İnformasiya və təbliğat müharibəsinin qaydaları — SİYAHI

Qarabağda anti-terror əməliyyatlarının başlaması ilə qlobal məkanında tərəflərin müharibəsi daha da şiddətlənib. Bəs hazırda vəziyyət necədir? Kəmiyyət və keyfiyyət cəhətdən kimin hansı üstünlüyü var?

İnformasiya müharibəsində mövqelər

İnformasiya və təbliğat müharibəsində bəzi sahələrdə üstünlüyü ələ alsaq da, bəzilərində geri qalırıq. Ermənilər say cəhətdən bizdən 5 dəfə az olduqlarına baxmayaraq, bizdən daha çox və daha fəal iştirak edirlər və dünya xalqlarında ictimai fikri öz tərəflərinə çəkməyə çalışırlar. Bunun da əsas səbəbi ondan ibarətdir bizdə xarici dil bilənlər onlara nisbətən azdır. Hər bir erməni ən azı 1 və ya 2 xarici dili bilir.
Bundan əlavə, dünya ölkələrində ictimai, siyasi, mədəni, elmi mühitlərdə daha çox yer tutublar və bu nüfuzlarından maksimum istifadə edirlər.Əvvəllər biz qlobal informasiya məkanında ermənilərlə əsasən Qafqazın və Qarabağın tarixi, həmçinin ermənilərin törətdiyi sıyqırım, işğal və terrar faktları ilə bağlı mübarizə aparırdıqsa, indi buraya yaranmış situasiya ilə bağlı siyasi və hərbi informasiya müharibəsi də daxil olub.


Dövlət səviyyəsində dünya ictimaiyyətində erməni təbliğatına qarşı mübarizə effektiv və sanballı aparılır. Lakin informasiya müharibəsində təkcə dövlət yox, ictimai institutlar da, fərdlər də döyüşür, ona görə də, bu yazıda yalnız adi insanların sosial şəbəkələrdə, media materiallarına yazılan şərhlərlə, paylaşmalarla bağlı vəziyyətə, onların faydalılığı və ya zərərliliyi, effektivliyi və ya səmərəsizliyi ilə bağlı məsələlərə toxunmaq istəyirəm.
Müşahidələrim onu deməyə əsas verir ki, Feysbuk, Kontakt, Yutub və s. sosial şəbəkələrdə üstünlük əldə etmişik, bu həm paylaşılan materialların, yazılan şərhlərin sayında, həm də keyfiyyətində özünü biruzə verir. Sosial şəbəkələrin daha çox izlədiyim rusdilli seqmentində həm kəmiyyət, həm keyfiyyət cəhətdən üstünlük əldə etdiyimizi görürəm. Ümid edirəm ingilis dili və digər seqmentlərdə də belədir.
Lakin bəzi məqamlar var ki, siyasi savadsızlıq və ya diqqətsizlik bu mübarizədə əks-effekt verir. Bununla bağlı çox faktlar göstərmək olar. Burada yalnız birini qeyd edəcəyəm ki, məsələ aydın olsun.

2 nəfər 200 nəfərin əməyini necə məhv edir?

Bir neçə gün əvvəl Kontakt sosial şəbəkəsində böyük bir auditoriyası olan rusdilli səhifədə müzakirələr gedir. Qarabağla bağlı paylaşılan xəbərə 7 mindən artıq şərh yazılıb. Müzakirədə əsasən MDB-dən olmaqla müxtəlif xalqların nümayəndələri iştirak edir. Səhifəyə daxil olanda görürəm ki, əsasən Azərbaycanda yaşayan və ya vaxtilə yaşamış ruslar, həmçinin bizim rus dilini bilən vətəndaşlarımız erməniləri hər cəhətdən sıxışdırıb, sanballı arqumentlər və təkzibedilməz faktlarla erməni yalanlarını bir-bir ifşa edir və müzakirədə iştirak edən minlərlə şəxsdə ölkəmizə, xalqımıza simpatiya formalaşdırır, ermənilərin isə vəhşi və terrorçu olduğunu sübut edirlər. Və bundan sonra erməni olmayan demək olar ki, hər kəs bizi dəstəkləyən şərhlər yazırlar. Əla! Bu ki, çox gözəldir. Amma…
Elə bu məqamda ortalıqda siyasi savadı, dünyagörüşü olmayan hay-küyçü iki azərbaycanlı peyda olur və yazır- ermənilərin hamısını qıracağıq arvad-uşaq demədən, Ermənistan da bizimdir, oranı da Azərbaycana birləşdirəcəyik və sair, və ilaxır…
Buyurun, bayaqdan yüzlərlə adamın xeyli vaxt sərf edərək ağır zəhmət hesabına apardığı mübarizənin içinə zibili qoydular. Artıq müxtəlif xalqları təmsil edən 7 mindən artıq insanda fikir formalaşmağa başlayır- azərbaycanlılar vəhşidirlər, əsil üzləri budur, yəqin ki o birilər artistlik edirlər, əslində hamısı belə düşünür…
Əvvəl şübhələndim ki, bunlar azərbaycanlı adi ilə üzv olan ermənilərdir. Belələrinə də az rast gəlinmir, amma konkret bu müzakirədəkiləri yoxladım- təmiz azərbaycanlıdırlar. Sadəcə savad, düşüncə, beyin yoxdur…
Əlbəttə, mən başa düşürəm ki, ermənilərin mülki şəxslərə, uşaqlara qarşı etdiyi terror aktları insanları qəzəbləndirir və onlar hisslərini cilovlaya bilmir. Amma siyasət və informasiya məkanı belə fikirlərin və belələrinin yeri deyil, ciddi, peşəkar və soyuqqanlı şəkildə iş aparan adamların yeridir.
Ermənilərin həlak etdiyi mülki vətəndaşlarımızın qisası çox ağır alınır, həm də döyüş meydanında. Burada isə məsələ başqadır, məqsəd başqadır, fəaliyyət istiqaməti başqadır. Bunları bilmirsənsə bu işdən aralı dur.
Ona görə də, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. İnformasiya müharibəsini jurnalistlər, ictimai xadimlər, siyasətçilər, ziyalılar aparmalıdır. Qalanları öz sahələrində işləyib vətənə xeyir verə bilərlər. Burada isə zərər vururlar.

Bu işdə peşəkar olmayanlar üçün bəzi məsləhətlər

  1. Bəzi informasiyalar var ki, daxili auditoriya üçündür, bəziləri isə xarici auditoriya üçün. Bunu ayıra bilmirsinizsə, xarici seqmentdə nəsə paylaşmayın.
  2. Bizim məqsədimiz başqa xalqarda Azərbaycana, azərbaycanlılara qarşı simpatiya formalaşdırmaq, həqiqətləri onlara çatdırmaqdır, erməniləri qırırıq və ya qıracağıq deməklə antipatiya qazanmaq yox.
  3. Əsas fəaliyyət istiqaməti erməni terrorunu, işğalını və saxtakarlığını ifşa etməkdir. Bunu söyüşlə yox, mədəni, savadlı və sanballı şəkildə etmək lazımdır.
  4. Bəzi məlumatlar var ki, dezinformasiyadır, onları xarici forumlarda ortaya atıb, doğrularımızı da yalan kimi qəbul etdirmək lazım deyil. Bir yalan 10 doğrunu aparır.
  5. Bu, xalqların müharibəsi deyil, orduların müharibəsidir. Yəni, bizim hədəfimiz erməniləri qırmaq deyil, Qarabağı işğaldan azad etməkdir. Biz Ermənistan ordusunun terrorçu dəstələrinə qarşı döyüşürük, onlar isə mülki şəxslərə qarşı terror edir.
  6. Bu müharibə dini zəmində deyil, burada xristian və ya müsəlman kontekstində nəsə yazmaq zərərlidir. Əksinə, göstərmək lazımdır ki, biz multikultural ölkəyik, burada onlarla xalqın və dinin nümayəndələri uzun əsrlərdir ki, mehriban yaşayır.
  7. Ermənilər dünyada təkləndiyindən bəzi dezinformasiyalar yaymaqla həm bizimlə qonşu ölkələrin arasını vurmağa çalışırlar, həm də xalqımızda qorxu yaratmağa çalışırlar. Bu tələyə düşmək olmaz. Bizim yeganə düşmənimiz Ermənistandır.
  8. Xarici seqmentlərdə erməni əsgərlərinin meyitlərinin şəkillərini paylaşmaq əvəzinə (hərbçi də olsa insan ölümü digər insanlarda diskomfort yaradır və insan həmişə zəifin yanında olur), raket bombardmanı ilə öldürülmüş dinc vətəndaşlarımızın, uşaqların şəkillərini paylaşmaq lazımdır.
  9. Tarixi mövzularda ancaq ciddi və xarici mənbələrə istinad etmək lazımdır, “bizim filan tarixçi belə yazır” əvəzinə, “filan rus, ingilis, fransız tarixçisi belə yazır” daha effektlidir. Deyiləni sübut edən həqiqi sənədlərin və xəritələrin paylaşılması da vacibdir.
  10. Hər hansı bir xəbər, material, foto gördükdə onun mənşəyini tələb edin. Məsələn, bir foto paylaşılıb üstünə istənilən sözü yazmaq olar və bu xüsusi mərkəzlərin informasiya müharibəsi elementidir. Suriyada çəkilmiş fotonu yayıb ermənilər Xocalıda bizi belə qırıblar yazmaq xarici auditoriyada əvvəllər görülmüş bütün işi məhv etməyə bərabərdir.
  11. Hərbi xarakterli məlumatları, videoları, fotoları rəsmi mənbələrdən paylaşın, rəsmi olmayanları da ciddi mənbələrdə olarsa paylaşa bilərsiniz. Şəhid xəbərlərini çox paylaşmaq indiki vaxtda məsləhət deyil, mülki şəxslərimizin öldürülməsini isə xarici seqmentdə paylaşın.
  12. Siyasi, tarixi, demoqrafik və s. mövzularda infoqrafikalardan istifadə edin, qısa, aydın konkret yazın, rəsmi mənbələrdən və sənədlərdən, nüfuzlu alimlərin, siyasətçilərin fikirlərindən bəhrələnin.
  13. Müqayisəli ifşaedici faktlar qoyun, məsələn, Azərbaycan ordusunun öldürdüyü erməni uşaq yoxdur, amma erməni ordusunun öldürdüyü xeyli azərbaycanlı uşaq var. Azərbaycanda onlarla xalqın nümayəndəsi yaşayır, Ermənistan isə monoetnik ölkədir. Azərbaycanda erməni kilsələri, qəbiristanlıqları belə durur, Ermənistanda isə bizə məxsus olan hər şey dağıdılıb və s.
  14. Dağlıq Qarabağ adlı substansiya yoxdur, Qarabağ coğrafi regionu var, onun da dağlıq hissəsi və aran hissəsi var. Münaqişədən qabaq Qarabağ regionunun (indiki işğal edilmiş bütün ərazilərin) ümumi əhalisinin 75 faizdən çoxu azərbaycanlı olub.
  15. Siyasi müzakirələrdə BMT qətnamələrinə istinad edin, erməni xalqının öz müqəddaratını artıq təyin etdiyini, sərhədlərin dəyişilməzliyi haqda beynəlxalq konvensiyanı xatırladın. Əks halda Ermənistandan qovulmuş 200 min azərbaycanlının da orada dövlət yaratma haqqının olduğunu ortaya qoyun.
  16. Dünyaya göstərməliyik ki, biz sülh üçün 30 il çalışdıq, ən son imkanlardan istifadə etdik, ən böyük güzəştlərə hazır olduq, lakin Ermənistan hər dəfə danışıqları pozdu. Ona görə də, Azərbaycan BMT-nin qətnamələrini icraya yönəltdi və bununla həm dünya birliyinin dağılmasının, BMT-nin nüfuzunun tamam itməsinin qarşısını aldı, həm də başqa ölkələrə pis bir nümunə olacaq qonşu ölkənin ərazisini zor yolu ilə ələ keçirmək presidentini aradan qaldırdı.

Müharibə həm də arxa cəbhədə udulur

Ümumiyyətlə, informasiya və təbliğat işi peşəkarlıq, yüksək savad və dünyagörüş tələb edir. Ən əsası da ağır zəhmət, səbr, böyük vaxt və enerji. Bu işlə məşğul olanların əməyini yerə vurmaq olmaz. Ona görə də, bu keyfiyyətlər sizdə varsa, və ya yuxarıda dediklərimizi edə biləcəksinizsə, enerjinizi, vaxtınızı daxildə bir-birinizə eyni məlumatları yazmağa yox, xarici seqmentlərdə mübarizəyə çatdırmağa sərf edin. Əgər bu qabiliyyətlər sizdə yoxdursa, dediklərimizi də edə bilməyəcəksinizsə, xarici auditoriyaya çıxmaq məsləhət deyil.
Ümumiyyətlə, nə qədər vacib olsa da informasiya müharibəsi ümumi işin ancaq bir istiqamətidir. Müxtəlif cəbhələrdə (siyasi, iqtisadi, təbliğat, kibermüharibə və s) mübarizə gedir, müxtəlif sahələrdə ümumi Qələbəyə töhfə vermək mümkündür. Bu gün arxa cəbhə ön cəbhənin dayağı olmalıdır. Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsində arxa cəbhənin nə qədər böyük paya malik olduğunu hamı bilir. Cəmi 1 şüar Qələbəni təmin etdi- Hər şey cəbhə üçün, hər şey qələbə üçün! . Cəbiş müəllimlərin çox olduğu xalq və ölkə qalib gəlir.
Müharibəni təkcə dövlət, təkcə ordu aparmır, bütün xalq aparırBu gün biz xalq və dövlət olaraq heç vaxt olmadığımız qədər birik, birgəyik. Bu birliyimizi heç nə yıxa bilməyəcək. Xalqın birliyi dövlətin gücüdür və Qələbənin açarıdır.

Elçin Bayramlı

SIA.AZ

Qarabağda toponomika məsələləri necə həll olunmalıdır?- TƏKLİF

Bu gün erməni toponimi olaraq bildiyimiz adların çoxunun ermənilərə heç bir aidiyyatı yoxdur, onlar bizim qədim dilimizə aiddir

Ermənilərin keçən əsrlərdə Azərbaycan ərazilərinə, xüsusən də, Qarabağ regionuna köçməsindən sonra yerləşdikləri ərazilərdəki yaşayış məntəqlərinin adlarını dəyişdirərək erməniləşdirməsi cəhdləri bu gün həmin yaşayış məntəqələrinin dünyada ermənilərin tarixi torpağı kimi tanınmasına səbəb olur. Qarabağdakı bir çox yaşayış məntəqələrinin adları keçən 2 əsrdə dəyişdirilmişdir. Qarabağ işğal edildikdən sonra isə qalan kənd və şəhərlərin də adını dəyişib erməni adları adları qoyublar.

İndi Azərbaycan Ordusu işğal edilmiş əraziləri azad edəndən sonra həmin yaşayış məntəqələrinin, coğrafi obyektlərin tarixi adlarının bərpa edilməsi zərurəti ortaya çıxıb. Azərbaycan Prezidenti İlham Əliyev bir neçə belə kəndin adını televiziya ilə birbaşa çıxışında onun azad edildiyini elan edəndən sonra dəyişdirib. Hələ qarşıda yüzlərlə belə yaşayış məntəqəsi və coğrafi obyekt qalır ki, azad edildikcə adları da bərpa edilməidir. Lakin burada diqqət edilməsi bəzi məqamlar var.

Elə adlar var ki, onlar qədim alban mədəniyyətinin mirasıdır, ya da ondan əvvəlki tarixi irsimizin yadigarıdır. Bu qədim sözlərimiz indi işlənmədiyindən və unudulduğundan onları erməni adı kimi qəbul edib dəyişdirmək yolverilməzdir. Bu halda həmin yaşayış məntəqəsinin tarixi itmiş olur.

Ona görə də, Tononomika Komissyası bununla bağlı xüsusi proqram hazırlamalı, işğal edilmiş və indi azad edilən ərazilərdəki bütün adların siyahısını hazırlamalı və bu adların mənşəyini dəqiq izah etməlidir. Bundan sonra hansılar ki, bizim qədim milli adlarımızdır onlar saxlanmalıdır, hansılar ki, sırf erməni toponimləridir onlar dəyişdirilməlidir.

Yeni adlar veriləndə də, ölkədə geniş yayılmış, bir çox rayonlarda mövcud olan ya da süni yaradılan kənd adları verilməsi (məs, Günəşli, Təzəkənd və s.) məqsədəuyğun deyil. Bundansa, qədim tariximizi, qədim mədəniyyətimizi, qədim dilimizi özündə ehtiva edən sözlərdən istifadə edilməlidir.

Məsələn, qədim dövlətlərimizin və coğragi bölgələrimizin adlarından- Manna, Midiya, Alban, Arran, Qarqar, Arsak, Göyçə, Atropatena və s., tarixi tayfa və şəxs adlarından- Sakasena, Qarqarlı, Uruzlu, Maday, Kutilər, Saklar, Babək, Qorqudlu, Bayandurlu, Qazan və s., qədim mədəniyyətimizə aid sözlərdən- Buta, Baharlı, Xalçalı, Novruzlu, Şamlıq, həmçinin, qədim dinimizə- zərdüştlüyə aid sözlərdən- Hürmüzlü, Muğlar, Xıdırlı, Qatlar və s. istifadə edə bilərik.

Mən tarixçi deyiləm, toponomika ilə məşğul olmuram, bu adları şərti yazdım. Bu işlə tarixçilər, filoloqlar məşğul olmalıdır. Əsas odur ki, biz bir torpaqlarda ən qədim xalq olduğumuzu qədim toponimlərimizi və itirilmiş qədim sözlərimizdən istifadə etməklə bərpa etməklə təsdiq edək.

90-larda yol verdiyimiz səhvləri təkrarlamaq olmaz. Məsələn, Qutqaşen və Vartaşen kimi sırf Albaniya dövlətinə və ondan əvvəlki dövrə aid olan qədim toponimlərimizi erməni sözü bilərək dəyişdirmək həmin ərazilərin tarixi irsinin itirilməsi ilə yanaşı ermənilərə iddia üçün əlavə şans vermiş oldu. Bu gün erməni sözü, erməni toponimi olaraq bildiyimiz adların çoxunun ermənilərə heç bir aidiyyatı yoxdur, onlar bizim qədim dilimizə aiddir.

Ona görə də, təklif edirəm ki, Prezident yanında xüsusi komissiya yaradılsın və bu məsələlərlə ciddi məşğul olsun. Bizim tariximiz nə islam dininin burada yayılmasından, nə də Albaniyadan sonra başlamır. Xalqımız bu torpaqlarda azı 10 min illik mədəniyyət və tarix yaradıb. Bu irsə sahib çıxmalıyıq və bu qədim tarixi, mədəni irsi yaşatmalıyıq. Bu ərazilərdə aborigen xalq bizik, gəlmə olan ermənilərdir. Tarixi-mədəni irsimizi və ədaləti bərpa etməliyik.

Elçin Bayramlı

sia.az

İrad və təkliflərinizi şərh yazaraq bildirə bilərsiniz

«2-3 ilə Qarabağ Azərbaycanın 2-ci ən böyük iqtisadi zonası olacaq»

Bizimyol.info-nun suallarını sosioloq, Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri Elçin Bayramlı cavablandırır.

— Elçin bəy, artıq qələbəyə, Qarabağa çox yaxınıq. 30 illik həsrətə,işğala son qoyulur. İstərdim deyəsiz, Qarabağın və ona bitişik rayonların işğaldan azad edilməsi ilə bizim iqtisadi qazancımız nələr olacaq?

-30 ildən artıqdır biz Azərbaycan torpaqlarının 20 faizini itirmişik, istifadə edə bilmirik. Bu 20 faiz ərazi ölçü vahididir. Lakin, onun Azərbaycan iqtisadiyyatında rolu 30 faizə bərabərdir. Çünki, Qarabağ Azərbaycanın ən məhsuldar torpağı idi. Həm turizm, həm aqrar sektor, həm faydalı qazıntılar baxımından Qarabağ torpaqları tükənməz sərvət mənbəyidir. İşğal nəticəsində Azərbaycana 300 milyard ziyan vurulub. 30 illik müddəti və bu müddətdə əldə ediləcək qazancı da nəzərə alcaq, itkilərimizin miqdarını düşünün. 300 milyard dəfələrlə artmış olar. Həm ərazilərimizi dağıdıblar, həm ekoloji zərər çəkmişik, həm qazancımızdan olmuşuq. Təkcə Sərsəng su anbarının işğalı Azərbaycanda suvarmada böyük problemlər yaratdı.

-Qurub yaratmağa necə başlayacağıq?

-Hesab edirəm, hökumətin işğaldan azad edilmiş torpaqların bərpası ilə bağlı proqramı var. Bu proqramın bəzi məqamları bizə məlumdur.Ərazilərdə təxminən 70-80 faiz bərpa işlərinə ehtiyac var. Burda əsas məsələ maliyyə məsələdir. Bizim 50 milyard dollara yaxın ehtiyatımız var. Bunlar xarici banklarda, müxtəlif yatırımlar, aktivlər şəklində saxlanır. Biz onların bir hissəsini yönəltsək, bir-iki il ərzində Qarabağı müasir formada abadlaşdıra, turizm üçün cəlbedici vəziyyətə gətirə bilərik. Bərpa üçün yalnız dövlət resursları yox, özəl şirkətlər, investorlar cəlb oluna bilər. Azərbaycanın investisiya reytinqi yüksəkdir, bu məsələ problem olmayacaq. Sürətlə bərpa və və inkişaf baş verəcək.

— Bu 30 il ərzində Qarabağa turistlər gəlirdi? Çünki, alınan kəndlərimizə, şəhərlərimizə baxsaq abadlıq işləri aparılıb, infrastruktur bərbad vəziyyətdə deyil...

— Bəli, Fransadan, Hindistandan bura turistlər gəlirdi, onlar Ermənistana gəlmək adıyla ildə minlərlə turist qəbul edirdilər. Qarabağın turizm üçün böyük potensial var.Xüsusən, mineral sular, tibbi turizm üçün əvəzsizdir bu torpaqlar.

-Qarabağda əsasən hansı iqtisadi sahələr inkişaf etdirilə bilər?

-Orda əvvəllət yüngül sənaye, tekstil tikinti materialları, mineral suların istehsalı, turizm və aqrar sektor inkişaf edib, indi yenə o potensial var. Qarabağda öncə minalardan təmizlənmə üçün iş aparılmalıdır, bunun üçün bir il vaxt lazım olacaq. Paralel olaraq da quruculuq işləri.2 il sonra Azərbaycan iqtisadiyyatında Qarabağ Abşeron iqtisadi zonasından sonra ikinci böyük iqtisadi zonaya çevriləcək.

-Necə düşünürsünüz, Qarabağda köçürülmə, məskunlaşma hansı formada həyata keçirilməlidir?

— Ordan 700 min civarında köçkünümüz var, bu ailələrin illər ərzində artmasını da nəzərə alsaq, qarabağlıların sayı bir milyondan çoxdur. Köçkünlər Bakıda müvəqqəti yaşayış əsasında qeyddə idilər. Tikilən evlər müvəqqəti yaşayış üçün verilmişdi. Hamı qayıtmaya bilər təbii. Amma ən azı 70-80 faiz qayıtmaq istəyəcək. Üstəlik, dövlət burda məskunlaşmanı stimulladırmaq üçün tədbirlər görəcək ki, qaçqın köçkün olmayan vətəndaşlar da Qarabağa köçməyə maraqlı olsunlar. Məsələn faizsiz kreditlər veriləcək, əlavə güzəştlər olacaq, torpaq veriləcək. Buna görə 2 il ərzində Qarabağda bir milyon əhalini məskunlaşdırmaq olar. Üstəlik, Ermənistandan qaçmış əhalinin bir hissəsi hələ də çətin vəziyyətdə yaşayır, onlar da könüllü olaraq getmək istəyəcəklər.

— Bu bir həftə ərzində sizcə hərbi sirr deyilsə müharibəyə nə qədər xərc çəkirik?

-Ermənilər də etiraf edir ki, ordumuz tərəfindən görünməmiş sxılıqda atəş açılır. Bizim bir həftədə cəbhədə xərclədiyimiz vəsait Ermənistanın hərbi büdcəsindən təxminən 2 dəfə çoxdur. Yarım milyarddan bir az artıq hərbi büdcələri var (ümumi büdcələri 3,5 milyarddır), amma biz cəbhədə azı 1 milyardlıq sursat istifadə etmişik. Bu sonda bilinəcək. Amma bu müharibəyə iqtisadi cəhətdən yanaşsaq, Qarabağ zonası bu zərəri 1 il ərzində ödəyəcək. Tək bir qızıl yatağından əldə edilən gəlir buna kifayətdir.

— Ermənilərin partlamayan raketləri barədə də danışaq.

Mərmi və raketlərin konkret müddəti var. Köhnə silahları alıb yığmaqla deyil, o daim təzələnməlidir, modernləşdirilməldir, bunun üçün külli miqdarda vəsait tələb olunur. Köhnə silahı atırlar deyə çoxu partamır. Bu mərmilərin 5 il müddəti var . Ona görə, çoxu partlamır, sancılıb qalır yerdə

-Bəs dünyada bu partlamayan kaset silahları nə üçün qorxunc deyə kateqoriyaya ayırırlar. O qədər də qorxunc deyilmiş.

Bu strateji silahlar deyil. Bizdə də, Ermənistanda da strateji silahlar yoxdur. Bizim kimi ölkələrə yaxın və orta mənzilli raketlər, silahlar satılır, o da lokal müharibələr üçün. Böyük mənzilli raketlərə Ermənistanın gücü də çatmaz. Bizim isə ehtiyacımız yoxdur. O atdıqları mərmilərin böyük dağıdıcı qüvvəsi yoxdur, bizə elə də zərbə vura bilməz. Amma bizim onların silahından qat- qat güclü olan bircə mərmimiz hərbi strateji obyektlrinə düşsə, külli ziyan çəkə bilərlər. Bu təxribat xarakterli addımdır sadəcə.Biz onlara atsaq, erməni həmişəki həyasızlıqla ölmüş adamları bizim raketin yanına yığıb deyəcək ki, Azərbaycan Yerevanı vurdu, əhalini qırdı və.s.Bizim komandanımız nə etdiyini bilir, addım -addım qələbə qazanırıq. Müharibədən sonra Ermənistan bizə zərbə endirmyə qalxsa, buna beynəlxalq səviyyədə cavab veriləcək. İndi siyasi , diplomatik, informasiya, kiber müharibəsi paralel gedir. Biz hər sahədə irəlidəyik.Onların əlində qalan son çarə təxribatdır, yalan məlumatlardır. Suriya ordusunun xüsusi təyinatlıları bizim tərəfimizdən döyüşür deyirlər. Suriyanın özünə kömək edən lazımdı.Bizim özümüzün kifayət qədər silahımız, əsgərimiz generalımız var. Qələbəyə isə az, lap az qalıb.

İlhamə Rəsulova

https://www.bizimyol.info/az/news/291723.html

Vikipediya: informasiya müharibəsində dillərin mübarizəsi — ARAŞDIRMA

İnternetin inkişafı ilə yeni bir müharibənin əsasını qoyulması ilə, qlobal miqyasda informasiya və təbliğat müharibəsi virtual məkana transformasiya olundu. Bu yazımız qlobal informasiya müharibəsində bizim bu imkanlardan, konkret olaraq, ümumdünya internet ensiklopediyası sayılan Vikipediya sistemindən necə yararlandığımıza həsr olunub.

İnternetdə informasiya «kütləsi»nin astronomik ölçüləri

İndiki zamanda bir çox insan internet olmadan həyatı təsəvvür edə bilmir. Bu gün internet, demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir və onun istifadəçilərinin sayı getdikcə artır. İnterneti çəkinmədən bir informasiya okeanına, yaxud çox nəhəng virtual məlumat bazasında bənzədə bilərik.

İnternetdə nə dərəcədə nəhəng informasiyanın yerləşdiyi haqda təsəvvür yaratmaq üçün sadəcə bir faktı xatırlatmaq kifayətdir — bu qədər informasiya çap variantına çevrilsə, Yerdən Plutona qədər olan məsafədən 10 dəfə çox hündürlükdə kitab dəsti alınardı. Hər ay internet kanalları ilə orta hesabla 100 terabitədək informasiya nəql edilir. Bu, hərəsi 1000 səhifədən ibarət olan 100 milyon kitaba bərabərdir.

İnternetdə informasiya axtarışı artıq çox nəhəng rəqəmlərə çatıb. Elə sistemlər var ki, dünyanın hər yerindən milyonlarla insan həmin resurs vasitəsilə informasiya axtarır. Dünyada böyük həcmdə məlumat yerləşdirilən və axtarılan ən nəhəng sistemlərdən biri də demək olar ki bütün dildə fəaliyyət göstərən Wikipedia sistemidir. Bu system dünyada ən böyük açıq elektron ensklopediya sayılır.

Vikipediya informasiya müharibəsində əsas silahlardandır

Bu resurs Viki texnologiyası əsasında, azad proqram təminatı ilə yaradılıb. «Wikimedia Foundation İnc.» qeyri-hökumət təşkilatı tərəfindən idarə edilən Vikipediya 15 yanvar 2001-ci ildə fəaliyyətə başlayıb.

Vikipediya az sonra dünyanın ən məşhur 10 internet saytı sırasına daxil olub. 2009-cu ildə aparılan araşdırmalara görə, Vikipediya 230 milyon sayt arasında dünyanın ən çox oxunan və internet istifadəçilərinin tez-tez müraciət etdikləri saytlar arasında 1-ci yeri tutub.

Vikipediya könüllü istifadəçilər tərəfindən daxil edilən məqalələr hesabına zənginləşir. Bu saytın bazasında on milyonlarla məqalə var.

310 dildə fəaliyyət göstərən Vikipediyanın istifadəçi və məqalə sayı durmadan artır. İstər adi İnternet, istərsə də adi KİV istifadəçisində istənilən hadisə haqqında fikir formalaşdırmaqda Vikipediyanın rolu əvəzolunmazdır.

Ensiklopediyanın əsas tələbi yazılan məqalələrin və əlavə edilən biliklərin neytral nəzər nöqtəsindən çıxış etməsidir. Yəni, burada çəsələn, «ən yaxşı ölkə Azərbaycandır» kimi şəxsi fikirlərə yer olmamalıdır.

Lakin resursun açıq olması eyni zamanda bir sıra problemlər yaradır. Məsələn, Qarabağ mövzusu ətrafında ermənilər saxtakarlıq əməllərini daha rahat həyata keçirə bilirlər.

Vikipediyanın Azərbaycan bölməsində vəziyyət necədir?

2004-cü ilin yanvarından az.wikipedia.org ünvanında Azərbaycan dilində Vikipediya fəaliyyətə başlayıb. Buna Azərbaycanın açıq elektron ensiklopediyası kimi də baxmaq olar. Son illərdə dilimizdə olan materialların sayı sürətlə artır. Hazırda Azərbaycan dilində 400 mindən artıq məqalə var (latın və fars əlifbalarında).

Lakin məlum olduğu kimi, say heç vaxt əsas olmayıb, əsas, keyfiyyət sayılır. Bəzi məqalələr şablondur, ya da içi boşdur. Dolu olanların da bəzilərinin material zənginliyi, faktoloji əsasları, istinad mənbələri zəifdir. Üstəlik, bəzi məqalələrdə məlumatlar subyektivliyə və şəxsi fikirlərə uyğun verilib.

Vikipediyanın müxtəlif bölmələrində Azərbaycanla, ölkəmizin qədim tarixi, mədəniyyəti, böyük şəxsiyyətləri ilə bağlı bir çox məqalələr yerləşdirilib və bu materiallar administratorlar tərəfindən qorunur. Yəni bu məqalələrdə dəyişikliyə, əlavə məlumatların daxil edilməsinə icazə verilmir. Buna səbəb həmin məqalələrin tez-tez ermənilərin hücumlarına məruz qalmasıdır.

Bəzən Azərbaycanla bağlı məqalələrə həmin şəxslər tərəfindən elə saxta məlumatlar əlavə olunur ki, məqalənin ümumi məzmunu itir və oradakı məlumat Azərbaycana qarşı bir dezinformasiya xarakteri daşımış olur.

Azərbaycan dili məqalə sayına görə, 313 dil arasında 30-ci yeri tutur. Azərbaycan dilində 413 386 min məqalə mövcuddur. Bunlardan 173,857 məqalə latın əlifbası ilə, 239,529 məqalə isə fars əlifbası ilə yerləşdirilib.

Göründüyü kimi, İran azərbaycanlıları Azərbaycan dilində daha çox məqalə yerləşdirib ki, bu da əlbəttə, sayla bağlı məsələdir- İranda 30 milyon, Azərbaycanda 10 milyon azərbaycanlı yaşayır.

Əlbbətə, Azərbaycan və erməni dillərindəki məqalə sayına görə biz üstünük, çünki Azərbaycan dilində ümumi məqalə sayı erməni dilindən çoxdur. Lakin dars əlifbası ilə qoyulanları çıxsaq erməni dilində məqalə sayı bizdən xeyli çoxdur (173,857-ə qarşı 276,307). Bu o deməkdir ki, Vikipedia müharibəsində Azərbaycanlılar ermənilərdən daha zəif iştirak edir.

Vikipediyada «erməni-azərbaycanlı müharibəsi»

Vikipediya ermənilər tərəfindən fasiləsiz olaraq Azərbaycana qarşı yeni-yeni dezinformasiyalarla doldurulur. Nəticədə çox zaman məqalələr nəinki Azərbaycanın maraqlarına, Vikipediyanın əsas qaydası sayılan adi neytrallıq prinsiplərinə belə cavab vermir.

Təəssüfedici haldır ki, erməni dilində öz əlifbaları ilə olan materiallar bizim dilimizdə öz əlifbamızla olan material sayından xeyli çoxdur. Yalnız İran azərbaycanlılarının yerləşdirdikləri məqalə sayını da nəzərə alanda biz üstələyirik- 2 əlifbada ümumi sayla.

Vikipediyanın bir çox dillərdə fəaliyyət göstərən layihələrində informasiya müharibələri adi hal alıb və artıq administratorlar da bu virtual ensiklopediyadakı münaqişələrin qarşısının tam alınmasında acizdirlər. Məsələn, eyni hadisə, eyni fakt haqda məqalə hər dildə tam başqa formada verilir və bir-birinə tam zidd olur. Qarabağla bağlı tarixi məqamları bura əlavə etmək olar. Azərbaycan dilindəki materiallarla erməni dilindəkilər bir-birinə tam ziddir. Biz ermənilərin saxtakarlıq etdiyini bilirik və faktlarla inkar edə də bilirik, amma başqa xalqların nümayəndələri bunu bilmir.

Vikipediya və ümumiyyətlə, İnternetdə fəaliyyət göstərən açıq layihələrə nəzər salsaq, görərik ki, Azərbaycana qarşı informasiya müharibəsində, antiazərbaycan təbliğatında, ifrat şovinist çıxışlarda erməni gəncləri ilə yanaşı, ermənilərin tanınmış tarixçiləri, siyasətçiləri, ədəbiyyatçıları, şair və yazıçıları fəal iştirak edirlər. Onlar müxtəlif dillərdə məqalələr yerləşdirir və öz təbliğatlarını və dezinformasiyalarını yayırlar.

Məsələn, bir neçə il öncə Vikipediyanın rus dilindəki bölməsində «Kultura Azerbaydjana» adlı məqaləni oxuduqda onun daha çox erməni mədəniyyətini təbliğ etməsinin şahidi oldum.

«Literatura Azerbaydjana» məqaləsində isə XV əsrə qədərki dövrdə indiki Azərbaycan ərazisində yalnız erməni və fars ədəbiyyatının inkişafından danışılır və müxtəlif erməni saytları mənbə kimi göstərilirdi.

Sonra bu sahədə azərbaycanlı istifadəçilərin fəallaşması nəticəsində neytrallıq prinsipləri cüzi də olsa, bərpa olundu. Keçən illərlə müqayisədə Vikipediyadakı bəzi məqalələri, qismən də olsa, erməni saxtalaşdırmasından «təmizləmək» mümkün olub. Lakin Vikipediyada Azərbaycana qarşı təbliğat maşını səngimək bilmir və bu səbəbdən də müxtəlif dillərdə iftira dolu məqalələr minlərlədir.

Müxtəlif dillərdə məqalə sayı üzrə statistika nə göstərir?

Vikipediyada bütün dillərdə ümumilikdə 55 milyona yaxın məqalə yerləşdirilib. Bunların yarıya yaxını 6 beynəlxalq dildə olanlardır. Məqalə sayı 1 milyondan yuxarı olan 17 dil var. Elə dillər var ki, cəmi 1 material dərc olunub.

BMT-nin rəsmi dilləri kimi qəbul olunan 6 beynəlxalq dildə məqalə sayı

DilMəqalə
İngilis6,174,687
Fransız2,257,051
Rus1,668,223
İspan1,633,314
Çin1,152,403
Ərəb1,070,768

Bizimlə qonşu xaqların dilindəki məqalə sayı

DilMəqalə
Fars749,546
Azərbaycan413 386*
Türk368,608
Erməni276,307
Qazax227,239
Gürcü143,233
Türkmən5,811

* Azərbaycan dili 2 əlifbada (latın və fars) yerləşdirilən məqalə sayı üzrə verilib

Bəzi başqa xalqların dillərində məqalə sayı

DilMəqalə
Alman2,490,337
İtalyan1,641,664
Yapon1,232,999
Hind1,047,384
Ukrayna1,049,071
Portuqal1,043,749
İndoneziya548,615
Macar476,967
Belarus268,176
Urdu157,644

Ən qədim dil sayılan və əksər alimlər tərəfindən bütün dillərin kökü kimi qəbul edilən Sanskrit dilində 11,464 məqalə var. Ölü dillərdən olan Latın dilində isə 133,861 məqalə mövcuddur. Daha bir maraqlı məqam- beynəlxaql süni dil olan Esperanto-da 286,347 məqalə yerləşdirilib.

İnformasiya müharibəsini udmağa borcluyuq

Azərbaycan informasiya və təbliğat müharibəsinin tam ortasındadır. Bu virtual müharibədə biz özümüzdən zəif bir düşmənə hələ ki, uduzuruq. Halbuki, dünyada 50 milyon azərbaycanlı, 10 milyon erməni yaşayır.

Ermənilərdən sayca 5 dəfə artıq olmağımıza baxmayaraq, onlara informasiya müharibəsində uduzmağın heç bir adı yoxdur. Bu səbəbdən də internetə çıxışı olan hər bir azərbaycanlı Vikipediyada və digər qlobal resurslarda heç olmasa 5-10 məlumat yerləşdirməyi özünün borcu hesab etməlidir. Yaxşı olardı ki, daha çox beynəlxalq dillərdə material yerləşdirək.

Belə olsa, dövlət və xalq əl-ələ verib hərbi cəbhədə, siyasi arenada olduğu kimi, informasiya müharibəsini də udarıq. Böyük qələbəyə aparan yolda müharibələr vacibdir!

Elçin Bayramlı

https://sia.az/az/news/politics/832416.html

Azərbaycandan dünyaya dövlət-cəmiyyət-din münasibətləri nümunəsi

“Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”- Heydər Əliyev

Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Lakin, Azərbaycanda dini azadlıqların maksimum təmin edilməsi, dövlət tərəfindən dini icmalara qayğı göstərilməsi müsbət məqamlarla yanaşı mənfi tendensiyalara da rəvac verir. Yaradılmış şəraitdən sui-istifadə nəticəsində ölkədə təhlükəli təriqətlərin də sərbəst fəaliyyətinə imkan yaranıb ki, bu da cəmiyyətin və dövlətin mənafeləri kontekstində arzuolunan deyil.

Əlbəttə, əsas problem getdikcə dinə meylin artmasında yox, dindən siyasi və ideoloji məqsədlər naminə istifadə cəhdlərindədir. Bəs dini azadlıqlar, tolerant mühitin təmin edilməsi vətəndaş cəmiyyəti üçün hansı perspektivlər vəd edir? Bu suala aydınlıq gətirmək üçün əvvəlcə dinin bəşər tarixində roluna və səbəb olduğu proseslərə dair qısa tarixi arayış vermək lazım gələcək.

Dünya tarixində dini proseslərin qısa icmalı

Dinlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurəti ilə şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.

Lakin etiraf etməliyik ki, sonrakı dövrlərdə dinin kontekstdən çıxarılması nəticəsində onun onun elmi-texniki inkişafa qarşı çıxması, elmi, təhsili, mədəniyyəti və incəsənəti yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri, orta əsrlərdə Avropada, Yaxın və Orta Şərqdə sivilizasiyanın inkişafına mane olub.

Müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror aktları, müxtəli din və məzhəb mənsublarının birgə yaşadığı ölkələrdə vətəndaş müharibələri davamlı xarakter alıb.

Fələstində yarım əsrdən çoxdur ki, kiçik fasilələrlə davam edən yəhudi-ərəb müharibəsinin hansı dəhşətli nəticələrə gətirib çıxardığı ortadadır. Əfqanıstanda, Pakistanda, Misirdə və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Suriyada, Türkiyədə dinçilərin dünyəvi dövlətə qarşı apardıqları mübarizə göz qabağındadır.

Bəzi cəmiyyətlərdə (Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) dinin mahiyyətinin düzgün dərk edilməsi və onun cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi həmin cəmiyyətlərdə ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib.

Beləliklə, dünyanın hazırki reallıqlarından yanaşsaq, dinin mahiyyəti kimi rolu da fərqli istiqamətə yönəldilib. Bəzi xarici dairələr dini mənsubiyyət cəhətdən qarşıq əhalisi olan ölkələrdə radikal dini təriqətlərin əli ilə vətəndaş müharibəsi törədirlər.

Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümumilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub. Ara sıra belə cəhdlər edilir, lakin ölkə hakimiyyətinin siyasi iradəsi və cəmiyyətin qətiyyətli mövqeyi buna imkan vermir.

Azərbaycanda dini cəmiyyətdən dünyəvi cəmiyyətə keçid

Tarixə baxsaq, dünyada olduğu kimi, Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. Keçmiş əsrlərdə bu torpaqlarda müxtəlif dinlərin və fəlsəfi cərəyanların tərəfdarları arasında amansız müharibələr baş verib. Nəticədə, milyonlarla günahsız insan məhv edilib. Lakin Azərbaycan xalqı tarixin heç bir dövründə öz dinini əldə bayraq edib heç bir xalqa, dövlətə, dinə qarşı təcavüz etməyib, sülh şəraitində yaşamağa üstünlük verib.

Ötən əsrdə dini cəmiyyət və dövlət formasından dünyəvi cəmiyyət və dövlət formasına keçidin timsalında biz hər iki formasiyanın müqayisəsi imkanını qazanırıq.

XX əsrin əvvəllərinədək Azərbaycan xalqı mövhumat içində yaşayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin xalqımızın fədakar oğulları- Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirə Fətəli Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan ziyalılar cəmiyyətin və ölkənin inkişafını elm və təhsildə görürdülər və bunu təbliğ edirdilər. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə, bu iş kütləvi xarakter aldı. Qısa bir zamanda xalqımız elmi-mədəni sahədə böyük inkişaf yol keçdi. XX əsrdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi.

Sovet İttifaqının dağılması və Azərbaycanın fəaliyyətini müstəqil dövlət kimi davam etdirməsindən sonra, respublikada azad vətəndaş cəmiyyətinin qurulması məqsədilə dini azadlıqlar dövlət tərəfindən təmin edildi. Təəssüf ki, bundan mənfi məqsədlərlə istifadə etmək istəyən, din əvəzinə mövhumatın yayılmasına maraqlı olan qüvvələr peyda oldular. Onların fəaliyyəti nəticəsində bəzi gənclər təhlükəli dini təriqətlərin toruna düşürlər.

Azərbaycanda dini qarşıdurma üçün əsas varmı?

Dini maariflənmənin zəif olması səbəbindən dinin əsil mahiyyətindən kənara çıxan təriqətlər bir sıra gənclər üçün daha cəlbedici görünür. Belə təriqətlərin əsas məqsədi isə heç də Tanrı və Yaradılışın həqiqi mahiyyəti haqda bilik yaymaq deyil, yalnızca məkrli qlobal mərkəzlərin siyasətinə uyğunlaşmış təhlükəli təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə yaymaqdan və kütlələri öz nəzarətlərində saxlamaqdan ibarətdir.

Belə dini qüvvələrin arxasında xarici dövlətlərin kəşfiyyat orqanlarının dayandığı isə heç kimə sirr deyil. Xarici siyasi-ideoloji mərkəzlər səhv yolda olan dini qüvvələrin vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər.

Kritik situasiyalarda bəzi Qərb dövlətlərinin radikal dindarları müdafiə etməsi onların dünyaya elan etdikləri prinsiplərinə zidd getməkdən əlavə, həm də gizli məqsədlərinin nədən ibarət olduğunu görməyə imkan verir. Ərəb ölkələrində baş verənləri bir balaca analiz edəndə məsələ aydın olur.

Azərbaycanda isə bu sahədə vəziyyət sabitdir, dini və ya etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Xalqımız qədimdən gələn multikultural ənənəsini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.

Azərbaycan cəmiyyətində dinin yeri necə müəyyən edilib?

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.

Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb.

Beləliklə, bu gün respublikamızda hər bir vətəndaşın öz dini inancını qoruması, həmin dinin təbliğ edilməsi, dindarların rahat ibadətlə məşğul olma hüquqları Konstitusiya (18, 48-ci maddələr) ilə təsbit edilib və dövlət bu hüquqların təmin edilməsi üçün kifayət qədər optimal siyasət yürüdür. Azərbaycan cəmiyyəti dinin mənəvi dəyərlər sistemi olduğunu və onun siyasətə, dövlət işlərinə və sair bu kimi məsələlərə qarışdırılmamasının vacibliyini dərk edirlər. Bir sözlə Azərbaycanda dini fanatizmə cəmiyyətin münasibəti müsbət deyil.

Azərbaycanda dövlətin din siyasəti necə qurulub?

1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir.

Hazırda respublikamızda 2000-dən məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur.

Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

Əlbəttə, ölkədə dini və ya etnik tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyin qorunmasında və inkişafında önəmli rol oynayır. Lakin, dini azadlıq insanların zərərli təriqətləri müdafiə etməsinə səbəb olmamalıdır. Hansısa təriqətə bağlılıq, cəmiyyət və dövlət maraqlarından üstün tutulmamalıdır. Azərbaycançılıq ideyası hər şeydən əvvəldə gəlməlidir.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/832233.html

Kor dünya və ya tfu sizin üzünüzə… —

Bağışlayacaqsınız, amma insanlığa qarşı erməni terroruna qarşı gözü kor, qulağı kar, dil lal olan “dünya birliyi” üçün bundan münasib ifadə tapmaq mümkün deyil

Azərbaycan və Ermənistan arasında Qarabağ ərazisində davam edən döyüşlər təkcə hərbi müstəvidə deyil, həm də mülki müstəvidə vüsət alır. Belə ki, Qarabağdakı işağlçı Ermənistan ordusuna və erməni terrorçu qruplaşmalarına sarsıdıcı zərbələr endirən Azərbaycan Ordusu qısa müddətdə düşmənin az qala bütün hərbi arsenalını və xeyli əsgərini məvh edib, bir sıra ərazilərimizi azad edib.

Cəbhədə Azərbaycan Ordusu ilə bacarmayan Ermənistan isə döyüş bölgəsindən xeyli uzaqda yerləşən Azərbaycan şəhərlərinə raket zərbələri endirərək aralarında körpə uşaqların da olduğu onlarla dinc sakinin ölümünə, yüzlərlə insanın ağır yaralanmasına səbəb olub. Bu, konkret və açıq terror aktıdır. Başqa sözlə dövlət səviyyəsində mülki əhaliyə qarşı törədilən hərbi cinayətdir. Özü də açıq-aşkar rəsmi bəyan edilmiş formada və bütün dünyanın gözü qarşısında. Lakin dünya birliyi dediyimiz beynəlxaql təşkilatların, böyük dövlətlərin gözü kor olub- insanlığa qarşı törtədilmiş belə dəhşətli cinayətləri görmür, qulağı kar olub- yaralanan körpələrin ağlamasını eşitmir, dili lal olub — bu dəhşətə “dur” deyə bilmir.

Maraqlıdır ki, bütün tarix boyu bu dünya birliyi, beynəlxalq ictimaiyyət həmişə bəşəri cinayətləri, terror aktlarını pisləyir, bunu edənlərə qarşı sanklsiyalar, təzyiqlər hətta hərbi müdaxilə həyata keçirirlər. Lakin məsələ ermənilərin törətdiyi faciələrə və terro aktlarına gəldikdə dünyanın gözü kor, qulağı kar, dili lal olur. Azərbaycanın haqq səsini səsgücləndiricilər vasitəsilə bağırsan da “eşitmir”.

Çox uzatmayaraq, tarixdəki yüzlərlə erməni terrorundan bir neçəsini qeyd etsək, bu etinasızlığın tarixinin o qədər də az olmadığını görəcəyik.

1918-ci ildə erməni daşnak terrorist dəstələri ingilislərin dəstəyi ilə Azərbaycanda yerli əhaliyə qarşı vəhşicəsinə soyqırım törətdilər, müxtəlif bölgələrdə, hətta Azərbaycan paytaxtı Bakıda yüz minlərlə yerli dinc sakinini məhv etdilər. Lakin dünya bunu «görmədi», «eşitmədi», ona görə də dili söz tutub danışa da bilmədi…

Sovet İttifaqı qurulduqdan sonra ermənilər kütləvi terror aktları və soyqırımlar təşkil edə bilmədilər. Yalnız gizli şəkildə azərbaycanlıları aradan götürmək və vəzifədən çıxarılmalarını təmin etmək istiqamətində işlədilər. Terror işini isə başqa ölkələrdə davam etdirdilər. Ermənilər Qərb ölkələrində ASALA kimi terror təşkilatları təsis edərək müxtəlif ölkələrdə Türkiyə diplomatlarına qarşı uzunsürən qanlı terror aktları törətdilər, lakin dünya birliyi yenə də kor oldu, kar oldu, lal oldu…

Zaman dolanıb gəldi 80-ci illərin sonuna. Qərb dövlətlərinin fəal dəstəyi ilə gücləndirilən Amerikadakı və Avropadakı erməni lobbisinin təşkilatçılığı ilə SSRİ-ni etnik münaqişə zəminində daxildən dağıtma planı ermənilərin işinə yaradı. 87-ci ildən etibarən Ermənistanda, Azərbaycanın Qarabağ regionunda deportasiya, soyqırım, terror və işğal prosesinə start verdilər.

Amerika, Fransa, Rusiya kimi fövqəldövlətlərdən də dəstək alaraq terroru davam etdirdilər-1 milyon azərbaycanlı öz doğma yurdlarından qovuldu, 30 minədək azərbaycanlı öldürüldü, 50 min nəfər əlil oldu, yüzlərlə kənd və şəhər dağıdıldı, Azərbaycan ərazisinin 20 faizi işğal edildi. Lakin tərəqqipərvər dünya ictimaiyyəti, qlobal təşkilatlar yenə də kor oldu, kar oldu, lal oldu…

Proses son 30 ildə də davam etdi. Bu günlərdə isə ermənilər tarixdə görünməmiş vəhşililklərə əl atdılar. Cəbhə bölgəsindən yüz km-lərlə aralıda yerləşən şəhərlərə, din sakinlərin başına bomba, raket yağdıraraq, dövlət terroru həyata keçirdilər və kütləvi qırğın törətdilər. Uşaqlar, qadınlar, qocalar öldü… lakin bu sülhsevər beynəlxalq təşkilatlar yenə də kar, kor, lal oldu…

Başqa vaxt sülhdən, insan hüququndan danışan beynəlxalq təşkilatlar (BMT, Avropa Şurası, Avropa İttifaqı və s.) indi səslərini çıxara bilmirlər. Dünyadakı facilələrə sərt reaksiya göstərən Amerika, Avropa, Rusiya məsələ ermənilərin törətdiyi terrora gələndə siçan deşiyi axtarırlar gizlənməyə.

Demək indiyədək danışılan beynəlxalq hüquq, İnsan hüquqları bəyannaməsi, müxtəlif konvensiyalar və sair sənədlər hamısı adi kağız parçasından ibarət imiş. Ortada heç bir dünya birliyi zad yox imiş. Dünya başqa meyarların üzıərində bərqərar imiş.

Qısa Ermənistan bütün beynəlxaql hüquqa, BMT TŞ-nin qətnamələrinə və digər dünya qanunlarına tüpürərək istədiyini edir və cavabı olmayan sualdır ki, heç kim də onlara bir söz deyə bilmir. Hətta, bir-birinin amansız düşməni olar dövlətlər söhbət erməni məsələsinə gəldikdə dost kimi eyni mövqedən çıxış edirlər. Ermənilər isə dünyanın üzünə tüpürməkdə davam edirlər.

Ona görə də, mən də buradan bütün beynəlxaq təşkilatlara, beynəlxalq sənədlərə, qətnamələrə, beynəlxalq məhkəmələrə rahatca tüpürə bilərəm. Bunlar insanlığın düşməni, hətta qlobal terror şəbəkəsidir ki, ermənilər də bu terrorçu şəbəkənin üzvüdürlər. Çünki yuxarıda dedikılərimin başqa heç bir izahı, əsası yoxdur, ola da bilməz.

Ona görə də, buradan üzümü beynəlxalq təşkiatlara, riyakar fövqəldövlətlərə tutaraq şəxsən öz adımdan rəsmi olaraq bəyan edirəm-

Tfu sizin üzünüzə!

Elçin Bayramlı

https://sia.az/az/news/articles/831506.html

Arxa cəbhədə müharibə

Məqsədli provakatorlarla yanaşı, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlar da neytrallaşdırılmalıdır

Azərbaycan Ordusunun işğal edilmiş Qarabağda anti-terro əməliyyatlarına başlaması cəbhədə qızğın döyüşlərlə yanaşı, media və internet məkanında informasiya və təbliğat müharibəsini də alovlandırıb.

Xalqımızın beynəlxaql dillərdə bilən hissəsi qlobal media və internet məkanında mübarizə aparır, Azərbaycanla, Qarabağla bağlı həqiqətləri çatdırmaq, Ermənistanın saxtakar və terrorçu mövqeyini sanballı arqumentlər, savadlı mülahizələr, müqayisəli faktlar və sənədlərlə ifşa etməklə məşğuldur. Ədalət naminə demək lazımdır ki, ilk dəfədir informasiya müharibəsində üstün mövqedəyik və məhz bu şəxslərin əməyi ilə dünya ictimaiyyətinin fikrinin obyektiv formalaşmasına nail oluruq.

Feysbuk, Tvitter, Kontakt, Yutub kimi sosial şəbəkələrdəki müzakirələrdə çox gərgin mübarizə gedir. Müşahidələrimə görə, aparılan təbliğatlar nəticəsində bir çox ölkələrdə başqa xalqların nümayəndələri artıq problemə obyektiv mövqedən yanaşır, erməniləri isə yalnız ermənilər özü müdafiə edir.

Heç bir xarci dil bilməyənlər isə daxili informasiyaları ötürmək, xalqımızı ruhlandırmaq, müzakirələr aparmaqla məşğuldurlar. Bu da 1-ci qədər də olmasa vacibdir. Düzdür, ölkədə yüzlərlə media orqanı bu işlə məşğul olur və əslində, bu qrupa ehtiyac da qalmır, amma hər halda bunlar xeyir verməyə çalışır, zərər vurmur.

Lakin daha 2 qrup da var ki, bunlar dövlətimizin və xalqımızın maraq və mənafelərinə bilərəkdən və ya bilməyərəkdən ciddi zərbələr vururlar.

1-ci qrup düşmənə və bəzi xarici dairələrə işləyən məqsədli provakatorlar, nüfuz agentləri şəbəkəsidir. Onlar bu həssas məqamda xalqda dövlətə qarşı inamsızlıq və qorxu yaratmağa çalışır, psixoloji terrorla məğul olurlar. Bunlarda DTX fəal şəkildə məşğul olur və zərərsizləşdirir.

2-ci qrup isə guya, xeyir vermək istəyərək, savadsızlıqdan və ya ağılsızlıqdan zərər vuranlardır. Belələri hər əlinə gələn məlumatı mənbəyinə baxmadan, məqsədinə varmadan paylaşır, bununla da özləri də bilmədən 1-ci qrupun əlində alətə çevrilirlər.

Savadı və dünyagörüşü az olan kütləni yönəltmək üçün xüsusi mərkəzlərdə hazırlanmış peşəkar provakatorlar var ki, internet məkanı onlar üçün çox böyük imkanlar açıb. Cəmi 5-10 nəfər peşəkar provakator kifayətdir ki, minlərlə insanı idarə edib öz məqsədlərinə işlətsinlər. Bir iki saxta vətənpərvərlik boşboğazlığı çığırmaq kifayətdir ki, sənin hər dediyinə inansınlar.

Ordunu, dövləti dəstəkləmək feysbukda boşboğazlıq etmək, hər əlinə keçən paylamaq, vətənpərvər şüarlar yazmaq deyil. Ordunu, dövləti elə dəstəkləmirlər. Bəs necə edirlər? Şərif demişkən, bu saat mən sizə «sübutalni, dakumentalni» başa salım.

Ön cəbhədə müharibə gedəndə, arxa cəbhədə xalq sakitcə, vicdanla və fədakarlıqla Qələbə üçün işləməlidir. Bu dövrdə, sözdə yox, əməldə milli birlik nümayiş etdirmək, rüşvət almamaq, bir-birinin ayağının altını qazmamaq, müxtəlif yardımlar toplayıb cəbhəyə göndərmək, Silahlı Qüvvələrə Yardım Fonduna pul keçirmək, informasiya müharibəsində qalib gəlmək üçün mübarizə aparmaq və bu kimi faydalı işlərlə məşğul olmaq lazımdır.

Vaxtilə qalib gəldiyimiz Böyük Vətən Müharibəsində heç şou göstərildi? Xeyr! Əvəzinə yuxarıda dediyim işləri gördülər. Və qalib gəldilər! Tamaşanı axırda göstərdilər — Qızıl Meydandakı Qələbə Paradında. Bütün digər müharibələr də belə olub.

Problemin həllini üzərinə götürmüş, lakin 25 ildir bizi barmağına dolayaraq Qarabağın Ermənistanda qalmasına şərait yaradan ATƏT-in Minsk Qrupunun həmsədrləri olan dövlətlərin Bakıdakı səfirlikləri qarşısında, BMT-nin nümayəndəliyi qarşısında da iş görmək olar.

Məsələn, Amerika səfirliyi qarşısında aksiya keçirmək tələb etmək olar ki, işğalçı Ermənistana etdiyin yardımlar bir yana, özün demokratiyadan, terrora qarşı olmaqdan danışa-danışa işğal olunmuş Qarabağdakı terrorçu rejimə hər il rəsmi kanallarla on milyonlarla dollar açıq maliyyə yardımını niyə göstərirsən?

Fransadan soruşmaq olar ki, Ermənistana və Qarabağdakı terrorçu rejimə siyasi dəstəyi, hər il xeyli silah və pul yardımını niyə verirsən?

Rusiyadan soruşmaq olar ki, Ermənistana işğal etdiyi ərazilərdən çıxması üçün niyə təzyiq etmirsən?

BMT-dən soruşmaq lazımdır ki, sən nədən ötrüsən, məgər sənin vəzifən dünyadakı problemləri həll etmək deyilmi? Sənə hər il filan qədər üzvlük haqqını niyə veririk ki? Niyə işğalçıya, terrorçuya qarşı səsini çıxarmırsan, tədbir görmürsən?

Müharibəni ağılla və fədakarlıqla udurlar. Başqa heç bir yolla qalib gəlmək mümkün deyil. Qələbənin sadə formulu var. Ordu əzmlə döyüşür, arxa cəbhə, yəni, xalq fədakarlıqla qələbə üçün işləyir — Cəbiş müəllim kimi! Böyük Vətən Müharibəsindəki məşhur şüarda deyildiyi kimi — «Hər şey Cəbhə üçün, hər şey Qələbə üçün!»

Cəbiş müəllimləri çox olan xalq qalib gəlir.

Biz bu müqəddəs müharibədə qalib gəlməyə məhkumuq.

Başqa yolumuz yoxdur.

Elçin Bayramlı

https://sia.az/az/news/articles/831059.html

Yerevan siyasi və hərbi dalanda: Rusiyalı ekspertlərin fikirləri

Rusiyalı analitik və hərbi ekspertlər hesab edir ki, Ermənistan ordusu cəbhədə, Yerevanın propoqandist fəndləri isə beynəlxalq arenada müvəffəqiyyətsizliyə uğrayıb

News.Ru xəbər saytında Qarabağ ətrafında baş verən proseslərlə bağlı maraqlı analitik yazı dərc olunub. İşğal altında olan Qarabağda düşdüyü böhrandan çıxmaq və mövqelərin itirilməsini dayandırmaq üçün Ermənistanın əlində çox az imkanlar qaldığını qeyd edən yazıda qeyd olunur ki, Paşinyanın kömək üçün xarici dövlətlərə etdiyi müraciətləri də nəticə verməyib. Nəticədə Yerevan həm hərbi, həm siyasi cəhətdən «tupikə» dirənib. Saytın analitiki İqor Nikiforov Azərbaycan-Ermənistan cəbhəsində yaranmış hərbi, siyasi, diplomatik situasiyanı təhlil edərkən bu qənaətə gəlib.

?????????????????????????????????????????????????????????

Qeyd olunur ki, döyüşlər başlanandan Paşinyan böyük dövlətlərin liderlərinə aramsız zənglər edib, lakin bu, heç bir effekt verməyib. Bütün dövlətlər, o cümlədən Rusiya qarışmamağı üstün tutub.

Müəllif vurğulayır ki, beynəlxalq dəstəkdən məhrum olması, Qarabağ cəbhəsində mövqelərin fasiləsiz itirilməsi fonunda Ermənistan qəribə fəndlərə əl atıb.

Misal üçün, cəbhə bölgəsində Azərbaycan aviasiyasının vurulması, qarşı tərəfdən xarici döyüşçülərin iştirak etdiyi, mülki əhaliyə qarşı bombardman haqda dezinformasiyalar buraxır. Halbuki, bunların heç birini sübut edəcək, dəlil, fakt, sənəd təqdim edə bilmir. Necə ki, qəzaya uğrayan Ermənistan hərbi təyyarəsinin Türkiyə təyyarəsi tərəfindən vurulması haqda yalan xəbəri sübut edə bilmədi. Heç bir dövlətin peyk çəkilişlərində belə bir fakt qeydə alınmayıb.

İqor Nikiforovun qənatəinə görə, Türkiyə dronlarının istifadəsi ilə bağlı Yerevanın iddiası da gülüncdür. Çünki Azərbaycan ən çoxu Rusiyadan olmaqla bir çox ölkələrdən, o cümlədən də Türkiyədən rəsmi şəkildə müxtəlif silah və texnika alıb və bunları da qanuni olaraq döyüşlərdə istifadə edir. Türkiyənin guya müharibədə iştirakı haqda da saxta xəbərlər yayan Ermənistan rəhbərliyi bu barədə heç bir fakt qoya bilmir.

Analitik yazır ki, Ermənistan tərəfinin təkziblərinə baxmayaraq, cəbhə bölgəsində olan xarici jurnalistlər və açıqlanmış rəsmi məlumatlar da təsdiq edir ki, Azərbaycan Ordusu çox mükəmməl əks-hücum kampaniyası aparır və davamlı olaraq işğal edilmiş ərazilərini, yaşayış məntəqələrini azad edir, strateji nöqtələri ələ alır.

Müəllif qeyd edir ki, tərəflərin informasiyalarının obyektivliyi də fərqlidir. Belə ki, Azərbaycan tərəfi vurduğunu elan etdiyi bütün hərbi obyekləri və texnikanın videokadrlarını nümayş etdirir, Ermənistan tərəfi isə bəyan etdiklərinin heç birini sübut edə bilmir.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Kiril Semyonov isə hesab edir ki, Ermənistan hakimiyyəti özünün müharibəyə xarici müdaxilə haqda əsəbi bəyanatlarında məğlubiyyətə uğrayıb, çünki bu haqda heç bir fakt yoxdur.

Ekspert deyr ki, erməni tərəfini özünün təklənmədiyini göstərmk üçün digər ölkələrə də problem yaradır. Belə ki, erməni mediası İranın onlara hərbi yardım etməsi haqda saxta xəbərlər buraxandan sonra İran XİN-in rəsmi nümayəndəsi bunu təkzib etdi və bəyan etdiyi ki, İran öz ərazisindən hərbi yüklərin keçirilməsinə imkan vermir.

Hərbi ekspert Yuri Lyamin təsdiq edir ki, erməni mediasının İran vasitəsilə Ermənistana hərbi yüklərin gətirilməsini siyasi və hərbi dəstək kimi göstərməsi absurddur: «Şahidlər və fotofaktlar göstərir ki, bu maşınlar və texnikalar «Qafqaz-2020″ hərbi təlimlərinə gətirilmiş və təlim başa çatdıqdan sonra Gümrüdəki 102 nömrəli Rusiya hərbi bazasına geri qaytarılan maşınlardır və bunun Ermənistan Ordusuna heç bir aidiyyatı yoxdur».

Yuri Lyamin Paşinyanın çox mürəkkəb vəziyyətə düşdüyünü vurğulayıb. Onun fikrincə, bu səbəbdən müxtəlif proqoqandist fəndlərlə Rusiya-Türkiyə və Azərbaycan-İran münasibətlərində gərginlik yaratmaq üçün hər yola əl atır, lakin bu, effekt vermir.

Belə situsiyada Yerevanın əlində danışıqlar masasına qayıtmaqdan başqa heç bir variant qalmayıb. Xüsusilə də, daxili böhranın getdikcə kəskinləşdiyi bir vaxtda. Sülh danışıqları isə yalnız Azərbaycanın işğal olunmuş 20 faiz ərazisindən hərbi birləşmələrin tamamilə çıxdığı halda baş tuta bilər.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/830147.html

Azərbaycan-Ermənistan cəbhəsində tərəflərin imkanları — ANALİZ

Müharibədə arxa cəbhənin və iqtisadi-maliyyə imkanlarının rolu nədən ibarətdir?

Azərbaycanın öz işğal olunmuş ərazilərində gedən anti-terror əməliyyatları diqqəti ön plana- qaynar döyüş əməliyyatlarına yöənəltsə də, bu müharibənin arxasında görünməyən cəbhənin əhəmiyyəti heç də ön cəbhədən az deyil. İstənilən müharibədə öz cəbhənin arxasında güclü arxa cəbhə dayanır. Bu cəhətdən 2 ölkə müqayisə olunmayacaq dərəcədə fərqlidir.

Müasir texnologiyalara malik ordu daha güclüdür

Məlum olduğu kimi, müharibənin, ordunun arxasında güclü iqtisadiyyat, ciddi maliyyə resursları dayanmalıdır. Bunların olmadığı, yəni zəif olduğu halda ordunu təmin etmək, müharibəni davam etdirmək mümkün olmur. Napaleon demişkən, müharibə, ilk növbədə pul deməkdir. Müasir dövrdə orduların hərbi-texniki arsenalı yeni və effektiv silah və texnikalara malik olmalıdır ki, bunun üçün də təbii ki, ciddi maliyyə vəsaitləri tələb olunur.

Hər silahın, texnikanın da konkret istifadə müddəti var, o müddət bitəndə yenisini almalısan, yenisi üçün də vəsait olmayanda həmin silah və texnika artıq adi dəmir yığınından başqa bir ey olmur.

Üstəlik, ən müasir texnologiyaların müharibədə rolu əvəzssizdir. Buraya güclü aviasiya, zərbə dronları, radioelektron mübarizə vasitələri, radar sistemlərini, yüksəkdəqiqlikli artilleriya və reaktiv yaylım atəş sistemləri və s daxildir.

Bunun əyani nümunəsini Qarabağ cəbhəsində hamı gördü. Azərbaycanın yüksək effektivli, müasir və güclü hərbi texnologiyaları döyüşlərdə əzici üstünlük nümayiş etdirdi. Ermənistan isə, köhnə, zəif, vaxt keçmiş texnikaları ilə heç nə edə bilmədi. Hətta, yaşayış məntəqələrimizə atdığı orta mənzilli raketlər belə ya partlamadı, ya da havada vuruldu.

1 həftədə Azərbaycan Ordusu düşmənin 1000-dən artıq texnikasını- tankları, topları, reaktiv sistemləri, radar qurğularını, hərbi döyüş maşınlarını və s. dəqiqliklə vuraraq sıradan çıxardı. Bu Ermənistan arsenalının əhəmiyyətli bir hissəsidir. Qarabağdakı hərbi dislokasiyanın ixtiyarında olan texnikanın isə demək olar ki, çox böyük əksəriyyətidir.

Nəzərə alsaq ki, ordumuz ən güclü silahlarını, orta mənzilli raketlərini və düşməninkindən 3 qat çox olan aviasiyasnı hələ heç işə salmayıb, artıq hər şey aydın olur. 2 ölkənin hər qarışını nəzarətdə saxlayan kosmik peyklər haqda isə heç danışmağa dəyməz. Azərbaycan bu imkana malikdir, Ermənstan isə yox.

Müharibəni təkcə ordu, dövlət yox, bütün xalq aparır

Müharibələrdə təkcə dövlət, ordu yox bütün xalq, bütün iqtisadi infrastruktur iştirak edir. Bu günkü müharibədə də təkcə ordumuz yox, bütün xalqımız iştirak edir. Hamı ödədiyi vergilərlə, işlədiyi işlə, verdiyi əməklə, istehsal etdiyi əmtəə ilə ordumuzun arsenalını müasir və güclü silah texnika ilə doldurub. Bu isə artıq çox böyük maliyyə vəsaiti deməkdir ki, bu xərcin öhdəsindən əksər dövlətlər gələ bilmir.

Bundan başqa, informasiya müharibəsində milyonlarla azərbaycanlı gecə-gündüz döyüşür, erməni dezinformasiyalarına və əks-təbliğatına qarşı mübarizə aparırlar. Kibermüharibədə isə müqayisəlunmaz üstünlük var. İTK mütəxəssis qruplarımız düşmənin strateji elektron resurslarını sıradan çıxarıb və rabitə vasitələrini böyük ölçüdə bloklayıb.

Buraya siyasi və diplomatik cəbhədə döyüşənləri də əlavə etsək mənzərə tamamlanar. Bir sözlə bütün cəbhələrdə müqayusəolunmaz üstünlük bizim tərəfimizdədir, çünki Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi, haqq da, ədalət də, beynəlxalq hüquq da, vicdanlı dünya ictimaiyyəti də bizim tərəfimizdədir.

Mövcud iqtisadi imkanların müharibəyə davamlılıq fərqi

Azərbaycanın iqtisadi inkişaf tempinin uzun illərdir dünyada ən yüksək göstəricilərdən biri olması faktdır. Ölkənin Ermənistanınkından 25 dəfə çox olan nəhəng strateji maliyyə rezervləri, 5 dəfə çox olan dövlət büdcəsi, 6 dəfə çox olan ümumdaxili məhsul səviyyəsi, dəfələrlə aşağı olan xarici borcu, xarici ticarətdə, rəqib ölkənin mənfi saldosuna qarşı müsbət saldosu, 4 dəfə çox olan hərbi büdcəsi, 5 dəfə çox olan insan resursu və s faktorlar hər şeyi aydın göstərir.

Ermənistan isə bütün sahələrdə ciddi böhran keçirir, həm də çox uzun illərdir. Ölkə faktiki olaraq defolt vəziyyətdədir. Statistik göstəricilərə nəzər salmaq kifayətdir ki, bu vəziyyəti aydın görəsən. Müvafiq olaraq, sosial böhran şiddətlənir.

Bu günlərdə Ermənistan parlamenti 2020-ci ilin büdcə layihəsinin icrası vəziyyətini müzakirə edib. Müzakirlərdə ilin yekununa büdcədə defisit həcminin artacağı qeyd edilib. Parlamentin rəsmi saytı xəbər verir ki, iclasda büdcədə defisitin səviyyəsi ÜDM-in 7,4 faizə çatması nəzərdə tutulub. Cari ilin büdcəsində, ilin sonunda dövlət borcları 12,6 milyardlıq ümumdaxili məhsulun 67 faizinə çatacaq ki, erməni ekspertlərin fikrincə, bu, dünyada ən pis göstəricidir və iqtisadi böhranın xeyli dərinləşdiyini göstərir.

Ermənistan Nazirlər Kabineti ümumdaxili məhsulun daha 644,2 milyon dollar azalacağını gözləyir. ÜDM-in 6,8 faiz azalması, dövlət borcunun kəskin artması, mənfi tədiyyə balansının yüksəlməsi nəticəsində iqtisadi böhranın güclənməsini hökumət pandemiya ilə bağlamağa çalışsa da, müstəqil istisadçılar burada əsas səbəbin pandemiya olmadığını, iqtisadi geriləmənin uzun illərdir davam etdiyini qeyd edirlər.

Bu faktlar ölkənin borcla yaşadığını və defolta doğru getdiyini aydın göstərir. Bu səbəbdən, ölkədə sosial vəziyyətin getdikcə ağırlaşması parlamentdə bir çox deputatların sərt etiraz çıxışlarına səbəb olub. Deputatlar belə bir zəif iqtisadi güclə Qarabağda Ermənistan ordu korpusunun saxlanmasının və Azərbaycan ordusunun azadetmə əməliyyatlarına cavab verəcək imkanların olmadığını bildirərək qeyd ediblər ki, dövlət hərbi əməliyyatların 1 ay belə davam etməsini təmin edəcək resurslara malik deyil. Bu vəziyyətdə, orduya, müharibəyə dəstək vermək imkanlarından söhbət belə gedə bilməz.

İşğal olunmuş ərazilərin azad olunması prosesi necə gedir?

İlk günlər prosesin bir qədər yavaş getməsi tətbiq edilən hərbi strategiya, ən çətin relyef şəraiti və ön xətdəki güclü müdafiə sistemi ilə bağlı idi. Hərbi komandanlıq canlı qüvvə itkisinə yol verməmək üçün, ilk günlərdə piyada hissələrin hücumuna o qədər də üstünlük vermədi. Artilleriyanın, pilotsuz uçan aparatların dəqiq zərbələri ilə düşmənin texniki vasitələrinin çox böyük əksəriyyəti sıradan çıxarıldı. İndi quru qoşunlarının işğal altında olan yaşayış məntəqlərimizi terrorçulardan azad etməsi üçün qarşısındakı ciddi təhlükə mənbələri minimuma endirilib.

İlk həftədə 30 illik müdafiə sistemləri bütün cəbhə boyu yarıldı. Bundan sonra ordunun irəliləyişi sürətli keçəcək. Bu səbəbdən Qarabağın azad edilməsinin oktyabrı keçməyəcəyi heç kimdə şübhə doğurmur.

Qaldı ki əsgərlərin ruh yüksəkliyinə, peşəkarlıq səviyyəsinə, mənəvi psixoloji vəziyyətinə bu haqda müqayisə aparmağa belə dəyməz. Ordumuzun əsgərləri bunu döyüş meydanında cəmi bir neçə günə sübut etdilər. Azərbaycanda milyonlarla insan cəbhəyə can atdığı halda, Ermənistanda və Qarabağdakı erməni ordu korpusunda hamı döyüşdən qaçmağa çalışır, bir çox hallarda döyüşsüz təslim olurlar.

Müharibənin davamı üçün külli miqdarda sursat, texnika tələb olunur. Bizdə müvafiq sənaye var, Ermənistanda isə yoxdur.

Yeri gəlmişkən, beynəlxalq ekspertlərin hesablamalarına görə, Ermənistan bütün imkanlarını tam səfərbər etsə belə, maksimum 1 ay müharibəyə davam gətirə bilər.

Azərbaycanda isə bu müddət illərlə ölçülür. Təkcə strateji rezervlər 50 milyarddır. Daxili fondları və digər ehtiyatları da nəzərə alsaq, bu sahədə ağlagəlməz üstünlük olduğunu görərəik.

Müharubədən sonrakı bərpa işləri: hansı imkanlar var?

Ümumiyyətlə, hesab edirik ki, Qarabağın bərpası üçün sürətli proqramla cəmi 2 il kifayət edər. Bunun üçün maliyyə bazası da var- 50 milyardlıq strateji rezervlər və daxili imkanlar. Əlavə olaraq, xarici və yerli investotrları da buraya cəlb etmək mümkündür.

Ərazilər azad olunduqca, tikinti-quraşdırma işləri geniş vüst alacaq. Burada xeyli yeni iş yerləri yaranacaq. İlk 1 ildə azı yarım milyon nəfər köçkünü yenidən məskunlaşdırmaq mümkündür. Daha sonra növbəti yarım milyonu.

Qarabağda aqrar sektorun, həmçinin yüngül və yeyinti sənayesinin inkişafı üçün potensial imkanlar var. Turizmin inkişafı üçün isə bu bölgə dünyada ən ideal yerlərdən biridir.Bir neçə il ərzində burada böyük bir iqtisadi baza formalaşacaq.

Məcburi köçkünlərin öz torpaqlarına qayıtması nəticəsində Bakının və iri şəhərlərin yükü də xeyli azalacaq. Boşalan yüz minlərlə mənzil sosial ev fonduna yönəldiləcək. Nəticədə yüz minlərlə vətəndaşımız uzunmüddətli kreditlə, asanlıqla və çox ucuz qiymətə mənzil ala biləcək.

Bu qələbədən sonra ölkəmizin həll edəsi böyük problemi qalmayacaq, xırda problemlər də 1-2 ilə həllini tapacaq. Müharibədən sonra Azərbaycan yeni inkişaf dövrünə qədəm qoyacaq. İndiyədək hərbi xərclərə və Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün on milyardlarla vəsait xərclənirdi. İndi bu vəsaitlərin çoxu iqtisadi və sosial inkişafa qoyulacaq. Azərbaycan qısa müddətdə inkişaf etmiş, müsir ölkəyə çevriləcək.

Elçin Bayramlı

https://sia.az/az/news/social/830124.html

Azərbaycan-Ermənistan: İnformasiya müharibəsində son vəziyyət necədir? — ANALİZ

Dünya mediasında və sosial şəbəkələrdə erməni dezinformasiya və təxribatlarına qarşı mübarizədə hansı vəziyyətəyik?

XXI əsr elektron texnologiyalar və informasiya əsridir. Bu dövrdə əsas fəaliyyət sahələri elektron platformaya keçir. Bu istiqamətdə əsas rolu öz üzərinə internet götürüb. İnternet informasiya məkanına tam nüfuz edib və artıq operativliyə və əhatə dairəsinə görə ənənəvi elektron media vasitələrini- televiziya və radionu da geridə qoyub. İndi hər kəs yuxudan duran kimi birinci sosial şəbəkələrə daxil olur ki, görək ölkədə, dünyada nə baş verir, kim kimə nə deyib. Əlaqələr də daha çox internet üzərindən qurulur, messencerlər, sosial şəbəkələr, email sistemləri və s. vasitəsilə.

İnternet resurslarından kim necə istifadə edir?

Bu virtual dünyada artıq 3 milyard adam var, Azərbaycanda isə azı 5 milyon. Sosial şəbəkələrin gücü, qüdrəti haqda danışmaq üçün təkcə ərəb ölkələrindəki, Ukraynadakı vətəndaş müharibələrində onun rolunu xatırlamaq kifayətdir. Əhəmiyyəti haqda isə istənilən qədər danışmaq olar.

Bu sosial şəbəkənin varlığı informasiya azadlığını son həddə çatdırıb. İndi heç bir hadisəni, xəbəri, faktı gizlətmək mümkün deyil. Hərənin əlində bir smartfon (dolayısı ilə foto və videokamera, diktafon, internet, poçt qutusu və s.) var və məlumatı hadisə yerindən birbaşa yayımla verirlər.

Bu qlobal şəbəkənin başqa əhəmiyyətli tərəfləri də var. İndi hər gün ölkədə və dünyada baş verənlərdən hali olmaq üçün onlarla qəzeti, saytı nəzərdən keçirməyə ehtiyac yoxdur. Sosial şəbəkəyə girirsən və görürsən ki, bütün xəbərlər, yazılar, maraqlı materiallar paylaşılıb- necə deyərlər, hamısı bir arada. Xüsusilə də, jurnalistlər üçün sosial şəbəkənin əvəzi yoxdur.

Hətta siyasi mübarizə də vitual məkana transformasiya olunub. Meydanlara çıxa bilməyən müxalifət burda fəal mübarizə aparır. Opponentləri ilə uzun sürən virtual döyüşlər keçirirlər. Mətbuat da bu mübarizəni işıqlandırır.

Sosial şəbəkələrdə müxtəlif aksiyalar, təbliğat, reklam kampaniyaları da aparılır. Bunların bəziləri humanist xarakter daşıyır, kiməsə qan lazımdır, kiminsə müalicəsinə kömək lazımdır, uşaq evlərinə yardım üçün aksiya keçirilir və s.

Burda öz əsərlərini, yazılarını, fərdi xüsusiyyətlərini, naliyyətlərini, münasibətlərini, istehsal etdiyi və ya satdığı məhsulları, göstərdiyi xidmətləri cəmiyyətə çatdırmağa çalışanlar az deyil. Lakin bu məkandan özünüreklam, yaltaqlıq, hamam suyu ilə dost tutmaq, başqasını ləkələmək, təxribat təşkil etmək məqsədilə də gen-bol istifadə olunur.

Bir sözlə internet məkanında həmişə mübarizə, müharibə gedir. İndi bu «müharibə» artıq başqa müstəviyə keçib və Vətən müharibəsinin elementi kimi qəbul olunur.

İnformasiya müharibəsində qalib olmaq nə üçün vacibdir»

Sosial şəbəkələrdə müxtəlif dövlətlərin casus və təbliğat qrupları fəaliyyət göstərir. Onların məqsədi ictimai fikri işlədikləri dövlətin maraqlarına kökləmək, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək və dolayısı ilə ortalığı qarışdırmaqdan ibarətdir.

Belələrini aşkar etmək çətin deyil, “həftə səkkiz- mən doqquz” xarici ölkələrə «gəzməyə» gedən bu gənclər (yaşlılar da az deyil) müvafiq «verbovka» kursunu keçib geri göndərilir. Bütün hadisələrdə də konkret xarici dövlətin maraq və mənafelərindən çıxış edirlər.

Sosial şəbəkələrdə xarici qüvvələrin maraqlarına işləyən minlərlə profil, qrup, səhifə yaradılıb. Öz xalqının, öz dövlətinin mənafeyinə çalışanların qrup və səhifələri isə çox azdır. Belə istifadəçilər var gücləri ilə maarifləndirici materiallar yayırlar, xarici və daxili düşmənlərə qarşı virtual da olsa döyüşürlər, amma onlar həmin mütəşəkkil qruplar tərəfindən hücuma məruz qalır.

Sosial şəbəkələrdə və digər onlayn resurslarda mübarizə təkcə cəmiyyətdaxili ideoloji və sair müstəvilərdəki mübarizədən ibarət deyil, qlobal məkanda dövlətlərarası mübarizə də gedir. Azərbaycanın Ermənistan və erməni lobbisi kimi düşməni var. Torpaqlarımızı işğal edən, xalqımızı soyqırım və deportasiya məruz qoyan erməni faşistlərinə qarşı real müstəvidə döyüşlə birgə, virtual müstəvidə də müharibə aparmalıyıq.

Hazırda elə belə edirik. Virtual məkanda sözün əsl mənasında müharibə gedir — informasiya müharibəsi.

İnformasiya müharibəsi hazırki dövrdə çox vacibdir. Dünya ictimaiyyətinə həqiqətləri çatdırmaq üçün sosial şəbəkələrdən, onlayn informasiya sistemlərindən səmərəli istifadə etmək lazımdır. Bunun üçün savadlı olmalı, azı 1-2 beynəlxalq dili bilməli və o dillərdə mübaizə aparmalıyıq.

Lakin təəəsüflə qeyd etməliyik ki, ermənilər bu imkanlardan daha yaxşı istifadə edirlər. Əksər mübahisə və müzakirələrdə ermənilər üstünlüyü ələ alır, çünki bizimkilər öz auditoriyamızda bir-birinə eyni xəbərləri yazıb paylaşmaqla məşğuldur, halbuki gedib rus və ingilis dillərində qlobal şəbəkələrdə mübarizə aparmalıyıq. Nəticədə, bu sahədə zəif vəziyyətə düşürük. Beləliklə, virtual məkanda gedən müharibədə vəziyyət hələ ki bizim xeyrimizə deyil.

Qarabağ həqiqətləri informasiya müharibəsi müstəvisində

Son günlər Azərbaycan Ordusunun işağlçı və terrorçu Ermənistan ordusuna qarşı Qarabağda əks-hüuma keçməsi və döyüşlərin başlaması ilə bağlı qlobal informasiya məkanında virtual müharibə daha da aktivləşib. Ermənilər bütün sosial şəbəkələrdə, forumlarda, media orqanlarında dezinformasiya və əks-təbliğat kampaniyası aparırlar. Yaydıqları məlumatların demək olar ki, hamısı saxta, yalan və qərəzlidir. Azərbaycanlı, rus, ingilis, türk adları ilə profillər, səhifələrdə saxta məlumatlar yayırlar.

Bloklanmış sosial şəbəkələrə giriş üçün VPN proqramlarının mövcudluğu, hökumətin bu həssas məqamda dezinformsiya və təxrbatların qarşısını almaq üçün həyata keçirdiyi təhlükəsizlik tədbirlərinin təsirini azaldır. Əksəriyyət bu proqramlarınn köməyi ilə istədikləri resursa daxil olur, nəticədə bəzi vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən saxta və təxribatçı informasiyaların yayılmasına şərait yaradır. Lakin unutmaq lazım deyil ki, bunlar casus proqramlarıdır və onu yükləyən şəxsin bütün məlumatlarını, parollarını, şəxsi fəaliyyətini nəzarət altına alır.

Sosial şəbəkələrdə hərə ağlına gələni yazır, bir çoxu da bilərəkdən ya da bilməyərəkdən erməni dezinformasiya və təbliğat maşınına xidmət edir. Bilərəkdən edənlər əsasən yazırlar ki, filan qədər şəhid vermişik, filan qədər texnikamız vurulub… Mənbə də hara olsa yaxşıdır? Erməni mediası və ya sosial şəbəkə səhifələri. Bu qədər də axmaq, savadsız, düşüncəsiz olmaq olmaz. Demək bu aşkar provakasiyadır və bunu qəsdən edirlər.

Bilərəkdən edənləri qoyaq bir kənara. Onların işi budur, vətəni, xalqı satmaqla müəyyən xarici dairələrdən yaxşı pul alırlar. Əsas məsələ bilməyərək edənlərin maarifləndirilməsidir.

İnformasiya müharibəsində hansı səhvlərə yol veririk?

Məsələn yazırlar ki, ordumuz Xankəndini dəhşətli bombardmana tutub, xeyli erməni qırılıb. Bu əlbəttə, ermənilərin yaydığı saxta məlumatdır və məqsədi də məlumdur. Ermənilər neçə gündür elə son çarə kimi bundan yapışıb bütün dünyaya dezinformasiya yayırlar ki, Azərbaycan ordusu mülki əhalini körpələri qırır, bizim sadəlövh şəbəkə istifadəçiləri isə bu məlumatı bilməyərəkdən düşmənə xidmət edirlər. Halbuki, ordumuz sırf hərbi obyektlərə zərbə endirir və mülki əhaliyə toxunmur. Bunu Ali Baş Komandan da qəti şəkildə bəyan edib.

Biri yazır ki, Kəlbəcəri tam mühasirəyə almışıq. Ay yoldaş, sən heç məktəbə getməmisənmi, orada coğrafiya keçməmisənmi, öz ölkənin xəritəsini bircə dəfə belə görməmisənmi? Kəlbəcərin yarısı Ermənistanla sərhəddir, onu tam mühasirəyə almaq üçün gərək Ermənistanla sərhədi tutasan. Ermənilər də elə çalışır dünyaya desinlər ki, bunların dərdi Qarabağ deyil, Ermənistanı işğal etmək, erməniləri qırmaqdır. Nəyə xidmət etdiyinin fərqindəsənmi, vətəndaş?!

Biri yazır ki, türk əsgərləri erməni ordusunu məhv edəcək. Erməni də xristian ölkələrinə bunu deyir ki, Azərbaycanın yanında 3-cü ölkə döyüşür, siz də bizə kömək edin. Bizim öz ordumuza nə gəlib ki, başqa ölkənin ordusu gəlib bizim düşmənimizlə döyüşsün? Düşmənin dəyirmanına su tökməyin bir yana qalsın, ordumuzu niyə təhqir edirsən, vətəndaş?! Mahiyyətini, mənbəyini bilmədiyin xəbərləri yayma. Xəbər yaymaq işi ilə jurnalistlər məşğul olur. Sən də get iynəni vur, dərsini keç, mebelini düzəlt, yeməyini bişir, evini tik. Hərə öz işi ilə məşğul olsa yaxşıdır.

Bəziləri yazır filan rayonları almışıq. Əvvəla, beş-on bəyənmə qazanmaq üçün belə həssas məsələdə artistik etmək lazım deyil. İkincisi, əgər almışıqsa belə, bunu Müdafiə Nazirliyi lazım bildiyi vaxt elan edəcək, gedib işinlə məşğul olsan ki.

Əgər proseslərin mahiyyətini, nəyi yazıb nəyi yazmamağı, kimə istinad etməyi bilmirsinizsə, ən yaxşısı, sakit durun. Düşünülməmiş fəaliyyətinizlə ölkəyə, xalqa zərər vurmayın. Dövlət bilir nəyi necə etmək lazımdır nə vaxt demək lazımdır.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/829124.html

Azərbaycan: bütün cəbhələrdə böyük qələbəyə — ANALİZ

Azərbaycan uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin və mükəmməl ordu quruculuğunun bəhrələrini əldə edir

Bir neçə gündür ki, Qarabağ ətrafında həm siyasi, həm də hərbi vəziyyət gərginləşib. Ordumuz qoşunların təmas xəttində və sərhədlərimizdə erməni təxribatlarının qarşısını alır və düşmənə ağır zərbələr endirirlər. Son illərdə ordunun maddi-texniki təchizatının ən yüksək səviyyəyə çatdırılması, hərbçilərin peşəkarlığının artırılması, ən modern hərbi texnologiyaların alınması Azərbaycan ordusunu regionun ən qüdrətli ordusuna çevirib.

Qarabağ cəbhəsində mövqelərin nəzərdən keçirilməsi

Son 3 gündə ordumuzun apardığı əks-hücum kampaniyası və anti-terror əməliyyatları öz bəhrələrini verib. Xeyli yaşayış məntəqəsi və yüksəkliklər düşməndən azad edilib, yüzlərlə terrorçu məhv edilib. Cəbhədə əldə etdiyimiz sarsıdıcı üstünlükdən qorxuya düşən ermənilər işğal olunmuş ərazilərimizi kütləvi tərk etməyə başlayıb, erməni əsgərləri isə ya təslim olur, ya da geri çəkilir.

Ən əsası, ən ağır period olan ilk möhkəmləndirilmiş müdafiə səddi və minalanmış sahələr keçilib, artıq qısa müddətdə digər ərazilərin azad ediləcəyinə şübhə yoxdur. Ağdərə, Füzuli, Ağdam istiqamətlərində düşmənə sardıcı zərbələr vurulub və qoşunlarımız xeyli irəliləyib.

Çarəsiz qalan Ermənistan ordusu və xaricdən gətirdikləri terrorçular artıq müqavimətin mənasız olduğunu anlayıblar. Ordumuzun rəhbərliyi lüzumsuz qan tökülməməsi üçün mühasirəyə alınmış düşmən hərbi alaylarına təslim olmaq və geri çəkilmək haqda ultimatum verib.

Ermənistan Müdafiə Nazirliyi məğlubiyyəti etiraf etməmək üçün saysız nağıllar, əfsanələr uydurub dünya və ölkə mediasına göndərməklə məşğuldur. Gah deyirlər Azərbaycan Ordusunun filan qədər texnikasını vurmuşuq, amma ortada bircə foto və ya video yoxdur. Gah deyirlər Türkiyə bizimlə müharibə edir, amma yenə ortada bircə fakt yoxdur. Gah da deyirlər Azərbaycan Ordusu mülki şəxsləri qırır, buna aid də heç bir fakt yoxdur. Üstəlik, Qarabağ bölgəsində xeyli sayda xarici jurnalist var və onlar bunların yalan olduğunu öz gözləri ilə görürlər.

Siyasi və diplomatik cəbhədə vəziyyət necədir?

Ermənistan hökuməti beynəlxalq təşkilatlara və fövqəldövlətlərin rəhbərlərinə fasiləsiz yalvarsa da nə hərbi, nə də siyasi dəstək əldə edə bilməyib.

Rusiya rəhbəri Putin açıq mətnlə bəyan etdi ki, «biz digər ölkələrin daxili işlərinə qarışmırıq». Yəni, öz ərazisi olan Qarabağı terrorçulardan və işğalçılardan təmizləmək Azərbaycanın daxili işidir.

Ermənilərin dünyada ən böyük hamisi olan, Ermənistan hakimiyyətinin başına öz adamlarını qoyaraq ölkəni idarə edən, Qarabağdakı terrorçu rejimə hər il öz dövlət büdcəsindən açıq maliyyə yardımları göstərən yeganə dövlət olan Amerikanın rəhbəri Tramp belə «düşünürük, görək döyüşləri necəsə dayandıra bilərikmi» kimi mənasız bəyanatla yaxasını kənara çəkdi.

Fransa prezidenti Makrona yalvaran Paşinya heç bir nəticə əldə edə bilmədi, o da, çalışacağıq döyüşlərin dayandırılması üçün addım ataq» deyərək kənara çəkildi.

Beynəlxalq təşkilatlar isə «tərəfləri sülhə çağırırıq» tipli bəyanatla məsələni yola verdilər. Beləliklə, Ermənistan beynəlxalq aləmdə təkləndi. Bu, əlbəttə, havadan yaranan bir iş deyil. Bu, uzun illər səbrlə, əzmlə aparılmış xarici siyasətin, düşünülmüş diplomatiyanın zəfəridir.

Hazırda siyasi-diplomatik cəbhədə və informasiya müharibəsində ardıcıl olaraq inanılmaz qələbələr qazanılır. Azərbaycan rəhbərliyi həm yaranmış əlverişli beynəlxalq və geosiyasi situasiyadan vaxtında və məharətlə faydalanır, həm də uzun illər səbrlə aparılan düşünülmüş strateji siyasətin bəhrələrini əldə edir.

Qarabağın azad edilməsi üçün tarixi şərait necə yetişdi?

Anti-terror əməliyyatlarının başlanması üçün ən uyğun vaxt yetişmişdi. Son illərdə Rusiya və Türkiyə arasında yaranmış və möhkəmlənməkdə olan dostluq və yaxın əməkdaşlıq münasibətləri, dünyanın, xüsusən də Amerika və Avropanın başının pandemiyaya qarışması, Ermənistanda sosial-iqtisadi böhranın kəskinləşməsi buna yaxşı fürsət yaratmışdı.

Ermənistanın KTMT üzvü olmasına baxmayaraq, həm təşkilat üzvü olan dövlətlər ayrılıqda, həm təşkilatın rəsmi bəyanatında Qarabağda aparacağı anti-terror əməliyyatlarına qarşı heç bir yardım göstərməyəcəyini bəyan etməsi də Yerevanı çətin vəziyyətdə qoydu.

Hakimiyyət başına Amerika agentlərinin gəlməsindən sonra ölkə ABŞ təsirinə keçmiş və Rusiyadan asılılığını lığv etməyə çalışırdı ki, bu da Moskvanı qəzəbləndirməyə bilməzdi. Buna görə də, Rusiya başlanmış prosesdə Azərbaycana qarşı heç bir etiraz və ya tələb irəli sürmədi.

İndi həm düşmən ölkə, həm də onun dünyadakı havadarları fakt qarşısında qalıb. Artıq məsələsini uzatmağın yeri yoxdur. Ya Ermənistan ordusu və terrorçu dəstələr könüllü şəkildə Qarabağdan çıxacaq, ya da Azərbaycan ordusu öz ərazilərini işğalçı-terrorçulardan təmizləyəcək.

Bakı sülh üçün bütün imkanlardan istfadə etdi

30 ildir ki, Bakı işğalçı qoşunların Dağlıq Qarabağ ətrafındakı Azərbaycan rayonlarından çıxarılması məsələsində ABŞ, Rusiya və Avropa dövlətlərindən, həmçinin beynəlxalq təşkilatlardan Ermənistana təzyiq göstərməsini tələb edirdi. Lakin heç bir cavab və ya ciddi reaksiya yox idi. İndi anti-terror əməliyyatları başlayandan sonra əl-ayağa düşüblər. Əsasən də, ABŞ və Avropa cəbhədə fəallığın artmasından narahat olduqlarını bəyan edirlər.

Yaxşı cənablar, bəs nə təklif edirsiniz? Bəlkə heç bu barədə danışmayaq, öz torpaqlarımızı Ermənistana bağışlayaq? Hanı sizin beynəlxalq təşkilatlarınız, dünya birliyiniz, strateji əməkdaşlığınız? Axı biz sizin üçün nə mümkündür etmişik. Bunun əvəzində siz Ermənistanı müdafiə edirsiniz?

Biz başa düşürük, o vaxt SSRİ-ni etnik münaqişələr zəminində dağıtmaq üçün erməni lobbisindən istifadə etmisiniz, Qarabağ problemini bizim üçün hazırlamısınız. Buna görə erməniləri dəstəkləməyə boyun olmuşdunuz. Lakin artıq necə deyərlər keçmiş keçmişdir. Biz bunu sizə bağışlayırıq, amma imkan verin, sizin yaratdığınız problemin ədalətli həllini biz özümüz həyata keçirək.

Sözdə terrora qarşı olduğunuzu deyirsiniz, indi Azərbaycan anti-terror əməliyyatı keçirəndə niyə narahat olursunuz ki? Azərbaycan sülh üçün mümkün olan hər şeyi etdi, çox uzun müddət gözlədi. Artıq bıçaq sümüyə dirənmişdi. Yalnız Ermənistan sülh üçün bütün imkanların tükəndiyini bəyan edəndən sonra Azərbaycan probelmin həlli üçün qalan yeganə yola əl atdı.

Qərbin maraqlarına kim daha çox cavab verir?

Fakt budur ki, Azərbaycandaki iqtisadi layihələrdə, siyasi, hərbi məsələlərdə Qərb dövlətlərinə daha çox üstünlük verilib. Azərbaycanın xarici siyasətinin əsas istiqaməti Avropa məkanına inteqrasiyadır. Enerji layihələrində böyük paya Qərb dövlətləri malikdir, ölkə iqtisadiyyatına investisiya qoymaq üçün Qərb şirkətlərinə daha çox imkan yaradılıb. 50 milyardlıq strateji rezervlərimiz Qərb fondlarına qoyulub. Beləliklə, biz Qərb üçün nə verə biliriksə, vermişik.

İraqda, Bosniyada, Əfqanıstanda beynəlxalq koalisiyanın tərkibində fəal iştirak etmişik. Bir sözlə, Azərbaycanda Qərbin bütün maraqları təmin olunub, strateji əməkdaşlıq edilir, ölkə sərvətlərindən ciddi qazanc əldə edirlər. Amma əvəzində heç nə görmürük.

Niyə beynəlxalq qanunlara, insani etikaya tüpürərək qonşu xalqlara qarşı açıq terror və soyqırım həyata keçirən, başqa dövlətin ərazisini işğal edən dövlətə təzyiq etmədiniz? Beynəlxalq təşkilatların qətnamələri kağız parçası sayan Yerevana niyə heç nə deyə bilmədiniz? 30 ildir gülməli, şablon bəyanat və açıqlamalarla kimin başını qatırsınız? Özləri demokratik, ədalətpərvər olmayan dövlətlər başqalarından nə haqla nəsə tələb edə bilərlər?

Azərbaycan bloklara qoşulmayanlar hərəkatında təmsil olunur. Lakin, NATO, Qərb institutları ilə sıx əməkdaşlıq edilir. Həmçinin, Rusiya ilə.

Rusiyanın maraqları nəyi tələb edir?

Şimal qonşumuzla da həm iqtisadi əməıkdaşlığmız yüksək səviyyədədir, həm siyasi, həm də mədəni əlaqələr. Rusiyayav Azərbayan daha çox fayda verir, nəinki Ermənistan. Bu halda indiyədək Rusiya niyə Azərbaycanı müdafiə etməyib? Yəqin ki, Kremlə bu səhvlərini başa düşüblər.

Proseslərin dinamikasına baxsaq, görərik ki, Rusiya Azərbaycana qarşı siyasətini dəyişir, Ermənistanla münasibətlərdə soyuma müşahidə olunur. Kremldə artıq anlayırlar ki, getdikcə gərginləşən mübarizədə əsas məsələ strateji iqtisadi maraqlardır, buna görə də ağıllı seçim vaxtı yetişib.

Moskva Azərbaycanın timsalında Qafqazda və Xəzərdə nələri itirdiyini anlamağa başlayır. Böyük enerji, tranzit, ölkədaxili iqtisadi layihələrdə, ticarət əməliyyatlarında, eləcə də siyasi, hərbi və s sahələrdə Azərbaycanın Rusiyaya verdiyi xeyir, Ermənistanın vurduğu zərərlə müqayisə ediləndə məsələ aydın olur. Amerikanpərəst hakimiyyətin başına gəldiyi Ermənistan artıq Rusiyanın düşməni tərəfindən idarə olunur.

Faktiki olaraq, Rusiyanın maraqları Azərbaycanla strateji müttəfiqliyi tələb edir. Əgər vaxtında Rusiya torpaqlarımızı azad etməkdə bizə dəstək versəydi, biz onunla daha sıx əməkdaşlıq edərdik, məsələn neft və qazın ixracını Rusiya vasitəsilə həyata keçirərdik ki, Moskva da bundan həm iqtisadi, həm siyasi dividentlər əldə edərdi. Ermənistandan isə Rusiya heç bir divident əldə etmir, bu ölkə ilə əməkdaşlıq Rusiyaya zərər vurur.

Azərbaycan: dünyaya humanizm nümunəsi

Azərbaycan dünyanın sivil, iqtisadiyyatı inkişaf etmiş, zəngin qədim və müasir mədəniyyətə malik sosial dövlətlərindən biridir. Bütün xalqların, iqrlərin, dinlərin… birgə və mehriban yaşadığı nümunəvi multikultiralizm adasıdır.

Bizim dəyərlərimiz budur. Bu dəyərlər bizə hər hanı bir problem sülh yolu həll etməyi öyrədib. Lakin bir halda ki, başqa variant qoymadınız, onda bizim hər kəslə öz başa düşdüyü dildə danışmağa da haqqımız və gücümüz var.

Azərbaycan dövləti, Azərbaycan Prezidenti də məsələlərə bu kontekstdən baxır- əsas Azərbaycanın maraq və mənafeləridir və biz öz ölkəmizin maraqlarını təmin etməliyik. Elə belə də edirik. Qarabağ üçün hər şeyə getməyə dəyər- hər şeyə!

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828901.html

İşğaldan azad olunan ərazilər necə bərpa ediləcək? – ANALİZ

Qarabağın qısa müddətdə sosial-iqtisadi inkişafı üçün hansı imkanlar var və dövlət buna hazırlıqlı vəziyyətdədirmi?

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi əməliyyatı daha bir vacib məsələni aktuallaşdırır. Həmin ərazilər tam azad olunduqdan sonra dağıdılmış infrastrukturun, xaraba qoyulmuş şəhər və kəndlərin bərpası dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Bəs bunun üçün hansı imkanlar, hansı planlar, hansı qərarlar var? Bu yazıda həmin məsələlərə toxunacağıq.

Əvvəla qeyd edək ki, Prezidentin 1996-cı il 12 iyul tarixli 471 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Agentliyin missiyası Ermənistan silahlı qüvvələrinin hərbi əməliyyatları nəticəsində işğal olunmuş və bununla əlaqədar zərər çəkmiş Azərbaycan ərazilərinin bərpası və yenidənqurulması məqsədilə aparılan bərpa işlərinin koordinasiyasını və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması üçün onların həyat və məişətində minimum tələbatlara cavab verən şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Aydın məsələdir ki, işğaldan tam azad olunan ərazilərdə sosial-iqtisadi inkişaf üçün xüsusi dövlət proqramı işlənəcək və sürətli bərpa üçün qısa müddətdə bütün imkanlardan istifadə ediləcək. Həmçinin, əhalinin yenidən məskunlaşdırılması üçün hər cür işlər görüləcək.

Prezident: «İşğaldan azad ediləcək bütün əraziləri qısa müddətdə bərpa edəcəyik»

İndiyədək işğaldan azal edilmiş ərzilərdə, kəndlərdə sosial-iqtisadi infrastrukturun bərpa üçün böyük işlər görülüb. 2017-ci ildə, işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yeni qəsəbənin açılışı olub. Bu iki ay ərzində tikilmiş 50 ev, məktəb, yol və bütün lazımi infrasturktur yaradılıb. Dövlət başçısı bütün azad olunmuş ərazilərin də beləcə və daha yüksək səviyyədə bərpa ediləcəyini bildirir: «Biz işğaldan azad ediləcək bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik. O ərazilərə də həyat qayıdacaq, o ərazilərdə də Azərbaycan bayrağı qaldırılacaq. Necə ki, bu gün Füzuli, Cəbrayıl, Ağdərə rayonlarında işğaldan azad edilmiş torpaqlara həyat qayıdır, bu torpaqlarda Azərbaycan bayrağı dalğalanır, quruculuq işləri aparılır.

Cocuq Mərcanlı erməni faşizminin canlı şahididir. Bu kənd cəmi 3-4 ay ərzində işğal altında olmuşdur. O kənddə bir dənə də salamat bina qalmamışdır. Erməni vəhşiləri bütün binaları dağıdıblar. Ancaq biz bu kəndi 2 ay ərzində bərpa etdik və əlavə 100 evin tikintisi də yaxın zamanlarda öz həllini tapacaq. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri olan məscid tikilib. Bu da böyük tarixi məna daşıyır. Cocuq Mərcanlı və digər torpaqlar bizim əzəli torpaqlarımızdır. Biz bu torpaqlarda yeni həyat yaradırıq.

Bu, onu göstərir ki, Azərbaycan xalqının iradəsini heç kim sındıra bilməz. Mən əminəm ki, biz işğal edilmiş bütün torpaqlara qayıdacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və o torpaqlarda bərpa və yenidənqurma işləri qısa müddətdə başa çatdırılacaq».

Sosial infrastrukturun bərpası üçün yetərli imkanlar varmı?

Əlbəttə, işğalda olan ərazilərimiz böyükdür və bu 12 rayonda yüzlərlə dağılıdılmış kənd, qəsəbə, şəhər, on minlərlə sosial obyekt, həmçinin müəssisə və təsərrüfatlar, təbii və mədəni-tarixi abidələr var. Onların bərpa üçün böyük zəhmət və vaxt tələb olunur. Lakin bu, problem təşkil etməyəcək.

Əsas məsələlərdən biri maliyyə məsələsidir. Bu qədər nəhəng işə əlbəttə, çox böyük maliyyə vəsaitləri tələb olunacaq. Bəs belə bir imkanımız varmı? Bəli var! Azərbaycanın dövlət büdcəsi və daxili fondlarından əlavə, bizim xarici fondlarda 50 milyardlıq strateji rezervlərimiz saxlanılır. Bu ehtiyatlar da məhz bu günlər üçün yığılmışdır. Həmin ehtiyatlardan bir hissəsni cəlb etməklə də bu işi görmək olar.

Üstəlik, yerli və xarici investorlar da bölgənin bərpasında da mühüm roy oynayacaq. Bu rayonlar böyük tikinti meydanına çevriləcək, yüz minlərlə iş yerləri yaranacaq. Məskunlaşma üçün heç bir problem olmayacaq. Salamat qalan evlərdən əlavə, dövlət qısa müddətdə o yaşayış məntəqələrndə yeni evlər, yaşayış binaları tikəcək. Həmşinin, fərdi ev tikmək istəyənlərə hər cür dəstək veriləcək.

Bir sözlə, Qarabağın yenidən məskunlaşdırılması üçün hər şey hazırdır və cəmi bir neçə ilə orada yeni müasir şəhərlər, kəndlər yaranacaq. Yeni mədəniyyət sarayları, idman arenaları, sanatoriyalar, təhsil və səhiyyə müsəssisələrinin yaradılması bu regionu tezliklə inkişaf etmiş müasir bir diyara çevirləcək.

Bu ərazilərdə böyük təbii potensial var — böyük su ehtiyatı, meşə fondu, məhsuldar torpaqlar, nadir flora və fauna fondu. Onların da bərpası tezlklə həll olunacaq.

Qarabağda iqtisadi inkişaf üçün mövcud və perspektiv imkanlar

Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra burada həyat yenidən canlanacaq, yeni iqtisadi sahələr yaranacaq. Bunun üçün çox böyük potensial var.

Qarabağ zonası hələ Sovet dövründən inkişaf etmiş arqrar sektora, həmçinin sənaye sahələrinə malik idi. Ərazinin iqlimi, torpaq fondu burada həm aqrar, həm sənaye, həm də turizm üçün böyük perspektivlər açır.

İşğal altında olan ərazilər yeraltı təbii ehtiyatlarla da zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, sink, mis, xromit, perlit, əhəng, mərmər, əqiq, həmçinin müxtəlif tikinti materialları yataqlarıdır.

Bundan başqa, ərazi müalicəvi mineral sularla da zəngindir. Ərazidə 120-dən artıq müalicəvi bulaqlar var. Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 40%-i işğal altında olan rayonların payına düşür.

Sovet dövründə, Qarabağın dağlıq və aran hissələrində üzümçülük, taxılçılıq, meyvəçilik, tərəvəzçilik, pambıqçılıq, tütünçülük, baramaçılıq, həmçinin heyvandarlıq sahələri inkişaf etmişdi və hazırda bu sahələrin bərpası üçün potensial böyükdür.

Sənaye sahələrindən isə, tekstil sənayesi, qida sənayesi və sair yüngül sənaye sahələri inkişaf etmişdi ki, indi də bu sahələrin bərpası üçün bütün imkanlar var.

Qarabağda turizm inkişafı üçün də çox böyük imkanlar var. Qısa müddətdə həmin ərazidə dünya miqyaslı turizm mərkəzləri yaradılacaq. Həm böyük sayda daxili turistlər, həm xaricdən gələn turistlər bölgənin inkişafına fayda verəcəklər.

Nəqliyyat infrastruktunun sürətli bərpası da vacibdir. Belə ki, vaxtilə Xankəndinədək gedən dəmiryolu, həmçinin Zəngilanadək olan dəmiryol xətləri bərpa olunacaq. Hava limanları, avtomobil yolları da təmir olunacaq.

Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimizin bütün bunlara tam hazırlıqlı vəziyyətdədir, bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur. Yaxın günlərdə torpaqlarımızın azad edilməsinin başa çatacağına inanırıq. Qalır bərpa işlərinə başlamaq…

Elçin Bayramlı

https://sia.az/az/news/politics/828590.html#gallery-3

Qadınların cinsi istismarı problemi: kim, kimi, niyə, harda, necə…? — ANALİZ

Ekspertlər problemin səbəblərini və çıxış yollarını nədə görürlər?

Qadınların cinsi zorakılığa və insan alveri obyektinə çevrilməsi problemi son illərdə bütün dünyada aktual məsələlərdən birinə çevrilib. BMT-nin hesablamaları göstərir ki, dünyada hər 3 qadından biri fiziki zorakılığa məruz qalır. Azərbaycanda da belə hallara rast gəlinir. Ölkə qanunvericiliyində gender bərabərliyinin təsbit olunmasına baxmayaraq, qadınlara qarşı zorakılıq, bəzi sahələrdə cinsi ayrı-seçkilik, onların alver predmetinə çevrilməsi tendensiyası narahatlıq yaradır. Bu yazımızda problemin yaranma səbəbləri, nəticələri və çıxış yollarına aydınlıq gətirməyə çalışacağıq.

“Məni dayəlik adı ilə apardılar, fahişəliyə məcbur etdilər….”

Araşdırmalar göstərir ki, hər il Azərbaycandan Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ və s. ölkələrə əxlaqsızlıq 1000-dən çox qadın aparılır. Qadınların demək olar ki, yarıdan çoxu işləmək və işlə təmin ediləcəyi barədə vədlərə inanaraq könüllü gedirlər. Həmin ölkəyə çatandan sonra isə, şəxsiyyətlərini təsdiq edən sənədləri əllərindən alınır və məcburən fahişəliyə cəb edilirlər.

Ölkəmizdən qadınlarını əsasən, bu ölkələrdə yüksək əməkhaqqı müqabilində dayəlik işi vədi etməklə aparırlar. Yazımızın qəhrəmanı, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü, orta ixtisas təhsilli Aytən də ölkəni bu ümidlə tərk edibmiş. Ailədə zorakılıq və basqı nəticəsində əyalət şəhərlərinin birindən Bakıya qaçıb, burda iş tapa bilməyəndə isə təsadüfən tanış olduğu bir qadının Türkiyədə uşaq baxıcılığı təklifini qəbul edib.

Onunla bərabər daha 11 qadını da Türkiyəyə aparıblar. Qadınlar yalnız İzmirə çatdıqdan sonra real vəziyyətdən xəbərdar olublar. Amma artıq iş-işdən keçibmiş. Onların sənədləri əllərindən alınıb, cinsi istismara məruz qalıblar.

Gündə ən azı 9-10 dəfə cinsi əlaqəyə məcbur edildiyini deyən Aytən qaçmaq üçün çox yola əl atdığını deyir: “Orda bizim kimi qadınlar çoxdur. Savadsızlığımızdan istifadə edib bizə sənəd imzalatmışdılar ki, guya öz istəyimizlə bu işi görürük və avans olaraq 10 min dollar da pul almışıq. Hər dəfə qaçmaq cəhdlərim uğursuzluqla nəticələnirdi, əvəzində möhkəm döyülürdüm. Axır ki, bir dəfə alındı. Mənim kimi zorla bədənlərini satdıqları 2 azərbaycanlı qızla yaxınlıqdakı polis idarəsinə qaça bildik. Bizi müfahizə altına aldılar, sonra Azərbaycana göndərdilər”.

Sosioloq: “Qız tələb olunur» elanlarının məqsədi başqadır

?????????????????????????????????????????????????????????

Qadınların cinsi istismara məruz qalması təkcə iş vədi ilə xaricə aparılma ilə məhdudlaşmır, ölkəmizdə də bu proses həyata keçirilir. «Sağlam Cəmiyyət» İctimai Birliyinin (SCİB) sədri, sosioloq Lalə Mehralının fikrincə, «Qız tələb olunur» elanlarının əsas məqsədi məlumdur: «Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Əlbəttə, istisnalar var, bəzi işlərə məhz qızlar, qadınlar daha uyğundur, lakin əksəriyyətində başqa məqsədlər güdülür.

Faktlar göstərir ki, əsasən, firma və şirkətlərdə, mağaza, kafe, sauna, restoran və s bu kimi müəssisələrdə bu hallara çox rast gəlinir. İşlə bağlı müraciət edən qadınlar müəssisə rəhbərləri tərəfindən müxtəlif yollarla cinsi istismara təhrik edilir. Təşkilatımızın araşdrımalarına görə, qadınların cinsi istismara təhrik olunduğu iş yerləri sırasında hətta telekanallar da var».

SCİB sədri deyir ki, bir sıra Avropa ölkələrində qadınları qazanc məqsədi ilə fahişəliyə cəlb etməyə cəhd edən şəxslər cinayət məsuliyyətinə cəlb edilir: “İş yerində qadına belə təklif olunursa, o, müvafiq orqana müraciət edə bilir. Fakt sübut olunsa, qarşı tərəf məsuliyyətə cəlb edilir və müəyyən edilmiş qədər həbs cəzası alır. Bu üsul Azərbaycan üçün də çox effektli ola bilər».

Problemin həllinə gəlincə, sosioloq hesab edir ki, həm qeyri-hökumət təşkilatları, həm də dövlət strukturları tərəfindən müxtəlif mübarizə üsulları həyata keçirilməlidir. “Adətən, bu problemin kökündə mənəvi dəyərlərin aşınması, işsizlik, maaşların az olması, erkən nigah, ailə zorakılığı, boşanmalar kimi faktorlar durur. Bundan başqa, təhsilin və hüquqi maariflənmənin aşağı olmasıdı səbəblər arasındadır”.

Psixoloq: «Əsas səbəb sosial yox, mənəvi-psixoloji problemlərdir»

Son araşdırmalara görə, boşanmaların, tənha qadınların sayında ciddi artım müşahidə olunur. Paralel olaraq, fahişəliklə məşğul olan qadınların da sayı artır. Bunun səbəblərini isə mütəxəssislər bir neçə faktorla bağlayırlar.

Psixoloq Arzu Qarayeva hesab edir ki, burada əsas səbəb sosial problemlər yox, mənəvi-psixoloji problemlərdir: «Televiziyalarda, internetdə müasirlik adı altında mənəvi dəyərlərə zidd həyat tərzinin təbliği gəncləriin tərbiyəsinə ciddi zərər vurur. Onlara maddi dəyərlərin mənəvi dəyərlərdən üstün olması fikri aşılanır. Pulla hər şeyin satın alına biləcəyi, xoşbəxt olmaq üçün yalnız pulun vacibliyi təbliğ olunur, ailə dəyərləri geridəqalmışlıq əlaməti kimi lağa qoyulur. Seriallarda, filmlərdə, şou proqramlarda onlara belə edənlərin zəngin həyatı göstərilir, şüuraltına belə olmağın vacibliyi haqda subliminal mesajlar verilir. Asan qazanc əldə etməyin daha üstün olduğu, əməklə, yaradıcılıqla yaşamağın əziyyətli olduğunu açıqca deyirlər. Bu işlə xüsusi mərkəzlər məşğul olur».

Psixoloq digər faktorların da rolunu qeyd edib: «Düzdür, burada sosial problemlərin də müəyyən payı vardır. Təhsili və peşə təcrübəsi olmayan qadın özünün minimum ehtiyaclarını təmin edəcək əməkhaqqı müqabilində iş tapa bilməyəndə, başqa yollara əl atmağa məcbur olur ki, nəticədə insan alveri ilə məşğul olan insanların təsir dairəsinə düşür. Nəticədə, onlar ya məcburi fahişəliklə, ya da könüllü olaraq, qazanc xatirinə bu işlə məşğul olur».

Arzu Qarayevanın fikrincə, fahişəliyə aparan yolun başlanğıcında əsasən 2 səbəb durur- biri sosial problemlər, xüsusilə də işsizlik problemi, digəri isə mənəvi deqradasiya- amma ikincinin payı digəri ilə müqayisədə dəfələrlə çoxdur. Zamanla sosial problemlər həllini tapsa və qadınlar işlə təmin olunsa da, ikinci səbəbin aradan qaldırılması mümkün olmur, əksinə, milli-mənəvi dəyərlər getdikcə daha arxa pana atılır.

Statistika bu sahədə vəziyyəti necə göstərir?

Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, ölkəmizdə əhalinin 49%-ni kişilər, 51%-ni qadınlar təşkil edir. Ölkəmizdə qadınlar rəhbər vəzifələrdə çox az təmsil olunsalar da, bəzi sahələrdə- məsələn humanitar iş sahələrində üstünlük təşkil edirlər. Məsələn, təhsil sistemində- təxminən 70-80%, səhiyyədə- 60-70%, ticarət və xidmət müəssisələrində- təxminən 80%. Lakin digər sahələrdə qadınların çalışması faizi çox aşağıdır.

Yüksək dövlət vəzifələrində də qadınlar yox dərəcəsindədir. Azərbaycanda qadın nazir yoxdur, lakin qonşu İranda 4 qadın nazir vəzifəsində çalışır. Ölkə əhalisinin 51 faizini qadınlar təşkil etsə də, Azərbaycan parlamenti üzvlərinin cəmi 16 faizini qadınlar təşkil edir.

Statistikaya görə, son illərdə xarici ölkələrdəki azərbaycanlı miqrantlar arasında qadınların xüsusi çəkisi artır. Onlar bir çoxu iş tapmaq ümidilə başqa ölkələrə gedirlər. Bir qisim gənc xanımlar yaxşı perspektiv üçün təhsilini xaricdə davam etdirməyə çalışır. İş tapmaq istəyilə miqrasya edən qadınlar ən çox Rusiyanı və Avropa ölkələrini, fahişəliklə qazanc əldə etmək istəyənlər isə Türkiyə və ərəb ölkələrini seçirlər.

Xarici ölkələrdə fahişəliklə məşğul olan azərbaycanlı qadınların sayı da artır. Təəssüfedici haldır ki, indi xaricə getməyə çalışan azərbaycanlı qadınlar arasında 15-28 yaş qrupuna daxil olan qızlarımız üstünlük təkil edir.

Qanunlar mükəmməldirmi və nəyi dəyişmək lazımdır?

Cinayət Məcəlləsinin 150, 151, 171, 173, 243-cü maddələrində insan alverinin müxtəlif formalarında təzahür edən fahişəliyə cəlb etmə, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız hərəkətlərə cəlb etmə, yetkinlik yaşına çatmayanın alqı-satqısı və s. cinayət əməllərinə görə bir neçə müstəqil normalarda cinayət məsuliyyəti nəzərdə tutulub.

Maddə 108-də isə konkret olaraq cinsi zorakılıq haqqında bənd var- şəxslərə qarşı zorlama, fahişəliyə məcbur etmə, məcburi sterilizasiya və ya cinsi zorakılıqla əlaqədar digər hərəkətlər- 10 ildən 15 beş ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdır.

Cinayət Məcəlləsinin 151-ci maddəsində cinsi istismara təhrik edilən qadının məhkəməyə müraciət edə bilməsi haqda bənd var. Ancaq məhkəmələr əksər halda qarşı tərəfi cərimə etməklə kifayətlənir.

Burada cəmiyyətdə rüsvay olmamaq üçün imtinalar da xüsusi rol oynayır. Ona görə də, əksər qadınlar məhkəməyə müraciət etmirlər.

Elçin Bayramlı

https://sia.az/az/news/social/828134.html

Rusiyanı Azərbaycan və Ermənistanla nə bağlayır? — FAKTLAR

Dünyanın 2 qüdrətli fövqəldövlətindən biri olan Rusiya Federasiyası həm Azərbaycanla, həm də Ermənistanla bütün sahələrdə əməkdaşlığa malikdir. Siyasi, iqtisadi, elmi-texniki, hərbi, mədəni və humanitar əlaqələr bir ölkənin və xalqın digərinə münasibətinin formalaşmasında əsas rol oynayan faktorlardır.

Bəs Rusiya ilə Azərbaycanın, Ermənistanın müxtəlif sahələrdə əməkdaşlığı, əlaqələri necədir? Dünən oxucularımıza hərbi sahədə əməkdaşlıq və hərbi texnika təchizatı ilə bağlı müqayisəli yazı təqdim etmişdik. https://elchinbayramli.home.blog/2020/10/18/rusiya-kimi-daha-cox-silahlandirib-azərbaycani-yoxsa-ermənistani/ Bu yazıda isə Rusiya dövlət və qeyri-hökumət orqanlarının məlumatları, rəsmi statatistik göstəricilər ilə bəzi digər sahələrdə müqayisələr aparacağıq.

Rusiyada azərbaycanlıların və ermənilərin sayı

Rusiyada azərbaycanlıların sayı ermənilərdən 2 dəfə çoxdur, ölkədə 2 milyondan artıq azərbaycanlı, 1 mlyondan artıq erməni yaşayır.

Azərbaycanlıların daha sıx yaşadığı yerlər Tümen, Dağıstan, Xabarovsk və Moskva regionlarıdır.

Ermənilərin 50 faizə yaxını Rusiyanın cənubunda yaşayır- Krasnodar, Stavrapol və Rostov vilayətlərində. Sonrakı yeri Moskva turur.

Ruslar hansı ölkədə daha çox yaşayır?

Rusların sayı Azərbaycanda Ermənistanda olduğundan 10 dəfə çoxdur. Azərbaycanda 120 mindən artıq rus yaşayır. Burada rusların kompakt yaşadığı kəndlər var, paytaxtda rus dram teatrı, 350 dən çox rusdilli məktəb, universitet, provaslav kilsəsi, mədəniyyət evi və s. sosial-mədəni obyektlər fəaliyyət göstərir, rus dilində qəzet və jurnalları çıxır, tv və radio verilişləri yayımlanır.

Ermənistanda isə rusa rast gəlmək çətindir. Burada əhalinin 99 faizə yaxını ermənidir. Ölkədə rəsmi olaraq 12 min rus qeydiyyatdadır ki, onların da çoxu faktiki olaraq Rusiyaya və ya Avropaya köçüb. Ölkədə rus icmasına məxsus demək olar ki, heç nə yoxdur.

Rusiya kiminlə daha çox ticarət edir?

2019-cu ildə Rusiyanın Azərbaycanla ticarət dövriyyəsi Ermənistandan 600 milyon dollar çox olub.

Rusiya Azərbaycana ixracında əsasən qida sənayesi məhsulları, maşın və texnika malları, nəqliyyat vasitələri, tibbi texnika və pereparatlar, aqrar texnika və kənd təsərrüfatı məhsulları, müxtəlif metallar və tikinti materialları üstünlük təşkil edir. Azərbaycandan idxalda isə əsasən, müxtəlif ərzaq məhsulları, kimya məhsulları, mineral maddələr, tekstil və dəri məmulatları idxal edir.

Rusiya Ermənistana əsasən, mineral məhsullar, nəqliyyat vasitələri və qida məhsulları ixrac edir. Ermənistandan idxalda isə qiymətli metallar də daşlar üstünlük təşkil edir.

Rusiyanın iqtisadi və investisiya göstəriciləri

Rusiya Azərbaycan iqtisadiyyatına 5 milyard dollardan artıq investisiya yatırıb. Ermənistana isə 2 milyard dollar civarında.

Azərbaycanda Rusiya kapitallı şirkətlər 1000-ə yxındır ki, bu bütün xarici kapitallı şirkətlər arasında 10 faiz təşkil edir. Azərbaycanda işləyən ən böyük Rusiya şirkətləri «Qazprom», «Transneft» və «Lukoyl»dur. Rusiyadan ən çox neft alan 20 şirkət arasında ARDNŞ də var (2,2 milyon ton- 1 milyard dollar dəyərində). ARDNŞ Rusyadakı Antipinskiy neftayırma zavodunda 9,6 faiz paya malikdir.

Ermənistanda işləyən Rusiya şirkətlərinin sayı 2 mindən çoxdur. Ən böyükləri «Qazprom», «Rusiya Dəmiryolları», BTB», «Rusal» və Rosatom»dur.

Rusiyalılar hansı ölkəyə daha çox gedib-gəlir?

Rosturizm Agentliyinin məlumatına görə, vətəndaşları Rusyaya daha çox və tez-tez gedib-gələn ölkələr arasında Azərbaycan 4-cü yeri tutur.

Ermənistan bu göstəricidə 9-cu yeri tutur.

Azərbaycan rusiyalıların gedib-gəldiyi ölkələr arasında 17-ci yeri, Ermənistan isə 21-ci yeri tutur.

Müxtəlif sorğulara görə, müxtəlif səbəblərdən xarici ölkələrə gedib-gələn rusiyalırın bəyəndikləri ölkələr və xalqlar arasında Azərbaycan Ermənistanı xeyli qabaqlayır.

Rusiyada təhsil alan və işləyənlərin müqayisəsi

Rusiya universitetlərində təhsil alan azərbaycanlıların sayı 15, 5 in nəfər, ermənilərin sayı 13,3 min təşkil edir.

2019-cu ildə Rusiyada işləməyə gedən azərbaycanlıların sayı 195 min nəfərə yaxın, ermənilərin sayı isə 210 min nəfərdən çox olub.

Göründüyü kimi, hərbi sahədə oıduğu kimi, digər sahələrdə də Azərbaycanla Rusiyanın əməkdaşlığı, humanitar və mədəni əlaqələri Ermənistanla olduğundan yüksəkdir.

Elçin Bayramlı

Yazıda Rusiya Dövlət Statistika Komitəsinin, həmçinin, bəzi sosioloji və iqtisadi tədqiqat mərkəzlərinin məlumatlarından istifadə olunub.

https://sia.az/az/news/social/830867.html

Qarabağ problemi: fakt, səbəb və nəticə — ANALİZ

Ermənistanın işğalçı siyasətinə son qoymağın vaxtı gəlib çatdı

Son günlər Qafqazda yaşanan proseslər dünyanın diqqət mərkəzindədir. Qarabağ münaqişəsi ətrafında davam edən danışıqlarda Yerevanın 30 ilə yaxın qeyri-konstruktiv mövqe tutaraq vaxt uzatmağa çalışması, sonda isə Ermənistan baş nazirinin “Qarabağ Ermənistanındır” deyə bəyanat verərək, sülh danışıqlarına nöqtə qoyması Bakının səbr kasasını daşırdı. Artıq problemin həlli üçün yeganə yol qalmışdı- işğal olunmuş Azərbaycan ərazilərinin güc yolu ilə azad olunması. Azərbaycan məcburən bu yola əl atdı və ordu qısa müddətdə Qarabağda xeyli ərazini işğalçı ordudan təmizlədi…

Qarabağ: problemin həllindəki suallar

Azərbaycan diplomatiyasının son 25 ildəki gərgin işi nəticəsində Ermənistanın işğalçı olduğu və Azərbaycan ərazisinin 20 %-ni zəbt etdiyi həqiqəti dünya birliyi tərəfindən təsdiq, rəsmi Yerevan tərəfindən isə etiraf olunub.

Bəs regionun ən zəif, ən gücsüz, ən çətin vəziyyətdə olan ölkəsinin- Ermənistanın işğalçı siyasəti hardan qaynaqlanır? Qarabağ probleminin sülh yolu ilə həllinə mane olan səbəblər hansılardır? Ümumiyyətlə, problem tək Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlıdırmı? Son 2 əsrdə Azərbaycan xalqına qarşı onlarla soyqırım aktı həyata keçirən, yüzminlərlə insanı vəhçicəsinə qətlə yetirən, saysız terror aktları törədən, 1 milyon azərbaycanlını öz tarixi torpaqlarından deportasiya edən ermənilər bu qədər gücü hardan alıblar? Həqiqətənmi, tarixən qorxaq, satqın, saxtakar tayfa kimi tanınan bu vəhşi qəbilə bu qədər böyük prosesi həyata keçirmək gücündə olub?

Suallar çoxdur. Düşünürük ki, problemin yaranma səbəbləri və nəticələrinə nəzər salmadan fikir yürütmək düzgün olmazdı. Çünki ermənilərin dünyada saldıqları hay-küyün bazasında duran saxtakarlıqları ortaya qoymaq vacibdir.

Ona görə də bu problemin aktuallaşdığı bir vaxtda biz bir daha 30 il sürən erməni işğal, soyqırım və terror kampaniyasının səbəblərini, nəticələrini və perspektivini analiz etməyə çalışacağıq.

Universal maşa

Ermənilərin iç üzünün tam çılpaqlığı ilə açılması üçün cəmi bircə əsr qədər geriyə qayıtmaq kifayət edər. Baxmayaraq ki, ermənilər indi yaşadıqları ərazilərin tarixi sahibləri olan azərbaycanlılara qarşı xəyanət və təcavüz prosesini əsrlər öncə başlayıblar. Bu haqda Azərbaycan alimləri tərəfindən tarixi faktlara və sənədlərə əsaslanan kifayət qədər sanballı əsərlər yazıldığından, burada təkrara ehtiyac görmürük.

Riyakar Avropa mətbuatı hələ XIX əsrin sonundan “erməni problemini” öz sevimli mövzusuna çevirmişdi. Şöhrətpərəst, şəhər tülküsü olan ermənilər özlərini himayə edən mətbuatın təbliğatından daha da çaşdılar. Onlar Qərb ölkələrinin əsrlərlə dağıtmaq istədiyi türk dövlətlərinin ərazilərində özlərinə “dövlət” yaratmaq iddiasına düşdülər.

Nə üçün belə oldu? Ona görə ki, “yazıq ermənilər”in problemi məxsusi erməni məsələsi deyildi, bu, bəzi böyük dövlətlərin yeni ərazilər və müstəmləkələr arzusundan qaynaqlanan proses idi. Böyük dövlətlərə Yaxın Şərqdə və Qafqazda öz təsir gücünü artırmaq üçün forpost funksiyası yerinə yetirəcək oyuncaq “dövlət” lazım idi. Bu arzular güclənəndə, bölgəyə başqa təsir “rıçaqı” qalmayanda “erməni məsələsi” ortaya atıldı.

Erməni problemi ümumiyyətlə, fövqəldövlətlərin xarici siyasətində yoxdur. Ancaq erməni amilindən öz məqsədləri üçün istifadə etmək niyyətləri var. Ona görə də, erməni probleminin hər bir aktivləşməsi böyük dövlətlərinin regiona ekspansiyası və Qafqazda qarşılıqlı rəqabəti ilə bağlıdır.

Ermənizm genetik xəstəliyi

Bakı nefti hesabına varlanıb siyasətə qoşulan ermənilər Birinci Dünya Müharibəsindən sonra tarixi Azərbaycan torpaqları üzərində dövlət qurdu. Bundan sonra ermənilər azərbaycanlılara qarşı terrora, soyqırımlara qurşandılar.

Həm 1918-ci ildə, həm də ötən əsrin sonlarında Qarabağda öz kinli və qanlı əməllərini davam etdirən ermənilər xalqımıza qarşı onlarla soyrıqım aktı həyata keçiriblər. Yüz minlərlə azərbaycanlı vəhşicəsinə öldürülüb. Xocalıdakı dəhşətləri görəndə bunu edənlərin insan olduğuna şübhə edirsən. Bu, tarixdə görünməmiş bir vəhşilikdir. Azərbaycanın erməni təcavüzünə məruz qalmış torpaqlarından olan 1 milyon məcburi köçkünün öz doğma yurdlarından didərgin düşüb.

Ermənilər Türkiyəyə də böyük zərbə vurublar. PKK sıralarında çox sayda erməninin türk xalqına qarşı terror apardığını, beynəlxalq səviyyələrdə erməni lobbisinin Türkiyəni soyqırımı tanımağa və böyük təzminat ödəməyə məcbur etməyə çalışması, Türkiyəyə qarşı ərazi iddiası kimi əməllərin sayı-hesab yoxdur.

Ötən əsrdə onlarla türk diplomatına terror edilməsini, Osmanlı zamanında, öz vətənlərinə- Türkiyəyə etdikləri xəyanəti, hazırda bütün cəbhələrdə- (informasiya, diplomatik, hərbi və s) həyata keçirdiyi düşmənçilik siyasətini xatırlamaq kifayətdir.

Erməni ideoloqları erməni xalqına onların dünyanın ən qədim xalqı olduğunu və bütün ətraf region dövlətlərinin onların ərazisində qurulduğunu, ermənilərə qarşı guya böyük soyqırım həyata keçirildiyini aşılayıb və nəticədə ortada xalq əvəzinə xəstə bir kütlə əmələ gəlib. Bütün dünya mədəniyyətini ermənilərin yaratdığına, ilk insanın, Nuh peyhğəmbərin, hətta Tanrının belə erməni olduğuna milyonlarla ermənini inandırıblar. Bu xəstliyin dı artlq tibbi ədəbiyyatda “ermənizm” sindromu kimi qəbul olunur.

Qarabağın işğalı necə baş verdi?

Sovet İttifaqından Ermənistan müharibəyə hazırlıqlı, Azərbaycan isə hazırlıqsız çıxmışdı. Xarici ölkələrdən də xeyli silah texnika verilən erməni terror qruplaşmaları orduya malik olmayan Azərbaycanın Qarabağ bölgəsini işğal edə bildi. Ermənilər Azərbaycan ərazisindən 20 faiz, başqa sözlə 15 000 km2 ərazi tutdu (Ermənistanın yarısı qədər).

Burada əlbəttə, Azərbaycandakı siyasi çəkişmələri, hakimiyyət davasını və bu fonda da milli birliyin dağılması və ümumi düşmənə qarşı dövlətlə xalqın birgə mübarizəsini təşkil etməyin mümkün olmaması böyük rol oynadı.

1994-cü ilin mayında atəşkəs elan edildi. Həmin vaxtdan Ermənistanın bütün xarici siyasəti bir məqsədə- Azərbaycan Respublikasından işğal etdiyi 15 min kvadrat kilometrlik ərazini beynəlxalq hüquq pərdəsi arxasında özünə birləşdirməyə və dünya dövlətlərinin bu ilhaqı tanımasına can atır.

Azərbaycan Prezidenti Heydər Əliyev qəti bir xarici siyasət aparırdı və Ermənistanla münaqişənin ancaq bir şərtlə- Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilə biləcəyini elan etmişdi. Ermənilər bəzi böyük dövlətlərin himayəsindən istifadə edib nə qədər fitnəkarlıq, hiyləgərlik etsə də, onların təşəbbüsləri Azərbaycanın beynəlxalq hüquqa söykənən xarici siyacətinin qranit bünövrəsinə dəyib çilik-çilik olurdu.

Bütün dünya da bilirdi: Azərbaycan öz ərazilərinin işğalı ilə hec zaman barışmayacaq və özünün BMT tərəfindən tanınan ərazisindən bir qarış da ermənilərə verməyəcək. 30 ildir ikili standartlarla işləyən dünya siyasətçiləri bizim dövlətimizi zorla Ermənistanla dialoq aparmağa məcbur edirlər. Bu həmin demokratlardır ki, o vaxt da, indi də öz kosmik peykləri vasitəsi ilə Qarabağdaki hərbi əməliyyatları izləyir, Azərbaycan ordusunun hər addımını ermənilərə xəbər verirdilər.

Regionda güc balansı: kimin xeyrinədir?

Azərbaycan iqtisadi və hərbi qüdrətini artırandan sonra bölgədə fəal siyasət aparmağa başladı. Böyük beynəlxalq və regional iqtisadi, xüsusən də enerji və nəqliyyat layihələri reallaşdırıldı. Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq quruldu. Getdikdə daha çox ölkə və beynəlxalq təşkilat ölkəmizi dəstəkləməyə başladılar.

İndiki vəziyyətdə Ermənistan ağır iqtisadi, sosial böhan keçirir. Bütün regional layihələrdən kənarda qalan, heç bir iqtisadi potensialı olmayan, xarici yardımlar hesabına dolanan bir ölkədə artıq bəziləri hələ əməliyyatlar başlamamışdan əvvəl anlamağa başlamışdılar ki, belə siyasətlə məhv olacaqlar. Qarabağda Azərbaycan ordusunun anti-terror əməliyyatları başladıqdan və qisa müddətdə Ermənistan ordusu və terrorçu qruplar darmadağın ediıdikdən sonra Azərbaycan işğalçı ölkəni bütün cəbhələrdə dalana dirəyib.

Beynəlxalq təşkilatların və böyük dövlətlərin danışıqlara çağırmasından sonra rəsmi Bakı təklifi qəbul etdi və XİN rəhbərləri səviyyəsində Moskvada keçirilən görüşdə Ermənistana sonuncu şans verdi. Lakin cəsədlərin döyüş meydanından çıxarılması və əsirlərin dəyişdirilməsi üçün razılaşılan müvəqqəti atəşkəsə də riayət etməyən Ermənistan ordusu cavab zərbələri ilə darmadağın edildi.

Ermənistan ordusu döyüş cəbhəsində sarsıdıcı məğlubiyyətə uğradıldığından, Yerevan Azərbaycan şəhərlərini bombardman etməklə mülki əhaliyə qarşı açıq dövlət terroruna start verdi. Onlarla mülki şəxs öldürüldü, lakin Azərbaycan ordusu bu terrora qarşı ermənilər kimi vəhşi və rəzil hərəkətlə cavab vermədi, Ermənistan ərazisinə zərbə endirilmədi, yalnız Qarabağdakı Ermənistan işğalçı ordfusunun və PKK-dan gətirilmiş muzdlu terrorçu dəstələrə ağır zərbələr endirdi. Hazırda bu proses davam edir və ərazilərimiz azad olunur.

Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir. Lakin Qafqazda ən qüdtrətli orduya malik Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməyə qadirdir. Artıq bu proses başlayıb və uğurla davam edir.

Belə bir məqamda Azərbaycan güclü xarici təzyiqlərə baxmayaraq geri çəkilmir. Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan şərtləri çox sadə və konkretdir- Ermənistan işğal etdiyi ərazilərdən çıxmalı, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməli, azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdır.

Əgər Ermənistan sülh yolu ilə buna razı olmasa, onda Azərbaycan ordusu bütün bu şərtləri güc yolu ilə, həm də çox qısa müddətə həll edəcək. Buna artıq heç kimin şübhəsi qalmayıb- nə dünyada, nə də ölkəmizdə.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/831685.html

Cənubi Qafqazda demoqrafik balans: Kimin xeyrinədir? — ANALİZ

Azərbaycan-Gürcüstan-Ermənistan: demoqrafik vəziyyət haqda hesabatlar və proqnozlar nə göstərir?

Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqazda demoqrafiq proseslər ziddiyyətli templə inkişaf edib. Bölgədə ümumi əhali sayı 1 milyon nəfər artsa da, bu, 3 respubikaının sayəsində baş verməyib. Belə ki, təkcə Azərbaycanda əhali 3 milyon nəfər artıb, digər ikisində isə artım baş verməyib, əksinə hərəsində 1 milyon nəfər azalıb, beləliklə də, regionda əhali sayı dəyişməsə də, ölkələr arasında balans xeyli dəyişib. Bəs bu necə mümkün olub? Bu yazıda son 30 ildə Cənubi Qafqaz respublikalarını demoqrafik proseslərin fonunda müqayisə etməyə çalışacağıq.

Cənubi Qafqazın son 30 ildəki demoqrafiyası

BMT ekspertlərinin hesablamalarına görə, Cənubi Qafqaz respublikalarında ötən 30 il ərzində əhalinin ümumi 1 milyon nəfər artıb. 1990-cu ildə bölgənin 3 respublikasında- Azərbaycanda 7, Gürcüstanda 5, Ermənistanda 3 milyon olmaqla 15 milyon nəfər yaşayırdı.

Ötən il isə bu rəqəm 16 milyon nəfər təşkil edib. Yəni, artım 1 milyon təşkil edib. Bu artım isə, son 30 il ərzində əhali artımının dayandığı və azaldığı Ermənistan və Gürcüstanın yox, Azərbaycanın hesabına baş verib.

Azərbaycanda əhalinin artımı (+3 milyon nəfər) nəinki digər 2 respublikadak azalmanı kompensasiya edib, üstəlik, ümumilikdə bölgədə əhalinin artım səviyyəsinin müsbət saldo ilə ifadə olunmasına (+1 milyon nəfər) səbəb olub.

Son statistik göstəricilərə görə, hazırda Ermənistan (2 milyon nəfər) və Gürcüstanın (4 milyon nəfər) əhalisinin sayı bir yerdə götürdükdə (6 milyon nəfər) Azərbaycanın əhalisinin real sayından (10 milyon nəfər) 4 milyon nəfər azdır.

Cənubi Qafqaz üçün proqnozlar nə vəd edir?

Hazırda Azərbaycanın əhalisinin real sayı Ermənistan rəsmi əhalisinin sayından 3 dəfədən artıq, faktiki əhalisinin sayından 5 dəfə çoxdur. Əgər davam edən demoqrafik prosesi əsas götürsək, 2030-cu ildə Azərbaycanın əhalisinin real sayı 11 milyonu keçəcək, Ermənistan və Gürcüstan əhalisi isə artmayacaq. 2030-cu ildə hər 3 qafqazlıdan 2-i azərbaycanlı olacaq.

BMT ekspertlərinin proqnozlarına görə, əsrin ortalarında Ermənistanda əhalinin sayının Azərbaycanda yaşayan əhalinin sayından 6-7 dəfə az olacaq. XXI əsrin 2-ci yarısında isə Azərbaycanda Ermənistan və Gürcüstanın birlikdə götürülmüş əhalisinin sayından təxminən 3 dəfə artıq əhali yaşayacaq.

Belə ki, BMT demoqraflarının proqnozlarına görə, 2050-ci ildə Azərbaycanda 14 mln., Gürcüstanda 3 mln., Ermənistanda 2 mln. nəfər yaşayacaq. 2100-cü il üçün isə bu göstərici müvafiq olaraq 20 mln., 2,5 mln. və 1.5 mln-dur.

Bölgənin demoqrafik xəritəsinə dair ən müxtəlif hesablamalar və proqnozlar vəziyyəti aydın göstərir. Göründüyü kimi, qarşıdakı müddətdə hər iki qonşu ölkədə əhalinin sayında azalma, Azərbaycanda isə artma müşahidə olunacaq.

Lakin məlum olduğu kimi, ölkələrin müqayisəsində say çoxluğu heç vaxt əsas meyar kimi götürülməyib. Biz saydan başqa, bütün digər sahələrdə də üstünük ki, onların da başında elm, təhsil, texnologiya, iqtisadi inkişaf, sosial rihaf gəlir.

Azərbaycan: Demoqrafik inkişafın səbəbləri

Üumiyyətlə, son 30 ildə keçmiş Sovet məkanında ən yüksək artım Azərbaycanda olub- 40%. Son 30 ildə Azərbaycanda əhalinin artım tempi demək olar ki, sabit templərlə davam edib. İllik əhali artımı təxminən 100 min nəfər təşkil edir. Bu isə, ölkədə sosial-iqtisadi vəziyyətin digər 2 respublikaya nisbətən yüksək olması, həmçinin, milli mentalitetlə bağlıdır. Azərbaycanda 1 və 2 uşaqlı ailələr azuşaqlı ailə sayılsa da, digərlərində bu normal sayılır.

Bundan başqa, Azərbaycan hökumətinin həyata keçirdiyi sosial-iqtisadi proqramlar, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması, cəmiyyətin tibbi sağlamlığının qorunması və sair faktorlar ölkədə əhalinin artım tempini yüksəldib.

Bütün bunların nəticəsində, ölkədən xaricə miqrasiya minimuma düşüb, əskinə Azərbaycana işləmək və yaşamaq üçün gələnlərin sayı artıb. Məlum olduğu kimi, ölkələrin yaxşı olub-olmamasını ölçən meyarlardan biri də budur. Bu səbəbdən daha çox adamın xaricə köçdüyü Ermənistanla və Gürcüstanla müqayisədə Azərbaycanın yaşamaq və işləmək üçün daha yaxşı ölkə kimi qəbul edilməsi hər şeyi aydın göstərir.

Gürcüstan: Demoqrafik böhranın səbəb və nəticələri

Gürcüstan əhalisi 2020-ci il yanvarın 1-ə təxminən 4 milyon nəfər təşkil edir. Bu, Cənubi Qafqazda 2-ci ghöstərici olmaqla, Azərbycandan 2,5 dfə az, Ermənistandan isə 1, 5 dəfə çoxdur.

1991-ci ildən sonra 1 mln nəfərə yaxın gürcü Rusiyaya miqrasiya etməli olub. Bundan başqa, Gürcüstan vətəndaşı olan azı 50 min nəfər azərbaycanlı da Azərbaycana köçüb. Gürcülər arasında Ukrayna, Polşa, Böyük Britaniya və digər örkələrə miqrasiya edənlərdə az deyildir.

Ölkədə baş verən hərbi qarşıdurmalar və seperatçılıq prosesləri də əhalinin miqrasiyasına ciddi təsir edib. Lakin iqtisadi və sosial problemlər də buna öz təsirini göstərib.

2019-cu ildə ölkədə ümumilikdə, 48 296 körpə doğulub. Bu göstərici 2018-ci ildə 51 138 nəfər təşkil etmişdi. Ölüm halları isə 46 524 nəfərdən 46 659 nəfər qədər artıb.

Ötən il Gürcüstan əhalisinin 20%-i yoxsulluq həddindən aşağıda yaşayıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, şəhər əhalisinin 16,4%-i, kənd əhalisinin isə 23,7%-i yoxsulluq səviyyəsindən aşağıda yaşayıb.

Ümumilikdə, Gürcüstan əhslinin son 30 ildə 5 milyon nəfərdən 4 milyon nəfərədək azalması müşahidə olunub bu da ciddi demoqraik böhran miqyasındadır.

Ermənistan: Demoqrafik vəziyyət faciə həddində

SSRİ tərkibində dotasiya ilə yaşayan Ermənistanın müstəqillik əldə etdikdən sonra bütün xarici yardımlara baxmayaraq, sosial-iqtisadi böhran keçirməsi və nəticədə miqrasiyanın ən yüksək səviyyəyə çıxması bu ölkədə əhali artımını dayandırıb və azaldıb.

Ermənistan İnzibati İdarəetmə Nazirliyinin rəsmi statistik göstəricilərinə görə, son 30 ildə (1990-2020-ci illər) Ermənistanı 1,5 milyon nəfər tərk edib. “İcma və hüquq” qeyri-hökumət təşkilatının apardığı monitorinqin nəticələrinə görə isə, ölüm səviyyəsinin doğum səviyyəsindən yüksək olması, yoxsulluq və miqrasiya prosesi əhalinin artımını dayandırıb.

Yalnız son 1 ildə ölkədə yoxsulların sayı 300 min nəfər artıb. Hazırda Ermənistanda faktiki 2 milyonluq əhalinin içində yoxsul insanların sayı 1 milyondan artıqdır.

Erməni mediası belə bir maraqlı məqama da diqqət çəkir ki, iqtisadi cəhətdən fəal olan əhalinin bir qismi çoxdan ölkəni tərk etsə də, dövlət onları hələ qeydiyyatda saxlamaqda davam edir.

USAİD-ın Ermənistanda miqrasiya proseslərinə dair araşdırmaları Ermənistandan xarici ölkəyə axının bir istiqamətli olduğunu, ölkəni tərk edən vətəndaşların ən çoxu 10 faizinin geri döndüyünü göstərir.

Ölkəni tərk etmiş təqribən bu sayda vətəndaşlar arasında əmək qabiliyyətli əhali qrupu 80% təşkil edir. Bu, həm də hərbi xidmətə yararlı olan vətəndaşların təqribən 70 faizi deməkdir.

İqtisadi böhtan keçirən, sosial problemlərin ağırlaşdığı ölkədə rəsmi olaraq 3 milyon vətəndaş qeydiyyatda olsa da, müxtəlif yerli və beynəlxaql təşkilatların hesablamalarına görə, ölkədə faktiki olaraq 2 milyon nəfər yaşayır. Qalanları Rusiyaya, Ukraynaya, Gürcüstana, Avropa ölkələrinə köçüblər və ya əmək miqrasiyası ediblər.

Bu, miqrasiya probleminin ölkənin demoqrafik vəziyyətinin kəskinləşməsinə ciddi təsir göstərdiyinə əyani sübutdur. Miqrasiyaya səbəb olan 2 problemin (ağır sosial-iqtisadi vəziyyət və müharibə) aktual qalması ölkədən xaricə axının hələ uzun illər davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

Dünya mediası regionun demoqrafik situasiyası haqda

Dünyanın aparıcı mətbuat orqanları Ermənistanda təhlükəli həddə çatmış miqrasiya problemindən tez-tez yazır. Ermənistanın yeganə himayədarı Fransanın nüfuzlu agentliyi olan «France-Presse»də dərc olunan «Erməni mühacirəti qadınlardan ibarət kəndlər yaradır» başlıqlı məqalədə Ermənistandan kişilərin kütləvi şəkildə xarici ölkələrə axışdığı bildirilir.

Yazıda bildirilir ki, tarlalarda məhsul yığını vaxtı əkin sahələrində yalnız qadınların və uşaqların işlədiyini görmək mümkündür. «Onların ərləri və ataları qazanc dalınca əsasən Rusiyaya üz tutublar»,- deyə qeyd olunur.

«Ermənistanı 50 min kişi tərk edir. Bu, reproduksiyaya və gender balansına mənfi təsir göstərir, cəmiyyətin qocalmasına səbəb olur. Statistikaya əsasən, Ermənistan vətəndaşlarının 44%-i özü və uşaqları üçün gələcəyi vətəndə görmür», — deyə yazıda bildirilir.

ABŞ-ın tanınmış «Huffington Post» qəzetində dərc olunan məqaləyə görə, hər il Ermənistanı təqribən 60 min erməni tərk edir. Qəzet yazır ki, əmək qabiliyyətli insanların xarici ölkələrə üz doğum göstəricilərinə də təsir edir, belə ki, hazırda əhalinin təbii artımı son dərəcə aşağı səviyyədədir.

Ermənistanda bu sahədə araşdırma aparan yerli və beynəlxalq təşkilatlar da hesab edirlər ki, proseslərin real gedişi sözügedən ölkədə insan resursunun sürətlə tükəndiyini meydana çıxarır. Əhalinin artım səviyyəsi aşağı olduğundan yaşlıların xüsusi çəkisinin davamlı surətdə artması da Ermənistanı böyük sürətlə demoqrafik böhrana yuvarlayır.

Bütün bunlar Ermənistanda acınacaqlı vəziyyətin hökm sürdüyünün, ölkənin təkcə demoqrafik yox, həm də böyük sosial-iqtisadi tənəzzül içərisində olduğunu göstərir.

Beləliklə, təcavüzkar ölkə getdikcə böhran içərisində boğulur və işğal etdiyi Azərbaycan ərazilərində apardığı ağır müharibəyə görə özünün reabilitasiya imkanlarını itirir. Vəziyyətdən yeganə çıxış yolu isə işğal olunan ərazilərdən çıxmaq, qonşu ölkələrdə normal iqtisadi əməkdaşlıq qurmaqdır. Bunun üçün hələ də gec deyil.

Elçin Bayramlı

https://sia.az/az/news/social/831037.html

Rusiya kimi daha çox silahlandırıb: — Azərbaycanı, yoxsa Ermənistanı?

Azərbaycan Ordusunun Qarabağda işğal edilmiş ərazilərin azad edilməsi əməliyyatları apardığı bir vaxtda hamını ordumuzun düşmən ordusu ilə hərbi arsenal cəhətdən müqaysəsi maraqlandırır. Bununla bağlı biz də dəfələrlə analiz və araşdırmalar yazmışıq. Bu gün isə bu istiqamətdə daha bir müqayisəli məqamı oprtaya qoymaq istəyirik. Belə ki, bəziləri iddia edir ki, Rusiya Ermənistana bizdən çox silah və texnika satıb, lakin faktlar bunun tam əksini göstərir.

Rusiyanın «Kommersant» qəzeti Azərbaycan və Ermənstanın Rusya ilə iqtisadi, hərbi, sosal, elmi, mədəni və sair sahələrdə əməkdaşlığını müqayisə edən araşdırma dərc edib. Yazıda son ildə Azərbaycan və Ermənistanın Rusiyadan aldığı silah və texnikanın sayını və növü də qeyd edilib.

Həmin araşdırma geniş olduğundan biz yalnız indi daha aktual olan hərbi texika və silah alışı ilə müqayisəli hissəni oxucularımıza təqdim etmək qərarına gəldik.

Azərbaycanın son 10 ildə Rusiyadan aldığı hərbi texnika

  • 100 ədəd «Kornet» tank əleyhinə raket kompleksi,
  • 2 divizion S-300 zenit-raket kompleksi,
  • 200 ədəd raket (48H6),
  • 24 ədəd Mi-35M vertolyotu,
  • 66 ədəd Mi-8 və Mi-17 vertolyotları
  • 18 ədəd «Msta» özüyeriyən qaubitsası
  • 18 ədəd «Vena» özüyeriyən minamyot qurğusu
  • 18 ədəd «Smerç» reaktiv yayım atəş sistemi
  • 2 ədəd «Buk» zenit-raket kompleksi
  • 200 ədəd raket (9M317, 9M38)
  • 100 ədəd «T-90» tankı
  • 118 ədəd BMP-3 piyadaların döyüş maşını
  • 1000 ədəd «Kastet» idarəolunan raketi
  • 36 ədəd «Buratino» reaktiv yaylım atəş sistemi
  • 24 ədəd «Xrizantema» tank əleyhinə özüyeriyən qurğu
  • 800 ədəd raket (9M123)
  • 76 ədəd BTR-82

Ermənistanın son 10 ildə Rusiyadan aldığı texnika

  • 2 divizion S-300 zenit raket kompleksi
  • 194 ədəd raket (5B55U, 9M338)
  • 10 ədəd «Tiqr» zirehli avtomobili
  • 4 ədəd «İsgəndər» raket kompleksi
  • 200 ədəd «İqla» zenit-raket kompleksi
  • 6 ədəd «Smerç» reaktiv yayım atəş sistemi
  • 200 ədəd «Verba» zenit qurğusu
  • 100 ədəd «Kornet» tank əleyhinə raket kompleksi,
  • 4 ədəd Su-30 qırıcı təyyarəsi
  • 2 ədəd «Top-M1» zənet raket qurğusu

Qeyd edək ki, burada yalnız son 10 ildəki vəziyyət göstərirlib, lakin əvvəlki dövrdə də biz Rusiyadan Ermənistana nisbətən dəfələrlə çox silah-texnika əldə etmişik.

Göründüyü kimi, təkcə son 10 ildə yalnız Rusiyadan aldığımız silah və texnikanın sayı və imkanları Ermənistanın aldıqlarını xeyli üstələyir. Nəzərə alsaq ki, Azərbaycan son ildə digər ölkələrdən də xeyli hərbi texnika və qurğular alıb, o halda Qarabağ cəbhəsində orduların texniki bazasının müqayisə edilməz dərəcədə fərqli olduğunu görərik. Belə ki, bizim son 10 ildə Rusiyadan adığımız hərbi texnika ümumi alınanın 63 faizini təşkil edir, Ermənistanın isə demək olar ki, bütün aldığı texnika budur (93 faz).

Ermənistan ordusunun texnikasının yarıdan çoxunun Qarabağda cəmləşdiyi və onların da son 10 gündəki döyüşlərdə darmadağın edildiyi və ya ələ keçirildiyi məlumdur. Bu hesabla hazırda orduların texnika parkında Azərbaycanın azı 5 qat üstünlüyü olduğunu əminliklə söyləmək olar.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/830622.html

Qafqazın ortasındakı “Çernobıl” və ya «Dom Feyzulla bomba rabatay»

Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, dünya isə susur…

Ermənistanda fəaliyyət göstərən «Metsamor» Atom Elektrik Stansiyası partlamağa və milyonlarla insanı məhv etməyə hazır olan bomba rolunu oynayr. Belə ki, stansiyanın reaktoru həddən artıq köhnə və istismar müddətini başa vurmuş olduğundan qəza ehtimalı 90 faizdən çoxdur.

«Feyzulla»nın evində fitili çəkilmiş «nüvə bombası»

Beynəlxalq təşkilatların və ekspertlərin qənaətinə görə, Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. “Metsamor”da köhnə texnologiyadan istifadə edilməsi, modernləşdirilməməsi, yüksək seysmik zonada yerləşməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.

Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Dünyada 4-cü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” tipli AES-lər çoxdan fəaliyyətini dayandırıb.

1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatmışdı. Lakin müddət daha 13 il uzadıldı. Bu müddət də 2014-də başa çatdı, orada yeni stansiya tikilməli idi, lakin hələ ki, bu, reallaşmayıb. Yeni stansiya tikilənə qədər “Metsamor” təhlükəli vəziyyətdə işləməli olacaq…

Stansiya yüksək seysmik zonada yerləşir ki, bu da güclü seysmik aktivlik zamanı regionda zəlzələdən daha böyük fəlakət yarada bilər. 1988-ci ildə baş verən zəlzələ nəticəsində “Metsamor” da yararsız vəziyyətə düşdü. Möcüzə sayəsində Qafqazda “2-ci Çernobıl” baş vermədi. Spitak zəlzələsindən sonra stansiya bağlanmışdı, lakin beynəlxaql təzyiqlərə baxmayaraq 1995-ci ildə fəaliyyəti bərpa edildi.

Bundan başqa, “Metsamor”un yerli ərazidə reaktorunu soyudacaq kifayət qədər su ehtiyatları da mövcud deyil. Bu stansiyada indiyədək 150-dən çox qəza baş verib. Artıq bu «nüvə bombası»nın fitili alışmış vəziyyətdədir…

“Metsamor»un bağlanması niyə baş tutmadı?

BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.

“Metsamor”un region üçün böyük təhlükə olduğunu dərk edən Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Avropa İttifaqı bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma Yerevan həyasızcasına 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.

Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial vəziyyətdə olduğunu, ölkənin alternativ enerji mənbələrinin olmadığını bəhanə edir. Anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə Ermənistan əhalisi məhv olacaq.

Ekspertlərə görə, stansiyada baş verəcək hər hansı bir qəza çox ciddi fəsadlara gətirə və bundan təkcə Ermənistan deyil, Azərbaycan, Gürcüstan, Türkiyə və İran da ciddi ziyan çəkə bilər. Lakin təəssüf ki, region ölkələrinin bu haqda birgə təzyiqi yoxdur. Region xalqlarını dəhşətli faciədən qurtarmaq üçün Azərbaycan həyacan təbili çalır, Türkiyə narahat olur, Gürcüstan və İran isə susur…

«Metsamor» 5 ölkəni fəlakətə düçar edə bilər

Əgər «Metsamor»da partlayış olsa, bunun faciəvi fəsadları bütün region ölkələrində, o cümlədən də Azərbaycanda özünü göstərəcək. Buna görə də, Azərbaycan bütün mötəbər tribunalardan “Metsamor” AES-in region üçün təhlükə olduğunu elan edir və həyəcan təbili çalır.

Hələ 2002-ci ildə MAQATE-nin o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev ondan xahiş etmişdi ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın.

Seulda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bu problemi qaldırmışdı.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi də mütamadi olaraq Təhlükəsizlik Şurasının nüvə təhlükəsizliyi üzrə brifinqinlərində “Metsamor” təhlükəsini qabardır.

Lakin beynəlxalq təşkilatlar bunun üçün Yerevana lazımi dərəcədə təzyiq göstərmirlər. Düzdür, bununla bağlı Avropa İttifaqının da qərarları var. Avropa Komissiyası da bu AES-in fəaliyyətinin dayandırılmasını tələb edir. Amma hələlik, Ermənistan bu qərarlara əhəmiyyət vermir. Yerevan enerji və maliyyə çatışmazlığını bəhanə edərək nə stansiyanı dayandırır, nə də onun texnologiyasını yeniləyir.

Qafqazda 3-cü “Çernobıl”ın qarşısı alınmalıdır

…Çernobılda qəza olanda butun Şərqi Avropada dəhşətli təsirləri oldu. «Fukuşima» qəzası isə Sakit Okeanın yarısını radiasiya ilə zəhərlədi. Ona görə də, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər.

Turkiyəli eskpertlərin verdiyi açıqlamalara görə, “Metsamor”un radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərcəng xəstəliyinə tutulmüş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə müvafiq orqanlarını həyəcan təbili çalmağa vadar edib.

AES-in idarə edilməsi və tullantıların utilizasiyası ilə bağlı rəsmi məlumatların olmaması daha bir böyük probemdir. Bəzi məlumatlara görə, Ermənistan radiaktiv tullantıları Azərbaycanın işğal edilmiş Qarabağ zonasında basdırır. Bu isə regional ekoloji fəlakətə səbəb ola bilər.

Yeri gəlmişkən, bu AES-in radiasiyalı tullantılarının yearltı boru xətti ilə Araza axıdılması haqda ciddi məlumatlar var. Bu da ciddi araşdırılmalı məsələdir. Ümumiyyətlə, «Metsamor» bombası hər an partlamağa hazırdır və bu, böyük bir regionda dəhşətli faciələrə gətirə bilər.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/829520.html

Qarabağ probleminin həlli kimlərə və niyə sərf etmir? — ANALİZ

Fövqəldövlətlərin «nə sülh, nə müharibə» siyasətinin arxasında hansı maraqlar dayanır?

Ermənilərin Azərbaycanla sərhəddə yerləşən yaşayış məntəqlərini artilleriya atəşinə tutması və mülki şəxslərin həlak olması Azərbaycanda müharibə çağırışlarını artırıb. Son günlər həm yerli, həm də xarici mətbuatda Qarabağda müharibənin başlaya biləcəyi haqda məlumatlar yayılır. Artıq bıçaq sümüyə dirənib. Bu problem nəhayət həll ediməlidir.

İşğal probleminin sülh yolu ilə həll cəhdləri tükəndi

Ermənistan Helsinki Yekun Aktının 3 əsas prinsipinin daha 2-sini kobud surətdə pozub. Güc tətbiq edib və Azərbaycanın ərazi bötüvlüyünü pozub. 3-cü prinsipi isə hələ XX əsrin əvvəllərində Azərbaycan torpaqları üzərində öz müqəddaratını təyin edərək dövlət yaratmaqla pozub.

Ermənistanı himayə edən iri dövlətlərin mövqeyi problemi bu şəkildə uzatmaqla Azərbaycanı gec və ya tez reallıqla barışmağa vadar etməkdir. Özləri də yaxşı bilirlər ki, konkret bu situasiyada həmin 3 prinsipin tətbiqi bir arada mümkün deyil.

Əslində, bu prinsiplərlə həll modelini Azərbaycan çoxdan təklif edib, amma nə Ermənistan, nə də həmsədr ölkələr razılaşmayıblar. Bu modelə görə, güc tətbiq etmədən sülh yolu ilə əraziləri boşaldır, keçmiş DQMV ərazisində ermənilərə yüksək muxtariyyət statusu verilir. Yəni, hər 3 prinsip yerinə yetirilmiş olur. Lakin bu, ermənilərə və onların havadarlarına sərf etmir. Münaqişənin həll olunmaması həm Amerikanın, həm Avropanın, həm də Rusiyanın xeyrinədir. Bununla onlar hər iki dövlətə təzyiq göstərə bilirlər.

30 ildir deyilir ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Amma, ortada bir fakt var ki, danışıqlar bir nəticə vermir, artıq bütün variantlar tükənib, çünki ermənilər hətta dünyada ən yüksək muxtariyyətə, yarımmüstəqil dövlətə belə razı deyillər. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədrləri olan böyük dövlətlər bunun üçün Yerevana heç bir təzyiq göstərmirlər.

Rusiyanın münaqişədə maraq və mövqeləri

Məlum olduğu kimi, Ermənistan KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqı və sair təşkilatlarda üzvdür. Üstəlik, Rusiyanın cənubda NATO-ya qarşı ən böyük bazası da Ermənistan ərazisindədir. Kreml bu baza vasitəsilə NATO-ya qarşı cənub-qərb istiqamətindən müdafiə sistemi qurub, eyni zamanda bu ərazidən 4 ölkəyə (Türkiyə, İran, Azərbaycan, Gürcüstan) birbaşa çıxış üçün plasdarm əldə edib. Bu faktorlardan Ermənistan həmişə öz maraqları üçün istifadə etməyə çalışır. Düzdür, Rusiya Azərbaycanla yaxşı əməkdaşlıq və normal münasibətlərə malikdir, amma yuxarıda göstərilən səbəblərdən Ermənistan əleyhinə hər hansı bir addım ata bilmir.

Müharibənin Rusiyaya sərf etməməsi açıq-aşkar ortadadır. Status-kvonun qalması şəraitində Moskva hər iki respublikanı öz təsiri altında saxlayır. Müharibə başlayarsa, Azərbaycan qısa müddətdə işğal olunmuş torpaqlarını azad edə bilər, sonra isə Rusiyadan asılığını ləğv edər və Qərb ölkələrinin yanında yer alar.

Əgər Rusiya müharibəyə birbaşa müdaxilə etsə, onda beynəlxalq mövqelərini xeyli zəiflədərdi. Onsuz da Gürcüstan və Ukrayna hadisələrindən sonra Qərb bütün dünyada Rusiya əleyhinə ictimai rəy formalaşdıra bilib. Heç bir variantda Rusiya müharibədən qazanclı çıxmaz.

Ümumiyyətlə, Rusiya müharibəyə birbaşa müdaxilə edə bilərmi? Fikrimizcə, müharibə başlasa, belə müdaxilə olmayacaq, əvvəla ona görə ki, buna hüquqi əsası yoxdur, ikincisi ona görə ki, Moskvanı neytrallaşdırmadan Bakı anti-terror əməliyyatlarına başlamayacaq.

Azərbaycan öz işğal olunmuş ərazilərində anti-terror əməliyyatına başlasa, o zaman Rusiya KTMT çərçivəsində və ikitərəfli razılaşmalara əsasən Ermənistana yardım göstərməyəcək. Bunu açıq şəkildə dəfələrlə bəyan ediblər. Yalnız birbaşa Ermənistan ərazisinə hər hansı bir ölkə hücum eləsə, o zaman Rusiya KTMT-dəki öhdəliyi üzrə yardım göstərə bilər. Qarabağ isə rəsmi tanınmış Azərbaycan əraizisidir.

Lakin qeyd etməliyik ki, problemin həllində Rusiya təkbaşına rol oynaya bilməz. Rusiya münaqişənin həllinə səmimi olaraq girişsə belə, Qərb dövlətləri buna maneçilik törətmək üçün əlindən gələni edəcəklər. Onların da Yerevana təzyiq rıçaqları var və bundan yararlanacaqlar.

Qarabağın azad edilməsi Qərbə niyə sərf etmir?

Paşinyan Amerika tərəfindən təşkil olunan rəngli inqilab nəticəsində hakimiyyətə gələndən sonra, bütün rusiyayönümlü məmurları vəzifədən azad edərək yerinə amerikayönümlüləri təyin etdi və nəticədə Ermənistan hakimiyyəti tam heyətdə Amerikanın nəzarətinə keçdi. Düzdür, Ermənistan Rusiyadan müəyyən asılılıqları olduğundan Vaşinqton hələlik Paşinyan hakimiyyətini Rusiya əleyhinə proseslərə çox da cəlb edə bilmir, lakin onu Azərbaycanın üstünə qısqırtmaqla həm Rusiyaya mesaj verir, həm də Azərbaycana güclü təzyiq vasitəsi əldə edir.

Dərin planda baxsaq, bu münaqişəni elə tabeliklərində olan erməni lobbisinin əli ilə Qərb dövlətləri qızışdırıb. Bununla, onlar SSRİ-nin daxildən etnik münaqişələr zəminində dağılmasına nail oldular. İndi bu münaqişə onların müxtəlif missiyalar vasitəsi ilə Qafqaza rahatca «burnunu soxmaları» üçün şərait yaradır. Bu münaqişə qaldıqca Qərb hər iki ölkəyə təsir imkanlarını saxlayır. Ona görə də, münaqişənin həllini istəmirlər, Azərbaycanın hərbi güc tətbiq etməsinə də imkan vermirlər.

Belə olmasaydı, Azərbaycan Prezidentinin «biz öz torpaqlarımızı istənilən yolla azad edəcəyik» bəyanatları Qərbdə qısqanclıqla yanaşmaz, «bu problemin həllinin hərbi yolu mümkün deyil» kimi anormal reaksiyalar verməzdilər.

Necə yəni güc tətbiq etməmək? Axı, sülh yolu ilə işğal olunmuş ərazilər boşaldılmır. ABŞ və Avropanın bu mövqeyini anlamaq mümkün deyil. Həm demokratiyadan, hüquqdan-filandan danışırlar, həm də aşkar ikili standartlar tətbiq edirlər.

ABŞ və Fransa (onun timsalında Aİ) konkret olaraq, həmişə erməniləri dəstəkləyib. Baxmayaraq ki, Ermənistan Paşinyan hakimiyyətə gələnədək daha çox Rusiyanın yanında yer alıb və bir sıra təşkilatlarda onun müttəfiqidir, Rusiya isə ABŞ-ın düşmənidir. Azərbaycan isə daha çox Qərblə inteqrasiyadadır və iqtisadi əlaqələri da əsasən qərblədir. Bu halda, məntiqlə, ABŞ Azərbaycanın tərəfində olmalıdır, lakin məntiqin ziddinə olaraq əksinədir, xristian təəssübkeşliyi hər şeyi arxa plana atır.

Müharibə başlasa vəziyyət necə ola bilər?

ATƏT Minsk qrupunun həmsədrləri olan dövlətlərin rəsmiləri Azərbaycanın Ermənistanın terrorçu dəstələri tərəfindən işğal altında saxlanan ərazilərini hərbi yolla azad etməsinin yolverilməz olduğunu açıq bəyan edirlər. Xristian həmrəyliyi nümayiş etdirərək Ermənistanı müdafiə edən bu fövqəldövlətlər problemin sülh yolu ilə həlli üçün isə qəsdən heç nə etmirlər.

Lakin sülh danışıqları dayanıb, cəbhə bölgəsində də vəziyyət gərginləşir, həm bu ermənilər tərəfindən edilir. Biz ermənilərin mülki əhalimizə qarşı terror aktlarının qarşısını almaq üçün təsirli cavab tədbirləri həyata keçirməliyik. Misal üçün, hər dəfə erməni terrorçuları bizim mulki şəxsi öldürəndə, ermənilərin həmin istiqamətdə yerləşən hərbi hissələrinə və komanda qərargahlarına ağır zərbələr endirilməlidir. Son vaxtlar elə belə də edilir.

Son 15 ildə Azərbaycan Silahlı Qüvvələri həm texniki arsenal, həm də peşəkar şəxsi heyət cəhətdən xeyli dərəcə güclənib. Ordumuz ən müasir hərbi texnologiyalara malikdir, üstəlik, vətəni azad etmək üçün son damla qanınadək döyüşəcək peşəkar hərbçilərlə zənginləşib. Ermənistanda isə vəziyyət bunun tam əksinədir. Müharibə başlasa, Azərbaycan ordusu qısa bütün işğal olunmuş ərazilərimizi terroristlərdən azad edə bilər. Bunu dünyanın əksər strateji institutları və hərbi tədqiqat mərkəzləri bildirirlər.

Azərbaycan xalqının əzmi torpaqlarımızın işğal altında qalması ilə barışmayacaq, gec-tez bu beynəlxalq riyakarlıqdan bezərək problemi adekvat yolla həll edəcək. Hələlik isə, dövlət və xalq bu istiqamətdə birgə fəaliyyət göstərməli, son məqsədə çatmaq üçün səbrli olmalı, düşünülmüş addımlar atmalı və o günə hazırlıqlı olmayılıq. O günə isə lap az qaldı. Ədalət bizim tərəfimizdədir, qələbə də bizim tərəfimizdə olacaq.

Elçin Bayramlı

SİA

22 sentyabr 2020

İnformasiya müharibəsində necə qalib gələ bilərik? — ANALİZ

İnformasiya və təbliğat müharibəsində ermənilərə uduzmağımızın fundamental səbəbləri

İnformasiya müharibəsinin döyüş meydanındakı müharibə qədər vacib olduğunu xatırlatmağa ehtiyac yoxdur- informasiya əsrində bu hər kəsə məlum həqiqətdir. Hazırda bütün dünyada, bütün ölkələrdə informasiya və təbliğat müharibəsi ilə məğşul olan elmi institutlar, xüsusi mərkəzlər var. Onların fəaliyyətinin hansı nəticələr veridyini biz dünyada baş verən hadisələrdən, gedən proseslərdən aydın görürük.

Döyüş meydanından əvvəl masada qalib gəlmək

Əksər problemlər, açıq döyüş meydanlarında yox, örtülü salonda, diplomatik yollarla və ya digər siyasi üsullarla həll olunur. Bu, bir növ böyük şahmat taxtasına oxşayır, daha ağıllı olan qalib gəlir. Bu döyüşdə əsas silah isə informasiyadır, təbliğat üsullarıdır. Bu silahdan çox peşəkar şəkildə istifadə edən dövlətlər, təşkilatlar çoxdur.

Bəs biz bu silahdan necə istifadə edirik? Bu sahədə əlimizdə hansı imkanlar var, onları necə tətbiq edirik, hansı effekti alırıq, daha nə edə bilərik? Bu suallara cavab verməyə çalışacağıq.

Sirr deyil ki, hələlik informasiya müharibəsində ermənilərə uduzuruq. Qarabağ problemi ilə bağlı dünya mediasının 90 faizi qarşıdurmanı erməni tərəfin mövqeyindən verir, sosial şəbəkələrdəki xaricilərin çoxu onları müdafiə edir.

Bilirikmi niyə? Əlbəttə bilirik! İnformasiya müharibəsini təkcə dövlət aparmır, həm də ictimaiyyət, təşkilatlar, fərdlər aparır. İnsafən qeyd etməliyik ki, dövlət bu istiqamətdə əlindən gələni edir, beynəlxalq tribunalarda, siyasi və diplomatik arenalarda, dünya mediasında Azərbaycan həqiqətlərini, Ermənistanın təcavüzünü və təxribatlarını faktlarla ortaya qoyur. Bu istiqamətdə xeyli enerji və vaxt sərf olunur, külli miqdarda vəsait xərclənir. Lakin gəlin görək biz xalq olaraq, vətəndaş olaraq bu müharibədə dövlətimizə hansı səviyyədə dəstək verə bilirik.

Nala-mıxa döymədən qısaca qeyd edim ki, dəstək vermirik, əlbəttə, azsaylı istisnaları nəzərə almasaq. Biz hələ sosial şəbəkələrin ölkə seqmentində bir-birimizi «qırmaqla» məşğuluq. Başımız daxili siyasi mübarizələrə, şou kampaniyalara, ideoloji mübahisələrə qarışıb. Ermənilərdə isə, xalq, ictimaiyyət bu sahədə dövlətdən daha çox iş görür. Dünyanın istənilən ölkəsində yaşayan erməni vaxtını, enerjisini, pulunu sərf edərək informasiya və əks-təbliğat kampaniyasına öz töhfəsini verir. Nəticə də ortadadır…

Biz erməni təbliğatına qarşı nə edirik?

Biz də bu işi ən azı düşmənimiz qədər etməliyik. Hər kəs bu işlə az və ya çox, imkan daxilində məşğul olmalıdır, buna görə də, feysbukda zadda boşboğaz statuslar yazmayıb, həmin vaxtı və enerjini müxtəlif sosial şəbəkələrdə erməni təbliğatına qarşı informasiya müharibəsinə sərf etmək Vətən üçün həqiqi xidmət olardı.

Az-az bu mübarizəni aparmağa cəhd edənlərin isə savad və dünyagörüşü, məlumat bazası yetərli deyil. Ona görə də, müzakirələrdə zəif hala düşürük. Əlbəttə, belə olacaq, çünki bizim kütlə şou ilə məşğul olanda, ermənilər peşəkarcasına milli maraq və mənafeləri üçün çalışırlar. Yutub, Kontakt, Feysbuk kimi sosial şəbəkələrdəki müzakirələri izləyəndə adam heyrətə gəlir, ermənilər sanballı və savadlı arqumentlərlə, peşəkar tryuklarla müxtəlif ölkələrin ictimaiyyətini öz tərəflərinə çəkir. Bizimkilərin yazdıqları sentimental, savadsız və yeniyetmə təfəkkürlü cavablara baxanda bişmiş toyuğun gülməyi gəlir. Rast gəldiyim bütün müzakirələrdə erməni fəallar iştirak edənlərin az qala hamısının fikrini özlərinin müdafiəsinə yönəldə biliblər.

Burada təkcə savad, dünyagörüş rol oynamır, həm də peşəkar üsulların böyük təsiri var. Məsələn, bir çox ermənilər sosial şəbəkələrdə, ingilis, fransız, alman, rus və xaqlara məxsus adlarla yazırlar ki, görənlər də düşünür ki, bütün xalqlar erməniləri dəstəkləyir. Başqa üsullar da var, lakin bunlar bizim «şoumenlərin» ağlına gəlməz.

Bizim Feysbuk seqmentinə baxanda adamın əsəbdən başı ağrıyır. Biri Türkiyəni, Pakistanı, nə bilim hansı ölkəni ermənilərlə döyüşməyə, Qarabağı alıb bizə verməyə çağırır, sanki bununla demək istəyir ki, bizim dövlətimiz zəif, ordumuz sıfır səviyyəsindədir. Halbuki , tam əksinədir, biz hər sahədə Ermənistandan dəfələrlə güclüyük. Sadəcə, bunu yazan gənc, ölkəyə əslində, zərər vurduğunun fərqində də deyil.

Biri dezo yaymaqla məşğul olur ki, ermənilər bizi filan qədər əsgərimizi öldürüb, biri yazır neçə yüz erməni gəbərtdik, biri yazır ermənilər neçə kəndimizi alıb, camaat kəndlərdən qaçır, o biri yazır hərbi texnikamız filan istiqamətdən filan tərəfə getdi və s. Ermənilər isə bu boşboğazlıqdan və ya məqsədli provakasiyadan necə lazımdı bəhrələnirlər.

Dövlətimiz informasiya müharibəsində nə iş görür?

Dövlətimiz infomasiya və təbliğat müharibəsində bütün mümkün üsullardan istifadə edir, bu sahədə gərgin iş aparır. Diaspor təşkilatlarına da dövlət xeyli vəsait ayrır. Lakin nədənsə biz adekvat nəticə görmürük. Bizim diapsor təşkilatları sayca və imkanlar cəhətdən ermənilərinkindən daha böyükdür. Üstəlik, maliyyə məsələlərində də onlardan xeyli üstünük. Lakin necə olursa, ermənilər dəfələrlə zəif imkanlarla bu işdə bizdən daha üstün fəaliyyət göstərirlər. Nəzərə alsaq ki, Ermənistan dövləti diaspor fəaliyyəti üçün pul ayırmır, lakin Azərbaycan bu iş üçün böyük vəsaitlər ayırır, o zaman bu müqayisə daha ağır forma alır.

Əgər, məsələn, Xocalı təbliğatı üçün aksiya keçirilməsi nəzərdə tutulan bir Avropa ölkəsində 14 diaspor təşkilatı və Azərbaycan cəmiyyətindən cəmi 13 nəfər iştirak edirsə, artq nəsə deməyə ehtiyac yoxdur. Nəticədə, biz bu sahədə məğlub vəziyyətə düşürük. Ona görə də, dövlətin bu istiqamətdə ayırdığı pullar üzərində çox ciddi nəzarət olmalı, onların diaspor təşkilatları tərəfindən hansı məqsədlərə xərcləndiyi, hansı effekt verdiyi araşdırılmalıdır.

Hər il dövlət fondlarından bu istiqamətdə layihələr üçün milyonlarla pul ayrılır. Əminəm ki, bu pulların da çox böyük hissəsi boşa gedir, yəni heç bir fayda vermir. Bir də görürsən, bir QHT dövlət fondlarından qrant alıb ki, bəs xarici ölkələrdə Azərbaycan həqiqətlərini, Qarabağ problemini təbliğ edəcəm. Gedir Türkiyədə beş-on nüsxə kitab, buklet və s çap edirlər, beş-on dost-tanışı bir otağa yığıb foto çəkdirirlər ki, bəs xaricdə tədbir keçirib, kitab buraxıb təbliğat aparmışıq. Maliyyənin çoxunu da, necə deyərlər, «basıb yeyirlər».

A kişi, əvvəla təbliğatı Türkiyədə yox, əsasən fövqəldövlətlərdə, Amerikada, Rusiyada, Çində, Avropada aparmaq lazımdır. Türkiyədə bilirlər məsələ nədir, nəmənədir. İkincisi də, beş-on kitab, buklet çap etməklə, beş-on nəfərlə tədbir keçirməklə təbliğat olmur, kimdi sənin kitabını oxuyan, tədbirinə gələn?

Üçüncüsü də, buraxdığın kitablar türkcə yox, ingilis, rus, fransız, ispan, ərəb, çin kimi beynəlxalq dillərdə olmalıdır. Kitab çap etmisənsə, bu kitablar böyük dövlətlərdə yerləşən kitabxanalara, elmi mərkəzlərə, siyasi institutlara, universitetlərə paylanmalıdır.

Ümumiyyətlə, informasiya və təbliğat müharibəsinin saysız üsulları var, qurtarın bu şablon üsullardan. Yeni, innovativ texnologiyalar tətbiq edin, müasir texnologiyaların imkanlarından istifadə edin, bir az yaradıcı olun.

Biz neyləyə bilərik…

Məsələn, mənasız layihələrə ayrılan pullarla dünyada tanınmış telekanallarda, radiolarda, qəzet və jurnallarda kiçik bir materialın yayımlanması 100 dəfə, 1000 dəfə daha effektlidir. Və ya on milyonlarla üzvü olan xarici sosial şəbəkə səhifələrində də bunu etmək olar.

O ölkələrdə intellektual yarış və müsabiqələr təşkil etmək, küçə və meydanlarda mədəni tədbirlər, məsələn, musiqi axşamları, rəsm sərgisi təşkil etmək dəfələrlə daha effektli olar. Hamısını mən deməli deyiləm ki, bir az da özünüz fikirləşin.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması artırılmalıdır. Ermənilərdə olduğu kimi, bizim həmin ölkələrdə yaşayan, işləyən imkanlı biznesmenlər də Azərbaycan cəmiyyətlərinə, diaspor təşkilatlarına maliyyə dəstəyi verməlidirlər.

Düşməni zəif və kiçik görmək olmaz. Tarixdə bunu edənlər həmişə məğlub olublar. İnformasiya müharibəsində də, çığır-bağırla, söyüşlə qalib gəlmək olmaz, soyuqqanlı şəkildə peşəkar və savadlı mübarizə ilə üstün gəlmək olar.

Dediyim odur ki, əgər biz bu müharibədə qalib gəlmək istəyiriksə onu elliklə aparmalıyıq. Hər şeyi dövlətdən gözləməklə olmur. Dövlətin sehirli çubuğu yoxdur ki, fırlatsın və bütün məsələlər həllini tapsın. Burada bizim xalq, cəmiyyət olaraq üzərimizə böyük məsuliyyət düşür. Özümüzə sual verməliyik- bu müharibədə qalib gəlmək üçün biz şəxsən nə edirik, hansı fəaliyyət göstəririk.

Soruşa bilərsiniz ki, bizə ağıl verməklə deyil, bəs özün nə edirsən. Çox az da olsa, nəsə etməyə çalışıram. Məsələn, sosial şəbəkələrdə 2 dildə təbliğat aparıram, informasiyalar yayıram, müzakirələrdə erməniləri faktlarla, sənədlərlə susdurmağa çalışıram, beynəlxalq ictimaiyyətdə ölkəmiz, xalqımız haqda müsbət rəy yaratmağa çalışıram. Gücüm buna çatır. Hər birimiz gücümüz çatanı etsək, biz hər sahədə qalib ola bilərik.

Elçin Bayramlı

https://sia.az/az/news/politics/826744.html

Yollarımızı, küçələrimizi kim, necə və niyə dağıdır?

Son dövrlərlə ölkəmizin yol infrasturkturunda böyük işlər görülüb, magistrallar yenilənib, yeni yollar çəkilib. Görülən bu qədər işlərə, xərclənən bu qədər vəsaitə baxmayaraq bəzi yollarda problemlər yaranır ki, burada da əsas günah şirkətlərə, müəssisələrin, həmçinin, Azərsu, Azəriqaz kimi bəzi dövlət orqanlarının üzərinə düşür.

Belə ki, yollar və küçələr tərmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin yadına düşür ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəsi bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar qarmoşka) qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir.

Özü də, təkcə magistral yollarda yox, şəhərdaxili yollarda da belədir. Məsələn, paytaxtın düz mərkəzinə daxil olan strateji əhəmiyyətli əsas yol — Yeni Salyan şossesi ilə axşamdan başlayaraq gecə səhərədək çoxsaylı ağırtonnajlı yük maşınları daxil olur ki, onlar da gecə sakinlər yatdığı vaxtda güclü səs-küy yaratmaqdan əlavə, həm də yolun dağılmasına səbəb olur. Nəticədə, dövlət milyonlarla manat zərərə düşür.

Bu ilin əvvəlində həmin yolun çökməsi və paytaxta girişin iflic olması da bu səbəbdən idi. Yolun sağı yamacdır və həmin zolaqla normadan artıq yüklənmiş yük maşınlarının fasiəsiz hərəkəti yolun həmin hissəsinin bu təzyiqə dözməməsinə gətirib çıxarır. Ona görə də, şəhərin mərkəzinə- Bibiheybət məscidindən Azneft istiqamətinə daxil olan yolda yük maşınlarının hərəkəti tam qadağan olunmalıdır.

Bundan başqa, bəzi yük maşınları yük hissəsini torpaq, qum və s tikinti materialları ilə maksimum yükləyir və yol boyu həmin material tökülə-tökülə gedir. Arxadan gələn figər maşınlar həmin torpağın üstündən keçəndən sonra onları qabarıq şəkildə bərkiyir, yolda dombalar əmələ gəlir və bərbad hala düşür.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, Nəqliyyat Nazirliyi, Azəravtoyol və DYP bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalı, böyük məbləğdə cərimə edilməlidir.

Elçin Bayramlı

SİA.AZ

Elçin Bayraml: “Qarabağ ölkənin 2-ci iqtisadi regionuna çevriləcək”

“Torpağı əkib becərməsən, qorumağa dəyməz, torpağı qorumursansa, əkib becərməyə dəyməz”

“Dədə Qorqud” filmində deyilən bu kəlamın həqiqətən Dədə Qorqud tərəfindən səsləndiyi, yoxsa filmin yaradıcı heyəti tərəfindən tapıldığını deyə bilməsək də, hazırda işğal altında olan ərazilərimizn azad edildiyi ərəfədə aktual olduğunu deyə bilərik. 30 ildir ki, təəssüflənirdik, münbit, bərəkətli torpaqlarımızın əlimizdən alındığını deyirdik. İndi isə məqam yaxınlaşır.

Dağlıq Qarabağ və ətraf bölgələr Azərbaycanın ən əlverişli, gözəl iqlim şəraitinə malik əraziləri sayılır. Quraqlıq probleminin aktuallaşdığı son illərdə bol sulu bu regionun ölkəmiz üçün əhəmiyyəti daha da artıb.

Ərazilərimizin işğaldan azad olunması Azərbaycana hansı iqtisadi üstünlükləri gətirə bilər? Həmin ərazilərdə hansı sahələrin inkişaf perspektivi var?

“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanın 20 faizini təşkil edən 12 rayon ölkənin ən üstün potensiallı əraziləri hesab olunur: “Təxmini hesablamalara görə, həmin ərazilərin işğal altında olması nəticəsində ölkəmizə dəyən zərər 300 milyard dollara bərabərdir. 30 ildə əldə edə biləcəyimiz gəlirlər də nəzərə alınarsa, bu zərər 500 milyard dollara yaxın olar. Biz bu qədər vəsaitlə dünyanın iqtisadi cəhətdən daha inkişaf etmiş ölkələrindən biri ola bilərdik. Bundan başqa Qarabağ münaqişəsinin həllinə yönələn siyasi diplomatik məsələlərə, hərbi gücümüzün artırılmasına yönələn xərclərə də 10 milyard dollarlarla vəsait xərclənib”.

İqtisadçı hesab edir ki, işğal altında olan ərazilərimiz azad olunacağı təqdirdə ölkəyə verdiyi fayda regionlarımız arasında ikinci mövqeyə sahib olacaq: “Həmin ərazilərimizin həm iqlim, həm təbii sərvətlər, həm torpaq fondu cəhətdən Azərbaycanın ən yaxşı bölgəsi sayılır. Ərazinin çox böyük aqrar, turizm potensialı var. Sovet dövründə burada yüngül sənaye, turizm, tərəvəzçilik, üzümçülük, taxılçılıq inkişaf etmişdi. Heyvandalıq üçün də böyük potensial var. Bundan başqa Qarabağda dərman sənayesi üçün lazım olan faydalı bitgilər yetişir.

Bunun sayəsində orda dərman fabriki açmaq və təbii yolla alınan dərmanlar istehsal etmək olar. Bu ərazilər ölkənin qeyri-neft sektorunda böyük paya malik olacaq. Ərazidə böyük həcmli faydalı qazıntı imkanları var. Qısa bir müddətdə — 1-2 il müddətində ərazilərə investisiyalar yönəltməklə sosial-iqtisadi infrastruktur qura bilərik. Həm yerli, həm də xarici investorlar cəlb etmək olar. Oradakı yaşayış məntəqələrini bərpa etmək üçün 70-80 faiz bərpa işləri aparılmalıdır. Bunun üçün böyük bir maliyyə lazımdır. Hesab edirəm ki, dövlətin müvafiq ehtiyatları var.

Bizim 50 milyard dollarlıq strateji ehtiyatlarımız var, digər çoxsaylı fondlarımız var, bundan əlavə yerli investorlarımızın böyük imkanları var, xaricdə yaşayan azərbaycanlıların investisiya qoyması üçün dövlət stimullaşdırıcı tədbirlər görəcək, güzəştlər tətbiq olunacaq. Ermənilər qeyri-qanuni olaraq, xarici şirkətlərlə — Fransa, ABŞ şirkətləri ilə müqavilə bağlayaraq Kəlbəcərdəki qızıl məntəqələrində işləyir və böyük gəlirlər əldə edirlər. Bu mədənlər də böyük fayda deməkdir və Qarabağın bərpasında həmin mədənlərin böyük rolu olacaq”.

Elçin Bayramlı deyir ki, həmin ərazilərin 1 milyon nəfər məcburi köçkünün öz yurd-yuvasına qaytarılması da ölkəyə iqtisadi fayda gətirəcək: “Həmin əhalinin ərazilərə köçürülməsi həm də digər ərazilərdəki sıxlığı azaldacaq. Orda tikinti-quruculuq işlərinin aparılması məşğulluq imkanlarını artıracaq. Hesab edirəm ki, Azərbaycan hökuməti açıqlamasa da, onun Qarabağda sosial-iqtisadi infrastrukturu bərpa etməklə bağlı xüsusi hesablanmış, aydın proqramı var. Maksimum 2 il müddətində Qarabağda həm sosial-iqtisadi inkişaf, həm abadlıq baxımından çox böyük dəyişikliklər olacaq, dövlət büdcəsinin gəlirləri, ÜDM-də olan faizinə görə ikinci yerə malik ola biləcək”.

Xatirə Nəsirova

https://cebhe.info/isgala_son_bereketli_torpaqlar_bize_ne_qazandiracaq-238430

Uduzulmuş müharibə, çökmüş iqtisadiyyat, ümidsiz xalq

Elçin Bayramlı: “Ermənistan üçün artıq təslim olmaq vaxtıdır”

Sentyabr ayının 27-si səhər saatlarından Ermənistanın hərbi təxribatına Azərbaycanın əks- hücum əməliyyatları ilə cavab verməsi Yerevan üçün gözlənilməz oldu.

Müharibənin başlanmasında tək səbəbkar olan Nikol Paşinyan rejimi artıq məğlubiyyətin qoxusunu aldığı üçün bütün beynəlxalq qurumları və dövlətləri köməyə çağırır. Prezident İlham Əliyevin dediyi kimi, Paşinyanın zəng etmədiyi dövlət qalmayıb. Lakin Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan yalnız öz torpaqlarında döyüşü və onun azadlığı uğrunda mübarizə aparır.

Ermənistan əlindən gələn bütün təxribatları etsə də, bu ona heç bir kömək olmayacaq. Artıq Ermənistan ölkənin bütün sahələrində çöküş yaşayır. Bu həm iqtisadi-siyasi, həm hərbi, həm də psixoloji cəhətdən çıxılmaz duruma düşüb. Belə ki, Ermənistanın valyutası kəskin ucuzlaşıb, ölkədə daşınmaz əmlakın satış qiyməti və kirayəsi artıb və s.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlı “Cümhuriyət”ə açıqlamasında Ermənistanın bir ay ərzində sonunu gətirəcək faktları sadalayıb:

“Azərbaycanla Ermənistanın müqayisəsini indi deyil, bundan əvvəl də aparsaq, görərik ki, bizdəki göstəricilər hər zaman 3- 5 dəfə yüksək olub. Məsələn, biz iqtisadi gücə görə 5 dəfə Ermənistandan üstünük. Orduda şəxsi heyətin və texnikanın sayı baxımdan bizim göstəricilər Ermənistanla müqayisədə 3 dəfə çoxdur. Bunu beynəlxalq hərbi ekspertlər və iqtisadçılar deyir.

Hər bir müharibənin arxasında güclü iqtisadiyyat dayanır. Bizdə ümumi daxili məhsul (ÜDM) 70 milyard civarındadır. Ermənistanda isə bu göstərici təqribən 13 milyard civarındadır. Burda 5 qat fərq var. Bizim dövlət büdcəmiz 25 milyard, Ermənistanınkı isə 3.5- 4 milyarddır. Ermənilərin 2 milyard, bizim isə 50 milyard strateji rezervlərimiz var.

Bunlardan başqa ordunun silah- sursat bazasında bizim üstünlüyümüz daha çoxdur. Çünki bunlar çox bahalı avadanlıqlardır və böyük miqarda maliyyə tələb edir. Beynəlxalq hərbi araşdırma mərkəzlərinin hesablamalarına görə, Ermənistan iqtisadiyyatı yalnız bircə ay müharibəyə davam gətirə bilər. Bir aydan sonra ölkə tamamən iqtisadi və hərbi cəhətdən çökmüş olacaq.

Bundan əlavə, Ermənistanın tədiyyə balansında çox böyük biabırçı vəziyyət var. Belə ki, Ermənistanın tədiyyə balansında 3 milyard mənfi saldo var. Bunlar 2 milyardlıq məhsul ixrac edirlər, 5 milyardlıq isə alırlar. Hər il belə edirlər. Artıq Ermənistan müharibə vəziyyətində olduğu üçün ona kimsə borc verməyəcək. İndi Ermənistanın 5 milyardlıq idxala ehtiyacı varsa, eyni dərəcədə də ixrac etməlidir. Bu da mümkün deyil. Nəzərə alsaq, müharibə aparan dövlətə borc verilmir, onların bütün rezervləri  sıfıra enəcək. Ermənistanın məğlubiyyəti heç kəsə sirr deyil və dünya bunu gözəl bilir”.

Ekspert hesab edir ki, Qarabağdan Ermənistana qayıdan ermənilər Yerevan hökumətinin vəziyyətini daha da ağırlaşdıracaq: “Eyni zamanda hazırda Qarabağda məskunlaşmış ermənilər Ermənistana qayıdır. Onlar qaçqın hesab olunur və həyat şəraitlərini qurmaları üçün əlavə vəsaitə tələbat yaranacaq. Çünki onları ərzaqla, evlə və digər vasitələrlə təmin etmək lazım gələcək ki, Ermənistanın real şəraitdə buna imkanı yoxdur. Yəni, hər cəhətdən Ermənistan çökmüş vəziyyətdədir. Faktiki olaraq ölkənin xarici borcu ÜDM-in 67 faizinə çatıb. Bir neçə Afrika ölkəsini istisna olmaqla, bu göstəici dünyada ən ağır vəziyyətdir.

Üstəlik beynəlxalq reytinq baxımından Ermənistanın durumu pisdir. Yəni onun müharibəni davam etdirməsi üçün heç bir imkanı yoxdur. Eyni zamanda, ölkədə artıq sosial böhran yaşanır. Yaxın zamanda Ermənistanda sosial vəziyyətlə bağlı qarşıdurmalar başlanacaq. Ona görə də, Ermənistanın bizim şərtlərimizlə razılaşmaqdan başqa çarələri yoxdur. Şərtləri isə Prezident İlham Əliyev diktə etdi. Göründüyü kimi ermənilərin texnikaları da köhnəlib. Atdıqları raketlərin əksəriyyəti partlamır. Yeniləməyə isə imkanları yoxdur. Hətta cəbhədə əsgərlərin qaçmaması üçün zəncirlə bağlayırlar. Mülki əhalini yaşayış yerlərindən çıxmağa qoymurlar. İstəyirlər mərmiyə düşüb ölsün və dünyaya car eləsinlər ki, guya biz sivilləri öldürürük. Bunu erməni xalqı özü də görür. Ermənilər psixoloji cəhətdən də çox gərgindirlər. Ermənistan xarici siyasətdə də defolt vəziyyətindədir. Əllərindəki bütün dəstək imkanlarını itiriblər. Çarəsizlikdən artıq bilmirlər nə etsinlər”.

Elçin Bayramlı əlavə edib ki, çarəsiz qalan ermənilər son ümidi dezinformasiya yaymaqda və Azərbaycanın dinc sakinlərini hədəfə almaqda görürlər: “Ermənistan artıq çıxılmaz «dalana dirənib». Onun əlində qalan yeganə mübarizə elementi dezinformasiya və əks-təbliğatdır. Yəni bütün günü yalan xəbərlər yaymaqla məşğuldurlar. Görün nə vəziyyətdədirlər ki, deyirlər Suriya ordusunun xüsusi təyinatlıları gəlib Azərbaycanda döyüşür. Suriyada 10 ildən çoxdur müharibə gedir və ərazisinin 15 faizdən çoxu terrorçuların işğalı altındadır. Yəni Suriyanın özünə peşəkar döyüşçülər lazımdır. Məntiqi cəhətdən Suriyanın Azərbaycana xüsusi təyinatlı əsgərlər göndərməsi mümkün deyil. Üstəlik dünya ölkələrinin peyki var və belə vəziyyət olsaydı, görünərdi.

Hazırda iki ölkə arasında kiber müharibə gedir və bunda da biz qalib gəlirik. Çünki bizim kosmik fəzada peykimiz var və Qarabağda hər hərəkəti anında görürük. Ermənistanın isə belə bir imkanı yoxdur. Bircə Gürcüstandan gələn kabelin ümidinə qalıb. Orda da bir problem olan kimi Ermənistan informasiya məsələsində havada qalır. Yəni Ermənistanın prosesi idarə etmək imkanları yoxdur. Ermənistan son addım kimi dinc sakinlərimiz hədəf alır ki, bizi də əks zərbəyə məcbur etsin. Ona görə Daşkəsənə, Tərtərə, Naftalana, Gəncəyə, Mingəçevirə raketlər atırlar ki, biz də onların ərazisinə ataq. Lakin biz təxribata getmirik və Ermənistan ərazisində heç bir marağımız yoxdur.

Bizim tək istəyimiz işğal olunmuş ərazilərimizi azad etməkdir. Fikrimiz də qəti və açıqdır. Qarabağı azad edəndən sonra orada çoxdan yaşayan mülki əhali ilə də heç bir işimiz olmayacaq. Onlar istəsələr, Azərbaycan qanunları ilə yaşayarlar, istəməsələr, çıxıb gedərlər. Yəni bu məsələdə sərbəstdirlər. Bizim məsələmiz işğalçı Ermənistan ordusu ilə və Dağlıq Qarabağdakı terrorçu rejimlədir. Ermənistan bizim mülki şəhələrimizə raket atdıqca biz də onların həmin atəş nöqtələrini vuracağıq. Ermənistan üçün artıq təslim olmaq vaxtıdır. Qələbə Azərbaycanındır”.

Əli Bədir

https://cebhe.info/ermenistan_bu_gun_caresiz_hokumet_cokmus_iqtisadiyyat_umidsiz_xalq-237923

Elçin Bayramlı: “Keyfiyyətli çay xaricə, zay məhsul isə bizə satılır”

Xəbər verdiyimiz kimi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çayın istehsalına başlanılıb.

KOBİA-nın Qəbələ-Oğuz və Lənkəran KOB dostlarının məsləhət və əlaqələndirmə xidmətləri nəticəsində Qəbələdə yerləşən lavanda təsərrüfatından toplanan məhsullardan Lənkəranın “Yaşıl Çay” fermer təsərrüfatına məxsus müəssisədə “Lavandeli” çayı istehsal olunur. Yaxın günlərdə “Lavandeli” çayı satışa çıxarılacaq. Əvvəlcə, onu qeyd edək ki, bu sahə üzrə ciddi çatışmazlıqlar var.

Belə ki, Azərbaycanda çayçılıq artıq əvvəlki qədər inkişafda deyil. Həmçinin, çaylarla bağlı digər problemli məsələ odur ki, bu gün içdiyimiz çayların əksəriyyətində rəng var.

Bu insan orqanizminə olduqca ziyanlıdır. Həmçinin, yerli istehsalçılara şərait yaradılmır. Bu necə tənzimlənməlidir? Azərbaycan çayı şöhrətini geri qaytara bilərmi? Sadalanan problemlər həllini necə tapacaq?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı Elçin Bayramlı bildirib ki, son 30 ildə çayçılıq da tənəzzül başlayıb:

“Qeyd edim ki, iqisadiyyat üçün çayçılıq çox əhəmiyyətli sahələrdəndir. Çünki, bizim aqrar sektorun vaxtilə böyük şöhrət qazanmış, yaxşı gəlir gətirmiş, böyük potensialı olan əsas sahələri arasında çayçılıq da var. Çayçılığın inkişafı ötən əsrin 20-ci illərindən başlayıb. Çayın elmi əsaslarla becərilməsinə 1929-cu ildən, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1930-cu illərdə başlanılıb. Getdikcə, bu sahədə böyük inkişaf baş verdi. Artıq 70-ci illərdə çay plantasiyalarının 13 min hektara, yaşıl çay yarpağı istehsalı 35 min tona çatmışdı. 14 çay emalı fabriki, 2 çay paketləyici fabrik fəaliyyət göstərirdi ki, bu müəsisələr respublika əhalisinin quru çaya olan ehtiyacının 70 faizinin ödəyir, üstəlik İttifaq respublikalarına və xarici ölkələrə idxal da edilirdi. Çayçılıqda biz keçmiş SSRİ üzrə Gürcüstandan sonra 2-ci yeri tuturduq və bu sahədən respublikamız yüksək gəlir əldə edirdi.

Təəssüf ki, sonralar çayçılıqda tənəzzül başladı. Təsəvvür edin ki, 2010-cu ildə çay plantasiyalarının sahəsi 587 hektara, məhsul istehsalı 545 tona düşmüşdü. Yəni, çay əkini sahələri 25 dəfə, çay istehsalı isə 70 dəfə azalmışdı ki, bu da çayçılığın tam sıradan çıxması demək idi. Artıq ölkənin tələbatının demək olar ki, 99 faizi idxal hesabına ödənilirdi. Təəssüf ki, subtropik zonalarda yaşayanlar çay əkin sahələrini tərəvəz sahələri ilə əvəzlədilər, çayçılığa maraq tamam itdi, dövlət isə bu gəlirli sahənin bərpasına inkişafına çox gec fikir verdi.

2012-ci ildə «Çayçılıq haqqında» Azərbaycan Respublikası Qanunu qəbul edildi. Bu sahənin dirçəldilməsi dövlət səviyyəsində işlər isə yalnız 2016-2017-ci illərdən etibarən görüldü. Lakin hələ də, 50 il qabakı səviyyənin 10-da 1-nə qayıda biməmişik. Keçən il çay idxalı, ixracı 10 dəfə üstələyib. 2018-ci ildə «Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı» təsdiq edildi. Artıq bu sahədə ciddi işlərə başlanır, ümid edirəm ki, qısa müddətdə çayçılıq sektorunun keçmiş nüfuzunu bərpa edə biləcəyik və qeyri-neft sektorunda ölkəmizin əsas gəlir mənbələrindən birinə çevriləcək. Bu sahənin bərpası, əlbəttə, xeyli insanın işlə təmin olunması və həmin bölgələrin iqtisadi-sosial inkişafına da müsbət təsir edərdi”.

Sosioloqun fikirlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi çayların keyfiyyətinə nəzarət etmir:

“Bu gün satışda olan çaylara gəldikdə, deməliyəm ki, onların əksəriyyəti keyfiyyəsiz, kimyəvi maddələrlə zəngin, təbiiliyi və özünəməxsus dadı qalmamış çaylardır. Bu da təbii ki, orqanizmə zərər vurur. Xüsusən də, ucuz qiyməti olan çaylar. Məlum olduğu kimi, əsl çay minimum 10-15 dəqiqə dəm aldıqdan sonra rəngli olur. İndiki çayları isti suya atılan kimi dərhal rəng alır. Bu, ola bilməz, demək konkret kimyəvi boya vurulub. Paket çaylar daha təhlükəlidir. Çay stəkanda və ya dəm çaydanında 5-6 saat qalandan sonra elə vəziyyətə düşür ki, adamın ürəyi bulanır. Kimyəvi boyanı stəkandan yuyub təmizləməkk çətin olur. Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi və digər aidiyyatı orqanlar bu məhsulların keyfiyyətinə nəzarət etmir. Nəticədə, insanlarımız həm pul verirlər, həm də xəstəlik qazanırlar. Buna ciddi nəzarət olunmalıdır”.

O qeyd edib ki, Azərbaycanda bu sahəyə daha çox diqqət ayrılsa, həm iş yerləri artar, həm ciddi rəqabət mühiti formalaşar:

“İstehsalda rəqabət məsələsinə gəldikdə, təəssüf ki, bu sahədə də ciddi problemlər var. Belə ki, “Azərsun” digər qida məhsullarında olduğu kimi, bu sahədə də monopoliya yaratmağa cəhd edir. Halbuki, istənilən sahənin inkişafı üçün orda sağlam rəqabət olmalı, çoxsaylı şirkətlər fəaliyyət göstərməlidir. Bundan başqa, kiçik və orta təsərrüfatlara dəstək verilməlidir. Xüsusən də, güzəştli və uzunmüddətli kreditlər ayrılmalıdır. Çünki, çay bitkisinin məhsul verməsi üçün 7-8 il vaxt tələb olunur. Lakin, məhsula düşəndən sonra çay kolları 50-100 il məhsul verir.

Mütəxəssislərin rəyinə görə, ölkəmizdə 20 min hektardan çox ərazi çay becərilməsinə imkan verir. Bu, az olmasa da, çox da deyil. Ona görə də, həmin torpaqlarda başqa bitkilərin əkilməsinə yol verilməməlidir. Çayçılıq təkcə əkin sahəsi demək deyil, bu həm də sənaye sahəsidir. Plantasiyalar artsa emal fabrikləri də artacaq və aqrar-sənaye zənciri yaranacaq. “Azərsun” bir neçə çay fabriki açıb, çayı xaricdən idxal edir, burda sadəcə paketləyir. Bu çaylardan müəyyən hissəsi, düzünü desək, keyfiyyətli olan hissəsi reeksport olunur, ölkə bazarına isə keyfiyyətsiz, ucuz məhsullar ötürülür. Mən özüm və dostlarım xarici ölkələrdən “Azərsun”-un çaylarını alıb içmişik, onlar həm dadı, həm ətri, həm dəmləmə vaxtı cəhətdən burada satılan çaylarından tamam fərqlidir. Belə çıxır ki, keyfiyyətli məhsul xaricə, zay məhsul vətəndaşlarımıza satılır.Bu necə yanaşmadır?

Çayçılıq üçün gözəl imkanlara malik olan Azərbaycanın xaricdən çay almaq üçün ildə 50 milyon dollar xərcləməsi arzuolunan deyil. Əgər çayçılığa dövlət səviyyəsində diqqət artırılsa, bu sahədə monopoliya cəhdləri aradan qaldırılsa, sizi əmin edirəm ki, tezliklə bu sektorda çox ciddi inkişaf əldə olunar, nəinki özümüzü tam təmin edə bilərik, xaricə də baha qiymətə keyfiyyətli məhsul ixrac edə bilərik. Beləliklə, işsizlik probleminin həllindən tutmuş, dövlət büdcəsinin artmasına qədər çox sahədə yaxşı nəticə əldə olunar”.

Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyindən Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, 2020-ci ilin yanvar-avqust ayları ərzində yaşıl çay yarpağı istehsalı 759.3 ton olub. Bu da əvvəlki ilin müvafiq dövri ilə müqayisədə 30.7% çoxdur. 2019-cu ildə yaşıl çay yarpağı istehsalı 929.4 ton olub.

Naibə

https://cebhe.info/cay_nedi_say_nedi_ldquo_keyfiyyetli_cay_xarice_zay_mehsul_ise_bize_satilir_rdquo-235308

Azərbaycan-Ermənistan: hansı ordu güclüdür? — ARAŞDIRMA

2 ölkə arasında hərbi-iqtisadi imkanların müqayisəli analizi nəyi göstərir?

İlk günlərdən işğalçı orduya və Qarabağda yerləşdirilən terrorçu dəstələrə sarsıdıcı zərbələr vuran, düşmənin xeyli canlı qüvvəsini, hərbi infrastrukturunu, texnikasını məhv edən Azərbaycan Ordusu qısa müddətdə 10-dan artıq yaşayış məntəqəsini və xeyli strateji yüksəkliyi geri aldı. Özünü itirmiş Ermənistan rəhbərliyi və qorxuya düşmüş erməni ictimaiyyəti situasiyadan çıxmaq üçün yollar axtarır. Lakin artıq gecdir. İndi son sözü silahlar deyir…

Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan keçən 30 il ərzində sülh prosesini açıq şəkildə sabotaj etdiyindən və bu səbəbdən problemin danışıqlar yolu ilə həlli üçün bütün imkanlar itirildiyindən Azərbaycan öz işğal olunmuş ərazilərini hərbi yolla azad etmək üçün əməliyyatlara başladı.

Bu yazıda ölkələrin iqtisadi-maliyyə imkanları, canlı qüvvə resursları, silahlı qüvvələrin maddi-texniki təchizatı, ordudakı mənəvi-psixoloji mühiti ilə bağlı kiçik bir müqayisə aparacağıq. Lap başdan başlayaq…

İqtisadi-maliyyə imkanlarının qarşıdurması nə vəd edir?

Hər hansı bir müharibəni apara bilmək üçün ilk növbədə güclü maliyyə imkanları, güclü iqtisadi potensial lazım gəlir. Azərbaycan bu sahədə Ermənistandan azı 5 dəfə güclü vəziyyətdədir.
Azərbaycanda illik ümumdaxili məhsul 80 milyard, Ermənistanda isə 15 milyrd dollar təşkil edir. Azərbaycanın dövlət büdcəsi 25 milyard, Ermənistanın dövlət büdcəsi 3,5 milyard dollar təşkil edir. Hərbi büdcələrdə isə müvafiq olaraq, 3 milyarda qarşı cəmi 650 mln dollarlıq hərbi büdcə dayanır.
Ermənistanın ümui dövlət borcu 8 milyarda (ÜDM-in 55 faizi) çatıb. Tədiyyə balansının mənfi saldosu 3 milyard dollar təşkil edir. Xaricdən pul köçürmələri ÜDM-in 25 fazinə yaxındır. Bu iqtisadi göstəricilərə görə, Ermənistan dünyada ən ağır vəziyyədə olan ölkələr siyahısındadır və hazırda yalnız bəzi Afrika ölkələrindən irəlidə olmaqla 153-cü yerdədir.
Ermənistanın cəmi 3 milyardlıq rezervinə qarşı Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollar təşkil edir.
Göründüyü kimi, bütün sahələrdə Azərbaycanın xeyrinə azı beşqat fərq var.
Azərbaycanın apardığı siyasi və iqtisadi fəaliyyət nəticəsində işğalçı ölkə blokada vəziyyətinə düşərək bütün regional və beynəlxalq iqtisadi, ticari, enerji və nəqliyyat layihələrindən kənarda qalıb. Bu proses Ermənistanda sosial-iqtisadi böhranı daha da ağırlaşdırıb.
1 milyondan artıq yoxsul vətəndaş malik Ermənistanın isə nəinki hansısa hərbi əməliyyatı aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər belə maliyyə imkanı yoxdur.
Beynəlxalq hərbi ekspertlərin fikrincə, xaricdəki erməni diasporunun topladığı sədəqəylə, həmçinin, Amerika və Fransadan edilən maliyyə yardımları ilə dolanan Ermənistan bütün imkanlarını səfərbər etsə belə, hərbi əməliyyatların 1 aydan artıq davam etməsi iqtisadi çökmə, sosial partlayış və hərbi məğlubiyyətlə nəticələnə bilər.
Hərçənd, Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti müharibənin 1 aya qədər uzanmamasına kifayət edir.

Orduların texniki bazası: kim güclü, kim zəif?

Ermənistan Hərbi Hava Qüvvələrinin aviaparkı isə bərbad haldadır. Çoxu köhnə model və istismar müddətini başa vurmuş təyyarə və vertolyotlardır. Belə zəif və köhnə aviaparkla hava döyüşləri aparmaq mümkün deyil. Pilotsuz uçan aparatlar haqda isə danışmağa belə dəyməz. Ermənistanın bir neçə PUA-sına qarşı Azərbaycan ordusunun ixtiyarında bir çoxu silah yüklü olmaqla yüzlərlə ən müasir PUA-lar var ki, bunlar da son günlərdəki döyüşlərdə erməni terroristlərinin mövqelərini, texnikasını havadan dəqiq atəşlərlə darmadağın etməklə öz sözünü dedi.
Ümumiyyətlə, həm hərbi araşdırma mərkəzlərinin hesabatlarından, həm döyüş bölgəsindəki vəziyyətdən aydın görünür ki, bütün texniki sahələrdə Azərbaycan Ordusunun döyüş vasitələri güclü və yüksək effektvlikli texnologiyaya dayanır. Ermənistan ordusunun sərəncamında olan texnikaların əksəriyyəti isə çox köhnə və zəif olmaqla yararsız vəziyyətdədir.

Britaniya və Rusiya hərbi araşdırma mərkəzlərinin məlumatlarına əsasən, Azərbaycan ordusu həm canlı qüvvə, həm də hərbi texnika cəhətdən Ermənistan Ordusundan azı 3 dəfə güclü bazaya malikdir. Bəzi konkret sahələrdə üstünlük 4-5 dəfəyə çatır. Müqayisəni verilən cədvəllərdə aydın gördüyünüz üçün burada ətraflı qeyd etməyəcəyik.
Azərbaycan Ordusunun sərəncamında istənilən şəraitdə uğurlu döyüşlər aparmağa imkan verən daha modern hərbi texnika, döyüş aviasiyası və silah-sursat var. Zenit-raket komplekslərinin, artilleriya sistemlərinin, tank və digər zirehli döyüş maşınlarının modernləşdirilməsi isə müvafiq qoşunlar üzrə üstünlüyümüzü dəfələrlə artırıb.
Aviasiya sahəsində Azərbaycan 3 qat üstünlüyə və daha müasir parka sahibdir.

Canlı qüvvə ehtiyatları və peşəkarlıq səviyyəsi

Müharibədə ən əsas amillərdən biri də, canlı qüvvədir. Ermənistanla müqayisədə Azərbaycan ordu heyəti və ehtiyat qüvvələr cəhətdən də Ermənistandakından azı 3 dəfə çoxdur. Hazırda Azərbaycanın 125 minlik ordusuna və 300 minlik ehtiyat qüvvələrinə qarşı, Ermənistan ordusu cəmi 45 min əsgərə və 100 minlik ehtiyat qüvvələrə malikdir. Azərbaycanda total səfərbərliyə cəlb oluna biləcək canlı qüvvənin sayı 4 milyona yaxındır. Ermənistanda isə, bu göstərici 1 milyona da çatmır. Ümumiyyətlə, 10 milyonluq əhaliyə qarşı, faktiki 2 milyon əhali fonunda səfərbərlik imklanlarının müqayisəsindən danışmağa ehtyac belə yoxdur.

İldə iki dəfə orduya çağırış olsa da, Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ildən bu yana ordu ciddi çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Bu səbəbdən, mülki vətəndaşlar belə işğal edilmiş ərazilərdə döyüş mövqelərinə göndərilir. Qarabağdakı mülki şəxslərə silah paylanır və onlar ayda 50 dollara, 15 gün üçün posta çıxırlar.

“Ermənistan Əsgər Anaları Cəmiyyəti”nin açıqladığı hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki hərbi hissələrə imkansızların övladlarının göndərildiyi, imkanlı övladlarının Ermənistandakı hərbi hissələrdə xidmət etdiyi bildirilir. Hərbi hissələrdə “dedovşina”, xəstəliklər, intiharlar, narkomanlıq, homoseksualizm baş alıb gedir.
Peşəkar hərbçi kadr baxımından Azərbycan ordusunun imkanları xeyli yüksəkdir. Son illərdə keçirilmiş iri miqysalı çoxsaylı hərbi təlimlərdə ordumuz xeyli peşəkarlaşıb. İndi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir. Hərbçilərimiz bunu döyüşlərin ilk bir neçə günündə əyani surətdə nümayiş etdirdi.

Hərbçilərin peşəkarlığı və döyüş əzmi cəhətdən müqayisə, ümumiyyətlə, yolverilməzdir. Azərbaycan əsgəri öz vətənində döyüşür, ermənilər isə işğal etdikləri torpaqlarda.

Ordularda mənəvi-psixoloji vəziyyət necədir?

Erməni mediasında yayımlanan materiallarda Ermənistan ordusunda əsgər və zabitlərin psixoloji vəziyyətinin getdikcə pisləşdiyi vurğulanır və həyacan siqnalı verilir. Bununla bağlı Ermənistanda fəaliyyət göstərən hərbi yönümlü qeyri-hökumət təşkilatları, o cümlədən «Əsgər Anaları» cəmiyyəti maraqlı faktlar açıqlayıblar.
Bu təşkilatlar tərəfindən hazırlanmış hesabatlara görə, düşmən ordusunda baş verən fərarilik, ölüm, döyülmə, rüşvətalma, intihar və digər hərbi cinayətlərin sayı ötən illə müqayisədə 25 faiz artıb. Terrorçu dövlətin ordusunda ölüm hallarının sayı da yüksələn xətlə artır. Hər il Ermənistan silahlı qüvvələrində 100-dək hərbi qulluqçu həlak olur ki, bunların da təxminən yarısı qeyri-döyüş vəziyyətində ölür.

Ermənistan ordusunda hərbi qulluqçuların sağlamlıq vəziyyəti də ağırdır. Bunun əsas səbəbi isə şəxsi heyətə aşağı kalorili və keyfiyyətli qida məhsulları verilməsi və anti-sanitariya şəraitində xidmət aparmasıdır.
Göstərilənlər erməni ordusunun səfalət və böhran içərisində olmasını təsdiqləyən məqamların yalnız kiçik bir hissəsidir.

Azərbaycan Ordusunda isə mənəvi-psixoloji vəziyyət və döyüş əzmi ən yüksək səviyyədədir. Bu barədə geniş yazmağıza ehtyac yoxdur, hər şeyi özünüz bilirsiniz.

Azərbaycan ordusunun arxasında qüdrətli arxa cəbhə dayanır. Ermənistan barədə isə bunu demək mümükn deyil. Belə bir vəziyyətdə müharibənin necə nəticələnəyi dəqiq aydındır.

…Beləliklə, kiçik müqayisəli araşdırmadan ortaya çıxan nəticə budur- Azərbaycan və Ermənistan, əslində, nə hərbi, nə iqtisadi, nə də digər sahələrdə müqayisə ediləcək ölkələr deyil.
Möhkəm dövlətçiliyə, güclü iqtisadiyyata, qüdrətli orduya, əhalisinin yüksək mənəvi-psixoloji vəziyyətə mailk olduğu Azərbaycan işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Artıq bu proses başlayıb və tezliklə yekunlaşacaq.

Elçin Bayramlı