Elçin Bayramlı: «Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”
“Bu il ərzində 2500-ə qədər saxta əlilliyi olan şəxsin statusu ləğv olunub”. Bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir vurğulayıb ki, nazirlik tərəfindən ünvanlı sosial yardımla bağlı monitorinqlər davam edir: “Müxtəlif istiqamətlər üzrə saxtakarlıq hallarına qarşı mübarizə aparırıq. Bunun nəticəsində dövlət büdcəsinə təqribən 13 milyon manat qənaət edilib. Vəfat etmiş, saxta yolla pensiya əldə etmiş şəxslərlə bağlı məlumatlar mütəmadi olaraq monitorinq edilir və pensiya təminatı dayandırılır. Bununla bağlı görüləcək işlərdən biri də ünvanlı sosial yardımdır. Elektron bazalar üzərindən aparılmış yoxlamalar nəticəsində saxta yollarla ünvanlı sosial yardım əldə edən və ya buna çalışan şəxslərlə əlaqədar müxtəlif tədbirlər görülür”.
Ekspert hesab edir ki, saxta yollarla verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir
Nazirin qaldırdığı məsələni “Şərq”ə dəyərləndirən “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı təqdirəlayiq olsa da, bunun çox gecikmiş addım olduğunu deyib. Ekspertin sözlərinə görə, illərdir bu barədə mətbuatda yazılır, televiziya və radioda deyilir, ancaq iradları vecinə alan olmurdu: “Minlərlə vətəndaşa rüşvət müqabilində, saxta yollarla sosial yardım təyin olunub. Halbuki, əsl ehtiyacı olanlara minbir bəhanə ilə maneə yaradılıb. Hamı da bunu bilirdi. Təəssüflər olsun ki, uzun müddət tədbir görülməyib, nəzarət edilməyib. Hətta həmin yardımın ilk 6 ayını onu təyin edən məmurun götürdüyü heç kimə sirr deyildi. Necə olur ki, bütün ölkə xəbər tutur, amma sosial nazirlik məlumatsız olur?!”.
İqtisadçı bəyan edib ki, bu cür qanunsuz əməllərə yol verənlər cəzalandırılmalıdır: “Əlbəttə, verilən vəsaitlər onu təyin edən və alan tərəfindən geri ödənməlidir. Əgər alanın geri qaytarması heç cür mümkün deyilsə, o zaman onu təyin edən məmurun müvafiq məbləğdə vəsaiti və ya əmlakı müsadirə olunmalıdır. Əsaslı araşdırmalar aparılmalı və haqqı olub ala bilməyən vətəndaşlara yardım və ya müavinətlər verilməlidir. Neqativ addım atan bütün məmurlar həbs olunmalıdır. Ciddi addımların atıldığını görsək, nazirliyin səmimiyyətinə inanmaq olar. Əks halda, əvvəlki vəziyyət müəyyən formada qalacaq”.
“Əksər ölkələrdə enerji içkilərinin istifadəsinə məhdudiyyət tətbiq olunur”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, dəfələrlə bu qadağanın tətbiqini təklif etsə də, reaksiya olmayıb: “Axır ki, müvafiq orqanlar təhlükənin fərqinə vardılar. Gecikmiş olsa da, doğru qərar verdilər. Son vaxtlar nəinki gənclər, yeniyetmələr arasında, hətta azyaşlı uşaqlar arasında da energetik içkilərin istehlakı artıb ki, bu çox pis tendensiyadır. Məlum olduğu kimi bu içkilər orqanizm üçün çox zərərli, dağıdıcı təsir göstərir. Xüsusilə də uşaqlara böyük fəsadlar verir. Bu, Rusiyada, Almaniyada, Çində aparılan çoxsaylı elmi tədqiqatlarla sübut olunub.
Energetik içkiləri heç də boş yerə “geç partlayan bomba” adlandırmırlar. Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar səhvdir. Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir. Orqanizmin vacib funksiyalarını yerinə yetirən orqanların enerjisini alır. Sonra bu orqanlar fəaliyyətlərini yerinə yetirə bilmir və yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində təzahür edir. Üstəlik, asılılıq yaradır, yəni bir növ narkomaniyadır”.
«Bu içkilər insana enerji vermir, əksinə onun daxilindəki enerji ehtiyatını xərcləyir»
İqtisadçı
vurğulayıb ki, bu qadağa tətbiq olunanda icrasına ciddi nəzarət olunmalı,
qadağanı pozanlara qarşı sərt cəza tədbirləri görülməlidir: “Energetik içkilər
milli genefondumuzu dağıdan məhsullardan biridir. Üstəlik, sonsuzluqdan tutmuş
xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur. Bunu vicdanlı həkimlər,
ekspertlər, jurnalistlər ictimaiyyətə izah etməli, maarifləndirməli və bu içkilərə
qarşı təbliğat aparmalıdırlar. Ona görə də, valideynlər, o cümlədən müəllimlər
uşaqlarının bu içkiləri içməməsinə nəzarət etməlidirlər. Təklif edərdim ki, təkcə
məktəblərin yaxınlığında yox, bütün satış məntəqələrində bu içkilərin uşaq və
yeniyetmələrə satışı qadağan edilsin. Lap yaxşı olardı ki, ümumiyyətlə ölkədə
satışı qadağan edilsin. Dövlət milli genefondu qorumağa məcburdur. Kimlərsə
milyonlarla pul qazanacaq deyə bizim genefondumuz dağılmalı, əhali arasında
sonsuzluq və digər ağır xəstəliklər yaranmalı deyil. Qida Təhlükəsizliyi
Agentliyi və digər aidiyyatı orqanlar bununla bağlı ciddi tədbir görməlidirlər”.
«Sonsuzluqdan tutmuş xərçəngə və digər təhlükəli xəstəliklərə qədər səbəb olur»
Qeyd edək ki, oktyabrın 18-də energetik içkilərin reklamının qadağan olunması ilə bağlı sənəd hazırlanıb. “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nın icrasına həsr olunan müşavirədə həmin sənədin AQTA tərəfindən hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunduğu, Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçdiyi diqqətə çatdırılıb. Sənədin hazırlanmasında beynəlxalq təşkilatların və dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən, eləcə də Avropa Birliyinin elmi tədqiqatlarından istifadə olunduğu bildirilib. 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı sözügedən sənədlə qadağan olunub. 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək sənədə görə, məktəb və uşaq bağçalarının yaxınlığında bu tipli içkilərin satışına icazə verilməyəcək.
Elçin
Bayramlı: “Əgər cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər
kəs özünə baxmalıdır”
“Prezidentin çıxışı ölkədə həyata keçirilən islahatların dönməz şəkildə davam etdiriləcəyi ilə bağlı ən yüksək səviyyədə ortaya qoyulmuş siyasi iradədir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib.
İqtisadçı bildirib ki, dövlət başçısı öz çıxışı ilə hər şeydən
xəbərdar olduğunu göstərdi: “Prezident ölkədə həyata keçirilən islahatlara mane
olanlara, əhalinin və dövlətin əleyhinə iş aparanlara sonuncu dəfə ciddi xəbərdalıq
etdi. Xüsusilə də, korrupsiya hallarına qarşı ciddi mübarizə aparılacağını
vurğuladı. Bu işdə jurnalistləri, vətəndaşları da fəal olmağa çağırdı. Rüşvət,
korrupsiya faktoru bütün ölkələrdə və bütün dövrlərdə olub. Sadəcə bunu
maksiumum azaltmağa cəhd etmək lazımdır. Son vaxtlar bu sahədə ciddi irəliləyişlər
müşahidə olunur. Ancaq ölkənin bütün problemlərinin həllini sadəcə dövlət
orqanlarından gözləmək olmaz. Vətəndaşlar özləri də ayıq olmalı, vicdanlı
davranmalıdırlar. Məlum olduğu kimi, rüşvət verilməsə, onu alan da olmaz. Əgər
cəmiyyətimizi və ölkəmizi düzəltmək istəyiriksə, onda hər kəs özünə
baxmalıdır”.
Ekspertin sözlərinə görə, tezliklə təkcə bu sahədə deyil, əksər
sektorda mühüm dəyişiklik olacaq: “Həm
kadr siyasəti, həm idarəetmə sistemi, həm də peşəkar yanaşma ortaya qoyulacaq.
Nəticədə ölkəmizin sosial-iqtisadi inkişafı sürətlənəcək, dövlətimiz güclənəcək.
Bu da öz növbəsində siyasi nüfuzumuzun artmasını təmin edəcək. Ən əsası odur
ki, bunun üçün güclü siyasi iradə ortaya qoyulub. Bu işdə bütün əhali dövlət
başçısına dayaq olmalıdır. Bunu edə bilsək, heç bir problem qalmayacaq”.
Direktordan poliqlot müəllimə şok sual: “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən?”
Redaksiyamıza Bakıxanov qəsəbəsində çoxsaylı problemləri ilə
ad çıxarmış 169 saylı məktəbin müəllimi İbrahim Cəfərov tərəfindən məktub daxil
olub. Məktubda məktəbin direktoru Pərvanə Əzimovanın qanunsuz əməlləri, məktəbə
yeni təyin olunmuş müəllimə qarşı apardığı çirkin kampaniya haqda maraqlı
detallar qeyd olunub.
Məktubu
olduğu kimi təqdim edirik:
Şəkildə: ortada haqqı pozulan müəllim- İbrahim Cəfərov
Salam hörmətli redaksiya. Mən İbrahim Cəfərov 2019-cu il tarixində Bərdə şəhərindən Bakı şəhəri 169 saylı məktəbə yerdəyişmə etmişəm. Lakin məktəbə gələrkən direktor Pərvanə Əzimova əsəbi şəkildə mənim niyə məhz bu məktəbə gəldiyimi soruşdu. Niyə bu məktəbi üçüncü göstərdiyimi soruşdu. Bildirdim ki, topladığım bala uyğun düşmüşəm, 12 dərs saatı ilə. Lakin o Bakıxanov qəsəbəsinin kriminal yer olduğunu, burda mənim üçün çətin olacağını, 12 saatla necə dolanacığımı soruşdu. Qeyd etdim ki, mənim üçün bu şərtlər normaldır, bununla belə o, sənədləri qəbul eləmədi, sentyabrda yaxınlaşarsız- dedi.
169 saylı orta məktəb
Sentyabrda
yaxınlaşanda isə dedi ki, burda cəmi 6 saat dərs var, gedin başqa məktəbə.
Direktor sənədləri götürməyəndə Bakı şəhər Təhsil İdarəsinə getdim və ora təqdim
etdim. Mənə özlərini Bakı şəhər Təhsil İdarəinin kadr şöbəsinin əməkdaşları
kimi təqdim edən şəxslər israrla məni başqa məktəbə yerləşdirmək istəyirdilər,
mən isə bildirdim ki, öz məktəbimdə işləyəcəm, əgər faktiki sinif bağlanıbsa, 6
saat dərs saatı varsa belə razıyam.
Məktəbdə
direktor məni dərs keçməyə qoymurdu, şagirdlərin gözü qarşısında nə əsasla səni
dərsə buraxım deyirdi, mən isə işə qəbul olmağım haqda sənədi ona təqdim etdim.
Dərs vaxtı məlum oldu ki, məktəbdə faktiki 6 saatdan çox dərs var. Digər
saatları istədikdə “mən də dolanmalıyam, başqa gəlir yerim yoxdur, həyat
yoldaşım Qarabağ əlilidir” dedi. Razılaşdım. Sonradan uşaqlardan öyrəndim ki,
direktor vəzifəsinə keçəndən sonra 3 il ərzində uşaqlara dərs keçməyib. İndi də
bəzi siniflərdə sinifdə 2 müəllim dərs keçir, bu da məncə maliyyə pozuntusudur.
Fərman Əmirov- «Zavuç»
Həmin ərəfədə nazirin qəbulu idi. İsmayıllıda məktəbimizin direktor müavini Fərman Əmirov “şikayətə getmə, demişəm, direktor razıdır, dərs verəcək” deye məni arxayın saldı. Dərsim qayıtdı, ancaq şərləmə kampaniyasına da start verdilər. “Sən kəndlisən, Bakı məktəbində nə gəzirsən”, “imtahanda təsadüfən bal yığmısan”, “dərsə gecikdin”, “üzün tüklüdür” və sair kimi əsassız şər-böhtana başladılar.
Mən təklif
elədim ki, dərsdən sonra şagirdlərə əlavə pulsuz məşğələlər keçim, direktor
dedi ki, olmaz, ancaq sonradan məktəbdə uşaqlar qalıb hazırlaşdığını öyrəndim.
Şagirdlərlə
dərslərlə bağlı müzakirələr aparmaq sual-cavab etmək üçün vatsap qrupu
açmışdim, direktor buna da etiraz etdi ki, olmaz. Uydurma bir bəhanə gətirdi ki,
guya bir valideyn gəlib deyib ki, müəllim qızımla tanış olmaq üçün nömrə istəyib.
Halbuki mənim məqsədim şagirdlərin dərsi daha yaxşı mənimsəməsi üçün əlavə kömək
etməyə çalışmaqdan ibarət idi. Qrupa sözlərin düzgün tələffüzü, qrammatik
qaydaların izahı və mətinlərin səsləndirilən tərcüməsi daxildir.
Bəzi fənlər
var ki, iki ayrı müəllim keçməlidir, sinif də ayrı olmalıdır, bir sinifdə
keçirlər, iki müəllim və əlavə sinif yoxdur, bəhanəsi ilə. Bu da ciddi
pozuntudur.
169 saylı məktəbin direktoru Pərvanə Əzimova
Dünən digər
sinifdə dərs keçmək istədim, həmkarım rus dili müəlliməsi “burda ancaq mən keçə
bilərəm, direktor deyib sən keç burda” deyib məni boş sinifə buraxmadı. Mən isə
digər sinifdə lövhənin kiçik ölçülü olduğunu və bu günlük burda qaydaları rahat
izah etmək üçün böyük lövhəyə ehtiyacım olduğunu bildirdim. Nəticədə məktəbə təcili
yardım, polis cağırıldı. Məndən Sabunçu r-nu 13 polis bölməsində izahat alıb
buraxdılar. Sabah isə prokurorluğa çağıracaqlar.
Haqqını tələb
edən müəllimə qarşı belə belə edərlər? Üç il dərs keçməyən direktor özü müəllim
adına layiqdir? Müvafiq orqanlar bu məsələləri araşdırmalı, bu cür qanunsuz hərəkətlərin
qarşısını almalıdırlar.
Redaksiyadan
Qeyd edək ki, İbrahim Cəfərov poliqlotdur, ölkəmizdə ən çox əcnəbi dil bilən şəxsdir, 30-dan yuxarı dili yaxşı bilir. Haqqında mətbuatda dəfələrlə yazılıb. İşlədiyi məktəblərdə həmişə öz maaşından xərcləyərək uşaqlara əlavə dərs vəsaitləri alıb, yüzlərlə şagirdə dərsdən kənar pulsuz məşğələlər keçib, öz xərci ilə onları ekskursiyalara aparıb. Onu da qeyd edək ki, müəllimlərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən aparılır. İmtahanda iştirak edən müəllimlər rəsmi olaraq topladıqları bala görə müəyyən olunmuş məktəblərdə əmək faəliyyətlərinə başladıqları halda məqalədə adıçəkilən məktəb direktoru imtahandan keçmiş müəllimi öz prinsip və maraqlarına görə qanunsuz olaraq təhsil ocağından uzaqlaşdırmaq istəyir. Belə bir fədakar və vicdanlı müəllimə qarşı 169 saylı məktəbin direktorunun apardığı çirkin kampaniyaya qarşı Təhsil Nazirliyinin və hüquq-mühafizə orqanlarının reaksiya verəcəyinə əminik. Cənab Prezidentimizin hökumətin müşavirəsində etdiyi çıxışında dövlət qulluqçularına və məmurlara ciddi xəbərdarlıq etməsindən sonra, ümid edirik ki, müvafiq orqanlar belə hallara daha ciddi yanaşacaq, bu məktəb direktorunun da qanunsuz əməllərinə qarşı ciddi tədbirlər görüləcək.
Elçin Bayramlı: Sosial evlər layihəsi yalnız sözdə qaldı. Mənzillərin çoxunu dəllarlar aldı.
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”in suallarını cavablandırıb. Onunla dünyada yaşanan gərginliklər fonunda neftin qiyməti, manatın taleyi, ətin bahalaşmasına səbəb olan amillər, meyvə-tərəvəzin ucuzlaşmaması, kredit faizlərinin yüksək olması, sosial evlərlə bağlı narazılıqlar, ərzaq məhsullarının keyfiyyətsizliyi, «Leş tofiq”lər, istismar müddəti başa çatmış avtomobillərin ekologiyaya vurduğu ziyan, Bakıya verilən suyun tərkibindəki zərərli maddələr və başqa məsələlər ətrafında maraqlı müzakirə apardıq.
Söhbəti təqdim edirik.
— Dünyadakı ABŞ-Türkiyə, ABŞ-Rusiya, ABŞ-Çin və ABŞ-İran gərginliyini
nəzərə alsaq, neftin qiyməti ilə bağlı nə proqnozlaşdırırsınız?
— Yaxın Şərqdə gedən proseslər neftin qiymətinə təsir göstərəcək.
Müəyyən bahalaşma olacağını ehtimal edirəm. Çinin və Hindistanın neftə tələbatının
sürətlə artdığını, İranla bağlı sanksiyaları, həmçinin OPEK-in hasilatın
azaldılması siyasətini nəzərə alsaq bahalaşma qaçılmazdır.
— Manatın məzənnəsi ilə bağlı proqnozunuz necədir, ucuzlaşa
bilərmi?
— Manatın məzənnəsinin sabit qalacağını ehtimal edirəm. Amma
düzünə qalsa, manat bahalaşmalıdır. Çünki valyuta bazarındakı vəziyyət, neftin
qiyməti, ixracın artması kimi faktorlar həddən artıq ucuzlaşmış məzənnənin
optimal həddə qaytarılmasını tələb edir. Fikrimcə, optimal məzənnə 1:1 nisbətidir.
Lakin bu il maaş, pensiya və müavinətlərin böyük həcmdə artımı dövriyyədə pul
kütləsini və müvafiq olaraq manata təzyiqi artırır. Ona görə də hökumətin
ehtiyatlı məzənnə siyasəti yürüdərək kursu sabit saxlayacağına əminəm.
— Ətin bahalaşmasına dair xəbərlər yayılır. Niyə bahalaşır?
— Ətin və iaşə müəssisələrində ət yeməklərinin
bahalaşmasının səbəbi leş bazarında sensasion ifşalar və bu işlə məşğul
olanların həbsidir. Bu həbslərdən sonra leş mafiyası fəaliyyətini müvəqqəti
dondurub. Bu da bazarda azı 10 faizlik kəsir yaradıb. «Leş Tofiq» və
başqalarının həbsindən sonra Bakının əksər yeməkxanalarında və dönərxanalarda ət
yeməklərinin qiyməti qalxıb. Hətta Bakının bəzi restoranlarında kababların belə
qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər
boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara
leş ətindən bişən yeməklər yedizdirib.
— Bu il meyvə-tərəvəzin qiyməti ucuzlaşmadı. Hazırda üzümün
fəslidi, amma bazarda 2 manatdan aşağı üzüm yoxdur. Halbuki, ötən illər 70-80 qəpiyə
satılırdı…
— Bu il bir çox meyvə və tərəvəz hədsiz bol olub. Məntiqlə
qiymətlərin xeyli ucuz olacağı gözlənilirdi, lakin bu, baş vermədi. Səbəbi
qonşu ölkələrdə meyvə-tərəvəzin bizdən baha olması və nəticədə həmin məhsulların
o ölkələrə daşınmasıdır. Həmin ölkələrdə əhalinin gəliri bizdən yüksək
olduğundan baha qiymətə ala bilirlər. Bu səbəbdən bəzi işbazlar və təsərrüfat
sahibləri özləri məhsulun ixracında maraqlıdırlar. Burda iki yol var: ya bizdə əhalinin
gəliri o ölkələrdəki gəlir həcminə çatmalıdır ki, bizim əhali də o qiymətə meyvə-tərəvəz
ala bilsin, ya da Kənd Təsərrüfatı Nazirliyi və Gömrük Komitəsi meyvə-tərəvəzin
yalnız daxili tələbat həcmindən artıq hissəsinin ixracına icazə verməlidir.
— Bank kreditlərinin faizi ilə bağlı da müəyyən narazılıqlar
var. Bəzi banklar elan edirlər ki, guya, 5-6 faiz həcmdə kredit verirlər, amma
20 faizdən aşağı kredit yoxdur…
— Bank faizləri astronomik həddədir və bu, dünyada ən yüksək
faizdir. Dünya ölkələrində 1:10 faiz arasında verilir, bizdə isə 20-30 faiz
arasında. Bu da iqtisadiyyatın inkişafına və əhalinin sosial vəziyyətinə çox
ağır zərbə vurur. Mərkəzi Bank uçot dərəcəsini əhəmiyyətli həddə aşağı salmalı
və bankları müvafiq maliyyə tranşları ilə təmin etməlidir. Xarici fondlardan
maliyyə vəsaitlərinin cəlb edilməsini də stimullaşdırmaq olar. Ümumiyyətlə, təklif
edərdim ki, xarici fondlarda 1 faiz gəlirliliklə saxlanan 50 milyarda yaxın
strateji ehtiyatlarımızdan 5 milyardını ölkəyə gətirib real iqtisadiyyata
buraxmaq, kiçik və orta biznesə 3-5 faizlə uzunmüddətli kreditlər vermək çox
gözəl olardı. Bu, iqtisadi inkişafa və məşğulluğa çox böyük dərəcədə müsbət təsir
edərdi. Ümumdaxili Məhsul və büdcənin gəlirləri artar, sosial rifah yüksələrdi.
— Sosial mənzillərlə bağlı giley-güzar edənlər oldu. Bu sahədəki
problemlər nədən qaynaqlanır və onu necə həll etmək olar?
— Sosial evlər layihəsi yalnız sözdə qaldı. Bu mənzillər az
qala bazar qiymətinədir. Üstəlik, həmin mənzilləri alanların çoxu evə ehtiyacı
olmayan kommersiya məqsədilə əldə edənlərdir. Elə elan saytlarına baxmaq kifayətdir
ki, o binalarda xeyli mənzilin satışa çıxarıldığını və kirayə təklif edildiyini
görəsən. Halbuki, bu sırf sosial layihə idi və aztəminatlı evsiz əhalinin güzəştli
şərtlərlə təminatı üçün yaradılmışdı. Lakin nə bölünmədə ədalətlilik və şəffaflıq
oldu, nə də mənzil bazarına ciddi təsir göstərdi. Rahatca demək olar ki, sosial
evlər layihəsi elə başdan fiaskoya uğradı. Çünki burada məqsəd evsiz və ev ala
bilməyən vətəndaşlara yardım etməkdir. Yaxşı olar ki, jurnalistlər ev alanların
siyahısını tələb edib araşdırsınlar ki, kimlər sosial ev alıb, necə alıb, necə
istifadə edir. Bu kampaniya dövlət səviyyəsində genişmiqyaslı aparılmalıdır.
Yalnız bir məqsədlə evi olmayan vətəndaşlar ucuz qiymətə güzəştli şərtlərlə ev
ala bilsin. Əks halda mənası yoxdur”.
— Ərzağın keyfiyyəti ictimaiyyətdə ciddi narazılıq doğurur.
Qida Təhlükəsizliyi Agentliyi hansı addımlar atmalıdır?
— Ərzaq bazarında vəziyyət faciəvidir. Harda saxta keyfiyyətsiz
təhlükəli məhsul var, bizim bazar, dükanlardadır. Meyvə-tərəvəzin böyük hissəsi
GMO məhsuldur. GMO-nun xərçəng yaratdığı, genlərin funksiyasını dəyişdiyi bu
yaxınlarda Fransada aparılmış elmi araşdırmada dəqiq sübut olundu. Emal sənayesi
məhsullarının çoxu kimyəvi, qalanı isə keyfiyyətsiz məhsullardır. Xaricdən
idxal olunan qida məhsulları da saxta və keyfiyyətsizdir. Harda ən ucuz məhsul
var, bizim işbazlar gətirib əhaliyə satır. Yəni əhaliyə qarşı açıq və konkret
qida terroru həyata keçirilir. Buna da heç bir dövlət orqanı tam məsuliyyət
daşımır. Heç bir nəzarətdən söhbət belə gedə bilməz.
— «Leş
Tofiq”lərin sayı artır. Bu barədə nə deyə bilərsiniz?
— “Leş
Tofiq” və digərləri ilə bağlı onu deyə bilərəm ki, bu mafiya çox geniş miqyasda
və mütəşəkkil fəaliyyət göstərir. Ölkənin əksər kafe, restoran və dönərxanalarını,
kolbasa-sosiska sexlərini xəstə və tələf olmuş heyvan leşləri ilə təmin edir.
Bu da birbaşa qida terrorudur və əhali arasında ağır xəstəliklərin artmasına səbəb
olur. Bu mafiyanın bütün üzvləri ifşa olunaraq həbs edilməlidir. Ümumiyyətlə,
bazar-dükan saxta və təhlükəli məhsullardan təmizlənməlidir. QTA-ya gəldikdə
deyə bilərəm ki, bu agentlik formal olaraq mövcuddur. Bu fəaliyyətsizliyi ilə də
qida təhlükəsizliyi əvəzinə qida təhlükəsi yaradır.
— Mütəmadi
olaraq sosial mediada istismar müddətini başa vurmuş, lakin hələ də istifadə
olunan avtomobillərin fotosunu paylaşırsınız. Bununla hansı mesajı verirsiniz?
—
Ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor istifadə müddətini başa
vurmuş avtomaşınlardır. Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə
dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər
dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG)
keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə,
kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir.
Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı
olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu
stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən
avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu
maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da
qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır.
Bu işə artıq başlamaq vaxtıdır.
Artıq dünya
ölkələri elektromobillərə keçir. Avropa ölkələri belə edir və onların havanı zəhərləyən
maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə
də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə
maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil
erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın
sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri
azalar.
Bundan
başqa, diqqətə çatdırım ki, Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların
alışında həm qiymətdə, həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15
ildə Rusiyanın avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və
istismar müddətini başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb.
Son nəticədə də qəza və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha
doğrusu, mütləq edilməlidir. Bunun üçün hər cür imkanlar var.
— Bakıya
verilən suyun kimyəvi cəhətdən çox çirkli və təhlükəli olduğuna dair iddialar
var. Bu, doğrudurmu?
— Bəli, bu iddianı təsdiqləyirəm. Bakıda əhaliyə verilən suyu birbaşa krantdan içmək olmaz. Ən pis halda qaynadılmalıdır, yaxşı halda isə filtrdən keçirilməlidir. Suyun təmizliyi onun duru görünməsi ilə ölçülmür. Duruluq sadəcə lilin, toz-torpağın yatması ilə bağlıdır. Suyun təmizliyi tərkibindəki ağır metalların, kimyəvi maddələrin, toksik və bakterioloji çirklənməsinin səviyyəsi ilə ölçülür. Yəni su molekulyar dərəcədə çirklənəndə belə duru görünə bilir. Metsamor AES-in radioaktiv tullantıları Araza axıdılır, Arazla Kürə, Kürlə də evlərə. Üstəlik, Gürcüstanın və bizim bir çox şəhərlərin bütün kanalizasiyası, zavodların təhlükəli kimyəvi tullantıları da Kürə axıdılır. Suya bir az xlor vurmaqla bu çoxsaylı təhlükəli maddələri təmizləmək olmur. Xlor onların heç 10 faizini belə təmizləmir. Ona görə də xloru normadan artıq vururlar. Bu da orqanizmə ciddi zərər vurur. Suyu anbarlarda saxladıqda lil çökür. Amma molekulyar tərkibi dəyişimir. Tərkibindəki bakteriyalar, kimyəvi maddələr yoxa çıxmır. Müasir ultrakimyəvi maddələri, qaynama temperaturunda belə ölməyən bakteriyaları suyu saxlamaqla, ya da qaynatmaqla məhv etmək olmur. Su filtrləri çıxış yollarından biridir. Bu filtrlər faydalı mineralları tutsa da, bütün zərərli maddələri tutur və saf su verir. Ona görə də istisnasız olaraq bütün imkanlı və vəzifəli şəxslər evlərində filtr aparatları quraşdırıb. Bu aparatların da normalı 1000 manatdan başlayır və hər adam ala bilmir. Nəticədə imkanlı təbəqədən fərqli olaraq kasıb təbəqə təhlükə altında qalır. Bununla bağlı çox ciddi tədbirlər görülməlidir.
Elçin Bayramlı: «Bu, sosial-iqtisadi inkişafı sürətləndirəcək, ölkədə ucuzluq və bolluq yaranmasına səbəb olacaq»
Konfidensial mənbədən aldığım məlumata görə, hökumətdə gömrük rüsumlarının ciddi səviyyədə azaldılmasına hazırlıq gedir. Bu, iqtisadi və sosial sahə üçün son dərəcə vacib addım olacaq. Analoq.az xəbər verir ki, bu barədə öz Feysbuk səhifəsində “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib.
Ekspertin sözlərinə görə, idxal üçün hazırki gömrük rüsumları orta hesabla 40 faizə yaxındır ki, bu da digər ölkələrlə müqayisədə çox yüksəkdir, qonşu Gürcüstanla müqayisədə isə dəfələrlə yüksəkdir: “Nəticədə ölkəyə idxal olunan mallar xeyli baha başa gəlir və bu da özünü qiymətlərin yüksəkliyində göstərir. Misal üçün Çindən idxal olunan 1 manatlıq mal gömrük rüsumları, vergi, kargo və s xərclərdən sonra idxalçıya azı 3 manata başa gəlirki, o da bunu topdan azı 4 manata, pərakəndə satıcı isə 5 manata satmağa məcburdur. Demək bir mal istehsal yerindəkinə nisbətən bizdə 5 dəfə baha olmuş olur”.
Elçin Bayramlı bildirib ki, rüsumların azalması ticarət həcminin artması ilə yanaşı həm də sahibkarlığın inkişafını, məhsul istehsalının artmasını, iqtisadi aktivliyin yüksəlməsini stimullaşdıracaq: “Belə ki aşağı gömrük rüsumları istehsal üçün lazımi texnologiya, avadanlıq və xammalın ölkəyə daha ucuz gətirilməsinə səbəb olacaq ki, bu da ümumi daxili məhsulun artmasına təkan verəcək.Yeni iş yerləri, yeni istehsal, xidmət və satlş obyekləri açılacaq. Son nəticədə bu dövlət büdcəsinin də gəlirlərinin artmasına, işsizliyin azalmasına, ölkədə məhsul bolluğu və ucuzluğunun yaranmasına səbəb olacaq. Bir sözlə gömrük rüsumları 2 dəfə azaldısa bu özünü həm iqtisadi inkişafın daha sürətlənməsində, həm sosial rifahın xeyli yüksəlməsində göstərəcək”.
Yerli istehsalın qorunmasına gəldikdə, ASAM sədrinin fikrincə, bu istiqamətdə protektionist siyasətin yürüdülməsi də çox vacibdir: “Bu səbəbdən də güzəştlər ölkədə istehsalı olan və daxili bazarı tam və ya xeyli həcmdə təmin edən məhsullara yox, ölkədə istehsalı olmayan və ya istehsalı olub daxili tələbatın çox az hissəsini ödəyən məhsullara tətbiq edilə bilər”.
Elçin
Bayramlı: “Bir sıra başqa ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan
çap edilib dünyaya buraxılan kağız parçalarının hökmranlığına son verilə bilər”
Türkiyə
və Rusiya qarşılıqlı ticarətdə milli valyutadan istifadə edilməsi ilə bağlı
razılaşma imzalayıblar. Bu barədə Rusiyanın maliyyə naziri Anton
Siluanov məlumat verib. Onun sözlərinə görə, söhbət “Türkiyə ilə ödəmələrdə və
müqavilələrdə milli pul vahidlərinin istifadə edilməsi haqqında razılaşma”dan
gedir.
Ekspertlərə görə, iki ölkə arasında atılan bu addım bir növ ABŞ-ın iqtisadi sanksiyalarına, ən əsası isə dollar hegemonluğuna qarşıdır. Lakin onların fikrincə, bunun nə dərəcədə effektli olduğunu gələcək zaman göstərəcək.
“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı “Şərq”ə açıqlamasında bunun son dərəcə müsbət addım olduğunu deyib. İqtisadçının fikrincə, getdikcə daha çox ölkə bu metodu tətbiq edəcək: “Artıq bir neçə ölkə belə edir. Çin neft birjasında neftin yuanla satılacağını və kim istəsə yuanı qızıla çevirə biləcəyini bəyan edib. ABŞ dollardan dünyada hegemonluq etmək məqsədi ilə təsir vasitəsi kimi istifadə edir. Birja və bank maxinasiyaları yolu ilə yüz milyardlarla pul qazanır və ölkələrin iqtisadiyyatını çökdürür. FED adlı qlobal cinayətkar sistem dolların uçot dərəcəsini süni olaraq artırıb-azaltmaqla dünya maliyyə sistemini qarışdırır”.
E.Bayramlı bildirib ki, əksər ölkələr təzyiqlərdən bezdikləri
üçün alternativ yollar axtarırlar: “Rusiya, Çin və bəzi ölkələr dollar
ehtiyatlarını qızıla çevirir, öz aralarında milli valyutalarla ticarət həyata
keçirirlər. Bir sıra başqa
ölkələr də bu üsula keçərsə, arxasında heç nə dayanmayan, durmadan çap edilib dünyaya buraxılan
kağız parçalarının hökmranlığına son verilə bilər. Biz də dollar “təcavüzündən”
milyardlarla zərər çəkmişik. Hesab edirəm ki, Rusiya, Çin, Türkiyə və İranla
milli valyutalarla ticarətə keçmək lazımdır. Əminəm ki, bu proses davam edəcək
və daha çox ölkə qoşulacaq”.
Xəbər verildiyi kimi, Rusiya Azərbaycanda Atom Elektrik Stansiyası tikmək təklifi irəli sürüb. “Rosatom”un baş direktoru Aleksey Lixaçov Prezident Vladimir Putinlə Prezident İlham Əliyevin görüşünün nəticəsini şərh edərkən deyib: “AES azərbaycanlı tərəfdaşlarımız necə istəsə, elə də olacaq. Biz güclü stansiya təklif edirik”- o deyib. Baş direktor qeyd edib ki, 2018-ci ildə azərbaycanlıların elektrikə olan tələbatı və istehsalı 14 faiz artıb və bu, böyük rəqəmdir.
Nüvə enerjisi: dünyanı hörümçək
toru kimi bürümüş gecpartlayan bombalar
Dünyada nüvədən silah məqsədilə ilk dəfə ABŞ (1945-ci il atom bombaları), dinc məqsədli enerji məqsədilə isə ilk dəfə SSRİ (1954-cü il Obninsk AES) istifadə edib. Sonralar bu cür stansiyaların ABŞ, Çin və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erası tam sürət götürdü. Lakin 1986-cı ildə SSRİ-də baş verən atom qəzası bu prosesi bir qədər ləngitdi. Yaponiyadakı daha böyük “Fukuşima” qəzası isə sanki yanan odun üzərinə su tökdü. Amma bu od sönmədi və alovlanmaqda davam edir.
Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 450-yə yaxındır. Onlardan 300-ün istismar vaxtı keçib. 2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
Rusiyada 32, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 4 AES var. Amma Çində daha 6-sı də inşa edilir.
Fransa
AES-lər vasitəsilə enerjiyə olan tələbatının 80, Litva 74, Ukrayna 47, İngiltərə
22, Ermənistan 33, Almaniya 30, Yaponiya 34, Rusiya 15, ABŞ 20 faizini təmin
edir.
Bununla
yanaşı, AES-lərə malik olan, lakin öz əhalisinin sağlamlığını və təhlükəsizliyini
daha üstün tutaraq onlardan imtina etməyə başlayan dövlətlər də var- Avstriya,
Danimarka, Filippin, İtaliya, İspaniya, Qazaxıstan, Almaniya.
Azərbaycanın
hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib.
İqtisadi cəhətdən sərfəli, insan həyatı üçün təhlükəli?
Atom
Elektrik Stansiyası (AES)- bir və ya daha çox sayda nüvə reaktorun yanacaq kimi
radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən
stansiyadır. AES-lərin əsas yanacaq xammalı urandır.
Bu
elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan
uranın 500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə ən
yaxşı halda əsrin sonunadək kifayət edəcəyi proqnoz edilir.
AES-lərin
əsas problemi təhlükəsizliklə və qəza halında çox ağır nəticələri ilə bağlıdır.
“Çernobıl” və “Fukuşima” qəzaları hələ yaddaşlardan silinməyib. Bu qəzalar bəzi
ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə
vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi hökumətləri “yoldan çıxarır”. Çünki, enerji təhlükəsizliyi hər bir dövlət üçün ən vacib hala gəlib.
Bununla
belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas
tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən
üstün tutub əleyhinə çıxış edirlər.
Nüvə texnologiyası 2 dəfə ciddi xəbərdarlığını edib, lakin…
İlk AES qəzası 1979-cu ildə ABŞ-da olmuşdu, amma onun nəticələri elə də ağır olmamışdı, minlərlə insan şüalanmaya məruz qalmır, 200 min adam evakuasiya edilmişdi. Hərçənd bəzi Amerika mütəxəsisləri hökuməti bu qəzanın daha ağır nəticələrini müvəffəqiyyətlə gizlətməkdə ittiham edir.
1986-cı ildə isə SSRİ-də (Çernobıl AES-də) daha güclü texnogen qəza baş verdi. Qəzadan sonra radioaktiv bulud bütün Avropanı bürüdü. Ukrayna SSR-in özündə, Belorusiya SSR və RSFSR-də yaşayan milyonlarla insan müəyyən dozalarda radiaktiv şülayanmaya məruz qaldı. Qəza nəticəsində ilk günlərdə 30 insan öldü, sonrakı illərdə isə şüalanmadan ölənlərin sayı artdı.
Ölkə
iqtisadiyyatına da böyük zərər dəydi. 130 min sakin evakuasiya olundu. Qəzanın
nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 minədək
Sovet insanı daha böyük faciənin qarşısını almaq üçün misilsiz qəhrəmanlıq nümunəsi
göstərdi.
Hazırda “Çernobıl” AES ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağan edilib. Onlarla kənd, qəsəbə, 50 min əhalisi olmuş Pripyat şəhəri boş qalıb. İnsan orada tam təhlükəsiz şəraitdə bir də 50 min il sonra yaşaya bilər…
In this Thursday, Jan. 25, 2018 photo, an installation of a dome-shaped rooftop cover housing key equipment is near completion at Unit 3 reactor of the Fukushima Dai-ichi nuclear power plant ahead of a fuel removal from its storage pool in Okuma, Fukushima Prefecture, northeast Japan, during an exclusive visit by The Associated Press. The hardest-hit reactor at the Fukushima plant in the March 2011 disaster is moving ahead of the other two melted reactors seven years later in what will be a decades-long cleanup. (AP Photo/Mari Yamaguchi)
Bəşəriyyətə 3-cü- ən güclü xəbərdarlıq:
Fukuşima atom faciəsi
Yaponiyada baş verən zəlzələ və sunamidən sonra «Fukusima-1» AES-də baş verən qəza nəticəsində güclü şüalanma yarandı və böyük həcmdə radiaktiv axıntı Sakit okeanın yarısını zəhərlədi. Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, «Fukusima»da ciddilik risk səviyyəsini aşaraq ən yüksək səviyyəyə- 7-ə çatdı. «Fukuşima-1» AES-ində baş vermiş qəzadan sonra ətrafa buraxılan radioaktiv tullantıların həcmi “Çernobıl” AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur.
Qəzadan sonra AES-in ətrafındakı dəniz sularında radiasiya 10 min dəfə artdı. «Fukuşima»nın radiasiyası yeraltı sulara da qarışdı. Hökumət «Fukusima»ya məğlub olduqlarını etiraf etməyə məcbur oldu. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.
Bəlkə
digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom
bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü
şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi
bağışlanmaz səhv saymaq olar.
ABŞ, SSRİ və Yaponiya qəzaları göstərdi ki, ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkələr belə bu fəlakətin qarşısını almaqda acizdirlər.
Ümumiyyətlə,
Yaponiyadakı qəza AES tərəfdarları üçün «soyuq duş» oldu. Halbuki, “Çernobıl”
qəzasını «unudan» bəzi alimlər AES-lərin vacibliyini cidd-cəhdlə
müdafiə edirdilər.
Radiasiya Problemləri İnstitutu AES
tikilməsini niyə istəyir?
AMEA-nın
Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir.
İnstitutun direktoru Adil Qəribov bir müddət əvvəl mətbuata verdiyi
açıqlamasında bildirib ki, atom stansiyasında alınan enerjinin qiyməti adi
yolla alınandan təqribən 2 dəfə ucuz- hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.
“Əlbəttə,
atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat
gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası
bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu
fərq 2 ilə aradan qalxa bilər. Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi
stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 mln
ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu
qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran
yandırıldıqda isə atmosferə heç nə atılmır»- A.Qəribov bildirib.
Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 mln dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
AES
tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr
atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi
qurğular vasitəsilə tutulur.
Böyük enerji resurslarımız olduğu halda
riskə getməyə dəyərmi?
Bir
vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə
layihə də hazırlanmış, Nəvahi qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi.
Çernobıl qəzası bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu.
İndi bu məsələ yenidən aktuallaşdırılır.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları və böyük alternativ enerji potensialı olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur. Azərbaycan hələlik özünün hidroresurslarından, digər alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik.
Nüvə tullantılarının utilizasiyası da olduqca bahalı bir əməliyyatdır. Bu ekologiya üçün də zərərlidir. Bir çox nüvə ölkələri öz tullantılarını ölkədən mümkün qədər uzaqda dəfn etməyə çalışırlar. Məsələn, ABŞ, Britaniya və Fransa kimi ölkələr öz nüvə tullantılarını Ukraynada, Çernobıl zonasında basdırmaqla bağlı Kiyevlə razılığa gəliblər. 30-40 il sonra yerin dərinliyinə basdırılmış bu çənlər çürüyür. Bu halda yeraltı su mənbələrinə radiaktiv tullantılar qarışa bilər və bunun da nəticəsi ağır olar.
Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Buraya alternativ enerji potensialımızın çox yüksək olduğunu da əlavə etsək, atom elektrik stansiyasına heç bir ehtiyacımız olmadığını görərik.
Elçin
Bayramlı
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri
Ekspert: «Əminəm ki, Əli Əsədov ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək»
“Dövlət
başçısı İlham Əliyev ölkəmizin sürətli iqtisadi inkişaf kursunu götürüb və
sosial-iqtisadi siyasəti əsas prioritet elan edib. Nazirlər Kabineti, baş nazir
isə hökumətə, xüsusən də iqtisadi orqanlara rəhbərlik edir”. Bunu Sherg.az-a
açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin
Bayramlı deyib.
İqtisadçı bildirib ki, baş nazir postunun
böyük iqtisadi biliyi və təcrübəsi olan şəxsə etibar edilməsi yaxşı haldır: “Əli
Əsədovun bu sahədə yüksək təhsili var. Belə ki, dünyanın ən böyük iqtisadi
universitetlərindən birini — Moskva Xalq Təsərrüfatı İnstitunu bitirib. Həm də elmi
və iş fəaliyyətini iqtisadi sahədə davam etdirib. Sonda Prezidentin iqtisadi məsələlər
üzrə köməkçisi postu kimi çox vacib vəzifə ona etibar edilib. Bu post isə, məlum
olduğu kimi iqtisadi sahədə ən təcrübəli və bilikli mütəxəssisə etibar edilir.
Əlbəttə, Novruz Məmmədov da çox dəyərli bir
mütəxəsisdir. Lakin o, siyasi sahədə təcrübəli və dərin bilikli alimdir. Baş
nazir postuna da Prezident Administrasiyasnın xarici siyasət şöbəsinin müdiri vəzifəsindən
gəlmişdi. Görünən odur ki, o, bir vicdanlı məmur kimi, hökumət rəhbəri kimi
elan olunmuş iqtisadi inkişaf kursunu aparacaq mütəxəssis olmadığını, ölkəyə,
xalqa böyük fayda verə bilməyəcəyini başa düşüb və dövlət başçısından onu bu
postdan azad etməsini xahiş edib. Bu, əlbəttə, son dərəcə təqdirəlayiq səmimi
addımdır”.
Elçin Bayramlının sözlərinə görə, NK-ya iqtisadçı mütəxəssisin rəhbərliyi məqsədəuyğun bilinib: “Hesab edirəm ki, bu, son dərəcə düzgün yanaşmadır. Əsas vacib sahə iqtisadiyyatdır. Bütün digər sahələr, hətta siyasət də iqtisadiyyatın çiyinlərində dayanır. Hökumətin çevik fəaliyyəti və iqtisadi islahatları düzgün aparması vacibdir. Ona görə də, hökumət başçısı postunun güclü iqtisadçıya etibar edilməsinin müsbət nəticələr verəcəyinə və ölkə iqtisadiyyatında hökumətin siyasətinin effektiv, operativ və peşəkarcasına həyata keçirilməsinə səbəb olacağına inanıram. Təsadüfi deyil ki, parlamentdə onun namizədliyi yekdilliklə qəbul olundu və əleyhinə bircə nəıfər də səs vermədi.
Yeni baş nazirimiz hörmətli Əli Əsədova uğurlar arzulayıram. Əminəm ki, o ictimai rəydə baş nazir postu haqda yaranmış stereotipi kökündən dəyişdirə biləcək. Son nəticədə öz biliyi, təcrübəsi ilə hökumətin içinin səmərəliliyində, ölkə iqtisadiyyatının inkişafının fundamental əsaslarda təmin edilməsində əlindən gələni edəcək”.
Qida eksperti: “Bu həbsdən sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki, çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda, kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər”.
“Bir “Leş Tofiq” deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini müvəqqəti məhdudlaşdırıblar”. Bu sözləri “Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanovun həbsindən sonra Bakının əksər yeməkxalarında və dönərxanalarda ət yeməklərinin qiymətinin qalxma səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.
Xatırladaq ki, DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin sentyabrın 12-də keçirdiyi əməliyyat Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə baş tutub. Əməliyyat zamanı məlum olub ki, əvvəllər məhkum olunmuş “Leş Tofiq” ləqəbli Alıbəy Rzaxanov Abşeron rayonunun Güzdək qəsəbəsi ərazisində ət tədarükü məntəqəsi yaradaraq qanuni fəaliyyət göstərən heyvan kəsimi sexi görüntüsü altında pərdələnərək cinayətkar şəbəkə yaradıb. Dəstə üzvlərinə məxsus Güzdək qəsəbəsində, Sabirabad rayonunun Xəlfəli kəndində, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən sex, anbar və gizli saxlanan yerlərə baxış keçirilərkən 40 tona yaxın qidaya yararsız, mənşəyi məlum olmayan mal və at əti aşkar olunub.
Faktla
bağlı Baş İdarədə cinayət işi başlanaraq mütəşəkkil cinayətkar dəstəyə daxil
olan 8 nəfər həbs edilib. Bu cinayətkar şəbəkə ilə əlbir olan şəxsiyyəti hələ
ki müəyyən edilməyən digər şəxslərin də saxlanılaraq istintaqa cəlb edilməsi
istiqamətində əməliyyat-axtarış tədbirlər davam etdirilir.
Maraqlıdır ki, bu həbsdən sonra kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda qiymətlər arıtb.
Hətta Bakının bəzi restoranlarında kababların belə qiyməti 1-2 manat arasında artıb. Bu qiymət artımı onu göstərir ki, uzun ullər boyunca Bakının əksər yeməkxanaları və ayaqüstü qəlyanaltı obyektləri insanlara leş ətindən bişən yeməklər yedizdirib. Bəs yaranmış bu vəziyyətə görə, yəni uzun illər boyu yeməkxanalarda insanlara leş ətinin yedizdirilməsinə görə AQTA-nın, Baytarlıq Xidmətinin və digər qüurumların hansı məsuliyyəti var? Bakıyeməkxanalarında uzun illər boyu insanlara leş əti yedizdirildiyinə görə bu qurumlar birbaşa məsuliyyət daşıyırmı?
“AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxslərinin istefaya göndərilməli və sərt cəzalandırılmalı olduğunu deyən Elçin Bayramlının fikrincə, bu qida terrorunu ancaq düşmən həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir. Bu mütəşəkkil cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman aidiyyatı orqanların məsul şəxslərinin də daxil olduğunu düşünən qida eksperti PİA.az-a açıqlamasında bildirib ki, bu fakt üzrə genişmiqyaslı təhqiqat aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir:
“Bəli, bu həbsdən
sonra yeməkxanalarda qiymətlərin bahalaşması faktı açıq-aydın sübut edir ki,
çox uzun illərdir əhaliyə kafe, restoran, qəlyanaltı, qutabxana və dönərxanalarda,
kolbasa, sosiska və digər ət məmulatlarında leş yedizdiriblər. Yəni, daha dəqiq
desək, əhaliyə qarşı konkret qida terroru həyata keçiriblər. Bir “Leş Tofiq”
deyil, çox “leş Tofiqlər” var, sadəcə biri həbs olunub, digərləri fəaliyyətlərini
müvəqqəti məhdudlaşdırıblar.
Bu mütəşəkkil
cinayətkar dəstəyə həm də bu prosesə şərait yaradan, kömək edən, göz yuman
aidiyyatı orqanların məsul şəxsləri də daxildir. Bu fakt üzrə genişmiqyaslı təhqiqat
aparılmalı, prosesdə rolu olan bütün şəxslər dərhal həbs edilməlidir.
Xüsusilə də,
AQTA-nın, Baytarlıq Xidmətinin, GEM-in və sair məsul orqanların rəhbər şəxsləri
istefaya göndərilməli və sərt cəzalandırılmalıdır. Bu qida terrorunu ancaq düşmən
həyata keçirə bilər və konkret milli təhlükəsizlik problemidir.
Mətbuat və
tv-lər prosesi diqqətdə saxlamalı, izləməli və əlavə faktları ortaya çıxarmaqda
kömək etməlidirlər”.
Elçin Bayramlı: “Hibrid avtomobillər və elektromobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük vergi rüsumlarından azad edilməlidir”
Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin
azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin
genişləndirilməsidir. Artıq dünya ölkələrində
bu məqsədlə elektrik və hibrid avtomobillərə üstünlük verilir.
Bu
günlərdə Ekologiya və Təbii Sərvətlər
nazirinin müavini Rauf Hacıyev jurnalistlərə açıqlamasında ətraf mühitə daha az
ziyan vuran elektrik və hibrid avtomobillərin istifadəsinin stimullaşdırılması ətraf
mühitin qorunmasında vacib rol oynadığını deyib.
Onun
fikrincə, Azərbaycanda da elektrik və hibrid avtomobillərin istifadəsinin tətbiqi
və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli
dərəcədə azaltmaq olar.
Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan
çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən
də ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən
təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır.
R.Hacıyevin sözlərinə görə, Azərbaycan Respublikası Paris
İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının
emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə
nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin
istifadəsi göstərilib. Həmçinin, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə
dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda da ekoloji cəhətdən təmiz nəqliyyat
vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb.
Ekoloq Jurnalistlər Birliyinin eskperti Elçin Bayramlı Cebhe.info-ya açıqlamasında bu ideyanı təqdir edib. Onun fikrincə, ekologiyanı, xüsusilə havanı çirkləndirən əsas faktor avtomaşınlardır:
“Ən çox da dizellə işləyən avtomobillərdi. İlk növbədə
dizellə işləyənlərin idxalına məhdudiyyət qoyulmalıdır. Havanı ən çox zəhərləyənlər
dizellə işləyən avtobuslar və yük maşınlarıdır. Onların qaza (LPG və ya CNG)
keçirilməsi üçün xüsusi servis mərkəzləri açıla bilər və güzəştli şərtlərlə,
kreditlə bunu təşkil etmək olar. Qazla işləyən maşınlar dizeldən də ikiqat sərfəlidir.
Ona görə də bu avtobusların və yük maşınlarının sahibləri buna həvəslə razı
olacaqlar. Benzinlə bağlı belə məhdudiyyət hələlik mümkün deyil. Ancaq bunu
stimullaşdırma yolu ilə etmək olar. Misal üçün, qazla və elektriklə işləyən
avtomobillərin idxalı rüsumdan azad edilə bilər. Nəticədə sürücülər özləri bu
maşınlara üstünlük verəcək. Təbii ki, bunlara uyğun infrastruktur da
qurulmalıdır, yəni qaz və elektrik doldurma məntəqələrinin sayı artırılmalıdır.
Bu işə artıq başlamaq vaxtıdır”.
Elçin Bayramlı bildirib ki, artıq dünya ölkələri elektromobillərə keçir: “Avropa ölkələri belə edir və onların havanı zəhərləyən maşınları bizə idxal olunur. Rusiyada, Belarusda, Gürcüstanda olduğu kimi bizdə də elektromobil istehsal edən zavodlar açmaq olar. Mövcud zavodlarda da belə maşınların yığılmasını təşkil etmək elə də çətin deyil. Dünyada artıq elektromobil erası başlayır. Bu işdə geri qalmamalıyıq. Bunu edə bilsək, həm insanlarımızın sağlamlığına böyük təsiri olar, həm də dövlətin, şirkətlərin və əhalinin xərcləri azalar”.
Elçin Bayramlının sözlərinə görə, elektriklə işləyən ictimai nəqliyyat vasitələrinin bərpası mümkündür: “Paytaxt nəqliyyatında tramvay və trolleybusun ləğvi yanlış addım idi. Bundan sonra paytaxtda və digər iri şəhərlərdə həm ekoloji vəziyyət pisləşdi, həm sərnişindaşınmada xaos yarandı, həm də gediş qiymətləri bahalaşdı. Xeyli gec də olsa bu nəqliyyat sistemlərinin bərpası vacibdir. Dünyanın bütün iri şəhərlərində bunlar əsas nəqliyyat vasitəsidir. Bu nəqliyyat növləri tam ekoloji təmiz, ucuz və effektiv sistemlərdir. Məsələn, yolları qar, buz, yağış örtəndə tramvay rahatca hərəkət edir, amma avtobuslar edə bilmir. Bunlarda bilet qiymətləri də avtobuslardan azı 2 dəfə ucuz ola bilər. Həm də tramvay avtobusa nisbətən daha dözümlü, daha az servis xərci tələb edən bir vasitədir. Bunlarla yanaşı şəhərətrafı elektrik qatarları tam bərpa edilməli və Abşeron yarımadasının hər tərəfinə marşrutlar olmalıdır. Bunlar həyata keçirilsə, Bakıda həddən artıq çirkli olan hava təmizlənər, nəqliyyat xərcləri azalar, tıxacların azalması mümkün olar. BNA və digər aidiyyatı orqanlar adam düşürmək və ya mindirmək üçün küçə kənarında beş-on saniyə dayanan maşınlara cərimələr yazıb sürücüləri soymaqdansa bu işlərlə məşğul olsunlar. Proqram hazırlanmalı və sürətlə həyata keçirilməlidir. Əks halda Bakıda vəziyyət getdikcə ağırlaşacaq”.
Bəs hibrid mühərrikli avtomobillərin ölkəyə gətirilməsini
asanlaşdırmaq üçün nə etmək lazımdır?
E.Bayramlı
hesab edir ki, bu cür avtomobillər ən azı 5 il müddətinə tam şəkildə gömrük
vergi rüsumlarından azad edilməli, bütün maneələr aradan qaldırılmalıdır:
“Bizdə elektrik enerjisi tələbatdan xeyli artıq istehsal
olunur. Avtomobillər daha çoxu elektriklə işləsə benzini xarici ölkələrə idxal
edib daha çox gəlir əldə etmək olar və idxal etdiyimiz benzinə verilən pul ölkədə
qalar. Bu maşınlar son dərəcə zərərsiz, tam faydalı nəqliyyat vasitəsidir. Ölkəmizin
maşın parkının yenilənməsi üçün xüsusi prorqam hazırlanmalıdır. Burada dövlətin
stimullaşdırıcı rolu vacibdir. Bir çox ölkələrdə bunu ediblər. Məsələn,
Rusiyada köhnə avtomobilini təhvil verənə yeni maşınların alışında həm qiymətdə,
həm kredit şərtlərində güzəştlər edilir. Nəticədə son 15 ildə Rusiyanın
avtoparkı az qala tam yenilənib. Ekologiyanı çirkləndirən və istismar müddətini
başa vurmuş təhlükəli avtomobillərin sayı minimuma düşüb. Son nəticədə də qəza
və ölümlərin sayı azalıb. Bizdə də bunu etmək olar. Daha doğrusu mütləq edilməlidir.
Bunun üçün hər cür imkanlar var”.
“Bir sıra iaşə obyektlərində əhaliyə qarşı açıq qida terroru həyata keçirilir”. Bunu Sherg.az-a açıqlamasında “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı deyib.
Ekspert bildirib ki, harda saxta, təhlükəli, zəhərli, xarab ərzaq məhsulu varsa, mağazalarda və iaşə obyektlərində realizə edilir: “Bura əsasən, yeməklər, içkilər və şirniyyatlar daxildir. Belə obyektlərin çoxunda verilən ət yeməkləri tələf olmuş və ya xəstə heyvanların ətidir. Çünki bu cür ət xeyli ucuz başa gəlir və qazancı çox olur. İnsanlarımız isə zəhərlənir, xərçəng də daxil ağır xəstəliklərə tutulur. Leş mafiyası ilə iaşə obyektləri yaxından əməkdaşlıq edirlər. Yəni, bir yox çox “leş tofiqlər” var və onlar bu biznesdən yaxşı gəlir əldə edirlər. Sadəcə biri tutulub. Qida Təhlükəsizliyi Agentliyinin zəifliyi qida terrorunu daha da gücləndirir. Yəni, agentliyin formal olaraq mövcud olması və cavabdeh olduğu sahədə demək olar ki, heç bir ciddi iş görməməsi onların biznesini çiçəkləndirir.
QTA iaşə müəssisələrində tüğyan edən təhlükəli məhsullarla mübarizə aparmaq əvəzinə, qida sektorunda yeganə təmiz sahə olan ət satışının üstünə düşüb. Hansı ki, bu qəssablar kəndlərdən sağlam heyvanlar gətirib insanların gözü qarşısında kəsir və satır”.
Ekspertin sözlərinə görə, mağazalarda kanserogen yağlar, qorxulu tərkibli konvervləşmiş qidalar, ultraximikat şirniyyatlar, saxta şirələr kafe və restoranlarda, dönərxanalarda meydan sulayır: “Belə bir şəraitdə QTA-nın bu sahədə ciddi tədbirlər görmək əvəzinə bütün arsenalı ilə qəssabların üzərinə düşməsi anlaşılan deyil. Deməli, kimlərsə, ət mafiyasının monopoliyasına xidmət edir. Agentlik qida sektorunda ciddi yoxlamalar aparmadığı üçün əhali ağır xəstəliklərə tutulur. Həm qida təhlükəsizliyi, həm də əhalinin sağlamlığı ciddi təhlükə altındadır. GMO məhsulların, toxumların ölkəyə idxalı, istehsalı, satışı qanunlarla qadağan edilsə də, bu məhsullar bazarda azı 90 faiz təşkil edir. Onların reklamı açıq şəkildə aparılır və idxalına da heç bir maneə yoxdur”.
E.Bayramlının sözlərinə görə, güclü kimyəvi dərmanlarla yetişdirilən transgen kartofdan zəhərlənən adamlara “günvurmadan zəhərləniblər” demək çox gülüncdür: “Əslində vəziyyəti tənzimləmək çox asandır. Saxta, keyfiyyətsiz, təhlükəli ərzaq istehsal edən, idxal edən və satanların çox ciddi cəzalandırılması lazımdır. Bunun üçün tez-tez jurnalistlərin iştirakı ilə qəfil yoxlamalar təşkil olunmalıdır. Məhsullar laboratoriyada yoxlanmalı, standartlara cavab vermədiyi halda istehsalçıya, idxalçıya və satıcıya sərt cəza tətbiq olunmalıdır. Bunu etsələr problemi cəmi 1 aya həll etmək olar”.