О нас

10700503_1518759281702576_3970270605672463130_o

Elçin Bayramlı 1975-ci ildə Tovuz şəhərində doğulub.

Peşəkar jurnalist fəaliyətinə 1998-ci ildə başlayıb. Müxtəlif nüfuzlu qəzetlərdə və informasiya agentliklərində müxbir və redaktor, baş redaktor kimi, televiziyada müəllif verilişləri, aparıcı və baş redaktor kimi çalışıb.

Hazırda «TvPress» İnternet Qəzetinin baş redaktorudur. Mətbuatda araşdırma və analitik yazıları dərc olunur, həmçinin televiziya və mətbuatda sosioloq ekspert kimi müsahibələr, rəylər, açıqlamalarla çıxış edir.

«Altay» Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) sədri, «Ekoloq Jurnalistlər Birliyi»nin (EJB) üzvüdür.

Hazırda Bakı şəhərində yaşayır. Ailəlidir, 2 övladı var.