Dünyanın ən baha aviaşirkəti adını özündə saxlayan AZAL-ın “uçan” qiymətləri»
Son
zamanlar ölkəmizə səfər edən turistlər Gürcüstanın Tbilisi və Kutaisi şəhərlərinə
təyyarə ilə gələrək, oradan da Bakıya avtobusla gəlirlər. Səbəb isə Bakıya AZAL
(“Azərbaycan Hava Yolları”) biletlərinin baha olmasıdır.
Görəsən,
turizm mövsümündə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyilmi?
Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Elçin Bayramlı bildirib ki, aviabiletlərin qiymətlərində azalma müşahidə olunmayacaq: “AZAL mövcud olduğu müddətcə bu qiymətləri monopoliyadan çıxarmaq mümkün deyil və mümkün olmayacaq. Bunun yeganə səbəbi AZAL-a heç kimin bata bilməməsidir. AZAL dünyanın ən baha aviaşirkəti adını özündə saxlayır. İllərdir bununla bağlı yazılır, iradlar bildirilir, hər yerdə biyabr oluruq, amma bu onlar üçün əhəmiyyətli deyil. Bunlar bir monopoliya yaradıb, imkan vermirlər ki, bazara başqa şirkətlər daxil olsun. Düzdür Azərbaycanda bir neçə şirkət mövcuddur, lakin onlar da elə bir vəziyyət yaradılıb ki, AZAL-dan çox fərqlənmirlər.
AZAL Azərbaycan turizminə ən ağır zərbəni vurur. Ölkə əhalisinin imkanlarından dəfələrlə artıq qiymət təyin edir. Buna görə də insanlar gedib başqa ölkələrdən hava yolları vasitəsilə səyahət edirlər. Bunun üçün tutarlı səbəb də göstərmirlər ki, bir haqq qazandırmaq mümkün olsun. Konkret olaraq “biz beləyik” deyirlər və bu özbaşınalıqdır. Buna görə də turistlər Gürcüstan vasitəsilə gəlib-gedirlər.
Düşünürəm ki, ölkəyə bu dərəcədə də ziyan vurmaq olmaz. Bu ölkənin insanları milyaner deyillər. Niyə hamı Gürcüstandan Avropaya 50 manata təyyarə ilə gedə bilir, amma AZAL-la bu proses 500-700 manata başa gəlir? Maraqlıdır, Azərbaycanda bu məsələlərə diqqət ayıracaq üst orqan mövcud deyilmi? Bu qədər narazılıq, şikayət var, hətta bununla bağlı dəfələrlə xarici mətbuatda yazılıb.
Dövlət
turizmi inkişaf etdirmək üçün əlindən gələni edir, milyardlarla investisiya
qoyulur, Azərbaycanın xarici ölkələrdə çox baha qiymətə reklam təbliğatı
aparılır. Lakin təbliğat aparmaqla deyil.
Turist səyahət
etmədən əvvəl baxır ki, bu ölkəyə getmək ona neçəyə başa gələcək və bu zaman
görür ki, Azərbaycana gəlmək üçün xərcləyəcəyi pula, dünyanın daha gözəl
üç-dörd ölkəsinə gedə bilər. Nəticə olaraq, ikincini seçir və bu da turizmin
inkişafına zərbə vurur. Mən də o turistin yerinə olsam, büdcəmə zərər vurduğu
üçün Azərbaycana gəlmərəm.
Hazırda biz turist axınında azalma görürük. 1-2 ay ərəbləri, ondan qabaq 1-2 ay iranlıların başını aldatdıq, lakin hər ikisi gördü ki, bahalıqdır nəticədə Gürcüstana getməyə üstünlük verdilər. Əlimizlə milyonlarla turisti götürüb Gürcüstana veririk və Gürcüstan da turizmdən milyardlarla pul qazanır”.
E.Bayramlı turizmin inkişafını təkrar təmin etmək üçün yeganə yolun AZAL-ın ləğv olunması olduğunu da vurğulayıb: “Dövlət səviyyəsində buna müdaxilə olunmalıdır və qarşısı alınmalıdır. Bütün bunların qarşısını almaq üçün AZAL ləğv olunmalı, aviasiya bazarı sərbəstləşdirilməlidir. Yeni şirkətlər fəaliyyətə başlamalıdır ki, rəqabət meydanı yaransın, turizm inkişaf etsin. Əgər bunlar olmasa, turizm günü-gündən zəiflyəcək”.
Bu məsələ başı siyasətə və
şou-biznesə qarışan televiziya və mətbuatın diqqət xaricindədir. Media
siqaretdən qazanılmış xəstəliklərin müalicəsini həyata keçirən tibb
mərkəzlərinin və dərman preparatlarının reklamından daha çox qazanır.
Bu gün dünyada 1,5 milyarddan çox
insan siqaret çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, narkotik və siqaretdən
istifadədən ölüm hadisələrinin sayı 3-cü yerdə qərarlaşır. Ötən il tütün məmulatlarından
istifadə 6 milyondan artıq insanın həyatına son qoyub. 2020-ci ildə isə, bu rəqəmin 2 dəfə artacağı gözlənilir.
Statistik məlumatlar
Azərbaycan əhalisinin siqaret çəkməkdə dünya ölkələrinin çoxundan irəlidə
olduğunu göstərir. Təqdiqatlara görə, ölkədə hər 10 nəfərdən 2-si siqaret çəkən
hesab olunur.
Beləliklə də, ümumilikdə 1
milyona yaxın nəfərdən artıq vətəndaşımızın canına ziyan vurduğu ortaya çıxır. Təəssüfedici
haldır ki, siqaret çəkən yeniyetmələrin və qadınların sayı getdikcə artır. Üstəlik, son vaxtlar sulu qəlyan çəkmə sürətlə
dəbə minib ki, bu da siqaretdən dəfələrlə təhlükəlidir.
Tütün tüstüsünün bir
qullabında 3000-dən artıq kimyəvi maddə var. Onların bir hissəsi zəhərli
olur, digər hissəsi isə orqanizmdə toxuma səviyyəsində dəyişikliklər edir. Ən
dağıdıcı təsiri isə qətran göstərir. Qətranın 70 faizi ağciyərlərə toplaşır. Nəticədə xərçəng və vərəm
xəstəliyi yaranır.
Karbon monooksid (CO) isə siqaretin
yanması prosesində daim yaranan qazdır. CO qanda oksigen dövranını pozur. Siqaret
çəkənlərdə tez-tez rast gəlinən təngnəfəslik də CO-nun zərərli təsirindəndir.
Amma siqaretə aludəçiliyi məhz nikotin yaradır. Nikotin alkoqol və kokain qədər
güclü təsirə malikdir və asılılıq yaradan maddədir.
Tütün ağ ciyərlərdə xərçəng
xəstəliyinin yaranmasının əsas səbəbkarı hesab edilir. Siqaret çəkmək habelə,
ürək xəstəlikləri, iflic və xərçəng xəstəliklərinin digər formalarının
yaranmasına gətirib çıxarır.
Amerika Xərçəng Cəmiyyətinin
məlumatına görə, ağ ciyərdə xərçəng xəstəliyinin yaranmasına 87 faiz siqaret
çəkmək səbəb olur. Tütün tüstüsündəki 43 komponent xərçəngin yaranmasına
gətirib çıxarır.
Siqaret çəkən adamlarda rast gəlinən
dəhşətli xəstəliklərə siqaret çəkməyən adamlarda da rast gəlinir ki, bu da
onların siqaret çəkilən otaqda nəfəs alması ilə bağlıdır. Çünki, çəkilən hər
siqaretin 25 %-i onu çəkənin orqanizminə hopursa, 50%-i nəfəs alınan havada
qalır və tənəffüs zamanı həmin yerdə olanların ciyərlərinə yol tapır. Digər 25%
isə yanıb kül olur.
Artıq bir çox ölkələrdə
siqaretçəkməyə qarşı mübarizə gücləndirilir, ictimai, xüsusən də qapalı
məkanlardan siqaret çəkilməsi qadagan edilir. Hətta, bəzi ölkələrdə dövlət
vətəndaşlara siqareti tərgitmək üçün dərman və digər vasitələrlə pulsuz yardım
göstərir.
Azərbaycanda da qapalı yerlərdə siqaret çəkmək qadağan edilib. Lakin bizdə bunun zərəri hələ tam dərk olunmur. Azyaşlıların siqaret çəkməsinə ictimai təpki yox səviyyəsindədir. Hətta, körpə uşaqların olduğu evdə siqaret çəkilməsi haları geniş yayılıb.
Tütün istehsalı və satışına
məhdudiyyət qoyulması başqa ABŞ olmaqla bir çox dövlətlərin və transmilli
şirkətlərin maraqlarına ziddir. Siqaret satışı illik 250 milyard dollardan
artıq gəlir gətirir və tütün şirkətləri getdikcə böyüyür. Ancaq, bu iqtisadi
artım bəşəriyyətin rifahına xidmət etmir.
Bu məsələ ilə bağlı dövlət səviyyəsində mübarizə aparılmalıdır. Bir ox ölkələrdə olduğu kimi bizdə də, dövlət siqareti tərgitmək istəyən vətəndaşlara bu işdə kömək etməlidir. Çünki, bunun nəticəsində milyonlarla vətəndaşımızı yüzlərlə təhlükəli xəstəlikdən xilas etmək, sağlam cəmiyyət yaratmaq olar.
В этой статье мы вам расскажем вам о злоключениях семьи Кучерявых
Президент
Российской Федерации Владимир Путин неоднократно заявлял о проблемах демографии
и важности роста населения в Российской Федерации. На фоне этих заявлений семья Кучерявых ,воодушевлённая поддержкой
государства, решила воплотить в жизнь
свою заветную мечту- иметь семь детей и дать
Родине семерых здоровых образованных детей . Но судьба распорядилась иначе.
В городе
Сочи в 2000 году поженились двое молодых людей- уроженка города Сочи Ольга Владимировна
Кучерявая и уроженец Таузкого района
Азербайджанской Республики Матлаб Гамид
оглы Джафаров .
Сегодня
семья Кучерявых имеет семь детей. Вместе с отцом Ольги, Владимиром Валерьевичем Кучерявым они жили в городе
Сочи на улице Нагорная 14 квартира 21. В комнате на 21 кв.метр размещалась вся
семья из 10-ти человек .
Многочисленные
обращения семьи в местные органы власти с просьбой улучшения жилищных условий ни к чему не
приводили .
В 2010 году
членов семью принял мер города Сочи
Анатолий Пахомов. Выслушав доводы членов семьи мер пообещал помочь с выдачей им новой квартиры. Вот после этого и начались гонения семьи Кучерявых .
В то время Российские
законы позволяли забирать детей из
малообеспеченных семей с целью дальнейшего усыновления и вывоза из страны. Вот местные чиновники положили глаз на эту семью .
Несмотря на
плохие жилищные условия Кучерявые имели крепкие и нормальные внутрисемейные отношения.
По этому ни о каких продажах или отказах от детей и речи быть не могло.
Но судя по
всему семья попала под внимание мафии по торговле детьми .
Дельцы
всякими правдами и неправдами начали атаку на эту семью. В ход шли лживые
заявления соседей , подкуп местных
чиновников. И т.п
Неоднократные
обращения семьи об улучшениях жилищных условий обернулись для них угрозами о
выдворении из страны.
И с этих пор
многочисленные проблемы Кучерявых не прекращались. Главную видимую роль в этой истории
играет заместитель мера города Сочи Ирина
Романец.
В дополнение
ко всему единственный кормилец семьи Матлаб Джафаров был арестован 08 ноября
2013-го года по ложным обвинениям. Спус тя некоторое время несмотря на решение суда Краснодарского
края о невиновности Матлаба Джафарова местные власти выдворили его из страны. В
то же время его супруге Ольге постановлением суда города Сочи был вынесен
вердикт о не выезде из страны.
И так семья
Кучерявых осталась без единственного кормильца. На протяжении двух лет семья
состоящая из семи маленьких детей практически существовала на пожертвования
близких и родных .
Младший из
детей имеет инвалидность первой группы и практически должен всё время находится
под пристальным вниманием врачей.
Усилиями
правозащитника Бориса Павловича Баранова запрет на выезд из страны Ольги был снят. И семья
убегая от мафии уехала в Азербайджан к родственникам отца . До сих пор вся
семья находится в городе Тауз Азербайджанской Республики откуда родом глава
семьи. А отец Ольги В.В Кучерявый скрываясь от преследований уехал из города Сочи к родственникам в Москву.
Неоднократно
в ответ на их заявления по этому делу в госучреждениях разные чиновники остерегали их наказанием
мафии за разглашение этого дела в СМИ и т.д
Боясь за
судьбу своих детей семья Кучерявых не может вернуться на место своего
постоянного проживания в город Сочи.
Этой статьей мы хотим донести трагическую историю семьи Кучерявых до Президента , правительства и граждан России , и просим помощи у каждого кто в силах помочь им в этой неимоверно трудной и практически уничтожающей эту семью ситуации.
Эльчин Байрамлы
Телефонная номера для связи: +994 55 92 07 133, +994 50 654 63 21 (Матлаб Джафаров, Ольга Кучерявая )
“Qırmızı Körpü”də asan keçid: Nə zaman reallaşacaq?
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti
general-leytenantı Səfər Mehdiyev Gürcüstanla sərhəddə vətəndaşların sürətli
keçidinin təmin olunması barədə tapşırıq verib. Dünən Qərb Ərazi Baş Gömrük İdarəsinin
«Mazımçay» gömrük postunda mövcud vəziyyətlə tanış olan Səfər
Mehdiyev «Mazımçay» gömrük postunda gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi
barədə müvafiq tapşırıqların icra vəziyyətini öyrənib. Həmçinin, bu istiqamətdə görülmüş
tədbirlərin səmərəliliyi barədə Komitə sədrinə məlumat verilib.
Səfər
Mehdiyev dövlət sərhədindən keçən şəxslərin və nəqliyyat vasitələrinin daha
asan və sürətli keçidinin təmin edilməsi, eləcə də sərhədkeçmə prosesinin sürətli,
şəffaf və maneəsiz şəkildə reallaşdırılmasına dair tapşırıq və tövsiyələrini
verib.
“Altay” Araşdırma Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanla Gürcüstan arasında hərəkət digər ölkələrlə müqayisədə çoxdur: “Ümumiyyətlə, uzun illərdir ki, Azərbaycan və Gürcüstan arasında “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində, eləcə də digər məntəqələrdə problemlər var. Sərhəddi keçən insanlar hər iki gömrükdən necə keçmələrini əks etdirən faktlar göstərirlər. Azərbaycanın sərhəd-keçid məntəqəsində böyük kütlə yığını, xaotiklik biabırçı vəziyyəti göz önünə sərir. Onu da qeyd edim ki, bu yaxınlarda «Qırmızı Körpü» gömrük postunun rəisi tutduğu vəzifəsindən azad olundu. Ümid edirəm ki, Səfər Mehdiyevin verdiyi tapşırıqlar icra olunacaq”.
Ekspertin qənaətincə, keçid məntəqələrində vəziyyəti düzəltmək çox asandır: “Əgər vəziyyəti düzəltmək istəyirlərsə və bacarmırlarsa, sadəcə, keçib Gürcüstan tərəfdən işin necə təşkil olunmasına baxsınlar. . Onların məntəqələrində neçə nəfərin xidmət göstərdiyi, malların necə yoxlanması, hansı sənədlərin tələb olunması və.s haqda məlumatları götürüb Azərbaycan tərəfdə tətbiq etmək olar.
Ümumiyyətlə,
ölkəmizin sərhəd-keçid məntəqələrində bürokratik əngəllər həddən artıq çoxdur. Sənədləşmə
proseduru çox ləng aparılır, xidmət göstərən pəncərələr çox azdır. Bir ölkənin
imici sərhəddən başlayır. İstər ölkə vətəndaşları olsun, istərsə də xaricilər
Azərbaycana gələndə sərhəddəki vəziyyətdən narazı qalırlar. İnsanların vaxtı
gedir, əsəbləri korlanır, bəzən ölkəyə müxtəlif mallar idxal etmək istəyən
sahibkarları günlərlə sərhəddə saxlayırlar ki, bu da həmin mal və məhsulların
xarab olması ilə nəticələnir. Bunların qarşısı alınmalıdır. Əks halda, bu
biabırçı mənzərə ölkənin imicinə zərbə vuracaq.
Hesab edirəm ki, burada problem tək gömrük orqanı ilə bağlı
deyil, eyni zamanda sərhədçilər də bu vəziyyətdən məsuldur. Təqribən 10-15 gün ərzində
keçid məntəqələrində intizamı bərpa etmək olar. Bunun üçün nə külli miqdarda vəsait
tələb olunur, nə də genişmiqyaslı işlər aparılmalıdır. Əgər xidmət göstərənlər
öhdəsinə düşən işi görə bilmirsə, xidmət səviyyəsinin artırılması məqsədilə
işçi sayını artırmaq lazımdır. Ümumiyyətlə, verilən tapşırıqlar icra olunarsa,
acınacaqlı vəziyyət qismən həllini tapar”.
ANS TV. Beşbarmaq verilişində «Altay Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin sədri, sosioloq Elçin Bayramlı və digər ekspertlər son dövrlərdə yeni doğulan uşaqlara verilən anlaşılmaz adları, bunun səbəblərini müzakirə edib, hansı adlara üstünlük verilməsi haqda öz fikirlərini səsləndiriblər.
Ekspert: «Azərbaycanda öz sahəsinə nəzarət etməyən, işləməyən bir dövlət orqanı varsa, o da Kənd Təsərrüfatı Nazirliyidir»
Dövlət
Gömrük Komitəsi (DGK) məlumatına əsasən, yanvar-aprel aylarında Azərbaycana 112
min 775 ton gübrə idxal edilib. Dörd ayda idxal edilən gübrənin dəyəri isə 39
milyon 399 min ABŞ dolları olub. Qeyd edək ki, fermerlər məhsuldarlıq olsun deyə,
çalışır ki, bitkiyə vaxtlı-vaxtında qulluq etsin, torpaq sahələrinə həm üzvi, həm
də mineral gübrə versin. Ona görə də istədiyi vaxtda məhsul götürə bilir. Bir
çox hallarda fermerlər istədikləri gübrəni əldə edə bilmədikləri üçün əkin işlərinə
də gec başlayır. Sahələrdə məhsuldarlığı artırmaq üçün istifadə edilən gübrələri
isə ölkədə tapmaq müşkül məsələdir.
Maraqlıdır,
bu sahəsində də idxaldan asılı olan Azərbaycanda gübrə istehsalı mümkün
deyilmi?
“Altay”
Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Elçin Bayramlı “Cümhuriyət”
qəzetinə bildirib ki, maraq olarsa, gübrənin ölkəmizdə istehsalı mümkündür:
“Sovet
dövründə təsərrüfat sahələrində istifadə olunan gübrələrin böyük bir qismi demək
olar ki, Azərbaycanda istehsal olunurdu. Çox az növdə gübrələr başqa ölkələrdən
gətirilirdi. Təsərrüfat sistemi dağılandan sonra gübrə təsərrüfatları da
sıradan çıxdı. Sonradan bəzi rayonlarda gübrə zavodları açsalar da, görünən
odur ki, bu zavodlar tələbatı ödəmir. Xaricdən gətirilən gübrələrin tərkibi
kimyəvi maddələrlə zəngindir və buna görə də çoxu təhlükəli hesab olunur. Bu
gübrələr məhsulları daha tez yetişdirir, tez xarab olmasının qarşısını alır.
Buna görə də bu növ gübrələr bizim iqlimə, torpağa uyğun deyil. Yaxşı olar ki,
gübrələr ölkənin daxili potensialı hesabına əldə olunsun. Azərbaycanın belə
imkanları da var, bazarı da, sadəcə, maraq yoxdur. Əgər xaricdən 4 ay ərzində
40 milyon dollar civarında gübrə idxal olunursa, bunu 3 rübə vursaq, təqribən
120 milyon dollar vəsait edir. Hansı ki gübrə təsərrüfatı yüksək texnologiya tələb
edən məhsulu deyil, ən primitiv sahədir”.
Ekspert
hesab edir ki, digər sektorlarda olduğu kimi, gübrəçilik sahəsinin də inkişafı
üçün dövlətin birbaşa dəstəyi olmalıdır:
“Çünki heç
kim küllü miqdarda vəsait qoyub gübrə təsərrüfatı yaratmağa risk etmir. Gübrə
istehsalı birbaşa qida təhlükəsizliyi ilə bağlı məsələdir. Bunu dövlət ən azı
stimullaşdırıb dəstək verməlidir. Torpağın imkanlarından, faydalı qazıntılardan
istifadə edib bu sahəni inkişaf etdirmək olar. Kənd Təsərrüfatı Nazirliyi nə
işlə məşğul olur ki, hər il kənd təsərrüfatı məhsullarının, gübrənin idxalı
artır? Azərbaycan Qafqazın ən böyük pambıqçılıq respublikalarından biri
olmasına baxmayaraq, tekstil məhsullarını xaricdən alır. Primitiv
texnologiyalar hesabına başa gələn sənaye məhsullarının ölkəmizdə istehsalı hələ
keçən əsrin əvvəllərindən var idi. İndi XXI əsirdə gübrə istehsal edə bilməmək
sadəcə, ayıbdır. Əgər ölkədə illik 120 milyon dollarlıq bazar varsa, bir neçə
gübrə zavodu açmaq çox vəsait tələb etməz. Əgər bunu yerli sahibkarlar etmirsə,
heç olmasa dövlət etsin”.
Elçin
Bayramlının sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorun öhdəsindən
gələ bilmir:
“Nazirliyin təqdim etdiyi rəqəmləri Dövlət Gömrük Komitəsi həmişə
inkar edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları qəbul
olunub. Əgər bu proqramları həyata keçirmək üçün hər şeyi xaricdən alacağıqsa,
onda bu ölkənin öz istehsalı necə olacaq? İndi neft-qaz sayəsində hər şeyi
xaricdən ala bilirik. Sabah neftin qiyməti aşağı düşsə və yaxud istehsal
azalsa, idxalı, daxili tələbatı necə qarşılamaq olacaq? Yaxşı olardı ki, Kənd Təsərrüfatı
Nazirliyi cavab versin ki, son 10 ildə gübrə idxalını azaltmaq üçün nə edib?
Niyə kiçik müəssisələrin yaranması üçün təşəbbüs yoxdur? Hər dəfə Gömrük Komitəsinin
açıqladığı rəqəmlər Kənd Təsərrüfatı Nazirliyinin rüsvayçılığını göstərir.
Hesab edirəm ki, Azərbaycanda öz sahəsinə nəzarət etməyən, işləməyən bir dövlət
orqanı varsa, o da Kənd Təsərrüfatı Nazirliyidir. Ölkədə kim nə istəyir əkir,
satır, gətirir. Kartof-soğanın ixracına qadağa qoymaqla qiyməti tənzimləmək
olmur. Heç bir sahədə aqrar sahədə olan qədər potensial, işçi qüvvəsi, torpaq
fondu, iqlim və.s imkanlar yoxdur. Kabinetlərdə oturmaq əvəzinə sahələrə çıxıb
fermerin problemləri ilə maraqlanmalıdırlar. Fermerin yerlərdən aldığı gübrənin
kiloqramına 10 manat ödəyirsə, məhsulunu baha satmağa məcburdur.
Ölkədəki bahalığın səbəbi yerli istehsalçıların gübrə,
texnika, dərmanla təmin edən dövlət orqanının olmamasıdır. Bir sözlə, yerli
istehsala dəstək yoxdur. Bu gün ölkə bazarlarında satılan kartofun 70 faizi
xaricdən ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyəti dövlət
konsepsiyasına ziddir. İqtisadi inkişaf, aqrar sahədə proqramlarla bağlı çox zəif
işləyirlər, bazarın ixrac-idxal imkanlarını hesablamırlar. Nəticəni və vəziyyəti
Dövlət Gömrük Komitəsinin rəqəmləri göstərir”.
UEFA Avropa Liqası Bakı final oyunu qabağı bu kampaniyanı kimlər, kimin tapşırığı ilə, necə və hansı məqsədlərlə aparır?
Bakı Olimpiya Stadionu
Bakıda keçiriləcək UEFA Avropa Liqası final oyununun başlanmasına bir neə gün qalmış anti-Azərbaycan qüvvələr Qərbdən və
Yerevandan verilmiş komanda üzrə öz fəaliyyətini gücləndirib. Ölkəmizin ardıcıl
surətdə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi və öz nüfuzunu
getdikcə artırması təkcə Ermənistanı deyil, daha qərbdə yerləşən bir çox
dövlətləri və “beynəlxalq təşkilatları” da narahat edir.
Sirr deyil ki, son illərdə siyasi-diplomatik,
iqtisadi-sosial, mədəniyyət və idman sahələrində uğurlu irəliləyiş bəzi xarici dairələri
və ölkəmizdəki 5-ci kolonu qıcıqlandırıb. BMT Təhlükəsizlik Şurasında
qeyri-daimi üzvlükdən tutmuş, beynəlxalq təşkilatlarda fəal təşəbbüskarlıq,
regionda iqtisadi liderlik Azərbaycanın dünyada nüfuz və reytinqini artırıb.
Buraya öz ordusunu gücləndirmək və cəbhədə psixoloji və texniki üstünlüyü
artırmaq, həmçinin siyasi arenada diktəedici mövqeyə keçməni də əlavə etsək
narahatlığın nə qədər əsaslı olduğunu görmək olar.
Aparılan uğurlu xarici siyasət nəticəsində
çox sayda digər ölkələrin Azərbaycanın mövqeyini dəstəkləməsi Bakının dünyanın
əsas regional güc mərkəzlərindən birinə çevirib.
Nəzərə almaq lazımdır ki, belə idman
yarışları daha çox reklam, təbliğat müstəvisi, siyasi nüfuz imkanıdır. Lakin
həmişə olduğu kimi, bu uğurları istəməyən qüvvələr də var və onlar belə
beynəlxaq tədbirlər qabağı anti-Azərbaycan fəaliyyətlərini gücləndirir, özlərinin
dediyi kimi, “Azərbaycana yerini göstərmək” üçün hərəkətə keçirlər.
İndi də UEFA Avropa Liqası final oyununun Bakıda keçirilməsi bunları narahat edir.
Bəziləri hətta, azarkelərə müraciət edərək Bakıya gəlməmələrini xahiş edirlər. Bir
qədər əvvəl isə bunların ağaları olan Britaniya XİN Bakını təhlükəli şəhər elan
edərək öz vətəndaşlarını mümkün qədər ehtiyatlı davranmağa çağırmış və qeyd
etmişdir ki, Bakıda cinayətkarlıq səviyyəsi və terror təhlükəsi yüksəkdir. Lakin
biz jurnalistlər elə beynəlxalq təşklatların araşdırmalarının nəticələrini
ortaya qoyaraq, Londonun cinayətkarlıq və terror təhlükəsi sviyyəsinə görə
Bakıdan çox-çox yüksəkdə durduğunu, Bakının isə dünyada ən təhlükəsiz şəhərlər
sırasında olduğunu ortaya qoyanda Britaniyanın Bakıdakı səfriliyindən səs
çıxmadı.
Azərbaycana qarşı mübarizədə kimlər kimlər birləşib?
Hələ I Avropa Oyunları qabağı ortaya çıxan
bəzi sənədlər bu fəaliyyətin hansı qlobal mərkəzlərdən təşil və idarə olunduğu,
bu anti-Azərbaycan fəaliyyətin ölkəmizdə Qərbin və erməni lobbisinin
nəzarətində olan “5-ci kolunun” hansı üzvləri tərəfindən necə və hansı
formalarda həyata keçirilməsi haqda dəqiq təsəvvür yaratmağa imkan verdi.
Ortaya çıxan sənədlərə görə, bu
kampaniyanın təşkil olunması ABŞ-ın National Endowment for Democracy (Milli
Demokratiya İnstitutu) təşkilatına həvalə edilmişdi. Məlumdur ki, əsasən ABŞ-ın
Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən
NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət
çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu
təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və
Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bu qüvvələrin hazırladığı genişmiqyaslı
planın detalları haqda həmin vaxt mətbuatda
kifayət qədər geniş məlumatlar yayıldığından burada təkrar etməyəcəyik.
Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarət idi ki, kampaniyanın əsas
fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi, islamofob, ermənilərə xüsusi
yaxınlığı ilə seçilən Con Kerrinin Konqresdəki ofisi oynayırdı.
Bu kampaniyaya Azərbaycanda milli şura
adlanan qüvvənin, bəzi QHT-lərin, mətbuat vasitələrinin, politoloq və iqtisadçı
ekspertlərin və sair ictimai xadimlərin, xarici təşkilatlardan isə “People in
Need”, “Human Rights Watch”, “Platform London”, “Netherlands Helsinki Committee”,
“Article XlX”, “İnternational Partnership for Human Rights”, “YouAid Foundation”,
“Sərhədsiz Reportyorlar” və digər təşkilatlar daxil edilmişdi. Kampaniyaya
İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları
Fondu rəhbərlik edirdi və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət
göstərirdi. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata
keçirirdilər.
Bu qüvvələrin Praqada keçirilmiş birgə görüşündə qəbul olunan sənəddə qeyd olunurdu ki, kampaniyanın məqsədi “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”. Hesab edirəm ki, burada əlavə şərhə ehtiyac yoxdur. Sadəcə onu deməliyik ki, bu plan indi də UEFA final görüşü qabağı davam etdirilir.
UEFA
Avropa Liqası finalı: qazanc, yoxsa zərər?
Müxalifət dairələrindəki şəxslər iddia
edirlər ki, bu oyuna xeyli vəsait xərclənib, bunun ölkəmiz üçün heç bir xeyri
yoxdur. İndi biz bu arqumentərin əsassız olduğunu faktlarla göstərək.
Əvvəla, beynəlxalq yarışların keçirildiyi
yeganə ölkə Azərbaycan deyil. Tarix boyu onlarla ölkədə belə nüfuzlu yarışlar
təşkil olunub, lakin heç birində belə hoqqabazlıq olmayıb ki, belə tədbirlər
səmərəsizdir. Onu da qeyd etmək lazımdır ki, belə nüfuzlu yarışlar hər şəhərdə
keçirilmir. Yalnız inkişaf etmiş infrastuktura, beynəlxalq çəkiyə malik, sabit
ölkələrdə keçirilir. Siz heç Əfqanıstanda, ya da Sudanda nüfuzlu qitə yarışlarının
keçirildiyini gördünüzmü?
Digər tərəfdən oyuna xərclənən pular
müxtəlif mənbələrdən artıqması ilə geri qayıdır. Ölkəyə gələn qonaqlar,
turistlər burada xeyli pul xərcləyir, bilet satışından, reklamdan və teleyayımdan
xeyli vəsait əldə edilir. Otellər qazanır, ticarət mərkəzləri qazanır,
restoranlar qazanır, nəqliyyat sektoru qazanır. Bunlar isə Azərbaycan xalqına
məxsusdur və orda pul qazananlar xalqımızın nümayəndələridir, üstəlik, onlar bu
gəlirlərdən dövlət büdcəsinə vəsait ödəyirlər. Bu yarşlar zamanı təkrar turizm
imkanları əmələ gəlir ki, qonaqlardan bir çoxu ölkəmizi bəyənərək gələcəkdə yenidən
buraya turist kimi gəlirlər. Çox xırdalığa getməyib hamısını qeyd etmədik,
lakin göründüyü kimi, faydalar saysız-hesabsızdır.
Bunlar iqtisadi dividentləri idi, indi isə
keçək siyasi dividentlərə. Məlum olduğu kimi, ermənilər dünyada güclü mövqeləri
yalnız fasiləsiz təbliğat və pul xərcləməklə əldə ediblər. Azərbaycan erməni
təcavüzünə və terrorizminə məruz qalmış ölkə olaraq öz həqiqətlərini dünyaya
tanıtmalı, beynəlxalq aləmdən dəstək və simpatiya qazanmalı, öz sülhsevər
imicini yaratmalıdır. Bunun üçün ən yaxşı vasitələrdən biri də beynəlxalq
tədbirlərin təşkilidir. Bir neçə ay dünyanın diqqət mərkəzi Azərbaycanda olur,
ölkəmizi tanıyır, onun haqqında eşidir, onu görür və qənaət hasil edirlər.
Sonra bu təəssüratlar beynəlxalq ictimai rəyin formalaşmasına təsir edir. Burada
siyasi dividentlər, strateji nailiyyətlər iqtisadi səmərədən çox öndədir. Bunu
anlamaq üçün erməni olmamaq yetər.
Oxucuların diqqətinə görkəmli tədqiqatçı alim Oleq Platonovun araşdırmasını təqdim
edirik. Sanballı elmi mənbələr və şəxsi tədqiqatlar əsasında müəllif belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə
məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək
hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Amerika dövlətinin mahiyyəti, onun dünyada
törətdiyi faciələrin səbəbi ortaya qoyulur.
ÖN SÖZ
Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları ü çün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanalrı da məhz belə insanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi səyləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq. Amerika nə dövlət, nə də millət deyil. Bu, sadəcə müxtəlif ölkələrdən gələnlərin müvəqqəti məskunlaşdıqları böyük bir ərazidir. Əsas məsələ ondadır ki, Amerika möhkəm dövlətçiliyin fundamental təməlindən – milli özəkdən, dövlətə məxsus xalqdan məhrumdur. Amerika xalqı adlandırılan keyfiyyət baxımından üzvi və özünəməxsus bir gerçəklik yox, bir-birinə yabançı olan şəxslərin süni toplumudur. Onların hamısı üçün ümumi
olan istehlak və varlanma ehtirası, bəşəriyyət qarşısında ortaq cinayətlərinə görə məsuliyyətdən kortəbii qorxu hissi birləşdirir. Belə bir konqlomerat tarixin yalnız qısa bir dövrlərində mövcud ola bilər və tarixdən də göründüyü kimi elə ilk ciddi çətinliklərdən sonra parçalanır. Amerika hələ belə çətinliklərlə ciddi şəkildə üzləşməyib, lakin artıq onlarla üz-üzədir. Mən uzun müddət Amerikanın tarixi və iqtisadiyyatını tədqiq etmişəm, bu ölkəyə həsr olunmuş namizədlik və doktorluq dissertasiyaları yazmışam. Amerikanın tədqiqi ilə çox məşğul olduqca, onun bütün dünyaü çün nəhəng təhlükə olduğunu daha dərindən dərk edirdim. Əvvəllər elmi fərziyyə kimi qəbul etdiklərim bu ölkəyə etdiyim 4 elmi səyahət zamanı (1995-1997) öz təsdiqini tapdı. Bu ölkədə keçirdiyim 7 ay ərzində onun ərazisinin böyük hissəsindən keçib getdim, şərq və qərb sahilboyunun 12 ştatında, cənubda, şimalda və mərkəzdə oldum. Onlarla şəhər və qəsəbələrdə ən müxtəlif adamlarla yüzlərlə görüşlərim oldu. ABŞ-də səyahətlərim zamanı fermerlər, fəhlələr, hüquqşünaslar, mə᾽murlar, artistlər, musiqiçilər, sərgərdanlar, polislər, ruhanilər, masonlar, partiya funksionerləri, vətənpərvər təşkilatların ü zvləri, ravvinlər, fahişələr, satanistlər, sodomistlər, ictimai xadimlər və b. ilə görüşdüm. Benzindoldurma məntəqələrində, restoranlarda, teatrda, kitabxanada, polis bölməsində, hinduların rezervasiyalarında, mason lojalarında və i.a. yerlərdə görüşlərimin hər biri Amerikanın bir zərrəciyi idi və ölkənin siması məhz onlardan formalaşırdı… Kitabla aşağıdakı linkdən tanış ola bilərsiniz.
Son vaxtlar azyaşlıların intihar faktlarının
sayı artır. Müxtəlif yanaşmalar qoyulur, fərqli səbəblər göstərilir, lakin
bunların heç biri belə halların qarşısını almağa qadir deyil.
Keçən əsrdə intihar faktına, xüsusilə də uşaq
intiharı faktına çox nadir hallarda rast gəlirdik. İndi isə hər həftə uşaq intiharı xəbərləri
izləyirik.
Nə baş verir? Yeniyetmələr niyə intihar edir?
Çətin sualdır. Bu yazıda problemin səbəblərinə aydınlıq gətirməyə çalışacağıq.
Mövzuya girmək üçün qısa arayış verək, sonra
arxasına baxaq. Son 20 ildə keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanda
azyaşlıların intiharı geniş vüsət alıb. Hər il bizdə 40-50 nəfər civarında uşaq
intihar edir.
Bəs bu göstəricilərə
necə nail olduq? Problemin start götürdüyü vaxtlardan başlayaq. Ötən
əsrin 80-ci illərinin sonunda və 90-cı illərin əvvəllərində cəmiyyətdə
anarxiya, xaos, sosial-iqtisadi problemlər baş alıb getdi. Bir yandan da
yaraları uzun müddət sağalmayan müharibə.
Cəmiyyət bütün iqtiqamətlərdən təzyiqə məruz qaldı.
Azadlıq, demokratiya kimi anlayışları çoxları özbaşınalıq, qanunsuzluq kimi qəbul
etdi və belə davrandı. Sonralar stabillik yarandı, problemlər azalmağa başladı,
iqtisadi imkan artdı və s. Amma psixoloji izlər hələ də qalır. Bu müddətdə həmin
şəraitdə formalaşmış yeni nəsillər böyüyüb axı. Bu gərgin mühitdə böyüyən uşaq
təbii ki, normal psixologiyaya malik olmayacaq, mənəvi-psixoloji problemləri
olacaq.
Cəmiyyətlərin, dövlətlərin, quruluşların fərqi əslində,
intiharların səviyyəsi ilə ölçülməlidir. Qalan bütün sosial, iqtisadi, siyasi
üstünlüklərin heç bir mənası ola bilməz. Məsələn, dünyada intiharlara görə, iri
kapitalist dövlətləri- Yaponiya, Almaniya, Britaniya, ABŞ və Skandinaviya ölkələrinin
ilk yerləri tutması o deməkdir ki, bu ölkələrdə əslində insan faktoru öndə
deyil.
Dövlətin iqtisadi qüdrəti yüksək ola bilər, amma
insanlar üçün normal, təhlükəsiz, psixoloji gərginliksiz cəmiyyət sistemi
qurulmayıbsa, deməli o ölkədə yaşamaq təhlükəlidir.
Maddi rifah da hər şey demək deyil. Başqa məsələlər var- gözlə görünməyən, əllə
toxunulmayan məsələlər.
Azərbaycanda dünyanın əksər ölkələrinə baxanda daha
uyğun həyat şəraiti var. Düzdür, maddi təminat məsələsində Avropadan,
Rusiyadan, Yaponiyadan, ABŞ-dan… geri qalırıq, amma hər halda bura nə Afrika
ölkəsidir, nə də Yaxış Şərq. Bəs o zaman bu problemlər hardan qaynaqlanır?
İntiharlarda sosial problemlərin rolunu inkar etmək
olmaz. Lakin, etiraf etməliyik ki, indiki dövrdə və bizim kimi ölkədə
intiharların əsas səbəbləri arasında mənəvi-psixoloji məsələlər xeyli böyük
paya malikdir.
Cəmiyyətimizdə intiharlara qarşı formalaşmış stereotiplər
var. Məsələn, əgər intihar edən azyaşlı və yeniyetmə qız uşağıdırsa, hamı bir
qayda olaraq ona mütləq təcavüz olunduğunu düşünür. Heç kim o qızın ailəsində və
ətrafında baş verənləri görmür, onun valideynlərindən zorakılıq gördüyünü,
sosial və psixoloji problemlər yaşadığını gözardı edirlər.
İntiharların artmasında bioloji və genetik təzyiqləri
də qeyd etməmək olmaz. Son vaxtlar uşaqların çoxuna ana südü verilmir, körpələr
GMO qidalar, “Coca-cola” kimi təhlükəli içkilərlə böyüyür. Ətrafda isə, daha
çox aqressiya, problem, əzab görür. Bir yandan da televiziyalar. Təsəvvür edin,
əksər özəl kanallar elə dəhşətli amerikan multfimləri verirlər ki, uşaq bir
yana qalsın, 40 yaşda adamın qorxudan, həyəcandan bağrı yarılır.
Uşaqlar cəmi 20-30 il əvvəlki ənənəvi məkanlarından məktəblərdən,
yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından…
ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları,
pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları internet klublara
buraxılıb. Evdə isə uşaqların tərbiyəsi ilə seriallar və şou verilişlər məşğul
olur. Hər uşağın əlinə bir smartfon alıb verməklə başlarından edən valideynlər
cəzalarını da alırlar…
Ağıllı valideyn uşağını bu qlobal psixtron terrordan
qorumağa məcburdur. Uşağına nəzarət etməyən, onu düzgün yola yönləndirməyən
valideynlər intiharların əsas səbəbkarlarıdır.
Uşaq intiharı uşaqların böyüklərə etirazının ən sərt və
ən dəhşətli formasıdır. Bəzi uşaqların intihardan əvvəl yazıb qoyduğu məktublar
isə, ən ağır təhqirdir gələcəyini qoruya bilməyən cəmiyyət üçün…
Uşaqların intiharlarla bizə ünvanladığı mesajın ümumi
məğzi çox konkret və qısadır- Tfu sizin üzünüzə…
Türkiyə
hökuməti ABŞ istehsalı olan 22 adda məhsulun gömrük rüsumunu yarıya qədər
endirməyə qərar verib. Qərar Amerikanın keçən həftə Türkiyədən idxal
olunan polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20 faiz əlavə
vergini yarıya endirməsinə cavab olaraq qəbul olunub. Gömrük rüsumu azaldılan məhsullar
sırasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud
soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80 faizdən yüksək olan məhsullar,
likor və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. Məlumdur
ki, iki ölkə arasında Rusiya ilə yaxın münasibətlər, eyni zamanda S 400 raketləri
ilə bağlı xeyli müddətdir gərginlik müşahidə olunurdu. Hətta Vaşinqtonun Ankaraya
iqtisadi sanksiyalar tətbiq edəcəyi gözlənilirdi.
O səbəbdən indiki şəraitdə tərəflərin bir-birinə bu qədər
iqtisadi güzəştlər etməsi maraqla qarşılanır. Bəzi ekspertlərin fikrincə, bu
cür addımlar ABŞ-Türkiyə əlaqələrinin, ən azından iqtisadi əməkdaşlığın müəyyən
qədər inkişafına gətirib çıxara bilər.
İki ölkənin qarşılıqlı olaraq atdıqları addımları «Şərq”ə təhlil edən «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı bildirib ki, Türkiyənin müstəqil siyasət yürütməsi və Amerikanın nəzarətindən çıxması Vaşinqtonu narahat edirdi:
«Bunun qarşısını almaq üçün əvvəlcə Ankara hökuməti ilə təzyiq və hədə-qorxu ilə danışdılar. Lakin xeyri olmadığını gördükdə iqtisadi sanksiyalara keçdilər. Türkiyə müəyyən zərər çəksə də, yolundan geri dönmədi. Sonda başa düşdülər ki, belə getsə, Türkiyə tamamilə əldən çıxacaq. Bu baxımdan nisbətən «yumşaldılar” və bəzi güzəştlər etməyə məcbur oldular. Türkiyə də öz növbəsində iqtisadi münasibətlərdə əks sanksiyaları yumşaltdı. Bu fakt bir daha göstərdi ki, ölkələri özünə tabe etmək, tam asılı saxlamaq və öz məqsədləri üçün istifadə etmək siyasəti nəticə vermir. Digər ölkələrdə də məhz belə oldu. Məsələn, İrana qarşı təzyiqlər və sanksiyalar ölkəyə müəyyən zərər vursa da, Qərbin məqsədlərinə çatmasına gətirib çıxarmadı”.
İqtisadçının
sözlərinə görə, hazırkı dünyada təzyiq və hədə-qorxu dili keçmir: «Əməkdaşlıq
etmək istəyən dövlət normal, bərabərhüquqlu münasibət qurmalıdır. Öz
müttəfiqinin əleyhinə terror təşkilatını himayə etmək, tərəfdaş ölkənin müdafiə
sistemini boş qoymaq və alternativ sistem almasına qarşı çıxmaq, müxtəlif bank,
birja və maliyyə maxinasiyaları ilə zərər vurmaq, sərvətlərini talamağa cəhd
etmək, qanlı dövlət çevrilişi təşkil etmək və s. əməllərlə uzağa getmək mümkün
olmur. Türkiyə tədricən istənilən ölkə ilə əməkdaşlıq edəcək, kimdən nə istəsə
alacaq və nə istəsə satacaq. Bunun üçüncü ölkəyə heç bir dəxli yoxdur, ola da
bilməz.
Beynəlxalq hüququ ayaq altına almaqla dünyaya yaxşı nümunə
göstərmək mümkünsüzdür. Amerika dünyaya problem yaratmaqdan əl çəkməlidir.
Türkiyəyə qarşı təzyiqlər, o cümlədən İranla nüvə razılaşmasından birtərəfli
çıxmaq və bu ölkəyə təcavüz etməyi planlaşdırmaq Vaşinqtonun ciddi
problemidir”.
Pay atonnan! Bu nə qəliz mətndi əə. Yüz dəfə
demişəm bu donqiliyə ki, yazanda mürəkkəb cümlələrlə yazma, çox elmi, siyasi,
iqtisadi terminologiyadan istifadə eləmə. Həm çoxunu başa düşmürəm, həm də
tələffüz edə bilmirəm. Sonra jurnalistlər başlayırlar məni lağa qoymağa ki, bu
adam kolxoznikdir, niyə nazir işləyir.
Bu adamı qohumdu deyə işə
nahaq götürdüm, bilsəydim küçədə işsiz qalan savadlı kardlardan birini
götürərdim. Bunu da başqa nazirliyə düzəldərdim qarşılıqlı razılıq əsasında. O
nazirin də bir qohumunu mən götürərdim işə, qurtarıb gedərdi, heç kim də deyə
bilməzdi ki, biz qohumbazlıq edirik…
Tərs kimi bu beynəlxalq konfrans
çox ciddi mövzudadır, bütün dünyanın diqqəti burda olacaq. Yaxşı tutaq ki,
çıxışın mətnini birtəhər oxudum, amma fasilədə jurnalistlər cumacaqlar üstümə,
“şpitilni” suallar verəcəklər. Gəl indi vəziyyətdən çıx. Nə ola ağzından bir
“quş” buraxasan. Pay atonnan… Bir həftə mətbuatda, sosial şəbəkələrdə rüsvay
edəcəklər məni.
Bunlar məni qaralayıblar elə,
qəzetdə-jurnalda yazırlar ki, bəs 15 ildən çoxdur nazir işləyirsən, artıq
qocalmısan, çıx pensiyaya, qoy bir az da gənclər işləsin. Mən ölüm, heç hənanın
yeridir?
Əvvəla, məndən də çox nazir
işləyən adamlar var, onlara niyə demirsiniz? İkincisi, qoca nöş oluram, Məşədi
İbadın sözü olmasın, min cavana dəyərəm. Üçüncüsü də ki, hansı köpəyoğlu
könüllü şəkildə belə vəzifədən imtina edər?
Bəzi qəzetlər yazırlar ki, bəs
bunun filan yerdə villaları, bahalı maşınları, böyük şirkətləri var. Hələ
çoxunu bilmirlər ha, Hind okeanındakı şəxsi adadan, təyyarədən və yaxtadan
xəbərləri yoxdur, gör onları da öyrənsələr nə qalmaqal salarlar.
Ay balam, nə istəyirsiniz məndən? İndi Sovet vaxtı deyil ki, nazir gedib adi fəhləylə eyni binada yaşasın, eyni maşından istifadə eləsin, eyni restoranda nahar eləsin, eyni sanatoriyada dincəlsin filan.
Bunlara bax haa, mən ölüm, guya mənim uşaqlarım bunlarınkı ilə eyni baxçada, məktəbdə, universitetdə təhsil, tərbiyə almalıdir, bunlar kimi metroya, avtobusa zada minməlidir, ucuz produkt, ximikat marqarin, palçıq kimi zavod çörəyi yeməlidir. Ay siz öləsiniz…
Sovet hökuməti elə buna görə
dağıldı də. Hərə öz yerini bilməlidir, yoxşa fəhlə də özünü insan saydısa, daha
nə oldu? O vaxt adi əkinçi, fəhlə hüququ pozulan kimi yuxarılara bir məktub
yazırdı adamın anasını ağladırdılar. Proletariat diktaturası, yox bir…
Gedim kostyum kolleksiyama
baxım görüm bir əməlli şey tapa bilirəmmi. Andıra qalmış bir deyil, iki deyil,
50-dən çoxdur. Bax bu “Pyer Kardin” xoşuma gəlir, keçən dəfə Parisdən 15 minə
almışdım, o birilərə baxanda elə də bahalı deyil, amma çox yaraşır mənə.
Bu saatı da belə tədbirlərdə taxa bilmirəm, jurnalistlər nayezd eləyib yaxından çəkirlər, sonra internetə qoyub hay-həşir salırlar ki, bu adam 2 min manat maaşla 200 minlik saatı necə almışdır. Özü də gündə bir bahalı saat taxır. Gözünüz çıxsın elə…
Bu arvad da məni lap boğaza
yığıb. Həftə səkkiz, mən doqquz xarici sanatoriyalardadır. Evdə axtardığımı da
tapa bilmirəm. Qısqandığından özü burda olmayanda qulluqçuları da buraxır evlərinə
ki, birdən…
Gedib özümdən 5 yaş böyük qızla evlənəndə bilirdim ki belə olacaq. Nədi-nədi filan nazirin qızıdır. Mənim əqidəmə görə, kişi arvaddan neskolko da olmasa, xotya bı 3-4 yaş böyük olmalıdır, həm də gərəkdir ki, atası vəzifəcə səndən aşağı olsun. Yoxsa ona sözün keçməz.
Hələ bu kiçik oğluma bax sən
Allah. Oğraş gedib yarım milyonluq maşınla şəhərdə lotuluq edir. Videosunu çəkib
qoyurlar internetə, döşəyirlər qabırğama ki, guya mən lap qudurmuşam. Heç sözdü
mən ölüm? Aman zaman bir sonbeyişim var, indi ona kakoy ni bud 50 minlik maşın
alası deyiləm ha. Uşaq üzümə də baxmaz ey.
Əsəbiləşdim ee lap, yaxşısı
budur, bir siqar çəkim. Yaxşı ki, keçən dəfə Kubadan dənəsi 50 dollardan gətirtdiyim
siqardan qalıb, görüm hara qoymuşam… Deyəsən, 4-cü mərtəbədəki kabinetimdə
qalıb. Ev də ev deyil ey, Allah göstərməsin, elə bil oteldir, eni-uzunu-hündürlüyü
bilinmir. Arvad evdə olanda liftlə çıxmağa qoymur ki, hərəkət elə, şişirsən
getdikcə. Yaxşı ki indi evdə yoxdur, yorulmuşam ey, gərək liftlə çıxım.
Öz aramızdı, yaşlanıram haa,
daha işləməyə də taqətim qalmayıb. İşləmək deyəndə onsuz da elə sən deyən
işləmirəm. O gün prezident müşavirədə abrımı ətəyimə bükəndən sonra, düşündüm
ki, lap ağını çıxarmışam.
İclasda görəydiniz, mən tər tökəndə, bəziləri necə sevinirdilər. O qədər göz dikən var ki yerimə. Söz verdim ki, nöqsanları tezliklə düzəldəcəm, indi gərək başlayım doğru-düzgün işləməyə.
Nə isə, daha gecdir, düşüm
zirzəmidəki saunada bir az istirahət eləyim, sonra yatım. Mühafizəçi və xidmətçi
dəstəsinə də gərək tapşırım səs eləməsinlər. Bu neçə hektarlıq bağda neçə-neçə
nadir heyvan növü var, amma gör birinin səsi çıxırmı, amma o delfinlə krakadil lap
həyasızdırlar, yaman səs salırlar, başıma düşür.
Arvad elə bil burda zoopark açıb. Nə qədər adam acından ölür dünyada, biz bunlara nələr yedirdirik, o dünyada dərimə saman təpəcəklər. Bir dəli şeytan deyir, hamısını sat, puluna yoxsullara yardım elə, xəstəxana tik, məktəb aç. Amma onda da qonaq-qara yanında biabır olaram, prestijim aşağı düşər…
Nə isə, yuxum gəlir, bu məsələni konfransdan sonra bir yaxşı fikirləşərəm…
Talk Tv-nin «QHT gündəliyi» proqramının bu dəfəki qonağı, «Altay» Sosial İqtisadi Araşdırmalar Mərkəzi»nin rəhbəri Elçin Bayramlı oldu. “QHT Gündəliyi” proqramı “Vətəndaş cəmiyyətinin və vətəndaşların maraqlarının müdafiəsi” layihəsi çərçivəsində, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin maliyyə dəstəyi ilə «Tərəqqi» Sosial Tədqiqatlar İctimai Birliyi və tərəfdaşları olan «Region» Beynəlxalq Analitik Mərkəz və «İnkişaf-2006» Sosial Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilir…
Başçısı azərbaycanlı olan çoxuşaqlı ailənin Soçi mafiyası ilə mübarizədə keçən qorxu filmi kimi bir həyat hekayəsi
7 uşaqlı ailə
Bu həyat hekayəsində 7 uşağın faciəsindən danışacağıq. Hekayətimiz də məhz 7 epizoddan ibarətdir. Əhvalat vaqe olur dünyanın hərbi qüdrətinə, təbii sərvətlərinə, şanlı tarixinə, ərazisinə görə ən böyük və ən zəngin ölkəsində- Rusiyada. O ölkədə ki, bir zamanlar dövlət məmurları xalqa xidmət edirdilər, indi bəzi məmurlar vətəndaşlara mənəvi və fiziki terrorla məşğuldurlar.
Epizod 1
Bir azərbaycanlı
ilə bir rusun sevgi hekayəsi necə başladı?
Tovuz şəhəri
Sovet İttifaqı, Azərbaycan SSR, Tovuz şəhəri.
1965-ci il.
Sadə zəhmətkeş Cəfərovlar ailəsində bir oğlan
uşağı dünyaya gəir. Ata el arasında böyük hörmətə malik adi zəhmətkeş insandır.
Uşağa Mətləb adını verirlər. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil
alır. 1981-ci ildə Nizami Gəncəvinin 840 illik yubileyi münasibətilə dahi
şair-mütəfəkkirin portretinin çəkilməsi haqqında məktəblilər arasında keçirilən
respublika müsabiqəsinin qalibi olur.
Məktəbi bitirəndən sonra, Sovet ordusunda xidmət
edir. Rəssam olmaq arzusunda idi. Lakin Sovet İttifaqının dağılması, çoxsaylı
iqtisadi və sosial problemlərin yaranması onun arzusunu ürəyində qoyur. Ev təmiri
ustası kimi əmək fəaliyyətinə başlayır. Həmin dövrdə Azərbaycanda işsizlik hökm
sürdüyündən ailəyə kömək etmək üçün Mətləb
Rusiyaya üz tutur. 1998-ci ildə Soçi şəhərində bir mağazada işləməyə başlayır.
Günlərin bir günü həmin mağazada gözəl, mədəni və sadə bir rus qızı işə
başlayır…
Epizod 2
Həqiqətə
çevriən zarafat: İki gəncin Soçidə kəsişən taleləri
Soçi şəhəri
Sovet İttifaqı, RSFSR, Soçi şəhəri. 1984-cü il.
Dünyanın ən gözəl şəhərlərindən olan Soçidə
milis zabiti ailəsi olan Kuçeryavıyların bir qız uşağı anadan olur. Adını Olqa qoyurlar.
O, bir qardaşı ilə birgə bu intizamlı və mühafizəkar ailədə tərbiyə alır. Böyük
Vətən Müharibəsi qəhrəmanı olan babası Valerinin və Sosialist Əməyi Qəhrəmanı
olan nənəsi Polinanın nümunəvi ailəsində böyüyüb tərbiyə almış atası Vladimir
Kuçeryaviy isə SSRİ məkanında və bütün dünyada məşhur olan, “Devuşki bıvayut
raznıe, çernie, belie, krasnie” mahnısının sözlərinin müəlifidir.
Olqa da Mətləb kimi, məktəb illərində rəssam
olmaq istəyir, onun şəkdiyi şəkillərə müəllimlər, dost-tanışlar heyrətlə
baxırdılar. Lakin məktəbi bitirəndən sonra bu arzi sanki suya düşdü, çünki
artıq ağır 90-ci ilər idi və rəssamlıq təhsili almaq barədə düşünmək çətin idi.
Olqa da ailsinə kömək etmək üçün harda iş tapsa işləməlidir. Mətləbin
mağazasında boş iş yeri onun ilk əmək təcrübəsini buradan başlamağa qərar verməsinə
səbəb olur.
İlk baxışdan onlar bir-birinin xoşuna gəlir,
xasiyyətləri, zövqləri, həyata baxışları üst-üstə düşür. Soçi çox gözəl, ağıllı
qızlarla zəngin bir yer olmasına baxmayaraq ürəyinə yatan bu sadə qız onun
yuxusunu qaçırır. İki xəyali rəssam həyata da eyni rənglərlə, eyni tonlarda
baxırdılar.
2000-ci
il. Günlərin bir günü Mətləb iş yerində paltarını
çirkləndirir. Olqa zarafatla deyir ki, əgər mən sənin təkcə iş yoldaşın yox, həm
də həyat yoldaşın olsaydım, paltarını yuyub təmizləyərdim. Mətləb gülümsünüb
deyir: “Onsuz da, elə belə də olacaq”. Bu zarafat çox keçmədən həqiqətə
çevrilir- elə həmin il.
Epizod
3
Sərhəd
tanımayan sevginin ağır və uzun bir yolu
Soçidə çıxan, bu problemi işıqlandıran həftəlik qəzet
Ötən əsrin 90-ci illəri. Dağılmış nəhəng və
möhtəşəm fövqəldövlətin xarabalıqları üzərində yeni gənc respublikaların əhalisi
yaşamaq uğrunda mübarizə aparır. Belə bir ağır şəraitə baxmayaraq, Olqa və Mətləb
hər ikisi çoxlu övlad arzusunda idi, dünyaya ən azı 7 ağıllı, tərbiyəli,
savadlı övlad böyüdüb təhvil vermək istəyirdilər. İlk uşaqları anadan olanda
onlar başa düşürlər ki, bir-birlərinə sirli bir tale ipi ilə əbədi bağlanıblar.
Beləliklə, bu iki gəncin mübarizə dolu birgə həyatı
başlayır. Bu mübarizə 20 ilə yaxın müddətdə onların heç bir problem yaratmadığı
naməlum qüvvədən özlərini və çoxsaylı uşaqlarını müdafiə etməkdən ibarət olur.
Belə ki, bir çoxu dövlət idarələrində işləyən gizli bir müətəşəkkil qrup bu ailəni
hədəfə götürür, onları ayırmaq, həyatlarını zəhərə döndərmək üçün var-gücləri
ilə çalışır. Lakin Mətləb və Olqa təslim olmaq fikrində deyildilər. Bu ailə əbədi
qurulmuşdu və heç bir qüvvə onları ayıra bilməzdi.
Bu təzyiqlər ailəni daha da gücləndirir, onlar
artıq təkcə öz ailələrini deyil, həm də xalqlarını, öz dövlətlərini bu
mafiyadan qorumağa çalışırlar. Lakin qüvvələr bərabər deyil. Dövlətin
imkanlarını vətəndaşlara qarşı cinayət silahı kimi istifadə edən bu mafiya çox
güclüdür. Bunlar Soçi şəhərində faktiki olaraq yarımmüstəqil dövlət yaradıblar
və RF qanunlarını veclərinə belə almırlar. Hüquq mühafizə orqanlarında, şəhər
meriyasında belə yerləşiblər. Belə bir güclü qrupa qarşı dayanmaq çətin deyil. Lakin,
ailə hələ də ayaqdadır.
Epizod 4
Prukorluq əməkdaşı
həkimə- “Bu uşağı öldürün”
Beləliklə, 2000-ci ildə Soçidə qurulan bu ailə,
lakin bundan sonra şəhərdəki naməlum qüvvə tərəfindən qara siyahıya salınıblar,
ailəyə təzyiqlər başlayır, qanuni hüquqlarını əllərindən alır, Rusiya
qanunvericiliyinə əsasən, çoxuşaqlı olduğuna görə, ailəyə veriləcək sosial
müavinətlər, hətta mənzil verilmir. Hətta, uzun illərdir dəfələrlə müraciət etmələrinə
baxmayaraq ZAQS idarəsi həmin mafiyanın
təzyiqi ilə heç bir əsas olmadan onların nigahını təsdiq etmir, cütlük məcbur
qalıb öz nigahlarını Azərbaycanda rəsmiləşdirə bilir. Hətta, sonradan uşaqların onların olmadığı belə
iddia olunur, lakin ailə məhkəmədə uşaqların ata və anası olduqlarını ekspertiza
ilə sübut edirlər.
Ailənin 4 qız, 3 oğlan olmaqla 7 uşağı var.
Soçi şəhərinin Naqornaya küçəsindəki 21 kvadratlıq 1 otaqlı evdə Olqanın atası
Vladimir də daxil olmaqla 10 nəfərlik ailə çətin şəraitdə yaşayır. Lakin 7
uşağa görə dövlətin ailəyə verməli olduğu geniş mənzili verməməkləri bir yana
qalsın, bu darısqal evi də onlara çox görüb əllərindən almağa çalışırlar.
Halbuki, Rusiya qanunları belə çoxuşaqlı ailələrə mənzil, torpaq sahəsi və
avtomobil verməyi tələb edir. Ailənin bu haqqını tələb etməsini sahə müvəkkili
eşidəndə gəlib onlarla profilaktiv söhbət aparmağa və deyib: “Poymite,
Sovetskoqo Soyuza uje netu, uje davno netu”…
İkinci uşaq Sabina doğulanda Mətləb doğum evinə gəlir, yoldaşını ağlayan vəziyyətdə
görür. Nə olduğunu soruşanda aldığı cavabdan heyrətə gəlir- “Prokurorluqdan
müstəntiq gəlmişdi, məni yatmış bilirdilər, həkimlə danışıqlarını eşitdim, dedi
ki, “bu uşağı müalicə eləməyin, qoyun ölsün, bunun atası da, babası da, anası
da, nənəsi də hamısı dəlidirlər”. Uşağı da götürüb oranı tərk edirlər…
5-ci və 6-ci uşaqları- əkizlər Nərgiz və Savad
anadan olanda yenə Mətləb doğum evinə gedərkən Olqanı təsirlənmiş görür. Nə
olduğunu soruşanda əkiz uşağı olmuş və bunlarla birlikdə artıq 6 uşaq anası
olan Olqa deyir ki, burada bir körpə var, anası atıb gedib, icazə versən, onu
da övladlığa götürüb baxardıq. Mətləb razılaşır, lakin uşağın götürülməsi üçün
qanuni prosedurları keçmək mümkün olmur.
Olqa bax belə bir insan, belə bir qadın, belə
bir anadır.
Epizod 5
Dövlət
içində dövlət: məmur mafiyası Rusiyaya qarşı
Ailənin problemi haqda Soçi qəzetində çıxan məqalə
Beləliklə, 20 ilə yaxındır ki, bu ailə müxtəlif
dövlət instansiyaları ilə, onların təzyiqləri ilə mübarizə aparır. Hətta, bir
neçə dəfə Mətləbi müxtəlif bəhanələrlə əsassız olaraq həbs edib, təcridxanada
saxlayırlar, lakin heç bir əsas tapmadıqlarından azad etməyə məcbur olurlar. Mətləb
həbsdə olduğu müddətdə Olqa mübarizəni fədakarcasına davam etdirir, həm işləyir,
həm uşaqlarına baxır, həm tez-tez ona baş çəkir, həm də dövlət idarələrində əyləşən
məmurların onlara qarşı təzyiqlərinə sinə gərir.
Bir neçə il bu 7 qardaş-bacı bir-birinin üzünü
görməyib- yarısı Tovuzda nənələrinin yanında, yarısı Soçidə babalarının yanında
yaşayıb. Çünki, 1 otaqlı mənzildə 10 nəfərlik ailə yaşaya bilməz, sanitar
qovşağı filanı çıxanda hərəsinə 1 kvm yer düşərdi ki, bu da tərpənmədən
ayaqüstdə dayanmağa güclə çatardı…
Ailə dünyanın ən böyük dövlətinin qanunlarının
bir neçə məmur tərəfindən ayaq altına alınmasına, bu ailəyə qarşı belə bir
cinayətkar davranış və təzyiqlərinə inana bilməsə də, faktlarla barışmalı
olublar. Hətta, uşaqlara görə ayrılan sosial müavinət də, onların təzyiqlərdən bezərək tərk etdiyi və bir müddət
yaşamadığı Soçidəki mənzilin kommunal xidmətlərə görə haqq bəhanəsi ilə bank
hesablarından silinib, halbuki qanun bunu qadağan edir. Söhbət 800 min rubldan
(təxminən 20 min manat) məbləğdən gedir!
Hazırda ailə bu qorxunc mafiyanın uşaqlara zərər
verməsindən çəkinərək müvəqqəti olaraq Soçini tərk edib Tovuza gəlib və burada
kirayə yaşamağa məcburdur. Uşaqlar atalarının doğma şəhərini sevsə də, hər dəfə
kirayə pulunu almağa gələn adamı gördükdə valideynlərindən niyə özlərinin Soçidə
evləri ola-ola bu kirayə evdə qaldıqlarını soruşurlar. Valideynlər cavab verə
bilmir, xüsusilə də anaları hər dəfə bu sualdan sonra öz dövlətinin məmurlarının
onlara qarşı belə düşmənçiliyinin səbəblərini düşünür, lakin o da bu suala
cavab verə bilmir.
Rusiyanın Soçi kimi dünyada məşhur bir şəhərində
Rusiya qanunlarını, prezidentin sərəncamlarını ayaq altına atan və öz vətəndaşlarına,
xüsusən 7 körpəyə qarşı belə amansız mübarizə aparan bu mafioz qrupla mübarizədə
ailə Rusiya dövlətinə və Rusiya prezidentinə arxalanır. Lakin hələ ki, bu dövlət
həmin mafiya ilə bacarmır. Ən azı belə nəticə çıxır. Çünki, dəfələrlə bu ailəyə
çəkdirilən məşəqqətlər Rusiya mətbuatında yazılıb, federal orqanlara çoxsaylı
müraciətlər olunub (fotoya bax), lakin hələ də heç bir dəyişiklik yoxdur.
Epizod 6
Uşaqlar: “Bizi öz vətənimizdən niyə qovursunuz?”
Xanım Kuçeryavaya öz ölkəsində istədiyi şəxslə
nigaha girməsinə əngəl törədənlərin məqsədini tam başa düşmədiyini deyir. O,
savadlı qadındır, güman edir ki, dövlətin bu 7 uşaqlı ailəyə ayırdığı müavinət,
ev, maşın kimi şeyləri bu məmurlar mənimsəyiblər, indi ailə dövlətdən bu qanuni
haqqını tələb edəndə onlar əməllərinin üstü açılmasın deyə ailəni Rusiyadan
qovmaq, Azərbaycana göndərmək istəyirlər: “Mən rusam, Rusiya vətəndaşıyam, məni
öz ölkəmdən, öz şəhərimdən heç kim qova bilməz. Babam vətən uğrunda faşistlərlə
döyüşüb, Soçinin kurort şəhərinə çevrilməsində böyük əziyyət çəkib, burada bu cənnəti
yaratmaq üçün uzaq ərazilərdən torpaq daşıyıb. Atam, anam, mən və qardaşım da
bu vətən üçün çalışmışıq. İndi bir neçə rüşvətxor məmur məni öz ölkəmdən didərgin
salmaq istəyir, lakin mənim dövlətim var, ona arxalanıram”.
Mətləb isə deyir ki, onun həyatının yarıdan çoxu
bu şəhərlə bağlıdır, uşaqlarının hamısı burada doğulub burada çox sayda
dostları, qohumları var. Ən əsası, sevdiyi qadının öz doğma şəhərindən didərgin
düşməyə məcbur olmasını məqbul saymır: “Burada aylarla həbsdə də qalmışam
günahsız olaraq. Lakin bununla belə, bu şəhər mənə doğmadır. Mən onun inkişafı
üçün gəlirimdən vergi ödəmişəm. Bu ölkə üçün çox çətin şəraitdə 7 uşaq böyüdürəm.
Bizdən nə istəyirlər, başa düşmürəm”.
Uşaqlar da baş verənləri heç cür başa düşə bilmirlər. Valideynlərindən soruşurlar
ki, biz neyləmişik ki, bizi öz doğma şəhərimizdən qovmaq istəyirlər. Ailənin
4-cü uşağı Nicat hətta valideynlərindən gizlin bu barədə Rusiya dövlət
orqanlarına və insan hüquqları təşkilatlarına məktub yazıb ki, bizi öz vətənimizdən
niyə qovmaq istədiyinizi valideynlərimiz izah edə bimir, bəlkə siz izah edəsiniz.
Məktuba hələ cavab yoxdur, yəqin ki, onlar da heyrət içindədirlər.
Epizod 7
“Putin
kimdir? Biz bu yaxında ayrıca dövlət olacağıq”
Rusiya Federasiyasının demoqrafik siyasətinin əsası
ölkədə yaşanan ciddi əhali azalmasının qarşısını almaq üçün çoxuşaqlı ailələri
dəstəkləməkdən, onlara yardımlar etməkdən ibarətdir. Rusiyada isə cəmi bir neçə
7 uşaqlı bir ailə ola bilər. Bu halda 10 nəfərlik bir ailənin, dövlətin
adından, möhüründən istifadə edən bəzi məmurların mütəşəkkil qrupu tərəfindən məhv
edilməsinə çalışılması Rusiya dövləti üçün dəhşətli bir rüsvayçılıqdır.
İş o yerə gəlib ki, ailə Soçinin Xostinsk
rayon polis şöbəsinin rəis müaivini podpolkovnik Mahir Bayramova Rusiya
Prezidenti Vladimir Putinin çıxışından, sərəncamlarından sitat gətirdikdə və
hüquqlarını tələb etdikdə, onlara “Putin kimdir, bizim heç kim vecimizə deyil,
bu yaxında özümüz ayrıca dövlət olacağıq”-deyə sərt cavab verilib.
Xanim Kuçaryevaya deyir ki, yüksək rütbəli
dövlət məmurundan bu sözləri eşidəndə qulaqlarına inanmayıb. Bu barədə
yoldaşına zəng edib deyəndən (telefonları dinlənilir) yarım saat sonra ailənin
sonuncu uşağı- danışıq qabiliyyəti inkişaf etməmiş Həmidi kimsə körpüdən itəliyib
aşağı yuvarlayır, lakin xoşbəxtlikdən uşaq möcüzə sayəsində sağ qalır.
Olqa xanım hesab edir ki, əgər Rusiyanın ucqar
şəhərində dövlət vəzifəsində oturan bir dövlət məmuru dövlətə qarşı belə gizli
planlar hazırlayırsa, onda Rusiya dövləti özünün hələ məhv olmadığını onlara
göstərməlidir: “Öz vətəndaşlarını bir qrup azğın məmurdan qoruya biməyən bir
dövlət dünyada biabır olar. Ona görə də inanıram ki, yuxarı orqanlar bu mafiya
barədə müvafiq qanuni tədbir görəcəklər. Əminəm ki, Rusiya Federasiyası öz şərəf
və layaqəyini belə adamlardan qoruyacaq, ölkənin hər yerində dövlətin
qanunlarının aliliyini təmin edəcək, dövlətə söykənən, ona layiqli övladlar
yetişdirən, ölkəsinə xidmət edən vətəndaşlara qarşı onların mənəvi terroruna
son qoyacaq”.
Elçin Bayramlı
Yazının bloqa istinad edilmədən dərcinə izacə verirəm
PS: Bu həyat hekayəsinin Rusiyanın Azərbaycandakı səfirliyi üçün də maraqlı olacağına əminik. Çünki, Rusiya dövlətinin beynəlxalq imicinin qorunması bu səfirliyin də birbaşa vəzifəsidir.
Bir insanın dəyəri onun oxuduğu kitablarla ölçülür- Herbert Spencer
21-ci əsr
İnsanın bilikli, mədəni,
agıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir.
Texnologiyanın sürətli inkişafı son vaxtlar bu sahədə müəyyən problemlər
yaradıb. İndi insanlar televizora, internetə, smartfona daha çox vaxt
ayırırlar, nəinki kitab oxumağa. Bunun bir sıra obyektiv və subyektiv səbəbləri
var. Onlara keçməmişdən əvvəl mövzuya qısa bir giriş verək.
Sovet dövründə bizi böyük
mütəfəkkir, tarixdə ən böyük sosialist inqilabının ideoloqu və Sovet
İttifaqının banisi Vladimir İliç Leninin məşhur sözü ilə böyütdülər- Oxumaq,
oxumaq yenə də oxumaq! Bu şüar Sovet hakimiyyətinin əsas ideoloji siyasət
konsepsiyası idi.
Lakin elə həmin Lenin yazırdı:
“Unutmaq lazım deyil ki, oxumaq məqsəd deyil, vasitədir. Oxumağın nəticəsində
insan faydalı məlumat əldə etməli, faydalı şeylər öyrənməli və onları özünün və
cəmiyyətin həyatında tətbiq etməlidir”.
Kitab sözünü ölkə ilə assossasiya edəndə hamının yadına sosialist respubika dövrü düşür. Sovet İttifaqı kitabxanaların sayına, dərc edilmiş kitabların ümumi tirajına və oxunma səviyyəsinə görə dünyada ilk yeri tuturdu.
Sovet dövründə ədəbiyyatın böyük missiyası var idi. Kitab elm, dünyagörüş, bilik verməklə yanaşı, insanlıq, xeyirxahlıq, namusluluq, vətənpərvərlik, altruzim, səmimilik, doğruluq, zəhmətkeşlik, vicdanlılıq kimi müsbət əxlaqi dəyərləri təbliğ edir, bu keyfiyyətlərə sahib müsbət qəhrəmanları nümunə göstərirdi.
Mənfi qəhrəmanlar isə elə
ustalıqla ifşa və rüsvay olunurdu ki, heç kim ondan nümunə götürməyi ağlına
belə gətirə bilməzdi. Yazıçılar ədəbi tryuklarla cəmiyyətə bəşəri dəyərləri
təbliğ edirdilər.
İndi bəzən hansısa postmodernist yazar çıxıb ortalığa deyir ki, bazar iqtisadiyyatında (yəni, kapitalizmdə) bəs ədəbiyyatın belə missiyası və öhdəliyi yoxdur. Ədəbiyyat bir kommersiya fəaliyyətiymiş və bazara hesablanmalıymış.
Ona görə də, ucuz bulvar
romanları, porno səhnələrin təsvir edildiyi, əcaib, hətta iyrənc motivlərin
uydurulduğu cızma-qaralar cəlbedici adlar qoyulmaqla ədəbiyyat adına oxuculara
sırınmalıymış ki, bəzi dələduzlar pul və şöhrət qazansınlar.
Əvvəla, bunlara kim deyib ki,
oxucuların səviyyəsi bu qədər aşağıdır və belə “əsərlərə” tələbat var? Axı,
əvvəla bizim ölkənin kitab bazarının həcmi, hansı kitabın nə qədər tirajla
buraxıldığı və satıldığı haqda hərdən elan olunan təxmini rəqəmlər belə şübhəlidir
və şəffah deyil.
İkincisi, yazarlar niyə
oxucunu öz səviyyələrinə salmalıdır ki, bəlkə özləri oxucunun səviyyəsinə
yüksələlər? Üçüncüsü, kim və necə müəyyən edir ki, hansı yazıçılar, hansı
mövzular, hansı əsərlər cəmiyyətin istəyini təmin edir?
Bir çox kitablar da vəzifəli və imkanlı şəxslərin, onların ata-babalarının tərifindən ibarətdir. Hətta keçmişdə atası kolxoz sədri olmuş indi beş-on manat pulu olan bir şəxsdən pul alıb kitab buraxırlar ki, bəs kişi o vaxt gecə-gündüz xalq uğrunda çalışıb. Bu adam belə bir kişinin oğludur. Ya da, hər əlinə 200-300 manat düşən adam cızmaqara yazıb şeir, roman adı ilə çapa verir. Hansi ki, bu kitablarda yazılanlar həm ədəbi, həm də insani cəhətdən bir qara qəpiyə dəyməz. Bu kitabların yeri əlbəttə, zibillikdir.
Beləliklə, televiziyaların insanı xəbər, serial, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin geniş yayıldığı ortaya daha bir problem çıxır- nə oxuyaq ki itirdiyimiz qiymətli vaxta dəysin.
İndi kitab bazarındakı
əsərlərə baxanda adam düşünür ki, belə kitabları oxumamaq yaxşıdır. Müasir
ədəbiyyat olduqca ruhsuz, duyğusuz, mənəvi boşluqla maddi həzzlərin paralel müşahidə
olunduğu kağız yığnağıdır.
Birmənalı olaraq postmodernist
ədəbiyyat cəmiyyətə müsbət dəyərlər təbliğ etmir, insanlara ancaq azad cinsi
münasibətləri, içki və siqaret kimi zərərli vərdişləri, tüfeyliliyi, eqozimi,
cinayətkarlığı, zorakılığı, ağlagəlməz murdarlıqları təbliğ edir.
Elə bir dövrə gəlmişik ki,
artıq kitab oxumaq əksər hallarda insana və cəmiyyətə zərər vurur. Təhlükəli “dini”
ədəbiyyat, “ujas” və seks ədəbiyyatı, kriminal aləmi öyən və caniləri nümunə
göstərən zərərli kitablar əksəriyyət təşkil edir. Deməli, çox oxumaqdan yox, nə
oxumaqdan söhbət getməlidir.
21-ci əsrdə dərc olunan kitabarıbn çoxunun yeri elə zibillikdir
Ona görə də, əgər müasir
ədəbiyyatı oxuyacaqsınızsa, yaxşısı budur oxumayın! Müasir ədəbiyyatın əxlaqı
yoxdur! Psixologiyanızı, əsəblərinizi, əxlaqınızı qoruyun! Oxumayın!
Əgər kitab oxumaq istəyirlərsinizsə, XX əsrdə buraxılmış dəyərli kitabların sayı-hesabı yoxdur. Onları bukinist mağazalardan ucuz qiymətə, kitabxanalardan isə tam pulsuz əldə edə bilərsiniz. Birdəfəlik başa düşmək lazımdır- tək-tək istisnaları nəzərə almasaq, ədəbiyyat XX əsrdə bitmişdir!
APA TV-nin «İlham Tumasla 40 dəqiqə» verilişində ölkə bazarlarını bürümüş saxta dərmanlar və süni qiadalar problemini sosioloq Elçin Bayramlı və həkim-terapevt Sevindik Arazov müzakirə edib, problemin səbəbləri və həlli yolları haqda fikirlərini bildiriblər.
Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseydə və Çələbilər kənd orta məktəbində şagirdlərə pulsuz xarici dillər tədris edən müəllimə qarşı təzyiqlər edilir. Müəllim təhsil nazirinə ünvanladığı müraciətin surətini mənə də göndərib .
İbrahim Cəfərov Bərdə rayon Çələbilər kənd orta məktəbinin müəllimi
Qeyd: İbrahim Cəfərov- paytaxtın ən prestijli məktəblərindən və hazırlıq kurslarından dəvətlər olduğu halda, ucqar kəndə gedib ordakı uşaqları savadlı yetişdirmək məqsədilə bu təkliflərdən imtina edən fədakar müəllim. Hazırda Bərdə rayonunda işləyir. Azərbaycanın ən çox dil bilən poliqlotudur. 25 dili yaxşı bilir, 50-dən artıq dildə danışa bilir. İşlədiyi məktəblərdə 300-dən artıq şagirdə tam pulsuz olaraq xarici dilləri tədris edir. Bu məşğələlərə lazım olan xərcləri də öz cibindən ödəyir. Lakin rayondakı pullu hazırlıq kurslarının rəhbərlərinin və onlarla əlbir olan məktəb direktorlarının bu pulsuz məşğələlərin yığışdırılması üçün müəllimə qarşı təzyiqləri davam edir. Öz xalqının, ölkəsinin gələcəyi üçün təmənnasız çalışan, az maaşla işlədiyi halda bütün gücünü, enerjisini şagirdlərin xarici dilləri öyrənməsinə sərf edən bir müəllimə qarşı belə təzyiqlərə imkan verməməliyik. Müraciəti olduğu kimi dərc edirəm. Jurnalistlər istinadsız olaraq öz media orqanlarında dərc edə bilərlər.
Azərbaycan
Respublikasının Təhsil Naziri Ceyhun Bayramov cənablarına
Bərdə rayonu, Çələbilər kənd orta məktəbinin rus dili müəllimiCəfərov İbrahim tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli
Nazir. Sizin bu ilin 11 aprel tarixində Samux rayonunda təhsil işçiləri ilə
keçirdiyiniz qəbulda olmağım, şikayətlərimə baxılması əvəzinə mənə qarşı təzyiqlərlə
nəticələndi. Qəbul zamanı Murad Camalzadə ilə görüşdüm və vəziyyəti tam şəkildə
izah etdim, o isə öz növbəsində mənim iştirakım ilə araşdırma aparılacağını
bildirdi. Qəbul zamanı mənim yanımda təhsil şöbəsinin müdiri Rzaqulu müəllimə zəng
etdi. Demək gec başa düşmüşəm, bu, onların
oyunlarının bir hissəsi imiş. Təzyiq etmək.
Müəllimin məktəbdə yaratdığı texniki avadanlıqlar
Belə
ki, 19 aprel tarixində 9 saylı ƏMHM rəisi Eçin Həsanzadənin göstərişi ilə (niyə
onun göstərişi ilə çünki qəbulunda olmuşdum, məsələnin həll olunacağına söz
vermişdi lakin…) Akademik Z.Əliyeva adına məktəb-litseydə direktor, psixoloq
və sinif rəhbərləri (Şəbnəm və Afaq müəllimələr) dərs dediyim 5b və 5c sinif şagirdlərinə təzyiq
edərək mənim əleyhimə tamamilə yalandan ibarət olan ərizə yazdırıblar və
şagirdlər bu yalanlara imza atmaqdan imtina edəndə onlara deyiblər ki, narahat
olmayın, artıq aprel 24-dən İbrahim müəllim sizə dərs deməyəcək. Valideyinlərlə
apardığım söhbətdən sonra məlum olub ki, onlar öz uşaqlarına belə saxta ərizə
yazdırıldığından xəbərsizdirlər və buna öz kəskin etirazlarını bildiriblər. Bu əməli
tutanların dərhal cəzalandırılmasını xahiş edirəm.
Bu, birbaşa uşaqların
psixikasını pozmağa yönəlmiş addımdır. Bundan başqa, müəllimin işguzar nüfuzunu
ləkələnməsidir (Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar
nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi
ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb etmək hüququ nəzərdə tutulmuşdur). Şəxsin şərəfi, ləyaqəti və
işgüzar nüfuzu təhqir olunursa o, sarsıntı, iztirab keçirir və bununla da mənəvi
təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər
yetirilir.
Bu
hadisədən əvvəl şagirdlərə dərsdən kənar təmənnasız olaraq xarici dillər tədris
etməyimin qarşısı alındı. Bütün şagirdlər könüllü olaraq dərsdənkənar məşğələlərə qalırdı, lakin
direktor şagirdlərin pulsuz xarici dil öyrənməsinin qarşısını almaq üçün sinifə
girib bunun məcburi olmadığını dedi və bildirdi ki, bu məşğələyə gəlməyinizə
ehtiyac yoxdur. Direktorun dediyindən belə çıxdı ki, uşaqları aldadıb onlara zərər
vururam. Lakin nədənsə, həmin direktor şagirdlərin dərsdənkənar pullu xarici
dil kurslarına və digər fənlərdən olan məşğələlərə getməsinə qarşı çıxmır, əksinə,
bu kurslardan birini təşviq edir. Məktəbdə dərs deməyə bəzən otaq çatmır belə
pullu hazırlıqların əlindən.
Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına məktəb-litseydə bir çox
problemlərlə rastlaşdım. 9 saylı ƏMHM rəisi Eçin Həsənzadə mənim 6 saat dərsimi
deyib əlavə işlərə qarışmamağımı məsləhət bildi.
Mənə aydın deyil ki, bu şəxslər hansı səbəbdən mənim məktəblərdə şagirdlərə
tam təmənnasız olaraq əlavə xarici dillər öyrətdiyimə qarşı çıxılır. Akademik
Z.Əliyeva adına məktəb-litseydə də fakultativ və dərnəklər keçirilmir. Bunu sübut
etmək üçün məktəbin kameralarının çəkdiklərinə baxmaq kifayətdir. Bu barədə
iradıma rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov hədə-qorxu gəlməklə, həbs
olunacağımla cavab verir.
Bərdə şəhər Zərifə Əliyeva adına məktəb-litseyi
Hal-hazırda həyatıma qarşı təhlükə hiss edirəm. Məktəbin direktor
müavini Firdovsi müəllimin adına dərs saatları yazılıb, ancaq dərs keçmir
(halbuki, mən elə uşaqlara həmin keçirilməyən dərslərin yerinə ödənişsiz dərslər
keçirəm).
Məktəbin psixoloqu isə yalnız “Bərdə” hazırlıq kursunun biletlərini satmaqla məşğuldur. Bu yaxınlarda onu 5-ci sinifə dəvət etdim ki, bəs bir şagird var, dərslərini oxumur, ancaq mən bir müəllim kimi bu uşaqda potensial görürəm və xahiş edirəm ki, valideyini ilə danışın, pulsuz hazırlığıma gəlsin. Psixoloq şagirdlərin içində “bu uşaq nəsə öyrənə bilsə, adımı dəyişəcəm” dedi. Məktəbdə belə bir mühit yaradılıb.
Akademik Z.Əliyeva adına məktəb-litseyə kənar şəxslər yaxınlaşıb “Bərdə”
hazırlıq kursuna bilet alırlar. Bu işə psixoloq baxır məktəbdə. Deyir ki, mən
valideynlərə yaxşılıq edirəm, biletləri gedib uzaqdan almırlar. Mən şəxsən
hesab edirəm ki, bu hərəkət litseyin nüfuzunu aşağı salmağa yönəlib. Xahiş edirəm
ki, məktəbdaxili pullu hazırlıqlara son qoyulmağına köməklik edəsiniz.
Məktəb-litseydə uşaqlar kompyuter otağından istifadə etmirlər. Muxtəlif
kurslar edirlər orda, şagirdə də deyirlər evdən kompüter gətirərsən. Bundan
başqa, məktəb rəhbərliyi şagirdləri kitabxanaya cəlb etməyimə maneçilik törədir.
Bəzən elə olur ki, şagirdlərin dərsləri tez bitir və bacı qardaşlarını gözləməli
olurlar. Həmin uşaqlar qışda soyuqda bayırda gözləməyə məcbur edilirlər.
Məktəb-litseydə Zərifə Əliyevanın heykəlinin arxasındakı divara
qeyri-etik sözlər yazırlar. Ora kamera alınmasını, hətta bunun xərcinin öz
maaşımdan tutulmasını təklif etmişəm, ancaq baxılmır.
Pullu imtahan biletinin «çeki»
Bərdə şəhəri 7 saylı məktəbdə də “Bərdə” hazırlıq kursları
qeyri-qanuni fəaliyyət göstərir. Uşaqlara nə ödənişə görə çek verilir, nə də Təhsil
şöbəsinə icarə pulu. Beləliklə, həm vergi verməyərək xeyli vəsaiti dövlət büdcəsindən
yayındırırlar, həm də məktəblərin binasını öz məqsədləri üçün istifadə edirlər.
Adını da qoyurlar icra başçısınındır.
Bu yaxınlarda Vergilər Nazirliyinə bu haqda məktubla müraciət etmişəm.
Lakin onlar da məsələni ört-basdır elədilər. Həmin kursun əməkdaşları məktəblərə
gələrək kursun reklamını aparır və bu işdə də direktorlar köməkçi olurlar. Hətta,
məcburi köçkün məktəblərində məcburi sınaq imtahanına bilet satırlar. Yenə də məktəbi
icarəyə götürüb pullu sınaq imtahanı keçirirlər. Məktəbin müşahidə kamerasının
görüntülərinə baxmaq dediklərimin doğruluğunu sübut etmək üçün kifayətdir.
Hazırlığa gələn uşaqlar məktəbə tez gələrək məktəbin normal fəaliyyətinə
müdaxilə edirlər. Xatırladım ki, orada dərslər saat 14-00 da başlayır. Həmin
kurslara Bərdənin uzaq kəndlərindən şagirdlər gəlirlər, halbuki bunun üçün
onlar öz oxuduqları məktəbi azı saat 12-də tərk etməlidirlər. Demək bu şagirdlər
öz məktəblərində dərsdən yayındırılır və bu pullu kursa cəlb olunur.
Bərdə rayon təhsil müəssisələrinin rəsmi feysbuk səhifələrində
direktorlar “Bərdə” hazırlıq kursunda diplom əldə etmiş uşaqlarla forolarını çəkdirib
yayırlar. Açıq şəkildə həmin kursu reklam edirlər. Ancaq maraqlı odur ki, işlədiyim
məktəblərin (Çələbilər kənd orta məktəbi və akademik Z.Əliyeva adına məktəb-litsey)
rəhbərləri mənim pulsuz olaraq xarici dilləri tədris etməyimə hər vəchlə mane
olurlar.
Çələbilər kənd orta
məktəbinə 12 saat vakansiya ilə qəbul olunmağıma baxmayaraq 2017-2018 tədris
ilində cəmi 7 saat dərsim olub (qeyd edim ki, həmin kənd rayon mərkəzindən çox
uzaqda yerləşir). Halbuki, dərs saatı məndən çox olan bəzi müəllimlərə fakultativ və dərnəklər verilib. Bu
müəllimlər uzaq yerlərdən gəlirlər və yenidən qayıdıb digər məktəbdə həmin
fənləri tədris etmirlər. Bu praktiki olaraq mümkün deyil. (Mənə də təklif
olunmuşdu, lakin saatları uyğun olmadığından imtina etmişdim).
Dərs hissə müdiri dərsimə
girib mənə təzyiq edir, guya şagirdlərə dərs keçmirəm, halbuki, direktorun
həyat yoldaşı Sahib müəllimin keçdiyi texnologiya və musiqidən uşaqların ümumiyyətlə
anlayışı yoxdur. Ümumiyyətlə, bilmirəm o diplom üzrə texnologiya keçməlidir,
yoxsa musiqi.
Həmin məktəbdə köhnə kitab və
avadanlıqları bir yerə toplayıb tədris muzeyi açmağıma kömək etmirlər. Otaqların
birini təmir edib internet vasitəsi ilə uşaqlarla hər gün dərs keçməyimə imkan
vermirlər. Özüm öz pulumla kinoaparat, lentlər, digər avadanlıqlar almışam,
şagirdlərə mövzularla bağlı elmi-sənədli filmlər və digər vəsaitləri əyləncəli
şəkildə tədris edirəm. Bu da şagirdlərdə dərslərə marağı artırır. Buna da mane
olmağa çalışırlar.
Kəndin məktəbində cəmi bir neçə otaqda elektrik
xətti var idi. Mənim müraciətimdən sonra isə bütün məktəbə çəkildi. Məktəblərdə
hər il odun pulu yığılır, əgər dövlətimiz bunu təmin edirsə, bu pullar kimin
cibinə gedir? Uşaqlar yalnız 2 saat istifadə edirlər odundan. Qalan dərslər çox
soyuq keçir. Etiraz edənlər cəzalanır. Çələbilər kənd tam orta məktəbinin
psixoloqu işə gəlmir, buna göz yumulur.
Dəftərxanaların birində uşaqlar üçün materiallar çıxartmaq üçün öz vəsaitimlə kağız alırdım və buna görə də oraya pul borcum olurdu həmişə. Mənə dedilər ki, “sən bunları uşaqlara öz pulunla təmənnasız çıxardırsan, ancaq təhsil şöbəsinin işçiləri bir bağlama ağ kağızı bizə 1 manata satırlar” (kağızın bağlaması 6 manat ola-ola). Məktəbə verilmiş avadanlıq və materialların şagirdlərə sərf olunması əvəzinə kənara satılması cinayətdir.
Bu qədər qanunsuzluq, özbaşınalıq və
yeyinti olan məktəb rəhbərliyi və rayon təhsil şöbəsi rəhbərliyi bu problemləri
həll etmək əvəzinə mənə qarşı müxtəlif yollarla davamlı təxribat və şantajla məşğuldurlar.
Öz bilik və bacarıqlarımı xalqımızın övladlarına təmənnasız olaraq (bu pulsuz məşğələlərə
lazım olan xərcləri da özüm ödəyirəm) öyrətməyim bu adamların xoşuna gəlmir,
belə çıxır ki, onları gələcəyimizin təhsilli olması yox, yalnız məktəblilərə
müxtəlif üsullarla pul xərclədərək öz ciblərini doldurmaq maraqlandırır.
Qeyd etdiyim məqamlar məktəblərdəki
problemlərin yalnız bir qismidir. Bütün bu baş verənlər əminliklə deməyə imkan
verir ki, şagirdlərə pulsuz xarici dillər öyrətməyim kimlərinsə məktəb üzərindən
açdığı bazarına və pullu xarici dil kursları biznesinə zərər vurur, ona görə də
mənə qarşı mütəşəkkil şantaj və təxribat işi aparırlar, burada isə bəzi şagirdləri
qorxudaraq alət kimi istifadə edirlər.
Xahiş edirəm ki, qeyd etdiyim məsələlərlə
bağlı ciddi tədbir görəsiniz, bu məsələlər araşdırılsın, məktəblərdəki
özbaşınalığa son qoyusun və dövlətimizə, qanunlarımıza qarşı saymazlıq edənlər
cəzalandırılsın.
“Milli psixoloji xəstəliklərimiz”
silsiləsindən 1-ci yazım (yalançılıq sindromu) oxucular tərəfindən maraqla
qarşılanıb. Zəmətkeş xalqımızın nümayəndələri açıq etirafda bulunublar ki, bəli,
biz beləyik. Hətta bir radikal vətəndaşımız şərhdə yazıb ki, guya mən bunun
səbəblərini bilirəm, amma yaza bilmirəm…
Əyani vəsait 1
Nə isə, sözüm onda deyil, bu
dəfəki mövzumuz birincidən heç də geri qalmayan ağır bir pataloji xəstəlik
haqdadır- milli yaltaqlıq sindromu. Bu xəstəliyin kökü əslində çox qədimlərə
gedib çıxır, amma məni oraları maraqlandırmır. Sindrom son dövrlərdə daha da
şiddətlənib və xroniki hala keçib.
Ölkəmizdə yaltaqlıq üzrə sanki
bir çempionat başlayıb- insanlar sıraya düzülüb, kim birinci və daha çox, həm
də daha “layiqli” yaltaqlıq edəcək. Bunu primitiv şəkildə edənlər daha çoxdur,
amma peşəkar mütəxəssislər də az deyil. Bunun üçün xüsusi istedad, ağıllı
beyin, elm, zəka, idrak, təfəkkür, daxili yaradıcılıq kimi xüsusiyyətlər tələb
olunur. Bunu bacarmaq akademik olmaq kimi bir şeydir.
Bir neçə ay əvvəl qələm
yoldaşlarımla rayonlardan birində bir yas məclisinə təşrif aparmışdıq. Mağarda
bizi qarşılayan adam xarici görkəmimizə baxaraq nədənsə bizi vəzifəli şəxslər
zənn etdi və yuxarı başa- mollanın böyür-başındakı “şərəfli” yerlərə dəvət
etdi. Biz də ədəb-ərkanla oturub çayımızı içməyə və mollanın qorxulu nağıllarını
və saxta hədislərini dinləməklə feyziyab olmağa başladıq.
Bir azdan mağarın qarşısında
bir canlanma müşahidə olundu, hamı özünü yığışdırdı, məclisə yekəqarın,
qalstuklu bir dəstə daxil oldu. Mağarın girişinə yaxın və orta yerlərdə boş
yerlər çox olmağına baxmayaraq baş tərəfə doğru irəliləməyə başladılar.
Yanlarında və arxalarında isə yas sahibləri və məclisə qulluq edən adamlar
quyruq bulayırdı.
Onlardan qabaqda gələn biri yüyürüb
bizə yaxınlaşdı və pıçıltı ilə dedi ki, zəhmət olmasa siz bir az bu tərəfə (əli
ilə mağarın giriş tərəfini göstərdi) keçin, müəllimlər burda otursunlar. Vicdan
haqqı əvvəl elə bildim ki, bunlar həqiqi müəllimlərdir, o saat yerimdən qalxıb
“problem yoxdur” demişdim ki, yanımdakı həmkarın ətəyimdən çəkib dedi- əşşi bir
otur görək!
Bəndəniz müəllim ailəsində tərbiyə
aldığından və müəllimləri dünyada ən şərəfli insanlar saydığından belə
hərəkətdə bulunmuşdu. Ürəyimdə düşündüm ki, bir buna bax, adını jurnalist
qoyub, xalqa qəzetdə tərbiyə verməyə çalışır, amma müəllimlərə hörmət etmir.
Mən bu fikirdə ikən, həmkarım
qulluqçudan soruşdu- qardaş soruşmaq ayıb olmasın, bunlar nə müəllimləridir
elə? Qulluq edən təşvişlə əyilib qulağımıza dedi- ay yerli, bunlar vəzifəli
adamlardır- biri rayon maliyyə şöbəsinin rəisidir, o biri bələdiyyə sədridir, o
yanındakı da icra başçısının müavinidir. Siz allah, onlara yer eləyin burda
otursunlar.
Həmkarım “hörmətli” qonaqlar
da eşitsin deyə bir az ucadan- qardaş bunlar balaca müəllimlərdir, biz özümüz
professoruq, bax bu cavan oğlan (məni göstərir) elmlər doktorudur,
yazıb-pozmaqdan beli əyri qalıb, biz irayon səviyyəsində məsələlərlə yox,
qlobal səviyyədə problemlərlə məşğuluq, koroçe biz heç yerə keçəsi deyilik, elə
bura rahatdır, mollanın qızıl kimi nağıllarına qulaq asırıq burda- demədimi??!
Bunu eşidən vəzifəli qonaqlar
qapqara qaraldılar, keçib bizdən bir az aşağıda oturdular. Özlərini təhqir
olunmuş hesab edirdilər, amma məyus olmağa heç bir əsas yox idi. Görəydiniz
məclis əsli, qulluq edənlər onların böyür-başında nə tozanaq qaldırmışdılar.
Biri ordan baş əyir, biri burdan salam verir, digəri ay uşaq tez ordan filan
şey də gətir müəllimlərə deyə qışqırır, bir ayrısı yaxınlaşıb “müəllim ayrı bir
şey lazımdırsa təşkil edək” deyə soruşur.
Nə başınızı ağrıdım, biz
onlardan 15 dəqiqə tez gəlməyimizə baxmayaraq onlara bizdən tez ehsan verdilər.
Üstəlik, yazmaq ayıb olmasın, onların stolunda menyuda olmayan bir-iki nemət də
bulundurulmuşdu.
Bayırda isə, tozanaq davam
edirdi, tez-tez gənclər məclisə girib “filan maşının sahibi kimdir” deyə soruşur,
ondan maşını başqa yerə çəkməyi xahiş edirdi ki, müəllimlərin bahalı
avtomobillərini mağara yaxınlaşdırsınlar, bu cənablar mağardan çıxanda birdən
maşına qədər 12 metr piyada gedərlər, ayaqqabılarının altı toz olar.
Əyani vəsait-2
Xülasə, bizdə iş yerində
müdirə, məclisdə vəzifəli şəxsə, tədbirdə tanınmış adama, kitabda-qəzetdə-internetdə
nüfuzlu insana yaltaqlanmaq adi haldır. Bunda yaltaqlıq edilən şəxslərin də
böyük rolu var- onlar həmin şəxslərin “əziyyətini” necə lazımdırsa
qiymətləndirirlər.
Məndən sizə amanat- həyatda və
işdə uğur qazanmaq istəyirsinizsə, mütləq rəhbər şəxslərə yaltaqlanın, qonşuda,
qohumda, dostların içində kimlərin pulu-vəzifəsi varsa, ona quyruq bulayın. Kasıb
qohumunuz öləndə siyahiya 10 manat yazdırın, amma varlı qohumunuz öləndə 100
manat. Məclisdə varlı qohumunuzu yuxarı başa keçirin, kasıbı qapının ağzına oturdun.
Ayıbdır, yaxşı düşməz.
Xülasə, boş-boş seriallara baxmaqdansa, bu elmi dərindən öyrənin, peşman olmazsınız. Siz mən deyənləri eləyin, əgər vəziyyətiniz əvvəlkindən xeyli yaxşı olmasa, bu mən, o da siz, gəlin itin abrını verin mənə. Etiraz eləyən yaltaqdır… pardon, namərddir.
Keçən ilin statistikasına görə, Böyük Britaniyada cinayətkarlıq səviyyəsi Azərbaycanla müqayisədə 30 dəfə çoxdur!
Londonda terror aktından bir kadr
Xəbər
verildiyi kimi, İngiltərənin Xarici İşlər Nazirliyi UEFA Avropa Liqasının final
oyunu üçün Bakıya gələcək vətəndaşlarını xəbərdar edib: «Final oyunu ərəfəsində
insanların sıx toplaşdığı yerlərdə, bar və «pub»ların qarşısında,
otellərdə dinc insanlara qarşı terror aktları törədilə bilər. Siz şəhərin mərkəzində,
barların yaxınlığında, gecə klublarında soyğuna məruz qala bilərsiniz. Ona
görə də, az işıqlandırılmış yerlərdə, qaranlıq küçələrdə, bar və gecə
klublarının ətrafında tək gəzməyin, üzərinizdə çox pul gəzdirməyin. Çalışın heç
kimə rüşvət verməyin».
Bu xəstə ingilis sayıqlamasını eşidəndə adam gülməkdən birtəhər olur. Böyük ehtimalla ingilis xarici siyasət idarəsində coğrafiya elmindən xəbərsiz adamlar əyləşib, çünki faktiki olaraq Bakını Bağdadla səhv salırlar. Bu ehtimal rüsvayçılıqdır, lakin onu düzəltmək olar, bizim Coğrafiya İnstitutundan oraya bir iki alim ezam edib dünya xəritəsi və ölkələrin vəziyyətləri haqda ingilis diplomatları məlumatlandıra bilərik. Lakin digər ehtimal tam bir rəzalətdir. Bu ehtimala görə, ingilislər öz milli-siyasi-provakativ xislətlərini unutmayıblar. Dünyaya ən çox problem yaradan, son 5 əsrdə 5 qitədə 500 milyondan artıq insanı soyqırım edən, saysız hesabsız terrorist təşkilatlar yaradıb dünyanı dolduran bu dövlətin xarici siyasət idarəsinin Bakı kimi təhlükəsiz nümunəvi bir şəhər haqda bu cəfəngiyyatı həm ölkəmizdə yaşayan 10 milyon insanın, həm də müxtəlif vaxtlarda Bakını ziyarət edən on milyonlarla xarici vətəndaşın bu xəbərdarlığın təxribatdan başqa bir şey olmadığını düşünməsinə əsas verir.
Bakı dünyada azsaylı şəhərlərdən biridir ki, hətta gecə belə tək-tənha bütün şəhəri gəzə bilərsən, nə səni soyan olar, nə öldürən. Lakin İngilitərədə belə bir şəhəri mənə heç kim göstərə bilməz.
Ötən illərin statistikasına görə, Azərbaycanda əhalinin hər 100 min nəfərinə 264, Böyük Britaniyada isə 7178 cinayət hadisəsi qeydə alınıb. Yəni, Böyük Britaniyada cinayətkarlıq səviyyəsi Azərbaycanla müqayisədə 30 dəfə çoxdur!
Biz bəziləri kimi İŞİD və sairə bu kimi terrorist təşkilatlar yaratmamışıq ki, onların üzvləri bizim otellərdə dincəlsin, narkotika istifadə eləsin və birdən beyinləri qızıb terror eləsinlər. Ya da Şərq ölkələrinin əhalisinə qarşı qırğın törətməmişik ki, onlar da əvəzini çıxmaq üçün Bakıda terror törətsinlər. İŞİD və Əl-Nüsrə terroristlərinin əlini-qolunu sallaya-sallaya gəzdiyi yerdə şəkillərinin çəkildiyi şəhər də London idi, Bakı deyildi. Belə hallardan narahat olacaq ölkələr Azərbaycan deyil, Amerika və İngiltərədir.
Bakı. Avropa Olimpiya Oyunları
Bakıda
saysız hesabsız beynəlxalq yarışlar, dünya səviyyəli digər tədbirlər keçirilib,
heç birində də nə terror baş verib, nə turistə zərər vurulub, nə də kimdənsə rüşvət
istənilib. Bakıda cinayətkarlığın səviyyəsi dünya üzrə an aşağılardan biridir,
Londondan isə xeyli aşağıdır.
Keçən il Numbeo tədqiqat bürosunun 2018-ci ildə yüksək cinayətkarlıq səviyyəsinə görə dünyanın 327 şəhəri arasında tərtib etdiyi reytinqdə ən təhlükəsiz 41 şəhərin arasında Bakı da var. Təhlüksəzilik reytinqində Bakı təkcə Londonu deyil, Madrid, Roma, Brüssel, Moskva, Los-Anceles, Çikaqo, Toronto, Paris, Berlin, Sankt-Peterburq və İstanbul kimi şəhərləri də qabaqlayıb.
Yaxşı
olar ki, İngiltərə XİN ingilisləri Londonda soyğundan, terrordan necə qorunmaq lazım
olduğu haqda təlimatlandırsın. Bu şəhərdə baş verən cinayətkarlıq və terror
aktları barədə mediada xəbərlərin ardı kəsilmir.
Dünyaya özünü mədəni xalq, nümunəvi ölkə kimi göstərib, digərlərini vəhşi xalqların yaşadığı qorxunc bir ölkə kimi qələmə vermək rəzil bir hərəkətdir. Dünya insanları o qədər də axmaq deyil, kimin kim olduğunu, haranın necə olduğunu çox yaxşı bilirlər. Ona görə də, ya İngiltərə XİN hansısa əməkdaşlarının savadsız olduğunu və Bakını Bağdadla səhv saldığını bəyan edəcək və buna görə üzr istəməli, ya da sakit qalaraq Azərbaycana qarşı təxribat etdiyini etiraf etmiş olacaqdır. Hər iki hal İngiltərə üçün rəzalətdir.
Ötən il orqan köçürülməsi əməliyyatlarının sayı 30% artıb
Azərbaycanda orqan transplantasiyası məsələsi yenidən aktuallaşıb. Söhbət ölüm diaqnozu qoyulan şəxslərdən orqanların götürülməsi ilə bağlıdır. Müvafiq qanun layihəsi parlamentə təqdim olunub və müzakirəsi aparılır. Bu mövzuda fikirlər fərqlidir. İlk baxışda humanist bir addım kimi görünsə də, heç də elə deyil. Məsələnin alt qatlarında daha dəhşətli faciələr yatır.
Yeni qanun bu cinayətə yaşıl işıq yandıracaq
Düzdür,
kimisə xilas etmək üçün kiminsə orqanını bağışlaması humanist hərəkətdir. Lakin
burada çox mürəkkəb məsələlər var. Əvvəla, tam ölüm zamanı heç bir orqan
götürülüb köçürülə bilmir, çünki o orqan yararsız olur — göz qişasından başqa. Əgər müvafiq qanun qəbul
olunsa, bu halda həkimlər beyin ölümü diaqnozu qoyduqları xəstənin hələ
tam ölməmişkən orqanlarını götürə bilərlər. Halbuki, adam hələ həyatdadır. Bundan qlobal
orqan mafiyası necə lazımdır istifadə edir və dövriyyəsi trilyonlarla ölçülür.
Beyin ölümü və digər bu tip tibbi diaqnozları təsdiq edən elmi mərkəzlər də həmin
qlobal mafiyanın nəzarətindədir. Üstəlik, beyin ölümünün təyin olunma mexanizmi
və bunun tam ölüm sayılması barədə dünya elmi tibb mərkəzləri həmfikir deyil.
Son illərdə beyin ölümü faktının əleyhinə daha çox elmi faktlar ortaya qoyulur.
Beyin ölümü belə insanın tam ölümü demək deyil. Bu halda sağ
insanın orqanları onun icazəsi olmadan, yəni, onu vaxtından tez öldürərək
alınma halıdır. Beyin ölümü diaqnozundan sonra sağalıb yaşayan minlərlə adam
var dünyada. Bu halda beyin ölümü diaqnozu qoyularaq şəxsin orqanlarının zorla
götürülməsi cinayətdir. Yəni, birini xilas etmək üçün digərini öldürmək cinayət
faktıdır. Hətta ailə üzvlərinin belə buna icazə verməyə ixtiyarı, hüququ
yoxdur, olmamalıdır. Yalnız bədən sahibi öz rəsmi vəsiyyəti ilə buna icazə verərsə,
qəbul etmək olar, o da buna məcbur olması və ya bundan pul qazanmaq fikri haqda
şübhələr olmadıqda. Öldükdən sonra isə, dediyim kimi, heç bir orqanı istifadə eləmək olmur, yalnız
göz hissəsindən başqa.
Bəzi ölkələrdə bu qanunun qəbul edilməsi orqan qaçaqçılığına və ticarətinə vüsət verib. Hətta bəzi müharibələr məhz bu məqsədlə törədilir. Müharibə regionlarında, yoxsul ölkələrdə böyük miqyasda cinayətlər törədilir. Misal üçün, Suriyada, Liviyada, İraqda, Əfqanıstanda, Ukraynada, Misirdə… yüz minlərlə uşağın və girov götürülmüş digər sağlam insanların orqanları zorla alınır və varlı ölkələrə satılır.
Ümumən, Qərbin Suriyada törətdiyi terror və müharibədən sonra bu ölkədə orqanları sağ ikən çıxarılıb öldürülən insanların sayı yüz minlərlə ölçülür. Statistikaya görə, təkcə orqanları çıxarıldıqdan sonra cəsədləri dəfn olunmaq üçün yenidən Suriyaya göndərilənlərin sayı 60 mindən çoxdur. Eynilə Ukraynada və Liviyada da vəziyyət belədir. “Bloomberg”in yayımladığı informasiyalara əsasən, 2009-cu ildə orqanlarının çıxarılması üçün İsrailə göndərilən 25 min azyaşlı uşağın içərisində Azərbaycan, Braziliya, Moldova, Türkiyə, Özbəkistan, Ukrayna, Filippin… vətəndaşlarının olduğu təsdiq olunub.
Bir az da geniş kontekstdə baxsaq, terror, müharibə törədilmiş kasıb Şərq ölkələrində sağlam insanların orqanları zorakı və kütləvi şəkildə götürülüb qərb ölkələrində istifadə olunur. Kasıbların qurban verilməsi səbəbinə varlılar həyat qazanır. İnsana maddi qiymət qoyulur və o, hissə-hissə satılır. Bundan rəzil hərəkət və bundan böyük cinayət ola bilməz. Faktiki olaraq, dünyada orqan köçürülməsində vəziyyət belədir- varlılar alıcı, kasıblar donor rolunu oynayır! Bu da sosial-psixoloji, mənəvi böhranın son həddi, insan cəmiyyətinin ən rəzil sifətidir.
Bu biznesin dövriyyəsi trilyonlarla ölçülür , qurbanları isə milyonlarla
Nəticələrlə
yox, səbəblərin aradan qaldırılması ilə məşğul olmaq lazımdır. Biz bunu
araşdırmalıyıq ki, niyə orqan çatışmazlığı yaranır və bunun qarşısını almaq
üçün çalışmalıyıq. İnsanları sağlam həyat tərzinə, sağlam qidalanmağa, yeri gəlsə,
məcbur etmək lazımdır. Qida təhlükəsizliyi maksimum təmin olunmalı, zərərli vərdiş
və texnologiyalara qarşı mübarizə aparılmalıdır.
Yoxsa, kimsə heç bir qaydaya riayət etmədən yaşayır, kefini sürür, nəticədə orqanı sıradan çıxır, kimsə də insan kimi sağlam həyat tərzi sürür, sağlam orqanı olur, sonra o varlı və harın şəxsin kefcil və bivec həyat tərzinin ağır nəticələrinin əvəzini bu kasıb olan insan ödəyir. Burda ədalət hardadır? Yalnız bir halda bunu etmək olar. Bir insan yalnız özü şəxsən və çoxsaylı şahidlərin iştirakı ilə öz orqanını kiməsə verə bilər, misal üçün, yaxın adamını, ya da hansısa bir şəxsi xilas etmək üçün heç bir pul tələb etmədən. Orqan bir şərtlə verilə bilər ki, o, bərpa olunan olsun, şəxsin ölümünə, əlilliyinə səbəb olmasın. Əks halda, bu qərar orqan ticarətinin çiçəklənməsinə stimul yaradacaq ki, bu da həyatda ən ağır cinayətlərdən biridir. Bu qanunun qəbulu yalnız tibb elmi tam ölmüş insanın orqanlarından istifadə edə biləcək səviyyəyə çatdıqda reallaşa bilər. Əks halda cinayətkarlığı təsbit və təbliğ edən bir qanun olacaq.
Uzun zamandır ki, hamı gileylənir ki, bəs zəmanə korlanıbdır, cəmiyyətdə mənfi xüsusiyyətlər bərqərar olubdur, yalançılıq əsas qabiliyyət sırasına gəlibdir, heç kimə inanmaq olmur. Doğru buyururlar, həqiqət budur ki, xalqımız son dövrlərdə yeni azara mübtəla olubdur- yalançılıq azarına. Gecə-gündüz bu məmləkətdə hamı bir-birini aldadır. Bazarda, məktəbdə, nəqliyyatda, idarədə, zavodda, televiziyada, qəzetdə, lap elə parlamentdə…
Bazarda 1 kq əvəzinə sənə 700 qram meyvə çəkən alverçidən inciməyə dəyməz, axı o yetim də ona-buna haqq verəndən sonra özünə 5-10 qəpik çörək pulu qalmalıdır. Ya da “yumurtanı təzə gətirmişəm öz həyətimdən” deyən arvada inanıb evdə köhnə lax yumurtanı yeyə bilməyəndə ona söyməli deyilsən ki? Adamın çörəyi yalandan çıxır.
Yainki, bir yeməkxanada oturub yemək yeyirsən, şotda sənə xeyli kələk gəlir, and-aman edir ki, dədə balasi, bəs biz halal məhsul alırıq, ona görə də bahadır. İndi neyləmək olar, gərəkdir ki, bu yalanı udasan, yediyin texniki palma yağında GMO ərzaqdan bişirilmiş «halal» yeməyi geri qaytara bilməzsən ki?
Ya da ki, əliyandıma düşmüsən, maaşa da hələ bir kaç gün qalmışdır, bir dostundan 5 günlüyə allı manat borc istəyirsən, deyir ki, sən öl, özüm ölüm, Quran haqqı yoxumdur. Amma sabah eşidirsən ki, sağlığına qismət olsun özünə bahalı maşın alıbdır. Haindi yalan deyir deyə vurub onu öldürəkmi?
Və ya tutaq ki, bankdan kreditlə bir miqdar pul tədarük etmisən, istəyirsən ki gedib bazardan bir köhnə maşın alıb çax-çux eləyəsən ki, balalar ac qalmasın. Orada bir ağdamlı qaqamız da sənə and içib aman eləyibdir ki, seyid nə bilim kim ağanın (adı yadımdan çıxdı dar macalda) cəddi haqqı top kimidi, çörəkli maşındı, səhər 6 min təklif elədilər vermədim, 5 ver apar əlini qulağının dibinə qoy sür. Bir neçə gün sonra maşının hər yeri tökülüb itəndə gedib ona nə deyəcəksən ki? Adama deməzmi ki, qaqa, yadına gəlirmi, o irəli bazarda səndən 1 meşok kartof aldım, and içdin ki 30 kilodur, evə gətirəndə çəkdim gördüm 23 kilodur. Arvad itin abrını verdi mənə, rəzil elədi. Mən gəlib sənə bir söz dedimmi? Bə hamımız bir-birinizlə dolanırıq dana. Nağarmalıyıq?
Bu cür hadisələr məmləkətimizin hər vilayətində vaqe olur. Məsələn, “Balam ölsün yalan deyirəmsə, öz inəyimin südüdür” deyən novxanılı arvadın həyətində stolovoy zibilləri ilə qidalanan cəmi bir inəyi var, amma butun Sumqayıta süd, qatıq satır. İncəfara, onun süd, qatığı yaman yağlı olur. Bunun özü də bir əziyyətdir, get zibillikdən sellofan paketləri, plastik butulkaları yığ, sonra onu gətir ərit südə qat. Bəli, bu tam bir əziyyətdir.
Düzdü, bu əməli ilə başqalarının körpə uşaqlarını zəhərləyib sağalmaz bəlalara giriftar eləyir, amma bu arvad cənnətə düşəcəyinə əmindir. Deyir ki, mən namaz qılıram, Məşhədə, Həccə getmişəm, kasıb-kusuba əl tuturam, məsələn, bəzən onlara nisyə süd də verirəm.
Bibinin dediyinə görə, o dünyada bunu məhkəmə qarşısına çıxaranda ki, bəs sən xalqı niyə zəhərləyirdin, o da kəmali-ədəblə cavab ərz edəcək ki, bəs mən neyləməliydim, 180 manat pensiyanın 80 manatını kommunal xərclərə, 100 manatını da həkimlərə, dərmanlara verib özüm acından öləydimmi? Bu yerdə ədalət məhkəməsinin boğazı quruyacaq, axı ilahi qanunlara görə də hər bəndənin özünü müdafiə etmək, kürreyi-ərzdə yaşamaq hüququ vardır. Beləliklə, də bu arvadı məcbur cənnətə salacaqlar.
Yainki, götürək bir həkimi. Ağır bir azara mübtəla olub çarə üçün yanına gələnlərə düzgün müalicə yazsa, «ağrın alem verdiyin 20 manat şirinliyi halal elə» deyib ondan rüşvət almasa necə dolanar, lap acından ölər ki? Sən özün ol, bir dərman firmasının nümayəndəsi gəlib sənə desə ki, həmşərim, bəs xəstələrə filan dərmanları yazsan, hər birində filan qədəri sənindir, üstəlik hər yay səni xaricə sanatoriyaya göndərəcəyik, neyləyərsən? Necə? Razı olmazsan?! Get özünə ala! Biz hərif zad deyilik.
Məgər sənin uşaqların iqruşka əvəzinə inək peyini ilə oynayır, yainki, arvadın toya qoyun dərisi geyib gedir, bəlkə sən yemək əvəzinə havayla dolanırsan? Keçməz, qaqaş! 200-300 manatla sən vicdanını qoruya bilməzsən! Qorusan da külfətin acından ortalıqda ölər, camaat sənin cəmdəyinə tüpürər!
Uzun sözün qısası, bu bəla, yəni yalançılıq azarı yoluxucu xəstəlik kimi əksər vətəndaşlarımızı giriftar edibdir. Hətta, adam bir gün yalan danışmayanda özünü birtəhər hiss eləyir, elə bil ki, boynuyoğun bir gədə səni öz yalan danışmaqla tikdirdiyi imarətində eşşək kimi işlədib, axırda da pulunu verməyib.
Beləliklə, aşikar olur ki, məmləkətimizdə məmə yeyəndən pərə deyə hamı yalan danışır. Bir para adamlar deyirlər ki, burda obyektiv səbəblər də vardır. Yəni, bütün bunlar gərdişi-dövrani-kəcrəftarın nəticəsidir. Nöşün ki, indi əvvəlki zamana deyildir, adamların çörəyi daşdan çıxır. Ona görə də yalançıları qınamaq müstəhəb deyildir.
Əmma mən bu kimi söhbətlərə heç inanmam. Nədən ki, əvvələn, dünyada kasıblıq çəkən, müxtəlif növ bəlalara mübtəla olan şəxslər təkcə haman bu şəxslər deyil ki, bəs o qeyri millətlərdən olan fəqir-füqəra niyə belə həngamədən çıxmır?
Saniyən, elə hesab edək ki, bu cəmaətin müəyyən bir hissəsinin başqa yolu yoxdur, bu binəvalar məcburən bu cinayətlərdə bulunurlar, o tövrdə bəs bir para rüşvətxor məmurlar, naməlum yollarla sərvət sahibi olan zəngin biznesmenlər, lap elə yataq paltarında efirə çıxan yarılçılpaq müğənnilər niyə xalqa yalan danışırlar? Məgər onların da balaları evdə acından ölür?
Salisən, bütün günü yalandan özünü, malını, bədənini tərif edən kəslərin bunda məqsədi nədən ibarətdir ki? Axı onların, Hacı Qaranın sözü olmasın, bir qara qəpiyə dəymədiyini özləri də daxil hər kəs bilir.
Müxtəsər, bu bəhanələr heç də məntiq və insanlıq elminə müğayir deyildir, nədən ki, bir çox vicdanlı şəxslər var ki, öz halal qazancları ilə yaşayır, hər nə qədər yoxsul olsa da vicdanını itirmir, yalan danışmır, onlar ölürlərmi?
Ol səbəbdən də mən bir para şəxslərin belə əməllərə haqq qazandırmasına müzayiqə edə bilmənəm.
Burda məsələ başqadır. İndi mən deyim sən qulaq as! Bu xalqın içində ki, kimi dindirirsən deyir ki, mən Allah adamıyam ha, o saat bil ki yalan deyir. Belələri digərlərindən daha çox başqalarını aldadır, badalaq vurur, oğurluq edir, haram yeyir, qonşusu ac ikən yumşaq yorğan döşəkdə kababla doldurduğu qarnını sığallaya-sığallaya yatır ki, səhər durub orda-burda mənafeyi-millətdən, əxlaqi-insaniyyətdən dəm vursunlar.
Əşi, qorxmayın, nə axirət məhkəməsi var, nə də bizdə yalan danışmağa görə kimisə qazamata salmırlar. 5 günlük dünyadır, yeyin-için kef eləyin. Şəxsən bəndəniz belə eləyir, hər gün yalan danışıram. Məsəlçün, o gün bir məclisdə yalandan durub cəmaətimizin yalnız müsbət xüsusiyyətlərə malik olduğuna dair mükəmməl bir nitq irad eləmişəm. Nağayrım, bəlkə durub orda həqiqəti deyim adamlar əlinə keçən qab-qaşığı başımı vursun? Xeyr canqardaş, keçəl suya getməz. Elə bu yazını da yalandan yazdım. Burda dediklərim bizim cəmiyyətdə olmur atam qərdeşim, ağzım… pardon, yəni, əlim öyrəşib deyə yalan yazdım. Ona görə də bəndeyi-həqirinizin günahından keçin.
Dünya elmi-fantastik ədəbiyyatı antologiyası: I cild
“Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan bu kitaba Edmond Hamilton, Endrü Norton, Artur Klark, Alfred Van Qoqt, Mişel Demüt, Yanuş Şablitski, Nils Nilsenin əsərləri daxil edilmişdir. Oxucuların diqqətinə təqdim edilən bu əsərlərdə fantastika janr rəngarəngliyinə görə klassik bədii ədəbiyyatdan, demək olar ki, fərqlənmir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. EDMOND HAMİLTON (ABŞ) Ulduz kralları, ENDRÜ NORTON (ABŞ) Kosmosda sarqas, ARTUR KLARK (Böyük Britaniya) Zamanın oxu, ALFRED VAN VOQT (ABŞ) Əcaib canlı MİŞEL DEMÜT (Fransa) İşığı ram edənlər, YANUŞ ŞABLİTSKİ (Polşa) Sən həmişə sənsən, NİLS NİLSEN (Danimarka) Planet satılır.
Son vaxtlar cəmiyyətimizdə zorlamalar,
qadın alveri, boşanmalar, həyat yoldaşına xəyanət halları sürətlə artır. Mənəvi-əxlaqı
DEQRADASIYA pik həddinə yaxınlaşır. Maddi dəyərlər mənəvi dəyərlərin önünə
keçib. Bəs bu tendensiya kimlərdən, nələrdən qaynaqlanır?
Müasirlik işığında
Hamıya aydındır ki, burda
ictimai, kütləvi təbliğatın böyük rolu var. Özəl televiziyalar və bəzi internet
portalları cəmiyyətin bütün mənəvi-əxlaqı ehkamlarını məhv etməyi qarşılarına
məqsəd qoyublar.
Psixologiyanın dəyişdirilməsinə hesablanmış amerikan filmlərində, türk seriallarında, şou proqramlarda, həmçinin internet portalların yaydığı materiallarda saysız subliminal mesajlarla qadın azadlığı adı altında durmadan fahişəlik, boşanmalar, nigahdankənar cinsi əlaqələr təbliğ olunur, həyat yoldaşına xəyanət etməyin yolları peşəkarcasına öyrədilir.
Bunların dediyindən belə çıxır ki, bizim cəmiyyətdə bəzi heyvanlarda olduğu kimi AZAD SEKS olmadığına görə çoxsaylı problemlər yaranırmış, məsələn toydan əvvəl müxtəlif oğlanlarla sevişən qızlarla heç kim evlənmir, nəticədə fahişələr ortalıqda qalırmış.
Xülasə, azad seksin olmamağı
cəmiyyətin inkişafına maneə törədirmiş. Buna görə də, yetkinlik yaşına çatmamış
qızlara və oğlanlara cinsi əlaqənin Qərbdə daha çox dəbdə olan formalarını PRAKTIKI
öyrətmək lazım imiş.
Satılası heç nə qalmayanda
Adamlar, bəlkə haqlıdırlar?
Gəlin, əvvəlcə insan cəmiyyətində, sonra isə heyvanlar aləmində analoji vəziyyəti
qiymətləndirməyə çalışaq, görək arqumentləri nə dərəcədə əsaslıdır.
Baxaq Yaponiyaya, bunlar öz milli mədəniyyətlərini, mənəvi dəyərlərini konservativcəsinə qoruyub saxladıqlarından dünyada ən geridə qalmış ölkəyə çevriliblər. Amma, Afrikadakı bəzi qəbilələrdə toyuqlarda olduğu kimi, azad seks var- KIM KIMI HARDA TUTDU cinsi əlaqəyə girir- deyə mədəni, elmi, texnoloji cəhətdən ən inkişaf etmiş cəmiyyət və dövlət yaradıblar.
Toyuq demişkən, elə heyvanlar
aləmində də bunların arqumentlərinə uyğun hallar var. Məsələn, xoruz və
toyuqlar arasında seksual münasibətlər son dərəcə azaddır deyə necə ağıllı,
sağlam və yaradıcıdırlar, gözəl ailə sistemi, mənəvi dəyərləri var, hətta
yüksək elmi-texnoloji səviyyəyə çatıblar- daha yumurtani nanotexnoloji üsulla GÜNDƏ
3 DƏFƏ, özü də əlvan naxışlarla istehsal edirlər. Toyuqlardan dərs götürmək
lazımdır.
Azərbaycanda onsuz da, qeyri-rəsmi
fahişəxanalar çoxdur. Sadəcə bunlar ölkəni, BÜTÖVLÜKDƏ fahişəxanaya çevirmək
istəyirlər.
Guya bu ölkədə fahişələrin bədənlərini satmasına əngəlmi var? Biz tolerant cəmiyyətik, kim harda, kimə, neçəyə istəyir bədənini satır, kimsə bir söz deyirmi?! Amma təbliğat aparıb yeniyetmə və gəncləri pozğun həyat tərzinə həvəsləndirmə cəhdinə qarşı ADEKVAT CAVAB ALACAQLAR.
Ğzəl televizyaların maarifləndirmə funksiyası
Azad seks təbliğatı aparanlar, ailə həyatında ciddi problemləri olanlardır. Harda bir BOŞANMIŞ qadın var televiziyada xalqa ailə dərsi keçir, harda pozğun əyyaş kişi ya da cinsi oriyentasiyası pozuq var- gəlib mediada ictimai və fərdi əxlaq sahəsində “maarifləndirici” fəaliyyət göstərir.
Bəs bunlar niyə belə edirlər? Sadəcə, məşhur prinsipə görə, bədbəxt istəyir ki HAMI ONUN KIMI OLSUN. Onda rahatlıq tapır ki, tək mən belə deyiləm, belələri çoxdur.
Şəxsən mən fahişələrin əleyhinə deyiləm. Onlar olmasa, bu qızmış yanıq gədələr camaatın qız gəlinini harda tutdu zorlayarlar. Mən fahişəliyin təbliğinin, kütləviləşməsinin əleyhinəyəm.
Ümumiyyətlə, ölkədə qadın alverinin, narkotikanın, digər zərərli və təhlükəli halların təbliği qadağandırsa, onda fahişəliyin təbliği də qanunla QADAĞAN olunmalıdır. Mətbuat Şurası, Milli Teleradio Şurası mediada mənəvi dəyərlərə təcavüzə qarşı daha ciddi tədbir görməlidir. Bu, bir milli təhlükəsizliik məsələsidir. Necəmi?
Televiziyamız: dünən və bü gün
Heç kəsə sirr deyil ki, ABŞ MKİ (CİA) şefi Allen Dallesin SSRİ-yə qarşı “MƏHVETMƏ” planına bənzər doktrinalar hələ tam mənəvi deqradasiyaya uğramamış cəmiyyətlərə, o cümlədən Azərbaycana tətbiq edilir. Əxlaqsızlığın təbliği xüsusi mərkəzlər tərəfindən peşəkarcasına təşkil və idarə olunur. Bu qlobal prosesin effektiv aparılması üçün yüz milyardlarla dollar vəsait ayrılır.
Dallesin planından mövzumuza
birbaşa aidiyyatı olan bəzi detallara nəzər salaq. “…Biz bütün gücümüzü
insanların axmaqlaşdırılması və səfeh yerinə qoyulmasına yönəldəcəyik!
İnsan beynində XAOS yaradaraq,
onların dəyərlərini saxtalarıyla dəyişəcəyik və onları bu SAXTA DƏYƏRLƏRƏ inanmağa
məcbur edəcəyik. Necə?
Biz orada öz həmfikirlərimizi, müttəfiqlərimizi tapacağıq.
Məsələn, incəsənət və ədəbiyyatdan
tədricən onun sosial mahiyyətini çıxaracağıq… Ədəbiyyat, teatr, kino ƏN ALÇAQ
INSANI HISSLƏRI təsvir və mədh edəcək.
Biz insanların şüuruna SEKS,
ZORAKILIQ, SADIZM, SATQINLIQ kultunu, bir sözlə hər cür ƏXLAQSIZLIĞI yeridən və
yayan adamları dəstəkləyəcəyik…
21-ci əsrin adamları
ÇOX AZ ADAM NƏ BAŞ VERDIYINI BAŞA
DÜŞƏCƏK. Lakin biz onları köməksiz vəziyyətə salacaq, gülüş obyektinə
çevirəcəyik, onları şərləməyin və cəmiyyətin tör-töküntüsü adlandırmağın yolunu
tapacağıq. Xalq əxlaqının əsaslarını təhrif edərək məhv edəcəyik.
…Biz bu yolla nəsli nəslin ardınca
sarsıdacağıq. İnsanların üzərində UŞAQ, YENIYETMƏ yaşlarından işləyəcəyik, əsas
stavkanı isə həmişə GƏNCLƏRƏ edəcəyik- onları mənəviyyatca korlayacaq, onlardan
HƏYASIZ, HEYVƏRƏ VƏ KOSMOPOLITLƏR düzəldəcəyik. Biz bunu bax belə edəcəyik!”.
«Neft
ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər. Sadəcə
dollar məsələsi qalıb. Amerikanın əlindən bu son silahını da almağın
vaxtıdır»
Ötən gün
Rusiya Mərkəzi Bankı müxtəlif valyutalarda olan ehtiyatların bölgüsünü
açıqlayıb. 2018-ci ilin raporuna görə, Bank bundan sonra öz pul ehtiyatlarını
ABŞ dollarından çıxararaq avro, yuan və qızıl aktivlərinə üstünlük verəcək.
Rusiyanın maliyyə naziri Anton Siluanov da deyib ki, ölkədəki neft-qaz şirkətlərinin
ödəmələrində dolların payını maksimum azaltmaq üçün hökumətə proqram təqdim
ediləcək. Rusiyanın beynəlxalq valtuya ehtiyatlarında dolların payı 2017-ci illə
müqayisədə 23 faiz aşağı düşüb. Məlumdur ki, ötən ilin aprelində ABŞ Rusiya
biznesmenləri, dövlət və özəl şirkətlərinin rəhbərlərinə qarşı 2014-cü ildən bəri
ən sərt sanksiyaları tətbiq edib. Bundan sonra ölkə rəhbərliyi Rusiya
iqtisadiyyatının «dollarsızlaşdırılması” üçün addımlar atmağa başlayıb.
Elçin Bayramlı ASAM sədri
Rusiya tərəfindən atılan addımları «Şərq”ə dəyərləndirən «Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəriElçin Bayramlı deyib ki, Amerikanın özünə tabe olmayan ölkələrə qarşı əlindəki təzyiq silahı yaşıl dollardır: «ABŞ qlobal maliyyə birjalarını min-bir fırıldaqla ələ keçirib. Ona görə də dollarla istənilən ölkənin iqtisadi sisteminə zərər vura bilir. İran, Türkiyə, Rusiya və s. məhz bunun ziyanını çəkirlər. Qlobal maxinasiyalardan qurtulmağın yeganə yolu dollarla həyata keçirilən əməliyyatları ləğv etməkdir. Rusiya artıq de-dollarizasiya prosesini başa çatdırmaq üzrədir. İran və Türkiyədə müəyyən işlər görülür. Bu ölkələr ticarətlərini və maliyyə hesablaşmalarını öz milli valyutaları ilə və qızılla aparmağa çalışırlar. Əks halda süni yolla dolların uçot faizi artırılacaq və ölkələrin sərvətləri çox ucuz qiymətə talanacaq. Dolların məzənnəsinin dəyişməsi və neftin qiymətinin süni ucuzlaşdırılması nəticəsində bizə də 15 milyard dollara yaxın zərər dəydi. O baxımdan ölkələr ABŞ-ın dollar oyununa qarşı çıxış yolu axtarırlar”.
İqtisadçı
vurğulayıb ki, artıq neftin qiymətinə müdaxilə minimuma endirilib: «Neft
ölkələri ortaq məxrəcə gələrək istehsalı və qiyməti tənzimləyə bildilər. Sadəcə dollar məsələsi qalıb. Amerikanın əlindən
bu son silahını da almağın vaxtıdır. Rusiyaya gəldikdə isə, düşünmürəm ki, təkcə
ABŞ-ın sanksiyasından ciddi zərər çəksin. Dünyada əməkdaşlıq etmək üçün 200 ölkə
var. Türkiyə və İran da müəyyən qədər ziyan görsələr də, son nəticədə proses
onların xeyrinə olacaq. Misal üçün, Amerika və ona tabe olan bəzi ölkələrin
sanksiyasından və dolların süni bahalaşmasından sonra Rusiya və İranda yerli
istehsal artıb, idxal isə azalıb. Türkiyədə bu proses sürətlənib. Fikrimcə,
getdikcə daha çox ölkə de-dollarizasiya prosesinə qoşulacaq. Əgər neftin qiymətinin
dollara bağlılığını aradan qaldıra bilsələr, dollar vasitəsilə dünya ölkələrini
talamaq mümkün olmayacaq”.
60 milyon insanın
həlakı, onlarla ölkənin, on minlərlə şəhər kəndin dağılması ilə müşayiət olunan
II Dünya Müharibəsi illəri bəşəriyyət tarixində ən ağır və dəhşətli dövr oldu.
Almaniya və İtaliyada meydana gələn faşizm kabusu nəinki bu ölkələrin özünü,
bütün bəşəriyyəti təhlükə altına almışdı.
9 may faşizm üzərində qələbə günüdür
Bu müharibənin ən böyük və ən əsas hissəsi Böyük Vətən Müharibəsidir. Çünki müharibənin əsas hədəfi SSRİ oldu. Bəşəriyyəti faşizmdən isə elə Sovet İttfaqı xilas etdi. 1945-ci il mayın 8-i gecəsi Almaniyanın təslim olması haqda müqavilə imzalandı- bu kapitulyasiya, əslində, Yaponiya ilə haqq-hesabın daha sonra çürüdülməsinə baxmayaraq, bəşəriyyət tarixində ən dəhşətli müharibənin sona çatmasını xəbər verdi.
Böyük Vətən
Müharibəsi illərində Sovet xalqları dünya tarixində misli görünməmiş qəhrəmanlıq göstərdilər.
Almaniya işğal etdiyi 6 dövlətin orduları ilə birlikdə SSRİ-yə qəfil hücum
etmişdi və hazırlıqsız yaxalanan Qızıl Ordu çətin vəziyyətə düşmüşdü.
Düşməndən canlı qüvvə, silah-sursat və hərbi texnika sayına görə 3 dəfə zəif olan Sovet Ordusu 7 Avropa dövlətinə qarşı döyüşməli olduğu bu qeyri-bərabər müharibədə yüksək mənəvi-ideoloji üstünlük, vətənpərvərlik, döyüşkənlik, xalqın birliyi, arxa cəbhənin ağlagəlməz dərəcədə gərgin zəhməti və nəhayət Stalin, həmçinin Jukov, Rokossovski başqa olmaqla Sovet generalitetinin ağıllı taktikaları sayəsində qalib gəldi.
Ümumiyyətlə,
Sovet xalqının və ordusunun müharibədə qalib gəlməsinin əsl səbəblərini anlamaq
üçün Boris Polevoyun “Əsl insan dastanı” əsərini oxumaq da kifayət edər.
Moskvada keçirilən Qələbə paradından bir görünüş
Böyük Vətən Müharibəsində tarixdə misli-bərabəri görünməyən qəhrəmanlıq nümunələri göstərildi. Bunlardan “Brest qalası”, “Leninqrad mühasirəsi”, “Stalinqrad döyüşləri”, “Moskva müdafiəsi” və tarixin ən böyük döyüşü olan “Kursk döyüşü”nü göstərmək olar.
Bu qələbədə respublikamızın
da əvəzedilməz xidmətləri oldu. Azərbaycan xalqının oğul və qızları həm agır
döyüşlərin getdiyi cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq
nümunələri göstərdilər.
Qısa zamanda
respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstəsi təşkil
olundu. 1941-1945-ci Azərbaycanın 3,4 milyon əhalisindən 600 mindən çoxu cəbhəyə
yollanmışdı ki, onlardan da yarısı döyüşlərdə həlak oldu. Azərbaycan
diviziyaları Qafqazdan Berlinəcən mübariz döyüş yolu keçdilər.
130-a yaxın həmyerlimiz
Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bunlardan Həzi Aslanov (2 dəfə),
Adil Quliyev, Ziya Bunyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov,
Mehdi Hüseynzadə və başqalarını göstərmək olar.
2 dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanov
Bundan başqa, 30
nəfər Şərəf ordeni ilə təltif olundu. Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan
Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə xalqımızın şərəfli tarixinə yeni sətirlər
yazdılar. Ümumilikdə isə, 170 mindən artıq Azərbaycan əsgər və zabiti SSRİ-nin
müxtəlif orden və medalları ilə təltif edildi.
Respublika
iqtisadiyyatı cəbhə üçün işləməyə başladı. Az bir vaxtda Bakı Qızıl Ordunun ən
mühüm cəbbəxanalarından birinə çevrildi. Müharibə illərində Bakıda cəbhə üçün
130 növ silah və döyüş sursatı da istehsal olunub.
Böyük çətinliklərə
baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi
yanacaqla təmin edirdilər. 1941-ci ildə Azərbaycan SSR tarixində ən çox- 23,5
millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 70%-dən
çoxunu təşkil edirdi.
Ümumiyyətlə,
müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, o cümlədən
22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Qətiyyətlə demək
olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti də əsas amillərdən
biri oldu.
Lakin Azərbaycan
xalqının bu müharibədə əsas xidməti cəbhəyə neft vermək deyildi. Yüz minlərlə əsgərimizin
qəhrəmancasına döyüşməsi, arxa cəbhədə mütəşəkkil və gərgin fəaliyyət əsas rol
sayılmalıdır.
Berlin 1945. Sovet əsgəri Reyxstaq üzərinə Qələbə bayrağını sancır.
Bu gün 9 may Qələbənin ildönümü günündə Böyük Vətən Müharibəsində həlak olmuş, döyüşüb sağ qalmış, arxa cəbhədə vətən üçün var gücü ilə çalışmış bütün qəhrəmanları hörmətlə yad edirik. Onlar dünya tarixinin ən böyük və ən dəhşətli müharibəsində tarixin ən böyük qəhrəmanlığını göstərdilər. Onlar dünyaya insanlığın hər şeydən üstün olduğunu əyani nümayiş etdirdilər. Onlar öz Vətənlərini, öz xalqlarını və bütün bəşəriyyəti qorxunc faşizmdən xilas etdilər. Onlar tariximizə öz qanları ilə şərəfli bir səhifə yazıb getdilər.
Böyük Vətən Müharibəsi qəhrəmanlarına əbədi eşq olsun!
Heç kim unudulmayacaq, heç nə yaddan çıxmayacaq !
Reyxstaqın alınmasında iştirak edən babam Əhməd Paşayev (yuxarıda, sağda) döyüş yoldaşları ilə. Foto 1945-ci ilin mayında Berlində çəkilib.
Fəxr edirəm ki, mənim babam da Böyük Vətən Müharibəsində Berlinədək döyüş yolu keçib, qəhrəmanlıq göstərib, orden və medallarla tətif olunub.
Aldığım
dəqiq məlumata görə, Elinanın intihar etdiyi Bakı şəhəri 162 nömrəli orta məktəbdə
daha bir şagird intihara
cəhd edib. Belə ki, məktəbin 5-ci sinif şagirdi olan bir qız da özünü 3-cü mərtəbədən
atmaq istəyirmiş. Səbəb də odur ki, ad günündə sinif yoldaşları buna hədiyyə almayıblar. Sinif
yoldaşının partasına “zapiska” yazıb qoyub ki, bəs mən ad günümdə hədiyyə
almasam yaşaya bilmərəm. Daha məni görməyəcəksiniz.
162 nömrəli orta məktəb. Bakı.
Vəziyyətdən
xəbər tutan müəllim uşaqları başa salıb, qısa müddətə dərsdən buraxıb, tez tələsik
yaxınlıqdakı mağazalardan hərəsi bir şey alıb gətirib buna hədiyyə ediblər. Məktəb
rəhbərliyi və müəllimlər də sinifə dəvət olunub, qıza şan-şöhrətli bir təbrik mərasimi
keçiriblər və bununla da uşağı birtəhər intihar fikrindən daşındırıblar.
Böyüklər cəhənnəmə, azyaşlı uşaqlar da artıq tam demokratik inteqrasyon olublar. Özəl televiziya və radiolar təcili bağlanmalı, 16 yaşdan aşağı uşaqların internetə girişi sərt şəkildə qadağan edilməlidir. Özümüz heç, bizim üçün gecdir, uşaqları qlobal psixotron terrordan qorumalıyıq.
Rəhim Qazıyev: “Şuşada olan
silah-sursatla şəhəri 1 ay müdafiə etmək olardı. Amma, siyasi oyunlar və
təxribatlar öz işini gördü”
Bu müsahibə 10 il qabaq götürülüb və
o vaxtkı mətbuatda dərc olunub. Maraqlı olduğunu nəzərə alıb təkrar dərc
edirik.
Rəhim Qazıyev, keçmiş müdafiə naziri
1992-ci il mayın 8-i tarixi Azərbaycanın Qarabağ müharibəsində ən ağrılı məğlubiyyəti və hər bir azərbaycanlı üçün çox əziz bir şəhərin itirilməsi faktı ilə yadda qalıb. Həmin vaxt baş verənlər haqda müxtəlif fikirlər və ziddiyyətli açıqlamalar səslənib. Uzun illər sonra bu məğlubiyyətin səbəblərini necə izah etmək olar? Sabiq müdafiə naziri Rəhim Qazıyevlə söhbətimizi elə bu suala aydınlıq gətirmək üçün təşkil etdik…
— Rəhim bəy, həmin dövrdə
müdafiə naziri olmuş bir şəxs kimi Şuşanın işğalı ərəfəsində ölkədə yaranmış
hərbi-siyasi situasiyanı necə təsvir edə bilərsiniz?
— O dövrdə Azərbaycan ordusu
hələ formalaşmamışdı, Müdafiə Nazirliyi demək olar ki kağız üzərində idi. Təbii
ki, Şuşa və Laçının işğalı mənim müdafiə naziri olduğum dövrdə olub və mən
bunun məsuliyyətini çiynimdən atmaq fikrində deyiləm. Amma, bir məsələ var- mən
həmin gərgin vaxtda nəyi edə bilərdimsə və bunu etməmişəmsə, günahım olan
məsələlər hər hansı bir arqumentlə, faktla sübuta yetirilərsə, mən cəzamı
çəkməyə hazıram.
Sadəcə olaraq, yenicə
müstəqilliyini əldə etmiş və zəif halda olan Azərbaycan həmin illərdə siyasi
məkrli məqamlarla qarşılaşdı. İstər xarici maraqlı qüvvələrin, istərsə də
daxildə hakimiyyətə gəlməyə çalışan qüvvələrin meydan sulaması üçün münbit
şərait yaranmışdı.
1991-ci il oktyabr ayında,
yəni, Müstəqillik Aktı qəbul olunduqdan sonra prezident Ayaz Mütəllibovun
fərmanı ilə heç bir maddi-texniki baza və peşəkar hərbi kadrların olmadığı halda
Müdafiə Nazirliyi yaradıldı.
Azərbaycana qarşı elan
olunmamış müharibənin 4-cü ilində yaradılan Müdafiə Nazirliyi ancaq kağız
üzərində mövcud idi. Bu müharibənin şiddətləndiyi dövr bizdə siyasi karyera
əldə etmək istəyən iddialı siyasətbazların yetişdiyi bir dövr idi. Həmin vaxt
Qarabağ məsələsindən istifadə edib hakimiyyətə gəlmək istəyən kifayət qədər
qüvvələr meydana çıxmışdı. Bu qüvvələrin də apardığı təxribatlar, hakimiyyət
çevrilişləri bizim onsuz da ağır olan vəziyyətimizi daha da ağırlaşdırırdı.
Ayaz Mütəllibov hakimiyyətdə
olanda biz Müdafiə Şurası yaratmışdıq. Mən onda hələ nazir deyildim. Biz bu
işlə məşğul olan zaman burada bir çox siyasi qüvvələr və bir sıra qəzetlər
bəyanat verərək aranı qatmağa çalışırdılar ki, guya Rəhim Qazıyev dövlət
çevrilişi etmək istəyir. Bax onda mən Etibar Məmmədovla birgə bəyanat verdim
ki, mən gedirəm ən qaynar cəbhəyə və özümlə bərabər 109 nəfər vətənpərvər adam
getdik Şuşaya.
Şuşa şəhərindən bir görünüş
— Sizin siyasi meydanı tərk
edib cəbhəyə getməyiniz həmin bölgədə vəziyyəti nə dərəcədə dəyişdirə bildi? Bu
ərəfədə Xocalını da itirdik və siz həmin vaxt Şuşada idiniz…
— Şuşaya çatan günün səhərisi
də bizə təxribat oldu. 8 nəfər qeyrətli oğlumuz dünyasını dəyişdi, 6 nəfər və o
cümlədən mən yaralandım. Buna baxmayaraq, mən Şuşanı tərk eləmədim. Sonra da
dedilər ki, guya Rəhim Qazıyev özü özünü vurub. Bizdə belə iyrənc proseslər
gedirdi.
Xocalı hadisələrində də mən
əlimdən gələni etmişəm, əlimdə olan bircə “Qrad” qurğusu ilə nə edə bilərdim? Həmin
gün Şuşada duman idi və bizdə də “Qrad”ı dəqiq koordinatla atan adam yox idi.
Şuşada o zaman silah-sursat elə də çox deyildi. Müəyyən qədər olsa da, duman
olduğundan uzaq məsafədən ermənilərin hücum mövqelərinə zərbələr endirə
bilmədik. Arada Xankəndi var idi və oranı adlayıb Xocalıya köməyə getmək mümkün
deyildi.
Amma, təsəvvür edin, həmin
günlərdə Ağdamda 12 T-72 tankı, 12 BMP, 44 BRDM, 49 müxtəlif növ artilleriya
qurğusu, 4 “Qrad” qurğusu, 3 min atıcı silah var idi. Bu o dövr üçün çox böyük
qüvvə idi. Amma bu qüvvələr nədənsə bir zəif mövqeni- Əsgəranı adlayıb keçmədi
və Xocalını xilas etmədi.
— Ağdamda və Xocalıya yaxın
ərazilərdəki həmin silahlı qüvvələr kimə tabe idilər və niyə bir çox döyüş
dəstələri köməyə gəlmədi?
— O zaman mən nazir deyildim ki?
Ümumi Qarabağ üzrə komandan Tahir Əliyev idi. Bu qüvvələrin və texnikanın bir
hissəsi Daxili İşlər Nazirliyinə, bir hissəsi də Müdafiə Nazirliyinə tabe idi.
Amma, həmin vaxt hələ ümumi komandanlıq və vahid mərkəzdən idarə sistemi
formalaşmamışdı. Cəbhədə olan döyüş dəstələri hərəsi bir siyasi qüvvəyə tabe
idi. O siyasi qüvvələrin marağına uyğun olmayan əməliyyatlarda iştirak
etmirdilər.
İndi gəlsin istənilən hərbi
mütəxəssislər oturub müzakirə edək, görək bu qüvvəylə Əsgəranı basıb keçmək
olardı ya yox. Niyə o 4 “Qrad”dan biri bir atəş açmadı? Həmin dövrdə, ondan
sonra hakimiyyətə gələn cəbhə dövründə də o Xocalıdakı prosesi istintaq komissiyası
yaradıldı.
İndi ədalətdən, demokratiyadan dəm
vuran İsa Qəmbər çağırıb parlament komissiyasının üzvlərini- Əli Ömərovu, Yaşar
Əliyevi demişdi ki, orda mütləq Rəhim Qazıyevin adı hallanmalıdır. Yəni, mənfi
mənada. Bundan sonra mən qayıtdım 2-3 günlük Bakıya ki, burada əlimə düşən
silah-texnikadan aparım cəbhəyə.
O zaman 5-6 mart hadisələri baş
verdi. Ayaz Mütəllibov devrildi, Yaqub Məmmədov dövlətin başına keçdi. O məni
çağırdı və təkidlə xahiş etdi ki, Rəhim bəy, sən milli hərəkatın qabaqcıllarındansan,
cəbhə bölgələrində xeyli hərbi təcrübən də var, səni təyin edirəm müdafiə
naziri. Mən etiraz etmədim. Bu olub 17 mart 1992-ci ildə…
Şuşa şəhəri, müdafiə naziri əsgərlərə baxış keçirir. 1992
— Bəs Şuşanın işğalı ərəfəsinədək-
yəni, nazir təyin olunduğunuzdan keçən 2 aya yaxın müddətdə siz həmin qüvvələri
birləşdirməyə və ya ümumi komandanlıq altında fəaliyyətə cəlb etmək üçün sizə
nə mane oldu?
— Bilirsiniz, o qüvvələri
birləşdirmək üçün Ali Baş Komandanın əmri olmalı idi. Mən çox çalışsam da,
nəinki o zaman, hətta sonralar da həmin fərmanın verilməsinə nail ola bilmədim.
Həmin vaxtlarda cəbhədə həm daxili işlər və müdafiə nazirliklərinin, həmçinin
prezident qvardiyasının qüvvələri var idi.
Sonralar Əbülfəz Elçibəy prezident
olanda da mən ondan çox xahiş etdim ki, bir fərman versin ki, cəbhə bəlgələrinə
ezam olunan qüvvələr heç olmasa həmin müddətdə vahid komandanlığa tabe
olsunlar. Yəni, orada olan briqada və ya korpus komandirinə ki, əməliyyatları
aparmaq mümkün olsun. Təəssüf ki, bunu eləmədilər…
— Artıq Xocalı soyqırımı baş vermiş,
Şuşanın ətrafındakı strateji mövqelər itirilmişdi. Yəni, şəhərə təhlükə real
idi və bunu dövlət rəhbərləri də dərk etməmiş deyildi. Bəs Şuşaya böyük hərbi
dəstəyin verilməsinə nə mane olmuşdu?
— Həmin dövr Azərbaycan dövlətinin iflic
vaxtı idi. Azərbaycan bir dövlət kimi formal və hüquqi cəhətdən var idisə,
faktiki cəhətdən yox idi. Yəni, idarə olunan səviyyədə deyildi.
Həddən artıq çətinlik yaranırdı. Ona görə də o
dövrün imkanları haqda fikir söyləyəndə ədalətli olmaq lazımdır. Təzə
qanunların yaranmadığı, köhnələrin isə işləmədiyi halda nədən danışmaq olardı?
O dövrdə hərbi tribunal, hərbi
prokurorluq, hərbi məhkəmə yox idi. O fərariliyin, o siyasi hərc-mərcliyin
fonunda mənim əlimdə elə bir inzibati imkan yox idi ki, ordakı özbaşınalığın
qarşısını ala bilim.
Mən bunu deməklə həmin dövrdə
hakimiyyətdə olan insanların məsuliyyət hissini azaltmaq məqsədi güdmürəm.
Gəlin baxaq, 24-25 mart 1992-ci ildə Azərbaycan Respublikasının prezident
seçkiləri üçün Milli Məclis qərar qəbul etdi.
İmkanınız varsa, həmin iclasın
stenoqrammasına baxın. Mən orda çıxış edib demişəm ki, gəlin buna getməyək.
Torpaqlarımız əldən gedəcək. Çünki, siyasi proseslərin qızışdığı vaxt bizim
gücümüz bölünür və ümumilikdə zəifləyirik.
— Axı dövlət başçısı seçilməsə
idarəetmədə problemlər yarana bilərdi. Prezident də seçki ilə seçilməli idi. Bu
təklifi nə ilə əsaslandırırdınız ki?
— Mən təklif etdim ki, prezidenti
Milli Məclisdə seçək, problemlərimizi həll edəndən və stabillik yaranandan
sonra ümumi seçki keçirərik. O vaxt bizə referendum lazım deyildi, çünki,
konstitusiyada dəyişiklik etməyə parlamentin hüquqi əsası çatırdı.
Onda bəziləri dedi ki, bu legitim
deyil-filan. Dedim, gəlin hələ de-fakto mövcudluğumuzu təsdiq edək, sonra
de-yure məsələsinə baxarıq. Təklif etdim ki, Dövlət Şurası yaradaq və ora da
nüfuzlu dövlət xadimləri daxil olsun. Yəni, hamının çiyninə məsuliyyət yükü
düşsün və qüvvələrimizi səfərbər edə bilək.
Amma, indi hakimiyyət davası döyən
siyasətbazlar bu təklifləri qəbul etmədilər. Onda mən hələ bir həftə idi nazir
işləyirdim. Bir addım irəli atdım ki, istefa verim, sonra düşündüm ki,
deyəcəklər gücü çatıb işləyə bilmədi, qorxub qaçdı. Mən öz canımı güdsəydim,
özümü məsuliyyətdən azad edərdim.
Bundan sonra mütəllibovçular
gəldilər meydana- Ali Sovetin qarşısına, ondan sonra cəbhəçilər gəldi. Düz bir
ay gecə-gündüz davam edən edən siyasi mübarizənin fonunda biz Şuşada və eləcə
də Qarabağda olan qüvvələrimizi səfərbər edə bilmədik.
— Şuşanın işğalı ilə bağlı müxtəlif
fikirlər səsləndirilir ki, ordakı qüvvə ilə uzun müddət müdafiə olunmaq olardı,
Şuşa tərk ediləndən sonra ermənilər 2 gün daxil şəhərə daxil olmayıblar və s.
Bu fikirlərlə bağlı nə deyə bilərsiniz?
— Mənə prokurorluq tərəfindən
verilən ittihamnamədən bir sitat oxumaq istəyirəm. Burada qeyd olunur ki,
Şuşada həmin günlərdə kifayət qədər silah-sursat və texnika, həmçinin canlı
qüvvə var idi və şəhəri müdafiə etmək üçün bunlar bəs edərdi. Amma, orada olan
hərc-mərclik buna imkan vermədi.
İndi mən sual eləyirəm, hər hansı
bir rayonda icra başçısı cinayət edəndə prezidenti günahlandırmaq lazımdır?!
Şuşada döyüşlərdən bir kadr
— Opponentləriniz bu hadisələrdə ən
çox sizi günahlandırırlar ki, sizin sərəncamınıza hər cür hərbi texnika və
xeyli əsgər verilib, amma siz bundan səmərəli istifadə etməmisiniz…
— Məni ittiham edənlər gəlsinlər bu
siyahıda göstərilən (hərbi texnika, silah və sursatın adı, markası, qiyməti və
təyinatı qeyd olunan möhürlü sənədi göstərir- E.B.) hərbi texnika və silahlara
baxsınlar və desinlər ki, hansını mənə həmin dövrdə hökümət və dövlət verib?!
Bunlar vətənpərvər adamların və şəxsən mənim səylərimlə toplanan arsenal idi.
Əgər bu qədər texnika orda ola-ola
döyüş təşkil olunmursa, insanları ruhdan salıb geri qaçırıblarsa Rəhim Qazıyev
dar macalda nə edə bilərdi? Bizim əlimizdə olanla Şuşaya kömək etmək üçün çox
uzun dolayı yol keçilməli idi. Buna baxmayaraq, əlimizdən gələni elədik.
Təəssüflər olsun ki, həm siyasi hərc-mərclik, həm də təxribatlar yerli
komandanların məsuliyyətsizliyi nəticəsində Şuşa ağlagəlməz şəkildə itirildi…
— Rəhim bəy, bəlkə bir az açıq
danışaq? Hansı komandanlardan söhbət gedir?
— Gəlin bir ifadəyə nəzər salaq.
Cild 2, səh.51, Sədizadə Rövşən Sədi oğlunun (777-ci hərbi hissəinin 1-ci
bölüyünün starşınası) 12 may tarixində alınan ifadəsi: “Şuşanın müdafiəsinə
Elçin başçılıq edirdi. Bütün hərəkətlər onun əmri ilə edilirdi. Həmin gün Elçin
şəhərdə yox idi. Qumbaraatanları anbara yığdılar və heç kəsə vermədilər. Canlı
qüvvə və hərbi texnika azalmışdı. Avtomatların nişangahları çıxarılmışdı”.
Həmin işin kimlər tərəfindən həyata
keçirildiyi aydınlaşdırılmalıdır. Təəssüflər olsun ki, istintaq bunları
araşdırmadı. Böyük tədqiqatçı Tomas Deval Şuşanı işğal edən erməni
komandirlərindən aldığı məlumatı öz “Qara Bağ” adlı kitabında verib. Orada qeyd
olunur ki, ermənilər Şuşaya daxil olanda gözlərinə inanmayıb. Onlar bildirib
ki, orada olan silah-sursatla şəhəri bir ay müdafiə etmək olardı. Amma, siyasi
oyunlar və təxribatlar öz işini görmüşdü…
Elçin Bayramlı
Qeyd: Müsahibənin Laçınla bağlı 2-ci hissəsi olacaq
AXCP sədri Əli Kərimli “Azadlıq Radiosu”na müsahibəsində 2000-ci il parlament seçkilərindən sonra hakimiyyətin ona koalisiya təklif etdiyini bildirib. Kərimli cənablarının iddiasına görə, guya hakimiyyət onun özünə parlamentin spikeri, partiyasına isə 5 nazir postunu təklif edib. Bu “şok açıqlama”nı eşidən adamların çoxu yəqin ki, gülməkdən şoka düşüb. A kişi, sən kim idin ki, sənə ölkənin 2-ci postunu təklif edərdilər? Özü də seçkini rüsvayçı fərqlə uduzandan sonra. Hakimiyyətin özündəkilər bir yana qalsın, elə müxalifətin özündə o vaxt əjdahalar var idi, sən heç 10-cu dərəcəli adam da deyildin.
Mühacir biznesində yaxşı pul var
“Şok
açıqlama”nı oxuyan BAXCP sədri Qüdrət Həsənquliyev deyir ki, Elçibəy Bakını tərk
edəndən sonra Əli Kərimli Milli Məclisə, mərhum Prezident Heydər Əliyevin
yanına gedib və Avropa ölkələrindən birinə səfir göndərilməsini xahiş edib:
“Amma rədd cavabı aldı. Yenə desəydi ki, mənə vitse-spiker vəzifəsi təklif
olunmuşdu, bəlkə də kimsə inanardı. Seçkini udan partiya başqa partiya sədrini
necə spiker seçə bilər?! Dünya buna gülməzdimi?”.
Hamı
bilir ki, sən ağız açmısan vəzifə üçün və rədd edilmisən. Düzdür, əvvəl çox
yuxarıdan götürürdün, özünü aşağısı nazir kreslosunda görürdün, amma sonra deputatlığa
da razılaşdın. Neyləmək olar, vəzifə şirin şeydir, aşağısı yuxarısı fərq eləməz.
Tem bolee, Amerikadakı ağaların da verdikləri vədi yerinə yetirə bilmədilər. Elə bilirdin ki, AXC daxilində «Yurd» yaradıb təşkilatı parçalayandan və Elçibəyin başını əkəndən sonra prezident özün olacaqsan, “cənab səfir” hakimiyyətə səni gətirəcəkdir. Lakin, deyir sən saydığını say, gör fələk nə sayır.
London
danışıqları yadına gəlirmi Əli bəy? Bax orada da ağsaqqallar dura-dura tələb
edirdin ki, vahid namizəd kimi səni seçsinlər. Son 25 ildə müxalifətin nə qədər
birlikləri olubsa, hamısını sən parçalamısan. Çünki heç birində səni vahid
lider kimi qəbul etməyiblər. İştirak etdiyin bütün seçkilərdə özün və partiyan
rüsvayçı məğlubiyyətə uğrayıb.
«Deyəsən axırda tək qalacam»
Bundan sonra da böyük-böyük iddialarda bulunmaq ayıb deyilmi? Axı heç kim boyundan hündürə tullana bilməz. Sənin boyuna isə uzağı bir-iki yüz nəfərin üzv olduğu AXCP-nin sədri olmaq biçilib. Yenə də pis deyil vallah. Hərdən çıxıb mitinq edirsən, artistlik çıxarırsan, Atlantikin o tayından “beşdən-üşdən” gəlir, pis dolanmırsan şükür Allaha. Oğlun Londonda bahalı məktəblərdə oxuyur, aristokrat kimi yaşayır (həm də orda “zaloqdu”, cığızından çıxmayasan deyə). Mühacir biznesindən də, özünə qismət, pis qazanmırsan.
Özün
uzun müddət vəzifədə qaldığına görə tənqid etdiyin məmurlardan daha çox vəzifədə
qalmısan. Bu ölkədə o partiyada sədr olmağa yarayan ikinci bir adam yoxdurmu?
Axı demokratya tələb edir ki, rəhbərlik tez-tez dəyişsin. Nə olacaq, sən bir
nümunə göstər istefa ver ki, ay cavanlar, gəlin bir az da siz işləyin, 25 ildir
sədrəm, qocalmışam, yorulmuşam, daha pensiyaya çıxıram. Ondan sonra biz də səni
nümunə götürüb uzun müddət vəzifədən getmək istəməyən məmurları tənqid edək.
Səni xalqın taleyi maraqlandırmır ki. Sən xalqa söykənməmisən ki heç vaxt. Qərbli ağalarına, onların burdakı təmsilçisi “cənab səfir»ə söykənmisən. Bu ölkədə də işləri hansısa səfir-məfir həll eləmir. Hər hansı bir ölkənin taleyini xalq həll edir. Sən xalqa söykənmədən xarici ağaların köməyi ilə hakimiyyətə gəlmək istəyirsən ki, bu da baş tutan sevda deyil. Yox əgər, o əcnəbi ağaların ətəyini buraxıb xalqa arxalansaydın, mən özüm də səni dəstəkləyərdim.
İndi bu yaşında durub gülünc açıqlamalar vermək nəyə lazımdır? Yalanın da bir həddi olmalıdır, cənab Kərimli. Düzdür, mən başa düşürəm ki, o məşhur tamaşadakı keçmiş nazir kimi köhnə günləri yada salıb heyfslənirsən, xalq tərəfindən unudulduğunu bilirsən, ona görə hərdən hay-küy yaradıb gündəmə gəlmən lazımdır ki, növbəti tranşın ən yağlı hissəsi sənə göndərilsin. Lakin, barıtı çox eləmək lazım deyil. Dərviş Məstəli şah kimi eləsən, tüstüsündə özün boğularsan. Bir az dozanı az elə, girlən də bala-bala. Kimin nəyinə lazımdır ki, sənin okeanın o tayından aldığın beş-üç dollara göz dikə. Al ye xımır-xımır, beş günlük dünyadı. Xalq-malq boş şeydir. Xalq gəldi-gedərdi, sənə qalan pul olacaq.
Tariximizə, mədəniyyətimizə yiyə çıxa bilməməyimizin cəzasını həmişə çəkmişik. İndi bu sıraya biri də əlavə olunur.
Ağstafa rayonunun ərazisində Gürcüstanla sərhəddə yerləşən Keçikçi dağı alban məbədi kompleksi və qədim mağaralar bir neçə il əvvələ kimi heç kimin yadına düşmürdü. Gürcülər isə, həmin ərazini və qədim abidələrimizi ələ keçirmək üçün əl altdan işlər görürdülər.
Qədim alban məbədi Keşikçidağ kompleksindən bir görünüşg
Bu təhlükəni
ölkə televiziya və mətbuatında ilk dəfə biz qaldırdıq- 2003-ci ildə Tovuzlu iş
adamı, qədim tarix və mədəniyyətimizin araşdırmaçısı Fikrət Nəsrəddinzadədən məlumat
aldıq ki, gürcülər gəlib orada öz qədim əlifbalarında yazılar qazıyır, qədim
alban yazılarını və simvollarını silirlər. Dərhal onunla birlikdə əraziyə
gedib, Tovuz televiziyası (SmTv) üçün oradan reportaj etdik, həyacan siqanlı
verdik, məqaləni Tovuzda çıxan SmPress qəzetində də dərc etdik, materialları
müvafiq dövlət orqanlarına göndərdik. Bundan sonra oraya ekspedisiya
göndərildi, məsələ nəzarətə götürüldü, sonralar iki ölkənin müvafiq orqanları
arasında müəyyən danışıqlar getdi.
Məbədin içindən bir görünüş
2007-ci
ildə Prezident İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət
Tarix Mədəniyyət Qoruğu yaradıldı. Qoruğa 70-dək mağara, 1 qala, 2 məbəd
və 1 inanc yeri daxildir.
Lakin,
hələ də bu qədim məbədimizə tam yiyə çıxa bilməmişik. Bu ulu babalarımızın qədim
alman məbədidir, albanları isə biz (yəni, “tarixçilərimiz”, “ziyalılarımız”) könüllü
olaraq vermişik gürcülərə, ermənilərə. Onlara demişik ki, biz türkük, müsəlmanıq,
albanlar bizlik deyil. Onlar da deyir ki, onda sizin buralara 1000 il deyil gəldiyiniz,
burda aborigen xalq bizik, qədim məbədlər də bizimdir. Bax beləcə öz qədim
tariximizi, mədəniyyətimizi öz əlimizlə veririk başqalarına.
Bir
neçə il qabaq yenə bu məsələ qalxdı, sonra yenə sakitçilik oldu. Gürcüstan o
vaxt çox ağır vəziyyətdə idi, Azərbaycana təxribat edəcək halı yox idi. Biz
yardım etməsək vəziyyətləri çox ağır olardı.
İndi zaman
keçib, bu gürcülər beş üç manat pul qazana biliblər və yenidən orada təxribata
cəhd edir. Gürcü ictimai təşkilatlarının fəalları oraya toplanıb ətdən çəpər çəkir
və bütün dünyaya göstərməyə çalışırlar ki, bu “gəlmələr” bizim xristian məbədimizə
yiyə çıxırlar, qoymayın.
Dağın üstündə məbəd, altında qədim mağaralar sistemi var
6-ci əsrə aid bu kompleksin problemi ondadır ki, o düz Azərbaycan-Gürcüstan sərhəddinə düşür. İki ölkə arasında sərhədlər tam dəqiqləşmədiyindən hələlik mübahisəli ərazi kimi qalır. Gürcülər bu məbədin xristian məbədi olduğunu və son dövrlərdə oraya gürcülərin ibadət etmək üçün getdiyini əsas gətirərək abidənin onların tərkibində olmasını tələb edirlər.
Lakin
unudurlar ki, Qafqazda ilk xristian biz olmuşuq- bizim ata babalarımız olan
albanlar olub. Bu məbəd də onların irsidir. Biz sonradan islamı qəbul etmişiksə,
bu o demək deyil ki, qədim abidələrimizi kimə gəldi verməliyik. Gürcülər və digər
xristianlar istədiklərin vaxt gəlib oranı ziyarət edə bilərlər. Amma bu qədim mədəni
irs bizə məxsudur və ərazi də Azərbaycanın da tərkibində qalmalıdır.
Bizim
EA-nin Tarix İnstitutu yatmasaydı bu məsələləri elmi dəlillər və tarixi
faktlarla ortaya qoyub gürcü şovinistlərini susdurardı. Lakin İnstitutdan səs-soraq
yoxdur.
Kompleksin tam görünüşü
İnstitut
bir yana qalsın, jurnalistlər, cəmiyyətin vətənpərvər ziyalıları məsələni ictimailəşdirib
tədbir görülməsini tələb etsələr də, nədənsə müxalifətdən səs çıxmır. Yaman
yerdə axşamlayıblar. Neyləsinlər, çörəkləri okeanın o tayından gəlir, bu Gürcüstan
da hamıya məlum olduğu kimi, bunların pulları gələn yerdən idarə olunur. Qərb
dairələrinin Azərbaycandan hansısa tələb və istəkləri varsa, onu təmin etmək
üçün Azərbaycana Gürcüstan vasitəsilə təzyiq etməyə çalışırlar. Bunlar da indi
necə öz ağalarının siyasətinə qarşı çıxsınlar?
Beləliklə,
bütün tariximiz boyu olduğu kimi, yenə də toydan sonra nağara çalmağa
hazırlaşırıq. Tarix İnstitutu yatır, müvafiq dövlət orqanları lazımi tədbirlər
görmür, müxalifət susur…
Ümid həmişəki kimi qalıb jurnalistlərə. Gərək jurnalistlər toplaşıb gedib orada növbə çəksinlər, elmi-tarixi, arxeoloji tədqiqatlar aparsınlar, sərhədlərin hansı prinsiplərlə müəyyən edilməsini öz üzərlərinə götürsünlər. Yoxsa, bu qədim abidəmiz də əldə gedəcək…
Alimlər və elmi mərkəzlər qlobal mafiyanın əlində əsirdir
Tez-tez mətbuatda ziddiyyətli informasiyalarla qarşılaşırıq. “Filan şey insana xeyirlidir, filan şey zərərlidir”, “alimlər sübut ediblər ki…” qəbilindən antipod məlumatların sayı-hesabı bilinmir. Hansısa mərkəzlərdən məqsədli məlumatlar yayılır və bizim media da ya bilərəkdən, ya da bilməyərəkdən bunu yayıb qlobal quldur dəstəsinin dəyirmanına su tökürlər.
Təsəvvür
edin- bizim qəzetlərin birində belə bir informasiya gedir- “Sən demə, şokalad
insan sağlamlığının ən yaxın dostu imiş, alimlər sübut ediblər ki, hər gün 2-3
dəfə şokalad yeyən adam daim şən əhvalda olur, qan dövranı yaxşı işləyir, əsəbiləşmir,
həzm prosesi normal gedir…”
İnsanların
yaralı yerindən yapışıblar. Ay qardaş, hansı ölkənin, hansı institutu, hansı
elmi mərkəz, hansı alimlər, mənbə haradır, naraşdırma nə vaxt və necə keçirilib,
necə sübut olunub… cavab yoxdur. İnformasiya və ya qonorar xatirinə
informasiya .
Azacıq
ağıllı adama aydındır ki, bu kimi xəbərlər məqsədli şəkildə bəzi şirkətlər tərəfindən
ortaya atılır, amma bizim mətbuatda diletantlar üstünlük təşkil etdiyindən
mahiyyətinə varmırlar. Lakin ədalət naminə deyək ki, bəziləri heç də hərif
deyil, məqsədli şəkildə belə məlumatları yayır.
Bir
gün deyirlər, filan şey xeyirlidir, bir həftə sonra deyirlər ki, zərərlidir.
Burda informasiya müharibəsi getdiyini bilməyə nə var? Bir transmilli şirkət öz
məhsulunu satmaq üçün alimlərə pul verib saxta rəy alır, rəqibi isə pulla başqa
alimləri kirayə tutub bunu elmi şəkildə araşdırtdırır və əksini dedirtdirir, bəzən
bunu xeyli şişirdirilər də.
Genetik
modifikasiyanın bəşəriyyətin və təbiətin əsas müqəddəs məbədinə həyasızcasına təcavüz
olduğunu bilmirlərmi guya? Son illərdə bitki, heyvan aləminə müdaxilə insanın
genetik strukturunu dağıtmaq və bioloji sistemin darmadağın edilməsinədək irəiləyib.
GMO əkinlər dünyanı başına götürür, təbii sortlar yoxa çıxarılır, torpaq təbii
təyinatını dəyişir, ekoloji faciələr yaranır, insan qidası süniləşir və orqanizm
təbiətdən almağa məcbur oldugu elementləri ala bilmir. Nəticələri ağır olur…
Son
kəşflərin birmənalı və istisnasız olaraq hamısı insan sağlamlığına, təbiətə
ciddi zərər verir. Məsələn, mobil rabitə, nüvə obyektləri, GMO, kimvəyi
istehsalın əhatə dairəsinin genişlənməsi, LSD, kompyuter, 3-5-7…D filmlərin psixikaya
dağıdıcı təsiri kimi saysız problemlər elmin “nailiyyətləridir”. Soyuducu
sistemlərin hətta ozon qatını belə dağıtdığını söyləmək isə artıqdır.
Qısası,
hazırda elmi davamlı olaraq insanlara və təbiətə zərər verən texnologiyalar kəşf
etməklə məşğuldur. Çünki, elmi mərkəzlər konkret olaraq qlobal dairələrin əlində
alətdir. Məhz bu səbəbdən bizim bir özəl televiyada bir müddət əvvəl belə məlumat
yayımlanmışdı ki, “alimlər sübut ediblər ki, ana südü zərərli imiş”, ardınca da
deyilirdi, “alimlərin son araşdırmalarına görə, alkoqollu içkilər insana
xeyrlidir”…
Mobil
telefonların dəhşətli zərərlərini ortaya çıxaran alimlərin iri mobil telefon
istehsalçıları tərəfindən pulla ələ alınması və ciddi rüşvət müqabilində bunu
gizlətməsi rəzaləti ortaya çıxandan sonra artıq heç nəyə inanmağa dəyməz. Özü də
bunun Ümumdünya Səhiyyə Təşkilatında baş verməsi lap təəccüblü idi.
Sizi
bilmirəm, şəxsən mən daha elmə inanmıram, daha doğrusu elmə inanıram, onun səmimiliyinə
inanmıram. Ziddiyyətli informasiya axını içində başımız itəndə bütün bu məlumatları
bir kənara qoyub, dədə-babadan sınaqdan çıxmış ənənəvi sağlam həyat tərzini,
qidalanma, təbii geyim, təbii ev quruluşunu… xatırlayıram, heç bir maddi marağı olmayan Sovet
alimlərinin dedikləri ilə, indiki pula satılan Qərb “alimlərinin” dediklərini
tutuşdururam.
SSRİ-də
elmin nailiyyətləri, alimlərin fəaliyyət məqsədləri ancaq xalqın, ölkənin
inkişafı üçün səmimi olaraq ortaya qoyulurdu. Sovet alimlərinin kəşfləri
insanların sağlam həyatını və düzgün inkişafını təmin etməyə yönəlirdi. Çünki, sosializm
cəmiyyətində alimlərin biznes maraqları naminə saxta elm yaratması üçün heç bir
imkan və şərait yox idi.
Kapitalist
dünyasında isə hər şey biznes maraqları naminə qurban verilir. Əsas məsələ
mümkün qədər tez və sürətlə, daha çox pul qazanmaqdan ibarətdir. Loru dildə desək,
Qərb elmi mərkəzləri böyük korporasiyaların əlində alətdir. Qərb alimlərinin
böyük əksəriyyəti ələ alınmış və qlobal maqnatların biznes maraqlarına tabe
etdirilmişdir.
Bir
dəfə görmüsünüz bir alim ya da institut çıxıb dünyada ən dəhşətli, təhlükəli, zəhərli
içki olan “Koka-kola”nın insanlığa qarşı cinayət olduğunu ortaya qoya?! Ya da
GMO məhsulların dəhşətli faciələrə gətirib çıxardığını bilə-bilə Qərb alimləri
niyə susurlar? Bunlara bir az artıq pul versən deyərlər ki, bəs siqaret və
narkotika sağlamlıq üçün son dərəcə xeyirlidir.
Hansısa
bir dərman preparatı uzun onilliklər insanların qarnına doldurulur və sonra məlum
olur ki, bunun çox dəhşətli zərərləri var imiş. 100 ildir milyardlarla
insanın bədəninə antibiotiklər yerit,
sonra da aydın olsun ki, antibiotik insan orqanizmini, immunitet sistemini məhv
edirmiş. Kofenin, çayın, şokaladın, çörəyin, şəkərin, ətin, duzun… xeyiri və
zərəri haqda uzun sürən elmi informasiya müharibələri gedir. Əmilər, xalalar,
bir qərara gəlin, bunlar zərərlidir, yoxsa xeyirli?
Məndən
sizə məsləhət, elmi və alimləri əllərində köləyə çevirən bu quldurlara
inanmayın, yalnız təbii, müdaxilə olunmamış qidalara, təbii geyimlərə, təhlükəsiz
texnologiyalara üstünlük verin. Məsələn, mikrodalğalı sobada yeməyi qızdırmaq
kimi dəhşətli cinayətə yol verməyin. Mobil telefonu beyninizə sıxıb uzun-uzadı
qeybət eləməyin. Süni qidalardan, GMO-dan aralı durun, saxta dərmanların əvəzinə
təbii müalicə üsullarına üstünlük verin. “Televizorda deyiblər” söhbətini
qurtarın. Yoxsa, vəziyyət yaxşı olmayacaq…
«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlı və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mağazaları bürüyən saxta və təhlükəli qida məhsullar ilə bağlı bağlı fikirlərini bildirib, problemin səbəb və nəticələrini, həlli yollarını müzakirə ediblər.
Müzakirə APA TV-də «İlham Tumasla 40 dəqiqə» verilişində aparılıb
İldə 1000 nəfərə yaxın insanı kim öldürür və ya avtoterroru necə dayandırmaq olar?
Belə əsrarəngiz mənzərələr ancaq Azərbaycanda seyr edilə bilər
Bir neçə gün əvvəl iki avtomobilin toqquşması nəticəsində cəmi 8 nəfər olmaqla 2 ailənin məhv olması yollarda baş verən faciələrin yalnız biridir. Son dövrlərə nəzər salsaq il ərzində orta hesabla 1000 nəfərə yaxın insan avtomobil qəzalarında həlak olur, 2000-ə yaxını ağır yaralanır və ya əlil olur. Bu, dünyada ən yüksək rəqəmlərdəndir.
Mənzərəyə baxanda belə qənaətə gəlmək olur ki, xalqımız yollarda vətəndaş müharibəsi aparır və bu müharibə Ermənistanla müharibədən daha çox itkilərə səbəb olur.
Bəs səbəblər nədədir? Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məsul şəxsləri bunun səbəbini heyrətamiz dərəcədə gülməli faktorla əsaslandırmağa çalışırlar. Guya ki, qəzaların artmasının başlıca səbəbi nəqliyyat vasitələrinin sayının kəskin surətdə artması imiş. Bu, əlbəttə, gülünc bir bəhanədir. Əvvəla, Azərbaycan əhalinin hər min nəfərə düşən avtomobil sayına görə Avropada ən aşağı yerlərdədir, qəzaların sayına görə isə ən yuxarı yerlərdə. İkincisi, avtomobil sayının əhali sayından çox olduğu ölkələrdə belə bu qədər çox qəza baş vermir.
Bakı, Heydər Əliyev prospekti Foto : Elçin Bayramlı
Bu problemin 2 əsas səbəbi var. Biri DYP-nin 1000-1200 manata kimə gəldi sürücülük vəsiqəsi satması, digəri də yol hərəkəti təhlükəsizliyində rüşvət və tapşırıq halları. Üstəlik, ictimai qınaq da yox səviyyəsindədir. Buna görə də, bizdə nə qanundan qorxan var, nə cəmiyyətdən. Pulunu ver “prava”nı al, pulunu ver qaydanı poz, polis saxlayanda vəzifəli dayıya zəng elə cəzadan qurtul.
Onu da qeyd etmək lazımdır ki, bizdə sürücülərlə yanaşı, piyadalar da məsuliyyətsizdir. Səki əvəzinə avtomobil yolunun ortasında gəzirlər, keçid ola-ola yoldan keçirlər. Ölkədə yol qəza hadisələrinin 40 faizi piyadaların vurulması ilə bağlıdır.
Sərnişinlər üçün potensial ölüm maşını Foto : Elçin Bayramlı
Bir neçə xarici ölkədə
olmuşam. Görmüşəm ki, sürücülər və piyadalar yol hərəkəti qaydalarını həyat
qaydası kimi qəbul edirlər. Bizdə isə nə qanun işləyir, nə adamlarda məsuliyyət
var.
Faktiki olaraq, yol hərəkəti təhlükəsizliyi qaydaları avtobus və yük maşınlarının sürücülərinə aid deyil. Bu sürücülər yolda nə hoqqadan desən çıxırlar, amma yol polisi onlara heç nə deyə bilmir. Nədən və ya kimdən qorxurlar görəsən?
Bu problemdən çıxış yolu
cərimələrin artırılması deyil, onsuz da pullu və vəzifəli şəxslərin cərimə zad
vecinə deyil. Sərxoş halda avtomobil idarə edən sürücüdən 200 manat alıb yola
davam işarəsi vermək qarşıdakı dəqiqələrdə daha bir neçə nəfərin cəsədlərinin
yola səpələnməsinə bilərəkdən şərait yaratmaqdır.
Bəzi sürücülər isə «yuxarı yerlərdəndir», məsələn vəzifəli şəxsin qohumudur, onu saxlayan polis qorxusundan o saat “buyurun, yola davam edin, bağışlayın bilməmişik ki “Həsən ağa”nın qohumusunuz” deməyə məcbur olur.
Bizdə hətta nəzəri cəhətdən belə mümkün olmayan hallar praktikada mümkündür
Cavabdeh təşkilatların “tədbir görürük” deməsinə rəğmən yol terrorunun qurbanları aydan-aya artır. Hansı tədbirlər görülür? Görülürsə, soruşmaq ayıb olmasın, bəs hanı nəticəsi? Nəticəsi avtomobillə vurulub küçələrə səpələnən cəsədlərin sayının artmasıdırmı, yoxsa avtoşluq edərək maşınları yollarda kəllə-kəlləyə gətirən bəzi qızmış cavanların qudurğanlığıdırmı??
Qudurğanlıq demişkən, bu məsələdə əsas problemlərdən biri də, bizim insanların bir çoxunun harınlığa, yekəxanalığa, özünü başqalarına göstərməyə çalışması kimi mənfi xüsusiyyətlərdir. Bütün dünyada avtomobil sadəcə nəqliyyat vasitəsidir, bizdə isə bir çox hallarda özünü reklam və avtoşluq vasitəsidir. Hər beyniqan gəncin əlinə bir maşın alıb verən və onların yolda necə məharətlə tryuklar göstərməsini seyr edib bununla fəxr edən valideynlərdən yaxşı nə gözləmək olar ki? Toy karvanlarında, son zəng gəzintilərində çox vaxt sürücülük yaşı və hüququ belə çatmayan yeniyetmə və gənclərin atasının maşınını götürərək yolda hoqqa çıxarması və nəticədə bir neçə nəfərin o dünyalıq olması barədə faktların say-hesabı yoxdur. Belə uşaqların valideynləri həbs olunmalıdır.
«Gör indi qaqan nağayrajax»
Avtoşluq probleminin qəti və tam həllini təklif edim. Avtoşluq edib insanların həyatına təhlükə yaradan sürücünün maşını müsadirə edilir və satılaraq pulu qocalar və ya uşaqlar evinə yardım kimi verilir. Sizi inandırıam ki, bu üsul tətbiq olunsa, uzağı bircə aydan sonra ölkədə bir avtoşluq faktı belə qeydə alınmaz.
Göründüyü kimi, istənilən problemin həli mümkündür, sadəcə effektiv üsulları tətbiq etmək lazımdır.
Problemin nəticələri ilə yox, səbəblərinin aradan qaldırılması ilə uğraşmaq lazımdır. Hər yerə kamera qoyub maşınların insanları necə tikə-parça etməsini televiziya və internetdən əhaliyə izlətməkdənsə, yuxarıda qeyd etdiyim halların aradan qaldırılmasına çalışılsa yaxşı olar.
Keçmiş korrupsioner səhiyyə naziri Əli İnsanovun “Amerikanın səsi”nə heyrətamiz müsahibəsinin qısa şərhi
2005-ci ildə vəzifə cinayətlərinə görə həbs edilən, həbs müddətinin başa çatmasına 4 il qalmış Prezident İlham Əliyev tərəfindən əfv edilən keçmiş korrupsioner səhiyyə naziri Əli İnsanovun həbsxanadan çıxandan sonra özünü mələk kimi təqdim etmə və xalqın uğrunda mübarizə aparan siyasətçi kimi qələmə vermə cəhdlərini heyrətlə izlədim.
Keçmiş səhiyyə naziri Əli İnsanov həbsdən azad edilərkən Bakı şəhəri 2019.
73 yaşında siyasətə atılan və yeni siyasi partiya yaradacağını bəyan edən İnsanov öz keçmiş qüdrətini qaytarmağa çalışır. O vaxt vəzifəyə gətirdiyi qohum-əqrabanın və başına topladığı bəzi yerlilərindən ibarət klanın onu yenidən özünə lider qəbul edəcəyinə və onların basitəsilə hakimiyyətə gələcəyinə sadəlövhcəsinə inanmaqdadır.
Özünü ziyalı sayan bu adam türmədən çıxandan sonra kriminal jarqonda danışmağa və oğru qanunları əsasında fikir yürütməsi ilə ona hörməti hələ də qalmış olan beş-on adamın da gözündən düşdü. Yəqin ki, tarixə ilk vorzakon-alim kimi düşmək istəyirmiş.
Dediklərindən
belə çıxır ki, guya bu adam xalqın mənafeyi uğrunda mübarizə apardığı üçün
hakimiyyət bunu həbs edib cəzalandırıbmış. Halbuki, nazir olan vaxtlarda onun
necə əlçatmaz bir məmur olduğu, nəinki sadə vətəndaların, ondan səhiyyə ilə
bağlı mövzularda rəy almağa çalışan jurnalistləri belə təhqir edib qovması, hətta
mühafizəçilərinə döydürməsi kimi faktlar hələ heç kimin yadından çıxmayıb.
İndi radikal müxalifətin mitinqlərinə dəstək verən və xalqla birgə olduğunu deyəndə adamın gülməyi gəlir. A kişi, sən milyardlıq villalarda krallar kimi yaşamısan, səni gəzdirən maşınların birinin qiyməti o mitinqlərə çıxanların 10 nəfərinin evindən bahadır, sən geydiyim kostyumları, istemal etdiyin nadir delikatesləri o adamlar heç yuxusunda da görə bilməz. Onlar hara, sən hara? Sən nə vaxtdan xalqdan biri olmusan? Xalqın davasını döyürsən? Vəzifədə olanda niyə döymürdün? Vəzifədən əlin çıxandan sonra qəhrəmanmı oldun? Yoxsa, prezident olmaq arzun baş tutmadı deyə, acığını bu yolla çıxmağa çalışırsan? Səndən prezidentmi çıxar a kişi? Bu xalq o qədərmi kardır, kordur?
Sənin yaşına başına hömət edib türmədə ölməyəsən deyə əfv edən dövlət başçısına təhqirlər yağdırmaqla yeni ağalarının gözündə qəhrəmanmı olmaq istəyirsən? O ağalar bütün vəzifəsi boyu korrupsioner olmuş bir şəxsdən bu xalqa qəhrəman düzəltmək istəyirlərsə, onda səhv edirlər, keçəl suya getməz.
Bu
günlərdə mister İnsanovun“Amerikanın səsi”nə müsahibəsini oxuyandan sonra lap məəttəl
qaldım. Bu adam həbsxanada qəzet zad oxumayıbmı, televizora baxmayıbmı? 2005-ci
ildə hansı təfəkkürlə, hansı informasiyalarla giribsə, onlarla da çıxıb ordan.
Halbuki, bu 14 ildə çox şey dəyişib. Özünə sığışdırıb öz villasından xalqın
arasına çıxsa, baxardı ki, vəziyyət necədir, əhalinin məsələlərə münasibəti nədir.
Amerikaya, Avropaya xoş gəlmək üçün müsahibədə verilən “siyasi partiya yaradacaqsınızmı” sualına cavabını isə suala heç bir dəxli olmayan bu sözlərlə başlayır: “1946-cı il mart ayının 5-də Uinston Çörçillin Amerikada çıxışı soyuq müharibənin başlanğıcı oldu. Qısa müddət sonra bu məsələni öz nəzarətlərinə götürdülər, uzaqgörənliklə soyuq müharibənin bütün strukturlarını yaratdılar. BMT, Milli Təhlükəsizlik Şurası, Mərkəzi Kəşfiyyat İdarəsi, Amerikanın Səsi… və beləliklə də uzun onilliklərə yönəlmiş bir siyasət və institutlar meydana gəldi. Keçən əsrin səksəninci illərində Çörçilin və Harri Trumenin səpdiyi toxumlar cücərməyə başladı. Bu işi davam etdirmək üçün yeni liderə, çox cəsarətli ağıllı liderə ehtiyac yarandı. Bu, Amerika prezidenti Ronald Reyqan oldu. Reyqan soyuq müharibəni başa çatdırdı, qələbə çaldı… Sadəcə, ağıllı, düşünülmüş siyasətlə bu iş başa çatdı…”.
Amerikalı ağalara xoş gəlmək üçün onların tarixindən yaxşı bimədiyi məqamlara toxunmaqla, Amerika prezidentlərini və Mərkəzi Kəşfiyyat İdarəsini tərifləməklə özünü daha da biabır edir. Burada xoruzun quyruğu aydın görünür.
Bir yerdə isə lap ağını çıxarır: “Ən böyük arzularımızdan biri Azərbaycan xalqına firavan həyat bəxş etməkdir. Azərbaycan sərvətləri ilə hər bir vətəndaşı varlı bir insan çevirə bilər. Marqaret Tetçer deyirdi ki, “varlı ingilis vətəndaşı, varlı İngiltərə deməkdir”. Mən güman edirəm ki, biz buna nail ola bilərik. Bizim yaradacağımız siyasi qurum müxalifyönlü, qərbyönlü olacaq” (mesaja bax ey!). A kişi, əvvəla, dünyada hamının varlı olduğu bircə ölkə də yoxdur və heç vaxt da olmamışdır. Bu vədləri 90-larda xalqımız müxalifət liderlərindən çox eşidib, artıq 20 idən çoxdur dəbdən düşüb. Yeni siyasi texnologiyalar yaranıb. Sən hələ ordan bu yana keçə bilməmisənmi? İkincisi, sən prezident olsan, hamı milyarder olacaq? Bəs sənin villalarında nökərçilikləri, bahalı maşınlarına sürücülüyü kimlər edəcək?
Qarabağ probelminin həlli ilə bağlı fikirləri isə tamam rüsvayçılıqdır. Adamın dediyindən belə çıxır ki, Qarabağ probleminin həll olmamasının səbəbi bizdə hakimiyyətin yaxşı olmaması ilə bağlı imiş. Məzən olsun, a kişi. Ermənistan guya Qarabağı qaytaracaqmış, görüb ki, bizim hakimiyyət yaxşı deyil, qaytarmayıb. Ona görə də, mister İnsanov ermənilərlə dost olacaqmış ki, Qarabağı qaytarsınlar. İnanılmaz dərəcədə cılız və satqın təfəkkürdür. Xocalıda tikə-tikə doğranan körpələri nə tez unutdun, ağsaqqal? Sən isti və zəngin kabinetində 1000 manatlıq şokaladla 5000 manatlıq konyakı içib xumarlananda, Qarabağda insanlarımızı erməni faşistlərindən xilas etmək üçün şəhid olanları nə tez unutdun?
Deyir ermənilərin də günahi yoxdur ki, vəziyyət bu həddə gəlib çıxıb. Necə yoxdur, a doxtur? Kimin günahı var bəs? Yaponların, yoxsa hindlilərin? 20 min insanı kim öldürdü, 800 yaşayış məntəqəsini kim dağıtdı, minlərlə mədəniyyət abidəmizi kim məhv etdi, 20 faiz ərazimizi kim işğal etdi bəs?
Sözünün
axırında ağsaqqal lap gül vurub: “Biz Qarabağın həlli üçün səbəblərin çoxunu
özümüzdə axtarmalıyıq. Biz elə xoşagəlimli olmalıyıq ki, həm ermənilər- bizim vətəndaşlar
burada qalıb yaşamaq istəsinlər, həm beynəlxalq təşkilatlar bizə inansınlar,
etibar etsinlər və bizim mövqeyimizi dəstəkləsinlər”.
Burada əlavə şərhə ehtiyac görmürəm. Adam açıq-aşkar deyr ki, Qarabağın işğalında və xalqımıza qarşı erməni faşistlərinin həyata keçirdiyi soyrqırımda günah bizdəymiş. Biz vəhşiymişik deyə onlar bizə düşmənçilik edirlərmiş. Daha bunun nəyini şərh edəsən? Erməni siyasətçilər belə bu qədər hayasızlıq etmir. Papadan artıq kotolik olmaq istəyən İnsanov edir.
Jurnalistin
“sizi regionçu kimi tanıyırlar, belə bir imiciniz var, başqa regionların
insanlarına özünüzü necə tədqim edəcəksiniz” sualına isə bunu inkar etməklə
başlayır. “Regionçuluq böyük xəstəlikdir. Bu xəstəliyin məndə olmadığına həkim kimi sizi inandırmaq istəyirəm” deyə qeyri-səmimiliyini nümayiş etdirir. «İnandırıcı olması üçün də «ciddi» arqument qoyur ki, bəs mənim sürücüm bakılı olub, katibəm lənkəranlı olub, filan. İnsanın təfəkkürünün və şüuraltının necəliyi buradan aydın görünür. Bu vəzifəpərəst korrupsionerin şüuraltında Azərbaycanın başqa regionlarından olan insanlarımız ancaq katibəliyə, sürücülüyə yarayır. Sən bu xalqı nə hesab edirsən a kişi? Azərbaycan balaca bir ölkədir, hamı hamını çox yaxşı tanıyır. Biz o qədər də ağlımızı, yaddaşımızı itirməmişik ki, axmaq yerinə qoyasan, uşaq kimi aldadasan.
Nə isə, siyasət sənlik deyil, ağsaqqal. Əvvəla, sənin pensiya yaşın çoxdan keçib, gedib keçmiş nazir yoldaşların demişkən, nəvələrinlə oynamağın lazımdır. Yox əgər işləmək istəyirsənsə, get həkim işlə, bəlkə ilk dəfə bu xalqa bir faydan dəyə. Yoxsa, siyasət işi çətin işdir, bu, sənlik deyil, doxtur.
Milli mədəniyyətimiz və mənəvi dəyərlərimiz elmi-texniki, sosial-iqtisadi inkişafa mane olurmu?
Son dövrlərdə milli və bəşəri dəyərlərə qarşı hücumlar artıb. Öz əxlaqını, vicdanını, namusunu- dəyərlərini qoruyan insanlara Söylü demiş belə birtəhər baxırlar. Bunu konkret kimlər edir, Şərif demişkən “subutalni, dokumentalnı” sizə deyə bilmərəm, amma necə və niyə edir bu haqda bəzi mülahizələrim var.
Avropa, Qərb dəyərləri adı
altında bizə sürətlə və ardıcıl sırınan dəyərlərin mənəvi tərəfləri faciədir.
Bunu çox vaxt maddi, texnoloji inkişafla bağlayıb deyirlər ki, görürsünüzmü,
onlar mənəvi dəyərləri kənara qoyublar deyə necə inkişaf ediblər.
Lakin bir ağıllı çıxıb onlara
tək bir Yaponiyanı nümunə göstərəndə boğazları quruyur. İndi necə izah etsinlər
ki, bir xalq öz dəyərlərini, dinini, ənənələrini, əxlaqını qoruyaraq da
dünyanın ən inkişaf etmiş xalqına çevrilə bilir. Qısası, bu arqumentə bir quş.
İkinci arqument insan
hüquqları adı altında cəmiyyətimizə dürtülən dəyərlərdir. Məsələn, qadın
hüquqları, uşaq hüquqları, cinsi azlıqların hüquqları və s. Mən başa düşmürəm, bizim cəmiyyətdə qadınlar,
uşaqlar, xəstələr əzilirmi? Psixi xəstələrin törətdiyi bəzi hadisələri nəzərə
almasaq, xeyr!
Kişilərin həmişə onlara
diqqətlə, qayğıyla, fədakarlıqla yanaşdığını görmüşük. Azərbaycan qadını həm
evinin, ailəsinin xanımı olub, həm də cəmiyyətə xeyirli ictimai fəaliyyət
göstərib. Qadın azadlığı budur, indi TV-lərdə, seriallarda təbliğ olunanlar
deyil. Məncə, bir xanımın elmi ixtiralar etməsi üçün onun 1 qarışlıq
mini-yubkada gəzməsi və ya müxtəlif kişilərlə intim münasibətlərdə olması tələb
olunmur.
Bizim ailə institutumuzda və
cəmiyyətimizdə qadının, qızın öz layiqli yeri var. Amerikalı və avropalıya
azərbaycanlı kişinin öz anası, xanımı, bacısı, qızı uğrunda düşünmədən canını
qurban verməsi bəlkə qəribə gələr, amma bizdə bu, müzakirəsi belə mümkün
olmayan avtomatik reaksiya hesab olunur.
Bizdə uşaqlar döyülüb
öldürülürmü? Xeyr! Sadəcə valideyn bəzən tərbiyəsi pozulmasın deyə uşağına
qulaqburması verir. Əks halda həmin uşağın axırı məsələn, hippiyə, emoya, ən
yaxşı halda cinayətkara və ya narkomana çevrilər. Uşağını qorumaq, onun
pozulduğunu gördükdə cəzalandırmaq valideynin borcu və haqqıdır.
Məgər dövlət cinayət törədən
vətəndaşı cəzalandırmırmı? Məgər bəzi qayda və qanunlar, tələblər havayı yerəmi
qoyulub? Niyə valideynin öz uşağını danlamağa, qulaqburması verməyə haqqı
çatmamalıdır? Bəlkə 15 yaşlı qızcığaz gecə saat 3-də pritondan atasına zəng
eləyib desin ki mənim bəzi vacib işlərim var, özüm kefim istəyəndə evə gələcəm?
Ya da bizdə cinsi azlıq nümayəndəsi
şallaqlanırmı, ya da küçədə döyülürmü? Xeyr! Sadəcə onlar cəmiyyətə nümunə
göstərilib başa çıxarılmır. Onlara vəziyyətdən asılı olaraq ya xəstə kimi, ya
da əxlaqi cəhətdən pozğun adam kimi baxırlar. Haqlıdırlar da.
Yaxşı, bəs onda nə deyib bizim
ailə institumuzu dağıtmaq, cəmiyyət əxlaqını dəyişmək istəyirlər? Çətin
sualdır. Bunu bir zəhmət bu işlə ciddi məşğul olan beynəlxalq və yerli
təşkilatların rəhbərlərindən soruşun. Mən imkan düşdükcə soruşuram ki boğazları
qurusun…
Dəyərlər dəyişib, dəyişir,
dəyişəcək. Amma bu dəyişmə mütləq mənfi istiqamətdəmi olmalıdır? Müsbətə doğru
dəyişmək olmazmı? Məgər mənəvi keyfiyyətlər maddi nemətlərdən istifadə,
elmi-texniki inkişaf üçün problem yaradır? Yaratmır! Bəs onda nə baş verir?
Əslində, nə baş verdiyi, necə baş verdiyi yox (bunlar məlumdur), niyə baş
verdiyi müzakirə obyektidir.
Mənə aydın deyil, inkişaf
etmək üçün mənəvi dəyərləri başqa sivilizasiyadanmı qəbul etməliyik, özümüzünkü
yaramırmı? Yaramırsa, niyə Sovet dövründə, həm dəyərlər qorunurdu, həç də
ictimai, sosial, mədəni, elmi, texnoloji inkişaf gedirdi?
Hər mədəniyyətin özünün
psixoloji-ruhi-mənəvi dəyərləri var. Mənəvi dəyərlərin elmi texniki inkişafa
heç bir maneçiliyi yoxdur. Olsaydı, konservativ Yaponiya ilə rasional Qərb arasında
elmi-texnoloji cəhətdən fərqlər çox olardı.
İnteqrasiya ancaq elmi-texnoloji, hüquqi-demokratik müstəvidə ola bilər. Milli-mənəvi dəyərlər inteqrasiya olmur, olmamalıdır. Hər xalqın öz dəyərləri, öz mənəviyyatı var və mənəvi dəyərlər heç hir halda elmi-texniki, sosial-iqtisadi inkişafa mane olmur, əksinə təkan verir.
Yox, əgər mütləq hara isə inteqrasiya etmək lazımdırsa, niyə bu məhz Qərb (Amerika, Avropa) olmalıdır? Məgər dünyanın başqa tərəflərində nümunəvi cəmiyyətlər yoxdurmu? Bəlkə Şərqə inteqrasiya edək, məsələn, Yaponiyaya. Nə deyirsiniz?
Elmi fantastika janrının atası, ölməz yazıçı Jül Vernin “Kapitan Qrantın uşaqları” əsəri dünya macəra ədəbiyyatının şah əsərlərindən sayılır. Bu əsəri oxumayan çətin tapılar.
Amma mövzumuz onunla bağlı
deyil. Biz tamam başqa Qrantın uşaqlarından danışmaq istəyirik. Bu Qrant
həzrətləri ilə xalqımızın ilk tanışlığı Sovet İttifaqının dağılmasından sonra
müstəqil respublika kimi yaşamağa çalışdığımız ilk dövrlərdən başlayır.
İttifaqın dağılmasından sonra xarici
dairələrin, böyük dövlətlərin keçmiş Sovet respublikalarına hücümu başladı.
Respublikamızda saysız hesabsız siyasi partiyalar, dini icmalar, etnik
birliklər və sair qeyri-hökumət təşkilatları… və sayı-hesabı bilinməyən media
orqanları yaranmağa başladı.
Adam lap məəttəl qalırdı-
kiçik bir respublikada bu qədər çox sayda mətbu orqan və ictimai təşkilat nəyə
və kimə lazımdır? Ölkənin, xalqın maliyyə-iqtisadi vəziyyəti son dərəcə ağır
olduğundan bu qədər təşkilatı, qəzeti, icmanı kimin maliyyələşdirdiyi sual doğururdu.
Artıq 90-ların ortalarından
bilməyənlərə də aydın oldu ki, belə təşkilatların yaranması, cəmiyyətin monolit
formasından çıxaraq saysız siyasi, dini, etnik qruplara bölünməsi hansı xarici
mərkəzlərə və niyə sərf edirmiş. Pullar hardan və necə gəlirmiş.
Qrant adlandırılan bu çirkli
pulları mədəni formalara salıb müxtəlif bəzəkli adlar altında ölkədəki
qulbeçələrinə göndərirdilər. Nə bilim, demokratiyanin inkişafı naminə, vətəndaş
cəmiyyəti uğrunda, hüquqi dövlətə doğru, qadın azadlığı, tolerantlıq mədəniyyəti
və s. adlarla.
Ölkə boyu beynəlxalq
təşkilatların seminar, treninq, konfrans və sair bu kimi tədbirlərinin
sayı-hesabı yox idi. Belə tədbirlərə əsasən aktiv gənclər dəvət edilir və
onların beyninin yuyulması üçün peşəkar əcnəbi mütəxəssislər təlim keçirdi.
Hətta, fərqlənənləri xarici səfərlərə aparıb orda Qərbin “demokratik”, “zəngin”
mənzərələrini onlara nümayiş etdirirdilər ki, “lazimi” təfəkkürə yiyələnsinlər.
Buna xüsusi xidmət orqanlarında “verbovka” da deyilir.
Təsəvvür edin, ölkədə qeydiyyatdan
keçmiş dini icmaların sayı 300-ü, siyasi partiyaların sayı 100-ü, qeyri-hökumət
təşkilatlarının sayı 3000-i, media orqanlarının sayı isə 5000-i keçib. Bu ilk
baxışda demokratiyanın təntənəsi kimi görünə bilər. Amma alt qatlarda məsələ bir
az başqa cürdür.
Gəlin görək, bu quruluşların
neçəsi xalqın problemlərini həll etmək üçün, cəmiyyəti obyektiv məlumatlandırma
və maarifləndirmə üçün, mənəvi dəyərlərin qorunması üçün fəaliyyət göstərir.
Çox az sayda olar.
Dövlət ölkə QHT-lərinin,
mətbuatının xarici dairələrdən asılı vəziyyətə düşdüyünü görəndə, hər sahədə
bir fond yaratdı ki, onların cəmiyyətin inkişafı naminə fəaliyyətlərini özü
maliyyələşdirsin, gözləri onun-bunun əlində qalmasın. Amma gəlin görək, bu
qrantları, yardımları alan media və QHT-lər hansı layihələr həyata keçirir və
bunların cəmiyyətə hansı xeyrləri olub?
İndi gələk politoloqlara,
iqtisadçılara, sosioloqlara, psixoloqlara, ilahiyyatşünaslara, digər sahələrdə
“müstəqil” ekspertlərə. Heç kim bilməsə də, jurnalistlər yaxşı bilir ki, hər
hansı bir siyasi, iqtisadi, sosial, dini problemlərin araşdrılması üçün
obyektiv ekspert tapıb rəy almaq necə müşküldür. Mütləq, hansısa böyük dövlətin
və ya təşkilatın maraq və mənafeləri baxımından yanaşacaq məsələyə.
Yeri gəlmişkən, elə
jurnalistlərin arasında da bu qrantlardan, çirkli və gizli pullardan bəhrələnən
xeylisi var. Onların yazılarından bu mükafatların təsiri necə də aydın hiss
olunur…
Biri Qərbin mənafeyindən çıxış
edəcək, biri Türkiyənin, o biri İranın, digəri Rusiyanın… ya da biri
hakimiyyətin tərəfindən çıxış edib “ağa da ağ”, “qaraya da ağ” deyəcək, o biri
müxalifətin maraqlarından çıxış edib “qaraya da qara”, “ağa da qara” deyəcək.
Ya da, öz ölkəsini, xalqını,
dövlətini şərləyib, ləkə yaxan, bunun müqabilində Avropa ölkələrindən sığınacaq
alaraq yaxşı yaşayacağını güman edən, lakin burada xarici dövlətlərin xüsusi
xidmət orqanlarının, erməni lobbisinin təsirinə düşən adamların dediklərinə
xalq necə inana bilər ki?
Necə deyərlər, pulu kim verirsə, mahnını da o sifariş edir. “Kapitan Qrant”ın nökərlərini tanımaq elə də çətin deyil, çətin olan onları bu rəzil vəziyyətdən xilas etmək, ya da heç olmasa gənclərin onların təsirinə düşüb aldanmasının qarşısını almaqdır.
Это ваша самая первая запись. Чтобы отредактировать или удалить её, нажмите кнопку «Изменить» или создайте новую запись. Если вы хотите написать что-нибудь ещё, расскажите читателям, почему завели блог и что планируете в нём публиковать. По всем вопросам вы можете обратиться к участникам форумов поддержки.