Dünya elmi-fantastik ədəbiyyatı antologiyası: I cild

Dünya elmi-fantastik ədəbiyyatı antologiyası: I cild

“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitaba Edmond Hamilton, Endrü Norton, Artur Klark, Alfred Van Qoqt, Mişel Demüt, Yanuş Şablitski, Nils Nilsenin əsərləri daxil edilmişdir. Oxucuların diqqətinə təqdim edilən bu əsərlərdə fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. EDMOND HAMİLTON (ABŞ) Ulduz kralları, ENDRÜ NORTON (ABŞ) Kosmosda sarqas, ARTUR KLARK (Böyük Britaniya) Zamanın oxu, ALFRED VAN VOQT (ABŞ) Əcaib canlı MİŞEL DEMÜT (Fransa) İşığı ram edənlər, YANUŞ ŞABLİTSKİ (Polşa) Sən həmişə sənsən, NİLS NİLSEN (Danimarka) Planet satılır.

Kitabı bu linkdən yükləyə bilərsiniz http://www.ebooks.az/book_qg08VoKz.html

Psixotron terror necə həyata keçirilir?

Son vaxtlar cəmiyyətimizdə zorlamalar, qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı DEQRADASIYA pik həddinə yaxınlaşır. Maddi dəyərlər mənəvi dəyərlərin önünə keçib. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır?

Müasirlik işığında

Hamıya aydındır ki, burda ictimai, kütləvi təbliğatın böyük rolu var. Özəl televiziyalar və bəzi internet portalları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını məhv etməyi qarşılarına məqsəd qoyublar.

Psixologiyanın dəyişdirilməsinə hesablanmış amerikan filmlərində, türk seriallarında, şou proqramlarda, həmçinin internet portalların yaydığı materiallarda saysız subliminal mesajlarla qadın azadlığı adı altında durmadan fahişəlik, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir.

Bunların dediyindən belə çıxır ki, bizim cəmiyyətdə bəzi heyvanlarda olduğu kimi AZAD SEKS olmadığına görə çoxsaylı problemlər yaranırmış, məsələn toydan əvvəl müxtəlif oğlanlarla sevişən qızlarla heç kim evlənmir, nəticədə fahişələr ortalıqda qalırmış.

Xülasə, azad seksin olmamağı cəmiyyətin inkişafına maneə törədirmiş. Buna görə də, yetkinlik yaşına çatmamış qızlara və oğlanlara cinsi əlaqənin Qərbdə daha çox dəbdə olan formalarını PRAKTIKI öyrətmək lazım imiş.

Satılası heç nə qalmayanda

Adamlar, bəlkə haqlıdırlar? Gəlin, əvvəlcə insan cəmiyyətində, sonra isə heyvanlar aləmində analoji vəziyyəti qiymətləndirməyə çalışaq, görək arqumentləri nə dərəcədə əsaslıdır.

Baxaq Yaponiyaya, bunlar öz milli mədəniyyətlərini, mənəvi dəyərlərini konservativcəsinə qoruyub saxladıqlarından dünyada ən geridə qalmış ölkəyə çevriliblər. Amma, Afrikadakı bəzi qəbilələrdə toyuqlarda olduğu kimi, azad seks var- KIM KIMI HARDA TUTDU cinsi əlaqəyə girir- deyə mədəni, elmi, texnoloji cəhətdən ən inkişaf etmiş cəmiyyət və dövlət yaradıblar.

Toyuq demişkən, elə heyvanlar aləmində də bunların arqumentlərinə uyğun hallar var. Məsələn, xoruz və toyuqlar arasında seksual münasibətlər son dərəcə azaddır deyə necə ağıllı, sağlam və yaradıcıdırlar, gözəl ailə sistemi, mənəvi dəyərləri var, hətta yüksək elmi-texnoloji səviyyəyə çatıblar- daha yumurtani nanotexnoloji üsulla GÜNDƏ 3 DƏFƏ, özü də əlvan naxışlarla istehsal edirlər. Toyuqlardan dərs götürmək lazımdır.

Azərbaycanda onsuz da, qeyri-rəsmi fahişəxanalar çoxdur. Sadəcə bunlar ölkəni, BÜTÖVLÜKDƏ fahişəxanaya çevirmək istəyirlər.

Guya bu ölkədə fahişələrin bədənlərini satmasına əngəlmi var? Biz tolerant cəmiyyətik, kim harda, kimə, neçəyə istəyir bədənini satır, kimsə bir söz deyirmi?! Amma təbliğat aparıb yeniyetmə və gəncləri pozğun həyat tərzinə həvəsləndirmə cəhdinə qarşı ADEKVAT CAVAB ALACAQLAR.

Ğzəl televizyaların maarifləndirmə funksiyası

Azad seks təbliğatı aparanlar, ailə həyatında ciddi problemləri olanlardır. Harda bir BOŞANMIŞ qadın var televiziyada xalqa ailə dərsi keçir, harda pozğun əyyaş kişi ya da cinsi oriyentasiyası pozuq var- gəlib mediada ictimai və fərdi əxlaq sahəsində “maarifləndirici” fəaliyyət göstərir.

Bəs bunlar niyə belə edirlər? Sadəcə, məşhur prinsipə görə, bədbəxt istəyir ki HAMI ONUN KIMI OLSUN. Onda rahatlıq tapır ki, tək mən belə deyiləm, belələri çoxdur.

Şəxsən mən fahişələrin əleyhinə deyiləm. Onlar olmasa, bu qızmış yanıq gədələr camaatın qız gəlinini harda tutdu zorlayarlar. Mən fahişəliyin təbliğinin, kütləviləşməsinin əleyhinəyəm.

Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda fahişəliyin təbliği də qanunla QADAĞAN olunmalıdır. Mətbuat Şurası, Milli Teleradio Şurası mediada mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görməlidir. Bu, bir milli təhlükəsizliik məsələsidir. Necəmi?

Televiziyamız: dünən və bü gün

Heç kəsə sirr deyil ki, ABŞ MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “MƏHVETMƏ” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə, o cümlədən Azərbaycana tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına təşkil və idarə olunur. Bu qlobal prosesin effektiv aparılması üçün yüz milyardlarla dollar vəsait ayrılır.

Dallesin planından mövzumuza birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “…Biz bütün gücümüzü insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!

İnsan beynində XAOS yaradaraq, onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu SAXTA DƏYƏRLƏRƏ inanmağa məcbur edəcəyik. Necə? Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.

Məsələn, incəsənət və ədəbiyyatdan tədricən onun sosial mahiyyətini çıxaracağıq… Ədəbiyyat, teatr, kino ƏN ALÇAQ INSANI HISSLƏRI təsvir və mədh edəcək.

Biz insanların şüuruna SEKS, ZORAKILIQ, SADIZM, SATQINLIQ kultunu, bir sözlə hər cür ƏXLAQSIZLIĞI yeridən və yayan adamları dəstəkləyəcəyik…

21-ci əsrin adamları

ÇOX AZ ADAM NƏ BAŞ VERDIYINI BAŞA DÜŞƏCƏK. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.

…Biz bu yolla nəsli nəslin ardınca sarsıdacağıq. İnsanların üzərində UŞAQ, YENIYETMƏ yaşlarından işləyəcəyik, əsas stavkanı isə həmişə GƏNCLƏRƏ edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan HƏYASIZ, HEYVƏRƏ VƏ KOSMOPOLITLƏR düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.

Məncə əlavə şərhə ehtiyac yoxdur…

Elçin Bayramlı

ABŞ-ın yaşıl silahı da əldən çıxır

Rusiya «dollar»ı tarixin arxivinə göndərir

«Neft ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər. Sadəcə dollar məsələsi qalıb. Amerikanın əlindən bu son silahını da almağın vaxtıdır»

Ötən gün Rusiya Mərkəzi Bankı müxtəlif valyutalarda olan ehtiyatların bölgüsünü açıqlayıb. 2018-ci ilin raporuna görə, Bank bundan sonra öz pul ehtiyatlarını ABŞ dollarından çıxararaq avro, yuan və qızıl aktivlərinə üstünlük verəcək. Rusiyanın maliyyə naziri Anton Siluanov da deyib ki, ölkədəki neft-qaz şirkətlərinin ödəmələrində dolların payını maksimum azaltmaq üçün hökumətə proqram təqdim ediləcək. Rusiyanın beynəlxalq valtuya ehtiyatlarında dolların payı 2017-ci illə müqayisədə 23 faiz aşağı düşüb. Məlumdur ki, ötən ilin aprelində ABŞ Rusiya biznesmenləri, dövlət və özəl şirkətlərinin rəhbərlərinə qarşı 2014-cü ildən bəri ən sərt sanksiyaları tətbiq edib. Bundan sonra ölkə rəhbərliyi Rusiya iqtisadiyyatının «dollarsızlaşdırılması” üçün addımlar atmağa başlayıb.

Elçin Bayramlı
ASAM sədri

Rusiya tərəfindən atılan addımları «Şərq”ə dəyərləndirən «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, Amerikanın özünə tabe olmayan ölkələrə qarşı əlindəki təzyiq silahı yaşıl dollardır:  «ABŞ qlobal maliyyə birjalarını min-bir fırıldaqla ələ keçirib. Ona görə də dollarla istənilən ölkənin iqtisadi sisteminə zərər vura bilir. İran, Türkiyə, Rusiya və s. məhz bunun ziyanını çəkirlər. Qlobal maxinasiyalardan qurtulmağın yeganə yolu dollarla həyata keçirilən əməliyyatları ləğv etməkdir. Rusiya artıq de-dollarizasiya prosesini başa çatdırmaq üzrədir. İran və Türkiyədə müəyyən işlər görülür. Bu ölkələr ticarətlərini və maliyyə hesablaşmalarını öz milli valyutaları ilə və qızılla aparmağa çalışırlar. Əks halda süni yolla dolların uçot faizi artırılacaq və ölkələrin sərvətləri çox ucuz qiymətə talanacaq. Dolların məzənnəsinin dəyişməsi və neftin qiymətinin süni ucuzlaşdırılması nəticəsində bizə də 15 milyard dollara yaxın zərər dəydi. O baxımdan ölkələr ABŞ-ın dollar oyununa qarşı çıxış yolu axtarırlar”.

İqtisadçı vurğulayıb ki, artıq neftin qiymətinə müdaxilə minimuma endirilib: «Neft ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər.  Sadəcə dollar məsələsi qalıb. Amerikanın əlindən bu son silahını da almağın vaxtıdır. Rusiyaya gəldikdə isə, düşünmürəm ki, təkcə ABŞ-ın sanksiyasından ciddi zərər çəksin. Dünyada əməkdaşlıq etmək üçün 200 ölkə var. Türkiyə və İran da müəyyən qədər ziyan görsələr də, son nəticədə proses onların xeyrinə olacaq. Misal üçün, Amerika və ona tabe olan bəzi ölkələrin sanksiyasından və dolların süni bahalaşmasından sonra Rusiya və İranda yerli istehsal artıb, idxal isə azalıb. Türkiyədə bu proses sürətlənib. Fikrimcə, getdikcə daha çox ölkə de-dollarizasiya prosesinə qoşulacaq. Əgər neftin qiymətinin dollara bağlılığını aradan qaldıra bilsələr, dollar vasitəsilə dünya ölkələrini talamaq mümkün olmayacaq”.

İsmayıl

Mənbə- Şərq qəzeti

http://www.sherg.az/site/id-68265/ABŞ-ın_yaşıl_silahı_da_əldən_çıxır?fbclid=IwAR1CzI8E864jIrqrxajACiP1mBAKyl3XJM73OABMWsrYirhA_DBusIZGIv4#.XNQpODAueG5

Dünyanı faşizmdən xilas edənlər

Heç kim unudulmayacaq, heç nə yaddan çıxmayacaq!

60 milyon insanın həlakı, onlarla ölkənin, on minlərlə şəhər kəndin dağılması ilə müşayiət olunan II Dünya Müharibəsi illəri bəşəriyyət tarixində ən ağır və dəhşətli dövr oldu. Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü, bütün bəşəriyyəti təhlükə altına almışdı.

9 may faşizm üzərində qələbə günüdür

Bu müharibənin ən böyük və ən əsas hissəsi Böyük Vətən Müharibəsidir. Çünki müharibənin əsas hədəfi SSRİ oldu. Bəşəriyyəti faşizmdən isə elə Sovet İttfaqı xilas etdi. 1945-ci il mayın 8-i gecəsi Almaniyanın təslim olması haqda müqavilə imzalandı- bu kapitulyasiya, əslində, Yaponiya ilə haqq-hesabın daha sonra çürüdülməsinə baxmayaraq, bəşəriyyət tarixində ən dəhşətli müharibənin sona çatmasını xəbər verdi.

Böyük Vətən Müharibəsi illərində Sovet xalqları dünya tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər. Almaniya işğal etdiyi 6 dövlətin orduları ilə birlikdə SSRİ-yə qəfil hücum etmişdi və hazırlıqsız yaxalanan Qızıl Ordu çətin vəziyyətə düşmüşdü.

Düşməndən canlı qüvvə, silah-sursat və hərbi texnika sayına görə 3 dəfə zəif olan Sovet Ordusu 7 Avropa dövlətinə qarşı döyüşməli olduğu bu qeyri-bərabər müharibədə yüksək mənəvi-ideoloji üstünlük, vətənpərvərlik, döyüşkənlik, xalqın birliyi, arxa cəbhənin ağlagəlməz dərəcədə gərgin zəhməti və nəhayət Stalin, həmçinin Jukov, Rokossovski başqa olmaqla Sovet generalitetinin ağıllı taktikaları sayəsində qalib gəldi.

Ümumiyyətlə, Sovet xalqının və ordusunun müharibədə qalib gəlməsinin əsl səbəblərini anlamaq üçün Boris Polevoyun “Əsl insan dastanı” əsərini oxumaq da kifayət edər.

Moskvada keçirilən Qələbə paradından bir görünüş

Böyük Vətən Müharibəsində tarixdə misli-bərabəri görünməyən qəhrəmanlıq nümunələri göstərildi. Bunlardan “Brest qalası”, “Leninqrad mühasirəsi”, “Stalinqrad döyüşləri”, “Moskva müdafiəsi” və tarixin ən böyük döyüşü olan “Kursk döyüşü”nü göstərmək olar.

Bu qələbədə respublikamızın da əvəzedilməz xidmətləri oldu. Azərbaycan xalqının oğul və qızları həm agır döyüşlərin getdiyi cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq nümunələri göstərdilər.

Qısa zamanda respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil olundu. 1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 600 mindən çoxu cəbhəyə yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər.

130-a yaxın həmyerlimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bunlardan Həzi Aslanov (2 dəfə), Adil Quliyev, Ziya Bunyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə və başqalarını göstərmək olar.

2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov

Bundan başqa, 30 nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə  xalqımızın şərəfli tarixinə yeni sətirlər yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edildi.

Respublika iqtisadiyyatı cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı Qızıl Ordunun ən mühüm cəbbəxanalarından birinə çevrildi. Müharibə illərində Bakıda cəbhə üçün 130 növ silah və döyüş sursatı da istehsal olunub.

Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin edirdilər. 1941-ci ildə Azərbaycan SSR tarixində ən çox- 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 70%-dən çoxunu təşkil edirdi.

Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, o cümlədən 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti də əsas amillərdən biri oldu.

Lakin Azərbaycan xalqının bu müharibədə əsas xidməti cəbhəyə neft vermək deyildi. Yüz minlərlə əsgərimizin qəhrəmancasına döyüşməsi, arxa cəbhədə mütəşəkkil və gərgin fəaliyyət əsas rol sayılmalıdır.

Berlin 1945. Sovet əsgəri Reyxstaq üzərinə Qələbə bayrağını sancır.

Bu gün 9 may Qələbənin ildönümü günündə Böyük Vətən Müharibəsində həlak olmuş, döyüşüb sağ qalmış, arxa cəbhədə vətən üçün var gücü ilə çalışmış bütün qəhrəmanları hörmətlə yad edirik. Onlar dünya tarixinin ən böyük və ən dəhşətli müharibəsində tarixin ən böyük qəhrəmanlığını göstərdilər. Onlar dünyaya insanlığın hər şeydən üstün olduğunu əyani nümayiş etdirdilər. Onlar öz Vətənlərini, öz xalqlarını və bütün bəşəriyyəti qorxunc faşizmdən xilas etdilər. Onlar tariximizə öz qanları ilə şərəfli bir səhifə yazıb getdilər.

Böyük Vətən Müharibəsi qəhrəmanlarına əbədi eşq olsun!

Heç kim unudulmayacaq, heç nə yaddan çıxmayacaq !

Reyxstaqın alınmasında iştirak edən babam Əhməd Paşayev (yuxarıda, sağda) döyüş yoldaşları ilə.
Foto 1945-ci ilin mayında Berlində çəkilib.

Fəxr edirəm ki, mənim babam da Böyük Vətən Müharibəsində Berlinədək döyüş yolu keçib, qəhrəmanlıq göstərib, orden və medallarla tətif olunub.

Elçin Bayramlı

Elinanın məktəbində daha bir şagird qız intihara cəhd edib

Aldığım dəqiq məlumata görə, Elinanın intihar etdiyi Bakı şəhəri 162 nömrəli orta məktəbdə daha bir şagird intihara cəhd edib. Belə ki, məktəbin 5-ci sinif şagirdi olan bir qız da özünü 3-cü mərtəbədən atmaq istəyirmiş. Səbəb də odur ki, ad günündə sinif yoldaşları buna hədiyyə almayıblar. Sinif yoldaşının partasına “zapiska” yazıb qoyub ki, bəs mən ad günümdə hədiyyə almasam yaşaya bilmərəm. Daha məni görməyəcəksiniz.

162 nömrəli orta məktəb. Bakı.

Vəziyyətdən xəbər tutan müəllim uşaqları başa salıb, qısa müddətə dərsdən buraxıb, tez tələsik yaxınlıqdakı mağazalardan hərəsi bir şey alıb gətirib buna hədiyyə ediblər. Məktəb rəhbərliyi və müəllimlər də sinifə dəvət olunub, qıza şan-şöhrətli bir təbrik mərasimi keçiriblər və bununla da uşağı birtəhər intihar fikrindən daşındırıblar.

Böyüklər cəhənnəmə, azyaşlı uşaqlar  da artıq tam demokratik inteqrasyon olublar. Özəl televiziya və radiolar  təcili bağlanmalı, 16 yaşdan aşağı uşaqların internetə girişi sərt şəkildə qadağan edilməlidir. Özümüz heç, bizim üçün gecdir, uşaqları qlobal psixotron terrordan qorumalıyıq.

Elçin Bayramlı

Materialın dərci zamanı bloqa istinad mütləqdir.

“Şuşa siyasi hərc-mərcliyin və hakimiyyət davasının qurbanı oldu”- MÜSAHİBƏ

Rəhim Qazıyev: “Şuşada olan silah-sursatla şəhəri 1 ay müdafiə etmək olardı. Amma, siyasi oyunlar və təxribatlar öz işini gördü”

Bu müsahibə 10 il qabaq götürülüb və o vaxtkı mətbuatda dərc olunub. Maraqlı olduğunu nəzərə alıb təkrar dərc edirik.

Rəhim Qazıyev, keçmiş müdafiə naziri

1992-ci il mayın 8-i tarixi Azərbaycanın Qarabağ müharibəsində ən ağrılı məğlubiyyəti və hər bir azərbaycanlı üçün çox əziz bir şəhərin itirilməsi faktı ilə yadda qalıb. Həmin vaxt baş verənlər haqda müxtəlif fikirlər və ziddiyyətli açıqlamalar səslənib. Uzun illər sonra bu məğlubiyyətin səbəblərini necə izah etmək olar? Sabiq müdafiə naziri Rəhim Qazıyevlə söhbətimizi elə bu suala aydınlıq gətirmək üçün təşkil etdik…

— Rəhim bəy, həmin dövrdə müdafiə naziri olmuş bir şəxs kimi Şuşanın işğalı ərəfəsində ölkədə yaranmış hərbi-siyasi situasiyanı necə təsvir edə bilərsiniz?

— O dövrdə Azərbaycan ordusu hələ formalaşmamışdı, Müdafiə Nazirliyi demək olar ki kağız üzərində idi. Təbii ki, Şuşa və Laçının işğalı mənim müdafiə naziri olduğum dövrdə olub və mən bunun məsuliyyətini çiynimdən atmaq fikrində deyiləm. Amma, bir məsələ var- mən həmin gərgin vaxtda nəyi edə bilərdimsə və bunu etməmişəmsə, günahım olan məsələlər hər hansı bir arqumentlə, faktla sübuta yetirilərsə, mən cəzamı çəkməyə hazıram.

Sadəcə olaraq, yenicə müstəqilliyini əldə etmiş və zəif halda olan Azərbaycan həmin illərdə siyasi məkrli məqamlarla qarşılaşdı. İstər xarici maraqlı qüvvələrin, istərsə də daxildə hakimiyyətə gəlməyə çalışan qüvvələrin meydan sulaması üçün münbit şərait yaranmışdı.

1991-ci il oktyabr ayında, yəni, Müstəqillik Aktı qəbul olunduqdan sonra prezident Ayaz Mütəllibovun fərmanı ilə heç bir maddi-texniki baza və peşəkar hərbi kadrların olmadığı halda Müdafiə Nazirliyi yaradıldı.

Azərbaycana qarşı elan olunmamış müharibənin 4-cü ilində yaradılan Müdafiə Nazirliyi ancaq kağız üzərində mövcud idi. Bu müharibənin şiddətləndiyi dövr bizdə siyasi karyera əldə etmək istəyən iddialı siyasətbazların yetişdiyi bir dövr idi. Həmin vaxt Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlmək istəyən kifayət qədər qüvvələr meydana çıxmışdı. Bu qüvvələrin də apardığı təxribatlar, hakimiyyət çevrilişləri bizim onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırırdı.

Ayaz Mütəllibov hakimiyyətdə olanda biz Müdafiə Şurası yaratmışdıq. Mən onda hələ nazir deyildim. Biz bu işlə məşğul olan zaman burada bir çox siyasi qüvvələr və bir sıra qəzetlər bəyanat verərək aranı qatmağa çalışırdılar ki, guya Rəhim Qazıyev dövlət çevrilişi etmək istəyir. Bax onda mən Etibar Məmmədovla birgə bəyanat verdim ki, mən gedirəm ən qaynar cəbhəyə və özümlə bərabər 109 nəfər vətənpərvər adam getdik Şuşaya.

Şuşa şəhərindən bir görünüş

— Sizin siyasi meydanı tərk edib cəbhəyə getməyiniz həmin bölgədə vəziyyəti nə dərəcədə dəyişdirə bildi? Bu ərəfədə Xocalını da itirdik və siz həmin vaxt Şuşada idiniz…

— Şuşaya çatan günün səhərisi də bizə təxribat oldu. 8 nəfər qeyrətli oğlumuz dünyasını dəyişdi, 6 nəfər və o cümlədən mən yaralandım. Buna baxmayaraq, mən Şuşanı tərk eləmədim. Sonra da dedilər ki, guya Rəhim Qazıyev özü özünü vurub. Bizdə belə iyrənc proseslər gedirdi.

Xocalı hadisələrində də mən əlimdən gələni etmişəm, əlimdə olan bircə “Qrad” qurğusu ilə nə edə bilərdim? Həmin gün Şuşada duman idi və bizdə də “Qrad”ı dəqiq koordinatla atan adam yox idi. Şuşada o zaman silah-sursat elə də çox deyildi. Müəyyən qədər olsa da, duman olduğundan uzaq məsafədən ermənilərin hücum mövqelərinə zərbələr endirə bilmədik. Arada Xankəndi var idi və oranı adlayıb Xocalıya köməyə getmək mümkün deyildi.

Amma, təsəvvür edin, həmin günlərdə Ağdamda 12 T-72 tankı, 12 BMP, 44 BRDM, 49 müxtəlif növ artilleriya qurğusu, 4 “Qrad” qurğusu, 3 min atıcı silah var idi. Bu o dövr üçün çox böyük qüvvə idi. Amma bu qüvvələr nədənsə bir zəif mövqeni- Əsgəranı adlayıb keçmədi və Xocalını xilas etmədi.

Ağdamda və Xocalıya yaxın ərazilərdəki həmin silahlı qüvvələr kimə tabe idilər və niyə bir çox döyüş dəstələri köməyə gəlmədi?

— O zaman mən nazir deyildim ki? Ümumi Qarabağ üzrə komandan Tahir Əliyev idi. Bu qüvvələrin və texnikanın bir hissəsi Daxili İşlər Nazirliyinə, bir hissəsi də Müdafiə Nazirliyinə tabe idi. Amma, həmin vaxt hələ ümumi komandanlıq və vahid mərkəzdən idarə sistemi formalaşmamışdı. Cəbhədə olan döyüş dəstələri hərəsi bir siyasi qüvvəyə tabe idi. O siyasi qüvvələrin marağına uyğun olmayan əməliyyatlarda iştirak etmirdilər.

İndi gəlsin istənilən hərbi mütəxəssislər oturub müzakirə edək, görək bu qüvvəylə Əsgəranı basıb keçmək olardı ya yox. Niyə o 4 “Qrad”dan biri bir atəş açmadı? Həmin dövrdə, ondan sonra hakimiyyətə gələn cəbhə dövründə də o Xocalıdakı prosesi istintaq komissiyası yaradıldı.

İndi ədalətdən, demokratiyadan dəm vuran İsa Qəmbər çağırıb parlament komissiyasının üzvlərini- Əli Ömərovu, Yaşar Əliyevi demişdi ki, orda mütləq Rəhim Qazıyevin adı hallanmalıdır. Yəni, mənfi mənada. Bundan sonra mən qayıtdım 2-3 günlük Bakıya ki, burada əlimə düşən silah-texnikadan aparım cəbhəyə.

O zaman 5-6 mart hadisələri baş verdi. Ayaz Mütəllibov devrildi, Yaqub Məmmədov dövlətin başına keçdi. O məni çağırdı və təkidlə xahiş etdi ki, Rəhim bəy, sən milli hərəkatın qabaqcıllarındansan, cəbhə bölgələrində xeyli hərbi təcrübən də var, səni təyin edirəm müdafiə naziri. Mən etiraz etmədim. Bu olub 17 mart 1992-ci ildə…

Şuşa şəhəri, müdafiə naziri əsgərlərə baxış keçirir. 1992

Bəs Şuşanın işğalı ərəfəsinədək- yəni, nazir təyin olunduğunuzdan keçən 2 aya yaxın müddətdə siz həmin qüvvələri birləşdirməyə və ya ümumi komandanlıq altında fəaliyyətə cəlb etmək üçün sizə nə mane oldu?

— Bilirsiniz, o qüvvələri birləşdirmək üçün Ali Baş Komandanın əmri olmalı idi. Mən çox çalışsam da, nəinki o zaman, hətta sonralar da həmin fərmanın verilməsinə nail ola bilmədim. Həmin vaxtlarda cəbhədə həm daxili işlər və müdafiə nazirliklərinin, həmçinin prezident qvardiyasının qüvvələri var idi.

Sonralar Əbülfəz Elçibəy prezident olanda da mən ondan çox xahiş etdim ki, bir fərman versin ki, cəbhə bəlgələrinə ezam olunan qüvvələr heç olmasa həmin müddətdə vahid komandanlığa tabe olsunlar. Yəni, orada olan briqada və ya korpus komandirinə ki, əməliyyatları aparmaq mümkün olsun. Təəssüf ki, bunu eləmədilər…

— Artıq Xocalı soyqırımı baş vermiş, Şuşanın ətrafındakı strateji mövqelər itirilmişdi. Yəni, şəhərə təhlükə real idi və bunu dövlət rəhbərləri də dərk etməmiş deyildi. Bəs Şuşaya böyük hərbi dəstəyin verilməsinə nə mane olmuşdu?

— Həmin dövr Azərbaycan dövlətinin iflic vaxtı idi. Azərbaycan bir dövlət kimi formal və hüquqi cəhətdən var idisə, faktiki cəhətdən yox idi. Yəni, idarə olunan səviyyədə deyildi.

Həddən artıq çətinlik yaranırdı. Ona görə də o dövrün imkanları haqda fikir söyləyəndə ədalətli olmaq lazımdır. Təzə qanunların yaranmadığı, köhnələrin isə işləmədiyi halda nədən danışmaq olardı?

O dövrdə hərbi tribunal, hərbi prokurorluq, hərbi məhkəmə yox idi. O fərariliyin, o siyasi hərc-mərcliyin fonunda mənim əlimdə elə bir inzibati imkan yox idi ki, ordakı özbaşınalığın qarşısını ala bilim.

Mən bunu deməklə həmin dövrdə hakimiyyətdə olan insanların məsuliyyət hissini azaltmaq məqsədi güdmürəm. Gəlin baxaq, 24-25 mart 1992-ci ildə Azərbaycan Respublikasının prezident seçkiləri üçün Milli Məclis qərar qəbul etdi.

İmkanınız varsa, həmin iclasın stenoqrammasına baxın. Mən orda çıxış edib demişəm ki, gəlin buna getməyək. Torpaqlarımız əldən gedəcək. Çünki, siyasi proseslərin qızışdığı vaxt bizim gücümüz bölünür və ümumilikdə zəifləyirik.

— Axı dövlət başçısı seçilməsə idarəetmədə problemlər yarana bilərdi. Prezident də seçki ilə seçilməli idi. Bu təklifi nə ilə əsaslandırırdınız ki?

— Mən təklif etdim ki, prezidenti Milli Məclisdə seçək, problemlərimizi həll edəndən və stabillik yaranandan sonra ümumi seçki keçirərik. O vaxt bizə referendum lazım deyildi, çünki, konstitusiyada dəyişiklik etməyə parlamentin hüquqi əsası çatırdı.

Onda bəziləri dedi ki, bu legitim deyil-filan. Dedim, gəlin hələ de-fakto mövcudluğumuzu təsdiq edək, sonra de-yure məsələsinə baxarıq. Təklif etdim ki, Dövlət Şurası yaradaq və ora da nüfuzlu dövlət xadimləri daxil olsun. Yəni, hamının çiyninə məsuliyyət yükü düşsün və qüvvələrimizi səfərbər edə bilək.

Amma, indi hakimiyyət davası döyən siyasətbazlar bu təklifləri qəbul etmədilər. Onda mən hələ bir həftə idi nazir işləyirdim. Bir addım irəli atdım ki, istefa verim, sonra düşündüm ki, deyəcəklər gücü çatıb işləyə bilmədi, qorxub qaçdı. Mən öz canımı güdsəydim, özümü məsuliyyətdən azad edərdim.

Bundan sonra mütəllibovçular gəldilər meydana- Ali Sovetin qarşısına, ondan sonra cəbhəçilər gəldi. Düz bir ay gecə-gündüz davam edən edən siyasi mübarizənin fonunda biz Şuşada və eləcə də Qarabağda olan qüvvələrimizi səfərbər edə bilmədik.

— Şuşanın işğalı ilə bağlı müxtəlif fikirlər səsləndirilir ki, ordakı qüvvə ilə uzun müddət müdafiə olunmaq olardı, Şuşa tərk ediləndən sonra ermənilər 2 gün daxil şəhərə daxil olmayıblar və s. Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?

— Mənə prokurorluq tərəfindən verilən ittihamnamədən bir sitat oxumaq istəyirəm. Burada qeyd olunur ki, Şuşada həmin günlərdə kifayət qədər silah-sursat və texnika, həmçinin canlı qüvvə var idi və şəhəri müdafiə etmək üçün bunlar bəs edərdi. Amma, orada olan hərc-mərclik buna imkan vermədi.

İndi mən sual eləyirəm, hər hansı bir rayonda icra başçısı cinayət edəndə prezidenti günahlandırmaq lazımdır?!

Şuşada döyüşlərdən bir kadr

— Opponentləriniz bu hadisələrdə ən çox sizi günahlandırırlar ki, sizin sərəncamınıza hər cür hərbi texnika və xeyli əsgər verilib, amma siz bundan səmərəli istifadə etməmisiniz…

— Məni ittiham edənlər gəlsinlər bu siyahıda göstərilən (hərbi texnika, silah və sursatın adı, markası, qiyməti və təyinatı qeyd olunan möhürlü sənədi göstərir- E.B.) hərbi texnika və silahlara baxsınlar və desinlər ki, hansını mənə həmin dövrdə hökümət və dövlət verib?! Bunlar vətənpərvər adamların və şəxsən mənim səylərimlə toplanan arsenal idi.

Əgər bu qədər texnika orda ola-ola döyüş təşkil olunmursa, insanları ruhdan salıb geri qaçırıblarsa Rəhim Qazıyev dar macalda nə edə bilərdi? Bizim əlimizdə olanla Şuşaya kömək etmək üçün çox uzun dolayı yol keçilməli idi. Buna baxmayaraq, əlimizdən gələni elədik. Təəssüflər olsun ki, həm siyasi hərc-mərclik, həm də təxribatlar yerli komandanların məsuliyyətsizliyi nəticəsində Şuşa ağlagəlməz şəkildə itirildi…

— Rəhim bəy, bəlkə bir az açıq danışaq? Hansı komandanlardan söhbət gedir?

— Gəlin bir ifadəyə nəzər salaq. Cild 2, səh.51, Sədizadə Rövşən Sədi oğlunun (777-ci hərbi hissəinin 1-ci bölüyünün starşınası) 12 may tarixində alınan ifadəsi: “Şuşanın müdafiəsinə Elçin başçılıq edirdi. Bütün hərəkətlər onun əmri ilə edilirdi. Həmin gün Elçin şəhərdə yox idi. Qumbaraatanları anbara yığdılar və heç kəsə vermədilər. Canlı qüvvə və hərbi texnika azalmışdı. Avtomatların nişangahları çıxarılmışdı”.

Həmin işin kimlər tərəfindən həyata keçirildiyi aydınlaşdırılmalıdır. Təəssüflər olsun ki, istintaq bunları araşdırmadı. Böyük tədqiqatçı Tomas Deval Şuşanı işğal edən erməni komandirlərindən aldığı məlumatı öz “Qara Bağ” adlı kitabında verib. Orada qeyd olunur ki, ermənilər Şuşaya daxil olanda gözlərinə inanmayıb. Onlar bildirib ki, orada olan silah-sursatla şəhəri bir ay müdafiə etmək olardı. Amma, siyasi oyunlar və təxribatlar öz işini görmüşdü…

Elçin Bayramlı

Qeyd: Müsahibənin Laçınla bağlı 2-ci hissəsi olacaq

PS: Təkrar dərci üçün bloqa istinad məcburidir.

Əli Kərimlinin gülməkdən öldürən «şok açıqlaması»

AXCP sədri Əli Kərimli “Azadlıq Radiosu”na müsahibəsində 2000-ci il parlament seçkilərindən sonra hakimiyyətin ona koalisiya təklif etdiyini bildirib. Kərimli cənablarının iddiasına görə, guya  hakimiyyət onun özünə parlamentin spikeri, partiyasına isə 5 nazir postunu təklif edib. Bu “şok açıqlama”nı eşidən adamların çoxu yəqin ki, gülməkdən şoka düşüb. A kişi, sən kim idin ki, sənə ölkənin 2-ci postunu təklif edərdilər? Özü də seçkini rüsvayçı fərqlə uduzandan sonra. Hakimiyyətin özündəkilər bir yana qalsın, elə müxalifətin özündə o vaxt əjdahalar var idi, sən heç 10-cu dərəcəli adam da deyildin.

Mühacir biznesində yaxşı pul var

“Şok açıqlama”nı oxuyan BAXCP sədri Qüdrət Həsənquliyev deyir ki, Elçibəy Bakını tərk edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum Prezident Heydər Əliyevin yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib: “Amma rədd cavabı aldı. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini necə spiker seçə bilər?! Dünya buna gülməzdimi?”.

Hamı bilir ki, sən ağız açmısan vəzifə üçün və rədd edilmisən. Düzdür, əvvəl çox yuxarıdan götürürdün, özünü aşağısı nazir kreslosunda görürdün, amma sonra deputatlığa da razılaşdın. Neyləmək olar, vəzifə şirin şeydir, aşağısı yuxarısı fərq eləməz.

Tem bolee, Amerikadakı ağaların da verdikləri vədi yerinə yetirə bilmədilər. Elə bilirdin ki, AXC daxilində «Yurd» yaradıb təşkilatı parçalayandan və Elçibəyin başını əkəndən sonra prezident özün olacaqsan, “cənab səfir” hakimiyyətə səni gətirəcəkdir. Lakin, deyir sən saydığını say, gör fələk nə sayır.

London danışıqları yadına gəlirmi Əli bəy? Bax orada da ağsaqqallar dura-dura tələb edirdin ki, vahid namizəd kimi səni seçsinlər. Son 25 ildə müxalifətin nə qədər birlikləri olubsa, hamısını sən parçalamısan. Çünki heç birində səni vahid lider kimi qəbul etməyiblər. İştirak etdiyin bütün seçkilərdə özün və partiyan rüsvayçı məğlubiyyətə uğrayıb.

«Deyəsən axırda tək qalacam»

Bundan sonra da böyük-böyük iddialarda bulunmaq ayıb deyilmi? Axı heç kim boyundan hündürə tullana bilməz. Sənin boyuna isə uzağı bir-iki yüz nəfərin üzv olduğu AXCP-nin sədri olmaq biçilib. Yenə də pis deyil vallah. Hərdən çıxıb mitinq edirsən, artistlik çıxarırsan, Atlantikin o tayından “beşdən-üşdən” gəlir, pis dolanmırsan şükür Allaha. Oğlun Londonda bahalı məktəblərdə oxuyur, aristokrat kimi yaşayır (həm də orda “zaloqdu”, cığızından çıxmayasan deyə). Mühacir biznesindən də, özünə qismət, pis qazanmırsan.

Özün uzun müddət vəzifədə qaldığına görə tənqid etdiyin məmurlardan daha çox vəzifədə qalmısan. Bu ölkədə o partiyada sədr olmağa yarayan ikinci bir adam yoxdurmu? Axı demokratya tələb edir ki, rəhbərlik tez-tez dəyişsin. Nə olacaq, sən bir nümunə göstər istefa ver ki, ay cavanlar, gəlin bir az da siz işləyin, 25 ildir sədrəm, qocalmışam, yorulmuşam, daha pensiyaya çıxıram. Ondan sonra biz də səni nümunə götürüb uzun müddət vəzifədən getmək istəməyən məmurları tənqid edək.

Səni xalqın taleyi maraqlandırmır ki. Sən xalqa söykənməmisən ki heç vaxt. Qərbli ağalarına, onların burdakı təmsilçisi “cənab səfir»ə söykənmisən. Bu ölkədə də işləri hansısa səfir-məfir həll eləmir. Hər hansı bir ölkənin taleyini xalq həll edir. Sən xalqa söykənmədən xarici ağaların köməyi ilə hakimiyyətə gəlmək istəyirsən ki, bu da baş tutan sevda deyil. Yox əgər, o əcnəbi ağaların ətəyini buraxıb xalqa arxalansaydın, mən özüm də səni dəstəkləyərdim.

İndi bu yaşında durub gülünc açıqlamalar vermək nəyə lazımdır? Yalanın da bir həddi olmalıdır, cənab Kərimli. Düzdür, mən başa düşürəm ki, o məşhur tamaşadakı keçmiş nazir kimi köhnə günləri yada salıb heyfslənirsən, xalq tərəfindən unudulduğunu bilirsən, ona görə hərdən hay-küy yaradıb gündəmə gəlmən lazımdır ki, növbəti tranşın ən yağlı hissəsi sənə göndərilsin. Lakin, barıtı çox eləmək lazım deyil. Dərviş Məstəli şah kimi eləsən, tüstüsündə özün boğularsan. Bir az dozanı az elə, girlən də bala-bala. Kimin nəyinə lazımdır ki, sənin okeanın o tayından aldığın beş-üç dollara göz dikə. Al ye xımır-xımır, beş günlük dünyadı. Xalq-malq boş şeydir. Xalq gəldi-gedərdi, sənə qalan pul olacaq.

Elçin Bayramlı

Keşikçidağ problemi: qədim alban məbədimizi gürcülərə necə veririk?

Tariximizə, mədəniyyətimizə yiyə çıxa bilməməyimizin cəzasını həmişə çəkmişik. İndi bu sıraya biri də əlavə olunur.

Ağstafa rayonunun ərazisində Gürcüstanla sərhəddə yerləşən Keçikçi dağı alban məbədi kompleksi və qədim mağaralar bir neçə il əvvələ kimi heç kimin yadına düşmürdü. Gürcülər isə, həmin ərazini və qədim abidələrimizi ələ keçirmək üçün əl altdan işlər görürdülər.

Qədim alban məbədi Keşikçidağ kompleksindən bir görünüşg

Bu təhlükəni ölkə televiziya və mətbuatında ilk dəfə biz qaldırdıq- 2003-ci ildə Tovuzlu iş adamı, qədim tarix və mədəniyyətimizin araşdırmaçısı Fikrət Nəsrəddinzadədən məlumat aldıq ki, gürcülər gəlib orada öz qədim əlifbalarında yazılar qazıyır, qədim alban yazılarını və simvollarını silirlər. Dərhal onunla birlikdə əraziyə gedib, Tovuz televiziyası (SmTv) üçün oradan reportaj etdik, həyacan siqanlı verdik, məqaləni Tovuzda çıxan SmPress qəzetində də dərc etdik, materialları müvafiq dövlət orqanlarına göndərdik. Bundan sonra oraya ekspedisiya göndərildi, məsələ nəzarətə götürüldü, sonralar iki ölkənin müvafiq orqanları arasında müəyyən danışıqlar getdi.

Məbədin içindən bir görünüş

2007-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu yaradıldı. Qoruğa 70-dək mağara, 1 qala, 2 məbəd və 1 inanc yeri daxildir.

Lakin, hələ də bu qədim məbədimizə tam yiyə çıxa bilməmişik. Bu ulu babalarımızın qədim alman məbədidir, albanları isə biz (yəni, “tarixçilərimiz”, “ziyalılarımız”) könüllü olaraq vermişik gürcülərə, ermənilərə. Onlara demişik ki, biz türkük, müsəlmanıq, albanlar bizlik deyil. Onlar da deyir ki, onda sizin buralara 1000 il deyil gəldiyiniz, burda aborigen xalq bizik, qədim məbədlər də bizimdir. Bax beləcə öz qədim tariximizi, mədəniyyətimizi öz əlimizlə veririk başqalarına.

Bir neçə il qabaq yenə bu məsələ qalxdı, sonra yenə sakitçilik oldu. Gürcüstan o vaxt çox ağır vəziyyətdə idi, Azərbaycana təxribat edəcək halı yox idi. Biz yardım etməsək vəziyyətləri çox ağır olardı.

İndi zaman keçib, bu gürcülər beş üç manat pul qazana biliblər və yenidən orada təxribata cəhd edir. Gürcü ictimai təşkilatlarının fəalları oraya toplanıb ətdən çəpər çəkir və bütün dünyaya göstərməyə çalışırlar ki, bu “gəlmələr” bizim xristian məbədimizə yiyə çıxırlar, qoymayın.

Dağın üstündə məbəd, altında qədim mağaralar sistemi var

6-ci əsrə aid bu kompleksin problemi ondadır ki, o düz Azərbaycan-Gürcüstan sərhəddinə düşür. İki ölkə arasında sərhədlər tam dəqiqləşmədiyindən hələlik mübahisəli ərazi kimi qalır. Gürcülər bu məbədin xristian məbədi olduğunu və son dövrlərdə oraya gürcülərin ibadət etmək üçün getdiyini əsas gətirərək abidənin onların tərkibində olmasını tələb edirlər.

Lakin unudurlar ki, Qafqazda ilk xristian biz olmuşuq- bizim ata babalarımız olan albanlar olub. Bu məbəd də onların irsidir. Biz sonradan islamı qəbul etmişiksə, bu o demək deyil ki, qədim abidələrimizi kimə gəldi verməliyik. Gürcülər və digər xristianlar istədiklərin vaxt gəlib oranı ziyarət edə bilərlər. Amma bu qədim mədəni irs bizə məxsudur və ərazi də Azərbaycanın da tərkibində qalmalıdır.

Bizim EA-nin Tarix İnstitutu yatmasaydı bu məsələləri elmi dəlillər və tarixi faktlarla ortaya qoyub gürcü şovinistlərini susdurardı. Lakin İnstitutdan səs-soraq yoxdur.

Kompleksin tam görünüşü

İnstitut bir yana qalsın, jurnalistlər, cəmiyyətin vətənpərvər ziyalıları məsələni ictimailəşdirib tədbir görülməsini tələb etsələr də, nədənsə müxalifətdən səs çıxmır. Yaman yerdə axşamlayıblar. Neyləsinlər, çörəkləri okeanın o tayından gəlir, bu Gürcüstan da hamıya məlum olduğu kimi, bunların pulları gələn yerdən idarə olunur. Qərb dairələrinin Azərbaycandan hansısa tələb və istəkləri varsa, onu təmin etmək üçün Azərbaycana Gürcüstan vasitəsilə təzyiq etməyə çalışırlar. Bunlar da indi necə öz ağalarının siyasətinə qarşı çıxsınlar?

Beləliklə, bütün tariximiz boyu olduğu kimi, yenə də toydan sonra nağara çalmağa hazırlaşırıq. Tarix İnstitutu yatır, müvafiq dövlət orqanları lazımi tədbirlər görmür, müxalifət susur…

Ümid həmişəki kimi qalıb jurnalistlərə. Gərək jurnalistlər toplaşıb gedib orada növbə çəksinlər, elmi-tarixi, arxeoloji tədqiqatlar aparsınlar, sərhədlərin hansı prinsiplərlə müəyyən edilməsini öz üzərlərinə götürsünlər. Yoxsa, bu qədim abidəmiz də əldə gedəcək…

Elçin Bayramlı

Elm insanlığın düşməni halına necə gəldi?

Alimlər və elmi mərkəzlər qlobal mafiyanın əlində əsirdir

Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla qarşılaşırıq. “Filan şey insana xeyirlidir, filan şey zərərlidir”, “alimlər sübut ediblər ki…” qəbilindən antipod məlumatların sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal quldur dəstəsinin dəyirmanına su tökürlər.

Təsəvvür edin- bizim qəzetlərin birində belə bir informasiya gedir- “Sən demə, şokalad insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3 dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir, həzm prosesi normal gedir…”

İnsanların yaralı yerindən yapışıblar. Ay qardaş, hansı ölkənin, hansı institutu, hansı elmi mərkəz, hansı alimlər, mənbə haradır, naraşdırma nə vaxt və necə keçirilib, necə sübut olunub… cavab yoxdur. İnformasiya və ya qonorar xatirinə informasiya .

Azacıq ağıllı adama aydındır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən mahiyyətinə varmırlar. Lakin ədalət naminə deyək ki, bəziləri heç də hərif deyil, məqsədli şəkildə belə məlumatları yayır.

Bir gün deyirlər, filan şey xeyirlidir, bir həftə sonra deyirlər ki, zərərlidir. Burda informasiya müharibəsi getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz məhsulunu satmaq üçün alimlərə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa alimləri kirayə tutub bunu elmi şəkildə araşdırtdırır və əksini dedirtdirir, bəzən bunu xeyli şişirdirilər də.

Genetik modifikasiyanın bəşəriyyətin və təbiətin əsas müqəddəs məbədinə həyasızcasına təcavüz olduğunu bilmirlərmi guya? Son illərdə bitki, heyvan aləminə müdaxilə insanın genetik strukturunu dağıtmaq və bioloji sistemin darmadağın edilməsinədək irəiləyib. GMO əkinlər dünyanı başına götürür, təbii sortlar yoxa çıxarılır, torpaq təbii təyinatını dəyişir, ekoloji faciələr yaranır, insan qidası süniləşir və orqanizm təbiətdən almağa məcbur oldugu elementləri ala bilmir. Nəticələri ağır olur…

Son kəşflərin birmənalı və istisnasız olaraq hamısı insan sağlamlığına, təbiətə ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO, kimvəyi istehsalın əhatə dairəsinin genişlənməsi, LSD, kompyuter, 3-5-7…D filmlərin psixikaya dağıdıcı təsiri kimi saysız problemlər elmin “nailiyyətləridir”. Soyuducu sistemlərin hətta ozon qatını belə dağıtdığını söyləmək isə artıqdır.

Qısası, hazırda elmi davamlı olaraq insanlara və təbiətə zərər verən texnologiyalar kəşf etməklə məşğuldur. Çünki, elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində alətdir. Məhz bu səbəbdən bizim bir özəl televiyada bir müddət əvvəl belə məlumat yayımlanmışdı ki, “alimlər sübut ediblər ki, ana südü zərərli imiş”, ardınca da deyilirdi, “alimlərin son araşdırmalarına görə, alkoqollu içkilər insana xeyrlidir”…

Mobil telefonların dəhşətli zərərlərini ortaya çıxaran alimlərin iri mobil telefon istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvət müqabilində bunu gizlətməsi rəzaləti ortaya çıxandan sonra artıq heç nəyə inanmağa dəyməz. Özü də bunun Ümumdünya Səhiyyə Təşkilatında baş verməsi lap təəccüblü idi.

Sizi bilmirəm, şəxsən mən daha elmə inanmıram, daha doğrusu elmə inanıram, onun səmimiliyinə inanmıram. Ziddiyyətli informasiya axını içində başımız itəndə bütün bu məlumatları bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini, qidalanma, təbii geyim, təbii ev quruluşunu…  xatırlayıram, heç bir maddi marağı olmayan Sovet alimlərinin dedikləri ilə, indiki pula satılan Qərb “alimlərinin” dediklərini tutuşdururam.

SSRİ-də elmin nailiyyətləri, alimlərin fəaliyyət məqsədləri ancaq xalqın, ölkənin inkişafı üçün səmimi olaraq ortaya qoyulurdu. Sovet alimlərinin kəşfləri insanların sağlam həyatını və düzgün inkişafını təmin etməyə yönəlirdi. Çünki, sosializm cəmiyyətində alimlərin biznes maraqları naminə saxta elm yaratması üçün heç bir imkan və şərait  yox idi.

Kapitalist dünyasında isə hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ mümkün qədər tez və sürətlə, daha çox pul qazanmaqdan ibarətdir. Loru dildə desək, Qərb elmi mərkəzləri böyük korporasiyaların əlində alətdir. Qərb alimlərinin böyük əksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe etdirilmişdir.

Bir dəfə görmüsünüz bir alim ya da institut çıxıb dünyada ən dəhşətli, təhlükəli, zəhərli içki olan “Koka-kola”nın insanlığa qarşı cinayət olduğunu ortaya qoya?! Ya da GMO məhsulların dəhşətli faciələrə gətirib çıxardığını bilə-bilə Qərb alimləri niyə susurlar? Bunlara bir az artıq pul versən deyərlər ki, bəs siqaret və narkotika sağlamlıq üçün son dərəcə xeyirlidir.

Hansısa bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum olur ki, bunun çox dəhşətli zərərləri var imiş. 100 ildir milyardlarla insanın  bədəninə antibiotiklər yerit, sonra da aydın olsun ki, antibiotik insan orqanizmini, immunitet sistemini məhv edirmiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkərin, ətin, duzun… xeyiri və zərəri haqda uzun sürən elmi informasiya müharibələri gedir. Əmilər, xalalar, bir qərara gəlin, bunlar zərərlidir, yoxsa xeyirli?

Məndən sizə məsləhət, elmi və alimləri əllərində köləyə çevirən bu quldurlara inanmayın, yalnız təbii, müdaxilə olunmamış qidalara, təbii geyimlərə, təhlükəsiz texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninizə sıxıb uzun-uzadı qeybət eləməyin. Süni qidalardan, GMO-dan aralı durun, saxta dərmanların əvəzinə təbii müalicə üsullarına üstünlük verin. “Televizorda deyiblər” söhbətini qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayacaq…

Elçin Bayramlı

Qida terroru: nə baş verir, necə qorunmalı — MÜZAKİRƏ — APA TV

Azərbaycan qlobal qida terrorundan necə qorunur?

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mağazaları bürüyən saxta və təhlükəli qida məhsullar ilə bağlı bağlı fikirlərini bildirib, problemin səbəb və nəticələrini, həlli yollarını müzakirə ediblər.


Müzakirə APA TV-də «İlham Tumasla 40 dəqiqə» verilişində aparılıb

Yollarda vətəndaş müharibəsi

İldə 1000 nəfərə yaxın insanı kim öldürür və ya avtoterroru necə dayandırmaq olar?

Belə əsrarəngiz mənzərələr
ancaq Azərbaycanda seyr edilə bilər

Bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində cəmi 8 nəfər olmaqla 2 ailənin məhv olması yollarda baş verən faciələrin yalnız biridir. Son dövrlərə nəzər salsaq il ərzində orta hesabla 1000 nəfərə yaxın insan avtomobil qəzalarında həlak olur, 2000-ə yaxını ağır yaralanır və ya əlil olur. Bu, dünyada ən yüksək rəqəmlərdəndir.

Mənzərəyə baxanda belə qənaətə gəlmək olur ki, xalqımız yollarda vətəndaş müharibəsi aparır və bu müharibə Ermənistanla müharibədən daha çox itkilərə səbəb olur.

Bəs səbəblər nədədir? Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məsul şəxsləri bunun səbəbini heyrətamiz dərəcədə gülməli faktorla əsaslandırmağa çalışırlar. Guya ki, qəzaların artmasının başlıca səbəbi nəqliyyat vasitələrinin sayının kəskin surətdə artması imiş. Bu, əlbəttə, gülünc bir bəhanədir. Əvvəla, Azərbaycan əhalinin hər min nəfərə düşən avtomobil sayına görə Avropada ən aşağı yerlərdədir, qəzaların sayına görə isə ən yuxarı yerlərdə. İkincisi, avtomobil sayının əhali sayından çox olduğu ölkələrdə belə bu qədər çox qəza baş vermir.

Bakı, Heydər Əliyev prospekti
Foto : Elçin Bayramlı

Bu problemin 2 əsas səbəbi var. Biri DYP-nin 1000-1200 manata kimə gəldi sürücülük vəsiqəsi satması, digəri də yol hərəkəti təhlükəsizliyində rüşvət və tapşırıq halları. Üstəlik, ictimai qınaq da yox səviyyəsindədir. Buna görə də, bizdə nə qanundan qorxan var, nə cəmiyyətdən. Pulunu ver “prava”nı al, pulunu ver qaydanı poz, polis saxlayanda vəzifəli dayıya zəng elə cəzadan qurtul.

Onu da qeyd etmək lazımdır ki, bizdə sürücülərlə yanaşı, piyadalar da məsuliyyətsizdir. Səki əvəzinə avtomobil yolunun ortasında gəzirlər, keçid ola-ola yoldan keçirlər. Ölkədə yol qəza hadisələrinin 40 faizi piyadaların vurulması ilə bağlıdır.

Sərnişinlər üçün potensial ölüm maşını
Foto : Elçin Bayramlı

Bir neçə xarici ölkədə olmuşam. Görmüşəm ki, sürücülər və piyadalar yol hərəkəti qaydalarını həyat qaydası kimi qəbul edirlər. Bizdə isə nə qanun işləyir, nə adamlarda məsuliyyət var.

Faktiki olaraq, yol hərəkəti təhlükəsizliyi qaydaları avtobus və yük maşınlarının sürücülərinə aid deyil. Bu sürücülər yolda nə hoqqadan desən çıxırlar, amma yol polisi onlara heç nə deyə bilmir. Nədən və ya kimdən qorxurlar görəsən?

Bu problemdən çıxış yolu cərimələrin artırılması deyil, onsuz da pullu və vəzifəli şəxslərin cərimə zad vecinə deyil. Sərxoş halda avtomobil idarə edən sürücüdən 200 manat alıb yola davam işarəsi vermək qarşıdakı dəqiqələrdə daha bir neçə nəfərin cəsədlərinin yola səpələnməsinə bilərəkdən şərait yaratmaqdır.

Bəzi sürücülər isə «yuxarı yerlərdəndir», məsələn vəzifəli şəxsin qohumudur, onu saxlayan polis qorxusundan o saat “buyurun, yola davam edin, bağışlayın bilməmişik ki “Həsən ağa”nın qohumusunuz” deməyə məcbur olur.

Bizdə hətta nəzəri cəhətdən belə mümkün olmayan hallar praktikada mümkündür

Cavabdeh təşkilatların “tədbir görürük” deməsinə rəğmən yol terrorunun qurbanları aydan-aya artır. Hansı tədbirlər görülür? Görülürsə, soruşmaq ayıb olmasın, bəs hanı nəticəsi? Nəticəsi avtomobillə vurulub küçələrə səpələnən cəsədlərin sayının artmasıdırmı, yoxsa avtoşluq edərək maşınları yollarda kəllə-kəlləyə gətirən bəzi qızmış cavanların qudurğanlığıdırmı??

Qudurğanlıq demişkən, bu məsələdə əsas problemlərdən biri də, bizim insanların bir çoxunun harınlığa, yekəxanalığa, özünü başqalarına göstərməyə çalışması kimi mənfi xüsusiyyətlərdir. Bütün dünyada avtomobil sadəcə nəqliyyat vasitəsidir, bizdə isə bir çox hallarda özünü reklam və avtoşluq vasitəsidir. Hər beyniqan gəncin əlinə bir maşın alıb verən və onların yolda necə məharətlə tryuklar göstərməsini seyr edib bununla fəxr edən valideynlərdən yaxşı nə gözləmək olar ki? Toy karvanlarında, son zəng gəzintilərində çox vaxt sürücülük yaşı və hüququ belə çatmayan yeniyetmə və gənclərin atasının maşınını götürərək yolda hoqqa çıxarması və nəticədə bir neçə nəfərin o dünyalıq olması barədə faktların say-hesabı yoxdur. Belə uşaqların valideynləri həbs olunmalıdır.

«Gör indi qaqan nağayrajax»

Avtoşluq probleminin qəti və tam həllini təklif edim. Avtoşluq edib insanların həyatına təhlükə yaradan sürücünün maşını müsadirə edilir və satılaraq pulu qocalar və ya uşaqlar evinə yardım kimi verilir. Sizi inandırıam ki, bu üsul tətbiq olunsa, uzağı bircə aydan sonra ölkədə bir avtoşluq faktı belə qeydə alınmaz.

Göründüyü kimi, istənilən problemin həli mümkündür, sadəcə effektiv üsulları tətbiq etmək lazımdır.

Problemin nəticələri ilə yox, səbəblərinin aradan qaldırılması ilə uğraşmaq lazımdır. Hər yerə kamera qoyub maşınların insanları necə tikə-parça etməsini televiziya və internetdən əhaliyə izlətməkdənsə, yuxarıda qeyd etdiyim halların aradan qaldırılmasına çalışılsa yaxşı olar.

Elçin Bayramlı

Əli İnsanov nə istəyir?

Keçmiş korrupsioner səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi”nə heyrətamiz müsahibəsinin qısa şərhi

2005-ci ildə vəzifə cinayətlərinə görə həbs edilən, həbs müddətinin başa çatmasına 4 il qalmış Prezident İlham Əliyev tərəfindən əfv edilən keçmiş korrupsioner səhiyyə naziri Əli İnsanovun həbsxanadan çıxandan sonra özünü mələk kimi təqdim etmə və xalqın uğrunda mübarizə aparan siyasətçi kimi qələmə vermə cəhdlərini heyrətlə izlədim.

Keçmiş səhiyyə naziri Əli İnsanov həbsdən azad edilərkən
Bakı şəhəri 2019.

73 yaşında siyasətə atılan və yeni siyasi partiya yaradacağını bəyan edən İnsanov öz keçmiş qüdrətini qaytarmağa çalışır. O vaxt vəzifəyə gətirdiyi qohum-əqrabanın və
başına topladığı bəzi yerlilərindən ibarət klanın onu yenidən özünə lider qəbul edəcəyinə və onların basitəsilə hakimiyyətə gələcəyinə sadəlövhcəsinə inanmaqdadır.

Özünü ziyalı sayan bu adam türmədən çıxandan sonra kriminal jarqonda danışmağa və oğru qanunları əsasında fikir yürütməsi ilə ona hörməti hələ də qalmış olan beş-on adamın da gözündən düşdü. Yəqin ki, tarixə ilk vorzakon-alim kimi düşmək istəyirmiş.

Dediklərindən belə çıxır ki, guya bu adam xalqın mənafeyi uğrunda mübarizə apardığı üçün hakimiyyət bunu həbs edib cəzalandırıbmış. Halbuki, nazir olan vaxtlarda onun necə əlçatmaz bir məmur olduğu, nəinki sadə vətəndaların, ondan səhiyyə ilə bağlı mövzularda rəy almağa çalışan jurnalistləri belə təhqir edib qovması, hətta mühafizəçilərinə döydürməsi kimi faktlar hələ heç kimin yadından çıxmayıb.

İndi radikal müxalifətin mitinqlərinə dəstək verən və xalqla birgə olduğunu deyəndə adamın gülməyi gəlir. A kişi, sən milyardlıq villalarda krallar kimi yaşamısan, səni gəzdirən maşınların birinin qiyməti o mitinqlərə çıxanların 10 nəfərinin evindən bahadır, sən geydiyim kostyumları, istemal etdiyin nadir delikatesləri o adamlar heç yuxusunda da görə bilməz. Onlar hara, sən hara? Sən nə vaxtdan xalqdan biri olmusan? Xalqın davasını döyürsən? Vəzifədə olanda niyə döymürdün? Vəzifədən əlin çıxandan sonra qəhrəmanmı oldun? Yoxsa, prezident olmaq arzun baş tutmadı deyə, acığını bu yolla çıxmağa çalışırsan? Səndən prezidentmi çıxar a kişi? Bu xalq o qədərmi kardır, kordur?

Sənin yaşına başına hömət edib türmədə ölməyəsən deyə əfv edən dövlət başçısına təhqirlər yağdırmaqla yeni ağalarının gözündə qəhrəmanmı olmaq istəyirsən? O ağalar bütün vəzifəsi boyu korrupsioner olmuş bir şəxsdən bu xalqa qəhrəman düzəltmək istəyirlərsə, onda səhv edirlər, keçəl suya getməz.

Bu günlərdə mister İnsanovun“Amerikanın səsi”nə müsahibəsini oxuyandan sonra lap məəttəl qaldım. Bu adam həbsxanada qəzet zad oxumayıbmı, televizora baxmayıbmı? 2005-ci ildə hansı təfəkkürlə, hansı informasiyalarla giribsə, onlarla da çıxıb ordan. Halbuki, bu 14 ildə çox şey dəyişib. Özünə sığışdırıb öz villasından xalqın arasına çıxsa, baxardı ki, vəziyyət necədir, əhalinin məsələlərə münasibəti nədir.

Amerikaya, Avropaya xoş gəlmək üçün müsahibədə verilən “siyasi partiya yaradacaqsınızmı” sualına cavabını isə suala heç bir dəxli olmayan bu sözlərlə başlayır: “1946-cı il mart ayının 5-də Uinston Çörçillin Amerikada çıxışı soyuq müharibənin başlanğıcı oldu. Qısa müddət sonra bu məsələni öz nəzarətlərinə götürdülər, uzaqgörənliklə soyuq müharibənin bütün strukturlarını yaratdılar. BMT, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, Amerikanın Səsi… və beləliklə də uzun onilliklərə yönəlmiş bir siyasət və institutlar meydana gəldi. Keçən əsrin səksəninci illərində Çörçilin və Harri Trumenin səpdiyi toxumlar cücərməyə başladı. Bu işi davam etdirmək üçün yeni liderə, çox cəsarətli ağıllı liderə ehtiyac yarandı. Bu, Amerika prezidenti Ronald Reyqan oldu. Reyqan soyuq müharibəni başa çatdırdı, qələbə çaldı… Sadəcə, ağıllı, düşünülmüş siyasətlə bu iş başa çatdı…”.

Amerikalı ağalara xoş gəlmək üçün onların tarixindən yaxşı bimədiyi məqamlara toxunmaqla, Amerika prezidentlərini və Mərkəzi Kəşfiyyat İdarəsini tərifləməklə özünü daha da biabır edir. Burada xoruzun quyruğu aydın görünür.

Bir yerdə isə lap ağını çıxarır: “Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, “varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq” (mesaja bax ey!).
A kişi, əvvəla, dünyada hamının varlı olduğu bircə ölkə də yoxdur və heç vaxt da olmamışdır. Bu vədləri 90-larda xalqımız müxalifət liderlərindən çox eşidib, artıq 20 idən çoxdur dəbdən düşüb. Yeni siyasi texnologiyalar yaranıb. Sən hələ ordan bu yana keçə bilməmisənmi? İkincisi, sən prezident olsan, hamı milyarder olacaq? Bəs sənin villalarında nökərçilikləri, bahalı maşınlarına sürücülüyü kimlər edəcək?

Qarabağ probelminin həlli ilə bağlı fikirləri isə tamam rüsvayçılıqdır. Adamın dediyindən belə çıxır ki, Qarabağ probleminin həll olmamasının səbəbi bizdə hakimiyyətin yaxşı olmaması ilə bağlı imiş. Məzən olsun, a kişi. Ermənistan guya Qarabağı qaytaracaqmış, görüb ki, bizim hakimiyyət yaxşı deyil, qaytarmayıb. Ona görə də, mister İnsanov ermənilərlə dost olacaqmış ki, Qarabağı qaytarsınlar. İnanılmaz dərəcədə cılız və satqın təfəkkürdür. Xocalıda tikə-tikə doğranan körpələri nə tez unutdun, ağsaqqal? Sən isti və zəngin kabinetində 1000 manatlıq şokaladla 5000 manatlıq konyakı içib xumarlananda, Qarabağda insanlarımızı erməni faşistlərindən xilas etmək üçün şəhid olanları nə tez unutdun?

Deyir ermənilərin də günahi yoxdur ki, vəziyyət bu həddə gəlib çıxıb. Necə yoxdur, a doxtur? Kimin günahı var bəs? Yaponların, yoxsa hindlilərin? 20 min insanı kim öldürdü, 800 yaşayış məntəqəsini kim dağıtdı, minlərlə mədəniyyət abidəmizi kim məhv etdi, 20 faiz ərazimizi kim işğal etdi bəs?

Sözünün axırında ağsaqqal lap gül vurub: “Biz Qarabağın həlli üçün səbəblərin çoxunu özümüzdə axtarmalıyıq. Biz elə xoşagəlimli olmalıyıq ki, həm ermənilər- bizim vətəndaşlar burada qalıb yaşamaq istəsinlər, həm beynəlxalq təşkilatlar bizə inansınlar, etibar etsinlər və bizim mövqeyimizi dəstəkləsinlər”.

Burada əlavə şərhə ehtiyac görmürəm. Adam açıq-aşkar deyr ki, Qarabağın işğalında və xalqımıza qarşı erməni faşistlərinin həyata keçirdiyi soyrqırımda günah bizdəymiş. Biz vəhşiymişik deyə onlar bizə düşmənçilik edirlərmiş. Daha bunun nəyini şərh edəsən? Erməni siyasətçilər belə bu qədər hayasızlıq etmir. Papadan artıq kotolik olmaq istəyən İnsanov edir.

Jurnalistin “sizi regionçu kimi tanıyırlar, belə bir imiciniz var, başqa regionların insanlarına özünüzü necə tədqim edəcəksiniz” sualına isə bunu inkar etməklə başlayır. “Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizi inandırmaq istəyirəm” deyə qeyri-səmimiliyini nümayiş etdirir. «İnandırıcı olması üçün də «ciddi» arqument qoyur ki, bəs mənim sürücüm bakılı olub, katibəm lənkəranlı olub, filan. İnsanın təfəkkürünün və şüuraltının necəliyi buradan aydın görünür. Bu vəzifəpərəst korrupsionerin şüuraltında Azərbaycanın başqa regionlarından olan insanlarımız ancaq katibəliyə, sürücülüyə yarayır. Sən bu xalqı nə hesab edirsən a kişi? Azərbaycan balaca bir ölkədir, hamı hamını çox yaxşı tanıyır. Biz o qədər də ağlımızı, yaddaşımızı itirməmişik ki, axmaq yerinə qoyasan, uşaq kimi aldadasan.

Nə isə, siyasət sənlik deyil, ağsaqqal. Əvvəla, sənin pensiya yaşın çoxdan keçib, gedib keçmiş nazir yoldaşların demişkən, nəvələrinlə oynamağın lazımdır. Yox əgər işləmək istəyirsənsə, get həkim işlə, bəlkə ilk dəfə bu xalqa bir faydan dəyə. Yoxsa, siyasət işi çətin işdir, bu, sənlik deyil, doxtur.

İnkişaf üçün mənəvi dəyərlərimizi itirməliyikmi?

Milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz elmi-texniki, sosial-iqtisadi inkişafa mane olurmu?

Son dövrlərdə milli və bəşəri dəyərlərə qarşı hücumlar artıb. Öz əxlaqını, vicdanını, namusunu- dəyərlərini qoruyan insanlara Söylü demiş belə birtəhər baxırlar. Bunu konkret kimlər edir, Şərif demişkən “subutalni, dokumentalnı” sizə deyə bilmərəm, amma necə və niyə edir bu haqda bəzi mülahizələrim var.

Avropa, Qərb dəyərləri adı altında bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir. Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü, onlar mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.

Lakin bir ağıllı çıxıb onlara tək bir Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər ki, bir xalq öz dəyərlərini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Qısası, bu arqumentə bir quş.

İkinci arqument insan hüquqları adı altında cəmiyyətimizə dürtülən dəyərlərdir. Məsələn, qadın hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s.  Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar, uşaqlar, xəstələr əzilirmi? Psixi xəstələrin törətdiyi bəzi hadisələri nəzərə almasaq, xeyr!

Kişilərin həmişə onlara diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət göstərib. Qadın azadlığı budur, indi TV-lərdə, seriallarda təbliğ olunanlar deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə intim münasibətlərdə olması tələb olunmur.

Bizim ailə institutumuzda və cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün olmayan avtomatik reaksiya hesab olunur.

Bizdə uşaqlar döyülüb öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına qulaqburması verir. Əks halda həmin uşağın axırı məsələn, hippiyə, emoya, ən yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.

Məgər dövlət cinayət törədən vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm?

 Ya da bizdə cinsi azlıq nümayəndəsi şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Haqlıdırlar da.

Yaxşı, bəs onda nə deyib bizim ailə institumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin sualdır. Bunu bir zəhmət bu işlə ciddi məşğul olan beynəlxalq və yerli təşkilatların rəhbərlərindən soruşun. Mən imkan düşdükcə soruşuram ki boğazları qurusun…

Dəyərlər dəyişib, dəyişir, dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə, elmi-texniki inkişaf üçün problem yaradır? Yaratmır! Bəs onda nə baş verir? Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş verdiyi müzakirə obyektidir.

Mənə aydın deyil, inkişaf etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü yaramırmı? Yaramırsa, niyə Sovet dövründə, həm dəyərlər qorunurdu, həç də ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi?

Hər mədəniyyətin özünün psixoloji-ruhi-mənəvi dəyərləri var. Mənəvi dəyərlərin elmi texniki inkişafa heç bir maneçiliyi yoxdur. Olsaydı, konservativ Yaponiya ilə rasional Qərb arasında elmi-texnoloji cəhətdən fərqlər çox olardı.

İnteqrasiya ancaq elmi-texnoloji, hüquqi-demokratik müstəvidə ola bilər. Milli-mənəvi dəyərlər inteqrasiya olmur, olmamalıdır. Hər xalqın öz dəyərləri, öz mənəviyyatı var və mənəvi dəyərlər heç hir halda elmi-texniki, sosial-iqtisadi inkişafa mane olmur, əksinə təkan verir.

Yox, əgər mütləq hara isə inteqrasiya etmək lazımdırsa, niyə bu məhz Qərb (Amerika, Avropa) olmalıdır? Məgər dünyanın başqa tərəflərində nümunəvi cəmiyyətlər yoxdurmu? Bəlkə Şərqə inteqrasiya edək, məsələn, Yaponiyaya. Nə deyirsiniz?

“Kapitan Qrant”ın uşaqları

Elmi fantastika janrının atası, ölməz yazıçı Jül Vernin “Kapitan Qrantın uşaqları” əsəri dünya macəra ədəbiyyatının şah əsərlərindən sayılır. Bu əsəri oxumayan çətin tapılar.

Amma mövzumuz onunla bağlı deyil. Biz tamam başqa Qrantın uşaqlarından danışmaq istəyirik. Bu Qrant həzrətləri ilə xalqımızın ilk tanışlığı Sovet İttifaqının dağılmasından sonra müstəqil respublika kimi yaşamağa çalışdığımız ilk dövrlərdən başlayır.

İttifaqın dağılmasından sonra xarici dairələrin, böyük dövlətlərin keçmiş Sovet respublikalarına hücümu başladı. Respublikamızda saysız hesabsız siyasi partiyalar, dini icmalar, etnik birliklər və sair qeyri-hökumət təşkilatları… və sayı-hesabı bilinməyən media orqanları yaranmağa başladı.

Adam lap məəttəl qalırdı- kiçik bir respublikada bu qədər çox sayda mətbu orqan və ictimai təşkilat nəyə və kimə lazımdır? Ölkənin, xalqın maliyyə-iqtisadi vəziyyəti son dərəcə ağır olduğundan bu qədər təşkilatı, qəzeti, icmanı kimin maliyyələşdirdiyi sual doğururdu.

Artıq 90-ların ortalarından bilməyənlərə də aydın oldu ki, belə təşkilatların yaranması, cəmiyyətin monolit formasından çıxaraq saysız siyasi, dini, etnik qruplara bölünməsi hansı xarici mərkəzlərə və niyə sərf edirmiş. Pullar hardan və necə gəlirmiş.

Qrant adlandırılan bu çirkli pulları mədəni formalara salıb müxtəlif bəzəkli adlar altında ölkədəki qulbeçələrinə göndərirdilər. Nə bilim, demokratiyanin inkişafı naminə, vətəndaş cəmiyyəti uğrunda, hüquqi dövlətə doğru, qadın azadlığı, tolerantlıq mədəniyyəti və s. adlarla.

Ölkə boyu beynəlxalq təşkilatların seminar, treninq, konfrans və sair bu kimi tədbirlərinin sayı-hesabı yox idi. Belə tədbirlərə əsasən aktiv gənclər dəvət edilir və onların beyninin yuyulması üçün peşəkar əcnəbi mütəxəssislər təlim keçirdi. Hətta, fərqlənənləri xarici səfərlərə aparıb orda Qərbin “demokratik”, “zəngin” mənzərələrini onlara nümayiş etdirirdilər ki, “lazimi” təfəkkürə yiyələnsinlər. Buna xüsusi xidmət orqanlarında “verbovka” da deyilir.

Təsəvvür edin, ölkədə qeydiyyatdan keçmiş dini icmaların sayı 300-ü, siyasi partiyaların sayı 100-ü, qeyri-hökumət təşkilatlarının sayı 3000-i, media orqanlarının sayı isə 5000-i keçib. Bu ilk baxışda demokratiyanın təntənəsi kimi görünə bilər. Amma alt qatlarda məsələ bir az başqa cürdür.

Gəlin görək, bu quruluşların neçəsi xalqın problemlərini həll etmək üçün, cəmiyyəti obyektiv məlumatlandırma və maarifləndirmə üçün, mənəvi dəyərlərin qorunması üçün fəaliyyət göstərir. Çox az sayda olar.

Dövlət ölkə QHT-lərinin, mətbuatının xarici dairələrdən asılı vəziyyətə düşdüyünü görəndə, hər sahədə bir fond yaratdı ki, onların cəmiyyətin inkişafı naminə fəaliyyətlərini özü maliyyələşdirsin, gözləri onun-bunun əlində qalmasın. Amma gəlin görək, bu qrantları, yardımları alan media və QHT-lər hansı layihələr həyata keçirir və bunların cəmiyyətə hansı xeyrləri olub?

İndi gələk politoloqlara, iqtisadçılara, sosioloqlara, psixoloqlara, ilahiyyatşünaslara, digər sahələrdə “müstəqil” ekspertlərə. Heç kim bilməsə də, jurnalistlər yaxşı bilir ki, hər hansı bir siyasi, iqtisadi, sosial, dini problemlərin araşdrılması üçün obyektiv ekspert tapıb rəy almaq necə müşküldür. Mütləq, hansısa böyük dövlətin və ya təşkilatın maraq və mənafeləri baxımından yanaşacaq məsələyə.

Yeri gəlmişkən, elə jurnalistlərin arasında da bu qrantlardan, çirkli və gizli pullardan bəhrələnən xeylisi var. Onların yazılarından bu mükafatların təsiri necə də aydın hiss olunur…

Biri Qərbin mənafeyindən çıxış edəcək, biri Türkiyənin, o biri İranın, digəri Rusiyanın… ya da biri hakimiyyətin tərəfindən çıxış edib “ağa da ağ”, “qaraya da ağ” deyəcək, o biri müxalifətin maraqlarından çıxış edib “qaraya da qara”, “ağa da qara” deyəcək.

Ya da, öz ölkəsini, xalqını, dövlətini şərləyib, ləkə yaxan, bunun müqabilində Avropa ölkələrindən sığınacaq alaraq yaxşı yaşayacağını güman edən, lakin burada xarici dövlətlərin xüsusi xidmət orqanlarının, erməni lobbisinin təsirinə düşən adamların dediklərinə xalq necə inana bilər ki?

Necə deyərlər, pulu kim verirsə, mahnını da o sifariş edir. “Kapitan Qrant”ın nökərlərini tanımaq elə də çətin deyil, çətin olan onları bu rəzil vəziyyətdən xilas etmək, ya da heç olmasa gənclərin onların təsirinə düşüb aldanmasının qarşısını almaqdır.

Elçin Bayramlı

Первая запись в блоге

Это ваша самая первая запись. Чтобы отредактировать или удалить её, нажмите кнопку «Изменить» или создайте новую запись. Если вы хотите написать что-нибудь ещё, расскажите читателям, почему завели блог и что планируете в нём публиковать. По всем вопросам вы можете обратиться к участникам форумов поддержки.