Bu günlərdə şəxsi elektron poçtuma Xızı rayonu Yeni Yaşma kəndinin sakinləri tərəfindən müraciət və qarşılaşdıqları problemlə bağlı sənədlər daxil olub. Həmin müraciəti və sənədlərin fotolarını heç bir şərh vermədən olduğu kimi təqdim edirəm.
“Salam Elçin müəllim.
Bizim kənd sakinləri adından sizə müraciətimiz var. Probemlə bağlı yazı 3 xəbər
saytında gedib, lakin Azərsu ASC üçün görünür mətbuat elə də əhəmiyyət kəsb
etmir. Bu haqda məlumatlar “Gündəminfo”, “Bakupost”,
“Report”da da gedib. Report materialın çoxunu kəsib.
Xızı rayonunun 300-dən ev evdən, 500-dən artıq ailədən, 2500 nəfərdən artlq sakindən ibarət Yeni Yaşma kəndinin kanalizasiya problemi 30 ildir davam edir. Amma 30 ildir Azərsu ASC bu problem həll etmir.Sadəcə, «bu problemin yaxın gələcəkdə həlli dövlət proqramında nəzərdə tutulub» deyə rəsmi cavab verirlər. Nəticədə vəziyyət dözülməz həddə çatıb. Nəhayət bu təşkilat real hərəkət etməlidir.
Bu, sakinlərin Xızı rayon icra hakimiyyəti başçısının ərazi inzibati dairə üzrə nüməyəndəsinə müraciətidir. (FOTO-1)
İkinci fotodakı sənəd nümayəndənin cavabıdir. (FOTO-2)
Nümayəndədən soruşduq ki, “siz çox güman ki, aidiyyati orqan olmadıgınız üçün cavabı Azərsu ilə məsləhətləşmisiniz, yəni, cavabınız Azərsu-nun mövqeyidir?» Nümayəndə- “bəli, mən cavabı Azərsu ilə məsləhətləşib yazmışam” deyə cavab verdi”.
Bu isə kənd sakinlərinin Azərsu ASC-nin sədri Qorxmaz Hüseynova olan müraciətidir. (FOTO-3)
İndi isə cavabla tanış olun. (FOTO-4)
İlk qaranlıq məqam burdan başlayır- müraciətin məzmunu, motivi, kanalizasiya xəttinin olmaması, suyunuz çəkilir, filan yerdən gələcək cavabı.
Bu isə bizim Xızı rayon İcra Hakimiyyətinə müraciətimiz (FOTO-5)
Bu isə Xızı rayon İcra Hakimiyyətinin cavabıdır (FOTO-6)
Bu isə kənd sakinlərin problemlə bağlı müfaviq orqanlara ünvanlanan müraciətə qoyulan imzaları (FOTO-7-8-9)
16-07-2019-cu il tarixdə müraciəti İcra hakimiyyəti başçısı Xəzər Aslanova şəxsən təqdim etmək istəyəndə “ümumi şöbəyə təqdim edərsən” dedi, mən də qəbulda təqdim etdim.
Qəbul edən RİH-dən ümumi şöbə A. Haqverdiyev
idi.
Qeyd edim ki, bu problemin həll olunmaması nəticəsində antisanitariya baş alıb gedir, kəndimiz mikrob, virus mənbəyinə çevrilir, yoluxucu xəstəliklərin yayılması ehtimalı güclənir, sakinlərə maddi ziyan dəyir, ekoloji vəziyyəti gərginləşdirir.
Əlavə də bir məlumat verim ki, biz çirkabın təmizlənməsi üçün həmişə 50-60 manat aralığında pul ödəyirdik, indi bunun üçün 100 manat tələb edirlər.
Bələdiyyə sədrinə müraciət etdik, cavabı belə oldu- “Mən gəlib çəkməliyəm kanalizasiyanı?
Kənd icra nümayəndəsinə deyirəm, cavab verir ki, “Çək vur həyətinə (?!)”.
Həyət bərbad gündədir, yəni, çox üzr istəyirəm bunu belə açıq yazmağa məcbur olduğum üçün, adam bilmir tualetdən necə istifadə etsin…
Az qalib, 2-3 günə problem aradan qaldırılmasa,
kanalizasiya həyətimizə və qonşunun həyətinə axacaq.
Ümüd sonda ölür deyirlər, sizin problemi işıqlandırmanızdan
sonra ümüd edirəm reaksiya olacaq və problem həll ediləcək.
Sonda qeyd edim ki, bu problemi qaldıranlara qarşı məmurun təhqirinin, kənd icra nümayəndəsinin təhdidinin və s. qeyri-etik hərəkətlərinin fotoları və video materialı var, onları da sizə göndərəcəm”.
Şikayətçilər adından mənə müraciəti və sənədləri göndərən xanım kanalizasiya basmış kənddə yaranmış vəziyyətlə bağlı fotoları göndərməyə utandığını dedi. Ortaya çıxan üfunəti isə nə foto nə video göstərə bilər, bu dəhşəti gərək gəlib yerəndə görəsən- deyə kənd sakini yazır.
30 ildir kiçik bir problemi həll etməyən,
2500-dən artıq insanı çirkab, kanalizasiya, antisanitariya, mikrob içində
yaşamağa məcbur edən Azərsu ASC və Xızı rayon rəhbərliyi bu materialdan sonra yəqin
ki, bir az utanar və öz vəzifələrini xatırlayarlar. Yoxsa, biz onlardan
soruşarıq ki, bu problemlərin həlli üçün dövlət büdcəsindən ayrılan milyonlar
hara xərclənir?
“Kimsə öz heyvanını gətirib bazarda 9 manata sata bilmir, onu “başa salırlar” ki, ət 11 manatadır. Hətta bəzi qəsablar etiraf edirlər ki, ətləri xarab olsa belə, onu ucuz sata bilmirlər”
Azərbaycanın ət idxal etdiyi ölkələrdən olan Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb. Gürcüstanın “Business Press News” nəşri məlumat verib ki, Tbilisinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir. Qonşu ölkədə ətin bahalaşması bu qida məhulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir. Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır.
Qeyd edək ki, ölkəmizin ət tələbatının önəmli bir hissəsi
idxal hesabına ödənilir. Doğrudur, bir sıra rəsmi şəxslər, o cümlədən də Kənd təsərrüfatı
naziri İnam Kərimov bu faktı təkzib etməyə çalışır, amma Dövlət Statistika
Komitəsinin, o cümlədən də Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlər fərqli
mənzərəni ortaya qoyur. Qeyd edək ki, nazir ilin əvvəlində “Azərbaycanda “ət və
süd məhsulları ilə özünü təminetmə 90 %-ə çatıb, bütün növ tərəvəz və meyvə üzrə
isə bu göstərici 100 %-dən çox olub” -deyə, açıqlama vermişdi. Dövlət Gömrük
Komitəsinin məlumatına görə isə, 2018-ci ildə Azərbaycana 47399,29 ton ət və
9511,43 ton süd məhsulu gətirilib. Onların dəyəri 70075 və 12652 min dollar təşkil
edib. Bu isə 2017-ci ilin nəticələri ilə müqayisədə həcmə görə ət idxalının
18,2%, süd idxalı 7,2% artması deməkdir. Ümumiyyətlə, statistik rəqəmlərə görə,
2015-ci ildən indiyədək ət idxalı 3,2 dəfə artıb. Ölkəmizin ət idxalçılarının
arasında, hətta Braziliyanın da adı var. Bu ölkədə istehsal olunan ət keyfiyyətcə
aşağı səviyyəli hesab olunsa da, Braziliyadan idxal həcmləri artmaqda davam
edir.
Bəs, qonşu Gürcüstanda bahalaşmanın ölkəmizdə qiymətlərə təsiri
gözlənilə bilərmi?
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, hazırda ətə tələbat çox aşağıdır, ona görə də qonşu ölkədəki bahalaşmanın ölkəmizdə ətin qiymətinə ciddi təsiri gözlənilmir: “Əslində qiymət artımının baş veməsi bazar qanunlarına ziddir. Çünki ətə tələbatın ilin ən az olan mövsümüdür, yayın bol məhsulları var. Amma süni qiymət artımının baş verməsi mümkündür. Bizdə qiymətlər yəni sərbəst müəyyən olunmur, adətən, bütün ölkə üzrə standart olur. Kimsə öz heyvanını gətirib bazarda 9 manata sata bilmir, onu “başa salırlar” ki, ət 11 manatadır. Hətta bəzi qəsablar etiraf edirlər ki, ətləri xarab olsa belə, onu ucuz sata bilmirlər. Bu baxımdan, “ət monopoliyası”nın bu amildən istifadə edərək, qiymətləri 10 faiz artırması mümkündür”.
İqtisadçı deyir ki, müvafiq qurumlar, o cümlədən də Dövlət Qida Təhlükəsizliyi Agentliyi ət kəsimini qadağan etməkdənsə, tam rəqabətli bazar mühitinin formalaşmasına nəzarət etməlidir: “Əgər bu gün Gürcüstanda ət 1 manat bahalaşıbsa, qoy bizdə də bahalaşsın, amma gələcəkdə 3 manat ucuzlaşanda da bunun ölkəyə təsiri olsun. Amma bizdə bu baş vermir”.
Elçin Bayramlı deyir ki, qonşu ölkədəki qiymət artımının sonrakı dövrlərdə Azərbaycan bazarına təsiri mümkündür: “Çünki son dövrlər ərzində idxalın səviyyəsi artır ki, bu da heyvandarlıqda tənəzzülün baş verməsi ilə əlaqədardır. Otlaq sahələrinin əkin üçün ayrılması istehsalın aşağı düşməsi ilə nəticələnir. Bu baxımdan da yaxın gələcəkdə ətin qiymətinin düşəcəyi gözlənilən deyil. Azərbaycana ət ixrac edən ölkələrdə — o cümlədən də Gürcüstan, Ukrayna, Rusiyada qiymətlərdə baş verən proseslər ölkəmizə təsirsiz ötüşməyəcək. Qeyd edim ki, idxal olunan məhsulların qiyməti yerli məhsulların qiymətinə də təsir edir. Baxmayaraq ki, bu zaman yerli istehsalda maya dəyəri artmır, onlar da qiymətləri idxal olunan malların qiymətlərinə uyğunlaşdırır. O zaman bazar qiymətləri tənzimləyə bilər ki, monopoliya aradan götürülsün və heyvandarlıq inkişaf etsin”.
İqtisadçı deyir ki, Kənd Təsərrüfatı Nazirliyi bazarda sərbəst
qiymət siyasətinin formalaşmasına köməklik etməkdənsə, bunun əksinə fəaliyyət
göstərir.
Su təchizatı sahəsindəki biabırçılıqlar və korrupsiya
faktları ilə bağlı mənə maraqlı məlumatlar gəlməkdə davam edir. Bu faktlar Azərsu
nun niyə dövlət büdcəsindən ən çox vəsait aldığı halda büdcəyə ən az vəsait ödəyən
təşkilat olduğuna aydınlıq gətirir.
Kiçik bir
misalla bunu sizə də izah edim. Məsələn, Azərsu ASC Tovuz rayonunda (eləcə də
digər rayonlarda) qeyri əhali kommersiya obyektlərinin çoxuna suyu
«leviy» verir pulu alıb ciblərinə qoyurlar ya da rüşvət alıb sayğacda
yazılan 500 manatı 100 manata endirə bilirlər. Böyük bir restoranın
şadlıq evinin ödədiyi su puluna baxmaq kifayətdir ki bunu görəsən.
Mən kiçik bir mənzilə ayda 10 manat ödədiyim halda gündə on
tonlarla su işlədən restoran və sair iaşə obyekti 20-30 manat ödəyir. Əksər
kommersiya obyektləri ilə bu əsasda işləyirlər. Həm də təkcə onlarla yox əhali
ilə də. Evlərin heç də hamısına sayğac quraşdırılmayıb. Sayğac olan bir çox evə
də «leviy» xətt çəkməyə icazə veriblər hesablamalarıma görə rayondakı
20-30 faizində belədir.
Azərsu məmurlarını dövlət büdcəsi yox öz büdcələri
maraqlandırır. Adi bir fəhləni, su pulu yığanı işə götürərkən 2-5 min arası
rüşvət alan idarədən nə gözləmək olar ki?
Cənab prezidentimiz əhalinin sosial rifahını yüksəltmək üçün
su təchizatına yüz milyonlarla pul ayırır, suyun qiymətinin artmasına icazə
vermir, lakin bu o demək deyil ki yığılan milyonların çoxu Azərsuda oturub dövləti
aldatmağa çalışan bəzi «müəllimlərin» cibinə gedə. Sonra da deyələr
ki bəs suyu maya dəyərindən xeyli ucuz satırıq.
Bu sahədəki biabırçılıqlarla bağlı faktlar çoxdur. Vaxt
olduqca hamısını sizin və müvafiq orqanların nəzərinə çatdıracam.
Prezident İlham Əliyev avqustun 19-da Azərbaycanda «Aqrar Sığorta haqqında» qanunun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə fərman imzalayıb.
Qeyd edək ki, Aqrar
Sığorta Fondu Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və
dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edəcək və
onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Fərmana
əsasən, Nazirlər Kabineti Fondun nizamnaməsini Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının
təklifləri əsasında təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
verməlidir. Fondun nizamnamə kapitalı ilkin olaraq 1 milyon manat olacaq, 2020
və 2021-ci illərdə isə fondun kapitalı müvafiq olaraq 5 milyon manat və 3
milyon manat artırılacaq.
Qeyd edək ki, Aqrar Sığorta Fondu Himayəçilər Şurası tərəfindən
idarə olunacaq. Şura 5 üzvdən ibarətdir. Onlar Kənd Təsərrüfatı Nazirliyinin (2
nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Maliyyə Bazarlarına Nəzarət Palatasının
(1 nəfər) və Fermerlər Asosiasiyasının (1 nəfər) nümayəndələridir. Fondun Himayəçilik
Şurasının sədri Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi olacaq.
Maraqlıdır, görəsən, Aqrar Sığorta Fondunun yaradılmasının
fermerlərə nə kimi faydası olacaq?
Məsələ ilə bağlı “Cümhuriyət”ə açıqlama verən “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, tanınmış jurnalist Elçin Bayramlı ilk növbədə, aqrar sahədə indiyə qədər olan sığorta problemindən söz açıb:
“Məlumunuz
olduğu kimi mən aqrar sahəyə daha çox diqqət göstərirəm. Bu sahənin ölkəmiz
üçün nə dərəcədə vacib olduğunu deməyə ehtiyac da yoxdur. Aqrar sektorda əsas
problemlərdən biri də onunla bağlıdır ki, sığorta şirkətləri təsərrüfatları
sığortalamaqda maraqlı deyillər. Ona görə də fermerlər risk eləmirlər. Məsələn,
bir fermer bankdan 20-30 min kredit götürür və bir növ bu pulları
torpağa basdırır. Bir təbii fəlakət baş verdikdə isə fermer müflis olur.
Ömrünün axırına kimi borc ödəyir. Ona görə də riskə getmək istəmir. Çünki təminatı
yox idi”.
Ekspert Aqrar Sığorta Fondunun yaradılması ilə yaxın 1-2 il ərzində
ölkədə təsərrüfatda ciddi irəliləyiş olacağını diqqətə çatdırıb: “Dünyada
nümunəvi aqrar ölkələrdə mövcuddur. Məsələn, Belarusiya, İsrail, Hollandiya, Rusiya bu ölkələr
sırasındadır. Ona görə də orada bütün fermerlər, aqrar təsərrüfat yaradan
biznesmenlər çox rahatlıqla işləyirlər. Çünki bilirlər ki, dövlət buna qarant
durur.
Aqrar sığortaya bizdə də dövlət böyük diqqət ayırır. Yalnız aqrar sığortanın
olmaması bütün görülən işlərin effektivliyini azaldırdı. Ona görə də biz uzun
illər aqrar sığortanın
vacibliyindən yazırdıq.
Hətta şirkətləri də sığorta etmədikləri üçün tənqid edirdik.
Artıq bu yeni fondun yaranması tezliklə əsaslı və
fundamental dəyişiklik yaradacaq. 1-2 il ərzində bütün istifadəsiz torpaqlardan
istifadə olunacaq, heyvandarlıq, balıqçılıq, arıçılıq artacaq. Üstəlik, aqrar sənaye
sahələrində də böyük
irəliləyiş olacaq. Bütün təsərrüfatlarda
artım olacaq, ölkədə məhsul bolluğu yaranacaq. Həm yeni iş
yerləri yaranacaq, həm də
ixrac imkanları genişlənəcək. Məsələn, fermerlərin imkanları artanda
pomidoru dəyər-dəyməzinə satmayacaqlar. Balaca bir istehsal sexi yaradıb, orada tomat düzəldib xaricə xammalı satdıqlarından dəfələrlə baha satacaqlar.
Artıq sığorta olduğu üçün
fermer hər işə əl qoyacaq. Çünki arxalarında dövlət dayanır. Hansı ölkələrdə
ki, aqrar sahə inkişaf edir, deməli, dövlət ona dayaq durur. Hətta dövlət
yardımı olmasa, ərzaq baxımından Amerika belə batar və məcbur qalıb xaricdən
idxal edər. Bəzi ölkələrdə dövlət aqrar sektorda bəzən hətta edir. Sahibkar 5
manatlıq məhsul istehsal edir, lakin dövlət buna 10 manatlıq xərc çəkir ki, ölkə
ərzaq baxımından xaricdən asılı olmasın. Bizdə də bu məsələlər həmin qanunla yəqin
ki, tənzimlənəcək və xeyli maliyyə vəsaiti
ayrılacaq. Bu fonda böyük maliyyə ayrılsa, bir-iki ilə çox böyük irəliləyiş
olacaq”.
Elçin
Bayramlı hesab edir ki, bu fond Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daha əvvəl
yaradılmalı idi: “Bu fond vəsaitlər verəcək
və həm dövlət sığorta şirkəti, həm özəl sığorta şirkətləri ondan bəhrələnəcək. Dövlət Aqrar Sığorta Şirkəti təkdir. Digər 25-ə yaxın şirkət
isə özəldir. Onlar da deyir ki, özümüz bilərik. Sığortalamaq bizdən asılıdır.
Amma qanun yəqin ki, məcburi öhdəlik qoyacaq.
Mən həmişə
aqrar sektorda problemləri sərt şəkildə dilə gətirirəm. Amma bu gün onu deyə
bilməyəcəm, çünki bu addım aqrar sığortanın inkişafında ən vacib addımlardan
biri idi. Yeni qanunda problemli məsələlər tənzimlənəcək. Dövlət aqrar sektorun
inkişafı üçün bunu çoxdan etməli idi”.
Bir
neçə gün əvvəl Tovuz şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası yanında cavan
və sağlam ağaclara qarşı “yaşıl soyqırım” törədilməsi pprosesindən fotolarla həyəcan təbili
qaldırmışdım. Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə operativ reaksiya
verərək ağacları kəsən şəxsi külli miqdarda cərimələyib.
Ekologiya
və Təbii Sərvətlər Nazirliyindən mətbuata verilən məlumata görə, Tovuz şəhərində
ağac kəsilməsi ilə bağlı daxil olan şikayət
nazirliyin yerli idarəsinin əməkdaşları tərəfindən araşdırılıb. Araşdırma
zamanı Tovuz şəhəri İstiqlal küçəsi 3 ünvanında 1 ədəd söyüd ağacının şəhər ərazisində
aparılan abadlaşdırma və təmizlik işləri zamanı Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı
Birliyinin işçisi Fazil Həsənov tərəfindən icazəsiz kəsildiyi məlum olub.
Faktla bağlı F.Həsənov barəsində protokol tərtib edilib və o
2360 manat məbləğində cərimə edilib. Eyni zamanda, kəsilmiş ağacın yerinə yeni
ağacların əkilməsi üçün Tovuz şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyinə
icrası məcburi olan “məcburi göstəriş” verilib.
Ağacların əkilməsinə və onlara qulluq göstərilməsinə nəzarət olunacaq.
Tovuz şəhərinin mərkəzində sağlam ağacların kəsilməsi faktı haqda qaldırdığım məsələyə operativ reaksiya verməsinə və yüksək cərimə tətbiq etməsinə görə Ekologiya Nazirliyinə Ekoloq Jurnalistlər Birliyi adından təşəkkürümü bildirirəm. Sadəcə, qeyd etmək istəyirəm ki, burada 1 yox, 2 sağlam ağac kəsilib -söyüd ağacından başqa yanındakı cavan küknar ağacı da kəsilib. Kəsim vaxtı çəkdiyim fotolarda da bu aydın görünür. Nazirlik əməkdaşları həmin söyüd ağacının yanındakı yeri diqqətlə nəzərdən keçirsələr həmin cavan küknar ağacın kötüyünü görə bilərlər. Bəlkə də tez-tələsik üstünü torpaqla örtüblər deyə görünməyib və nazirliyi aldadaraq yalnız 1 ağac kəsdiklərini bildirilər.
Üstəlik, İdarənin təkcə ağacı kəsən işçisi yox, ona bu tapşırığı verən məsul şəxs və idarə rəhbəri də cərimələnməlidir. Həmin işçi ağacı özbaşına kəsməyib və ona bu tapşırığı tabe olduğu vəzifəli şəxs verib. KTB-nin müdiri Xaqani adlı şəxs hadisə yerində idi və mənim çəkiliş apardığımı görən kimi ərazini tərk etdi. İşçilər isə ağacları özbaşına kəsmədiklərini, onlara bu tapşığın rəhbərlik tərəfindən verildiyini bildirdilər.
Ekologiya
Nazirliyindən digər ağaca görə də cərimə tətbiq etməyi və sıravi işçini yox,
ona bu tapşırığı verən idarə müdirini cərimələməsini tələb edirəm.
Faktı
mətbuatda işıqlandıran bütün həmkarlara təşəkkürlər. Bu idarənin nazirliyi
aldatması haqda məlumatdan da istifadə edə bilərlər. Məsələni gündəmdə saxlayacam.
Dünən axşam Tovuz şəhərinin mərkəzindən keçərkən qəflətən bir cinayətin şahidi oldum. Şəhərin mərkəzi meydanında — İcra Hakimiyyətinin binasının yanında günün günorta çağı sağlam və cavan küknar ağacları kəsilirdi. Cinayət yerinə yaxınlaşıb fotoları götürdüyüm vaxt ətrafdakı məsul şəxslər dərhal müxtəlif istiqamətdə aradan çıxdılar. Ağacları kəsən və zibil maşınına daşıyanlar Kommunal Təsərrüfat İdarəsinin işçiləri oldiqlarını bildirdilər. Ətrafdakı şəxslərdən və RİH-i mühafizə edən polis nəfərindən soruşsam da, işin kimin tapşırığı əsasında aparıdığını gizlətdilər. Küçə kənarında əkilmiş, əvvəllər Qastronom olmuş, indi isə «Sultan market» adlanan mağazanın qarşısındakı səkiyə kölgə salmaqdan başqa heç nəyə mane olmayan ağacların kimin tapşırığı ilə və hansı sənəd əsasında kəsildiyini aydınlaşdırmaq mümkün olmadı. KTİ-nin müdiri Xaqani müəllimlə telefon əlaqəsi saxladım, dedi ki, bizə ancaq zibili daşımaq tapşırılıb, kimin kəsdirdiyini deyə bilmərəm. Axşama kimi məsələni aydınlaşdıra bilmədim, iş vaxtı qurtardığından icra hakimiyyətində heç kim yox idi. Sakinlərdən biri ağacların «Sultan market»in qarşısını açmaq üçün kəsildiyini ehtimal etdiyini dedi. Guya market daha yaxşı görünsün deyə. Bu gün məsələni aydınlaşdırmağa çalışacam. Ərazi ekologiya və ya yaşlllaşdırma idarələrinin bu ağac qətliamından xəbəri olub olmadığını, kəsintiyə icazə verilib verilmədiyini dəqiqləşdirəcəm. Faciə ilə bağlı rayon polis idarəsinə də məlumat vermişəm. Əgər bu ağacların kəsilməsi üçün müvafiq ekspert komissiyasının aktı və kəsilməsi üçün qanuni icazə sənədi yoxdursa, bunu edənlərin cəzalandırılması haqda yuxarı orqanlar qarşısında məsələ qaldıracam.
İçməli su təchizatındaki korrupsiya elementlərindən daha biri haqda Azərsu-dakı mənbəm mənə maraqlı bir fakt tədqim edib.
Demək Azərsu ASC yaşıllaşdırma idarələrinə parkların və digər yaşıllıq sahələrinin suvarılması üçün su verir. Bura qədər normaldır və belə də olmalıdır. Normal olmayan isə odur ki, yaşıllıq üçün tələb olunan su həcmindən dəfələrlə artıq su buraya yönəldilir və o suyun da böyük hissəsi kommersiya obyektlərinə «leviy» satılır. Yəni, əhalidən və yaşıllıqdan kəsilən min kubmetrlərlə su bəzi xalqdan utanmaz və qanundan qorxmaz «müəllimlər» tərəfindən bəzi sahibkarlıq obyektlərinə satılır və əldə olunan milyonlarla vəsait dövlət büdcəsinə getmək əvəzinə həmin «müəllimlərin» cibinə gedir.
Cənab Prezidentimizin və dövlətinizin əhalinin sosial problemlərinin həlli üçün böyük zəhmət çəkməsi və bu məqsədlə milyardlarla vəsait ayırması fonunda belə əməllər aşkar sabotajdan və açıq düşmənçilikdən başqa bir şey deyil.
Ümidvaram müvafiq orqanlar bu məsələnin təhqiqatını aparacaq və lazımi tədbirlər görülməsini təmin edəcəklər. Hələlik əldə olunan milyonların tərəflər arasındakı bölüşdürmə nisbəti haqda dəqiq məlumatım yoxdur. Mənbəm məsələ ilə bağlı əlavə informasiyalar verəcəyini bildirib. Əldə etdiyim hər hansı bir məlumatı dərhal ictimailəşdirəcəm.
Jurnalistlərin məlumatdan birbaşa istifadəsinə icazə verirəm.
İçməli su problemləri ilə bağlı çıxışlarımdan sonra müxtəlif mənbələrdən mənə bu sahədəki biabırçılıqlarla bağlı xeyli faktlar və materiallar göndərilib. Onları toplayıb bir geniş araşdırmada verəcəm. Hələlik xırda faktlardan birini- Bakıətrafı qəsəbələrdən birində baş vermiş korrupsiya faklarından birini yazım jurnalistlər araşdırmaq istəsə qəsəbənin adını verəcəm.
Deməli Azərsu həmin qəsəbədə bir maşenniklə gizli qarşılıqlı faydalı razılaşma əsasında iri su xəttini ona verib. Həmin adam da bu xətdən minlərlə evin mövcud olduğu qəsəbədəki sakinlərə toçkanın birini 500 manatdan satır. Su həyətə çəkilən kimi Azərsu peyda olur sayğacı quraşdırır və su pulunu alır. Arada on minlərlə bəlkə də yüz minlərlə pulu kimsə camaatdan rüşvət kimi yığır və özü ilə Azərsu rəhbərliyindəki havadarı arasında bölüşdürür. Halbuki qanunla Azərsu su xəttini həyətlərə özü çəkməli və sayğac qurub suyu satmalıdır. Burada aşkar korrupsiya cinayəti faktı var. Belə əməllərlə bəzi məmurlar əhalidə sosial narazılıq yaradır dövlətin sosial siyasətinə ləkə gətirirlər. Cənab Prezidentin əhalinin təmiz içməli su ilə daimi təminatı üçün çalışması, dövlət büdcəsindən bu məsələnin həllinə milyardlarla pul ayırması fonunda hansısa məmurların belə hərəkəti aşkar sabotajdır. Faktı qəsəbə sakinlərindən olan və bu məsələ ilə bağlı ətraflı məlumatı olan bir vətəndaş verib. Araşdırma istəyən jurnalistlərə qəsəbənin adını deyə bilərəm. Sadəcə bir iki detalı dəqiqləşdirməliyəm 2-3 gün ərzində faktla bağlı əlimdə tam məlumat olacaq. Bu gizli razılaşmanın Azərsu nun özündə yoxsa yerli idarəsində bağanmasını dəqiqləşdirmək və toçkaların sayını bilmək də bura daxildir. Ona görə də tam araşdırma aparmaq istəyənlər azacıq səbr etsinlər. Televiziyaların sözü olmasın kanalımızı izləyin…
Elçin Bayramlı: Bunun da nəticəsi özünü ağzınadək dolu olan
xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin
hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir”
“Artıq körpə uşaqlarda belə ağlasığmaz xəstəliklər yaranır.
Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir”
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı Feysbuk hesabında maraqlı paylaşım edib. İqtisadçı bildirib ki, “Təbii” adı ilə satılan inək südü bişiriləndən sonra əcaib hala düşüb. Çünki südün yarısı ximikat teksun və kanserogen palma yağından ibarətdir.
Təəssüf ki, ölkmizdə qida məhsulları ilə bağlı durum
acınacaqlıdır. Hətta vəziyyət o həddə çatıb ki, təbii hesab etdiyimiz kənd məhsullarında
belə müəyyən neqativliklər müşahidə olunur.
Qidalarda çoxsaylı ultrakimyəvi qatqıların olması milli genefonduna ciddi zərbə vurur.
Bəs, bu işə kimlər nəzarət etməlidir, hansı işlər görülməlidir
ki, qida məhsulları ilə bağlı normal və inamlı bir atmosfer yaransın ?
Suallarımızı cavablandıran Elçin Bayramlı “Sherg.az”a açıqlamasında bildirdi ki, bu gün qida sektorunda vəziyyət faciəvidir.
“Qida terroru tüğyan
edir”
Ekspertin sözlərinə görə, dünyada qlobal qida terroru tüğyan edir və öz bazarını qorumayan ölkələr ciddi təhdid altında və milli genefondun dağılması təhlükəsi qarşısındadır: “Artıq dünya əkinlərinin 70 faizindən çoxunu GMO əkinlər təşkil edir. Genetik modifikasiya edilmiş ərzaq məhsulları insanların bioloji strukturunda və təbiətdə faciəvi dəyişikliklərə səbəb olur və olacaq. Etiraf edilməsə də, artıq çox ciddi nəticələr var. Bəzi ölkələr GMO-nu qadağan edib. Bizdə də müxtəlif qanunlarla qadağan edilib, lakin kağız üzərində qalıb. Problem təkcə GMO məhsullarla da bitmir. Əkinlərə yüzlərlə növdə zəhərli dərmanlar vurulur, heyvanlara hormonal qidalar verilir və kimyəvi iynələr vurulur. Bundan başqa qida sənayesində 100 mindən artıq qida əlavələri, kimyəvi qatqılar, rəngverici, dadverici, ətirverici, istifadə müddətini artıran ultraximikatlar tətbiq olunur. Bütün bunlar insanın təbii qida zəncirini dağıdır və orqanizmin xəstəliklərə müqavimətini sıfıra endirir. Bu gün mağazalarda satılan məhsulların heç birinin qidaya aidiyyətı yoxdur. Bazarlarda isə hələ ki, bir neçə təbii məhsul tapmaq mümkündür. Bütün tərəvəzlərin geni dəyişdirilib. Meyvələrin isə yarısı transgendir. Taxılın xromosomları 15-20-dən 40-50-yə qaldırılıb ki, bu da insanın genini dağıdır. Mal-qaraya və qoyun-keçiyə ət və südünün çox olması üçün xüsusi hormonal iynələr vurulur”.
“Yağların 99 faizi
saxtadır”
İqtisadçı emal sənayesi məhsullarının daha təhlükəli olduğunu diqqətə çatdırıb: “Emala məruz qalmış ərzaq məhsulunun başına elə oyunlar açılır ki, onda qidaya aid heç nə qalmır. Bunların içində ən təhlükəlisi süd məhsulları, xüsusən də yağlardır. Qida bazarında əhaliyə təklif olunan yağların 99 faizi saxtadır. Ən yaxşı halda kanserogen palma yağıdır. Bu, konkret olaraq bədən tempraturunda əriməyən texniki yağdır. Digər hallarda isə quru süddən, müxtəlif ultraximikatlardan, spredlərdən ibarətdir. Bir çoxu bunu məhsulun üzərində açıqca yazır. Bitki yağları da eyni vəziyyətdədir. Yalnız bəzi zeytun yağlarını istisna etmək olar.
Bu vəziyyətdə insanlar kənddən gətirilən məhsulları almağa üstünlük verməyə başlayıblar. Lakin bundan istifadə edən işbazlar kənddən gətirmək adı ilə saxta və süni məhsuları əhaliyə sırıyırlar. Hətta bu işlə məşğul olan şəbəkə var. Onlar rayonların birindəki bir sexdə süni yağlar, süd və qatıq düzəldir, bunu bəzi adamlar vasitəsilə köhnə maşınlarda böyük şəhərlərə göndərir və həyətlərdə təbii kənd məhsulu adı ilə satdırır. Maraqlıdır ki, ən ucuz halda nehrə yağının kiloqramı 15 manatdan baha başa gəldiyi halda, bu nehrə yağları 8-12 manat arasında satılır. Mağazada paket südlərin litri 1,5 manatdan baha olduğu halda bu südlər 1 manatdan satılır. 3-4 manata satılan pendir, kəsmik, qaymaq, smetan kimi süd məhsulları tam ximikatdır”.
“QTA qida təhlükəsizliyi
yox, qida təhlükəsi yaradır”
Ekspert diqqətə çatdırırb ki, konkret olaraq bu gün əhaliyə
qarşı qida terrroru həyata keçirilir: “Bunun da nəticəsi özünü ağzınadək dolu
olan xəstəxalanarda və apteklərdə, həmçinin cavan və orta yaşda dünyasını dəyişənlərin
hesabına sürətlə böyüyən qəbiristanlıqlarda göstərir. Artıq körpə uşaqlarda belə
ağlasığmaz xəstəliklər yaranır. Xərçəng, şəkər, ürək xəstəlikləri baş alıb
gedir. Bu sahəyə nəzarət sıfır səviyyəsindədir. Bütün bunlarla Qida Təhlükəsizliyi
Agentliyi (QTA) məşğul olmalıdır, o da ki yalnız kağız üzərində möcvuddur və
işi-gücü ancaq kənddən sağlam heyvan gətirib Bakıda satan qəssablarla mübarizədən
ibarətdir. Bu agentlik qida təhlükəsizliyi yox, qida təhlükəsi yaradır. Eyni
sözlər Kənd Təsərrüfatı Nazirliyinə də aiddir. Ona görə də hər kəs öz başına
çarə qılmalıdır”.
“İnsanlar qida yox, qidanın imitasiyasını qəbul edirlər”
“Müvafiq orqanlar hansı işlər görməlidir?” sualına gəlincə, E.Bayramlı daha bu suala cavab verməyəcəyini bildirdi: “Çünki son 20 ildə müvafiq orqanların nə etməli olduğunu yüz dəfələrlə demişik və heç bir reaksiya olmadığına, tədbir görülmədiyinə görə təkrarlamaq faydasız olardı. Əhali qlobal qida terroru qarşısında müdafiəsiz buraxılıb. Hər kəs özünü və ailəsini qorumaq yollarını özü fikirləşsin və bir yol tapsın.
Hazırda insanlar əvvəlkindən fərqli olaraq, qida yox, qidanın imitasiyasını qəbul edirlər. Yəni, həmin qidaya məharətlə oxşadılmış süni kimyəvi maddələr yeyirlər. Orqanizm isə bunları qida kimi tanımır və oradan özünə lazım olan maddələri ala bilmir. Hüceyrələrin funksiyası pozulur, immunitet zəifləyir və nəticədə xərçəng yaranır.
İnsanlarımızı mümkün qədər mağazalardakı paketlənmiş yerli və xarici qida məhsullarından az istifadə etməyə, ərzaq ehtiyaclarını daha çox kəndlərdən gətirtdikləri məhsullarla ödəməyə çağırıram. Əlbəttə, kəndlərdən gətirilən məhsulların da bəzilərində təhlükə var,- məsələn tərəvəzlərə güclü dərmanlar vurulur, südə, qatığa kimyəvi marqarin qatılır və s. Lakin bunlardakı təhlükə mağazalardakı emal sənayesi məhsulları ilə müqayisədə on dəfələrlə azdır.
Broyler toyuğu və yumurtasından, həmçinin kolbasa-sosiska məmulatlarından istifadə etməsinlər. Şəkər, ağ çörək, duzdan istifadəni minimuma endirsinlər. Yabanı bitkilər, çiçək çayları, təbii bal, limon, zəncəfil, sirkə kimi məshullardan gündəlik istifadə etsinlər ki, qidalarla zəhərlədiklərin orqanizmi təmizləsinlər. İçdikləri suya fikir versinlər və təmizliyinə əmin olsunlar. Şüa yayan cihaz və aparatlardan mümkün qədər aralı dursunlar, hərəkətli həyat tərzinə üstünlük versinlər. Əsəb xəstəliklərinə tutulmamaq üçün televiziyalara baxmasınlar.
Xəstələnəndə mümkün qədər təbii vasitələrə üstünlük versinlər, çünki dərmanlar saxtadır. Gigiyenik vasitələrlə də ehtiyatlı olsunlar. Məsələn iysiz, rəngsiz sabunlara üstünlük versinlər. Kosmetikadan, saç boyalarından, ximikat ətirlərdən mümkün qədər aralı dursunlar. Özlərini və sağlamlıqlarına cavabdeh olduqları uşaqlarını qorusunlar. Onları kimyəvi mağaza şirniyyatlarına yox, meyvələrə öyrətsinlər. Əks halda bu bioloji terrorun nəticələri çox dəhşətli olacaq”.
“İdxalına icazə verilən maşınların gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar”
Son günlər Bakıda xarici dövlət nömrə nişanı ilə sərnişindaşıma
xidməti göstərən avtomobillərə rast gəlirik. Buna səbəb son illlər avtomobillərin
gömrük rüsumunun və aksiz vergisinin artırılmasıdır. Nəticədə avtomobillər sürətlə
bahalaşır, yaxud da avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi
aparılmır.
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bizimyol.info-ya bildirib ki, astronomik rüsumlar ölkədə sosial-iqtisadi problemlər yaradır: “Ölkəyə gətirilən avtomobillərlə bağlı monopolist maraqlara uyğun məhdudiyyətlər tətbiq edilib. Misal üçün, bəzi ölkələrin istehsalı olan maşınların 2006-cı ildən, bəzi ölkələrinkini isə hətta 2011-ci ildən əvvəlin istehsalı olanının ölkəyə gətirilməsinə imkan verilmir. Bu, əlbəttə, ölkədə təzə maşın satışı ilə məşğul olan qüvvələrin bazarının artmasına hesablanıb. Vətəndaşlar, misal üçün, 2005-ci ilin təptəzə qalmış, bütün standartlara cavab verən, yüksək keyfiyyətli maşınlarını gətirə bilməz. Salondan təzə maşın almaq isə əksər insanlar üçün əlçatmazdır.
Beləliklə,
ölkədə işlənmiş maşınlara tələbat artır, lakin idxal olmadığından bu tələb ödənilmir
və bahalaşma yaranır. Nəticədə, məsələn, vətəndaş özünün 85-ci il
istehsalı olan artıq istismar müddətini başa vurmuş maşınını bir az təzələmək
üçün 2005-ci ilin maşınına dəyişə bilmir və ölkə köhnə maşın qəbiristanlığına
dönür. Burada belə bir bəhanə irəli sürmək ki, guya maşın parkını təzələmək məqsədi
güdürlər, bu, çox gülünc və qeyri-adekvat cavabdır. Fakt odur ki, bu, tam əksinə
effekt verir. Arada dövlət də zərər çəkir, maşını 10 min əvəzinə 20 minə almalı
olan vətəndaş da. Qazanan isə yalnız təzə maşın ticarəti ilə məşğul olan bəzi
“müəllimlərdir”. Təsəvvür edin ki, böyük əziyyət çəkib maşın istehsal edən
avtomobil firması o maşından 5 min dollar qazansın, bizim gömrük onu sadəcə 1
km bu tərəfə buraxmaq üçün 10-15 min qazansın. Belə bir rüsvayçı vəziyyət dünya
tarixində görünməmişdir. Belə hallar ölkəmizin nüfuzuna ağır zərbələr vurur.
Bütün bunlardan əlavə, idxalına icazə verilən maşınların da gömrük rüsumları o dərəcədə dəhşətlidir ki, bunu hətta Ginnesin Rekordlar kitabına rahatca daxil eləmək olar. Gömrük rüsumu avtomobilin öz dəyərindən yüksək olur, bəzi hallarda hətta bir neçə dəfə. Sizə verdiyim fotonümunədəki (bu rəsmi gömrük kalkulyatorudur) dəhşəti dünyada heç bir yerdə görə bilməzsiniz. Qonşu ölkədən 15 min dollar qiyməti olan işlənmiş maşın alıb gətirmək istəyən vətəndaş 120 min manata (!) yaxın rüsum ödəməlidir. Yaxud digər nümunəyə baxaq- Gürcüstandan 120 min dollar dəyərində işlənmiş avtobus alıb gətirmək istəyən vətəndaş sizcə maksimum nə qədər gömrük rüsumları ödəməlidir? Heç ağlınıza da gəlməz. Düz 707 min manat! Bu rüsvayçılıq ölkəmizi bütün dünyada biabır edir. Bu hallara son qoyulmalı, rüsumlar dəfələrlə azaldılmaılı, avtomobilin gömrük rəsmiləşdirilməsində maşının istehsal ilinə yox, texniki vəziyyətinə baxılmalıdır”.
?
E.Bayramlının sözlərinə görə, hazırki gömrük sistemi ölkəyə zərər vurur: «Dəfələrlə bəyan etmişəm ki, ölkədə sosial-iqtisadi vəziyyəti yüksəltmək yolunda əsas maneə gömrükdür. Dövlət Gömrük Komitəsi ləğv edilməli, Vergilər Nazirliyinin tərkibində bir idarə kişi işləməli və gömrük rüsumları dəfələrlə endirilməli və süni maneələrə son qoyulmalıdır. Çünki sahibkarlar öz məhsullarını xaricə aparmaq üçün çətinlik çəkirlər, ölkəyə gətirilən mallar astronomik gömrük rüsumları nəticəsində dəyərindən 4-5 dəfə baha satılmalı olur. Bundan başqa, bir çox malların gətirilməsinə monopolist maneələr törədilir, istehsal avadanlıqları gətirib ölkədə istehsal müəssisəsi açmaq istəyən sahibkarlar bu işdən vaz keçir və investisiyalarını xarici ölkələrə qoyurlar. Son illərdə qonşu ölkələrə qoyulan sərmayələrin həcminə baxmaq kifayətdir. Bu investisya ölkəmizə qoyulsaydı iqtisadi inkişaf azı 2 dəfə artardı. Parlamentdə boş-boş müzakirələr aparmaqdansa, belə ciddi məsələləri müzakirə edib müvafiq qanunları və rüsumları dəyişsinlər”.
Elçin Bayramlı içməli su ilə bağlı müdhiş faktlar açıqladı: “Metsamor AES-in radiaktiv tullantıları gizli yeraltı kanalla Araza axıdılır, Arazla Kürə, Kürlə də Bakıya gəlir”
“Sherg.az”a
paytaxtın su təhcizatındakı problemlərdən danışarkən «Altay»
Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, qida təhlükəsizliyi üzrə ekspert
Elçin Bayramlı bildirib, xəstəliklərin 80 faizi çirkli sudan yaranır:
“Bakıya verilən su kimyəvi cəhətdən çox çirkli və təhlükəlidir.
Ona görə də suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır,
yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi duru görünməsi ilə
deyil. Duruluq sadəcə lilin
toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır
metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi
ilə ölçülür. Yəni, su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir”.
Ekspert
bildirib ki, Metsamor AES-in radiaktiv tullantıları Araza axıdılır, Arazla
Kürə, Kürlə də Bakıya gəlir:
“Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün
kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır.
Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç 10 faizini belə
təmizləmir. Ona görə də xloru normadan artıq vururlar.
Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma
molekulyar tərkibi dəyişimir.
Tərkibindəki bakterialar, kimyəvi
maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama tempraturunda belə
ölməyən bakteriaları suyu saxlamaqla ya da qaynatmaqla məhv etmək olmur”.
ASAM sədrinin
fikrincə, su filtrləri çıxış yollarından biridir: “Bu filtrlər faydalı
mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə
də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr
aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər
adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə
altında qalır».
E.Bayramlı onu diqqətə çatdırıb ki,
şəhərdəki zərərli sudan qorunmağın daha bir yolu kənddən bulaq suyu
gətirtməkdir: “Amma bu da çox baha başa gələn bir işdir. Bir neçə imkanlı adam
tanıyıram ki, dağ kəndlərindən su maşınları ilə bulaq suyu gətirdir. Hər maşını
200-300 manata təxminən 7-8 ton su tədarük edir”.
Ekspert deyir
ki, Bakıda yalnız Oğuz-Qəbələ suyu təbiidir: “Lakin bu xəttlə nəzərdə tutulduğu
qədər su gəlmir. Heç şəhərin 30 faizini ödəmir. Üstəlik, bu su Kür və ya
Çeyranbatan suyu ilə qarışdırılır, nəticədə o da çirklənmiş olur. Sumqayıtdakı
sutəmizləyici zavod bütün Bakı və Sumqayıtı təmin edə bilsəydi, deyə bilərdik
ki, paytaxt və ətrafına təmiz su verilir. Lakin bu su da Abşeron regionunun heç
üçdə birini təmin edə bilmir.
Hətta “Azərsu”
təmiz su versə belə, su, müxtəlif çürümüş borulardan, çirkli hovuzlardan keçib
evlərə gəlib çatanadək xeyli çirklənir. Ona görə də, Bakıdakı su heç bir
standarta uyğun deyil və ola da bilməz.
Su gələn mənbələr məlumdur. Suyun
kimyəvi tərkibinin təmizlənmədiyi, güclü filtrlərdən keçmədiyi aydındır. Xarici
ekspertlər də Bakıdakı suyun təhülkəli olduğunu dəfələrlə deyib.
Qaldı ki, Metsamor AES-in
tullantılarının və bir neçə filizsaflaşdırma zavodunun tullantılarının Araza
axıdılmasına, bu, faktdır. Bu barədə hələ 15 il qabaq dəyərli alimimiz Məmməd
Salmanov da həyəcan təbili çalmışdı. Lakin məndən başqa buna reaksiya verən və
gündəmə gətirən olmadı. O vaxt mətbuatda yazılarla çıxış etdim. Amma heç kimdən
bir səs çıxmadı.
“Azərsu” deyir ki, Bakıya verilən su
əladır, təmizdir. Bakıdakı su yaxşıdırsa, niyə bütün imkanlı vəzifəli adamlar
evlərində bahalı su filtr aparatları quraşdırıb?
Su filtr şirkətlərin birində işləyən
dostum var. Deyir ki, həmin aparatları bir çox vəzifəli şəxslərin evində öz
əllərimlə quraşdırmışam. Hətta çoxu əl yumağa belə o sudan işlədir.
Fakt şəhərə verilən suda Kür və Araz çaylarında ağır metallar var. Bu da bəziləri yolverilən normadan yüz dəfələrlə artıq. Bunu ETSN və xarici mütəxəssislər dəfələrlə təsdiq edib. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir”.
Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı Space TV-nin «El bizim sirr bizim» verilişində paytaxtımıza verilən içməli suyun həddən artıq çirkli olmasını və əhalinin sağlamlığl üçün təhlükə yaratdığını bildirib. Verilişdə digər ekspertlərlə birgə bu mövzuda müzakirələr aparılıb.
Elçin Bayramlı: Biz bu ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı olmalıyıq
Azərbaycanla
Çin arasında iqtisadi əməkdaşlıq genişləndirilir. Məlum olduğu kimi ötən gün
İqtisadiyyat naziri Şahin Mustafayev Çinin “China CAMCE Engineering Co. Ltd.”
şirkətinin vitse-prezidenti Vanq Yuhanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb. Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda aqrar-sənaye
parkının yaradılması, birgə emal müəssisələrinin təşkili, sənaye parklarında və
məhəllələrində iştirak, kənd təsərrüfatı və məişət texnikasının istehsalı sahələrinin
yaradılması barədə müzakirələr aparılıb. Vanq Yuhanq Çin iş adamlarının Azərbaycandakı
əlverişli biznes və investisiya mühitinə maraq göstərdiyini diqqətə çatdırıb. Təmsil
etdiyi şirkətin fəaliyyəti, Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan
layihələri barədə məlumat verib.
Xatırladaq
ki, mühəndislik, satınalma və tikinti sahələrində fəaliyyət göstərən sözügedən
şirkət sənaye, kənd təsərrüfatı, enerji, neft-kimya, su mühəndisliyi,
kommunikasiya və dağ-mədən sahələrini əhatə edən 100-dən çox beynəlxalq layihənin
icraçısıdır. Dünyanın 140 ölkəsində nümayəndəliyi olan şirkətdə 100 minə yaxın
işçi çalışır. Onu da əlavə edək ki, ilin əvvəlində bu şirkətlə Azərbaycan şirkətləri
arasında əməkdaşlıq barədə sənədlər imzalanıb. Çin-Azərbaycan arasındakı
iqtisadi əməkdaşlığa iki gün əvvəl Çinin ölkəmizdəki səfiri xanım Qo Minin
etimadnaməsini qəbul edən Prezident İlham Əliyev də toxunub. Dövlət başçısı Azərbaycanla
Çin arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf
etdiyini bildirib. Prezident ölkələr arasında iqtisadiyyat, sənaye, investisiya
sahələrini əhatə edən 10 mühüm sənədin imzalanmasının ikitərəfli münasibətlərin
daha da genişlənməsi baxımından önəmini vurğulayıb.
Çinlə Azərbaycanın
iqtisadi münasibətlərinə diqqət çəkən “Altay”
Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bəyan edib
ki, Çinlə əməkdaşlıq maksimum genişləndirilməlidir. Ekspertin sölərinə görə,
Çin dünyanın 3 fövqəldövlətindən biridir: “Çin BMT Təhlükəsizlik Şurasının veto
hüququ olan 5 daimi üzvündən biridir. Dünyanın ən güclü iqtisadiyyatına
malikdir. Əbəs yerə Çini dünyanın “fabriki” adlandırmırlar. Ən yüksək
texnologiyalardan tutmuş ən adi məhsullara qədər istehsal edən ölkədir. Biz bu
ölkədən təkcə istehsal malları yox, istehsal avadanlıqları almaqda da maraqlı
olmalıyıq. Ölkəmizdə xammal problemi yoxdur. Dünya bazarına hazır məhsullar
çıxarmaq üçün sadəcə texnologiyamız çatmır. Amerika, Rusiya, Britaniya,
Almaniya, Yaponiya sahib olduqları istehsal texnologiyalarını verməkdə maraqlı
deyillər, Çin isə maraqlıdır. Ona görə də Çinlə iqtisadi əməkdaşlıq
texnologiyaların ixracı üçün ən əlverilşi imkandır”.
İqtisadçının fikrincə, Çinlə birgə müəssisələr də yaratmalıyıq: “Çin texnologiyası ilə məhsullar ucuz başa gəlir, istehsal həcmi də, keyfiyyəti də çox yaxşı olur. Beynəlxalq iqtisadi araşdırma mərkəzləri yaxın vaxtlarda Çinin iqtisadi sferada təkbaşına hegemonluğu ələ alacağını deyirlər. Bu halda bütün dünya Çindən asılı vəziyyətə düşəcək. Hələlik dünyanın yarısı Çindən asılıdır. Bir çox ölkələr var ki, Çin onlara ucuz məhsul ixracını dayandırsa, həmin ölkələr sadəcə batarlar. Hesab edirəm ki, Qərb ölkələrindən “od” qiymətinə aldığımız istənilən texnikanı və texnologiyanı Çindən çox ucuz ala bilərik. Nüfuzlu Çin şirkətlərinin məhsullarının burada istehsalını təşkil edə bilsək, onların Qərb bazarına rahat çıxışı olar və yaxşı da satılar. Bundan başqa, Çin bizim neft ixracında ehtiyatda duran nəhənf daimi alternativ egenrji bazarıdır”.
E.Bayramlı vurğulayıb ki, Böyük İpək Yolu layihəsinin müəllifi kimi Çin Avrasiyanı bir xətdə birləşdirməyə və böyük ticarət kanalları yaratmağa başlayıb: “Burada trilyonlarla gəlirdən söhbət gedir. Ölkəmiz strateji regionda yerləşdiyindən İpək yolunun bir qanadı üzrə öz mövqeyindən yararlanaraq yaxşı gəlirlər əldə edəcək. Çinlə əməkdaşlığın həm iqtisadi, həm də siyasi dividendləri olacaq. Məhz buna görə son vaxtlar Ermənistan Çinlə əməkdaşlığı gücləndirməyə cəhd edir. Çinin dünya siyasətinə təsiri getdikcə artır. Onun tam dəstəklədiyi dövlət inkişafını sürətləndirəcək və heç vaxt meydanda tək qalmayacaq. Biz Çinin regionda əsas iqtisadi tərəfdaşına çevrilə bilsək, Pekinin Ermənistanla əməkdaşlıqda marağı olmayacaq”.
Bütün
dünya ölkələrində olduğu kimi, Azərbaycanda da söz və mətbuat azadlığı daim
müzakirə obyektidir. Media ictimai rəyə ciddi təsir edən, dövlət siyasətini
ictimai müzakirəyə çıxaran, cəmiyyəti informasiya ilə təmin edən, maariflənməyə
xidmət göstərən əsas ictimai institut olduğundan, bu müzakirələri vacib saymaq
olar.
Heç
kimə sirr deyil ki, bəzi şəxslərin fikir plüralizmindən və söz azadlığından
sui-istifadə edərək şantaja əl atması, böhtan xarakterli məlumatlar yayması Azərbaycan
cəmiyyətinin KİV-lərə olan inamına böyük zərbə vurur.
Mətbuatının
fəaliyyətini analiz edərkən məsələyə 2 kontekstdən yanaşmaq olar — söz və mətbuat
azadlığı sərt çərçivələr daxilində və ya ultra-azadlıq kimi. Nəzəri və praktiki
cəhətdən hər iki aspektdən yanaşmada problemlərin olduğu sirr deyil.
Birincisi,
media və söz azadlığına çərçivə qoyulduqda dövlət məmurları və başqaları bundan
sui-istifadə edir, jurnalistlərə təzyiq göstərir, cəmiyyətə çatdırılması vacib
olan informasiyaları ustalıqla gizlədə bilirlər.
İkincisi,
ifrat-azadlıq şəraitində də başqa problemlər yaranır. Bu zaman jurnalistlər vəziyyətdən
sui-istifadə edə, cəzasızlıq sindromunun yaratdığı imkanlardan şəxsi və
korporativ maraqlar üçün yararlana bilirlər.
Ölkədə
mediadan şəxsi məqsədlər üçün istifadə, şərəf və ləyaqətin ləkələnməsi, insan
hüquqlarının pozulması, şəxsi və işgüzar həyata müdaxilə, milli və dini zəmində
qarşıdurma yaratmağa cəhdlər, anti-dövlət təbliğatı aparma hallarının
sayı-hesabı yoxdur. Bu onu göstərir ki, Azərbaycanda media lazım olduğundan da
xeyli çox azad və nəzarətsizdir.
Ümumiyyətlə,
söz və mətbuat azadlığının qırmızı xəttini, təhqirlə tənqidin sərhədlərini dəqiq
ayırd edə biləcək mexanizm yoxdur. Qanunvericilikdəki bir sıra ümumiləşdirmələr
və qeyri-dəqiq ifadələrin yer alması isə problemi qəlizləşdirir. Belə olduqda,
«mətbuat azadlığı necə tənzimlənməlidir» sualı ortaya çıxır.
Əlbəttə,
Azərbaycanda mətbu orqan təsis etməkdə məhdudiyyətlərin götürülməsi, internet
media resurslarının sayının hədsiz çoxluğu müsbət tendensiyalardandır. Lakin bu
prosesin mənfi tərəfləri də var. Yəni, kəmiyyət cəhətdən inkişaf var, keyfiyyət
tərəfdən isə yox. Yaranmış vəziyyəti analiz etsək, görərik ki, ölkədə mətbuat
azadlığından sui-istifadə halları getdikcə artır. Bu faktlar media qanunvericiliyi
və ictimai qınaq kontekstindən nəzərdən keçirildikdə ortaya belə bir sual çıxır
— İfrat mətbuat azadlığı anarxiyaya və özbaşınalığa, insan hüquqlarının və
qanunların pozulmasına, milli və dövlət maraqlarının zərbə altına qoyulmasına gətirib
çıxarırmı?
Bu
suala cavab vermək üçün əvvəlcə vəziyyəti analiz etməyə ehtiyac var. Faktiki
olaraq, elektron və print mediada tərəfsizlik, peşəkarlıq, obyektivlik kimi
prinsiplərin arxa plana keçirildiyi müşahidə edilir. Əvəzində sifarişli, qərəzli,
cəmiyyətin tələbatını ödəməyən materiallar çoxluq təşkil edir. Belə hallara
daha çox internet mediada rast gəlinir. Bu hallar isə öz növbəsində cəmiyyətdə
digər problemlərin əsasını qoyur.
Bunları
nəzərə aldıqda qətiyyətlə demək mümkündür ki, mediada ultra-azadlıq nə cəmiyyət
üçün, nə də peşəkar jurnalistlər üçün optimal yol deyil. Hər məsələdə
«qızıl orta» deyilən bir praktika var ki, o, bütün hallarda öz müsbət
təsirini göstərir. Azərbaycanda mətbuat azadlığı sahəsində üçüncü yolun
seçildiyi aydın görünür. Fərqli ictimai-siyasi formasiyalarda formalaşan
mediamızın spesifik tarixi inkişaf xüsusiyyətləri, ənənələri var. Buna görə də,
dövlətin dünya təcrübəsi ilə milli ənənələri uzlaşdıraraq hər 3 tərəfi (cəmiyyət,
dövlət və media) qane edəcək optimal tənzimlənmə mexanizmi yaratma cəhdi təqdirəlayiqdir.
Problem
ondadır ki, bir çox ölkələrdən fərqli olaraq, Azərbaycanda bəzi şəxslər
plüralizmi, söz azadlığını özbaşınalıq, şantaj, hədə-qorxu və böhtan
üsullarından istifadə edib rüşvət almaq, xoşu gəlmədiyi şəxsin şərəf-ləyaqətini
tapdalamaq və ya insanları təhqir etmək azadlığı kimi qavrayır.
Bir
çox mətbuat orqanları, jurnalistlər həm qanunvericiliyin tələblərini, həm etik
kodeksləri, həm də vicdani kriteriyaları arxa plana keçirirlər. Bu isə
bütövlükdə mətbuatı, jurnalistləri cəmiyyətin gözündən salır, ona inamı
azaldır.
Konkret
olaraq, hazırki situasiyaya baxsaq, Azərbaycanda lazimi qədər plüralizm və söz
azadlığının olduğunu görərik. Kim istəsə icazəsiz qəzet, jurnal,
agentlik, internet saytılarında, sosial şəbəkələrdə fikirlərini böyük oxucu
kütləsinə çatdıra bilir. İstənilən
şəxsin hansısa yayım orqanında fikrini ictimailəşdirmək imkanları var. Bundan başqa, sosial şəbəkələrdən,
internet forumlardan da
bu məqsədlə istifadə etmək olur.
Beləliklə aydın olur ki, Azərbaycanda söz azadlığı, plüralizm üçün lazimi şərait var, kimin bundan necə istifadə etməsi isə, cəmiyyətin, fərdlərin problemidir. Mətbuatın bu imkanlardan necə bəhrələnməsinə gəldikdə, hesab edirəm ki, mətbuat, TV, radio, internet saytlar üzərində ictimai və dövlət nəzarəti güclənməlidir. Ta ki, bu sahədə yüksək peşəkarlıq, vicdanlılıq və obyektivlik bərqərar olana kimi.
Yaxın 25 ilin təcrübəsi göstərdi ki, belə olmayanda özbaşınalıq baş alıb gedir. Məsuliyyət tələb edilmədikdə, cəza mexanizmi, ictimai qınaq olmadıqda, ortada ciddi mətbuat olmur. Azərbaycan KİV-ləri də bu mərhələni keçməlidir. Əks halda, cəmiyyətin inamını tamam itirəcək, ənənəvi mətbuat sosial şəbəkələr tərəfindən sıradan çıxarılacaq. Ümidvaram ki, buna imkan verilməz.
Elçin Bayramlı: “Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən
gizlədilir”
«Görülən tədbirlərin nəticəsi olaraq bölgələrdəki rayon və şəhərlərlə
paytaxt Bakı şəhərinin inkişafı arasındakı fərq getdikcə azalır” — Ölkənin
sosial-iqtisadi inkişafdan danışan Baş nazir Novruz Məmmədovun səsləndirdiyi bu
fikirlər etiraz doğurub. Qeyd edək ki, o, Azərbaycan Prezidentinin fərmanı ilə
təsdiq edilmiş «Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qarşıdakı illərdə bölgələrin
inkişafına yeni təkan olacağını söyləyib.
Hökumət başçısı bildirib ki, 2019-cu ildə Azərbaycanın 34 şəhər və rayonu
mərkəzdən dotasiya almadan özünü maliyyələşdirir. Son 15 ildə açılmış 1,9
milyona yaxın iş yerinin 50 faizdən çoxu da məhz regionların payına düşüb.
Bəs, regionlar sürətlə inkişaf edirlərsə, ölkə əhalisinin Bakıya axını niyə davam edir və 90-cı illərdəki urbanizasiya prosesində paytaxtda məskunlaşan sakinlərin geri dönüşü niyə hiss olunmur? Paytaxt gün-gündən sıxlaşır, küçələr və yollar keçilməz olur?
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, regionlar inkişaf etsə də, bu inkişafın tempi çox zəifdir:
“Deyilənlər real olsa idi, regionlarda canlanma, əhalinin Bakıdan bölgələrə qayıdışı müşahidə olunardı. Bəzi şirkətlər, dövlət orqanları fəaliyyətlərini Bakıda həyata keçirsələr də, pul köçürmələrini bankların yerli şöbələri vasitəsilə reallaşdırırlar, həmin şöbələrdə qeydə alınan vəsaitlər də həmin bölgənin maliyyəsi kimi qeydə alınır. Doğrudur, həyata keçirilən proqramlarının nəticəsində regionlar — aqrar təsərrüfatlar, emal müəssisələri — inkişaf edir, amma bu inkişaf zəifdir. Bakı isə getdikcə böyüyür, ölkənin qalan əhalisi də Bakıya gəlməyə cəhd edir. Çünki karyera, biznes imkanları burdadır. Ölkəmizdə tarazlı deyil, birtərəfli iqtisadiyyat inkişaf edir”.
İqtisadçı deyir ki, regionlarda inkişafın hansı səviyyədə olmasını bazarda
kənd təsərrüfatı mallarının qiymətləri də sübut edir:
“Hökumət bu vəziyyətin aradan qaldırılması üçün müəyyən tədbirlər həyata keçirməlidir. Məsələn, bir sıra fabrik, zavodları regionlara yönəltməlidir. Vergi Məcəlləsində dəyişiklik edildi, regionlarla Bakının vergi öhdəlikləri bərabərləşdirildi. Bu, daha pis effekt verəcək. Əvvəllər paytaxdakı fiziki şəxslərlə rayonlardakının vergi öhdəlikləri arasında 2 dəfə fərq var idi. Bu hər hansı istehsal obyektinin, təsərrüfatın regionlarda açılmasını stimullaşdırırdı. Bakının hər hansı bir obyektinin gəliri ilə regiondakının gəliri eyni ola bilməz. Onlar eyni formada vergi verməsi stimullaşdırmaya zidddir. Belə məlum olur ki, fiziki şəxslər üçün kiçik istehsal müəssisələrini Bakıda yaratmaq daha sərfəlidir. Əvvəl isə regionda yaratmaq sərfəli idi”.
Elçin Bayramlı hesab edir ki, Rusiyada, Belarusda, Qazaxıstanda olduğu
kimi, Azərbaycanda da “Kəndə qayıdış” proqramı hazırlanmalıdır:
“Bu ölkələrdə kəndlərə gedən insanlara güzəştlər olunur, uzunmüddətli kreditlər, texnika verilir, kəndlər məskunlaşdırılır. Bizdə hazırlanan özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, onun əhatə dairəsi çox kiçikdir. Bu proqramın əhatə dairəsini genişləndirmək olar. Hesab edirəm ki, dövlətin maliyyə ayrılması üçün hər hansı problem yoxdur, bizim 45 milyardlıq strateji maliyyə ehtiyatlarımız 1 faizlə xarici fondlarda yatır. Bunun cəmi 1-2 milyardını 2 faizlə real biznes-planlara yönəltsinlər, dövlət də ikiqat qazansın, insanlarımız da. Niyə bizim investorlar Gürcüstana, Rusiyaya, Türkiyəyə investitsiyalar qoyurlar, çünki onlarda biznes üçün daha əlverişli mühit var. Baş nazir bu cür açıqlama verməkdənsə konkret rəqəmlərlə danışsın”.
Ekspert deyir ki, dövlət büdcəsinin strukturuna nəzər yetirdikdə mənzərə
aydın olur:
«Həm ümumdaxili məhsulun, həm dövlət büdcəsinin, həm də ixracın strukturundakı rəqəmlər göstərir ki, ölkə iqtisadiyyatı Bakıdan ibarətdir. Belə çıxır ki, regionlarda istehsal varsa, bunlar büdcədən gizlədilir”.
Elçin Bayramlı: “Son 30 ildə paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib”
“Biz ətrafımızı o qədər dəyişmişik ki, indi orada mövcud olmaq üçün özümüzü kökündən dəyişməliyik…” Viner Norbert (ABŞ riyaziyyatçısı, “kibernetikanın atası”)
Şəhər
mühitinin rahatlığının yüksəldilməsində və çirklənməsi səviyyəsinin aşağı
salınmasında yaşıllığın böyük rolu var. Belə ki, şəhərdə (və ya hər hansı
yaşayış məntəqəsində) yaşıllıqların salınması, ağacların əkilməsi, bağların,
parkların yaradılması həm havanın təmizlənməsinə, həm ərazinin
abadlaşdırılmasına, həm də insanların istirahəti üçün gözəl məkanların
çoxalmasına müsbət təsir göstərir.
Çox təəssüflər
olsun ki, son vaxtlar bu yaşıllıqların, xüsusilə də, ağacların kəsilməsi, məhv
edilməsi faktları ilə tez-tez qarşılaşırıq. Bu sahədə mövcud olan problemlər,
onların həlli yolları, insanların ekoloji maarifləndirilməsi və s. barədə
oxucuları məlumatlandırmaq üçün Ekoloq Jurnalistlər Birliyinin sədr müavini
Elçin Bayramlı ilə görüşüb söhbət etdik.
– Elçin müəllim, son 10-15 ildə doğma Bakımızın inkişafı göz qabağındadır. Şəhərimiz abadlaşır, gündən-günə gözəlləşir və müasirləşir. Gözəl park və xiyabanlar, geniş prospektlər, möhtəşəm və modern binalar, meydanlar və körpülər bu gün Azərbaycan paytaxtının ayrılmaz atributlarıdır. Qədimlik və müasirliyin heyrətamiz harmoniyası şəhərimizə özünəməxsus yaraşıq verir. Amma eyni zamanda, şəhərdə əhalinin sıxlığı, çoxlu sayda avtomobillər, onların havaya buraxdığı zərərli maddələr, yaşıllıqların bəzi yerlərdə məhv edilməsi, ağacların vaxtında suvarılmaması, habelə bilərəkdən kəsilməsi və məhv edilməsi faktlarını da görməmək mümkün deyil. Bir ekoloq kimi bu barədə fikirlərinizi bilmək istərdik.
– Əlbəttə,
son illərdə Bakıda xeyli abadlıq işləri görülüb, yaşıllıqlar, parklar salınıb.
Lakin hələ də yaşıllıq səviyyəsi arzulanan həddə deyil. Sovet dövründə– 80-ci
illərdə Bakıda yaşıllığın ümumi həcmi 15-16 min hektar təşkil edib, hazırda isə
təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə
paytaxtda əhalinin sayı 2 dəfə artıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək
problem 4 dəfə kəskinləşib. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq
kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir.
Nazirlik və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Ekoloji
qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız
tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə
kampaniyaları təşkil etməlidir. Ekologiya Nazirliyi belə təşəbbüsləri dəstəkləyir
və belə müraciətlər olduqda tinglərlə təmin etməyə söz verib.
Bakıda əsas
ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır. Burada əsas
problem odur ki, Azərsu ASC Bakıda həyətlərdə, məhlələrdə olan su kranlarını 2
ildir kəsib. Nəticədə artıq minlərlə ağac quruyub məhv olub. Bu biabırçılığın
qarşısı alınmasa, yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə
şübhə yoxdur.
Mövcud
ağacların saxlanması sahəsində vəziyyət daha çətindir. Üstəlik, yeni əkilən
ağacların çoxu da müxtəlif səbəblərdən quruyur. Ağac əkməklə iş bitmir, bundan
sonra onlara qulluq edilməyəndə, vaxtında suvarılmayanda çoxu əmələ gəlmir,
çünki Bakıda torpağın keyfyyəti də zəifdir, çox az növdə ağac bu torpaqda, bu
iqlimdə yetişə bilir. Ona görə də, hansı tinglərin əkilməsinə xüsusi diqqət
verilməlidir, daha çox oksigen verən həmişəyaşıl, dözümlü ağaclar əkilməlidir.
Yeni
binaların, yaşayış komplekslərinin tikintisi zamanı onların tutduğu sahəyə
müvafiq olaraq yaşıllıq sahəsi şərt kimi qoyulmalıdır. Sakinlər isə binaların həyətlərində
boş yerlərdə ağac əkilməsinə təşəbbüs göstərməlidirlər. Yəni, bu işdə həm dövlət,
həm cəmiyyət fəal olmalıdır.
– Şəhərimizdə çoxlu tikinti işləri gedir. Bunun üçün bəzi yerlərdə yaşıllıqlar məhv edilir. Bu iş necə tənzimlənməlidir? Tikinti işləri üçün yaşıllıqların məhv edilməsi mütləqdirmi?
– Patyaxtda
harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir. Kəsmək mümkün olmadıqda
isə, dibinə turşu və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun
qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq
olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən
şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək
problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə
zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu
“yaşıl terror”un qarşısını almaq mümkün olar.
– Bəs regionlarda yaşıllıqların, meşələrin qorunması ilə bağlı vəziyyət necədir? Burada hansı problemləri müşahidə edirsiniz?
– Bir neçə
il əvvəl bizim təşkilat Beynəlxalq Vəhşi Təbiəti Mühafizə Fondunun dəstəyi ilə
bir layihə keçirdi. Meşələrdə, qoruqlarda monitorinq apardıq, bəzi problemləri
qeydə aldıq. Məsələn, meşələrdə araba və maşınlarla odun daşıyanlara rast gədlik,
onların çoxu qurumuş deyil, sağlam ağaclar idi. Bəziləri hansısa arayış göstərərək
bunu məktəblər və bağçalar üçün apardıqlarını bəhanə edirdilər, halbuki çoxu
satış məqsədilə kəsilir.
Bölgələrdə,
xüsusilə də kənd yerlərində heyvanların otarılması zamanı ana təbiətə, əsasən də
meşələrə ciddi zərər dəyir. Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik
pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən
sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir,
çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə
sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa, tezliklə
olan-qalan meşələr də yoxa çıxacaq.
– Elçin müəllim, Avropa şəhərlərinin küçələrində müxtəlif rəngli zibil qutuları qoyulur və əhali hansı qutunun nə üçün təyin edildiyini bilir. Məsələn, İsveçdə uşaq bağçasına gedən uşaq bilir ki, açıb yediyi konfet kağızını hansı qutuya atmalıdır. Böyüklər də, həmçinin, tulladığı kağız parçasını plastik üçün nəzərdə tutulmuş zibil qutusuna atdıqda böyük məbləğdə cərimə olunur. Bəlkə də İsveçdə zibilin təkrar-təkrar emalı yaxşı qurulduğuna görə belədir. Bizim ölkədə sizcə, buna necə nail olmaq olar?
– Bu işi
dövlət səviyyəsində təşkil eləmək lazımdır. Bir-iki yerdə pilot layihə kimi
kiçik miqyasda təşkil edilib, yaxşı da effekt verib, demək bunu bütün ölkə
miqyasında tətbiq etmək lazımdır. Bakıda bunun üçün məişət tullantılarını
çeşidləyici və emal edici zavod tikilib. Digər iri şəhərlərdə də tikilməlidir.
Bunu etməyəndə külli miqdarda xammal və material məhv olur, üstəlik,
ekologiyamız da ciddi zərər görür. Bir çox ölkələrdə hətta bəzi tullantılara
görə pul da ödənilir. Bizdə də bu işi təşkil etmək, insanları stimullaşdırmaq
olar.
Azərbaycanda
ekoloji problemlər təkcə bunlarla məhdudlaşmır. Atmosferin çirkləndirilməsi də
böyük problemdir, su mənbələrinin çirkləndirilməsi də. Bütün bunlara nəzarət
artırılmalıdır.
Bir neçə gün əvvəl uşaqları Kukla Teatrına aparmışdım. Doğrusu, bu teatrın tamaşalarını uşaq vaxtı gördüyüm kimi təsəvvür edirdim. Lakin teatra getdikdən sonra tamam başqa mənzərə ilə qarşılaşdım. Gözləmədiyim qədər zövqlü səhnə tərtibatı, peşəkar aktory oyunu və mükəmməl səsləndirmə. Personajların milli geyimləri, onların düzgün hərəkətləndirilməsi, işıqlandırma texnikası tamaşanı təbii canlandırılmış nağıl formasına salmışdı. Bircə narazı qaldığım məqam oldu- zalda çox az tamaşaçı var idi…
1931-ci ildə yaradılmış və hazırda 87-ci mövsümünü keçirən Abdulla Şaiq adına Kukla Teatrı paytaxtımızda uşaqlar üçün ən yüksək mədəni məkan hesab olunur. Teatın səhnəsində həm Azərbaycan («Cırtdan», «O olmasın, bu olsun», Müsyo Jordan və Dərviş Məstəli şah», və s) , həm də dünya xalaqlarının nağılları («Çəkməli pişik», «Qoğal», «Balaca şahzadə», «Karlson» və s.) səhnəyə qoyulur. Tamaşalar Azərbaycan və rus dillərində səhnəyə qoyulur.
Evdə oturub uşaqları hara aparmaq haqda düşünürdüm ki, birdən yadıma Kukla Teatrı düşdü. Teatrın truppa müdiri Elxan İsmayılova zəng edib hansı tamaşalar olduğunu soruşdum. Dedi ki, bir neçə saat sonra «Cırtdan» tamaşası var. Uşaqları götürüb yollandım teatra. Cırtdan nağılını bilirlər, qoy indi də səhnədə canlı baxsınlar.
Zalda çox az tamaşaçı var idi. Maksimum 30 nəfər. Nəzarətçilər bunu yay fəslinin olması və uşaqların çoxunun şəhərdə olmaması ilə əlaqələndirdi. Tezliklə tamaşa başladı. Çox gözəl səhnə tərtibatı, müasir texnologiyanın köməyi ilə yaradılan tərtibatlar, personajların mükəmməl hazırlanmış fiqurları və aktyorların peşəkar səsləndirməsi tamaşanı çox maraqlı etmişdi.
Tamaşa çox maraqlı və qüsursuz keçdi. Bunu üərkdən edilən alqışlar aydın göstərirdi. Uşaqlar çox sevindi, «ata bizi tez-tez bura gətir» dedilər. Onları fərqli tamaşalara aparacağıma söz verdim. Çox yaxşı ki, bu teatrı qoruyub saxlaya bilmişik. Teatr burada az maaşa işləyən fədakar yaradıcı heyətin sayəsində ayaqda qalıb. Televiziyalarımız dava-qırğından ibarət amerikan multfilmlərini efirə verməkdənsə bu teatrın tamaşalarından çəkib versələr regionlarda yaşayan uşaqlar da bu tamaşaları görmüş olardı.
Uşaqlarınızı mənasız, havasız və səs-küylü əyləncə mərkəzlərinə yox Kukla Teatrına aparın. Mədəni mühitdə böyüsünlər. Xalqımızın və bütün bəşəriyyətin mədəni sərvətlərinə uşaqlıqdan bələd olsunlar. Bu, onların həm mənəvi, həm də psixoloji inkişafına böyük fayda verər. Tetarın bütün kollektivinə uğurlar arzulayıram. Nə yaxşı ki varsınız.
Teatrın iyul ay; üçün repertuarını nəzərinizə çatdırıram
5 iyul
Saat 12.00, 14.00 Ş.Perro “QIRMIZI PAPAQ”
Saat 16.00 C.Rodari “ÇİPOLLİNO” (rus dilində)
6 iyul
Saat 12.00, 14.00 M.Seyidzadə “CIRTDAN”
Saat 16.00 M.Seyidzadə “ÜÇ CƏSUR” (rus dilində)
12 iyul
Saat 12.00,14.00 Ərəb xalq nağılı “ƏLİBABA VƏ QIRX QULDUR”
Saat 16.00 T.Ağayev “QOÇAQ ƏHMƏD” (rus dilində)
13 iyul
Saat 12.00,14.00 C.Barri “PİTER PEN”
Saat 16.00 Rus xalq nağılı “DURNA BALIĞI” (rus dilində)
14 iyul
Saat 12.00, 14.00 Türk xalq nağılı “KƏLOĞLAN”
Saat 16.00 Rus xalq nağılı “QOĞAL” (rus dilində)
Teatrın saytından da baxa bilərsiniz- kuklateatri.az
Ekoloqlar: “Ağacların kəsilməsinə görə tətbiq oluan cərimələrin məbləği dəfələrlə artırılmalıdır”
«Araz» radiosunun birbaşa efirində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova və Ekoloq Jurnalistlər Birliyinin sədr müavini Elçin Bayramlı ölkədə mövcud ekoloji problemlər və əhalinin ekoloji maariflənməsinin yollarını müzakirə ediblər. Verilişdə ölkədə yaşıllıq sahəsinin artırılması işləri, ağacların kəsilməsi problemi, plastik və polietilen paketlərin təbiətimizə və sağlamlığımıza vurduğu zərər, bunlara alternativ üsullar, görüləsi tədbirlər müzakirə edilib.
Elçin Bayramlı qeyd edib ki, Bakıda əsas ekoloji böhran yaşıllıqların və ağacların məhv olması ilə bağlıdır: “Azərsu Bakıda həyətlərdə, məhlələrdə olan su krantlarını 2 ildir kəsib. Nəticədə artıq minlərlə aşac quruyub məhv olub. Bu biabırçılığın qarşısı alınmasa, yaxın 1-2 ildə paytaxtımızın ağacsız səhra şəhərinə çevriləcəyinə şübhə yoxdur.
Sovet dövründə- 80-ci illərdə Bakıda yaşıllığın ümumi həcmi 15 min hektar təşkil edib, hazırda isə təxmini hesablamalara görə bu rəqəm 7-8 min hektar təşkil edir. Bu müddətdə paytaxtda əhalinin sayı 2 dəfə azalıb, yaşıllıq sahəsi 2 dəfə azalıb, demək problem 4 dəfə kəskinləşib. Buna görə də, paytaxtda və ətrafında böyük yaşıllıq kampaniyaları keçirilməlidir, bütün mümkün yerlərdə ağaclar əkilməlidir. Nazirlik və Heydər Əliyev Fondundan başqa bu işi görən yoxdur. Ekoloji qeyri-hökumət təşkilatları fondlardan aldıqları qrantların müqabilində faydasız tədbirlər keçirməkdənsə, praktiki faydalı işlə məşğul olmalı, ağacəkmə kampaniyaları keçirməlidir”.
Ekoloq daha sonra qeyd edib ki, patyaxtda harda gəldi aparılan tikintilər zamanı ağaclar kəsilir: “Kəsmək mümkün olmadıqda isə, dibinə kislota və ya digər kimyəvi maddələr tökərək qurudurlar. Bunun qarşısının alınması üçün çox ciddi cərimələr və adekvat cəzalar tətbiq olunmalıdır. 3-5 min manat cərimə ilə poblem həll olunmaz. O ərazidə obyekt tikən şəxs ordan ildə 100 min qazanc götürəcəksə, onun üçün bu 3-5 min manatı ödəmək problem deyil. Təklif edirəm ki, cərimələr 10 dəfə artırılsın, kütləvi ağackəsmə zamanı isə əmlakı müsadirə olunmaqla həbs cəzası verilsin. Yalnız bu yolla bu yaşıl terrorun qarşısını almaq mümkün olar”.
Elçin Bayramlı bölgələrdə meşələrdə heyvanların otarılması zamanı təbiətə ciddi zərərdəydiyini deyib: “Meşələrdə otarılan heyvanlar yerdən qalxan kiçik pöhrələri yeyirlər, nəticədə meşələrin yenilənməsi baş vermir, müəyyən müddətdən sonra yaşlı ağaclar quruyur, yeniləri isə qalxmır, nəticədə meşələr seyrəlir, çılpaqlaşır və tədricən sıradan çıxır. Azərbaycan onsuz da ərazisinə görə meşə sahəsinin ən az olduğu ölkələrdəndir. Bunun qarşısı alınmasa tezliklə olan-qalan meşələr də yoxa çıxacaq.
ETSN rəsmisi söz verib ki, qeyd olunan problemlərlə ciddi maraqlanacaqlar. S. Məmmədova nazirliyin paytaxtda və Abşeron yarımadasında xeyli yaşıllıq sahəsi saldığına və bu sahələrdə xüsusi suvarma sistemi yaratdıqlarını da qeyd edib. Onun sözlərinə görə, ağackəsənlərə qarşı ciddi mübarizə aparılır və böyük cərimələr tətbiq olunur, lakin bu cərimələr daha da artırılsa effektiv olar.
Vətəndaşların sosial şəbəkələrdə aktivlik göstərməsinin onların işinə xeyli müsbət təsiri olduğunu qeyd edən nazirlik nümayəndəsi əhalini belə hallara qarşı daha diqqətli olmağa çağırıb. “Biz eyni vaxtda hər yerdə ola bilmirik, çox vaxt bu halların baş verməsi faktından sosial şəbəkələrdən, mətbuatdan xəbər tuturuq və müvafiq tədbirlər görürük. Əksər hallarda vaxtında çalınan həyəcan siqnalı nəticəsində ağacların kəsilməsinin qarşısı tərəfimizdən alınıb. İnsanlarımız özü də bu məsələyə həssas yanaşmalıdır, bəzən görürük uşaqlar yeni tingləri sındırırlar, ona görə də onlara müvafiq tərbiyə verilməlidir ki bunu etməsinlər”.
Səmayə Məmmədova nazirliyin bəzi yerlərdə əhaliyə tinglər payladığını, lakin bu tingləri götürənlərin əksəriyyətinin onları əkib-becərmədiyini də qeyd edib. O, vətəndaşları ölkənin təbiətinin qorunmasında nazirliklə əməkdaşlığa və fəallıq göstərməyə çağırıb.
Elçin Bayramlı torpaqda 5-6 əsr çürüməyən, yandırıldıqda isə havanı ağr dərəcə çirkləndirən plastik və polietilen paketlərin istifadəsinə məhdudiyyətlər qoyulmasını təklif edib: “Yaxşı olar ki, kağız, parça, şüşədən düzəldilən ənənəvi paketlər, qablar və çantalardan istifadə edilsin. İnsanlarımız da bu məsələyə fikir veməlidirlər. Bəzən görürsən biri mağazadan bir kq kartof və 1 limon alıb. Limon üçün də ayrıca sellofan paket götürüb, halbuki limonu o kartofun üzərinə qoymaqla heç bir problem yaranmaz, əksinə təbiəti daha az korlayarıq. Yəni, hər şey təkcə inzibati üsullarla olmur, vətəndaşlar özləri də bu işdə həssas olmalıdırlar.
Bir neçə gün xarici mətbuatda əvvəl belə bir xəbər oxudum- Hindistanda bir imkanlı şəxs plastik qabları və poietilen paketləri yığıb gətirən uşaqlara kitab, dəftər və s məktəb ləvazimatları hədiyyə edir. Ona dəstək olaraq ölkənin başqa yerlərində də bu işə dəstək olanlar çoxalıb və proses vüsət alıb. Nəticədə ölkədə ekoloji təmizlik yaranıb, həm də imkansız ailələrin uşaqları təhslləri üçün lazimi vəsaitləri pulsuz əldə ediblər. Bax bizdə bu tip təşəbbüslər çatışmır. Yalnız İDEA buna oxşar layihələrlə çıxış edir».
Verilişdə
digər ətraf mühit problemlərinə də toxunulub. Qonaqlar ekoloji mühitin
sağlamlaşdırılması, əhalinin ekoloji maariflənməsi üçün öz təkliflərini səsləndiriblər.
Radio verilişi “Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Ekoloji mədəniyyətin formalaşması istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov ölkəmizdə turizm polisinin yaradılacağını deyib. Onun sözlərinə görə, turizm polisləri turistlərə xidmət göstərəcək xüsusi şəxslər olacaq: “Turizm polisinin yaradılması məsələsi Daxili işlər Nazirliyi ilə müzakirə olunur. Artıq bununla bağlı hüquqi razılıq, şəhərdə turizm polisi formaları geyinən şəxslərin olması ilə bağlı ilkin razılıqlar əldə olunub. Bu ideya artıq təsdiqlənib. Turistlər şəhərdə gəzərkən, ölkədə olarkən çətinlik çəkdiyi zaman bu xidmətlərdən istifadə edəcəklər”.
K.Qasımov əlavə edib ki, ölkədə turistlərə xidmət göstərən dövlət qurumlarının bütün xidmətlərin vahid mərkəzdən idarə olunması üçün “Qaynar xətt”in yaradılması nəzərdə tutulur: “Turistlər “Qaynar xətt”ə müraciət etməklə problemlərini həll edə, suallarına cavab tapa bilər. Bununla turistlə dövlət arasında kommunikasiya xətti qurulur və problem daha çevik həllini tapır”.
“Turizm polisi” ilə bağlı təklifi “Sherg.az”a dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bunun mənasız olduğunu düşünür. Ekspertin fikrincə, onsuz da hüquq-mühafizə orqanları həm Azərbaycan vətəndaşlarını, həm də ölkəmizə gələn turistləri qoruyurlar:
“Belə addımlarla turist cəlb etmək olmaz. İndi 21-ci əsrdir, hərənin əlində son model smartfon var, naviqasiya ilə gəzir. Turist hara gedəcəyini yaxşı bilir. Şikayəti olanda da polisə yaxınlaşaraq dərdini söyləyir. Turisti getdiyi ölkədə keyfiyyətli xidmət, yaxşı təbii şərait və ucuz qiymətlər maraqlandırır. Nə qədər ki, bizdə bu məsələlər düzəlməyib, arzuolunan qədər turist gəlməyəcək, təkrar turizm də yaranmayacaq. Hərəni uzağı bir dəfə aldatmaq və soymaq olar. Aldanmış turist öz ölkəsində onlarla adama bu barədə danışır, sosial şəbəkədə yazır. Nəticədə minlərlə insan Azərbaycanda turistin başına gətirilənlərdən qiyabi də olsa xəbərdar olur”.
İqtisadçının
sözlərinə görə, bəzi turzim obyektlərinin soyğunçuluğu nəticəsində hər il
milyonlarla turisti əldən buraxırıq:
“Hamısı
Gürcüstana gedir. İndi ideal fürsət yaranıb. Gürcüstanda vəziyyət qarışıb,
bundan istifadə edərək cəlbedici təkliflərlə Rusiyadan Azərbaycana milyonlarla
turist cəlb etmək olar. Amma nədənsə bunu etmək turizmçilərin ağlına gəlmir”.
Vaxtaşırı mətbuatda
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qeyri-qanuni heyvan
kəsimi məntəqələrində reydlərin keçirilməsi ilə bağlı xəbərlərə rast gəlirik.
Məlumata görə, AQTA baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısını almaq üçün nəzarət tədbirlərini davam etdirir. Bu işi öhdəsinə götürən Agentlik hesab edir ki, ölkə ərazisinin istənilən yerində ət kəsimi məntəqələrinin olması gigiyenik cəhətdən normalara cavab vermir.
Ekspertlərin
fikrincə, qurum mövcud olandan və fəaliyyətə
başlayandan bəri yalnız ölkənin ət bazarını nəzarətə götürüb və fəaliyyətini
ona səfərbər edib. Məqsəd isə ölkədə ət kəsimi ilə məşğul olan sahibkarları
bazardan “çıxdaş” etmək və bu sahəni monopoliyasına almaqdır. Maraqlısı isə
odur ki, qurum illərlə lisenziyası və VOEN-i olan ət kəsimi məntəqələrinin fəaliyyətini
də qeyri-qanuni kimi qələmə verib, onları bazardan çıxarmağı hədəfləyib. Normal
olaraq AQTA-nın səalahiyyətinə düşən vəzifə isə sanitar normalar və gigiyena
qaydaları ilə bağlı işlərin görülməsini təşkil etməkdir.
Əgər
sahibkar rəsmən fəaliyyət göstərirsə, bu necə qeyri-qanuni sayıla bilər?
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, hazırda istifadə olunan ərzaq və qida növlərinin keyfiyyəti ilə bağlı problemlər var: “Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi yarananda sevindik ki, nəhayət ki, ölkə bazarlarındakı bu dəhşətli, qorxulu vəziyyətə son qoyulacaq. Diqqətlə prosesi izlədik və gördük ki, qida təhlükəsizliyi ilə bağlı heç bir iş aparılmır. Dahadəhşətli çoxlu problemlər var. Bunlar isə ancaq ət kəsimi məntəqələrindən və qəssablardan yapışıblar. Bir məsələni bilməliyik ki, bu ölkədə qanunsuz heç kim fəaliyyət göstərə bilməz. Adamın qanuni obyekti var və müəyyən təlimatlar var ki, ona riayət edir. Tələbləri pozan varsa, yoxlanılsın, ölçü götürülsün və müəyyən cərimələr, ağır cəzalar tətbiq edilsin. Cəzalanan olsa, belə halların qarşısı alınacaq və təkrarlanmayacaq”.
Ekspertin fikrincə, büdcədən maliyyələşən Qida Təhlükəsizliyi Agentliyi işinin öhdəsindən gələ bilmir: “Ölkədə qida ilə bağlı daha dəhşətli mənzərə olduğu halda, məşğuliyyətlərini ət sahəsinə yönəldiblər. Məsələn, bazarda keyfiyyətsiz yağlar satılır. Ölkəmizdə satılan yağların hamısının tərkibi əsasən palma yağından ibarətdir və bu qiymət 2 manatdan başlayaraq hər məbləğdə dəyişir. Ümumiyyətlə isə ölkəyə gətirilən və burada istehsal olunan qidaların 90 faizi saxta və təhlükəlidir. Hazırda satışda olan ən düzgün və təmiz qida varsa, o da qəssablarda olan ətdir. Ona görə ki, rayonlardan, kəndlərdən heyvanlar alınıb burada kəsilir və satılır. Hansı ki, bu heyvanlar dağlarda, meşələrdə otlayan sağlam heyvanlardır. Bu qəssabların hər birinin daimi müştəriləri var. Onların müştəriləri ət seçimini yaxşı bilir. Həmçinin insanlarımızın psixologiyası ondan ibarətdir ki, gözlərinin qarşısında kəsilən heyvanın ətini almağa üstünlük verirlər. Hətta ətin dadından bilirlər ki, hansı zonanın heyvanıdır. Bu səbəbdən qəssabların çoxu bu məsələdə fırıldaq etmək istəmir. Çünki müştərilərini itirmək istəmirlər”.
Ekspertin sözlərinə görə, əgər hansısa ət kəsimi məntəqəsində sanitar, gigiyena ilə bağlı problem varsa, Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı konkret tələblər irəli sürməlidir: “Məsələn, heyvanlar baytar nəzarətindən keçsin, məntəqələrin sanitar, gigiyena normaları, eləcə də ətlərin saxlanma şəraiti və digər məsələlər yoxlanılsın. Amma böyük monopolist sistem yaratmaq və məntəqələri bağlayıb, on minlərlə işçiləri işsiz qoymaq istəyirlər. Agentliyin bütün fəaliyyəti bundan ibarətdir. Bu addımı sərt qınayıram və müvafiq orqanları bununla bağlı tədbir görməyə çağırıram. Dövlət bu agentliyə külli miqdarda maddi texniki baza ayırıb. Dükan-bazarda satılan ərzaq mallarının 90 faizdən çoxu transgen məhsullardır. Bu qidaların heç birinin tərkibi gömrükdə yoxlanılmır. Tərəvəzin 99 faizi, meyvələrin 50 faizdən çoxu GMO-dur. Təmiz kərə yağından isə söhbət belə gedə bilməz. Kimsə mənə əsl kərə yağı göstərə bilməz. Yay gəlib və dondurmaya tələbat artıb. Amma satılan dondurmaların hamısı kimyəvi qatqılardır. Süd və süd məhsullarının istehsalı ilə məşğul olsunlar. Agentlik broyler fabrikləri ilə məşğul olsun. Mən qəssabları müdafiə etmirəm. Təbii ki, onların da müəyyən problemləri var. Lakin ən dəhşətli problem ət məsələsi deyil. Bundan daha ağır qida problemlərimiz var. Yaxşı olar ki, agentlik ölkənin qida problemini kökündən həll etsin”.
Elçin Bayramlı: Azərbaycanda “Kəndə qayıdış” dövlət proqramı qəbul edilməlidir
Dövlət
Statistika Komitəsindən verilən məlumata görə, əhalinin 52,8 faizini şəhər
sakinləri təşkil edir.
Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 24 692 nəfər və ya
0,3 faiz artaraq 2019-cu il may ayının 1-i vəziyyətinə 10 006 149 nəfərə çatıb.
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər,
50,1 faizini isə qadınlar təşkil edir.
Statistik məlumatda diqqət çəkən məqam əhalinin 52,8
faizinin şəhər sakinləri təşkil etməsidir. Görünən odur ki, regionların
inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları heç də uğurla həyata
keçirilmir. “Regionlarının inkişafı” dedikdə burada komunal xidmətlərin və
sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq
mühitinin yaxşılaşdırılması, investisiya qoyuluşunun artması, yeni müəssisələrin,
iş yerlərinin açılması nəzərdə tutulur. Bu tədbirlər həyata kiçirildiyi təqdirdə,
əhalinin məşğulluğu da artar, yoxsulluq səviyyəsinin azaldılması məqsədinə də
nail olmaq olar. Azərbaycanda əhalinin 52,8 faizinin şəhər sakinləri təşkil etməsi
dövlət proqramları çərçivəsində görülmüş işlərin regionların inkişafında dönüş
yaratmadığını sübut edir. Ən çox yük Bakı və Sumqayıtın payına düşür ki, bu da
ciddi problemlər yaradır.
Maraqlıdır, kəndə dönüş proqramlarının icrası niyə uğurlu alınmır?
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, 20 il əvvəl Azərbaycanda kənd əhalisi 59-41 nisbətində çoxluq təşkil edirdi: “Hazırda Azərbaycanda əhalinin 53 faizə yaxın şəhər sakinləri təşkil edir. Hesab edirəm ki, reallıqda bu göstərici minimum 70 faizdir. Çünki statistik məlumatlar həmişə qeydiyyat ünvanı üzrə aparılır. Rayon qeydiyyatında olub, illərdir Bakıda yaşayan minlərlə insan var. Azərbaycanda gedən urbanizasiya başqa ölkələrdə olduğu kimi, təbii urbanizasiya sayılmır. Ölkəmizdə regionların inkişaf etməməsi, iş yerlərinin və mədəni mühitin olmaması, sosial problemlərin həllini tapmaması ucbatından paytaxta axın çoxalır. Başqa ölkələrdə əhali müxtəlif şəhərlərə də axın edir, Azərbaycanda əhali, ancaq paytaxta üz tutur və bu proses günü-gündən sürətlənir».
İqtisadçı qeyd edir ki, bu istiqamətdə həyata keçirilən çoxsaylı dövlət proqramlarının hələ ki, arzuolunan effekti olmayıb: «Xarici ölkələrdə “kəndə qayıdış proqramı” elan olunur və kəndlərə gedən insanlara evlər, böyük torpaq sahələri verilir. Onlara uzunmüddətli faizsiz və ya çox az faizlə kreditlər verilir. Hesab edirəm ki, Azərbaycanda da “kəndə qayıdış proqramları”nda bu kimi stimullaşdırıcı təkliflər irəli sürülməlidir. Bələdiyyənin balansında olan torpaq fondları var ki, istifadə olunmur. Bu cür əraziləri pulsuz icarəyə vermək lazımdır. İlkin dövrlərdə təsərrüfatda çalışan əhalini texnika və yanacaqla təmin etmək lazımdır. Həmçinin heyvandarlıqla məşğul olanlara müxtəlif güzəştlər etmək lazımdır, dənizkənarı ərazilərdə yaşayanlara balıqçılıqla məşğul olmaları üçün imkanlar yaradılmalıdır. Bundan əlavə, böyük sənaye müəssisələri paytaxtda cəmləşdirilməməlidir. Həmin müəssisələrin, fabriklərin tikintisi regionlarda reallaşmalıdır. Son vaxtlar avtomobil və bir neçə müəssisənin regionda fəaliyyət göstərməsinə şahid olmuşuq. Amma daha çox müəssisənin fəaliyyəti regionlarda olmalıdır”.
Ekspert onu da qeyd edib ki, ölkədə ümumi daxili məhsulun (ÜDM), təqribən 90 faizi Bakı və Abşeron zonasının payına düşür: “Əgər bir ölkənin ixracının, istehsalının 90 faizi paytaxtda cəmləşirsə, deməli, tarazlı inkişaf getmir. Belə olan halda, əhalinin demoqrafik axını başlayır. Nəticədə rayonlar boşalır, paytaxtın yükü artır, bu zaman sıxlıq, ekoloji problemlər yaranır. Ümumiyyətlə, bu gün Azərbaycanda regionların potensialından istifadə olunmur. Müşahidələrimə əsasən, deyə bilərəm ki, bu gün rayonlarda milyon hektarlarla boş torpaq sahələri var. Əkinə yararlı olmayan torpaq sahələrində sənaye müəssisələri salmaq olar. Əgər bu planlar həyata keçirilməsə, geridə qalan rayon əhalisi də paytaxta cəmləşəcək».
ASAM rəhbəri hesab edir ki, paytaxdakı bəsi sosial-iqtisadi infrastrukturu regionlara köçürmək lazımdır: «Misal üçün, bir universitetin bir rayonda fəaliyyət göstərməsi əlavə infrastruktur yaradır. Orada ilk növbədə dövriyyə artar, canlanma yaranar və nəticədə Bakının da yükü azalar. Həmçinin, bəzi dövlət orqanlarını regionlara köçürmək olar. Sosial obyektləri regionlara yönəltməklə özünüməşğulluq proqramı çərçivəsində insanlara təsərrüfat yaradıb işləməyə imkan yaratmaq olar. Bütün əhalinin paytaxta cəmləşdiyi təqdirdə ərzaq məhsullarının xaricdən almağa məcburuq. Rayonda 5 hektar torpaq sahəsi olan şəxs gəlib paytaxtda tikintidə fəhlə işləyir. Görünür, ya ona su vermirlər, ya da toxum almağa pulu yoxdur və.s. Becərilməyən 5 hektar itirilmiş torpaq fondudur və min tonlarla ərzaq məhsulu deməkdir”.
Elçin Bayramlı hesab edir ki, regionlara qayıdışla bağlı ilk
növbədə daimi iş yerləri açılmalıdır: “Bununla bağlı dövlət proqramları qəbul
olunmalı, Kənd Təsərrüfatı Nazirliyi müəyyən təkliflər hazırlamalı və bu məsələlər
Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Faktiki olaraq bu gün Abşeron
zonasında 5 milyon əhali yaşayır. Nəzərə alsaq ki, 10 milyon əhalinin 2 milyonu
ölkədən kənar yerlərdə çalışır, deməli, regionlarda cəmi 3 milyon əhali qalır
ki, bunun da yarım milyonu Gəncənin payına düşür. Əgər Bakıda 5 milyon əhali varsa, bu proses
getdikcə 7 milyona çatacaq”.
Azərbaycanda uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırki 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır
Rusiya hökuməti bu gün «uşaq pulu»nun artırılaraq yaşayış minimumuna çatdırılması haqda qərar qəbul edib. Rusiyada yaşayış minimumu regionlardan asılı olaraq azı 300 dollar təşkil edir.
Bundan
başqa, Rusiyada birinci uşağa bizim pulla götürdükdə 8 min manat, ikinci və
sonrakı uşaqların hər birinə 13 min
manat, üçüncü uşaqdan etibarən ev və ya
torpaq sahəsi, həmçinin digər sosial imtiyazlar verilir. Bunun üstünə hər uşağa
görə ayda 300 dolları da gəldikdə əməlli-başlı sosial yardım olur. Qeyd edək
ki, birdəfəlik ödəniş və aylıq müavinətlər regionlardan asılı olaraq dəyişir.
Digər
keçmiş SSRİ respublikalarındakı vəziyyətə baxaq. Belarusda birinci uşağa görə
yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli
qədər müavinət verilir. Bu da müvafiq olaraq 2000 və 3000 dollar təşkil edir. Bu
ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Əkizlərə, üçəm və ya dördəmlərə görə əlavə
olaraq hər uşaq üçün 368 rubl (335 manat) birdəfəlik kompensasiya ödənilir. Özü
də ölkə üzrə orta aylıq əmək haqqına bağlı olduğu üçün bu məbləğlər hər il, əksər
hallarda isə hər rüb artır. Hətta orta aylıq əmək haqqı azalsa belə, uşaq
doğulandan əvvəlki yüksək məbləğə uyğun hesablanır.
Qazaxıstanda
birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq
515 dollar birdəfəlik müavinət verilir.
Ukraynada
ailədəki birinci uşağa görə ödənilən məbləğ 1800 dollar, ikinci uşağa görə
3750, üçüncü və ondan sonrakı uşaqlara görə 7140 dollar nəzərdə tutulur. Eyni zamanda birinci uşağa görə 12 ay,
ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 715 dollar
məbləğində müavinət ödəyir.
Ermənistanda əgər
birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilirsə, üçüncü uşağın
doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq
dövlətdən ayda 100
dollar alır. Qeyd edək ki, bu ölkədə yaşayış minimumu 70 dollar təşkil edir.
Latviyada
hər doğulan uşağa görə ailəyə 560 avro (1120 manat) müavinət verilir.
Ümumiyyətlə,
əksər ölkələrdə uşaq doğulmasına görə iri məbləğdə birdəfəlik ödəniş, təxminən
yaşayış minimumu qədər də aylıq müavinət ödənilir. Bizdə də belə bir təcrübə olub.
Sosialist respublika dövründə əhali artımına nail olmaq üçün çoxuşaqlı ailələrə
əlavə güzəştlər verilirdi. Məsələn, onlara avtomobil bağışlanır, növbədənkənar
pulsuz mənzil və ya torpaq sahəsi verilir, aylıq “uşaqpulu” ödənilir, «Qəhrəman ana»lar müxtəlif
döş nişanları ilə təltif olunur, mükafatlandırılır, vaxtından qabaq təqaüdə
çıxarılırdı.
Son illərdə azuşaqlı ailələrin sayı artıb, artıq ailələr 1,
maksimum 2 uşağa üstünlük verirlər ki, burada əsas səbəb sosialdır- yəni maddi
çatışmazlıqdır. 80-ci
illərdə 1 uşaqlı ailələrin sayı 15 faiz ətrafında olurdusa, hazırda bu rəqəm
azı 30 faizdir. 2 uşaqlı ailələrin çəkisi də azı 2 dəfə artıb.
Azərbaycanda
15-49 yaş arası hər 1000 qadına düşən doğum sayı da sürətlə azalmaqdadır. Belə
ki, bu göstərici 1992-ci ildəki 111-dən 2017-ci ildə 63-ə düşüb.
Uşaqpulunun artırılması, aylıq müavinətlərin bərpası demoqrafik cəhətdən və milli genefondun qorunması nöqteyi-nəzərindən son dərəcə vacibdir. Bizdə bunu etmək üçün hər cür imkanlar var. Fikrimcə, uşaq doğulanda ödənilən birdəfəlik müavinətin məbləği ilkin mərhələdə hazırki 200 manatdan ən azı 1000 manata çatdırılmalı, hər uşağa görə ayda minimum 100 manat dövlət yardımı olunmalıdır. Ölkəmizin artan gəlirləri buna imkan verir. İnanıram ki, dövlətimiz yaxın vaxtda bunu reallaşdıracaq.
«Minimum əmək haqqının tariximizdə ən böyük artım həcmi
ilə 70 manat artırılaraq 250 manata çatdırılması çox böyük irəliləyişdir”.
Bunu «Sherg.az”a açıqlamasında «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, bundan başqa minimum pensiyanın
oktyabrın 1-dən 200 manata çatdırılması da çox mühüm addımdır:
«Bu, əlbəttə aztəminatlı əhalinin sosial vəziyyətini
xeyli yaxşılaşdıracaq. 40-50 faizlik artım az deyil. Dünyada heç bir ölkədə belə
artım faizi olmur. Bir sıra dövlət qulluqçularının maaşlarının kəskin artımını
da nəzərə alsaq, çox böyük bir əhali kontingentini əhatə edəcək. Üstəlik,
minimum maaş və pensiyanın həcmi dolayı yolla xeyli sahədə artımlara səbəb
olacaq. Bir çox əməkhaqqı, mükafat, təqaüd və s. ödənişlər minimum maaşlara
uyğun olaraq götürülür. Bəziləri qeyd edirlər ki, belə böyük artım inflyasiyaya
rəvac verə bilər. Nəzəri cəhətdən bu mümkündür. Əvvəllər belə hallar praktikada
da olub. Hökumətin əsas işi inflyasiyanın qarşısını almaqdır. Nəticə olaraq
qiymətlərin sabit qalması şəraitində maaş və pensiyalarda baş verən artımlar
aztəminatlı əhalinin sosial vəziyyətinə müsbət təsirini göstərəcək”.
İqtisadçı vurğulayıb ki, cənab Prezident əhalinin sosial
müdafiəsinin gücləndiriləcəyinə, maaş və pensiyaların, müxtəlif müavinətlərin
davamlı artırılacağına söz vermişdi:
«Bu ildən etibarən proses daha sürətli və ardıcıl temp
alıb və şübhə yox ki, bundan sonra da davam edəcək. Lakin, əlbəttə sosial
islahatlar və sosial müdafiənin gücləndirilməsi təkcə maaş və pensiyaların
artımı ilə məhdudlaşmır. Dövlət məşğulluğun artırılması, qeyri-neft sektorunda
istehsalın artması üçün müxtəlif proqramlar həyata keçirir. Bunlar da sosial
rifaha müsbət təsir göstərir. Əminəm ki, dövlət başsısının hökumətin qarşısına
qoyduğu məqsədlərə qısa müddətdə nail olunacaq. Bunun üçün hər cür imkanlar və
siyasi iradə var”.
1993-cü ilin iyun hadisələri
Azərbaycan tarixinə ən qalmaqallı proses kimi düşüb. Məhz həmin hadisələrin
məntiqi nəticəsi olaraq ölkəmiz xaosdan,
xalqımız vətəndaş müharibəsindən qurtuldu.
Bəs 26 il əvvəl Gəncədən
başlayan proseslər nədən qaynaqlanmışdı? Bu haqda çoxlu yazı yazılıb, rəylər
verilib. Biz də bu hadisələrin şahidi olduğumuzdan öz prizmamızdan bir baxış
ortaya qoymağa çalışacağıq.
Əslində, 1993-cü ilin iyun
hadisələrinə 3 istiqamətdə yanaşmaq lazımdır. Burada siyasi, iqtisadi və hərbi
istiqamətlərdə mülahizə yürütmək vacibdir. Əvvəlcə, başlayaq sosial-iqtisadi
faktorların təsirindən.
1. İqtisadi faktorların rolu. AXC hakimiyyətə gəldikdən sonra ölkədə
sosial-iqtisadi vəziyyət xeyli pisləşmişdi. Artıq 1993-cü ilin başlanğıcında
Azərbaycanda büdcə kəsiri 10%-ə çatmışdı. Bu o demək idi ki, ölkəmizdə büdcə
kəsiri 100 dəfə artmışdı. Bu isə, olduqca təhlükəli bir hal idi, çünki onsuz da
cüzi məbləğdə olan büdcə sürətlə boşalırdı.
Emissiya ümumi gəlirlərin 50%-nə
gəlib çatdı. Bankların kredit faizi birdən-birə 250 faizə yüksəldi. İnflyasiya
faizi 1800-ə çatdı və hiperinflyasiyaya çevrildi. Ən
təhlükəlisi isə o oldu ki, bütün kreditləri bank faizlərilə qapatmağa
başladılar.
Ölkədə xarici ticarət
dövriyyəsi 60 faiz aşağı düşdü və iqtisadi cəhətdən dövlət çökdü. İşsizlik və
yoxsulluq sürətlə artmış, ölkədən xaricə kütləvi axın başlamışdı. Çünki,
yüzlərlə fabrik, zavod dayanmış, təsərrüfatlar başsız və özbaşına qalmışdı.
Bütün bunlar göstərir ki,
burada sosial-iqtisadi böhranın rolu danılmazdır. Bu ağır problemlər qiyam
zamanı xalqın hakimiyyəti müdafiə etməməsinə səbəb oldu.
2. Siyasi faktorların rolu. Siyasi aspektdən yanaşdıqda isə,
hakimiyyətin daxilində qruplaşmalar və qarşıdurmaların yaranması anarxiyanı
gücləndirmişdi. Hakimiyyət daxilində həmin parçalanmış qüvvələrin liderlərini
hakimiyyətə gətirmək uğrunda mübarizə gedirdi. Beləliklə, hakimiyyət daxilində
özbaşınalıq yarandı və sonda bütün komanda məşlubiyyətə uğradı.
Həminvaxt Cümşüd Nuriyevin ifadə etdiyi kimi desək, ölkənin dörd
“prezidenti» var idi. Birmənalı şəkildə vaxt daxili işlər naziri kimi
İsgəndər Həmidov rəhmətlik Əbülfəz Elçibəyi heç eşitmirdi. Hətta, Rəhim Qazıyev
müdafiə naziri, İsa Qəmbər isə Ali Sovetin sədri kimi ona qulaq asmırdı.
Xarici siyasətdə də rüsvayçı
və diletant xət götürüldü və hələlik kağız üzərində olan dövlətin yaxın
qonşularla əlaqələri korlandı. Bu da özünü Qarabağ məsələsində və sair
məsələlərdə aydın göstərdi.
3. Hərbi faktorların rolu. Hərbi cəhətdən, olduqca özbaşına bir
vəziyyət yaranmışdı. Çox sayda özünümüdaifə batalyonları yaradılmışdı, kimin
kimə tabe olduğu məlum deyildi. Müdafiə Nazirliyi kağız üzərində idi. Hər
silahlı dəstə bir siyasi klanın mənafeyini qoruyur, özbaşına əməliyyatlar
aparır, mənsub olduğu qruplaşmanın paytaxtda vəziyyəti pisləşəndə cəbhəni
buraxıb Bakıya üz tuturdular.
AXC-nin ən böyük səhvlərindən
biri də o oldu ki, Soçi danışıqlarında qərara alındı ki, Kəlbəcər ermənilərə
verilsin və Dağlıq Qarabağ məsələsi beynəlmiləşdirilsin. Kəlbəcər ermənilərə
təhvil veriləndən sonra yeni hökumət müəyyənləşdirildi. Hakimiyyət daxilində 3 yerə bölünmüş
qüvvələr arasında mübarizə başlandı.
Elçibəy tərəfində olan qüvvələr
olduqca zəif idi. Prezident özü isə komandanı idarə etmək iqtidarında deyildi.
Daxili gərginlik azmış kimi, İranı və Rusiyanı qıcıqlandıracaq bəyanatlar
yağdırılırdı. Nəticədə Azərbaycana təsir rıçaqları son dərəcə güclü olan hər
iki dövlət Azərbaycana qarşı Ermənistanı müdafiə etməyə məcbur oldu.
Hakimiyyətin monolit olmaması öz
təsirini gösətərdi. İsa Qəmbər hakimiyyəti bütövlükdə ələ keçirməyə cəhd edirdi.
Bu istiqamətdə o ilk növbədə, prezidentin səlahiyyətlərinin bölüşdürülməsi,
konstitusiyanın 121-ci maddəsinin 7-ci bəndinin dəyişdirilməsi məsələsi gündəmə
gətirmişdi.
Bu maddəni dəyişdirdilər. Məqsəd o
idi ki, prezidentə hər hansı bir şey olarsa, onun səlahiyyətləri spikerə
keçsin. Lakin İsa Qəmbərin hazırladığı plan özünə qismət olmadı. Proseslər
nəzarətdən çıxmış və hakimiyyət iflic olmuşdu.
Gəncədə 1993-cü il iyun hadisələri
vəziyyəti daha da ağırlaşdırdı. Burada hökumətə tabe olmayan Surət Hüseynov
rəhbərlik etdiyi bir qrup zabit “hərbi birlik” yaratmışdı. 709 nömrəli hərbi
hissə Müdafiə Nazirliyinə tabe olmurdu. İqtidar hərbi müxalifətin öhdəsindən
gələ bilmirdi.
İyunun 4-də səhər hərbi qiyamı
yatırmaq üçün hökümət Gəncəyə 3 minədək canlı qüvvə, güclü hərbi texnika
yeritdi. 709 nömrəli hərbi hissənin kazarmaları dağıdıldı, hərbi təyyarələr
havaya qalxıb hava limanını darmadağın etdi. Lakin qiyamçılar təslim olmadılar.
Onlar prezident qvardiyaçılarını şəhərdən çıxarmaq adı altında avtobusa
doldurub güllələdilər.
Hökumət qüvvələri məğlub edildi.
Qiyamçı hərbi hissələr Bakıya doğru yeriməyə, prezidentin və hökumətin istefaya
getməsini tələb etməyə başladılar və müqavimətə rast gəlmədən paytaxta
yaxlınlaşdılar.
İyunun 14-də Nəvahi yaxınlığında hökumət
qoşunları ilə hərbi qiyamçı qüvvələr üz-üzə dayandı. Yaranmış vəziyyətlə
əlaqədar parlamentin sədri, baş nazir,
üç güc nazirliyinin rəhbərləri istefaya getməyə məcbur oldular.
Ölkənin qabaqcıl adamları,
ziyalılar, sadə əməkçilər böyük fəlakətin yaxınlaşdığını hiss edirdilər. Azərbaycan
xalqı da nə qədər böyük təhlükənin astanasına gəlib çıxdığını anlamağa
başlamışdı.
Bu elə bir dövr idi ki, daşnaklarin
“Böyük Ermənistan” yaratmaq niyyətləri, Azərbaycanı Qafqazın siyasi
xəritəsindən silmək planları reallaşmaq üzrə idi. Azərbaycan torpağı etnik
əlamətə görə parçalanmaq təhlükəsi qarşısında qalmışdı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın
91 nəfər nüfuzlu ziyalısı Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi
barədə rəsmi müraciət etdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın
21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. Ölkənin nüfuzlu
ziyalıları Heydər Əliyevin ətrafında birləşdi.
AXC-Musavat iqtidarı uzun müddət öz
yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırmışdı. Vətəndaş
müharibəsi üçün zəmin yaranmışdı. Cəbhədə döyüşən özünümüdafiə batalyonlarının
paytaxta siaysi proseslərə dəstək vermək üçün çağırılması mövqelərimizin zəifləməsinə
və Ermənistan ordusunun üstünlük qazanmağa başlamasına səbəb oldu.
Başlanmış bu təhlükəli proseslərin
qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə
müraciət etdi. 1993-cü il iyun ayının 6-da Heydər Əliyevi Bakıya dəvət etdilər.
Heydər Əliyev xalqın bu ağır günündə
dəvəti qəbul edib iyunun 9-da Bakıya gəldi. Ulu öndər həyatını təhlükə altında
qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması
üçün öz sözünü dedi. Onun Gəncəyə səfəri vətəndaş qarşıdurmasının
genişlənməsinin qarşısını aldı.
Ümumilli lider 4 iyun hadisələrinə
belə qiymət vermişdi: “4 İyun hadisələri hakimiyyətdəkilərin fərasətsizliyindən
və öz işlərini görə bilməməyindən başlayıb”. Həqiqətən də belə idi…
Heydər Əliyevin Ali Sovetə sədr
seçilməsindən sonra prezident Elçibəy Bakını tərk edərək Naxçıvana qaçdı.
Dövlət başçısı ölkəni uzaq və kiçik Kələki kəndindən idarə edəcəyinə qərar
verdi. Lakin ölkədə siyasi proseslərin qaynar vaxtında, hökumət böhranının
gərgin məqamında, iğtişaş və qarşıdurmaların vətəndaş müharibəsinə gətirub
çıxarmaq üzrə inkişaf etməsi dövlətin idarəsini qüdrətli bir siyasətçinin əlinə
almasını şərtləndirirdi.
Heydər Əliyev parlamentin sədri
seçiləndən sonra ilk növbədə vətəndaş qarşıdurmasının qarşısını almağa,
respublikada sabitlik yaratmağa, iqtisadi sferada stabilliyi təmin etməyə,
cəbhədə real vəziyyəti qiymətləndirib, dövlətin hərbi qüvvələrini və müstəqil
özünümudafiə dəstələrini birləşdirib vahid mütəşəkkil ordu yaratmağa başladı.
Sonrası məlumdur. Azərbaycanda
stabillik yarandı, sosial-iqtisadi islahatlar keçirildi, atəşkəsdən sonra
ordunun möhkəmləndirilməsinə başlandı. “Əsrin Müqaviləsi”nin imzalanması ilə
ölkəmiz beynəlxalq siyasi və iqtisadi dəstək aldı. Bunların nəticələləri bu gün
aydın müşahidə olunur.
…1997-ci ilin iyununda Milli Məclis Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi gününü- 15 iyunu bayram elan etdi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
“Bakının Binə və Sədərək ticarət mərkəzlərində işləyən sahibkarların vergidən yayınmasının qarşısını almaq üçün tədbirlər görülür”. Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru Natiq Şirinov belə deyib.
Natiq müəllm, deyirsiniz ki, hər kəs satışını kassaya vursun və vergisini ödəsin. Xub. Ticarətçilər də kassa aparatı qoyub satdığı malların qanuni vergisini ödəmək istəyir, amma bazarların rəhbərlikləri onlardan vergi adı ilə aldığı aylıq rüşvəti 240 manatdan 400 manata qaldırıb.
Sahibkarlar isə deyir ki, biz hər ay 400 manatı bazara verəcəyiksə, onda kassaya vurduğumuz malın vergisini də dövlətə verməliyik, bu necə olan işdir. Bir mala görə 2 yerə 2 dəfə vergi ödəməliyikmi? Üstəlik, azı 1000-2000 manat arendaya, sosial sığortaya, kommunal xidmətə, təmizliyə, işçiyə, gömrüyə, karqoya, anbara pul ödəyirik. 10 manatlıq malı gərək 30 manata sataq ki, bu xərcləri ödəyə bilək.
Beləliklə, noolur Natiq müəllim? Bəli, ölkədə süni bahalaşma yaradılır. Artıq bir çoxu dükanı bağlayıb gedir, qalanı da qiymətləri qaldırmaqla vəziyyətdən çıxmağa çalışır. Lakin qiymətlərin qalxması da satışı azaldır. Bu bazarların rəhbərliklərinin vergiyə nə dəxli var və niyə sahibkarlardan vergi adı ilə pul yığırlar? Ortalama hərəsinə 6 min manatlıq aylıq dövriyyə göstərirlər. Halbuki, eləsi var ki ayda 1 milyonluq mal satır, eləsi də ki 1000 manatlıq. Bu hesabla dövlət büdcəsindən on milyonlarla manat yayındırılır.
Bazarsan, arendanı al get işinlə məşğul ol də, sən vergi orqanısanmı camaatdan vergi pulu yığırsan, onun da nə qədərini dövlətə ödəyirsən Allah bilir. İndiyə qədər bu üsulla milyardla manat dövlət büdcəsindən yayındırılıb. Vergilər Nazirliyinin yeni qaydaları sahibkarlara sərf edər, lakin yalnız bazarların rəhbərlikləri əlavə vergi pulu almasa. Ticarətçilər bu pulu öz aralarında reket haqqı adlandırırlar. İndi ticarətçilər gözləyir ki, görsünlər Vergilər Nazirliyinin bu bazarların rəhbərlərinə gücü çatacaqmı? Məncə çatar. Bu barədə siz nə fikirləşirsiniz Natiq müəllim?
Uşağa adın verilməsi hər bir valideynin öz haqqı və hüququdur. Lakin burada nəzərə alınması vacib olan bəzi məqamlar var ki, bu yazıda onlara toxunmaq istəyirəm.
Əvvəla, qeyd etməliyik ki, adlar milli mədəniyyətin əsas elementlərindən biri olmaqla yanaşı, həm də milli identifikasiya komponentidir. Hər xalqın adları onun öz ana dilində, yaxşı mənası və səslənişi olan sözlərdən seçilməli və milli köklərə söykənməlidir.
Hər hansı bir xalqda eyni adların kütləvi qoyulması o xalqın yaradıcılıq və təfəkkür zənginliyinin lazimi səviyyədə olmadığını göstərir. Zəngin mədəniyyətə, qədim tarixə malik xalqlarda belə hallar olmur və olmamalıdır. Məsələn, yaponlarda 100 mindən yuxarı ad var.
Qədim dövrlərdə bizdə də adlar ana dilimizdə olub və gözəl mənaları olub. Dədə Qorqud dastanına və digər eposlarımıza, folklorumuza baxdıqda bu aydın olur. Azərbaycan ərəblər tərəfindən işğal olunduqdan sonra, ərəb adları milli adları sıxışdırmağa başladı, sonralar hakimiyyətdə olan farsların təsiri ilə fars adları da buna qoşuldu.
Sovet dövründə milli adlar yenidən canlanmağa başladı, ərəb, fars adları azaldı. Burada ədəbiyyatın, teatrın, kinonun, aparılan təbliğatın da böyük rolu oldu. Çoxlu yeni milli adlar yarandı və bərpa olundu ki, bu sətirlərin müəllifinin da adı bura daxildir.
Son vaxtlar açıqlanan adqoyma siyahılarında həm gülməli, biabırçı adlara çox rast gəlinir, həm də dini şəxslərin geniş təkrarlanan adlarına. Gülünc adların qoyulmasını valideynin psixi problemləri ilə rahatca izah etmək mümkündür.
İndiki geniş yayılmış dini adlara
gəldikdə isə, təbii ki, burada əsas faktor din- daha doğrusu mövhumatdır. İnsanlar
düşünür ki müqəddəs şəxslərin adlarını uşaqlarına qoysalar onun üçün yaxşı
olacaq. Lakin düşünmürlər ki, həyatda hər kəs hər şeyi öz zəhməti, biliyi, ağlı
ilə qazanır, adının necə olması ilə yox.
Müqəddəs şəxslərin adını qoymaqla uşağın taleyi vaideynin istədiyi kimi formalaşmır. Məhəmməd, Əli, Yusif, Hüseyn, Fatma, Zəhra, Xədicə… adları qoyulmuş bəzi şəxslər böyüyüb cinayətkar, əxlaqsız adam olurlar. Bəs onda harda qaldı bu adların təsiri?
Demək, valideyn uşağa övliya
şəxslərin adını verməkdənsə, ona tərbiyə, təhsil və sağlamlıq versə yaxşı olar.
Ona görə də, ərəb adlarının yerinə öz milli adlarımızı qoymalıyıq. Tanrı insana
adına görə qiymət vermir, əməllərinə görə qiymət verir- dindarlar bunu anlasalar yaxşı olar.
Əgər bir sinifdə 10 oğlan
varsa və onlardan 7-sinin adı Məhəmməddirsə, bu, problemdir. 10 qız varsa 7-nin
adı, bu, problemdir. Bu problem təkcə Azərbaycan üçün deyil, bəzi başqa ölkələr
üçün də xarakterikdir. Azərbaycan və Türkiyədə buna bəzi filmlərdə buna işarə
edilib və etiraz bilidirib. Məsələn, Əhməd hardadır və Çalışquşu filmlərini
misal göstərmək kifayətdir.
Üçüncü bir təsir isə seriallarla bağlıdır. Belə ki, bizim evdar qadınlar bütün günü türk seriallarına baxır, bu serial qəhrəmanlarının təsiri ilə yaşayır və uşaqlarına onların adlarının qoyulmasını təkid edirlər. Halbuki ,bu adların çoxunun nə mənası, nə də kökü aydın deyil. Bəzi hallarda isə pis mənası var. Bu da normal hal deyil. Ad dəblə yox, milliliyi və müsbət mənası ilə seçilməlidir.
Başqa bir problem müasir
gənclərin bizim qədim adlarımızı köhnəlmiş hesab etmələridir. Guya ki köhnə ad
pis olur, mütləq yeni qondarma, ya da süni dəbə minmiş, mənası naməlum ad
qoyulmalıdır. Bu, axmaq yanaşmadır. Əvvəla, köhnə adlar özündə mənəvi-psixoloji
mahiyyət, genetik informasiya daşıyır, dövrlər, nəsillərarası əlaqəni qırılmağa
qoymur.
İkincisi kim və necə müəyyən edir ki, köhnə adlar pisdir, yeni adlar yaxşıdır? Tək bir hərflə başlayan köhnə qız adlarına baxaq- Sona, Süsən, Sənəm, Sevda, Sevinc, Seyran… Sizin hansı müasir adlarınız bunlardan daha mənalıdır, daha gözəldir? Demək köhnə adlar problem deyil, baxır hansı köhnə adlar. Problem sizin beyninizdədir.
Yeni də olanda yenə öz ana
dilimizdə olan sözlərdən yaransa, dərd yarıdır. Lakin belə deyil. Xalqımızın
tarixində heç vaxt qoyulmayan və işlənməyən sözlərdən ibarət adlar qoyulur
uşaqlara. Belə getsə yaxın gələcəkdə yeni nəsillərlə köhnə nəsillərin adları
tamam fərqli olacaq- sanki eyni millətdən deyilik. Nəsillərarası tarixi əlaqə
kəsiləcək. Bir millətin assimilyasiya olub məhv olması üçün bu da kifayət edər.
Uşaqlara rüsvayçı adların qoyulmasının qadağan edilməsini alqışlayıram. Ola bilsin valideyn psixi xəstədir, bu o demək deyil ki, övladına, misal üçün, Sərxoş adı qoymalıdır və uşaq ömür boyu lağ hədəfi olmaıldır. Lakin burada da diqqət verilməsi vacib olan nüanslar var. Elə adlar var ki insanlar onu lağa qoyur, lakin o Azərbaycanda yaşayan hansısa bir xalqın dilində normal sözdür, normal mənası var, sadəcə, bizə tələffüzü qəribə gəlir, ya da eşitmədyimiz addır deyə lağ edilik. Bu doğru deyil.
Soruşa bilərsiniz ki, bəs özün öz dediklərinə riayət etmisənmi? Bəli, bəndeyi-həqirinizin 3 övladı olmuşdur və üçünə də milli adlar qoyulmuşdur- Turan, Altay, Elana. Birinci ikisi hamıya tanış addır, üçüncüsü isə iki köklü sözümüzün birləşməsindən yaradılıb- El və Ana sözlərinin. Yeni adları ana dilimizin sözlərindən yaradaq deyəndə bu kimi adları nəzərdə tuturdum- həm söz kökləri millidir, həm də müsbət mənası var.
Bizim xalqın zəngin mədəniyyəti, zəngil dili var. O qədər qədim adlarımız var ki onlar unudulub gedir. Ya da bəzi yeni adları öz sözlərimizdən yaratmaq olar. Yetər ki, sağlam düşüncə və istək olsun. Deyəsən elə çatışmayan da budur.
Yazı araşdrımaçı-jurnalist Elçin Bayramlının Babək və Hürrəmilər hərəkatı haqda monoqrafyasının əsasında qısa formada hazırlanıb
Qədim dinin son peyğəmbəri, tarixin ilk sosial dövlətinn banisi, bəşər tarixinin ən görkəmli sərkərdələrindən biri adlandırılan Babək və hürrəmiliyin ideoloji bazasında aparılmış möhtəşəm qəhrəmanlıq epoxası haqda gerçəklər və ya şər-böhtan imperiyasının nökərlərinə cavab (ixtisarla)
“Islam
dövrlərində əsərlər yazan ərəb və
fars tarixçiləri bəzi
hərəkatların mahiyyətini və məqsədini düşünə bilməmişlər. Buna görə də, bu hərəkatlara başçılıq edənləri
bədməzhəb, dinsiz, kafir adlandırıb, onların möhtərəm adını, əziz xatirəsini çirkin töhmət və
iftiralarla bulamış, məqsədlərini, ideologiyalarını yalan sözlərlə təhrif
etmişlər. Belə bir iş Babək Hürrəmi haqqında da görülmüşdür”. Məşhur İran şərqşünası Səid Nəfisi
Tariximizin ləkələnməsinə cəhd edilən şərəfli dövrü
Azərbaycan
tarixində ən şərəfli dövrlərdən olan Hürrəmilər Hərəkatı (VIII-IX əsrlər) və
hərəkatın nəticəsi olaraq Babəkin başçılığı (816-838) vaxtı yaradılan Hürrəmi dövləti haqda bizə
gəlib çatan məlumatların böyük əksəriyyəti ərəb tarixçilərinə məxsusdur. Bu
tarixçilər də xəlifə sarayında oturub əsl həqiqəti yaza bilməzdilər. Bu səbəbdən
də həmin mənbələrdə Xilafətin mövqeyinə uyğun olmayan məqamların obyektiv
şəkildə təqdim olunduğuna heç cür inanmaq olmaz.
Ərəb işğalından
sonra Babək və hürrəmilik haqda olan-qalan mənbələr də məhv edilib və məhz bu üzdən indi əlimizdəki mənbələrin çoxu
xəlifə sarayının saxtakar tarixçilərinin yazdığı cəfəngiyyatlardır. Bu şəraitdən istifadə edən bəzi qüvvələr uzun
zamandan bəridir ki, tarixdə öz möhtəşəm izini qoyan bu hərəkatı və onun
başçısını ləkəməyə çalışırlar.
Müasir dövrümüzdə
isə bəzi islam dövlətlərindən dəstəklənən və idarə edilən “araşdırmaçılar” bu
missiyanı davam etdirmək üçün fərqli metodlara əl atırlar. Gah hürrəmiliyin
təktanrıçılığa zidd olduğunu, gah bu ideologiyanın əxlaqsızlığa söykəndiyini
iddia edirlər. Lakin görəndə ki belə cəfəngiyyatlarla bu xalqın gen yaddaşından
Babək sevgisini silə bilməyəcəklər, o zaman başqa taktikaya keçdilər. İndi də Babəkin
fars olduğu, Sasani dövlətini ərəblərdən qurtarmaq üçün çalışdığı iddia olunur.
Siyasi islam,
təriqətçilik ixrac etməklə məşğul olan dövlətlərin ideoloji institutları isə
daha fərqli metodlardan istifadə edirlər. Fanatik dindarlar gerçəkləri inkar
etmənin fayda vermədiyini, ortada aşkar faktlar olduğunu anlayandan sonra
Babəkin müsəlman olduğunu, xilafətin siyasəti ilə razılaşmadığından mübarizəyə
qalxdığını iddia etməyə başladılar.
Bu yalan iddialarla beyni silahlandırılmış zombilər bəzi tarixi mənbələri istədikləri kimi şərh edərək mediada ağlasığmaz məqalələrlə çıxış edirlər. Düşünürük ki, bu biabırçılığa son qoymağın vaxtı gəlib çatıb. Məhz bu üzdən bizim məqsədimiz əlimizdə olan tarixi faktlar və məntiqi dəlillərlə əsil gerçəkləri ortaya qoymaqdır.
Azərbaycana ərəb təcavüzünün real nəticələri
VII əsrdə semit
mənşəli xalqların sosial-mənəvi səviyyəsinə uyğun olan yeni dinin yaranması
yarımvəhşi ərəb qəbilələrinin islam ideologiyası ətrafında Ərəb Xilafətində
birləşməsinə gətirib çıxardı. Ərəb-islam dövləti VII əsrin ortalarına yaxın
hərbi cəhətdən xeyli güclənmiş və bütün ətraf ölkələri öz hakimiyyəti altına
almaq üçün istilaçı və talançı yürüşlərə başlamışdı.
Xüsusilə də, əsas
hədəf bir zamanlar səhrəya qovulmuş vəhşi qəbilələrin minillik arzusu olan
şimal-şərq və şimal-qərb istiqamətində yerləşən məhsuldar və zəngin təbiətli
torpaqlar idi. Bu torpaqlarda müxtəlif xalqlar sülh şəraitində mehriban
yaşayırdılar.
Azərbaycan
xalqının ta qədimdən sülhsevər və humanist olduğunu hətta, ərəb tarixçiləri də
etiraf ediblər. İbn ən-Nədim yazır: “Hürrəmilərin
dini etiqadında qətl, əzab və savaş yox idi, onlar bütün bunların nə olduğunu
bilmirdilər”.
Azərbaycanın
əksər ərazilərini qılınc gücünə işğal edən, on minlərlə yerli sakini
amansızlıqla qətlə yetirən ərəblər yerli xalqın milli-mənəvi dəyərlərinə,
mədəniyyətinə və yaşayış tərzinə kobud müdaxilə edir, öz dillərini, mədəniyyətlərini,
milli adətlərini və dini ideologiyalarını zorla qəbul etdirmək üçün bütün
vasitələrdən istifadə edirdilər.
Azərbaycan
xalqına məxsus qədim məbədlər dağıdılır və ya xristianlara (məs. ermənilərə)
peşkəş olunurdu. Bundan əlavə, bütün dini-fəlsəfi, elmi kitablar “Quranda
yoxdursa küfrdür” iddiası ilə yandırılır, qiymətli incəsənət əsərləri
Xilafət paytaxtına daşınır, alimlər əsir aparılır, ruhani ustadlar öldürülür,
milli sərvətlər (həmçinin əhalinin mal-mülkü) qarət olunur, islamı qəbul
etməyən əhali üzərinə ağır vergilər qoyulurdu.
Görkəmli tarixçi
akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” adlı əsərində dövrün
tarixçilərinə istinadən yazır: “…Ərəblər yerli əhalini sürətlə
müsəlmanlaşdırmaq üçün islamı, ərəb dili və digər adət-ənənələrini qəbul
etməyənlərin üzərinə olduqca ağır vergilər qoyurdular. Bu vergidən can
qurtarmaq üçün əksər adamlar üzdə özlərini bu şərtləri qəbul edən kimi
göstərir, hətta özlərinə ərəb adları götürməyə məcbur olurdular”.
Orta əsr mənbələrdə
qeyd olunur ki, ərəblər işğal etdikləri ərazilərdə öz dinlərini “qeyri-kitab
əhli” (?) və ya “kafir” (?) adlandırdıqları yerli əhaliyə qılınc gücünə qəbul
etdirməyə çalışır, ən qədim təktanrılı dinin (zərdüştlüyün) ən qədim müqəddəs
kitabın- (Avestanın) mənəvi sahibi olan xalqımıza qarşı insanlığa sığmayan hər cür
vasitə ilə zor işlədirdilər.
Halbuki, “Zərdüştün müvəhhid və təkallahlı olmasını Əli ibn Əbu Talib (Məhəmməd peyğəmbərin mənəvi varisi və islamın ilk imamlarından biri), ondan sonra Hüzeyfə, Səid ibn-Müsəyib və başqaları qəbul etmişlər” (İsmayıl Şəms, “Avesta”).
Həzrət Əlidən “məcusilər” (zərdüştilər) haqda soruşulduqda isə, o, belə cavab vermişdi: “Məcusilərə toxunmayın, onlara kitab və peyğəmbər göndərilmişdir”.
Beləliklə, məlum olur
ki islam dinini əldə bayraq edən vəhşi səhra ərəbləri heç bir mədəniyyət
yüksəkliyinə, heç bir təktanrıçılıq dininə əhəmiyyət vermədən yalnız öz
ideologiyalarını yeritmək, maddi sərvətlər əldə etmək, münbit torlaqları işğal
etmək üçün yüz minlərlə insanımızı
öldürmüş, ölkəmizi xaraba qoymuşlar.
“Böyük mütəfəkkir Mirzə Fətəli Axundov bu prosesi belə ifadə edib: “Ərəblər bizim minillik səltənətimizi yıxdılar, şan və şövkətimizi bərbad etdilər, vətənimizi elə xarabadan da xarab etdilər ki, bu günə qədər abad etmək mümkün olmayıbdır” (Əsərləri İİ cild. Bakı 1961, səh 137)
Hürrəmi ideologiyasının təşəkkülü və qədim dinin
bərpası
Ərəb işğalından
çox minillər qabaq Azərbaycan bəşər tarixində ilk təktanrılı dinin mərkəzi
sayılırdı. Bu torpaqlarda dünyanın ən qədim məbədləri tikilmiş, 10 min ilə
yaxın tarixi olan dinin müqəddəs kitabı- Avesta dünyaya buradan yayılmış, Zərdüşt
peyğəmbər Tanrı tərəfindən bu torpağa göndərilmiş, zərdüştlüyün kahinləri-
müqəddəs maqlar (muğlar) burada yaşamışlar.
Lakin tarixin
sonrakı dövrlərində məlum proseslər və xüsusilə də Makedoniyalı İsgəndərin yürüşü
zamanı bu dinə qarşı total təcavüz həyata keçirilmiş, maqların böyük
əksəriyyəti öldürülmüş, Avestanın əldə olan bir nüxsəsi yandırılmış, digər
nüsxəsi isə İsgəndər tərəfindən Yunanıstana aparılmışdı.
Sonralar antik
mütəfəkkirlərin və müasir böyük alimlərin də etiraf etdiyi kimi, Avestanın
yunan-Roma mədəniyyətinə böyük təsiri olmuş, hətta bu mədəniyyətlərin onun güclü
təsiri altında formalaşmasına səbəb olmuşdu.
Hürrəmi
ideologiyası zərdlüştlük, həmçinin bu dinin zəifləməsindən sonra onun bazasında
yaranan maniçilik və məzdəkizmin ehkamları üzərində qurularaq, həm maddi
dünyada, həm də insanın daxilində qaranlıq və işıq, xeyir və şər timsalında iki
qüvvə arasında mübarizə getdiyini və bu qüvvələrin Tanrının iki müxtəlif
enerjisi olduğunu iddia edirdi. Onlar Uca Tanrının insanabənzər formalı Ali
Şəxsiyyət kimi əbədi mövcudluğuna inanırdılar.
Bu haqda görkəmli
tarixçi, akademik Ziya Bünyadov ərəb tarixçilərinə istinadən yazır: “Birincisi,
o özünün Babək adını bərpa etdi, ikincisi, Tanrının insan surətində təcəssüm
nəzəriyyəsini elan etdi, üçüncüsü, ruhun bir bədəndən başqa bədənə köçməsinə
inanırdı, dördüncüsü, bu əqidədə idi ki, Şirvinin qeyb olan ruhu çox sonralar
qayıdacaqdır”.
Vaişnavizmdə
Krişnanın, Zərdüştlükdə Hörmüzün, Xristianlıqda İsanın, islamda Sahib-əz-zaman
Mehdinin… yer üzünə enərək ədaləti bərpa edəcəyinə güclü inam var. Hürrəmilər
də Tanrının nə vaxtsa “Ağ atlı oğlan” kimi yerdə təcəssüm edib, bütün yer
üzünün insanlarını zülümdən xilas edəcəyinə, bütün insanların bərabər şərtlərdə
yaşadığı ədalətli cəmiyyət qurulacağına inanırdılar. Onlar “Uca Şirvinin ruhu,
səni gözləyirik!” dedikdə, məhz bu inama söykənirdilər.
Dövrün
tədqiqatçısı, dünya şöhrətli alim V.Myur Xilafət haqqında yazdığı sanballı
əsərində deyir ki, “Babəkin qəribə bir dini var idi; bu din yaxından tanıdığın adamla
evlənməyi, ruhun köçməsi (reinkarnasiya) fikrini və Şərq mistikasının digər
prinsiplərini təbliğ edirdi”.
Bu haqda ərəb
tarixçilərinin fikirləri də yekdildir;- “Bu kafirlər ruhun bədəndən-bədənə keçməsinə
inanır, movlanələrinə ilahi varlıq kimi baxırlar”- (Təbəri), “Onlar
ruhların bədəndən-bədənə köçməyinə inanırdılar… Babək atəşpərəstliyi yenidən
bərpa etmək istəyirdi”- (Əbu Məhəmməd Abdullah ibn Əsəd Yafeyi “Mirat-əl-cünan
və ibrət-əl-yəqzan”).
“Hürrəm” sözünün
mənası haqqında bir çox tarixçilər fərqli versiyalar irəli sürmüşlər. “Xürrəm”
sözü hər bir azərbaycanlının anlayışında “şadlıq” və ya “sevinc” mənasını daşıyır (məs. «şad-xürrəm”). İbn
Xəldun “hürrəm” sözü haqqında belə yazır; “Cavidan” sözü “əbədi”, “hürrəm” isə “sevinc”
deməkdir, onlar atəşpərəst idilər”.
Dilimizdə bu gün
də yaşayan sözlər: çağırış mənasını daşıyan “haray”, “hurrey” (rus dilinə “ura”
kimi keçmiş) və “şadlıq bəxş edən”
mənasını daşıyan “ramin”,”rəmiş”, “bayram” və s. sözlər, “hürrəm” sözünün iki
kökdən –“xür”-“hür” və “rəm”-“ram” sözlərindən ibarət olduğunu göstərir.
Bildiyimiz kimi, həm Ramayanada, həm də Avestada, Tanrının “Ram”, “Rama”, “Ramana” adlarına rast gəlinir. Bunları nəzərə alsaq, onda belə bir fikir irəli sürmək olar ki, “hürrəm” sözü “Tanrını haraylayanlar”, “Onu mədh edənlər” deməkdir.
Babəkin şəxsiyyəti: peyğəmbər, hökmdar, sərkərdə…
Bir sıra ərəb mənbələrində qeyd olunur ki, guya Babəkin əsl adı müsəlman adı olan Həsən imiş. Lakin, bir çox təqdiqatçılar öz məqalələrində qeyd edirlər ki, bu ad ərəb tarixçiləri tərəfindən təhrif olunub, ən yaxşı halda ərəb dilinə uyğunlaşdırılıb. Əslində, onun ilk adı Əsən (və ya Əhsən) olub. Bu sözə 5 min ildən çox tarixi olan Dədə Qorqudda da çox rast gəlinir (məs. sağsanmı-əsənsənmi?, əhsən-alqış və s.)
Əsənin atası və anası haqda ərəb tarixçilərinin yazdıqları isə saxta bir nağıldan başqa bir şey deyildir. Bu nağılda mümkün qədər onun ailəsinin əxlaqsız, pozgun olduğunu xalqın beyninə yeritmək istəyiblər. Lakin mənəvi-əxlaqi dəyərlərə böyük əhəmiyyət verən bir xalq- milyonlarla insan mənəviyyatsız ailədən çıxmış birinin ətrafında birləşməzdi, ümumiyyətlə onu rəhbər, mənəvi ustad kimi qəbul etməzdilər.
Babəkin uşaqlıq
çağının bir mərhələsi barədə tarixçi Məhəmməd ibn İshaq belə yazır: «Bir
dəfə Babək evə gec gəlir. Bundan narahat olan anası onu axtarmağa gedir və
oğlunu otardığı inəklərin arasında yatmış halda tapır. Anası onun bədənindəki
tük yerlərindən qan çıxdığını aydın görür. Uşaq oyanduqdan sonra qan rəngini
dəyişərək, görünməz olur. Ana başa düşür ki, oğlu dünyaya böyük işlər üçün
gəlib və onun taleyində çox qanlar axacaq«.
Qeyd etmək yerinə
düşər ki, elmdə “stiqmat” adlanan bu hal bir çox yüksək ruhaniliyə malik
insanlarda özünü büruzə verir, məsələn, bəzi xristianlarda bədənlərinin İsanın
çarmıxa çəkildiyi yerlərindən qan çıxır.
Babək sözü isə məlum
olduğu kimi, ad yox, ən yüksək titul idi. Babək sözünün etimologiyası haqda
müxtəlif versiyalar irəli sürülüb. Biz isə daha bir inandırıcı izah irəli sürmək
istərdik. Qədim türkcədə “Bağ” sözünün Tanrı anlamında, “Bay” sözünün isə
seçilmiş, şəxsiyyət anlamında işləndiyi sirr deyil. Qısaca olaraq deyək ki,
Bağbay, yaxud Baybağ adı hər iki formada Uca Tanrının seçilmiş fədaisi mənasını
verir.
İngilis alimi C.Sell Hürrəmi ideologiyası və dini haqqında belə deyir: “Hicri 201-ci ildə (816/817-ci il) Babək özünü peyğəmbər elan etdi”. Mütəhhər ibn-Tahir Müqəddəsi isə yazır: “Sənəvilər Dehsanoğlu, Şakiroğlu, Ovcaoğlu, Babək Hürrəmi və başqalarının peyğəmbərliyinə inanırdılar. Onların fikrincə, yer üzü heç vaxt peyğəmbərsiz olmayacaqdır”.
Yeri gəlmişkən, Babəkin doğulduğu yer, Bəzzin yerləşdiyi dağlıq ərazi Savalan dağı yaxınlığındadır, “Savalan” sözünün leksik mənası isə fikrimizcə, “müqəddəs odlar yurdu” mənasına gəlir. “Sav”- qədim dilimizdə müqəddəs, “al”- od, alov, “an” isə yurd, məkan deməkdir.
Hürrəmilərin başçı
seçdikləri şəxs öncə ustadın yanında elmi-dini təlimlərə, başçılıq
qabiliyyətinə yiyələnmiş olmalı idi. Çünki, həmin şəxs həm ruhani ustad, həm də
dünyəvi idarəetmədə başçı olmalı idi.
«Babək
Hürrəmi bütün ömrü boyu xilafətə qarşı vuruşaraq, Azərbaycanda islama qədərki
dövrdə mövcud olmuş, bu və ya digər şəkildə zərdüştlük və məzdəkiliklə bağlı
qayda-qanunların bərpasına can atmışdı»- Akademik Ziya Bünyadov.
Bir əsrdən artıq
davam edən azadlıq hərəkatının son 22 ilində Babək zəruri atributlara malik qüdrətli
dövlət yaratmışdı. Bu dövlətin silahlı qüvvələrə başçılıq edən hərbi komandanlığı,
Ali şurası, dövlət xəzinəsi, bayrağı, gerbi, ölkənin əyalətlərində mərkəzə
bağlı idarəçilik strukturu, ehtiyat silah və azuqə bazaları və s. atributları
olub.
Babək Hürrrəmi sadə insanları dövlətin vilayət və şəhərlərinə hakim təyin edir, başqa dövlətlərlə müqavilələr bağlayır və səfir göndərirdi. Azərbaycan paytaxtında- Babəkin Bəzz şəhərindəki sarayında isə, Rum İmperatorluğunun səfiri yaşayırdı.
Tarixin ilk sosialist dövləti və Cavidanın
öncəgörmələri
Babəkin öz mənəvi
ustadının arvadı ilə evlənməsi də ərəb saray tarixçilərinin cəfəngiyyatlardan
biridir. O, öz ustadının həyat yoldaşını saraydan atacaq qədər qəddar
olmadığından, ümumiyyətlə bu hərəkəti xalqın qəbul etməyəcəyi aydın məsələ olduğundan
onun el anası kimi sarayda yaşamasına
imkan yaratmış və böyük hörmətlə yanaşmışdı. Çünki həm hürrəmilikdə ustadın
arvadı ana sayılır, həm də Cavidanın vaxtında o Babəkə ana əvəzi olmuşdu.
Yeri gəlmişkən, Cavidanın öz ölümünün vaxtını bilməsi, reinkarnasiyaya inamı və gələcək hadisələri qabaqcadan görməsi də həddən artıq maraqlı məsələlərdəndir. «Hürrəmilərə xəbər ver- bilirəm ki, bu gecə öləcəyəm- de ki, ruhum mənim cismimdən Babəkin bədəninə geçir. Onun ruhuna qovuşur və o, sizin yardımınızla elə qüdrətin sahibi olacaq ki, bizim heç birimiz hələ yetə bilməmişik, dünyanın ən güclü şəxslərini yenəcək, Zərdüştün təlimini bərpa edəcək, sizin aranızdakı ən zəiflər iftixar, alçaldılmışlar yüksəliş tapacaq«.
Həqiqətən də Cavidanın
dediyi kimi oldu. Babək bəşər tarixində bərabərlik ideyalarının ilk carçısı,
özünün hakimiyyəti dövründə bu ideyanı gerçəkləşdirən şəxsiyyət oldu. Məhz
bütün xalqın bərabər şəkildə yaşadığı, hər şeyin ümumxalq mülkiyyəti sayıldığı
bir cəmiyyət quruluşunu, sosial ədalətə söykənən dövlət sistemini ərəblər
anlamadığından “hürrəmilərdə arvadlar da ümumidir” deyə böhtan yazırdılar. (Tam da XX əsrin
20-ci illərində Sovet hakimiyyəti qurularkən “arvadları kolxoz edəcəklər,
kişinin arvadına ixtiyarı çatmayacaq, çünki Şura hökumətində qadınlar da
ümumidir” kimi xəstə düşüncələr kimi).
Bu iftira ilə
bağlı görkəmli tarixçi, akademik Ziya Bünyadov yazır: «İyirmi
ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı
şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil«.
Hələ 12 əsr öncə Babək “qardaşlıq və bərabərlik” şüarları ilə Şura hakimiyyətini yaratmışdı və məhz buna görə xalq öz vətəni uğrunda son damla qanınadək döyüşürdü. Sovet xalqı Böyük Vətən Müharibəsində necə döyüşürdüsə, eləcə. Təəssüf ki, tarixin ilk sosialist dövləti yaxşı silahlanmış və sayca dəfələrlə çox olan bədəvi ərəb sürüləri qarşısında sonadək davam gətirə bilmədi- düşmən xeyli çox idi.
Babəkin missiyası və dünyanın ilk qırmızı bayrağı
Babək sevgisi 12 əsrdir
bütün azərbaycanlıların qəlbində yaşayır. Hər il Babək Hürrəminin ad günündə on
minlərlə azərbaycanlı Bəzz qala şəhərini ziyarət edir, böyük şəxsiyyətimizin
əziz xatirəsini yad edirlər. Onun ideyaları xalqın mənəviyyatında özünə əbədi
və möhkəm yer tutdu. Babək Hürrəminin qaldırdığı qırmızı bayraq yaddaşlarda
yaşadı.
Bu bayrağı qəhrəman
Azərbaycan oğulları tarix boyu daha bir neçə dəfə dövlət bayrağı kimi
dalğalandırdılar. Bu bayraq Səfəvi İmperiyası dövründə bir daha ucaldıldı,
1908-ci ildə Cənubi Azərbaycan inqilabından sonra yaranan Azərbaycan dövlətinin
bayrağı kimi qəbul olundu.
Maraqlı məsələlərdən biri odur ki, AXC-in ilk bayrağı Babəkin, Hürrəmi dövlətinin bayrağı idi- qırmızı fonda ortada aypara və səkkizguşəli ulduz.
Azərbaycan Sovet Sosialist
Respublikasının da ilk bayrağı belə idi- qırmızı rəngdə, yuxarı sol güncdə
aypara və beşguşəli ulduz. ASSR-in sonrakı bayrağı da buna oxşar idi, yalnız
ayparani zəhmətin, bərəkətin rəmzi olan oraq-çəkic əvəz etmişdi.
Xalqımızın qəlbində Azərbaycanda müstəqil dövlət yaradan, ölkədə siyasi-inzibati və sosial-iqtisadi islahatlar həyata keçirən, 100 minlik ordu yaradaraq 22 il ərzində dünyanın ən güclü imperiyasının 6 böyük ordusunu darmadağın edən, xalqın bərabərlik və ümumi mülkiyyət hüquqlarını tətbiq edən dünya tarixində ən böyük şəxsiyyət yaşayır.
Bu Babəkdir- Peyğəmbər, qüdrətli strateq, ağıllı dövlət başçısı, böyük xilaskar, qəhrəman sərkərdə… kimi yüksə titulların hər birinə layiq olan adam…
N Ə T I C Ə L Ə R
“Babək və hürrəmilər islama qarşı döyüşməyib” fikri yalandır, tarixi mənbələr və məntiqi dəlillər göstərir ki, onlar məhz əldə qılınc gələn yadelli ərəblərə və islama qarşı döyüşüb, öz qədim dinlərini- zərdüştlüyü bərpa etmək istəyiblər.
İslamın Azərbaycanda və ətraf ölkələrdə könüllü qəbul edildiyi fikri yalandır, çünki ərəblərlə yerli xalqların müharibələrində hər iki tərəfdən milyonlarla insan məhv olub.
Babəkin öz ustadı Cavidanın arvadı ilə evlənməsi, hürrəmilərin öz ailə üzvləri ilə evlənməsi, qadınların ümumi olması fikirlər cəfəngiyyat və böhtandan başqa bir şey deyil.
Babəkin fars və müsəlman olması, guya xilafətin daxili siyasətinə etiraz olaraq döyüşməsi gülünc bir saxtakarlıqdır. Babək Azərbaycan xalqının oğludur və zərdüştlüyə inanırdı.
Ərəblərin təcavüzünədək bu torpaqlarda yaşayanların bütpərəst olması tamamilə yalandır, bəşər tarixinin elmə məlum olan ilk tək tanrıçılıq dini burada yaranıb və yaşadılıb.
P.S.2010-cu il sentyabırn 6-da Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində görkəmli sərkərdə Babəkin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Təəssüf ki, 9 il keçsə də müvafiq dövlət orqanları bunu reallaşdırmayıblar. Yəqin ki, tezlikdə bu sərəncamın tələbi reallaşacaq və bu abidə xalqımızın şərəfli tarixini, böyük şəxsiyyətini ləkələyənlərə ən mükəmməl cavab olacaq.
Müəllifin Babək və hürrəmilik hərəkatı haqda hazırladığı «Müqəddəs idealların böyük sahibi» adlı sənədli filmə buradan baxa bilərsiniz
Yay mövsümü gələndən Bakıda ənənəvi mövzulardan biri daha da aktuallaşıb. Qızların, arvadların açıq-saçıq geyinməsi, bunun nəticəsində kişilərin haldan-hala düşməsi məsələsini deyirəm.
Qısası, bəzi xanımlar “işə gecikdiyindən” və “skleroz olduqlarından” üst paltarı geyməyi unudaraq şəhərə yatmaq paltarında çıxırlar ki, bunun da nəticəsində ciddi problemlər, hətta faciələr yaranır. Vallah şişirtmirəm, bu çox təhlükəli problemdir, belə ki, birbaşa insan həyatının itirilməsi ilə nəticələnə bilir. Necəmi? Mən indi sizə subutalni, dokumentalni yazım, siz də oxuyun görün haqlıyam yoxsa yox…
Tutaq ki, gözəl və gənc bir
xanım bir qarışlıq mini-yubkada, yaxud çox qısa şortikdə minib avtobusa və
qabaq sıraların birində əyləşibdir. Salondakı gənc oğlanların o saat avtobusun
həmin qisminə yığılmasını qoyaq bir tərəfə. İndi bu zalım oğlu sürücü maşını
necə idarə etsin? Qabaq tərəfə saysız-hesabsız güzgüləri yuxarıdan aşağıya,
sağdan-sola, diaqonal vəziyyətdə havayı yerəmi düzüb?
Xülasə, bu məzlum sürücü yola
baxmaq əvəzinə qabaq şüşənin lap aşağısında yerləşən həmin böyüdücü güzgülərdən
xanımı seyr etməyə bilərmi? Xeyr, Azərbaycanda bu mümkün deyil! Əvvəla, biz
müsəlmanıq, ağlımız kəsməyəndə zorakılığa məruz qoyularaq sünnət olunmuşuq, ona
görə də seksual temperament, cinsi natamamlıq kompleksi yüksək səviyyədədir.
İkincisi, bizim xalqın
kişiləri belə mənzərələrə o qədər də öyrəncəli deyil, adicə küçədə yeriyərkən
dönüb çimərlik paltarında qarşısından keçən bir xanımın arxasınca baxanda
qarşıdan gələnlə toqquşmurlarmı? Küçədə bu əməliyyat kiçik xəsarətlə qurtara
bilər, amma avtobusda vəziyyət fərqlidir. Sürücü yola baxmağın başını buraxaraq
salondakı mənzərələri seyr edib feyziyab olmağa başlayanda qəza baş verə bilər.
Nəticədə xeyli sərnişin və özü o dünyaya yollana bilər.
Konstruktorlar üzümüzə baxıb,
metro qatarlarında maşinist vaqonun içini görmür, yoxsa tələfat daha kütləvi
olardı. Lakin metroda da başqa problem var. Stansiyaya yarıçılpaq nazənin daxil
olarkən bəzi polislər sərnişinlərin yüklərini dedektordan keçirməyin başını
buraxıb, bu mənzərəni seyr etməyə, bəzən söz atmağa girişirlər ki, bu da
metroya kiminsə rahatca bomba keçirməsinə imkan yarada bilər.
Təsəvvür edin ki, bir xanım adını
şalvar qoyub geyindiyi dar kalqotkada və ya bir neçə sm-lik mini-yubkada,
sinəsi və beli açıq şəffaf koftada svetoforun qırmızı işığını filanı vecinə
almayaraq nazlana-nazlana “vasmyorka” yerişlə yolu keçir! Bütün sürücülərin
başları eyni istiqamətə dönəcəkmi? Dönəcək! Burda zəncirvari qəza baş
verəcəkmi? 100 faiz! Nəticədə azı bir neçə nəfər həlak olacaq, bir neçə
avtomaşın sıradan çıxacaq, ölkə iqtisadiyyatına zərər dəyəcək!
Mən özüm bir neçə dəfə belə
qəzaların şahidi olmuşam. Düzdür, yol polisləri sənədləşdirəndə qəzanın
səbəblərini bir az dəyişdirib ki ayıbdır, rüsvayçılıq olmasın, dünyada bizə
gülməsinlər. Amma hər halda biz özümüz gözümüzlə gördüyümüzü necə unuda
bilərik?
Ötən həftə maraqlı bir
mənzərənin şahidi oldum. Küçə ilə tək gedən yarıçılpaq qıza ilişmək yarışında
bir-birinə güzəştə getməyən iki qaqaş əvvəl türmə jarqonu ilə sözləşib, sonra
qaydasız döyüşə başladılar. Bunlar al-qana qərq olduqları vaxtda həmin qız
qulağında nauşnik dingildəyə-dingildəyə, daha doğrusu “səkkiz yaza-yaza” yoluna
davam edirdi…
Belə misalları çox gətirə
bilərəm, amma başınızı niyə ağrıdım ki? Qısası, dediyim odur ki, xanımlarımız
bir az ehtiyatlı olsunlar, normal paltar geyinsinlər əyinlərinə. Başa düşürük,
yaydır, istidir. Amma bir günahsız insanları da nəzərə alın. Vallah indiki
zamanda ölmək yaşamaqdan bahalıdır.
Həm də bu istilər təkcə sizə
təsir etmir ki? Bəs biz (kişilər) niyə lüt-üryan küçəyə çıxmırıq? Biz başa
düşürük, indi parça bahadır, çox xanımlarımız imkansızlıq ucbatından az parça
ala bilirlər. Yazıq dərzi də neyləsin, bundan ancaq mini-yubka çıxa bilər.
Dükanlarda da “mini”lər uzun
yubkalardan, kalqotkalar, şortiklər normal şalvarlardan ucuzdur. Ona görə də,
imkansız xanımları anlamaq olar. Yaxşı bəs varlı-hallı xanımların yarıçılpaq
vəziyyətdə şəhərə çıxmasına nə deyirsiniz?
Soruşmaq ayıb olmasın, niyə
kimsə durduğu… pardon, oturduğu yerdə naməlum dünyaya yollanmalıdır? Bəlkə
birinin ailəsinin heç pulu və ya satmağa evi yoxdur ölü mərasimlərini və digər
xərcləri ödəməyə?
Dediyim odur ki, əhəmiyyətsiz
bir hal kimi görünən bu vəziyyət ciddi problemlər yaradır. Mən hələ bəzi
məsələlərə- zorlamaların və təhlükəli xəstəliklərə yoluxmanın artmasında belə
geyimlərin rolu və sair bu qəbildən olanlara- toxunmadım.
İndi gördünüzmü, ölüm sayının,
yol qəzalarının, digər çoxsaylı problemlərin
sayının sürətlə artmasında xanımların açıq-saçıq geyinməsinin nə qədər
böyük əhəmiyyəti var? Tak çto, əziz xanımlar, camaata yazığınız gəlsin, hoqqa
çıxarmayın. Bəşəriyyət bu qədər böyük inkişaf yolu keçib, özünə normal geyim
yaradıb, indi yenidən ibtidai icma quruluşuna qayıtmaq lazım deyil.
Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayan AZAL-ın “uçan” qiymətləri»
Son
zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə
təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL
(“Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır.
Görəsən,
turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq: “AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biyabr oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənmirlər.
AZAL Azərbaycan turizminə ən ağır zərbəni vurur. Ölkə əhalisinin imkanlarından dəfələrlə artıq qiymət təyin edir. Buna görə də insanlar gedib başqa ölkələrdən hava yolları vasitəsilə səyahət edirlər. Bunun üçün tutarlı səbəb də göstərmirlər ki, bir haqq qazandırmaq mümkün olsun. Konkret olaraq “biz beləyik” deyirlər və bu özbaşınalıqdır. Buna görə də turistlər Gürcüstan vasitəsilə gəlib-gedirlər.
Düşünürəm ki, ölkəyə bu dərəcədə də ziyan vurmaq olmaz. Bu ölkənin insanları milyaner deyillər. Niyə hamı Gürcüstandan Avropaya 50 manata təyyarə ilə gedə bilir, amma AZAL-la bu proses 500-700 manata başa gəlir? Maraqlıdır, Azərbaycanda bu məsələlərə diqqət ayıracaq üst orqan mövcud deyilmi? Bu qədər narazılıq, şikayət var, hətta bununla bağlı dəfələrlə xarici mətbuatda yazılıb.
Dövlət
turizmi inkişaf etdirmək üçün əlindən gələni edir, milyardlarla investisiya
qoyulur, Azərbaycanın xarici ölkələrdə çox baha qiymətə reklam təbliğatı
aparılır. Lakin təbliğat aparmaqla deyil.
Turist səyahət
etmədən əvvəl baxır ki, bu ölkəyə getmək ona neçəyə başa gələcək və bu zaman
görür ki, Azərbaycana gəlmək üçün xərcləyəcəyi pula, dünyanın daha gözəl
üç-dörd ölkəsinə gedə bilər. Nəticə olaraq, ikincini seçir və bu da turizmin
inkişafına zərbə vurur. Mən də o turistin yerinə olsam, büdcəmə zərər vurduğu
üçün Azərbaycana gəlmərəm.
Hazırda biz turist axınında azalma görürük. 1-2 ay ərəbləri, ondan qabaq 1-2 ay iranlıların başını aldatdıq, lakin hər ikisi gördü ki, bahalıqdır nəticədə Gürcüstana getməyə üstünlük verdilər. Əlimizlə milyonlarla turisti götürüb Gürcüstana veririk və Gürcüstan da turizmdən milyardlarla pul qazanır”.
E.Bayramlı turizmin inkişafını təkrar təmin etmək üçün yeganə yolun AZAL-ın ləğv olunması olduğunu da vurğulayıb: “Dövlət səviyyəsində buna müdaxilə olunmalıdır və qarşısı alınmalıdır. Bütün bunların qarşısını almaq üçün AZAL ləğv olunmalı, aviasiya bazarı sərbəstləşdirilməlidir. Yeni şirkətlər fəaliyyətə başlamalıdır ki, rəqabət meydanı yaransın, turizm inkişaf etsin. Əgər bunlar olmasa, turizm günü-gündən zəiflyəcək”.
Bu məsələ başı siyasətə və
şou-biznesə qarışan televiziya və mətbuatın diqqət xaricindədir. Media
siqaretdən qazanılmış xəstəliklərin müalicəsini həyata keçirən tibb
mərkəzlərinin və dərman preparatlarının reklamından daha çox qazanır.
Bu gün dünyada 1,5 milyarddan çox
insan siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, narkotik və siqaretdən
istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Ötən il tütün məmulatlarından
istifadə 6 milyondan artıq insanın həyatına son qoyub. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir.
Statistik məlumatlar
Azərbaycan əhalisinin siqaret çəkməkdə dünya ölkələrinin çoxundan irəlidə
olduğunu göstərir. Təqdiqatlara görə, ölkədə hər 10 nəfərdən 2-si siqaret çəkən
hesab olunur.
Beləliklə də, ümumilikdə 1
milyona yaxın nəfərdən artıq vətəndaşımızın canına ziyan vurduğu ortaya çıxır. Təəssüfedici
haldır ki, siqaret çəkən yeniyetmələrin və qadınların sayı getdikcə artır. Üstəlik, son vaxtlar sulu qəlyan çəkmə sürətlə
dəbə minib ki, bu da siqaretdən dəfələrlə təhlükəlidir.
Tütün tüstüsünün bir
qullabında 3000-dən artıq kimyəvi maddə var. Onların bir hissəsi zəhərli
olur, digər hissəsi isə orqanizmdə toxuma səviyyəsində dəyişikliklər edir. Ən
dağıdıcı təsiri isə qətran göstərir. Qətranın 70 faizi ağciyərlərə toplaşır. Nəticədə xərçəng və vərəm
xəstəliyi yaranır.
Karbon monooksid (CO) isə siqaretin
yanması prosesində daim yaranan qazdır. CO qanda oksigen dövranını pozur. Siqaret
çəkənlərdə tez-tez rast gəlinən təngnəfəslik də CO-nun zərərli təsirindəndir.
Amma siqaretə aludəçiliyi məhz nikotin yaradır. Nikotin alkoqol və kokain qədər
güclü təsirə malikdir və asılılıq yaradan maddədir.
Tütün ağ ciyərlərdə xərçəng
xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə,
ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının
yaranmasına gətirib çıxarır.
Amerika Xərçəng Cəmiyyətinin
məlumatına görə, ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret
çəkmək səbəb olur. Tütün tüstüsündəki 43 komponent xərçəngin yaranmasına
gətirib çıxarır.
Siqaret çəkən adamlarda rast gəlinən
dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da
onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki, çəkilən hər
siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada
qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25%
isə yanıb kül olur.
Artıq bir çox ölkələrdə
siqaretçəkməyə qarşı mübarizə gücləndirilir, ictimai, xüsusən də qapalı
məkanlardan siqaret çəkilməsi qadagan edilir. Hətta, bəzi ölkələrdə dövlət
vətəndaşlara siqareti tərgitmək üçün dərman və digər vasitələrlə pulsuz yardım
göstərir.
Azərbaycanda da qapalı yerlərdə siqaret çəkmək qadağan edilib. Lakin bizdə bunun zərəri hələ tam dərk olunmur. Azyaşlıların siqaret çəkməsinə ictimai təpki yox səviyyəsindədir. Hətta, körpə uşaqların olduğu evdə siqaret çəkilməsi haları geniş yayılıb.
Tütün istehsalı və satışına
məhdudiyyət qoyulması başqa ABŞ olmaqla bir çox dövlətlərin və transmilli
şirkətlərin maraqlarına ziddir. Siqaret satışı illik 250 milyard dollardan
artıq gəlir gətirir və tütün şirkətləri getdikcə böyüyür. Ancaq, bu iqtisadi
artım bəşəriyyətin rifahına xidmət etmir.
Bu məsələ ilə bağlı dövlət səviyyəsində mübarizə aparılmalıdır. Bir ox ölkələrdə olduğu kimi bizdə də, dövlət siqareti tərgitmək istəyən vətəndaşlara bu işdə kömək etməlidir. Çünki, bunun nəticəsində milyonlarla vətəndaşımızı yüzlərlə təhlükəli xəstəlikdən xilas etmək, sağlam cəmiyyət yaratmaq olar.
В этой статье мы вам расскажем вам о злоключениях семьи Кучерявых
Президент
Российской Федерации Владимир Путин неоднократно заявлял о проблемах демографии
и важности роста населения в Российской Федерации. На фоне этих заявлений семья Кучерявых ,воодушевлённая поддержкой
государства, решила воплотить в жизнь
свою заветную мечту- иметь семь детей и дать
Родине семерых здоровых образованных детей . Но судьба распорядилась иначе.
В городе
Сочи в 2000 году поженились двое молодых людей- уроженка города Сочи Ольга Владимировна
Кучерявая и уроженец Таузкого района
Азербайджанской Республики Матлаб Гамид
оглы Джафаров .
Сегодня
семья Кучерявых имеет семь детей. Вместе с отцом Ольги, Владимиром Валерьевичем Кучерявым они жили в городе
Сочи на улице Нагорная 14 квартира 21. В комнате на 21 кв.метр размещалась вся
семья из 10-ти человек .
Многочисленные
обращения семьи в местные органы власти с просьбой улучшения жилищных условий ни к чему не
приводили .
В 2010 году
членов семью принял мер города Сочи
Анатолий Пахомов. Выслушав доводы членов семьи мер пообещал помочь с выдачей им новой квартиры. Вот после этого и начались гонения семьи Кучерявых .
В то время Российские
законы позволяли забирать детей из
малообеспеченных семей с целью дальнейшего усыновления и вывоза из страны. Вот местные чиновники положили глаз на эту семью .
Несмотря на
плохие жилищные условия Кучерявые имели крепкие и нормальные внутрисемейные отношения.
По этому ни о каких продажах или отказах от детей и речи быть не могло.
Но судя по
всему семья попала под внимание мафии по торговле детьми .
Дельцы
всякими правдами и неправдами начали атаку на эту семью. В ход шли лживые
заявления соседей , подкуп местных
чиновников. И т.п
Неоднократные
обращения семьи об улучшениях жилищных условий обернулись для них угрозами о
выдворении из страны.
И с этих пор
многочисленные проблемы Кучерявых не прекращались. Главную видимую роль в этой истории
играет заместитель мера города Сочи Ирина
Романец.
В дополнение
ко всему единственный кормилец семьи Матлаб Джафаров был арестован 08 ноября
2013-го года по ложным обвинениям. Спус тя некоторое время несмотря на решение суда Краснодарского
края о невиновности Матлаба Джафарова местные власти выдворили его из страны. В
то же время его супруге Ольге постановлением суда города Сочи был вынесен
вердикт о не выезде из страны.
И так семья
Кучерявых осталась без единственного кормильца. На протяжении двух лет семья
состоящая из семи маленьких детей практически существовала на пожертвования
близких и родных .
Младший из
детей имеет инвалидность первой группы и практически должен всё время находится
под пристальным вниманием врачей.
Усилиями
правозащитника Бориса Павловича Баранова запрет на выезд из страны Ольги был снят. И семья
убегая от мафии уехала в Азербайджан к родственникам отца . До сих пор вся
семья находится в городе Тауз Азербайджанской Республики откуда родом глава
семьи. А отец Ольги В.В Кучерявый скрываясь от преследований уехал из города Сочи к родственникам в Москву.
Неоднократно
в ответ на их заявления по этому делу в госучреждениях разные чиновники остерегали их наказанием
мафии за разглашение этого дела в СМИ и т.д
Боясь за
судьбу своих детей семья Кучерявых не может вернуться на место своего
постоянного проживания в город Сочи.
Этой статьей мы хотим донести трагическую историю семьи Кучерявых до Президента , правительства и граждан России , и просим помощи у каждого кто в силах помочь им в этой неимоверно трудной и практически уничтожающей эту семью ситуации.
Эльчин Байрамлы
Телефонная номера для связи: +994 55 92 07 133, +994 50 654 63 21 (Матлаб Джафаров, Ольга Кучерявая )
“Qırmızı Körpü”də asan keçid: Nə zaman reallaşacaq?
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev Gürcüstanla sərhəddə vətəndaşların sürətli
keçidinin təmin olunması barədə tapşırıq verib. Dünən Qərb Ərazi Baş Gömrük İdarəsinin
«Mazımçay» gömrük postunda mövcud vəziyyətlə tanış olan Səfər
Mehdiyev «Mazımçay» gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi
barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Həmçinin, bu istiqamətdə görülmüş
tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.
Səfər
Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha
asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli,
şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini
verib.
“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanla Gürcüstan arasında hərəkət digər ölkələrlə müqayisədə çoxdur: “Ümumiyyətlə, uzun illərdir ki, Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində, eləcə də digər məntəqələrdə problemlər var. Sərhəddi keçən insanlar hər iki gömrükdən necə keçmələrini əks etdirən faktlar göstərirlər. Azərbaycanın sərhəd-keçid məntəqəsində böyük kütlə yığını, xaotiklik biabırçı vəziyyəti göz önünə sərir. Onu da qeyd edim ki, bu yaxınlarda «Qırmızı Körpü» gömrük postunun rəisi tutduğu vəzifəsindən azad olundu. Ümid edirəm ki, Səfər Mehdiyevin verdiyi tapşırıqlar icra olunacaq”.
Ekspertin qənaətincə, keçid məntəqələrində vəziyyəti düzəltmək çox asandır: “Əgər vəziyyəti düzəltmək istəyirlərsə və bacarmırlarsa, sadəcə, keçib Gürcüstan tərəfdən işin necə təşkil olunmasına baxsınlar. . Onların məntəqələrində neçə nəfərin xidmət göstərdiyi, malların necə yoxlanması, hansı sənədlərin tələb olunması və.s haqda məlumatları götürüb Azərbaycan tərəfdə tətbiq etmək olar.
Ümumiyyətlə,
ölkəmizin sərhəd-keçid məntəqələrində bürokratik əngəllər həddən artıq çoxdur. Sənədləşmə
proseduru çox ləng aparılır, xidmət göstərən pəncərələr çox azdır. Bir ölkənin
imici sərhəddən başlayır. İstər ölkə vətəndaşları olsun, istərsə də xaricilər
Azərbaycana gələndə sərhəddəki vəziyyətdən narazı qalırlar. İnsanların vaxtı
gedir, əsəbləri korlanır, bəzən ölkəyə müxtəlif mallar idxal etmək istəyən
sahibkarları günlərlə sərhəddə saxlayırlar ki, bu da həmin mal və məhsulların
xarab olması ilə nəticələnir. Bunların qarşısı alınmalıdır. Əks halda, bu
biabırçı mənzərə ölkənin imicinə zərbə vuracaq.
Hesab edirəm ki, burada problem tək gömrük orqanı ilə bağlı
deyil, eyni zamanda sərhədçilər də bu vəziyyətdən məsuldur. Təqribən 10-15 gün ərzində
keçid məntəqələrində intizamı bərpa etmək olar. Bunun üçün nə külli miqdarda vəsait
tələb olunur, nə də genişmiqyaslı işlər aparılmalıdır. Əgər xidmət göstərənlər
öhdəsinə düşən işi görə bilmirsə, xidmət səviyyəsinin artırılması məqsədilə
işçi sayını artırmaq lazımdır. Ümumiyyətlə, verilən tapşırıqlar icra olunarsa,
acınacaqlı vəziyyət qismən həllini tapar”.
ANS TV. Beşbarmaq verilişində «Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı və digər ekspertlər son dövrlərdə yeni doğulan uşaqlara verilən anlaşılmaz adları, bunun səbəblərini müzakirə edib, hansı adlara üstünlük verilməsi haqda öz fikirlərini səsləndiriblər.
Ekspert: «Azərbaycanda öz sahəsinə nəzarət etməyən, işləməyən bir dövlət orqanı varsa, o da Kənd Təsərrüfatı Nazirliyidir»
Dövlət
Gömrük Komitəsi (DGK) məlumatına əsasən, yanvar-aprel aylarında Azərbaycana 112
min 775 ton gübrə idxal edilib. Dörd ayda idxal edilən gübrənin dəyəri isə 39
milyon 399 min ABŞ dolları olub. Qeyd edək ki, fermerlər məhsuldarlıq olsun deyə,
çalışır ki, bitkiyə vaxtlı-vaxtında qulluq etsin, torpaq sahələrinə həm üzvi, həm
də mineral gübrə versin. Ona görə də istədiyi vaxtda məhsul götürə bilir. Bir
çox hallarda fermerlər istədikləri gübrəni əldə edə bilmədikləri üçün əkin işlərinə
də gec başlayır. Sahələrdə məhsuldarlığı artırmaq üçün istifadə edilən gübrələri
isə ölkədə tapmaq müşkül məsələdir.
Maraqlıdır,
bu sahəsində də idxaldan asılı olan Azərbaycanda gübrə istehsalı mümkün
deyilmi?
“Altay”
Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət”
qəzetinə bildirib ki, maraq olarsa, gübrənin ölkəmizdə istehsalı mümkündür:
“Sovet
dövründə təsərrüfat sahələrində istifadə olunan gübrələrin böyük bir qismi demək
olar ki, Azərbaycanda istehsal olunurdu. Çox az növdə gübrələr başqa ölkələrdən
gətirilirdi. Təsərrüfat sistemi dağılandan sonra gübrə təsərrüfatları da
sıradan çıxdı. Sonradan bəzi rayonlarda gübrə zavodları açsalar da, görünən
odur ki, bu zavodlar tələbatı ödəmir. Xaricdən gətirilən gübrələrin tərkibi
kimyəvi maddələrlə zəngindir və buna görə də çoxu təhlükəli hesab olunur. Bu
gübrələr məhsulları daha tez yetişdirir, tez xarab olmasının qarşısını alır.
Buna görə də bu növ gübrələr bizim iqlimə, torpağa uyğun deyil. Yaxşı olar ki,
gübrələr ölkənin daxili potensialı hesabına əldə olunsun. Azərbaycanın belə
imkanları da var, bazarı da, sadəcə, maraq yoxdur. Əgər xaricdən 4 ay ərzində
40 milyon dollar civarında gübrə idxal olunursa, bunu 3 rübə vursaq, təqribən
120 milyon dollar vəsait edir. Hansı ki gübrə təsərrüfatı yüksək texnologiya tələb
edən məhsulu deyil, ən primitiv sahədir”.
Ekspert
hesab edir ki, digər sektorlarda olduğu kimi, gübrəçilik sahəsinin də inkişafı
üçün dövlətin birbaşa dəstəyi olmalıdır:
“Çünki heç
kim küllü miqdarda vəsait qoyub gübrə təsərrüfatı yaratmağa risk etmir. Gübrə
istehsalı birbaşa qida təhlükəsizliyi ilə bağlı məsələdir. Bunu dövlət ən azı
stimullaşdırıb dəstək verməlidir. Torpağın imkanlarından, faydalı qazıntılardan
istifadə edib bu sahəni inkişaf etdirmək olar. Kənd Təsərrüfatı Nazirliyi nə
işlə məşğul olur ki, hər il kənd təsərrüfatı məhsullarının, gübrənin idxalı
artır? Azərbaycan Qafqazın ən böyük pambıqçılıq respublikalarından biri
olmasına baxmayaraq, tekstil məhsullarını xaricdən alır. Primitiv
texnologiyalar hesabına başa gələn sənaye məhsullarının ölkəmizdə istehsalı hələ
keçən əsrin əvvəllərindən var idi. İndi XXI əsirdə gübrə istehsal edə bilməmək
sadəcə, ayıbdır. Əgər ölkədə illik 120 milyon dollarlıq bazar varsa, bir neçə
gübrə zavodu açmaq çox vəsait tələb etməz. Əgər bunu yerli sahibkarlar etmirsə,
heç olmasa dövlət etsin”.
Elçin
Bayramlının sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun öhdəsindən
gələ bilmir:
“Nazirliyin təqdim etdiyi rəqəmləri Dövlət Gömrük Komitəsi həmişə
inkar edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul
olunub. Əgər bu proqramları həyata keçirmək üçün hər şeyi xaricdən alacağıqsa,
onda bu ölkənin öz istehsalı necə olacaq? İndi neft-qaz sayəsində hər şeyi
xaricdən ala bilirik. Sabah neftin qiyməti aşağı düşsə və yaxud istehsal
azalsa, idxalı, daxili tələbatı necə qarşılamaq olacaq? Yaxşı olardı ki, Kənd Təsərrüfatı
Nazirliyi cavab versin ki, son 10 ildə gübrə idxalını azaltmaq üçün nə edib?
Niyə kiçik müəssisələrin yaranması üçün təşəbbüs yoxdur? Hər dəfə Gömrük Komitəsinin
açıqladığı rəqəmlər Kənd Təsərrüfatı Nazirliyinin rüsvayçılığını göstərir.
Hesab edirəm ki, Azərbaycanda öz sahəsinə nəzarət etməyən, işləməyən bir dövlət
orqanı varsa, o da Kənd Təsərrüfatı Nazirliyidir. Ölkədə kim nə istəyir əkir,
satır, gətirir. Kartof-soğanın ixracına qadağa qoymaqla qiyməti tənzimləmək
olmur. Heç bir sahədə aqrar sahədə olan qədər potensial, işçi qüvvəsi, torpaq
fondu, iqlim və.s imkanlar yoxdur. Kabinetlərdə oturmaq əvəzinə sahələrə çıxıb
fermerin problemləri ilə maraqlanmalıdırlar. Fermerin yerlərdən aldığı gübrənin
kiloqramına 10 manat ödəyirsə, məhsulunu baha satmağa məcburdur.
Ölkədəki bahalığın səbəbi yerli istehsalçıların gübrə,
texnika, dərmanla təmin edən dövlət orqanının olmamasıdır. Bir sözlə, yerli
istehsala dəstək yoxdur. Bu gün ölkə bazarlarında satılan kartofun 70 faizi
xaricdən ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti dövlət
konsepsiyasına ziddir. İqtisadi inkişaf, aqrar sahədə proqramlarla bağlı çox zəif
işləyirlər, bazarın ixrac-idxal imkanlarını hesablamırlar. Nəticəni və vəziyyəti
Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir”.
UEFA Avropa Liqası Bakı final oyunu qabağı bu kampaniyanı kimlər, kimin tapşırığı ilə, necə və hansı məqsədlərlə aparır?
Bakı Olimpiya Stadionu
Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununun başlanmasına bir neə gün qalmış anti-Azərbaycan qüvvələr Qərbdən və
Yerevandan verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib. Ölkəmizin ardıcıl
surətdə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi və öz nüfuzunu
getdikcə artırması təkcə Ermənistanı deyil, daha qərbdə yerləşən bir çox
dövlətləri və “beynəlxalq təşkilatları” da narahat edir.
Sirr deyil ki, son illərdə siyasi-diplomatik,
iqtisadi-sosial, mədəniyyət və idman sahələrində uğurlu irəliləyiş bəzi xarici dairələri
və ölkəmizdəki 5-ci kolonu qıcıqlandırıb. BMT Təhlükəsizlik Şurasında
qeyri-daimi üzvlükdən tutmuş, beynəlxalq təşkilatlarda fəal təşəbbüskarlıq,
regionda iqtisadi liderlik Azərbaycanın dünyada nüfuz və reytinqini artırıb.
Buraya öz ordusunu gücləndirmək və cəbhədə psixoloji və texniki üstünlüyü
artırmaq, həmçinin siyasi arenada diktəedici mövqeyə keçməni də əlavə etsək
narahatlığın nə qədər əsaslı olduğunu görmək olar.
Aparılan uğurlu xarici siyasət nəticəsində
çox sayda digər ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi Bakının dünyanın
əsas regional güc mərkəzlərindən birinə çevirib.
Nəzərə almaq lazımdır ki, belə idman
yarışları daha çox reklam, təbliğat müstəvisi, siyasi nüfuz imkanıdır. Lakin
həmişə olduğu kimi, bu uğurları istəməyən qüvvələr də var və onlar belə
beynəlxaq tədbirlər qabağı anti-Azərbaycan fəaliyyətlərini gücləndirir, özlərinin
dediyi kimi, “Azərbaycana yerini göstərmək” üçün hərəkətə keçirlər.
İndi də UEFA Avropa Liqası final oyununun Bakıda keçirilməsi bunları narahat edir.
Bəziləri hətta, azarkelərə müraciət edərək Bakıya gəlməmələrini xahiş edirlər. Bir
qədər əvvəl isə bunların ağaları olan Britaniya XİN Bakını təhlükəli şəhər elan
edərək öz vətəndaşlarını mümkün qədər ehtiyatlı davranmağa çağırmış və qeyd
etmişdir ki, Bakıda cinayətkarlıq səviyyəsi və terror təhlükəsi yüksəkdir. Lakin
biz jurnalistlər elə beynəlxalq təşklatların araşdırmalarının nəticələrini
ortaya qoyaraq, Londonun cinayətkarlıq və terror təhlükəsi sviyyəsinə görə
Bakıdan çox-çox yüksəkdə durduğunu, Bakının isə dünyada ən təhlükəsiz şəhərlər
sırasında olduğunu ortaya qoyanda Britaniyanın Bakıdakı səfriliyindən səs
çıxmadı.
Azərbaycana qarşı mübarizədə kimlər kimlər birləşib?
Hələ I Avropa Oyunları qabağı ortaya çıxan
bəzi sənədlər bu fəaliyyətin hansı qlobal mərkəzlərdən təşil və idarə olunduğu,
bu anti-Azərbaycan fəaliyyətin ölkəmizdə Qərbin və erməni lobbisinin
nəzarətində olan “5-ci kolunun” hansı üzvləri tərəfindən necə və hansı
formalarda həyata keçirilməsi haqda dəqiq təsəvvür yaratmağa imkan verdi.
Ortaya çıxan sənədlərə görə, bu
kampaniyanın təşkil olunması ABŞ-ın National Endowment for Democracy (Milli
Demokratiya İnstitutu) təşkilatına həvalə edilmişdi. Məlumdur ki, əsasən ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən
NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət
çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu
təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və
Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bu qüvvələrin hazırladığı genişmiqyaslı
planın detalları haqda həmin vaxt mətbuatda
kifayət qədər geniş məlumatlar yayıldığından burada təkrar etməyəcəyik.
Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarət idi ki, kampaniyanın əsas
fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi, islamofob, ermənilərə xüsusi
yaxınlığı ilə seçilən Con Kerrinin Konqresdəki ofisi oynayırdı.
Bu kampaniyaya Azərbaycanda milli şura
adlanan qüvvənin, bəzi QHT-lərin, mətbuat vasitələrinin, politoloq və iqtisadçı
ekspertlərin və sair ictimai xadimlərin, xarici təşkilatlardan isə “People in
Need”, “Human Rights Watch”, “Platform London”, “Netherlands Helsinki Committee”,
“Article XlX”, “İnternational Partnership for Human Rights”, “YouAid Foundation”,
“Sərhədsiz Reportyorlar” və digər təşkilatlar daxil edilmişdi. Kampaniyaya
İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları
Fondu rəhbərlik edirdi və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət
göstərirdi. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata
keçirirdilər.
Bu qüvvələrin Praqada keçirilmiş birgə görüşündə qəbul olunan sənəddə qeyd olunurdu ki, kampaniyanın məqsədi “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”. Hesab edirəm ki, burada əlavə şərhə ehtiyac yoxdur. Sadəcə onu deməliyik ki, bu plan indi də UEFA final görüşü qabağı davam etdirilir.
UEFA
Avropa Liqası finalı: qazanc, yoxsa zərər?
Müxalifət dairələrindəki şəxslər iddia
edirlər ki, bu oyuna xeyli vəsait xərclənib, bunun ölkəmiz üçün heç bir xeyri
yoxdur. İndi biz bu arqumentərin əsassız olduğunu faktlarla göstərək.
Əvvəla, beynəlxalq yarışların keçirildiyi
yeganə ölkə Azərbaycan deyil. Tarix boyu onlarla ölkədə belə nüfuzlu yarışlar
təşkil olunub, lakin heç birində belə hoqqabazlıq olmayıb ki, belə tədbirlər
səmərəsizdir. Onu da qeyd etmək lazımdır ki, belə nüfuzlu yarışlar hər şəhərdə
keçirilmir. Yalnız inkişaf etmiş infrastuktura, beynəlxalq çəkiyə malik, sabit
ölkələrdə keçirilir. Siz heç Əfqanıstanda, ya da Sudanda nüfuzlu qitə yarışlarının
keçirildiyini gördünüzmü?
Digər tərəfdən oyuna xərclənən pular
müxtəlif mənbələrdən artıqması ilə geri qayıdır. Ölkəyə gələn qonaqlar,
turistlər burada xeyli pul xərcləyir, bilet satışından, reklamdan və teleyayımdan
xeyli vəsait əldə edilir. Otellər qazanır, ticarət mərkəzləri qazanır,
restoranlar qazanır, nəqliyyat sektoru qazanır. Bunlar isə Azərbaycan xalqına
məxsusdur və orda pul qazananlar xalqımızın nümayəndələridir, üstəlik, onlar bu
gəlirlərdən dövlət büdcəsinə vəsait ödəyirlər. Bu yarşlar zamanı təkrar turizm
imkanları əmələ gəlir ki, qonaqlardan bir çoxu ölkəmizi bəyənərək gələcəkdə yenidən
buraya turist kimi gəlirlər. Çox xırdalığa getməyib hamısını qeyd etmədik,
lakin göründüyü kimi, faydalar saysız-hesabsızdır.
Bunlar iqtisadi dividentləri idi, indi isə
keçək siyasi dividentlərə. Məlum olduğu kimi, ermənilər dünyada güclü mövqeləri
yalnız fasiləsiz təbliğat və pul xərcləməklə əldə ediblər. Azərbaycan erməni
təcavüzünə və terrorizminə məruz qalmış ölkə olaraq öz həqiqətlərini dünyaya
tanıtmalı, beynəlxalq aləmdən dəstək və simpatiya qazanmalı, öz sülhsevər
imicini yaratmalıdır. Bunun üçün ən yaxşı vasitələrdən biri də beynəlxalq
tədbirlərin təşkilidir. Bir neçə ay dünyanın diqqət mərkəzi Azərbaycanda olur,
ölkəmizi tanıyır, onun haqqında eşidir, onu görür və qənaət hasil edirlər.
Sonra bu təəssüratlar beynəlxalq ictimai rəyin formalaşmasına təsir edir. Burada
siyasi dividentlər, strateji nailiyyətlər iqtisadi səmərədən çox öndədir. Bunu
anlamaq üçün erməni olmamaq yetər.
Oxucuların diqqətinə görkəmli tədqiqatçı alim Oleq Platonovun araşdırmasını təqdim
edirik. Sanballı elmi mənbələr və şəxsi tədqiqatlar əsasında müəllif belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə
məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək
hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Amerika dövlətinin mahiyyəti, onun dünyada
törətdiyi faciələrin səbəbi ortaya qoyulur.
ÖN SÖZ
Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları ü çün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanalrı da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi səyləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq. Amerika nə dövlət, nə də millət deyil. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin müvəqqəti məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən – milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur. Onların hamısı üçün ümumi
olan istehlak və varlanma ehtirası, bəşəriyyət qarşısında ortaq cinayətlərinə görə məsuliyyətdən kortəbii qorxu hissi birləşdirir. Belə bir konqlomerat tarixin yalnız qısa bir dövrlərində mövcud ola bilər və tarixdən də göründüyü kimi elə ilk ciddi çətinliklərdən sonra parçalanır. Amerika hələ belə çətinliklərlə ciddi şəkildə üzləşməyib, lakin artıq onlarla üz-üzədir. Mən uzun müddət Amerikanın tarixi və iqtisadiyyatını tədqiq etmişəm, bu ölkəyə həsr olunmuş namizədlik və doktorluq dissertasiyaları yazmışam. Amerikanın tədqiqi ilə çox məşğul olduqca, onun bütün dünyaü çün nəhəng təhlükə olduğunu daha dərindən dərk edirdim. Əvvəllər elmi fərziyyə kimi qəbul etdiklərim bu ölkəyə etdiyim 4 elmi səyahət zamanı (1995-1997) öz təsdiqini tapdı. Bu ölkədə keçirdiyim 7 ay ərzində onun ərazisinin böyük hissəsindən keçib getdim, şərq və qərb sahilboyunun 12 ştatında, cənubda, şimalda və mərkəzdə oldum. Onlarla şəhər və qəsəbələrdə ən müxtəlif adamlarla yüzlərlə görüşlərim oldu. ABŞ-də səyahətlərim zamanı fermerlər, fəhlələr, hüquqşünaslar, mə᾽murlar, artistlər, musiqiçilər, sərgərdanlar, polislər, ruhanilər, masonlar, partiya funksionerləri, vətənpərvər təşkilatların ü zvləri, ravvinlər, fahişələr, satanistlər, sodomistlər, ictimai xadimlər və b. ilə görüşdüm. Benzindoldurma məntəqələrində, restoranlarda, teatrda, kitabxanada, polis bölməsində, hinduların rezervasiyalarında, mason lojalarında və i.a. yerlərdə görüşlərimin hər biri Amerikanın bir zərrəciyi idi və ölkənin siması məhz onlardan formalaşırdı… Kitabla aşağıdakı linkdən tanış ola bilərsiniz.
Son vaxtlar azyaşlıların intihar faktlarının
sayı artır. Müxtəlif yanaşmalar qoyulur, fərqli səbəblər göstərilir, lakin
bunların heç biri belə halların qarşısını almağa qadir deyil.
Keçən əsrdə intihar faktına, xüsusilə də uşaq
intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri
izləyirik.
Nə baş verir? Yeniyetmələr niyə intihar edir?
Çətin sualdır. Bu yazıda problemin səbəblərinə aydınlıq gətirməyə çalışacağıq.
Mövzuya girmək üçün qısa arayış verək, sonra
arxasına baxaq. Son 20 ildə keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda
azyaşlıların intiharı geniş vüsət alıb. Hər il bizdə 40-50 nəfər civarında uşaq
intihar edir.
Bəs bu göstəricilərə
necə nail olduq? Problemin start götürdüyü vaxtlardan başlayaq. Ötən
əsrin 80-ci illərinin sonunda və 90-cı illərin əvvəllərində cəmiyyətdə
anarxiya, xaos, sosial-iqtisadi problemlər baş alıb getdi. Bir yandan da
yaraları uzun müddət sağalmayan müharibə.
Cəmiyyət bütün iqtiqamətlərdən təzyiqə məruz qaldı.
Azadlıq, demokratiya kimi anlayışları çoxları özbaşınalıq, qanunsuzluq kimi qəbul
etdi və belə davrandı. Sonralar stabillik yarandı, problemlər azalmağa başladı,
iqtisadi imkan artdı və s. Amma psixoloji izlər hələ də qalır. Bu müddətdə həmin
şəraitdə formalaşmış yeni nəsillər böyüyüb axı. Bu gərgin mühitdə böyüyən uşaq
təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi-psixoloji problemləri
olacaq.
Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində,
intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi
üstünlüklərin heç bir mənası ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri
kapitalist dövlətləri- Yaponiya, Almaniya, Britaniya, ABŞ və Skandinaviya ölkələrinin
ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə əslində insan faktoru öndə
deyil.
Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma
insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi
qurulmayıbsa, deməli o ölkədə yaşamaq təhlükəlidir.
Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var- gözlə görünməyən, əllə
toxunulmayan məsələlər.
Azərbaycanda dünyanın əksər ölkələrinə baxanda daha
uyğun həyat şəraiti var. Düzdür, maddi təminat məsələsində Avropadan,
Rusiyadan, Yaponiyadan, ABŞ-dan… geri qalırıq, amma hər halda bura nə Afrika
ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır?
İntiharlarda sosial problemlərin rolunu inkar etmək
olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə
intiharların əsas səbəbləri arasında mənəvi-psixoloji məsələlər xeyli böyük
paya malikdir.
Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər
var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir
qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və
ətrafında baş verənləri görmür, onun valideynlərindən zorakılıq gördüyünü,
sosial və psixoloji problemlər yaşadığını gözardı edirlər.
İntiharların artmasında bioloji və genetik təzyiqləri
də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr
GMO qidalar, “Coca-cola” kimi təhlükəli içkilərlə böyüyür. Ətrafda isə, daha
çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar. Təsəvvür edin,
əksər özəl kanallar elə dəhşətli amerikan multfimləri verirlər ki, uşaq bir
yana qalsın, 40 yaşda adamın qorxudan, həyəcandan bağrı yarılır.
Uşaqlar cəmi 20-30 il əvvəlki ənənəvi məkanlarından məktəblərdən,
yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından…
ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları,
pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları internet klublara
buraxılıb. Evdə isə uşaqların tərbiyəsi ilə seriallar və şou verilişlər məşğul
olur. Hər uşağın əlinə bir smartfon alıb verməklə başlarından edən valideynlər
cəzalarını da alırlar…
Ağıllı valideyn uşağını bu qlobal psixtron terrordan
qorumağa məcburdur. Uşağına nəzarət etməyən, onu düzgün yola yönləndirməyən
valideynlər intiharların əsas səbəbkarlarıdır.
Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və
ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar
isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün…
Uşaqların intiharlarla bizə ünvanladığı mesajın ümumi
məğzi çox konkret və qısadır- Tfu sizin üzünüzə…
Türkiyə
hökuməti ABŞ istehsalı olan 22 adda məhsulun gömrük rüsumunu yarıya qədər
endirməyə qərar verib. Qərar Amerikanın keçən həftə Türkiyədən idxal
olunan polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20 faiz əlavə
vergini yarıya endirməsinə cavab olaraq qəbul olunub. Gömrük rüsumu azaldılan məhsullar
sırasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud
soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80 faizdən yüksək olan məhsullar,
likor və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. Məlumdur
ki, iki ölkə arasında Rusiya ilə yaxın münasibətlər, eyni zamanda S 400 raketləri
ilə bağlı xeyli müddətdir gərginlik müşahidə olunurdu. Hətta Vaşinqtonun Ankaraya
iqtisadi sanksiyalar tətbiq edəcəyi gözlənilirdi.
O səbəbdən indiki şəraitdə tərəflərin bir-birinə bu qədər
iqtisadi güzəştlər etməsi maraqla qarşılanır. Bəzi ekspertlərin fikrincə, bu
cür addımlar ABŞ-Türkiyə əlaqələrinin, ən azından iqtisadi əməkdaşlığın müəyyən
qədər inkişafına gətirib çıxara bilər.
İki ölkənin qarşılıqlı olaraq atdıqları addımları «Şərq”ə təhlil edən «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, Türkiyənin müstəqil siyasət yürütməsi və Amerikanın nəzarətindən çıxması Vaşinqtonu narahat edirdi:
«Bunun qarşısını almaq üçün əvvəlcə Ankara hökuməti ilə təzyiq və hədə-qorxu ilə danışdılar. Lakin xeyri olmadığını gördükdə iqtisadi sanksiyalara keçdilər. Türkiyə müəyyən zərər çəksə də, yolundan geri dönmədi. Sonda başa düşdülər ki, belə getsə, Türkiyə tamamilə əldən çıxacaq. Bu baxımdan nisbətən «yumşaldılar” və bəzi güzəştlər etməyə məcbur oldular. Türkiyə də öz növbəsində iqtisadi münasibətlərdə əks sanksiyaları yumşaltdı. Bu fakt bir daha göstərdi ki, ölkələri özünə tabe etmək, tam asılı saxlamaq və öz məqsədləri üçün istifadə etmək siyasəti nəticə vermir. Digər ölkələrdə də məhz belə oldu. Məsələn, İrana qarşı təzyiqlər və sanksiyalar ölkəyə müəyyən zərər vursa da, Qərbin məqsədlərinə çatmasına gətirib çıxarmadı”.
İqtisadçının
sözlərinə görə, hazırkı dünyada təzyiq və hədə-qorxu dili keçmir: «Əməkdaşlıq
etmək istəyən dövlət normal, bərabərhüquqlu münasibət qurmalıdır. Öz
müttəfiqinin əleyhinə terror təşkilatını himayə etmək, tərəfdaş ölkənin müdafiə
sistemini boş qoymaq və alternativ sistem almasına qarşı çıxmaq, müxtəlif bank,
birja və maliyyə maxinasiyaları ilə zərər vurmaq, sərvətlərini talamağa cəhd
etmək, qanlı dövlət çevrilişi təşkil etmək və s. əməllərlə uzağa getmək mümkün
olmur. Türkiyə tədricən istənilən ölkə ilə əməkdaşlıq edəcək, kimdən nə istəsə
alacaq və nə istəsə satacaq. Bunun üçüncü ölkəyə heç bir dəxli yoxdur, ola da
bilməz.
Beynəlxalq hüququ ayaq altına almaqla dünyaya yaxşı nümunə
göstərmək mümkünsüzdür. Amerika dünyaya problem yaratmaqdan əl çəkməlidir.
Türkiyəyə qarşı təzyiqlər, o cümlədən İranla nüvə razılaşmasından birtərəfli
çıxmaq və bu ölkəyə təcavüz etməyi planlaşdırmaq Vaşinqtonun ciddi
problemidir”.
Pay atonnan! Bu nə qəliz mətndi əə. Yüz dəfə
demişəm bu donqiliyə ki, yazanda mürəkkəb cümlələrlə yazma, çox elmi, siyasi,
iqtisadi terminologiyadan istifadə eləmə. Həm çoxunu başa düşmürəm, həm də
tələffüz edə bilmirəm. Sonra jurnalistlər başlayırlar məni lağa qoymağa ki, bu
adam kolxoznikdir, niyə nazir işləyir.
Bu adamı qohumdu deyə işə
nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini
götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O
nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə
bilməzdi ki, biz qohumbazlıq edirik…
Tərs kimi bu beynəlxalq konfrans
çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı tutaq ki,
çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar üstümə,
“şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola ağzından bir
“quş” buraxasan. Pay atonnan… Bir həftə mətbuatda, sosial şəbəkələrdə rüsvay
edəcəklər məni.
Bunlar məni qaralayıblar elə,
qəzetdə-jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən, artıq
qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın
yeridir?
Əvvəla, məndən də çox nazir
işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş oluram, Məşədi
İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı köpəyoğlu
könüllü şəkildə belə vəzifədən imtina edər?
Bəzi qəzetlər yazırlar ki, bəs
bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri var. Hələ
çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və yaxtadan
xəbərləri yoxdur, gör onları da öyrənsələr nə qalmaqal salarlar.
Ay balam, nə istəyirsiniz məndən? İndi Sovet vaxtı deyil ki, nazir gedib adi fəhləylə eyni binada yaşasın, eyni maşından istifadə eləsin, eyni restoranda nahar eləsin, eyni sanatoriyada dincəlsin filan.
Bunlara bax haa, mən ölüm, guya mənim uşaqlarım bunlarınkı ilə eyni baxçada, məktəbdə, universitetdə təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya, avtobusa zada minməlidir, ucuz produkt, ximikat marqarin, palçıq kimi zavod çörəyi yeməlidir. Ay siz öləsiniz…
Sovet hökuməti elə buna görə
dağıldı də. Hərə öz yerini bilməlidir, yoxşa fəhlə də özünü insan saydısa, daha
nə oldu? O vaxt adi əkinçi, fəhlə hüququ pozulan kimi yuxarılara bir məktub
yazırdı adamın anasını ağladırdılar. Proletariat diktaturası, yox bir…
Gedim kostyum kolleksiyama
baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir deyil, iki deyil,
50-dən çoxdur. Bax bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə Parisdən 15 minə
almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox yaraşır mənə.
Bu saatı da belə tədbirlərdə taxa bilmirəm, jurnalistlər nayezd eləyib yaxından çəkirlər, sonra internetə qoyub hay-həşir salırlar ki, bu adam 2 min manat maaşla 200 minlik saatı necə almışdır. Özü də gündə bir bahalı saat taxır. Gözünüz çıxsın elə…
Bu arvad da məni lap boğaza
yığıb. Həftə səkkiz, mən doqquz xarici sanatoriyalardadır. Evdə axtardığımı da
tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları da buraxır evlərinə
ki, birdən…
Gedib özümdən 5 yaş böyük qızla evlənəndə bilirdim ki belə olacaq. Nədi-nədi filan nazirin qızıdır. Mənim əqidəmə görə, kişi arvaddan neskolko da olmasa, xotya bı 3-4 yaş böyük olmalıdır, həm də gərəkdir ki, atası vəzifəcə səndən aşağı olsun. Yoxsa ona sözün keçməz.
Hələ bu kiçik oğluma bax sən
Allah. Oğraş gedib yarım milyonluq maşınla şəhərdə lotuluq edir. Videosunu çəkib
qoyurlar internetə, döşəyirlər qabırğama ki, guya mən lap qudurmuşam. Heç sözdü
mən ölüm? Aman zaman bir sonbeyişim var, indi ona kakoy ni bud 50 minlik maşın
alası deyiləm ha. Uşaq üzümə də baxmaz ey.
Əsəbiləşdim ee lap, yaxşısı
budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50 dollardan gətirtdiyim
siqardan qalıb, görüm hara qoymuşam… Deyəsən, 4-cü mərtəbədəki kabinetimdə
qalıb. Ev də ev deyil ey, Allah göstərməsin, elə bil oteldir, eni-uzunu-hündürlüyü
bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət elə, şişirsən
getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə çıxım.
Öz aramızdı, yaşlanıram haa,
daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə sən deyən
işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra, düşündüm
ki, lap ağını çıxarmışam.
İclasda görəydiniz, mən tər tökəndə, bəziləri necə sevinirdilər. O qədər göz dikən var ki yerimə. Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün işləməyə.
Nə isə, daha gecdir, düşüm
zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi və xidmətçi
dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq bağda neçə-neçə
nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o delfinlə krakadil lap
həyasızdırlar, yaman səs salırlar, başıma düşür.
Arvad elə bil burda zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik, o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da qonaq-qara yanında biabır olaram, prestijim aşağı düşər…
Nə isə, yuxum gəlir, bu məsələni konfransdan sonra bir yaxşı fikirləşərəm…
Talk Tv-nin «QHT gündəliyi» proqramının bu dəfəki qonağı, «Altay» Sosial İqtisadi Araşdırmalar Mərkəzi»nin rəhbəri Elçin Bayramlı oldu. “QHT Gündəliyi” proqramı “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə «Tərəqqi» Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları olan «Region» Beynəlxalq Analitik Mərkəz və «İnkişaf-2006» Sosial Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir…
Başçısı azərbaycanlı olan çoxuşaqlı ailənin Soçi mafiyası ilə mübarizədə keçən qorxu filmi kimi bir həyat hekayəsi
7 uşaqlı ailə
Bu həyat hekayəsində 7 uşağın faciəsindən danışacağıq. Hekayətimiz də məhz 7 epizoddan ibarətdir. Əhvalat vaqe olur dünyanın hərbi qüdrətinə, təbii sərvətlərinə, şanlı tarixinə, ərazisinə görə ən böyük və ən zəngin ölkəsində- Rusiyada. O ölkədə ki, bir zamanlar dövlət məmurları xalqa xidmət edirdilər, indi bəzi məmurlar vətəndaşlara mənəvi və fiziki terrorla məşğuldurlar.
Epizod 1
Bir azərbaycanlı
ilə bir rusun sevgi hekayəsi necə başladı?
Tovuz şəhəri
Sovet İttifaqı, Azərbaycan SSR, Tovuz şəhəri.
1965-ci il.
Sadə zəhmətkeş Cəfərovlar ailəsində bir oğlan
uşağı dünyaya gəir. Ata el arasında böyük hörmətə malik adi zəhmətkeş insandır.
Uşağa Mətləb adını verirlər. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil
alır. 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə dahi
şair-mütəfəkkirin portretinin çəkilməsi haqqında məktəblilər arasında keçirilən
respublika müsabiqəsinin qalibi olur.
Məktəbi bitirəndən sonra, Sovet ordusunda xidmət
edir. Rəssam olmaq arzusunda idi. Lakin Sovet İttifaqının dağılması, çoxsaylı
iqtisadi və sosial problemlərin yaranması onun arzusunu ürəyində qoyur. Ev təmiri
ustası kimi əmək fəaliyyətinə başlayır. Həmin dövrdə Azərbaycanda işsizlik hökm
sürdüyündən ailəyə kömək etmək üçün Mətləb
Rusiyaya üz tutur. 1998-ci ildə Soçi şəhərində bir mağazada işləməyə başlayır.
Günlərin bir günü həmin mağazada gözəl, mədəni və sadə bir rus qızı işə
başlayır…
Epizod 2
Həqiqətə
çevriən zarafat: İki gəncin Soçidə kəsişən taleləri
Soçi şəhəri
Sovet İttifaqı, RSFSR, Soçi şəhəri. 1984-cü il.
Dünyanın ən gözəl şəhərlərindən olan Soçidə
milis zabiti ailəsi olan Kuçeryavıyların bir qız uşağı anadan olur. Adını Olqa qoyurlar.
O, bir qardaşı ilə birgə bu intizamlı və mühafizəkar ailədə tərbiyə alır. Böyük
Vətən Müharibəsi qəhrəmanı olan babası Valerinin və Sosialist Əməyi Qəhrəmanı
olan nənəsi Polinanın nümunəvi ailəsində böyüyüb tərbiyə almış atası Vladimir
Kuçeryaviy isə SSRİ məkanında və bütün dünyada məşhur olan, “Devuşki bıvayut
raznıe, çernie, belie, krasnie” mahnısının sözlərinin müəlifidir.
Olqa da Mətləb kimi, məktəb illərində rəssam
olmaq istəyir, onun şəkdiyi şəkillərə müəllimlər, dost-tanışlar heyrətlə
baxırdılar. Lakin məktəbi bitirəndən sonra bu arzi sanki suya düşdü, çünki
artıq ağır 90-ci ilər idi və rəssamlıq təhsili almaq barədə düşünmək çətin idi.
Olqa da ailsinə kömək etmək üçün harda iş tapsa işləməlidir. Mətləbin
mağazasında boş iş yeri onun ilk əmək təcrübəsini buradan başlamağa qərar verməsinə
səbəb olur.
İlk baxışdan onlar bir-birinin xoşuna gəlir,
xasiyyətləri, zövqləri, həyata baxışları üst-üstə düşür. Soçi çox gözəl, ağıllı
qızlarla zəngin bir yer olmasına baxmayaraq ürəyinə yatan bu sadə qız onun
yuxusunu qaçırır. İki xəyali rəssam həyata da eyni rənglərlə, eyni tonlarda
baxırdılar.
2000-ci
il. Günlərin bir günü Mətləb iş yerində paltarını
çirkləndirir. Olqa zarafatla deyir ki, əgər mən sənin təkcə iş yoldaşın yox, həm
də həyat yoldaşın olsaydım, paltarını yuyub təmizləyərdim. Mətləb gülümsünüb
deyir: “Onsuz da, elə belə də olacaq”. Bu zarafat çox keçmədən həqiqətə
çevrilir- elə həmin il.
Epizod
3
Sərhəd
tanımayan sevginin ağır və uzun bir yolu
Soçidə çıxan, bu problemi işıqlandıran həftəlik qəzet
Ötən əsrin 90-ci illəri. Dağılmış nəhəng və
möhtəşəm fövqəldövlətin xarabalıqları üzərində yeni gənc respublikaların əhalisi
yaşamaq uğrunda mübarizə aparır. Belə bir ağır şəraitə baxmayaraq, Olqa və Mətləb
hər ikisi çoxlu övlad arzusunda idi, dünyaya ən azı 7 ağıllı, tərbiyəli,
savadlı övlad böyüdüb təhvil vermək istəyirdilər. İlk uşaqları anadan olanda
onlar başa düşürlər ki, bir-birlərinə sirli bir tale ipi ilə əbədi bağlanıblar.
Beləliklə, bu iki gəncin mübarizə dolu birgə həyatı
başlayır. Bu mübarizə 20 ilə yaxın müddətdə onların heç bir problem yaratmadığı
naməlum qüvvədən özlərini və çoxsaylı uşaqlarını müdafiə etməkdən ibarət olur.
Belə ki, bir çoxu dövlət idarələrində işləyən gizli bir müətəşəkkil qrup bu ailəni
hədəfə götürür, onları ayırmaq, həyatlarını zəhərə döndərmək üçün var-gücləri
ilə çalışır. Lakin Mətləb və Olqa təslim olmaq fikrində deyildilər. Bu ailə əbədi
qurulmuşdu və heç bir qüvvə onları ayıra bilməzdi.
Bu təzyiqlər ailəni daha da gücləndirir, onlar
artıq təkcə öz ailələrini deyil, həm də xalqlarını, öz dövlətlərini bu
mafiyadan qorumağa çalışırlar. Lakin qüvvələr bərabər deyil. Dövlətin
imkanlarını vətəndaşlara qarşı cinayət silahı kimi istifadə edən bu mafiya çox
güclüdür. Bunlar Soçi şəhərində faktiki olaraq yarımmüstəqil dövlət yaradıblar
və RF qanunlarını veclərinə belə almırlar. Hüquq mühafizə orqanlarında, şəhər
meriyasında belə yerləşiblər. Belə bir güclü qrupa qarşı dayanmaq çətin deyil. Lakin,
ailə hələ də ayaqdadır.
Epizod 4
Prukorluq əməkdaşı
həkimə- “Bu uşağı öldürün”
Beləliklə, 2000-ci ildə Soçidə qurulan bu ailə,
lakin bundan sonra şəhərdəki naməlum qüvvə tərəfindən qara siyahıya salınıblar,
ailəyə təzyiqlər başlayır, qanuni hüquqlarını əllərindən alır, Rusiya
qanunvericiliyinə əsasən, çoxuşaqlı olduğuna görə, ailəyə veriləcək sosial
müavinətlər, hətta mənzil verilmir. Hətta, uzun illərdir dəfələrlə müraciət etmələrinə
baxmayaraq ZAQS idarəsi həmin mafiyanın
təzyiqi ilə heç bir əsas olmadan onların nigahını təsdiq etmir, cütlük məcbur
qalıb öz nigahlarını Azərbaycanda rəsmiləşdirə bilir. Hətta, sonradan uşaqların onların olmadığı belə
iddia olunur, lakin ailə məhkəmədə uşaqların ata və anası olduqlarını ekspertiza
ilə sübut edirlər.
Ailənin 4 qız, 3 oğlan olmaqla 7 uşağı var.
Soçi şəhərinin Naqornaya küçəsindəki 21 kvadratlıq 1 otaqlı evdə Olqanın atası
Vladimir də daxil olmaqla 10 nəfərlik ailə çətin şəraitdə yaşayır. Lakin 7
uşağa görə dövlətin ailəyə verməli olduğu geniş mənzili verməməkləri bir yana
qalsın, bu darısqal evi də onlara çox görüb əllərindən almağa çalışırlar.
Halbuki, Rusiya qanunları belə çoxuşaqlı ailələrə mənzil, torpaq sahəsi və
avtomobil verməyi tələb edir. Ailənin bu haqqını tələb etməsini sahə müvəkkili
eşidəndə gəlib onlarla profilaktiv söhbət aparmağa və deyib: “Poymite,
Sovetskoqo Soyuza uje netu, uje davno netu”…
İkinci uşaq Sabina doğulanda Mətləb doğum evinə gəlir, yoldaşını ağlayan vəziyyətdə
görür. Nə olduğunu soruşanda aldığı cavabdan heyrətə gəlir- “Prokurorluqdan
müstəntiq gəlmişdi, məni yatmış bilirdilər, həkimlə danışıqlarını eşitdim, dedi
ki, “bu uşağı müalicə eləməyin, qoyun ölsün, bunun atası da, babası da, anası
da, nənəsi də hamısı dəlidirlər”. Uşağı da götürüb oranı tərk edirlər…
5-ci və 6-ci uşaqları- əkizlər Nərgiz və Savad
anadan olanda yenə Mətləb doğum evinə gedərkən Olqanı təsirlənmiş görür. Nə
olduğunu soruşanda əkiz uşağı olmuş və bunlarla birlikdə artıq 6 uşaq anası
olan Olqa deyir ki, burada bir körpə var, anası atıb gedib, icazə versən, onu
da övladlığa götürüb baxardıq. Mətləb razılaşır, lakin uşağın götürülməsi üçün
qanuni prosedurları keçmək mümkün olmur.
Olqa bax belə bir insan, belə bir qadın, belə
bir anadır.
Epizod 5
Dövlət
içində dövlət: məmur mafiyası Rusiyaya qarşı
Ailənin problemi haqda Soçi qəzetində çıxan məqalə
Beləliklə, 20 ilə yaxındır ki, bu ailə müxtəlif
dövlət instansiyaları ilə, onların təzyiqləri ilə mübarizə aparır. Hətta, bir
neçə dəfə Mətləbi müxtəlif bəhanələrlə əsassız olaraq həbs edib, təcridxanada
saxlayırlar, lakin heç bir əsas tapmadıqlarından azad etməyə məcbur olurlar. Mətləb
həbsdə olduğu müddətdə Olqa mübarizəni fədakarcasına davam etdirir, həm işləyir,
həm uşaqlarına baxır, həm tez-tez ona baş çəkir, həm də dövlət idarələrində əyləşən
məmurların onlara qarşı təzyiqlərinə sinə gərir.
Bir neçə il bu 7 qardaş-bacı bir-birinin üzünü
görməyib- yarısı Tovuzda nənələrinin yanında, yarısı Soçidə babalarının yanında
yaşayıb. Çünki, 1 otaqlı mənzildə 10 nəfərlik ailə yaşaya bilməz, sanitar
qovşağı filanı çıxanda hərəsinə 1 kvm yer düşərdi ki, bu da tərpənmədən
ayaqüstdə dayanmağa güclə çatardı…
Ailə dünyanın ən böyük dövlətinin qanunlarının
bir neçə məmur tərəfindən ayaq altına alınmasına, bu ailəyə qarşı belə bir
cinayətkar davranış və təzyiqlərinə inana bilməsə də, faktlarla barışmalı
olublar. Hətta, uşaqlara görə ayrılan sosial müavinət də, onların təzyiqlərdən bezərək tərk etdiyi və bir müddət
yaşamadığı Soçidəki mənzilin kommunal xidmətlərə görə haqq bəhanəsi ilə bank
hesablarından silinib, halbuki qanun bunu qadağan edir. Söhbət 800 min rubldan
(təxminən 20 min manat) məbləğdən gedir!
Hazırda ailə bu qorxunc mafiyanın uşaqlara zərər
verməsindən çəkinərək müvəqqəti olaraq Soçini tərk edib Tovuza gəlib və burada
kirayə yaşamağa məcburdur. Uşaqlar atalarının doğma şəhərini sevsə də, hər dəfə
kirayə pulunu almağa gələn adamı gördükdə valideynlərindən niyə özlərinin Soçidə
evləri ola-ola bu kirayə evdə qaldıqlarını soruşurlar. Valideynlər cavab verə
bilmir, xüsusilə də anaları hər dəfə bu sualdan sonra öz dövlətinin məmurlarının
onlara qarşı belə düşmənçiliyinin səbəblərini düşünür, lakin o da bu suala
cavab verə bilmir.
Rusiyanın Soçi kimi dünyada məşhur bir şəhərində
Rusiya qanunlarını, prezidentin sərəncamlarını ayaq altına atan və öz vətəndaşlarına,
xüsusən 7 körpəyə qarşı belə amansız mübarizə aparan bu mafioz qrupla mübarizədə
ailə Rusiya dövlətinə və Rusiya prezidentinə arxalanır. Lakin hələ ki, bu dövlət
həmin mafiya ilə bacarmır. Ən azı belə nəticə çıxır. Çünki, dəfələrlə bu ailəyə
çəkdirilən məşəqqətlər Rusiya mətbuatında yazılıb, federal orqanlara çoxsaylı
müraciətlər olunub (fotoya bax), lakin hələ də heç bir dəyişiklik yoxdur.
Epizod 6
Uşaqlar: “Bizi öz vətənimizdən niyə qovursunuz?”
Xanım Kuçeryavaya öz ölkəsində istədiyi şəxslə
nigaha girməsinə əngəl törədənlərin məqsədini tam başa düşmədiyini deyir. O,
savadlı qadındır, güman edir ki, dövlətin bu 7 uşaqlı ailəyə ayırdığı müavinət,
ev, maşın kimi şeyləri bu məmurlar mənimsəyiblər, indi ailə dövlətdən bu qanuni
haqqını tələb edəndə onlar əməllərinin üstü açılmasın deyə ailəni Rusiyadan
qovmaq, Azərbaycana göndərmək istəyirlər: “Mən rusam, Rusiya vətəndaşıyam, məni
öz ölkəmdən, öz şəhərimdən heç kim qova bilməz. Babam vətən uğrunda faşistlərlə
döyüşüb, Soçinin kurort şəhərinə çevrilməsində böyük əziyyət çəkib, burada bu cənnəti
yaratmaq üçün uzaq ərazilərdən torpaq daşıyıb. Atam, anam, mən və qardaşım da
bu vətən üçün çalışmışıq. İndi bir neçə rüşvətxor məmur məni öz ölkəmdən didərgin
salmaq istəyir, lakin mənim dövlətim var, ona arxalanıram”.
Mətləb isə deyir ki, onun həyatının yarıdan çoxu
bu şəhərlə bağlıdır, uşaqlarının hamısı burada doğulub burada çox sayda
dostları, qohumları var. Ən əsası, sevdiyi qadının öz doğma şəhərindən didərgin
düşməyə məcbur olmasını məqbul saymır: “Burada aylarla həbsdə də qalmışam
günahsız olaraq. Lakin bununla belə, bu şəhər mənə doğmadır. Mən onun inkişafı
üçün gəlirimdən vergi ödəmişəm. Bu ölkə üçün çox çətin şəraitdə 7 uşaq böyüdürəm.
Bizdən nə istəyirlər, başa düşmürəm”.
Uşaqlar da baş verənləri heç cür başa düşə bilmirlər. Valideynlərindən soruşurlar
ki, biz neyləmişik ki, bizi öz doğma şəhərimizdən qovmaq istəyirlər. Ailənin
4-cü uşağı Nicat hətta valideynlərindən gizlin bu barədə Rusiya dövlət
orqanlarına və insan hüquqları təşkilatlarına məktub yazıb ki, bizi öz vətənimizdən
niyə qovmaq istədiyinizi valideynlərimiz izah edə bimir, bəlkə siz izah edəsiniz.
Məktuba hələ cavab yoxdur, yəqin ki, onlar da heyrət içindədirlər.
Epizod 7
“Putin
kimdir? Biz bu yaxında ayrıca dövlət olacağıq”
Rusiya Federasiyasının demoqrafik siyasətinin əsası
ölkədə yaşanan ciddi əhali azalmasının qarşısını almaq üçün çoxuşaqlı ailələri
dəstəkləməkdən, onlara yardımlar etməkdən ibarətdir. Rusiyada isə cəmi bir neçə
7 uşaqlı bir ailə ola bilər. Bu halda 10 nəfərlik bir ailənin, dövlətin
adından, möhüründən istifadə edən bəzi məmurların mütəşəkkil qrupu tərəfindən məhv
edilməsinə çalışılması Rusiya dövləti üçün dəhşətli bir rüsvayçılıqdır.
İş o yerə gəlib ki, ailə Soçinin Xostinsk
rayon polis şöbəsinin rəis müaivini podpolkovnik Mahir Bayramova Rusiya
Prezidenti Vladimir Putinin çıxışından, sərəncamlarından sitat gətirdikdə və
hüquqlarını tələb etdikdə, onlara “Putin kimdir, bizim heç kim vecimizə deyil,
bu yaxında özümüz ayrıca dövlət olacağıq”-deyə sərt cavab verilib.
Xanim Kuçaryevaya deyir ki, yüksək rütbəli
dövlət məmurundan bu sözləri eşidəndə qulaqlarına inanmayıb. Bu barədə
yoldaşına zəng edib deyəndən (telefonları dinlənilir) yarım saat sonra ailənin
sonuncu uşağı- danışıq qabiliyyəti inkişaf etməmiş Həmidi kimsə körpüdən itəliyib
aşağı yuvarlayır, lakin xoşbəxtlikdən uşaq möcüzə sayəsində sağ qalır.
Olqa xanım hesab edir ki, əgər Rusiyanın ucqar
şəhərində dövlət vəzifəsində oturan bir dövlət məmuru dövlətə qarşı belə gizli
planlar hazırlayırsa, onda Rusiya dövləti özünün hələ məhv olmadığını onlara
göstərməlidir: “Öz vətəndaşlarını bir qrup azğın məmurdan qoruya biməyən bir
dövlət dünyada biabır olar. Ona görə də inanıram ki, yuxarı orqanlar bu mafiya
barədə müvafiq qanuni tədbir görəcəklər. Əminəm ki, Rusiya Federasiyası öz şərəf
və layaqəyini belə adamlardan qoruyacaq, ölkənin hər yerində dövlətin
qanunlarının aliliyini təmin edəcək, dövlətə söykənən, ona layiqli övladlar
yetişdirən, ölkəsinə xidmət edən vətəndaşlara qarşı onların mənəvi terroruna
son qoyacaq”.
Elçin Bayramlı
Yazının bloqa istinad edilmədən dərcinə izacə verirəm
PS: Bu həyat hekayəsinin Rusiyanın Azərbaycandakı səfirliyi üçün də maraqlı olacağına əminik. Çünki, Rusiya dövlətinin beynəlxalq imicinin qorunması bu səfirliyin də birbaşa vəzifəsidir.
Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür- Herbert Spencer
21-ci əsr
İnsanın bilikli, mədəni,
agıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir.
Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə müəyyən problemlər
yaradıb. İndi insanlar televizora, internetə, smartfona daha çox vaxt
ayırırlar, nəinki kitab oxumağa. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri
var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.
Sovet dövründə bizi böyük
mütəfəkkir, tarixdə ən böyük sosialist inqilabının ideoloqu və Sovet
İttifaqının banisi Vladimir İliç Leninin məşhur sözü ilə böyütdülər- Oxumaq,
oxumaq yenə də oxumaq! Bu şüar Sovet hakimiyyətinin əsas ideoloji siyasət
konsepsiyası idi.
Lakin elə həmin Lenin yazırdı:
“Unutmaq lazım deyil ki, oxumaq məqsəd deyil, vasitədir. Oxumağın nəticəsində
insan faydalı məlumat əldə etməli, faydalı şeylər öyrənməli və onları özünün və
cəmiyyətin həyatında tətbiq etməlidir”.
Kitab sözünü ölkə ilə assossasiya edəndə hamının yadına sosialist respubika dövrü düşür. Sovet İttifaqı kitabxanaların sayına, dərc edilmiş kitabların ümumi tirajına və oxunma səviyyəsinə görə dünyada ilk yeri tuturdu.
Sovet dövründə ədəbiyyatın böyük missiyası var idi. Kitab elm, dünyagörüş, bilik verməklə yanaşı, insanlıq, xeyirxahlıq, namusluluq, vətənpərvərlik, altruzim, səmimilik, doğruluq, zəhmətkeşlik, vicdanlılıq kimi müsbət əxlaqi dəyərləri təbliğ edir, bu keyfiyyətlərə sahib müsbət qəhrəmanları nümunə göstərirdi.
Mənfi qəhrəmanlar isə elə
ustalıqla ifşa və rüsvay olunurdu ki, heç kim ondan nümunə götürməyi ağlına
belə gətirə bilməzdi. Yazıçılar ədəbi tryuklarla cəmiyyətə bəşəri dəyərləri
təbliğ edirdilər.
İndi bəzən hansısa postmodernist yazar çıxıb ortalığa deyir ki, bazar iqtisadiyyatında (yəni, kapitalizmdə) bəs ədəbiyyatın belə missiyası və öhdəliyi yoxdur. Ədəbiyyat bir kommersiya fəaliyyətiymiş və bazara hesablanmalıymış.
Ona görə də, ucuz bulvar
romanları, porno səhnələrin təsvir edildiyi, əcaib, hətta iyrənc motivlərin
uydurulduğu cızma-qaralar cəlbedici adlar qoyulmaqla ədəbiyyat adına oxuculara
sırınmalıymış ki, bəzi dələduzlar pul və şöhrət qazansınlar.
Əvvəla, bunlara kim deyib ki,
oxucuların səviyyəsi bu qədər aşağıdır və belə “əsərlərə” tələbat var? Axı,
əvvəla bizim ölkənin kitab bazarının həcmi, hansı kitabın nə qədər tirajla
buraxıldığı və satıldığı haqda hərdən elan olunan təxmini rəqəmlər belə şübhəlidir
və şəffah deyil.
İkincisi, yazarlar niyə
oxucunu öz səviyyələrinə salmalıdır ki, bəlkə özləri oxucunun səviyyəsinə
yüksələlər? Üçüncüsü, kim və necə müəyyən edir ki, hansı yazıçılar, hansı
mövzular, hansı əsərlər cəmiyyətin istəyini təmin edir?
Bir çox kitablar da vəzifəli və imkanlı şəxslərin, onların ata-babalarının tərifindən ibarətdir. Hətta keçmişdə atası kolxoz sədri olmuş indi beş-on manat pulu olan bir şəxsdən pul alıb kitab buraxırlar ki, bəs kişi o vaxt gecə-gündüz xalq uğrunda çalışıb. Bu adam belə bir kişinin oğludur. Ya da, hər əlinə 200-300 manat düşən adam cızmaqara yazıb şeir, roman adı ilə çapa verir. Hansi ki, bu kitablarda yazılanlar həm ədəbi, həm də insani cəhətdən bir qara qəpiyə dəyməz. Bu kitabların yeri əlbəttə, zibillikdir.
Beləliklə, televiziyaların insanı xəbər, serial, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin geniş yayıldığı ortaya daha bir problem çıxır- nə oxuyaq ki itirdiyimiz qiymətli vaxta dəysin.
İndi kitab bazarındakı
əsərlərə baxanda adam düşünür ki, belə kitabları oxumamaq yaxşıdır. Müasir
ədəbiyyat olduqca ruhsuz, duyğusuz, mənəvi boşluqla maddi həzzlərin paralel müşahidə
olunduğu kağız yığnağıdır.
Birmənalı olaraq postmodernist
ədəbiyyat cəmiyyətə müsbət dəyərlər təbliğ etmir, insanlara ancaq azad cinsi
münasibətləri, içki və siqaret kimi zərərli vərdişləri, tüfeyliliyi, eqozimi,
cinayətkarlığı, zorakılığı, ağlagəlməz murdarlıqları təbliğ edir.
Elə bir dövrə gəlmişik ki,
artıq kitab oxumaq əksər hallarda insana və cəmiyyətə zərər vurur. Təhlükəli “dini”
ədəbiyyat, “ujas” və seks ədəbiyyatı, kriminal aləmi öyən və caniləri nümunə
göstərən zərərli kitablar əksəriyyət təşkil edir. Deməli, çox oxumaqdan yox, nə
oxumaqdan söhbət getməlidir.
21-ci əsrdə dərc olunan kitabarıbn çoxunun yeri elə zibillikdir
Ona görə də, əgər müasir
ədəbiyyatı oxuyacaqsınızsa, yaxşısı budur oxumayın! Müasir ədəbiyyatın əxlaqı
yoxdur! Psixologiyanızı, əsəblərinizi, əxlaqınızı qoruyun! Oxumayın!
Əgər kitab oxumaq istəyirlərsinizsə, XX əsrdə buraxılmış dəyərli kitabların sayı-hesabı yoxdur. Onları bukinist mağazalardan ucuz qiymətə, kitabxanalardan isə tam pulsuz əldə edə bilərsiniz. Birdəfəlik başa düşmək lazımdır- tək-tək istisnaları nəzərə almasaq, ədəbiyyat XX əsrdə bitmişdir!
APA TV-nin «İlham Tumasla 40 dəqiqə» verilişində ölkə bazarlarını bürümüş saxta dərmanlar və süni qiadalar problemini sosioloq Elçin Bayramlı və həkim-terapevt Sevindik Arazov müzakirə edib, problemin səbəbləri və həlli yolları haqda fikirlərini bildiriblər.
Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseydə və Çələbilər kənd orta məktəbində şagirdlərə pulsuz xarici dillər tədris edən müəllimə qarşı təzyiqlər edilir. Müəllim təhsil nazirinə ünvanladığı müraciətin surətini mənə də göndərib .
İbrahim Cəfərov Bərdə rayon Çələbilər kənd orta məktəbinin müəllimi
Qeyd: İbrahim Cəfərov- paytaxtın ən prestijli məktəblərindən və hazırlıq kurslarından dəvətlər olduğu halda, ucqar kəndə gedib ordakı uşaqları savadlı yetişdirmək məqsədilə bu təkliflərdən imtina edən fədakar müəllim. Hazırda Bərdə rayonunda işləyir. Azərbaycanın ən çox dil bilən poliqlotudur. 25 dili yaxşı bilir, 50-dən artıq dildə danışa bilir. İşlədiyi məktəblərdə 300-dən artıq şagirdə tam pulsuz olaraq xarici dilləri tədris edir. Bu məşğələlərə lazım olan xərcləri də öz cibindən ödəyir. Lakin rayondakı pullu hazırlıq kurslarının rəhbərlərinin və onlarla əlbir olan məktəb direktorlarının bu pulsuz məşğələlərin yığışdırılması üçün müəllimə qarşı təzyiqləri davam edir. Öz xalqının, ölkəsinin gələcəyi üçün təmənnasız çalışan, az maaşla işlədiyi halda bütün gücünü, enerjisini şagirdlərin xarici dilləri öyrənməsinə sərf edən bir müəllimə qarşı belə təzyiqlərə imkan verməməliyik. Müraciəti olduğu kimi dərc edirəm. Jurnalistlər istinadsız olaraq öz media orqanlarında dərc edə bilərlər.
Azərbaycan
Respublikasının Təhsil Naziri Ceyhun Bayramov cənablarına
Bərdə rayonu, Çələbilər kənd orta məktəbinin rus dili müəllimiCəfərov İbrahim tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli
Nazir. Sizin bu ilin 11 aprel tarixində Samux rayonunda təhsil işçiləri ilə
keçirdiyiniz qəbulda olmağım, şikayətlərimə baxılması əvəzinə mənə qarşı təzyiqlərlə
nəticələndi. Qəbul zamanı Murad Camalzadə ilə görüşdüm və vəziyyəti tam şəkildə
izah etdim, o isə öz növbəsində mənim iştirakım ilə araşdırma aparılacağını
bildirdi. Qəbul zamanı mənim yanımda təhsil şöbəsinin müdiri Rzaqulu müəllimə zəng
etdi. Demək gec başa düşmüşəm, bu, onların
oyunlarının bir hissəsi imiş. Təzyiq etmək.
Müəllimin məktəbdə yaratdığı texniki avadanlıqlar
Belə
ki, 19 aprel tarixində 9 saylı ƏMHM rəisi Eçin Həsanzadənin göstərişi ilə (niyə
onun göstərişi ilə çünki qəbulunda olmuşdum, məsələnin həll olunacağına söz
vermişdi lakin…) Akademik Z.Əliyeva adına məktəb-litseydə direktor, psixoloq
və sinif rəhbərləri (Şəbnəm və Afaq müəllimələr) dərs dediyim 5b və 5c sinif şagirdlərinə təzyiq
edərək mənim əleyhimə tamamilə yalandan ibarət olan ərizə yazdırıblar və
şagirdlər bu yalanlara imza atmaqdan imtina edəndə onlara deyiblər ki, narahat
olmayın, artıq aprel 24-dən İbrahim müəllim sizə dərs deməyəcək. Valideyinlərlə
apardığım söhbətdən sonra məlum olub ki, onlar öz uşaqlarına belə saxta ərizə
yazdırıldığından xəbərsizdirlər və buna öz kəskin etirazlarını bildiriblər. Bu əməli
tutanların dərhal cəzalandırılmasını xahiş edirəm.
Bu, birbaşa uşaqların
psixikasını pozmağa yönəlmiş addımdır. Bundan başqa, müəllimin işguzar nüfuzunu
ləkələnməsidir (Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar
nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi
ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ nəzərdə tutulmuşdur). Şəxsin şərəfi, ləyaqəti və
işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi
təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər
yetirilir.
Bu
hadisədən əvvəl şagirdlərə dərsdən kənar təmənnasız olaraq xarici dillər tədris
etməyimin qarşısı alındı. Bütün şagirdlər könüllü olaraq dərsdənkənar məşğələlərə qalırdı, lakin
direktor şagirdlərin pulsuz xarici dil öyrənməsinin qarşısını almaq üçün sinifə
girib bunun məcburi olmadığını dedi və bildirdi ki, bu məşğələyə gəlməyinizə
ehtiyac yoxdur. Direktorun dediyindən belə çıxdı ki, uşaqları aldadıb onlara zərər
vururam. Lakin nədənsə, həmin direktor şagirdlərin dərsdənkənar pullu xarici
dil kurslarına və digər fənlərdən olan məşğələlərə getməsinə qarşı çıxmır, əksinə,
bu kurslardan birini təşviq edir. Məktəbdə dərs deməyə bəzən otaq çatmır belə
pullu hazırlıqların əlindən.
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-litseydə bir çox
problemlərlə rastlaşdım. 9 saylı ƏMHM rəisi Eçin Həsənzadə mənim 6 saat dərsimi
deyib əlavə işlərə qarışmamağımı məsləhət bildi.
Mənə aydın deyil ki, bu şəxslər hansı səbəbdən mənim məktəblərdə şagirdlərə
tam təmənnasız olaraq əlavə xarici dillər öyrətdiyimə qarşı çıxılır. Akademik
Z.Əliyeva adına məktəb-litseydə də fakultativ və dərnəklər keçirilmir. Bunu sübut
etmək üçün məktəbin kameralarının çəkdiklərinə baxmaq kifayətdir. Bu barədə
iradıma rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov hədə-qorxu gəlməklə, həbs
olunacağımla cavab verir.
Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseyi
Hal-hazırda həyatıma qarşı təhlükə hiss edirəm. Məktəbin direktor
müavini Firdovsi müəllimin adına dərs saatları yazılıb, ancaq dərs keçmir
(halbuki, mən elə uşaqlara həmin keçirilməyən dərslərin yerinə ödənişsiz dərslər
keçirəm).
Məktəbin psixoloqu isə yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur. Bu yaxınlarda onu 5-ci sinifə dəvət etdim ki, bəs bir şagird var, dərslərini oxumur, ancaq mən bir müəllim kimi bu uşaqda potensial görürəm və xahiş edirəm ki, valideyini ilə danışın, pulsuz hazırlığıma gəlsin. Psixoloq şagirdlərin içində “bu uşaq nəsə öyrənə bilsə, adımı dəyişəcəm” dedi. Məktəbdə belə bir mühit yaradılıb.
Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə”
hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən
valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar. Mən şəxsən
hesab edirəm ki, bu hərəkət litseyin nüfuzunu aşağı salmağa yönəlib. Xahiş edirəm
ki, məktəbdaxili pullu hazırlıqlara son qoyulmağına köməklik edəsiniz.
Məktəb-litseydə uşaqlar kompyuter otağından istifadə etmirlər. Muxtəlif
kurslar edirlər orda, şagirdə də deyirlər evdən kompüter gətirərsən. Bundan
başqa, məktəb rəhbərliyi şagirdləri kitabxanaya cəlb etməyimə maneçilik törədir.
Bəzən elə olur ki, şagirdlərin dərsləri tez bitir və bacı qardaşlarını gözləməli
olurlar. Həmin uşaqlar qışda soyuqda bayırda gözləməyə məcbur edilirlər.
Məktəb-litseydə Zərifə Əliyevanın heykəlinin arxasındakı divara
qeyri-etik sözlər yazırlar. Ora kamera alınmasını, hətta bunun xərcinin öz
maaşımdan tutulmasını təklif etmişəm, ancaq baxılmır.
Pullu imtahan biletinin «çeki»
Bərdə şəhəri 7 saylı məktəbdə də “Bərdə” hazırlıq kursları
qeyri-qanuni fəaliyyət göstərir. Uşaqlara nə ödənişə görə çek verilir, nə də Təhsil
şöbəsinə icarə pulu. Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən
yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər.
Adını da qoyurlar icra başçısınındır.
Bu yaxınlarda Vergilər Nazirliyinə bu haqda məktubla müraciət etmişəm.
Lakin onlar da məsələni ört-basdır elədilər. Həmin kursun əməkdaşları məktəblərə
gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar. Hətta,
məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi
icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər. Məktəbin müşahidə kamerasının
görüntülərinə baxmaq dediklərimin doğruluğunu sübut etmək üçün kifayətdir.
Hazırlığa gələn uşaqlar məktəbə tez gələrək məktəbin normal fəaliyyətinə
müdaxilə edirlər. Xatırladım ki, orada dərslər saat 14-00 da başlayır. Həmin
kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün
onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər. Demək bu şagirdlər
öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.
Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində
direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla forolarını çəkdirib
yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər. Ancaq maraqlı odur ki, işlədiyim
məktəblərin (Çələbilər kənd orta məktəbi və akademik Z.Əliyeva adına məktəb-litsey)
rəhbərləri mənim pulsuz olaraq xarici dilləri tədris etməyimə hər vəchlə mane
olurlar.
Çələbilər kənd orta
məktəbinə 12 saat vakansiya ilə qəbul olunmağıma baxmayaraq 2017-2018 tədris
ilində cəmi 7 saat dərsim olub (qeyd edim ki, həmin kənd rayon mərkəzindən çox
uzaqda yerləşir). Halbuki, dərs saatı məndən çox olan bəzi müəllimlərə fakultativ və dərnəklər verilib. Bu
müəllimlər uzaq yerlərdən gəlirlər və yenidən qayıdıb digər məktəbdə həmin
fənləri tədris etmirlər. Bu praktiki olaraq mümkün deyil. (Mənə də təklif
olunmuşdu, lakin saatları uyğun olmadığından imtina etmişdim).
Dərs hissə müdiri dərsimə
girib mənə təzyiq edir, guya şagirdlərə dərs keçmirəm, halbuki, direktorun
həyat yoldaşı Sahib müəllimin keçdiyi texnologiya və musiqidən uşaqların ümumiyyətlə
anlayışı yoxdur. Ümumiyyətlə, bilmirəm o diplom üzrə texnologiya keçməlidir,
yoxsa musiqi.
Həmin məktəbdə köhnə kitab və
avadanlıqları bir yerə toplayıb tədris muzeyi açmağıma kömək etmirlər. Otaqların
birini təmir edib internet vasitəsi ilə uşaqlarla hər gün dərs keçməyimə imkan
vermirlər. Özüm öz pulumla kinoaparat, lentlər, digər avadanlıqlar almışam,
şagirdlərə mövzularla bağlı elmi-sənədli filmlər və digər vəsaitləri əyləncəli
şəkildə tədris edirəm. Bu da şagirdlərdə dərslərə marağı artırır. Buna da mane
olmağa çalışırlar.
Kəndin məktəbində cəmi bir neçə otaqda elektrik
xətti var idi. Mənim müraciətimdən sonra isə bütün məktəbə çəkildi. Məktəblərdə
hər il odun pulu yığılır, əgər dövlətimiz bunu təmin edirsə, bu pullar kimin
cibinə gedir? Uşaqlar yalnız 2 saat istifadə edirlər odundan. Qalan dərslər çox
soyuq keçir. Etiraz edənlər cəzalanır. Çələbilər kənd tam orta məktəbinin
psixoloqu işə gəlmir, buna göz yumulur.
Dəftərxanaların birində uşaqlar üçün materiallar çıxartmaq üçün öz vəsaitimlə kağız alırdım və buna görə də oraya pul borcum olurdu həmişə. Mənə dedilər ki, “sən bunları uşaqlara öz pulunla təmənnasız çıxardırsan, ancaq təhsil şöbəsinin işçiləri bir bağlama ağ kağızı bizə 1 manata satırlar” (kağızın bağlaması 6 manat ola-ola). Məktəbə verilmiş avadanlıq və materialların şagirdlərə sərf olunması əvəzinə kənara satılması cinayətdir.
Bu qədər qanunsuzluq, özbaşınalıq və
yeyinti olan məktəb rəhbərliyi və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri
həll etmək əvəzinə mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar.
Öz bilik və bacarıqlarımı xalqımızın övladlarına təmənnasız olaraq (bu pulsuz məşğələlərə
lazım olan xərcləri da özüm ödəyirəm) öyrətməyim bu adamların xoşuna gəlmir,
belə çıxır ki, onları gələcəyimizin təhsilli olması yox, yalnız məktəblilərə
müxtəlif üsullarla pul xərclədərək öz ciblərini doldurmaq maraqlandırır.
Qeyd etdiyim məqamlar məktəblərdəki
problemlərin yalnız bir qismidir. Bütün bu baş verənlər əminliklə deməyə imkan
verir ki, şagirdlərə pulsuz xarici dillər öyrətməyim kimlərinsə məktəb üzərindən
açdığı bazarına və pullu xarici dil kursları biznesinə zərər vurur, ona görə də
mənə qarşı mütəşəkkil şantaj və təxribat işi aparırlar, burada isə bəzi şagirdləri
qorxudaraq alət kimi istifadə edirlər.
Xahiş edirəm ki, qeyd etdiyim məsələlərlə
bağlı ciddi tədbir görəsiniz, bu məsələlər araşdırılsın, məktəblərdəki
özbaşınalığa son qoyusun və dövlətimizə, qanunlarımıza qarşı saymazlıq edənlər
cəzalandırılsın.
“Milli psixoloji xəstəliklərimiz”
silsiləsindən 1-ci yazım (yalançılıq sindromu) oxucular tərəfindən maraqla
qarşılanıb. Zəmətkeş xalqımızın nümayəndələri açıq etirafda bulunublar ki, bəli,
biz beləyik. Hətta bir radikal vətəndaşımız şərhdə yazıb ki, guya mən bunun
səbəblərini bilirəm, amma yaza bilmirəm…
Əyani vəsait 1
Nə isə, sözüm onda deyil, bu
dəfəki mövzumuz birincidən heç də geri qalmayan ağır bir pataloji xəstəlik
haqdadır- milli yaltaqlıq sindromu. Bu xəstəliyin kökü əslində çox qədimlərə
gedib çıxır, amma məni oraları maraqlandırmır. Sindrom son dövrlərdə daha da
şiddətlənib və xroniki hala keçib.
Ölkəmizdə yaltaqlıq üzrə sanki
bir çempionat başlayıb- insanlar sıraya düzülüb, kim birinci və daha çox, həm
də daha “layiqli” yaltaqlıq edəcək. Bunu primitiv şəkildə edənlər daha çoxdur,
amma peşəkar mütəxəssislər də az deyil. Bunun üçün xüsusi istedad, ağıllı
beyin, elm, zəka, idrak, təfəkkür, daxili yaradıcılıq kimi xüsusiyyətlər tələb
olunur. Bunu bacarmaq akademik olmaq kimi bir şeydir.
Bir neçə ay əvvəl qələm
yoldaşlarımla rayonlardan birində bir yas məclisinə təşrif aparmışdıq. Mağarda
bizi qarşılayan adam xarici görkəmimizə baxaraq nədənsə bizi vəzifəli şəxslər
zənn etdi və yuxarı başa- mollanın böyür-başındakı “şərəfli” yerlərə dəvət
etdi. Biz də ədəb-ərkanla oturub çayımızı içməyə və mollanın qorxulu nağıllarını
və saxta hədislərini dinləməklə feyziyab olmağa başladıq.
Bir azdan mağarın qarşısında
bir canlanma müşahidə olundu, hamı özünü yığışdırdı, məclisə yekəqarın,
qalstuklu bir dəstə daxil oldu. Mağarın girişinə yaxın və orta yerlərdə boş
yerlər çox olmağına baxmayaraq baş tərəfə doğru irəliləməyə başladılar.
Yanlarında və arxalarında isə yas sahibləri və məclisə qulluq edən adamlar
quyruq bulayırdı.
Onlardan qabaqda gələn biri yüyürüb
bizə yaxınlaşdı və pıçıltı ilə dedi ki, zəhmət olmasa siz bir az bu tərəfə (əli
ilə mağarın giriş tərəfini göstərdi) keçin, müəllimlər burda otursunlar. Vicdan
haqqı əvvəl elə bildim ki, bunlar həqiqi müəllimlərdir, o saat yerimdən qalxıb
“problem yoxdur” demişdim ki, yanımdakı həmkarın ətəyimdən çəkib dedi- əşşi bir
otur görək!
Bəndəniz müəllim ailəsində tərbiyə
aldığından və müəllimləri dünyada ən şərəfli insanlar saydığından belə
hərəkətdə bulunmuşdu. Ürəyimdə düşündüm ki, bir buna bax, adını jurnalist
qoyub, xalqa qəzetdə tərbiyə verməyə çalışır, amma müəllimlərə hörmət etmir.
Mən bu fikirdə ikən, həmkarım
qulluqçudan soruşdu- qardaş soruşmaq ayıb olmasın, bunlar nə müəllimləridir
elə? Qulluq edən təşvişlə əyilib qulağımıza dedi- ay yerli, bunlar vəzifəli
adamlardır- biri rayon maliyyə şöbəsinin rəisidir, o biri bələdiyyə sədridir, o
yanındakı da icra başçısının müavinidir. Siz allah, onlara yer eləyin burda
otursunlar.
Həmkarım “hörmətli” qonaqlar
da eşitsin deyə bir az ucadan- qardaş bunlar balaca müəllimlərdir, biz özümüz
professoruq, bax bu cavan oğlan (məni göstərir) elmlər doktorudur,
yazıb-pozmaqdan beli əyri qalıb, biz irayon səviyyəsində məsələlərlə yox,
qlobal səviyyədə problemlərlə məşğuluq, koroçe biz heç yerə keçəsi deyilik, elə
bura rahatdır, mollanın qızıl kimi nağıllarına qulaq asırıq burda- demədimi??!
Bunu eşidən vəzifəli qonaqlar
qapqara qaraldılar, keçib bizdən bir az aşağıda oturdular. Özlərini təhqir
olunmuş hesab edirdilər, amma məyus olmağa heç bir əsas yox idi. Görəydiniz
məclis əsli, qulluq edənlər onların böyür-başında nə tozanaq qaldırmışdılar.
Biri ordan baş əyir, biri burdan salam verir, digəri ay uşaq tez ordan filan
şey də gətir müəllimlərə deyə qışqırır, bir ayrısı yaxınlaşıb “müəllim ayrı bir
şey lazımdırsa təşkil edək” deyə soruşur.
Nə başınızı ağrıdım, biz
onlardan 15 dəqiqə tez gəlməyimizə baxmayaraq onlara bizdən tez ehsan verdilər.
Üstəlik, yazmaq ayıb olmasın, onların stolunda menyuda olmayan bir-iki nemət də
bulundurulmuşdu.
Bayırda isə, tozanaq davam
edirdi, tez-tez gənclər məclisə girib “filan maşının sahibi kimdir” deyə soruşur,
ondan maşını başqa yerə çəkməyi xahiş edirdi ki, müəllimlərin bahalı
avtomobillərini mağara yaxınlaşdırsınlar, bu cənablar mağardan çıxanda birdən
maşına qədər 12 metr piyada gedərlər, ayaqqabılarının altı toz olar.
Əyani vəsait-2
Xülasə, bizdə iş yerində
müdirə, məclisdə vəzifəli şəxsə, tədbirdə tanınmış adama, kitabda-qəzetdə-internetdə
nüfuzlu insana yaltaqlanmaq adi haldır. Bunda yaltaqlıq edilən şəxslərin də
böyük rolu var- onlar həmin şəxslərin “əziyyətini” necə lazımdırsa
qiymətləndirirlər.
Məndən sizə amanat- həyatda və
işdə uğur qazanmaq istəyirsinizsə, mütləq rəhbər şəxslərə yaltaqlanın, qonşuda,
qohumda, dostların içində kimlərin pulu-vəzifəsi varsa, ona quyruq bulayın. Kasıb
qohumunuz öləndə siyahiya 10 manat yazdırın, amma varlı qohumunuz öləndə 100
manat. Məclisdə varlı qohumunuzu yuxarı başa keçirin, kasıbı qapının ağzına oturdun.
Ayıbdır, yaxşı düşməz.
Xülasə, boş-boş seriallara baxmaqdansa, bu elmi dərindən öyrənin, peşman olmazsınız. Siz mən deyənləri eləyin, əgər vəziyyətiniz əvvəlkindən xeyli yaxşı olmasa, bu mən, o da siz, gəlin itin abrını verin mənə. Etiraz eləyən yaltaqdır… pardon, namərddir.
Keçən ilin statistikasına görə, Böyük Britaniyada cinayətkarlıq səviyyəsi Azərbaycanla müqayisədə 30 dəfə çoxdur!
Londonda terror aktından bir kadr
Xəbər
verildiyi kimi, İngiltərənin Xarici İşlər Nazirliyi UEFA Avropa Liqasının final
oyunu üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib: «Final oyunu ərəfəsində
insanların sıx toplaşdığı yerlərdə, bar və «pub»ların qarşısında,
otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Siz şəhərin mərkəzində,
barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona
görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə
klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç
kimə rüşvət verməyin».
Bu xəstə ingilis sayıqlamasını eşidəndə adam gülməkdən birtəhər olur. Böyük ehtimalla ingilis xarici siyasət idarəsində coğrafiya elmindən xəbərsiz adamlar əyləşib, çünki faktiki olaraq Bakını Bağdadla səhv salırlar. Bu ehtimal rüsvayçılıqdır, lakin onu düzəltmək olar, bizim Coğrafiya İnstitutundan oraya bir iki alim ezam edib dünya xəritəsi və ölkələrin vəziyyətləri haqda ingilis diplomatları məlumatlandıra bilərik. Lakin digər ehtimal tam bir rəzalətdir. Bu ehtimala görə, ingilislər öz milli-siyasi-provakativ xislətlərini unutmayıblar. Dünyaya ən çox problem yaradan, son 5 əsrdə 5 qitədə 500 milyondan artıq insanı soyqırım edən, saysız hesabsız terrorist təşkilatlar yaradıb dünyanı dolduran bu dövlətin xarici siyasət idarəsinin Bakı kimi təhlükəsiz nümunəvi bir şəhər haqda bu cəfəngiyyatı həm ölkəmizdə yaşayan 10 milyon insanın, həm də müxtəlif vaxtlarda Bakını ziyarət edən on milyonlarla xarici vətəndaşın bu xəbərdarlığın təxribatdan başqa bir şey olmadığını düşünməsinə əsas verir.
Bakı dünyada azsaylı şəhərlərdən biridir ki, hətta gecə belə tək-tənha bütün şəhəri gəzə bilərsən, nə səni soyan olar, nə öldürən. Lakin İngilitərədə belə bir şəhəri mənə heç kim göstərə bilməz.
Ötən illərin statistikasına görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 264, Böyük Britaniyada isə 7178 cinayət hadisəsi qeydə alınıb. Yəni, Böyük Britaniyada cinayətkarlıq səviyyəsi Azərbaycanla müqayisədə 30 dəfə çoxdur!
Biz bəziləri kimi İŞİD və sairə bu kimi terrorist təşkilatlar yaratmamışıq ki, onların üzvləri bizim otellərdə dincəlsin, narkotika istifadə eləsin və birdən beyinləri qızıb terror eləsinlər. Ya da Şərq ölkələrinin əhalisinə qarşı qırğın törətməmişik ki, onlar da əvəzini çıxmaq üçün Bakıda terror törətsinlər. İŞİD və Əl-Nüsrə terroristlərinin əlini-qolunu sallaya-sallaya gəzdiyi yerdə şəkillərinin çəkildiyi şəhər də London idi, Bakı deyildi. Belə hallardan narahat olacaq ölkələr Azərbaycan deyil, Amerika və İngiltərədir.
Bakı. Avropa Olimpiya Oyunları
Bakıda
saysız hesabsız beynəlxalq yarışlar, dünya səviyyəli digər tədbirlər keçirilib,
heç birində də nə terror baş verib, nə turistə zərər vurulub, nə də kimdənsə rüşvət
istənilib. Bakıda cinayətkarlığın səviyyəsi dünya üzrə an aşağılardan biridir,
Londondan isə xeyli aşağıdır.
Keçən il Numbeo tədqiqat bürosunun 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə dünyanın 327 şəhəri arasında tərtib etdiyi reytinqdə ən təhlükəsiz 41 şəhərin arasında Bakı da var. Təhlüksəzilik reytinqində Bakı təkcə Londonu deyil, Madrid, Roma, Brüssel, Moskva, Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, Sankt-Peterburq və İstanbul kimi şəhərləri də qabaqlayıb.
Yaxşı
olar ki, İngiltərə XİN ingilisləri Londonda soyğundan, terrordan necə qorunmaq lazım
olduğu haqda təlimatlandırsın. Bu şəhərdə baş verən cinayətkarlıq və terror
aktları barədə mediada xəbərlərin ardı kəsilmir.
Dünyaya özünü mədəni xalq, nümunəvi ölkə kimi göstərib, digərlərini vəhşi xalqların yaşadığı qorxunc bir ölkə kimi qələmə vermək rəzil bir hərəkətdir. Dünya insanları o qədər də axmaq deyil, kimin kim olduğunu, haranın necə olduğunu çox yaxşı bilirlər. Ona görə də, ya İngiltərə XİN hansısa əməkdaşlarının savadsız olduğunu və Bakını Bağdadla səhv saldığını bəyan edəcək və buna görə üzr istəməli, ya da sakit qalaraq Azərbaycana qarşı təxribat etdiyini etiraf etmiş olacaqdır. Hər iki hal İngiltərə üçün rəzalətdir.
Ötən il orqan köçürülməsi əməliyyatlarının sayı 30% artıb
Azərbaycanda orqan transplantasiyası məsələsi yenidən aktuallaşıb. Söhbət ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsi ilə bağlıdır. Müvafiq qanun layihəsi parlamentə təqdim olunub və müzakirəsi aparılır. Bu mövzuda fikirlər fərqlidir. İlk baxışda humanist bir addım kimi görünsə də, heç də elə deyil. Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır.
Yeni qanun bu cinayətə yaşıl işıq yandıracaq
Düzdür,
kimisə xilas etmək üçün kiminsə orqanını bağışlaması humanist hərəkətdir. Lakin
burada çox mürəkkəb məsələlər var. Əvvəla, tam ölüm zamanı heç bir orqan
götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur — göz qişasından başqa. Əgər müvafiq qanun qəbul
olunsa, bu halda həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ
tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki, adam hələ həyatdadır. Bundan qlobal
orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür.
Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin
qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi
və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil.
Son illərdə beyin ölümü faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ
insanın orqanları onun icazəsi olmadan, yəni, onu vaxtından tez öldürərək
alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam
var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla
götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət
faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ
yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə,
qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda
şübhələr olmadıqda. Öldükdən sonra isə, dediyim kimi, heç bir orqanı istifadə eləmək olmur, yalnız
göz hissəsindən başqa.
Bəzi ölkələrdə bu qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Misal üçün, Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Ukraynada, Misirdə… yüz minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır.
Ümumən, Qərbin Suriyada törətdiyi terror və müharibədən sonra bu ölkədə orqanları sağ ikən çıxarılıb öldürülən insanların sayı yüz minlərlə ölçülür. Statistikaya görə, təkcə orqanları çıxarıldıqdan sonra cəsədləri dəfn olunmaq üçün yenidən Suriyaya göndərilənlərin sayı 60 mindən çoxdur. Eynilə Ukraynada və Liviyada da vəziyyət belədir. “Bloomberg”in yayımladığı informasiyalara əsasən, 2009-cu ildə orqanlarının çıxarılması üçün İsrailə göndərilən 25 min azyaşlı uşağın içərisində Azərbaycan, Braziliya, Moldova, Türkiyə, Özbəkistan, Ukrayna, Filippin… vətəndaşlarının olduğu təsdiq olunub.
Bir az da geniş kontekstdə baxsaq, terror, müharibə törədilmiş kasıb Şərq ölkələrində sağlam insanların orqanları zorakı və kütləvi şəkildə götürülüb qərb ölkələrində istifadə olunur. Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.
Bu biznesin dövriyyəsi trilyonlarla ölçülür , qurbanları isə milyonlarla
Nəticələrlə
yox, səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu
araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq
üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə,
məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş
və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır? Yalnız bir halda bunu etmək olar. Bir insan yalnız özü şəxsən və çoxsaylı şahidlərin iştirakı ilə öz orqanını kiməsə verə bilər, misal üçün, yaxın adamını, ya da hansısa bir şəxsi xilas etmək üçün heç bir pul tələb etmədən. Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, bu qərar orqan ticarətinin çiçəklənməsinə stimul yaradacaq ki, bu da həyatda ən ağır cinayətlərdən biridir. Bu qanunun qəbulu yalnız tibb elmi tam ölmüş insanın orqanlarından istifadə edə biləcək səviyyəyə çatdıqda reallaşa bilər. Əks halda cinayətkarlığı təsbit və təbliğ edən bir qanun olacaq.
Uzun zamandır ki, hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, cəmiyyətdə mənfi xüsusiyyətlər bərqərar olubdur, yalançılıq əsas qabiliyyət sırasına gəlibdir, heç kimə inanmaq olmur. Doğru buyururlar, həqiqət budur ki, xalqımız son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz bu məmləkətdə hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə…
Bazarda 1 kq əvəzinə sənə 700 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm öz həyətimdən” deyən arvada inanıb evdə köhnə lax yumurtanı yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.
Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, şotda sənə xeyli kələk gəlir, and-aman edir ki, dədə balasi, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin texniki palma yağında GMO ərzaqdan bişirilmiş «halal» yeməyi geri qaytara bilməzsən ki?
Ya da ki, əliyandıma düşmüsən, maaşa da hələ bir kaç gün qalmışdır, bir dostundan 5 günlüyə allı manat borc istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı yoxumdur. Amma sabah eşidirsən ki, sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. Haindi yalan deyir deyə vurub onu öldürəkmi?
Və ya tutaq ki, bankdan kreditlə bir miqdar pul tədarük etmisən, istəyirsən ki gedib bazardan bir köhnə maşın alıb çax-çux eləyəsən ki, balalar ac qalmasın. Orada bir ağdamlı qaqamız da sənə and içib aman eləyibdir ki, seyid nə bilim kim ağanın (adı yadımdan çıxdı dar macalda) cəddi haqqı top kimidi, çörəkli maşındı, səhər 6 min təklif elədilər vermədim, 5 ver apar əlini qulağının dibinə qoy sür. Bir neçə gün sonra maşının hər yeri tökülüb itəndə gedib ona nə deyəcəksən ki? Adama deməzmi ki, qaqa, yadına gəlirmi, o irəli bazarda səndən 1 meşok kartof aldım, and içdin ki 30 kilodur, evə gətirəndə çəkdim gördüm 23 kilodur. Arvad itin abrını verdi mənə, rəzil elədi. Mən gəlib sənə bir söz dedimmi? Bə hamımız bir-birinizlə dolanırıq dana. Nağarmalıyıq?
Bu cür hadisələr məmləkətimizin hər vilayətində vaqe olur. Məsələn, “Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən novxanılı arvadın həyətində stolovoy zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun Sumqayıta süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get zibillikdən sellofan paketləri, plastik butulkaları yığ, sonra onu gətir ərit südə qat. Bəli, bu tam bir əziyyətdir.
Düzdü, bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərləyib sağalmaz bəlalara giriftar eləyir, amma bu arvad cənnətə düşəcəyinə əmindir. Deyir ki, mən namaz qılıram, Məşhədə, Həccə getmişəm, kasıb-kusuba əl tuturam, məsələn, bəzən onlara nisyə süd də verirəm.
Bibinin dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, bəs sən xalqı niyə zəhərləyirdin, o da kəmali-ədəblə cavab ərz edəcək ki, bəs mən neyləməliydim, 180 manat pensiyanın 80 manatını kommunal xərclərə, 100 manatını da həkimlərə, dərmanlara verib özüm acından öləydimmi? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər bəndənin özünü müdafiə etmək, kürreyi-ərzdə yaşamaq hüququ vardır. Beləliklə, də bu arvadı məcbur cənnətə salacaqlar.
Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün yanına gələnlərə düzgün müalicə yazsa, «ağrın alem verdiyin 20 manat şirinliyi halal elə» deyib ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir dərman firmasının nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan, hər birində filan qədəri sənindir, üstəlik hər yay səni xaricə sanatoriyaya göndərəcəyik, neyləyərsən? Necə? Razı olmazsan?! Get özünə ala! Biz hərif zad deyilik.
Məgər sənin uşaqların iqruşka əvəzinə inək peyini ilə oynayır, yainki, arvadın toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qaqaş! 200-300 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da külfətin acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!
Uzun sözün qısası, bu bəla, yəni yalançılıq azarı yoluxucu xəstəlik kimi əksər vətəndaşlarımızı giriftar edibdir. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki, boynuyoğun bir gədə səni öz yalan danışmaqla tikdirdiyi imarətində eşşək kimi işlədib, axırda da pulunu verməyib.
Beləliklə, aşikar olur ki, məmləkətimizdə məmə yeyəndən pərə deyə hamı yalan danışır. Bir para adamlar deyirlər ki, burda obyektiv səbəblər də vardır. Yəni, bütün bunlar gərdişi-dövrani-kəcrəftarın nəticəsidir. Nöşün ki, indi əvvəlki zamana deyildir, adamların çörəyi daşdan çıxır. Ona görə də yalançıları qınamaq müstəhəb deyildir.
Əmma mən bu kimi söhbətlərə heç inanmam. Nədən ki, əvvələn, dünyada kasıblıq çəkən, müxtəlif növ bəlalara mübtəla olan şəxslər təkcə haman bu şəxslər deyil ki, bəs o qeyri millətlərdən olan fəqir-füqəra niyə belə həngamədən çıxmır?
Saniyən, elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, bu binəvalar məcburən bu cinayətlərdə bulunurlar, o tövrdə bəs bir para rüşvətxor məmurlar, naməlum yollarla sərvət sahibi olan zəngin biznesmenlər, lap elə yataq paltarında efirə çıxan yarılçılpaq müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür?
Salisən, bütün günü yalandan özünü, malını, bədənini tərif edən kəslərin bunda məqsədi nədən ibarətdir ki? Axı onların, Hacı Qaranın sözü olmasın, bir qara qəpiyə dəymədiyini özləri də daxil hər kəs bilir.
Müxtəsər, bu bəhanələr heç də məntiq və insanlıq elminə müğayir deyildir, nədən ki, bir çox vicdanlı şəxslər var ki, öz halal qazancları ilə yaşayır, hər nə qədər yoxsul olsa da vicdanını itirmir, yalan danışmır, onlar ölürlərmi?
Ol səbəbdən də mən bir para şəxslərin belə əməllərə haqq qazandırmasına müzayiqə edə bilmənəm.
Burda məsələ başqadır. İndi mən deyim sən qulaq as! Bu xalqın içində ki, kimi dindirirsən deyir ki, mən Allah adamıyam ha, o saat bil ki yalan deyir. Belələri digərlərindən daha çox başqalarını aldadır, badalaq vurur, oğurluq edir, haram yeyir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır ki, səhər durub orda-burda mənafeyi-millətdən, əxlaqi-insaniyyətdən dəm vursunlar.
Əşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də bizdə yalan danışmağa görə kimisə qazamata salmırlar. 5 günlük dünyadır, yeyin-için kef eləyin. Şəxsən bəndəniz belə eləyir, hər gün yalan danışıram. Məsəlçün, o gün bir məclisdə yalandan durub cəmaətimizin yalnız müsbət xüsusiyyətlərə malik olduğuna dair mükəmməl bir nitq irad eləmişəm. Nağayrım, bəlkə durub orda həqiqəti deyim adamlar əlinə keçən qab-qaşığı başımı vursun? Xeyr canqardaş, keçəl suya getməz. Elə bu yazını da yalandan yazdım. Burda dediklərim bizim cəmiyyətdə olmur atam qərdeşim, ağzım… pardon, yəni, əlim öyrəşib deyə yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin.