системы.

В соответствии с национальным вакцинационным календарем Азербайджана, в первые 12 часов после рождения детям делаются прививки от гепатита B, на 4-7-й день – от BSJ, OPV, туберкулеза, от полиомиелита, затем комбинированную прививку от гемофилии B, дифтерии, коклюша, тетануса, гепатита, QPM, витамин A, от краснухи, кори, паротита, AGDT.

Исследованиями Американского центра контроля заболеваний выяснено, что у детей, привитых от HIV, вероятность заражения гемофилией в 5 раз больше, чем у не проходивших эту прививку. В одной из статей в журнале New England Journal отмечается, что 80% детей, заразившихся коклюшем до 5-летнего возраста, ранее были привиты от этого заболевания.

Известны случаи порождения вакцинами аллергии от тех или иных продуктов питания. Некоторое время назад в Турции 3-месячные младенцы после прививки отказались от материнского молока и стали принимать только искусственное детское питание.

В журнале Epidemiology American Journal опубликовано исследование группы ученых, согласно которому среди детей, привитых от AKDS, смертность в первые три дня в 8 раз больше, чем у не прошедших эту вакцинацию.

Эти данные свидетельствуют о том, что многие вакцины подрывают иммунитет организма. В Азербайджане же этот момент усугубляется еще и многократно повышенным содержанием в составе препаратов тяжелых металлов, противопоказанных для человеческого организма.

Эльчин Байрамлы

Vesti.ru

09.03.2013

Budaqlar niyə bar vermir?

Elm ağacının kökünü belə qurutmaq üzrəyik

Bəşər sivilizasiyasının inkişafı yalnız elmin sayəsində mümkün olmuşdur- demək artıq olardı. Zira, elm dedikdə buraya olduqca geniş sferada sahələr cəmləşir- fəlsəfi düşüncə, davranış, əxlaqı səviyyədən tutmuş texnoloji, iqtisadi, hərbi, mədəni industriyalar.

Elmin son məqsədi insanların düzgün fiziki və mənəvi inkişafını, yaradılışın mahiyyətini, müxtəlif problemlərin aradan qaldırılması yollarını tapmaqdan ibarətdir. XX əsrədək elm əsasən, cəmiyyətin həyatını yüngülləşdirmək, əl əməyini aradan qaldırmaq və təbii sərvətlərin əldə edilməsi, istehsalı və istehlakını təmin etmək istiqamətində inkişaf edirdi.

XX əsrdə hərbi texnologiyaların inkişafına daha çox diqqət verilməyə başlandı. İri dövlətlər öz işğalçılıq və hegemonluq məqsədlərini həyata keçirmək üçün hərbi sənayeni sürətlə inkişaf etdirməyə və alimlərin əsas zərbə gücünü buraya toplamağa girişdilər. Elmdən dövlətlərin güclənməsi üçün istifadə geniş vüsət aldı.

I və II Dünya müharibələrində elmin həlledici rolunu bütün dünya əyani surətdə gördü. Daha sonralar sosializm və kapitalizm dünyasının timsalında  iki rəqib cəbhə formalaşanda və sərhədlərin birdəfəlik müəyyən edilməsi və dəyişdirilməməsi qərara alınanda məlum oldu ki, artıq mübarizə elmi müstəviyə keçir.

Son dünya müharibəsinin faciəvi nəticələri Avrasiyanın xarabalıqları üzərində sərgilənirdi. Bu, cəmiyyətləri müharibə əleyhinə elə bir ovqata kökləmişdi ki, xalq müharibə etmək istəyən hökuməti 1 saat ərzində devirərdi.

Soyuq müharibə ərzində hərbi sənayenin inkişafı davam etsə də, digər sahələrdə də rəqabət şiddətlənmişdi. İqtisadi (sənaye) texnologiyalar, peyk-rabitə sistemləri, nüvə energetikası, elektronika sənayesi sürətlə inkişaf etməyə başlamışdı.

Artıq 2 növ ölkələr əmələ gəlmişdi; sənaye ölkələri və aqrar ölkələr. Başqa sözlə desək- xammal ölkələri və bu xammalı məhsula çevirən ölkələr. Hansı ölkə elmə, təhsilə üstünlük vermişdisə, o ölkələrdə müasir zavod-fabriklər, emal müəssisələri tikilmişdi.

Elmə, texnologiyaya üstünlük verməyən ölkələr isə öz xammalını su qiymətinə onlara satmağa məcbur olurdu. Məsələn, sənaye ölkəsi aqrar ölkədən pambığın kq-i 30 qəpiyə alıb, ondan bir neçə köynək tikir və onun özünə 30 manatdan (100 qatına) satırdı. Ya da, 1 ton metalı 1000 manata alıb ondan avtomobil düzəldir və qaytarıb həmin ölkəyə 15-20 min manata satırdı.

Maraqlıdır ki, dünyanın siyasi, iqtisadi xəritəsinə nəzər salanda aydın görünür ki, ən geridə qalmış ölkələr arasında müsəlman ölkələri əsas yer tutur. 20-ci əsrdə müsəlman ölkələri arasında elmi, mədəni, iqtisadi cəhətlərdən ən inkişaf etmişi keçmiş sosialist respublikaları olan Azərbaycan, Qazaxıstan və Özbəkistan idi ki, bunun da səbəbi onların dünyanın ən böyük elm və texnologiya dövlətinin- Sovet İttifaqın tərkibində olması idi.

SSRİ-nin dünyada elmə və təhsilə ən böyük diqqət verən dövlət olduğunu demək artıq olardı. Bu respublikalardan kənarda isə yalnız İranı, Türkiyəni və İndoneziyanı qeyd etdiyimiz cəhətlərdən nisbətən inkişaf etmiş saymaq olar. Əvəzində keçmiş Sovet respublikaları elmi nailiyyətlərini itirdilər.

Düzdür, bəzi varlı müsəlman ölkələri var, lakin onların da təbii sərvətlərin istismarı nəticəsində varlandığı- mədəni, elmi, texnoloji cəhətdən öz potensialı olmadığı aydındır.

Azərbaycanda Sovet dövründə böyük elmi potensial yaradıldı, nəhəng elm imperiyası formalaşdı- bizdə çoxsaylı elmi-tədqiqat institutları ilə Elmlər Akademiyası fəaliyyət göstərəndə nə Türkiyədə, nə Səudiyyədə, nə də İranda yox idi.

Sözümün canı odur ki, xalqlar, dövlətlər inkişafa ancaq elmin sayəsində nail olurlar, əsk halda Sədiyyə kimi nefti ingilislərə çıxartdırıb milyardlarla pul qazandıqları halda həkimləri və sair mütəxəssisləri xaricdən dəvət edirlər.

Bizdə də, Sovet dövründən sonra elm sürətlə tənəzzül etdi, nəhəng elmi infrastrukturumuz dağıldı, yüzlərlə alimimiz xarici ölkələrə üz tutmağa məcbur oldu, onlarla elmi tədqiqat institutundan, elmi laboratoriyadan ortalığa ciddi bir elmi kəşf, texnoloji ixtira çıxara bilmədik. Bir vaxt tibbi bizdən öyrənən və səhiyyəmizə həsəd aparan ölkələrə indi müalicəyə gedirik.

Bir neçə gün əvvəl daha bir böyük alimimizi itirdik- Budaq Budaqovu. “Sonuncu mogikanlar” bir-birinin ardınca gedirlər, yerinə isə yeni alimlər yetişmir. Budaqlar niyə bar vermir? Budaqlar və bar bir yana qalsın, Elm ağacının kökünü belə qurutmaq üzrəyik.

Bu haqda ciddi düşünməyin vaxtıdır- bəlkə dövlət büdcəsindən elmə ayrılan vəsaitin gülünclüyüdür səbəb, bəlkə sosial-psixoloji səbəblərdir, bəlkə başqa səbəblər var?

P.S Həmin gün bir neçə qohumdan və tanışdan Budaqovun kimliyini soruşdum, çiyinlərini çəkdilər… çünki soruşduğum müğənni yox, alim idi… Biz alimləri niyə sevmirik görəsən?

Elçin Bayramlı

«Gündəlik Teleqraf» qəzeti

2012

Elçin Bayramlı: “Kriptovalyuta çox təhlükəli qlobal planın elementidir”

«Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər. Lakin bu pulun nəzarəti də öz dövlətimizdə olmalıdır. Əks halda istənilən dövləti çökdürə bilərlər»

Son zamanlar bitkoinin qiymətində yüksək artım müşahidə olunur.Belə ki, bitkoinin qiyməti 2019-cu ilin avqust ayından indiyədək olan rekordunu yeniləyib. 10 avqustda kriptovalyuta 12 min 45 dollar təşkil edib.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bitkoin kursunun dəyişməsinin siyasi oyun olduğunu deyib:

“Mən əvvəldən bu kriptovalyutalara qarşıyam. Bunların müxtəlif formaları var. Bu tip valyutalar, arxasında real dövlətlərin, real əmtəənin dayanmadığı, naməlum virtual bir sistemdir. Buna pul da demək olmaz.

Baxmayaraq ki, alınıb- satılır, lakin çox təhlükəlidir. Onun qiymətini süni artıb-azaltmaq mümkündür. Bu qlobal oyundur. Bir neçə il əvvəl onun qiymətini kəskin aşağı saldılar.

Bu kriptovalyutaların məqsədi ölkələri asılı salmaqdır. Yavaş-yavaş beynəlxalq pul sisteminə keçilir. Dövlətin əsas strateji silahlarından biri milli valyutalardı. Dövlətlərin xalqa nəzarətini əlindən almaq üçün bu sistem düşünülüb və tətbiq olunur. O da strateji planda çox təhlükəlidir. Ümumiyyətlə, Azərbaycan bundan uzaq durmalıdır. İmkan verməməliyik ki, Azərbaycanda alış-veriş onunla aparılsın. Bitkoinin qiymətinin artmasına qızılın və ya dolların kursunun dəyişməsinin aidiyyəti yoxdur. Sadəcə, bəzi mərkəzlər tərəfindən qlobal oyun oynanılır. Beləliklə, həm dünya əhalisinə nəzarət imkanları olur, yəni onların maliyyə resurslarını nəzarətdə saxlayırlar, həm də vətəndaşlara nəzarət mexanizmlərini dövlətin əlindən alırlar. O valyutalarla bağlı bizə qarşı da müxtəlif şirkətlər tərəfindən təzyiqlər var. O şirkətlərin də kimlərin və hansı qüvvələrin olduğu bilinir, məqsədləri də məlumdur. Bizim dövlət buna imkan verməməlidir. Yeni texnoloji əsrdə dövlətin özünün elektron pul vahidi ola bilər.

Yəni bu pul milli olmalıdır ki, nəzarəti də öz dövlətimizdə olsun. Əks halda istənilən bir dövləti çökdürə bilərlər. Qlobal güclər kiçik dövlətləri özlərindən asılı salmaq, onlara maliyyə problemləri yaratmaq üçün bu oyundan istifadə edirlər. Ona görə də bu kriptovalyutalara etibar etmək olmaz. İstənilən zaman qoyulan pullar bir maxinasiya əsasında bata bilər və o zaman kimisə təqsirləndirmək mümkün olmaz. Bitkonin arxasında duran real cavabdeh yoxdur. Bitkoin əllə tutulacaq bir şey deyil. İnternetdə hava formasındadır. Ona görə də mən bu kriptovalyutalara qarşıyam. Onun kursunun dəyişməsi də bizi maraqlandırmamalıdır. Xarici valyuta istəyənlər arxasında real dövlətin dayandığı maliyyə vahidini ala bilər. Bu elektron valyuta oyunları elektron qumar kimi bir şeydir”.

Elçin Bayramlı bitkoini təbliğ edən iqtisadçıları da debata çağırıb:

“Qlobal maliyyə mərkəzləri heç bir iqtisadi qanunauyğunluğa baxmadan, tələb-təklif məsələsinə fikir vermədən istədikləri zaman kriptovalyutaların kursunu dəyişirlər. Onlar neftin, qızılın, digər valyutaların da qiymətini istədikləri kimi idarə edirlər. Bunu aşkar şəkildə, heç bir izah vermədən edirlər. 2016-cı ildə dolların süni balaşdırılması nəticəsində manatın da devalvasiyaya məruz qalması ilə biz milyardlarla pul itirdik. O zamanlar neftin də qiyməti əsassız şəkildə aşağı salınmışdı. Təsəvvür edin ki, 200-dək dövlət milyardlarla pul itirir, lakin bu maliyyə mərkəzləri qazanır. Məşhur iqtisadi jurnalın yaydığı məlumatda da göstərilir ki, böyük qlobal korporasiyalar milyardlar qazanıb. Yaxşı, necə olur ki, bu qlobal korporasiyalar heç bir iqtisadi böhrandan təsirlənmirlər, ancaq qazanırlar? Nəticədə isə bizim kimi ölkələr pul itirir. Bu açıq şəkildə yürüdülən qlobal terrordur. Virus da onlardan biridir. Eyni zamanda maliyyə, iqtisadi, siyasi və digər formalı terrorlar gedir. Yəni bütün sahələrdə terror gedir. Bu qlobal maliyyə mərkəzləri istəmir ki, onların nəzarətindən kənarda hər hansı bir maliyyə əməliyyatı olsun. Ona görə də dövlət bununla bağlı tədbirlər görməlidir.

İstəyərdim ki, bizim 50 milyardlıq strateji ehtiyatlarımız xaricdəki fondlardan çıxarılıb, dərhal ölkəyə gətirilsin. Çünki dünya bir tikan üzərindədir. Qlobal vəziyyət gərginləşərsə, bizim pullarımızı verməyə də bilərlər. Bu isə ölkəyə çox böyük təsir imkanı yaradar. Digər tərəfdən, əgər müharibə başlasa, o ehtiyatları bizə verməmək üçün deyə bilərlər ki, müharibə aparırsız, silah alacaqsız. Ona görə də vermirik. Yəni, müxtəlif bəhanələrlə o pulları bizə verməyə bilərlər və nəticədə biz məğlub ola bilərik. Ona görə də, bu pullar ölkəyə gətirilib əsasən qızıla çevrilməlidir. İkincisi, dövlət ölkədə gedən kriptovalyuta əməliyyatlarına nəzarət etməlidir. Çünki bu sistemdə işləyən şəxslər qlobal maliyyə mərkəzlərindən asılı vəziyyətə düşürlər. Onlara təzyiqlər oluna bilər. Qlobal maqnatlar kağız pul kütləsinə nəzarət edə bilmirlər. Lakin elektron valyutaya nəzarət edə bilirlər və istənilən halda blok qoya bilərlər. Xalq da o valyutalara etimad etməməlidir.

Azərbaycanda da qlobal maliyyə mərkəzlərinin sərəncamında olan iqtisadçılar var. Gecə- gündüz blokceyn texnologiyasını və onun üzərində yaradılan kriptovalyutaları tərif edib texnologiyanın inkişafında bir üstünlük kimi təbliğ edirlər. Bu məsələdən yayınmaq üçüdür. Elektron valyuta olacaqsa, o da dövlətin özünün olmalı və onun əli ilə idarə edilməlidir. Hər hansı bir iqtisadçı qaynağı bilinməyən kriptovalyutaları təbliğ edirsə, gəlib mənimlə debata çıxsın. Mən ona konkret suallar verəcəm. Qatant verə bilmədikləri şeyi insanlara məsləhət görməsinlər. Xalqı aldadıb strateji təhlükənin mərkəzinə atmasınlar”.

Əli Bədir

Cebhe.info

“Bizim başqa yolumuz yox idi…”

Elçin Bayramlı: “Əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır”.

Xarici mütəxəssislərin ölkəmizə dəvət edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi?..

“Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir. Bu vəziyyətdə bizim başqa yolumuz yox idi”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssisin ölkəmizə gəlməsini PİA.az-a şərh edərkən bildirib.

Elçin Bayramlı, sosioloq

Xəbər verdiyimiz kimi Türkiyə və Rusiyada koronavirus sahəsində çalışan bir qrup mütəxəssis Azərbaycana gəlib. Türkiyə Respublikasının Səhiyyə Nazirliyinin COVID-19 üzrə elmi heyətinin üzvləri, eləcə də Rusiya və Türkiyədən olan yüksək ixtisaslı həkimlər xüsusi rejimli xəstəxanalarda olacaq, xəstəliyin qarşısının alınması üçün yerli mütəxəssislərlə birgə müalicə və profilaktika sahəsində çalışacaqlar.

Xarici mütəxəssislərin bu işə cəlb edilməsi TƏBİB-in bu işin öhdəsindən gələ bilməməsinin etirafı kimi qəbul edilə bilərmi və xaricdən gələnlərin infeksiyasının geniş yayılmasının qarşısını ala biləcəyinə inanmaq olar? Ümumiyyətlə pandemiya ilə mübarizədə bu addım düzgün addımdır?

Elçin Bayramlı: “Karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil”.

Hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etməyin öyünüləsi iş olmadığını bildirən sosioloq PİA.az-a əlavə edib ki, bu elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir:

“Ümumiyyətlə, hər-hansı bir sahədə hər hansı xarici ölkədən mütəxəssis dəvət etmək öyünüləsi iş deyil. Bu, əskinə, elm və texnologiya sahəsinin ölkəmizdə məhv olduğunun, müxtəlif sahələr üzrə kadrların yoxa çıxdığının göstəricisidir. Hələ, ötən əsrin ortalarında Azərbaycan səhiyyə sistemi, bizim tibb alimlərimiz yoluxucu xəstəliklərə, epidemik virus və bakteriyalara qarşı xeyli sayda vaksinlər və effektiv dərmanlar yaratmaq qüdrətində olub. İndi isə bu sıfır səviyyəsindədir.

TƏBİB-in bu günə qədər elədikləri sadəcə qarmaqarışıq “testlərdən” ibarət idi və bu “testlərdən” əldə olunan nəticənin acınacaqlı olacağı da əvvəlcədən şübhə doğurmurdu. Çünki karantin anlayışı insanları ac şəkildə evdə saxlamaqdan və sonra onları küçəyə buraxmaqdan, sonra yenidən əhalinin yarısının evlərə həbs etməkdən ibarət deyil. Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi. Ona görə də bu vəziyyətdə bizim başqa ölkədən mütəxəssis çağırmaqdan başqa yolumuz yox idi.

Viruslarla mübarizədə effektiv tədbirləri olan, virusologiya, mikrobiologiya elmində güclü bazası olan ölkələrdən mütəxəssislər dəvət etməyə məcbur idik. Amma ölkə seçimində də, optimallığı kənara qoyub başqa meyarlara üstünlük verdik.

“Karantin sistemli və elmi təcrübə əsasında həyata keçirilən fövqəladə vəziyyət rejimidir. Bunu nə Operativ Qərargah, nə də TƏBİB bacara bilmədi”.

Məsələn, Türkiyə bizə qonşu və dost ölkədir, lakin orada mikrobiologiya, virusologiya, bakteriologiya elmi çox zəif səviyyədə olub və onların belə epidemiyalarla öz güclərinə mübarizə ənənələri də yoxdur. Belə yüksək elmlər ancaq fövqəldövlətlərdə olub və zəif ölkələr bu sahələrdə həmişə onlardan asılı olub. Yaxşı olardı ki, bu elmlərdə dünyanın ən güclü ölkələri olan Britaniya, Rusiya, Yaponiya və Çin kimi ölkələrdən xüsusi mütəxəssislər dəvət edilsin.

Hər bir halda, əgər biz özümüzdə müvafiq elmi institutları, maddi texniki bazanı və müvafiq sahədə alim heyətini yoxa çıxarmışıqsa, üstəlik prosesi effektiv idarəetmə qabiliyyəti olan mütəxəssislərə belə malik deyiliksə, onda təbii olaraq ümid xaricdən dəvət edilən mütəxəsissislərə qalır. Ümid edək ki, onlar bu problemin öhdəsindən gələ biləcəklər”.

Nərminə Umudlu

pia.az

Ношение маски: лицемерие или слабоумие? — Воздушный террор

Какова истинная причина добровольного ношения масок? Страх заразиться коронавирусом или желание приспособиться к тотальному контролю? За сколько секунд уровень СО2 под маской достигает критического уровня? Какими словами, кроме матерных, назвать тех кто заставляет носить маски ещё и детей?

Elçin Bayramlı: “Universitetlər Xocasənə yox, digər iri şəhərlərə köçürülməlidir”

“İlk növbədə özəl universitetlər paytaxtdan çıxarılmalıdır”

Məlum olduğu kimi, Bakının Baş Planında ali təhsil müəssisələrinin Xocasənə köçürülməsi planlaşdırılır. Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova bildirib ki, şəhərin mərkəzində olan ali təhsil müəssisələrinin nəqliyyat problemlərinin həlli nəzərə alınaraq bir az kənara köçürülməsi və orada daha yaxşı, böyük şəraitin yaradılması məqsədəuyğundur. Rektor onu da vurğulayıb ki, əgər universitetlər Xocasən gölünün ətrafına köçürülərsə, bu zaman oradan metro xəttinin keçməsi də çox vacibdir.

Qeyd edək ki, Xocasən qəsəbəsinin ərazisində metronun “Xocasən” deposunun inşa edilməsi ilə bağlı da açıqlamalar verilib. Məlumatda sərnişin platforması da olacaq Xocasən” deposunun inşasının 5 il müddətində aparılması nəzərdə tutulduğu bildirilib. Amma ali məktəblərin Bakı ətrafında yerləşən Xocasən qəsəbəsinə köçürülməsi ilə bağlı yanaşmalar birmənalı deyil. Hesab olunur ki, bu köçürülmə paytaxtın sıxlıq problemini həll etməyəcək.

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinin açıqlamasında bildirib ki, paytaxtda yaranmış əhali sıxlığı təcili tədbirlər görülməsini zəruri edir: “Ölkənin iqtisadi inkişafı birtərəfli gedir. Respublika əhalisinin ən azı 50 faizi Bakı və Abşeron yarımadasında cəmləşib. Bakıda sıxlıq artıq kritik vəziyyətə gəlib çatıb. Belə bir vəziyyətdə Xocasəndə təhsil müəssisələrinin yaradılması üçün yüz minlərlə vəsait qoyulacaq. Bu vəsait boşuna sərf ediləcək. Həmin tələbə kontingenti yenə də Bakı və Bakı ətrafında qalacaq. Məsələn, hər gün Əhmədli qəsəbəsində yaşayan tələbə şəhərin bu biri başına universitetə gəlib-gedəcək, avtobuslardan istifadə edəcək. Bu qədər vəsait qoyulursa, mütləq universitetlər regionlara köçürülməlidir. Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Xaçmaz, Şəki, Yevlax, Lənkəran, Naxçıvan kimi iri şəhərlərdə bunun üçün imkan var”.

İqtisadçı deyir ki, ali məktəblərin bölgələrə köçürülməsi regionların inkişafına təkan verə bilər: “Bunun kirayə bazarına, ticarət sahəsinə təsirləri olacaq. Tələbələrin ora köçürülməsi digər sahələrə də təsir edəcək. Yataqxanalar, universitetlərin poliknikaları tikiləcək. Bundan əlavə bu tələbələr üçün də ucuz başa gələcək. Məsələn, əgər tələbə hazırda Bakıda 200-300 manata kirayə qalır, amma regionlarda bu 100 manata, bəlkə də 50 manata başa gələcək. Tələbələr ərzağı da ucuz alacaq, nəqliyyat xərcləri də azalacaq. Bu həm iqtisadi inkişafın regionlar üzrə paylanması, həm tələbələrin mənafeyi baxımdan sərfəlidir. Əks halda, mən qoyulacaq xərci bu başdan batmış hesab edirəm. Doğrudur, şəhərin mərkəzində avtomobil sıxlığı müəyyən qədər azalacaq. Amma tələbələrin heç də hamısı avtomobildən istifadə etmir. Belə davam edərsə, bir neçə ildən sonra 10 milyondan 7-8 milyonu Bakıda olacaq. Azərbaycan paytaxt Bakıdan ibarət bir ölkəyə çeviriləcək”.

Elçin Bayramlıya görə, ilk növbədə özəl universitetlər regionlara köçürülməlidir: “Paytaxtda strateji ali məktəblər qala bilər. Məsələn, Ali Neft Məktəbi, Azərbaycan Tibbi Universiteti, Diplomatiya Akademiyası mütləq Bakıda olmalıdır. Yəni onlar paytaxtla bağlı olan ali məktəblərdir. Məsələn, neft sənayesi Bakıda olduğu üçün Ali Neft Məktəbi paytaxtda olmalıdır”.

Ekspert qeyd edir ki, pedoqoji universitetlərin kiçik rayon mərkəzlərinə aparılması, böyük texnoparkın yerləşməsi və buranın sənaye şəhəri olması nəzərə alınmaqla Texniki Universitetin Sumqayıta köçürülməsi məqsədəuyğundur”.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetinin tələbə sayı 10 000-ə yaxındır. Dövlət Pedaqoji Universitetinin 7000, Dillər Universitetinin  4900, Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 7258 tələbəsi var. Buna özəl ali məktəblərinin tələbələrini də əlavə etsək, bu onminlərlə insan deməkdir. Bir sıra universitetlərin bölgələrə köçürülməsi isə gündəlik olaraq metro və avtobuslarda onminlərlə insanın istifadəsinin azalması, kirayə verilən mənzillərin boşalması deməkdir.

Xatirə Nəsirova

https://cebhe.info/on_minlerle_insani_bakidan_nece_k_ouml_ccedil_uuml_rmek_olar-177811?fbclid=IwAR13gV_NkrwzDo6TEyY0uBJLQOKz9IfLrsI8qksRo8itfOZuJyo17ShUmP4

1 əsrin səs xəzinəsi: Şərqin ilk radiosu

93 yaşlı Ana radiomuz xalqımızın mədəniyyət məbədidir

“Danışan qutu”nun kəşfi insanlığın yeni eraya qədəm qoymasına səbəb oldu. Artıq uzaq məsafədən danışılanı eşitmək, xəbərlər almaq, əlaqə saxlamaq mümkün oldu.

93 yaşın mübarək Azərbaycan Radosu

Radionun yaradıcısı rus mühəndisi Aleksandr Popov 1895-ci ildə elektromaqnit dalğalarını kəşf etmiş və onun ixtirası dərhal təcrübədə sınaqdan keçirilmişdi. Radiotexnikanın inkişafından sonra dünyanın siyasi mərkəzlərində bir-birinin ardınca radiostansiyalar fəaliyyətə başladı. 1922-ci ildə Moskvada Sovet İttifaqının ilk radiostansiyası fəaliyyətə başladı. Bundan cəmi 4 il sonra isə Bakıda bütün müsəlman şərqinin ilk radiosu efirə çıxdı.
1926-cı il noyabrın 5-də “Bakinski raboçi” qəzeti oxucularına xəbər verirdi ki, paytaxtın bütün meydanlarında və klublarda səsucaldan qoyulub və sabah Bakıda radiostansiya işə başlayacaq. Noyabrın 6-da artıq SSRİ-nin ən böyük şəhərlərindən birinə çevrilmiş Bakının iri küçə və meydanlarında quraşdırılmış radiocihazlar xışıldayaraq dilə gəldi. Azərbaycan və rus dillərində qırıq-qırıq “Danışır Bakı stansiyası!” sözləri eşidildi. Bununla da Azərbaycan mətbuatında, mədəniyyətində və texnologiyasında yeni bir eranın əsası qoyuldu.
İlk verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak edirdilər. Bədii və musiqili verilişlərin müəllifləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Səməd Vurğun, Hüseynqulu Sarabski, Bülbül, Mustafa Mərdanov və başqaları idi.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik Institutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Universitetinin hüquq-iqtisad fakültəsinin tələbəsi Raya Imanzadə olurlar.
Sonrakı dövrdə Ənvər Həsənov, Hüseyn Natiq (Böyük Vətən müharibəsində həlak olmuşdur), Səməd Səmədov, Əsgər Mövsümzadə, Leyla Terequlova, Soltan Nəcəfov, Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev, Məryəm Xudaverdiyeva, Həyat Musayeva, Yelena Orbeliani, Nina Petrova, Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
1929-cu ilin oktyabrında məşhur bəstəkar Müslüm Maqomayev Bakı radiosunun musiqi rəhbəri təyin olundu. Azərbaycan radiosunun verilişləri onun bəstələdiyi «RV-8» radio marşı ilə açılırdı.
1932-ci ildə Müslim Maqomayev Üzeyir Hacıbəyovla birlikdə Radio Komitəsində ilk notlu Şərq alətləri orkestrinin yaradılmasına nail oldu.
Görkəmli nasir və şairlərimizin, bəstəkarlarımızın sənət əsərlərinin radiodan səsləndirilməsi ədəbi dilin inkişaf etməsinə, milli mədəniyyət və ədəbiyyatımızın təbliğinə xidmət edirdi.
1931-ci ildə Azərbaycan radiosunda Mustafa Mərdanovun rejissorluq etdiyi «Radioteatr» yaradıldı. Həmin ilin dekabrında Hüseyn Cavidin «Şeyx Sənan» pyesi ilk dəfə radioda səsləndirildi. Daha sonra A.S.Puşkinin «Boris Qodunov», C.Məmmədquluzadənin «Ölülər», C.Cabbarlının «Sevil», V.Şekspirin «Hamlet», M.F.Axundovun «Hacı Qara», Ə.Haqverdiyevin «Dağılan tifaq» pyesləri dinləyicilərə təqdim edildi. İlk radio tamaşaları birbaşa efirə çıxarılırdı. Azərbaycan teatr sənətinin və ədəbiyyatının radioya uyğunlaşdırılması böyük kütlələrin daha çox ədəbi əsərlərlə tanışlığına səbəb oldu. Radiotamaşalar, radiohekayələr, radioromanlar dinləyicilərin maraqla gözlədiyi verilişlər idi.

Radionun 93 yaşı mərasimindən foto

1950-ci ildə türk və fars redaksiyalarının əsasında Xarici verilişlər baş redaksiyası yaradıldı. Sonralar daha bir neçə xarici dildə də (cəmi 8 dildə) proqramlar yayımlanmağa başladı.
1964-cü il oktyabrın 15-də Azərbaycan radiosunun 2-ci kanalı- «Araz» xəbərlər və musiqi proqramı ilk dəfə efirə çıxdı. «Araz» radiosunun yaranmasında və fəaliyyətində Teymur Əliyev, Ənvər Əlibəyli, Sabir Axundov, Soltan Nəcəfov, Kamil Məmmədov, Hacı Hacıyev, Aydın Qaradağlı, Valid Sənani, Yalçın Əlizadə, Ilyas Adıgözəlov, Hidayət Səfərli və başqaları böyük rol oynadılar.
1998-ci ildə “Araz” radiokanalı bağlandı. Yeri gəlmişkən, bir neçə il əvvəl bu adda yeni bir özəl radio açılıb və maraqlı verilişləri ilə dinləyicilərin rəğbətini qazanıb.
Azərbaycan Radiosunun «Sabahınız xeyir», «Axşam görüşləri», «Bulaq», “Vətən”, «Natəvan» qızlar klubu, «Lirika dəftərindən», «Muğam saatı», «Arzu» musiqi poçtu, «Yazıçı və zaman», «Mahnı şəhəri gəzir», «Teatr mikrofon qarşısında», «Ana dili», «Körpü», Ovqat, «Elin sazı, elin sözü», «Açıq-aşkar», «Xudafərin», «Sözün düzü», «Baxış bucağı», «Dünya», «Pillə», «Çevrə», «Radio-atmaca», «Molla Nəsrəddin», «Yol», «Yuva», «Vaxt», «Dan yeri» kimi dinləyicilərin ruhunu oxşayan verilişlər radiotariximizə əbədi həkk olunub, onların bəziləri fəaliyyətini çoxdan dayandırsa da, hələ də yaddaşlarda yaşayır. Hətta, bəzi şərq ölkələrində belə onları lentə yazıb indiyədək öz arxivində saxlayan sadiq dinləyicilər var.
Radionun xalqımızın ürəyinə yol tapmış ənənəvi verilişləri arasında dünya efir məkanın ən yaşlı verilişlərindən biri olan, bu günlərdə 50 yaşı tamam olan “Bulaq” verilişinin xüsusi yeri var. “Bulaq” xalqımızın folklor xəzinəsi, ədəbi çeşməsi, mədəni irsininin daşıyıcısı, ana dilimizin, el dilimizin yaşadıcısıdır. 1969-cü ilin noyabrından efirə çıxan «Bulaq» verilişinin araya ərsəyə gəlməsində və yaşadılmasında xidmətləri olan Cəmil Əlibəyov, Mövlud Süleymanlı, Məhluqə Sadıqova, Səməndər Rzayev, Vaqif Əlixanlı, Məmməd Aslan, Abbas Abdulla, Rəfael Hüseynov, Məhərrəm Qasımlı, Ağalar Mirzə, Mailə Muradxanlı,  Rasim Balayev, Mikayıl Mirzə, Kamil Vəli, Səidə Quliyeva və digərlərini hörmətlə yad etmək lazımdır. Hazırda «Bulağ»ın saylarını xalq çeşməsindən su içmiş Tahir Talıblı və Əhməd Oğuz qələmə alır.
1993-cü ildən radioda çalışan, hazırda Azərbaycan Dövlət Televiziya və Radiosunun «Xalq yaradıcılığı» redaksiyasının baş redaktoru kimi fəaliyyət göstərən tanınmış şair, yazıçı və tədqiqatçı Tahir Talıblının həm “Bulağ”ın həm də bir sıra digər verilişlərin yüksək səviyyədə hazırlanmasında böyük əməyini qeyd etmək lazımdır. 15 ildən çoxdur ki, “Bulaq” verilişinin ssnerarilərini yazan Tahir müəllimin xalqımızın folklorunun yaşadılmasında və gənc nəsillərə çatdırılmasında böyük xidmətləri var. Onun rəhbərlik etdiyi redaksiyanın hazırladığı «Bulaq», «Gündoğandan günabatana», «Yazıya pozu yoxmuş», «Xeyrə qənşər», «Aşıq gördüyün çağırar» ,»Yerin-yıırdun adın andım», «İlmə», «Şirvan nəfəsi», «Divani saz-söz moclisi», «Dastan saatı», «Qərib axşamlar», «Şirvan şikəstəsi», «Tərəkəmə» folklor rəqs toplusu, «Yurd yeri», «Soyumuz-soykökümüz», “İrəvan Cuxuru” kimi verilişlər yarandığı gündən dinləyicilərin diqqət və marağını qazanıb.
“Bulağ”ın hazrlanmasında son 15 ildə Milli Tele-Radiomuzda və “Azərbaycantelefilm” də redaktor və baş redaktor kimi fəaliyyət göstərmiş tanınmış yazıçı-publisist, etnoqraf, ssenarist Ənvər Çingizoğlunun da böyük zəhmətini qeyd etmək lazımdır. Onun tədqiqatları əsasında hazırlanan verilişlərin xüsusi dinləyici auditoriyası var. Azərbaycan xalqının, eyni zamanda türk xalqlarının etnogenezi, etnologiyası, etnoqrafiyası, folkloru, tarixşünaslığın aktual problemləri və s. istiqamətlərdə maraqlı tədqiqatlar və ssenarilərlə radiodinləyicilərin rəğbətini qazanan Ənvər Çingizoğlu 100-dək kitabın və 300-ə qədər müxtəlif məzmunlu elmi məqalələrin, onlarla televiziya və radio verilişlərinin ssenari müəllifidir.

“Bulaq”ın hazırki aparıcıları respublikanın xalq artisti Səidə Quliyeva və Səməd Hətəmov verilişin ənənələrinə sadıq qalmaqla yanaşı, özünün yeni, müasir interpretasiyaları ilə onu dinləyicilərə daha da sevdirir.

Radionun əməkdaşı Savalan Talıblının hazırladığı verilişlər, verilişə gətirdiyi yeniliklər dinləyicilərin ürəyindən xəbər verir. Verilişə dəvət olunan qonaqlar, qoyulan mövzular, səslənən mahnılar, şeirlər və sair folklor nümunələri xalqımızın mədəni xəzinəsinin nə qədər zəngin olduğunu ortaya qoyur.

Savalan hazırladığı verilişlərin audio və videoyazısını internet məkanında yerləşdirir, bununla da bütün dünyadan olan dinləyiciləri istədiyi vaxt “Bulaq”la yanaşı radionun digər verilişlərini rahatlıqla dinləmələrinə şərait yaradır.

Radionun bütün digər verilişləri və çox dəyərlidir, sadəcə burada hamısından ətraflı danışmaq mümkün deyil, sadəcə, xalqımızın yarım əsrlik yaddaşına şahid olan bir verilişi misal çəkdik.
Azərbaycan radiosu həm də xalqımızın 1 əsrlik canlı audioarxividir. Burda txminən 1 əsrlik səs yazıları saxlanır. Tez-tez ana radiomuzun efirində ötən əsrin müxtəlif dövrlərinə aid verilişlər təkrar yayımlanır və çox böyük maraqla dinlənir. Bu radiokanalda Azərbaycan və dünya musiqisinin şedevrlərini dinləyə biərsiniz, ara müğənnilərinə burda yer yoxdur. Bir sözlə Azərbaycan radiosunu özünə, mədəni zövqünə, incəsənətə hörmət edənlərin radiosu saymaq olar.
Maraqlıdır ki, əvvəllər radioya qulaq asmaq üçün yalnız bir vasitə var idi- radioqəbuiledici, dinləyici isə bol idi. İndi isə, radio dinləmək üçün vasitələr çoxdur, amma dinləyici azdır. Televiziya və internet insanları daha çox cəlb edir. Lakin radionun (bu sətirlərin müəllifinin də arasında olduğu) öz sadiq auditoriyası var və onlar üçün bunu heç nə əvəz eləmir.
Təəssüflə qeyd etmək lazımdır ki, gənc nəsil arasında ana radiomuzu dinləyənlərin sayı getdikcə azalır. Gənclərin çoxu fasiləsiz olaraq hay-küylü musiqilər verən özəl radioları dinləyirlər. Son illər internet radioların da sayı çoxalır. Bu stansiyalar bütün günü ancaq musiqi və hərdən də bir neçə dəqiqəlik xəbər buraxılışı verirlər. Nə vaxt açırsan, ya rep gedir, ya bədbin türk mahnıları, ya da meyxana filan. Bayağı mövzular, mənasiz söhbətlər, efirə yaraşmayan əcaib səslər… Özəl teleradiolarda vəziyyət elə həddə gəlib ki, Milli Teleradio Şurasının sədri Nuşurəvan Məhərrəmli Azərbaycan radiosunun 93 illiyinə həsr olunmuş bayram mərasimində belə bu problemləri qeyd etdi.
Azərbaycan radiosu isə bütün sahələrdə sanballı proqramlar hazırlayır. Xalq mahnıları, muğamlar, saz havaları, tarixi, mədəni, ədəbi verilişlər xüsusilə maraqla dinlənilir. Bu radioda yerli və əcnəbi müəlliflərin radiopyeslərini, radiohekayələrini, hətta romanlarını da dinləyə bilirik. Üstəlik, uşaq verilişləri, radionağıllar azyaşlılar üçün çox faydalı və maraqlıdır.

Hazırda milli radiomuza dövlət başçısının 2015-ci il 5 may tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini təyin olunan əməkdar jurnalist Rəşad Nəsirov rəhbərlik edir. Yaşı çox olmasa da, televiziya və radioda böyük təcrübəyə malik olan bu gənc jurnalistin radioya gətirdiyi yeni nəfəs köhnə ənənələrə xələl gətirməyib, əksinə, ana radiomuzu o ənənələr üzərində müasir texnologiyanın imkanlarından yararlanmaqla daha da peşəkarlaşdırır və yeni dövrə uğurla aparır. Yeni rəhbərin radioada yaratdığı mühit kollektivin daha da əzmlə və ürəklə işləmələrini stimullaşdırır. İşçilərin dediyinə görə, o özünü radionun rəhbəri kimi yox, adi əməkdaşı kimi aparır. Əlbəttə, belə səmimi və yaradıcı mühitdən gözəl işlər gözləmək olar.
Radionun verilişləri və onun arxivi bizim tarixi mədəni sərvətimizdir, onu qorumalı, yaşatmalı, təbliğ etməliyik. Radioda səsləndirilmiş mahnılar, pyeslər, hekayələr, romanlar, nağıllar və sair əsərlər xalqımızın qızıl səs fonduna daxildir, orta və yaşlı nəslə bu janr yaxşı tanışdır, amma gənc nəslə də onu çatdırmalıyıq. Çünki o radiomaterilallarda humanizm, zəhmətkeşlik, vicdanlılıq, elmkeşlik, milli-mənəvi irsimizə hörmət kimi gözəl xüsusiyyətlər təbliğ olunur.
Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin yeni təyin olunmuş sədri Rövşən Məmmədov gənc də olsa ana televiziyamızın və radiomuzun 93 illik tarxinə və ənənəsinə yaxşı bələd olan, bu böyük mədəniyyət məbədinin bu ənələlər üzərində inkişafına çalışan perspektivli kadr olduğunu sübut edib. Onun rəhbərliyə başladığı qısa müddət ərzində milli televiziyamız və radiomuz daha maraqlı və rəngarəng olub.

Azərbaycan radiosunu uzun və orta dalğada, həmçinin internet vasitəsilə dünyanın hər yerində dinləmək olur. Səslər dünyasının tarixində bizim də imzamız var. Bu möhtəşəm imzanın arxasında qiymətli audiosənədlər arxivi XX əsrin 100 mindən artıq səs yasısı.
Xalqımızın mədəniyyət məbədlərindən biri olan Azərbaycan radiosunun dünyasını dəyişmiş bütün yaradıcılarının, işçilərinin ruhu şad olsun.
Teleradiomuzun hazırkı kollektivinə isə başda başda Rövşən Məmmədov olmaqla öz müqəddəs missiyasında böyük uğurlar arzulayram.

Bayramın mübarək, Ana!

Elçin Bayramlı

Müstəqil jurnalist, sosioloq

Gizlədilmiş, saxtalaşdırılmış…və yazılmamış tarix

Yazı araşdrımaçı-jurnalist Elçin Bayramlının Babək və Hürrəmilər hərəkatı haqda monoqrafyasının əsasında qısa formada hazırlanıb

Qədim dinin son peyğəmbəri, tarixin ilk sosial dövlətinn banisi, bəşər tarixinin ən görkəmli sərkərdələrindən biri  adlandırılan Babək və hürrəmiliyin ideoloji bazasında aparılmış möhtəşəm qəhrəmanlıq epoxası haqda gerçəklər və ya şər-böhtan imperiyasının nökərlərinə cavab (ixtisarla)

“Islam dövrlərində əsərlər yazan ərəb və  fars  tarixçiləri  bəzi  hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna  görə də, bu hərəkatlara başçılıq edənləri bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm  adını, əziz xatirəsini çirkin töhmət və iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. Məşhur İran şərqşünası Səid Nəfisi

Tariximizin ləkələnməsinə cəhd edilən şərəfli dövrü

Azərbaycan tarixində ən şərəfli dövrlərdən olan Hürrəmilər Hərəkatı (VIII-IX əsrlər) və hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838)  vaxtı yaradılan Hürrəmi dövləti haqda bizə gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur. Bu tarixçilər də xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz.

Ərəb işğalından sonra Babək və hürrəmilik haqda olan-qalan mənbələr də məhv edilib  və məhz bu üzdən indi əlimizdəki mənbələrin çoxu xəlifə sarayının saxtakar tarixçilərinin yazdığı cəfəngiyyatlardır.  Bu şəraitdən istifadə edən bəzi qüvvələr uzun zamandan bəridir ki, tarixdə öz möhtəşəm izini qoyan bu hərəkatı və onun başçısını ləkəməyə çalışırlar.

Müasir dövrümüzdə isə bəzi islam dövlətlərindən dəstəklənən və idarə edilən “araşdırmaçılar” bu missiyanı davam etdirmək üçün fərqli metodlara əl atırlar. Gah hürrəmiliyin təktanrıçılığa zidd olduğunu, gah bu ideologiyanın əxlaqsızlığa söykəndiyini iddia edirlər. Lakin görəndə ki belə cəfəngiyyatlarla bu xalqın gen yaddaşından Babək sevgisini silə bilməyəcəklər, o zaman başqa taktikaya keçdilər. İndi də Babəkin fars olduğu, Sasani dövlətini ərəblərdən qurtarmaq üçün çalışdığı iddia olunur.

Siyasi islam, təriqətçilik ixrac etməklə məşğul olan dövlətlərin ideoloji institutları isə daha fərqli metodlardan istifadə edirlər. Fanatik dindarlar gerçəkləri inkar etmənin fayda vermədiyini, ortada aşkar faktlar olduğunu anlayandan sonra Babəkin müsəlman olduğunu, xilafətin siyasəti ilə razılaşmadığından mübarizəyə qalxdığını iddia etməyə başladılar.

Bu yalan iddialarla beyni silahlandırılmış zombilər bəzi tarixi mənbələri istədikləri kimi şərh edərək mediada ağlasığmaz məqalələrlə çıxış edirlər. Düşünürük ki, bu biabırçılığa son qoymağın vaxtı gəlib çatıb. Məhz bu üzdən bizim məqsədimiz əlimizdə olan tarixi faktlar və məntiqi dəlillərlə əsil gerçəkləri ortaya qoymaqdır.

Azərbaycana ərəb təcavüzünün real nəticələri

VII əsrdə semit mənşəli xalqların sosial-mənəvi səviyyəsinə uyğun olan yeni dinin yaranması yarımvəhşi ərəb qəbilələrinin islam ideologiyası ətrafında Ərəb Xilafətində birləşməsinə gətirib çıxardı. Ərəb-islam dövləti VII əsrin ortalarına yaxın hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı.

Xüsusilə də, əsas hədəf bir zamanlar səhrəya qovulmuş vəhşi qəbilələrin minillik arzusu olan şimal-şərq və şimal-qərb istiqamətində yerləşən məhsuldar və zəngin təbiətli torpaqlar idi. Bu torpaqlarda müxtəlif xalqlar sülh şəraitində mehriban yaşayırdılar.

Azərbaycan xalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də etiraf ediblər.  İbn ən-Nədim yazır: “Hürrəmilərin dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu bilmirdilər”.

Azərbaycanın əksər ərazilərini qılınc gücünə işğal edən, on minlərlə yerli sakini amansızlıqla qətlə yetirən ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə, mədəniyyətinə və yaşayış tərzinə kobud müdaxilə edir, öz dillərini, mədəniyyətlərini, milli adətlərini və dini ideologiyalarını zorla qəbul etdirmək üçün bütün vasitələrdən istifadə edirdilər.

Azərbaycan xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristianlara (məs. ermənilərə) peşkəş olunurdu. Bundan əlavə, bütün dini-fəlsəfi, elmi kitablar “Quranda yoxdursa küfrdür” iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri Xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür, milli sərvətlər (həmçinin əhalinin mal-mülkü) qarət olunur, islamı qəbul etməyən əhali üzərinə ağır vergilər qoyulurdu.

Görkəmli tarixçi akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində dövrün tarixçilərinə istinadən yazır: “…Ərəblər yerli əhalini sürətlə müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”.

Orta əsr mənbələrdə qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini “qeyri-kitab əhli” (?) və ya “kafir” (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüştlüyün) ən qədim müqəddəs kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür vasitə ilə zor işlədirdilər.

Halbuki, “Zərdüştün müvəhhid və təkallahlı olmasını Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (İsmayıl Şəms, “Avesta”). 

Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara kitab və peyğəmbər göndərilmişdir”.

Beləliklə, məlum olur ki islam dinini əldə bayraq edən vəhşi səhra ərəbləri heç bir mədəniyyət yüksəkliyinə, heç bir təktanrıçılıq dininə əhəmiyyət vermədən yalnız öz ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torlaqları işğal etmək  üçün yüz minlərlə insanımızı öldürmüş, ölkəmizi xaraba qoymuşlar.

“Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır” (Əsərləri İİ cild. Bakı 1961, səh 137)

Hürrəmi ideologiyasının təşəkkülü və qədim dinin bərpası

Ərəb işğalından çox minillər qabaq Azərbaycan bəşər tarixində ilk təktanrılı dinin mərkəzi sayılırdı. Bu torpaqlarda dünyanın ən qədim məbədləri tikilmiş, 10 min ilə yaxın tarixi olan dinin müqəddəs kitabı- Avesta dünyaya buradan yayılmış, Zərdüşt peyğəmbər Tanrı tərəfindən bu torpağa göndərilmiş, zərdüştlüyün kahinləri- müqəddəs maqlar (muğlar) burada yaşamışlar.

Lakin tarixin sonrakı dövrlərində məlum proseslər və xüsusilə də Makedoniyalı İsgəndərin yürüşü zamanı bu dinə qarşı total təcavüz həyata keçirilmiş, maqların böyük əksəriyyəti öldürülmüş, Avestanın əldə olan bir nüxsəsi yandırılmış, digər nüsxəsi isə İsgəndər tərəfindən Yunanıstana aparılmışdı.  

Sonralar antik mütəfəkkirlərin və müasir böyük alimlərin də etiraf etdiyi kimi, Avestanın yunan-Roma mədəniyyətinə böyük təsiri olmuş, hətta bu mədəniyyətlərin onun güclü təsiri altında formalaşmasına səbəb olmuşdu.

Hürrəmi ideologiyası zərdlüştlük, həmçinin bu dinin zəifləməsindən sonra onun bazasında yaranan maniçilik və məzdəkizmin ehkamları üzərində qurularaq, həm maddi dünyada, həm də insanın daxilində qaranlıq və işıq, xeyir və şər timsalında iki qüvvə arasında mübarizə getdiyini və bu qüvvələrin Tanrının iki müxtəlif enerjisi olduğunu iddia edirdi. Onlar Uca Tanrının insanabənzər formalı Ali Şəxsiyyət kimi əbədi mövcudluğuna inanırdılar.

Bu haqda görkəmli tarixçi, akademik Ziya Bünyadov ərəb tarixçilərinə istinadən yazır: “Birincisi, o özünün Babək adını bərpa etdi, ikincisi, Tanrının insan surətində təcəssüm nəzəriyyəsini elan etdi, üçüncüsü, ruhun bir bədəndən başqa bədənə köçməsinə inanırdı, dördüncüsü, bu əqidədə idi ki, Şirvinin qeyb olan ruhu çox sonralar qayıdacaqdır”.

Vaişnavizmdə Krişnanın, Zərdüştlükdə Hörmüzün, Xristianlıqda İsanın, islamda Sahib-əz-zaman Mehdinin… yer üzünə enərək ədaləti bərpa edəcəyinə güclü inam var. Hürrəmilər də Tanrının nə vaxtsa “Ağ atlı oğlan” kimi yerdə təcəssüm edib, bütün yer üzünün insanlarını zülümdən xilas edəcəyinə, bütün insanların bərabər şərtlərdə yaşadığı ədalətli cəmiyyət qurulacağına inanırdılar. Onlar “Uca Şirvinin ruhu, səni gözləyirik!” dedikdə, məhz bu inama söykənirdilər.

Dövrün tədqiqatçısı, dünya şöhrətli alim V.Myur Xilafət haqqında yazdığı sanballı əsərində deyir ki, “Babəkin qəribə bir dini var idi; bu din yaxından tanıdığın adamla evlənməyi, ruhun köçməsi (reinkarnasiya)  fikrini və Şərq mistikasının digər prinsiplərini təbliğ edirdi”.

Bu haqda ərəb tarixçilərinin fikirləri də yekdildir;- “Bu kafirlər ruhun bədəndən-bədənə keçməsinə inanır, movlanələrinə ilahi varlıq kimi baxırlar”- (Təbəri), “Onlar ruhların bədəndən-bədənə köçməyinə inanırdılar… Babək atəşpərəstliyi yenidən bərpa etmək istəyirdi”- (Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi “Mirat-əl-cünan və ibrət-əl-yəqzan”).

“Hürrəm” sözünün mənası haqqında bir çox tarixçilər fərqli versiyalar irəli sürmüşlər. “Xürrəm” sözü hər bir azərbaycanlının anlayışında “şadlıq” və ya “sevinc”  mənasını daşıyır (məs. «şad-xürrəm”). İbn Xəldun “hürrəm” sözü haqqında belə yazır; “Cavidan” sözü “əbədi”, “hürrəm” isə “sevinc” deməkdir, onlar atəşpərəst idilər”.

Dilimizdə bu gün də yaşayan sözlər: çağırış mənasını daşıyan “haray”, “hurrey” (rus dilinə “ura” kimi keçmiş) və  “şadlıq bəxş edən” mənasını daşıyan “ramin”,”rəmiş”, “bayram” və s. sözlər, “hürrəm” sözünün iki kökdən –“xür”-“hür” və “rəm”-“ram” sözlərindən ibarət olduğunu göstərir.

Bildiyimiz kimi, həm Ramayanada, həm də Avestada, Tanrının “Ram”, “Rama”, “Ramana” adlarına rast gəlinir. Bunları nəzərə alsaq, onda belə bir fikir irəli sürmək olar ki, “hürrəm” sözü “Tanrını haraylayanlar”, “Onu mədh edənlər” deməkdir.

Babəkin şəxsiyyəti: peyğəmbər, hökmdar, sərkərdə…

Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş. Lakin, bir çox təqdiqatçılar öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub, ən yaxşı halda  ərəb dilinə uyğunlaşdırılıb.  Əslində, onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu sözə 5 min ildən çox tarixi olan Dədə Qorqudda da çox rast gəlinir (məs. sağsanmı-əsənsənmi?, əhsən-alqış və s.)

Əsənin atası və anası haqda ərəb tarixçilərinin yazdıqları isə saxta bir nağıldan başqa bir şey deyildir. Bu nağılda mümkün qədər onun ailəsinin əxlaqsız, pozgun olduğunu xalqın beyninə yeritmək istəyiblər. Lakin mənəvi-əxlaqi dəyərlərə böyük əhəmiyyət verən bir xalq- milyonlarla insan mənəviyyatsız ailədən çıxmış birinin ətrafında birləşməzdi, ümumiyyətlə onu rəhbər, mənəvi ustad kimi qəbul etməzdilər.

Babəkin uşaqlıq çağının bir mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə yazır: «Bir dəfə Babək evə gec gəlir. Bundan narahat olan anası onu axtarmağa gedir və oğlunu otardığı inəklərin arasında yatmış halda tapır. Anası onun bədənindəki tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanduqdan sonra qan rəngini dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər üçün gəlib və onun taleyində çox qanlar axacaq«.

Qeyd etmək yerinə düşər ki, elmdə “stiqmat” adlanan bu hal bir çox yüksək ruhaniliyə malik insanlarda özünü büruzə verir, məsələn, bəzi xristianlarda bədənlərinin İsanın çarmıxa çəkildiyi yerlərindən qan çıxır.

Babək sözü isə məlum olduğu kimi, ad yox, ən yüksək titul idi. Babək sözünün etimologiyası haqda müxtəlif versiyalar irəli sürülüb. Biz isə daha bir inandırıcı izah irəli sürmək istərdik. Qədim türkcədə “Bağ” sözünün Tanrı anlamında, “Bay” sözünün isə seçilmiş, şəxsiyyət anlamında işləndiyi sirr deyil. Qısaca olaraq deyək ki, Bağbay, yaxud Baybağ adı hər iki formada Uca Tanrının seçilmiş fədaisi mənasını verir.

İngilis alimi C.Sell Hürrəmi ideologiyası və dini haqqında belə deyir: “Hicri 201-ci ildə (816/817-ci il) Babək özünü peyğəmbər elan etdi”. Mütəhhər ibn-Tahir Müqəddəsi isə yazır: “Sənəvilər Dehsanoğlu, Şakiroğlu, Ovcaoğlu, Babək Hürrəmi və başqalarının peyğəmbərliyinə inanırdılar. Onların fikrincə, yer üzü heç vaxt peyğəmbərsiz olmayacaqdır”.

Yeri gəlmişkən, Babəkin doğulduğu yer, Bəzzin yerləşdiyi dağlıq ərazi Savalan dağı yaxınlığındadır, “Savalan” sözünün leksik mənası isə fikrimizcə, “müqəddəs odlar yurdu” mənasına gəlir. “Sav”- qədim dilimizdə müqəddəs, “al”- od, alov, “an” isə yurd, məkan deməkdir.

Hürrəmilərin başçı seçdikləri şəxs öncə ustadın yanında elmi-dini təlimlərə, başçılıq qabiliyyətinə yiyələnmiş olmalı idi. Çünki, həmin şəxs həm ruhani ustad, həm də dünyəvi idarəetmədə başçı olmalı idi.

«Babək Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və məzdəkiliklə bağlı qayda-qanunların bərpasına can atmışdı»- Akademik Ziya Bünyadov.

Bir əsrdən artıq davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı, Ali şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları olub.

Babək Hürrrəmi sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında- Babəkin Bəzz şəhərindəki sarayında isə, Rum İmperatorluğunun səfiri yaşayırdı.

Tarixin ilk sosialist dövləti və Cavidanın öncəgörmələri

Babəkin öz mənəvi ustadının arvadı ilə evlənməsi də ərəb saray tarixçilərinin cəfəngiyyatlardan biridir. O, öz ustadının həyat yoldaşını saraydan atacaq qədər qəddar olmadığından, ümumiyyətlə bu hərəkəti xalqın qəbul etməyəcəyi aydın məsələ olduğundan  onun el anası kimi sarayda yaşamasına imkan yaratmış və böyük hörmətlə yanaşmışdı. Çünki həm hürrəmilikdə ustadın arvadı ana sayılır, həm də Cavidanın vaxtında o Babəkə ana əvəzi olmuşdu.

Yeri gəlmişkən, Cavidanın öz ölümünün vaxtını bilməsi, reinkarnasiyaya inamı və gələcək hadisələri qabaqcadan görməsi də həddən artıq maraqlı məsələlərdəndir. «Hürrəmilərə xəbər ver- bilirəm ki, bu gecə öləcəyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Zərdüştün təlimini bərpa edəcək, sizin aranızdakı ən zəiflər iftixar, alçaldılmışlar yüksəliş tapacaq«.

Həqiqətən də Cavidanın dediyi kimi oldu. Babək bəşər tarixində bərabərlik ideyalarının ilk carçısı, özünün hakimiyyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı bir cəmiyyət quruluşunu, sosial ədalətə söykənən dövlət sistemini ərəblər anlamadığından “hürrəmilərdə arvadlar da ümumidir” deyə böhtan yazırdılar. (Tam da XX əsrin 20-ci illərində Sovet hakimiyyəti qurularkən “arvadları kolxoz edəcəklər, kişinin arvadına ixtiyarı çatmayacaq, çünki Şura hökumətində qadınlar da ümumidir” kimi xəstə düşüncələr kimi).

Bu iftira ilə bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil«.

Hələ 12 əsr öncə Babək “qardaşlıq və bərabərlik” şüarları ilə Şura hakimiyyətini yaratmışdı və məhz buna görə xalq öz vətəni uğrunda son damla qanınadək döyüşürdü. Sovet xalqı Böyük Vətən Müharibəsində necə döyüşürdüsə, eləcə. Təəssüf ki, tarixin ilk sosialist dövləti yaxşı silahlanmış və sayca dəfələrlə çox olan bədəvi ərəb sürüləri qarşısında sonadək davam gətirə bilmədi- düşmən xeyli çox idi.

Babəkin missiyası və dünyanın ilk qırmızı bayrağı

Babək sevgisi 12 əsrdir bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il Babək Hürrəminin ad günündə on minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyarət edir, böyük şəxsiyyətimizin əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda yaşadı.

Bu bayrağı qəhrəman Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi dalğalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı, 1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin bayrağı kimi qəbul olundu.

Maraqlı məsələlərdən biri odur ki, AXC-in ilk bayrağı Babəkin, Hürrəmi dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və səkkizguşəli ulduz.

Azərbaycan Sovet Sosialist Respublikasının da ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol güncdə aypara və beşguşəli ulduz. ASSR-in sonrakı bayrağı da buna oxşar idi, yalnız ayparani zəhmətin, bərəkətin rəmzi olan oraq-çəkic əvəz etmişdi.

Xalqımızın qəlbində Azərbaycanda müstəqil dövlət yaradan, ölkədə siyasi-inzibati və sosial-iqtisadi islahatlar həyata keçirən, 100 minlik ordu yaradaraq 22 il ərzində dünyanın ən güclü imperiyasının 6 böyük ordusunu darmadağın edən, xalqın bərabərlik və ümumi mülkiyyət hüquqlarını tətbiq edən dünya tarixində ən böyük şəxsiyyət yaşayır.

Bu Babəkdir- Peyğəmbər, qüdrətli strateq, ağıllı dövlət başçısı, böyük xilaskar, qəhrəman sərkərdə… kimi yüksə titulların hər birinə layiq olan adam…

N Ə T I C Ə L Ə R

  1. “Babək və hürrəmilər islama qarşı döyüşməyib” fikri yalandır, tarixi mənbələr və məntiqi dəlillər göstərir ki, onlar məhz əldə qılınc gələn yadelli ərəblərə və islama qarşı döyüşüb, öz qədim dinlərini- zərdüştlüyü bərpa etmək istəyiblər.
  2. İslamın Azərbaycanda və ətraf ölkələrdə könüllü qəbul edildiyi fikri yalandır, çünki ərəblərlə yerli xalqların müharibələrində hər iki tərəfdən milyonlarla insan məhv olub.
  3. Babəkin öz ustadı Cavidanın arvadı ilə evlənməsi, hürrəmilərin öz ailə üzvləri ilə evlənməsi, qadınların ümumi olması fikirlər cəfəngiyyat və böhtandan başqa bir şey deyil.
  4. Babəkin fars və müsəlman olması, guya xilafətin daxili siyasətinə etiraz olaraq döyüşməsi gülünc bir saxtakarlıqdır. Babək Azərbaycan xalqının oğludur və zərdüştlüyə inanırdı.
  5. Ərəblərin təcavüzünədək bu torpaqlarda yaşayanların bütpərəst olması tamamilə yalandır, bəşər tarixinin elmə məlum olan ilk tək tanrıçılıq dini burada yaranıb və yaşadılıb.

P.S. 2010-cu il sentyabırn 6-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Təəssüf ki, 9 il keçsə də müvafiq dövlət orqanları bunu reallaşdırmayıblar. Yəqin ki, tezlikdə bu sərəncamın tələbi reallaşacaq və bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini ləkələyənlərə ən mükəmməl cavab olacaq.

Müəllifin Babək və hürrəmilik hərəkatı haqda hazırladığı «Müqəddəs idealların böyük sahibi» adlı sənədli filmə buradan baxa bilərsiniz

Fikir və rəylərinizi yazmağı unutmayın

Oxumayın!

Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür- Herbert Spencer

21-ci əsr

İnsanın bilikli, mədəni, agıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə müəyyən problemlər yaradıb. İndi insanlar televizora, internetə, smartfona daha çox vaxt ayırırlar, nəinki kitab oxumağa. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.

Sovet dövründə bizi böyük mütəfəkkir, tarixdə ən böyük sosialist inqilabının ideoloqu və Sovet İttifaqının banisi Vladimir İliç Leninin məşhur sözü ilə böyütdülər- Oxumaq, oxumaq yenə də oxumaq! Bu şüar Sovet hakimiyyətinin əsas ideoloji siyasət konsepsiyası idi.

Lakin elə həmin Lenin yazırdı: “Unutmaq lazım deyil ki, oxumaq məqsəd deyil, vasitədir. Oxumağın nəticəsində insan faydalı məlumat əldə etməli, faydalı şeylər öyrənməli və onları özünün və cəmiyyətin həyatında tətbiq etməlidir”.

Kitab sözünü ölkə ilə assossasiya edəndə hamının yadına sosialist respubika dövrü düşür.  Sovet İttifaqı kitabxanaların sayına, dərc edilmiş kitabların ümumi tirajına və oxunma səviyyəsinə görə dünyada ilk yeri tuturdu.

Sovet dövründə ədəbiyyatın böyük missiyası var idi. Kitab elm, dünyagörüş, bilik verməklə yanaşı, insanlıq, xeyirxahlıq, namusluluq, vətənpərvərlik, altruzim, səmimilik, doğruluq, zəhmətkeşlik, vicdanlılıq kimi müsbət əxlaqi dəyərləri təbliğ edir, bu keyfiyyətlərə sahib müsbət qəhrəmanları nümunə göstərirdi.

Mənfi qəhrəmanlar isə elə ustalıqla ifşa və rüsvay olunurdu ki, heç kim ondan nümunə götürməyi ağlına belə gətirə bilməzdi. Yazıçılar ədəbi tryuklarla cəmiyyətə bəşəri dəyərləri təbliğ edirdilər.

İndi bəzən hansısa postmodernist yazar çıxıb ortalığa deyir ki, bazar iqtisadiyyatında (yəni, kapitalizmdə) bəs ədəbiyyatın belə missiyası və öhdəliyi yoxdur. Ədəbiyyat bir kommersiya fəaliyyətiymiş və bazara hesablanmalıymış.

Ona görə də, ucuz bulvar romanları, porno səhnələrin təsvir edildiyi, əcaib, hətta iyrənc motivlərin uydurulduğu cızma-qaralar cəlbedici adlar qoyulmaqla ədəbiyyat adına oxuculara sırınmalıymış ki, bəzi dələduzlar pul və şöhrət qazansınlar.

Əvvəla, bunlara kim deyib ki, oxucuların səviyyəsi bu qədər aşağıdır və belə “əsərlərə” tələbat var? Axı, əvvəla bizim ölkənin kitab bazarının həcmi, hansı kitabın nə qədər tirajla buraxıldığı və satıldığı haqda hərdən elan olunan təxmini rəqəmlər belə şübhəlidir və şəffah deyil.

İkincisi, yazarlar niyə oxucunu öz səviyyələrinə salmalıdır ki, bəlkə özləri oxucunun səviyyəsinə yüksələlər? Üçüncüsü, kim və necə müəyyən edir ki, hansı yazıçılar, hansı mövzular, hansı əsərlər cəmiyyətin istəyini təmin edir?

Bir çox kitablar da vəzifəli və imkanlı şəxslərin, onların ata-babalarının tərifindən ibarətdir. Hətta keçmişdə atası kolxoz sədri olmuş indi beş-on manat pulu olan bir şəxsdən pul alıb kitab buraxırlar ki, bəs kişi o vaxt gecə-gündüz xalq uğrunda çalışıb. Bu adam belə bir kişinin oğludur.
Ya da, hər əlinə 200-300 manat düşən adam cızmaqara yazıb şeir, roman adı ilə çapa verir. Hansi ki, bu kitablarda yazılanlar həm ədəbi, həm də insani cəhətdən bir qara qəpiyə dəyməz. Bu kitabların yeri əlbəttə, zibillikdir.

Beləliklə, televiziyaların insanı xəbər, serial, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin geniş yayıldığı ortaya daha bir problem çıxır- nə oxuyaq ki itirdiyimiz qiymətli vaxta dəysin.

İndi kitab bazarındakı əsərlərə baxanda adam düşünür ki, belə kitabları oxumamaq yaxşıdır. Müasir ədəbiyyat olduqca ruhsuz, duyğusuz, mənəvi boşluqla maddi həzzlərin paralel müşahidə olunduğu kağız yığnağıdır.

Birmənalı olaraq postmodernist ədəbiyyat cəmiyyətə müsbət dəyərlər təbliğ etmir, insanlara ancaq azad cinsi münasibətləri, içki və siqaret kimi zərərli vərdişləri, tüfeyliliyi, eqozimi, cinayətkarlığı, zorakılığı, ağlagəlməz murdarlıqları təbliğ edir.

Elə bir dövrə gəlmişik ki, artıq kitab oxumaq əksər hallarda insana və cəmiyyətə zərər vurur. Təhlükəli “dini” ədəbiyyat, “ujas” və seks ədəbiyyatı, kriminal aləmi öyən və caniləri nümunə göstərən zərərli kitablar əksəriyyət təşkil edir. Deməli, çox oxumaqdan yox, nə oxumaqdan söhbət getməlidir.

21-ci əsrdə dərc olunan kitabarıbn çoxunun yeri elə zibillikdir

Ona görə də, əgər müasir ədəbiyyatı oxuyacaqsınızsa, yaxşısı budur oxumayın! Müasir ədəbiyyatın əxlaqı yoxdur! Psixologiyanızı, əsəblərinizi, əxlaqınızı qoruyun! Oxumayın!

Əgər kitab oxumaq istəyirlərsinizsə, XX əsrdə buraxılmış dəyərli kitabların sayı-hesabı yoxdur. Onları bukinist mağazalardan ucuz qiymətə, kitabxanalardan isə tam pulsuz əldə edə bilərsiniz. Birdəfəlik başa düşmək lazımdır- tək-tək istisnaları nəzərə almasaq, ədəbiyyat XX əsrdə bitmişdir!

Elçin Bayramlı

Elm insanlığın düşməni halına necə gəldi?

Alimlər və elmi mərkəzlər qlobal mafiyanın əlində əsirdir

Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla qarşılaşırıq. “Filan şey insana xeyirlidir, filan şey zərərlidir”, “alimlər sübut ediblər ki…” qəbilindən antipod məlumatların sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal quldur dəstəsinin dəyirmanına su tökürlər.

Təsəvvür edin- bizim qəzetlərin birində belə bir informasiya gedir- “Sən demə, şokalad insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir, həzm prosesi normal gedir…”

İnsanların yaralı yerindən yapışıblar. Ay qardaş, hansı ölkənin, hansı institutu, hansı elmi mərkəz, hansı alimlər, mənbə haradır, naraşdırma nə vaxt və necə keçirilib, necə sübut olunub… cavab yoxdur. İnformasiya və ya qonorar xatirinə informasiya .

Azacıq ağıllı adama aydındır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən mahiyyətinə varmırlar. Lakin ədalət naminə deyək ki, bəziləri heç də hərif deyil, məqsədli şəkildə belə məlumatları yayır.

Bir gün deyirlər, filan şey xeyirlidir, bir həftə sonra deyirlər ki, zərərlidir. Burda informasiya müharibəsi getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz məhsulunu satmaq üçün alimlərə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa alimləri kirayə tutub bunu elmi şəkildə araşdırtdırır və əksini dedirtdirir, bəzən bunu xeyli şişirdirilər də.

Genetik modifikasiyanın bəşəriyyətin və təbiətin əsas müqəddəs məbədinə həyasızcasına təcavüz olduğunu bilmirlərmi guya? Son illərdə bitki, heyvan aləminə müdaxilə insanın genetik strukturunu dağıtmaq və bioloji sistemin darmadağın edilməsinədək irəiləyib. GMO əkinlər dünyanı başına götürür, təbii sortlar yoxa çıxarılır, torpaq təbii təyinatını dəyişir, ekoloji faciələr yaranır, insan qidası süniləşir və orqanizm təbiətdən almağa məcbur oldugu elementləri ala bilmir. Nəticələri ağır olur…

Son kəşflərin birmənalı və istisnasız olaraq hamısı insan sağlamlığına, təbiətə ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO, kimvəyi istehsalın əhatə dairəsinin genişlənməsi, LSD, kompyuter, 3-5-7…D filmlərin psixikaya dağıdıcı təsiri kimi saysız problemlər elmin “nailiyyətləridir”. Soyuducu sistemlərin hətta ozon qatını belə dağıtdığını söyləmək isə artıqdır.

Qısası, hazırda elmi davamlı olaraq insanlara və təbiətə zərər verən texnologiyalar kəşf etməklə məşğuldur. Çünki, elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində alətdir. Məhz bu səbəbdən bizim bir özəl televiyada bir müddət əvvəl belə məlumat yayımlanmışdı ki, “alimlər sübut ediblər ki, ana südü zərərli imiş”, ardınca da deyilirdi, “alimlərin son araşdırmalarına görə, alkoqollu içkilər insana xeyrlidir”…

Mobil telefonların dəhşətli zərərlərini ortaya çıxaran alimlərin iri mobil telefon istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvət müqabilində bunu gizlətməsi rəzaləti ortaya çıxandan sonra artıq heç nəyə inanmağa dəyməz. Özü də bunun Ümumdünya Səhiyyə Təşkilatında baş verməsi lap təəccüblü idi.

Sizi bilmirəm, şəxsən mən daha elmə inanmıram, daha doğrusu elmə inanıram, onun səmimiliyinə inanmıram. Ziddiyyətli informasiya axını içində başımız itəndə bütün bu məlumatları bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini, qidalanma, təbii geyim, təbii ev quruluşunu…  xatırlayıram, heç bir maddi marağı olmayan Sovet alimlərinin dedikləri ilə, indiki pula satılan Qərb “alimlərinin” dediklərini tutuşdururam.

SSRİ-də elmin nailiyyətləri, alimlərin fəaliyyət məqsədləri ancaq xalqın, ölkənin inkişafı üçün səmimi olaraq ortaya qoyulurdu. Sovet alimlərinin kəşfləri insanların sağlam həyatını və düzgün inkişafını təmin etməyə yönəlirdi. Çünki, sosializm cəmiyyətində alimlərin biznes maraqları naminə saxta elm yaratması üçün heç bir imkan və şərait  yox idi.

Kapitalist dünyasında isə hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ mümkün qədər tez və sürətlə, daha çox pul qazanmaqdan ibarətdir. Loru dildə desək, Qərb elmi mərkəzləri böyük korporasiyaların əlində alətdir. Qərb alimlərinin böyük əksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe etdirilmişdir.

Bir dəfə görmüsünüz bir alim ya da institut çıxıb dünyada ən dəhşətli, təhlükəli, zəhərli içki olan “Koka-kola”nın insanlığa qarşı cinayət olduğunu ortaya qoya?! Ya da GMO məhsulların dəhşətli faciələrə gətirib çıxardığını bilə-bilə Qərb alimləri niyə susurlar? Bunlara bir az artıq pul versən deyərlər ki, bəs siqaret və narkotika sağlamlıq üçün son dərəcə xeyirlidir.

Hansısa bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum olur ki, bunun çox dəhşətli zərərləri var imiş. 100 ildir milyardlarla insanın  bədəninə antibiotiklər yerit, sonra da aydın olsun ki, antibiotik insan orqanizmini, immunitet sistemini məhv edirmiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkərin, ətin, duzun… xeyiri və zərəri haqda uzun sürən elmi informasiya müharibələri gedir. Əmilər, xalalar, bir qərara gəlin, bunlar zərərlidir, yoxsa xeyirli?

Məndən sizə məsləhət, elmi və alimləri əllərində köləyə çevirən bu quldurlara inanmayın, yalnız təbii, müdaxilə olunmamış qidalara, təbii geyimlərə, təhlükəsiz texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninizə sıxıb uzun-uzadı qeybət eləməyin. Süni qidalardan, GMO-dan aralı durun, saxta dərmanların əvəzinə təbii müalicə üsullarına üstünlük verin. “Televizorda deyiblər” söhbətini qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayacaq…

Elçin Bayramlı